Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-344/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 X2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 X2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(104)-52/2023 s aylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə Cavabdeh2 İstehsal-Kommersiya Firması arasında bağlanmış 2019-cu il 23 avqust tarixli GL3418 saylı kredit limiti müqaviləsinin surətindən görünür ki, borcalana illiyi 25 faiz dərəcəsi ilə 2029-cu il 23 avqust tarixinədək 10.000.000 manat miqdarında kredit limiti açılmışdır.
2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 23 avqust tarixli Z3515 saylı və İddiaçı ASC ilə Cavabdeh3 və Z3516 saylı zaminlik müqavilələrindən görünür ki, zaminliklə təmin edilmiş öhdəlik 2019-cu il 23 avqust tarixli GL3418 saylı kredit limiti müqaviləsi üzrə borcalana veriləcək və illik faiz dərəcəsi 25 faiz olan 2029-cu il 23 avqust tarixinədək ayrılacaq 10.000.00 0 manat məbləğində kreditdir.
3. İddiaçı ASC ilə Cavabdeh2 İstehsal-Kommersiya Firması arasında 2019-cu il 17 dekabr tarixində bağlanmış İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsindən görünür ki, dövriyyə vəsaitinin artırılması məqsədi ilə İddiaçı ASC tərəfindən Cavabdeh2 İstehsal-Kommersiya Firmasına illik faiz dərəcəsi maliyyələşdirmə məbləği 30.000 manat məbləğindən az olduğu təqdirdə 13,50 faiz, 30.000 manat məbləğinə bərabər və artıq olduğu təqdirdə 12,50 faiz olmaqla 2021-ci il 17 iyun tarixinədək 191.000 manat məbləğində kredit limiti açılmışdır. 4. 2019-cu il 17 dekabr tarixində bağlanmış İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə 2 019-cu il 17 dekabr tarixində İddiaçı ASC ilə Cavabdeh3 arasında ZF0309 saylı, Cavabdeh1 arasında ZF0310 saylı zaminlik müqavilələri bağlanmışdır. 5. 2019-cu il 17 dekabr tarixli İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə Kredit Limit müqaviləsinə 2020-ci il 11 fevral tarixli 01 saylı Əlavədən görünür ki, həmin müqavilənin 1.1, 1.8, 2.6, 2.7-ci bəndləri dəyişdirilmiş, limitin məbləği 250.000 manat, müqavilənin isə 2019-cu il 23 avqust tarixli GL3418 saylı kredit limiti müqaviləsi çərçivəsində bağlandığı müəyyən edilmişdir. 6. 2020-ci il 19 iyun tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 İstehsal-Kommersiya Firmasına 2020-ci il 19 iyul tarixinədək illik faiz dərəcəsi 12,50 faiz olmaqla, müddətin bitmə tarixindən sonra tətbiq e dilən illik cərimə faizi 27,50 faiz, günlük cərimə faizi 0,0764 faiz olmaqla 170.000 manat məbləğində vəsait ayrılmışdır. 7. 2020-ci il 24 iyun tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 İstehsal-Kommersiya Firmasına 2020-ci il 24 iyul tarixinədək illik faiz dərəcəsi 12,50 faiz olmaqla, müddətin bitmə tarixindən sonra tətbiq edilən illik cərimə faizi 27,50 faiz, günlük cərimə faizi 0,0764 faiz olmaqla, 76.618,98 manat məbləğində vəsait ayrılmışdır. 8. 2022-ci il 13 aprel tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. 9. 2022-ci il 6 sentyabr tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İstehsalKommersiya Firmasının 2022-ci il 5 se ntyabr tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170.000 manat əsas borc, 1.827,11 manat faiz borcu, 82.043,02 manat cərimə borcu olmaqla, cəmi 253.870,13 manat borc, gecikmə gününün sayı isə 777 gün müəyyən olunmuşdur. İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76.618,98 manat əsas borc, 798,11 manat faiz borcu, 34.400,54 manat cərimə borcu olmaqla, cəmi 111.817, 63 manat borc, gecikmə gününün sayı isə 773 gün müəyyən edilmişdir. 10. “İlkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə” 2022-ci il 28 iyun tarixli arayışdan görünür ki, İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh2 X2 və Cavabdeh3 isə həmin sessiyada iştirak etməmişdirlər. H əmçinin tərəflər prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “iddiaçı”) 2022-ci il 9 avqust tarixində Cavabdeh2 X2, Cavabdeh3 və Cavabdeh1 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “İKF”, “Cavabdeh3” və “Cavabdeh1”) qarşı iddia ərizəsi, bundan sonra iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170.000 manat əsas borc, 1.827,11 manat faiz borcu, 82.043,02 manat cərimə borcu olmaqla, cəmi 253.870,13 manat məbləğində borcun, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76.618,98 manat əsas borc, 798,11 manat faiz borcu, 34.400,54 manat cərimə borcu olmaqla, cəmi 111.817,63 manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 247 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə İKF arasında 2019-cu il 17 dekabr tarixində İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsi imzalanmış, iddiaçı tərəfindən borcalana illik faiz dərəcəsi maliyyələşdirmə məbləği 30.000 manat məbləğindən az olduğu təqdirdə 13,50 faiz, 30.000 manat məbləğinə bərabər və artıq olduğu təqdirdə 12,50 faiz olmaqla 2021-ci il 1 7 iyun tarixinədək dövriyyə vəsaitinin artırılması məqsədi ilə 191.000 manat məbləğində kredit limiti açılmışdır. Sonradan tərəflər arasında İDK0403 saylı bərpa olunan invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində 2020-ci il 19 iyun tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış, iddiaçı tərəfindən borcalana 2020-ci il 19 iyul tarixinədək, illik faiz dərəcəsi 12,50 faiz, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 27,50 faiz, günlük cərimə faizi 0,0764 faiz olmaqla 170.000,00 manat məbləğində vəsait ayrılmışdır. 2020-ci il 24 iyun tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən borcalana 2020-ci il 24 iyul tarixinədək, illik faiz dərəcəsi 12,50 faiz, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 27,50 faiz, günlük cərimə faizi 0,0764 faiz olmaqla, 76.618,98 manat məbləğində vəsait ayrılmışdır.
13. İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh3 arasında 2019-cu il 17 dekabr tarixli ZF0309 saylı və iddiaçı ilə Cavabdeh1 arasında 2019-cu il 17 dekabr tarixli ZF0310 saylı zaminlik müqavilələri bağlanmışdır. İddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və iddiaçı qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildi rilmişdir. Lakin Borcalan İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizə üzrə 724 gün, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 720 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir.
14. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26, 119.1-ci maddələrinə istinad olunmuşdur.
15. Cavabdeh1 vəsatətlə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, əmlakların qiymətləndirilməsinə dair ekspertiza təyin edilməsi barədə qərardad qəbul olunmasını xahiş et miş, Gəncə Kommersiya Məhkəməsinin 2022-cu il 29 sentyabr tarixli e-2-2(115)-1737/2022 saylı qərardadı ilə vəsatət təmin olunmamışdır (hakim – G.Quliyeva).
16. Məhkəmə qeyd etmişdir ki, iddia tələbində cavabdehlərin əmlakının yüklü edilməsi, tələbin hər hansı yüklü olunmuş əmlaka yönəldilməsi, hər hansı bir əmlakın satılması və borcun əmlak satışından əldə olunmuş vəsait hesabına ödənilməsi ilə bağlı heç bir müddəa yer almır. İddia tələbi yalnız əsas və faiz borcunun və cərimənin tutulması ilə bağlı olmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni MPM-in 97.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh1 vəsatətlə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 13 oktyabr tarixli e-2-2(115)1737/2022 saylı qərardadı ilə vəsatət təmin olunmamışdır (hakim – G.Quliyeva).
19. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddia tələbinin əsas borc və faiz borcu hissəsini mübahisələndirməmiş, yalnız dəbbə pulunun yüksək olmasından narazı qalmış və bu hissədə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, MM-in 467-ci maddəsinin mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər.
20. Məhkəmə gəldiyi nəticəni MM-in 467-ci, MPM-in 97.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 13 oktyabr tarixli e-2-2(115)1737/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2020-ci il 19 iyun tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170.000 manat əsas borc, 1.827,11 manat faiz borcu, 8.500 manat cərimə borcu olmaqla, cəmi 180.327,11 manat borcun, 2020-ci il 24 iyun tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76.618,98 manat əsas borc, 798,11 manat faiz borcu, 4.000 manat cərimə borcu olmaqla, cəmi 81.417,09 manat borcun, ödənilmiş 400 manat mediasiya xərci və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 247 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin olunmamışdır (hakim – G.Quliyeva).
22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə İKF arasında 2019-cu il 17 dekabr tarixində bağlanmış İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsinə əsasən, iddiaçı tərəfindən borcalana 2020-ci il 19 iyun tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2020-ci il 19 iyul tarixinədək 170.000 manat, 2020-ci il 24 iyun tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2020-ci il 24 iyul tarixinədək 76.618,98 manat vəsait verilmişdir. İddiaçı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, pul məbləğini cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Onun iddiaçıya İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170,000 manat əsas borc, 1.827,11 manat faiz borcu, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76.618,98 manat əsas borc, 798,11 manat faiz borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas və faiz borcunun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq etmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
23. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin olunmalıdır. Dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulu nun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq olunmasının onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, 82.043,02 manat və 34.400,54 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 2020-ci il 19 iyun tarixli, İDK0403/10 saylı maliyyələşdirmə üzrə 8.500 manat və 2020-ci il 24 iyun tarixli, İDK0403/11 saylı maliyyələşdirmə üzrə 4.000 manat məbləğində müəyyən edilməlidir.
24. Eyni zamanda Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. İKF zaminliklə təmin olunmuş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 445.1445.2.2, 448.1, 448.2, 449.1, 460.1, 462.1, 467, 470.1, 472.2-ci, MPM-in 10-1.3, 14.2, 77.1, 88, 217.3, 218.1-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh1 həmin qətnamədən 2022-ci il 11 noyabr tarixində apellyasiya şikayəti verərək onun dəbbə pulunun hesablanması və zaminə münasibətdə dəyişdirilərək, dəbbə pulunun maksimum azaldılması və zamin kimi onun öhdəliyinin olmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
27. İddiaçı həmin qətnamədən 2022-ci il 15 noyabr tarixində apellyasiya şikayəti verərək onun cərimə borcunun tutulması hissəsində ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli, 2-2(104)-52/2023 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – A.Hüseynzadə və L.Süleymanov).
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etm işdir ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunanlara əsasən, iddiaçı ilə Cavabdeh2 İstehsal-Kommersiya Firması arasında 2019-cu il 17 dekabr tarixində İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsi bağlanmış, müqaviləyə əsasən, iddiaçı tərəfindən borcalana 2020-ci il 19 iyun tarixli, İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2020-ci il 19 iyul tarixinədək 170.000 manat, 2020-ci il 24 iyun tarixli, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2020-ci il 24 iyul tarixinədək 76.618,98 manat vəsait verilmişdir. 2019-cu il 17 dekabr tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh3 arasında 2019-cu il 17 dekabr tarixli, ZF0309 saylı zaminlik müqaviləsi və iddiaçı ilə C avabdeh1 arasında 2019-cu il 17 dekabr tarixli, ZF0310 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, pul məbləğini cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, iddia ərizəsinə görə onun iddiaçıya İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170.000 manat əsas borc, 1.827,11 manat faiz borcu, 75.549,96 manat cərimə borcu olmaqla, cəmi 247.377,07 manat məbləğində borcu, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76.618,98 manat əsas borc, 798,11 manat faiz borcu, 31.474,12 manat cərimə borcu olmaqla, cəmi 108.891,21 manat məbləğində borcu yaranmışdır.
30. Mülki qanunvericiliyin normaları və tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu və əsas borca hesablanmış faiz borcu hissəsində tam, cərimə borcu hissəsində isə qismən təmin etməkdə haqlı olmuşdur.
31. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçı cərimə məbləğinin azaldılmasını əsassız sayaraq qətnamənin həmin hissədə ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, qeyd etmişdir ki, məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti MM-in 467-ci maddəsinin tələblərindən irəli gəlir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı tərəfindən tələb olunan cər imə (dəbbə pulu) kifayət qədər yüksək məbləğdir. Məhkəmə tərəfindən təmin edilmiş məbləğin özü də az məbləğ deyildir. Ona görə də birinci instansiya məhkəməsi tələb olunan cərimə məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edərək azaltmaqda haqlı olmuşdur.
32. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən isə görünür ki, o, həm borcun əvvəlcə borcalan cavabdehdən tutulmalı olduğunu, bu mümkün olmazsa, zamindən tutulmalı olduğunu, lakin iddianı zaminlərə aid hissədə də təmin etmiş məhkəmənin həmin xüsusatı nəzərə almadığını, bundan başqa dəbbə pulunun da yüksək miqdarda tutulduğunu mübahisələndirmişdir. İddiaçı ilə zaminlər arasında bağlanmış zaminlik müqavilələrindən göründüyü kimi, həmin müqavilələrlə zaminlərin borcalanın borcuna görə subsidiar məsuliyyəti yox, birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Cərimənin məbləğinin yüksək olmasına dair şikayətin dəlili də, məhkəmə cərimənin məbləğini tənasübsüz surətdə yüksək olması əsası ilə azaltdığına görə əsassızdır.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 445.1445.2.2, 448.1, 448.2, 462.1, 462.3, 467, 470.1, 472, 475.1, 475.2, 739-cu, MPM-in 14.2, 77.1, 217.3, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
34. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-ci il 13 fevral tarixində iddiaçıya məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
35. İddiaçı həmin qətnamədən 2023-ci il 5 aprel tarixində kassasiya şikayəti verərək onun qismən dəyişdirilərək iddia tələbinin dəbbə puluna münasibətdə də təmin edilməsi barədə ye ni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
36. MM-in 390.1, 462.1, 462.3, 465.2, 467-ci, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı, MPM-in 88-ci maddələri üzrə - Hər iki maliyyələşdirmə üçün ərizəyə əsasən müddətin bitmə tarixindən sonra tətbiq edilən gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi 27,50 faiz, günlük cərimə faizi 0,0764 faiz nəzərdə tutulmuşdur. Borcalan tərəfindən gecikdirilmiş günlərin sayı 2022ci il 5 sentyabr tarixinə İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizə üzrə 724 gün, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 720 gün təşkil etmişdir. Bu baxımdan, əsaslı olaraq İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 82.043,02 manat, İ DK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34.400,54 manat cərimə borcu hesablanmışdır. Kredit müqavilələri üzrə hesablanan dəbbə pulunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır. Bundan əlavə, cavabdeh kredit müqavilələrini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olmuş və buna razılıq vermişdir. Məhkəmələr tərəfindən kəskin surətdə azaldılan cərimə məbləğləri əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsi cərimə borcuna münasibətdə MM-in 467-ci maddəsini tətbiq etməklə həmin hissədə mübahisəyə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini nəzərə almamış və tənasüb müəyyənləşdir ilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə almamış, hətta bu sahədə formalaşmış məhkəmə təcrübəsini də nəzərə almadan əsas borc məbləğinin onda birindən də az məbləğdə dəbbə pulu hesablanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM- in 403 və 416-cı maddələrinə uyğun olaraq mübahisələndirilən hissədə (dəbbə pulu hissəsində) yoxlanılacaqdır.
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
41. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz ö hdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqd arını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zam inin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.” “Maddə
475. Öhdəliyi icra etmiş zaminin hüquqları 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbin i ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məb ləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 15 iyul tarixli qərarında müəyyən edilmişdir ki: “Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu m üəyyən edilmişdir.”
43. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsa slı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. İddiaçı kassasiya şikayətinin dəlillərində hesab edir ki, işə baxan məhkəmələr tələb olunan dəbbə pulunun məbləğini əsassız olaraq kəskin şəkildə azaltmışlar.
45. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq hesab edir ki, tərəflər dəbbə pulunun həcmini yazılı razılaşma ilə sərbəst şəkildə müəyyən etsələr də, bütün hallarda olduğu kimi, bu hüquqdan da sui-istifadəyə yol verməməli, müqavilənin bir tərəfi qarşı tərəfi çətin duruma salmaqdan, ədalətsizliyə yol verməkdən çəkinməlidir.
46. Bu səbəbdəndir ki, qanun məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyət vermişdir. Həmin səlahiyyət öz əksini MM-in 467-ci maddəsində (bax yuxarıda § 41) tapmışdır.
47. Sözügedən normanın bəzi müddəalarının şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 15 iyul tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə (bax yuxarıda § 42) görə, MM-in 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu ödəyəcəyi barədə razılaşdırılmış m əbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir.
48. Mübahisələndirilən qətnamədən məlum olur ki, işə baxan məhkəmələr tərəfindən azaldılmış cərimənin məbləği hər iki maliyyələşdirmə üçün ərizə üzrə təmin edilmiş əsas borcun 5 faizi həcmində olmuşdur.
49. Məhkəmə kollegiyasının mövqeyinə görə, həmin nisbət ədalət prinsipinə və formalaşmış məhkəmə təcrübəsinə uyğundur.
50. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 43) uyğun olaraq qanuni və əsaslı qətnamə q əbul etmişdir.
51. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(104)-52/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(104)-52/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.