Məhkəmə qərarları › İş №2-2(102)-336/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-336/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-336/2024 22.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qanuni nümayəndə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Müqavilə tələbləri üzrə iddia müddəti, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı Qanuni nümayəndə MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 yanvar tarixli 2-2(103)-99/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayət inə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında 2011-ci il 26 avqust tarixli R/İ/L-009/11 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması üçün icraçının 44.100.000 manat (ƏDV ilə birlikdə) məbləğində təklifini qəbul etmişdir.

2. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 2011-ci il 26 avqust tarixli müqaviləyə dair 2013-cü il 30 aprel tarixində 01 nömrəli əlavə razılaşma imzalanmışdır. Əlavə razılaşmaya görə tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəlmişlər: 1.1. Müqavilə üzrə görüləcək işlərin artması ilə əlaqədar müqavilənin dəyərinin Ə DV daxil olmaqla 23.400.000 manat artaraq ƏDV daxil olmaqla 67.500.000 manat təşkil edir. Müqavilənin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 2.1. Müqavilənin müddəti dəyişməz olaraq qalır.

3. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 2011-ci il 26 avqust tarixli müqaviləyə dair 2014-cü il 6 avqust tarixində 03 nömrəli əlavə razılaşma imzalanmışdır. Həmin razılaşmaya görə, tərəflər 2013-cü il 20 dekabr tarixində 2 nömrəli razılaşma imzalayaraq müqavilənin müddətinin 2013-cü il 31 dekabr tarixindən 2014-cü il 30 dekabr tarixinə qədər uzatmışlar.

4. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 2011-ci il 26 avqust tarixli müqaviləyə dair 2014-cü il 29 dekabr tarixində 04 nömrəli əlavə razılaşma imzalanmışdır.

5. Qanuni nümayən də MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 2011-ci il 26 avqust tarixli müqaviləyə dair 2016-cı il 31 may tarixində 06 nömrəli əlavə razılaşma imzalanmışdır. Razılaşmadan görünür ki, tərəflər 2015-ci il 29 dekabr tarixində 05 nömrəli razılaşma imzalayaraq müqavilənin müddətinin 2015-ci il 30 dekabr tarixindən 2016-cı il 30 dekabr tarixinə qədər uzatmışlar. 6. 2018-ci ilin fevral ayında yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktına (Forma 2) əsasən müəyyən edilir ki, 2011-ci il 26 avqust tarixli R/İ/L-009/11 saylı müqavilə üzrə Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 19.238,72 manat təşkil etmişdir. 7. 2018-ci ilin fevral ayında yerinə yetirilmiş tikinti quraşdırma işlər inin qəbulu aktına (Forma 2) əsasən müəyyən edilir ki, 2011-ci il 26 avqust tarixli R/İ/L-009/11 saylı müqavilə üzrə Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 283.845,41 manat təşkil etmişdir.

8. Fevral 2018-ci il tarixində yerinə yetirilmiş podrat işlərinin dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, 2011-ci il 26 avqust tarixli R/İ/L-009/11 saylı müqavilə (Biləsuvar) üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV daxil) 303.084,13 manat təşkil etmişdir.

9. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında 2014-cü il 2 iyul tarixli R/İ/T-008/14 saylı işlər üzrə satınalma müqaviləsi bağlanmışdır.

10. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 2014-cü il 2 iyul tarixli R/İ/T-008/14 saylı müqaviləyə dair 2014-cü il 2 sentyabr tarixində 1 nömrəli əlavə razılaşma imzalanmışdır. 11. 2018-ci ilin Fevral ayında yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktına (Forma 2) əsasən müəyyən edilir ki, 2014-cü il 2 iyul tarixli R/İ/T-008/14 saylı müqavilə üzrə Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 79.052,85 manat təşkil etmişdir.

12. Fevral 2018-ci il tarixində yerinə yetirilmiş podrat işlərinin dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, R/İ/T-008/14 saylı müqavilə (Lənkəran) üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV daxil) 79.052,85 manat təşkil etmişdir.

13. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında 2015-ci il 25 dekabr tarixli KL/İ/T-111/15 saylı işlər üzrə satınalma müqaviləsi bağlanmışdır.

14. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 2015-ci il 25 dekabr tarixli KL/1/T-111/15 saylı müqaviləyə dair 2016-cı il 25 oktyabr tarixində 1 nömrəli əlavə razılaşma imzalanmışdır. Müqavilə 2015-ci il 25 dekabr tarixində qüvvəyə minir və tərəflər öhdəliklərini yerinə yetirdiyi müddət ərzində qüvvədə qalır. 15. 2018-ci ilin Fevral ayında yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktına (Forma 2) əsasən müəyyən edilir ki, 2015-ci il 25 dekabr tarixli KL/İ/T-111/15 saylı müqavilə üzrə Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 123.523,34 manat təşkil etmişdir. 16. 2018-ci il tar ixində yerinə yetirilmiş podrat işlərinin dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, KL/İ/T-111/15 saylı müqavilə (Salyan) üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV daxil) 1.725.265,11 manat təşkil etmişdir. 17. 2020-ci il 14 yanvar tarixli qarşılıqlı üzləşmə aktına görə, Cavabdeh ASC-nin 2020-ci il 1 yanvar tarixinə tikintisi aparılmış layihələr üzrə cəmi borcu 7.285.374,04 manat (o cümlədən R/İ/L-009/11 (Biləsuvar) saylı müqavilə üzrə 1.194.852,71 manat və R/İ/T008/14 (Lənkəran) saylı müqavilə üzrə 3.316.334,53 manat) təşkil etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

18. Qanuni nümayəndə MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh) qarşı 2023-cü il 26 aprel tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə tərəflər arasında bağlanılmış müqavilə əsasında iddiaçı tərəfindən cavabdeh üçün görülmüş tikinti quraşdırma işlərin dəyəri olan 9.392.776,13 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış müqavilə əsasında iddiaçı tərəfindən cavabdeh üçün tikinti quraşdırma işləri görülməsinə baxmayaraq, görülmüş işlərin dəyəri olan 9.392.776,13 manat məbləğində borc ödənilməmişdir. Görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı cavabdehə ünvanlanmış müraciətlər və pretenziya məktubu nəticəsiz qalmışdır.

20. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia müddəti ötürüldükdən sonra tərəflər arasında 2020-ci il 1 4 yanvar tarixində 7.285.374,04 manat vəsaitlə bağlı üzləşmə aktı imzalandığına görə həmin məbləğ üzrə iddia müddəti tətbiq edilməlidir. Cavabdeh ilə iddiaçı arasında bağlanmış müqavilələrdən sonuncunun bitmə tarixi 2016-cı il 30 dekabr tarixə kimi müəyyənləşdirilmiş, üzləşmə aktı isə 2020-ci 14 yanvar tarixində tərtib edilmişdir. Göründüyü kimi üzləşmə aktı müqavilələrin bitmə müddətindən 3 il 14 gün sonra imzalanmışdır.

21. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 22 sentyabr tarixli e-2-2(113)2623/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – L.Əliyeva).

22. Məhkəmə gəldiyi nəticə ilə bağlı bildirmişdir ki, iddiaçı tələb etdiyi borcun hansı hissəsinin hansı müqavilə üzrə yaranmasını iddia ərizəsində konkretləşdirməmiş, eləcə də tərəflər arasında imzalanmış üzləşmə aktında adı çəkilən bəzi müqavilələri ümumiyyətlə məhkəməyə təqdim etməmişdir. Bundan əlavə üzləşmə aktında əks olunmuş borcun yaranmasını təsdiqləyən ilkin sənədlər (təhvil-təslim aktları və s.) məhkəməyə tam şəkildə təqdim edilməmişdir (iddiaçı tərəfindən R/İ/T-008/14 nömrəli müqavilə (Lənkəran) üzrə fevral 2018-ci il tarixli ƏDV daxil 79.052,85 manat məbləğində işlərin görülməsinə dair forma 2 aktı və 2011-ci il 26 avqust tarixli R/İ/L-009/11 nömrəli müqavilə üzrə isə fevral 2018-ci il tarixli 606.168,26 manat məbləğində işlərin görülməsinə dair forma 2 aktları məhkəməyə təqdim edilmişdir).

23. Məhkəmə iddia tələbinin 2.107.402,09 manat hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin hissədə borcun hansı podrat müqaviləsi üzrə yarandığını dəqiqləşdirməmişdir. Digər tərəfdən iş materialları ndan da göründüyü kimi 2020-ci il 14 yanvar tarixində tərəflər arasında borcların qarşılıqlı üzləşdirilməsi aparılaraq həmin tarixə cavabdehin iddiaçıya borcunun cəmi 7.285.374,04 manat təşkil etməsi müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən üzləşmə aktının imzalandığı tarixindən sonrakı dövrdə hər hansı müqavilə üzrə iddiaçı tərəfindən işlərin yerinə yetirilməsini və belə olan halda cavabdehin iddiaçıya yeni bir borc məbləğinin yarandığını təsdiqləyən sübutlarını isə məhkəməyə təqdim etməmişdir.

24. Məhkəmə bildirmişdir ki, iddiaçı ödənilməsini tələb etdiyi borc məbləğinin hansı dövrə aid olmasını təsdiqləyə biləcək ilkin mühasibat uçotu sənədlərini məhkəməyə təqdim etməsə də, üzləşmə aktında əks olunmuş borc 2019-cu il 1 yanvar tarixə artıq mövcud olmuş, yəni həmin borc ən geci 2018-ci i ldə görülmüş işlərə görə yaranmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş “yerinə yetirilmiş işlərin qəbulu barədə aktlar” da 2018-ci ilin fevralında görülmüş işlərlə bağlı tərtib edilmişdir. Göstərilən hallar isə ona dəlalət etmişdir ki, iddiaçının cavabdehə qarşı görülmüş işlərin dəyərini ödənilməsi tələbini irəli sürmək hüququ ən geci 2019-cu il 1 yanvar tarixindən əmələ gəlmişdir ki, iddia müddətinin axımı da ən geci həmin tarixdən başlamışdır. Bununla yanaşı 2019-cu il 1 yanvar tarixindən sonra cavabdeh tərəfindən mübahisəli borc üzrə hər hansı ödənişin edilməsi iş materiallarına əsasən müəyyən edilməmişdir.

25. Beləliklə, hazırkı iddia tələbini irəli sürmək hüququ ən geci 2019-cu il 1 yanvar tarixindən əmələ gəldiyini və iddia müddətin axımından ən geci həmin tarixdən başladığını, eləcə də həmin tarixdən sonra üç illik müddət ərzində borclu tərəfindən iddia müddətinin axımının kəsilməsinə səbəb olan borcu etirafedici hərəkətlərin edilmədiyini nəzərə alaraq məhkəmə iddia müddətinin axımının ən geci 2022-ci il 1 yanvar tarixində başa çatması qənaətinə gəlmişdir. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə ilk dəfə 2022-ci il 1 dekabr tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərkən tələb üzrə iddia müddəti (30 günlük mediasiya müddəti nəzərə alınmaqla belə) artıq buraxılmışdır. Beləliklə, 7.285.374,04 manat borc tələbi üzrə iddia müddəti buraxıldığından həmin hissədə də iddia tələbi rədd edilməlidir.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372.1, 372.2, 373.2, 377.1, 377.2, 377.3, 375.2, 378, 380.1, 385.1 442, 443.1, 448.1 və 752.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009cu il 7 iyul tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

27. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 yanvar 2-2(103)-99/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).

29. Məhkəmə kollegiyası bildirmişdir ki, tərəflər arasında tərtib olunmuş 2020-ci il 14 yanvar tarixli üzləşmə aktına əsasən cavabdeh 2020-ci il 1 yanvar tarixə iddiaçıya 7.285.374,04 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. İddiaçı cavabdehə qarşı hazırkı iddia ilə 2023-cü il 1 yanvar tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin, iddiaçı hazırkı iddia ilə 2023-cü il 23 aprel tarixdə (30 günlük mediasiya müddətini nəzərə alsaq belə) Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddia ərizəsi ilə məhkəməyə 2022-ci il 1 dekabr tarixində müraciət edildiyi nəzərə alınmaqla iddia müddətinin ötürülməməsi ilə ba ğlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının məhkəməyə müraciət etdiyi 2022-ci il 1 dekabr tarixindən həmin iddianın baxılmamış saxlanması barədə qərardadın qüvvəyə mindiyi tarixə qədər olan müddətin iddia müddətindən çıxılması üçün əsaslar mövcud olmadığından həmin müddətin də axımı 2020-ci il 1 yanvar tarixindən başlanmış iddia müddətinə daxildir. Bu səbəbdən, birinci instansiya məhkəməsi iddia tələbinin 7.285.374,04 manat pulun tutulması hissəsində iddia müddətinin ötməsi əsası ilə rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

31. İddianın 2.107.402,09 manat hissəsinə münasibətdə isə məhkəmə kollegiyası iddiaçı tərəfindən həmin hissədə borcun hansı podrat müqaviləsi üzrə yarandığını təsdiq edən sübutların təqdim olunmadığını qeyd etmiş və bu baxımdan apellyasiya şikayətində i rəli sürülən dəlilləri əsassız hesab etmişdir.

32. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.2, 380, 381.1, 381.2, 385.1, 442, 443.1, 448.1 və 752.1-ci maddələrinə; Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “MM-in 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarına; “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2008-ci il 8 may tarixli qərarına; İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il 25 yanvar tarixli qərarın a; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı qərarına; MPM-in 14.2, 77.1, 107, 119.1 və 119.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

33. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və MM-in 380.1, 380.2 və 752-ci maddələri üzrə - Məhkəmə 2020-ci il 14 yanvar tarixli qarşılıqlı üzləşdirmə aktını borcun etirafı kimi qəbul etməyərək, iddia müddətinin ötürülməsini əsas gətirərək iddia tələbini rədd etmişdir. Halbuki, 2020-c i il 14 yanvar tarixli qarşılıqlı üzləşdirmə aktında qarşı tərəf borcunu etiraf etmiş və aktı öz imza möhürü ilə təsdiq etmişdir. Bundan əlavə, borcun mövcudluğu məhkəmə iclasında da etiraf edilmişdir. Qarşılıqlı üzləşmə aktı 2020-ci il 14 yanvar tarixində tərtib olunduğuna görə 3 illik iddia müddəti 2023-cü il 14 yanvar tarixdə başa çatır. İddia ərizəsi ilə məhkəməyə 2022-ci il 1 dekabr tarixdə müraciət edildiyini nəzərə alındıqda isə iddia müddətinin ötürülmədiyi aydın olur. Məhkəmələr maddi hüquq norması pozaraq iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbini rədd etmişlər. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsinin iddianın irəli sürülməsinin iddia müddətinin axımının kəsilməsinə səbəb olmaması, iddianın irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddətin baş lanmış iddia müddətindən çıxılmamasına dair mövqeyi əsassızdır. Belə ki, heç bir qanunvericilik normasında iddianın irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddətin başlanmış iddia müddətindən çıxılmaması qeyd olunmamışdır. Çünki, formal olaraq iddianın baxılmamış saxlanılması halında belə iddia müddətinin ötürülmüş hesab edilməsi nəticəsində şəxs məhkəmədə öz mənafelərinin müdafiəsi hüququnu itirmiş olur ki, bu da onun konstitusion hüququnu pozur. Bundan əlavə, işlər faktiki olaraq iddiaçı tərəfindən yerinə yetirilərək sifarişçinin GİS bazasında işlənilmiş və faktiki icra edilmiş işlər yenidən yoxlanılmalıdır. Sifarişçi icra edilmiş işlərin əvəzini ödəmədən bu işdən gəlirlər əldə etmişdir. İddia tələbində nəzərdə tutulan 2.107.402,09 manatla bağlı təsdiq edilmiş forma 2-də işlərin hansı layihə üzrə icra edildiyi açıq qeyd olunmuşdur. Həmin işlər qarşılıqlı üzləşmə aktı imzalanmamışdan iki il əvvəl icra edilmişdir (2018-ci il fevral ayı). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən s onra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir “Maddə

381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 381.2. Əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır.

39. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “MM-in 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarix li qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır...” 40. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kolleg iyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2008-ci il 8 may tarixli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır...”

41. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il 25 yanvar tarixli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:... atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsu si ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar...”

42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir...”

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər...”

44. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. Belə ki, hazırki işin aşağı instansiya məhkəmələri tərəfindən mübahisəsiz qaydada müəyyən olunan hallarına görə tərəflər arasında tərtib olunmuş 2020-ci il 14 yanvar tarixli üzləşmə aktına əsasən, cavabdeh 2020-ci il 1 yanvar tarixə iddiaçıya 7.285.374,04 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. İddiaçı cavabdehə qarşı hazırkı iddia ilə 2023-cü il 1 yanvar tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin, iddiaçı hazırkı iddia ilə 2023-cü il 23 aprel tarixdə (30 günlük mediasiya müddətini nəzərə alsaq belə) Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmələr iddia tələbinin 7.285.374,04 manat pulun tutulması hissəsində iddia müddətinin ötməsi əsası ilə rədd edilməsi nəticəsinə gəlmişlər.

47. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, MM-in 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsini müəyyənləşdirilmiş qa ydada iddianın irəli sürülməsi ilə şərtləndirmişdir ki, bu prosessual qanunvericiliyin tələblərinə və aidiyyət qaydalarına riayət olunmaqla irəli sürülən iddia tələbini ehtiva edir.

48. Bununla belə MM-də iddia ərizəsinin baxılmamış saxlanılması halında iddia müddətinin axımının nizamlanması ilə bağlı qayda da nəzərdə tutulmuşdur. Belə ki, MM-in 381.1-ci maddəsinin tələblərinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

49. Hazırki işin materiallarından da görünür ki, 2020-ci il 14 yanvar tarixli qarşılıqlı üzləşmə aktına görə, Cavabdeh ASC-nin 2020-ci il 1 yanvar tarixinə tikintisi aparılmış layihələr üzrə cəmi borcu 7.285.374,04 manat (o cümlədən R/İ/L-009/11 (Biləsuvar) saylı müqavilə üz rə 1.194.852,71 manat və R/İ/T008/14 (Lənkəran) saylı müqavilə üzrə 3.316.334,53 manat) təşkil etmişdir.

50. İddiaçı hazırkı iddia tələbi ilə ilk dəfə 2022-ci il 1 dekabr tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 2023-cü il 6 fevral tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır.

51. Yuxarıda qeyd olunan maddi hüquq normasının tələbləri baxımından iddia ərizəsi baxılmamış saxlanıldığından iddia müddətinin axımı ümumi qaydada davam etmişdir.

52. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin axımı üzləşmə aktının imzalandığı 2020-ci il 14 yanvar tarixindən hesablansa belə iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüş olur.

53. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının məhkəməyə müraciət etdiyi 2022-ci il 1 dekabr tarixdən həmin iddianın baxılmamış saxlanması barədə qərardadın qüvvəyə mindiyi tarixə qədər olan müddətin iddia müddətindən çıxılması üçün əsaslar mövcud olmadığı və həmin müddətin də axımının 2020-ci il 1 yanvar tarixdən başlanmış iddia müddətinə daxil olması barədə apellyasiya instansiya məhkəməsinin qənaəti qanunvericiliyin tələblərinə uyğun olmuş və bu barədə maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir.

54. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr mübahisəni həll edərkən iddiaya münasibətdə iddia müddətini düzgün olaraq tətbiq etmişlər.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdıraraq düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən olunmuş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə MPM-nin 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur

56. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdiril məsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

57. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı Qanuni nümayəndə MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 yanvar tarixli 2-2(103)-99/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar