Məhkəmə qərarları › İş №2-2(102)-342/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-342/2023

02.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-342/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 fevral tarixli 2-2(104)-49/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC-nin Ağdam filialı və bu qənaətini arasında bağlanmış 2020-ci il 13 yanvar tarixli ********* saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsasən 2020-ci il mövsümü üzrə cavabdeh 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən satıcı 20 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığın bütünlüklə mövcud standartlara və 2007-ci il 27 avqust tarixində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırılanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymə tlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 2020-ci il 15 noyabr tarixindən gec olmayaraq təhvil verilir. Müqavilənin 5.1-ci bəndinə əsasən fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülmüş öhdəliklərin yerinə yetirilməsi qeyrimümkün ola bilər. Fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitdədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. 3. 2022-ci il 6 iyun tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-yə 2022-ci il 1 aprel tarixinə 12.019,68 manat əsas, 6053.82 manat cərimə borcu mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya m əhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 12.019 manat 68 qəpik, hesablanmış cəriməyə görə 6053 manat 82 qəpik və ödənilmiş mediasiya xərcinə görə 200 manat olmaqla, cəmi 18.273 manat 50 qəpik pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının “MKT-Ağcabədi” filialı və cavabdeh arasında bağlanmış ********* saylı, 2020-ci il mövsümü üzrə xam-pambığın alqısatqı müqaviləsinə əsəsən, cavabdeh 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 25.461,44 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 12.425,2 kq, 8041,76 manat dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 5.400 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitl ərin dəyərinə görə iddiaçıya 12.019,68 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Ağcabədi” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 6.053,82 manat təşkil edir.

6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 425.1-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

8. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 28 sentyabr tarixli, e-2-2(1 15)1284/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (sərdlik edən hakim K.Vəliyev).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçının Ağdam filialı və cavabdeh arasında bağlanmış 2020-ci il 13 yanvar tarixli ********* saylı xam-pambığın alğı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülmüş öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün ola bilər. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitdədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. 10. “Hərbi vəzi yyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli, 1166 nömrəli Fərmanına əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Həmin Fərmana əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətb iq edilmişdir.

11. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 dekabr tarixli, 1201 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilmişdir.

12. Cavabdehin istifadəsində olan torpaq sahəsi Ağcabədi rayonu Kəbirli kəndinin ərazisində yerləşmişdir. İş üzrə sənədlərdən göründüyü kimi cavabdeh 2020-ci il 11 noyabr, 2020-ci il 30 noyabr və 2021-ci il 4 yanvar tarixlərində xam-pampıq təhvil vermişdir.

13. Məhkəmə belə qənaətə gəlmişdir ki, öhdəliyin tam olaraq yerinə yetirilməməsi müqavilədə nəzərdə tutulmuş fors major şəraitlə əlaqədar olduğundan iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.

14. Məhkəmə müqavilənin 5.2-ci bəndinə münasibətdə qeyd etmişdir ki, pampıq kənd t əsərrüfatı məhsuludur, təbii şəraitdə becərilir və payız aylarında yığılır. Həmin aylarda yığılmadığı halda itkiyə məruz qalınır. Onun yığılmasını qeyri-mümkün edən şərait başa çatdıqdan sonra da onun tam olaraq yığılması mümkün ola bilməzdi.

15. Məhkəmə gəldiyi nəticəni MM-in 425.1, 425.2, 443.7, 446.4, 446.7, 448.2, 448.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.2, 77.1, 78.1, 88, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 fevral tarixli, 2-2(104)-49/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, cavabdehdən 12.019,68 manat əsas borc, 200 manat cərimə və ödənilmiş mediasiya xərcinə görə 200 manat mediasiya rüsumunun tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və A.Hüseynzadə).

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş Ağcəbədi rayon İcra Hakimiyyəti başçısının Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2023-cü il 18 yanvar tarixli 15 saylı arayışında göstərilir ki, 2020-ci ilin sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi zamanı Ağcəbə di rayonunun Kəbirli kəndi ərazisinə atılan mərmilər düşməsinə baxmayaraq həmin kəndin ərazisində döyüş getməmişdir.

19. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış ********* saylı 2020-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüş, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 25.461,44 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Lakin cavabdeh tərəfindən 8041,76 manat dəyərində 12.425,2 kq xam pambıq təhvil verilmişdir ki, bu da həmin müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişd ir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 5400 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 12.019,68 manat əsas borcu yaranmış, müqavilə şərtlərini pozduğuna görə ona müqavilənin 4.2-ci bəndinə əsasən 6053,82 manat cərimə hesablanmışdır.

20. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən pambığın əkildiyi Ağcəbədi rayonunun Kəbirli kəndi ərazisində döyüş getməmiş, iş materiallarının 7-ci vərəqindəki məlumatdan göründüyü kimi 2020-ci il 3 oktyabr tarixdə pambıq sahəsinə traktorla dərman da səpilmişdir. Bu isə həmin vaxtı göstərilən ərazidə pambığın yığılması üçün şəraitin olduğunu təsdiq etmişdir.

21. İşdən göründüyü kimi tərəflər arasında birgə fəaliyyət və məhsulun alğı-satqısı müqavilələri imzalanmış, həmin müqavilələrin şərtlərinə əsasən hər bir tərəf üzərinə müəyyən öhdəliklər götürmüşdür. İddiaçının “MKT-Ağcabədi” filialı və cavabdeh arasında bağlanmış ********* saylı 2020-ci il mövsümü üzrə xam-pambığın alğı-satqı müqaviləsinə əsasən iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi halda, cavabdeh tərəf öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə 12.019,68 manat əsas borcu yaranmışdır.

22. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən hesablanmış 6053,82 manat cərimə borcu tənasübsüz qaydada yüksək miqdarda hesablanmışdır. Ona görə də, cərimə borcu azaldılmalı və 200 manat miqdarında müəyyən edilməlidir.

23. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, birinc i instansiya məhkəməsi iddianı rədd edərkən cavabdehin müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirməməsini fors major vəziyyəti ilə əlaqələndirsə də, cavabdeh tərəfindən pambıq əkilmiş Ağcəbədi rayonunun Kəbirli kəndində hərbi əməliyyatlar getməməklə döyüş zonasından xeyli aralı olduğunu nəzərə almamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, cavabdehdən 12.019,68 manat əsas borc, 200 manat cərimə və ödənilmiş mediasiya xərcinə görə 200 manat mediasiya rüsumunun əvəzi tutularaq iddiaçıya verilməlidir.

24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 425.1, 442, 445.1, 445.2.1, 462.1, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Cavabdeh tərəfindən verilmiş ka ssasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassaiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

26. MM-in 425.1, 425.2, 443.7, 446.4, 446.7, 448.2, 448.4-cü maddələrinin tələbləri pozulmuşdur- pambıq əkilən sahə aqronom tərəfindən məsləhət bilinmiş və bu işlərdə cavabdehə köməklik ediləcəyi vəd olunmuşdur. Lakin həmin ərazidə su çatışmazlığı olmuş, sözügedən ərazi cəbhə bölgəsi olduğundan və pambıq məhsulunun yığım vaxtı müharibə dövrünə düşdüyünə görə kombaynın pambıq yığılmalı olan sahədə işləməsi mümkün olmamış, müharibədən sonra yığım olmuş və nəticədə nəzərdə tutulmuş məhsul əldə edilə bilməmişdir.

27. Belə ki, pambıq əkilə n sahə Kəbirli kəndindən 18 km yuxarıda, yəni döyüşlərin getdiyi Xocavənd rayonun istiqamətində yerləşir. Tanklarımız və digər döyüş-nəqliyyat vasitələri manevr edərkən həmin ərazidə digər şəxslərin də məhsulu, o cümlədən cavabdehin pambıq sahəsi də tam yararsız hala düşmüşdür. Nəzərə alınmalıdır ki, atəşkəs 2020-ci il 10 noyabr tarixdə elan edilmişdir, həmin vaxtadək işçi qüvvəsinin və kombaynın həmin ərazidə çalışması qeyri-mümkün olmuşdur.

28. Prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsi ilə bağlı MPM-in 88, 106, 218.3, 416, 417.0.3, 418.1-ci maddələrinin mətninə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməyə əsasən iddianın qismən təmin edildiyi və həmin qətnamədən yalnız cavabdehin kassasiya şikayəti verdiyi nəzərə alınaraq, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən iddianın qismən təmin olunduğu hissədə yoxlanılacaqdır.

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq norm alarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Madd ə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda bor clunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim et dikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır......» Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 36. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevra l tarixli Qərarı).

37. Cavabdehin müqavilə öhdəliyini fors major vəziyyət ilə əlaqədar icra edə bilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi ona əsaslanmışdır ki, cavabdeh tərəfindən pambıq əkilmiş Ağcəbədi rayonunun Kəbirli kəndində hərbi əməliyyatlar getməməklə döyüş zonasından xeyli aralı olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, 2020-ci il 3 oktyabr tarixində pambıq sahəsinə traktorla dərman səpilməsi, həmin vaxt göstərilən ərazidə pambığın yığılması üçün şəraitin olduğunu təsdiq etmişdir.

38. Cavabdeh kassasiya şikayətində maddi hüquq normalarına istinadla nəzərdə tutulmuş həcmdə məhsul əldə edilə bilməməsini, pambıq əkilən sahənin Kəbirli kəndindən 18 km yuxarıda, döyüşlərin getdiyi Xocavənd rayonu istiqamətind ə yerləşməsi, tanklar və digər döyüş-nəqliyyat vasitələri manevr edərkən həmin ərazidə onun pambıq sahəsi ilə bərabər, digər şəxslərin də məhsulunun tam yararsız hala düşməsi, pambıq məhsulunun yığım vaxtının müharibə dövrünə düşməklə, yalnız 2020-ci il 10 noyabr tarixində atəşkəs elan edildikdən sonra pambıq sahəsində işçi qüvvəsinin və kombaynın çalışmasının mümkün olması ilə əlaqələndirmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

40. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018 -ci il 7 sentyabr tarixli qərarında “qarşısı alınmaz qüvvə (fors major)” ifadəsindən istifadə edilməklə, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün edən hal kimi müəyyən olunmuşdur.

41. Eyni zamanda, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımaması, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirməsi ilə şərtləndirilmişdir.

42. Baxılan iş üzrə tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın və zəlzələ fors major hallar kimi müəyyənləşdirilmiş, fors majo r şəraitində müqaviləyə əsasən götürülmüş öhdəliklərin yerinə yetirilməsinin qeyri-mümkün ola biləcəyi nəzərdə tutulmuşdur.

43. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” 2020-ci il 27 sentyabr tarixli, 1166 nömrəli Fərmanına əsasən 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Ölkə Başçısının 2020-ci il 7 dekabr tarixli, 1201 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilmişdir.

44. Ağcəbədi rayon İcra Hakimiyyəti başçısının Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2023-cü il 18 yanvar tarixli 15 saylı arayışında isə göstərilmişdir ki, 2020ci ilin sentyabr ayının 27-dən başlayan Vətən müharibəsi zamanı Ağcəbədi rayonunun Kəbirli kəndi ərazisinə atılan mərmilər düşməsinə baxmayaraq, həmin kəndin ərazisində döyüş getməmişdir.

45. Göründüyü kimi, tərəflər hərbi vəziyyət halını müqavilədə fors major hal kimi müəyyənləşdirmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Ağcabədi rayonu da daxil olmaqla bütün Respublika ərazisində hərbi vəziyyət elan edilmiş, eyni zamanda, müvafiq arayışla hərbi vəziyyət vaxtı cavabdehə məxsus əkin sahəsinin yerləşdiyi əraziyə mərmilər düşdüyü qeyd olunmuşdur.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi döyüş əməliyyatlarının getdiyi vaxtda əkin sahəsinin yerləşdiyi əraziyə mərmilərin düşməsinin müvafiq işçi qüvvəsi və texnikanın hərəkətini qeyri-mümkün etməsinə tərəflər arasında bağ lanmış müqavilənin 5.1-ci bəndinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, bununla da sübutların qiymətləndirilməsinə dair MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur.

47. «.....tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanu nlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarı)

48. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarında ifadə olunmuş mövqelər də nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinin tələblərinə müvafiq olaraq iddia tələbinə yenidən hüquqi qiymət verilməli, tətbiq edilməli maddi hüquq norması tətbiq edilməlidir.

49. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə qismən- iddianın qismən təmin edildiyi hissədə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.

50. MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 fevral tarixli, 2-2(104)-49/2023 saylı qətnaməsi qismən-iddianın qismən təmin edildiyi hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar