Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-329/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-329/23 Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər X1 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 2-2(103)-903/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İ ŞİN HALLARİ
1. İddiaçı QSC (əvvəlki adı Sentra MMC) (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında 2017-ci il 13 yanvar tarixdə, 156 nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı “access control” sisteminin quraşdırılması, informasiya texnologiyalarına aid digər xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən, ümumi qiyməti 50.000 ABŞ dolları müəyyən edilmiş, 6.2-ci bənddə 30.000 ABŞ dolları ilkin ödəniş olaraq nəzərdə tutulmuşdur. 2017-ci il 18 yanvar tarixli kassa məxaric orderindən görünür ki, işin görülməsinə görə avans şəkilində “REN X3” MMC-nə 2017-ci il 18 yanvar tarixdə 30.000 ABŞ dolları məbləğində pul verilmişdir.
2. Həmin müqavilənin 5.1-ci bəndindən görünür ki, müqavilənin müddəti 1 il yəni 2018-ci il 13 yanvar tarixinə kimi müəy yən edilmişdir.
3. Bu müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, müqavilədə nəzərdə tutulan avadanlıqların qiyməti 50.000 ABŞ dolları məbləğində müəyyən olunmuşdur.
4. İddiaçı tərəf verilmiş 30.000 ABŞ dolları avans məbləği 51.000 (30.000x1.7) manat kimi hesablayaraq 22.500 manatın geri qaytarıldığını bildirmiş və qalan 28.500 manatı tələb etmişdir.
5. Cavabdeh MMC-nin 2018-ci il 25 iyul tarixdə iddiaçıya ünvanlanmış “İzahat” adlı məktubundan görünür ki, 2017-ci il 13 yanvar tarixli müqavilə əsasında avadanlığın bir qismi obyektdə quraşdırılmış, proqram təminatı ilə bağlı işlər tamamlanmamışdır. Bu problemlə əlaqədar sifarişçi işləri dayandıraraq ödəməni geri tələb etmişdir. 30.000 ABŞ dolları avansdan 10.000 manat məbləğində pul 2018-ci il 5 may tarixdə nağd olaraq qaytarılmış, geridə qala n ödəmə bank yolu ilə həyata keçirilmişdir. 6. 2022-ci il 6 yanvar tarixindən İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilmişdir. 7. 2022-ci il 14 fevral tarixli, MŞB/5-00342/22 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC sessiyanın tarixi, saatı və yeri barədə 11 gün öncə post vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İddiaçı QSC tərəfindən ilkin mediasiya sessiyası üçün 200 manat məbləğində vəsait ödənmişdir.
8. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2021-ci il 30 noyabr tarixli, Cİ-247 nömrəli məktubdan görünür ki, tərəflər arasında bağlanmış 2017-ci il 13 yanvar tarixli, 156 nömrəli müqaviləyə əsasən, İddiaçı QSC Cavabdeh MMC-dən y aranmış 28.500 manat məbləğində borcu 15 gün müddətində İddiaçı QSC-yə ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 6 aprel tarixdə iddia ərizəsi ilə (daha sonra iddia ərizəsinə əlavə ilə) Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 29.955 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi və 2017-ci il 13 yanvar tarixli 156 nömrəli podrat müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2017-ci il 13 yanvar tarixli, 156 nömrəli podrat mü qaviləsi bağlanmışdır. Cavabdehə xidmət göstərməsi üçün əvvəlcədən avans ödənilmişdir. Müqavilənin 3.2.7-ci maddəsinə əsasən İcraçı, müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür. Lakin cavabdeh müqavilə öhdəliyini yerinə yetirə bilməmiş və beləliklə illər ərzində borcun 22.500 manatını ödəmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Daha sonra 2022-ci il 13 yanvar tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif gödərilmişdir. 2022-ci il 14 fevral tarixdə ilkin mediasiya sessiyası keçilmişdir. Lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir.
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsini n (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 443.1, 445.2, 448.1, 448.2, 449.1, 449.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına istinad etmişdir.
12. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmiş və qarşı tərəf müqavilə üzə öhdəliklərin icrasını müəyyən hissəsini icra etməkdən birtərəfli qaydada imtina etmiş, müqavilə üzrə cavabdeh üzərinə götürmüş olduğu işi tamamlamışdır. Tərəflər şifahi olaraq razılaşdırılaraq görülmüş işlərin həcmi verilmiş pul məbləğindən çıxarılaraq 22.500 manat məbləğində pul borc qalığı qal mış və həmin məbləğ tam olaraq qarşı tərəfə ödənilmişdir. Həmin işlər iddiaçı tərəfindən qeyri – rəsmi aparıldığından görülmüş işlərlə bağlı heç bir təhvil – təslim aktı imzalanmamışdır. 2017-ci il 18 yanvar tarixindən 2017-ci il 15 aprel tarixədək Bakı Ali Neft Məktəbində iddiaçının texniki işçiləri fəaliyyət göstərmiş və müqavilə üzrə göstərilmiş avadanlıqların əsas hissəsi quraşdırılmışdır. Göstərilən xidmətlə bağlı həmin dövrə aid mühasibatlıq sənədləri saxlanma müddətləri bitmiş olduğundan, həmin sənədlərin məhkəməyə təqdim edilməsi qeyri – mümkün olmuşdur.
13. Daha sonra cavabdeh 2022-ci il 24 iyun tarixdə ərizə ilə və 2022-ci il 22 iyul tarixdə vəsatətlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçının iddia müddətinin ötürməsi ilə bağlı verilmiş iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 iyul tarixli, e-2-2(113)1967/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – K.Hüseynov).
15. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin müddətinin 2018-ci il 13 yanvar tarixinədək olması göstərilmiş, lakin cavabdeh tərəfindən müvafiq pulun bir hissəni (yəni 10.000 manat) 2018-ci il 5 may tarixdə ödənilmiş və bu hal cavabdehin özü tərəfindən verilmiş ərizə ilə etiraf olunmuşdur. Qalan 12.500 manat məbləğində pulun isə nə zaman ödənilməsi barədə iddiaçı tərəf fikir söyləyə bilməsə də, cavabdeh tərəfin həmin pulu məhz elə may ayında qəbz tərtib olunmadan əlbəəl verilməsi və i ddiaçı tərəfin də qeyd olunan pulu verilməsini qəbul etdiyini nəzərə alaraq həmin pulun məhz elə may ayında əlbəəl verilməsi nəticəsinə gəlməyə əsas vermişdir. Belə olan halda iddia müddətinin axımı 2018-ci il 5 may tarixdən hesablanmışdır. Müqavilədə “müqavilənin müddəti bildikdən sonra 10 iş günü ərzində tərəflərdən heç birinin müqavilənin ləğv edilməsi təşəbbüsü ilə çıxış etmədikdə müqavilə eyni şərtlərlə və müddətə uzadılmış hesab edilir bəndi” müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz. Belə ki, müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Hazırkı iddia üzrə iddia müddətinin axımı 2018-ci il 5 may tarixdən başlamaqla, 2021-ci il 5 may tarixdə bitmişdir. İddiaçı tərəf isə mediasiya barədə təklifi 2022-ci il 6 yanvar tarixində, məhkəm əyə isə müraciəti 2022-ci il 6 aprel tarixdə etmişdir. Hazırkı işlə bağlı 3 illik müddət ötürülmüşdür.
16. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina olunması, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aid olmuşdur. Tərəflər arasında qarşılıqlı etimada əsaslanan müqavilə münasibətləri artıq 2018-ci ilin yanvar ayından mövcud olmamış və tərəflər arasında müqavilə münasibətlərinin davam etdirilməsi ilə bağlı hər hansı bir hərəkətlər mövcud olmamışdır.
17. Məhkəmə öz mövqeyini MM-in 372.1, 372.2, 373.2, 375.2, 404.1, 421.1, 421.2, 421.3-cü maddələrinə istinad etmişdir.
18. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi ba rədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(103)-903/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).
20. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2017-ci il 13 yanvar tarixli 156 nömrəli podrat müqaviləsi hazırda qüvvədən düşmüşdür. Belə ki, müqavilənin 5.1-ci bəndində müqavilənin 1 il müddətinə bağlandığı qeyd edilmiş olunsa da, işin hallarından görünür ki, podratçı tərəfindən müqavilə üzrə öhdəlik icra olunmadığından sifarişçi müqaviləni ləğv edərək ödənilmiş avans məbləğinin geri qaytarılmasını tələb etmişdir. Maddi hüquq normanın tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan iddiaçı podrat müqaviləsi üzrə ödənilmiş avans məbləğinin geri qaytarılması barədə iddianı müqavilənin ləğv edildiyi tarixdən 3 il ərzində irəli sürə bilərdi. Lakin müqavilənin hansı tarixdə ləğv olunduğu barədə hər hansı sübut müəyyən edilmədiyindən iddia müddəti avans məbləğinin bir hissəsinin geri qaytarıldığı 2018-ci il 5 may tarixdə başlanmış 2021-ci il 5 may tarixdə bitmişdir. İddiaçı həmin müddət bitdikdən sonra 2022-ci ilin yanvar ayında mediasiya prosesinin başlanması üçün müraciət etdiyindən qanunla nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür.
21. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi iddia müddətinin axımının kəsildiyini təsdiq etmək üçün kassa mədaxil orderləri birinci instansiya məhkəməsinə təqdim olunmadığından və iddiaçı həmin sübutların apellyasiya instansiyası mərhələsində qəbul edilməsi üçün qanuni əsasların mövcudluğunu sübut etmədiyindən məhkəmə tərəfindən qəbul olunmamışdır. İddiaçının nümayəndəsi işə birinci instansiya məhkəməsində baxılarkən 2022-ci il 1 iyun tarixli məhkəmə iclasında 22.500 manat pulun qaytarılması barədə mühasibatlıqda rəsmi sənəd olmadığını göstərmişdir.
22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 375.2, 377.1, 380.1, 421.1, 421.2, 421.3, 759.2-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 372.2-ci maddəsin ə istinad etməklə əsaslandırmışdır.
23. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2022-ci il 28 dekabr tarixdə iş üzrə tərəflərə göndərilmişdir.
24. İddiaçı 2023-cü il 27 fevral tarixdə kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 27 mart tarixli, 2-2(102)-216/2023 saylı qərardadı ilə kassasiya şikayəti qeyri – mümkün hesab edilmiş və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim – B.Qəribov, hakimlər – B.Məmmədli və İ.Dadaşov).
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 aprel tarixli, 2-2(103)-90 3/2022 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
27. İddiaçı 2023-cü il 14 aprel tarixində ərizə ilə müraciət edərək, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 aprel tarixli, 2-2(103)-903/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa olunmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
29. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinin İ və İİ-ci hissələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi hazırkı işdə maddi və prosessual hüq uq normaları tətbiq edərkən konstitusion maddi hüquq normasını pozmuşdur.
30. MM-in 157.1, 157.2, 373.2, 384.0.4, 423.1, 424.5-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi iddiaçının irəli sürdüyü tələb müqavilədən irəli gələn tələb deyil, bilavasitə avans şəklində ödədiyi pul vəsaitinə olan mülkiyyət (tam əşya) hüququnun müdafiəsi ilə bağlı olmuşdur. Həmçinin apellyasiya məhkəməsi iddia müddətini tətbiq edərkən müqavilənin ləğv olunmuş hesab etmiş və iddia müddətini hesablayarkən məhz bu hal nəzərə alınmışdır. Lakin müqavilənin ləğvi barədə tərəflər arasında hər hansı yazılı razılaşma olmamışdır. Cavabdeh müqavilə öhdəliklərini icra etmədiyi üçün müqavilə şərtlərinə uyğun cavabdehə verilmiş pul məbləği iddiaçı tərəfindən geri tələb olunmuşdur.
31. Həmçinin iddia a vans olaraq müqavilə öhdəliklərinə uyğun işlərin görülməsi üçün cavabdehə müəyyən pul məbləği ödəmişdir. Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən iddiaçıya maddi zərər dəymişdir. Belə olduğu halda məhkəmə tərəfindən istinad olunan maddi hüquq normalarının tələbləri pozularaq əsassız qətnamə qəbul olunmuşdur.
32. MPM-in 2.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi iddiaçının iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlarını-kassa mədaxil orderlərini sübut kimi qəbul etməməklə və onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb düzgün hüquqi qiymət verməməklə qeyd edilən prosessual hüquq normalarının tələbləri qətnamə qəbul olunan zaman nəzərə alınmamışdır. Həmin kassa mədaxil orderləri ayrı-ayrı vaxtlarda iddiaçı olan hüquqi şəxsin rəhbə rlərinin imzası və möhürü ilə, eləcə də mühasibat tərəfindən təsdiqləndiyindən həmin sübutların etibarsızlığı üçün hər hansı şübhə mövcud olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
34. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya i nstansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından bi rtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə
759. Podrat müqaviləsinin ləğvi... 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.”
38. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... ” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozu ntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(103)-903/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
40. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, müqavilənin ləğvi barədə tərəflər arasında hər hansı yazılı razılaşma olmamışd ır. Müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün iddiaçı avans olaraq müəyyən pul məbləği ödəmiş, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya maddi zərər dəymişdir.
41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin apardığı hüquqi qiymətləndirmə ilə razılaşaraq bildirir ki, tərəflər arasında bağlanmış 2017-ci il 13 yanvar tarixli, 156 nömrəli podrat müqaviləsi iddia ərizəsinin məhkəməyə təqdim olunduğu 2022-ci il 6 aprel tarixdə artıq qüvvədə olmamışdır. Belə ki, işin hallarından göründüyü kimi, podratçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmədiyindən sifarişçi müqaviləni ləğv edərək ödənilmiş avans məbləğinin geri qaytarılmasını tələb etmişdir. Avans məbləğinin qismən qaytarılması MM-nin 421.1-ci maddəsinə əsasən tərəflərin qarşılığı razılığı əsası nda podrat müqaviləsinin ləğv olunduğunu təsdiq edir.
42. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair gəldiyi nəticəni də qanuni və əsaslı hesab edir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan iddiaçı podrat müqaviləsi üzrə ödənilmiş avans məbləğinin geri qaytarılması barədə iddianı müqavilənin ləğv edildiyi tarixdən 3 il ərzində irəli sürə bilərdi. Hazırkı halda, iddia müddətinin avans məbləğinin bir hissəsinin geri qaytarıldığı 2018-ci il 5 may tarixdə başlayaraq 2021-ci il 5 may tarixdə bitmiş olmasına, iddiaçının həmin müddət bitdikdən sonra 2022-ci ilin yanvar ayında mediasiya prosesinin başlanması üçün müraciət etdiyindən qanunla nəzərdə tutulmuş üç illik iddia müddətini ötürməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
43. İddiaçının kassasiya şikayətində onun irəli sürdüyü tələbin müqavilədən deyil, mülkiyyət (tam əşya) hüququnun müdafiəsi ilə bağlı olmasına dair dəlili də anlaşılan deyildir. Belə ki, avans məhz tərəflər arasında bağlanmış 2017-ci il 13 yanvar tarixli podrat müqaviləsi əsasında verildiyindən onun qaytarılması mübahisəsi müqavilə üzrə öhdəlik münasibətlərindən irəli gəlməklə bunun əşya hüquq münasibəti kimi qəbul olunmaqla ondan fərqləndirilməməsi mülki qanunvericiliklə müəyyən olunmuş qaydalar baxımından məqbul sayıla bilməz və bu baxımdan məhkəmə tərəfindən MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin tətbiqi qanuni olmuşdur.
44. Kassasiya şikayətinin digər dəlili belə olmuşdur ki, apellyasiya məhkəməsi iddiaçının iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlarını-kassa mədaxil orderlərini sübut kimi qəbul etməmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq həmin orderlərin instansiya məhkəməsinə təqdim edilməməsi və iddiaçının həmin sübutların apellyasiya instansiyası mərhələsində qəbul edilməsi üçün qanuni əsasların mövcudluğunun sübut olunmaması əsası ilə onları qəbul etməmişdir.
46. Belə ki, MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri, çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir (MPM-in 165, 167.1 və 167.1.2-ci maddələri).
47. Mülki prosessual qanunvericiliyin tələblərinə görə həmçinin işdə iştirak edən şəxslər də prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qəd ər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 47, 77.1, 78.1-ci maddələri).
48. Bununla belə, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. (MPM-in 184.1-ci maddəsi).
49. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə isə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqd im edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 361.4, 372.2-ci maddələri).
50. Sadalanan prosessual hüquq normalarının kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş sübutların qiymətləndirilməməsinə dair məsələyə tətbiqi baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin sübutların apellyasiya instansiyası mərhələsində qəbul edilməsi üçün qanuni əsasların mövcudluğunun sübuta yetirə bilmədiyindən apellyasiya məhkəməsinin həmin sübutları qəbul etməməsi də qanuni olmuş dur. Bununla yanaşı işdən görünür ki, iddiaçı işə birinci instansiya məhkəməsində baxılarkən 2022-ci il 1 iyun tarixli məhkəmə iclasında pulun əldən qaytarılması ilə və ya rəsmi qaydada ödənilməsi ilə bağlı heç bir rəsmi sənədin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə tərəflərin öz dəlillərini əsaslandıra biləcək sübutlar mövcud olduğu halda onları birinci instansiya məhkəməsinə deyil, apellyasiya məhkəməsinə təqdim etmələri birinci instansiya məhkəmlərinin işin tam və hərtərəfli araşdırma səlahiyyətini əhəmiyyətsizləşdirməklə eyni funksiyaların apellyasiya instansiyası məhkəmələrinin üzərinə qoyulması ilə nəticələnə bilərdi.
51. Bu baxımdan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi M ülki işlər üzrə Məhkəmə Kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfi n mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.
52. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, iş üçün sübut əhəmiyyəti daşımayan formal mülahizə hesab edir.
53. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
54. MPM-in 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
55. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə və onlara verilmiş şərhə əsasən düzgün aparmışdır.
57. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(103)-903/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
58. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(103)-903/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy