Məhkəmə qərarları › İş №2-2(102)-364/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-364/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-364/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər “Zəyəm Texnologiyalar Parkı"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi, öhdəliklərin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər “Zəyəm Texnologiyalar Parkı“ Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması və tutmanın əmlaklara yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(103)-212/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X1” MMC (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış 2021-ci il 6 sentyabr tarixli XMX 070/0921 nömrəli xidmət müqaviləsinin 1-ci bəndinə əsasən, icraçı sifarişçinin tapşırığı əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə(lər)də göstərilən işləri icra edir və müvafiq hesabatla birlikdə sifarişçiyə təhvil verir, sifarişçi isə göstərilən işlərin əvəzinə icraçıya razılaşdırılmış xidmət haqqını ödəyir. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə(lər)də göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir. - 2.2-ci bəndinə əsasən hər təqvim ayının sonunda həmin ay üzrə göstərilən xidmətin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır. - 2.3-ci bəndinə bu müqavilə üzrə ödənişlər bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə(lər)də müəyyən olunur. - 13.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. - 13.9-cu bəndinə əsasən bu müqavilənin müddətinin bitməsinə 7 gün qalmış tərəflər müqavilənin xitam verilməsinə dair müraciət etməzlərsə müqavilənin müddəti növbəti müddətə uzadılmış hesab edilir. 2. “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC-nin hüquqi varisi olduğu “A-Z X2” MMC aras ında (cavabdeh həmin hüquqi şəxsin yenidən təşkil edilməsi nəticəsində yaranmışdır) bağlanmış 2021-ci il 7 dekabr tarixli XMR 081/1221 nömrəli öhdəliyin icrasının ötürülməsi haqqında razılaşmaya əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2021-ci il 6 sentyabr tarixli Xidmət müqaviləsi üzrə iddiaçı qarşısında olan öhdəlikləri vergilər daxil olmaqla cavabdehə ötürülmüşdür. 3. “X1” MMC ilə "xxxx" ASC arasında bağlanmış 2021-ci il 6 sentyabr tarixli XMX 070/0921 nömrəli Xidmət müqaviləsinin ümumi məbləği 195.000 manat (ƏDV xaric) təşkil edir. 2021-ci il 7 dekabr tarixinə "xxxx" ASC “X1” MMC-yə 2021-ci il 6 sentyabr tarixli XMX 070/0921 nömrəli Xidmət müqaviləsi üzrə 50.000 (ƏDV xaric) məbləğində ödəniş etmişdir. Tərəflər razılaşmışlar ki, bu Razılaşmanın 2-ci bəndində qeyd olunmuş ümumi məbləğin qalan hissəsi “X1” MMC-nin müraciəti əsasında 5 gün ərzində “A-Z X2” MMC tərəfindən “X1” MMC-nin bank hesabına bank köçürmə yolu ilə ödəniləcək. Ödəniş tam həyata keçirildikdən sonra “X1” MMC-nin 2021-ci il 6 sentyabr tarixli XMX 070/0921 nömrəli Xidmət müqaviləsi üzrə "xxxx" ASC-yə qarşı heç bir mal, pul tələbi olmayacaq.

4. İnternet Vergi İdarəsinin vergi ödəyicilərinin tarixçəsi barədə məlumatlarından görünür ki, “A-Z X2” MMC 2022-ci il 24 fevral tarixində “rebrendinq” olaraq "xxxx" MMC kimi yenidən təşkil olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 5. “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) "xxxx" ASC və "xxxx" MMC-yə (bundan sonra – “cavabdehlər”, ayrı – ayrılıqda “ASC” və “MMC”) qarşı 2023-cü il 16 iyun tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 2021-ci il 7 dekabr tarixli XMR 081/1221 nömrəli öhdəliyin icrasının ötürülməsi haqqında razılaşma (bundan sonra – “Razılaşma”) və 2021-ci il 6 oktyabr tarixli 070/0921 nömrəli xidmət müqaviləsi (bundan sonra – “Müqavilə”) üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 4.581,61 manat məbləğində əldən çıxmış fayda, müqavilə üzrə 91.632,31 manat məbləğində borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 409,85 manat məbləğində pul vəsaiti, ümumilikdə 96.623,77 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehlərə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdehlərin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçın ın həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – “DƏDRX”), Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – “DİN-in BDYPİ) və digər səlahiyyətli orqanların üzərinə iddiaçının cavabdehlərə aid əmlaklarına yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə ASC arasında müqavilə rəsmiləşdirilmişdir. Müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə(lər)də göstərilən işləri icra edir və m üvafiq hesabatla birlikdə ASC-yə təhvil verir, sonuncu isə göstərilən xidmətlərin və işlərin əvəzi olaraq iddiaçıya razılaşdırılmış xidmət haqqını ödəyir. Müqavilənin 01 saylı əlavəsinə əsasən ümumi miqdarı 300 ton olan, hər tonun qiyməti 650 manat olmaqla ümumilikdə 195.000 manat, əlavə dəyər vergisi daxil cəmi 230.100 manat Metal Konstruksiya istehsalı və xidməti (Xudat layihəsi) işlərini göstərilən məbləğ hissələrlə mallar istehsal edilərək təhviltəslim edildikdən (Forma 2 əsasında) və elektron qaimə kəsildikdən sonra 5 bank günü ərzində bank köçürmə yolu ilə ödənilməlidir. İddiaçı §2-3 istinad etməklə ASC tərəfindən müqavilə üzrə öhdəliklərinin icrası məqsədi ilə iddiaçıya 2021-ci il 3 dekabr tarixdə 9.000 və 50.000 manat, 2021-ci il 28 dekabr tarixdə isə 50.000 və 9.000 manat olmaqla cəmi 118.000 manat ödəniş olunduğunu, lakin müqavilə üzrə öhdəliklərinin gecikdirilməsi və tam icra olunmaması nəticəsində iddiaçıya zərər dəydiyini bildirmişdir.

7. Cavabdeh MMC iddiaya etirazında bildirmişdir ki, iddiaçının istinad etdiyi razılaşma etibarsız olduğundan MMC-nin onun qarşısında hər hansı öhdəliyi olmamışdır. Belə ki, öhdəliyin icrasının ötürülməsi haqqında razılaşmada borclu şəxs kimi ASC-nin iradəsi ifadə olunmamış, iddiaçı isə həmin razılaşmaya istinad etməklə müqavilə tərəfi olmayan, hər hansı xidmət sifariş etməyən MMC tərəfindən borcun ödənilməsini tələb etməklə prosessual hüququndan sui-istifadə edərək tələbini ona aidiyyəti olmayan MMC-yə qarşı yönəltmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 oktyabr tarixli e-2-2(113)-3617/2023 nömrəli qətnaməsi ilə iddi a tələbinin qismən təmin edilməsi, cavabdeh MMC-dən 91.632,31 manat borc, 4.581,61 manat faiz, ümumilikdə 96.213,92 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – L.Əliyeva).

9. Məhkəmə qeyd etmişdir ki, müqavilə iddiaçı ilə cavabdeh ASC arasında bağlansa da, sonradan həmin müqavilə üzrə öhdəliklərinin icrası MMC-yə ötürülmüşdür. Əvvəlki borclu ASC-nin həmin müqaviləyə razılığının alınmaması və göstərilən əsasla həmin müqavilənin etibarsız olması barədə MMC-nin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “kreditor ilə bağlanmış müqavilə” əsasında öhdəliyinin verilməsi zamanı əvvəlki borclunun razılığının alınmalı olması qanunvericil ikdə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında verilmiş olan izahatlarda ASC-nin nümayəndəsi dəfələrlə öhdəliyin verilməsi barədə müqavilənin bağlanmasına şifahi razılıq verdiklərini təsdiq etmişdir. Bundan başqa əvvəlki borclunun razılığının alınmalı olduğu təqdirdə alınmaması əsası ilə müqavilənin etibarlılığı yalnız hüququ pozulması ehtimal olunan şəxs, yəni ASC tərəfindən mübahisələndirilə bilərdi. İddiaçı ilə MMC arasında bağlanmış razılaşma əsasında ASCnin iddiaçıya qarşı mübahisəli xidmət müqaviləsi üzrə borc öhdəliyi "xxxx" MMC-yə verilmiş, nəticədə MMC mübahisəli hüquq münasibətində əvvəlki borclu cavabdeh ASC-ni əvəz etmişdir.

10. İddiaçı ilə MMC arasında bağlanmış razılaşmada borcun elektron qaimələr göndərildikdən sonra 5 gün ərzində yerinə yetirmədiyi halda ödənilməmiş öhdəliyi n MMCyə ötürülməsi (verilməsi) nəzərdə tutulmuş və həmin razılaşmada öhdəlik verildikdən sonra əvvəlki borclu ASC-nin öhdəliyin icra edilməməsinə görə birgə və ya subsidiar məsuliyyət daşımalı olması barədə şərt yer almamışdır. Beləliklə, ASC-nin öhdəlik verildikdən sonra hazırkı tələb üzrə borclu olaraq qalması Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) öhdəliyin verilməsini tənzimlənən normaları ilə istisna edilməklə yanaşı tərəflərin razılaşmasında da nəzərə tutulmamışdır. Məhkəmə iddianın 91.632,31 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz həddində hesablanmaqla 4.581,61 manat məbləğində faizin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, xidmət haqlarının ödənilməsi öhdəliyini qəbul etmiş MMC-nin həmin öhdəliyin icrasını 1 ildən çox müd dətə gecikdirdiyindən iddiaçı MM-in 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə bir illik müddət üçün (91.632,31x5 faiz) 4.581,61 manat məbləğində pulun ödənilməsini MMC-dən tələb etməkdə haqlı olmuşdur.

11. İddia tələbinin digər hissəsinə, yəni borc tələbinin cavabdehlərə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdehlərin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və digər səlahiyyətli orqanlar ın üzərinə iddiaçının cavabdehlərə aid əmlaklarına yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia əsassız olduğundan iddia rədd edilməlidir.

12. Həmçinin məhkəmə qeyd etmişdir ki, MMC-yə münasibətdə isə iddiaçı iddia ərizəsində MMC-yə qarşı borc tələbinin sonunculara məxsus əmlaka yönəldilməsini xahiş etsə də, borc tələbinin göstərilən əmlakların hesabına ödənilməsi ilə bağlı üstün hüquqa malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də göstərilən halları məhkəmə baxışı zamanı sübuta yetirməmişdir. İddiaçı hazırkı borc tələbinin MMCnin əmlakları hesabına ödənilməsi ilə bağlı digər kreditorlara nisbətən üstün hüquqa malik olmadığından həmin borcun tu tulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər.

13. Məhkəmə gəldiyi nəticəni MM-in 355.2, 385.1, 442, 443.1, 445.2, 445.2.1, 445.7, 448.1, 522.1, 522.2, 522.3, 522.4, 522.5-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1, 44.1, 45.1, 53.1, 53.2, 53.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv olunması və iddiaçı tərəfindən verilmiş iddianın MMC-yə münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(103)-212/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

17. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslı olmaqla işə baxmış məhkəmə tərəfindən maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. Belə ki, cavabdehin istinad etdiyi maddi hüquq normasında öhdəliyin ötürülməsi barədə müqavilə bağlanarkən borclunun deyil, kreditorun buna icazəsinin olması müqavilənin etibarlığını müəyyən edən mühüm şərt kimi nəzərdə tutulmuşdur. Hazırkı hal da ötürülən öhdəlik ASC-nin öhdəliyi olduğundan həmin öhdəlik münasibətində kreditor iddiaçı olmuş, öhdəliyi qəbul etmiş üçüncü şəxslə müqavilə də bilavasitə kreditorla bağlandığından müqavilə maddi hüquq normasının tələblərinə uyğun bağlanmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, razılaşmaya məhkəmə tərəfindən etibarsız əqd kimi hüquqi qiymət verilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.

18. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmiş və əlavə olaraq MM-in 386.1-ci maddəsinə istinad etməklə qətnaməsini əsaslandırmışdır.

19. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti verərək onun tam ləğv, iddiaçı tərəfindən verilmiş iddia əriz əsinin MMC-yə münasibətdə təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Azərbaycan Respublikası Konstitusiyasının 25 və 60-cı maddələrinin İ hissələri üzrə - cavabdeh MMC-nin iddiaçı qarşısında hər hansı öhdəliyi olmamışdır. Belə ki, razılaşma müqaviləsi etibarsız olmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsində istinad edilmiş öhdəliyin icrasının ötürülməsi haqqında Razılaşmada borclu şəxsin cavabdeh ASC-nin iradəsi hər hansı formada ifadə olunmamışdır. Qeyd olunan razılaşma yazılı şəkildə bağlanılmış, MMC və iddiaçı tərəfindən imzalanmış və möhürlənmişdir.

21. MM-in 337.1, 337.3, 351.1, 386.1 və 522-ci maddələri üzrə - ASC-nin hüquqi şəxs olmasına baxmayaraq, sonuncunun nümayəndəs i sonradan şifahi şəkildə razılaşma ilə razılaşdığını bildirmişdir. Lakin iddiaçı razılaşma bağlandığı tarixdən sonra da MMC-yə deyil ASC-yə 2021-ci il 24 dekabr tarixli EBBO seriyalı 737893 nömrəli, 59.490,82 manat dəyərində və 2022-ci il 5 mart tarixli EBBS seriyalı 447522 nömrəli, 15.643,73 manat məbləğində xidmətlərin göstərilməsinə görə elektron qaimələr təqdim etmiş, ASC isə həmin elektron qaimələri qəbul etmişdir. Apellyasiya məhkəməsi isə yalnız razılaşmaya istinad edərək, müqavilə üzrə iddia edilən borc məbləğinin həmin müqavilənin tərəfi olmayan, hər hansı bir xidmət sifariş etməyən və ya müqavilədən faydalanmamış MMC tərəfindən ödənilməsinə dair qətnamə qəbul etmişdir.

22. MPM-in 77, 88, 217.1 və 217.3-cü maddələri üzrə - məhkəmə obyektiv araşdırma aparmadan qətnamə qəbul etmişd ir. Belə ki, ASC-nin nümayəndəsi məhkəmə iclasında təsdiq edərək bildirmişdir ki, müqavilə iddiaçı ilə ASC arasında bağlanmış və həmin müqavilə əsasında sonuncuya metal konstruksiya malları hazırlanmışdır. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmədə bildirmişdir ki, müqavilə üzrə xidmətlər ASC-yə göstərilmiş və MMC tərəfindən iddiaçıya ödəniş olunmamışdır. Bütün ödənişlər ASC tərəfindən icra edilmişdir. Həmçinin iddiaçı tərəfindən müqaviləyə ( o cümlədən 1 nömrəli əlavəsinə) əsasən, elektron qaimələr (bax § 4) məhz ASC-yə elektron sistem vasitəsilə göndərilmiş və sonuncu tərəfindən qəbul edilmişdir.

23. Göründüyü kimi ASC təhvil almış olduğu xidmətlərin dəyərini sonuncu tərəfindən deyil, MMC tərəfindən ödənilməli olduğunu qeyd etmiş və səbəb kimi MMC-nin ASC-yə borclu olduğunu əsas gətirmi ş, digər tərəfdən isə istinad etmiş olduğu borc mübahisəsi ilə bağlı həm də MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda iddiaçı müqaviləni ASC ilə bağlandığını, xidmətləri sonuncunun sifarişi əsasında gördüyünü və ASC-yə təhvil verdiyini, elektron qaimələri təqdim etdiyini və ödənişi qəbul etdiyi halda, iddiaçı iddia tələbini həm ASC-yə, həm də MMC-yə qarşı qaldırmışdır. Apellyasiya məhkəməsi isə öz növbəsində iddiaçı ilə ASC arasında bağlanmış müqavilə və göndərilən elektron qaimələr əsasında ödənişlər etmiş ASC-ni deyil, qanunvericiliyə zidd formada bağlanılmış razılaşmaya istinad edərək iddiaçının borc tələbinin MMC-dən tutulmasına dair qətnamə qəbul etmişdir. 24. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 18 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 17 sentyabr tarixli Qərarı üzrə - Məhkəmə tərəfindən qətnamə qəbul olunarkən, Plenumda göstərilən hüquqi mövqeyin tələbi pozulmuşdur. 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarı üzrə - Apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, Plenumda qeyd olunan hüquqi mövqeyin tələbi pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya bax ışının hədləri

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəaların da aşağıdakılar nəzərdə tutulur: “Maddə

355. Əqdlərdə razılıq anlayışı... 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edil məməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc lu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

522. Öhdəliklərin verilməsi əsasları və qaydası 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.3. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən x əbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. 522.4. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. 522.5. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur.”

30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya insta nsiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməm işdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Cavabdeh MMC ilə iddiaçı arasında imzalanmış öhdəliyin icrasının ötürülməsi haqqında razılaşma ilə cavabdeh ASC-nin 2021-ci il 6 sentyabr tarixli müqavilə üzrə iddiaçı qarşısındakı öhdəlikləri cavabdeh MMC-yə ötürülmüşdür. Cavabdeh MMC həmin razılaşmanın etibarlılığını mübahisələndirsə də, öhdəliklərin verilməsi əsasları və qaydasını tənzimləyən MM-in 522-ci maddəsi öhdəliyin üçüncü şəxsə verilməsi barədə razılaşmanın etibarlılığını kreditorun icazəsi ilə şərtləndirmişdir. Kreditor (iddiaçı) 2021-ci il 6 sentyabr tarixli müqavilə üzrə borclunun (cavabdeh ASC-nin) öhdəliyinin üçüncü şəxsə (cavabdeh MMC-yə) ötürülməsinə dair razılaşmanın tərəfi olmaqla, öhdəliyin verilməsinə raz ılığını ifadə edərək həmin razılaşmanı imzalamışdır. Odur ki, kassasiya şikayətinin razılaşmanın etibarsızlığına dair dəlilləri əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində istinad olunan maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin iddiaçı tərəfindən razılaşma imzalandıqdan sonra da ASC-yə elektron qaimə fakturaların təqdim edilməsinə dair dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, 2021-ci il 6 sentyabr tarixli müqavilə üzrə elektron qaimənin cavabdeh ASC-yə təqdim edilməsi, ASC-nin elektron qaiməni aldıqdan sonra 5 gün ərzində ödəniş etmədiyi halda borc öhdəliklərinin cavabdeh MMC-yə ötürülməsi 2021-ci il 7 dekabr tarixli razılaşmada nəzərdə tutulmuşdur.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə də razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdeh MMC-nin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmas ı üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

35. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(103)-212/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar