Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-319/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 fevral tarixli 2- 2(104)-45/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. 2018-ci il 19 noyabr tarixində İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “X1 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə əsasən, Cavabdeh 10 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 350 ton məhsulu istehsal edib MMC-yə satmağı öhdəsinə götürmüşdür.
2. Həmin müqaviləsinin 2.1-ci bəndinə əsasən, istehsalçı/əkinçi öz qanuni istifadəsində olan torpaq sahəsində Azərbaycan Şəkər İstehsalat Birliyinin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamsını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada həmin İstehsalat Birliyinə təhvil v erməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 6 iyun tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 10.501,54 manat borcun və 200 manat mediasiya rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış 2018-ci il 19 noyabr tarixli “X1 İstehsalının Stimullaşdırılması üzrə Xidmət Və Satınalma Müqaviləsi”nə (bundan sonra – “Xidmət və Satınalma Müqaviləsi”) üzrə (bax yuxarıda § 1) cavabdehə məxsus sahəyə iddiaçı tərəfindən 10.514,10 manat məbləğində mal və xidmət satılmaqla və 3.025 man at pul vəsaiti avans olaraq kart hesabına köçürtməklə cəmi 13.539,10 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya cəmi 3.037,56 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 10.501,54 manat borcu yaranmışdır. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Müqavilə şərtlərinə görə təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, ya ranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdeh və zamindən müştərək qaydada tələb olunacaqdır. Zaminlik müqaviləsinin müddəti bitdiyindən zaminə qarşı olan pul tələbindən imtina olunmuşdur.
5. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 442-ci maddələrinə istinad edilmişdir.
6. Cavabdeh məhkəməyə etiraz göndərərək bildirmişdir ki, 2019-cu ildə səpilən çuğundur toxumunun yetişməsinin zəif oldunu və kifayət qədər məhsul verməmiş, nəzərdə tutulduğundan 50 faiz məhsul əldə edilmişdir. Sonradan çıxan çuğundurlarda yerkökü kimi uzunsov olmuş, cavabdeh bu barədə ilk olaraq zavodun baş aqronomuna köməklik etməsi üçün müraciət emiş, daha sonra he ç bir köməklik olmadığından iddiaçıya teleqrama vurmuşdur. Həmçinin iddiaçı 3 ildən sonra onu məhkəməyə verib.
7. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 11 oktyabr tarixli e-2-2(115)-1245/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – K.Vəliyev).
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Xidmət və Satınalma Müqaviləsinin məzmunundan göründüyü kimi, tərəflərin qarşılıqlı şəkildə üzərinə götürdüyü öhdəliklərin məqsədi müəyyən edilmiş normadan az olmayan keyfiyyətli məhsulun əldə edilməsinə yönəlmişdir. Yəni, müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Müqavilənin məqsədinə bütünlüklə nail olmaq tək əkinçinin fəaliyyətindən asılı edilməmişdir.
9. Belə ki, iddiaç ı öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, bundan əlavə müqavilənin 3.5-ci bəndinə əsasən əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir xidmətin borcalma sənədini “İstehsalçı/Əkinçi” tərəfindən təsdiqlənməsi üçün onun imzasına təqdim edir. “İstehsalçı/Əkinçi” ilə görüşmək mümkün olmadıqda, onun yerinə müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş sənəd və ya etibarnamə əsasında başqa şəxslərə də imzalatdıra bilər.
10. Müqavilənin şərtindən göründüyü kimi, iddiaçı əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir borclanmanı müvafiq sənəddə göstərilməli və tərəfin imzasına təqdim etməlidir.
11. Belə bir yazılı sənəd mövcud deyildir. Müqavilənin bu bəndində göstərilənlər iddiaçının öz üzərinə götürdüyü öhdəliyidir. Bir halda ki, bu öhdəliyin icrası müqavilədə nəzərdə t utulmuşdur, qarşı tərəfin sahibkar statusunun olub-olmamasından asılı olmayaraq yerinə yetirilməlidir.
12. Göründüyü kimi, iddiaçı müqavilə üzrə öz öhdəliklərini tam icra etməsi barədə sübutlar təqdim etməmişdir. Müqavilə üzrə öhdəliklərini tam icra edilməməsi müqavilənin məqsədinə çatmamağa şərait yaratmaqdır.
13. İddia müddətinin ötürülməsi ilə bağlı qeyd edilməlidir ki, bir halda ki, iddia müddətinin tətbiqi məsələsinə baxılır, tələbin növü müəyyən olunmalıdır.
14. Xidmət və Satınalma Müqaviləsi hüquqi mahiyyətinə görə və məzmun baxımından podrat müqaviləsinin ünsürlərini əhatə edir.
15. Podrat müqaviləsinə görə, öhdəlik borclunun kreditor qarşısında iş görməsindən və görülmüş işin nəticəsinin təhvil verilməsindən irəli gəlir. Müqavilənin alqı-satqı müqaviləsindən fərqi ondan ibarətdir ki, alqı-satqı zamanı müqavilənin predmeti bir qayda olaraq müqaviə bağlanan anda mövcud olur və həmin predmeti satıcı tərəf yaratmaya da bilər. Hazır şəkildə əldə etdiyi məhsulu istənilən şəxsə sata bilər.
16. Bundan fərqli olaraq podrat müqaviləsində müqavilənin predmeti müqavilə bağlanan anda mövcud olmur. Qarşı tərəfə verilməli olan məhsulu podratçı öz əməyi və fəaliyyəti ilə sonrakı mərhələdə yaradır. Podratçı sifarişçinin tapşırığı ilə müəyyən olunmuş müddət ərzində işlər görür və görülmüş işlərin maddi vəziyyətə gətirilimiş nəticəsini başqa şəxsə deyil, yalnız sifarişçiyə təhvil verir. Göründüyü kimi, podrat müqaviləsindən irəli gələn öhdəlik həm əmlak mübadiləsini, həm də əmlakın yaradılması üçün podratçının iş fəaliyyətini ehtiva etmişdir.
17. Hazırkı müqavilədə cavabdehin iddiaçı ya pul ödəmək öhdəliyi nəzərdə tutulmamışdır.
18. Müqavilə şərtlərinə görə, hazırkı iş üzrə istehsalçı-əkinçi iddiaçı tərəfindən ona verilmiş olan pulun və göstərmiş maddi texniki xidmətlərin müqabilində müqavilədə nəzərdə tutulmuş miqdarda və ölçülərdə şəkər çuğunduru istehsal edib iddiaçıya təhvil verməli idi.
19. Əgər podratçı öz üzərinə düşən öhdəliyi istər keyfiyyət, istərsə də kəmiyyət baxımından lazımi qaydada icra etməmişdirsə, bu hal qüsurlu icra sayılır.
20. MM-in 776.1-cı maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən 1 il ərzində, binaya aid tələbi isə 5 il ərzində irəli sürə bilər.
21. Hazırkı iş üzrə də iddia iddaçının tələbinin əsasında və mübahisənin kökündə işin qüsurlu icrası ilə bağlı məsələlər dayanır. İşin hallarından göründüyü ki mi mübahisə qüsurlu icradan qaynaqlanmışdır. İddiaçı cavabdehdən pul tələb etsə də, o, bu tələbini qüsurlu icranı bildirən faktlara və hallara əsaslanmaqla irəli sürür. Qeyd olunanlar onu deməyə əsas verir ki, hazırkı iddia tələbi qüsurlu icra barəsində, yəni qüsurlu icraya aid və bu xüsusda olan tələbdir. İddianın mahiyyətindən belə görünür ki, öhdəliyin icrası qüsurlu olmasa idi, tələb də olmazdı. Digər öhdəlik münasibətlərindən fərqli olaraq podrat müqaviləsində bu qəbildən olan tələblərə qanunla görə 1 illik müddət müəyyən edilmişdir. MM-in 776.1-ci maddəsindən görünür ki, müddət işin qəbul edildiyi gündən sonra başlanır. Belə başa düşülür ki, müqavilənin predmetindən və istehsal olunmuş məhsuldan asılı olaraq tələb qüsurun aradan qaldırılmasına da yönələ bilər və yaxud qüsurlar barəsi ndə digər məzmunda da ola bilər.
22. Xidmət və Satınalma Müqaviləsi 2018-ci il 20 noyabr tarixində bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 1 il müəyyən edilmişdir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətinə qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir.
23. Nəzərə alaraq ki, şəkər çuğunduru müqavilə müddəti ərzində yalnız bir dəfə istehsal oluna bilərdi, qeyd edilən 1 illik müddət 2019-cu il 19 noyabr tarixində bitmişdir. İddiaçı isə ilkin olaraq 2021-ci il 19 noyabr tarixində məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə (e-2-2(115)114/2022) 2022-ci il 4 aprel tarixində baxılmamış saxlama barədə qərardad qəbul edilmişdir. Hazırkı tələb üzrə yenidən 2022-ci il 6 iyun tar ixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
24. Hər iki halda qanunla müəyyən edilmiş bir illik iddia müddəti ötürülmüşdür. Müddətin ötməsini istisna edən hallar mövcud deyildir.
25. Birinci instansiya məhkəməsi öz qətnaməsini MM-in 372.1, 373.4, 375.2, 385.1, 390.4, 425.1, 425.2, 442, 752.1, 776.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. İddiaçının qanuni təmsilçisi 2022-ci il 10 noyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023- cü il 13 fevral tarixli 22(104)-45/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilmişdir (sədrlik edən – Ə.Abdullayev, hakimlər – Ş.Rzaquliyev və A.İsgəndərova).
28. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisə olunmayan tərəfidir ki, iddiaçı 10 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 350 ton məhsulu istehsal edib ona satması üçün cavabdehə ümumilikdə 13.539,10 manat ödəniş etmişdir. Belə ki, sonuncu həmin məbləğin ona ödənilməsini mübahisələndirməmişdir, yəni qəbul etmişdir.
29. Cavabdeh tərəf iddiaçı tərəfindən ona verilən toxum və gübrənin keyfiyyətsiz olduğunu b ildirərək iddiaya etiraz etmişdir. Apellyasiya instansiya məhkəməsi cavabdehin bu dəlilini əsassız hesab etmişdir. Belə ki, apellyasiya instansiyasında icraat zamanı məhkəmə kollegiyasına təqdim edilmiş keyfiyyətə zəmanət bəyannaməsindən, eləcə də təhlil bəyannaməsindən görünür ki, toxumlarda GMO təsadüfi mövcudluğu aşkar edilməmişdir. Yəni toxumlar lazımi keyfiyyətdə olmuşlar. Cavabdeh toxum və gübrənin keyfiyyətsiz olduğunu bildirsə də, məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki qanunvericiliyin tələbinə görə tələbinin əsaslandırılması üçün hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Ona görə də Apellyasiya instansiya məhkəməsi cavabdehin həmin dəlilini iddianın rədd edilməsinə əsas verəcək sübut kimi qəbul etməmişdir.
30. Birinci instansiya məhkəməs inin iddiaçı tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddətinin ötürülməsinə dair əsaslandırması yanlışdır.
31. Çünki Xidmət və Satınalma Müqaviləsinin məzmunundan da göründüyü kimi, həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alqı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir.
32. Xidmət və Satınalma Müqaviləsinin podrat müqaviləsinə oxşar cəhətləri, yəni həmin müqavilədə podrat müqaviləsinin ünsürləri olmuş olsa da, həmin müqavilə podrat müqaviləsi kimi qiymətləndirilə bilməz. Çünki podrat müqaviləsinə görə podratçı sifarişçinin verdiyi muzd müqabilində ya sifarişçinin verdiyi, ya da özünün əldə etdiyi materiallar əsasında məhsulu hazırlayır. Məhsulu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məhsula mülkiyyəti sifarişçiy ə verir. Hazırkı halda isə istehsalçı iddiaçının təqdim etdiyi xidmət, toxum, gübrə, pestisidlər və texnika ilə, həmçinin avans olaraq köçürülmüş pul vəsaiti ilə mülkiyyətində olan və ya icarəyə götürdüyü torpaq sahəsinə şəkər çuğunduru əkib, yetişdirir və həmin məhsulu çıxararaq iddiaçıya təhvil verir, həm də yetişdirdiyi məhsuldan özü üçün qazanc əldə edir. Bu müqavilə bağlanarkən iddiaçının marağı çəkdiyi xərc dəyərində məhsulu istehsalçıdan (cavabdehdən) qəbul etmək, istehsalçının (cavabdehin) marağı isə daha keyfiyyətli məhsul yetişdirməklə qazanc əldə etməkdir.
33. Birinci instansiya məhkəməsi MM-in 776.1-ci maddəsinə istinad edərək iddianı təmin etməmişdir. Hazırkı halda iddiaçının iddia ilə məhkəməyə müraciət etməsinin səbəbi cavabdehin təhvil verdiyi məhsulun qüsurlu olması ilə yox, cavabdehin müqavilə şərtlərini lazımi qaydada icra etməməsi, yəni müqavilə ilə şərtləşdirilmiş qaydada şəkər çuğunduru əkilmiş torpaq sahəsinin hər hektarından 35 ton şəkər çuğunduru yığıb təhvil verməməsidir. Göründüyü kimi, iddiaçının hazırkı iddia ilə müraciət etməsinin səbəbi cavabdeh tərəfindən yetişdirilərək təhvil verilmiş X1nun qüsurlu olması ilə yox, cavabdeh tərəfindən müqavilə şərtlərinin qüsurlu icrası ilə, yəni müqavilə ilə şərtləşdirilmiş məbləğdə məhsulun təhvil verilməməsi ilə bağlıdır.
34. İcranın qüsuru dedikdə isə podratçı tərəfindən hazırlanmış məmulatın (məhsulun) şərtləşdirilmiş keyfiyyətdə olmaması anlaşılır.
35. Odur ki, birinci instansiya məhkəməsi MM-in 776.1-ci maddəsinə istinad edib iddianı təmin etməməkdə haqlı olmamışdır. MM-in 373.2-ci maddəsinə əsasən m üqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilmişdir və iddiaçı da məhkəməyə hazırkı iddia ilə 3 illik iddia müddəti daxilində müraciət etmişdir.
36. Hazırkı halda müqavilə 12 ay müddətinə bağlanmış və müqavilənin icra müddəti 2019-cu il 19 noyabr tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə 2022-ci il 10 iyun tarixdə müraciət etmiş, beləliklə də 3 illik iddia müddətini ötürməmişdir.
37. Göründüyü kimi, Xidmət və Satınalma Müqaviləsinə əsasən iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi halda, cavabdeh tərəf öhdəliklərini icra etməmişdir.
38. Həmçinin işin 51-ci səhifəsindəki ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 2022-ci il 18 may tarixli arayışdan görünür ki, iddiaçı 200 manat mediasiya xərci ödəmişdir. Mediasiya xərcin in əvəzi 200 manat da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
39. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsini MM-in 14.2.6, 373.2, 375.1, 375.2, 377.1, 385.1, 386.1, 390.4, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 752.1, 752.2, 753.1, 768.1, 768.1.1, 776.1-ci, MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 372.2, 372.6, 372.7, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
40. Qətnamə 2023-cü il 13 fevral tarixində tərəflərə göndərilmiş və 2023-cü il 3 mart tarixində cavabdehə təqdim olunmuşdur.
41. Cavabdeh və vəkili 2023-cü il 26 aprel tarixində kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar və ya yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmə sini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
42. MM-in 385.1, 386.1, 389.1, 390.4, 425.1, 425.2, 442, 448.1, 448.2, 448.4, 752.1-776.1-ci maddələri üzrə - Apellyasiya instansiya məhkəməsi qətnamədə MM-in maddələrinə istinad etsə də, həmin maddələri düzgün təsfir etməmişdir.
43. MPM-in 14, 77, 88 və 217.1-ci maddəsi üzrə - apellyasiya instansiya məhkəməsi MPM-in bu maddələrində göstərilən tələblərinə riayət etməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, habelə maddi hüquq pozuntusuna yol vermiş, nəticədə qanunu düzgün tətbiq edilməyən və əsassız qətnamə qəbul edilmişdir. Ona görə də qətnamə ləğv edilməlidir.
44. Məhkəmə təcrübəsinin vahidliyinin pozulması üzrə - Gəncə Apellyasiya Məhkəməinin Kommersiya Kollegiyasının t ərkibləri tərəfindən baxılmış işlər üzrə eyni predmet və əsaslar olduğu halda məhkəmə vahidliyinin pozulması ilə nəticələnən fərqli qətnamə qəbul edilmişdir.
45. Müqavilənin şərtlərindən biri bitkinin mühafizəsinin iddiaçı tərəfindən həyata keçirməsindən ibarətdir. Lakin bu öhdəlik iddiaçı tərəfindən icra olunmamışdır.
46. İddiaçı əkin üçün cavabdehin təqdim etdiyi torpaq sahəsinə baxış keçirilir, torpaq sahəsinin təsərrüfat imkanları nəzərdə keçirilib rəy verilməlidir. Lakin məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində ki, göstərilmiş şirkətin mütəxəssisin şifahi verilmiş rəyinə istinad etmişdir. Halbuki həmin rəy yazılı olmalıdır və sübüt kimi məhkəməyə təqdim edilməli idi. Məhsul yığımı ciddi texnoloji prosess olaraq tam iddiaçının nəzarəti əsasında həyata keçirilməlidir.
47. Müzakirə predmeti olmuş yararsız toxum ilə bağlı mövqe ondan ibarətdir ki, iddiaçının çoxsaylı sahibkarlarla müqavilələr bağlamış və hər yerdə eyni keyfiyətsiz toxum ucbatından az məhsul yığımı olmuşdur (buna misal kimi bir necə məhkəmənin qətnamə və qərarları şikayətdə qeyd edilmişdir - Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-194/2022 saylı və 2-2(104)44/2023 qətnamələri). Belə olan halda məhkəmə kollegiyası həmin əkin sahəsi olan rayonların kənd təsərrüfat idarələrinə və ya aidiyyəti qurumlara sörgu göndərməli idi. Həmin sahənin əkin, becərmə və məhsul yığımı vaxtı hava şəraiti ilə bağlı, digər sahibkarların bu kimi problemlərlə üzləşməyi barədə məlumat almalı idi.
48. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lazımı xidmətin göstərilməsi kimi elektron qaimə təqdim edilməsi və ca vabdeh tərəfindən qəbul edilməsi üzrə lazımı araşdırma aparılmamış və iddiaçı tərəfindən sübüta yetirilməmişdir. Eyniliklə, məhkəmə kollegiyasının istinad etdiyi 36-37 səhifədə olmuş müqaviləyə 2 saylı əlavədə icra edilmiş imza cavabdehə məxsus olub-olmaması dəqiqləşdirilməmişdir. Çünki cavabdeh tərəfin izahatında bu barədə heç bir məlumat qeyd edilməyib.
49. Apellyasiya məhkəməsi şikayəti təmin edərkən, müqavilənin tələblərini nəzərə almamış, onların mahiyyətini aydınlaşdırmamış, tərəflərin öhdəliklərini tam dəqiqləşdirməmiş, həmin öhdəliklərin icrası istiqamətində konkret olaraq hansı tədbirlərin görüldüyünü, hansıların isə görülmədiyini ətraflı təhlil etməmiş, bu halların müqavilənin icrasına və mövcüd vəziyyətin yaranmasına necə təsir etdiyini qiymətləndirməmişdir. Apellyasiya instansi ya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində MM-in bir sıra maddələrini sadalasa da, həmin normaları hazırkı mübahisənin müvafiq halları ilə əlaqəli şəkildə təhlil və tətbiq etməmişdir. Tətbiq olunmuş normalardan biri də MM-in 373.2-ci maddəsidir. Məhkəmə bu maddəyə istinad etsə də, bunun səbəbləri barədə hər hansı açıqlama verməmişdir. Bağlanmış müqavilə hansı kategoriyadan olan müqavilədir. Bu da maddi hüquq normaların pozuntusu kimi qiymətləndirilmədir. Halbuki tərəflər arasında X1 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi bağlanmış, müqavilə əsasında tərəflər arasında qarışıq şəkildə podrat, xidmət və alqı-satqı münasibətləri yaranmışdır. Odur ki, həmin müqavilənin məhz podrat müqaviləsi olması sübüta yetirilir və MM-in 776.1-ci maddəsinə birinci instansiy a məhkəməsi istinad edərkən düzgün qərar verərək iddiaçının iddia müddətinin keçməsi qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. İddiaçı tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
51. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfind ən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəs inin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin ic ra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıy a razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
768. Podratçının sifarişçini vaxtında xəbərdar etmək vəzifəsi 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda;...” “Maddə
776. Podrat müqaviləsi üzrə iddia müddəti 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən 1 il ərzində, binaya aid tələbi isə 5 il ərzində irəli sürə bilər....”
55. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya müddəalarında məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə b ilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”\ “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsasland ırılmış qərardad qəbul etməlidir.i...” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİ N MÖVQEYİ
56. İddiaçı cavabdehdən tərəflər arasında bağlanmış “X1 İstehsalının Stimullaşdırılması üzrə Xidmət Və Satınalma Müqaviləsi” üzrə yaranmış 10.501,54 manat borcun tutulmasını tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini ləğv edərək iddianı təmin etmişdir.
57. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirən cavabdeh özünün kassasiya şikayətində bildirir ki, müqavilənin bitki mühafizəsinin həyata keçirməsinə dair öhdəlik iddiaçı tərəfindən icra olunmamışdır.
58. Halbuki işə baxmış məhkəmələrin qətnamələrindən və iş materiallarından məlum olur ki, cavabdeh tərəf müqavilədə nəzərdə tutulmuş həcmdə məhsul əldə edə bilməməsini müqavilənin bitki mühafizəsinin həyata keçirm əsinə dair öhdəliyin iddiaçı tərəfindən icra olunmaması ilə deyil, əkilmiş toxumun və səpilmiş gübrənin keyfiyyətsiz olması ilə əlaqələndirmişdir.
59. Beləliklə, kassatorun sözügedən dəlili aşağı məhkəmə icraatlarında müzakirə predmeti olmadığından işin faktiki hallarını təşkil edir, bu səbəbdən də məhkəmə kollegiyasının mövqeyinə görə, kassasiya icraatında həmin dəlilə istinad olunması və bununla əlaqədar ayrıca hüquqi dəyərləndirmə aparılması MPM-in 407.2-ci maddəsinin (bax yuxarıda § 55) tələbləri baxımından yolverilməzdir.
60. Həmçinin kassator hesab edir ki, iddiaçı əkin üçün cavabdehin təqdim etdiyi torpaq sahəsinə baxış keçirərək və torpaq sahəsinin təsərrüfat imkanlarını nəzərə alaraq yazılı rəy verilməli olduğu halda, məhkəmə iddiaçının apellyasiya şikayətində göstərilmiş şirkətin mütəxəssisinin şifahi rəyinə istinad etmişdir.
61. Əvvəla, mübahisələndirilən qətnamədən məlum olur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən həmin rəyə ümumiyyətlə istinad etməmişdir.
62. İkincisi isə, iş materiallarından görünür ki, sözügedən rəy müvafiq torpaq sahəsinin əkinə yararlı olub-olmamasına və müqavilənin bağlanılıb-bağlanılmamasına dair qərar verilməsi üçündür. Baxılan işdə isə həmin xüsusat mübahisənin düzgün həlli baxımından ümumiyyətlə hüquqi əhəmiyyət kəsb etməmişdir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə zəruiri olan vəsaiti cavabdehə təqdim etmiş, cavabdeh də müvafiq sahədə əkin aparmış və nəzərdə tutulan məhsulun bir hissəsini iddiaçıya təqdim etm işdir.
63. Digər tərəfdən, işə baxmış məhkəmələrin qətnamələrindən və iş materiallarından məlum olur ki, cavabdeh tərəf müqavilədə nəzərdə tutulmuş həcmdə məhsul əldə edə bilməməsini torpaq sahəsinin əkinə yararlı olmaması ilə deyil, yuxarıda qeyd olunduğu kimi, əkilmiş toxumun və səpilmiş gübrənin keyfiyyətsiz olması ilə əlaqələndirmişdir.
64. Kassator toxumun keyfiyyətsizliyi barədə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə eyni əkin sahəsi olan rayonların kənd təsərrüfat idarələrinə və ya aidiyyəti qurumlara sorgu göndərməli, həmin sahənin əkin, becərmə və məhsul yığımı vaxtı hava şəraiti, digər sahibkarların bu kimi problemlərlə üzləşməyi barədə məlumat almalı idi.
65. Əvvəla, MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 55) əsasən, sözügedən məsələlər barədə məhkəməyə mötəbər sübutlar t əqdim etmək vəzifəsi məhz cavabdehin üzərinə düşsə də, iş materiallarından görünür ki, cavabdeh həmin vəzifəni yerinə yetirə bilməmişdir.
66. İkincisi, MPM-in 78.2-ci maddəsinin (bax yuxarıda § 55) tələblərinə uyğun olaraq, ilk növbədə cavabdeh tərəf özü sözügedən sorğularla aidiyyəti üzrə müraciət etməli və yalnız zəruri hesab etdiyi məlumatları müstəqil şəkildə əldə edə bilmədikdən sonra, həmin sübutları tələb etmək barədə vəsatətlə müraciət etməli etməli idi. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəf nəinki müstəqil şəkildə aidiyyəti üzrə sorğular göndərmiş, hətta müvafiq vəsatətlə məhkəmə müraciət belə etməmişdir.
67. Üçüncüsü isə, mübahisələndirilən qətnamədən məlum olur ki, apellyasiya instansiyası məhkəməsi toxumların lazımi keyfiyyətdə olması nəticəsinə gələrkən iddiaçı tərəfin təqdim etdiyi keyfiyyətə zəmanət bəyannaməsinə, eləcə də təhlil bəyannaməsinə istinad etmişdir. Kassator isə məhkəmənin həmin nəticəsini tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
68. Kassatorun digər dəlillərinə görə, lazımi xidmətin göstərilməsi kimi elektron qaimə təqdim edilməsi və onların cavabdeh tərəfindən qəbul edilməsi üzrə lazımi araşdırma aparılmamış və iddiaçı tərəfindən sübüta yetirilməmiş, müqaviləyə 2 saylı əlavədə icra edilmiş imzanın cavabdehə məxsus olub-olmaması məhkəmə tərəfindən dəqiqləşdirilməmişdir. Həmçinin apellyasiya məhkəməsi şikayəti təmin edərkən, müqavilənin tələblərini nəzərə almamış, onların mahiyyətini aydınlaşdırmamış, tərəflərin öhdəliklərini tam dəqiqləşdirməmiş, həmin öhdəliklərin icrası istiqamətində konkret olaraq hansı tədbirlərin görüldüyü nü, hansıların isə görülmədiyini ətraflı təhlil etməmiş, bu halların müqavilənin icrasına və mövcüd vəziyyətin yaranmasına necə təsir etdiyini qiymətləndirməmişdir.
69. Əvvəla, iddiaçının göndərdiyi elektron qaimələr iş materiallarında mövcud olsa da, cavabdeh tərəfin həmin qaimələrin əsassızlığı barədə iddiaçı tərəfə qanunvericiliklə müəyyən edilmiş qaydada etiraz etməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Bu isə hüquqi baxımdan cavabdehin həmin elektron qaimələrlə razılaşması anlamına gəlir.
70. Bundan başqa, mübahisələndirilən qətnamədən məlum olur ki, iddiaçının 10 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 350 ton məhsulu istehsal edib ona satması üçün cavabdehə ümumilikdə 13.539,10 manat ödəniş etməsi işin mübahisəzi hallarını təşkil edir. Cavabdeh isə həmin məbləğin ona ödənilməsini mübahisələndirməmiş, yəni qəbul etmiş, yuxarıda qeyd olunduğu kimi, iddiaya iddiaçının ona verdiyi toxum və gübrənin keyfiyyətsiz olduğunu bildirərək etiraz etmişdir.
71. İddiaçının cavabdehə təqdim etdiyi toxumun keyfiyyətli olması isə, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi zəmanət və təhlil bəyannamələri əsasında müəyyən edilmiş, lakin cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
72. Digər tərəfdən, müqaviləyə 2 saylı əlavədə icra edilmiş imzanın cavabdehə məxsus olubolmamasının aşağı məhkəmə icraatlarında cavabdeh tərəfindən mübahisələndirilməsi ümumiyyətlə iş materialları ilə müəyyən olunmur. Halbuki cavabdeh, ən azı ndan, MPM-in 97.1-ci maddəsinə (bax yuxarıda § 55) uyğun olaraq, bununla əlaqədar məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunması barədə vəsatət verə bilərdi. Lakin cavabdeh həmin hüququndan yararlanmamışdır.
73. Odur ki, məhkəmə kollegiyası kassatorun sözügedən dəlillərini də əsassız hesab edir.
74. Nəhayət kassatorun son dəlili məhkəmənin iddia müddətinin tətbiq etməli olduğu halda, bu müddəti tətbiq etməməsi ilə bağlıdır.
75. Məhkəmə kollegiyası isə hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin bu məsələdə mövqeyi də nəticə etibarilə düzgün olmuşdur.
76. Mübahisə predmeti olan müqavilə üzrə tərəflər arasında qarşıq şəkildə podrat, xidmət və alqı-satqı münasibətləri yaransa da, alqı-satqı üçün xarakterik olan xüsusiyyətlər üstünlük təkil etməkdədir.
77. Be lə ki, bu qəbildən olan qarşıq müqavilələrdə hansı müqavilənin xüsusiyyətlərinin özünü daha qabarıq şəkildə göstərməsi müəyyən olunarkən nəzərə alınmalıdır ki, podratda sifarişçiyə fərdi-müəyyən əşya hazırlanaraq təqdim edildiyi halda, alqı-satqıda fərdi xüsusiyyətləri olmayan, yəni əvəz edilə bilən (növlü) əşya da təqdim edilə bilər.
78. Bu səbəbdəndir ki, MM-in 752.1 və 752.2-ci maddələrində (bax yuxarıda § 54) podrata anlayış verərəkən qanun müəyyən etmişdir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
79. Göründüyü kimi, qanun podrat müqaviləsi üzrə əvəz edilən əşya hazırlandığı hallarda, alğı-satqı qaydalarının tətbiq edilməli olduğunu nəzərdə tutmuşdur.
80. Baxılan işdə də mübahisəli müqavilənin predmetini əvəz edilən əşya, yəni şəkər çuğunduru təşkil etmişdir.
81. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, müqavilə 12 ay müddətinə bağlanmış, müqavilənin icra müddəti 2019-cu il 19 noyabr tarixində bitmiş, iddiaçı hazırkı iddia ilə məhkəməyə 2022-ci il 10 iyun tarixində müraciət etmişdir.
82. Belə olan halda, məhkəmə kollegiyası MM-in 373.2 və 377.1-ci maddələrinə (bax yuxarıda § 54) istinadən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 3 illik iddia müddətini ötürməməsinə dair nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
83. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88ci maddəsinin (bax yuxarıda § 55) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 55) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
84. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 fevral tarixli 2-2(104)-45/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
85. Göstərilənlərə əsasən və MPM-in 41 7-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 fevral tarixli 22(104)-45/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.