Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-343/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı kredit müqaviləsi üzrə borcun ödənilm əsi tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli 2-2(104)-2/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" KB ASC-nin İdarə Heyətinin sədri X1 ilə Cavabdeh direktoru X4 arasında bağlanmış 2013-cü il 29 aprel tarixli 21 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdehnə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 2.000.000 manat məbləğində kredit verilmişdir. 2. "xxxx" KB ASC-nin İdarə Heyətinin sədri X1 ilə Cavabdeh direktoru X4 arasında bağlanmış 2013-cü il 31 may tarixli 28 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdehnə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 1.000.000 ma nat məbləğində kredit verilmişdir. 3. "xxxx" KB ASC-nin İdarə Heyətinin sədri X1 ilə Cavabdeh direktoru X6 arasında bağlanmış 2015-ci il 15 may tarixli 86 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdehnə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 2.000.000 manat məbləğində kredit verilmişdir. 4. "xxxx" KB ASC-nin İdarə Heyətinin sədri X2 ilə Cavabdeh direktoru X6 arasında bağlanmış 2016-cı il 15 iyul tarixli 22 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdehnə 18 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə 3.120.000 manat məbləğində kredit verilmişdir. 5. 2019-cu il 27 iyun tarixli maliyyə arayışına əsasən, 2013-cü il 29 aprel tarixli 21 saylı kredit müqaviləsi üzrə Cavabdeh 2019-cu il 13 iyun tarixinə 1.999.800 manat məbləğində əsas borc, 6 19.032,22 manat müqavilə müddəti üçün faiz borcu, cəmi 2.618.832,22 manat məbləğində borcu mövcuddur. 6. 2019-cu il 27 iyun tarixli maliyyə arayışına əsasən, 2013-cü il 31 may tarixli 28 saylı kredit müqaviləsi üzrə Cavabdeh 2019-cu il 13 iyun tarixinə 1.000.000 manat məbləğində əsas borc, 314.166,70 manat müqavilə müddəti üçün faiz borcu, cəmi 1.314.166,70 manat məbləğində borcu mövcuddur. 7. 2019-cu il 27 iyun tarixli maliyyə arayışına əsasən, 2015-ci il 15 may tarixli 86 saylı kredit müqaviləsi üzrə Cavabdeh 2019-cu il 13 iyun tarixinə 1.999.800 manat məbləğində əsas borc, 480.980,72 manat müqavilə müddəti üçün faiz borcu, cəmi 2.480.780,72 manat məbləğində borcu mövcuddur. 8. 2019-cu il 27 iyun tarixli maliyyə arayışına əsasən, 2016-cı il 15 iyul tarixli 22 saylı kredit müqaviləsi üzrə Cavabdeh 2019-cu il 13 iyun tarixinə 3.119.000 manat məbləğində əsas borc, 469.300 manat müqavilə müddəti üçün faiz borcu, kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 222.731,53 manat faiz borcu, 537.631,59 manat məbləğində cərimə borcu, cəmi 4.348.663,12 manat məbləğində borcu mövcuddur.
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəyə minmiş 2020-ci il 15 oktyabr tarixli 2-2(103)-531/2020 saylı qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 iyun tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MMCnin cavabdeh ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı 2016-cı il 15 iyul tarixli 22 saylı kredit müqaviləsi və kassa məxaric orderinin etibars ız sayılması tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2020-ci il 15 oktyabr tarixli qətnaməsi ilə təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra-“iddiaçı”) 2019-cu il 4 iyul tarixində Cavabdeh MMCyə (bundan sonra-cavabdeh”) qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, 2013-cü il 29 aprel tarixli 21 nömrəli kredit müqaviləsi (bundan sonra-“21 nömrəli kredit müqaviləsi”) üzrə 1.999.800 manat əsas borc, 619.032,22 manat faiz borcu, 2013-cü il 31 may tarixli 28 nömrəli kredit müqaviləsi (bundan sonra-“28 nömrəli kredit müqaviləsi”) üzrə 1.000.000 manat əsas borc, 314.166,70 manat faiz borcu, 2015-ci il 15 may tarixli 86 nömrəli kredit müqaviləsi (bundan sonra-“86 nömrəli kredit müqaviləsi”) üzrə 1.999.800 manat əsas borc, 480.980,72 manat faiz borcu, 2016-cı il 15 iyul tarixli 22 nömrəli kredit müqaviləsi üzrə (bundan sonra-“22 nömrəli kredit müqaviləsi”) 3.119.000 əsas borc, 469.300 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 537.631,59 manat cərimə borcu, 222.731,53 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 10.762.442,76 manat kredit borcunun və iş üzrə ödəni lmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan Bankla cavabdeh arasında bağlanmış 21 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 120 ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 manat məbləğində, 28 nömrəli kredit müqaviləsinə əsasən, 120 ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 manat məbləğində, 86 nömrəli kredit müqaviləsinə əsasən, 120 ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 manat məbləğində və 22 nömrəli kredit müqaviləsinə əsasən, 18 ay müddətinə, illik 10% dərəcəsi ilə 4.000.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 4.2, 4.5, 6.1 və 6.2-ci bəndlərinə əsasən kredit məblə ğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş kreditin və faizin ödənilmə qrafikinə uyğun hər ay sabit məbləğdə banka qaytarmaq barədə öhdəlik götürülməsinə baxmayaraq, o, öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda 2019-cu il 13 iyun tarixinə cavabdehin 21 nömrəli kredit müqaviləsi üzrə 1.999.800 əsas borc, 619.032,22 manat faiz borcu, 28 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 manat əsas borc, 314.166,70 manat faiz borcu, 86 nömrəli kredit müqaviləsi üzrə 1.999.800 manat əsas borc, 480.980,72 manat faiz borcu, 22 nömrəli kredit müqaviləsi üzrə 3.119.000 manat əsas borc, 469.300 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 537.631,59 manat cərimə borcu, 222.731,53 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 10.762.442,76 manat borcu yaranmışdır.
12. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 442, 445.1, 445.2.1, 445.3, 448.1, 449.4-cü maddələrinə istinad edilmişdir.
13. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(083)-393 /2019 saylı, 2019-cu il 4 sentyabr tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair işin icraatı, iddiaçı Cavabdeh MMC-nin cavabdeh ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsi və kassa məxaric orderinin etibarsız sayılması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan işə baxılıb qəbul olunacaq qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır.
14. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 19 fevral tarixli, e-2-2(115)-9/2021 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə işin icraatı təzələnmişdir.
15. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 11 mart tarixli, e-2-2(115)-9/2 021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 21 nömrəli kredit müqaviləsi üzrə 1.999.800 manat əsas borc, 619.032,22 manat faiz borcu, cəmi 2.618.832,22 manat məbləğində borc, 28 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 manat əsas borc, 314.166,70 manat faiz borcu, cəmi 1.314.166,70 manat məbləğində borc, 86 nömrəli kredit müqaviləsi üzrə 1.999.800 manat əsas borc, 480.980,72 manat faiz borcu, cəmi 2.480.780,72 manat məbləğində borc və 22 nömrəli kredit müqaviləsi üzrə 3.119.000 manat əsas borc, 469.300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 3.588.800 manat məbləğində borc olmaqla, ümumilikdə 10.002.579,64 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. (hakim-R. Məmmədov).
16. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı bankdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
17. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
18. İddia tələbi 21, 28 və 86 nömrəli kredit müqavilələri üzrə tam təmin edilməli, 22 nömrəli kredit müqaviləsi üzrə isə 3.119.000 manat əsas borc, 469.300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 3.588.800 manat məbləğində borc olmaqla, ümumilikdə 10.002.579,64 man at məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. İddiaçı 22 saylı kredit müqaviləsi üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanmış 222.731,53 manat məbləğində faizin tutulmasına dair heç bir sübut təqdim etmədiyindən, bu hissədə iddia təmin edilməməlidir.
20. Bank 22 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. 500 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc və faizin tutulması ilə yanaşı, 500 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir.
21. Məhkəmə öz qətnaməs ini MM-in 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçının nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəmsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 iyun tarixli 2-2(104)-108/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (bundan sonra-“MEM”) həvalə edilmişdir (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər –L.Hüseynov və A.Hüseynzadə).
25. MEM tərəfindən verilmiş 2021-ci il 12 noyabr tarixli, 9/6229 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 21 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin banka 2019-cu il 30 avqust tarixinə (sonuncu ödənişin aparıldığı tarixə) olan borcu 2.640.660,58 manat məbləğində müəyyən olunur. O cümlədən əsas bo rcu 1.999.300 manat, faiz borcu 641.360,58 manat; Həmçinin: - iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 28 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin iddiaçı banka 2019-cu il 30 avqust tarixinə (sonuncu ödənişin aparıldığı tarixə) olan borcu 1.322.830,83 manat məbləğində müəyyən olunur. O cümlədən əsas borcu 999.500 manat, faiz borcu 323.330,83 manat; - iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 86 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin iddiaçı banka 2019-cu il 30 iyul tarixinə (sonuncu ödənişin aparıldığı tarixə) olan borcu 2.495.112,51 manat məbləğində müəyyən olunur. O cüml ədən əsas borcu 1.999.300 manat, faiz borcu 495.812,51 manat; - iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 22 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin iddiaçı banka 2019-cu il 30 iyul tarixinə (sonuncu ödənişin aparıldığı tarixə) olan borcu 3.588.000 manat məbləğində müəyyən olunur. O cümlədən əsas borcu 3.120.000 manat, faiz borcu 468.000 manat. - cavabdehə 22 saylı kredit müqaviləsinin bitmə müddətindən, yəni 2018-ci il 15 yanvar tarixindən 2019-cu il 13 iyun tarixinədək Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanan faiz borcunun məbləği 219.564,86 manat məbləğlində müəyyən edilir. Qeyd edilir ki, tərəflər arasında imzalanmış 22 saylı kredit müqaviləsi üzrə borcun hesablandığı 2019-cu il 13 iyun tarixindən sonra da cavabdeh tərəfindən iddiaçı banka 2019-cu il 28 iyun tarixində 3000 manat, 2019-cu il 30 iyul tarixində 2000 manat olmaqla ümumilikdə 5000 manat məbləğində ödənişlər aparılmışdır. Lakin sualda borcun 2019-cu il 13 iyun tarixinədək hesablanması qeyd edildiyindən həmin ödənişlər hazırkı tədqiqat zamanı nəzərə alınmamışdır. Bundan başqa qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixlərə cavabdehə cərimə borcu hesablanmamışdır. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir.
26. Məhkəmə-xətşün aslıq ekspertizasının 2022-ci il 29 iyun tarixli 4/841 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 22 nömrəli iddiaçı bank ilə cavabdehin adlarından olan “Kredit xətti müqaviləsi”nin 1-2-ci vərəqlərinin aşağı sağ hissəsində “Borc alan” qrafalarında olan imzalar, 3-cü vərəqinin sağ hissəsində “Borc alan” və “İmza:” qrafalarında olan imzalar; 2016-cı il 15 iyul tarixli “Kassa mədaxil orderi”nin üz tərəfinin aşağı hissəsində “İmzalar” qrafasında olan imza və arxa tərəfində “İmzalar:”, “İmza” qrafasında olan imzalar – X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 22 nömrəli iddiaçı bank ilə cavabdehin adlarından olan “Kredit xətti müqaviləsi”nin 1-2-ci vərəqlərinin aşağı sağ hissəsində “Borc alan” qrafalarında olan imzalar 3-cü vər əqinin sağ hissəsində “Borc alan” və “İmza:” qrafalarında olan imzalarda; 2016-cı il 15 iyul tarixli “Kassa mədaxil orderi”nin üz tərəfinin aşağı hissəsində “İmzalar” qrafasında olan imzada və arxa tərəfində “İmzalar:”, “İmza” qrafasında olan imzalarda – oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilmişdir.
27. İddiaçı 2022-ci il 3 avqust tarixində vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə təkrar məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş sənədlərin texniki ekspertizasının 2022-ci il 18 noyabr tarixli 5/1270 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iddiaçı bank ilə cavabdeh arasında bağlanmış 22 nömrəli kredit xətti müqaviləsində, 2016-cı il 15 iyul tarixli 560 002 nömrəli çekdə olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş iddiaçı bank ilə cavabdeh arasında bağlanmış 22 nömrəli kredit xətti müqaviləsində, 2016-cı il 15 iyul tarixli 560002 nömrəli çekdə olan cavabdeh MMC-nin möhür əksləri öz aralarında eynilik təşkil edir.
29. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli 2-2(104)-2/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edilmiş 22 nömrəli kredit müqaviləsi üzrə 3.119.000 manat əsas borc, 469.300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 3.588.800 manat məbləğində borcun cavabdehdən iddiaçı bankın xeyrinə tutulması hissəsində ləğv edilmiş və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılmış, iddianın 22 nömrəli kredit müqaviləsi üzrə 3.119.000 manat əsas borc, 469.300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 3.588.800 manat məbləğində borcun cavabdehdən iddiaçı bankın xeyrinə tutulması hissəsində təmin edilməməsi, cavabdehdən iddiaçı bankın xeyrinə tutulan ümumi məbləğin 6.413.779,64 manat miqdarında müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə 269 manat ekspertiza xərcinin iddiaçı bankdan tutulması qət edilmişdir (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).
30. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsinin 4.2, 4.5, 6.1 və 6.2-ci bəndlərinə əsa sən kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş kreditin və faizin ödənilmə qrafikinə uyğun hər ay sabit məbləğdə banka qaytarmaq barədə öhdəlik götürülməsinə baxmayaraq, o, öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
31. Mülki qanunverciliyin normaları və tərəflər arasında bağlanmış 21 nömrəli, 28 nömrəli və 86 nömrəli kredit müqavilələrinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və birinci instansiya məhkəməsi iddia tələbini həmin müqavilələrdən irəli gələn öhdəliklər üzrə təmin etməkdə haqlı olmuşdur.
32. Məhkəmə kollegiyası əvvəlcə iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi nin birinci vərəqəsində cavabdeh kimi "xxxx" MMC göstərilmişdir. Habelə, qətnamənin sonuncu vərəqəsinin həm əsaslandırıcı, həm də nəticə hissəsində 28 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcu cəmi borc 1.313.166,70 manat kimi hesablansa da, ayrı-ayrılıqda faiz borcu 313.166,70 manat, əsas borc 1.000.000 manat olduğu halda, əsas borc 100.000 manat kimi göstərilmişdir.
33. Həqiqətən də iddiaçının göstərdiyi kimi qətnamədə həmin səhvlərə yol verilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd olunan səhvlər mübahisənin nəticəsinə təsir göstərməyən səhvlərdir. Çünki qətnamənin birinci vərəqində iddiaçı qurumun adı bir yerdə səhvən "xxxx" MMC kimi göstərilsə də, həm qətnamənin giriş hissəsindən, həm də digər hissələrindən göründüyü kimi iddiaçı ləğv prosesində olan bankdır və cavabdehdən tu tulan məbləğin məhz iddiaçı banka verilməsi qət edilmişdir. Qaldı ki, qətnamədə yol verilmiş digər texniki səhvə - 28 nömrəli kredit müqaviləsi üzrə əsas borcun 1.000.000 manat əvəzinə 100.000 manat kimi göstərilməsinə, həmin rəqəmin də səhv göstərildiyi ümumi məbləğdən aydın şəkildə görünür. Çünki məhkəmə iddianı həmin hissədə təmin edərək qətnamədə həmin kredit müqaviləsi üzrə tutulacaq ümumi borcu 1.313.166,70 manat, yəni doğru göstərdiyindən qeyd olunan texniki səhv qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. İddiaçının apellyasiya şikayətinin 22 nömrəli kredit müqaviləsi ilə bağlı dəlilləri də tam əsassızdır.
34. Cavabdeh tərəfin dəlillərindən görünür ki, iddiaçı ilə 22 nömrəli kredit müqaviləsi cavabdeh tərəfindən imzalanmamış və həmin müqavilə üzrə hansısa məbləğdə pul al ınmamışdır. Kollegiya cavabdehin bu dəlili ilə razılaşaraq qeyd etmişdir ki, təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının rəyi ilə 22 nömrəli kredit müqaviləsinin və eyni tarixli məxaric sənədinin cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmadığı və direktorun imzasına oxşadılmaqla imza edildiyi müəyyən olunmuşdur. Göründüyü kimi həmin müqavilənin bağlanmasında qanunvericiliyin - əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır – kimi imperativ göstərişi pozulmuşdur.
35. İşdəki 3.120.000 manat pulun alınmasına dair kassa məxaric sənədinin cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmadığı müəyyən edildiyinə görə cavabdeh iddiaçıya 22 nömrəli kredit müqaviləsi üzrə hər hansı məbləğdə pul vəsaiti ödəməyə borclu deyildir. 22 nömrəli kredit müqaviləsinin həqiqi olmadığı ekspertiza rəyindən başqa digər sübutlarla da təsdiqini tapır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlə 22 nömrəli kredit müqaviləsinin bağlandığını və ona 4.000.000 manat miqdarında kredit verildiyini iddia edir. Halbuki həmin müqavilədən görünür ki, həmin müqavilə kredit müqaviləsi yox, kredit xətti müqaviləsidir, iş materiallarındakı çıxarışdan (1-ci cild. i.v.109) isə görünür ki, kredit xətti 4.000.000 manata açılmış olsa da, verilmiş kredit 3.120.000 manatdır. Lakin iddiaçı 3.120.000 manat məbləğində kreditin verilməsini təsdiq edən müqaviləni məhkəməyə təqdim etməmiş, ümumiyyətlə tərəflər arasında bu kimi müqavilənin mövcud olub-olmamasını iddia ərizəsində qeyd etməmiş, iddiaçının nümayə ndəsi də bu kimi sübutu məhkəməyə təqdim etməmişdir.
36. Bundan başqa işdə olan və iddiaçının istinad etdiyi 22 nömrəli kredit müqaviləsindən (əslində həmin müqavilə kredit xətti müqaviləsidir) görünür ki, həmin müqavilə 2 nüsxədə tərtib edilməklə bir nüsxəsi kredit təşkilatında, ikinci nüsxəsi ilə kredit alana verilir. İşdən görünür ki, iddiaçı iddia ərizəsinə 22 nömrəli kredit xətti müqaviləsinin surətini əlavə etmiş (1-ci cild, i.v. 77-79), xətşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar həmin müqavilənin əslini də məhkəməyə göndərmiş və həmin nüsxə işə əlavə edilmişdir (2-ci cild, i.v. 144-146).
37. Həmin müqavilələrə vizual baxış keçirildikdə iddia ərizəsinə əlavə edilmiş 22 nömrəli kredit xətti müqaviləsinin surətinin, 22 nömrəli kredit xətti müqaviləsi ilə üst-üstə düşmədiyi ay dın şəkildə görünür (imza və möhürlərin yerləşmə yerləri fərqlidir). Bu isə 22 nömrəli kredit xətti müqaviləsinin ikinci nüsxəsinin də iddiaçı tərəfdə olduğunu dolayısı ilə təsdiq edir. Cavabdeh tərəf isə həmin müqavilədən xəbərsiz olduğunu israr edir. İddiaçı isə tələbinin həmin hissədə də əsaslı olduğunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətinin 22 nömrəli kredit müqaviləsindən irəli gələn dəlilləri əsasızdır.
38. İşdə olan Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 iyun tarixli qətnaməsi ilə bağlı qeyd edilməlidir ki, həmin iddiaya baxılarkən işin bu kimi halları, yəni müqavilənin borc alan tərəfindən imzalanıb-imzalanmaması, borclu şəxsə 4.000.000 manat miqdarında borcun verilmədiyi araşdırma predmeti olmamışdır. Ona görə də həmin iş üzrə iddianın təmin edilməməsi kollegiyanın qənaətinə görə iddia tələbinin həmin hissədə təmin edilməməsi üçün əsas deyildir.
39. Cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti ilə bağlı kollegiya qeyd etmişdir ki, cavabdehin 21 nömrəli, 28 nömrəli və 86 nömrəli kredit müqavilələrindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etmədiyi iş materialları ilə tam təsdiqini tapdığına görə cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassızdır və təmin edilməməlidir.
40. Məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 331.1, 337.1, 385.1, 386.1, 389.1, 390.1, 390.2, 390.3. 406.1, 406.3, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
41. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yan var tarixli 2-2(104)-2/2023 saylı xüsusi qərardadı ilə 22 saylı kredit xətti müqaviləsi üzrə 3.120.000 manat məbləğində kredit verilməsi adı altında pul məbləğindən istifadə ilə əlaqədar cinayət hadisəsinin baş verib-verməməsinin və aidiyyəti şəxslərin əməllərində cinayət tərkibinin olubolmamasının müəyyən edilməsi qərara alınmışdır.
42. Qətnamə 2022-ci il 16 fevral tarixində iddiaçıya, 17 fevral tarixində isə cavabdeh tərəfə rəsmi qaydada təqdim edilmişdir.
43. İddiaçının vəkili və nümayəndəsi 2023-cü il 10 aprel tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
44. Mülki Prosessual Məcəl lənin 88-ci maddəsi üzrə: Gəncə Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.
45. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsi üzrə: Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yəni sözügedən mübahisənin həlli üçün tək ekspert rəyinə əsaslanaraq iddia tələbinin təmin edilməməsi düzgün mövqe deyil. Ekspert rəyi ilə yanaşı digər ekpert rəyləri nəzərə alınmalı, sənəd üzərində olan möhür nümunələrinin kimə məxsus olması aydınlaşdırılmalı idi. Belə ki, MEM-in 5/1270 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iddiaçı ilə cavabdehin möhür əksləri öz aralarında eynilik təşkil edir. Lakin həmin möhür əkslərinin həqiqətən də cavabdehə məxsus olubolmaması müəyyən edilmir.
46. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsi üzrə: MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir. Ekspert rəyini digər sübutlarla birgə tədqiq etməli olan, işə tam, hərtərəfli və obyektiv baxmalı olduğu halda məhkəmə, digər sübutlara əsaslanmadan, sadəcə ekspert rəyini qeyd etməklə kifayətlənərək qətnamə qəbul etmişdir. Nəzərə alınmalıdır ki, işgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin adından imzalanan sənədlər üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifələri şəxslərin, əməkdaşların imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur. Lakin apellyasiya instansiyası məhkəməsi möhür ilə bağlı məsələni ətraflı və hərtərəfli araşdırmadan yalnız imza ilə bağlı ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir.
47. Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsi üzrə: Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Lakin buna baxmayaraq 5/1270 nömrəli ekspert rəyi əsassız olmasına baxmayaraq, təkrar və ya əlavə ekspertiza təyin edilməmişdir.
48. Mülki Prosessual Məcəllənin 217-ci maddəsi üzrə: Yuxarıda göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və ədalətli deyildir. Kassasiya şikayəti təmin edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instans iyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifə sinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dai rəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquqlarını izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlər in nəticələri barədə onları xəbərdar edir, onıarın prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməs ini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli 2-2(104)-2/2023 saylı qətnaməsi qismən – 2016-cı il 15 iyul tarixli, 22 nömrəli kredit müqaviləsi üzrə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
56. Kassator qətnamənin tam ləğvini istəsə də, kassasiya şikayətinin dəlillərindən görünür ki, qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirilir. Ona görə də məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
57. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş materiallarının səthi araşdırılması və mövcud sübutların düzgün qiymətləndirilməməsi (MPM 14, 88, 102, 103 və 217-220-ci maddələr) və maddi hüquq normalarının (MM 385, 386, 442, 425, 449-cu maddələr) pozulması ilə gəldiyi nəticəni qanunsuz hesab edir və kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
58. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh a rasında 4 ədəd (21, 28, 86, 22 saylı) kredit müqaviləsi bağlanmış, cavabdeh 3 kredit müqaviləsini qəbul etmiş, sonuncu 22 saylı müqavilədə nəzərdə tutulan məbləğin ona verilmədiyini bildirmiş və bunu başqa məhkəmə icraatında da mübahisələndirmişdir.
59. Apellyasiya instansiyası məhkəməsi hazırkı işdə 2016-cı il 15 iyul tarixli, 22 saylı müqavilənin etibarsızlığını yalnız imzanın cavabdehin rəhbər şəxsinə məxsus olmaması ilə əsaslandırmış və məhkəmə ekspert rəyinə əsasən hesab etmişdir ki, borcalan qrafasındakı imza cavabdeh tərəfindən imzalanmadığından, kredit müqaviləsində onun iradə ifadəsi mövcud olmamışdır.
60. İş materiallarına əsasən, cavabdeh 22 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, bu zaman iddia tələbini MMC iddia ərizəsində müqavilədə olan imzanın ona məxsus olmaması ilə deyil, əksinə həmin müqavilənin və mədaxil qəbzinin onun tərəfindən imzalandığı, bu barədə sənədlər imzalansa da, müqavilədə qeyd edilən kredit məbləğinin ona verilməməsi ilə əsaslandırmışdır. MMC iddia ərizəsində bildirmişdir ki, bank ilə 4.000.000 manat məbləğində kredit müqaviləsi, eləcə də bu kredit məbləğinin cəmiyyət tərəfindən alınması barədə kassa məxaric sənədi rəsmiləşdirilmiş, lakin həmin vaxt bank iş vaxtının bitməsini və bankın kassasında vəsait olmadığını bildirmiş və ən qısa müddətdə vəsaitin ona veriləcəyinə söz vermişdir.
61. V.Rzayevin iddia ərizəsində “cavabdehlə aramızda rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə öhdəlik faktiki olaraq cavabdeh tərəfindən icra edilmədiyindən həmi n kredit müqaviləsi heç bir hüquqi nəticə yaratmamışdır” kimi ifadəsi də həmçinin 2016-cı il 15 iyul tarixli, 22 saylı kredit müqaviləsində imzanın onlara aid olduğunu təsdiq etdiyi halda, apellyasiya məhkəməsi işdəki sübutları məcmu halında hərtərəfli qiymətləndirməmiş, yalnız ekspert rəyinə əsaslanmaqla 22 saylı müqavilə üzrə 3.588.800 manat məbləğində borcun cavabdehdən iddiaçı bankın xeyrinə tutulması hissəsində iddia tələbini rədd etmişdir.
62. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində də 22 saylı müqavilədəki imzanın ona məxsus olduğunu mübahisələndirməmiş, birinci instansiya məhkəməsi tərəfindən tutulan kredit məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilmədiyini, işə onların iştirakı olmadan, Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il qətnaməsindən tərəflərindən verilmiş kassasiya şikayətinə baxılmasını gözləmədən tələsik baxıldığını bildirmiş, apellyasiya məhkəməsi isə cavabdehin apellyasiya şikayətində mübahisələndirmədiyi hallar üzrə qətnamə çıxarmaqla şikayətin hədlərindən (MPM-in 372.6-cı maddəsi) kənara çıxmışdır.
63. İş üçün əhəmiyyətli olsa da, məhkəmə kollegiyası iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edərkən həmçinin cavabdeh tərəfindən mübahisələndirilməyən digər kredit müqavilələrindəki imzaların kim tərəffindən icra edildiyini, bu imzaların eyni şəxs, yaxud müxtəlif şəxslər tərəfindən edildiyini, müəssisədə imza hüququnun kimə məxsus olduğunu araşdırmağa zərurət görməmiş, beləliklə, səthi araşdırma nəticəsində qanunsuz məhkəmə aktının qəbul edilmə sinə şərait yaradılmışdır. İşə yenidən baxılarkən həmçinin işdəki V.Rzayev tərəfindən icra edilmiş, müəssisənin təsis sənədlərindəki imzalarla bağlı da hərtərəfli araşdırma aparılmalı, müqavilələrdəki möhür əkslərinin cavabdeh müəssisəyə məxsusluğu düzgün dəyərləndirilməli, ekspertin rəyinin məhkəmə üçün məcburi olmadığı, digər sübutlarla birgə qiymətləndirilməli olduğu, onun məhkəmə üçün qabaqcadan heç bir hüquqi qüvvəsinin olmadığı nəzərə alınmalıdır.
64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 15 may 2015-ci il tarixli 86 nömrəli müqavilə ilə 2016-cı il 15 iyul tarixli 22 nömrəli müqavilədə olan imzalar vizual baxımdan demək olar ki, eyni imzalar olsa da, cavabdeh 86 nömrəli müqavilədəki imzanı ümumiyyətlə mübahisələndirməmiş, məhkəmə isə ekspertiza təyin edərkən cavabdehin ondakı im zanı mübahisələndirmədiyi 86 saylı kredit müqaviləsindəki imzanın 22 saylı müqavilədəki imza ilə, cavabdeh müəssisənin nizamnaməsinin titul vərəqində “X6”nun adı qarşısındakı imzaların (i.v. 89, 1-ci cild) eyni olub-olmadığını, eyni şəxslər tərəfindən imza edilib-edilmədiyini aydınlaşdırmamış, müəssisənin digər təsisçisi X3 imzaları ilə bağlı da hər hansı tədqiqat aparmamışdır.
65. Nəzərə alınmalıdır ki, hüquqi şəxslərin adından imzalanan sənədlər üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakteri verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşların imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur ki, müqavilələrdə də həmin möhürlər mövcuddur.
66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasi ya məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 22 saylı kredit xətti müqaviləsi barədə qətnamədə gəldiyi nəticə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında vurğulanmış “Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqavi ləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır” kimi hüquqi mövqeyinə uyğun deyildir. 67. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarı). 68. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublik asının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
69. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hü quq normalarının pozuntusuna və işdəki sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli 22(104)- 2/2023 saylı qətnaməsi qismən – 2016-cı il 15 iyul tarixli, 22 nömrəli kredit müqaviləsi üzrə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli 2-2(104)-2/2023 s aylı qətnaməsi qismən – 2016-cı il 15 iyul tarixli, 22 nömrəli kredit müqaviləsi üzrə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.