Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-367/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsi üzrə borc və zərərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Kəmalə Abiyevanın sədrliyi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili X3, Cavabdeh MMC-nin vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə borc və zərərin tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 aprel tarixli 2-2( 103)-69/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 41 nömrəli, 2014-cü il 10 oktyabr tarixli subpodrat müqaviləsindən görünür ki, sifarişçi - Cavabdeh MMC ilə podratçı - X7 arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən, podratçı Şəmkir rayonu Şəhidlər Xiyabanında mərmər materialının təşkili və vurulmasını öz üzərinə götürür. Podratçı həmin işləri müqavilənin ayrılmaz tərkib hissəsi olan texniki tapşırığa uyğun olaraq görməyi öhdəsinə götürür, sifarişçi isə həmin işlərin görülə bilməsi üçün zəruri şərait yaratmağı, işlərin nəticəsini qəbul etməyi və müqavilə ilə nəzərdə tutulan məbləği ödəməyi öhdəsinə götürür. 2. 117 nömrəli, 2014-cü il 24 dekabr tarixli subpodrat müqaviləsindən görünür k i, sifarişçi - Lider Monolit MMC ilə icraçı - İddiaçı MMC arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən sifarişçi ünvan 1 ünvanında yerləşən X4 qranit işlərini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada göstərməyi öhdəsinə götürür. Göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət Aktı ilə müəyyənləşdirilmişdir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair forma 2 qeyd edilir. 3. 11/19/2014-cü il tarixli Şəmkir şəhəri Çörək Zavodunda görülmüş qranit işlərin yekun smetasından görünür ki, işlərin ümumi dəyəri 55.008.2 manat müəyyən edilmişdir. 4. 11/19/2014-cü il tarixli Zabitlər bağında görülmüş qranit işlərin yekun smetasından görünür ki, işlərin ümumi dəyəri 13.900 manat müəyyən edilmişdir. 5. 11/19/2014-cü il tarixli Şəmkir şəhəri Şəhidlər Xiyabanında görülmüş işlərin yekun smetasından görünür ki, işlərin ümumi dəyəri 356.900 manat müəyyən edilmişdir.
6. Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış 76 nömrəli müqaviləyə 1 saylı 2014-cü il 1 dekabr tarixli Əlavədən görünür ki, Şəhidlər Xiyabanında görülmüş dəmir-beton işinin cəmi dəyəri 10.116.4 manat; X1 müəllimin göstərişi ilə əlavə görülmüş işlərin cəmi dəyəri 35.936.885 manat müəyyən edilmişdir. 7. “Dünya Meridianları” adlı jurnalın 2014-cü il tarixli buraxılışında Şəmkir rayonunda gedən abadlıq-quruculuq işləri ilə bağlı çap edilmiş məqalədə Şəmkir şəhər “Şəhidlər Xiyabanındakı” yenidən qurma və abadlıq işlərinin İddiaçı MMC tərəfindən aparıldığı, həmin ərazidə İdd iaçı MMC-nin işçilərinin çalışdığı əks edilmiş və bu barədə fotoşəkillər yerləşdirilmişdir. Eyni zamanda, iş materiallarına “X4” və Şəmkir rayonu Zabitlər Parkında görülmüş işlərlə bağlı şəkillər də əlavə olunmuşdur.
8. Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatının 2018-ci il 17 yanvar tarixli, Q-6/2-010/2 saylı məktubunda göstərilmişdir ki, Şəmkir şəhərində aparılan abadlıqquruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanılmış və 2014-cü ildə başa çatdırılmışdır. Həmin işlər "xxxx" MMC-nin sifarişi əsasında Qədim Qafarovun təsisçisi olduğu İddiaçı MMC tərəfindən yerinə yetirilmişdir. Görülmüş işlərin dəyəri “Lider Monolit" MMC-yə tamamilə ödənilmiş və hal-hazırda heç bir borc qalmamışdır.
9. İddiaçı MMC-nin təsisçisi Qafarov Qədim tərəfində n Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda bildirilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış subpodrat müqavilələrinə əsasən İddiaçı MMC tərəfindən Şəmkir rayonun Şəhidlər Xiyabanında, X4, Şəmkir rayon Zabitlər Parkında və Şəmkir rayonu X2 təmir-bərpa işləri aparılmışdır. Müqavilələrə uyğun olaraq görüləcək işlərin yekununda ona 526.488 manat ödənilməli idi. Lakin 100.000 manat avans da daxil olmaqla İddiaçı MMCyə cəmi 252.500 manat ödənilmişdir. Qalan 273.988 manat məbləğ bu günədək ödənilməmişdir. Qeyd olunan işləri görmək üçün AccessBankdan külli miqdarda ABŞ dolları kredit götürülmüş, iş yeri, evlər girov qoyulmuşdur. Şirkətin fəaliyyəti dayanmaq üzrədir. Göstərilənlər əsasında 10 gün müddətində 273.988 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi xa hiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 2017-ci il 15 fevral tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə 252.500 manat qalıq əsas borcun, 30.510 manat faiz məbləğinin, 91.531 manat əldən çıxmış faydanın, hüquqi xidmətlərə görə ödəniləcək 37.454 manat vəsaitin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında Şəmkir rayonu Şəhidlər Xiyabanında, “X4”, Şəmkir rayonu Zabi tlər Parkında və Şəmkir rayonu X2 təmir-bərpa işlərinin (mərmər-qranit materialları ilə) təşkili ilə bağlı müxtəlif tarixlərdə subpodrat müqavilələri imzalanmışdır. İddiaçı götürdüyü öhdəlikləri lazımı keyfiyyətdə və müddətdə yerinə yetirmişdir, işlərin lazımi keyfiyyətdə yerinə yetirilməsinə görə cavabdehin rəhbəri, yerli icra hakimiyyətinin başçısı, həm də rayonun digər vəzifəli şəxsləri tərəfindən təqdir olunmuşdur.
12. Götürülən işlərin yerinə yetirilməsinə görə ümumi müqavilə dəyərinin bir hissəsi avans olaraq, qalan məbləğlər isə işlərin yerinə yetirilmə qrafikinə uyğun ödənilməli idi. İşlərin təhvilindən sonra cavabdeh tərəfindən ödənilmiş məbləğ avans da daxil olmaqla 252.500 manat olmuşdur. Bu günə kimi qalan 252.500 manat məbləğ ödənilməmişdir. Görülmüş işlərin qısa vaxtda yerinə yetirilməsi üçün mərmər, sement, armatur, daş və s. istifadə edilən materiallar iddiaçı tərəfindən şəxsi vəsait hesabına alınmış, işlərin görülməsi üçün istifadə edilən nəqliyyat vasitələri və texniki avadanlıqlar şəxsi vəsait hesabına icarəyə götürülmüş, ştatda olan işçilərdən (32 nəfər) əlavə yaxın ərazidə yaşayan şəxslər günəmuzd kimi işlərə cəlb olunmuşdur.
13. Cavabdeh fəaliyyətini dayandırdığından və onlarla əlaqə saxlamaq mümkün olmadığından görülmüş işlər, o cümlədən Şəmkir rayonu Şəhidlər Xiyabanı üzrə işlər əsas sifarişçi olan Şəmkir Rayon İcra Hakimiyyətinə təhvil verilmiş, təntənəli açılış mərasimi həyata keçirilmiş və hal-hazırda istifadə edilməkdədir. Öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən Mülki Məcəllənin 445-ci maddəsinə əsasən 29 ay üçün illik 5 %-lə 30.510 manat, həmin Məcəllənin 449-cu maddəsinə əsasən isə Mərkəzi bankın uçot dərəcəsi ilə illik 15%-lə 91.531 manat əldən çıxmış fayda tutulmalıdır.
14. İddiaçı iddia ərizəsində tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1, 443.1, 443.3, 445.1, 445.7, 449.1, 752.1, 753-cü maddələrinə istinad etmişdir.
15. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir. 16. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2017-ci il 15 may tarixli, 2-2(81)462/2017 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim İlham Əhmədov).
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yazılı subpodrat müqavilələri olduğundan, cavabdeh müqavilə üzrə işlərin nəticələrinin təhvil verilməsini inkar etdiyindən və iddiaçı isə subpo drat müqavilələri üzrə işlərin nəticələrini təhvil verdiyini iddia etdiyindən, subpodrat müqavilələri üzrə görülmüş işlərin nəticələrinin sifarişçiyə təhvil verilməsinin sübut etmək yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən subpodrat müqavilələri üzrə işlərin təhvil verilməsi ilə bağlı hər hansı sübut (məsələn, tərəflər arasındakı yazışmalar, əgər podratçı işi öz materialları ilə icra edibsə, həmin materialların alınmasına dair və s.) məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iddiaçı tərəflər arasında subpodrat müqavilələrindən irəli gələn cavabdehin muzd ödəmək öhdəliyinin əmələ gəldiyini sübut edə bilməmişdir.
18. İddiaçı mərmər, qranit işlərinin görüldüyünü iddia etsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış 2014-cu il 24 dekabr tarixli müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair Forma 2 qeyd edilir. İddiaçının sübut olaraq təqdim etdiyi materiallar mahiyyətcə əsaslı olmadığından, onlara mübahisənin maddi hüquqi əsası kimi tətbiq olunmalı MM-in podrat müqaviləsini tənzimləyən normalarına istinad olunmasına və təfsirinə zərurət qalmır.
19. Təmir-bərpa işlərin nəticələrinin cavabdehə təhvil (mərmər-qranit materialları ilə) verilməsi, o cümlədən cavabdeh tərəfindən əvvəllər iddiaçıya 252.500 manat pul vəsaitinin ödənilməsi barədə heç bir mötəbər sübutla təsdiq olunmur. Tələb edilən əsas borcun 252.500 manat olduğ u iddiaçı tərəfindən irəli sürülsə də, yenə də bu hal iddiaçının subyektiv mövqeyindən asılıdır. Çünki, Şəmkir rayonu Şəhidlər Xiyabanında, “X4”, Şəmkir rayonu Zabitlər Parkında və Şəmkir rayonu X2 təmir-bərpa işlərin (mərmər-qranit materialları ilə) görülməsinə dair smeta tərəflər arasında tərtib və təsdiq edilməmişdir. Görülmüş işlərin cəmi dəyərinin 505.000 manat (lakin iddia tələbinin həcminin artırılması barədə ərizədə fərqli rəqəm qeyd edilir 448.608,2 manat (356900+55008,2+36700)) olması barədə tərəflərin razılığını ifadə (təsdiq) edən heç bir mötəbər sübut mövcud deyil.
20. Digər konsensual müqavilələrdən fərqli olaraq, subpodrat müqaviləsi bağlandığı anda icra edilə bilməz, işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat mü qaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir.
21. Mərmər, qranit işləri ilə bağlı görülmüş işlər və onların dəyəri yazılı sübutlarla (“Forma 2” aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı idi. Görülən işlərin təhvil-təsliminə dair heç bir Forma 2 və sair sənədin olmaması da tərəflərin işini qanunun tələbləri əsasında qurmadığına yaxud maraqlı olmadığına dəlalət edir ki, bundan irəli gələn məsuliyyət də qanunun tələblərinə əməl etməyənə aiddir. İş materiallarına əlavə edilən smeta təsdiq edilməmiş, yalnız cavabdeh in möhürü əks edilmişdir. 1 saylı Əlavədə müqavilə iştirakçıları tərəfindən imza ilə təsdiq edilməmiş, yalnız iddiaçının möhürü əks edilmişdir.
22. Həmçinin, məhkəmə tərəfindən MM-in 445, 449-cu maddələrinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsasın olmadığı hesab edilmişdir.
23. Məhkəmə mövqeyini Azərbaycan Respublikası MM-in 21.2, 324.1, 389.1, 405.1, 439, 445, 449.1, 449.4, 752.1, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 81, 106.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2017-ci il 21 sentyabr tarixli, 2-2(103)-472/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Həmid Həmidov, hakimlər Xumar Mərdanova və Xəyal Sarıyev).
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində göstərdiyi norma və hallara istinad edərək, məhkəmənin gəldiyi nəticə ilə razılaşmış, əlavə əsas müəyyən etməmişdir (bax yuxarıda mətndə 16-22-ci bəndlər).
27. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci ic raat
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018ci il 10 iyul tarixli, 2-2(102)-286/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən hakim Kəmaləddin Bədəlov, hakimlər İlqar Dadaşov və Azər Hüseynov).
29. Kassasiya instansiyası məhkəməsi bildirmişdir ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. İşin materiallarında olan “Dünya Meridianları” adlı jurnalın 2014-cü il tarixli buraxılışında Şəmkir rayonunda gedən abadlıq-quruculuq işləri ilə bağlı çap edilmiş məqalədə Şəmkir şəhər “Şəhidlər Xiyabanındakı” yenidən qurma və abadlıq işlərinin iddiaçı tərəfindən aparıldığı, həmin ərazidə onun işçilərinin çalışdığı əks edilmiş və bu barədə fotoşəkillər yerləşdirilmişdir. Eyni zamanda, işin materiallarına “X4” və Şəmkir rayonu Zabitlər Parkında görülmüş işlərlə bağlı şəkillər də əlavə olunmuşdur.
30. Apellyasiya instansiyası məhkəməsi isə həmin sübutlara əhəmiyyət verməmiş, qeyd edilən sənəd və materialları sübut kimi qəbul etməməsini əsaslandırmamışdır. Halbuki, tərəflər hüquq və öhdəliklərini m ülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda, məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməli, məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın gö stərilməlidir.
31. Kassasiya şikayətinə əlavə edilən Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatının 2018-ci il 17 yanvar tarixli, Q-6/2-010/2 saylı məktubunda göstərilmişdir ki, Şəmkir şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanılmış və 2014-cü ildə başa çatdırılmışdır. Həmin işlər cavabdehin sifarişi əsasında Qədim Qafarovun təsisçisi olduğu iddiaçı tərəfindən yerinə yetirilmişdir. Görülmüş işlərin dəyəri cavabdehə tamamilə ödənilmiş və hal-hazırda heç bir borc qalmamışdır. Sözügedən məktubda da Şəmkir şəhərində abadlıq-quruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanıldığı və 2014-cü ildə başa çatdırıldığı, eyni zamanda, həmin işlərin cavabdehin sifarişi əsasında i ddiaçı tərəfindən yerinə yetirildiyi etiraf edilmişdir.
32. Apellyasiya instansiya məhkəməsi subpodrat müqaviləsi üzrə tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca (iş üçün əhəmiyyətli olan bütün sübutların qiymətləndirilməməsi) araşdırmamış və cavabdehin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımaması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır.
33. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 752.1, 759.2, Azərbaycan Respublikası MPM-in 76.1, 76.2, 77.1, 88, 89.1-ci maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli, 2-2(103)-547/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birin ci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, cavabdehdən 252.500 manat əsas borc, 30.510 manat faiz məbləği və hüquqi xidmətlərə görə 1.000 manat məbləğ tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən hakim Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov).
35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Şəmkir rayon İcra Hakimiyyətinin məktubunda Şəmkir şəhərində abadlıq-quruculuq işləri çərçivəsində 2013cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanıldığı və 2014-cü ildə başa çatdırıldığı, eyni zamanda, həmin işlərin cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirildiyi etiraf edilmişdir. Subpodrat müqaviləsi üzrə iddiaçı tərəf öz öhdəliklərini tam icra etmiş, cavabdeh isə müqavilədən i rəli gələn öhdəliyini icra etməmişdir.
36. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın ilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir.
37. Tərəflər arasında olan müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yeti rdiyi, lakin cavabdehin öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi sübut olunduğundan, cavabdeh iddiaçıya əsas borc məbləği 252500 manat, faiz borcu olaraq 30510 manat məbləği ödəməlidir.
38. İddia tələbinin Mərkəzi Bankın uçot dərəcəsi ilə 15% olmaqla 91.531 manat əldən çıxmış fayda ilə bağlı hissəsi isə əsaslandırılmadığı üçün təmin edilməmişdir.
39. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 385.1, 386.1, 442, 445.22.1, 448.1, 449.1, 752.1, 759.2, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 385-ci maddələrinə istinad etmişdir.
40. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul ediməsi xahiş edilmişdir. d) Kassasi ya instansiyası məhkəməsindəki ikinci icraat
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 27 fevral tarixli, 2-2(102)-100/19 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Zakir Quliyev, hakimlər Nigar Rəsulbəyova və İlqar Hüseynov).
42. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Şəmkir şəhərində abadlıq quruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanıldığı və 2014-cü ildə başa çatdırıldığı, eyni zamanda, həmin işlərin cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirildiyi icra hakimiyyətinin məktubu ilə sübuta yetirilir. Subpodrat müqaviləsi üzrə iddiaçı tərəf öz öhdəliklərini t am icra etmiş, cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edirkən prosessual və maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
43. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 385.1, 386.1, 442, 445.22.1, 448.1, 449.1, 752.1, 759.2, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 385-ci maddələrinə istinad etmişdir. e) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunundakı icraat
44. Cavabdehin ərizəsi əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 17 fevral tarixli qərarı ilə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli 2-2(102)-100/19 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qan unlarına uyğunluğu yoxlanılaraq qeyd edilən qərar Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, habelə Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilmişdir.
45. Qərarda qeyd olunmuşdur ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 17 yanvar tarixli məktubuna əsasən, Şəmkir şəhərində aparılan abadlıqquruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanılmış və 2014-cü ildə başa çatdırılmışdır. Həmin işlər cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirilmişdir. Qeyd olunan məktub iddiaçı tərəfindən kassasiya şikayətinə əlavə edilmiş, birinci və apellyasiya instansiyası məhkəmələrində araşdırma predmeti olmamışdır.
46. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası həmin məktuba əsaslanaraq 2018-ci il 10 iyul tarixli qərarında göstərmişdir ki, Şəmkir şəhərində abadlıq-quruculuq işləri çərçivəsində Şəhidlər Xiyabanında yenidənqurma işləri cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirilmişdir. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi subpodrat müqaviləsi üzrə tərəflərin öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və cavabdehin öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşımaması barədə qənaətini əsaslandırmamışdır.
47. Göstərilənlərlə əlaqədar olaraq, məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə kifayət qədər əməl olunmadan çıxarılması onun ədalət mühakiməsinin qanuna uyğun olmayan aktı kimi qəbul edilməsinə əsas verir.
48. Al i Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası mülki prosessual qanunvericiliyin normalarını və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini nəzərə almadan iddiaçı tərəfindən kassasiya şikayətinə əlavə olunmuş yeni sübutu əsas götürərək işə mahiyyəti üzrə baxmış və nəticədə qanunvericiliyin tələblərinə cavab verməyən qərar qəbul etmişdir.
49. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası isə yalnız Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 17 yanvar tarixli məktubunu əsas götürərək 2018-ci il 16 oktyabr tarixli qətnaməsində hesab etmişdir ki, subpodrat müqaviləsi üzrə iddiaçı tərəf öz öhdəliklərini tam icra etmiş, cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 2019-cu il 27 fevral tar ixli qərarında mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur. ə) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumundakı icraat
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 18.09.2020-ci il tarixli 132(102)-2(k)2020 saylı qərarı ilə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27.02.2019-cu il tarixli 2-2(102)-100/19 saylı qərarı və onunla bağlı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli 2-2(103)547/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
51. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 aprel tarixli, 2-2(103)-69/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-462/2017 saylı 2017-ci il 15 may tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək cavabdehin iddiaçının xeyrinə 196.108,2 manat əsas borc, 23.696,3 manat illik 5 % ilə faiz məbləği, 30 manat dövlət rüsumu, cəmi 219.834,5 manat pul tutulsmuş, iddia qalan hissədə təmin edilməmişdir (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov və Şərafət Məmmədova).
52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisə Şəmkir rayonunda yerləşən 3 ayrı obyektdə qranit və mərmər işlərinin görülməsi ilə bağlı tərəflər arasında bağlanmış subpodrat müqavilələrindən (müqavilələrdə öhdəliyin icra müddəti nəzərdə tutulmamışdır) irəli gəlir. İşdəki 41 saylı 2014-cü il 10 oktyabr tarixli subpodrat müqaviləsinə əsasən iddiaçı cavabdehin sifarişi əsasında Şəmkir rayonu, Şəhidlər Xiyabanında mərmər materialının təşkili və vurulmasını, 117 nömrəli, 2014-cü il 24 dekabr tarixli subpodrat müqaviləsinə əsasən X4 qranit işlərinin görülməsini, 118 saylı 2014-cü il 27 dekabr tarixli subpodrat müqaviləsinə əsasən isə Şəmkir şəhəri Zabitlər bağında qranit işlərinin görülməsini öhdəsinə götürmüşdür. Cavabdehin möhürü ilə təsdiq edilmiş 2014-cü il 19 noyabr ta rixdə tərtib edilmiş smeta sənədlərinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, üç müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya razılaşdırılmış qiymətlər əsasında ümumilikdə 448.608,2 manat muzd ödənilməli idi. İddiaçının gördüyü işlərə görə cavabdehdən tələb etdiyi əsas borc məbləği iki hissədən ibarətdir: müqavilə münasibətləri çərçivəsində razılaşdırılmış smetalar üzrə görülmüş işlərin dəyəri və smetası razılaşdırılmamış işlərin dəyəri.
53. İddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış müqavilələr üzrə görülmüş işlərə görə avans da daxil olmaqla cavabdeh tərəfindən cəmi 252.500 manat məbləğində pul ödənildiyini göstərmişdir. Belə olan halda müəyyən olunur ki, 2014-cü il 24 dekabr tarixli və 2014-cü il 27 dekabr tarixli subpodrat müqavilələri üzrə işlərin dəyəri i ddiaçıya tam ödənilmiş, cavabdehin iddiaçıya 2014-cü il 10 oktyabr tarixli subpodrat müqaviləsi üzrə razılaşdırılmış smeta üzrə 196.108,2 manat qalıq borcu qalmışdır.
54. Məhkəmə görülmüş işlərin dəyərinin 252.500 manat məbləğində hissəsinin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı iddiaçının məhkəməyə sübut təqdim etməli olduğuna dair cavabdehin mülahizəsini əsassız hesab edərək göstərmişdir ki, dir.
55. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Şəmkir rayon İcra Hakimiyyətinin mübahisə ilə bağlı mövqeyi məhkəməyə ünvanlanmış 2018-ci il 17 yanvar tarixli və 2018ci il 5 oktyabr tarixli məktublarda ifadə edilmişdir. Şəmkir rayon İcra Hakimiyyətinin 2018-ci il 17 yanvar tarixli məktubunda qeyd edilmişdir ki, Şəmkir şəhərində aparılan abadlıqquruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanılmış və 2014-cü ildə başa çatdırılmışdır. Həmin işlər cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirilmişdir. Görülmüş işlərin dəyəri cavabdehə tamamilə ödənilmiş və hal-hazırda heç bir borc qalmamışdır.
56. Şəmkir rayon İcra Hakimiyyətinin 2018-ci il 5 oktyabr tarixli digər məktubunda isə qeyd edilmişdir ki, Şəmkir rayonu, Şəhidlər Xiyabanında, X4, Zabitlər Parkında təmir bərpa işlərinin aparılması ilə bağlı Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən heç bir şirkətlər müqavilə bağlanmamışdır. Həmin işlərin aparılması ilə bağlı maliyyə vəsaitinin ayrılması müxtəlif sponsorlar və Şəmkir sahibkarları tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən həmin işlərin həcmi və işlərə dair ödənilmiş vəsaitin məbləği barədə Şəmkir rayon İcra Hakimiyy ətində heç bir məlumat yoxdur. 57.Məhkəmə qeyd etmişdir ki, görülmüş işləri təhvil almaq öhdəliyi qanunvericiliyin tələbinə əsasən sifarişçinin vəzifəsi olduğundan, bu vəzifəsini icra etməmiş sifarişçi görülmüş işin nəticəsinin hansı səbəbdən qəbul edilmədiyini əsaslandırmağa borcludur. İddiaçı tərəfindən sifariş verilmiş işlərin görülməsi birinci instansiya məhkəməsinə təqdim edilmiş maddi sübutlar-fotoşəkillər, “Dünya Meridianları” adlı jurnaldan çıxarışla təsdiq olunur. Jurnalın 2014-cü il tarixli buraxılışında Şəmkir rayonunda gedən abadlıq-quruculuq işləri ilə bağlı çap edilmiş məqalədə Şəmkir şəhər “Şəhidlər Xiyabanındakı” yenidən qurma və abadlıq işlərinin iddiaçı tərəfindən aparıldığı, həmin ərazidə iddiaçının işçilərinin çalışdığı qeyd edilmişdir. 58.Konstitusiya Məhkəməsi Plenumu nun bir çox qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə, məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin səbəbləri, o cümlədən qərarın əsaslandırılması üçün hansı sübutun əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.
59. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərin (çap olunmuş və flaş daşıyıcıda olan) və məqalənin hansı səbəbdən sübut kimi qəbul edilmədiyini qətnamədə əsaslandırmamış, ümumiyyətlə bu sübutlara hər hansı hüquqi qiymət verməmişdir. Halbuki, fotoş əkillər və çap olunmuş materiallar maddi sübutlara aid olmaqla sübut növlərindən biridir. Təqdim edilmiş maddi sübutların mötəbərliyi məhkəmədə şübhə doğurduğu halda məhkəmə yerində müayinə təyin etməklə iddiaçı tərəfindən işlərin həqiqətən görülüb-görülmədiyini müəyyənləşdirə bilərdi.
60. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının təqdim etdiyi maddi sübutların mötəbərliyini şübhə altına almağa əsas verən hər hansı sübut təqdim edilməmişdir. Əgər işlər tam həcmdə görülməməsi, vaxtından gec görülməsi və ya qüsurla icra edilməsi əsası ilə qəbul edilməmişdirsə, bu halların mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin (sifarişçinin) üzərinə düşdüyü halda cavabdeh bununla bağlı məhkəməyə əsaslı səbəb göstərə bilməmişdir. 61.Cavabdehin nümayəndəsi məhkəmə iclaslarda izahatında göstərmişdir ki, Ca vabdeh MMC-nin rəhbəri dəyişmiş və 2006-cı ildən MMC fəaliyyətini dayandırmışdır. Məhkəmə hesab etmişdir ki, hüquqi şəxsin qanuni təmsilçisinin dəyişməsi və fəaliyyətini dayandırması əvvəlki rəhbərin dövründə bağlanmış müqavilələr üzrə öhdəliyin icrasından imtina üçün əsas ola bilməz. 62.Məhkəmə hesab etmişdir ki, tərəflər arasında subpodrat müqaviləsindən irəli gələn öhdəlik münasibətinin mövcud olduğunun, bağlanmış müqavilələr üzrə öhdəliklərin iddiaçı tərəfindən yerinə yetirildiyinin işdəki sübutlarla təsdiq edildiyindən, cavabdeh tərəfindən 2014-cü il 10 oktyabr tarixli bağlanmış subpodrat müqaviləsi üzrə görülmüş işlərin təhvil alınması və dəyərinin tam ödənilməsi ilə bağlı öhdəlik yerinə yetirilmədiyindən, həmin müqavilə əsasında Şəmkir rayonu, Şəhidlər Xiyabanında görülmüş işlərə gö rə ödənilməmiş 196.108,2 manat məbləğində qalıq borcun cavabdehdən tutulması hissəsində iddiaçının tələbi təmin edilməlidir.
63. Cavabdehdən tələb edilən 56.391,8 manat əsas borc tələbi ilə bağlı hissədə iddianın əsaslı olduğu sübut edilmədiyindən məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş, cavabdeh tərəfindən təsdiq edilməmiş, “76 saylı müqaviləyə 1 saylı Əlavə” adlı yalnız iddiaçının özü tərəfindən təsdiq edilmiş sənəddə iddiaçı tərəfindən Şəmkir rayonu, Şəhidlər Xiyabanında 10.116,4 manat dəyərində beton demontaj işləri, Şəmkir rayon İcra Başçısının göstərişi ilə isə 35.936,88 manat dəyərində əlavə işlər görüldüyü qeyd edilmişdir. Bu sənədə əsasən müqavilədən kənar görülmüş işlərin dəyəri 46.053,28 manat təşkil etdiyi halda, i ddiaçı tərəfindən əlavə işlərə görə 56.391,8 manat ödəniş tələb edilir.
64. Həmçinin, cavabdeh ona məxsus olmayan obyektlərdə Şəmkir Rayon İcra Başçısının göstərişi əsasında görüldüyü iddia edilən işlərin dəyərini ödəmək öhdəliyi daşımadığından, iddia həmin işlərin dəyərinin tutulması hissəsində rədd edilməlidir.
65. Eyni zamanda, iddiaçı 2017-ci il 15 may tarixli məhkəmə iclasında təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizədə MM-nin 445.7-ci maddəsinə əsasən, cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 %-lə 29 ay üçün 30.510 manat faiz məbləğinin tutulmasını xahiş etmişdir. Hazırkı halda iddiaçı tərəfindən subpodrat işlərinin 2014-cü ildə təhvil verildiyi iş üzrə üçüncü şəxs Şəmkir rayon icra Hakimiyyətinin yazılı izahatı və “Dünya Meridianları” adlı jurnalın çap olunma tarixi ilə təsdiq edilsə də, işlərin hansı ayda yekunlaşdığı barədə məlumat yoxdur. Buna görə də icranın başa çatma müddəti şərti olaraq 2014-cü ilin dekabr ayı qəbul edilməli, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə verildiyi 2017-ci il 15 may tarixədək 196.108,2 manat əsas borcun ödənilməsinin gecikdirildiyi 29 ay üçün cavabdehdən iddiaçının xeyrinə illik 5%-lə 23.696,3 manat pul tutulmalı, faizlə bağlı tələb qalan hissədə rədd edilməlidir.
66. İddiaçı MM-nin 449.1-ci maddəsinə əsasən cavabdehdən Mərkəzi Bankın uçot dərəcəsi ilə illik 15%-lə 29 ay üçün 91.531 manat əldən çıxmış faydanın tutulmasını tələb etsə də, gecikdirilmiş əsas borc məbləğindən cavabdehin faydalanaraq gəlir əldə etməsi barədə hər hansı sübut təqdim edilmədiyind ən, bank uçot faizi ilə 91.531 manat əldən çıxmış faydanın tutulması hissəsində iddia rədd edilmişdir.
67. Məhkəmə mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 385.1, 445.7, 449.1, 752.1, 753.3, 754.1, 754.2, 770-ci maddələrinə istinad etmişdir.
68. Apellyasiya məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetində 2021-ci il 3 may tarixində yerləşdirilmişdir. 69. 2021-ci il 16 iyun tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı a) Kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlilləri:
70. İddiaçı təmir-tikinti işlər inin, mərmər və qranit işlərinin görüldüyünü iddia etsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş birtərəfli qaydada təsdiq edilmiş müqavilələrin tələblərindən də göründüyü kimi göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilir. Müqavilələr üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair Forma 2-də qeyd edilir. Sözügedən Forma 2 arayışları da məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən görülmüş işlər və onların dəyəri hər hansı bir sənədlə təsdiqini tapmır. Məhkəməyə təqdim olunmuş smeta sənədləri də nə iddiaçının, nə də cavabdehin imzaları ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı iddiaçıdan müqavilələrin əsli tələb olunsa da, müqavi lələrin əsli məhkəməyə təqdim olunmamışdır.
71. Bundan əlavə, podrat müqaviləsinin hansı hüquqi və ya fiziki şəxslə bağlanması da məhkəmə tərəfindən araşdırılmamışdır. Müqavilələrdə iddiaçının möhürünün olmaması, həmçinin müqavilələri səlahiyyəti olan şəxslərin imzalaması halları araşdırılmamışdır. Belə ki, bütün bu hallar məhkəməyə təqdim edilmiş müqavilələrin mövcudluğunu sübhə altına salır. Eyni zamanda, məhkəmə həmin müqavilələrin notarius tərəfindən nəyi təsdiq etməsini araşdırmamışdır. Belə ki, notarius tərəfindən müqavilələrdə olan imzaların və yaxud möhürün təsdiqlənməsi məsələləri araşdırılmamışdır. İddiaçı qeyd olunan hallarla bağlı MPM-in 81 və 89-cu maddələrinə istinad etmişdir.
72. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş X4 və Şəmkir rayonu Zabitlər Parkında görülmü ş işlərlə bağlı jurnalda gedən məqaləni və şəkilləri sübut növü kimi qəbul edilməməlidir. Belə ki, hər hansı bir hazır obyekt və ya bina ilə bağlı şəklin olması həmin obyektin və ya binanın iddiaçı tərəfindən aparılmasını sübut etmir. Jurnalın dərc olma tarixi ilə müqavilələrin bağlanması tarixləri üst-üstə düşmür. İnternet şəbəkəsində X5 X6 açılışı ilə bağlı video çarxı yayımlanmışdır. Həmin video çarxdan göründüyü kimi kombinatın açılışı 2014-cü ilin noyabr ayının 15-də olmuşdur. Müqavilələrə fikir versək görərik ki, həmin müqavilələr 2014-cü ilin dekabr ayında imzalanmışdır.
73. Cavabdeh tərəfindən iddiaçıya 252.500 manatın ödənilməsini təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən işlərin görülməsi ilə bağlı hər hansi qaimə-faktura, elektron qaimə və ya üzləşmə aktı məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən bu hallara da hüquqi qiymət verilməmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya heç vaxt belə məbləğ ödənilməmişdir.
74. Eyni zamanda, Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən məhkəməyə daxil olmuş 2018-ci il 5 oktyabr tarixli məktubda bildirilmişdir ki, Şəmkir şəhər Şəhidlər Xiyabanında, X4, Zabitlər Parkında və X2 təmir-bərpa işlərinin aparılması ilə bağlı Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən heç bir şirkətlə müqavilə imzalanmamışdır. Görülmüş işlərin həcmi və həmin işlərə dair ödənilmiş vəsaitin məbləği barədə Şəmkir rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur.
75. Apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MM-in 445, 449-cu maddələrinin hazırkı mübahisəyə tətbiqinin isə hər hansı bir əsası olmamışdır.
76. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 752.1, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 2.6, 2.7, 124, 125, Azərbaycan Respublikası MPM-in 81-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunması” na dair 2009-cu il 9 iyul tarixli Qərarı və bir sıra məhkəmə işlərinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
77. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
78. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.
79. İşə baxılmas ının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
80. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
81. İş üzrə ca vabdeh kassasiya şikayətinin nəticə hissəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, cavabdeh tərəfindən məhkəmə aktı iddianın təmin edilmiş hissəsində mübahisələndirilmiş, iddiaçı apellyasiya şikayəti verməmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirilməmişdir. Buna görə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
82. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki halları nın nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
83. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır..... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir”. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bü tün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığ ını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qa ydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....” “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.” “Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.”
84. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim et məyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Ali Məhkəmənin mövqeyi
85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşin müəyyən edilmiş faktiki hallarına apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətləndirmə ilə məhkəmə kollegiyası razılaşır (bax yuxarıda §52-62,65). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
86. Cavabdehin kassasiya şikayətinin tərəflər arasında subpodrat münasibətlərinin mövcud olmasının qanunla müəyyən edilmiş sübutlarla təsdiq edilməməsi (bax yuxarıda § 71) barədə dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir (bax yuxarıda §52-62,65).
87. Həmçinin qeyd edilməlidir ki, apellyasi ya instansiyası məhkəməsinin iş üzrə qətnamə qəbul edərkən əsaslandığı, işdə olan notarial qaydada təsdiq edilmiş müqavilələr və görülmüş işlərin yekun smeta sənədləri cavabdehin möhürü ilə təsdiq edilmişdir. Qeyd olunan sənədlərdəki möhürün cavabdehə məxsus olmaması isə sonuncu tərəfindən mübahisələndirilməmişdir.
88. Cavabdehin kassasiya şikayətinin § 70,72-74-də göstərilən dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır ki, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və qiymət verilmir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
89. Cavabdehin kassasiya şikayətinin digər d əlili apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MM-in 445, 449-cu maddələrinin hazırkı mübahisəyə tətbiqinin hər hansı bir əsasının olmaması ilə bağlı olmuşdur.
90. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə ödənişin gecikdirilmiş əsas borc məbləğindən cavabdehin faydalanaraq gəlir əldə etməsi barədə hər hansı sübut təqdim edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən bank uçot faizi ilə 91.531 manat əldən çıxmış faydanın tutulması hissəsində iddia təmin edilməmişdir. Başqa sözlə, apellyasiya məhkəməsi tərəfindən MM-in 449-cu maddəsinin tələbi baxımından cavabdehdən pulun tutulması barədə iddiaçının tələbi təmin edilməmişdir. Belə olan halda, cavabdehin ona qarşı tələbin təmin olunmadığı hissədə maddi hüquq normasının düzgün tə tbiq edilməməsinə istinadı əsassızdır.
91. Eyni zamanda, Kollegiya MM-nin 445.7-ci maddəsinə əsasən, cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 %-lə 29 ay üçün 30.510 manat faiz məbləğinin tutulması ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
92. MM-in 445.7-ci maddəsi borclunun pul məbləğinin ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş vaxt üçün ən azı illik beş faiz ödəmək öhdəliyini müəyyən edir.
93. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən subpodrat işlərinin 2014-cü ildə təhvil verildiyi işin materialları ilə təsdiq edilsə də, işlərin hansı ayda yekunlaşdığı barədə məlumat yoxdur. Buna görə də icranın başa çatma müddəti 2014-cü ilin sonuncu ayı-dekabr ayı qəbul edilmiş, iddiaçı tərəfindən id dia tələbinin həcminin artırılması barədə ərizə verildiyi 2017-ci il 15 may tarixədək 196.108,2 manat əsas borcun ödənilməsinin gecikdirildiyi 29 ay üçün cavabdehdən iddiaçının xeyrinə illik 5%-lə 23696,3 manatın pul tutulması, faizlə bağlı tələbin qalan hissədə təmin edilməməsi nəticəsinə gəlinmişdir.
94. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi MM-in 445.7-ci maddəsinin tələbinə uyğun olmuşdur.
95. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir.
96. Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti t əmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 aprel tarixli 2-2(103)-69/2021 saylı qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov B.M.Məmmədli