Məhkəmə qərarları › İş №2-2(102)-356/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-356/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-356/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi, hakimlər Əliyev Zaur Əli oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 fevral tarixli 2-2(103)- 67/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HA LLARİ

1. Tərəflər arasında bağlanmış 2018-ci il 1 oktyabr tarixli 26 saylı Podrat müqaviləsinə əsasən, İddiaçı MMC Cavabdeh MMC-nin tapşırığı ilə müqavilənin 1.2-ci bəndində (Müqavilənin 1 saylı Əlavəsində) göstərilmiş işlərin icrasını və işlərin nəticəsini tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq cavabdehə təhvil verməyi, Bakı şəhəri X9 istehsal sexində Müqavilənin 1 saylı Əlavəsində göstərilən işlərin öz qüvvə, material, avadanlığı, alət və mexanizmi ilə icrasını, cavabdeh isə həmin işin nəticəsini qəbul etməyi və ödənilməsini öhdəsinə götürmüşdür. 2. 9 ədəd smeta sənədindən görünür ki, həmin smeta sənədləri yalnız iddiaçı tərəfindən təsdiq edilmişdir. 3. 2019-cu il 1 fevral tarixli EAAP seriyalı 861167 saylı, 2019-cu il 19 aprel tarixli EAAT seriyalı 363851 saylı, 2019-cu il 31 may tarixli EAAV seriyalı 231275 saylı və 2018-ci il 8 noyabr tarixli EAAN seriyalı 487193 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 17.700,19 manat, 17.700,30 manat, 23.010 manat və 11.800 manat dəyərində xidmətlər göstərilmişdir.

4. E-mail yazışmasından görünür ki, e-mail Nümayəndə2 adlı şəxs tərəfindən Elektron ünvan e-mail vasitəsi ilə Tural Rəcəbli adlı şəxsə göndərilmiş və e-maildə qeyd edilmişdir ki, “İlqar m. təsdiq etdiyi işlər üzrə hesabat əlavədədir. Hər hansı sual olduğu halda, xahiş edirəm, bildirəsiniz”.

5. Hesabdan çıxarışlardan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 2018-ci il 12 noyabr tarixində 10.000 manat, 2019-cu il 4 fevral tarixində 15.000,16 manat, 2019-cu il 23 aprel tarixində 15.000,26 manat pul köçürülmüş dür. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2021-ci il 24 sentyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən 2018-ci il 1 oktyabr tarixli 26 saylı Podrat müqaviləsinə əsasən görülmüş işlərin qalıq dəyəri olan və cavabdehin rəsmi e-mail vasitəsilə təsdiq edilmiş 147.665,64 manat məbləğində pul vəsaitinin, 400 manat mediasiya xərcinin, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat vəsaitin, ümumilikdə 148.096,04 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi bununla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 2018-ci il 1 o ktyabr tarixdə 26 saylı Podrat müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehin hazırda fəaliyyət göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, X5 istehsalat sexində bünövrə, hörgü, döşəmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin qurulması, inzibati hissə və perimetr boyu hörgü, inzibati hissədə isitmə işləri, vitraj altı hörgü, suvaq və boya işləri, sanitar qovşaqlarının boru xətlərinin çəkilməsi, daxili və xarici su-kanalizasiya xətlərinin çəkilməsi işlərinin tam olaraq görülməsinə baxmayaraq, müqavilənin 3-cü bəndinə əsasən işlər tam yerinə yetirildikdən sonra görülmüş işlərin dəyəri 30 təqvim günü ərzində ödənilməsi nəzərdə tutulsa da, cavabdeh həmin vəsaitin ödənilməsindən imtina edərək iddiaçıya ünvanladığı rəsmi sənədlərdə müqaviləni sadəcə kağız üzərində imzaladıqlarını bildi rmişdir.

8. Belə ki, iddiaçı cavabdehə 2020-ci il 11 avqust tarixli pretenziya məktubu ilə müraciət etmiş, həmin pretenziya məktubuna verilmiş 2020-ci il 21 avqust tarixli cavab məktubunda iddiaçının qeyd etdiklərinin cavabdehin mühasibat sənədlərində öz əksini tapmadığı bildirilmiş, qeyd edilən müqavilənin, müqavilə üzrə işlərin görülməsini təsdiq edən sənədlərin onlara təqdim edilməsi tələb edilmişdir. Bununla əlaqədar 2020-ci il 26 avqust tarixli məktubla 2018-ci il 1 oktyabr tarixli 26 saylı podrat müqaviləsi, qiymət cədvəllərini əks etdirən smeta cədvəllərinin surəti, email yazışmasının surəti cavabdehə təqdim edilmişdir. Bundan sonra cavabdeh tərəfindən göndərilmiş cavab məktubunda tərəflər arasında Bakı şəhəri, X9 istehsalat sexində işlərin görülməsi məqsədi ilə podrat müqaviləsi bağlandığı, lakin tərəflər arasındakı münasibətlərin bundan sonra davam etmədiyi, müqavilənin sadəcə kağız üzərində qaldığı, sifarişçi tərəfindən hər hansı podrat işi həyata keçirilmədiyi, podratçının müqavilə üzrə öhdəlikləri icra etmədiyi, podrat müqaviləsinin bağlanmasının yalnız tərəflər arasında onun imzalanması ilə bitdiyi, həmin işlərin iddiaçı tərəfindən görülmədiyi, iddiaçı tərəfindən hər hansı iş görülmədiyi üçün muzdun ödənilməsi ilə bağlı icra edilməmiş öhdəliklərin olmaması bildirilmişdir. 9. 2019-cu il 16 dekabr tarixdə cavabdehin rəsmi Elektron ünvan email elektron poçtu vasitəsi ilə iddiaçıya 147.665,64 manat məbləğində borcu olduğu təsdiq edilmişdir. Qeyd edilən elektron sənəd isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 89-cu maddəsinə əsasən yazılı sübut hesab edilir. Bundan əlavə, müqavilənin 11.2.3-cü bəndinə əsasən, müqaviləyə tərəflərdən birinin təşəbbüsü ilə xitam verildikdə, həmin tərəf digər tərəfi 15 təqvim günü əvvəlcədən bununla bağlı məlumatlandırmalıdır. Lakin müqavilə imzalandıqdan sonra cavabdeh tərəfindən belə bir məlumatlandırma edilməmiş və müqaviləyə xitam verilməmişdir. Bu səbəbdən də müqavilədə göstərilən işlər iddiaçı tərəfindən tam olaraq yerinə yetirilmişdir. Lakin cavabdeh həmin işlərin görülməsi barədə təhvil-təslim aktlarının rəsmi qaydada imzalanmasından və görülmüş işlərin dəyərini iddiaçıya ödəməkdən imtina edir. Görülmüş işlərin smetası barədə sənədlər cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanaraq təsdiq edilmişdir.

10. Cavabdeh iddiaçıya ünvanladığı cavab məktubunda aralarında bağlanmış podrat müqaviləsinin sadəcə kağız üzərində qaldığını bildirsə də, faktiki olaraq iddiaçı tərəfindən müqavilə üzrə işlər həyata keçirilmiş və görülmüş işlərin dəyəri tam olaraq ödənilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də olan hesablaşma hesabına 2018-ci il 12 noyabr tarixində 10.000 manat, 2019-cu il 4 fevral tarixdə 15.000,16 manat, 2019-cu il 23 aprel tarixində 15.000,16 manat vəsaitin ödənilməsi iddiaçının həmin podrat müqaviləsinə uyğun olaraq üzərinə düşən vəzifələri icra etdiyini və gördüyü işlərin dəyərinin bir qisminin ödənildiyini bir daha təsdiq edir. Qeyd edilən tarixdən sonra cavabdeh tərəfindən digər işlərin dəyəri ödənilməmiş və cavabdehin rəsmi Elektron ünvan elektron poçtu vasitəsilə iddiaçıya 147.665,64 manat məbləğində borcun olduğu təsdiq edilmişdir. İddiaçı tərəfindən işlərin görülməsini həmin dövrdə cəmiyyətdə işləmiş və bilavasitə həmin işlərin yerinə yetirilməsində şəxsən iştirak etmiş X4 və X7 da təsdiq edə bilərlər.

11. Mediasiya vasitəsi ilə həll edilməsi üçün Mediasiya Şurasına rəsmi qaydada müraciət edilmiş və ilkin mediasiya sessiyasında iştirak etmək üçün iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir.

12. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 425.1, 442, 752, 753-cü maddələrinə istinad edilmişdir.

13. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz t əqdim olunmamışdır.

14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 noyabr tarixli e-2-2(113)-4752/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Z.Pirverdiyev).

15. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına (bax yuxarıda §§ 15) istinadən belə nəticəyə gəlmişdir ki, müqavilədən göründüyü kimi, iddiaçı işlərin icrasını və nəticəsini tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı işlərin görüldüyünü qeyd etsə də, bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi cavabdeh tərəfindən imzalanmasından imtina edilmiş təhvil-təslim aktlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş görülmüş işlərin smetas ı barədə sənədlər iddiaçı tərəfindən birtərəfli qaydada təsdiqlənmiş, həmin sənədlərin yuxarı hissəsində çəkilmiş imzanın isə kimə məxsus olması müəyyən olunmur. Yəni, həmin sənədlərin iddiaçının iddia etdiyi cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanaraq təsdiq edilməsi müəyyən olunmadığından, həmin sənədlər mötəbər hesab oluna bilməz. Məhkəmə iclası zamanı ifadə vermiş şahidlər işlərin görülməsini bildirsələr də, həmin işlərin görülməsini təsdiq edən hər hansı sübutun mövcudluğunu təsdiq edə bilməmişlər. E-mail yazışmasında isə iddiaçı tərəfindən işlərin görülməsi və cavabdehə təhvil verilməsi müəyyən olunmadığından, həmin sənəd də mötəbər sübut hesab oluna bilməz. Eyni zamanda, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, e-mail yazışmasında adları qeyd edilən Tural Rəcəbli və İlqar Abbasov iddiaçının işçiləri deyillər. Beləliklə, iddiaçı tərəfindən işlərin görülməsi və cavabdehə təhvil verilməsi hər hansı sübutla təsdiq olunmur.

16. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 752.1-ci, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Birinci instansiya məhkəməsinin qətnaməsi 2021-ci il 19 noyabr tarixində iş üzrə tərəflərə göndərilmiş və həmin tarixdə onlara məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

18. Həmin qətnamədən iddiaçı 2021-ci il 18 dekabr tarixdə apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 22-ci il 18 mart tarixli 2-2(103)-201/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Quranov, hakimlər – V.Məmmədov və V.Baxışova).

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələblərinin qanuni əsasını MM-in 752.1-ci maddəsi təşkil edir. Lakin hazırkı işdə həmin maddənin dispozitiv şərtlərinin mövcud olması sübut olunmur. Belə ki, qeyd olunan maddədən də görünür ki, podrat müqaviləsi üzrə öhdəlik ilk növbədə podratçının üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır. Lakin iddiaçı bununla bağlı heç bir mötəbər sübutu (təhvil-təslim aktı, forma 2 arayışı və s.) məhk əməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

21. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən elektron məktub, X8 Tikintisi üçün tərtib olunmuş smetalar, o cümlədən şahidlər X4 və X3 ifadələri bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz. Belə ki, cavabdehin əməkdaşı olan Nümayəndə2 adından göndərilən elektron məktubda iddiaçı tərəfindən 147.665,64 manat dəyərində podrat işlərinin görülməsi və cavabdehə təhvil verilməsi müəyyən olunmur. Çünki həmin məktuba əlavədə qeyd olunan işlərin artıq görülməsi ilə bağlı məlumat yazılmayıb və həmin əlavə daha çox smeta sənədinə bənzəyir.

22. Bundan başqa, birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, həmin elektron məktubda adları qeyd edilən Tural Rəcəbli və İlqar Abbasov iddiaçının işçiləri deyillər. İddiaçı tərəfindən təqdim edilmiş 9 ədəd smeta sənədi də iddiaçı tərəfindən işlərin görülməsini təsdiq etmir. Çünki smeta podrat müqaviləsi üzrə layihənin həyata keçirilməsi üçün görülməli olan işlər, müddətlər və xərclərin hesablanmasını nəzərdə tutan maliyyə sənədidir. Həmin smeta sənədlərinin üzərində də onların məhz görülmüş işlərlə bağlı tərtib olunması qeyd olunmamışdır. Bu isə onu göstərir ki, smetalar məhz gələcəkdə görüləcək işlərlə əlaqədar tərtib edilmişdir. Cavabdehin mövqeyi də bundan ibarətdir ki, müqavilə bağlanıldıqdan sonra iddiaçı tərəfindən smetanın tərtib olunması ilə bağlı işlər görülmüş, bununla bağlı avans da ödənilmişdir. Bu baxımdan, həmin smetaların yuxarı sağ hissəsindəki imzaların cavabdehin n ümayəndəsi Nümayəndə2 tərəfindən imzalanıbimzalanmamasının mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur.

23. Göründüyü kimi, iddiaçı tərəfindən məhz 147.665,64 manat dəyərində podrat işlərinin görülməsi və cavabdehə təqdim edilməsi iddiaçının təqdim etdiyi elektron məktub və smeta sənədləri ilə sübut olunmur. Cavabdeh tərəfindən iddiaçının hesabına 2018-ci il 12 noyabr tarixində 10.000 manat, 2019-cu il 4 fevral tarixində 15.000,16 manat və 2019cu il 23 aprel tarixində 15.000,16 manat məbləğində pul vəsaitlərinin ödənilməsi də podrat müqaviləsi üzrə işlərin görülməsi və cavabdehin iddia tələbində göstərilən məbləğdə borcunun olmasını təsdiq etmir. Çünki cavabdeh bununla bağlı bildirir ki, həmin ödənişlər avans və armatur alınması ilə bağlı həyata keçirilmişdir.

24. İddiaçı tərəfi ndən cavabdehə göndərilmiş 2019-cu il 31 may tarixli EAAV 231275 saylı və 2019-cu il 19 aprel tarixli EAAT 363851 saylı elektron qaimələrdən də görünür ki, həmin qaimələr tikinti işlərinin görülməsi üçün avans məbləği kimi 23.010 manat və armatur alınması üçün 17.700,3 manatın ödənilməsi ilə bağlı göndərilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən podrat işlərinin görülməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmur.

25. Hüquqi şəxs olan iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun (beton və ya digər tikinti materialların alınması, işçilərə əmək haqqının ödənilməsi və ya subpodrat müqaviləsi üzrə ödənişlərin edilməsi, tikintidə istifadə olunan texnikaların işlədilməsi və ya icarəsi ilə bağlı və s.) təqdim edə bilməməsi ağlabatan deyil. Bu baxımdan, heç bir yazılı sübut olmadığı halda iş üzrə dindirilmiş şahidlərin, yəni iddiaçı şirkətin təsisçisi olmuş X2 və iddiaçı şirkətin ümumiyyətlə əməkdaşı olmayan X3 ifadələri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

26. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “whatsapp” yazışmaları və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən iddiaçıya ünvanlanan məktublar isə gecikdirilmiş sübutdur və hazırda qəbul edilə bilməz. Belə ki, iddiaçı MPM-in 372.2-ci maddəsinin tələblərinə riayət etməmişdir. Çünki iddiaçının vəkili verilmiş sorğuların gec cavablandırıldığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmişdir. Eyni zamanda, bi rinci instansiya məhkəməsinə də sorğuların verilməsi ilə bağlı məlumat verilməmişdir. İddiaçı tərəfindən “whatsapp” yazışmalarının birinci instansiya məhkəməsinə təqdim edilməsi, lakin məhkəmə tərəfindən onların qəbul edilməməsi isə iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, kommersiya mübahisələri üzrə sübutlar elektron qaydada verildiyi üçün iddiaçı tərəfin qeyd olunan əsaslandırması tamamilə əsassızdır.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 752.1-ci və MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 31 mart tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

29. İddiaçı tərəfindən 2022-ci il 31 may tarixində kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin t am təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 avqust tarixli 2-2(102)-484/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən – B.Qəribov, hakimlər – Ə.Əhmədov və İ.Xəlilov).

31. Ali məhkəmənin mövqeyi belə olmuşdur ki, apellyasiya məhkəməsində icraat zamanı 2022-ci il 1 fevral tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi işlərin yerinə yetirilməsinin sübutu kimi “whatsapp” yazışmalarını birinci instansiya məhkəməsində təqdim etdiyini, lakin məhkəmə tərəfindən qəbul edilmədiyini, Fövqəladə Hallar Nazirliyindən sorğu ilə əldə edilmiş təhvil-təslim aktlarını məhkəməyə təqdim edəcəyini bildirmiş, birinci instansiya məhkəməsində həmin aktları məhkəməyə təqdim edə bilməməsini sorğuya cavabın gec alınması ilə əlaqələndirmişdir.

32. Həmçinin iddiaçı apellyasiya məhkəməsinə sübutların təqdim edilməsi barədə vəsatətində qeyd etmişdir ki, müxtəlif dövlət qurumları ilə aparılmış yazışmaların əldə edilməsi üçün verilmiş sorğulara birinci instansiya məhkəməsində işə baxılarkən cavab alına bilməmiş, birinci instansiya məhkəməsi isə işə baxılma müddətinə bir aydan çox vaxt qalmasına baxmayaraq, qətnamə çıxarmışdır.

33. İddia ərizəsi birinci instansiya məhkəməsinə 2021-ci il 24 sentyabr tarixində daxil olmuş, işə baxılıb yekun məhkəmə aktının çıxarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bitməsinə hələ 1 aydan da artıq müddətin qalmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya əlavə sübutların təqdim olunmasına şərait yaradılmadan qətnamə qəbul olunmuş, apellyasiya məhkəməsi isə göstərilən halı nəzərə almadan iddiaçı tərəfindən təqdim olunmuş sübutları qəbul etməmişdir. Halbuki prosessual qanunvericilik nəinki proses iştirakçıları üçün zəruri sübutların əldə olunmasına şərait yaradılmasını, hətta işdə olan sübutlar kifayət etmədikdə məhkəmələr tərəfindən belə zəruri əlavə sübutların təqdim olunmasının iş üzrə tərəflərə təklif edilməsini nəzərdə tutmuşdur.

34. Bundan başqa, iş materiallarında olan “X13 LTD”nin və X10 Xidmətinin cavab məktublarından görünür ki, həmin məktublar iddiaçının vəkili tərəfindən 2021-ci il 1 noyabr tarixində - yəni birinci instansiya məhkəməsinin 2021-ci il 18 noyabr tarixli qətnaməsindən daha əvvəl göndərilmiş 005/21 və 006/21 nömrəli məktublara cavab olaraq yazılmışdır.

35. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almadan belə qənaətə gəlmişdir ki, “iddiaçının vəkili verilmiş sorğuların gec cavablandırıldığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmişdir”.

36. Bundan başqa, müxtəlif məhkəmə iclaslarında cavabdehin nümayəndəsi tərəfindən bir halda iddiaçı şirkətə avansın ödənildiyi, digər tərəfdən X9 görülmüş işlərin iddiaçı tərəfindən yox, digər şirkət tərəfindən görüldüyü bildirilmiş, lakin işlərin iddiaçı şirkət tərəfindən sona çatdırılmamasına baxmayaraq, ödənilmiş avans məbləğlərinin hansı səbəbdən geri qaytarılmasının tələb olunmama sı, habelə işlərin digər hansı şirkət tərəfindən həyata keçirilməsi ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim olunmamışdır.

37. Bundan başqa, iş üzrə tam, obyektiv və ədalətli nəticənin əldə olunmasına cavabdehin maliyyə direktoru vəzifəsində işləmiş Nümayəndə2 məhkəmə iclasında iştirakının təmin olunması, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə imzaların kimə məxsus olmasının və həqiqiliyinin müəyyən olunması vasitəsilə nail oluna bilərdi.

38. Apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir.

39. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ his səsinə, 127-ci maddəsinin İİ hissəsinə, 129-cu maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 20 12-ci il 27avqust tarixli, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 18 iyul tarixli qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994cü il 9 dekabr tarixli qərarına, MPM-in 4.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 77.3, 80, 81, 97.1, 172.1.1-172.1.3, 271.1-ci maddələri nə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

40. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 fevral tarixli 2-2(103)-67/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul olunmaqla cavabdehdən 2018-ci il 1 oktyabr tarixli 26 saylı podrat müqaviləsinə əsasən görülmüş işlərin qalıq dəyəri olan 147.665,64 manat məbləğində pulun, 400 manat mediasiya xərcinin, ödənilmiş 30,40 manat dövlət rüsumu, ümumilikdə isə 148.096,04 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur (sədrlik edən – R.Həsənov, hakimlər – C.Musayeva və M.Məmmədov).

41. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı məhkəməyə işlərin yerinə yetirilməsinin sübutu kimi podrat müqaviləsi, smeta sənədləri, “WhatsApp” yazışmaları, şahidlər təqdim etmişdir. Cavabdeh tərəf “WhatsApp” yazışmaların işlərin görülməsini təsdiqləmədiyini, mübahisənin kommersiya mübahisəsi olduğunu, yalnız rəsmi sənədlərlə təsdiq edilə biləcəyini, müqavilə bağlanarkən Ravil Səfərovun orada olmadığını, smetanın təhvil-təhvil sənədini əvəz etmədiyini, smetanın özünün isə birtərəfli qaydada tərtib olunduğunu bildirərək iddiaya etiraz etmişdir.

42. Apellyasiya instansiyası məhkəməsində yeni sübutların və faktların təqdim olunmasının məhdudlaşdırılması çəkişmə və tərəflərin bərabərliyi prinsipinə xələl gətirməməlidir.

43. İş materiallarından göründüyü kimi, əvvəlki apellyasiya baxışı zamanı 2022-ci il 1 fevral tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi işlərin yerinə yetirilməsinin sübutu kimi “WhatsApp” yazışmalarını birinci instansiya məhkəməsində təqdim etdiyini, lakin məhkəmə tərəfindən qəbul edilmədiyini, Fövqəladə Hallar Nazirliyindən sorğu ilə əldə edilmiş təhvil-təslim aktlarını məhkəməyə təqdim edəcəyini bildirmiş, birinci instansiya məhkəməsində həmin aktları məhkəməyə təqdim edə bilməməsini sorğuya cavabın gec alınması ilə əlaqələndirmişdir. Həmçinin iddiaçı apellyasiya məhkəməsinə sübutların təqdim edilməsi barədə vəsatətində qeyd etmişdir ki, müxtəlif dövlət qurumları ilə aparılmış yazışmaların əldə edilməsi üçün verilmiş sorğulara birinci instansiya məhkəməsində işə baxılarkən cavab alına bilməmiş, birinci instansiya məhkəməsi isə işə baxılma müddətinə bir aydan çox vaxt qalmasına baxmayaraq, qətnamə çıxarmışdır.

44. İş mat eriallarından göründüyü kimi, iddia ərizəsi birinci instansiya məhkəməsinə 2021-ci il 24 sentyabr tarixində daxil olmuş, işə baxılıb yekun məhkəmə aktının çıxarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bitməsinə hələ 1 aydan da artıq müddətin qalmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya əlavə sübutların təqdim olunmasına şərait yaradılmadan qətnamə qəbul olunmuşdur. Halbuki prosessual qanunvericilik nəinki proses iştirakçıları üçün zəruri sübutların əldə olunmasına şəraitin yaradılmasını, hətta işdə olan sübutlar kifayət etmədikdə məhkəmələr tərəfindən belə zəruri əlavə sübutların təqdim olunmasının iş üzrə tərəflərə təklif edilməsini nəzərdə tutmuşdur. Bundan başqa, iş materiallarında olan “X13 LTD”nin və X10 Xidmətinin cavab məktublarınd an görünür ki, həmin məktublar iddiaçının vəkili tərəfindən 2021-ci il 1 noyabr tarixində - yəni birinci instansiya məhkəməsinin 2021-ci il 18 noyabr tarixli qətnaməsindən daha əvvəl göndərilmiş 005/21 və 006/21 nömrəli məktublara cavab olaraq yazılmışdır.

45. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsi tərəfindən işlərin yerinə yetirilməsinin sübutu kimi təqdim olunmuş “WhatsApp” yazışmalarını apellyasiya mərhələsində təqdim edilməsini mümkün saymış və aşağıdakı kimi hüquqi qiymət vermişdir. 46. “WhatsApp” yazışmalarından görünür ki, podrat müqaviləsi üzrə görüləcək işlərin icrasını təşkil və idarə etmək üçün “WhatsApp” qrupu yaradılmış, qrup 2018-ci ilin oktyabr ayından 2019-cu ilin dekabr ayınadək, yəni təxminən 1 il 2 aya qədər müddət ərzində işlək olmuş, qrupda aparılan yazışmalar da həmin dövrü əhatə etmişdir. Qeyd edilən qrupda iddiaçı və cavabdehin aidiyyəti şəxslərinin iştirak etməsi, habelə bu qrupda aparılmış yazışmaların və bölüşülən fotoşəkillərin X9 inşa edilən istehsal sexi ilə əlaqəli olmasını tərəflər mübahisələndirməmişlər. Həmin “WhatsApp” qrupunda aparılan yazışmalardan aydın olur ki, inşaat sahəsində beton hazırlıq işlərindən başlayaraq metal konstruksiyaların qurulmasına qədər işlər görülmüş, iddiaçının əməkdaşı Rövşən adlı şəxs tərəfindən görülən işlərlə bağlı mütəmadi olaraq fotoşəkillər yerləşdirilmişdir. Bu fotoşəkillərdən görünür ki, işlər torpaq səviyyəsindən başlamaqla, hazır fermanın qurulmasınadək davam etmişdir. Bundan başqa, görülmüş işlərlə bağlı müxtəlif dövlət orqanlarına müraciətlər edilərək zəruri sənədlər (rəylər, icazələr və s.) əldə edilmiş və onların fotoşəkili iddiaçının əməkdaşı Rövşən adlı şəxs tərəfindən bu qrupda məlumat üçün paylaşılmışdır.

47. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, qrupda sadalanan işlər iddiaçı tərəfindən görülmüşdür və bu işlərin görülməsi 1 ildən artıq müddət ərzində icra edilmişdir. 48. “WhatsApp” qrupunda aparılan yazışmalarda adı “Rövşən Archimed” kimi qeyd olunmuş şəxs “Ravil Profix” adı ilə qeyd olunmuş şəxsə 2019-cu 3 iyun tarixində müraciət edərək bildirmişdir ki: “Ravil e-mailini yoxlayıb, işlərlə bağlı sualların həllini qısa müddətdə köməklik etsin ki, layihə tamamlansın”.

49. Həmçinin iddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X6 S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu ilə tikinti-quraşdırma işlə rində istifadə etdiyi tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruksiyaların layihəyə uyğunluğunun müəyyən edilməsi üçün 2019-cu il 3 aprel tarixində öz adından müqavilə bağlamış və 1.360 manat xidmət haqqı ödənilmişdir.

50. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı tərəfindən podrat müqaviləsində göstərilən işlərin görülməməsinə dair dəlilləri əsassız olmuşdur.

51. Bundan başqa, 2019-cu il 16 dekabbr tarixində Nümayəndə2 adlı şəxs tərəfindən Elektron ünvan e-mail ünvanından Tural Rəcəbli adlı şəxsə e-mail göndərilmiş və bu emaildə qeyd edilmişdir ki, “İlqar m. təsdiq etdiyi işlər üzrə hesabat əlavədədir. Hər hansı sual olduğu halda, xahiş edirəm bildirəsiniz”. Sözügedən əlavədə isə “X14” “All Transactions” cədvəli əks olunmuşdur. Cədvəldən görünür ki, 11 (201 8-ci ildən 2019-cu ilin dekabr ayınadək) ay üzrə aybaay, habelə görüləcək işlərin təsviri göstərilməklə, ümumilikdə 147,665 manat məbləğində işlərin görüldüyü qeyd edilmişdir.

52. Bundan əlavə iş üzrə 9 ədəd smeta sənədi tərtib olunmuş (aylar üzrə görüləcək işlərin smetası) və həmin smeta sənədləri yalnız iddiaçı tərəfindən imzalanıb möhürlə təsdiq edilmişdir. Lakin həmin sənədlərin hamısının birinci səhifəsinin yuxarı sag küncündə imza edilmişdir. İddiaçı qeyd edilən imzanın cavabdehin səlahiyyətli şəxsi Nümayəndə2 tərəfindən imzalandığını bildirmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə2 özü də həmin imzaların ona məxsus olduğunu bildirmişdir.

53. Bu smetalardakı rəqəmlər e-mail vasitəsilə göndərilən hesabatdakı “Amount” qrafasındakı aylar üzrə rəqəmlərlə (ƏDV xaric) əks ər hallarda eynilik təşkil edir, “Build 04.04” və “Build 04.05” qrafaları üzrə transaksiyalarda bu rəqəmlər təxminən 1.000 manat olmaqla, fərqlənir. Bununla yanaşı, göndərilmiş hesabatın 1-ci qrafasındakı “Beton | Building Foundation” işlərinin görülməsi üçün “Amount” 68.075 göstərilsə də, “Open Balance” qrafası üzrə həmin məbləğ 8.754,58 kimi göstərilmişdir və 147,665.64 rəqəmi də məhz həmin azaldılmış məbləğə istinad edilməklə hesablanmışdır.

54. Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq Nümayəndə2 şahid qismində dindirilmiş, şahid ifadəsində o aşağıdıkıları bildrirmişdir: O, cavabdehin maliyyə direktoru vəzifəsində çalışır. Onlar X9 istehsalat sahəsini inşa etmək qərarına gəlmiş, bu məqsədlə bir çox şirkətlərə müraciət etmişlər. Sonradan iddiaçı ilə razılaşmışlar və onlar layihənin mü əllifi kimi inşaat işlərinin aparılmasında iştirak etmişlər. Razılığa əsasən, onlar layihənin müəllifi olaraq onun icrasına nəzarət etməli, supervision həyata keçirməli idilər. Müqavilə çərçivəsində ilkin növbədə həmin layihənin hazırlanması işlərinə başlamış, işə başlanması üçün əvvəlcədən ödəniş də edilmiş, lakin iddiaçı təşkilatın işi onları qane etməmişdir. Belə ki, layihəyə əsasən istehsalat binası inşa olunmalı, orada 48 ton ağırlığı, 6 metr uzunluğu, 80 sm diametri olan cilalama dəzgahı yerləşdirilməli idi. Lakin iddiaçı şirkətin təklif etdiyi layihədə döşəməyə cəmi 20 sm qalınlığında beton tökülməsi nəzərdə tutulurdu. Bundan sonra onların işlərindən şübhələnib, Rusiya şirkətinə layihəndirməni yoxlamasını və rəy verməsini sifariş ediblər. Rusiya şirkəti həmin layihəni yenidən yoxlam aq və rəy verməyin daha çox vaxt aparacağını bildirmiş, onlara göndərdikləri konstruksiyalar üzrə hazır layihələri olduğunu demiş və həmin layihəni onlara göndərmişlər. Onlar da bu layihəni iddiaçı şirkətin nümayəndələrinə təqdim etmişlər. İddiaçı şirkətin nümayəndələri yeni layihəni bəyənmiş, onun daha qənaətli olduğunu demiş və qəbul etmişlər. Bundan sonra həmin layihəni pillə-pillə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində təsdiqlətməli olublar. Bundan başqa, iddiaçının layihəsi ilə Rusiya şirkəti tərəfindən təqdim edilən layihələrdə proqram fərqləri də olmuşdur. Bu işlərdə iştirak edirdilər. Onlarla iddiaçı şirkət arasında bağlanmış müqavilə çərçivə müqaviləsi olduğundan, xatırladığı qədərilə müqavilədə məbləğ də göstərilməmişdi. Müqavilələrə mütləq olaraq ayrılmaz hissəs i olan razılaşma protokolu tələb olunurdu. Razılaşma protokoluna əsasən görülən işlərə görə qaimə-fakturalar göndəriblər. Yadında deyil, hansı qismini avans olaraq ödəyiblər, amma dəqiq bilir ki, göstərilmiş xidmətlərə görə tam olaraq pulun hamısı ödənilib. İlkin mərhələdə materialların, armaturların alınmasını iddiaçı həyata keçirmişdir. Lakin bu materiallar keyfiyyətsiz olduğundan, onlar sonradan həmin malları özləri digər şirkətlərdən almışdır. Ümumiyyətlə, iddiaçıdan bir dəfə alınan xammal, bir də onlardan alınmırdı, digər şirkətlərdən alınırdı. İddiaçının təqdim etdiyi smetaların üzərindəki imzalar ona məxsusdur. Smeta təhvil-təslim sənədi deyil, təklif sənədidir. Sənədin üzərində ona görə imza atıb ki, onları nəzərdən keçirdiyini bilsin. Belə ki, sənədlər arasında qarışıqlıq idi, müx təlif sənədlər verirdilər, sonra deyirdilər ki, düzəliş edəcəyik, sənədlər çox olurdu. Maliyyə direktoru kimi məqsədi büdcəyə uyğun addım atmaq idi. Yəni, imza etməkdə məqsədi məlumatı qəbul edib rəhbərliyə təqdim etmək idi. İlqar və Tural adlı şəxsləri tanıyır. Lakin onun bildiyinə görə, həmin şəxslər iddiaçının işçiləri deyil. Amma məsələn, Tural Rəcəblini "xxxx" MMC-dən tanıyır. Həmin şirkətlə də əməkdaşlıq ediblər. Ümumiyyətlə, işlərin görülməsi ilə bağlı bəzən bir tərəf ayrı-ayrı şirkətlər adından bir neçə təkliflər verirdilər ki, layihəni udmaq şansları olsun. Bu baxımdan, Tural Rəcəblinin iddiaçı ilə əlaqələri olubolmamasından məlumatı yoxdur. Bir etapda o da inşaat işlərinin aparılması ilə bağlı təkliflər göndərmişdi, amma bunun iddiaçıya aidiyyəti yoxdur. Onun Turala göndərdiyi em ail də həmin təkliflərə verilən cavab olmuşdur. Layihə üzrə görülmüş işləri başqa şirkət həyata keçirib. Metal konstruksiyaların quraşdırılması və beton işlərini Tamerlan Əliyev adlı şəxs və onun briqadası həyata keçirib, bunun üçün materialları isə onlar özləri alıblar, xidmət haqlarını da özləri ödəyiblər, bunun iddiaçıya aidiyyəti olmayıb. Tikinti işlərinin aparılması zamanı onlar bir çox şirkətlərlə əməkdaşlıq ediblər. Elektron qaimə gəlirdisə, deməli, onun müqaviləsi, təhvil-təslim aktı, inşaat işləri forma-2 hamısı olub, bu səbəbdən də o, həmin qaimələr üzrə ödənişləri edib.

55. Bundan başqa, müxtəlif məhkəmə iclaslarında cavabdehin nümayəndəsi tərəfindən bir halda iddiaçı şirkətə avansın ödənildiyi, digər tərəfdən X9 görülmüş işlərin iddiaçı tərəfindən yox, digər şirkət tərəfindən g örüldüyü bildirilmiş, lakin işlərin iddiaçı şirkət tərəfindən sona çatdırılmamasına baxmayaraq, ödənilmiş avans məbləğlərinin hansı səbəbdən geri qaytarılmasının tələb olunmaması, habelə işlərin digər hansı şirkət tərəfindən həyata keçirilməsi ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim olunmamışdır.

56. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını, şikayətin dəlillərini və qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh podrat müqaviləsi üzrə işlərin görülmədiyini bildirsə də, iddiaçı tərəfindən müqavilə üzrə işlərin həyata keçirilməsi və görülmüş işlərin dəyərinin 147.665,64 manat təşkil etməsi tam olaraq öz təsdiqini tapır. Bu zaman apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, hər iki tərəf kommersiya hüquqi şəxs olmaqla, onların arasında podrat müqaviləsi bağlanmışdır. Hazırkı iddia tələbi də məhz bu müqavilənin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi ilə bağlı olmuşdur.

57. Doğrudur, tərəflər arasında işlərin podratçı tərəfindən keyfiyyətli görülməsini və sifarişçiyə təqdim edilməsini təsdiq edən sübutlar mövcud deyildir. Bununla bağlı iddiaçı bildirmişdir ki, həmin işlərin görülməsinə dair smeta sənədləri onların tərəfindən tərtib edilərək cavabdehə təqdim edilmiş və onun səlahiyyətli şəxsi tərəfindən imzalanmışdır. Cavabdeh isə həmin smeta sənədlərinin işlərin görülməsini təsdiq edən sənəd olmadığını bildirir.

58. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş 9 ədəd smeta sənədlərində layihə üzrə görüləcək işlərin təsviri, bu işlərin həcmi və çəkilməli xərclər əks olunmuşdur. Eyni zamanda, cavabdehin maliyyə direktoru vəzifəsini daşıyan Nümayəndə2 tərəfindən Tural Rəcəbli adlı şəxsə ünvanlanan (surəti İlqar Abbasova göndərilib) e-mail yazısına əlavə edilmiş hesabat sənədindən görünür ki, cavabdehin görülmüş işlərə dair 147,665.64 manat borcunun olduğu etiraf edilmişdir. Özü də bu qeyd edilən hesabatdakı rəqəmlərlə iddiaçının tərtib edərək cavabdehə göndərdiyi və onun maliyyə direktoru Nümayəndə2 üzərində imza etdiyi smetalardakı rəqəmlər təxminən eynidirlər. Yalnız 1-ci qrafadakı “Beton / Building Foundation” işləri üçün smetada 68.075 manat göstərilsə də, 8.574,58 manat pul məbləği hesablanmışdır. Lakin hesabatın son hissəsindən görünür ki, tələb edilən 147,665,64 manat məbləğ məhz 8.574,58 manat, yəni cavabde hin nümayəndəsinin təklif etdiyi məbləğ nəzərə alınmaqla hesablanmışdır. Qeyd edilən hesabatlar “Tural / Archimed”-in adına tərtib edilmişdir.

59. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən iddiaçının təsisçisi olmuş Rövşən Rüstəmov işlərin görülməsi ilə bağlı cavabdehlə danışıqların onların ortaq dostu olan Tural adlı şəxslə aparıldığını bildirmişdir. Bundan başqa, şahid İlqar Abbasov da öz ifadəsində iddiaçı ilə "xxxx" MMC arasında podratçı kimi əlaqənin olduğunu və "xxxx" MMC-nin əməkdaşı kimi bu işləri gördüyünü bildirmişdir. İş üzrə şahid kimi dindirilmiş Nümayəndə2 da Tural Rəcəbli adlı şəxsi "xxxx" MMC-dən tanıdığını bildirmişdir.

60. Beləliklə, bütün qeyd edilənlər onu deməyə əsas verir ki, Tural Rəcəbli adlı şəxsin iddiaçı ilə cavabdeh arasında həyata keçirilən lay ihə üzrə münasibətlərdə, danışıqların aparılmasında qeyri-rəsmi iştirak etmişdir. Ona görə də cavabdehin maliyyə direktoru tərəfindən Tural Rəcəbli adlı şəxsə e-mail vasitəsilə göndərdiyi, görülmüş işlərə dair hesabatın iddiaçıya heç bir aidiyyətinin olmadığı barədə cavabdehin dəlillərini apellyasiya instansiyası məhkəməsi əsassız hesab etmişdir. Əksinə, məhkəmənin qənaətinə görə, qeyd edilən hesabatdakı məbləğlərlə iddiaçı tərəfindən tərtib edilmiş smetalardakı görüləcək işlərin və bu işlərin görülməsi üçün nəzərdə tutulan pul məbləğlərinin uyğun olması, həmin e-mailin mövzusunun “Profix- Archimed / Statement” olması, həmin hesabatın surətinin İlqar Abbasova göndərilməsi bir daha təsdiq edir ki, bu hesabatı tərtib etməklə, cavabdeh qeyd edilən işlərin iddiaçı tərəfindən görüldüyünü və bun un müqabilində 147.665,64 manat borcunun olduğunu etiraf etmişdir. Tərəflərin nümayəndələrinin iştirakı ilə yaradılmış “WhatsApp” qrupunda 1 il 2 aya yaxın müddətdə görülən və görüləcək işlərlə bağlı yazışmaların aparılması, görülmüş işlərə dair fotoşəkillərin paylaşılması da iddiaçı tərəfindən podrat müqaviləsi üzrə işlərin görülməsini bir daha təsdiq edir.

61. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçı qarşısında öhdəliklərini yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Ona görə də cavabdehdən iddiaçının xeyrinə 147.665,64 manat tutulmalıdır.

62. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi MM-in 385.1, 442, 752.1, 752.2, 752.3-cü, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 119.1-ci maddələrinə istinad etmişdir.

63. Qətnamə 2023-cü il 1 3 mart tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, cavabdeh həmin qətnamədən 2023-cü il 28 aprel tarixində kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

64. Azərbaycan Respublikası Konstitusiyasının 71.1, MM-in 385.1-ci maddələri üzrə İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “whatsapp” yazışmalarının heç birində cavabdehin iddiaçıya hər hansı məbləğdə borcunun olmasına dair məlumat və ya təsdiqləyici hər hansı yazışma mövcud olmamışdır. Həmin yazışmalarda işlərin görülməsi, həcmi və xidmətlərin göstərilməsi, borc məbləği öz əksini tapmamaqla, yazışmalarda yalnız gələcəkdə görüləcək işlərlə bağlı lay ihələr, layihə rəylərinin təsdiq edilməsindən bəhs olunmuş, həmin layihələrin dəyəri də cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Həmçinin, məhkəmə “aidiyyəti şəxslər” deyərkən kimi nəzərdə tutduğunu qətnamədə göstərməyib. Həmin şəxslərin adı, soyadı, ata adı, vəzifəsi, hansı formada işləməsi vatsapp yazışmalarında və qətnamədə göstərilməyib. Bu yazışmalar iddiaçı tərəfindən işlərin görülməsini sübut edən yazı olmamaqla, yazışmalarda iddiaçının hansı işlər görməsi, görülən işlərin dəyəri, borcla bağlı heç bir yazışma da olmamışdır. Qətnamədə “iddiaçının əməkdaşı” kimi göstərilən Rövşən adlı şəxsin iddiaçının işçisi olmasına dair işdə heç bir sübut olmamış, iddiaçı tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hansı əsasla bu qənaətə gəlməsini əsaslandırmamışdır.

65. MM -in 752.1, 752.2, 752.3-cü maddələri üzrə - İddiaçı tərəfindən birtərəfli qaydada tərtib və təqdim edilmiş 9 ədəd smeta sənədləri onun tərəfindən işlərin görülməsini təsdiq edə bilməzdi. Belə ki, smeta podrat müqaviləsi üzrə layihənin həyata keçirilməsi üçün görülməli olan işlər, müddətlər və xərclərin hesablanmasını nəzərdə tutan ilkin maliyyə sənədidir. Həmin smeta sənədlərinin üzərində də onların məhz görülmüş işlərlə bağlı tərtib olunması qeyd olunmamış, ümumiyyətlə smeta sənədləri cavabdeh tərəfindən təsdiq edilməmiş, imzalanmamış və möhürlənməmişdir. Yalnız iddiaçının müqavilə bağlanılması üçün təklifi olan smeta sənədlərinin 1-ci səhifəsində olan imza Nümayəndə2 tərəfindən həmin sənədlərin 1 nüsxəsininn iddiaçıdan götürüb rəhbərliyin məruzəsinə tədim edilməsi məqsədilə imzalanmışdır. Həmin imza cavabdeh tərəfindən Nümayəndə2 sənədləri imzalamağa, işlərin görülməsini təsdiq etməyə və ya Forma 2-ləri təsdiq etməyə dair hər hansı səlahiyyət verilmədiyindən iddiaçı tərəfindən görülmüş işlərin təhvil alınmasını təsdiq edə bilməzdi. Bu isə smetaların məhz gələcəkdə görüləcək işlərlə əlaqədar təklif kimi birtərəfli qayadada tərtib edilməsini göstərmişdir. Həmin smetanın təsdiqi və ya işlərin görülməsinin təsdiqi barədə işdə heç bir sübut yoxdur. Nümayəndə2 tərəfindən apellyasiya məhkəməsinə ünvanlanmış 2022-ci il 22 fevral tarixli ərizədə onun cavabdehdə maliyyə direktoru vəzifəsində çalışması göstərilmişdir. Lakin onun hər hansı sənədləri, o cümlədən, müqaviləni, layihə-smetaları, qiymətlərin razılaşdırma protokolunu imzalamaq və ya möhürləmək kimi səlahiyyəti olmamışdır. Bununla belə, iddiaçının birtərəfli qaydada tərtib etdiyi smetalarda və digər sənədlərdə onun imzası yoxdur. İddiaçı ilə cavabdeh arasında müqavilə imzalansa da, icrasız qalmışdır. Belə ki, iddiaçının nümayəndələrinin qeyripeşəkar olması, qiymətlərin çox baha olması və təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən tərəflər arasında əməkdaşlıq münasibətləri yaranmamışdır. Cavabdeh tərəfindən iddiaçıya 4 e-qaimə üzrə ödəniş olunmuşdur: 2019-cu il 31 may tarixində avans ödəniş; 2019-cu il 19 aprel və 2019-cu il 1 fevral tarixlərində satılan armaturun ödənişi; 2018-ci il 8 noyabr tarixində layihənin tərtib edilməsi müqabilində ödəniş. Bundan əlavə, iddiaçı tərəfindən heç bir iş görülməmişdir. Ümumiyyətlə şahid Nümayəndə2 özü də 2023cü il 26 yanvar tarixli məhkəmə iclasında şahid qismind ə ifadə verərək, bildirmişdir ki, onun görülən işləri qəbul etmək, təhvil almaq, e-qaimə, təhvil-təslim aktı, Forma 2-lərə imza etmək səlahiyyətləri olmamışdır. Bu səlahiyyətlər cavadehin direktoruna, iş icraçısına, mühəndisinə məxsus olan səlahiyyətdir. Nümayəndə2 isə yalnız ayrı-ayrı şəxslərdən cavabdehə göndərilən sənədləri qəbul edərək, aidiyyəti vəzifəli şəxslərə göndərirdi. Göründüyü kimi, iddiaçı tərəfindən məhz 147.665,64 manat dəyərində podrat işlərin görülməsi və cavabdehə təqdim edilməsi iddiaçının təqdim etdiyi elektron məktub və smeta sənədləri ilə sübut olunmur və məhkəmənin belə əsaslandırması MM və MPM-in tələblərinə zidd olmuşdur. İş materiallarına əlavə olunmuş müqavilələrdən, e-qaimələrdən, gömrük yük bəyannamələrindən görünür ki, müqavilə üzrə iddiaçı tərəfindən görülmə li olan işlər digər şirkətlər və fiziki şəxslər tərəfindən həyata keçirilmiş, mal-metarial alınmış və dəyəri ödənilmişdir. Metal konstruksiyaların quraşdırılması və beton işlərini Tamerlan Əliyev adlı şəxs və onun briqadası həyata keçirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi sübut olunmamışdır. Belə olan halda cavabdehin podrat müqaviləsi üzrə muzd ödəmək öhdəliyi, iddiaçının isə MM-in 752.1-ci maddəsinə əsasən muzd tələb etmək hüququ yaranmamışdır.

66. MM-in 425.1-ci maddəsi üzrə - İddiaçı tərəfindən cavabdehə göndərilmiş 2019-cu il 31 may tarixli EAAV 231275 saylı və 2019-cu il 19 aprel tarixli EAAT 363851 saylı elektron qaimələrdən də görünür ki, həmin qaimələr tikinti işl ərinin görülməsi üçün avans məbləği kimi, layihə işinə görə və armatur alınması üçün ödənilməsi ilə bağlı göndərilmiş və cavabdeh tərəfindən ödənilmişdir. Bununla da, iddiaçı tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X6 S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə X1 İnstitutu ilə tikinti-quraşdırma işlərində istifadə etdiyi tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruksiyaların layihəyə uyğunluğunun müəyyən edilməsi üçün müəyyənləşdirilmiş haqq cavabdeh tərəfindən ödənilmişdir. Bu hal isə iddiaçı tərəfindən podrat işlərinin görülməsi ilə bağlı sübut kimi qəbul edilməməli olduğu halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmişdir. İddiaçının Fövqəladə Hallar Nazirliyi ilə müqavilə bağlaması halı cavabdeh üçün tikinti işlərini gör məsinin sübutu kimi qəbul edilə bilməz.

67. MM-in 442-ci maddəsi üzrə - Cavabdehin maliyyə direktoru olan Nümayəndə2 adından göndərilən elektron məktubda iddiaçı tərəfindən 147.665,64 manat dəyərində podrat işlərinin görülməsi və cavabdehə təhvil verilməsi halı müəyyən olunmamış, həmin email məktubuna əlavədə qeyd olunan işlərin artıq görülməsi ilə bağlı məlumat yazılmamışdır. Məktubla yalnız rəhbərliyin məruzəsinə təqdim olunması üçün iddiaçının smetası göndərilmişdir. Məhkəmə iclasında şahid kimi ifadə verən Nümayəndə2 da həmin email yazışmalarında hər hansı işin məbləğini, işin görülməsini təsdiq etmədiyini, onun belə səlahiyyətinin olmadığını, həmin email yazışması göndərilərkən hələ heç bir işin görülmədiyini, digər şirkətlər kimi iddiaçının da istədiyi işlərin qiyməti ilə bağlı təkli fi sadəcə digər şəxslərə araşdırılması üçün təqdim edilməsi barədə yazışma olduğunu məhkəməyə bildirmişdir. Lakin məhkəmə Nümayəndə2 şahid ifadəsinə heç bir hüquqi qiymət verməmiş, həmin email yazışmasını işin görülməsi kimi qəbul etmiş, səhv hüquqi nəticəyə gəlmişdir. Bu email yazışmaları gələcəkdə görüləcək işlərlə bağlı iddiaçının deyil, başqa təşkilatın təklifi olmuşdur və heç bir halda 147.665,64 manat məbləğində işlərin iddiaçı tərəfindən görülməsini təsdiq edən sübut ola bilməz. Həmin elektron məktubda adları qeyd edilən Tural Rəcəbli və İlqar Abbasov iddiaçının işçiləri olmamaqla, onların iddiaçıya heç bir aidiyyəti olmamışdır və bu barədə işdə heç bir sübut yoxdur. İlqar Abbasov adlı şəxs "xxxx" MMC-də çalışır ki, həmin hüquqi şəxs də hazırki iş üzrə tərəf deyildir. İşə baxan məhk əmə tərəfindən isə bütün bu hallar nəzərə alınmadan əsassız qətnamə qəbul edilmişdir.

68. MPM-in 372.2-ci maddəsi üzrə - Hüquqi şəxs olan iddiaçı tərəfindən (peşəkar hüquqi yardım almasına, vəkil və hüquqşünas nümayəndə ilə təmsil olunmasına baxmayaraq) kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun (Forma 2-lər, təhvil təslim aktları, ikitərəfli formada təadiq edilmiş smeta və digər sənədlər, beton və ya digər tikinti materialların alınması, işçilərə əmək haqqının ödənilməsi və ya subpodrat müqaviləsi üzrə ödənişlərin edilməsi, tikintidə istifadə olunan texnikaların işlədilməsi və ya icarəsi ilə bağlı və s.) təqdim edə bilməməsi ağlabatan deyildir. Əvvəlki apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilə n “whatsapp” yazışmaları və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən iddiaçıya ünvanlanan məktublar isə gecikdirilmiş, həmçinin iddianı təsdiq etməyən, iş üçün əhəmiyyətli olmayan sənədlər olmaqla qəbul edilməməli idi. Lakin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 372.2-ci maddəsinin tələblərinə riayət etməmişdir. İddiaçının vəkili verilmiş sorğuların gec cavablandırıldığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş, eyni zamanda, birinci instansiya məhkəməsinə də sorğuların verilməsi ilə bağlı məlumat verilməmişdir. İddiaçı tərəfindən “whatsapp” yazışmalarının birinci instansiya məhkəməsinə təqdim edilməsi, lakin məhkəmə tərəfindən onların qəbul edilməməsi isə iş materialları ilə təsdiq olunmur. Eyn i zamanda, kommersiya mübahisələri üzrə sübutlar elektron qaydada verildiyi üçün iddiaçının qeyd olunan əsaslandırması tamamilə əsassız olmuşdur.

69. MPM-in 104.1-ci maddəsi üzrə - Şahid Nümayəndə2 öz ifadəsində bildirmişdir ki, iddiaçının peşəkarlıq səviyyəsi həddən artıq aşağı olduğuna görə müqavilə üzrə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilməmişlər. Bu səbəbdən, cavabdeh məcburiyyət qarşısında qalaraq və əlavə xərclər çəkərək, həmin işlərin görülməsinə digər şirkətləri və fiziki şəxsləri cəlb etmişdirlər. Nümayəndə2 tərəfindən heç bir halda, nə məhkəmə zalında, nə də email vasitəsilə 147.665,64 manat borcun olduğu etiraf edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən şahid Nümayəndə2 ifadəsi qətnamədə göstərilsə də və hər hansı etirafedici ifadənin olmamasına baxmayaraq, məhkəmə bu ifadəni təhrif edərək etirafedici hərəkət kimi qəbul etməklə əsassız və qanunsuz nəticəyə gəlmişdir.

70. MPM-in 217.1-ci maddəsi üzrə - Kommersiya mübahisəsi üzrə hüquqi şəxs olan iddiaçının kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən və MM-də nəzərdə tutulmuş heç bir yazılı sübutu (beton və ya digər tikinti materialların alınması, işçilərə əmək haqqının ödənilməsi və ya subpodrat müqaviləsi üzrə ödənişlərin edilməsi, Forma 2-lər, təhvil-təslim aktları, tikintidə istifadə olunan texnikaların işlədilməsi və ya icarəsi ilə bağlı və s.) təqdim edə bilməməsi iddianın əsassız qaldırılmasına və rədd edilməsinə dəlalət edirdi. Lakin bunu nəzərə almayan apellyasiya instansiyası məhkəməsi heç bir mötəbər sübut olmadan əsassız olaraq cavabde hdən 147.665,64 manat məbləğində pulun tutulmasını qət etmişdir.

71. MPM-in 77.1-ci maddəsi üzrə - İş materiallarında iddia tələbini əsaslandıran heç bir mötəbər sübut olmadığı halda, əsassız olaraq iddia təmin edilmişdir. İddiaçı tərəfindən təqdim edilən elektron məktub, X8 Tikintisi üçün tərtib olunmuş təklifdən ibarət olan birtərəfli smetalar, o cümlədən şahidlər X4 və X3 ifadələri borcun olması halını təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

72. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

73. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi ), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

74. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

75. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araş dırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

76. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.ə. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.” “Maddə

759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir....” “Ma ddə

763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər....”

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasə n müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

78. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunm uş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar m əhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” IV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

79. İddiaçı cavabdehdən podrat müqaviləsinə əsasən görülmüş işlərin qalıq dəyəri olan 147.665,64 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddinı təmin etməmiş, son apellyasiya baxışında məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı təmin etmişdir.

80. Apellyasiya instansiyası məhkəməsi iddianı əsaslı hesab edərkən öz mövqeyini iddiaçının təqdim etdiyi podrat müqaviləsi, smeta sənədləri, “WhatsApp” yazışmaları və şahid ifadələri ilə əsaslandırmışdır.

81. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

82. Kassatorun dəlillərinə görə, “whatsapp” yazışmalarının heç birində cavabdehin iddiaçıya hər hansı məbləğdə borcunun olmasına dair məlumat və ya təsdiqləyici yazışma mövcud olmamışdır. Həmin yazışmalarda işlərin görülməsi, həcmi, borc məbləği öz əksini tapmamaqla, yalnız gələcəkdə görüləcək işlərlə bağlı layihələr, layihə rəylərinin təsdiq edilməsindən bəhs olunmuş, həmin layihələrin dəyəri də cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Həmçinin məhkəmə “aidiyyəti şəxslər” deyərkən kimi nəzərdə tutduğunu qətnamədə göstərməyib. Həmin şəxslərin adı, soyadı, ata adı, vəzifəsi, hansı formada işləməsi watsapp yazışmalarında və qətnamədə göstərilməyib. Bu yazışmalar iddiaçı tərəfindən işlərin görülməsini sübut edən yazı olmamaqla, yazışmalarda iddiaçının hansı işlər görməsi, görülən işlərin dəyəri, borcla bağlı heç bir yazışma da olmamışdır. Qətnamədə “iddiaçının əməkdaşı” kimi göstərilən Rövşən adlı şəxsin iddiaçının işçisi olmasına dair işdə heç bir sübut olmamış, iddiaçı tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hansı əsasla bu qənaətə gəlməsini əsaslandırmamışdır.

83. Əvvəla, mübahisələndirilən qətnamədən məlum olur ki, apellyasiya instansiyası məhkəməsi “WhatsApp” yazışmalarına, həmin yazışmalarda bölüşülən fotoşəkillərə istinadən borcun məbləğini deyil, təxminən 1 il 2 aya qədər müddət ərzində iddiaçı tərəfindən görülən işlərin nələrdən ibarət olmasını (inşaat sahəsində beton hazırlıq işlərindən başlayaraq metal konstruksiyaların qurulmasına qədər işlər görülməsi, işlərin torpaq səviyyəsindən başlamaqla, hazır fermanın qurulmasınadək davam etməsi) müəyyən etmişdir. Belə ki, qətnamədən məlum olur ki, sözügedən yazışmaların və bölüşülən fotoşəkillərin X9 inşa edilən istehsal sexi ilə əlaqəli olmasını tərəflər mübahisələndirməmişlər.

84. Məhkəmənin “aidiyyəti şəxslər” deyərkən kimi nəzərdə tutduğunu göstərməməsinə, həmin şəxslərin adı, soyadı, ata adı, vəzifəsi, hansı formada işləməsinin WhatsApp yazışmalarında və qətnamədə göstərilməməsinə, “iddiaçının əməkdaşı” kimi göstərilən Rövşən adlı şəxsin iddiaçının işçisi olmasına dair işdə heç bir sübut olmamasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər hazırkı mübahisənin həlli üçün hüquqi əhəmiyyət kəsb etməmişdmir. Belə ki, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin dekabr ayınadək, yəni təxminən 1 il 2 aya qədər müddət ərzində işlək olmuş “WhatsApp” qrupunun və bu qrupda tərəflərin nümayəndələri tərəfindən yazışmalar aparılmasının cavabdeh tərəfindən ümumiyyətlə təkzib olunması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Əksinə, qətnamədə qeyd olunmuşdur ki, qrupda iddiaçı və cavabdehin aidiyyəti şəxslərinin iştirak etməsini tərəflər mübahisələndirməmi şlər.

85. Kassatorun digər dəlillərinə görə, iddiaçı tərəfindən birtərəfli qaydada tərtib və təqdim edilmiş 9 ədəd smeta sənədləri ilkin maliyyə sənədi olduğundan, onun tərəfindən işlərin görülməsini təsdiq edə bilməzdi. Smeta sənədləri cavabdeh tərəfindən təsdiq edilməmiş, imzalanmamış və möhürlənməmişdir. Yalnız iddiaçının müqavilə bağlanılması üçün təklifi olan smeta sənədlərinin 1-ci səhifəsində olan imza Nümayəndə2 tərəfindən həmin sənədlərin 1 nüsxəsininn iddiaçıdan götürüb rəhbərliyin məruzəsinə tədim edilməsi məqsədilə imzalanmışdır. Həmin imza cavabdeh tərəfindən Nümayəndə2 sənədləri imzalamağa, işlərin görülməsini təsdiq etməyə və ya Forma 2-ləri təsdiq etməyə dair hər hansı səlahiyyət verilmədiyindən iddiaçı tərəfindən görülmüş işlərin təhvil alınmasını təsdiq edə bilməzdi. Ümum iyyətlə, şahid Nümayəndə2 özü də 2023-cü il 26 yanvar tarixli məhkəmə iclasında şahid qismində ifadə verərək, bildirmişdir ki, onun görülən işləri qəbul etmək, təhvil almaq, eqaimə, təhvil-təslim aktı, Forma 2-lərə imza etmək səlahiyyətləri olmamışdır. Bu səlahiyyətlər cavadehin direktoruna, iş icraçısına, mühəndisinə məxsus olan səlahiyyətdir. Nümayəndə2 isə yalnız ayrı-ayrı şəxslərdən cavabdehə göndərilən sənədləri qəbul edərək, aidiyyəti vəzifəli şəxslərə göndərirdi.

86. Mübahisələndirilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi smeta sənədlərinin birbaşa, yəni işdə olan digər sübutlardan ayrı götürülməklə işin görüldüyünü təsdiq etdiyini bildirməmiş, əksinə, qeyd etmişdir ki, 9 ədəd smeta sənədlərində layihə üzrə görüləcək işlərin təsviri, bu işlərin həcmi və çəkilməl i xərclər əks olunmuşdur.

87. Bununla belə, qətnamədən məlum olur ki, cavabdehin maliyyə direktoru vəzifəsini daşıyan Nümayəndə2 tərəfindən göndərilən e-mail yazısına əlavə edilmiş hesabatdakı rəqəmlərlə iddiaçının tərtib edərək cavabdehə göndərdiyi və Nümayəndə2 üzərində imza etdiyi smetalardakı rəqəmlər təxminən eynidirlər.

88. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin maliyyə direktoru vəzifəsini daşıyan Nümayəndə2 smetaları imzalamaq səlahiyyətinin olmamasına dair dəlil hətta həqiqət olsa belə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəyə təsir edə bilməzdi, ona görə də mübahisələndirilən qətnamənin ləğvinə əsas ola bilməz.

89. Kassator iddia edir ki, tərəflər arasında müqavilə imzalansa da, icrasız qalmışdır. Belə ki, iddiaçının nümayəndələrinin qe yri-peşəkar olması, qiymətlərin çox baha olması və təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən tərəflər arasında əməkdaşlıq münasibətləri yaranmamışdır. Digər dəlilində isə kassator bildirmişdir ki, iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edə bilməməsi ağlabatan deyildir.

90. Halbuki mübahisələndirilən qətnamədən məlum olur ki, 2019-cu il 16 dekabr tarixində Nümayəndə2 tərəfindən Elektron ünvan e-mail ünvanından göndərilmiş emaildə qeyd edilmişdir ki, “İlqar m. təsdiq etdiyi işlər üzrə hesabat əlavədədir. Hərhansı sual olduğu halda, xahiş edirəm bildirəsiniz”. Sözügedən əlavədə isə “X14” “All Transactions” cədvəli əks olunmuşdur. Cədvəldən görünür ki, 11 (2018-ci ildən 2019cu ilin d ekabr ayınadək) ay üzrə aybaay, habelə görüləcək işlərin təsviri göstərilməklə, ümumilikdə 147.665 manat məbləğində işlərin görüldüyü qeyd edilmişdir.

91. Yuxarıda qeyd olunduğu kimi, həmin hesabatda rəqəmlər cavabdehin maliyyə direktoru Nümayəndə2 üzərində imza etdiyi smetalardakı rəqəmlərlə təxminən eynidirlər.

92. Həmçinin qətnamədən o da məlum olur ki, həmin e-mailin mövzusu məhz “Profix-Archimed / Statement” olmuşdur.

93. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu hesabatı tərtib etməklə, cavabdeh qeyd edilən işlərin iddiaçı tərəfindən görüldüyünü və bunun müqabilində 147,665.64 manat borcunun olduğunu etiraf etmişdir.

94. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini əsaslı hesab edir.

95. Kassatorun cavabdeh tərəfi ndən iddiaçıya yalnız 4 e-qaimə üzrə ödəniş (1 avans ödəniş, 2 satılan armaturun ödənişi, 1 layihənin tərtib edilməsi müqabilində ödəniş) olunmasına, bundan əlavə, iddiaçı tərəfindən heç bir iş görülməməsinə, işlər digər şirkətlər və fiziki şəxslər tərəfindən həyata keçirilməsinə dair dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası onları da mübahisələndirələn qətnamənin ləğvi üçün yetərli hesab etmir.

96. Belə ki, mübahisələndirilən qətnamədən aydın olur ki, əvvəla, müxtəlif məhkəmə iclaslarında cavabdehin nümayəndəsi bir halda iddiaçıya avansın ödənildiyini, digər tərəfdən işlərin iddiaçı tərəfindən yox, digər şirkət tərəfindən görüldüyü bildirmiş, lakin işlərin iddiaçı tərəfindən sona çatdırılmamasına baxmayaraq, ödənilmiş avans məbləğlərinin hansı səbəbdən geri qaytarılmasını tələb etməd iyini izah edə bilməmişdir. Digər tərəfdən isə, cavabdeh işlərin məhz hansı şirkət tərəfindən həyata keçirilməsi ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir.

97. Halbuki MM-in 759.1-ci maddəsinə (bax yuxarıda § 76) əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər.

98. Lakin cavabdeh həqiqətən də iddiaçının fəaliyyətindən narazı qalmışdırsa və onunla əməkdaşlığı davam etdirmək niyyətində deyildirsə, hansı səbəblərdən mübahisəli müqavilədən imtina etməməsini məhkəməyə izah edə bilməmişdir.

99. Bundan başqa, əgər podratçının (iddiaçı) yerinə yetirdiyi işlər həqiqətən də qüsurlu idisə, sifarişçi (cavabdeh) işləri digər şirkətə gördürməmişdən əvvəl, MM-in 763.1-ci maddəsinin (bax yuxarıda § 76) tələblərinə uyğun olaraq, ilk növbədə iddiaçıdan əlavə i cra tələb etməli idi.

100. Lakin cavabdehin qanunun həmin tələbinə əməl etməsi də işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

101. Eyni zamanda, işlərin iddiaçı tərəfindən sona çatdırılmamasına baxmayaraq (cavabdehin mövqeyinə görə), cavabdeh, ən azından, ödənilmiş avans məbləğlərinin geri qaytarılmasını da iddiaçıdan tələb etməmiş və bunun səbəb(lər)ini ağlabatan şəkildə məhkəməyə izah edə bilməmişdir.

102. Halbuki hazırkı işə kassasiya icraatında baxılarkən Ali Məhkəmənin qəbul etdiyi qərarında verilmiş göstərişlərdən biri də məhz bu istiqamətdə olmuşdur. Lakin cavabdeh hər hansı prosessual aktivlik göstərərk sözügedən məsələyə aydınlıq gətirməmişdir.

103. Kassasiya şikayətində göstərilir ki, iddiaçı tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X6 S. Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə X1 İnstitutu ilə tikinti-quraşdırma işlərində istifadə etdiyi tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruksiyaların layihəyə uyğunluğunun müəyyən edilməsi üçün müəyyənləşdirilmiş haqq cavabdeh tərəfindən ödənilmişdir. Bu hal isə iddiaçı tərəfindən podrat işlərinin görülməsi ilə bağlı sübut kimi qəbul edilməməli olduğu halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmişdir. İddiaçının Fövqəladə Hallar Nazirliyi ilə müqavilə bağlaması halı cavabdeh üçün tikinti işlərini görməsinin sübutu kimi qəbul edilə bilməz.

104. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X6 S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu ilə tikintiquraşdırma işlərində istifadə etdiyi tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruksiyaların layihəyə uyğunluğunun müəyyən edilməsi üçün 2019-cu il 3 aprel tarixində öz adından müqavilə bağlamışdır.

105. Göründüyü kimi, iddaçı sözügedən müqaviləni podratçı kimi öz adından və 2018-ci il 1 oktyabr tarixli mübahisəli podrat müqaviləsi bağlandıqdan 7 ay sonra bağlamışdır. Belə ki, işlər digər şirkətlər tərəfindən yerinə yetirilmişdirsə, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna podratçı kimi iddiaçı deyil, həmin şirkətlər müraciət etməli idi.

106. Odur ki, apellyasiya instansiyası məhkəməsinin bu məsələdə də qanunsuz və əsassız nəticəyə gəldiyini söyləmək üçün heç bir tutarlı əsas yoxdur.

107. Məhkəmənin Nümayəndə2 şahid ifadəsinə hüquqi qiymət verməm sinə, Nümayəndə2 şahid ifadəsində hər hansı etirafedici ifadənin olmamasına baxmayaraq, bu ifadəni təhrif edərək etirafedici hərəkət kimi qəbul etməsinə dair kassatorun dəlilləri də əsaslı hesab edilə bilməz.

108. Çünki əvvəla, məhkəmə həmin şahid ifadəsi prosessual qanunun tələbinə uyğun olaraq işdə olan digər sübutlarla birlikdə qiymətləndirmişdir. Nümayəndə2 şahid ifadəsindəki etirafa gəldikdə isə, mübahisələndirilən qətnamədən aydın olur ki, məhkəmə həmin etirafı yalnız 9 ədəd smeta sənədi üzrəindəki imzaların Nümayəndə2 məxsus olması ilə bağlı qəbul etmişdir. Nümayəndə2 e-mail yazısındakı borcun etirafına gəldikdə isə məhkəmə onu sözügedən şahid ifasdəsinə deyil, digər sübutlara istinadən müəyyən etmişdir.

109. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə g əlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 420-ci maddəsinin (bax yuxarıda § 78) tələblərinə uyğun olaraq işə kassasiya icraatında baxılarkən Ali Məhkəmənin qəbul etdiyi qərarında verilmiş göstərişləri yerinə yetirmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 78) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 78) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

110. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 fevral tarixli 2-2(103)-67/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

111. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 fevral tarixli 22(103)-67/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar