Məhkəmə qərarları › İş №2-2(102)-367/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-367/2019

06.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-367/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati – İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, iddiaçı «X2 *** Şirkətinin vəkili Vəkil1, cavabdeh «xxxx» MMC-nin vəkili *** iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19.02.2019-cu il tarixli, 2-2(103)91/2019 nömrəli qətnaməsindən iddiaçı «X2 *** Şirkətinin və cavabdeh «xxxx» MMC-ninkassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETD İ: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim İ.B.Əhmədov) 05 yanvar 2017-ci il tarixli, 2-2(81)-8/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 249.550 manat və 138.000 ABŞ dollarının tutularaq iddiaçıya ödənilmiş, qalan hissədə iddia təmin edilməmiş, qarşılıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2017-ci il tarixli, 22(103)-218/2017 saylı qətnaməsi ilə (hakimlər V.M.Məmmədov, S.S.Seyidova və S.Q.Hüseynov) iddiaçı «X2 *** Şirkəti və cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının (hakimlər İ.A.Dadaşov, K.N.Bədəlov və S.Ə.Hüseynova) 2-2(102)-381/17 saylı, 15 sentyabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2017-ci il tarixli, 2-2(103)-218/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2018-ci il tarixli qərarına əsasən “X2 *** Şirkətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı görülmüş işlərin dəyərinin ödənilməsi, inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılmasına məcbur edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının (hakimlər K.N.Abiyeva, M.N.Tağızadə və Ü.A.Mayılov) 19 fevral 2019-cu il tarixli, 2-2(103)-91/2019 saylı qətnaməsi ilə ilkin iddiaçı «X2 *** Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/17 saylı, 05 yanvar 2017-ci il tarixli qətnaməsi qismən - cavabdehdən iddiaçının xeyrinə 249.550 manat və 93.000 ABŞ dollarının tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı «X2 *** Şirkəti və cavabdeh «xxxx» MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 19.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdirlər. İŞİN HALLARİ: İddiaçı «X2 *** Şirkəti cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, tərəflər arasında 07.06.2011-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyev küçəsinin kəsişməsində 679-cu məhəllədə çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərin və elektrik sistemlərinin quraşdırılmasına dair 2 podrat müqa viləsi, həmin müqavilələrə 11 iyul 2013-cü il tarixdə 1 saylı, 25 noyabr 2013-cü il tarixdə 2 saylı, 09 yanvar 2014-cü il tarixdə 1 saylı Əlavə Razılaşmaların imzalandığını, cavabdeh MMC tərəfindən öhdəliklərin yerinə yetirilmədiyini, podrat müqavilələrinə və əlavə razılaşmalara əsasən ödənişlərin aparılmadığını, 04.02.2015-ci il tarixdə MMC-nin səlahiyyətli şəxsləri tərəfindən Şirkətin inşaat sahəsində işləyən işçilərin çıxarıldığını və tikinti sahəsinə girişlərin qadağan edildiyini, Şirkət tərəfindən müqavilələr üzrə öhdəliklərin tam yerinə yetirildiyini, lakin hazırkı tarixə MMC-nin Şirkətə mexanik təsisatlarla bağlı 365.000 manat, elektrik təsisatları ilə bağlı 138.000 ABŞ dolları borcu qaldığını, bundan başqa inşaat sahəsində 45.000 manat dəyəri olan alətlər və avadanlıqların qaldığın ı, 07.06.2011-ci il tarixli podrat müqaviləsinə 25 noyabr 2013-cü il tarixli 2 saylı Əlavə razılaşmada tərəflər "Sifarişçinin qalan borcunun 565.450 manat olduğunu təsdiq etdiklərini, müqaviləyə əsasən görülən bütün işlərin tam yararlı vəziyyətdə yerinə yetirildiyini, dövlət qəbul komissiyası işlərin lazımi keyfiyyətdə yerinə yetirilməsini təsdiqlədiyini, binanın istismarına icazə verdiklərini, MMC-nin yerinə yetirilmədiyini iddia etdiyi işlərin çoxunun görüldüyünü, bəzilərinin isə əlavə razılaşmaya əsasən müqavilədən çıxarıldığını, bu səbəbdən "MMC" təsdiqləyərək buna imza etdiyini, podrat müqaviləsinə 09 yanvar 2014-cü il tarixli 1 saylı Əlavə Razılaşmada da tərəflərin Sifarişçinin Podratçıya 45.000 ABŞ dolları əvvəl görülən işlərdən, 158.000 ABŞ dolları Əlavədə göstərilən görülməli işlə rdən qalan borcu cəmi 203.000 ABŞ dolları təşkil etdiyini birmənalı olaraq təsdiq etdiklərini, qeyd edilən əlavə razılaşma imzalanmasından əvvəl bütün işlərin ayrı-ayrılıqda sayılaraq, təhvil-təslim edildiyini, müqavilə qiymətləri əsas götürülməklə bütün işlərin dəyərinin ayrı-ayrılıqda hesablandığını, müqavilə üzrə görülməmiş işlərin, görülmüş işlərin və artıq görülmüş işlərin də müqavilə qiymətlərinə uyğun hesablandığını, Şirkətin alacaqlarının qarşılıqlı şəkildə 1 saylı Əlavə razılaşma ilə təsbit edildiyini, Razılaşmaya əsasən bütün işlərin təhvil verildiyini, həmin razılaşma ilə elektrik sistemləri üzrə Şirkətin işləri görməsinin təsdiq edildiyini, həmin aktlarla görülmüş işlər qəbul edildiyindən və işlərin qəbulundan qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti ötürüldüyündə n, cavabdehin həmin işlərə dair hər hansı tələb irəli sürmək hüququnu itirdiyini bildirərək, cavabdehdən 365.000 manatın, 138.000 ABŞ dollarının və həmin məbləğlərə hesablanmış 248.200 manatın və 93.840 ABŞ dollarının, cəmi 613.200 manatın və 231.840 ABŞ dollarının tutularaq Şirkətə ödənilməsi və cavabdehin inşaat sahəsində qalmış alət və avadanlıqların Şirkətə qaytarılmasına dair məcbur edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh «X2 Gıda Tarım Sanayi ve Ticaret Limited» Şirkətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirkətin podrat müqavilələrinə uyğun olaraq binada işləri tamamlamadığını, binanın “C” blokunda 14,15,16,17 və 18-ci mərtəbələrində mexaniki işlərin görülmədiyini, elektrik işl ərinin tamamlanmadığını, binalarda mexaniki işlərin 246.729 manat dəyərində və elektrik işlərinin 174.000 manat dəyərində tamamlanmadığını, bundan əlavə Şirkətin 170.000 ABŞ dolları qiymətində olan "MMC"-nin mülkiyyətində olan "xxxx" avadanlığının tikinti sahəsindən götürərək satdığını, pulunu MMC-nə ödəmədiyini, Şirkətə 700.000 ABŞ dolları avans olaraq ödənilərək, Rusiya Federasiyasının Stavropol vilayətinin Yesentuki şəhəri ev 6-8 ünvanında olan "İstoçnik" sanatoriyasına avadanlıq, qurğu və tikinti ləvazimatlarının göndərilməsinin sifariş edildiyini, Şirkətin 237.335 ABŞ dolları dəyərində malı göndərdiyini, qalan 462.661 ABŞ dolları dəyərində malmaterialları MMC-nə təqdim etmədiyini göstərərək, 55.729 manat və 494.661 ABŞ dollarının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı «X2 *** Şirkəti və cavabdeh «xxxx» MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətləri verərək, iddiaçı onun qismən, ilkin iddianın təmin edilməməsi hissəsində ləğv, iddianın tam təmin edilməsi, cavabdeh isə onun ləğv, ilkin iddianın tam rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçının kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə iddia tələbinin 138.000 ABŞ dolları hissəsinin cəmi 45 000 ABŞ dolları məbləğində təmin edilməsini belə əsaslandırmağa cəhd etmişdir ki, dövlət orqanlarının obyektin istismara qəbul edilməsi barədə aktları işlərin görülməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Halbuki, “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”-nın (AzDTN 1.61) “Obyektin istismara qəbulu” adlanan 6-cı maddəsinin 3-cü bəndinin ikinci hissəsinə əsasən, “Layihədə nəzərdə tutulmuş yollar və mühəndis kommunikasiyaları çəkilməmiş, köməkçi bina və qurğuları tikilməmiş, abadlaşdırma işləri görülməmiş, yarımçıq qalmış işləri tamamlanmamış obyektin istismara qəbul edilməsinə yol verilmir.” Həmin Qaydaların “Texnoloji avadanlığın, mühəndis sistemləri, xətləri və vasitələrinin Sınaq Aktı” adlanan 3 saylı Əlavəsindəki formada isə belə bir qrafa nəzərdə tutulmuşdur ki: bu aktı tərtib etdilər onda n ötəri ki,... quraşdırılmış avadanlıq, mühəndis sistemi, xətti və ya vasitəsi sınaqdan keçirilmiş və onun layihəyə və tikinti normativ sənədlərin tələblərinə əsasən yerinə yetirilməsi və layihədə nəzərdə tutulmuş texniki parametrlərə uyğun gəlməsi təsdiq edilmişdir.” Göründüyü kimi, bu məsələ üzrə də məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”-nı (AzDTN 1.6-1) tətbiq etməmişdir ki, bu da nəticə etibarı ilə mübahisənin düzgün həll edilməməsinə səbəb olmuşdur. Bundan əlavə, qeyd etmək lazımdır ki, məhkəmə, iddiaçı tərəfindən işlərin guya, tam yerinə yetirilmədiyini birinci instansiya məhkəməsinin keçirdiyi yerli baxışla müəyyən etməsi ilə əsaslandırır. Sübut etməyə ehtiyac yoxdur ki, mürəkkəb texniki quraşdırma işlərinin görülməsini və müxtəlif göstəricilərə malik olan avadanlıq və qurğuların müqaviləyə uyğun quraşdırılmasını məhkəmə yerli baxış keçirməklə deyil, yalnız xüsusi biliklərə malik olan mütəxəssislər və ekspertlər tərəfindən müəyyən edilə bilərdi. Digər tərəfdən, yuxarıda da qeyd edildiyi kimi, binanın dövlət komissiyası tərəfindən istismara qəbul edilməsi, podratçı qismində çıxış edən “River”-in hər hansı işi qüsurla və ya natamam yerinə yetirməsini istisna edir. Hətta, fərziyyə olaraq, işlərin qüsurlu və ya natamam görülməsinə şübhə olduğu qəbul edilsə belə, bu halda da məhkəmənin həmin “qüsurları” yerli baxış keçirməklə müəyyən etməsi qeyri-mümkün idi. Məhkəmənin daha bir dəlili- şirkətin hər 30 gündən bir gördüyü işlər barədə məlumat verməsinə dair h ər hansı sübutun olmaması” dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, həmin məlumatların verilməsi cavabdeh tərəfindən də tələb edilməmiş, bununla bağlı iddiaçıya hər hansı tələb və ya bildiriş təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən görülən işlər təhvil verilmişdir və bu səbəbdən məlumatın verilməsi zərurəti olmamışdır. İşlərin təhvil verilməsinin “xxxx” MMC tərəfindən həyata keçirilməsinə gəldikdə isə, qeyd edilməlidir ki, iddiaçının tapşırığı ilə “xxxx” MMC ilə “xxxx” MMC arasında görülmüş işlərin qəbuluna dair 20 oktyabr 2012-ci il tarixdə; 25 avqust 2012- ci il tarixdə; 5 oktyabr 2012-ci il tarixdə; 17 sentyabr 2012-ci il tarixdə; 10 avqust 2012-ci il tarixdə aktlar imzalanmış, həmçinin 11 iyun 2013-cü il tarixli Elektrik işlərinin təhvil-təsliminə dair Akt və “İstismara bura xılmaya dair” 110323 saylı Akt imzalanmışdır. Göründüyü kimi, işlərin təhvil verilmədiyinə dair məhkəmənin əsaslandırması iş materialları ilə ziddiyyət təşkil etməklə, iddia tələbinin əsaslı olduğunu bir daha təsdiq edir. “xxxx” MMC isə həmin aktları (əqdləri) imzalamaqla, belə təhvil-təslimin iddiaçının tapşırığı ilə həmin cəmiyyət tərəfindən həyata keçirildiyinə etiraz etməmiş və nəticə etibarı ilə işlərin görülməsini təsdiq etmişdir. Başqa sözlə desək, işlərin yerinə yetirildiyini cavabdeh həmin əqdləri də imzalamaqla öz iradə ifadəsini bildirmişdir. Məhkəmə nəzərə almamışdır ki, “xxxx” MMC-nin səlahiyyətli şəxsləri tərəfindən “River”-in inşaat sahəsində işləyən işçiləri əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, qəflətən həmin sahədən çıxarılmış və tikinti sahəsinə girişləri qadağan edi lmişdir. Belə olan halda, inşaat sahəsində qalmış alət və avadanlıqların hər-hansı dəqiq siyahısının tərtib edilməsinin mümkünsüzlüyü məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçı “X2 *** Şirkəti iddia ərizəsində elektrik təsisatlarına görə cavabdeh “xxxx” MMC-dən 138000 ABŞ dolları tələb etmişdir. Yəni iddia tələbindən göründüyü kimi iddiaçı cavabdehdən əlavə Razılaşmada müəyyən edilən əvvəlki işlərə görə 45000 ABŞ dolları və görüləcək işlərə görə 158000 ABŞ dolları yox, yalnız 138000 ABŞ dolları tələb edir. Bununla iddiaçı “X2 *** Şirkəti təsdiq edir ki, “xxxx” MMC-dən Əlavə Razılaşmada müəyyən edilən əvvəlki işlərə gö rə hesab edilən 45000 ABŞ dolları ödənişi və 158000 ABŞ dolları məbləğindən 20000 ABŞ dolları hissəsini qəbul etmişdir. Göstərilən sübutlar təsdiq edir ki, “xxxx” MMC-nin “X2 *** Şirkətinə 45000 ABŞ dollarını ödəmiş və borcu qalmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında işrirak edən iddiaçı «X2 *** Şirkətinin vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» MMC-nin vəkili Hüseynov Pərviz Fazil oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apelly asiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qəbul etdiyi 19.02.2019-cu il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli qətnaməsini qismən ləğv edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” MMC ilə Şirkət arasında 07 iyun 2011-ci il tarixində “xxxx” MMC-yə məxsus çoxmərtəbəli otel və biznes mərkəzində elektrik və mexaniki sistemlərin quraşdırılmasına dair iki podrat müqaviləsi imzalanmışdır. Hər iki müqavilədə görüləcək işlər, işin yerinə yetirilmə müddəti, ödənişin məbləği, ödəmə şərtləri, podratçı və sifarişçinin öhdəlikləri, digər müddəalar öz əksini tapmışdır. Belə ki, tərəflər arasında bağlanmış 07.06.2011-ci il tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinə əsasən "Şirkət" Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin material və quraşdırma işini görməli və əlavədə verilən təklifə görə istismara tam yararlı halda "MMC"-yə təhvil verməlidir (m. 2). Müqavilənin 4.1-ci maddəsinə əsasən, bu müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş işlər (bu Müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ uyğun olaraq) gərəkli tikinti işləri quraşdırıldıqdan sonra 180 iş günü müddətində görülməlidir. Müqavilənin 5-ci maddəsinə görə, 2-ci maddədə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 1.500.000 ABŞ dolları təşkil edir; Tərəflər arasında bağlanmış 07.06.2011-ci il tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinə 09 yanvar 2014-cü il tarixli 1 saylı Əlavə Razılaşmadan görünür ki, "MMC"-nin "Şirkətə" əvvəlki (yəni Razılaşma bağlanan anadək) görülmüş işlərə görə 45.000 ABŞ dolları, Razılaşmaya əlavədə göstərilən görüləcək işlərə görə 158.000 ABŞ dolları, cəmi 203.000 ABŞ dolları borcu vardır; Tərəflər arasında bağlanmış 07.06.2011-ci il tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsindən görünür ki, "Şirkət" Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkə zində mexaniki sistemlərin material və quraşdırma işini görməli və əlavədə verilən təklifə görə istismara tam yararlı halda "MMC"-yə təhvil verməlidir (m. 2). Müqavilənin 4.1-ci maddəsinə əsasən bu müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş işlər (bu Müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ uyğun olaraq) gərəkli tikinti işləri quraşdırıldıqdan sonra 180 iş günü müddətində görülməlidir. Müqavilənin 5-ci maddəsinə görə, 2-ci maddədə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 2.150.000 manat və ya 2.738.854 ABŞ dolları təşkil edir; Tərəflər arasında bağlanmış 07.06.2011-ci il tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair"xxxx"MMC" adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, materi al və avadanlıqların həcminin artmasını və buna müvafiq olaraq müqavilə üzrə "Şirkət"ə ödənilməli olan məbləğin də 2.750.000 manat olmasını təsdiq və qəbul etmişdir. "Şirkət" də adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını və 11 iyul 2013-cü il tarixə 2.750.000 manat olmasını qəbul etmiş və bu məbləğin ödənilməsi şərtilə müqavilə üzrə işlərin davam etdirilməsini öhdəsinə götürmüşdür. 1 saylı Əlavə Razılaşmanın 1-ci bəndi ilə "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinin 5-ci maddəsində "2.150.000 manat" sözləri "2.750.000 manat" sözləri, "2.738.854 (USD)" sözləri "3.503.185 ABŞ dolları" sözləri ilə əvəz edilmişdir; Tərəflər arasında bağlanmış 07.06.2011-ci il tarixli " Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinə 25 noyabr 2013-cü il tarixli 2 saylı Əlavə Razılaşmadan görünür ki, "MMC"-nin "Şirkət"ə qalan borcu 565.450 manatdır. 25.11.2013, 10.12.2013, 25.12.2013 və 05.01.2014-cü il tarixlərində "MMC" "Şirkətə"xxxx"MMC" təklifindəki bütün mexaniki sistemlərin və aksesuarların quraşdrılmasını bitirikdikdən sonra "Şirkət"ə 115.450 manat pul ödəməlidir; İlkin iddiaçının tərəflər arasında bağlanmış qeyd olunan müqavilələrə və ona dair əlavə razılaşmalara əsasən qaldırdığı ilkin iddia tələbində cavabdehdən 365.000 manatın, 138.000 ABŞ dollarının və həmin məbləğlərə hesablanmış 248.200 manatın və 93.840 ABŞ dollarının, cəmi 613.200 manatın və 231.840 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi və ca vabdehin inşaat sahəsində qalmış alət və avadanlıqların Şirkətə qaytarılması xahiş edilir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Tərəflər arasında bağlanmış 07.06.2011-ci il tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinə 25 noyabr 2013-cü il tarixli 2 saylı Əlavə Razılaşmada göstərilmişdir ki, sifarişçinin qalan borcu 565.450 manatdır. 25.11.2013, 10.12.2013, 25.12.2013 və 05.01.2014-cü il tarixlərində hər dəfə 50.000 manat olmaqla sifarişçi podraçıya ödəniş edəcəkdir. 05 yanvar 2014-cü il tarixinə qədər Podratçı bütün material sifarişlərini etməlidir. Podratçı təklifdəki bütün mexaniki sistemlərin və aksesuarların quraşdırılması bitdikdən sonra 115.450 AZN Sifarişç i Podratçıya ödəmə aparacaqdır. Birinci instansiya məhkəməsi Sifarişçi (cavabdeh MMC) tərəfindən 565.450 manat pulun 2 saylı Əlavə Razılaşmada nəzərdə tutulmuş qaydada ilkin iddiaçıya ödənilməsini təsdiq edən hər hansı sübutun olmamasına əsaslansa da, məhkəmə araşdırması zamanı ilkin iddiaçının nümayəndəsi (qanuni təmsilçi) Mustafa İlıca izahatında bildirmişdir ki, 25 noyabr 2013-cü il tarixli 2 saylı Əlavə Razılaşmaya əsasən cavabdeh MMC tərəfindən ödənişlər aparılmış, 365.000 manat pul ödənilmədiyi üçün iddia həmin məbləğə dair qaldırılmışdır. İlkin iddiaçının tələb etdiyi borcla bağlı araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən yerində baxış keçirilən zaman həqiqətən də otelin 14-18-ci mərtəbələrində mexaniki sistemin quraşdırılması işinin tamamlanmaması müəyyən edilmiş, bu hal şahid ifadələri ilə də təsdiqlənmişdir. 2 saylı Əlavə Razılaşmanın şərtinə görə isə, "Şirkət"xxxx"MMC"-nin təklifindəki bütün mexaniki sistemlərin və aksesuarların quraşdrılmasını bitirdikdən sonra tələb etmək hüququna malikdir. Bu mənada, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, otelin 14-18-ci mərtəbələrində mexaniki sistemin quraşdırılması işinin tamamlanmaması səbəbindən 115.450 manat pulun tutulması üçün əsas mövcud deyildir. Qalan 249.550 manat pul tələbinə gəldikdə, qeyd olunan dəyərdə işin müqavilə şərtlərinə müvafiq yerinə yetirilərək, cavabdeh MMC-yə təhvil verilməsi işin materiallarından müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sif arişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin materiallarına 2013-2014-cü illərdə «xxxx» MMC tərəfindən tərtib edilən («Teslim edən» qrafasında) aktlar əlavə edilmişdir. «xxxx» MMC-nin ilkin iddiaçı ilə hüquqi bağlılığına, sonuncunun öhdəliklərinə görə cavabdehliyinə dair hər hansı sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, «…tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.» Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəl mişdir ki, ilkin iddiaçı tərəfindən 07.06.2011-ci il tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinə və həmin müqaviləyə dair 25 noyabr 2013-cü il tarixli 2 saylı Əlavə Razılaşmaya əsasən 249.550 manat dəyərindən işi müqavilə şərtlərinə müvafiq yerinə yetirərək, cavabdehə təhvil verməsi işin materiallarından müəyyən edilmədiyi üçün iddia tələbi həmin hissədə təmin oluna bilməz. Birinci instansiya məhkəməsi “xxxx” MMC ilə Şirkət arasında bağlanmış 07 iyun 2011-ci il tarixli “xxxx” MMC-yə məxsus çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair podrat müqaviləsi üzrə öhdəliklərin icra edildiyi və cavabdehdən 138.000 ABŞ dolları pulun tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Sənay e və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 110323 saylı X1 görünür ki, ünvan 1 ünvanında inşa edilmiş otel və biznes mərkəzi enerji təchizatı üçün quraşdırılmış elektrik qurğuları ilə təmin edildiyindən obyekt istismara yararlı sayılmışdır; 11 iyun 2013-cü il tarixli "Elektrik-quraşdırma işlərinin təhvil-təslim Aktı"ndan görünür ki, Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində elektrik quraşdırma işləri EAQQ-na tam müvafiq olaraq yaxşı yerinə yetirilmişdir. İddia tələbinin qeyd olunan hissəsinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, «…məhkəmələr “xxxx” MMC ilə Şirkət arasında bağlanmış 7 iy un 2011-ci il tarixli “xxxx” MMC-yə məxsus çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair podrat müqaviləsi üzrə öhdəliklərin icra edildiyi qənaətinə gələrkən Azərbaycan Respublikası Sənayə və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş İstismara buraxılma aktı və 11 iyun 2013-cü il tarixli elektrik quraşdırma işlərinin təhvil-təslim aktına istinad etmişlər. Məhkəmələr nəzərə almamışlar ki, tərəflər arasında yuxarıda qeyd olunan podrat müqaviləsinə 9 yanvar 2014cü il tarixində 1 saylı əlavə razılaşma imzalanmış və həmin əlavə razılaşma üzrə yeni öhdəliklər yaranmışdır.Həmin əlavə razılaşmada Şirkətin hər 30 gündən bir gördüyü işlər barədə məlumat verməsi və buna müvafiq olaraq müəyyənləşdirilmiş qrafik üzrə ödənişlərin h əyata keçirilməsi razılaşdırılmışdır. Beləliklə, tərəflər göstərilən müqavilələr üzrə ödənişlərin görüləcək işlərin nəticəsindən asılı olaraq hissə-hissə həyata keçiriləcəyini razılaşdırmışlar.» «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanunun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Tərəflər arasında bağlanmış 07 iyun 2011-ci il tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinin 5-ci maddəsinə görə, 2-ci maddədə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 1.500.000 ABŞ dolları təşkil edir. Tərəflər 09 yanva r 2014-cü ildə 1 saylı Əlavə Razılaşma ilə "MMC"-nin "Şirkətə" əvvəlki (yəni Razılaşma bağlanan anadək) görülmüş işlərə görə 45.000 ABŞ dolları, Razılaşmaya əlavədə göstərilən görüləcək işlərə görə 158.000 ABŞ dolları, cəmi 203.000 ABŞ dolları borcunun olmasını qəbul və təsdiq etmişlər. Göründüyü kimi, 1 saylı Əlavə Razılaşmanın bağlandığı tarixə 45.000 ABŞ dolları borcun mövcudluğunu cavabdeh MMC təsdiq etmişdir. 158.000 ABŞ dolları ilə görülücək işlərə görə ödənilməli idi. Məhkəmə araşdırması zamanı 09 yanvar 2014-cü il tarixli əlavə razılaşmada müəyyən edilmiş qaydada, Şirkətin hər 30 gündən bir gördüyü işlər barədə məlumat verməsinə dair hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilkin iddiaçının 09 yanvar 2014-cü il tarixli 1 saylı Əlavə Razılaşmaya əs asən görülməsi nəzərdə tutulmuş, cəmi dəyəri 158.000 ABŞ dolları təşkil edəcək işin müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməsinə və cavabdehə təhvil verməsinə dair işin materiallarında hər hansı sənəd mövcud olmadığından, Azərbaycan Respublikası Sənayə və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş İstismara buraxılma aktının və 11 iyun 2013-cü il tarixli elektrik quraşdırma işlərinin təhvil-təslim aktının işə əlavə edilməsi ilkin iddiaçının müqavilə öhdəliklərini tam yerinə yetirməsi kimi qiymətləndirilə bilməz. Qeyd olunduğu kimi, işdə olan aktlar ilkin iddiaçı tərəfindən deyil, «xxxx» MMC tərəfindən tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddiaçının xeyrinə 93.000 ABŞ dol ları məbləğində borcun tutulmasına dair düzgün nəticəyə gəlməmişdir (138.000-45.000=93.000). Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, 09 yanvar 2014-cü il tarixli Əlavə Razılaşmanın bağlandığı tarixə cavabdeh ilkin iddiaçıya 45.000 ABŞ dolları borcunun mövcud olduğunu təsdiq etdiyindən və həmin borcun cavabdeh tərəfindən ödənilməsinin təsdiqinə dair sübut təqdim olunmadığına görə birinci instansiya məhkəməsi həmin borcun tutulmasına dair düzgün nəticəyə gəlmişdir. İlkin iddiaçı 248.200 manat və 93.840 ABŞ dolları məbləğində faizlərin tutulmasını xahiş edərək, tələbi bu hissədə MM-in 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilm əsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09.07.2009-cu il tarixli qərarında göstərilmişdir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir». Qeyd edilən maddi hüquq normalarına və Konstitus iya Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə əsaslanaraq məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin gecikdirilməsi, hazırda da ödənilmədiyi, cavabdehin iddiaçıya məxsus pul vəsaitlərini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırdığı üçün həmin vəsaitin məbləğindən faizlər ödənilməli olduğu barədə iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. İlkin iddiaçı «X2 *** Şirkəti iddia ərizəsində konkret olaraq hansı alət və avadanlıqların cavabdehin inşaat sahəsində qaldığını göstərmədiyindən və iddia tələbinin bu hissəsinə məhkəməyə konkret sübutlar təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı bu hissədə təmin etməmişdir. Qarşılıqlı iddia tələbi tamamlanmamış mexaniki işlərin dəyəri kimi 246.729 manat, elektrik işlərinin dəyəri kimi 170.000 manat, “MMC”-yə məxsus “xxxx” avadanlığının “Şirkət”xxxx“MMC”-yə ödənilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddiaçı tamamlanmamış işlərin dəyəri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia tələblərini əsaslı saymamışdır. Bundan başqa, “xxxx” avadanlığının həqiqətən də “Şirkət” tərəfindən satılması, satışdan 170.000 ABŞ dolları məbləğində vəsait əldə olunması və ya həmin avadanlığın bazar qiyməti ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli,cavabdeh tərəfindən verilmiş apellyasiya qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qismən- cavabdehdən iddiaçının xeyrinə 249.550 manat və 93.000 ABŞ dollarının tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilidiyindən, hər iki kassasiya şikayətinin qismən təmin edilməklə qətnamənin ləğv edilərək, işə yenidən baxılmalı olması qənaətinə gəlir. Kassasiya kollegiyası ilk növbədə hazırki iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun nümayiş etdirdiyi və məcburi qüvvəyə malik olan hüquqi mövqeyini bir daha xatırlat mağı zəruri hesab edir. Belə ki, Plenumun qərarında qeyd edilmişdir ki, «…tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.» Konstitusiya Məhkəməsi Plenumunun qərarından göründüyü kimi hazırki mübahisə məhz tərəflər arasında bağlanmış müqavilələr üzrə qarşılıqlı öhdəliklərinin icrasının yoxlanılması yolu ilə həll edilməlidir. Apellyasiya instanisyası məhkəməsinin yuxarıda istinad edilən əsaslandırmasından görünür ki, kollegiya ilkin iddia üzrə iddiaçının müqav ilə öhdəliklərini tam yerinə yetirməməsi qənaətinə yalnız işlərin görüldüyü sahəyə yerli baxış keçirməklə otelin 14-18-ci mərtəbələrində quraşdırılma və sazlama işlərinin tamamlanmaması ilə bağlı müşahidə etdiklərinə əsasən gəlmişdir. Halbuki, ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilələrdən göründüyü kimi, ilkin iddia üzrə iddiaçının öhdəliyi tək müəyyən avadanlıqların quraşdırılıb, sazlama işlərinin görülməsindən deyil, həmçinin həmin avadanlıqların ilk əvvəl xarici dövlətdən ölkəyə idxal edilərək sifarişçiyə təhvil verilməsindən də ibarət olmuşdur. Eyni zamanda müqavilə üzrə ödənişlər də özü-özlüyündə buna uyğun olaraq avadanlıqların gətirilməsinə və işlərin görülməsinə görə ayrılmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi mü qavilə öhdəliklərinin icrasına qiymət verərkən bu öhdəliklərin məzmununun mürəkəb texniki xüsusiyyətləri baxımından onlara qiymətin verilməsi üçün mühəndis-texniki sahədə xüsusi biliklərin tələb edilməsini nəzərə almayaraq, yalnız özünün sadə müşahidəsinə əsaslanmaqla kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kassasiya kollegiyası əlavə olaraq bildirir ki, mühəndis-texniki qurğuların quraşdırılı bquraşdırılmamasından ibarət öhdəliklərin icra edilib-edilməməsinin müəyyənləşdirilməsi də özüözlüyündə mübahisənin həllinə kifayət etmir. Belə ki, tərəflərin öhdəliklərin icra edilməməsində biribirini günahlandırmasından ibarət izahatlarının olması baxımından öhdəliklərin icra olunmamasının səbəbləri, yəni kimin təqsiri ucbatından icra edilməməsinə də qiymət verilməlidir. Alətlərin tələb edilməsinə dair iddianın rəddi əsası ilə də kollegiya razılaşmır. Belə ki, apellyasiya instanisyası məhkəməsi bu hissədə iddia tələbi rədd edərkən ilkin iddia üzrə iddiaçının iddia ərizəsində konkret olaraq hansı alət və avadanlıqların cavabdehin inşaat sahəsində qaldığını göstərmədiyinə və iddia tələbinin bu hissəsinə məhkəməyə konkret sübutlar təqdim etməməsi ilə əsaslandırmışdır Kassasiya kollegiyası i lk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın alətlərin tələb edilməsi hissəsini rədd edərkən sadəcə olaraq iddiaçı tərəfin tələb edilən alətlərin siyahısını təqdim etməməsi ilə əsaslandımışdır, halbuki bu şəkildə tələbin olduğu halda həmin siyahının təqdim edilməsini ilkin iddia üzrə iddiaçıya təklif edə bilərdi. Belə ki, inzibati icraat qaydasında işlərə baxılmasından fərqli olaraq mülki icraat qaydasında hakimin yardım etmə vəzifəsi olmasa da, hakim tərəflərə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, həmçinin tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə etməklə prosessu al qənaət prinsipi baxımından zəruri dəqiqləşdirilmələrin aparılmasını təklif etməlidir. Belə ki, Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 184.1-ci maddəsinə əsasən hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir, onların bütün sübutları təqdim edib-etməmələrini, iş materialları ilə tanış olub-olmamalarını aydınlaşdırır. O da qeyd edilməlidir ki, bu hissədə mübahisə həmin alətlərin siyahısının də qiqləşdirildiyi halda işin hallarına ilkin iddia üzrə iddiaçının öz alətlərini tikinti sahəsindən götürmək imkanının olub-olmamasını müəyyən etməklə və buna uyğun olaraq da sübutetmə yükünü tərəflər arasında bölüşdürməklə həll edilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ilkin iddiaya sübutların mümkünlüyü, qiymətləndirilməsi məsələlərində istinad edilən prosessual qanunvericiliyin normalarının tətbiqində səhvə yol vermişdir. Kassasiya kollegiyası qarşılıqlı iddianın birbaşa olaraq ilkin iddia ilə bağlı olması, habelə müqavilələr üzrə öhdəliklərin icra edilib-edilməməsinə düzgün qiymət vermədən qarşılılı iddia üzrə yekun nəticəyə gəlinməsinin mümkünsüzlüyü baxımından qarşılıqlı iddianın təmin edilməməsi hissəsində də qətnamə qanunsuz olmaqla ləğv edilməlidir. N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmam alıdır. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «X2 *** Şirkətinin və cavabdeh «xxxx» MMC-nin kassasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19.02.2019-cu il tarixli, 22(103)-91/2019 nöm rəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar