Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-327/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “2019-cu il 2 iyul tarixli podrat müqaviləsinin ləğv olunması, cərimənin tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2-2(103)-257/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2019-cu il 2 iyul tarixində "xxxx" MMC ilə aralarında bağlanmış podrat müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC mübahisəli müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirmiş - 6 ay müddətində əhalinin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinə başlamaq hissəsini tamamilə yeri nə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 avqust tarixli 2-2(113)592/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
2. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 3 mart tarixli 2-2(103)-115/2021 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 avqust tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, sözügedən iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-2(103)-115/2021 saylı qətnaməsini dəyişdirmədən saxlamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 31 avqust tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il 2 iyul tarixli podrat müqaviləsinin ləğv olunması, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən, iddiaçının icarəsində olan 3.301 kv.m torpaq sahəsindən çıxarılması, həmin sahənin iddiaçıya təhvil verilməsi və cavabdehdən 5.000.000 manat cərimənin, ilkin mediassiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 2.890 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 dekabr tarixli, e-2-2(113)-5129/2022 saylı qərardadı ilə iş üzr ə icraata xitam verilmişdir (hakim – L.Əliyeva).
5. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, məhkəmə aktları (bax yuxarıda § 2) ilə müəyyən edilmişdir ki, mübahisəli müqavilənin 3.2.1-ci və 3.3.5-ci bəndləri sifarişçi (iddiaçı) tərəfindən icra edilmədiyindən və tikinti işlərinin həyata keçirilməsi üçün zəruri olan sənədlər podratçıya təqdim olunmadığından sakinlərin tam köçürülməsini təmin etmək və tikinti işlərinə başlamaq mümkün olmamış, müqavilə şərtlərinin podratçı tərəfindən icra edilməməsində sifarişçi təqsirli olmuşdur. Podrat müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsində podratçının (cavabdehin) təqsiri olmadığından tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
6. Eyni tərəflər (iddiaçı və cavabdeh) ey ni predmet (podrat müqaviləsinin ləğv edilməsi) və eyni əsaslar (cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin vaxtında icra edilməməsi – müqavilədə göstərilən müddətdə tikinti işlərinə başlanılmaması) üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.
7. Digər tərəfdən, iddianın cərimənin ödənilməsi tələbinə dair hissəsinə gəldikdə, birincisi, həmin iddia tələbi podrat müqaviləsinin ləğv edilməsi barədə əsas tələbdən irəli gəlir, eyni zamanda, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə mübahisəli müqavilənin ləğv edilməsi, eləcə də cərimənin ödənilməsi üçün əsas olan halın (müqavilə üzrə öhdəliklərinin icranın gecikdirilməsi) mövcud olub-olmaması məsələsinə artıq qiymət verilmişdir.
8. Müqavilədə podratçının binanı tikib təhvil verməsi üçün nəzərdə tutulmuş 36 aylıq müddətin h azırda başa çatması, yəni müqavilənin müddətinin artıq bitməsi, göstərilən halın müqavilənin ləğv edilməsi üçün yeni bir əsas qismində çıxış etməsi barədə iddiaçının istinad etdiyi dəlilə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində mübahisəli müqavilənin ləğv edilməsi barədə faktiki əsas qismində müqavilənin qüvvədə olma müddətinin bitməsinə deyil, qarşı tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozmasına, qanuni əsas kimi isə Mülki Məcəllənin 421.2-ci maddəsinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 114.1.4, 261.0.2, 262.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. İddiaçı 2022-ci il 27 dekabr tarixində həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2-2(103)-257/2023 saylı qərardadı ilə iddiaçının şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı qismən, yəni iddiaçı tərəfindən irəli sürülmüş 5.000.000 manat cərimənin cavabdehdən tutulmasına dair iddia tələbinin iş üzrə icraat xitam verilməsi hissəsində ləğv edilərək həmin hissədə işə mahiyyəti üzrə baxılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilə nin ləğv edilməsi hissəsində icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı, şikayətin dəlilləri isə əsassızdır. Belə ki, hazırki iş üzrə tərəflər və qeyd olunan hissədə iddianın predmeti ilə tərəflər arasında baş tutan digər məhkəmə mübahisəsində tərəflərin və iddianın pedmetinin eyni olması mübahisəsizdir. Eyni zamanda, hər iki işdə iddianın əsasını eyni hüquqi faktlar (tərəflər arasında podrat müqaviləsinin bağlanılması və cavabdeh tərəfindən öz öhdəliklərinin pozulması) təşkil etmişdir.
13. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehdən 5.000.000 manat cərimənin tutulması hissəsində iş üzrə icraat xitam verilə bilməz. Belə ki, hazırkı işdə irəli sürülən həmin iddia tələbi tərəflər arasında baş tutan və yuxarıda qeyd olunan digər məhkəmə mübahisəsinin pedmeti olmamışdır. MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün isə hər üç şərtin (eyni tərəflər, predmet və əsaslar) mövcud olması tələb olunur. Lakin hazırki halda “eyni predmet” şərti mövcud deyildir.
14. Həmin tələbə münasibətdə iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin göstərdiyi dəlillərə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin dəlillər iş üzrə icraata xitam verilməsi üçün deyil, MPM-in 82.3-cü maddəsinin tətbiq edilməsi üçün əsas ola bilər. Ona görə də, cavabdehdən 5.000.000 manat cərimənin tutulması hissəsində hazırkı iş üzrə MPM-in 261.0.2-ci maddəsinin tətbiq edilməsi və icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir.
15. Apellyasiya instansiya sı məhkəməsi gəldiyi nəticəni MPM-in 82.3, 261.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Həmin qərardad 2023-cü il 9 fevral tarixində tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
17. İddiaçı 2023-cü il 10 aprel tarixində kassasiya şikayəti verməklə, həmin qərardadın qismən, iş üzrə icraata xitam verilməsinə dair hissədə ləğv olunmasını və bu hissədə işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. MPM-in 261.0.2-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi “hər iki işdə iddianın əsasını eyni hüquqi faktların (tərəflər arasında podrat müqaviləsinin bağlanılması və cavabdeh tərəfindən öz öhdəli klərinin pozulması) təşkil etdiyi” qənaətinə gələrək, podrat müqaviləsinin ləğv olunması tələbinə dair hissədə iş üzrə icraata xitam verilməsini düzgün hesab etmiş, bununla da hər iki iddianın əsaslarına görə bir-birindən fərqləndiyini nəzərə almamışdır.
19. İddianın əsaslarına görə fərq: əvvəlki (birinci) iddia podratçının podrat müqaviləsinin 2.1.1 bəndinə əsasən üzərinə götürdüyü vəzifəni - müqavilə qüvvəyə mindiyi gündən 6 ay müddətində, yəni 2020-ci il 2 yanvar tarixinədək əhalinin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlanılması öhdəliyinin yerinə yetirilməməsi və köçürülmüş sakinlərə podrat müqaviləsi bağlandığı gündən sonra verməli olduğu kirayə haqqının ödənilməməsi əsası ilə irəli sürülmüşdür.
20. Hazırkı iddia (ikinci) isə onunla əsaslandırılmışdır ki, podratçı podrat müqaviləsinin 1.2, 2.1.1 və 2.1.2 bəndlərinə əsasən müqavilə qüvvəyə mindiyi gündən 6 ay ərzində yəni 2020-ci il 2 yanvar tarixədək sakinlərin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlamalı, müqavilə qüvvəyə mindiyi gündən 36 ay ərzində yəni 2022-ci il 2 iyul tarixinədək binanı tam olaraq tikib təhvil verməli olduğu halda müqavilə ilə müəyyən olunmuş müddətlərin başa çatmasına baxmayaraq öhdəliyini icra etməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 3 mart tarixli qətnaməsində cavabdehin podrat müqaviləsinin 2.1.1 bəndinə əsasən üzərinə götürdüyü öhdəliyin müqavilənin yalnız ilk 6 ayı ərzində, yəni 2020-ci il 2 yanv ar tarixinədək icra edilməməsində təqsirinin olmadığı müəyyən olunmuşdur. Bu isə müqavilə müddətinin sonrakı mərhələsində (2020ci il 2 yanvar tarixindən - 2020-ci il 2 iyul tarixinədək) öhdəliklərin cavabdeh tərəfindən pozulmamasına həmin qətnamədə qiymət verilməsi kimi qəbul oluna bilməzdi.
22. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 3 mart tarixli qətnaməsinin elan olunduğu tarixdə hazırkı (ikinci) iddianın faktiki əsası kimi istinad olunan cavabdehin podrat müqaviləsinin 1.2 və 2.1.2-ci bəndlərində göstərilən öhdəliyinin (müqavilə qüvvəyə mindiyi gündən 36 ay ərzində binanı tam olaraq tikib təhvil vermək öhdəliyinin) icra müddəti (2022-ci il 2 iyul tarixindən) hələ başa çatmamışdı. Ən azından, bu fakt hər iki iddianın əsaslarına görə fərqləndiyini təsdiq etmişdir.
23. Apellyasiya insta nsiyası məhkəməsi iddiaların faktiki əsaslarının fərqləri barədə şikayətdə göstərilən dəlilləri kifayət qədər araşdırmamış (mahiyyətcə yekunlaşmış işin materiallarına baxış keçirilməyib və həmin işdəki iddia ərizəsi ilə hazırkı işdəki iddia ərizəsinin iddianın əsasları üzrə müqayisəsi aparılmayıb), şikayət üzrə qərardadında yalnız “hər iki işdə iddianın əsasını eyni hüquqi faktların (tərəflər arasında podrat müqaviləsinin bağlanılması və cavabdeh tərəfindən öz öhdəliklərinin pozulması) təşkil etdiyi"ni göstərməklə kifayətlənmişdir.
24. Müqavilədə podratçının binanı tikib təhvil verməsi üçün nəzərdə tutulmuş 36 aylıq müddətin hazırda başa çatması, yəni müqavilənin müddətinin artıq bitməsi deyil, bu müddət ərzində cavabdehin öhdəliklərini pozması iddia tələbinin faktiki əsası kimi göstərilmi şdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iş üzrə icraata xitam verilməsi hissəsində yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etmə məsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
261. İcraata xitam verilmə əsasları... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. İddiaçı cavabdehlə aralarında bağlanmış 2019-cu il 2 iyul tarixli podrat müqaviləsinin ləğv olunmasını və cavabdehdən 5.000.000 manat cərimənin tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam vermiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qərardadını cavabdehdən 5.000.000 manat cərimənin tutulmasına dair iddia tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edərək həmin hissədə işə mahiyyəti üzrə baxı lması üçün işi həmin məhkəməyə göndərmişdir.
31. Beləliklə, birinci instansiya məhkəməsinin qərardadı qalan hissədə, yəni tərəflər arasında bağlanmış 2019-cu il 2 iyul tarixli podrat müqaviləsinin ləğv olunmasına dair iddia tələbi üzrə icraata xitam verilməsi hissində qüvvədə saxlanımışdır.
32. Həmin hissədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə tərəflər və qeyd olunan hissədə iddianın predmeti ilə tərəflər arasında baş tutan digər məhkəmə mübahisəsində tərəflərin və iddianın pedmetinin eyni olması mübahisəsizdir. Eyni zamanda, hər iki işdə iddianın əsasını eyni hüquqi faktlar (tərəflər arasında podrat müqaviləsinin bağlanılması və cavabdeh tərəfindən öz öhdəliklərinin pozulması) təşkil edir.
33. Məhkəmə kollegiyası apellyasiya instansiya sı məhkəməsinin həmin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.
34. İddia ərizəsindən və iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatlardan görünür ki, iddiaçı hazırkı iş üzrə iddia tələblərini tərəflər arasında bağlanmış 2019-cu il 2 iyul tarixli podrat müqaviləsinin aşağıdakı 2 yarımbəndində nəzərdə tutulmuş podratçının vəzifələrinin yerinə yetirilməməsi, yəni 2 öhdəliyinin pozulması ilə əlaqələndirmişdir: 1) 2.1.1 yarımbəndi üzrə - müqavilə qüvvəyə mindiyi gündən sonra 6 ay ərzində (yəni 2020ci il 2 yanvar tarixinədək) əhalinin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlamaq; 2) 2.1.2-ci yarımbəndi üzrə - müqavilə qüvvəyə mindiyi gündən 36 ay ərzində (yəni 2022-ci il 2 iyul tarixinədək ) binanın tam olaraq tikilib təhvil verməsini təmin etmək.
35. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən öhdəliklər müstəqil xarakter daşıyır, yəni onların birinin vaxtında və lazımi qaydada icra edilməməsi avtomatik olaraq digər öhdəliyin də pozulmasını şərtləndirmir.
36. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış əvvəlki mübahisə ilə əlaqədar iddia ərizəsində yuxarıda qeyd olunan müqavilə yarımbəndlərindən yalnız birinin – 2.1.1-ci yarımbənddəki öhdəliyin pozulması halına istinad edilmişdir.
37. İstənilən halda ilk mübahisə üzrə iddia verildiyi zaman (iş materiallarından görünür ki, ilk iddia 2020-ci il 22 yanvar tarixində verilmişdir) müqavilənin 2.1.2-ci yarımbəndində nəzərdə tutulmuş öhdəliyin icra müddətinin (2022-ci il 2 iyul tarixi) bitməsinə hələ 2 il 5 aydan ar tıq vaxt qalmışdı. Odur ki, əvvəlki məhkəmə icraatı zamanı həmin öhdəliyin icra edilməməsinə dair mübahisəyə baxılması, ümumiyyətlə həmin dövrdə belə mübahisənin yaranması istənilən halda qeyri-mümkün idi.
38. Hazırkı mübahisə üzrə isə iddia ərizəsi verməklə iddiaçı hesab edir ki, cavabdeh yalnız müqavilənin 2.1.1-ci yarımbənddəki öhdəliyin deyil, eyni zamanda və bununla yanaşı, həm də 2.1.2-ci yarımbəndindəki öhdəliyin icra müddətini pozmuşdur.
39. Bundan başqa, əvvəlki mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 3 mart tarixli qətnaməsində cavabdehin podrat müqaviləsinin 2.1.1-ci yarımbəndinə əsasən üzərinə götürdüyü öhdəliyin yalnız müqavilənin ilk 6 ayı ərzində, yəni 2020-ci il 2 yanvar tarixinədək icra edilməməsində təqsirinin olmadığı müəyyən edilmişdir. Bu o anlama gəlir ki, əvvəlki məhkəmə baxışının predmeti olmuş müqavilənin 2.1.1-ci yarımbənddəki öhdəliyin sonrakı mərhələlərdə, yəni 2020-ci il 2 yanvar tarixindən 2022-ci il 2 iyul tarixinədək olan dövrdə də cavabdeh tərəfindən pozulması, prinsip etibarilə, mümkündür.
40. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, əvvəlki mübahisə üzrə baxılmış iddia ilə hazırkı mübahisə üzrə verilmiş iddia subyekt və predmet baxımından eyni olsalar da, əsas baxımından fərqlidirlər, odur ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış 2019-cu il 2 iyul tarixli podrat müqaviləsinin ləğv olunmasına dair iddia tələbi hissəsində MPM-in 261.0.2-ci maddəsini tətbiq edərkən prosessual hüquq pozuntusuna yol vermişdir.
41. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apell yasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2-2(103)-257/2023 saylı qərardadı mübahisələndirilən hissədə (iş üzrə icraata xitam verilməsi hissəsində) ləğv edilməli və iş həmin hissədə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2-2(103)-257/2023 saylı qərardadı mübahisələndirilən hissədə (iş üzrə icraata xitam verilməsi hissəsində) ləğv edilsin. İş həmin hissədə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyas iya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.