Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-358/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı “İddiaçı”nin Cavabdeh MMC-yə qarşı ilk, Cavabdeh MMC-nin cavabdeh “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialına qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi ilə yaranmış öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 yanvar tarixli 2-2(103)-62/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəf indən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “Konsorsiumun yaradılması haqqında” 2021-ci il 8 oktyabr tarixli AD-114/21 saylı müqaviləyə əsasən Cavabdeh MMC, "xxxx" MMC və "xxxx" MMC “Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayı sərfi 3.0 m3 olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması” layihəsi üzrə tikinti-quraşdırma işlərini icra etmək üçün birlikdə fəaliyyət göstərilməsi barədə razılığa gəlmişlər.
2. Cavabdeh MMC, "xxxx" MMC və "xxxx" MMC arasında “Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayı sərfi 3.0 m3 olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatıdırılması” layihəsi üzrə bağlanmış 2021-ci il 13 oktyabr tarixli müqavilə üzrə tikinti iş lərinin yerinə yetirilməsi üçün çəkilməsi nəzərə tutulan xərcin miqdarı ƏDV daxil 19 580 000 manat müəyyən edilmişdir. 3. “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında 2021-ci il 24 noyabr tarixində “Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayından sərfi Q=3,0 m3 /san olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması işinə bağlı olaraq DN1400 PN10 boru xəttinin qazma, doldurma və qaynaq işləri” layihəsi çərçivəsində (AD.BB.1–33+10 43+50 km) (AD.BB.2 – 37+68 98+28 km) çalışma sahəsində işlərin görülməsi” haqqında 1421-221 nömrəli Müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 2.2. Ödəniş qaydası: -2.2.1. İ mərhələ-PDL işlərin yerinə yetirilməsi üçün İSSER-ə müqavilə qiymətinin 10%-i məbləğində avans ödəyir; -2.2.2. İİ mər hələ-İSSER müqavilə qiymətinin 30%-i məbləğində avans ödənişi qarantiyası ilə bağlı zəmanət məktubu təqdim etdikdən sonra müqavilə qiymətinin 20%-i ödənilir; -2.2.3. İİİ mərhələ-İSSER 2021-ci il 15 dekabr tarixində Xidmətlərin müəyyən hissəsini müqavilə şərtlərinə uyğun başa çatdırıb təhvil verdikdən sonra müqavilə qiymətinin 20%-i ödənilir; - 2.2.4. İV mərhələ-İSSER 2022-ci il 15 yanvar tarixində Xidmətlərin 20%-ni müqavilə şərtlərinə uyğun uyğun başa çatdırıb təhvil verdikdən sonra müqavilə qiymətinin 20%-i ödənilir; - 2.2.5. V mərhələ-İSSER 2022-ci il 15 fevral tarixində Xidmətlərin 20%-ni müqavilə şərtlərinə uyğun uyğun başa çatdırıb təhvil verdikdən sonra müqavilə qiymətinin 20%-i ödənilir; - 2.2.6. Vİ mərhələ-İSSER 2022-ci il 15 mart tarixində Xidmətləri müqavilə şərtlərinə uyğun baş a çatdırıb təhvil verdikdən sonra müqavilə qiymətinin 10%-i ödənilir; - 2.3. Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) PDL tərəfindən avans ödənişi və aralıq ödənişlər qaydasında, İSSER-in təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 3 iş günündən gec olmamaq şərti ilə aparılır; - 6.1. İSSER işlərin yerinə yetirilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirib xidmətləri PDL-ə müəyyənləşdirilmiş qaydada və 2022-ci il 1 mart tarixində işlətməyə alınacaq şəkildə təhvil verməlidir. Geriyə qalan müəyyən işlərin qarşılıqlı razılaşmaya əsasən qəti təhvil müddətinədək tam şəkildə təhvil verilməlidir; -6.10. Müqavilənin icrası 2022-ci il 1 mart tarixinədək və PDL tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qra fiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda İSSER-in müqavilə üzrə öhdəlikləri dəyişilmir; -7.6. İSSER bu müqavilənin 2.2 və 6.10-cu maddələrinə uyğun olaraq hər hansı bir mərhələ üzrə icranı vaxtında yerinə yetirə bilmədikdə PDL hər gecikən gün üçün müvafiq mərhələdə görüləcək işlərin dəyərinin 0.1% həcmində cərimə tətbiq edə bilər; -7.9. İSSER tərəfindən bu Müqavilənin müddəaları əhəmiyyətli dərəcədə pozulduqda, İSSER PDL-in məruz qaldığı birbaşa xərcləri ödəyir. Bu dəyər müvafiq mərhələdə görüləcək işlərin dəyərinin 10%-i həcmini keçməməlidir. Əhəmiyyətli Pozuntu dedikdə, bu Müqavilə çərçivəsində İSSER tərəfindən, xüsusən keyfiyyət tələblərinə dair, PDL-in maraqları üçün əhəmiyyətli olan və ya ola biləcək və bu maraqlara mənfi təsir edən və ya edə biləc ək, eləcə də İSSER-in aradan qaldırmadığı və ya aradan qaldıra bilmədiyi və ya Tərəflər arasında razılaşdırılmış ağlabatan müddət ərzində aradan qaldırıla bilən, lakin aradan qaldırılmayan istənilən pozuntu başa düşülür; - 8.1. Müqavilənin icrası müddətində PDL aşkar olunmuş qüsurlar haqqında İSSER-ə 15 təqvim günü ərzində bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir; - 12.1.1. Müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, PDL və ya İSSER qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər; - 12.1.2. Aşağıdakı pozuntular əsaslı sayılır: a)İSSER müqavilədə nəzərdə tutulmadığı hallarda və ya PDL ilə razılaşmadan 5 gündən artıq müddətdə işləri dayandırması; b)İSSER-i n iflasa uğraması və ya ləğv olunması; c)PDL-in müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılıq bildirişinə baxmayaraq, İSSERin təqdim edilmiş sənəd əsasında 10 gün müddətində tədbir görməməsi; d)Müqavilədə göstərilən qaydada vurulmuş ziyanların maksimum həddi aşması; e)Tərəflərin müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərini yerinə yetirməməsi; -12.2.1. PDL öz mülahizəsinə əsasən məqsədəuyğun hesab etdiyi hallarda bu müqaviləni birtərəfli qaydada bildiriş verməklə ləğv edə bilər; - 12.3. Müqavilə ləğv olunarsa, İSSER 15 gün müddətində müqavilənin icrasını dayandırır. “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında bağlanmış 2021-ci il 24 noyabr tarixli 1421-221 saylı müqaviləyə edilmiş 1 saylı əlavəyə dair qiymət razılaşma Protokoluna (işl ərin həcmi və dəyəri) əsasən müqavilə üzrə göstəriləcək işlərin dəyəri (ƏDV xaric) – 3.300.000 manat müəyyən edilmişdir. 4. “İşlərin təhvil-təsliminə dair iki tərəfli təsdiq olunmuş aktlara əsasən: 2021-ci il 6 dekabr tarixli 001 saylı akta əsasən 2021-ci il 24 noyabr tarixli, 1421-221 saylı müqavilə tələblərinə müvafiq qaydada “podratçı-İSSER tərəfindən sifarişçi-PDL-ə ƏDV xaric 331.470 manat dəyərində, 2022-ci il 28 dekabr tarixli 002 saylı akta əsasən - 663.502,50 manat dəyərində, 2022-ci il 1 mart tarixli 003 saylı akta əsasən – 407.668 manat dəyərində, 2022-ci il 27 aprel tarixli 004 saylı akta əsasən – 456.885,50 manat dəyərində, 2022-ci il 5 may tarixli 005 saylı akta əsasən – 40.000 manat dəyərində işlər təhvil verilmişdir.
5. İSSER ilə PDL arasında 2022-ci il 18 fevral tarixində t ərtib edilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş akta əsasən PDL tərəfindən 10.000 ABŞ dolları məbləğində pulun İSSER-ə təqdim edilməsi və həmin məbləğin 2022-ci il 1 may tarixinə kimi geri qaytarılması razılaşdırılmışdır. 2022-ci il 24 mart tarixli vatsap yazışmasından görünür ki, PDL tərəfindən İSSER-in qanuni təmsilçisi X19 10.000 ABŞ dolları məbləğində pul verilmişdir. 6. 2022-cü il 3 dekabrdan 2023-il 24 aprel tarixinə kimi Eldar Məlikov və X21 arasında müqavilədənkənar işlərin görülməsi ilə bağlı email üzərindən yazışmalar aparılmış, lakin razılaşma əldə edilməsi həmin yazışmalardan müəyyən edilməmişdir. 7. 2022-ci il 11 avqust tarixli EBCB754403 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən PDL-ə 41.113,84 manat dəyərində mal satışı həyata keçirilmişdir. "xxxx" ASCn in 2022-ci il 18 avqust tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İSSER-ə 250.000 manat məbləğində, 2022-ci il 16 sentyabr tarixli ödəniş tapşırığına əsasən isə 100.000 manat məbləğində ödənişlər edilmişdir.
8. PDL tərəfindən İSSER-ə ünvanlanmış 2022-ci il 25 noyabr tarixli, L00418 saylı bildirişlə tərəflər arasında 2021-ci il 24 noyabr tarixində bağlanmış müqavilənin 12.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən müqaviləyə xitam verilməsi qeyd olunmuşdur.
9. Cavabdeh MMC ilə "xxxx" MMC arasında 2022-ci il 15 noyabr tarixli 22-PDL-X220 saylı xidmət müqaviləsi bağlanmış və müqaviləyə 1 saylı əlavəyə əsasən görüləcək işlərin dəyəri ƏDV daxil 42.636 manat müəyyən edilmişdir.
10. Cavabdeh MMC ilə “X7” MMC arasında 2022-ci il 13 dekabr tarixli 22-PDL-X-223 saylı xidmət müqaviləsi b ağlanmış və müqaviləyə 1 saylı əlavəyə əsasən görüləcək işlərin dəyəri ƏDV daxil 70.798,11 manat və 2 saylı əlavə əsasən isə 5.503,92 manat müəyyən edilmişdir.
11. Cavabdeh MMC ilə "xxxx" MMC arasında 2022-ci il 21 dekabr tarixli 22-PDL-X224 saylı xidmət müqaviləsi bağlanmış və müqaviləyə 1 saylı əlavəyə əsasə görüləcək işlərin dəyəri ƏDV daxil 150.100 manat müəyyən edilmişdir. 12. 2023-cü il 18 fevral tarixli hadisə hesabatına əsasən İSSER Group şirkətinə həvalə edilmiş AD-BB-2 basqılı boru kəmərinin PK 53+73 (İ Qazıməmməd-Qazax qaz kəməri ilə D1420 basqaılı boru kəmərinin kəsişməsi) hissəsində suvarma əməliyyatının aparılması zamanı qaynaq tikişlərinin açılması hadisəsinin baş verdiyi qeyd olunmuşdur.
13. PDL tərəfindən tərtib edilmiş AD-BB-2 basqılı boru kəmərinin İ QazıməmmədQazax qa z kəməri ilə kəsişməsində baş vermiş hadisə ilə bağlı 2023-cü il 22 fevral tarixli 02/23 nömrəli Akta əsasən 2023-cü il 18 fevral tarixində “İsser Group” şirkətinə həvalə edilmiş AD-BB-2 basqılı boru kəmərinin PK 53+73 (İ Qazıməmməd-Qazax qaz kəməri ilə D1420 basqılı boru kəmərinin kəsişməsi) hissəsində suvarma əməliyyatının aparılması zamanı qaynaq tikişlərinin təmirinə çəkilmiş xərcin məbləği 2.394 manat müəyyən edilmişdir.
14. İSSER tərəfindən PDL-in 2023-cü il 23 fevral tarixli məktubuna ünvanladığı 2023cü il 7 mart tarixli cavab məktubunda ayrı-ayrılıqda 10.000 ABŞ dolları olmaqla alınmış 20.000 ABŞ dollarının PDL-dən alındığı tərəflərindən qəbul edildiyi, lakin tərəflər arasında bağlanmış müqavilə üzrə PDL tərəfindən ödəmə öhdəliklərinin lazımınca yerinə yetirilməməsinin nəticəsi ola raq, həmin məbləğin PDL tərəfindən müəyyən etdiyi formada əldən ödəmə şəklində həyata keçirilməsi qərarlaşdırıldığı, bu məbləğin sahədə yemək və yanacaq kimi gündəlik ehtiyacların qarşılanması məqsədilə alındığı və məbləğin geri qaytarılması ilə bağlı hər hansı razılaşma olmadığı qeyd olunmuşdur.Həmçinin həmin məbləğ rəsmi ödənilmədiyi üçün aralarında olan rəsmi hesablaşma siyahısında göstərilmədiyi və həmin məbləğin alınması ilə bağlı məsələ tərəflər arasında öhdəliklər çərçivəsində qiymətləndirilmədi olduğu bildirilmişdir.
15. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış 2023-cü il 23 may tarixli 23PDL-X-05/23 saylı xidmət müqaviləsinin 1 saylı əlavəsinə əsasən müqavilə qiyməti 618.246,16 (ƏDV daxil) manat məbləğində müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məh kəməsindəki icraat 16. “İddiaçı” (bundan sonra – “İSSER”) 2023-cü il 23 fevral tarixində iddia və daha sonra dəqiqləşdirmə ərizələri ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC (bundan sonra – “PDL”) ilə İSSER arasında bağlanmış 2021-ci il 24 noyabr tarixli 1421-221 nömrəli müqavilə (bundan sonra – “müqavilə”) üzrə yaranmış 135.594,5 manat borc və bu məbləğə hesablanmış 24.407 manat ƏDV, əldən çıxmış faydaya görə 188.405,5 manat və bu məbləğə hesablanmış 33.912,99 ƏDV, əlavə görülən işlərin dəyəri olan 201.291,00 manat və bu məbləğə hesablanmış 36.232,38 manat ƏDV, ödəmələrdəki gecikmələrə görə dəbbə pulu olaraq 161.380 manat, müqavilə üzrə işlərin bitməsinin gecikdirilməsinə görə məruz qalınan zərər olaraq 512.277,91 manat, zəmanət məktubunun verilməsi ilə bağlı dəymiş zərər olaraq 6.471,2 3 manat olmaqla ümumilikdə 1.299.972,51 manat məbləğində pul vəsaitinin, 2.000 manat vəkil xərcinin və ödənilmiş 1.439 manat dövlət rüsumunun PDL-dən tutularaq İSSER-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, razılaşmaya görə İSSER tərəfindən görülməli olan işlərin ümumi dəyəri 3.300.000,00 manat məbləğində müəyyən edilmişdir. Müqavilə əsasında İSSER-in görmüş olduğu işlərin 2022-ci il 12 oktyabr tarixinə ümumi dəyəri 3.111.594,50 manat təşkil etməkdədir. Bu hal təhvil-təslim aktları ilə də öz təsdiqini tapır. Bununla belə PDL tərəfindən həmin işlərə görə ümumilikdə 2.976.000,00 manat İSSER-ə ödənilmişdir. Ödənilməmiş məbləğ cəmi 135.594,5 manat təşkil edir ki, bunun da 70.000 ma nat hissəsinə münasibətdə müvafiq e-qaimələrin vurulmasına baxmayaraq PDL tərəfindən hələ də ödəniş həyata keçirilməmişdir. Qalan 65.594,50 manat məbləğinə münasibətdə isə e-qaimə vurulmamışdır. Bunun səbəbi isə tərəflər arasında yaranmış işgüzar adətdən irəli gəlir. Belə ki, tərəflər arasında belə bir adət yaranmışdır ki, görülmüş işlər akt əsasında təhvil verildikdən sonra həmin akt PDL tərəfindən imzalanır və onlar ödəmə edəcəkləri zaman bunu İSSER-ə bildirir, sonra da İSSER qaimə kəsir. Hər bir halda akt tərtib edilib PDL-ə göndərildikdən sonra PDL-in ödəmə öhdəliyi yaranır. Qaimə vurulmayan 65.594,50 manat hissə ilə bağlı İSSER tərəfindən PDL-ə təhvil-təslim aktı verilmiş, dolayı ilə PDL-in ödəmə öhdəliyi yaranmış, lakin PDL ödəmə etmək istəməməsi səbəbindən e-qaimənin vurulması müm kün olmamışdır. Bundan başqa PDL tərəfindən İSSER-ə ünvanlanmış 2022-ci il 25 dekabr tarixli bildiriş ilə Müqaviləyə bu müqavilənin 12.1.2-ci maddəsinin a bəndinə (işlərin 5 gündən artıq dayandırılması əsası ilə) əsasən xitam verildiyi bildirilmişdir. Müqavilənin qeyd edilən əsasla ləğv edilməsi üçün heç bir səbəb olmamışdır. Əksinə, İSSER tərəfindən PDL-ə göndərilmiş maillərdə də PDL-in öhdəliklərini vaxtında və lazımınca icra etməməsi səbəbindən işlərin icrasında ləngimənin olduğu bildirilmiş, bununla belə işlərin ləngiməsinin səbəbləri (materiallarla təmin edilmə və s.) PDL tərəfindən aradan qaldırılmamışdır. Həmçinin İSSER-in haqlı tələblərinə rəğmən icrası tamamlanmış işlərin dəyəri də vaxtında və tam şəkildə ödənilməmişdir. Bu mənada PDL-in müqaviləyə təktərəfli xitam verməsi (müqavi lənin tələblərinə zidd olmaqla birlikdə) Mülki Məcəllənin 759.1-ci maddəsi ilə izah oluna bilər. PDL-in müqaviləyə təktərəfli qaydada xitam verməsi səbəbindən İSSER müqavilə üzrə işləri tamamlamaqla razılaşdırılmış ümumi muzdu əldə etmək imkanından məhrum edilmişdir. Bununla da İSSER-ə 188.405,50 manat (3.300.000 – 3.111.594,50) məbləğində zərər (əldən çıxmış fayda) vurulmuşdur. Bu baxımdan müqaviləyə təktərəfli qaydada xitam verməsi nəticəsində İSSER-ə vurulmuş həmin zərər də PDL tərəfindən İSSER-ə ödənilməlidir. Həmçinin müqavilə üzrə işlərin icrası zamanı bu müqavilədə nəzərdə tutulmayan əlavə işlərin İSSER tərəfindən görülməsi zərurəti də yaranmışdı. Müvafiq maillər ilə bu barədə PDL-ə məlumat verilmiş və həmin işlərin ayrıca muzd müqabilində yerinə yetirilməsi barədə razılıq əldə edil mişdir. Görülmüş əlavə işlərə görə ayrıca muzdun məbləği 201.291,00 manat təşkil etsə də, həmin məbləğ də İSSER-ə ödənilməmişdir. İndiki halda İSSER müvafiq maillər ilə PDL-ə əlavə işlər və onlara görə ödənilməli olan barədə əvvəlcədən məlumat vermiş və qarşı tərəfin razılığı ilə əlavə işləri icra etmişdir. Müqavilənin 2-ci maddəsində əks olunan mərhələlər üzrə ödəmələrdəki gecikmələr səbəbindən PDL-in İSSER-ə ümumilikdə 161.380 manat məbləğdə cərimə borcu da yaranmışdır. Digər tərəfdən müqavilənin 6.1 və 6.10-cu bəndlərindən aydın olur ki, müqavilədə nəzərdə tutulan öhdəliklərin icrası 2021-ci il 1 mart tarixinədək aparılmalı və müqavilə üzrə işlər İSSER tərəfindən həmin tarixdə təhvil verilməlidir. Lakin PDL-in müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsi səbəbind ən İSSER tərəfindən işlərin müqavilədə göstərilən tarixdə bitirilmə və təhvil verilməsi mümkün olmamışdır. Buna baxmayaraq İSSER hər bir halda müqavilə üzrə götürdüyü öhdəliklərə sadiq qalaraq işləri bitirib təhvil vermə əzmində olmuşdur. Odur ki, İSSER müqavilə bağlayarkən planladığı xərclərdən daha çoxuna məruz qalmışdır. Belə ki, işlərin müqavilədə əks olunan bitmə tarixindən PDL-in müqaviləyə təktərəfli xitam verdiyi 2022-ci il 25 dekabr tarixinə qədər işlərin görülməsini təmin etmək üçün İSSER müxtəlif növ texnikalara, xidmətlərə və işçilərə görə əlavə ödənişlər etmiş və dolayısı ilə zərərə məruz qalmışdır. Bu dövrdə İSSER-in məruz qaldığı ümumi zərərin məbləği 512.277,91 manat olmuşdur. Bunlarla yanaşı müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan zəmanət məktubunun verilməsi ilə bağ lı da İSSER-ə zərər dəymişdir. Lakin İSSER bu öhdəliyini yerinə yetirsə də, PDL qeyd olunan avans məbləğini İSSER-ə ödəməmişdir. İSSER zəmanət məktubunun müvafiq bankdan alınması üçün müəyyən xərclər çəkmiş və blok edilmiş məbləğdən (əgər blok edilməsə idi) əldə ediləcək gəlirdən (illik ortalama 6%-lik depozit gəlirindən) məhrum qalmışdır. Bununla da İSSER-ə 6.471,23 manat məbləğində zərər dəymişdir.
18. PDL qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun olmaqla ilkin iddiaya qarşı etiraz ərizəsini məhkəməyə təqdim etmişdir.
19. PDL qarşılıqlı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək müqaviləyə əsasən İSSER-in Azərbaycan Respublikasındakı Filialından, 1.110.474 manat miqdarında “İSSER” tərəfindən PDL-dən görülmüş işlərin dəyərindən artıq olar aq alınmış pul vəsaitinin, 618.280 manat məbləğində ödənilmiş ƏDV-nin qaytarılması, layihənin vaxtında tamamlanmadığı və işlərin yekunlaşdırılmadığı üçün PDL-in işgüzar nüfuzuna dəymiş ziyanın əvəzi olaraq və müqavilənin vaxtında tamamlanmadığı üçün PDL-ə dəymiş maddi ziyanın əvəzi kimi 1.125.210 manat məbləğinin, 490.262 manat miqdarında dəbbə pulunun, 1.110.474 manat məbləği üçün hesablanmış 69.404 manat məbləğində əldən çıxmış faydanın, 2.394 manat miqdarında İSSER tərəfindən qüsurlu təhvil verilmiş işlərin təmir bərpası üçün çəkilən xərcin, İSSER tərəfindən təhvil verilmiş qüsurlu iş (qaynaq tikişlərinin açılması) üçün 1.000 manat məbləğində cərimənin, 2.000 manat məbləğində mütəxəssis rəyinin alınması üçün çəkilmiş xərcin, 300 manat məbləğində vəkil xərcinin, ümumilikdə 3.419.324 mana t pul vəsaitinin və 2.500 manat məbləğində dövlət rüsumunun tutularaq PDL-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Qarşılıq iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İSSER PDL ilə razılaşmadan işləri dayandırmış, heç bir əsaslı səbəb olmadan sahəyə çıxmaqdan imtina etmiş və müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməkdən yayınmış, müqavilənin 6.1, 6.2, 6.5, 6.10-cu maddələrini pozmuşdur. 2022-ci il 14 oktyabr tarixində İSSER-in nümayəndəsi tərəfindən PDL-ə mail vasitəsi ilə bildirilmişdir ki, 14 oktyabr saat 15:00-dan etibarən direktor X18 təlimatı ilə sahədə demobilizasyon başladılmışdır. Odur ki, İSSER-in müqavilə üzrə öhdəliklərini pozaraq 21 gündən artıq (tərəflər arasında olan elektron yazışmalarla sübut olunur) olmaqla işləri dayandırması səbəbindən PDL tərəf indən İSSER-ə 2022-ci il 25 noyabr tarixində müqaviləyə xitam verilməsi barədə bildiriş ünvanlanmışdır. İSSER tərəfindən görülən işlər müqaviləyə uyğun olaraq 2022-ci il 1 mart tarixinədək təhvil-təslim aktı əsasında təhvil verilməli idi. Lakin İSSER tərəfindən işlər vaxtında təhvil verilməmiş, işlərin vaxtında görülməsi tələb edilsə də, İSSER şirkəti ilkin olaraq işə başlamaq üçün pulunun olmadığını əsas gətirmiş və işlərin başlanması üçün ümumilikdə PDL şirkətindən 994.972 manat pul almış, sonradan hava şəraitinin ağır olmasını, mart ayında qeyri-iş günlərinin sayının çox olmasını, müxtəlif materialların onlara vaxtında təhvil verilməməsini və s. bəhanələr gətirərək üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınmışdır. PDL tərəfindən İSSER icrası tapşırılmış layihə xüsusi dövlət əhəm iyyətli layihə olduğu üçün PDL layihənin tez tamamlanması üçün müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və təhvil-təslim aktları olmadan ümumilikdə 2.976.000 manat pulu İSSERE ödəmiş, İSSER isə həmin pulun müqabilində görülməli olan işləri görməmiş və işlərin müəyyən hissəsini PDL şirkətinə təhvil versə də, müqavilə üzrə öz öhdəliklərini tamamlamaqdan imtina etmiş və əsassız olaraq iş icra olunan sahədən işçilərini və texnikasını da götürərək getmişdir. Nəticədə PDL dövlət əhəmiyyətli layihə üzrə üzərinə düşən öhdəliklərin icrası məqsədi ilə həmin layihəni tamamlanmaq üçün müxtəlif şirkətlərlə yenidən müqavilə bağlamış və hal-hazırda da İSSER şirkəti pulunu almış olsa da, lakin icra etmədiyi işlərin vaxtında təhvil verilməsi üçün PDL müvafiq işləri görür. Bundan başqa PDL tə rəfindən müqaviləyə uyğun olaraq avans ödənilməli olan 30% (990.000 AZN-ƏDV xaric) məbləğin 10%-i(330.000 AZN- ƏDV xaric) 2021-ci ilin 2 dekabr tarixində ödənilib. 30 % avansın qalan hissəsi isə bank qarantiyası təqdim olunduqdan sonra ödənilməli idi. Tərəflər arasında danışığa əsasən ilk 10 faizin ödəniş tarixindən növbəti 2-3 gün ərzində İSSER tərəfindən 30% avans üçün bank qarantiyası təqdim olunmalı idi. Lakin İSSER tərəfindən bank qarantiyası 2021-ci ilin dekabr ayının 22-də təqdim edilmişdir. Halbuki müqavilənin 2.2.3-cü maddəsinə əsasən 2021-ci il 15 dekabr tarixində İSSER tərəfindən artıq İİİ mərhələ üzrə xidmətlərin müəyyən hissəsi müqavilə şərtlərinə uyğun başa çatdırılıb təhvil verilməli idi. Bununla bərabər müqaviləyə əsasən X9 ilə bağlı zəmanət məktubu müqavilə qiymətinin 30%- i məbləğində, 990.000 manat məbləğində olmalı idi. Lakin 2021-ci ilin dekabr ayının 22-də təqdim edilən əvvəlcədən ödənişin (avans) geri qaytarılması qarantiyası 660.000 manat məbləğində olmuş və İSSER tərəfindən müqavilənin 2.2.2-ci maddəsinin tələbləri kobudcasına pozulmuşdur. PDL müqavilənin 2.2.2-ci maddəsinə əsasən X9 ilə bağlı zəmanət məktubu müqavilə qiymətinin 30%-i məbləğində olmadığı üçün həmin ödənilməli olan məbləği ödəməyə bilərdi. Lakin İSSER- in görməli olduğu işlər xüsusi dövlət əhəmiyyətli iş olduğu üçün PDL həmin işlərin görülməsini ləngiməsini məqsədəmüvafiq hesab etməmiş və həmin müqavilə üzrə İSSERə heç bir iş görmədiyi halda 990.000 manat pul ödəmişdir. Lakin İSSER PDL-in müqavilə üzrə göstərdiyi dözümlülüklərə baxmayaraq müxtəlif süni bəhanələrlə öz üzərinə düşən ö hdəlikləri yerinə yetirməkdən yayınmışdır. İSSER bank qarantiyasını gecikdirdiyinə görə yəni üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə müqavilə üzrə digər işlər də gecikmişdir (2021-ci il 24 dekabr tarixli mail vasitəsilə İSSER-ə bu barədə məlumat verilmişdir). Buna baxmayaraq PDL müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmiş, 30% avansın qalan hissəsi (660.000 AZN) 2021-ci il 28 dekabr tarixində İSSER-ə ödənilmişdir. Müqavilənin 2.3-cü maddəsinə uyğun olaraq ümumilikdə 2.976.000 manat məbləğ İSSERə ödənilmişdir (ƏDV daxil 3.594.280 manat). Lakin müqaviləyə xitam verildikdən sonra araşdırma aparılmış və İSSER tərəfindən görülmüş işlərə baxış keçirilərək görülən işlərin həcmi və miqdarı 2022-ci il 22 noyabr tarixli №04/22 nömrəli akt ilə müəyyən edilmişdir. Bu akta əsas ən İSSER tərəfindən görülən işlərin dəyəri 2.149.990,03 manat təşkil edir. İSSER ona edilən etibardan sui-istifadə etmiş, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyi halda 826.010 manat miqdarında məbləği artıq almışdır. İSSER tərəfindən xidmətlərin müqavilə tələblərinə müvafiq qaydada başa çatdırıldığını təsdiqləmək məqsədilə PDL-ə təqdim edilən təhvil- təslim aktlarına əsasən təhvil verilən işlərin dəyəri 1.899.525 manat təşkil edir. Belə ki, İSSER şirkəti PDL-in etibarından sui-istifadə edərək ümumilikdə cəmi 2.149.990,03 manatlıq iş gördüyü halda PDL-dən cəmi 2.976.000 manat pul vəsaiti almış, 826.010 manat məbləğində pulu ələ keçirərək heç bir hüquqi əsas olmadan varlanmış, eyni zamanda həmin pulu geri qaytarmaq istəməmiş və mülki hüquqi məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə PDL MMC-yə qarşı heç bir hüquqi əsası olmayan iddia qaldırmışdır. Belə ki, İSSER-in PDL-dən aldığı 826.000 manat həyata keçirilməmiş əsasa söykənmişdir. İSSER-in öhdəliklərini tam yerinə yetirməməsi səbəbilə layihə tamamlanmamışdır. Bununla da, PDL 2021-ci il 8 oktyabr tarixli AD-114/21 nömrəli müqavilə üzrə və bu müqaviləyə müvafiq olaraq tikinti işlərinin yerinə yetirilməsi ilə əlaqədar bağlanılmış 2022-ci il 15 mart tarixli 6 nömrəli və 2021-ci il 13 oktyabr tarixli 2662.1 nömrəli podrat müqavilələri üzrə də öz öhdəliklərin yerinə yetirə bilməmiş və zərərə uğramışdır. PDL tərəfindən 2022-ci il 29 noyabr tarixində tərtib edilmiş №06/22 saylı akta əsasən İSSER tərəfindən tamamlanmamış, hal-hazırda layihənin tamamlanması üçün PDL tərəfindən görülməli olan işlərin dəyəri 1.125.210,04 manat məbləğindədir. Halhazırda işlərin tamamlanması üçün tərəflərindən müvafiq prosedurlar başladılmışdır. Layihənin tamamlanması üçün yerinə yetirilməli olan İSSER tərəfindən görülməmiş işlərin bir qismi tərəflərindən görülmüş və digər hissə də görülməkdədir. Layihənin tamamlanması məqsədilə PDL tərəfindən bu günə qədər müvafiq icraçılarla müqavilələr bağlanılmışdır (bax §9-11). Qeyd edilən müqavilələrə müvafiq olaraq PDL tərəfindən 2022-ci il 15 dekabr tarixindən 2023-cü il 25 yanvar tarixinədək olan ödəniş tapşırıqları əsasında 233.735 manat miqdarında yuxarıda adı çəkilən şirkətlərə ödəniş həyata keçirilmişdir. Bundan başqa həmin layihənin tamalanması üçün PDL tərəfindən 233.735 manat xərc çəkilməsinə baxmayaraq bundan sonra layihənin tamalanmasına 891.475 manat pul vəsaitinə ehtiyac vardı r. (1125.210- 233.735=891475). Belə ki, müqavilənin 7.11 və 7.12-ci bəndlərinə müvafiq olaraq İSSER-in işləri dayandırması (müqaviləyə uyğun olaraq hərəkətsizliyi) nəticəsində PDL-ə dəyən zərər (layihənin tamamlanması üçün tələb olunan 1.125.210.04 manat pul vəsaiti) İSSER tərəfindən qarşılanmalıdır. Bu İSSER-in müqavilə üzrə götürdüyü öhdəliklərindən irəli gəlir. Həmçinin İSSER-ə həvalə edilmiş AD-BB- 2 basqılı boru kəmərinin PK 53+73 (İ Qazıməmməd-Qazax qaz kəməri ilə DN1420 basqılı boru kəmərinin kəsişməsi) hissəsində suvarma əməliyyatının aparılması zamanı qaynaq tikişlərinin açılması hadisəsi baş vermişdir. Qüsur 2023-cü il 18 fevral tarixində müəyyən edilmiş və hesabat tərtib edilmişdir. Hadisənin kök səbəbləri isə aşağıdakılardır: iş üzərində mühəndis nəzarətinin olmaması və qaynaq əməliyyatının düzgün aparılmaması. Bu hadisə ilə bağlı 2023-cü il 22 fevral tarixli №02/23 nömrəli akt tərtib edilərək təmirbərpa işləri aparılmış və müvafiq olaraq dəyəri müəyyənləşdirilmişdir. Bu akta əsasən adı çəkilən boru kəmərinin zədələnmiş hissənin müvəqqəti təmir bərpa işlərinə ümumilikdə 2.394 manat pul vəsaiti xərclənmişdir. Müqavilənin 7.9-cu maddəsinə əsasən İSSER tərəfindən bu Müqavilənin müddəaları əhəmiyyətli dərəcədə pozulduqda İSSER PDL-in məruz qaldığı birbaşa xərcləri ödəyir. Əlavə olaraq müqavilənin qüvvədə olduğu müddət ərzində, İSSER tərəfindən PDL-ə bildirilmişdir ki, müqavilə üzrə yerinə yetirilməli işlər ilə əlaqədar olaraq müəyyən məbləğdə pula ehtiyac vardır və müvafiq məbləğ PDL tərəfindən təmin ediləcəyi təqdirdə ona geri qaytarılacaqdır. Bu səbəbdən PDL tər əfindən 2022-ci il 18 fevral tarixli akt ilə 10.000 ABŞ dolları məbləğində pul İSSER-ə verilmişdir. Daha sonra X22 tərəfindən əlavə olaraq 10.000 ABŞ dolları məbləğində pula ehtiyac olduğu bildirilmiş və PDL tərəfindən 2022-ci il 24 mart tarixində X18 şəxsində İSSER-ə yenidən 10.000 ABŞ dolları məbləğində pul ödənilmişdir (bu tərəflər arasında olan vatsap yazışmaları ilə də təsdiq edilir). Yəni ümumilikdə 20.000 ABŞ dollarıməbləğində pul PDL tərəfindən İSSER-ə ödənilmişdir. Lakin İSSER tərəfindən öz üzərinə götürdüyü öhdəliklər pozularaq müvafiq məbləğ 2022-ci il 1 may tarixinədək geri ödənilməmişdir. PDL tərəfindən göndərilmiş pretenziya qaydasında xəbərdarlığa İSSER tərəfindən verilmiş 2023-cü il 6 mart tarixli cavab məktubunda da 20.000 ABŞ dolları məbləğində pulu PDL-in İSSER-ə ödəməsi İSSER tərəfindən qəbul olunaraq təsdiq edilmişdir. Odur ki, 20.000 ABŞ dollarının ekvivalenti olan 34.000 manat məbləğində əsas borc və müvafiq məbləğ üçün 2022-ci il 18 fevral tarixindən 2023-cü il 1 mart tarixinədək hesablanmaqla 2.970 manat məbləğində əldən çıxmış fayda İSSER tərəfindən PDL-ə ödənilməlidir. Mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-yə müraciət edilərək tikinti texniki sahədə qiymətləndirici mütəxəssis qarşısında suallar qoyulmuşdur. Müqavilənin 2.2-ci maddəsinə nəzərdə tutulmuş hər mərhələdə təhvil verilməli olan işlər üzrə müqavilənin 7.6 və 7.8-ci maddələrinə əsasən gecikən günlər üçün PDL-ə İSSER tərəfindən ödənilməli olan hesablanılmış dəbbə pulunun miqdarı ümumilikdə 490.262 manat məbləğindədir. Belə ki, müqavilənin 7.6 və 7.8-ci maddələrinə əsasən gecikən günlə r üçün PDL-ə İSSER tərəfindən 490.262 manat məbləğində dəbbə pulu ödənilməlidir. İSSER tərəfindən görülən işlərin dəyəri 2.149.990,03 manat təşkil edir. Qeyd edilən ödəniş tapşırıqlarına və elektron qaimələrə əsasən İSSER-ə ümumilikdə 2.976.000 manat məbləğ ödənilmişdir. Yəni artıq ödənilən 826.010 manat miqdarında məbləğ üçün ödəniş tapşırığı ilə ödənildiyi vaxtdan 2023-cü il 1 mart tarixinədək əldən çıxmış fayda hesablanılmalıdır. Mülki Məcəllənin 439-cü maddəsinə müvafiq olaraq 826.010 manat miqdarında məbləğ üçün ödəniş tapşırığı ilə ödənildiyi vaxtdan 2023-cü il 1 mart tarixinədək hesablanılmış əldən çıxmış fayda 38.364 manat məbləğindədir. Həmçinin PDL tərəfindən İSSER-ə borc verilən və geri qaytarılmalı olan 20.000 ABŞ dollarının ekvivalenti olan 34.000 manat məbləğ üçün borcun veri ldiyi 2022-ci il 18 fevral tarixindən 2023-cü il 1 mart tarixinədək hesablanmaqla əldən çıxmış fayda məbləği 2.970 manat təşkil edir Odur ki, 2021-ci il 24 noyabr tarixli 1421-221 nömrəli müqavilə üzrə İSSER tərəfindən öz üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilməmiş, yəni 2022-ci il 1 mart tarixinədək işlər yekunlaşdırılaraq PDL-ə təhvil verilməmişdir.
21. İSSER PDL-in iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, müqaviləyə əsasən 1.987.614 manat məbləğində əsas borcun tutulması tələbi PDL tərəfindən həmin məbləğin nədən yarandığı, hansı məbləğlərin cəmi olduğu aydın şəkildə göstərilməmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsində ümumi şəkildə İSSER-in müəyyən öhdəliklərini pozduğu bildirilsə də, pozulduğu iddia edilən həmin öhdəliklərin icra edilməməsi səbəbindən qar şılıqlı iddiaçının (PDL-in) hansı zərərlərə məruz qaldığı konkret şəkildə göstərilməmişdir. PDL 826.010 manata aid hissədə iddiasının sübutu kimi xx.xx.2022-ci il 22 noyabr tarixli 03/2022 nömrəli və xx.xx.2022-ci il 22 noyabr tarixli 04/2022 nömrəli aktlar təqdim etmiş, hüquqi mövqeyini isə, Mülki Məcəllənin 439.4-cü, 1091.2-ci və 759.2-ci maddələri ilə əsaslandırmışdır. İlk növbədə qeyd edilməlidir ki, həmin tələbin əsası kimi mülki qanunvericiliyin əsassız varlanmaya dair müddəalarına istinad edilməsi yanlışdır. Ən azından ona görə ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu hazırkı işin mübahisəsiz halıdır. Digər tərəfdən PDL bu hissədə Mülki Məcəllənin 759.2-ci maddəsinə də istinad edir. Həmin maddənin isə əsassız varlanmaya aid digər madd ələrlə birlikdə tətbiqi mümkün deyildir. Çünki eyni tələbin həm əsassız varlanmaya, həm də podrat müqaviləsinə əsaslanması qeyri- mümkündür. Bundan başqa, tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 759.2-ci maddəsinin tətbiqi də mümkün deyildir. Çünki ilk iddia ərizəsinin məzmunundan və iş materiallarından göründüyü kimi tərəflər arasındakı müqavilənin İSSER-in təqsirindən dolayı ləğv edilməsi üçün heç bir səbəb olmamışdır. Əksinə, İSSER tərəfindən PDL-ə göndərilmiş maillərdə də PDL-in öhdəliklərini vaxtında və lazımınca icra etməməsi səbəbindən işlərin icrasında ləngimənin olduğu bildirilmiş, bununla belə işlərin ləngiməsinin səbəbləri (materiallarla təmin edilmə və s.) PDL tərəfindən aradan qaldırılmamışdır. Həmçinin İSSER-in haqlı tələblərinə rəğmən, icrası tamamlanmış işlərin dəyəri də vaxtında və tam şəkildə ödənilməmişdir. Xüsusilə diqqət edilməlidir ki, PDL tərəfindən 2022-ci ilin noyabr ayında sahədə suvarma işlərinin aparılacağı barədə İSSERə məlumat verilmiş və göstərilən səbəbdən 2022-ci il 1 dekabr tarixinədək işlərin dayandırılması tapşırılmışdır. Bununla belə PDL işlərin dayandırılması təlimatını verdiyi həmin müddətdə (xx.xx.2022-ci il 25 noyabr tarixində) İSSER-ə göndərdiyi bildirişlər işlərin dayandırılması halına əsaslanaraq tərəflər arasındakı müqaviləyə xitam verdiyini bildirmişdir. Göstərilənlərə əsasən PDL-in müqaviləyə təktərəfli xitam verməsi (müqavilənin tələblərinə zidd olmaqla birlikdə) Mülki Məcəllənin 759.1-ci maddəsi ilə izah oluna bilər. Qarşılıqlı iddiaçının sübut kimi istinad etdiyi aktlara gəldikdə isə, həmin sənədlərin mötəbər sü but kimi qəbul edilməsi mümkün deyildir. Əvvəlcə, həmin aktlar birtərəfli qaydada tərtib olunmuş, bu zaman İSSER tərəfdən heç kimin iştirakı təmin edilməmişdir. Digər tərəfdən müqaviləyə Əlavə 1-dən (X2) görünür ki, tərəflər Boru xətti AD-BB-1, Boru xətti ADBB-2, Nasos 1 və Nasos 2 iş sahələrində və məhz həmin sahələr ilə əlaqədar işlərin (servis yolu, tunel keçidləri və s.) görülməsini və məbləğini ümumi şəkildə razılaşdırmışlar. Əlavə 1-dən görünür ki, həmin sahələr üzrə görülməli işlər və onların dəyəri təfsilatlı şəkildə göstərilməmiş, hər iş sahəsi üzrə ümumi qiymət razılaşdırılmışdır. Bu mənada, sözügedən aktlarda təfsilatlı şəkildə əks olunan işlərin hansı meyarlarla qiymətləndirilməsi anlaşılan deyildir. Məsələn: 04/2022 nömrəli aktda AD-BB-1 basqılı boru kəmərinin tikintisi zamanı 10470 m3 qazma işlərinin görüldüyü göstərilmiş və həmin işin hər m3 -u 1,5 manatdan hesablanmaqla belə nəticəyə gəlinmişdir ki, İSSER tərəfindən 15.705 manat dəyərində qazma işi görülmüşdür. Halbuki müqavilənin 1 saylı Əlavəsində AD-BB-1 basqılı boru kəmərinin tikintisi vahid iş kimi göstərilmiş və dəyəri də (220.500 + 519.680) ümumi şəkildə şərtləşdirilmişdir. Beləliklə, həmin işin görülməsi zamanı İSSER tərəfindən 10470 m3-dən daha çox və ya daha az qazma işləri görülmüş ola bilər və ya İSSER bu işləri 1,5 manatdan daha az və ya çox qiymətə gördürmüş ola bilərdi. Bunun PDL-ə heç bir aidiyyəti yoxdur. PDL üçün əhəmiyyəti olan həmin xəttin razılaşdırılmış ümumi qiymət daxilində görülməsi idi. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdir ilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Ümumiyyətlə, PDL-in qeyd edilən hissədə əsaslandığı hallar, nəinki həqiqətə uyğundur, adi məntiqə və peşəkar tərəflər arasında mövcud olan podrat münasibətlərində təşəkkül tapmış qaydalara da uyğun gəlmir. Belə ki, PDL müxtəlif əməkdaşları vasitəsilə müvafiq sahələrdə işlərin gedişatına daim nəzarət etmişdir. Belə olan halda, İSSER-in görmədiyi işlərə görə PDLdən nə az, nə çox düz 826.010 m anat məbləğində ödəniş almış olması sual doğurur. Həmçinin PDL-in işləri yerində müşahidə edib qiymətləndirmədən İSSER-ə ödəniş etməsi də sual yaradan məqamlardandır. Axı normal halda, PDL İSSER-ə bildirməli idi ki, siz filan işləri tamamlamadığınız təqdirdə, bu ödənişi nəyə əsasən tələb edirsiniz? Xüsusilə nəzərə almaq lazımdır ki, tərəflər arasındakı müqavilədə ödənişlərin müvafiq mərhələlər üzrə işlərin tamamlanması şərti ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 1.125.210 manata aid hissədə də qarşılıqlı iddia əsaslı deyildir. Əksinə tərəflər arasındakı müqaviləyə əsasən İSSER tərəfindən görülməli olan işlərin ümumi dəyəri 3.300.000,00 manat məbləğində razılaşdırılmış (ƏDV-siz), İSSER-in görmüş olduğu işlərin 2022-ci il 12 oktyabr tarixinə ümumi dəyəri 3.111.594,50 manat təşkil etm işdir. Bununla belə PDL tərəfindən həmin işlərə görə ümumilikdə 2.976.000,00 manat İSSER-ə ödənilmişdir. PDL tərəfindən ödənilməmiş məbləğ cəmi 135.594,5 manat təşkil edir. Nəzərə almaq lazımdır ki, PDL müxtəlif əməkdaşları vasitəsilə iş sahələrində işlərin gedişatına daim nəzarət etmiş, o cümlədən tərəflər arasındakı müqavilədə ödənişlərin müvafiq mərhələlər üzrə işlərin tamamlanması şərti ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda PDL-in görülmüş işlərə görə İSSER-ə 2.976.000 manat məbləğində ödəniş etdiyi, habelə İSSERin 70.000 manat e-qaimə vurmasına baxmayaraq PDL-in günü bugünədək hər hansı formada etiraz bildirmədiyi həmin e-qaiməyə aid ödənişi hələ də həyata keçirmədiyi işin mübahisəsiz halıdır. Bundan başqa iş materiallarından, xüsusilə tərəflər arasında mail vasitəs ilə aparılmış yazışmalarda PDL-in hansısa işlərin görülməməsi və ya yubadılması barədə xəbərdar etdiyi də müəyyən olunmur (əksinə bu cür xəbərdarlıqları məhz İSSER PDL-ə etmişdir). Bu mənada PDL-in İSSER-in müqavilə üzrə 1.125.210 manat dəyərində işləri görməyib yarımçıq qoyduğuna dair dəlillərini işin həqiqi hallarına uyğun hesab etmək mümkünsüzdür. Onu da nəzərə almaq lazımdır ki, PDL həmin hissədə özünün qarşılıqlı iddiasını belə əsaslandırmışdır ki, İSSER-in işləri yarımcıq qoyması səbəbindən konsorsium müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməmişdir. Həmin müqavilə üzrə layihənin tamamlanması üçün PDL tərəfindən görülməli olan işlərin dəyəri 1.125.210,04 manat məbləğindədir. Qeyd edilməlidir ki, konsorsium müqaviləsində nəzərdə tutulan Layihə üzrə işlərin həcmi daha genişdir. PDL öz öhdəsinə götürdüyü həmin işlərin hamısını deyil, sadəcə bir hissəsini İSSER-ə həvalə etmişdir. Həmin işlər müqavilənin 1 saylı Əlavəsində göstərilmişdir. Bu baxımdan hətta qeyd edilən iddianın əsaslı olduğunu fərziyyə olaraq qəbul edilsə belə, həmin layihənin tamamlanması üçün tələb olunan 1.125.210 manat vəsaitin hamısının İSSER-ə aid edilməsi düzgün hesab oluna bilməzdi. Digər tərəfdən yuxarıda göstərildiyi kimi müqavilənin dəyəri 3.300.000,00 manat məbləğində olmuş (ƏDV-siz), İSSER-in görmüş olduğu işlərin ümumi dəyəri isə 3.111.594,50 manat təşkil etmişdir. Aradakı 188.405,50 manat fərqə gəldikdə isə, işin hallarından da göründüyü kimi həmin məbləğdə zərər PDL-in iddiasının tam tərsinə PDL tərəfindən İSSER-ə vurulmuşdur. Çünki müqavilənin PDL-in iddia etdiyi kimi İSSER-in təqsir indən dolayı xitam olunduğu müəyyən edilmir. Əksinə işlərin yubanmasının səbəbkarı PDL-in özü olmuşdur. Məsələn: müqavilənin 5.4, 5.5 və 5.8- ci bəndlərinə əsasən Xətt borularının təmini, Boruların marşruta endirilməsi və sıralanması, Servis yolu üçün zəruri olan materialın təmini PDL-in başlıca öhdəliklərindən olsa da, iş başladığı tarixdən etibarən müxtəlif aralıqlarla cəmi 184 gün iş sahəsinə boruların gətirilməsini təmin etməmiş, bu səbəbdən İSSER işləri görə bilməmiş və həmin müddətdə boş dayanmağa (gözləməyə) məcbur olmuşdur. Bunu İSSER tərəfindən təqdim edilən cədvədlər və çoxsaylı maillər də təsdiq edir. Maillərdən görünür ki, İSSER hər günün sonunda PDL-ə mail üzərindən işlərə dair raport vermişdir. Həmin raportların bir çoxundan aydın olur ki, İSSER zəruri materialların PDL tərəf indən təmin olunmaması səbəbindən müvafiq gün iş görə bilməmişdir. Beləliklə, müqavilənin dəyəri ilə İSSER-in görmüş olduğu işlər arasındakı fərq 188.405,50 manat təşkil edir ki, həmin məbləğ də İSSER-in PDL-ə vurduğu zərər kimi deyil, tam tərsinə qəbul edilə bilər. Belə ki, ilk iddia ərizəsində də göstərildiyi kimi həmin məbləğin PDL-dən tutularaq İSSER-ə ödənilməsi təmin olunmalıdır. Bu hissə ilə bağlı PDL-in sübut kimi istinad etdiyi 2022-ci il 29 noyabr tarixli 06/2022 nömrəli akta gəldikdə isə, həmin akt da mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, 2022-ci il 22 noyabr tarixli iki akta dair yuxarıdakı əsaslandırma bu hissə üçün də keçərlidir. AD-BB-2 basqılı boru kəmərinin İ Qazıməmməd-Qazax qaz kəməri ilə kəsişməsi hissəsində suvarma əməliyyatının aparılması zamanı qaynaq tikiş lərinin açılması səbəbindən PDL məruz qaldığı 2.394 manat zərərə gəldikdə isə, qarşılıqlı iddianın həmin hissəsi podrat nəticəsinin qüsurlu olması ilə əlaqədardır. PDL həmin hissədə iddiasının sübut kimi 2023cü il 22 fevral tarixli 02/23 saylı akta istinad edir. Həmin akt PDL tərəfindən iddia edilən hadisədən 4 gün sonra tərtib edilmişdir. Belə ki, aktda hadisənin 2023-cü il 18 fevral tarixində baş verdiyi göstərilmişdir. Digər tərəfdən, PDL tərəfindən 2022-ci ilin noyabr ayında sahədə suvarma işlərinin aparılacağı barədə İSSER-ə məlumat verilmiş və göstərilən səbəbdən 2022-ci il 1 dekabr tarixinədək işlərin dayandırılması tapşırılmışdır. Beləliklə, həmin müddətdə "xxxx" MMC tərəfindən suvarma həyata keçirilmiş, bu zaman borularda hər hansı qüsurun olduğu müəyyən olunmamışdır. Bundan baş qa hadisə barədə İSSER-ə məlumat verilməmiş, qüsurun aradan qaldırılması da tələb olunmamışdır. Mülki Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin məcəllənin 764.1-ci maddəsindən isə aydın olur ki, sifarişçinin qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini podratçıdan tələb etməsi şərtə bağlanmışdır. Bunun üçün podratçı ya icradan imtina etmiş olmalıdır, ya da əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtarmış olmalıdır. Göstərilənlər sözügedən hissədə də qarşılıqlı iddianın əsassız olduğunu təsdiq edir. Borc kimi verilmiş 34.000 manata gəldikdə isə, həmin tələbə münasibətdə PDL-ə cavab məktubu göndərilmişdir. Əlavə olaraq onu qeyd etmişdir ki, əgər həmin tələb borc müqaviləsinə əsaslanırsa, hazırkı işlə əlaqədar deyildir. Bununla belə, işin halları ilə birmənalı şəkildə təsbit olunur ki, görülmüş işlərə görə PDL-in İSSER-ə muzd ödəmək öhdəliyi yaranmışdır, həmin məbləğ PDL-dən İSSER-in xeyrinə tutulmalıdır. Bu zaman 34.000 manat borcun əvəzləşdirilib-əvəzləşdirilməməsi məhkəmənin mülahizəsindədir. Müqaviləyə əsasən 1.000 manat cərimənin tutulması tələbi ilə bağlı qeyd olunmalıdır ki, bu hissədə qarşılıqlı iddia, ümumiyyətlə, əsaslandırılmamışdır. Buna görə də bu tələbin əsassızlığına dair geniş əsaslandırma aparılmasına zərurət yoxdur. Müqaviləyə əsasən 490.262 manat dəbbə pulunun tutulması tələbi ilə bağlı bildirmişdir ki, bu iddia tamamilə əsassızdır. İSSER-in görməli olduğu işləri yubatmasından q əti söhbət gedə bilməz. Belə ki, tərəflər arasında müqavilə 2021-ci il 24 noyabr tarixində bağlanmış, 2021-ci il 4 dekabr tarixində İSSER tərəfindən mobilizasiya başlanılaraq işlərin icrasına start verilmişdir. İşlərin icrasında baş verən yubanmaların səbəbkarı isə, İSSER deyil, PDL olmuşdur. Belə ki, müqavilənin 5.4, 5.5 və 5.8-ci bəndlərinə əsasən Xətt borularının təmini, Boruların marşruta endirilməsi və sıralanması, Servis yolu üçün zəruri olan materialın təmini PDL-in başlıca öhdəliklərindən olsa da, PDL həmin öhdəliklərini pozmuş, iş başladığı tarixdən etibarən müxtəlif aralıqlarla zəruri materialların (boruları, qumu və s.) gətirilməsini təmin etməmiş, bu səbəbdən İSSER həmin müddətlərdə işləri görə bilməmiş və həmin müddətdə boş dayanmağa (gözləməyə) məcbur olaraq zərərə məruz qalm ışdır. Bunu İSSER tərəfindən təqdim edilən cədvədlər və çoxsaylı maillər də təsdiq edir. Digər tərəfdən, müqavilənin qüvvədə olduğu müddətdə İSSER hər günün sonunda PDL-ə mail üzərindən işlərə dair raport vermişdir. Həmin raportlardan da aydın görünür ki, İSSER zəruri materialların PDL tərəfindən təmin olunmaması səbəbindən müvafiq gün iş görə bilmədiyini PDL-ə bildirir. İşin qeyd edilən həqiqi halı ilə PDL-in yuxarıda göstərilən iddiası təkzib edilir. 41.334 manat məbləğində əldən çıxmış faydanın tutulması tələbi ilə bağlı göstərilmişdir ki, əldən çıxmış fayda kimi tələb edilən edilən 41.334 manat 38.364 manatın və 2.970 manatın cəmindən ibarətdir. 38.364 manat əldən çıxmış fayda 826.010 manat tələblə əlaqədardır, həmin məbləğə münasibətdə hesablanmışdır. 826.010 manata aid hissədə PDL-in iddiasının əsassız olduğu yuxarıda ətraflı şəkildə izah edilmişdir. Həmin iddia əsaslı olmadığından həmin tələbdən törəyən hazırkı tələb də əsaslı hesab oluna bilməz. 2.970 manat məbləğində əldən çıxmış fayda tələbinə gəldikdə isə, həmin məbləğ İSSER-ə borc kimi verildiyi göstərilən 34.000 manata münasibətdə hesablanmışdır. Qarşılıqlı iddiada hesablama 2022-ci il 18 fevral tarixindən etibarən aparıldığı göstərilsə də, bunun səbəbi əsaslandırılmamışdır. Bundan başqa, yuxarıdakı izahatlardan aydın şəkildə görünür ki, görülmüş işlərə görə PDL-in İSSER-ə borcu vardır. Bu mənada 34.000 manatın İSSER tərəfindən PDL-ə ödənilməsindən deyil, əvəzləşdirilməsindən söhbət gedə bilər (Mülki Məcəllə m.541.1). Yuxarıda göstərilənlər bu bənddəki tələblərin təmin edilməsini istisna edir.
22. Bakı Kommersi ya Məhkəməsinin 2023-cü il 19 iyun tarixli 2-2(113)-1691/2023 nömrəli qərardadı ilə təyin olunmuş iş üzrə kompleks məhkəmə tikinti-texnikiəmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 26 dekabr tarixli 3-16- 16/2-10/4973 saylı rəyində göstərilmişdir: 1-ci və 2-ci suallar üzrə: müqavilənin şərtləri, müqavilədə istinad olunan layihələr, 1 saylı əlavəsində (X3) göstərilən işlərin faktiki olaraq tamamilə yerinə yetirilmiş və həmin işlərin ümumi dəyəri müqavilədə göstərilənlər nəzərə alınmaqla 3.300.000,0 manatdır (ƏDV-siz). Müqavilə üzrə tərəflərin hər ikisinin imzası ilə təsdiq edilmiş və görülmüş işlərə dair müxtəlif tarixlərdə tərtib edilmiş aktlara əsasən İSSER tərəfindən yerinə yetirilmiş işlərin ümumi də yəri 1.899.526,0 manat, sifarişçi tərəfindən qəbul edilməyən aktlarda göstərilən işlərin dəyəri isə 1.212.069,0 manatdır, lakin işlərin yerinə yetirilməsinə dair tərtib edilmiş aktların müəyyən hissəsinin sifarişçi tərəfindən təsdiq olunmadığını (qəbul edilmədiyini) nəzərə alaraq həmin işlərin İSSER tərəfindən yerinə yetirib-yetirilmədiyi məhkəmə tərəfindən müəyyən edilə bilər; 3-cü sual üzrə: müqavilənin 1 saylı əlavəsində (X3) göstərilən “Boru xətti AD-BB-2”, “Tunel Keçidləri”, “N1 kollektor”, “N2 bina inşası”, “N2 kollektor mexaniki montajı”, “Sənəd Strukturları” adlı işlərdən İSSER tərəfindən ikitərəfli imzalanmış aktlara əsasən icra edilmiş işlərin həcmi (faiz və metr ilə göstərməklə) və dəyəri Protokola cədvəldə ətraflı göstərilmiş və cəmi ƏDV-siz 1.899.526 manatdır; 4-cü sual üzrə: xx.xx.2022-ci il 28 noyabr tarixli “ AKT-EK001 06-Əlavə İşlər” adlı cədvəldə göstərilən işlər İSSER tərəfindən icra edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmamışdır; 5-ci sual üzrə: iş materiallarında olan 2023-cü il 22 fevral tarixli 02/23 saylı akta əsasən AD-BB-2 basqılı boru kəmərinin PK 53+73 (İ Qazıməmməd-Qazax qaz kəməri ilə D1420 basqılı boru kəmərinin kəsişməsi) hissəsində qaynaq tikişlərinin açılması hadisəi baş verdiyi və nəticədə dəymiş ziyanın aradan qaldırılması üçün aparılmış təmirbərpa işlərinin dəyəri 2.394 manatdır.
23. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 1 aprel tarixli e-2-2(113)-66/2024 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsi qismən edilərək cavabdehdən 70.000 manat borc məbləğinin və həmin məbləğə hesab lanmış 12.600 manat ƏDV məbləğinin, 3.500 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 348,3 manatın tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə rədd olunması, qarşılıqlı iddia ərizəsinin qismən təmin olunaraq İSSER-in Azərbaycan Respublikasındakı Filialından 20.000 ABŞ dolları məbləğində borcun və həmin məbləğə hesablanmış 2.070,4 ABŞ dolları faiz borcunun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), 2.394 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 210 manatın tutularaq iddiaçı PDL-ə ödənilməsi, qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim: Günay Namazova).
24. Məhkəmə ilk iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, İSSER tərəfindən PDL-ə göndərilmiş işlərin görülməsi ilə bağlı bütün e-qaimələr üzrə əsas məbləğlərə dair ödənişlər tam həyata keçirilib, yalnız EBCD465779 saylı 2022-ci il 8 sentyabr tarixli eqaimə üzrə ədv-siz məbləğ 300.000 manat olduğu halda, həmin qaimə üzrə cəmi 230.000 manat ödəniş edilib. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə xidmətlərin göstərilməsi, eləcə də cavabdeh tərəfindən həmin xidmətlərə görə xidmət haqqının vaxtında ödənilməməsi və nəticədə cavabdehin iddiaçıya 70.000 manat borcunun qalması faktları iş materiallarına əlavə edilmiş sənədlərlə, ələxsus da təsdiq edilmiş EBCD465779 saylı elektron qaimə üzrə əsaslı ödənişin (230.000 manatın) edilməsi ilə öz təsdiqini tapır.
25. Həmçinin məhkəmə bildirmişdir ki, xidmətlərin göstərilmədiyi halda cavabde h iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud olmadığına və qarşı tərəfdən EBCD465779 saylı elektron qaimə təsdiq və həmin qaimə üzrə qismən ödənişlərin edildiyinə görə xidmətin qəbul edilməsi mənasına gəlir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki tamamlama aktları ilə, həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən PDL-ə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 70.000 manat ödənilməmiş qalmışdır.
26. Məhkəmə hesab etmişdir ki, iddia nın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergi-hesab fakturaları deyil, həmçinin xidmətlərin göstərilməsinə dair akt, müqavilə üzrə nəzərdə tutulan, ümumiyyətlə, bütün işlərin görülməsini göstərən ekspert rəyi (kimin tərəfindən görülməsini yalnız məhkəmə tərəfindən müəyyən edilə biləcəyi qeydi ilə) və qismən ödənişlər ilə də təsdiqini tapır.
27. Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddia tələbi 70.000 manat və həmin məbləğə hesabanmış 12.600 manat ƏDV borcuna dair hissədə əsaslı olduğundan və buna dair sübutlar təqdim olunduğundan təmin edilməlidir. PDL tərəfindən bu hissədə irəli sürülən dəlilləri məhkəmə tamamilə əsassız və qanunsuz saymışdır. Belə ki, birincisi, məhkəmə araşdırılması zamanı da müəyyən olunmuşdur ki, işlərin təhviltəslim inə dair son iki (006 və 007 nömrəli) aktları PDL tərəfindən təsdiq olunmasa da, həmin aktlarda qeyd olunan bəzi işlərin görülməsini həm PDL-in nümayəndələrinin şifahi izahatı ilə, həm də məhkəməyə təqdim olunmuş PDL-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiqlənmiş “qeyd olunan müqavilə üzrə İSSER tərəfindən görülmüş işlərin cədvəlləri”ndə də öz təsdiqini tapmışdır, digər tərəfdən əgər 70.000 manat hissəsi ödənilməyən EBCD465779 saylı elektron qaimədə göstərilən 300.000 manatlıq işlər İSSER tərəfindən görülməsəydi, həmin qaimə, ümumiyyətlə, təsdiq olunmazdı, üstəlik 230.000 manatı da ödənilməzdi. 28. 135.594,5 manat borc məbləğinin təmin edilməyən 65.594,50 manata dair hissədə isə məhkəmə qeyd etmişdir ki, müqavilənin 1.1, 2.1. və 2.3-cü bəndlərinə əsasən ödənişin PDL tərəf indən hansı şəkildə ediləcəyi tənzimləndiyindən və iddiaçı tərəfindən həmin şərtlər çərçivəsində ödənişin tələb edə biləcəyi barədə razılaşdıqlarından, həmin tələblərə riayət olunmasına dair iddiaçı məhkəməyə sənəd-sübut vermədiyindən bu hissədə onun dəlilləri əsassızdır. Həmçinin tərəflərin hər ikisinin də vergi ödəyicisi olan hüquqi şəxs olması nəzərə alınmaqla elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunsa da, iddiaçı tərəfindən bu tələbə əməl olunması ilə bağlı da heç bir sübut təqdim olunmamışdır.
29. İlkin iddianın digər hissəsi olan əldən çıxmış faydaya görə 188.405,5 manat məbləği və bu məbləğə hesablanmış 33.912,99 ƏDV-nin tutulması tələbinə münasibətdə məhkəmə vurğulamışdır ki, iddiaçı tərəf müqaviləyə xitam verilməsi səbəbindən 188.405,5 manat m əbləğində ödənişdən məhrum olunduğunu qeyd etsə də, həmin məbləğin əsaslılığını və xitamın əsasının sifarişçinin hərəkətləri nəticəsində yarandığını sübut etmək vəzifəsi mülki prosessual qanunvericiliyin tələbləri baxımından iddiaçının üzərinə düşür. Lakin qeyd olunan xüsusatlarla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Ona görə də iddia tələbi bu hissədə də əsassızdır.
30. İlkin iddia tələbinin digər hissəsi olan əlavə görülən işlərin dəyəri olan 201.291,00 manat məbləği və bu məbləğə hesablanmış 36.232,38 manat ƏDV tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf əlavə işlərin görülməsinə dair sübut qismində məhkəməyə yalnız e-mail yazışmalarını vermişdir. Lakin həmin yazışmalardan əlavə işlərin görülməsinə, işlərin həcmi, dəyəri və sair şərtlərinə dair qarşı tərəfin razılığının olması və işlərin təhvil verilməsi müəyyən edilmir. Əlavə işlərə dair iş materiallarında olan aktlar yalnız İSSER tərəfindən təsdiq edilmişdir. Həmçinin ekspert rəyindən də görünür ki, ekspertiza zamanı İSSER tərəfindən müqavilədən kənar əlavə işlərin icra edilməsinin müəyyənləşdirilməsi mümkün olmamışdır.
31. Məhkəmə ilkin iddia üzrə iki tələb yəni müqavilə üzrə işlərin bitməsinin gecikdirilməsinə görə məruz qalınan zərər olaraq 512.277,91 manat və zəmanət məktubunun verilməsi ilə bağlı dəymiş zərər olaraq 6.471,23 manat məbləğində tələb olunan pul məbləğlərini iddiaçı ona dəymiş zərər kimi tələb etdiyindən hər iki tələbə birgə qiymət verilməsini məqsədəuyğun hesab etmiş və bu tələblərlə bağlı vurğulamışıdır ki, iddiaçı müqavilə üzrə işlərinin gec bitməsinə görə 512.277,91 manat zərərə məruz qaldığını bildirmiş və əsas kimi müqavilə münasibətlərinə xitam verilməsinə görə ərazidə qaldığını və texnikalara, işçilərə və xidmətlərə əlavə ödənişlər etdiyini qeyd etmiş. Lakin müqavilə şərtlərinə əsasən (Müqavilənin 4.22, 4.24, 4.25, 4.26, 4.27, 4.33 və s.bəndləri) İSSER-in qeyd etdiyi bütün xərclər onun özünə aid edilmiş. Digər tərəfdən, əgər işlərin bitməsinin gecikdirilməsinə səbəb qarşı tərəf olmuşdursa, İSSER yarana biləcək əlavə xərclərini nəzərə alaraq özü müqavilədən birtərəfli qaydada imtina edə bilərdi. Lakin, göründüyü kimi ikitərəfli razılıq əsasında (tərəflərin öz gəlir və xərclərinin risklərini görərək) müqavilə münasibətləri olduğu kimi davam etmişdir.
32. Bundan əlavə məhkəmə ilkin iddia tələbinin ödəmələrdəki gecikmələrə görə dəbbə pulu olaraq 161.380 manat məbləğin tutulması tələbini qismən əsaslı hesab edərək bildirmişdir ki, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə tərəfindən təmin olunan 70.000 manat əsas borca münasibətdə 161.380 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 3.500 manat məbləğində müəyyənləşdirilməlidir.
33. Məhkəmə qarşılıqlı iddia tələbinin təmin olunmayan hissələrinə münasibətdə qeyd etmişdir ki, ilkin iddia tələbi qismən təmin olunduğu üçün bu hissələrdə qarşılıqlı iddia tələbi əsaslı hesab oluna bilməz.
34. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında işlərin görülməsinə dair təhvil- təslim baş tutmalı, ondan sonra elektron qaimələr göndərilməklə, ödənişlər həyata keçirilməlidir. Təhvil-təslim aktları imzalansa da, ödənişlərin təyinatı kimi hər-hansı akt deyil, elektron qaimələrin nömrələrinə istinad edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh-İSSER tərəfindən iddiaçı-PDL-ə göndərilmiş bütün 11 (sistem tərəfindən təsdiq olunmuş bir qaimə istisna olaraq) elektron qaimələr PDL tərəfindən beş gün keçmədən belə şəxsən təsdiq edilmişdir və bütün 11 qaimə üzrə əsas məbləğ və həmin məbləğlərin ƏDV-ri PDL tərəfindən ödənilmişdir. Yalnız bir elektron qaimə üzrə 70.000 manat ödənilməmişdir, həmin hissəyə dair də məhkəmə əsaslandırmasını əvvəlki paraqraflarda bildirmişdir.
35. Belə olduğu PDL-in ikitərəfli təsdiq olunmuş ilk 001 və 002 nömrəli təhvil-təslim aktlarını işlər görülmə dən, sadəcə İSSER tərəfindən işlərin görülməsi üçün pulun tələb olunduğu üçün təsdiq etdiyini və həmin işləri qəbul etmədiklərini, ilk iki elektron qaimə üzrə ödənilən məbləğlərin sadəcə avans ödənişi olduğunu qeyd etməsini məhkəmə tamamilə əsasız hesab etmişdir.
36. Belə ki, müqavilə şərtlərinə əsasən birinci mərhələdə müqavilə qiymətinin 10%-i məbləğində avans ödənişi nəzərdə tutulmuşdur. Avansın ödənilməsi üçün hər-hansı təhviltəslim aktının və ya e-qaimənin təqdim edilməsi zərurəti mövcud deyil. Beləliklə, Sifarişçi tərəfindən Podratçıya ödənilən məbləğ avans idisə, ödənişin təyinatında müqavilənin rekvizitlərinə istinad edərək “avans ödənişi” qeyd edilə bilərdi. PDL tərəfindən isə İSSER-ə ödənilən bütün məbləğlər isə məhz artıq görülmüş işlərə və vurulmuş e-qaimələrə görə edilmişdir.
37. Məhkəmə onu da bildirməyi zəruri hesab etmişdir ki, PDL vurğulamışdır ki, İSSER tərəfindən “servis yolu” adlı işin, ümumiyyətlə, görülmədiyini etiraf edir, lakin görülmədiyi işin həcmini isə 188.405,5 manat göstərir, halbuki, elə bircə “servis yolu” adlı işin cəmi dəyəri 224.000 manat təşkil edir. İSSER isə bildirmişdir ki, işin gedişatı zamanı bəzi işlərin həcmi dəyişdiyi üçün, ümumi müqavilə dəyərini dəyişməmək üçün, tərəflər “servis yolu” adlı işin dəyərini azaltmaq qərarına gələrək 1 metr yolun dəyərini 20 manatdan 10,75 manata endirərək cəmi dəyəri 224.000 manat deyil, 120.400 manat müəyyən edilmişdir.
38. Məhkəmə iş materiallarını araşdıraraq müəyyənləşdirmişdir ki, həqiqətən də müqavilə bağlanarkən “servis yolu” adlı işin cəmi dəyəri 224.000 manat müəyyən edilsə də, bütün təhvil -təslim aklarında həmin işin 1 metr dəyəri 20 manatdan, 10.75 manata endirilmişdir, bundan əlavə “Boru xətti AD-BB-2” işin həcmi isə müqavilə bağlanarkən protokolda 6160 metr olduğu halda, sonradan 6918 metrə qaldırılmışdır, “Boru xətti ADBB-1” adlı işin həcmi də artırılaraq 980 metrdən 1200 metr göstərilmişdir və s. Beləliklə, danılmaz haldır ki, tərəflər işin gedişatı zamanı işlərin ümumi smetasına (bəzi işlərin dəyərində, bəzi işlərin həcmində) qarşılıqlı razılıq əsasında (təhvil-təslim aktlarında göstərməklə) dəyişikliklər etmişlər. Ona görə məhkəmə hesab etmişdir ki, PDL-in digər işlərdə dəyişikliklərin edilməsini qəbul edərək sadəcə servis yolunun, ümumiyyətlə, görülmədiyi üçün həmin işin dəyərini müqavilə bağlanarkən 224.000 manat kimi qəbul edilməsi və heç bir qiymət azaldılması ilə razılaşmaması tamamilə əsassız hesab olunmalıdır.
39. Beləliklə, ilkin iddia ərizəsi qismən təmin edildiyi üçün qarşılıqlı iddia üzrə müqaviləyə görə artıq ödənilmiş pulun, ədv-in geri qaytarılması, həmin məbləğə hesablanmış dəbbə pulu, işin tamamlanması üçün çəkilən xərc kimi göstərilən məbləğlərin qarşılıqlı iddia üzrə cavabdehdən tutulması tələbi təmin oluna bilməz.
40. Həmçinin layihənin vaxtında tamamlanmadığı və işlərin yekunlaşdırılmadığı üçün PDL-nin işgüzar nüfuzuna dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının formal mülahizələrdən ibarətdir və təmin oluna bilməz.
41. Qarşılıqlı iddiaçının cavabdehin müqavilə üzrə öhdəliklərini yarımçıq görməsi ucbatından layihənin yarımçıq qaldığını və buna görə də tamamlama işlərinin yerinə yet irilməsi məqsədi ilə digər şirktətlərlə xidmət müqaviləsi bağlamaq məcburiyyətində olduğunu, nəticədə ona dəymiş maddi ziyanın 1.125.210 manat müəyyən edildiyini və bunu qarşı tərəfdən tutulması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçının da qeyd etdiyi kimi hazırkı layihə iri bir layihə olduğundan, layihənin qiyməti 19.000.000 manatdan çox təşkil etmişdir və həmin layihənin bir hissəsini qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən görülməsinə dair müqavilə bağlanmışdır. Lakin, PDL-in iddia etdiyi kimi digər şirkətlərlə bağlamış müqavilə əsasında görülmüş işlərin məhz İSSER tərəfindən yerinə yetirilməli olduğu işlərə aidiyyəti məhkəmə gedişatı zamanı sübuta yetirilməmiş və keçirilmiş ekspertiza zamanı da münasibət bildirilməmişdir (belə olduğu halda PDL tər əfindən ekspertiza tədqiqatı zamanı ekspertə zəruri sənədləri və izahatları təqdim etməklə həmin işlərin identifikasiyası, hansı şirkətlər tərəfindən görülməsi müəyyən edilə bilərdi). Bəli, PDL tərəfindən məhkəməyə İSSER-dən başqa da digər şirkətlərlə bağlanmış müqavilələri, təhvil-təsmil aktlarını, ödəniş sənədlərini təqdim etsə də, onların məhz İSSER-in yarımçıq qoyduğu işlərin tamamlanmasına yonəldiyini müəyyən etmək mümkün olmamışdır. Çünki həmin müqavilələr üzrə göstərilən əksər işlər belə İSSER ilə bağlanan müqavilədə nəzərdə tutulan işlərdən fərqlidir (malların alınması, yaşıllaşdırma işləri və s.). Digər tərəfdən, məhkəmə bir daha da vurğulamışdır ki, İSSER ilə bağlanan müqavilənin dəyəri cəmi 3.300.000 manat olduğu halda, ümumi layihənin dəyəri 19.580.000 manat olmasını nəzərə ala raq, qalan işlərin görülməsi üçün digər şirkətlərlə müqavilələrin bağlanması, ödənişlərin edilməsi ağlabatan hesab edilməli və ümumi 19.580.000 manatlıq layihənin davamı kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə PDL tərəfindən məhkəməyə digər şirkətlərlə bağlanan müqavilələrin təqdim edilməsini sadəcə İSSER-ə olan borcun ödənilməsindən yayınmaq məqsədi kimi qiymətləndirmişdir.
42. Qeyd olunanlardan göründüyü kimi iddianın bu hissədə təmin edilməsi üçün əsaslar mövcud olmamışdır.
43. Məhkəmə qarşılıqlı iddia ərizəsinin təmin olunan 20.000 ABŞ dolları məbləğində borc və həmin məbləğə hesablanmış 2070,4 ABŞ dolları faiz borcu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvival enti ilə) hissəsi ilə bağlı vurğulamışdır ki, ilk dəfə qarşılıqlı iddia ərizəsi verilərkən iddiaçı cavabdeh İSSER-dən tərəflər arasında əməkdaşlıq müddəti ərzində ona verilən 20.000 ABŞ dolları məbləğinin borc olaraq verildiyini bildirmiş və həmin məbləğin qaytarılmasını tələb etmişdir. Soradan isə dəqiqləşmə ərizəsi verərək həmin məbləğin məhz işlərin görülməsi üçün verildiyinə istinad edərək 20.000 ABŞ dolları məbləğini digər tələbi olan – “müqavilə üzrə görülməyən işlərə görə artıq ödənilmiş pul” tələbinə daxil edərək birgə tələb etmişdir. Cavabdeh-İSSER-in qanuni təmsilçisi həm şifahi izahatı zamanı, həm də PDL-in pretenziya məktubuna cavabında 20.000 ABŞ dolların verildiyini etiraf etmişdir, lakin podrat müqaviləsi üzrə ödənişlərin gecikdirdiyinə istinad edərək həmin məbləği PDL-ə qay tarmadığını, sahədə olan işçilərə xərclədiyini bildirmişdir.
44. İş materialları əsasında müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehə verilən 20.000 ABŞ dolları podrat müqaviləsi üzrə ödəniş kimi deyil (podrat müqaviləsi üzrə ödənişlər yalnız manatla və köçürmə yolu ilə, görülən işlərə dair vurulan e-qaimə əsasında aparılırdı), geri qaytarılması şərti ilə verilmişdir və buna görə də məhkəmə hesab etmişdir ki, qeyd olunan 20.000 ABŞ dolları podrat müqaviləsindən kənar, borc münasibətləri çərçivəsində qiymətləndirilməli və prosessual qənaət baxımından (yenidən ayrıca iddia ərizəsinin verilməməsi məqsədi ilə, eyni ilə pul tələbi olduğunu və tərəflərin bir-birini podrat münasibətləri çərçivəsində tanımasını və podrat və borc münasibətlərinin dolayı bağlılığını nəzərə alaraq) hazır kı işlə birgə baxılması mümkün hesab edilməlidir.
45. Qeyd olunanlardan göründüyü kimi mübahisə predmeti olan məbləğin verilməsi və həmin məbləğin qəbul edilməsi işdə olan və qarşılıqlı cavabdehin nümayəndəsinin etirafı ilə öz təsdiqini tapdığından məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməlidir.
46. Bundan əlavə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı 1.110.474 manat (müqavilə üzrə görülməyən işlərə görə artıq ödənilmiş pul) məbləğinə daxil etdiyi 20.000 ABŞ dollarına hesablanmış 69.404 manat məbləğində əldən çıxmış faydanın tutulmasını da tələb etmişdir.
47. Məhkəmə bildirmişdir ki, iddia tələbi bu hissədə 2.070,4 ABŞ dolları məbləğində faiz borcu qismində tutulması qanuni və əsaslı hesab edilməlidir.
48. Belə ki, məhkəmə hesab etmişdir ki, 20.000 ABŞ dolları borca qaytarı lmayan müddət üçün illik 5 faiz hesablamaqla 2.070,4 ABŞ dolları məbləğində faiz borcu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
49. Qarşılıqlı iddia tələbinin digər hissəsi olan 2.394 manat miqdarında İSSER tərəfindən qüsurlu təhvil verilmiş işlərin təmir bərpası üçün çəkilən xərcin tutulması ilə bağlı məhkəmə vurğulamışıdır ki, tələb haqlı olduğundan və işdə olan sübutlarla öz təsdiqini tapdığından təmin edilməlidir.
50. Müqavilənin 6.1 və 6.5-ci bəndlərinə istinadla məhkəmə bildirmişdir ki, işdə olan 2023-cü il 18 fevral tarixli hadisə hesabatına əsasən İSSER şirkətinə həvalə edilmiş ADBB-2 basqılı boru kəmərinin PK 53+73 (İ Qazıməmməd-Qazax qaz kəməri ilə D1420 basqaılı boru kəmərinin kəsişməsi) hissəsində suvarma əməliyyatının aparılması zamanı qaynaq tikişl ərinin açılması hadisəsinin baş verdiyi, eyni zamanda ekspert rəyinin 5-ci sualına verilmiş cavabda iş materiallarında olan 2023-cü il 22 fevral tarixli 02/23 saylı Aktda əsasən AD-BB-2 basqılı boru kəmərinin PK 53+73 (İ Qazıməmməd-Qazax qaz kəməri ilə D1420 basqılı boru kəmərinin kəsişməsi) hissəsində qaynaq tikişlərinin açılması hadisəsinin baş verdiyi və nəticədə dəymiş ziyanın aradan qaldırılması üçün aparılmış təmir-bərpa işlərinin dəyərinin 2.394 manat məbləğində müəyyənləşdirildiyi qeyd olunmuşdur.
51. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən müqavilə üzrə qarşılıqlı cavabdeh tərəfindən öhdəliklərin icrası zamanı yol vermiş qüsur işdə olan sübutlarla təsdiq olunduğundan və qarşılıqlı cavabdeh tərəfindən həmin qüsurun aradan qaldırılması üçün çə kilmiş məbləğin İSSER-dən tutulması müqqavilə şərtlərinə, həmçinin qanunauyğun və əsaslıdır.
52. Məhkəmə İSSER tərəfindən təhvil verilmiş qüsurlu iş (qaynaq tikişlərinin açılması) üçün 2.394 manat məbləğə 1.000 manat məbləğində cərimənin hesablanmasını əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərində müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi zamanı cərimə məbləği hesablanması nəzərdə tutulmuş, qarşılıqlı iddiaçı həmin əsasla çıxış edərək dəbbə pulu məbləğinin tutulmasını məhkəmədən xahiş etmişdir. Lakin 2.394 manat məbləğində çəkilmiş xərcə dair yenidən cərimə məbləği hesablanması həm müqavilə şərtlərinə, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməməlidir.
53. Məhkəmə qarşılıqlı iddiaçı tərəfindən 2000 manat ekspert rəyinə çəkilmi ş xərcin tutulması ilə bağlı da qeyd etmişdir ki, tələb əsassızdır. Belə ki, iddiaçı tərəf həmin xərci məhkəmə xərci kimi deyil öz təşəbüsü ilə çəkmiş, eyni zamanda həmin xərcin ödənilməsinə dair sübut belə təqdim edilməmiş və həmin xərcin cavabdehdən tutulması isə qanaunauyğun hesab oluna bilməz.
54. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 23.2, 23.3, 23.6, 385.1, 390.1, 427.3, 442, 443.1, 445.7, 448.1, 462.1, 467, 739.1, 752.1, 753.1, 759.1, 759.2, 769-cu, Vergi Məcəlləsinin 16.1.11-6, 71-1ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 1.2, 3.1, 3.2, 3.3, 3.4-cü bəndlərinə, Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
55. İSSER həmin qətnamədən apellyasiya şikayəti verərək İSSER-in ilk iddiasının təmin olunmadığı, qarşılıqlı iddianın isə qismən təmin olunduğu hissədə ləğv edilməsini, ilk iddianın həmin hissələrdə də təmin edilməsini, qarşılıqlı iddianın isə sözügedən hissədə də təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
56. PDL həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən - ilkin iddianın təmin edilən hissəsində ləğv və rədd edilməsi, qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv olunması və qarşılıqlı iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
57. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 yanvar tarixli 2-2(103)-62/2025 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - müqavilə üzrə işlərin bitməsinin gecikdirilməsinə görə dəymiş maddi zərərin ödənilməsinə dair ilkin iddianın rədd edilməsi, işlərin gecikdirilməsinə görə dəbbə pulunun tutulmasına dair qarşılıqlı iddianın rədd edilməsi, podrat nəticəsinin qüsurlu olması ilə bağlı dəymiş zərərin tutulmasına dair iddianın təmin edilməsi hissələrində ləğv edilməsi, müqavilə üzrə işlərin bitməsinin gecikdirilməsinə görə dəymiş maddi zərərin ödənilməsinə dair hissədə ilkin iddianın qismən təmin edilərək cavabdehdən 187.546 manat məbləğində p ul vəsaitinin PDL-dən tutularaq İSSER-ə ödənilməsi, həmin iddia tələbinin qalan hissədə rədd edilməsi, işlərin gecikdirilməsinə görə dəbbə pulunun tutulmasına dair hissədə qarşılıqlı iddianın qismən təmin edilərək qarşılıqlı cavabdehdən qarşılıqlı iddiaçının xeyrinə 7.500 manat məbləğində dəbbə pulunun tutulması, həmin iddia tələbinin qalan hissədə rədd olunması, podrat nəticəsinin qüsurlu olması ilə bağlı dəymiş zərərin tutulması hissəsində qarşılıqlı iddianın rədd olunması, qətnamənin 20.000 ABŞ dolları məbləğində pulun qaytarılmasının gecikdirilməsinə görə faizlərin tutulması hissəsində dəyişdirilərək həmin hissədə tutulacaq faizlərin məbləğinin 1.125 ABŞ dolları məbləğində müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (hakimlər: L.Əliyeva– səd rlik edən və məruzəçi, Z.Şirinov və T.Mahmudova).
58. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, hazırkı iş üzrə ilkin iddiaçı İSSER Türkiyə Respublikasında təsis edilmiş olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir. Odur ki, məhkəmə tərəfindən ilk növbədə həll edilməli iki məsələ AR məhkəmələrinin hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmaması və səlahiyyətli olduğu halda mübahisəyə hansı ölkənin qanunvericiliyinin tətbiq edilməli olması məsələsidir.
59. Göstərilən məsələlərlə bağlı kollegiya bildirmişdir ki, hazırkı mübahisə tərəflər arasında bağlanılmış müqavilədən irəli gəlir. Həmin müqavilədə tərəflər mübahisələrin AR Məhkəmələrində və AR Qanunvericiliyinə əsasən baxılması barədə razılaşmışlar(müvafiq olaraq 10.2 və 10.3-cü bəndlər). Bununla yanaşı iş üzrə i lkin iddiaçı xarici hüquqi şəxs olsa da, onun AR-də filialı mövcuddur və müqavilə AR ərazisində həyata keçirilmişdir. Odur ki, AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidirlər və mübahisəyə AR qanunvericiliyi tətbiq edilməlidir.
60. Qarşılıqlı cavabdeh qismində İSSER-in Azərbaycan Respublikasındakı filialının qoyulması, filialın hüquqi şəxs olmadığından məhkəmədə tərəf qismində iştirak etmək hüququnun olmaması barədə ilkin iddiaçının dəlillərinə münasibətdə kollegiya vurğulamışdır ki, AR qanunvericiliyi xarici ölkənin hüquqi şəxsinin Azərbaycan Respublikasında yaradılmış filial və nümayəndəliyi üçün Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyinə münasibətdə fərqli hüquqi status müəyyən etmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haq qında” Azərbaycan Respublikası Qanununun 2.0.7 və 4.1-ci maddələrinin məzmunundan aydın olur ki, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialları onların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi məqsədilə dövlət qeydiyyatına alınmalıdırlar. Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyinin isə dövlət qeydiyyatın a alınması qanunla nəzərdə tutulmamışdır. Eləcə də “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvələ əsasən xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla kommersiya hüquqi şəxsləri kommersiya mübahisəsinin subyektlərinin dairəsinə daxil edilmişdir. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, qarşılıqlı cavabdeh hüquqi şəxs olmasa da, hüquqi şəxsə yaxın ol an xüsusi hüquqi statusuna malik olduğundan məhkəmədə cavabdeh qismində iştirak edə bilər.
61. Məhkəmə kollegiyası bildirmişdir ki, podrat müqaviləsi üzrə görülmüş işlərə görə muzdun tutulması və dəbbə pulunun ödənilməsi hissəsində ilkin iddia tələblərinin qanuni əsaslarını müvafiq olaraq Mülki Məcəllənin 752.1, 753.1-ci maddələri və 462-ci maddəsi, artıq ödənilmiş məbləğin geri qaytarılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 439.4, 759.1, 1092.1-ci və 445.7-ci maddələri təşkil edir.
62. Həmin tələblər ilə bağlı kollegiya qeyd etmişdir ki, tərəflər arasında ikitərəfli şəkildə imzalanmış aktlara əsasən müqavilə üzrə podrat işlərinin dəyəri ƏDV xaric 1.899.526 manat təşkil etsə də, həmin aktlarda göstərilən işlə rdən əlavə İSSER tərəfindən PDL-ə ƏDV xaric 1.146.474 manat məbləğində işlərin görülməsinə dair elektron qaimələr vurulmuş, həmin qaimələr (sistem tərəfindən təsdiqlənmiş 300.000 manat dəyərində sonuncu elektron qaimə istisna olmaqla) PDL-in özü tərəfindən təsdiqlənmişdir. Eyni zamanda həmin qaimələr üzrə PDL tərəfindən əsas məbləğlərə dair ödənişlər tam həyata keçirilmiş, yalnız EBCD465779 saylı 2022-ci il 8 sentyabr tarixli e-qaimə üzrə ƏDV-siz məbləğ 300.000 manat olduğu halda, həmin qaimə üzrə cəmi 230.000 manat ödəniş edilmişdir.
63. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri saymışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddiaçı tərəfindən görülmüş işlərin həcmi və dəyərini müəyyən etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası da təyin edilmiş, lakin ekspert rəyi nə əsasən layihə tamamlandığından İSSER tərəfindən görülmüş işlərin həcmini və dəyərinin müəyyənləşdirilməsi mümkün olmamışdır.
64. İSSER-in görülməmiş işin həcminin isə 188.405,5 manat məbləğində olmasını bildirdiyi, lakin İSSER-in, ümumiyyətlə, görülmədiyini etiraf etdiyi “servis yolu” adlı işin dəyərinin 224.000 manat təşkil etməsi barədə PDL-in dəlillərinə gəldikdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır.
65. Odur ki, hazırkı halda ilkin cavabdehin onun üçün vergi öhdəlikləri yaradan mübahisəli qaimələri düzəliş üçün qaytarmaması, həmin qaimələrə hər hansı digər formada etiraz etməməsi, əksinə sonuncu qaimə istisna olmaqla həmin qaimələri özü təsdiq etməsi, eləcə də qaimələr üzrə ödəniş etməsi (sonuncu qaimə üzrə qismən ödəniş etməsi) ona dəlalət e tmişdir ki, PDL həmin qaimələri, belə olan halda qaimələrin barəsində tərtib edildiyi işlərin İSSER tərəfindən görülməsi faktını təsdiqləmişdir.
66. Belə olan halda, kollegiya sonuncu elektron qaimə üzrə ƏDV xaric 70.000 manat məbləğində borcun ödənilməmiş qaldığını bildirərək həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Həmçinin həmin məbləğə hesablanmış 12.600 manat ƏDV borcuna dair hissə də əsaslı olduğundan təmin olunmalıdır.
67. İlkin iddianın görülmüş podrat işlərinə görə muzd olaraq tələb olunan 135.594,5 manat borc məbləğinin qalan 65.594,50 manata və dəbbə pulunun tutulmasına dair hissələrə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab etmişdir.
68. PDL-in qarşılıqlı iddia tələbinin artıq ödəni lmiş pulun (1.110.474 manat əsas məbləğ və 618.280 manat ƏDV) qaytarılması hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, işin yuxarıda göstərilən halları ilə PDL-in müqavilə üzrə artıq ödəməsinin olmaması,əksinə İSSER-ə 70.000 borcunun olması öz təsdiqini tapmışdır.
69. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 20.000 ABŞ dolları məbləğində pul vəsaitinin İSSER tərəfindən PDL-ə qaytarılması ilə bağlı mövqeyini də qanuni və əsaslı hesab etmişdir.
70. Digər tərəfdən borcun ödənilməsinin gecikdirilməsinə görə əldən çıxmış fayda olaraq Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərinin tutulması hissəsinə münasibətdə kollegiya qeyd etmişdir ki, 10.000 ABŞ dollarının borc verilməsi barədə aktdan göründüyü kimi İSSER həmin pulu 2022-ci il 1 may tarixinədək qaytarmağı öhdəsinə götü rmüşdür. Digər 10.000 ABŞ dolları məbləğində borca gəldikdə tərəflərin həmin borcu hansı müddətdə qaytarılmalı olması barədə razılığa gəlməsi iş materiallarına əsasən müəyyən edilmir. Digər tərəfdən iş materiallarından o da görünür ki, PDL qarşılıqlı iddia ərizəsində həmin pulun qaytarılmasının gecikdirilməsinə görə 2022-ci il 26 noyabr tarixindən (podrat müqaviləsinə xitam verildiyi tarixdən) 2024-cü il 22 fevral tarixədək (dəqiqləşdirmənin verildiyi tarixədək) olan dövr üçün faizlərinin tutulmasını tələb etmişdir.
71. Bununla bağlı kollegiya vurğulamışdır ki, 10.000 ABŞ dolları məbləği 2022-ci il 1 may tarixində qaytarılmalı olduğundan PDL 2022-ci il 26 noyabr tarixindən (podrat müqaviləsinə xitam verildiyi tarixdən) 2024-cü il 22 fevral tarixinədək olan müddət üçün həmin borc məbləğinə hesablanmış 625 ABŞ dolları (10.000 ABŞ dolları x 5% / 12 ay x 15 ay) faizlərin tutulmasını tələb etməkdə haqlıdır. Digər 10.000 ABŞ dollarının qaytarılması öhdəliyinin icrası müddəti tərəflər arasında müəyyən edilmədiyindən həmin öhdəlik Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən kreditor tərəfindən icra tələb olunduqdan sonra ağlabatan müddətdə icra edilməli idi.
72. Hazırkı halda həmin tələb 2023-cü il 23 fevral tarixində pretenziya məktubunda irəli sürüldüyündən qarşılıqlı iddiaçı 2023-cü il 23 fevral tarixindən 2024-cü il 22 fevral tarixinədək olan 1 illik müddət üçün 500 ABŞ dolları (10.000 x 5%) məbləğində faizlərin tutulmasını tələb etmək hüququna malik olmuşdur. Beləliklə, 20.000 ABŞ dolları məbləğinin qaytarılmasının gecikdirilməsinə görə faizlərin tutulması hissəsində birinci in stansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, qarşılıqlı cavabdehdən tutulmalı olan faizlərin məbləği 1.125 ABŞ dolları (625+500) məbləğində müəyyənləşdirilməlidir.
73. İlkin iddianın müqaviləyə PDL tərəfindən xitam verilməsi nəticəsində əldən çıxmış faydaya görə 188.405,5 manat məbləği və bu məbləğə hesablanmış 33.912,99 ƏDV-nin tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birincisi, tərəflər arasında bağlanmış podrat müqaviləsi sifarişçi tərəfindən podratçının hərəkətləri (hərəkətsizliyi) ilə bağlı səbəblərə görə - podratçı tərəfindən 21 gündən artıq müddətdə işlərin dayandırılması ilə bağlı Müqavilənin 12.1.2-ci bəndinə istinad edilməklə ləğv edilmişdir. Podrat müqaviləsinə podratçının təqsiri üzündən ləğv edilməsi isə Mülki Məcəllənin 759.2-ci maddəsinin tələ bləri baxımından podratçının müqavilənin ləğvi ilə əlaqədar ona dəymiş zərəri tələb etməsi imkanını istisna edir. 74. 2022-ci ilin noyabrında Nasos 2 sahəsində boruların suvarma işlərinin aparılması, işlərin bununla bağlı dayandırılması, belə olan halda müqaviləyə xitam verilməsinin əsassız olması barədə ilkin iddiaçının dəlillərinə münasibətdə kollegiya bildirmişdir ki, iş materiallarına əlavə edilmiş e-mail yazışmalardan aydın olur ki, İSSER 2022-ci ilin oktyabrının 14-də (elektron məktub Elektron ünvan 1 ünvanından göndərilib) direktorları Ali İhsan bəyin təlimatı ilə Nasos 2 sahəsindən bütün avadanlıq və materiallarının çıxarılması barədə PDL-ə məlumat vermiş, PDL-nin nümayəndəsi demobilizasiyanın 2022-ci il 17 oktyabradək təxirə salınmasını xahiş etmiş və digər məsələləri danışacaql arını bildirmiş (Elektron ünvan 2 ünvanından göndərilib), bundan sonra İSSER-in nümayəndəsi (Elektron ünvan 3 ünvanından göndərilib) demobilizasiyanın 2022-ci il 18 oktyabrdan keçirəcəyi barədə PDL-ə məlumat vermişdir. Göründüyü kimi 2022-ci ilin oktyabrında İSSER tərəfindən demobilizasiyanın PDL-nin tələbi ilə suvarma işləri ilə bağlı həyata keçirilməsi öz təsdiqini tapmır. Əksinə email yazışmaların müqayisəli şəkildə şərh edilməsindən (həmin vaxtı İSSER tərəfindən PDL-nin müqavilə üzrə işlərin uzanması nəticəsində ona dəymiş zərərlə bağlı göndərilmiş məktub, İSSER tərəfindən PDL-dən nasos və generatorların icarə haqqının PDL tərəfindən ödənilməsinin tələb edilməsi, PDL-nin nümayəndəsinin həmin avadanlıqların icarə haqqının məbləği barədə məlumat verilməsini xahiş etməsi və s.) belə qənaə tə gəlmək olar ki, demobilizasiya İSSER-in işlərinin görülməsi müddətinin uzanmasından narazı olması ilə bağlı, yəni İSSER-in öz təşəbbüsü ilə həyata keçirilmişdir.
75. Digər tərəfdən işin mübahisəsiz halı oldan ibarətdir ki, 2022-ci ilin noyabrında PDL tərəfindən Nasos 2 ərazisində suvarma işləri aparılmışdır. Bununla bağlı kollegiya qeyd etmişdir ki, İSSER tərəfindən 2022-ci ilin oktyabrında həyata keçirdiyi demobilizasiyanın məhz noyabr ayında keçiriləcək suvarma işləri ilə bağlı olması fərz edilsə belə, suvarma işlərinin aparılması yalnız həmin işlərin görüldüyü ərazidə işlərin dayandırılması üçün əsas hesab edilə bilər, başqa sözlə, suvarma işlərinin aparılması podrat müqaviləsi üzrə 11-12 km əhatə edən ərazidə işlərin bütövlükdə dayandırılmasına əsas vermir. İSSER isə noyabr ayında p odrat müqaviləsi üzrə tərəfindən hər hansı işlərinin görülməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə İSSER-in müqavilə üzrə görülmüş işlərin həcmini və dəyərini sübuta yetirməmək üçün məhkəməyə təqdim olunmuş sonuncu aktın (007 saylı) 2022-ci il 12 oktyabra təsadüf etməsi da ona dəlalət edir ki, həmin tarixdən sonra İSSER müqavilə üzrə işlərin görülməsini tam şəkildə dayandırmışdır. Odur ki, kollegiya İSSER-in yuxarıda göstərilən dəlillərini əsassız saymışdır.
76. Beləliklə, kollegiya hesab etmişdir ki, Mülki Məcəllənin 759.2-ci maddəsinin tələbləri baxımından mübahisəli hüquq münasibətlərində podratçı olan ilkin iddiaçı müqavilənin ləğvi nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malik deyildir.
77. Digər tərəfdən əldən çıxmış fayda tələbi ilə bağ lı o da qeyd edilməlidir ki, mübahisəli müqavilənin PDL tərəfindən İSSER-in təqsiri olmadan ləğv edilməsi ehtimal edilsə belə, ilkin iddiaçı müqavilənin ləğvi nəticəsində ona iddia etdiyi məbləğdə əldən çıxmış fayda formasında zərər vurulmasını sübuta yetirə bilməmişdir. Belə ki, əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi mənfəət başa düşülür. İlkin iddiaçı isə əldən çıxmış fayda adı altında faktiki olaraq müqaviləyə əsasən görülməli olan, lakin müqavilənin ləğvi nəticəsində görülməmiş işlərin dəyərinin ödənilməsini tələb edir. Halbuki həmin məbləğ işlərin görülməsi ilə bağlı çəkiləcək xərclərin də daxil olduğu işlərin görülməsinə görə alacağı muzd olması, yəni işlər görüldüyü təqdirdə əldə edəcəyi mənfəət (mənfəət =gəlir-x ərclər) olmaması açıq-aşkardır. Odur ki, əldən çıxmış faydanın tutulması hissəsində müqavilə əsassız olduğundan rədd edilməlidir.
78. İlkin iddianın müqavilə üzrə işlərin gec bitməsi ilə bağlı dəymiş zərərə görə 512.277,91 manat pulun və zəmanətin alınmasına görə 6.471,23 manat məbləğində tutulması tələblərinə gəldikdə qeyd edilməlidir ki, həmin hissədə ilkin iddianın qanuni əsasını Mülki Məcəllənin 21.1, 443.1 və 756.1-ci maddələri təşkil edir.
79. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə üzrə öhdəliklərinin pozuntusundan irəli gələn maddi zərərin ödənilməsi tələbinə dair işlərə baxılarkən məhkəmə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin pozuntusuna yol verilməsini (hazırkı halda sifarişçi tərəfindən borclunun öhdəliklərini icrası üçün zəruri olan hərəkətləri vaxtında etməmə sini və avansın ödənilməsini gecikdirməsini), həmin pozuntu ilə dəymiş zərər arasında səbəbli əlaqənin mövcud olmasını, eləcə də zərərin dəyməsi faktını və məbləğini müəyyənləşdirməlidir.
80. Zəmanətin alınması ilə bağlı dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı kollegiya vurğulamışdır ki, birincisi, müqavilə qiymətinin 30% məbləğində bank qarantiyasının alınması və belə olan halda qarantiya alınması üçün xərclərin çəkilməsi İSSER-in öhdəliyi kimi tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş və həmin öhdəlik PDL-nin avans ödəməsi öhdəliyinin icrasından asılı edilməmiş, əksinə qarantiyanın verilməsi avansın ödənilməsi şərti olaraq müqavilədə qeyd edilmişdir. İkincisi, iş materiallarından da göründüyü (yazışmalar, qarantiya məktubu və s.)kimi İSSER tərəfindən bank qarantiyasını n verilməsi gecikdirilməklə yanaşı 30% bank qarantiyasının əvəzinə 20% bank qarantiyası təqdim edilmişdir, yəni qarantiyanın verilməsi ilə bağlı öhdəliklər İSSERin özü tərəfindən lazımi qaydada icra edilməmişdir. Bundan əlavə iş materiallarında olan elektron qaimə və ödəniş tapşırıqlarından da göründüyü kimi İSSER tərəfindən təqdim edilmiş elektron qaimələr (sonuncu qaimə istisna olmaqla) təqdim edildiyi gün PDL tərəfindən ödənilmiş, yəni PDL tərəfindən elektron qaimələr üzrə ödənişlərdə (görülmüş işlərə dair sonuncu qaimə istisna olmaqla) hər hansı gecikdirmələrə yol verilməmiş, yəni avans ödənişləri ilə bağlı müqavilə öhdəlikləri PDL tərəfindən pozulmamışdır. Odur ki, 6.471,23 manat məbləğində dəymiş zərərin tutulması hissəsində ilkin iddia əsassızdır.
81. Maddi zərər tələbinə dair iddia nın 512.277,91 manat məbləğində pul tutulması hissəsinə gəldikdə qeyd edilməlidir ki, hazırkı halda tərəflər arasında aparılmış e-mail yazışmalarına, gündəlik hesabat (daily report) adlı sənədlərə əsasən PDL-in İSSER-in öhdəliklərini icrası üçün zəruri olan hərəkətləri gecikdirməsi (boruların və digər materialların təqdim edilməsi, icazələrin alınması və s.) öz təsdiqini tapır. Belə ki, müqavilənin şərtlərinə əsasən işlərin görülməsi 2022-ci il 1 mart tarixinədək başa çatdırılmalı olduğu halda yazışmalardan aydın olur ki, boru çəkilməsi işlərinin icrası üçün zəruri olan borular 2022-ci ilin iyul ayında tam təchiz edilmiş, eyni zamanda 2022-ci ilin iyun ayına kimi bəzi tikinti işlərinin icrası ilə bağlı icazələr alınmamışdır. Boruların vaxtında təchiz edilməsi, bununla bağlı "xxxx" MMC-dən alış qaimələrini və boruların sahəyə gətirilməsi cədvəllərini təqdim etməsi barədə PDL-in dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, boru və qum təchizatında, boruların müvafiq sahəyə gətirilməsində gecikmələrin olması barədə İSSER-in məlumatlara, gündəlik hesabatlara PDL tərəfindən etiraz edilməmiş, əksinə PDL-nin layihə rəhbəri Eldar Məlikməmmədov İSSER-in müraciətlərinə cavablarda boruların sifariş edildiyini, borularının gətirələcəyini, qum məsələsinin hələ həll edilmədiyini, icazələrinin hələ alınmadığını və s. bildirərək faktiki olaraq materialların təchizatında və icazələrin alınmasında gecikmələrin olduğunu təsdiqləmişdir.
82. PDL icazələrin alınmasında İSSER-in lazimi sənədləri təqdim etməməsi səbəbindən gecikməsi barədə dəlillərə gəldikdə kollegiya vurğulamışdır ki, bununla bağlı PDL tərəfindən təqdim edilən yazışmalardan yalnız PDL tərəfindən müəyyən sənədlərin və məlumatların təqdim edilməsi ilə bağlı İSSER-ə sorğu edilməsi görünməklə icazələrin verilməməsinin məhz həmin sənədlərin təqdim edilməməsi ilə bağlılığı, bununla bağlı PDL tərəfindən İSSER-ə irad bildirilməsi müəyyənləşmir.
83. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyənləşdirilmişdir ki, İSSER-in öhdəliklərini icra etmək üçün zəruri olan materialların təchizatı və icazələrin alınması PDL tərəfindən gecikdirilmişdir. Bundan əlavə mülki hüquqda təşəkkül tapmış zərərvuran şəxsin təqsirlilik prezumpsiyasına əsasən həmin gecikdirmələrin baş verməsinin onun təqsirindən baş vermədiyini sübuta yetirmək vəzifəsi PDL-in üzərinə düşdüyü halda PDL təqsirsiz olmasını sübuta yetirə bilməmişdir. Odur ki, PDL-in qarşı tərəfin öhdəliklərini icra etməsi üçün zəruri olan malların təchizatını və icazələrin alınmasını təqsirli olaraq gecikdirməsi, bununla da müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi öz təsdiqini tapır.
84. Digər tərəfdən işlərinin icrasının gecikdirilməsi nəticəsində İSSER-ə zərərin dəyməsi faktına və məbləğinə münasibətdə kollegiya qeyd etmişdir ki, İSSER maddi zərərin dəyməsi faktını və məbləğini təsdiq etmək üçün avadanlıqların icarəsi, geodeziya- topoqrafiya işləri bağlı müqavilələri, elektron qaimələri və ödənişləri təsdiq edən sənədləri məhkəməyə təqdim etmişlər.
85. Bununla bağlı qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, müqavilə üzrə işlərin gec bitməsi işlərin görülməsi üçün texnika və avadanlıqların icarəsinin müddətinin uzadılmasına (2022-ci ilin sentyabr-oktyabr aylarınadək texnikaların, avadanlıqların tikinti sahələrində olmuşlar) və belə olan halda İSSER-in əlavə xərclər çəkməsinə səbəb olmuşdur. Lakin kollegiya hesab etmişdir ki, işlərin görülməsinin gecikdirildiyi müddət ərzində podratçının texnikalara, işçilərə və xidmətlərə çəkdiyi bütün xərclərin işlərin görülməsinin gecikdirilməsi ilə bağlı podratçıya dəymiş maddi zərər kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Belə ki, birincisi, İSSER müqavilənin qiyməti müəyyənləşdirilərkən müvafiq mal, iş və xidmətlərə çəkiləcək xərclərin hansı məbləğdə nəzərdə tutulması, işlərin icra müddətinin artması nəticəsində faktiki çəkilmiş xərclərin nə qədər təşkil etməsi və belə olan halda xərclərdə artımın məbləği barədə dəqiq hesablamalarını məhkəməyə təqdim etməm işdir. Digər tərəfdən dörd ay ərzində görülməsi planlaşdırılan işin on iki ay ərzində görülməsi müəyyən zaman kəsiyi ərzində (məsələn, bir ay) görülmüş işin həcminin planlaşdırılan həcmə nəzərən azaldılmasına və belə olan halda işlərin görülməsinə cəlb edilmiş işçilərin sayının və belə olan halda həmin işçilərə çəkiləcək xərclərin müəyyən qədər azalmasına səbəb olmalı, yəni işlərin görülməsinin gecikdirildiyi dövrdə çəkilmiş xərclərin bir hissəsi planlaşdırılan xərclər ilə əhatə edilməli idi. Üçüncüsü, yazışmalardan görünən odur ki, qazılan yerin altından su çıxması ilə bağlı İSSER tərəfindən işlərin görülməsinə cəlb edilən texnikaların sayı artırılmışdır (bax: PDL-in 2022-ci il 19 mart tarixində ünvanladığı tələbə cavab olaraq İSSER-in açıqlamaları), yəni texnikalara çəkilmiş xərclərin bi r hissəsi işlərin gecikdirilməsi ilə bağlı olmamışdır.
86. Bundan əlavə zərərin məbləğini müəyyənləşdirilərkən məhkəmə kollegiyası onu da vurğulamışdır ki, təqdim edilmiş sübutlardan da göründüyü kimi podrat işinin görülməsinin gecikdirilməsi yalnız PDL təqsirindən baş verməmişdir. Belə ki, tərəflər arasında yazışmalardan da göründüyü kimi podratçı bank qarantiyasının təqdim edilməsini gecikdirmiş, 30% bank qarantiyasını təqdim etməli olduğu halda 20% məbləğində qarantiya təqdim etmiş, bunun nəticəsində ilkin ödənişin ödənilməsi və işlərin başlaması gecikdirilmiş, 2022-ci ilin oktyabrında işlərin görülməsini dayandırmış, bundan əlavə işlərin görülməsindən gecikmələr bəzi hallarda hava şəraiti və işlərdə yaranmış çətinliklər (qazma işləri zamanı yerin altından su çıxması və s.) ilə bağlı ol muşdur.
87. Bununla yanaşı məhkəmə tutulmalı olan zərəri müəyyənləşdirərkən onu da nəzərə almışdır ki, tərəflər arasında yazışmalardan da göründüyü kimi PDL şirkətinin nümayəndəsi İSSER-in materialların təchizi ilə bağlı müraciətlərinə əksər hallarda cavab verərək materialların gələcəyi təxmini vaxt barədə məlumatlandırmışdır. Eyni zamanda bəzi tikinti işlərinin aparılmasına dair icazələrin alınmaması barədə də İSSER şirkəti qabaqcadan məlumatlı olmuşdur. Belə olan halda İSSER-in tikinti sahəsində işləyən işçilərinin və texnikanın sayını tənzimləmək, eləcə də zəruri olduğu halda əlavə xərclərinin çəkilməsinin qarşısının almaq üçün sifarişçi ilə razılaşdırmaqla işləri dayandırmaq imkanı olmuşdur. Odur ki, İSSER-in öz hərəkətsizliyi ilə zərərin məbləğinin artmasına şərait yaratması açıq-aşka rdır.
88. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, İSSER işlərin gecikdirilməsinə görə X8 yemək xidmətinə görə 62.841 manat, X1 icarəsinə götə 117.893,50 manat və X6 işçilərin servis (nəqliyyat) xidmətinə görə 13.604,20 manat ödəməsini bildirsə də, göstərilən ödənişlərin məhz PDL-in sifarişi ilə Hacıqabul rayonunda həyata keçirdiyi layihə ilə bağlı olması iş materiallarına əsasən müəyyənləşməmişdir.
89. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilən halları nəzərə alaraq “Ariston” firması, "xxxx" MMC, “Genser” MM, "xxxx" MMC, Odd Construction” MMC ilə bağladığı müqavilələr üzrə işlərin görülməsinin gecikdirildiyi vaxtı üçün ödənilmiş 375.097,48 manat məbləğində vəsaiti işlərin görülməsinin gecikdirilməsi ilə bağlı dəymiş zərər kimi müəyyənləşdirmiş və işlərin gecikdirilməsində və zərər in dəyməsində ilkin iddiaçının da təqsirinin olmasını, eləcə də ilkin iddiaçının həmin zərərin artmasına şərait yaratmasını nəzərə alaraq Mülki Məcəllənin 458.1-ci maddəsinin tələblərinə əsasən məsuliyyətin ölçüsünün azaldılmasını və ilkin cavabdehdən ilkin iddiaçının xeyrinə tutulacaq zərər məbləğinin dəymiş zərərin 50%-i həddində, yəni 187.546 manat (375.097,48 x 50%) məbləğində hesablamışdır.
90. Qarşılıqlı iddianın işlərin görülməsinin gecikdirilməsi və layihənin tamamlanmaması ilə bağlı vurulmuş maddi zərərə görə və işgüzar nüfuza dəymiş zərərə görə 1.125.210 manat məbləğində pulun və 490.262 manat məbləğində dəbbə pulunun tutulması qarşılıqlı iddianın dəymiş zərərin əvəzinin ödənilməsi dair hissəsində qarşılıqlı iddianın qanuni əsaslarını Mülki Məcəllənin 21.2, 23.1, 443.1-ci maddə ləri, dəbbə pulunun tutulması hissəsində qarşılıqlı iddianın qanuni əsaslarını isə Mülki Məcəllənin 462-ci maddəsi təşkil edir.
91. Qarşılıqlı iddianın maddi zərərin əvəzi olaraq 1.125.210 manat məbləğində pulun ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddiaçının da qeyd etdiyi kimi hazırkı layihə iri bir layihə olmaqla, qiyməti 19.000.000 manatdan çox təşkil etmişdir və həmin layihənin bir hissəsinə dair qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən görülməsinə dair müqavilə bağlanmışdır. Lakin PDL-in iddia etdiyi kimi digər şirkətlərlə bağlamış müqavilə əsasında görülmüş işlərin məhz İSSER tərəfindən yerinə yetirilməli olduğu işlərə aidiyyəti məhkəmə gedişatı zamanı sübuta yetirilməmiş və keçirilmiş ekspertiza zamanı da münasibət bildirilməmişdir (belə ol duğu halda PDL tərəfindən ekspertiza tədqiqatı zamanı ekspertə zəruri sənədləri və izahatları təqdim edilməklə həmin işlərin identifikasiyası, hansı şirkətlər tərəfindən görülməsi müəyyən edilə bilərdi). PDL məhkəməyə İSSER-dən başqa da digər şirkətlərlə bağlanmış müqavilələri, təhvil-təslim aktlarını, ödəniş sənədlərini təqdim etsə də, onların məhz İSSER-in yarımçıq qoyduğu işlərin tamamlanmasına yönəldiyini müəyyən etmək mümkün olmamışdır. Çünki həmin müqavilələr üzrə göstərilən əksər işlər belə İSSER ilə bağlanan müqavilədə nəzərdə tutulan işlərdən fərqlidir (malların alınması, yaşıllaşdırma işləri və s.). Odur ki, digər şirkətlərlə bağladığı müqavilələr üzrə ödənilmiş məbləğləri qarşılıqlı cavabdehin mübahisəli müqavilə üzrə işləri tamamlamaması nəticəsində dəymiş ziyan kimi qiymətlənd irilməsi üçün əsas yoxdur.
92. Digər tərəfdən qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı cavabdehin işgüzar nüfuzuna dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələbə gəldikdə kollegiya qeyd bildirmişdir, birincisi, qarşılıqlı iddiaçı hüquqi şəxs olduğundan işgüzar nüfuzunun ləkələnməsi nəticəsində ona vurulmuş yalnız maddi zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı halda isə qarşılıqlı iddiaçı nə qarşılıqlı cavabdeh tərəfindən işgüzar nüfuzunun ləkələnməsini, nə də onun nəticəsindən maddi zərərə məruz qalmasını sübuta yetirə bilmişdir.
93. Odur ki, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini pozması nəticəsində və işgüzar nüfuzuna 1.125.210 manat məbləğində zərər vurulmasını sübuta yetirə bilmədiyindən həmin hissədə iddia rədd olunmal ıdır.
94. İşlərinin görülməsinin gecikdirilməsinə görə tələb edilən dəbbə pulu məbləğinə münasibətdə kollegiya hesab etmişdir ki, mübahisəli podrat müqaviləsi üzrə işlərin görülməsi qarşılıqlı cavabdeh tərəfindən gecikdirildiyindən (gecikmənin baş verməsində qarşılıqlı cavabdehin də təqsirinin olması qətnamənin əvvəlki paraqraflarında müəyyən edilmişdir) və müqavilədə işlərin görülməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan qarşılıqlı iddiaçı Mülki Məcəllənin 462-ci maddəsinin tələblərinə əsasən öhdəliyinin icrasının gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsini qarşılıqlı cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
95. Məhkəmə cavabdehdən tutulmalı olan dəbbə pulu məbləğini müəyyənləşdirərkən nəzərə almışdır ki, birincisi, işin yuxarıda göstərilən hall arı ilə müqavilə üzrə işlərinin gecikdirilməsinin hər iki tərəfin təqsirindən baş verməsi müəyyən edilmişdir. İkincisi, podrat müqaviləsi üzrə görülməli olan ƏDV xaric 3.300.000 manat məbləğində işlərin ƏDV xaric 254.000 manat (ƏDV daxil 299.720) hissəsi, ümumiyyətlə, icra edilməmişdir. İşlərin görülmüş hissəsi isə PDL tərəfindən qəbul edilmişdir (1.899.525 manat hissəsi təhviltəslim aktları imzalanması, 1.146.475 manat hissəsi isə elektron qaimələrin qəbul edilməsi və ödənilməsi yolu ilə). Həmin işlər qəbul edilərkən və ödənilərkən qarşılıqlı iddiaçı dəbbə pulunu tələb etmək hüququnu özündə saxladığını bildirməmişdir. Halbuki Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəy əcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
96. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, İSSER-dən PDL-in xeyrinə tutulacaq dəbbə pulu PDL tərəfindən icrası qəbul edilməmiş ƏDV daxil 299.720 manat məbləğində işlərin müəyyənləşdirilmiş müddətdə görülməməsinə görə hesablanmalı və Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri və gecikdirmədə hər iki tərəfin təqsirinin olması nəzərə alınmaqla 7.500 məbləğində müəyyən edilməlidir.
97. İlkin iddianın əlavə işlərin görülməsi hissəsi ilə bağlı məhkəmə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli işlərin İSSER tər əfindən görülməsi fərz edilsə belə, aşağıdakı əsaslara görə həmin işlərinə görə ayrıca muzd ödənilməsi tələbinə dair ilkin iddia təmin edilə bilməz.
98. Birincisi, podratda əlavə işlər dedikdə tələb olunan nəticəni əldə etmək üçün zəruri olan, lakin sifarişçinin planlaşdırmadığı və müqavilə bağlanarkən görülməsini tapşırmadığı işlər başa düşülür. Hazırkı halda müqavilə bağlanarkən nəzərə alınmış işlərin həcmini və tərkibini müfəssəl şəkildə əks etdirən smeta məhkəməyə təqdim edilmədiyindən ilkin iddiaçı “əlavə iş” olmasını iddia etdiyi işlərin müqavilə bağlanarkən smetalarda nəzərdə tutulub-tutulmasının müəyyən edilməsi mümkün deyildir.
99. İkincisi, əlavə işlərə görə muzd ödənilməsi şərtlərini müəyyən edən MM-in 753.3ci və 753.4-cü maddələrinin məzmunundan da göründüyü kimi müqavilədə nəz ərdə tutulmayan əlavə işlər yalnız həmin işlərin görülməsi sifarişçi tərəfindən tələb edildikdə ödənilə bilər. Bu zaman o da nəzərə alınmalıdır ki, sifarişçi əlavə işlərin ayrıca muzd müqabilində yerinə yetiriləcəyini qəbul etmədiyi halda podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
100. Hazırkı halda sifarişçinin əlavə işlərinin ayrıca muzd müqabilində yerinə yetirilməsinin qəbul etməsi, eləcə də podratçının ələcə də ayrıca muzd alacağı barədə işə başlamazdan əvvəl məlumat verməsi iş materiallarına əsasən müəyyən edilmir. Bununla bağlı kollegiya əlavə işlərin siyahısının PDL-in nümayəndəsinə göndərilməsi və sonuncunun həmin işlərə görə ödənişin edilməsinə etiraz etməməsi barədə dəlillərinə münasibətdə bildirmişdir ki, e-mail yazışmalarından da görü ndüyü kimi İSSER tərəfindən “əlavə işlər”in siyahısı həmin işlər görüldükdən sonra cavabdehə göndərilmiş, bundan əlavə PDL tərəfindən həmin siyahıya hər hansı münasibət bildirilməmişdir. Odur ki, həmin yazışmaların PDL-in əlavə işlərinin görülməsi barədə qabaqcadan məlumatlandırılması, həmin işlərin smetada nəzərdə tutulmamış əlavə iş olmasını və sifarişçinin həmin işlərə görə ayrıca muzd ödənilməsi ilə bağlı razılaşmasını təsdiq edən sübut kimi nəzərə alına bilməz.
101. Qarşılıqlı iddianın görülmüş işlərdə qüsurlara görə 2.394 manat məbləğində dəymiş maddi zərərin və həmin məbləğə hesablanmış dəbbə pulunun tutulması hissəsinə münasibətdə kollegiya hesab etmişdir ki, həmin hissədə qarşılıqlı iddia 2023-cü ilin fevral ayında İSSER tərəfindən çəkilmiş boru xəttində suvarma işləri zamanı qayn aq tikişlərin açılması hadisəsinin baş verməsi və nəticədə dəymiş ziyanın aradan qaldırılması üçün aparılmış təmir-bərpa işlərinə PDL tərəfindən 2.394 manat məbləğində xərc çəkilməsi ilə əsaslandırılmışdır.
102. Məhkəmə kollegiyası vurğulamışdır ki, sözügedən tələbə Mülki Məcəllənin 763766-cı maddələrin tələbləri tətbiq edilməklə münasibət bildirilməlidir. Sözügedən normaların məzmunundan da göründüyü kimi qanunverici görülmüş işlərdə qüsur aşkar edildikdə sifarişçi tərəfindən həmin qüsurların icrası barədə əlavə müddət verilməli olmasını və yalnız həmin müddət ərzində qüsurlar aradan qaldırılmadıqda sifarişçinin qüsuru özü aradan qaldırmaqla xərclərin ödənilməsini podratçıdan tələb etmək və ya muzdu azaltmaq hüququna malik olmasını müəyyən etmişdir.
103. Hazırkı halda isə PDL-in aşkar edi lmiş qüsur barədə İSSER-ə məlumat verməsi və əlavə icra üçün vaxt verməsi müəyyən edilmədiyindən PDL-in qüsuru özü aradan qaldırmaqla xərclərin ödənilməsini İSSER-dən tələb etmək hüququ yaranmamışdır.
104. Bundan əlavə podrat müqaviləsinin 6.1-ci bəndində nəzərdə tutulmuş işlərin keyfiyyətinə 2 illik qarantiya ilə bağlı kollegiya bildirmişdir ki, həmin bəndə görə işlər tam təhvil verildiyi gündən 24 ay müddətinə texniki təminat verir və təminat müddətində aşkar olunmuş qüsurlar İSSER-in vəsaiti hesabına ən qısa müddətdə aradan qaldırmazsa, PDL həmin malın dəyəri və vurulmuş maddi zərərə görə müvafiq qaydada cərimə tətbiq etmək hüququnu özündə saxlayır.
105. Bəndin məzmunundan da göründüyü kimi müqavilədə nəzərdə tutulmuş qarantiya şərtlərinə əsasən də sifarişçi tərəfindən aşkar edilmiş q üsur barədə podratçıya məlumat verilməli və həmin qüsurun öz vəsaiti hesabına aradan qaldırılması üçün şərait yaradılmalıdır.
106. O da nəzərə alınmalıdır ki, podratda qarantiya dedikdə işlər görülüb başa çatdıqdan sonra müqavilədə göstərilən qarantiya müddəti ərzinsə qüsurlar aşkar edildiyi halda podratçının həmin qüsurların aradan qaldırması öhdəliyini daşıması başa düşülür. Lakin qarantiyanın verilməsi qarantiya müddəti ərzində aşkar edilən istənilən qüsurun aradan qaldırılmasına görə podratçının məsuliyyət daşıması anlamına gəlmir. Belə ki, Mülki Məcəllədə podrat münasibətlərində qarantiyaya əsasən podratçının məsuliyyət daşımalı olduğu hallara dair xüsusi norma mövcud olmadığından həmin münasibətlərə qanunun analogiyası üzrə alqı-satqı müqaviləsinin keyfiyyat qarantiyasının verilməsi ilə bağlı normaları tətbiq edilə bilər. Mülki Məcəllənin 588.2-ci maddəsinə görə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
107. Həmin maddənin məzmunundan da göründüyü kimi məmulatda qüsurunun alıcı (hazırkı halda sifarişçi) tərəfindən ondan istifadə və ya saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirdiyi halda qarantiya müddətində aşkar edilmiş qüsurlara görə satıcı (hazırkı halda podratçı) cavabd ehlik daşımır.
108. Göründüyü kimi hazırkı halda PDL aşkar edilmiş qüsur barədə İSSER-ə məlumat verməməklə bir tərəfdən mülki qanunvericiliyin və müqavilə şərtlərinin tələblərini pozmuş, digər tərəfdən isə İSSER-i hadisənin baş vermə səbəbləri barədə araşdırma aparmaq və belə olan halda faktiki olaraq qüsurları onun cavabdehlik daşımadığı hallardan yaranmasını sübuta yetirmək imkanından da məhrum etmişdir. Belə olan halda isə kollegiya hesab etmişdir ki, tikişlərin açılması hadisəsinin baş vermə səbəbləri ilə bağlı qeyri-müəyyənlik İSSER-in xeyrinə şərh olunmalıdır.
109. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, podrat işlərində aşkar edilmiş qüsurlarla bağlı zərərin əvəzi olaraq pulun tutulması, belə olan halda həmin tələbdən irəli gələn əlavə tələb ola n dəbbə pulunun tutulması tələbinə dair hissədə iddia əsassızdır.
110. Məhkəmə kollegiyası mövqeyini MM-in 21.1, 21.2, 23.1, 23.6, 385.1, 386, 427.2, 439.4, 442, 443.1, 446.2, 448.1, 458.1, 462.1, 467, 752.1, 753.1, 753.3, 756.1, 759.1, 759.2, 763.1, 764.1, 766, 774, 1091, 1092.1-ci, “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun 1.2, 24.1-ci maddələrinə, "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 1.2, 3.1, 3.2, 3.3, 3.4-cü bəndlərinə, MPM-in 77.1, 440.1, 443.0, 443.0.1, 443.0.2, 443.0.7, 450.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
111. İSSER kassasiya şikayəti verərək qətnamənin onun apellyasiya şikayətinin təmin olunmadığı, qarşılıqlı iddiaçının isə apellyasiya şikayətinin təmin edildiyi hissədə ləğv olunaraq İSSER-in iddia tələbinin təmin edilməy ən hissədə tam təmin olunması, qarşılıqlı iddianın isə tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
112. PDL kassasiya şikayəti verərək qətnaməsinin qismən - ilkin iddianın təmin edilən hissəsində ləğv və onun tam rədd edilməsi, qarşılıqlı iddianın rədd olunan hissəsində ləğv edilərək tam təmin edilməsi, məhkəmə xərclərinin ilkin iddiaçıya aid edilməsi, ödənilmiş dövlət rüsumlarının təmin edilmiş iddiaya mütənasib şəkildə bölünməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
113. MM-in 53.2 və 53.3-cü maddələri üzrə - İSSER-in apellyasiya şikayətinin başlıca dəlillərindən biri “qarşılıqlı iddia tələbinin ona cavab verməli olan hüquqi şəxsə yönəldilməməsi” barəd ə olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bu hissədə olan əsaslandırmasında görünür ki, məhkəmə hər nə qədər MM-in 53.2-ci və 53.3-cü maddələrini yox saysa da, hər bir halda İSSER-in Azərbaycan Respublikasındakı filialını hüquqi şəxs hesab etməmiş, bununla belə filialın hüquqi şəxsə yaxın olan xüsusi hüquqi statusuna malik olduğunu qeyd etməklə müvafiq qənaətə gəlmişdir. Halbuki MM-ə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. (maddə 53.2). MM-in 53.3-cü maddəsinə görə nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəh bərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. MPM-in 50.1-ci maddəsi isə yalnız fiziki və hüquqi şəxslərin iddiaçı və ya cavabdeh ola biləcəyini müəyyən etmişdir. Göründüyü kimi mülki qanunvericilikdə hüquqi şəxsə yaxın olan xüsusi hüquqi status və ya bu cür statusa malik şəxs anlayışı müəyyən edilmir, prosessual qanunvericilik isə hüquqi şəxslərin iddiaçı və ya cavabdeh ola biləcəyini müəyyən edir. Bu onu deməyə əsas verir ki, qarşılıqlı iddia ərizəsi həmin tələbə cavab verməli olan hüquqi şəxsə yönəldilməmişdir. Halbuki hər hansı iddia tələbi o halda təmin oluna bilər ki, həmin tələb ona cavab verməli olan subyektə yönəlmiş olsun. Bu baxımdan qarşılıqlı iddianı qismən təmin edildiyi hissədə məhkəmə prosessual pozuntuya yol verməklə yanaş ı, həmçinin MM-in qeyd edilən maddələrinin tələbələrini də nəzərə almamış və pozmuşdur.
114. MM-in 445.7-ci maddəsi üzrə - işdən görünür ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı 20.000 ABŞ dolları hissədə təmin etmiş, o cümlədən belə qənaətə gəlmişdir ki, PDL həmin məbləğə münasibətdə illik 5 faiz hesablanmaqla 2.070,4 ABŞ dolları pulu İSSER-in Azərbaycan filialından tələb etməkdə haqlıdır. Apellyasiya məhkəməsi isə prinsipcə birinci instansiya məhkəməsi ilə razılaşmış və sadəcə faiz məbləğində dəyişiklik etmişdir. Əvvəla qeyd edilməlidir ki, 20.000 ABŞ dollarının alınması ilə bağlı tərəflər arasında yaranmış münasibət borc münasibətidir. Tərəflər arasında hazırkı mübahisə isə onlar arasındakı podrat münasibətindən irəli gəlir. Odur ki, həmin məbləğin podrat münasibətindən irəli gələn məhkəmə mübahisəsi zamanı qarşılıqlı iddia kimi irəli sürülməsi, məhkəmənin də bu tələbi təmin etməsi doğru olmamışdır. Həmin tələb əsaslı olmadığından borc məbləğinə illik 5 % kimi hesablanmış 1.125 ABŞ dolları pul məbləğinin tutulması da əsassızdır.
115. MM-in 759.1 və 759.2-ci maddələri üzrə - kassator əldən çıxmış faydaya görə 188.405,5 manat və bu məbləğə hesablanmış 33.912,99 manatla bağlı apellyasiya instansiyasının mövqeyinə münasibətdə qeyd etmişdir ki, apellyasiya məhkəməsi bu nəticəyə sübutetmə yükünün bölüşdürülməsi baxımından prosessual qanunvericiliyin müəyyənləşdirdiyi prinsiplərə əməl etməməsi səbəbindən gəlmişdir (prosessual hüquq normalarının pozulması hissəsində bununla bağlı ətraflı izahat veriləcəkdir). Halbuki müqavilənin qeyd edilən əsasla (İSSER-in təqsirində n dolayı) ləğv edilməsi üçün heç bir səbəb olmamışdır. Belə ki, PDL tərəfindən 2022-ci ilin noyabr ayında sahədə suvarma işlərinin aparılacağı barədə İSSER-ə məlumat verilmiş və bu səbəbdən də sahədə işlərin dayandırılması tapşırılmışdır. Bundan sonra PDL-in layihə rəhbəri (nümayəndəsi) Eldar Məlikməmmədov 2022-ci il 16 noyabr tarixli mail vasitəsilə İSSER-ə bildirmişdir ki, sahədə suvarma işləri 2022-ci il 1 dekabr tarixində yekunlaşacaqdır, işlərin başlanması ilə bağlı planlamanı bunu uyğun tənzimləyin.
116. Bununla belə PDL işlərin dayandırılması təlimatını verdiyi həmin müddətdə, daha dəqiqi 2022-ci il 25 noyabr tarixində İSSER-ə göndərdiyi bildirişlə işlərin dayandırılması halına əsaslanaraq tərəflər arasındakı müqaviləyə xitam verdiyini bildirmişdir. Apellyasiya məhkəməsinin yuxarı dakıları nəzərə almadan sadəcə qarşı tərəfin təqdim etdiyi bir neçə maili dəyərləndirərək dolayı şəkildə, işlərin İSSER tərəfindən 21 gündən artıq müddətdə dayandırılması səbəbindən müqavilənin ləğv edilməsi qənaəti düzgün olmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmənin müvafiq qənaətə gələrkən əsaslandığı maillər oktyabr ayına aid olduğu halda, sonradan PDL-in layihə rəhbəri (nümayəndəsi) Eldar Məlikməmmədov yuxarıda da göstərilən maili 2022-ci il 16 noyabr tarixində göndərmiş və həmin mail vasitəsilə o, İSSER-ə bildirmişdir ki, sahədə suvarma işləri 2022-ci il 1 dekabr tarixində yekunlaşacaqdır, işlərin başlanması ilə bağlı planlamanı buna uyğun tənzimləyin. Bu o deməkdir ki, məhkəmənin gəldiyi qənaətin əksinə, İSSER demobilizasiya aparmamış (sahədən çıxmamış, işləri öz istəyinə görə dayan dırmamış), sahədə olmuş və işləri görmək üçün suvarma işlərinin yekunlaşmasını gözləmişdir.
117. Apellyasiya məhkəməsinin “suvarma işlərinin aparılması yalnız həmin işlərin görüldüyü Nasos 2 ərazisində işlərin dayandırılması üçün əsas hesab edilməsi, podrat müqaviləsi üzrə 11-12 km əhatə edən ərazidə işlərin bütövlükdə dayandırılmasına əsas verməməsi” ilə bağlı dəlili də əsaslı olmamışdır. Birincisi, məhkəmənin nəyə əsasən suvarma işlərinin yalnız Nasos 2 ərazisində həyata keçirilməsi qənaətinə gəlməsi sual doğurur. Halbuki heç də belə olmamış, suvarma ümumən aparılmışdır. Ümumiyyətlə, suvarmanın hissəvi aparılması mümkün olan şey deyildir. Belə ki, su bütün xətt boyu keçərək hovuza doldurulur və onun vasitəsilə ərazi suvarılır. Digər tərəfdən məhkəmə belə bir arqument irəli sürsə də, digə r sahələrdə işlərin zatən görülmüş olduğunu nəzərə almamışdır. Belə ki, həmin vaxt Nasos 2 ərazisi xaricində digər işlər yekunlaşdırılmışdı.
118. Göstərilənlərə əsasən PDL-in müqaviləyə təktərəfli xitam verməsi (müqavilənin tələblərinə zidd olmaqla birlikdə) MM-in 759.1-ci maddəsi ilə izah oluna bilər. Belə ki, həmin maddədə, sifarişçinin işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə biləcəyi nəzərdə tutulmuş, bununla yanaşı xüsusi olaraq vurğulanmışdır ki, sifarişçi bu halda podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Xüsusilə vurğulanmalıdır ki, tərəflər arasındakı podrat münasibəti zamanı işlərin müxtəlif vaxtlarda ləngiməsi PDL-in ucbatından olmuşdur. İş materiallarından da işdəki gecikmələrin İSSER-in təqsir indən deyil, əksinə PDL-in təqsirindən irəli gəldiyini müəyyən etmək mümkündür. Bu barədə iş materiallarında çoxsaylı maillər mövcuddur, habelə apellyasiya məhkəməsinin özü də qətnamənin 107-ci abzasında bu halı qəbul etmişdir. Bunlardan əlavə, PDL-ə göndərilmiş günlük raportlardan da aydın görünür ki, müəyyən zaman kəsimlərində işlər müxtəlif səbəblərdən (materiallar təmin edilməməsi, müvafiq icazələrin alınmaması və s.) görülə bilməmiş və bu barədə PDL məlumatlandırılmışdır. Bununla bağlı günlük raportlara uyğun tərtib edilmiş “tikinti sahəsində iş görülməyən günlərin sayı” cədvəli məhkəməyə təqdim edilmişdir. Beləliklə, PDL-in müqaviləyə əsassız olaraq təktərəfli qaydada xitam verməsi səbəbindən İSSER müqavilə üzrə işləri tamamlamaqla razılaşdırılmış ümumi muzdu əldə etmək imkanından mə hrum edilmişdir. Bununla da İSSER-ə 188.405,50 manat (3.300.000 – 3.111.594,50) məbləğində zərər (əldən çıxmış fayda) vurulmuşdur. Odur ki, müqaviləyə təktərəfli qaydada xitam verməsi nəticəsində İSSER-ə vurulmuş həmin zərər İSSER-in xeyrinə tutulmalı idi.
119. MM-in 458.1 və 465.2-ci maddələri, müqavilənin 2.2.1, 2.2.2 və 7.7-ci bəndləri üzrə - qətnamədən görünür ki, apellyasiya məhkəməsi “PDL-in öhdəliklərini lazımınca və vaxtında icra etməməsi ucbatından işlərin icrasının gecikməsinə görə İSSER-in məruz qaldığı 512.277,91 manat zərərin tutulması” tələbinə münasibətdə İSSER-in dəlillərini qəbul etsə də, yanlış olaraq işlərin gecikdirilməsində hər iki tərəfin təqsirli olduğunu vurğulamaqla, Mülki Məcəllənin 458.1-ci maddəsinə istinadla tutulmalı məbləği 50% həddində azaltmışdır. Əvvəla işlərin İSSER-in təqsirindən gecikməsi halı mövcud olmamışdır. PDL tərəfindən də bu hal heç bir halda sübuta yetirilə bilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 111-ci abzasındakı qənaəti tamamilə səhvdir.
120. Birincisi, zəmanət məktubu İSSER tərəfindən planlanandan çox qısa, bir neçə gün sonra verilmişdir. Bunun sahədə işlərin aylarca uzadılmasına səbəb olacaq təqsir hesab edilməsi ağlabatan deyil. İkincisi, zəmanət məktubu 2021-ci il 22 dekabr tarixində PDL-ə təqdim edilmişdir. Həmin tarixə qədər, yəni artıq işlərin icrasına başlanılması üçün İSSER tərəfindən sahədə mobilizasiya işlərinə start verilmiş və işlərin icrasına real olaraq başlanılmışdır. İSEER tərəfindən PDL-ə təqdim edilmiş 2021-ci il 14 dekabr tarixli günlük raportdan da aydın olur ki, həmin t arixə qədər sahədə toplam 1550 m uzunluğunda qazma işi, 462 m uzunluğunda boru montajı işi icra edilmişdir (müvafiq mail və günlük raport təkrar əlavə edilir). Beləliklə, zəmanət məktubunun bir neçə gün sonra verilməsi heç də işlərin gecikdirilməsi üçün əsas olmamış, əksinə zəmanət məktubunun verilməsindən öncə sahədə işlərin görülməsinə başlanılmışdır.
121. Odur ki, işlərin bilavasitə bu səbəbdən gecikdirilmiş olduğu qənaətinə gəlmək mümkün deyildir. Əksinə mübahisəsiz şəkildə müəyyən edilir ki, işlər hər bir halda PDL-in müqavilə öhdəliklərini vaxtında icra etməməsi (İSSER-i zəruri materiallarla təmin etməməsi, lazımi icazələrin alınmaması və s.) səbəblərindən gecikdirilmişdir. Digər tərəfdən, gecikmədə müəyyən mənada İSSER-in də təqsirinin olması qəbul olunsa belə, tutulmalı məbləği 50% həddində azaltması işin hallarına uyğun gəlməməklə bərabər, ədalətli də olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hansı meyarı əsas götürməklə bu nisbətdə azalma tətbiq etdiyini əsaslandıra bilməmişdir (ümumiyyətlə, buna cəhd belə etməmişdir). Halbuki MM-in məhkəmə tərəfindən istinad edilən 458.1-ci maddəsində də borclunun məsuliyyətinin (qarşı tərəfin təqsirinə münasibətdə) müvafiq surətdə azaldıla biləcəyi qeyd edilir. Məhkəmənin hazırkı işdə tərəflərin təqsirinin eyni həddə olması ilə bağlı gəldiyi qənaət sual doğurur. Bundan başqa məhkəmə gecikməyə görə zərərin məbləğini müəyyən edərkən gecikmə səbəbindən X8 yemək xidmətinə görə 62.841 manat, X1 icarəsinə görə 117.893,50 manat və X6 işçilərin servis (nəqliyyat) xidmətinə görə 13.604,20 manat ödəməsini nəzərə almamışdır. Məhkəmə b u mövqeyini belə əsaslandırmışdır ki, həmin ödənişlərin məhz PDL-in sifarişi ilə Hacıqabul rayonunda həyata keçirdiyi layihə ilə bağlı olması iş materiallarına əsasən müəyyən edilmir. Halbuki həmin ərəfədə İSSER-in icraatında bu layihədən başqa bir iş olmamışdır. Digər tərəfdən həmin xərclərin sözügedən layihədən kənar işlərlə bağlı olduğuna dair iş materiallarında hər hansı dəlil mövcud deyildir və ola da bilməz.
122. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə qətnaməsində iddia tələbinin “zəmanət məktubunun verilməsinə görə 6.471,23 manat məbləğində dəymiş zərərin tutulması” hissəsinə məhz işlərin gecikməsinə görə dəymiş ziyanla birlikdə qiymət verdiyindən həmin hissə ilə bağlı dəlilləri də kassator bu hissədə qeyd etmişdir. Belə ki, məhkəmə 6.471,23 manat məbləğində dəymiş zərərin tutul ması hissəsində olan qənaəti də yerində olmamışdır. Belə ki, zəmanət məktubu ilə bağlı məsələ tərəflər arasında bağlanmış müqavilənin ödəniş qaydasını tənzimləyən 2-ci bəndində əksini tapmışdır. Müqavilənin həmin bəndinə əsasən PDL 1-ci mərhələdə müqavilənin 10% məbləğində avans ödəməli, yalnız bundan sonra 2-ci mərhələdə artıq İSEER zəmanət məktubunu verməli idi. Lakin PDL tərəfindən müqavilənin bu bəndinin tələbləri də pozulmuş, ümumiyyətlə, avans ödənişi həyata keçirilməmişdir. Beləliklə, İSSER zəmanət məktubu ilə bağlı xərclərə səbəbsiz yerə məruz qalmışdır. Odur ki, iddia tələbinin həmin hissəsi də təmin edilməli idi.
123. MM-in 442, 443, 448, 752.1, 753.1, 769 və 770-ci maddələri üzrə - məhkəmə kollegiyası iddia tələbinin 65594,50 manata dair hissəsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ətraflı hüquqi qiymət verməkdən yayınmış, sadəcə bu tələbə dair sübutların təqdim edilmədiyini vurğulamaqla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır (bu dəlilin əsassızlığı prosessual hüquq normalarının pozulması hissəsində izah ediləcəkdir). Kassatorun qənaətinə görə bu hissədə iddianın olub-olmamasına İSSER tərəfindən sahədə işlərin faktiki görülüb-görülmədiyini araşdırmaqla nail oluna bilərdi.
124. Lakin məhkəmələr bunu etməmiş, işin asanına qaçmışlar. İşə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə ekspertiza təyin edərək ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Əldə edilmiş ekspert rəyi ilə sahədə müqavilə üzrə işlərin tamamilə görülmüş olduğu müəyyən edilir. Bunu tərəflər (nümayəndələr) də mübahisələndirməmişlər. PDL görülmüş işlərin çoxunu n onun sifarişi əsasında başqa podratçılar tərəfindən icra edildiyini irəli sürsə də, buna dair sübutlar təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi də sahədə görülmüş işlərin bir qisminin PDL-in sifarişi əsasında başqa podratçılar tərəfindən icra edilməsi halı ilə razılaşmamışdır. Madam ki, işlərin tamamilə görülmüş olduğu müəyyən edilir və apellyasiya instansiya məhkəməsi də sahədə görülmüş işlərin bir qisminin PDL-in sifarişi əsasında başqa podratçılar tərəfindən icra edilməsi ilə razılaşmır, belə olan halda, nəyə görə həmin işlərin dəyəri İSSER-ə tam şəkildə ödənilmir? Halbuki indiki halda ağlabatan mühakimə əsasında özünün görmədiyini etiraf etdiyi işlər istisna olmaqla sahədəki qalan bütün işlərin məhz İSSER tərəfindən görüldüyü qənaətinə gəlinməli və bu müəyyən olunduğuna gö rə qeyd edilən tələbə müqavilənin, o cümlədən MM-in öhdəliklərin icra edilməməsi və podrat müqaviləsinə (m. 752.1, 753.1, 769, 770) dair müddəaları tətbiq edilməli və iddia həmin hissədə də təmin olunmalı idi. Bütün bunlar apellyasiya instansiyası məhkəməsinin, maddi hüquq normalarını pozduğunu və düzgün tətbiq etmədiyini göstərməkdədir.
125. MM-in 462 və Vergi Məcəlləsinin 153-cü maddələri üzrə - mübahisələndirilən qətnamə “işlərin gecikdirilməsinə görə 7.500 manat məbləğində dəbbə pulunun tutulması” hissəsində də əsaslı hesab edilə bilməz. Qətnamədən görünür ki, həmin məbləğ İSSER tərəfindən icra edilməyən işlərin dəyəri və həmin məbləğə hesablanan ƏDV nəzərə alınmaqla hesablanaraq PDL-in xeyrinə tutulmuşdur. Birincisi, bu tələb kassasiya şikayətinin 5-ci xananın 1-ci bəndində aparılan ə saslandırmaya (bu Qərarın 121-ci abzası) əsasən əsaslı hesab edilə bilməz. İkincisi, iş materiallarından və yuxarıdakı izahatlardan aydın şəkildə göründüyü kimi qalan işlərin icra edilməməsində İSSER-in hər hansı formada təqsiri olmamışdır. İşin bu halı da onu deməyə əsas verir ki, qətnamə qeyd edilən hissədə tamamilə əsassızdır. Üçüncüsü, lap fərz edilsə ki, işlərin gecikdirilməsinə görə İSSER-dən dəbbə pulu tutulmalıdır, bu halda sual yaranır: məhkəmə ƏDV məbləğinə münasibətdə niyə dəbbə pulu hesablayıb tutmuşdur? Halbuki işlərin gecikdirilməsinə görə dəbbə pulu əsas məbləğə münasibətdə hesablanıb tutula bilər. ƏDV isə ödənilməli ümumi məbləğə (əsas məbləğ + dəbbə pulu) hesablana bilər.
126. MM-in 753.3-cü maddəsi üzrə - apellyasiya məhkəməsinin ilk iddianın “İSSER tərəfindən PDL-in xe yrinə müqavilədən kənar əlavə işlərin görülməsi” hissəsi ilə bağlı qənaəti də əsaslı olmamışdır. Məhkəmə bu hissədə özünün mövqeyini əlavə işlərin görülmüş olduğunun sübuta yetirilməməsi dəlili ilə əsaslandırmışdır. Halbuki apellyasiya baxışı zamanı sədrlik edən tərəfindən PDL-in nümayəndəsi (PDL-in direktoru) Qanuni nümayəndə yönəldilmiş suala cavab verərkən sonuncu “201.291 manatlıq işləri əks etdirən cədvəllə tanış olduğunu, o işlərin sahədə görüldüyünü” bildirmiş, etiraf etmişdir (2024-cü il 27 dekabr tarixli iclas,video yazının 50:28 dəqiqəsindən etibarən). Bundan sonra digər nümayəndələrin (vəkillərin) yönləndirməsiylə boruların boşaldılmasını İSSERin deyil, PDL-in həyata keçirdiyini, görülmüş həmin işlərin müqavilə daxilində olan işlər olduğunu bildirmişdir. Halbuki İSSER-in görməli olduğu işlər tərəflər arasındakı müqavilədə açıq-aydın sadalanmışdır. İSSER-in öhdəliklərindən kənar PDL-in xeyrinə gördüyü Əlavə işlərə dair AKT-da (AKT-EK-001) göstərilən işlərin heç biri həmin müqavilədə əksini tapmır. Əksinə boruların sahəyə boşaldılması məhz müqaviləyə əsasən PDL-in öhdəliyi kimi müəyyən edilir.
127. Bundan başqa, iş materiallarından əlavə işlərin görülməsinə dair tərəflər arasında e-mail yazışmalarının mövcudluğu müəyyən edilir. Bunu işə baxan birinci instansiya məhkəməsi də qəbul etmişdir. Apellyasiya baxışı zamanı da məhkəmə kollegiyası tərəfindən həmin e-maillərlə bağlı cavabdeh tərəfə (xüsusən PDL-in direktoru Qanuni nümayəndə) ətraflı suallar yönəldilmişdir. Sahədə görülmüş əlavə işlərlə bağlı İSSER-dən mail vasitəsi ilə məlumat istəmisiniz mi sualına cavab ver ərkən PDL-in direktoru Qanuni nümayəndə “bəli istəmişik” cavabını verərək sahədə əlavə işlərin görüldüyünü əslində etiraf etmişdir (2024-cü il 27 dekabr tarixli iclas, video yazının 39:50 dəqiqəsindən etibarən). Tərəflər arasındakı podrat müqaviləsi üzrə işlərin icrası zamanı İSSER tərəfindən PDL-in xeyrinə görülmüş müqavilədə nəzərdə tutulmayan əlavə işlər ümumən iri tonajlı nəqliyyat vasitələrinin (boru tırlarının) sahəyə boru gətirə bilməsi üçün qrunt yolun düzəldilməsi, boruların yükləməsi, sahəyə gətirilməsi və boşaldılması, kanallara dolan suyun boşaldılması(təmizlənməsi) və həmin su üçün yeni kanal qazılması, əlavə qazıntı işlərinin aparılmasından ibarət olmuşdur. Həmin işlər Müqavilə üzrə İSSER tərəfindən görülməli olan işlərə və Müqavilənin 4-cü bəndində göstərilən öhdəliklərinə a id olmamışdır.
128. Əlavə işlərin təfərrüatı ilə bağlı 2022-ci il 28 noyabr tarixli Cədvəl 1 (AKT-EK001) tərtib edilmişdir. Müvafiq maillərlə əlavə işlər barədə PDL-ə məlumat verilmiş və həmin işlərin ayrıca muzd müqabilində yerinə yetirilməsi barədə razılıq əldə edilmişdir. Qeyd edilənlər mail yazışmaları ilə də öz təsdiqini tapır. Məsələn: 2022-ci il 1 fevral tarixli (16:06) yazışmada M.Eldar əlavə görülən işlərin həcmini və dəyərini istəyir. Həmin tarixdə ona 73.621 manatlıq iş cədvəli göndərilir. Daha sonra 2022-ci il 28 aprel tarixli yazışma ilə M.Eldara həmin tarixədək görülmüş əlavə işlər üzrə 146.001 manatlıq AKT-EK-001 cədvəl göndərilmişdir. Bu akt bir neçə dəfə göndərilsə də, PDL tərəfindən ödəniş edilməmişdir. Bu barədə apellyasiya instansiyası məhkəməsinin “hazırkı halda sifari şçinin əlavə işlərinin ayrıca muzd müqabilində yerinə yetirilməsini qəbul etməsi, eləcə də podratçının ayrıca muzd alacağı barədə işə başlamazdan əvvəl məlumat verməsi iş materiallarına əsasən müəyyən edilmir” ifadəsi və qənaəti absurddur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi 2024-cü il 27 dekabr tarixli iclasda bu məsələlər ətraflı araşdırıldı və cavabdehin əlavə işlərin görüldüyündən məlumatı olduğu, bununla bağlı mütəmadi olaraq hesabat istədikləri mail yazışmaları ilə müəyyən edildi. Buna baxmayaraq məhkəmənin belə qənaətə gəlməsi ağlabatan deyil.
129. İSSER tərəfindən əlavə işlərin görüldüyünə dair məhkəməyə çoxsaylı fotoşəkillər də sübut qismində təqdim edilmişdir. Həmin şəkillərdə yuxarıdakı maillərdə göstərilən, kanallara yığılmış suların boşaldılmasını əks etdirən fotoşəkillə r mövcuddur. Həmçinin məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, PDL-in əməkdaşı(işçisi) İlkin Yusifov ilə əlavə işlərin bir qisminə dair mütəmadi olaraq aktlar imzalanmışdır. Həmin aktlarda əlavə işlərin təsviri verilmiş, işlər haqqında qısa açıqlama qeyd edilmişdir. Həmin aktlara əlavə edilmiş fotoşəkillər də öz növbəsindən işlərin görüldüyünü təsdiq etməkdədir. Fotoşəkillərdən qrunt yolun düzəldilməsi, boruların boşaldılması açıq-aşkar görünür. Həmçinin “X4” MMC-nin ekpert-mütəxəssisləri tərəfindən də sahədə sonradan salınmış qrunt yolların mövcudluğu müşahidə olunmuşdur. Belə ki, həmin rəyin 11-ci səhifəsində qeyd edilir ki, “...“İSSER”-in nümayəndəsi əlavə olaraq qeyd etmişdir ki, tədqiq olunan ərazilərə texnikaların daxil ola bilmələri, yüklərin daşınması və boşaldılması məqsəd ilə, əraziyə çınqıl və mişar daşı qırıntılarının səpilib yol düzəldilmişdir. Bununla əlaqədar olaraq tədqiq olunan ərazilərdə “İSSER”-in nümayəndəsinin qeyd etdiyi yollar müşahidə olunmuşdur”.
130. Bundan başqa birinci instansiya məhkəməsindəki hazırlıq iclasında PDL-in etibarnamə üzrə nümayəndəsi kimi də çıxış edən layihə rəhbəri Eldar Məlikməmmədov əlavə işlərə dair ona verilmiş sualın cavabında “hər tikinti işində müqavilədə nəzərdə tutulmayan, əvvəlcədən təxmin edilməsi mümkün olmayan əlavə işlərin görülməsi hallarına rast gəlindiyini, bizim işimizdə də (İSSER-lə) belə işlər olmuşdu...” bildirməklə tərəflər arasındakı podrat münasibətində də bu cür işlərin görülmüş olduğu halını dolaylı şəkildə etiraf etmişdir. Beləliklə, İSSER tərəfindən əlavə işlərin faktiki olaraq sahədə görülmüş ol duğu hazırkı işin təkzibolunmaz hallarından olduğu halda, apellyasiya məhkəməsi bu hissədə yanlış nəticəyə gəlmişdir. Görülmüş əlavə işlərin təsviri, həcmi və həmin işlərə görə ayrıca muzdun məbləği PDL-in layihə rəhbəri (nümayəndəsi) Eldar Məlikməmmədovun tələbi üzərinə İSSER tərəfindən PDL-ə göndərilmiş aktlarda təfərrüatlı şəkildə göstərilmişdir. Həmin işlərə görə ayrıca muzdun ümumi məbləği 201.291,00 manat təşkil etsə də, həmin məbləğ İSSER-ə ödənilməmişdir.
131. Halbuki MM-in 753.3-ci maddəsində də təsbit edilmişdir ki, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, p odratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. İndiki halda isə, İSSER müvafiq maillər ilə PDL-ə əlavə işlər və onlara görə ödənilməli olan muzd barədə əvvəlcədən məlumat vermiş və qarşı tərəfin razılığı ilə əlavə işləri icra etmişdir. Bütün bunlara rəğmən, apellyasiya məhkəməsi qeyd edilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla MM-in qeyd edilən normasının tələbini pozmuşdur.
132. MM-in 465.2-ci və müqavilənin 7.7-ci bəndi üzrə - apellyasiya məhkəməsi hesab etmişdir ki, İSSER-in iddiası 70.000 manata münasibətdə təmin edildiyindən, dəbbə pulunun da həmin məbləğ əsas götürərək hesablanması əsaslı olmuşdur. Yuxarıda da izah edildiyi kimi digər hissələrdə (pul məbləğlərinə münasibətdə) də İSSER-in tələbi əsaslı old uğundan dəbbə pulunun sadəcə 70.000 manata münasibətdə hesablanmaqla tutulması əsaslı hesab oluna bilməz. Odur ki, dəbbə pulu kimi tutulan məbləğ ədalətli deyil. Həmin tələb təmin olunmayan hissədə də əsaslı olmuş, lakin apellyasiya məhkəməsi bunu nəzərə almamışdır. Qeyd edilənlər göstərilən normaların tələblərinin pozulduğunu göstərməkdədir.
133. MPM-in 49.1, 50.3 və 155.1-ci maddələri üzrə - MPM-in 155.1-ci maddəsində qarşılıqlı iddianın məhz iddiaçıya qarşı verilməsi müəyyənləşdirilmişdir. İşdən görünür ki, hazırkı mülki işin başlanmasına əsas İSSER-in iddia ərizəsi olmuşdur. Yəni, ilk iddiaçı məhz həmin hüquqi şəxs olmuşdur. Qarşılıqlı iddiada cavabdeh qismində həmin hüquqi şəxs deyil, onun (İSSER-in) Azərbaycan Respublikasındakı filialı qoyulmuşdur. Belə olan halda, qarşılıqlı iddia nın icraata götürülməsi əvvəlcədən yanlış olmuşdur. Yuxarıda izah olunduğu kimi MM-ə görə filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Qarşılıqlı iddiadan görünür ki, cavabdeh qismində İSSER-in Azərbaycan Respublikasındakı filialı qoyulmuşdur. Bu onu deməyə əsas verir ki, qarşılıqlı iddia ərizəsi həmin tələbə cavab verməli olan hüquqi şəxsə yönəldilməmişdir. Halbuki hər hansı iddia tələbi o halda təmin oluna bilər ki, həmin tələb ona cavab verməli olan subyektə yönəlmiş olsun. Bu baxımdan qarşılıqlı iddianın qismən təmin edildiyi hissələrdə apellyasiya məhkəməsi kobud prosessual pozuntuya yol vermişd ir.
134. MPM-in 14.2, 77.1 və 88-ci maddələri üzrə - məhkəmə 65.594,50 manata dair hissədə iddianı digər əsaslarla yanaşı, həmçinin ona görə əsaslı hesab etməmişdir ki, guya həmin məbləğin mövcudluğunu təsdiq edən sübutlar təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə işi hərtərəfli və tam araşdırmaması səbəbindən gəlmişdir. Halbuki bu hissədə iddianın əsaslı olub-olmamasına İSSER tərəfindən sahədə işlərin faktiki görülüb-görülmədiyini araşdırmaqla nail oluna bilərdi. Lakin məhkəmələr bunu etməmişlər. Məhkəmə bu qənaətə sübutetmə yükünün bölüşdürülməsi baxımından prosessual qanunvericiliyin müəyyənləşdirdiyi prinsiplərə əməl etməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır.
135. Belə ki, işlər gör üldüyü halda İSSER-ə ödənilməyən 135.594,50 manat dəyərində işləri İSSER-in deyil, onun sifarişi əsasında başqa podratçıların görmüş olduğunu sübut etmək yükü PDL-in üzərinə düşdüyü halda, PDL bu halı sübut edə bilməmişdir. Bununla bağlı ətraflı izahat birinci instansiya məhkəməsinə təqdim edilən yazılı məhkəmə çıxışının 1-ci bəndinin f alt bəndində verilmişdir. Apellyasiya məhkəməsi “əldən çıxmış faydanın tutulması” hissəsində müvafiq nəticəyə, sübutetmə yükünün bölüşdürülməsi baxımından prosessual qanunvericiliyin müəyyənləşdirdiyi prinsiplərə əməl etməməsi səbəbindən gəlmişdir. Nəzərə alınmalıdır ki, müqaviləyə İSSER-in təqsirli olaraq 21 gündən artıq müddətdə işləri dayandırılması səbəbindən xitam verdiyini bildirən (başqa sözlə, iddia edən) məhz PDL olmuşdur, İSSER isə bunu qəbul etmi r, əksinə təkzib edir.
136. Hazırkı işdə müqavilənin qeyd edilən əsasla (İSSER-in təqsirindən dolayı) ləğv edilməsi üçün heç bir səbəb müəyyən olunmur. Tam tərsinə, işdəki sübutlardan görünür ki, PDL tərəfindən 2022-ci ilin noyabr ayında sahədə suvarma işlərinin aparılacağı barədə İSSER-ə məlumat verilmiş və bu səbəbdən də sahədə işlərin dayandırılması tapşırılmışdır. Göstərilənlərə əsasən PDL-in müqaviləyə təktərəfli xitam verməsi (müqavilənin tələblərinə zidd olmaqla birlikdə) MM-in 759.1-ci maddəsi ilə izah oluna bilər. Əlavə görülən işlərin dəyərinin və hesablanmış ƏDV-nin tutulması hissəsində də məhkəmə müvafiq nəticəyə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaması səbəbindən gəlmişdir. Yuxarıda bu barədə ətraflı izahat verilmişdir.
137. MPM-in 418.2 və 418.3-cü maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi MPM-nin 14.2-ci, 77.1-ci, 88-ci və 386-cı maddələrinin tələblərinə riayət etməmiş, bu isə düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olmuşdur. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
138. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, 130-cu maddəsinin İX hissəsi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, “Konstitusiya Məhkəməsi haqqında” AR Qanununun 63.4, 66.1 və 66.2-ci, MM-in 14, 21, 385.1, 386.1, 390.1, 427.3, 442, 443.1, 448.1, 1096 və 1097-ci maddələri üzrə - İSSER müqavilə öhdəliklərini 2022-ci il 1 mart tarixinədək icra edib bitirməli idi. Lakin işin hallarından görünür ki, İSSER sözügedən tarixədək öz öhdəliklərini yerinə yetirməmiş, buna baxmayaraq PDL tərəfindən göstəril ən tarix də daxil olmaqla 1.402.640,50 manat məbləğində ödəniş edilmişdir. Bununla belə məhkəmə bu müqavilə öhdəliyinin pozuntusuna münasibətdə İSSER-ə qarşı irəli sürülən iddia tələbini təmin etməmişdir.
139. Məhkəmə baxışı gedişində dəfələrlə qeyd olunmuşdur ki, tərəflərin imzalamış olduğu 001 və 002 saylı təhvil-təslim aktları üzrə əslində işlər görülməmişdir. Həmin aktlar 10% ilkin avans aldıqdan sonra yerdə qalan 20% avansın alınması üçün 30%-ə dair bank zəmanət məktubunu zamanında təqdim edə bilməyən İSSER-ə ödəniş edilməsi məqsədilə tərtib edilmiş, bu zaman PDL müqavilənin vaxtında və vicdanlı şəkildə yerinə yetirilməsi məqsədini güdmüşdür. Belə ki, layihə Dövlət layihəsi olmuş və onun gecikdirilməsi PDL üçün daha pis nəticələr verə və daha çox maddi ziyanla yekunlaşa bilərdi. Apell yasiya instansiyası nəzərə almamışdır ki, 001 və 002 saylı aktlarda göstərilən işlər imzalandıqları tarixlərdə deyil, məhz növbəti tərtib edilmiş aktların tarixində icra edilmişdir. Bunun səbəbi göstərildiyi kimi İSSER-in bank zəmanəti məktubu verə bilməməsi ucbatından ona avans ödənişi edilməsinin mümkünsüzlüyü, nəticədə işlərin real icrasına başlanmasının gecikməsi olmuşdur.
140. Yəni faktiki olaraq 001 və 002 saylı təhvil-təslim aktları üzrə həmin tarixlərdə heç bir iş icra edilməmişdir. İş materiallarından da göründüyü kimi İSSER bunu bir sıra səbəblərdən, ümumiyyətlə, edə bilməzdi ki, bu halı müqavilə bağlanarkən vicdansız hərəkət edərək PDL-dən lisenziyaya malik olmamasını gizlətməsi olmuşdur. Belə ki, PDL İSSER-in məhz Türkiyə qolu (ana ofisi) üzərindən aparmış olduğu işlərlə məluma tlı olduğundan, eynilə Azərbaycan ofisinin də müvafiq lisenziyalara, müqaviləni icra edəcək gücə və texnikaya sahib olduğunu güman etmiş və yekunda yanılmışdır. Bu İSSER-in və PDL-ə təqdim etdiyi sənəd və digər sübutlarla öz təsdiqini tapır. Belə ki, İSSER-in möhür və imza ilə təsdiq edərək iş materiallarına əlavə etdiyi “Görülən işlərin dəyəri(gündəlik)” adlı sənəddən görünür ki, İSSER 2021-ci il 7 dekabr tarixindən müqavilə öhdəliklərinin icrasına başladığını qeyd edir və 2021-ci il 28 dekabr tarixinə, yəni ikinci ödəniş (663.502,50 manat) edilənə və həmin tarixli təhvil-təslim aktı imzalanana kimi 535.755 manat dəyərində iş icra etmişdir.
141. Eyni zamanda məhkəmə gedişində İSSER bütün icra prosesində günlük raporlar tərtib etdiyini və bunu PDL-ə göndərdiyini bildirərək həmin raporları( günlük hesabatları) sübut qismində məhkəməyə vermişdir. Təqdim edilmiş günlük hesabatlardan görünür ki, ilkin hesabat 2021-ci il 24 dekabr tarixindən etibarən verilmişdir. Üstəlik müqavilə şərtinə əsasən əraziyə qaynaqçılar buraxılmazdan əvvəl bu barədə PDL-ə mütləq şəkildə razılaşma aparılmalı idi. Əks halda həmin şəxslər əraziyə buraxıla bilməzdi. Əraziyə buraxılmazdan əvvəl isə qaynaqçılar DN1400 borada test qaynaq işləri görür və bunun keyfiyyəti yoxlanılırdı. Belə ki, bu ölçüdə boruda qaynaq işləri xüsusi bilik və təcrübə tələb edir. Günlük hesabatlardan da göründüyü kimi həmin qaynaqçılar ilkin olaraq əraziyə 2021-ci ilin dekabr ayının 20-dən sonra, ayın sonlarına doğru buraxılmışdır. Belə olan halda əsas işin qaynaq və montaj olan İSSER-in 2021-ci il 24 dekabr tarixinə müqavilə üz rə görülməli işin 339.907 manat dəyərində görməsini iddia etməsi əsassızdır. Bu hal 001 və 002 saylı aktlarda əks olunan məlumatların həqiqətə uyğun olmamasının bariz sübutudur.
142. Digər tərəfdən müqavilənin tələblərindən göründüyü kimi İSSER tikintiquraşdırma işlərini də həyata keçirməli olmuşdur. Belə ki, müvafiq bərkitmə (hansı ki, icra edilməmişdir) işləri icra edilməli, o cümlədənn N2 bina inşaatı, iki ədəd mühafizəçi otağının, N1 kollektorunun inşası prosesində tikinti-texniki normalarına riayət olunmalı idi. Bu işlərin görülməsi üçün müvafiq lisenziya tələb edilir ki, iş materiallarında olan qeydiyyat nömrəsi EL45/2022 olan və tikintisinə icazə tələb olunan bina və qurğuların tikintiquraşdırma işlərinin həyata keçirilməsinə icazə verən lisenziyanın alınma tarixi 2022-ci il 2 fevra l tarixidir. Aşkar haldır ki, dövlət layihəsini həyata keçirən şirkət hazırkı halda müvafiq lisenziya olmadan həmin işlərin icrasına başlaya bilməzdi. Gündəlikdən görünür ki, 2022-ci il 1 mart tarixinə, yəni müqavilə öhdəliklərinin əsas hissələrinin icra edilməli və boruların tam işlək vəziyyətdə olmalı olduğu tarixə İSSER müqavilə öhdəlikləri üzrə 1.374.799 manat dəyərində iş gördüyünü qeyd etmişdir. Bundan sonra isə birdən-birə işlərin tempi aşağı düşmüş və uzun müddət işlər icra edilməmişdir. Ödənişlər və görülmüş işlərin realizəsi əks mütənasib olduğundan sözügədən hal İSSER-in təqdim etdiyi məlumatların yanlış olduğunu üzə çıxarır.
143. Göstərilən nüanslar bir daha təsdiq etmişdir ki, 001 və 002 saylı təhvil-təslim aktları PDL tərəfindən imzalansa da, məqsəd müqavilə öhdəliklərini yer inə yetirməsi üçün İSSER-in görəcəyi işləri tezləşdirilməsi olmuşdur. Faktiki olaraq icra etmədiyi işlər üzrə hər iki akta istinad edən İSSER-in müqavilə öhdəliklərinin tamamlanması məqsədilə PDL tərəfindən bu günə qədər müqavilələr bağlanılmış və işlər "xxxx" MMC, “X7” MMC və "xxxx" MMC tərəfindən görülmüş və həmin müqavilə üzrə işlərin tamamlanması üçün tərəflərindən göstərilən şirkətlərə ümumilikdə 727.000 manat vəsaiti ödənilmişdir. Bununla da PDL müqavilə bağlanan zaman əldə edəcəyini güman etdiyi gəlirdən məhrum olmuşdur. Ona görə də qarşılıqlı iddia tələbi bu hissədə göstərilən səbəbdən təmin edilməlidir.
144. Bundan başqa PDL "xxxx" MMC şirkətinə ədvsiz 34.842 manat məbləğində vəsait ödəmiş və 3 ədəd boru almışdır. Belə ki, müqaviləyə əsasən İsser topoqrafik hesabatları müqavilə üz rə öhdəliyinə alsa da, boru xəttinin son fazasında əlavə 3 ədəd boru istəməsi gec baş verdiyindən PDL bu boruları öz büdcəsindən almış və nəticədə 34.842 manat pul ödəmişdir. (müqavilə və digər sənədlər iş materiallarına əlavə edilmişdir.) Həmçinin PDL tərəfindən məhkəməyə təqdim edilmiş hesabatalardan görünür ki, İSSER tərəfindən əslində görülməli olan, lakin görülməmiş və dəyəri öncədən alınmış, sonradan PDL daxili resurslarına əsasən icra edilmiş işlərin ümumi dəyəri ədvsiz 365.788 manat təşkil etmişdir. (Cədvəllər və aktlar iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan ekspert rəyindən qeyd edilmişdir ki, “baxış zamanı iştirak edən tərəflər bildirmişdir ki, müqavilə üzrə nasosxana binası(müqavilə üzrə “N2 bina inşaatı”) üzrə nəzərdə tutulmuş dam örtüyü və boya işlərinin faktiki olaraq “İSSER” tərəfindən, digər qurum (şirkət) tərəfindən yerinə yetirilmişdir.” Belə ki, müqaviləyə əlavədə “N2 bina inşaatı” kimi qeyd edilmiş binanın tikilməsi ümumilikdə 200.000 manat dəyərində nəzərdə tutulmuş, həmin işin təxminən 130.310,40 manat dəyərində iş İSSER tərəfindən deyil, PDL tərəfindən icra edilmişdir.
145. İş üzrə təyin edilmiş və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspertiza rəyindən görünür ki, İSSER tərəfindən görülmüş və PDL tərəfindən təhvil təslim aktları əsasında qəbul olunmuş işlərin dəyəri 1.899.526 manat təşkil etmişdir. Beləliklə, apellyasiya instansiyasının İSSER tərəfindən görülməmiş, lakin PDL tərəfindən haqqı ödənilmiş işləri, sonra da İSSER-lə olan müqaviləyə xitam verildikdən sonra digər şirkətlərlə görülməsi nəticəsində PDL xə rcləmiş olduğu məbləğləri İSSER-dən istəməsi hissəsində qəbul etməməsi qanuni və əsaslı deyildir. İSSER-in məhkəməyə təqdim etdiyi hesabatlardan da göründüyü kimi demək olar 2022-ci ilin avqustundan hərəkətsiz qalmış, 2022-ci il 18 oktyabr tarixində isə bütün texnika və canlı qüvvəni öhdəliklərini bitirmədiyi ərazidən çıxarmış və geri dönüş etməmişdir. Bununla belə apellyasiya instansiyası yekun qərarında hər iki şirkətin öz öhdəliklərinin pozması səbəbindən dəymiş zərərdə 50/50 günahlarının olması qənaətinə gəlsə də, yekunda absurd vəziyyət yaranır. Belə ki, PDL öhdəliklərini ehtimal edilən vəziyyətdə pozduğu üçün 187.546 manat, İSSER-dən isə öhdəliklərini pozduğu, müqaviləni tam icra etmədiyi, üstəlik buna görə ödənişlərini almasına baxmayaraq 7.500 manat məbləğində vəsaitin tutulması qə t edilmişdir.
146. Aşkar surətdə qanunsuz və ədalətsiz olan bu hissəyə münasibətdə əlavə olaraq bir sıra hallar göstərilməlidir. İSSER tərəfindən qeyd olunmuşdur ki, PDL iş başladığı tarixdən etibarən müxtəlif aralıqlarla cəmi 184 gün iş sahəsinə boruların gətirilməsini təmin etməmiş, bu səbəbdən İSSER işləri görə bilməmiş və həmin müddətdə boş dayanmağa (gözləməyə) məcbur olmuşdur. Lakin PDL tərəfindən elektron məhkəmə sisteminə layihə üzrə İSSER-in “boru-montaj quraşdırılması ilə bağlı bitirdiyi işlərin aylıq hesabatı(cədvəl)” əlavə edilmişdir. Belə ki, cədvəldən də göründüyü kimi dekabr ayı ərzində 6.393,72 m. boru sahəyə gətirilsə də, İSSER tərəfindən heç bir miqdarda boru basdırılmamışdır; yanvar ayı ərzində 711,38 m boru sahəyə gətirilsə də, İSSER tərəfindən heç bir miqdarda boru bas dırılmamışdır; fevral ayı ərzində PDL tərəfindən 1.995,92 m. boru sahəyə gətirilmiş, İSSER tərəfindən AD-BB1 xətti üzrə 2.680 m boru basdırılmışdır. Dekabr ayından mart ayınadək ümumilikdə sahəyə gətirilən boru 9.101,02 m, basdırılan boru 2.680 m olmuşdur. Dekabr ayından etibarən ümumilikdə sahədə 9.101,02 m boru olmasına rəğmən 2.680 m. boru basdırıldığı üçün mart və aprel aylarında sahəyə boru göndərilməmişdir. Bu iki ay ərzində İSSER tərəfindən mart ayında 5.048 m, aprel ayında isə 1.124 m boru basdırılmışdır. Dekabr ayından may ayınadək sahəyə gətirilən boru 9.101,02 m, basdırılan boru 8.852 m olmuşdur. May ayı ərzində 1005,95 m boru sahəyə gətirilmiş, lakin İSSER tərəfindən heç bir miqdarda boru basdırılmamışdır. Dekabr ayından iyun ayınadək sahəyə gətirilən boru 10.106,97 m, basdırıl an boru 8.852 m olmuşdur. İyun ayı ərzində 914,24 m boru sahəyə gətirilmiş, lakin İSSER tərəfindən heç bir miqdarda boru basdırılmamışdır. İyul ayı ərzində 246,79 m. boru sahəyə gətirilmiş, lakin İSSER tərəfindən heç bir miqdarda boru basdırılmamışdır.
147. Beləliklə, məhkəmənin qətnaməsində PDL öhdəliklərini pozmaqda təqsirli bilməməsi tamamilə həqiqəti əks etdirmir. Göründüyü kimi borular ərazidə olmasına baxmayaraq İSSER əsassız e-maillər yazaraq hazırda da həmin maillərə istinad edərək məhkəmədə yanlış fikir formalaşdırmışdır. Əsassız yazılmış mailin cavablandırılmamasının məhkəmə tərəfindən bu halın həqiqət kimi qəbul edilməsi qanunsuzdur. İSSER-in sahəyə mobilizasiyasından sonra başlanğıc mərhələdə borumontaj işində ilkin problemlərin yaranma səbəblərindən biri də montajçılarının işə uyğunsuzluğu və görülən işlərin qəbul olunmamasıdır (2021-ci il 13 dekabr tarixli mail yazışmaları ilə təsdiq edilir). 2021-ci il 13 dekabr tarixində İSSER-in montajçılarının işləri qənaətbəxş sayılmamış, PQR və WPS sənədləri uyğunsuz olmuş, işin icra metodu mövcud olmamışdır. Beynəlxalq və yerli praktikada qaynaqçıların qaynaq olunacaq materialda inkişaf etdirilmiş prosedura görə sınaqdan keçmədən qaynaq işinə başlaya bilməzlər. Bu layihədə boru quraşdırılması işi qısa xülasədə bu mərhələlərdən ibarətdir: xəndəyin qazılması və müvafiq kipləşməsinin verilməsi; boru sonluqlarının qaynağa hazırlanaraq montaj məsafəsinə gətirilməsi və montaj olunması; boru montajın təsdiqlənmiş prosedura uyğun olaraq qaynaq olunması; qaynaq tikişlərinin izolyasiyası; boru birləşmələrinin basdırılması; xənd əkdə boru birləşmələrinin birinə montaj, qaynaq olunması və qaynaq tikişlərinin izolyasiya olunması; əks tökmə və torpağın mexaniki hamarlanması.
148. Bu problem daha sonra 2021-ci il 19 dekabr tarixində "xxxx" MMC-nin gətirdiyi boruların düzgün olmaması və həmin borulara montaj oluna bilməməsinə görə davam etmişdir. Daha sonra "xxxx" MMC-nin mütəxəssisi sahəyə gələrək həmin borularda heç bir qüsurun olmadığını İSSER-ə bildirmişdir. Həmin tarixə qədər hər gün "xxxx" MMC tərəfindən borular təmin edilmişdir. Odur ki, problemin yaranma və davam etmə səbəbi yalnız İSSER-in müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək işləri görməməsi ilə bağlıdır. Həmçinin başlanğıc mərhələdə yaranmış bir digər problem də İSSER tərəfindən qaynaq üçün uyğunsuz sınaq sənədləri təqdim edilmə sidir. Həmin borular üçün uyğun olmadığından qaynaqçılar bir daha test edilmişdir (bu sınağın ilkin olaraq 2021-ci il 20 dekabr tarixində keçirilməsi haqqında e-mail yazışmaları mövcuddur). 2021-ci il 20 dekabr tarixində İSSER-in 6 qaynaqçısı şifahi olaraq testi keçmişdir, yalnız rəsmi sənəd gəlmədiyindən işə başlayıb-başlaya bilmədikləri barədə məlumat istəmişdirlər. 2021-ci il 21 dekabrda İSSER 6 qaynaqçısının bu testi keçməsi və işə başlaya bildikləri ilə bağlı bizə sənəd təqdim etmişdir. Bu tarixdən başlayaraq onlar həm qaynaq, həm də montaj işlərinə başlamışdırlar. Eyni gündə İSSER-ə qaynaqçıların işi ilə bağlı uyğunsuzluqları əks etdirən 1-ci xəbərdarlıq göndərilmişdir. Bu uyğunsuzluqlar işin keyfiyyəti və uzunömürlülüyünə birbaşa təsir edə biləcək məsələlərdir. İşin icra metodu mövc ud olmamışdır. Növbəti gün İSSER-ə qaynaqçıların işi ilə bağlı uyğunsuzluqları əks etdirən 2-ci xəbərdarlıq göndərilmişdir. İSSER-in daha 4 qaynaqçısı sınaqdan keçmişdir. 2022-ci il 5 yanvar tarixində isə geri qalan qaynaqçıların test olunması üçün müraciət edilmişdir. Məhz 2022-ci il 10 yanvar tarixində İSSER qazıntı və əks tökmə işlərini əks etdirən icra metodunu göndərmişdir. 2022-ci il 17 yanvar tarixində isə İSSER boru montajını əks etdirən icra metodunu göndərmişdir. 2022-ci il 18 yanvar tarixində izolyasiya ilə bağlı işlər həll olunmadığından (e-mail yazışmaları ilə təsdiq edilir) heç bir borunun basdırılma ehtimalı da yox idi. Odur ki, bu halda qumun qarşı tərəfə çatdırılıbçatdırılmaması heç bir əhəmiyyət kəsb etmədiyindən səbəb kimi qəbul edilə bilməz.
149. Həmçinin İSSER tərəfind ən 2022-ci il 13 yanvar tarixində bildirilmişdir ki, 2022ci il 20 yanvar tarixinədək işləniləcək boru sahədə mövcuddur. İSSER tərəfindən göndərilmiş 2022-ci il 15 fevral tarixli iş proqramında izolyasiyayla bağlı işlərin görülmədiyi əks olunmuşdur. Boru basdırılması işindən öncə boru-qaynaq birləşmələrinin izolyasiya məsələsinin həll olunmaması boru basdırma işinə 2022-ci il 18 yanvar tarixinədək keçid oluna bilməyəcəyinin göstəricisidir (izolyasiyanın istənilən dərəcədə olmaması mail ilə təsdiq olunur). Odur ki, İSSER tərəfindən işlərin görülməməsinin səbəbi qumun gəlməməsi deyildir. 2022-ci ilin fevral ayının 6-ı və 7-i artıq qum sahəyə çatdırılmışdır. Lakin qum gəldikdən sonra da İSSER tərəfindən borular basdırılmamışdır. Bu da sübut edir ki, qumun gəlməməsi İSSER tərəfindən işlərin gör ülməsinə maneə ola bilməz. Faktiki olaraq 2022-ci il 17 fevral tarixindən etibarən İSSER boruların tam şəkildə basdırılması işinə hazır olmuş, qum gətirilməsinə isə həmin tarixdən əvvəl başladığına görə bu işlərin onlara maneə törətməsi ehtimalı yoxdur. Digər gedişatda fevralın 15-dən sonra artıq heç bir problem rol oynamadığına görə İSSER tərəfindən fevral ayının sonuna qədər 2.680 metr boru basdırılmışdır. Lakin daha sonra yenidən pul və digər problemləri səbəb göstərərək işlər ləngidilmişdir. Həmçinin 2022-ci il 15 mart tarixindən etibarən İSSER işə yenidən başlamalı olduğu halda, e-mail vasitəsilə pul resurslarının çatışmazlığını və Novruz bayramını səbəb göstərərək işə müvəqqəti davam etməyəcəkləri bildirilmişdir.
150. İş həcmində böyük qismin yerinə yetirilməməsi ilə bağlı İSSER-ə bildirilmiş və işlə bağlı ödəniş edilmişdir. Ödəniş edildikdən sonra yenidən işə başlanılmışdır. Lakin 2022-ci ilin aprel ayından etibarən heç bir problem olmamasına rəğmən, davamlı olaraq İSSER tərəfindən büdcələrinin olmadığı səbəb göstərilərək işlər yerinə yetirilməmişdir. Bu tarixdən etibarən gecikmiş bütün günlərlə bağlı hesabat mövcuddur. Sadalananlardan aşkar görünür ki, işlərin gecikdirilməsində PDL hər hansı öhdəlik daşımamışdır. Əksinə görülməmiş işlərə görə təhvil-təslim aktını pul vəsaitinin ödənilməsi üçün etmişdir ki, İSSER öz öhdəliklərinin vicdanla həyata keçirsin, lakin bu baş verməmişdir. Məhkəmə eyni zamanda dəymiş zərərlə və görülməmiş işlərlə bağlı qeyd edir ki, tamamlama işlərinin məhz həmin ərazidə görüldüyünü iş materialları ilə müəyyən etmək mümkün deyildir. Əvvəla İSSER özü görmədiyi işlərin bir qismini zatən etiraf edir və bunu cədvəl şəklində imza və möhürlə təsdiq edərək məhkəməyə təqdim etmişdir. Bundan başqa qeyd edilməlidir ki, 2022-ci il 14 oktyabr tarixində İSSER-in nümayəndəsi tərəfindən PDL-ə mail vasitəsi ilə bildirilmişdir ki, 14 oktyabr saat 15:00-dan etibarən direktor X18 təlimatı ilə sahədə demobilizasyon başladılmışdır. Odur ki, İSSER-in müqavilə üzrə öhdəliklərini pozaraq 21 gündən artıq (tərəflər arasında olan elektron yazışmalarla sübut olunur) olmaqla işləri dayandırması səbəbindən PDL tərəfindən İSSER-ə 2022-ci il 25 noyabr tarixində 1421-221 saylı müqaviləyə xitam verilməsi barədə bildiriş ünvanlanmışdır.
151. İSSER-in nümayəndəsi öz çıxışında birmənalı şəkildə müqaviləyə xitam verilməsində onların təqsirinin olmadığını, sahən i PDL-in layihə rəhbəri Eldar Məlikməmmədov tərəfindən X14 2022-ci il 16 noyabr tarixində ünvanlanmış “Suvarma 1 dekabrda bitəcəkdir, o tarix başlanğıc olmaq üzərinə planlama işlərini başlatmanızı rica edirəm. Bizə verilən müddət 1 aydır”. Elektron məktub əsasında ərazini boşaltdıqlarını bildirirərək məhkəməni yanıltmağa çalışmışlar və görünən odur ki, buna yekunda qismən nail olmuşlar. Bu məktub ərazinin boşaldılmasından təxminən 1 ay sonra 2022-ci il 16 noyabr tarixində E.Məlikməmmədov tərəfindən göndərilmiş və İSSER-dən yarımçıq saxlanılmış işlərin bitirilməsi xahiş edilmişdir. İş materiallarında olan X16 tərəfindən Eldar Məlikməmmədovada yönləndirilmiş 2022-ci il 14 oktyabr tarixli mail belədir: “Revan bey selam, Size Nasos 2 demobilizasyonu ile ilgili bilgi vermek istiyorum. Bugün öğl eden sonra saat 3 itibariyle X13 beyin talimatıyla demobilizasyonu başlatıyoruz. Bugün sahadaki jeneratörümüz ve pompalarımızı sahadan götüreceğimizi bilmenizi isteriz”. Mail vasitəsi ilə göndərilmiş məktubdan aydın görünür ki, 2022-ci il 14 oktyabr tarixində günortadan sonra İSSER bütün işləri dayandırmış və ərazini boşaltmağa başlamışdır. Belə ki, elektron məhkəmə sisteminə əlavə edilmiş Eldar Məlikməmmədovun mail vasitəsi ilə 2022-ci il 14 oktyabr tarixində saat 14:17-də X14 ünvanlandığı məktubdan görünür: “Salam, Demobun pazartesine ertelenmesini rica ederim. Diger konulari ozelde danisacam”. Həmin məktubdan görünür ki, E.Məlikməmmədov İSSER-dən ərazini boşladılmasını və demobilzasyonu təxirə salınmasını xahiş edərək işlərin tamamlanması üçün bir daha İSSER üçün şərait yaratmışdır. Ele ktron məhkəmə sisteminə əlavə edilmiş X23 tərəfindən X15 və Eldar Məlikməmmədova ünvanlanmış 2022-ci il 17 oktyabr tarixli, - “Eldar bey merhaba,talebiniz üzerine xx/xx/2022 tarihine kadar demobilizasyon işlemini beklettim. xx/xx/2022 gün saat 13:00-den sonra sahadaki tüm malzeme ve ekipmanlarımızı toplatıyorum. Ayrıca hacıqabul şantiyemizin tüm işleri ile alakalı kısa zaman içerisinde geniş kapsamlı bir toplantı organize etmenizi rica ediyorum”, - elektron məktubdan görünür ki, X23 ərazini ilkin nəzərdə tutduğu kimi 2022-ci il 14 oktyabrda deyil, 17 oktyabrda həyata keçirmişdir.
152. Bununla məlum olur ki, İSSER-in ərazini Eldar Məlikməmmədovun maili əsasında boşaltmasına istinad etməsi tamamilə əsassızdır. Belə ki, demobilizasiya işləri 2022-ci il 18 oktyabrda icra edildiyi halda, Elda r Məlikməmədovun e-maili 16 oktyabrda yazılmışdır. Bundan başqa ərazidə suvarma işlərinin aparılması ilə əlaqədar işlərin dayandırılmasına dair nə Eldar Məlikməmmədov, nə də PDL-in digər rəsmiləri tərəfindən İSSER-ə hər hansı e-mail göndərilməmiş və göstəriş verilməmişdir. E.Məlikməmmədovun son dəfə işləri bitirmək üçün şərait yaratmaq məqsədilə 2022-ci il 16 noyabr tarixində, “Suvarma 1 Dekabrda bitecəkdir, o tarix başlangic olmaq uzerinə planlama işlərini başlatmanızırica edirəm. Bizə verilən müddət 1 aydır”,- məzmunlu məktubu məlumat xarakteri daşımış və gerçəkliyi əks etdirmişdir. Belə ki, Sifarişçi tərəfindən həqiqətən işlərin tamamlanması üçün 2022-ci ilin dekabr ayının axırı son tarix kimi göstərilmişdir. Lakin İSSER-in bu maildən sonra da işləri görməkdən imtina etməsi PDL tərəfind ən İSSER-ə 2022-ci il 25 noyabr tarixində 1421-221 saylı müqaviləyə xitam verilməsi barədə bildiriş ünvanlanmasına əsas olmuşdur.
153. Bundan başqa E.Məlikməmmədov tərəfindən X20 ünvanlanmış 2022-ci il 22 noyabr tarixli maildə İSSER-in mail yazılan tarixə olan görülməmiş işlərinin siyahısı göstərilmişdir (elektron məhkəmə sisteminə əlavə edilmişdir). Həmin siyahıdan görünür ki, PDL və İSSER arasında bağlanmış müqavilə üzrə İSSER üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədən ərazini boşaltmış və həmin məktubda göstərilən işlər yarımçıq qalmışdır, - “Ali bəy salam, H2-Meliorasiya Layihəsində Kürdən Agro Dairynin 15 000 m3 hovuzuna qədər geriyə qalmış işlər və biz tərəfdən aşağıdakı kimidir: Üzən Nasosxana a. Nəzarətçi Bina və Bina ətrafı planlama işləri. b. Boya işləri (Borular və s. Mavi boyalanma) c. Sərfölçən quyusunda nərdivan AD-BB-1 xətti a. Əks tökmə işləri (PK0+00:PK 23+00) b. Vantuz və su boşaldıcı qurğuların çəpərləmə və planlama işləri c. İstismar yolunun tikintisi Stasionar Nasosxana a. Binanın Dam, Fasad İşləri və Bina ətrafı planlama işləri b. 4 Nömrəli Nasos və Digər Boru bağlantıları c. Nəzarətçi Bina və ətrafı işlər d. Əks Klapan və Sərf ölçən quyusunun həcmləri AD-BB-2 xətti a. Əks tökmə işləri (PK22+00:PK58+00) b. Vantuz və su boşaldıcı qurğuların çəpərləmə və planlama işləri c. BP keçidində müvəqqəti yol”.
154. İSSER tərəfindən görülməmiş işlərlə bağlı məhkəmə təqdim edilmiş və elektron məhkəmə sisteminə yüklənilmiş aktlar və mütəxəssis rəyi E.Məlikməmmədov tərəfindən X20 ünvanlanmış 2022-ci il 22 noyabr tarixli maildə göstərilən görülməmiş işlərlə eynil ik təşkil etmişdir. Bundan başqa həmin tarixli e-maildə ərazidə İSSER tərəfindən görülməmiş əks tökmənin dəqiq ölçüləri və koordinatları(PK0+00:PK 23+00), PK22+00:PK58+00) göstərilmişdir. Həmin ölçülərdən görünür ki, əks tökmə 5.900 metr uzunluğunda hissədə İSSER tərəfindən görülməmişdir. Həmin tarixli e-mailə cavab olaraq İSSER tərəfindən (Ali İhsanOlgün) E.Məlikməmmədova ünvanlanmış eyni tarixli maildə göstərilmişdir, - “Eldar bey merhaba, Drenaj kanalı başlangıcından PK12+00 arasında eks dökme söz konusu değildir. PK12+00; PK23+00 arası toprak zemin seviyesine kadar malzemenin PDL tarafından getirilmesi şartı ile eks dökme İSSER tarafından yapılması uygundur. Nezaretci bina strukturlarının yapılması hakkında PDL - İSSER arasında herhangi bir anlaşma veya sözleşme söz konusu değildir”. Cavab mailindən aydın olur ki, İSSER PK12+00 arasında əks tökmə işini, ümumiyyətlə, icra etməkdən imtina etmişdir. Bu isə başlanğıc nöqtədən 1200 metrəyə qədər olan məsafədə əkstökmə işinin görülməməsi deməkdir ki, bu hal müqavilədə nəzərdə tutulmamışdur. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 3.1.2-ci və 4.2-ci bəndlərindən aydın görünür ki, istisnasız qaydada bütün borular üzrə əkstökmə işləri aparılmalıdır. Əkstökmə aparılmadığı halda boruların üzəri açıq qalacaqdır ki, bu həmin boruların istismar müddətini qısaldaraq, xəndəklərin yağıntı suları və daşınlarla dolması və tez bir zamanda tamamilə dağılması deməkdir.
155. Ali İhsanOlgunun mailində PK23+00 nöqtəsinə kimi əkstökmə işlərinin aparılması üçün tələb edilən ˝ninemezlam˝ - torpağın PDL tərəfindən gətirilməsini tələb etməsi də əsassızdır. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 4.2-ci bəndindən görünür ki, boru ətrafı dolğu (əsktökmə) işləri (Qazma işlərindən çıxan material ilə doldurulmalı və sıxlaşdırılmamalıdır) birbaşa İSSER-in öhdəlikləri sırasındadır. Eyni zamanda müqavilənin 4.3-cü bəndinə görə artıq qazıntının daşınması(maks 5 km məsafəyə) da İSSER-in öhdəlikləri sırasındadır. Göründüyü kimi qazıntı sahəsindən torpağın artığının daşınması və əkstökmənin aparılması İSSER-in öhdəlilləri sırasında olduğundan PDL-dən həmin torpaq sahəsinin daşınmasını tələb etmək müqavilə şərtlərinə ziddir. N2 bina inşaatında (nasosxanada) nəzərdə tutulmuş Nəzarətçi binasının inşaası və N2 binasının, o cümlədən Nəzarətçi binasının ətrafının yaşıllaşdırılmasına (memarlıq işləri) münasibətdə İSSER-in məhkə mədəki mövqeyi və Ali İhsanOlgünün 2022-ci il 22 noyabr tarixli mailinə münasibətdə kassator qeyd etmişdir ki, həmin binanın inşaatı və onların ətrafının yaşıllaşdırılması(mematlıq işləri) və düzəldilməsi müqavilənin şərtlərindən irəli gəlir. Belə ki, həmin müqavilənin 3.4.1-ci bəndində qeyd edilir ki, İİ pillə 4 aqreqatlı stasionar nasos stansiyası qovşağının memarlıq və inşaat hissəsi Layihəsi cizgilərinə əsasən (N2 binası inşaatı) aparılmalıdır. Bundan əlavə İİ pillə 4 aqreqatlı stasionar nasos stansiyası qovşağının memarlıq və inşaat hissəsi layihəsi cizgilərinə əsasən tikintisi İSSER-in öhdəliklərinə aid edilmişdir (müqavilə 4.10-cu maddə). Müqavilənin göstərilən bəndlərinin mahiyyətindən aydın görülür ki, inşaat işləri və memarlığı(yaşıllaşdırma) layihə əsasında aparılmalıdır.
156. Ə lavə olaraq qeyd edilməlidir ki, İSSER-in öhdəlikləri adlanan 4-cü bölmədə göstərilən bütün işlərin icrasında Layihəyə istinad edilmişdir. Aşkar görünür ki, işlərin icrası və təhvil-təslimində Layihə əsas götürülməlidir. PDL tərəfindən iş materiallarına əlavə edilmiş təhvil-təslim aktından görünür ki, konsorsium da işləri dövlətə layihə əsasında təhvil vermişdir. Beləliklə aydın olur ki, görülən bütün işlər layihə əsasında aparıldığından Nəzarətçi binasının inşaası, habelə N2 binası (Nasosxana) və nəzarətçi binasının ətrafının yaşıllaşdırılması(memarlıq işləri) İSSER-in öhdəliklərindən sırasında olsa da, demobilzasiyadan sonra İSSER həmin işlərin ona aid olmadığını bildirmişdir. Halbuki bu işlərin icrası üçün İSSER-ə tam olaraq ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və kassator tərəfindən imza və möhürlə də təsdiq edilmiş sənədlərdən aydın görünür ki, İSSER tərəfindən götürülməmiş, lakin əvəzi onlara ödənilmiş və sonradan digər şirkətlər, o cümlədən PDL öz daxili resursları hesabına görülmüş işlərin dəyəri və siyahısı tam olaraq aşağıdakı kimidir: - N2 bina inşaatından qalan işlər – 130.310,40 manat; cəmi 6000 metr boru üzrə əks-tökmə işləri – 255.000 manat; 35000 kv.m. ərazi üzrə hamarlama işləri – 115.000 manat; 11268 metrlik servis yolu – 224.000 manat; Stasionar nasosxana ərazisində olan əksklapan və sərfölçən quyusunun işləri – 140.00 manat; AD-BB1 və ADBB2 xəttində vantuz və suboşaldıcı qurğuların tikintisi (toplam 20 ədəd qurğu üçün) – 24000 manat; əsas qaz ixrac kəmərləri üzərində keçid qurğusu (300 kv.m. konik əkstökməsi və beton piltələr) – 4500 manat; metal strukturların və estakadaların boyanması(120 kv.m.) – 3150 manat; gözətçi evlərinin tikintisi və stansiyalar ətrafı sahələrin abadlaşdırılması və yaşıllaşdırılması(iki stansiya ərazisi üçün) – 195000 manat; üzən nasosxana stansiyasında yamacın düzəldilməsi (150 kv.m. ərazi) – 3750 manat; xüsusi 3 ədəd borunun alınması("xxxx" MMC şirkətindən) - 34842 manat.
157. Bundan başqa müqaviləyə 1 saylı Əlavəyə əsasən tərəflər 11200 m (yekunda 11268 m) Servis yolunun çəkilməsi ilə bağlı 224.000 manat dəyərində razılaşmalarına baxmayaraq İSSER tərəfindən öz üzərinə götürdüyü öhdəliklər icra edilmədiyi üçün həmin yolun çəkilməsi PDL-in daxili resursları və vəsaiti hesabına, eyni zamanda PDL tərəfindən bu günə qədər müqavilələr bağlanmaqla “Birlik 23”, "xxxx" MMC və "xxxx" MMC tərəfindən 345.65 7,76 manat məbləğində vəsaitlə tamamlanmışdır. (Cədvəllər və aktlar iş materiallarına əlavə edilmişdir) Odur ki, İSSER-ə ödənilmiş məbləğin qaytarılmaması ilə yanaşı məhkəmə sözügedən Servis yolunun çəkilməsi üçün sərf olunmuş 345.657,76 manat pul vəsaitini nəzərə almamış və həmin məbləğin İSSER-dən tutulub PDL-ə ödənilməsini təmin etməmişdir.
158. MM-in 421-ci maddəsi üzrə - Belə ki, apellyasiya instansiyası ilkin iddianın təmin edilən 70.000 manat hissəsinə münasibətdə birinci instansiyanın mövqeyi ilə razılaşdığını göstərmişdir ( Qətnamə 90-cı bənd). Kassator birinci instansiya məhkəməsinin qətnaməsinin 127, 129 və 130-cu bəndlərinə istinadla vurğulamışdır ki, məhkəmə sözügedən müqavilə üzrə bütün işlərin İSSER tərəfindən görüldüyünü qəbul edir və bu səbəbdən müqavilə üzrə görülmüş işlə rə münasibətdə ödənişin tam edilməsini düzgün hesab edir. Üstəlik apellyasiya instansiyasının mövqeyindən də görünür ki, məhkəmə görülmüş işlərin məhz İSSER tərəfindən görülməsini qəbul edir, PDL-in işlərin böyük qisminin özünün və müqavilə üzrə işə cəlb edilmiş digər şirkətlərin hesabına bitirməsini isə qəbul etmir. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanılmış 3.300.000 manatlıq müqavilə üzrə PDL-in 3.010.000 manatı ödəməsi işin mübahisəsiz halıdır. Bu hal tərəflərin izahatları, e-qaimələrlə öz təsdiqini tapır, məhkəmə tərəfindən də qəbul edilmişdir, baxmayaraq ki, məhkəmə 20.000 ABŞ dollarını borc hesab etmiş və prosessual qənaət prinsipi baxımından qarşı tərəfdən tutularaq PDL ödənilməsinin qanuni görmüşdür. İSSER özünün gördüyü işlərin dəyərinin 3.111.594,50 manat olduğunu qəbul edir və yerdə qalan məbləği görülmüş işin dəyəri deyil, əldən çıxmış fayda hesab edir. İş üzrə təyin edilmiş və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspertiza rəyindən görünür ki, İSSER tərəfindən görülmüş işlərin həcmi 1.899.526 manat kimi qəbul edilmişdir.
159. Bununla yanaşı müqaviləyə 1 saylı Əlavədən görünür ki, tərəflər 11200 m (yekunda 11268 m) Servis yolunun çəkilməsini 224.000 manat, N2 bina inşaatını 200.000 manat, Sənət strukturlarını 24.820 manat kimi razılaşdırmışlar. İSSER-in özünün təqdim etdiyi, möhür və imza ilə təsdiqlənmiş “Görülən işlərin dəyəri(gündəlik)” adlı sənəddən görünür ki, İSSER 2022-ci il 24 noyabr tarixinə 11200 metrəlik servis yoluna dair hər hansı iş görmədiyini, N2 bina inşaatından 160.000 manatlıq iş gördüyünü, Sənəd strukturlarından isə 12.410 manatlıq iş gördüyünü qeyd etmişdir. Beləliklə PDL-in qəbul etmədiyi və etirazının əsası olan görülməyən işlər kənara qoyulsa, İSSER özü müqavilə üzrə üzərinə düşən öhdəliklərin 276.410 manat dəyərində olan hissəni icra etmədiyini etiraf edir. Hətta məhkəmənin təmin edilməyən 65.594,50 manatlıq iddia tələbini də sözügedən məbləğdən çıxılsa, o zaman İSSER-in özünün icra etmədiyi və etiraf etdiyi öhdəliklərin mövcud olduğunu görmək olar. Belə olan halda məhkəmənin hansı əsasla və hansı hallara əsaslanaraq bütün işlərin görülməsini və İSSER tərəfindən görülməsini qəbul etməsi anlaşılan deyildir. Aydın məsələdir ki, məhkəmə formal mülahizələrə əsaslanmışdır.
160. Qeyd edilməlidir ki, müvafiq ekspertizanın keçirilməsi zamanında tələb edilsə də, məhkəmə İSSER-in məhkəməyə müraciətindən ki fayət qədər çox zaman keçdikdən sonra bunu etmiş, nəticədə İSSER tərəfindən görülməmiş işlərin ekspert tərəfindən aşkar edilməsi və sənədləşdirilməsi imkanından məhrum olmuşdur. Yalnız işlər PDL və digər xidmət müqavilələri ilə işə cəlb edilmiş şirkətlər vasitəsilə bitirildikdən sonra əraziyə ekspert tərəfindən baxış keçirilmişdir. Bu səbəbdən də ekspert işin kimin tərəfindən yekunlaşdırılmasının müəyyən edilməsini məhkəməyə buraxmışdır. Bununla belə ekspertin məhkəmə izahatının alınması zamanı digər şirkətlərin məhz həmin ərazidə və məhz yarımçıq qalmış işləri tamamlamaq məqsədilə işləmiş olması da müəyyən edilmişdir. Üstəlik məhkəmə özünün qətnaməsində Konstitusiya Məhkəməsinin 2022-ci il 20 aprel tarixli Qərarına istinad etmişdir.
161. Lakin qətnamədən görünür ki, məhkəmə Konstitusiya M əhkəməsinin mövcud qərarına istinad etsə də, faktiki olaraq, məhz e-qaiməyə əsaslanaraq ilkin iddianı qismən təmin etmişdir. Belə ki, tərəflərin imzalamış olduğu təhvil-təslim aktları PDL tərəfindən mübahisələndirildiyindən və buna dair kifayət qədər tutarlı dəlillər gətirildiyindən məhkəmə işdə digər sübutlara əsaslanmalı olduğu halda bunu etməmişdir. Beləliklə məhkəmə iddia tələbinin təmin edilən 70.000 manata münasibətdə də eyni mövqe sərgiləmiş, işin hallarını düzgün qiymətləndirməmiş, e-qaimə üzrə edilmiş ödənişin bütövlükdə, bununla yanaşı tərəflər arasında imzalanmış 001 və 002 saylı təhvil-təslim aktlarının və onlarda görülmüş kimi göstərilən işlərin PDL tərəfindən mübahisələndirilməsini nəzərə almamış, faktiki olaraq, Konstitusiya Məhkəməsinin qərarında formalaşdırmış olduğu hüquq i mövqeyə zidd hərəkət etmişdir. Halbuki mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
162. Sadalananlardan görünür ki, məhkəmə iddianın təmin edilən bu hissəsində maddi hüquq normasının tələbini pozmuş, yekunda tərəflər arasında münasibətə, o cümlədən işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Bununla da Konstitusiyanın müddəalarına uyğun olaraq ədalət mühakiməsinin həyata keçirilməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq i ilə nəticələnməli olduğu halda, bu baş verməmiş, məhkəmə pozulmuş hüquqları bərpa etmək əvəzinə, bunu etməmişdir.
163. Müqavilənin 4.21-ci bəndində Servis yolunun 4.20-ci bəndinə uyğun şəkildə 1 dəfə hazırlanması, bir dəfədən çox tikintisi edilməli olduğu təqdirdə hər kub metr üçün 20 azn olmaqla əlavə ödəniş hesablanaraq hesab- fakturaya əlavə edilməsi nəzərdə tutulmuşdur. Müqavilənin həmin bəndinin tələbi İSSER tərəfindən pozulmuş, özlərinində etiraf etdiyi kimi 1 metr də olsun servis yolu çəkilməmiş, təqdim edilmiş və PDL tərəfindən təsdiqlənmiş 5 təhvil-təslim aktında və təsdiqlənməmiş 2 təhvil-təslim aktında servis yolunun təhvil verilmədiyi qeyd edilmişdir. Belə ki, həmin servis yolunun uzunluğu müqaviləyə 1 saylı Əlavə olan X3 11.200 metr olmaqla, qiyməti də 224.000 manat olması q eyd edilmişdir. Göründüyü kimi həmin 1 saylı əlavədə göstərilmiş servis yolu bir metr də olsun çəkilməmiş, həmin hissə sonradan PDL tərəfindən icra edilmişdir. İSSER tərəfindən müqavilənin 4.20 və 4.21-ci bəndlərinin tələblərinin pozulması işin mübahisəsiz halıdır. Bununla belə apellyasiya instansiyası hesab etmişdir ki, tərəflərin təsdiqlədikləri təhviltəslim aktlarında servis yolu qrafasında işin dəyəri 10,75 manat göstərildiyindən, tərəflər bu formada müqaviləyə dəyişiklik etmiş, dəyəri azaltmışlar. Bunun digər bariz nümunəsi kimi məhkəmə “Boru xətti AD-BB-2” işinin həcminin isə müqavilə bağlanarkən protokolda 6160 metr olduğu halda, sonradan 6918 metrə qaldırılmasını, “Boru xətti AD-BB-1” adlı işin həcminin də artırılaraq 980 metrdən 1200 metr göstərilməsini əsas gətirmişdir (apellya siya instansiyasının qətnaməsinin 88-ci bənddi).
164. PDL tərəfindən qəbul edilmiş təhvil-təslim aktlarında görülmüş işlərin dəyəri ilə bağlı servis yolunun qrafasında işin dəyərinin 10,75 manat yazılması həmin işin dəyərinin bu məbləğdə olmasını qəbul etmiş anlamına gələ bilməzdi. Belə ki, müqavilədə və X3 həmin işin dəyəri 20 manat olması qeyd edilmiş və təhvil təslim aktları İSSER tərəfindən tərtib edilmiş, servis yolunda görülmüş işlərin dəyəri 0 göstərildiyi üçün PDL-ə həmin işlər təhvil verilməmiş və PDL tərəfindən də həmin işlər qəbul edilməmişdir. Belə olan halda təhvil verilməmiş işə görə AKT-a istinad etməklə servis yolunun dəyərinin aşağı olmasına dair məhkəmənin gəldiyi nəticə tamamilə yanlışdır. Digər tərəfdən AD-BB-1 və AD-BB-2 boru xətlərinə münasibətdə mövcud ölçülərin dəyi şdirilməsi zamanı onların dəyəri azaldılmamış, görülmüş işin həcmində İSSER-ə ödəniş edilmişdir. Lakin “Servis yolu”na münasibətdə heç bir iş görülməməsi, yəni yolun 1 metrinin belə çəkilmədiyi halda onun dəyərinin təhvil-təslim aktı ilə dəyişdirilməsi kimi məhkəmənin mövqeyi tamamilə yanlışdır. Müqavilə üzrə öncədən müəyyən edilmiş işlərin həcmi göstərilmiş və dəyəri müəyyən edilmiş, əgər tərəflər qiymətə münasibətdə dəyişiklik etmək istəsəydilər, bu zaman müqaviləyə dəyişik qarşılıqlı razılıq və qanunla müəyyənləşdirilmiş formada olardı.
165. Hazırkı halda məhkəmə iş görülmədiyi halda “Servis yolu”na münasibətdə qiymətin azaldılmış hesab edilməsi qanunun tələbinə zidd olmaqla bərabər eyni zamanda ədalətsizdir. Əgər “Servis yolu”ndan az hissə çəkilsə və bunun dəyəri 10,75 manat kimi göstə rilsə və PDL də onu qəbul etmiş olsaydı, o zaman məhkəmənin mövqeyində əsaslılıq olardı. Bir yol ki, mövcud deyil, o zaman hansı dəyər dəyişdirilməsindən söhbət gedə bilər? Belə ki, PDL sonradan İSSER-in görmədiyi işləri tamamlamaq üçün cəlb etdiyi şirkətlər tərəfindən sözügedən məbləğdən də artıq qiymətə çəkilmiş və buna dair qaiməfaktura sənədləri, müqavilələr və ödəniş tapşırıqları işin materiallarına əlavə edilmişdir, üstəlik görülmüş işlərin konsorsium tərəfindən dövlətə təhvil verilməsinə dair təhvil-təslim aktından da Servis yolunun çəkildiyini müəyyən etmək mümkündür. Bütün bu hallar məhkəmə tərəfindən, ümumiyyətlə, qiymətləndirilməmiş, digər hissədə isə məhkəmə maddi və prosessual hüquq normalarının tələbini pozmaqla yekun fikrə gəlmişdir.
166. MPM-in 88 və 217-ci maddələri üzrə - hazırkı halda məhkəmə araşdırılması ədalətli aparılmamış, şəxsin məhkəmə müdafiəsi hüququ pozulmuş, məhkəmə qanunsuz və əsassız qətnamə çıxarmaqla, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və onların tələblərini pozmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
167. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri
168. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
169. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi m əsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
170. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin m üdafiəsinə onun ölümündən sonra da yol verilir.... 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir”. “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur....” “Maddə
439. Pul öhdəliklərinin icrası... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xi dmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
446. Kreditorun icranı gecikdirməsi... 446.2. Kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
458. Öhdəliyin hər iki tərəfin təqsiri üzündən pozulmasının nəticələri 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.... 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir....” “Maddə
756. Sifarişçinin zərərin əvəzini ödəmək vəzifəsi 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur....” “Maddə
759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun”. “Maddə
763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər....” “Maddə
764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər....” “Maddə
766. Məmulatın qüsuru nəticəsində muzdun azaldılması Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər”. “Maddə
774. Qarantiya müddəti Əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur”. “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”. “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır....”
171. Azərbaycan Respublikasının “Beynəlxalq xüsusi hüquq haqqında” Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi... 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir....” “Maddə
24. Müqavilə iştirakçılarının razılığı ilə hüququn seçilməsi 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəti cələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir....”
172. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
173. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
174. Məhkəmə kollegiyası işlərinin icrasının gecikdirilməsi nəticəsində İSSER-ə zərərin dəyməsi faktı və məbləği ilə bağlı hər iki kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı halda tərəflər arasında aparılmış e-mail yazışmalarına, gündəlik hesabat (daily report) adlı sənədlərə əsasən PDL-in İSSER-in öhdəliklərini icrası üçün zəruri olan hərəkətləri gecikdirməsi (boruların və digər materialların təqdim edilməsi, icazələrin alınması və s.) öz təsdiqini tapmışdır. Bundan başqa tərəflər arasında olan yazışmalara əsasən əksər hallarda icazələrin alınması və materialların gələcəyinin təxmini vaxtı barədə İ SSER-in məlumatı olsa da, əlavə xərclərin çəkilməsinin qarşısını almaq üçün hər hansı hərəkət nümayiş etdirməmişdir ki, bu da zərərin artmasına imkan yaratmışdır.
175. Göründüyü kimi işlərin gecikdirilməsi ilə bağlı hər iki tərəfin təqsiri mövcuddur və apellyasiya instansiyası məhkəməsi də işin bu hallarına doğru qiymət verməklə həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
176. Məhkəmə kollegiyası iddiaçının MM-in 759.1 və 759.2-ci maddəsinə istinadla əldən çıxmış fayda ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, bu hissədə iş materiallarında olan sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymətləndirilmiş və haqlı olaraq vurğulanmışdır ki, əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi mənfəət başa düşülür. İlkin iddiaçı isə əldən çıxmış fayda adı altında faktiki olaraq müqaviləyə əsasən görülməli olan, lakin müqavilənin ləğvi nəticəsində görülməmiş işlərin dəyərinin ödənilməsini tələb edir. Halbuki həmin məbləğ işlərin görülməsi ilə bağlı çəkiləcək xərclərin də daxil olduğu işlərin görülməsinə görə alacağı muzd olması, yəni işlər görüldüyü təqdirdə əldə edəcəyi mənfəət (mənfəət = gəlir – xərclər) olmaması açıq-aşkardır.
177. Məhkəmə kollegiyası cavabdehin işlərin gecikdirilməsi və layihənin tamamlanması ilə bağlı vurulmuş maddi zərərlə bağlı dəlillərinə münasibətdə bildirir ki, PDL-in işlərin tamamlanması üçün digər şirkətlərlə bağladığı müqavilələr məhz İSSER-in yarımçıq qoyduğu işlərin tamamlanmasına yönəldiyini tam sübuta yetirə bilmədiyi üçün apellya siya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə qarşılıqlı iddianı əsassız saymışdır.
178. Kollegiya kassasiya şikayətlərinin digər dəlilləri ilə bağlı vurğulayır ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə qiymətləndirilmə aparılmasına zərurət görmür.
179. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.
180. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin bir gə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
181. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, on u yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı ma ddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
182. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gə lir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
183. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
184. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 yanvar tarixli 22(103)-62/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.