Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-339/2023 19.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı1 Cavabdeh qarşı, həmçinin müstəqil tələb irəli sürən üçün şəxs “X12 X11 Sanaye və Ticaret LTD” şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul olunmasına dair qərardadın ləğv olunması və işin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (məruzəçi), Kəmalə Nəbi qızı Abiyeva və Abiddin Qabil oğlu Hüseynovdan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 1 fevral tarixli 2-2(104)-14/2022 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs “X13 X11 Sanaye və Ticaret LTD” şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İ. İşin halları
1. Gəncə Kommersiya Məhkəməsinin (hakim X10) 2021-ci il 3 iyun tarixli e-22(115)-99/2021 nömrəli qətnaməsi ilə İddiaçı1 (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi və iddiaçının əmlakının geri qaytarılmasına dair iddiası qismən təmin edilmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ilə həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs “X12 X11 Sanaye Və Ticaret Ltd” şirkətinin (bundan sonra – “üçüncü şəxs”) cavabdehə qarşı dəymiş z ərərin ödənilməsinə dair iddiası qismən təmin edilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının (sədrlik edən və məruzəçi X5, hakimlər X3 və X8) 2022-ci il 1 fevral tarixli 2-2(104)-14/2022 nömrəli qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçının iddiası qismən təmin edilmiş, həmçinin üçüncü şəxsin iddiası və apellyasiya şikayəti təmin edilməmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının (məruzəçi X6, hakimlər İlqar Ağababaş oğlu Dadaşov və X7) 2022-ci il 4 oktyabr tarixli 22(102)-511/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının iddiasına münasib ətdə ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün geri qaytarılmışdır.
5. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının (sədrlik edən və məruzəçi X4, hakimlər X9 və X1) 2023-cü il 15 fevral tarixli 2-2(104)-37/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflər arasında bağlanmış 2017-ci il 1 mart tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi və iddianın qalan hissədə təmin olunmaması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamışdır. 6. 2023-cü il aprelin 12-də iddiaçı yuxarıdakı qətnamədən kassasiya şikayətini Gəncə Apellyasiya Məhkəməsinə təqdim etmiş və kassasi ya şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə (bundan sonra – “Ali Məhkəmə”) göndərilmişdir.
7. Ali Məhkəmənin Kommersiya kollegiyasının (məruzəçi X2, hakimlər Kəmalə Nəbi qızı Abiyeva və Abiddin Qabil oğlu Hüseynov) 2023-cü il 18 may tarixli 2-2(102)339/2023 nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayəti icraata qəbul edilmişdir. 8. 2023-cü il mayın 18-də üçüncü şəxs Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 1 fevral tarixli 2-2(104)-14/2022 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə və kassasiya şikayətini elektron kabinet vasitəsilə Ali Məhkəməyə göndərmişdir. İİ. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə
133. Prosessual müddətlərin bərpası “... 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır.... ” “Maddə
406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti məhkəməsi vasitəsi ilə verilir. yazılı formada apellyasiya instansiyası 406.2. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir.” “Maddə
409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instan siyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin... tələblərinə uyğunluğunu yoxlayır....” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər....” İİİ. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs kassasiya şikayətini və kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizəni iddiaçının kassasiya şikayətinin icraata qəb ul edilməsi haqqında Ali Məhkəmənin qərardadı çıxarıldıqdan sonra elektron kabinet vasitəsilə birbaşa kassasiya instansiyası məhkəməsinə göndərmişdir (bax, yuxarıda 7-8-ci paraqraflara).
11. Bununla yanaşı, MPM-in 133-cü maddəsinin mənasına görə, kassasiya şikayətini verilmə müddətinin bərpası barədə ərizə, kassasiya şikayəti prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə, yəni apellyasiya instansiyası məhkəməsinə verilir. Eyni qaydada, MPM-in 406-cı maddəsinə müvafiq olaraq, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (bax, yuxarıda 9-cu paraqrafa).
12. Bundan əlavə, iddiaçının kassasiya şikayəti Ali Məhkəmənin qərardadı ilə artıq icraata qəbul edildikdən, nəzərə alınmalıdır ki, MPM-in 417.1.7-ci maddəsinə əsasən Ali Məhkəmənin belə qərardadı ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır.
13. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, üçüncü tərəfin kassasiya şikayəti Ali Məhkəmədəki hazırkı icraatına səbəb olmuş iddiaçının barəsində kassasiya şikayəti verdiyi Gəncə Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının sonuncu qətnaməsindən deyil, 2022-ci il 1 fevral tarixli 2-2(104)-14/2022 nömrəli qətnaməsindən verilmişdir.
14. Nəzərə alınmalıdır ki, Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 4 oktyabr tarixli 2-2(102)-511/2022 nömrəli qərarında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız iddiaçının iddiasına münasibətdə araşdırılmışdır.
15. Belə olan halda, üçüncü şəxsin kassasiya şikayətinin mümkünlüyünə apellyasiya instansiyası məhkəməsi tərəfindən bax ılmalıdır.
16. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizəyə münasibət bildirilməsi və kassasiya şikayətinin mümkünlüyü ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərin yoxlanılması, nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməklə iş kassasiya baxışından çıxarılmalı və apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 133, 406.2 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 15 fevral tarixli 2-2(104)-37/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2023-cü il 18 may tarixli 2-2(102)-339/2023 nömrəli qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılsın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 1 fevral tarixli 2-2(104)-14/2022 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürən üçün şəxs “X12 X11 Sanaye və Ticaret LTD” şirkəti tərəfindən verilən buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması və kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün kommersiya mübahisəsi üzrə iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin.