Məhkəmə qərarları › İş №2-2(102)-356/2019

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-356/2019

07.08.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-356/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İnzibati-İqtisadi Kollegiyası Azər Soltanhəmid oğlu (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və X4 ibarət tərkibdə, Elvin Şahin oğlu Məmmədzadənin katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedisi Əmanətlərin sığortalanması Fonduna qarşı müqavilədən irəli gələn öhdəliyə xitam verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.05.2019-cu il tarixli qətnaməsindən cavabdeh Fo nd tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qərardadı ilə (hakim A.Hüseyn; iş No 2-2(81)927/2018) vəsatətinin təmin edilməsi; iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən İ.Əhmədov; hakimlər S.Seyidova və V. Məmmədov; iş No 2-2(103)-1018/2018) 1 saylı Bakı İnzibati- iqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi; iddia tələbinə dair mülki iş üzrə icraatın davam etdiriməsi; iddiaçı MMC-nin şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən K.Bədə lov, hakimlər İ.Dadaşov və S.Hüsenyova; iş No 2-2(102)-86/2019) cavabdeh Fondun Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə 30.01.2019-cu il tarixli qərardadın ləğv edilməsivə işin kassasiya baxışından çıxarılmaqla şikayətin qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.05.2019-cu il tarixli qərardadı ilə (sədrlik edən İ.Əhmədov, hakimlər S.Seyidov və V.Məmmədov; iş № 22(103)-1018/2018) Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qərardadından cavabdeh Fond tərəfindən verilmiş kassasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Fond kassasiya şik ayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MMC cavabdeh Ləğv prosesində olan QSC “xxxx” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı MMC ilə “xxxx” QSC arasında bağlanmış 2010-cu il 11 noyabr tarixli “LG-AZERTUUNİ-01” nömrəli bank qarantiyası müqaviləsi üzrə prinsipial qismində öhdəlik götürmüş iddiaçı MMC-nin öhdəliklərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh QSC “xxxx” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək, icraatda olan 2-2(81)-927/2018 saylı mülki iş üzrə icraata xitam verilməsinə və ya iddia ərizəsinin işi materialları ilə birlikdə iflas proseduru çərçivəsində baxılması üçün aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndəri lməsinə dair müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh QSC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.05.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qərardadın ləğv edilməsi; Bank tərəfindən 21 dekabr 2018-ci il tarixli 2-2(103)-1018/2018 saylı qərardaddan verilmiş kassasiya şikayəti qəbul edilərək baxılması üçün Ali Məhəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tətbiqi zamanı qanun pozuntusuna yol vermiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmçinin qeyd edilmişdir ki, iddia tələbi müflis elan olunmuş Bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olduğundan həmin tələblər məhkəmə icraatı qaydasında deyil, iflas proseduru çərçivəsində baxıla bilər. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlillərinə dair hər hansı yazılı etiraz məhkəmə kollegiyasına təqdim edilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, hazırkı iş üzrə tərəfləriin nümayəndələri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsas ən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş üzrə müəyyən edilir ki, hazırki işə cavabdeh qismində cəlb edilmiş Fond artıq 04.10.2016-cı il tarixdə məhkəmə qərarına əsasən ləğv olunmuş QSC “xxxx” Kommersiya Bankının ləğvedicisidir; bu Bankın iflas prsoseduru başlanılmış və davam etməkdədir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.1-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Həmin Qanunun 72.1.2-ci maddəsinə müvafiq olaraq banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Həmin Q anunun 72.1.3-cü maddəsinə görə, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 72.1.4-cü maddəsinə uyğun olaraq qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir. Həmin Qanunun 72.1.5-ci maddəsinə əsasən girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-ci maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır. Həmin Qanunun 72.1.6-cı maddəsinə müvafiq olaraq bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13.06.2017-ci il tarixli Qərarına əsasən, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə t utulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 20-ci fəslinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Cavabdeh Fondun ləğvedicisi təyin edildiyi QSC “xxxx” KB məcburi ləğv edildikdən və o, iflas prosedurunda olduğundan, həmin bankın müflis el an olunması məqamından banka (o cümlədən onun ləğvedicisinə) qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsi nəzərdə tutulduğundan, iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iddia tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 391, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Ləğv prosesində olan QSC “xxxx” KB Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.05.2019-cu il tarixli qərardadı ləğv edilsin. İş üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar