Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-328/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ASC-nin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARDAD (işin icraata qəbul edilməsindən imtina edilməsi barədə) iş № 2-2(102)-328/21 Bakı şəhəri 2021-ci il 17 iyun Açar sözlər: kassasiya şikayətinin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Kəmalə Abiyeva, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ASC-nin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-yə qarşı “pul tələbi” barədə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ASC-yə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-2(105)-12/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək müəyyən etdi İ. İŞİN HALLARİ
1. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ASC (bundan sonra ilk iddia üzrə iddiaçı) Cavabdeh1 MMC-yə (bundan sonra ilk iddia üzrə cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə 2019-cu il 19 iyun tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabi net vasitəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ilk iddia üzrə cavabdehdən 166.100 (yüz altmış altı min yüz) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra ilk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçıya qarşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək ASC-dən 1.219.089,90 (bir milyon iki yüz on doqquz min səksən doqquz manat 90 qəpik) manat əsas borc və 267.605,10 (iki yüz altmış yeddi min altı yüz beş manat 10 qəpik) manat X1 borcu olmaqla, ümumilikdə 1.486 695 (bir milyon dörd yüz səksən altı min altı yüz doxsan beş) manat məbləğində pul vəsaitinin tutulması, 261.982 (iki yüz altmış bir min doqquz yüz səksən iki) manat məbləğində anbar qalığı olan mal-materialın geri qaytarılması və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli, e-2-2(119)14/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilərək, ilk iddia üzrə cavabdehdən 166.100 (yüz altmış altı min yüz) manat məbləğində cərimə (penya) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 166.130 (yüz altmış altı min yüz otuz) manat məbləğində pul vəsaitinin ilk iddia üzrə iddiaçının xeyrinə tutulması, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdehdən 1 21.062,61 (yüz iyirmi bir min altmış iki manat 61 qəpik) manat məbləğində borc və 5 (beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 121.067,61 (yüz iyirmi bir min altmış yeddi manat 61 qəpik) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Z.Sadiqov).
4. Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi və ilk iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-2(105)-12/2021 saylı qətnaməsi ilə apellyasi ya şikayəti qismən təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli, 2-2(119)-14/2020 saylı qətnaməsi ilk iddia üzrə cavabdehdən 166.100 (yüz altmış altı min yüz) manat məbləğində cərimənin ilk iddia üzrə iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmiş, MMC-dən 10.000 (on min) manat məbləğində cərimənin (penya) ASC-nin xeyrinə tutulması, qətnamənin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən Z.Məmmədov, hakimlər E.Əhmədov və F.Məmmədov).
6. Qətnamə 2021-ci il 19 mart tarixdə ilk iddia üzrə iddiaçıya, 2021-ci il 30 mart tarixdə isə ilk iddia üzrə cavabdehə təqdim edilmişdir. 7. 2021-ci il 8 may tarixdə ilk iddia üzrə iddiaçı həmin qətnamədən şikayət verərək, qətnamənin cavabdeh dən 10.000 manat məbləğində cərimənin (penyanın) iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında ilk iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 8. 2021-ci il 1 iyun tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə daxil olmuş ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə qətnamənin qismən ləğv edilməsi, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının e lektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz....” “Maddə
74. Nümayəndənin səlahiyyəti 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
407. Kassasiya şikayətinin məzmunu 407.1. Kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa;... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hall ar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.... 408.5. Bu Məcəllənin 408.1.1 - 408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
10. İlk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olsa da, ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 402-408-ci maddələrinin tələblərinə cavab vermədiyində n, həmin kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir.
11. Qanunvericiliyin tələblərindən göründüyü kimi (bax yuxarıda 9-cu bənd) kassasiya şikayəti yalnız vəkil tərəfindən deyil, eyni zamanda onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən də imzalanmalıdır. Lakin hazırki işdə ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalansa da, onu verən şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır.
12. Həmçinin, Azərbaycan Respublikası MPM-in 74.2-ci maddəsinə əsasən, məhkəmə aktından şikayət verilməsi ilə bağlı nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İşin materialında Vəkil2 adına verilmiş etibarnamə olmadığından, qeyd olunan normanın tələblərinə ə məl olunduğu müəyyən etmək mümkün olmamışdır.
13. Qeyd olunmalıdır ki, Vəkil2 aşağı instansiya məhkəmələrində işə baxılarkən ilk iddia üzrə cavabdehi təmsil etməsi işin materiallarından müəyyən edilmir. Belə ki, ilk iddia üzrə cavabdehi işə birinci instansiya məhkəməsində baxılarkən onun qanuni təmsilçisi Cavabdeh2, apellyasiya instansiyası məhkəməsində baxılarkən etibarnamə üzrə nümayəndəxxx təmsil etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəxxxa təqdim edilmişdir. Təqdim edilmiş kassasiya şikayətində də vəkil tərəfindən göstərilmişdir ki, “Kassator vəkil ilə müqaviləni kassasiya şikayəti vermə müddətinin bitməsinə bir gün qalmış bağladığı üçün vəkil tərəfindən 2-ci instansiya məhkəməsinin kassator tərəfindən mübahisələndirilən qətnaməsində məhkəmə tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməməsi dəlillərini təqdim etmək iqtidarında deyildir.”
14. Bütün göstərilənlər ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini imzalayan vəkilin həm də MMC-ni nümayəndə kimi təmsil etmək səlahiyyəti olması qənaətinə gəlməyə əsas vermir.
15. İşin 3-cü cildinin 70 və 71-ci səhifələrində olan rəsmi sənədlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdehin nümayəndəsixxxa 2021-ci il 30 mart tarixində təqdim edilmişdir.
16. Bundan əlavə, kassasiya şikayətində vəkil şikayətin 2021-ci il 31 mart tarixdə verildiyini qeyd etsə də, işin materialına əlavə edilmiş kassasiya şikayətinin üzərində olan tarixdən və Elektron Məhkəmə Sistemində olan məlumatlardan görünür ki, kassasiya şikayəti 2021-ci il 1 i yun tarixində məhkəməyə daxil olmuşdur. Həmin şikayətin hansı tarixdə rabitə orqanına və ya məhkəməyə təqdim edilməsi işin materiallarından müəyyən edilmir.
17. Odur ki, ilk iddia üzrə cavabdehin kassasiya şikayətinin prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilib-verilməməsini yoxlamağa imkan vermir.
18. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-in 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün kommersiya işi ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
19. Hazırki kommersiya işinin ilk iddia üzrə cavabdehin kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 407-408-ci maddələrinin tələblərinə uyğunluğunu n yenidən yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alındığından, ilk iddia üzrə iddiaçı tərəfindən prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş kassasiya şikayətinə baxılması, həmin iş üzrə müvafiq prosessual hərəkətlərin apellyasiya instansiyası məhkəməsi tərəfindən yerinə yetirilməsindən sonra mümkündür.
20. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-in 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-2(105)-12/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-in 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yen idən yoxlanılması üçün kommersiya işi ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Ali Məhkəmənin hakimi Kəmalə Abiyeva