Məhkəmə qərarları › İş №2-2(102)-344/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-344/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-344/2024 09.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə muzd tələbi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "görülmüş işlərə görə yaranmış borcun və zərərin əvəzinin ödənilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 yanvar tarixli 2-2(103)-49/2024 nömrəli qətnaməsindən iddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2018-ci il 4 aprel tarixli LWC-2018/14 nömrəli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən sifarişçi Cavabdeh ASC və podratçi “X3 ve Ticaret” ASC Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin tikintisinin tamamlanması işlərini 21.714.000 manat (ƏDV daxil) məbləğində icra etməyi qəbul etmişdir. Podratçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin tikintisinin tamamlanması işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər podratçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uvğun olmadıqda, podratçı aşkar olunan qüsurların müqa vilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 2. 2018-ci il 16 mart tarixli LWC-2018/30 nömrəli “İşlər üzrə satınalma” müqaviləsinin xüsusi şərtlərinə əsasən müqavilənin icra müddəti 2018-ci il 29 dekabr tarixədək müəyyən edilmişdir.

3. Müqavilənin xüsusi şərtlərinin “Podratçının öhdəlikləri” adlanan 6-cı bəndinə əsasən Podratçı müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirmir. 4. 2018-ci il 20 fevral tarixli MFF-032-T3-NCB-1.02 nömrəli müqaviləyə 2018-ci il 24 aprel tarixli 1 saylı düzəlişə əsasən “Layihənin uğurla tamamlanması və kanalizasiya sisteminin funksionallığının təmin edilməsi məqsədilə iş həcmləri cədvəlinə fərqli diametrlərdə ümumi uzunluğu 19909,05 m olan kanalizasiya xəttinin əlavə olunması il ə əlaqədar müqavilə müddəti dəyişdirilmədən müqaviləyə dəyişiklik edilməsi zərurəti yaranmışdır.” Müqavilənin yekun dəyəri 29.484.234,54 manat təşkil etmişdir.

5. Cavabdeh ASC və “X3 ve Ticaret” ASC arasında bağlanmış LWC2018/14 nömrəli 2018-ci il 5 sentyabr tarixli müqaviləyə dair xitam razılaşmasına əsasən müqavilə üzrə sifarişçi tərəfindən ƏDV daxil olmaqla 10.681.109,35 manat məbləğində ödəniş həyata keçirilməklə podratçı tərəfindən görülən işlərin əvəzi tam olaraq ödənilmişdir.

6. İddiaçı ASC tərəfindən Ağdaş rayon küçələrinə vurulan asfalt örtüyü 91.452 kv.m təşkil etmişdir (2019-cu il 30 sentyabr tarixli “Arayış”). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış MFF032-T3-NCB-1.02 nömrəli 2018-ci il 20 fevral tarixli müqaviləyə əsasən cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə, cavabdehdən 3.631.862,4 manat (ƏDV) məbləğinin, iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat (ƏDV-siz) məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən 2018-ci il 21 fevral tarixində təqdim edilən avans ödəniş sertifikatı üzrə X2 tərəfindən 2018-ci il 19 mart tarixində 3.394.768,24 manat, Azərbaycan Respubli kası Maliyyə Nazirliyi tərəfindən 2018- ci il 29 mart tarixində 202.283,83 manat əsas məbləğ və 647.469,37 manat ƏDV ödənilmiş, 2018-ci il 20 mart tarixindən 2018-ci il 31 may tarixinə qədər təqdim edilən 5 ödəniş sertifikatına əsasən X2 tərəfindən 2018-ci il 18 aprel tarixində 4.746.280 manat, 2018-ci il 1 iyun tarixində 2.213.278,83 manat, 2018-ci il 24 iyul tarixində 7.878.490,77 manat, 2018-ci il 26 sentyabr tarixində 2.981.784,26 manat və 2018-ci il 29 sentyabr tarixində 2.357.178,16 manat ödənilmişdir. X2 müqavilə üzrə öz pay hissəsini ödədiyi tarixlərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir ödəniş aparılmadığına görə iddiaçıya məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV-nin əvəzi olaraq 3.631.862,4 manat silinmişdir. Qeyd olunan 5 ödəniş sertifikatı üzrə qalan hökumət payını və ƏDV hissəsini Azərbaycan Respublikası Maliyyə Nazirliyi bir dəfəyə 5.050.560,24 manat (ƏDV ilə birlikdə) 2019-cu il 8 yanvar tarixində ödəmişdir. Müqavilənin icrası zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyi vaxtında ödənişləri həyata keçirmədiyinə görə iddiaçıya 3.631.862,4 manat ziyan dəymişdir. Eyni zamanda, Ağdaş şəhərinin su və kanalizasiya xəttlərinin tamamlanması və rəsmi açılış tədbirinə hazırlamaq barədə razılaşmaya əsasən cavabdehin sifarişi əsasında bu müqavilə üzrə 90.155 kv.metr asfalt işləri və digər işlər 2019-cu ilin sentyabr ayında təsdiq edilmiş akt əsasında cavabdehə təhvil verilmişdir. Qarşılıqlı təsdiqlənmiş akt əsasında cavabdehin TOOM ilə F2-nin dəyəri 2.397.371,88 manat (ƏDV-siz) olduğu dəqiqləşdirilsə də, F2-nin təsdiq olunması pr osesi cavabdeh tərəfindən bu günə qədər süni olaraq uzaldılır və ödənişlər həyata keçirilmir. Cavabdeh tərəfindən həmin işlərin dəyəri hazırki vaxtadək iddiaçıya ödənilməmiş, cavabdeh tərəfindən üzərinə düşən öhdəlik yerinə yetirilməmişdir.

9. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış MFF032-T3-NCB-1.02 nömrəli, 2018-ci il 20 fevral tarixli müqaviləyə əsasən cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə, cavabdehdən 3.631.862,4 manat (ƏDV) məbləğinin, iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat (ƏDV-siz) m əbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, 2018-ci il 20 fevral tarixli MFF032-T3NCB1.02 saylı müqavilə üzrə ƏDV məbləği olan 3.631.862,4 manat məbləği Maliyyə Nazirliyi tərəfindən 2019-cu il 8 yanvar tarixində ödənilmişdir. Müqavilənin 50-ci bəndinə əsasən ödənişlər 28 gün ərzində həyata keçirilmədikdə növbəti tarixdən etibarən gecikmiş ödənişlər üzrə faiz məbləği hesablana bilər. Göründüyü kimi sözügedən müqavilədə nəzərdə tutulan məbləğlərlə bağlı bütün ödəmələr həyata keçirilmişdir. Bundan əlavə ƏDV məbləğinin sonuncu ödəniş tarixi 2019-cu il 8 yanvar tarixində həyata keçirildiyindən bu mübahisə ilə bağlı 3 illik iddia müddəti ötürülmüşdür. Qanunvericiliyin tələbinə əsasən həmin vaxtdan 3 il ərzində, yəni 2022-ci il 8 yanvar tarixədək mübahisəli hesab olunan məbləğ tələb edilə bilərdi. ƏDV əvəzi olaraq silinmiş tələb üzrə iddia müddəti ötürülmüş və buna görə də həmin tələb üzrə iddia müddəti tətbiq edilməlidir. Digər tərəfdən, iddiaçı sözügedən müqaviləyə istinad etsə də, asflat işləri üzrə tərəflər arasında heç bir əlavə razılaşma bağlanmamışdır. Qanunvericiliyin tələbinə əsasən öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. İddiaçının iddia ərizəsində asfalt və digər işlər üzrə tələb etdiyi məbləğin əsasının nədən ibarət olması aydın olmamışdır. Həmçinin, həmin işlər üzrə iddiaçı tərəfindən Cəmiyyətə Forma 2, Forma 3, hesab-faktura, elektron qaimələr təqdim edilməmiş və bu məbləğ cavabdehin mühasibat uçot sənədlərində öz təsdiqini tapmamışdır. Görülmüş i şlərin cavabdeh tərəfindən sifariş olunmasına dair hər hansı bir sübut təqdim olunmamışdır.

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 noyabr tarixli e-2-2(113)-3865/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim F.Qasımov).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı asfalt işləri və digər podrat işlərinin gördüyünü iddia etsə də, məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki görülmüş işlər və onların dəyəri yazılı sübutlarla ("Forma 2" aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı idi. Tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin “Podratçının öhdəlikləri” adlanan 6-cı bəndində də qeyd olunmuşdur ki, “Podratçı müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirmir”. Mülki qanunvericiliyin tələblərinə əsasən təqribi smetadan kənaraçıxma halında belə podratçı yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, yəni, muzd razılaşdırılmalıdır. 2-ci şərt isə ondan ibarətdir ki, kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Lakin işlərin gedişatı zamanı podratçı tərəfindən sifarişçiyə məlumat verilməsi ilə bağlı hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Həmçinin, tərəflər arasında bağlanmış LWC-2018/14 nömrəli 2018-ci il 4 aprel tarixli müqaviləyə dair xitam razılaşmasına əsasən müqavilə üzrə sifarişçi tərəfindən ƏDV daxil olmaqla 10.681.109,35 manat məbləğində ödəniş həyata keçirilməklə podratçı tərəfindən gö rülən işlərin əvəzi tam olaraq ödənildiyi, müqaviləyə 2018-ci il 6 sentyabr tarixindən xitam verildiyi təsdiqini tapmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, tərəflərin hər ikisinin də vergi ödəyicisi olan hüquqi şəxs olması, elektron qaimə-faktura göndərməyin vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunması nəzərə alınsa belə, iddiaçı tərəfindən bu tələbə əməl olunması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Tərəflər arasında yazılı formada deyil, şifahi razılaşmanın olması qəbul olunsa belə, işlər görülməmişdən əvvəl layihənin smeta dəyərinin müəyyən olunması, smeta xərclərini nəzərdə tutan, işlərin görülməsini, 2.397.371,88 manat məbləğində pul vəsaitinin xərclənməsini əsaslandıran sənədlər də məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən sübut olaraq məhkəməyə müxtəlif hüquqi şəx slərlə bağlanmış müqavilələr və digər sənədlər təqdim olunsa da, həmin sənədlərin hazırkı mübahisəyə aidiyyətinin olması müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat (ƏDV-siz) məbləğində pul vəsaitinin tutulması hissəsində təmin oluna bilməz.

14. Məhkəmə cavabdehin nümayəndəsinin iddianın digər hissəsinə (cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq silinmiş 3.631.862,4 manat məbləğində pul vəsaitinin ödənilməsi) münasibətdə qeyd etmişdir ki, cavabdehin iddia müddətinin tətbiqi bar ədə ərizəsinə münasibətdə iddia müddəti ilə bağlı məsələnin aydınlaşdırılması üçün müddətin axımının hansı vaxtdan hesablanmalı olduğu müəyyən edilməlidir. MFF032-T3-NCB-1.02 nömrəli 2018-ci il 20 fevral tarixli müqavilə üzrə sonuncu ödəniş 2019-cu il 8 yanvar tarixinə aiddir. Yəni, cavabdehin borcu etiraf etməsini göstərən hərəkət sonuncu dəfə 2019-cu il 8 yanvar tarixində icra olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən həmin vaxtdan 3 il ərzində, yəni 2022-ci il 8 yanvar tarixədək həmin məbləğin ödənilməsi ilə bağlı iddia irəli sürülə bilərdi. İddiaçının iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə etirazının əsasını daşınmaz əşyalarla bağlı iddia müddəti 6 il təşkil etdiyindən müddətin ötürülmədiyi təşkil etmişdir. Lakin məhkəmə müqavilənin predmetini hər hansı bir daşınmaz əmlakın deyi l, podrat müqaviləsi üzrə işlərin görülməsinin təşkil etdiyini bildirmişdir.

15. İddia tələbinin bu hissəsinin əsasını təşkil edən hal ödənişin aparılmasının Maliyyə Nazirliyi tərəfindən gecikdirilməsindən ibarət olmuş, işin hallarına əsasən cavabdehin mübahisə predmeti olan müqavilə üzrə pul vəsaiti ödəmək öhdəliyi nəzərdə tutulmamış, görülmüş işlərin dəyəri Maliyyə Nazirliyi tərəfindən ödənilmişdir. Yəni, müqavilə öhdəlikləri tam yerinə yetirilmədiyi, gecikdirilməklə yerinə yetirildiyi təqdirdə belə buna görə cavabdeh məsuliyyət daşıya bilməzdi.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 372.2, 375.2, 377.1, 380.1, 380.2, 752.1, 753.1, 754.1, 754.2 və 769-cu maddələri; Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra-“VM”) 16.1.11- 6, 71-1 və 176-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2019-cu il 18 mart tarixli qərarına, MPM-nin 14.2, 77.1, 78.1, 81 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)-204/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni 90155 kv.m asfalt işlərinin dəyərinin tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilərək həmin hi ssədə iddia qismən təmin edilmiş-cavabdehdən 2.298.952,5 manat (ƏDV-siz) məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi iki hissədəniddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat (ƏDV-siz) məbləğində pul vəsaitinin ödənilməsi və cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq silinmiş 3.631.862,4 manat məbləğində pul vəsaitinin ödəni lməsindən ibarətdir.

20. İddianın birinci hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, işin materiallarında olan iddiaçının layihə rəhbəri, cavabdehin TOOM-un (X1 Müdiriyyəti) tikintiyə texniki nəzarət mühəndisi və Ağdaş rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən imzalanmış 2019-cu il 30 sentyabr tarixinə qədər Ağdaş rayon küçələrinə iddiaçı tərəfindən vurulan asfalt örtüyünün iş həcmləri haqqında akta əsasən cəmi görülmüş işlərin həcmi 91.452 kv.m təşkil etmiş, cavabdeh həmin aktı mübahisələndirməmişdir. Cavabdeh həmin işlərin görülməməsinə deyil, işlərin Ağdaş rayon İcra Hakimiyyətinin sifarişi əsasında görüldüyünə, bunun cavabdehlə bağlanmış podrat müqaviləsinə hər hansı bir aidiyyatının olmadığına istinad etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən 2019cu il 30 sentyabr tarixə qəd ər Ağdaş rayon küçələrinə 91.452 kv.m həcmində asfalt örtüyünün vurulması işin mübahisəsiz halını təşkil etdiyindən, mübahisəli və müəyyən olunmalı məqam həmin işlərin məhz cavabdehin sifarişi əsasında görülüb-görülməməsi ilə bağlı olmuşdur.

21. Məhkəmə hesab etmişdir ki, əlavə podrat işlərinin məhz cavabdehin tələbi ilə görülməsi öz təsdiqini tapmışdır. Belə ki, həmin işlərin yerinə yetirilməsi barədə yuxarıda qeyd olunan akt cavabdehin əməkdaşı tərəfindən təsdiq edilmiş, cavabdeh isə bu faktı mübahisələndirməmişdir.

22. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanan 2023-cü il 13 mart tarixli, 5-32-12/292/2023 nömrəli məktubda isə qeyd olunmuşdur ki, Ağdaş şəhəri əhalisinin haqlı narazılıqlarını nəzərə alaraq, Ağdaş rayon İcra Hakimiyyətindən 2019-cu il 5 fevral tarixində Ağdaş şəhərində su və kanalizasiya xətlərinin çəkilişi zamanı dağıdılmış lakin, bərpa edilməmiş küçələr barəsində cavabdehə fax məktub göndərilərək məsələnin həll olunması cavabdehin rəhbərliyindən xahiş edilmişdir. Həmin dövrdə cavabdehin sifarişi ilə Ağdaş şəhəri ərazisində kanalizasiya xətlərinin tikintisini iddiaçı həyata keçirirdi. Ağdaş RİH-də RİH rəhbərliyi, cavabdehin rəhbərliyi və iddiaçının rəhbərliyinin iştirakı ilə keçirilmiş görüşdə Ağdaş şəhəri ərazisində su və kanalizasiya xətlərinin çəkilişi zamanı dağıdılmış və bərpa edilməmiş küçələrin bərpasını cavabdehin rəhbərliyi iddiaçıya tapşırmışdır. Ağdaş rayon İcra Hakimiyyətinin Ağdaş şəhəri üzrə İcra Nümayəndəsi olaraq işlərin görülməsinə nəzarət etmişlər və buna g örə öz imza və möhürləri ilə təsdiq etmişlər. Bu baxımdan məhkəmə tərəflər arasında əlavə işlərin görülməsi barədə razılığın əldə olunması və bu baxımdan, iddiaçının yerinə yetirilmiş əlavə podrat işlərinə görə muzdun ödənilməsini tələb etməkdə haqlı olması nəticəsinə gəlmişdir.

23. Məhkəmə tələb olunan muzdun məbləğinin hesablanması qaydasına gəldikdə isə qeyd etmişdir ki, tərəflər arasında bağlanan analoji podrat müqaviləsi üzrə 2018-ci ilin aprel ayında yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına əsasən asfalt qatının bərpası işləri üçün 1 kv.m 26,55 manata razılaşdırılmışdır (cild 4, i/v 53-60). İddiaçı isə bildirmişdir ki, Ağdaş şəhərində su və kanalizasiya xətlərinin çəkilişi zamanı asfalt qatının bərpasını 1 kv.m üçün 25,5 manatdan hesablanması razılaşdırılmış və h əmin məbləğə uyğun hesablanaraq hazırki iddia irəli sürülmüşdür.

24. Məhkəmə iclasında sədrlik edənin “analoji işlər üzrə 1 kv.m asfalt qatının bərpasının hansı qiymətə edilməsi” ilə bağlı dəqiqləşdirici sualına cavabdehin nümayəndəsi cavab verməmiş, bununla yanaşı cavabdeh yuxarıda qeyd olunan hallara, yəni asfalt qatının bərpasının 1 kv.m-nin 26,55 manatdan hesablanmasına hər hansı etirazını da bildirməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, prosessual qənaət prinsipi baxımından asfalt qatının bərpası ilə bağlı iddiaçı tərəfindən görülən işlərin ümumi dəyərinin müəyyən edilməsi üçün xüsusi olaraq iş üzrə ekspertizanın təyin edilməsinə zərurət yoxdur. Çünki tərəflər arasında olan digər podrat müqaviləsi üzrə analoji işlərin dəyəri 1 kv.m üçün 26,55 manat müəyyən edilmiş, hazırda is ə iddiaçı həmin məbləğdən də aşağı olan 25,5 manat məbləğə razılıq əldə olunduğuna istinad etmişdir. Məhkəmə görülmüş işlərin dəyərinin sadə riyazi hesablama ilə müəyyən etməyin mümkün olduğunuqeyd etmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi aktda asfalt örtüyünün ümumi həcmi 91452 kv.m qeyd edilsə də, iddia ərizəsində iddiaçı 90.155 kv.m həcmində işlərin dəyərinin ödənilməsi tələbini irəli sürmüşdür. İddiaçıdan bu məsələyə aydınlıq gətirilməsi təklif edilmiş və o, iddia ərizəsində texniki səhvə yol verildiyini bildirmişdir.

25. Birinci instansiya məhkəməsində iddia ərizəsinə dəqiqləşmənin verilmədiyini və MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, görülmüş işlərin dəyəri məhz iddia ərizəsində göstərilən 90.155 kv.m uyğun müəyyən edilməlidir.

26. B eləliklə, iddiaçı tərəfindən görülən asfalt işlərinin həcminin 90.155 kv.m təşkil etdiyini, eyni zamanda asfalt qatının bərpasının 1 kv.m-nin 25,5 manatdan hesablanmalı olduğunu nəzərə alaraq məhkəmə iddiaçı tərəfindən görülən asfalt qatının bərpası işlərinin ümumi dəyərinin 2.298.952,5 manat (90155 x 25,5 = 2.298.952,5) təşkil etməsi qənaətinə gəlmişdir.

27. Məhkəmə iddia tələbinin ikinci hissəsini əsassız hesab edərək göstərmişdir ki, zərərin ödənilməsi üçün zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən edilməli olduğu halda, hazırkı işdə bu əsaslar, habelə cavabdeh tərəfindən öhdəliklərinin pozulması halı müəyyən edilməmişdir. İddiaçı özü bildirmişdir ki, X2 müqavilə üzrə öz pay hissəsini ödədiyi tarixlərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir ödəniş aparılmadığına görə iddiaçıya məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq 3.631.862,4 manat silinmişdir. İddiaçının özünün istinad etdiyi hallara əsasən ona məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq 3.631.862,4 manat silinməsinin səbəbi cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir ödənişin aparılmaması olmuşdur. Məhkəmə iddia tələbi həmin hissədə əsassız olmasını nəzərə alaraq, tələbin həmin hissəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsinə ayrıca münasibət bildirməyə zərurət görməmişdir.

28. Apellyasiya instansiyası məhkəm əsi gəldiyi nəticəni MM-nin 21.2, 404.1, 404.2, 443.1, 752.1 və 753.3-cü maddələrinə, MPM-nin 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

29. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd olunması və ödənilmiş 1.902,31 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.

30. Həmçinin iddiaçı həmin qətnamədən kassasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilməsi, ödəniş vaxtında aparılmadığına görə cavabdehdən 3.631.862,4 manat vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində iddianın təmin olunması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

31. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 avqust tarixli 2-2(102)-386/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən, cavabdehdən 2.298.952,5 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilərək həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir (məruzəçi hakim İ.Dadaşov, hakimlər V.Həsənov və Ə.Əhmədov).

32. Qətnamənin ləğv edilən hissəsində kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı asfalt işləri və digər podrat işlərini gördüyünü iddia etsə də, məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, görülmüş işlər və onların dəyəri yazılı sübutlarla ("Forma 2" aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı olduğu halda, həmin sənədlər, görüləcək asfalt işlərinə və onların dəyərinə dair tərəflər arasında razılaşdırılmış müqavilə olmadığından, apellyasiya məhkəməsinin iddia tələbinin bu hissəsində gəldiyi nəticə MM-in 385, 752 və 753-cü maddələrinin tələblərinə cavab verməmişdir.

33. Digər tərəfdən tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin “Podratçının öhdəlikləri” adlanan 6-cı bəndində podratçının müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirmədiyi göstərilmişdir. Tərəflər arasında bağlanmış LWC-2018/14 nömrəli 2018-ci il 4 aprel tarixli müqaviləyə dair xitam razılaşmasına əsasən isə müqavilə üzrə sifarişçi tərəfindən ƏDV daxil olmaqla 10.681.109,35 manat məbləğində ödəniş həyata keçirilməklə podratçı tərəfindən görülən işlərin əvəzinin tam olaraq ödənildiyi, müqaviləyə 2018-ci il 6 sentyabr tarixindən xitam verildiyi təsdiqini tapmışdır. Beləliklə, tərəflər arasında bağlanmış LWC-2018/14 nömrəli 2018-ci il 4 aprel tarixli müqaviləyə 2018-ci il 6 sentyabr tarixindən xitam verildiyindən, müqaviləyə xitam veriləndən bir il sonra hər hansı müqavilə və razılaşdırma, sifariş olmadan aparılmış asfalt işlərinə görə cavabdehdən 2.298.952,5 manatın tutulması barədə apellyasiya məhkəməsinin qətnaməsi MM-nin 754.1 və 754.2-ci maddələrinin tələblərinə də uyğun olmamışdır.

34. Apellyasiya instansiyası məhkəməsi tərə findən Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin iddiaçının müraciətinə əsasən məhkəməyə ünvanlanmış 2023-cü il 13 mart tarixli 5-32-12/2-92/2023 nömrəli məktubuna istinad olunmasını kassaiya instansiyası məhkəməsi MPM-nin 78.1-ci maddəsinin pozuntusu kimi dəyərləndirilmişdir.

35. Məhkəmə həmçinin qeyd etmişdir ki, görülmüş işlərin həqiqi həcminə dair hər iki tərəfin təsdiq etdiyi F2 aktları, rəsmi müqavilə, sifariş, VM-nin 16.1.11-6, 71-1 və 176-cı maddələrinə uyğun olaraq tərtib olunmuş elektron qaimə-faktura, işlər görülməmişdən əvvəl layihənin smeta dəyərinin müəyyən olunması, smeta xərclərini nəzərdə tutan, işlərin görülməsini, 2.397.371,88 manat məbləğində pul vəsaitinin xərclənməsini, asfalt örtüyünün məhz tərəflər arasında bağl anmış LWC-2018/14 nömrəli 2018-ci il 4 aprel tarixli müqaviləyə əsasən su və kanalizasiya xətləri çəkilmiş küçələr üzrə çəkildiyini təsdiq edən sənədlər də məhkəməyə təqdim olunmamışdır. Podratçı olaraq iddiaçının müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirməli olmadığını bildiyi halda, yerli icra hakimiyyətinin göstərişinə əsasən gördüyü işlərin dəyərini cavabdehdən tələb etməsi, apellyasiya məhkəməsinin isə müqavilənin icrası vaxtı rəsmi sənədlər (F2, F 3, işlərin təhvil verilməsi və s.) olmadan pul vəsaitinin ödənilməsi halları olmadığı halda MM-nin 404.1 və 404.2-ci maddələrinə əsaslanaraq iddianı həmin hissədə təmin etməsi həmin maddələrin pozuntusu kimi qiymətləndirilmişdir.

36. İddiaçı tərəfindən sübut olaraq məhkəməyə müxtəlif hüquqi şəxslərlə bağlanmış müqavilələr və digər sənədlər təqdim olunsa da, həmin sənədlərin hazırkı mübahisəyə aidiyyətinin olması müəyyən edilmədiyindən və müqaviləyə xitam verilməklə bütün razılaşdırılmış ödənişlər həyata keçirildikdən bir il sonra iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat məbləğində pul vəsaitinin tutulması hissəsində tələbinin təmin olunması qanuni və əsaslı hesab edilməmişdir.

37. Məhkəmə iddia tələbinin ikinci hissəsinin təmin edilməli olunmamasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmışdır (bax § 27).

38. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 21.2, 443.1, 754.1 və 754.2-ci ma ddələrinə, “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarlarına, MPM-nin 14.2, 77.1, 78.1, 78.1-1, 217.1, 416.1 və 416.2-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

39. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 yanvar tarixli 2-2(103)-49/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkə məsinin qətnaməsi iddianın cavabdehdən 2.298.952,5 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim – S.Bəhramzadə, hakimlər X.Mərdanova və E.Həsənov).

40. İşə yenidən apellyasiya qaydasında baxan məhkəmə kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi hazırda qətnamənin yenidən yoxlanılan hissəsi ilə bağlı hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqi q, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

41. Məhkəmə həmçinin göstərmişdir ki, iddiaçı asfalt işləri və digər podrat işlərini gördüyünü iddia etsə də, məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, görülmüş işlər və onların dəyəri isə yazılı sübutlarla ("Forma 2" aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı olduğu halda, həmin sənədlər, görüləcək asfalt işlərinə və onların dəyərinə dair tərəflər arasında razılaşdırılmış müqavilə mövcud deyil. Digər konsensual müqavilələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı anda icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. MM-in 752.1ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MMnin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. MM-nin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

42. MM-nin 754.1 və 754.2-ci maddələrinin məzmununa əsasən təqribi smetadan kənaraçıxma halında belə podratçı yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, ikinci şərt isə ondan ibarətdir ki, kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. İşlərin gedişatı zamanı podratçı tərəfindən sifarişçiyə məlumat verilməsi ilə bağlı hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

43. Digər tərəfdən tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin “Podratçının öhdəlikləri” adlanan 6-cı bəndində isə qeyd olunmuşdur ki, “Podratçı müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirmir”. İş materiallarından da göründüyü kimi cavabdeh və iddiaçı arasında bağlanmış LWC-2018/14 nömrəli, 2018-ci il 4 aprel tarixli müqaviləyə dair xitam razılaşmasına əsasən müqavilə ü zrə sifarişçi tərəfindən ƏDV daxil olmaqla 10.681.109,35 manat məbləğində ödəniş həyata keçirilməklə podratçı tərəfindən görülən işlərin əvəzi tam olaraq ödənildiyi, müqaviləyə 2018-ci il 6 sentyabr tarixindən xitam verildiyi təsdiqini tapmışdır. Tərəflər arasında bağlanmış LWC-2018/14 nömrəli, 2018-ci il 4 aprel tarixli müqaviləyə 2018-ci il 6 sentyabr tarixindən xitam verildiyindən, müqaviləyə xitam veriləndən bir il sonra hər hansı müqavilə və razılaşdırma, sifariş olmadan aparılmış asfalt işlərinə görə cavabdehdən iddiaçının xeyrinə bununla bağlı pulun tutulmasının təmin edilməsi mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarının tələblərinə əsasən də əsaslı sayıla bilməz.

44. Görülmüş işlərin həqiqi həcminə dair hər iki tərəfin təsdiq etdiyi F2 aktları, rəsmi müqavilə, sifariş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6, 71-1 və 176-cı maddələrinə uyğun olaraq tərtib olunmuş elektron qaimə-faktura, işlər görülməmişdən əvvəl layihənin smeta dəyərinin müəyyən olunması, smeta xərclərini nəzərdə tutan, işlərin görülməsini, 2.397.371,88 manat məbləğində pul vəsaitinin xərclənməsini, asfalt örtüyünün məhz tərəflər arasında bağlanmış LWC-2018/14 nömrəli, 2018-ci il 4 aprel tarixli müqaviləyə əsasən su və kanalizasiya xətləri çəkilmiş küçələr üzrə çəkildiyini təsdiq edən sənədlər də məhkəməyə təqdim olunmamışdır.

45. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən iddiaçının müraciətinə əsasən məhkəməyə ünvanlanan 2023-cü il 13 mart tarixli, 5-3212/2- 92/2023 nömrəli məktuba istinad etməklə məhz həmin işlərin cavabdeh qurumun sifarişi əsasında görülməsi qənaətinə gəlinə bilməz. Həmin məktub belə bir sifarişin cavabdeh tərəfdən verilməsi və aralarında belə bir razışmanın mövcudluğuna dələlət etmir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, işdə olan 30 sentyabr 2019-cu il tarixli aktda İddiaçı MMC ilə yanaşı Ağdaş rayon İcra Hakimiyyəti və Cavabdeh ASC-nin TOOMnin tikintiyə texniki nəzarət mühəndisi E.Salahovun izma etməsi də həmin işlərin Cavabdeh ASC-nin sifarişi ilə görülməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz və bu iddianın həmin hissədə təmin edilməsi üçün əsas ola bilməz. Podratçı olaraq iddiaçı müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirməli olmadığını bildiyi halda, yerli icra hakimiyyətinin göstərişinə əsasən gördüyü işlərin dəyərinin cavabdehdən tələb edilməsi barədə iddianın təmin edilməsi qanuni hesab edilə bilməz.

46. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən sübut olaraq məhkəməyə müxtəlif hüquqi şəxslərlə bağlanmış müqavilələr və digər sənədlər təqdim olunsa da, həmin sənədlərin hazırkı mübahisəyə aidiyyəti müəyyən edilmir. Odur ki, müqaviləyə xitam verildikdən, bütün razılaşdırılmış ödənişlər həyata keçirildikdən bir il sonra iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində iddianın təmin olunması qanuni və əsaslı hesab edilə bilməz.

47. Göstərilənlərə əsasə n apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən (iddianın Cavabdeh ASC-dən 2.298.952,5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC- yə ödənilməsinin təmin edilməməsi ilə bağlı hissədə) əsaslı sayıla və həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh ASC-dən 2.298.952,5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsinin təmin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

48. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 21.2, 404.1, 404.2, 443.1, 752.1 və 753.1, 753.3, 754.1, 754.2 və 769-cu maddələrinə, MPM-nin 14.2, 77.1, 119.1, 217.4, 384.0.2, 385.1 v ə 420-ci maddələrinə istinadla əsaslandırmışdır.

49. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilərək tərəflər arasında bağlanmış MFF032T3-NCB-1.02 saylı 2018-ci il 20 fevral tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən “Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi” ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işlərinin və digər işlərın dəyəri olan 2.397.371,88 manat vəsaitin (ƏDV daxil olmadan) cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

50. MM-nin 404.1-ci maddəsi üzrə - iddiaçı 2018-ci il 20 fevral tarixli MFF032-T3NCB-1.02 nömrəli müqaviləyə istinad etdiyi halda, məhkəmələr əsas sübut kimi 2018-ci il 5 sentyabr tarixində ləğv edilmiş 2018-ci il 4 aprel tarixli LWC-2018/14 nömrəli müqaviləyə istinad etmişlər. Hətta cavabdehin hüquqşünasları belə 2018-ci il 4 aprel tarixli LWC2018/14 nömrəli müqavilənin iddianın predmetinə aidiyyatının olmadığını və onu səhvən e-məhkəmə portalına yüklədiklərini məhkəmə baxışında dəfələrlə etiraf etmişlər. Məhkəmə iki fərqli müqaviləni eyniləşdirmişdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin iddiaçının müraciətinə əsasən məhkəməyə ünvanladığı 2023-cü il 13 mart tarixli 5-32-12/2-92/2023 nömrəli məktubundan iddiaçının asfalt işlərini məhz cavabdeh təşkilatın sifarişi əsasında gördüyü aydın olur. Beynəlxalq dövlətlərarası təşkilatın iştirakı ilə bağ lanılmış MFF032-T3-NCB-1.02 nömrəli 2018-ci il 20 fevral tarixli müqavilənin icrası ilə bağlı tərtib olunmuş və cavabdehin mühəndisi Elşən Salahov tərəfindən imzalanmış 5 ədəd təhvil-təslim aktları əsasında cavabdeh ödənişlər həyata keçirərkən onun imzasının keçərli olduğu halda, həmin müqavilə üzrə tərtib edilmiş 2019-cu il 30 sentyabr tarixli aktda eyni vəzifəli şəxsin imzasının sübuti əhəmiyyət daşımadığına dair gəlinən nəticə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə iddiaçı tərəfindən Ağdaş rayonunda 62 ünvan üzrə ümumi həcmi 91.452 kv.m asfalt örtüyünün vurulmasına dair onun tərəfindən təqdim edilmiş sübutları qeyri-mötəbər elan etməklə nəzərə almamışdır. Halbuki, iddiaçının həmin sübutlarının mötəbərliyi nə cavabdehin hüquqşünasları, nə də hər hansı digər dövlət qurumu tərəfindən şübh ə altına alınmayıb. İddiaçının məhkəməyə müraciət etməsinin əsas səbəblərindən biri isə məhz cavabdeh tərəfindən 2 nömrəli forma üzrə aktın təsdiq olunmasının süni şəkildə yubadılması olmuşdur.

51. MM-nin 385.1-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi Ağdaş rayon sakinlərinin Azərbaycan Respublikası Prezident Administrasiyasına ərizələrini, cavabdehin “X4 və Ticarət” ASC-yə 2018-ci il 25 sentyabr 07/07-1/2/15671 saylı məktubunu, Ağdaş Rayon İcra Hakimiyyətinin Başçısının cavabdehin rəhbərliyinə ünvanladığı 2019-cu il 5 fevral tarixli faks məktubunu, cavabdehin rəhbərliyinin Ağdaş şəhərində dağıdılmış küçələrin bərpası üçün vəsait ayrılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladığı 2019-cu il 2 aprel tarixli 01/04-1/1/4745 saylı məktubunu və sair sübutları n əzərə almamışdır. İş üzrə mühüm sübutlardan biri olan “2019-cu il 30 sentyabr tarixə qədər Ağdaş rayon küçələrinə İddiaçı ASC tərəfindən vurulan asfalt örtüyünün iş həcmləri” aktından görünür ki, iddiaçı Ağdaş rayonunda asfalt örtüyü vurub; örtük 62 ünvan üzrə (hər ünvan üzrə vurulmuş asfaltın həcmi göstərilib) vurulub; asfalt örtüyünün ümumi həcmi 91452 kv.m-dir. Həmin aktı iddiaçı və cavabdeh, eləcə də Ağdaş rayon icra hakimiyyətinin nümayəndələri öz imzaları ilə təsdiq etmişdirlər.

52. MM-nin 752, 753 və 754-cü maddələri üzrə - apellyasiya məhkəməsi nin istinad etdiyi MM-nin 754-cü maddəsinin ümumiyyətlə hazırkı işə aidiyyəti olmamışdır. Çünki, təqribi smeta tamamilə fərqli anlayışdır. Hazırkı halda görülmüş işlərin təsdiqlənmiş layihəsi və smetası mövcud olmaqla smetadan və layihədən kənara çıxma olmamışdır. İddianın predmetini də smetadan kənar görülmüş işlər deyil, smeta üzrə icra olunmuş işlər nəticəsində dağıdılmış asfaltın bərpası üçün vurulmuş asfalt işlərinə görə cavabdehin öhdəliyinin yaranması təşkil etmişdir. Bu cür hallarda yaranan öhdəliklər istənilən layihədə olduğu kimi Ağdaş su və kanalizasiya sistemlərinin yenidən qurulmasının smeta xərclərində nəzərə alınan “nəzərdə tutulmayan xərclər” hesabına ödənilir. MM-nin 752.1 və 753.1-ci maddələri isə birmənalı olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğunu göstərir.

53. MPM-nin 14.2, 77.1, 80, 372.1, 385-390 və 418-ci maddələri üzrə -cavabdehin rəhbərliyinin “X4 və Ticarət” ASC-nin rəhbərliyinə ünvanladığı 2018-ci il 25 sentyabr tarixli 07/07-1/2/15671 nömrəli məktubun başlığından və məzmunundan da ayd ın olur ki, mübahisə icrası davam edən MFF032-T3-NCB-1.02 nömrəli 2018-ci il 20 fevral tarixli müqavilədən irəli gəlir. 2018-ci il 20 fevral tarixli müqavilə üzrə Ağdaş şəhəri küçələrinə asfalt örtüyünün vurulması işləri 2019-cu ilin aprel ayında başlanmış və 2019-cu il 30 sentyabr tarixində yekunlaşmışdır.Apellyasiya məhkəməsi maddi hüquq normalarının tətbiqində çoxsaylı və həlledici səhvlər buraxıb, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, qanunu səhv təfsir etmiş və nəticədə qeyri-obyektiv, əsassız və düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

55. MPM-nin 403 və 416-cı maddələrinin tələblərinə əsasən, hazırkı icraat çərçivəsində apellyasiya instansiy ası məhkəməsinin aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

56. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

57. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

443. Öhdəliyin icra edi lməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma... 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əv vəl məlumat verməlidir....” “Maddə

754. Təqribi smetadan kənaraçıxmanın nəticələri 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur.

58. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin tə qdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 60. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmama sını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

61. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

62. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apel lyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

63. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 yanvar tarixli 2-2(103)-49/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar