Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-358/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 mart tarixli 2-2(103)-105/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Cavabdeh (sifarişçi) il ə “X3” MMC (hazırkı İddiaçı MMC) (podratçı) arasında bağlanmış 2018-ci il 1 may tarixli HP 018/0518 saylı podrat müqaviləsinə əsasən podratçı sifarişçi tərəfindən təqdim olunmuş iş həcmləri və layihə cizgilərinə əsasən Sabirabad və Salyan rayonlarında yerləşən qış otaqlarında meliorativ tədbirlərin aparılması (Sabirabad rayonu üzrə İ və İİ mərhələ) layihəsi çərçivəsində işləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən smetaya uyğun yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən podrat işləri podratçıya bu müqavilə imzalandıqdan sonra 3 iş günü ərzində təqdim edilməli, sifarişçi və podratçı tərəfi ndən təsdiq edilməli olan iş proqramına uyğun şəkildə podratçı tərəfindən icra ediləcək və başa çatdırılacaqdır.
3. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin ümumi məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan ƏDV daxil 2.422.420,53 manat təşkil edir.
4. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilə üzrə podratçıya ödəniləcək məbləğ hər ay podratçı tərəfindən hazırlanmış və sifarişçi tərəfindən təsdiqlənmiş faktiki görülmüş işlərin aktları (Forma-2, Forma-3) əsasında ödəniləcəkdir. Podratçı görülmüş işlərə dair aktları təqdim etdiyi gündən etibarən sifarişçi 5 iş günü ərzində həmin aktlara münasibətini bildirməlidir.
5. Müqavilənin 6.1-ci bəndinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfdən azı 2 nəfər səlahiyyətli şəxsin imzası və tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir.
6. Müqaviləyə 2018-ci il 1 may tarixli 1 saylı Əlavəyə əsasən bəndlər üzrə yekun məbləğ ƏDV daxil 2.422.420,53 manat təşkil edir. 7. “X3” MMC (hazırkı İddiaçı MMC) tərəfindən verilmiş HP 018/0518 nömrəli subpodratçının görülmüş işlərə dair qəbul aktından (Forma 3) görünür ki, müqavilə üzrə ümumi ödəniləcək məbləğ ƏDV daxil olmaqla 4.177.7794,78 manat təşkil edir.
8. Cavabdeh ilə “X3” MMC (hazırkı İddiaçı MMC) arasında bağlanmış 2018-ci il 26 dekabr tarixli HP 018/0518 nömrəli Sabirabad və Salyan rayonlarında yerləşən qış otaqlarında meliorativ tədbirlərin aparılması (Sabirabad rayonu üzrə, İ və İİ mərhələ) layihəsi çərçivəsində (mal-material xaric) görülmüş işlərə dair qiymət razılaşma aktına (Forma 2) əsasən işlərin ümumi məbləği ƏDV daxil ol maqla 4.177.794,78 manat təşkil edir.
9. İddiaçı tərəfindən cavabdehə göndərilmiş İC 650206 nömrəli 2019-cu il 28 iyun tarixli elektron vergi hesab-fakturasından görünür ki, görülmüş işlər üçün məbləğ 439222.2000 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş HY 275017 nömrəli 2019-cu il 28 fevral tarixli elektron vergi hesab-fakturasından görünür ki, görülmüş işlər üçün məbləğ 3.784.461,4500 manat təşkil edir. 10. “Turanbank ASC-nin Ağstafa filialı tərəfindən verilmiş 2019-cu il tarixli çıxarışdan görünür ki, cavabdeh tərəfindən 2019-cu il 10 aprel tarixdə 50.000 manat, 2019-u il 20 iyun tarixdə 470.000 manat, 2019-cu il 18 iyul tarixdə 450.720 manat 2018-ci il 1 may tarixli HP 018051 8 saylı müqaviləyə əsasən görülmüş tikinti quraşdırma işlərinə görə ödəniş edilmişdir. 11. " xxxx" ASC-nin Qazax filialı tərəfindən verilmiş 2019-cu il tarixli çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2018-ci il 1 may tarixli HP 018051 8 saylı müqaviləyə əsasən ümumilikdə 1.874.000 manat məbləğində pul ödənilmişdir.
12. İddiaçının 2022-ci il 26 avqust tarixli ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, 2018-ci il 1 may tarixli HP 018051 8 saylı müqavilə üzrə cavabdeh tərəfindən ümumilikdə 644.290,73 manat məbləğində ƏDV ödənilmişdir.
13. İddiaçı tərəfindən verilmiş 2022-ci il 26 sentyabr tarixli 85 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında 2018-ci il 1 may tarixində 1-ci və 2-ci mərhələlər üzrə “Sabirabad və Salyan rayonlarında yerləşən qış otaqlarında meliorativ tədbirlərin aparılması” layihəsinə dair HP 018/0518 saylı podrat müqaviləs i bağlanmışdır. İcraçı tərəf olan iddiaçı müqavilənin şərtlərinə müvafiq olaraq öhdəsinə götürdüyü işləri tam icra edərək təhvil vermiş, HP 018/0518 saylı və əvvəlki müqavilələr üzrə görülmüş işlərin təhvil-təsliminə dair 2018-ci il 26 dekabr tarixdə 3.540.504,05 manat əsas məbləğ, 637.290,73 manat ƏDV məbləği olmaqla, ümumi 4.177.794,78 manat məbləğə təhviltəslim aktı imzalanmışdır. Təhvil-təslim aktlarına əsasən cavabdehə 2019-cu il 28 fevral və 2019-cu il 28 iyun tarixlərində ƏDV daxil 4.223.683,13 manat dəyərində elektron vergi hesab-fakturası vurulmuşdur. Bu məbləğdən 2019-cu il ərzində Turan bankın Qazax filialinda olan hesaba 1.874.000 manat, Ağstafa filialında olan hesaba 970.720 manat əsas məbləğ və ƏDV-nin depozit hesabına 644.290,73 manat vəsait ödənilmişdir. Ümumilikdə, 2.844.7 20 manat əsas və 644.290,73 manat ƏDV ödənilməklə 3.489.010,73 manat ödəniş edilmiş, 734.672,4 manat borc qalmışdır. Bundan əlavə ödənişin gecikməsinə görə Milli Bankın 8 faiz uçot dərəcəsi əsas götürülərək 2,67 ay üçün 154.275,96 manat ziyan hesablanmışdır (734672,4*0,08-2.67).
14. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, yaranmış borcun təcili şəkildə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh “X2 Company" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 734.647,57 manat məbləğində əsas borc, 154.275,96 manat fai z borcu olmaqla, ümumilikdə 888.923,53 manat borcun, 1179 manat ödənilmiş dövlət rüsumunun və 400 manat mediasiya rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2018-ci il 1 may tarixində 1-ci və 2-ci mərhələlər üzrə “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsinə dair HP 018/0518 saylı podrat müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərinə müvafiq olaraq öhdəsinə götürdüyü işləri tam icra edərək təhvil vermiş, HP 018/0518 saylı və əvvəlki müqavilələr üzrə görülmüş işlərin təhvil-təsliminə dair 2018-ci il 26 dekabr tarixdə 3.540.504,05 manat əsas məbləğ, 637.290,73 manat ƏDV məbləği olmaqla ümumi 4.177.794,78 manat məbl əğə təhviltəslim aktı imzalanmışdır. Cavabdeh tərəfindən təhvil verilmiş işlərin ümumi dəyərindən 2019-cu il 1 yanvar tarixdən 2019-cu il 19 noyabr tarixədək 637.290,73 manat ƏDV məbləği, 2.805.856,48 manat əsas məbləğ ödənilməklə 734.647,57 manat əsas məbləğ üzrə borc qalmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı ASC-nin 2019-2022-ci illər üçün mövcud olan illik uçot dərəcəsinə uyğun olaraq 154.275,96 manat faiz olmaqla, ümumilikdə 888.923,53 manat tərəflərindən dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq ödənilməmişdir.
17. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 149-cu maddəsinə istinad etmişdir.
18. Cavabdeh iddia təl əbinə qarşı etiraz təqdim etməmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 10 oktyabr tarixli, e-2-2(113)-4367/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 734.647,57 (yeddi yüz otuz dörd min altı yüz qırx yeddi manat əlli yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 1.179 (bir min bir yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iddia ərizəsi verilərkən artıq ödənilmiş 400 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qət edilmişdir (sədrlik edən hakim – Ü.Həsənova).
20. Birinci instansiya məhkəməsi cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 734.647,57 manat əsas borc unun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 734.647,57 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
21. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 154.275,96 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. İddiaçı iddia tələbində cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 154.275,96 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hes abı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində və maliyyə arayışında göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 154.275,96 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır.
23. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci və əlavə ödənilmiş 779 manat dövlət rüsumu, ümumilikdə 1.179 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı hazı rkı iddia ərizəsi verilərkən 400 manat artıq dövlət rüsumu ödəmiş, buna görə də artıq ödənilmiş 400 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
24. Məhkəmə bu qənaətini MM-in 385.1, 399.1, 442, 752.1, 753.1, 769-cu maddələrinə, MPM-in 14.2, 114.1.1, 119.1, 119.2, 217.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
25. Birinci instansiya məhkəməsinin qətnaməsi 2022-ci il 11 oktyabr tarixində tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmişdir.
26. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Komme rsiya Kollegiyasının 2023-cü il 1 mart tarixli, 2-2(103)-105/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 10 oktyabr tarixli e-2-2(113)-4367/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddianın cavabdehdən iddiaçının xeyrinə 350.863,52 manat pul tutulması hissəsində rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə (cavabdehdən iddiaçının xeyrinə 383.784,05 manat pul tutulması hissəsində) dəyişdirilmədən saxlanılması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 821 manatının cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
28. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh 2008-ci il 26 dekabr tarixli forma 2 aktında öz əksini tapmayan əlavə işlərin görüldüyünü qəbul etmədiyindən sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda, iddiaçı həmin işlərin görülməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən, iddia 45.888,35 manat pul tələbi ilə bağlı hissədə əsassızdır. Cavabdehin təhvil aldığı işlərə görə ƏDV üzrə 637.290,73 manat ödəməli olduğu halda, 644.290,73 manat ödəniş həyata keçirməsi iddiaçının forma 2 aktında nəzərdə tutulmayan əlavə işlərin görüldüyünü təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş “Bank” BTB-dən 2023-cü il 22 fevral tarixdə əldə edilmiş ödəniş tapşırıqları sübut kimi qəbul edilməlidir. Belə ki işdən görünür ki, cavabdehin vəkili iş materialları ilə tanış olmaq və sübutları məhkəməyə təqdim etmək üçün 2022-ci il 7 oktyabr tarixli iclasda vaxt verilməsini xahiş etmiş, məhkəmə vəsatəti təmin etsə də, iclası 3 gün sonraya təxirə saldığı üçün vəkilin ödənişlərlə bağlı sənədləri bankdan əldə edərək məhkəməyə təqdim etmək üçün kifayət qədər imkanı olmamışdır. İddiaçının nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, 2018-ci il tarixdə cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş cəmi 305.000 manat əvvəlki müqavilələr üzrə cavabdehin borclarına silindiyindən hazırkı müqavilə üzrə ödəniş kimi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası MM-in 432.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, hazırkı halda cavabdeh 2018-ci il 18 dekabr tarixli 51156 saylı, 2018-ci il 14 noyabr tarixli 45697 saylı ödəniş tapşırıq larında ödənişin təyinatını qeyd edərək 018/0518 saylı müqavilə üzrə həyata keçirildiyini qeyd etdiyindən (borclu icra etdiyi öhdəliyi özü seçdiyindən) kreditor olaraq iddiaçı həmin ödənişləri digər öhdəliyin icrası ilə bağlı silməyə haqlı olmamışdır.
30. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, 2018-ci il 1 may tarixli HP 018/0518 saylı podrat müqaviləsi üzrə 4.177.794,78 manat dəyərində təhvil alınmış işlərə görə cavabdehin iddiaçıya qalıq borcunun məbləği 383.784,05 manat (4.177.794,78 3489010,73-305.000) təşkil etdiyindən cavabdehdən bu məbləğdən əlavə 350.863,52 manat pul tutulması hissəsində qətnamə ləğv edilməli, iddia həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir.
31. Cavabdeh tərəfindən 2019-cu il 30 yanvar tarixdə həyata keçirilmiş 400.000 manat ödənişlə bağlı məh kəmə qeyd etmişdir ki, 2019-cu il 6 fevral tarixdə iddiaçı tərəfindən bu məbləğin cavabdehin hesabına geri qaytarıldığı (borc olaraq alındığı üçün) iş materiallarının 59-cu vərəqinə əlavə edilmiş bank hesabından çıxarışla təsdiq edildiyindən həmin ödənişin ümumi borcdan çıxılması barədə cavabdehin tələbi əsassızdır.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin podrat müqaviləsi üzrə forma 2 aktına əsasən təhvil aldığı işlərə görə iddiaçıya 383.784,05 manat borcunun ödənildiyi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmadığından həmin borcun tutulmasına dair hissədə mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 399.1, 432.3, 442, 752.1, 753.1, 769-cu maddələrinə, MPM-in 77.1, 372.2, 385.1, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
34. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 15 mart tarixində tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmişdir.
35. İddiaçı 2023-cü il 12 may tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-105/2023 saylı 2023-cü il 1 mart tarixli qətnaməsinin ləğv olunmasını və Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 10 oktyabr tarixli e-2-2(113)-4367/2022 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
36. MM-in 385.1-ci maddəsinin tələbləri pozulmuşdur. Tərəflər arasında 2018-ci il 1 may tarixli HP 018/0518 nömrəli podrat müqaviləs i bağlanmış, iddiaçı həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 734.647,57 manat gecikdirilmiş borcu yaranmışdır.
37. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara, obyektiv və hərtərəfli baxmamış nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilm iş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
432. Öhdəliyin hissə-hissə icrası... 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyən ləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə p odratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.”
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 mart tarixli, 2-2(103)- 105/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
45. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh 2008-ci il 26 dekabr tarixli forma 2 aktında öz əksini tapmayan əlavə işlərin görüldüyünü qəbul e tmədiyindən sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda, iddiaçı həmin işlərin görülməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən, iddia 45.888,35 manat pul tələbi ilə bağlı hissədə əsassızdır və cavabdehin təhvil aldığı işlərə görə ƏDV üzrə 637.290,73 manat ödəməli olduğu halda, 644.290,73 manat ödəniş həyata keçirməsi iddiaçının forma 2 aktında nəzərdə tutulmayan əlavə işlərin görüldüyünü təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.
46. Cavabdeh tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş “Bank” BTB-dən 2023-cü il 22 fevral tarixdə əldə edilmiş ödəniş tapşırıqlarını sübut kimi qəbul edən apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh 2018-ci il 18 dekabr tarixli 51156 saylı, 2018-ci il 14 noyabr tarixli 45697 saylı ödəniş tapşı rıqlarında ödənişin təyinatını qeyd edərək 018/0518 saylı müqavilə üzrə həyata keçirildiyini qeyd etdiyindən (borclu icra etdiyi öhdəliyi özü seçdiyindən), kreditor olaraq iddiaçı həmin ödənişləri digər öhdəliyin icrası ilə bağlı silməyə haqlı olmamışdır. 2018-ci il 1 may tarixli HP 018/0518 saylı podrat müqaviləsi üzrə 4.177.794,78 manat dəyərində təhvil alınmış işlərə görə cavabdehin iddiaçıya qalıq borcunun məbləğinin 383.784,05 manat (4.177.794,78 – 3.489.010,73 – 305.000) təşkil etdiyi qənaətinə gələn məhkəmə kollegiyası, cavabdehdən bu məbləğdən əlavə 350.863,52 manat pul tutulması hissəsində iddia tələbini düzgün olaraq rədd etmişdir.
47. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına və iş üzrə gəlinmiş qanuni nəticəyə əsaslanaraq məhkəmə tərkibi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmçinin nəzərə alır ki, iddiaçının kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ümumi ifadələrdən ibarət olmaqla, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusunun nədə ifadə olunmasına dair konkret dəlillərə istinad olunmamışdır.
48. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 mart tarixli, 2-2(103 )105/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:
50. Bakı Apellyasiya Məhkəməsinin X1 2023-cü il 1 mart tarixli, 2-2(103)-105/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.