Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-322/2023 25.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 qarşı iş üzrə QƏRAR Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kom mersiya işi üzrə Cavabdeh1 tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli 2-2(104)-55/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 (bundan sonra“cavabdehlər” və ya “Cavabdeh1”, “Cavabdeh4”, “Cavabdeh5”, “Cavabdeh3”, “Cavabdeh2” və “Cavabdeh6”) qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh4 2018-ci il 26 sentyabr tarixli 800850-580666/1 nömrəli kredit müqaviləsi üzrə 29.301,09 manat əsas və 4.554,20 manat faiz borcu olmaqla, cəmi 33.855,29 manat və 2018-ci il 26 sentya br tarixli 800876-580996/1 saylı kredit xətti müqaviləsi üzrə 20.399,47 manat əsas və 5.406,48 manat faiz borcu olmaqla, cəmi 25.805,95 manat məbləğində borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 49.700,56 manat əsas və 9.960,68 manat faiz borcu olmaqla, cəmi 59.661,24 manat borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21,30 manat dövlət rüsumu və 61,54 manat xidmət haqqı olmaqla, cəmi 82,84 manat xərcin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat rüsumun tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsində yerləşən 88 nömrəli fərdi yaşayış evinə və Cavabdeh5 tam mülkiyyətində ola n Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 9/44 nömrəli binanın, 1 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan 88 nömrəli fərdi yaşayış evinin və 1 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqda ən geci 1 ay ərzində Cavabdeh5 və Cavabdeh2 1 nömrəli mənzili boşaltması və Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, B.Nəsibova və Z.Nəsibovanın 88 nömrəli fərdi yaşayış evini boşaltması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 29 sentyabr tarixli e-2-2(115)-407/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh4 800850580666/1 saylı kredit müqaviləsi üzrə 29.30 1,09 manat əsas borc, 4.554,20 manat faiz borcu olmaqla, cəmi 33.855,29 manat və 800876-580996/1 saylı kredit xətti müqaviləsi üzrə 20.399,47 manat əsas borc və 5.406,48 manat faiz borcu olmaqla, cəmi 25.805,95 manat məbləğində, ümumilikdə isə iki kredit müqaviləsi üzrə 49.700,56 manat əsas borc və 9.960,68 manat faiz borcu olmaqla, cəmi 59.661.24 manat borc və 400 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, iş üzrə 500 manat ekspertiza xərcinin Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K. Vəliyev). Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 19 oktyabr tarixli e-2-2(115)-407/2022 nömrəli əlavə qətnaməsi ilə borc tələbinin likvid dəyəri 107. 000 manat olan 88 nömrəli fərdi yaşayış evinə və likvid dəyəri 44.000 manat olan 1 saylı mənzilinə yönəlməsi və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evlərinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evlərinin boşaldılması qət edilmişdir (hakim K.Vəliyev). Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin faiz borcunun müəyyən edilməsi hissədə dəyişdirilərək, faiz borcunun ekspert rəyinə uyğun hesablanmasını xahiş etmişdir. Əlavə qətnamədən apellyasiya şikayəti verilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli 2-2(104)-55/2023 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh4 800850-580666/1 saylı kredit müqaviləsi üzrə 29.301,09 manat əsas borc, 4.554,20 manat faiz borcu olmaqla, cəmi 33.855,29 manat və 800876-580996/1 saylı kredit xətti müqaviləsi üzrə 20.399,47 manat əsas borc və 5.406,48 manat faiz borcu olmaqla, cəmi 25.805,95 manat məbləğində, ümumilikdə isə iki kredit müqaviləsi üzrə 49.700,56 manat əsas borc və 9.960,68 manat fazi borcu olmaqla, cəmi 59.661,24 manat borc və 400 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, iş üzrə 500 manat ekspertiza xərcinin Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi q ət edilmişdir (sədrlik edən-məruzəçi hakim Ə.Abdullayev, hakimlər Ş.Rzaquliyev və A.Hüseynzadə). Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 19 aprel tarixli 2-2(104)-55/2023 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli 2-2(104)-55/2023 nömrəli qətnaməsinin nəticə hissəsinin “İddia tələbi qismən təmin edilsin” sözləri “İddia tələbi əsas borc və faiz məbləğinin, mediasiya xərcinin tutulması hissəsində təmin edilsin” sözləri kimi, “İddia qalan hissədə təmin edilməsin” sözləri “İddianın qalan hissədə Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 19 oktyabr tarixli əlavə qətnaməsi ilə təmin olunması nəzərə alınsın” sözləri kimi oxunması qərara alınmışdır (sədrlik edən məruzəçi hakim Ə.Abdullayev, hakimlər Ş.Rzaquliy ev və A.Hüseynzadə). Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kolle giyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. Hazırki halda, Cavabdeh1 kassasiya şikayətində formal olaraq apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilsə də, şikayətin məzmunundan göründüyü kimi, qətnamə faiz borcunun (9960,68 manat) tutulması hissəsində mübahisələndirilmiş, əsas borc məbləğinin tutulması tələbi üzrə hər han sı dəlil irəli sürülməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 hazırki icraat çərçivəsində məhkəmə qətnaməsini mübahisələndirdiyi hissədə iddianın qiyməti 10.000 manatdan az olduğundan, MPM-nin istinad olunan 402.1-ci maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hissədə kassasiya qaydasında mübahisələndirilə bilməz. Bundan əlavə, Cavabdeh1 kassasiya şikayətində kredit öhdəliyinin təminatı olaraq ipoteka ilə yüklü edilən əmlaka qoyulan qiyməti də mübahisələndirmişdir. Bunanla bağlı qeyd edilməlidir ki, baxılan iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 19 oktyabr tarixli e-2-2(115)-407/2022 nömrəli əlavə qətnaməsi ilə borc tələbinin likvid dəyəri 107000 manat olan 88 nömrəli fərdi yaşayış evinə və likvid dəyəri 44000 manat olan 1 saylı mənzilinə yönəlməsi və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evlərinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evlərinin boşaldılması qət edilmişdir. Həmin əlavə qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməmişdir. Başqa sözlə, iş üzrə çıxarılmış əlavə qətnamə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, apellyasiya instansiyası məhkəməsində əlavə qətnamənin qanuniliyi və əsaslılığı yo xlanılmamış, apellyasiya baxışının predmetini təşkil etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsinin qəbul etdiyi əlavə qətnamə ilə müəyyən edilən halları kassasiya qaydasında mübahisələndirməsi MPM-nin 402.1-ci maddəsinin tələblərinə görə yolverilməzdir. MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edi lərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh1 kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2023-cü il 5 may tarixli 2-2(102)-322/2023 saylı qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası MPM-in 402.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli, 2-2(104)-55/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Koll egiyasının 2023-cü il 5 may tarixli 2-2(102)-322/2023 saylı qərardadı ləğv edilsin. Kommersiya mübahisəsi üzrə hazırki iş kassasiya baxışından çıxarılsın və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: M.T.Əhmədova İ.Ə.Şəfiyev
Məhkəmə qərarları › İş №2-2(102)-322/2023
Ali Məhkəmə Qərar — İş №2-2(102)-322/2023
25.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver