Məhkəmə qərarları › İş №2-2(102)-347/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-347/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-347/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: subpodrat müqaviləsi üzrə öhdəliklər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “subpodrat müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 fevral tarixli, 2-2(103)-278/2023 saylı qətnaməsindən iddiaçı cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazı lı icraat qaydasında baxılmışdır I. İŞİN HALLARİ

1. Podratçı “X1” MMC ilə subpodratçı Safaie Amir arasında bağlanmış 2020-ci il 25 noyabr tarixli, AGCX 114/2020 saylı podrat müqaviləsinə əsasən subpodratçı, podratçının tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki strukturlu olan 810 ailə üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 13 nömrəli binanın tikintisi: bina daxili tavan və divarlara astar və üzlük şpaklyovkanın çəkilməsi, poduqaların quraşdırılması və s. işləri (müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən işləri) yerinə yetirməyi, işi başa çatdırmağı və podratçıya tam hazır vəziyyətdə təhvil verməyi, subpodratçı isə subpodratçının gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmı ş haqqı ödəməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" ASC (birinci tərəf), X1” MMC (ikinci tərəf) və Safaie Amir (üçüncü tərəf) arasında həmin subpodrat müqaviləsinə 2021-ci il 2 avqust tarixli, 1 saylı Əlavə Razılaşma bağlanmışdır. Razılaşmaya əsasən tərəflər razılaşmışlar ki, “X1” MMC-nin borc öhdəlikləri "xxxx" ASC-yə ötürülür. Eyni zamanda tərəflər qəbul edirlər ki, müqavilə üzrə “X1” MMCnin subpodratçı Safaie Amira bu razılaşmanın imzalanma tarixinə 54.000 manat (ƏDV xaric) məbləğində borcu mövcuddur. Tərəflər razılaşırlar ki, müqavilə üzrə bu razılaşmanın 2-ci bəndindəki borc məbləği (ƏDV xaric olmaqla cəmi 54.000 manat) "xxxx" ASC tərəfindən Safaie Amirin bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. Qeyd edilən ödəniş həyata keçirildikdən sonra X2 üzrə hər hansı tələb hüququndan imt ina etmiş olur. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Safaie Amir cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 54.000 manat məbləğində borcun, 2700 manat məbləğində faiz borcunun və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat məbləğində haqqın, ümumilkdə 57.100 manat məbləğində pul vəsaitinin tutularaq fərdi sahibkar olan iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı ilə “X1” MMC (bundan sonra – “MMC”) arasında bağlanılan 2020-ci il 25 noyabr tarixli subpodrat müqaviləsinə əsasən iddiaçı Xocasən qəsəbəsi ərazisində tikilən 13 saylı binada bina daxili tavan və divarların astar və üzlüklə rin çəkilməsi və digər işləri yerinə yetirmiş və təhvil vermişdir. MMC tərəfindən görülən işlərə görə nəzərdə tutulmuş ödənişlər tam yerinə yetirməmiş və görülən işə görə xidmət haqqı tam ödəməmişdir. 2020-ci il 25 noyabr tarixli subpodrat müqaviləsinə 2021-ci il 2 avqust tarixli əlavə Razılaşma 1 bağlanmışdır. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən MMC, cavabdeh və fərdi sahibkar olan iddiaçı, MMCnin borc öhdəliklərinin cavabdehə ötürülməsi barədə razılaşmışlar. 2021-ci il 2 avqust tarixli Əlavə Razılaşma 1-in ikinci bəndinə əsasən razılaşmanın imzalanma tarixinə borcun 54.000 manat olduğu qəbul edilmiş, razılaşma imzalandığı tarixdən qüvvəyə minmişdir. Keçən müddət ərzində cavabdehlə aparılan danışıqlar nəticə verməmiş, iddiaçının nə pretenziya ərizəsinə, nə də mediasiya təklifinə cavab verilməmişdir. İddiaçı hesab etmişdir ki, cavabdeh podrat müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, o, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan iddiaçının tələbi həcmində gecikdirilmiş vaxt üçün 1 il müddətinə illik beş faizlə hesablanmış 2700 manat (54000,00/100*5=2700*1il=2700 manat) məbləğində pul vəsaiti də cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir.

5. İddia tələbinin maddi hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 445.7, 752.1, 759.1, 770-ci maddələrinə istinad olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.

7. Bakı Kommersiya Məhkəmə sinin 2022-ci il 5 dekabr tarixli, e-2-2(113)-6107/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – L.Əliyeva).

8. Məhkəmə, MMC-nin iddiaçıya 2020-ci il 25 noyabr tarixli, AGCX 114/2020 saylı podrat müqaviləsi üzrə 54.000 manat məbləğində borc öhdəliyinin kreditor (iddiaçı), əvvəlki borclu (MMC) və yeni borclu (cavabdeh) arasında üçtərəfli müqaviləyə əsasən cavabdehə verildiyini nəzərə alaraq iddiaçının sözügedən borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olması nəticəsinə gəlmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, əvvəlki borclu MMC-nin, razılaşmanın imzalandığı tarixdə iddiaçı qarşısında 54.000 manat məbləğində ödənilməsi vaxtı çatmış pul öhdəliyinin olması iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı öhdəlikdə tərəfin dəyişdiyi 2021-ci il 2 avqust tarixdən sonrakı b ir illik müddət üçün ödənilməsi gecikdirilmiş məbləğə MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış 2700 manat məbləğində faizlərin də öhdəliyi qəbul edən şəxs – cavabdehdən tutulmasını tələb etməkdə də haqlı olmuşdur.

10. Gəldiyi nəticəni məhkəmə MM-in 385.1, 442, 443.1, 445.7, 448.1, 522.1, 522.2, 752.1-ci maddələrinə, “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına istiand etməklə əsaslandırmışdır.

11. Qətnamə 2022-ci il 8 dekabr tarixdə MMC-yə göndərilmiş, 2022-ci il 9 dekabr tarixdə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmişdir.

12. Qətnamədən cavabdeh 2023-cü il 10 yanvar tarixdə apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 fevral tarixli, 2-2(103)-278/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, MMC ilə iddiaçı arasında bağlanmış 2020-ci il 25 noyabr tarixli, AGCX 114/2020 saylı podrat müqaviləsi üzrə görülmüş işlərə görə iddiaçıya ödənilməli olan müzdun məbləğinin məhz 54.000 manat təşkil etməsi cavabdeh, MMC və iddiaçı arasında bağlanmış podrat m üqaviləsinə 2021-ci il 2 avqust tarixli, 1 saylı Əlavə Razılaşma ilə müəyyən edilmişdir. Bu səbəbdən, görülmüş işlərə dair forma 2 aktlarının olmamasına dair cavabdehin dəlilləri əsaslı olmamışdır.

15. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 445.7, 522.1, 522.2, 752.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Qətnamə 2023-cü il 9 mart tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərində yerləşdirilmiş, həmin qətnamədən cavabdeh 2023-cü il 8 may tarixdə kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. MM-in 385.1-ci maddəsinin tələbləri üzrə - iddia tələbinin əsası kimi məhkəməyə 2020-ci il 25 noyabr tarixli subpodrat müqaviləs i təqdim olunmuşdur. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən, görülmüş işlərə dair forma 2 aktları tərtib edilir və hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilir. Lakin, iş materiallarında qeyd edilən aktlar mövcud olmamışdır.

18. MM-in 441.3-cü maddəsinin tələbləri üzrə - müqavilənin 3.2.1-ci bəndinə əsasən, işlər görülərkən tərəflər forma 2 aktlarını imzalayırlar. Forma 2 aktları imzalandıqdan 10 gün sonra ödənişlər həyata keçirilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 31 may tarixli qərarı üzrə - qərar da göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqicəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin, məhkəmə Konstitusiya Məhkəməsi Plenmunun istinad olunan qərarında göstərilmiş bu tələbə də əməl etməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. K assasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işi n müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.ə. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəli yin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun ri sk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

522. Öhdəliklərin verilməsi əsasları və qaydası 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir: MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz təl əblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

27. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 fevral tarixli, 2-2(103)-278/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

28. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, 2020-ci il 25 noyabr tarixli subpodrat müqaviləsinin 3.2.1-ci bəndinə əsasən, görülmüş işlərə dair forma 2 aktları tərtib edilir və hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilir, Forma 2 aktları imzalandıqdan 10 gün sonra ödənişlər həyata keçirilir. Lakin iş materiallarında qeyd edilən aktlar mövcud olmamışdır.

29. Məhkəmə kollegiyası kassasiya şik ayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.

30. İşə baxmış məhkəmələr iş materiallarında olan sübutları əlaqəli şəkildə təhlil edərək MMC ilə iddiaçı arasında bağlanmış 2020-ci il 25 noyabr tarixli, AGCX 114/2020 saylı podrat müqaviləsi üzrə görülmüş işlərə görə iddiaçıya ödənilməli olan muzdun məbləğinin məhz 54.000 manat təşkil etməsi cavabdeh, MMC və iddiaçı arasında bağlanmış podrat müqaviləsinə 2021-ci il 2 avqust tarixli, 1 saylı Əlavə Razılaşma ilə müəyyən olunduğunu bildirmişlər.

31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu qiymətləndirilməsi ilə razılaşaraq hesab edir ki, göstərilən səbəbdən görülmüş işlərə dair forma 2 aktlarının olmamasına dair cavabdehin kassasiya şikayətinin dəlilləri əsaslı hesab oluna bilməz.

32. Beləliklə, işə kassa siya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 fevral tarixli, 2-2(103)-278/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

34. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 fevral tarixli, 2-2(103)-278/2023 saylı qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar