Məhkəmə qərarları › İş №2-2(102)-340/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-340/2023

23.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-340/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-340/2023 Açar sözlər: kredit müqaviləsi, iddia müddəti, axımın kəsilməməsi və dayanmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və X3 ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönə ldilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli, 2-2(104)-56/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2015-ci il 2 oktyabr tarixli, 091-15B-01 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6 faiz olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 ay olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh1 15.000 manat məbləğində kredit verilmişdir. 2. 2015-ci il 2 oktyabr tarixli, 090-15B-02 saylı kredit müqaviləsindən gör ünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6 faiz olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 ay olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh2 15.000 manat məbləğində kredit verilmişdir. 3. 2015-ci il 2 oktyabr tarixli, 091-15B-03 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh4 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6 faiz olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 ay olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti i lə Cavabdeh4 15.000 manat məbləğində kredit verilmişdir. 4. 2015-ci il 2 oktyabr tarixli, 090-15B-04 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh5 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6 faiz olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 ay olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh5 15.000 manat məbləğində kredit verilmişdir. 5. 2015-ci il 2 oktyabr tarixli, 091-15B-05 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6 faiz olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 a y olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh3 15.000 manat məbləğində kredit verilmişdir. 6. 2015-ci il 2 oktyabr tarixində "xxxx" ASC ilə X4 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, X6 mülkiyyətində olan Bərdə şəhəri, Nizami küçəsində istifadədə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasını (mağaza) Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 2015-ci il 2 oktyabr tarixli, 091-15B-01 saylı, 2015-ci il 2 oktyabr tarixli, 091-15B-03 saylı, 2015-ci il 2 oktyabr tarixli, 091-15B-05 saylı, 2015-ci il 2 oktyabr tarixli, 091-15B-04 saylı və 2015-ci il 2 okty abr tarixli, 091-15B-02 saylı kredit müqavilələrinin təminatı kimi ipoteka saxlayana ipotekaya vermişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, tam mülkiyyət hüququ X2 məxsus Bərdə şəhəri, Nizami küçəsində istifadədə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası (mağaza) 2009-cu il 23 oktyabr tarixli, 1 nömrəli reyestr kitabının 151 nömrəli səhifəsində **********40-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, MH seriyalı, ******* nömrəli çıxarışla X1 adına qeydiyyata alınmışdır. 8. 2022-ci il 7 iyun tarixli maliyyə arayışları ndan görünür ki, Cavabdeh1 2015-ci il 5 oktyabr tarixli, 091-15B-01 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 10.433,09 manat, faiz borcu 3.347 manat, dəbbə pulu 2.900 manat olmaqla cəmi 16.680,09 manat, Cavabdeh4 2015-ci il 5 oktyabr tarixli, 091-15B-03 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 11.930,18 manat, faiz borcu 3.926 manat, dəbbə pulu 3.400 manat olmaqla cəmi 19.256,18 manat, Cavabdeh3 2015-ci il 5 oktyabr tarixli, 091-15B-05 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 11.431,46 manat, faiz borcu 3.348 manat, dəbbə pulu 3.100 manat olmaqla cəmi 17.879,46 manat, Cavabdeh5 2015-ci il 5 oktyabr tarixli, 091-15B-04 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 11431,46 manat, faiz borcu 3.348 manat, dəbbə pulu 3.170 manat olmaqla cəmi 17.949,46 manat, Cavabd eh2 2015ci il 5 oktyabr tarixli, 091-15B-02 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 11.431,46 manat, faiz borcu 3.349 manat, dəbbə pulu 3.180 manat olmaqla cəmi 17.960,46 manat təşkil edir.

9. İş materiallarında olan hesabdan çıxarış vərəqlərindən görünür ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 kredit müqavilələri üzrə sonuncu ödənişləri 2017-ci il 17 aprel tarixində ödəmişlər. 10. 2(021)-675/2023 saylı işdən müəyyən olunmuşdur ki, İddiaçı BOKT ASC 2019cu il 13 fevral tarixində cavabdehlər Nümayəndə və X2 qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-yə 2015-ci il 2 oktyabr tarixli, 091-15B-01 nömrəli kredit müqaviləsi üzrə 11.419,24 manat əsas, 9.692,18 manat hesablanmış faiz, 2.877,65 manat dəbbə pulu, cəmi 23.989,07 manat borcu olduğunu, Cavabdeh2 İddiaçı BOKT ASC-yə 2015-ci il 2 oktyabr tarixli, 091-15B-02 nömrəli kredit müqaviləsi üzrə 11.431,46 manat əsas, 9.707,23 manat hesablanmış faiz, 2.880,73 manat dəbbə pulu, cəmi 24.019,42 manat borcu olduğunu, Cavabdeh4 İddiaçı BOKT ASC-yə 2015-ci il 2 oktyabr tarixli, 091-15B-03 nömrəli kredit müqaviləsi üzrə 13.598 manat 89 qəpik əsas, 11.436 manat hesablanmış faiz, 3.426,92 manat dəbbə pulu, cəmi 28.461,81 manat borcu olduğunu, Cavabdeh5 İddiaçı BOKT ASC-yə 2015-ci il 2 oktyabr tarixli, 09115B-04 nömrəli kredit müqaviləsi üzrə 11.431,46 manat əsas, 9.707,23 manat hesablanmış faiz, 2.880,73 manat dəbbə pulu, cəmi 24.019,42 manat borcu olduğunu, X7 İddiaçı BOKT ASC-yə 2 015-ci il 2 oktyabr tarixli, 091-15B-03 nömrəli kredit müqaviləsi üzrə 11.431,46 manat əsas, 9.707,23 manat hesablanmış faiz, 2.880,73 manat dəbbə pulu, cəmi 24.019,42 manat borcu olduğunu göstərmiş, Nümayəndə isə İddiaçı BOKT ASC-nin xeyrinə 2011-ci il 7 dekabr tarixli, 728B nömrəli kredit müqaviləsi üzrə 885,21 manat əsas, 1.432,97 manat hesablanmış faiz, 230,15 manat dəbbə pulu, cəmi 2.548,33 manat; 2014-cü il 24 aprel tarixli, 304-14B-PK nömrəli kredit müqaviləsi üzrə 5 998,09 manat əsas, 10.357,54 manat faiz, cəmi 16.355,63 manat; 2015-ci il 4 may tarixli, 033-15B nömrəli kredit müqaviləsi üzrə 3.952,87 ABŞ dolları əsas, 4.174,23 ABŞ dolları faiz, 1.027,75 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 9.154,85 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 ma nat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını, ipoteka predmeti 100.000 manat qiymətləndirilməsini və borcun əvəzi bu qiymətlə X1 mülkiyyətindəki Bərdə şəhəri Nizami küçəsi 0.02616 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli, qeyri-yaşayış binasının (mağaza) tam olaraq açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsini, X1 mülkiyyətindəki Bərdə şəhəri Nizami küçəsi 0.02616 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli, qeyri-yaşayış binasının (mağazanın) tam olaraq boşaldılmasını, hərracdan əldə olunan məbləğ borc öhdəliyini tam ödəmədikdə yerdə qalan məbləğin cavabdehdən ümumi qayda da tutulmasını xahiş etmiş, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı hər hansı tələb irəli sürülməmişdir.

11. Bərdə Rayon Məhkəməsinin 2021-ci il 16 noyabr tarixli, 2(021)-2857/2021 saylı qərardadı ilə İddiaçı BOKT ASC cavabdehlər Nümayəndə, X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X5rşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X8 münasibətdə icraat ayrılaraq aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

12. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 4 fevral tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin qərardadına əsasən, Bərdə Rayon Məhkəməsinin 2021-ci il 16 noyabr tarixli, 2(021)-2857/2021 say lı qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X8 münasibətdə ayrılmış icraat üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmiş işdə iddiaçı öz ərizəsində qeyd olunan cavabdehlərin soyadı, adı, atasının adını, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları, yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı, o cümlədən mobil telefon nömrələrini, elektron poçt ünvanını göstərməmişdir. Həmçinin cavabdehlərə qarşı yönəldilən iddianın predmeti və qiyməti, iddiaçının tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı aşkar deyildir.

13. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh 2 ərizəsindən görünür ki, onlar birinci instansiya məhkəməsinə yazılı ərizə ilə müraciət edərək bildirmişdirlər ki, İddiaçı BOKT ASC ilə tərəflər arasında bağlanmış 2015-ci il 2 oktyabr tarixli, 091-15B-01 saylı, 2015-ci il 2 oktyabr tarixli, 091-15B-03 saylı, 2015-ci il 2 oktyabr tarixli, 091-15B-05 saylı, 2015-ci il 2 oktyabr tarixli, 091-15B-04 saylı və 2015-ci il 2 oktyabr tarixli, 091-15B-02 saylı kredit müqavilələri üzrə borcları yoxdur və həmin kredit müqavilələrinin müddəti 2018-ci il 2 oktyabr tarixində başa çatmışdır. İddiaçı bu tarixdən 3 il ərzində iddia ilə, yəni 2021-ci il 2 oktyabr tarixinədək məhkəməyə müraciət etməli olduğu halda iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdirlər. 14. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 2022-ci il 20 iyun tarixli, MŞB/9-00071 nömrəli arayışdan görünür ki, Nümayəndə, X4, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

15. İddiaçı BOKT ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı (bundan sonra – “cavabdehlər”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2015-ci il 2 oktyabr tarixli, 091-15B-01 saylı kredit müqaviləsi üzrə 10.433.09 manat əsas, 3.347 manat faiz, 2.900 manat dəbbə pulu olmaqla 16.680,09 manatın, Cavabdeh4 2015-ci il 2 oktyabr tarixli, 091-15B-03 saylı kredit müqaviləsi üzrə 11.930.18 m anat əsas, 3.926 manat faiz, 3.400 manat dəbbə pulu olmaqla 19.256,18 manatın, Cavabdeh3 2015-ci il 2 oktyabr tarixli, 091-15B-05 saylı kredit müqaviləsi üzrə 11.431.46 manat əsas, 3348 manat faiz, 3100 manat dəbbə pulu olmaqla cəmi 17.879,46 manatın, Cavabdeh5 2015-ci il 2 oktyabr tarixli, 091-15B-04 saylı kredit müqaviləsi üzrə 11.431,46 əsas, 3.348 manat faiz, 3.170 manat dəbbə pulu olmaqla cəmi 17949,46 manatın, Cavabdeh2 2015-ci il 2 oktyabr tarixli, 091-15B-02 saylı kredit müqaviləsi üzrə 11.431.46 manat əsas, 3.349 manat faiz, 3.180 manat dəbbə pulu olmaqla cəmi 17960,46 manatın və mediasiya üçün ödənilmiş 400 manatın tutulması, kredit müqavilələri üzrə tələbin X1 özünə məxsus olan Bərdə şəhəri, Nizami küçəsində istifadədə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 k v.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin 100.000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin məcburi boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 ilə iddiaçı arasında müvafiq olaraq kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin təmini tədbiri qismində X4 ilə 2015-ci il 2 oktyabr tarixli, 091-15B saylı İpoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X4 özünə məxsus olan Bərdə şəhəri, Nizami küçəsində mülkiyyətdə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m əsas sahədən ibarət 2 mər təbəli qeyri-yaşayış binasını (mağaza), (2009-cu il 23 oktyabr qeydiyyat tarixli, MH seriyalı, ******* saylı, **********40-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) ipoteka ilə yüklü etmişdir. İddiaçı ilə cavabdehlər arasında bağlanan kredit müqavilələrinin 2.6-cı bəndinə əsasən, kredit heyvandarlığın inkişafı məqsədi ilə verilmişdir. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12 ay güzəşt müddəti olmaqla 2015-ci il 2 oktyabr tarixli, 091-15B-01 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15.000 manat kredit verilmişdir. Cavabdeh4 ilə bağlanmış 12 ay güzəşt müddəti olmaqla 2015-ci il 2 oktyabr tarixli, 091-15B-03 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15.000 manat kredit verilmişdir.

17. Cavabdeh3 ilə bağlanmış 12 ay güzəşt müddəti olmaqla 2015-ci il 2 oktyabr tarixli, 091-15B-05 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15.000 manat kredit verilmişdir. Cavabdeh5 ilə bağlanmış 12 ay güzəşt müddəti olmaqla 2015-ci il 2 oktyabr tarixli, 091-15B-04 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15.000 manat kredit verilmişdir. Cavabdeh2 ilə bağlanmış 12 ay güzəşt müddəti olmaqla 2015-ci il 2 oktyabr tarixli, 091-15B-02 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15.000 manat kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsi 10.433,09 manat əsas, 3.347 manat faiz, 2.900 manat dəbbə pulu olmaqla 16.680,09 manat kredit borcu vardır. Cavabdeh4 kredit müqaviləsi üzrə 11.930,18 manat əsas, 3.926 manat faiz, 3.400 manat dəbbə pulu borcu olmaql a 19.256,18 manat kredit borcu vardır. Cavabdeh3 kredit müqaviləsi üzrə 11.431,46 manat əsas, 3.348 manat faiz, 3.100 manat dəbbə pulu olmaqla cəmi 17.879,46 manat kredit borcu vardır.

18. Cavabdeh5 kredit müqaviləsi üzrə 11.431,46 əsas, 3.348 manat faiz, 3.170 manat dəbbə pulu borcu olmaqla cəmi 17.949.46 manat kredit borcu vardır. Cavabdeh2 kredit müqaviləsi üzrə 11.431,46 manat əsas, 3.349 manat faiz, 3.180 manat dəbbə pulu borcu olmaqla cəmi 17.960,46 manat kredit borcu vardır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışlar. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öh dəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. 2015-ci il 2 oktyabr tarixli, 091-15B saylı ipoteka müqaviləsi üzrə əmlak 1.000.000 manat məbləğində qiymətləndirilmişdir.

19. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 279, 317.1, 442, 445.1, 445.2.1, 448, 449, 450, 462ci, maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.1, 39.3.3, 59.3.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 172.3-cü maddələrinə istinad olunmuşdur.

20. İddiaçı 2022-ci il 5 oktyabr tarixli ərizə ilə məhkə məyə müraciət edərək, kredit müqavilələrinin təmini qismində 2015-ci il 2 oktyabr tarixli ipoteka müqaviləsi əsasında girov qoyulmuş qeyri-yaşayış binasının mülkiyyətçisi X4 vəfat etdiyi üçün onun arvadı Cavabdeh6 və oğlu Səfərəliyev Yusif oğlu qanun üzrə vərəsə kimi tanınması səbəbilə Cavabdeh6 və Səfərəliyev Yusif oğlunun iş üzrə cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir.

21. Məhkəmə 2022-ci il 19 oktyabr tarixli, e-2-2(115)-2008/2022 saylı protokol qərardadı ilə Cavabdeh6 cavabdeh qismində işə cəlb etmişdir.

22. Cavabdehler Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və bildirmişdirlər ki, iddiaçı ilə tərəflər arasında bağlanmış 20 15-ci il 2 oktyabr tarixli, 091-15B-01 saylı, 2015-ci il 2 oktyabr tarixli, 091-15B-03 saylı, 2015-ci il 2 oktyabr tarixli, 091-15B-05 saylı, 2015-ci il 2 oktyabr tarixli, 091-15B-04 saylı və 2015-ci il 2 oktyabr tarixli, 091-15B-02 saylı kredit müqavilələri üzrə borcları yoxdur və həmin kredit müqavilələrinin müddəti 2018-ci il 2 oktyabr tarixində başa çatmışdır. İddiaçı bu tarixdən 3 il ərzində iddia ilə yəni 2021-ci il 2 oktyabr tarixinədək məhkəməyə müraciət etməli olduğu halda iddia müddətini ötürmüşdür.

23. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli, 2-2(115)2008/2022 saylı qətnaməsi ilə iddiaçının cavabdehlərə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir (hakim – G.Quliyeva).

24. Məhkəmə qeyd etmi şdir ki, "xxxx" ASC ilə cavabdelər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında 2015-ci il 2 oktyabr tarixində kredit müqavilələri bağlanmış, müqavilələrə əsasən, heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6 faiz olmaqla 36 ay müddətinə, 12 ay güzəşt dövrü müəyyən edilməklə, hissəhissə qaytarmaq şərti ilə hər birinə 15.000 manat məbləğində kredit verilmişdir. Həmçinin 2015-ci il 2 oktyabr tarixində "xxxx" ASC ilə X4 arasında verilmiş kreditlərin təminatı kimi ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrin müddəti 2018-ci il 5 oktyabr tarixində bitmişdir. Cavabdehlər tərəfindən kredit müqavilələri üzrə sonuncu ödənişin tarixi isə 2017-ci il 17 aprel tarixi olmuşdur.

25. İddiaçı mediasiya prosesinin tətbiqi barədə 2022-ci il 12 may tarixində cavabdehlərə bildiriş göndərmişdir. Mediator tərəfindən 2022-ci il 20 iyun tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışlar verilmişdir. İddia isə 2022-ci il 21 iyul tarixində verilmiş, qeyd edilən tarixdə verilən iddia ərizəsi Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 21 iyul tarixli qəraradadı ilə geri qaytarılmışdır. Yenidən iddiaçı iddia ərizəsi ilə 2022-ci il 11 avqust tarixində məhkəməyə müraciət etmiş, həmin tarixdə verilmiş iddia ərizəsi Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 12 avqust tarixli qərardadına əsasən geri qaytarılmışdır. Sonradan iddiaçı hazırki iddia ilə 2022-ci il 29 avqust tarixində məhkəməyə müraciət etmişdir.

26. Göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, müqavilə müddəti 2018-ci il 5 oktyabr tarixində bitmiş, həmin tarixdən sonra cavabdehlər tərəfindən hər hansı bir ödəniş olmamışdır. Həmin tarixdən iddia müddətinin axımı başlamış, 2021-ci il 6 oktyabr tarixində başa çatmışdır. İddiaçı isə yeddi ay sonra 2021-ci il 12 may tarixində mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə bildiriş göndərmişdir. Mediator tərəfindən 2022-ci il 20 iyun tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışlar verilmişdir. Həmin tarixdən iddia müddətinin axımı davam etmişdir.

27. Ona görə də, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizələr verildiyindən id dia tələbi təmin edilməməlidir.

28. Həmçinin, iddiaçının nümayəndəsi iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyini bildirmiş, daha sonra qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehlərə, yəni Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı 2019-cu il 13 fevral tarixində Bərdə Rayon Məhkəməsində iddia qaldırılmış, həmin cavabdehlərə qarşı iddia tələbi ayrıca icraata ayrılaraq Gəncə Kommersiya Məhkəməsinə göndərilmiş, iddia ərizəsinin geri qaytarılması barədə qərardaddan məlumatlı olduqlarında mediasiya prosesi ilə bağlı müraciət etmişlər. Bundan başqa, problemli kreditlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş fərmana əsasən məhkəmələrdə iş üzrə icraatın dayandırıldığı və müddətin müəyyən hissəsində ölkədə yaranmış vəziyyət, yəni pandemiya ilə bağlı məhkəmələrin fəaliyyətinin dayandırılması ilə bağlı müddət nəzərə alınmaqla iddia müddəti ötürülməmişdir.

29. İddiaçının nümayəndəsinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Bərdə Rayon Məhkəməsinə iddiaçı tərəfindən iddia ərizəsi ilə müraciət edilərkən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı hər hansı bir tələb irəli sürülməmiş, aparılmış məhkəmə icraatı yalnız cavabdehlər Nümayəndəna və X2 aid olmuşdur.

30. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddiaçı tərəfindən müəyyənləşdirilmiş qaydada iddia tələbi yalnız 2022-ci il 21 iyul tarixində məhkəməyə verilmişdir. Həmçinin, hazırki iddia tələbi ilə bağlı iddia müddətinin axımının dayandırılmasına səbəb olan halların olması ilə bağlı iş materiallarına heç bir süb ut mövcud olmamışdır. Ona görə də iddiaçı tərəfindən 3 illik iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən iddia təmin edilməməlidir.

31. Məhkəmə gəldiyi nəticəni MM-in 373.2, 375.2, 376, 377.2, 379.4, 379.4-1, 380.1ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4.2, 35.1, 35.2-ci maddələrinə, MPM-in 10-1.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

32. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli, 2-2(104)-56/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin müddəti 2018ci il 5 oktyabr tarixində başa çatmışdır. Həmin tarixdən iddia müddətinin axımı başlamış, 2021-ci il 6 oktyabr tarixində başa çatmış, iddiaçı isə 7 ay sonra 2021-ci il 12 may tarixində mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə bildiriş göndərmişdir. Mediator tərəfindən 2022-ci il 20 iyun tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışlar verilmişdir. Həmin tarixdən iddia müddətinin axımı davam etmişdir. İddiaçı heç bir üzrlü səbəb olmadan qanunla müəyyən olunmuş 3 illik iddia müddətini keçirdiyindən məhkəmə iddianı təmin etməməkdə haq lı olmuşdur.

35. Kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Odur ki, müqavilədən irəli gələn tələblərə iddia müddətinin tətbiqi qanunvericiliyin normalarından irəli gəlmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 372, 373, 377.2, 380.1, 385.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 739.1, 739.2-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4.2, 35.1, 35.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarix li Qərarına, MPM-in 14.2, 77.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

37. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 21 fevral tarixində iddiaçıya məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.

38. İddiaçı həmin qətnamədən 2022-ci il 3 mart tarixində kassasiya şikayəti verərək ləğv olunması və işin apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

39. MM-in 6.2-ci maddəsinin tələbi pozulmuşdur. Cavabdehlə bağlanan müqavilədə kredit borcuna görə faiz və dəbbə pulunun hesablanma qaydası yazılı şəkildə müəyyən edilmişdir.

40. MM-in 324.1, 324.4-cü maddəsinin tələbi pozulmuşdur. İş materiallarında olan müqavilədən də göründüyü kimi, tərəflərin arasın da bağlanan müqavilə hər iki tərəfin iradə ifadəsini əks etdirir.

41. MM-in 380-cı maddəsinin tələbi pozulmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, müvafiq qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və iddia müddətinin axımı kəsilmişdir.

42. MM-in 442, 445.1, 445.2.1, 449, 450, 462-ci maddəsinin tələbi pozulmuşdur. Qanunverici tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsinə dəqiq anlayış vermişdir. Cavabdehlərə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün təbii olaraq iddia qaldırılmalıdır. İddiaçı tərəfindən cavabdehlərə qarşı 2019-cu il tarixində iddia qaldırılmışdır və Bərdə rayon Məhkəməsində mülki iş icraatdadır. Hazırkı cavabdehlərə münasibətdə işin icraatı ayrılaraq Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

43. MPM-in 8.1-ci maddəsinin tələbi pozulmuşdur. Qanun və məhkəmə qarşısında tərəflərin bərabərlik hüququ təmin edilməlidir. Məhkəmə isə bu prinsipi nəzərə almamışdır.

44. MPM-in 9.1-ci maddəsinin tələbi pozulmuşdur. İddiaçı tərəfindən təqdim edilən müqavilə və digər sübutlara, notarial təsdiq edilməsinə və.s. hallara əhəmiyyət verilməməsi qeyd olunan maddənin tələbinin pozulması ilə nəticələnmişdir. Ədalətli mühakimə təkcə tərəflərin iştirakının təmin edilməsi yox, tərəflərin təqdim etdiyi sənədlərə, sübutlara qanuni baxımdan yanaşmaqdır.

45. MPM-in 76.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən bütün sübutlara istinad etsə də, sonda həmin sübutları nəzərə almamışdır.

46. MPM-in 77.1-ci maddəsinin tələbi pozulmuşdur. İddiaçı tələbini təsdiq edən halları sübu t etsə də, məhkəmə təqdim edilən sübutu qanunsuz olaraq nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Cavabdeh6 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun əsassız olduğundan onun təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

48. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər Cavabdeh1, X11, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında 2015-ci il 2 oktyabr tarixində kredit müqavilələri bağlanmış, müqavilələrə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik 6 faiz olmaqla 36 ay müddətinə, 12 ay güzəşt dövrü müəyyən edilməklə, hissə-hissə qaytarmaq şərti ilə hər birinə 15.000 manat məbləğində kredit verilmişdir. Həmçinin 2015-ci il 2 oktyabr tar ixində iddiaçı ilə X4 arasında verilmiş kreditlərin təminatı kimi ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin müddəti 2018-ci il 5 oktyabr tarixində bitmişdir. Cavabdehlər tərəfindən kredit müqavilələri üzrə sonuncu ödənişin tarixi isə 2017ci il 17 aprel tarixidir. Qeyd olunan kredit müqavilələrinin müddəti 2018-ci il 2 oktyabr tarixində başa çatmışdır. İddiaçı bu tarixdən 3 il ərzində iddia ilə, yəni 2021-ci il 2 oktyabr tarixinədək məhkəməyə müraciət etməli olduğu halda iddia müddətini ötürmüşdür.

49. İddiaçı mediasiya prosesinin tətbiqi barədə 2022-ci il 12 may tarixində cavabdehlərə bildiriş göndərmişdir. Mediator tərəfindən 2022-ci il 20 iyun tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışlar verilmişdir. İddia isə 2022-ci il 21 iyul tarixində ve rilmiş, qeyd edilən tarixdə verilən iddia ərizəsi Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 21 iyul tarixli qəraradadı ilə geri qaytarılmışdır. Yenidən iddiaçı iddia ərizəsi ilə 2022-ci il 11 avqust tarixində məhkəməyə müraciət etmiş, həmin tarixdə verilmiş iddia ərizəsi Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 12 avqust tarixli qərardadına əsasən geri qaytarılmışdır. Sonradan iddiaçı hazırki iddia ilə 2022-ci il 29 avqust tarixində məhkəməyə müraciət etmişdir.

50. Göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, müqavilə müddəti 2018-ci il 5 oktyabr tarixində bitmiş, həmin tarixdən sonra cavabdehlər tərəfindən hər hansı bir ödəniş olmamışdır. Həmin tarixdən iddia müddətinin axımı başlamış, 2021-ci il 6 o ktyabr tarixində başa çatmışdır. İddiaçı isə yeddi ay sonra 2022-ci il 12 may tarixində mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə bildiriş göndərmişdir. Mediator tərəfindən 2022-ci il 20 iyun tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışlar verilmişdir. Həmin tarixdən iddia müddətinin axımı davam etmişdir.

51. Bərdə Rayon Məhkəməsinə iddiaçı tərəfindən iddia ərizəsi ilə müraciət edilərkən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı hər hansı bir tələb irəli sürülməmiş, aparılmış məhkəmə icraatı yalnız cavabdehlər Nümayəndə və X2 aid olmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddiaçı tərəfindən müəyyənləşdirilmiş qaydada iddia tələbi, yalnız 2022-ci il 21 iyul tarixində məhkəməyə verilmişdir.

52. Həmçinin, iddia tələbi ilə bağlı iddia müddətinin axımının dayandırılması və ya dayandırılmasına səbəb olan halların olması ilə bağlı iş materiallarına heç bir sübut yoxdur.

53. Cavabdeh6 hesab edir, iddiaçı tərəfindən 3 illik iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən kassasiya şikayəti təmin edilməməlidir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

54. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

55. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

56. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

57. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerin ə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.” “Maddə

375. İddia müddətinin tətbi qi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

379. İddia müddəti axımının dayandırılması... 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hiss əsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzi fəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan son ra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanma ğa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləs i adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 58. “Mediasiya haqqında” Azərbaycan Respublikasının müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Qanununun müvafiq “Maddə

32. Mediasiya prosesinə xitam verilməsi... 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir:... 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən....” “Maddə

35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.” 59. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.... Digər tərəfdən, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz.... Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başl anır....”

60. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4 -cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

61. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, iddiaçı müvafiq qaydada iddia ərizəsi ilə məh kəməyə müraciət edilmiş və iddia müddətinin axımı kəsilmişdir.

63. Məhkəmə kollegiyası apellyasiya məkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2013-cü il 3 iyun tarixli Qərarında göstərilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyind ən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MMin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir

64. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPMnin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutla r üzrə çıxarılır.

65. İşdən göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, müqavilə müddəti 2018-ci il 5 oktyabr tarixində bitmiş, həmin tarixdən sonra cavabdehlər tərəfindən hər hansı bir ödəniş olmamışdır. Həmin tarixdən iddia müddətinin axımı başlamış, 2021-ci il 6 oktyabr tarixində başa çatmışdır. İddiaçı isə yeddi ay sonra 2022-ci il 12 may tarixində mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə bildiriş göndərmişdir.

66. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddiaçı tərəfindən müəyyənləşdirilmiş qaydada iddia tələbi isə yalnız 2022-ci il 21 iyul tarixində məhkəməyə verilmişdir.

67. Məhkəmə kollegiyası vurğulayır ki, MM-in 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsini müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi ilə şərtləndirmişdir ki, bu prosessual qanunvericiliyin tələblərinə və aidiyyət qaydalarına riayət olunmaqla irəli sürülən iddia tələbini ehtiva edir. Yəni, iddia müddətinin axımının kəsilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun və aidiyyət qaydalarına riayət olunmaqla iddia irəli sürülməli idi. Hazırkı halda isə, işdən göründüyü kimi iddiaçı tərəfindən ilk olaraq iddia ərizəsi ilə müraciət olunan zaman aidiyyət qaydalarına riayət olunmamış, Bərdə Rayon Məhkəməsinin 2021ci il 16 noyabr tarixli, 2(021)-2857/2021 saylı qərardadı ilə İddiaçı BOKT ASC cavabdehlər Nümayəndə, X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X5rşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X8 münasibətdə icraat ayrılaraq aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 4 fevral tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, məhkəmənin qərardadına əsasən, Bərdə Rayon Məhkəməsinin 2021-ci il 16 noyabr tarixli, 2(021)-2857/2021 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X8 münasibətdə ayrılmış icraat üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmiş işdə iddiaçı öz ərizəsində qeyd olunan cavabdehlərin soyadı, adı, atasının adını, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları, yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı, o cümlədən mobil telefon nömrələrini, elektron poçt ünvanını göstərməmiş, həmçinin cavabdehlərə qarşı yönəldilən iddianın predmeti və qiyməti, iddiaçının tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı aşkar olmamışdır.

68. Bununla yanaşı, hazırkı iş üzrə iddia müddətinin axımının dayandırılması və ya dayandırılmasına səbəb olan halların olması ilə bağlı da iş materiallarında hər hansı sübutlar müəyyən olunmamışdır.

69. Göstərilənlərə əsas ən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürüldüyündən və müddətin üzrlü səbəbdən ötürülməsi və ya onun axımının dayandırılması barədə hər hansı sübutlar mövcud olmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsinə dair qətnaməsini qüvvədə saxlanılması qanuni və əsaslı olmuşdur.

70. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 2009cu il 7 iyul tarixli Qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurəti ndən azad edir.

71. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdıraraq düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən olunmuş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə MPM-nin 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

72. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Gəncə Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli, 2-2(104)-56/2023 saylı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

73. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər

74. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bank olmayan Kredit Təşikatı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli, 2-2(104)-56/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar