Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-354/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), 21.08.2019 Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Torpaqların alqı-satqısına dair” aktın ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(105)-92/2017 nömrəli, 26 fevral 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 21 avqust 2019-cu il tarixdə, Ali Məhkəmənin binas ında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Şamaxı rayon Dədəgünəş Bələdiyyəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxx ilə Cavabdeh MMC arasında bağlanmış 12 oktyabr 2007-ci il tarixli alqı-satqı aktının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-79/2017 saylı, 25.04.2017-ci il tarixli qətnaməsi ilə (hakim Z.Məmmədov) iddia təmin edilmişdir. Cavabdeh bu qətnamədən apelyasiya şikayəti vermiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25.04.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-2(105)-92/2017 saylı, 05.12.2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim N.Nəsibov, hakimlər E.Əhmədov və V.Cəfərov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25.04.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 03.12.2018-ci il tarixdə cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin 2-2(105)-92/2017 saylı, 05.12.2017-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-92/2017 nömrəli, 26 fevral 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi N.Nəsibov, hakimlər H.Babayeva və Z.Məmmədov) Cavabdeh bu iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 2-2(105)-92/2017 saylı, 05.12.2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdı r. Qərardaddan narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-92/2017 nömrəli, 26 fevral 2019-cu il tarixli qərardadının ləğv edilib, Sumqayıt Apelyasiya Məhkəməsinin 22(105)-92/2017 saylı, 05.12.2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, məhkəmə kassasiya şikayətini qaytararkən yeganə əsaslandığı hal ondan ibarət olmuşdur ki, işdə olan poçt qəbzinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 05.12.2017-ci il tarixli qətnaməsi iddiaçının nümayəndəsi X3 tərəfindən 05.01.2018-ci il tarixdə rəsmi qaydada qəbul edilmiş, lakin cavabdeh həmin vaxtdan 11 a y keçdikdən sonra qətnamədən kassasiya şikayəti vermişdir. Bununla da məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Halbuki, məhkəmənin istinad etdiyi xəbərnamədən görünür ki, xəbərnaməni imzalayan ünvan sahibinin özü deyil (“şəxsən verildi” qrafasına imza atılmayıb), “etibarnamə ilə verildi” qrafasında olan imzanın isə məhz Orxan Cəfərbəyliyə aid olması müəyyən olunur. Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında eyni məhkəmə tərkibinin Cavabdeh MMC-nin digər işləri üzrə kassasiya şikayəti ilə bağlı müddətin buraxılmamış hesab edilməsi və kassasiya şikayətinə baxılması üçün aidiyyəti üzrə göndərilməsi məsələlərinə baxılarkən 2-2(105)-66/2017 saylı iş üzrə Orxan Cəfərbəyli şahid qismində çağrılıb dindirilmiş və ifadəsind ə bildirmişdir ki, o, nə məhkəmə proseslərinin gedişatı barədə məlumat vermiş, nə də ki, əldə etdiyi məhkəmə sənədlərini MMC-yə təqdim etməmişdir. Məhkəmə isə bu xüsusata fikir vermədən qərar qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-in 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya inst ansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələ rini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apelyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Hazırki işin hallarından g örünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2-2(105)92/2017 saylı, 05.12.2017-ci il tarixli qətnaməsi həm Cavabdeh MMC-yə, həm də nümayəndəsi X1 göndərilmişdir. Cavabdeh MMC-nin ünvanına göndərilmiş, daxilində məhkəmə qətnaməsinin olduğu məhkəmə bildirişi geri qayıtmış, məhkəmə qətnaməsi yalnız nümayəndə tərəfindən qəbul olunmuşdur. Cavabdeh isə hazırda kassasiya şikayətində analoji digər işdə nümayəndənin məhkəmə qətnaməsini MMC-yə təqdim etməməsini mübahisələndirmişdir. Kassasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, nümayəndənin bütün hərəkətləri məhz təmsil etdiyi şəxsin adından etməsi, bu hərəkətlərin isə təmsil olunan üçün prosessual hüquq və vəzifələr yaratması, o cümlədən də məhkəmə aktının nümayəndə tərəfindən alınmasının təmsil olunan üçün müddətin axı mının başlanmasına səbəb olması mübahisəsizdir. Bununla belə, məhkəmə kollegiyasının mövqeyinə görə, bu qayda mütləq hal kimi qəbul oluna bilməz. Məsələn, nümayəndənin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, təmsilçinin ona verilmiş tapşırığın icrasıyla bağlı vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməməsi və s. bu kimi, konkret işin faktiki vəziyyətindən doğan istisna hallar ola bilər. Ona görə də hazırki iş üzrə qəbul olunmuş qətnamənin nümayəndə tərəfindən qəbul olunduqdan sonra cavabdehə təqdim edilib-edilməməsi məsələsi araşdırılmalı, əldə edilmiş nəticədən asılı olaraq cavabdeh tərəfindən prosessual müddətin ötürülübötürülməməsi məsələsinə qiymət verilməlidir. Avropa Məhkəməsi Kempbel və X4rşı (28 iyun 1984-cü il tarixli Qərar) məhkəmə işində qeyd etmişdir ki, məhkəməyə mür aciət etmək istəyən tərəfin özəl xüsusiyyətləri ilə əlaqədar olaraq bu hüquqa məhdudiyyətlər qoyula bilər. Məhkəmə həmin işində qeyd etmişdir ki, bir sıra xüsusiyyətlərlə yanaşı, məhkəməyə müraciət etmək hüququndan suiistifadə etmək istəyən şəxslərin bu hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşıyan məhdudiyyətlərdəndir. Kollegiya eyni zamanda qeyd edir ki, kassasiya şikayətinin Məcəllənin tələblərinə uyğunluğu yenidən yoxlanarkən cavabdehin dəlillərinin məhkəməyə müraciət etmək hüququndan sui-istifadə kimi qəbul edilib-edilməməsi məsələsinə də qiymət verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsində hakimin işə baxmasına yol verilməyən hallar sadalanmışdır. 19.1.3-cü maddədə deyilir ki, hakim əvvəllər hakim kimi birinci instansiya məhkəməs ində, apelyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə həmin işə baxılmasında iştirak edə bilməz. İş materiallarından görünür ki, hazırkı işə birinci instansiya məhkəməsində məhkəmənin hakimi Məmmədov Zaur İkram oğlu tərəfindən baxılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qərardadı qəbul olunarkən də hakim Məmmədov Zaur İkram oğlu məhkəmə tərkibində olmuş, işə baxılmasında iştirak etmişdir. Azərbaycan Respublikası MPM-in 418.4-cü maddəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadının şikayətin dəlillərindən asılı olmayaraq ləğv edildiyi hallar sadalanmışdır. 418.4.1-ci maddəyə əsasən, işə məhkəmə tərəfindən qeyriqanuni tərkibdə baxılması apelyasiya instansiyası məhkəməsinin qət naməsi və ya qərardadının şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, hazırda mübahisələndirilən qərardad qəbul edilərkən apelyasiya instansiyası məhkəməsində işə qeyri-qanuni tərkibdə baxılmışdır. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)92/2017 nömrəli, 26 fevral 2019-cu il tarixli qərardadı ləğv edilməli, sonrakı prosessual hərərkətlərin aparılması üçün iş həm in məhkəməyə göndərilməlidir. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417, 418.1 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-92/2017 nömrəli, 26 fevral 2019-cu il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərərkətlərin aparılması üçün iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-354/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-354/2019
21.08.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver