Məhkəmə qərarları › İş №2-2(102)-367/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-367/2023

26.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-367/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu sədrliyi və məruzəsi, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 1 mart tarixli 22(104)-101/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ 1. 2014-cü il 3 iyun tarixli 12-SKMF-1-0-565-14 nömrəli əsas kredit müqaviləsindən görünür ki, borcverən "xxxx" ASC borcalan Cavabdeh1 72 ay müddətinə 15.000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti açmışdır. 2. 2014-cü il 3 iyun tarixli, 12-SKMF-1-0-565-14 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, borcalan Cavabdeh1 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. 3. 2014-cü il 3 iyun tarixli ipoteka müqaviləsindən görünür ki, 2014-cü il 3 iyun tarixli, 12- SKMF-1-0-565-14 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan Bərdə rayonu, Hacal lı kəndində yerləşən 4 otaqlı, 135,1 kv.metr ümumi, 97,2 kv.metr yaşayış, 37,9 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,145 ha torpaq sahəsi yüklü edilmişdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 4 otaqlı, 135,1 kv.metr ümumi, 97,2 kv.metr yaşayış, 37,9 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,145 ha torpaq sahəsi “Nikoyl” İKB-nın xeyrinə yüklü edilmişdir. 5. 2021-ci il 12 yanvar tarixli maliyyə arayışının surətindən görünür ki, 2014-cü il 3 iyun tarixli kredit müqaviləsi üzrə əsas borc 14.242,50 manat, faiz borcu 1339,89 manat, cərimə borcu 10.891,19 manat, müqavilə müddəti üçün hesablanmış faiz 253 8.65 manat, cəmi 29.012,23 manat təşkil etmişdir. 6. 2020-ci il 10 avqust tarixli PAİMD-305 nömrəli bildiriş məktubundan görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı ASC-nin (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə 2021ci il 29 yanvar tarixdə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 2014-cü il 3 iyun tarixli kredit müqaviləsi üzrə 14.242,50 manat əsas, 1339,89 manat faiz və 10.891,19 manat cərimə borcu, kredit müqaviləsi üzrə 2017-ci il 30 iyun tarixdən 202 1-ci il 12 yanvar tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 2538,65 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 29.012,23 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 4 otaqlı, 135,1 kv.metr ümumi, 97,2 kv.metr yaşayış, 37,9 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,145 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, borcun ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin fər di yaşayış evinə və torpaq sahəsinə yönəldikdə və o satıldıqdan bir ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2014-cü il 3 iyun tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 6%-lə 72 ay müddətinə 15.000 manat kredit götürmüşdür, borcun təminatı olaraq Cavabdeh1 məxsus olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 4 otaqlı, 135,1 kv.metr ümumi, 97,2 kv.metr yaşayış, 37,9 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,145 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddi açı üzərinə düşən öhdəliyi icra etsə də, borclu öhdəlikləri pozaraq pulu ödəməkdən boyun qaçırmışdır.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 317.1, 442, 445.2.1, 445.7, 448.1, 449.1, 449.4, 465.2, 501-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3, 39.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad olunmuşdur.

10. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

11. Bərdə Rayon Məhkəməsinin 2(021)-863/2021 nömrəli 2021-ci il 22 iyul tarixli qərardadı ilə ipoteka predmetinin r eal bazar və likvid dəyərinin qiymətləndirməsi üçün ekspertiza təyin edilmişdir. 12. 2021-ci il 3 sentyabr tarixli Əmlakın qiymətləndirilməsi rəyinə əsasən ipoteka predmeti olan daşınmaz əmlakın likvid dəyəri 24.000 manat qeyd olunmuşdur.

13. Bərdə Rayon Məhkəməsinin 2(021)-863/2021 nömrəli 2021-ci il 5 noyabr tarixli qərardadı ilə hazırkı iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

14. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-181/2022 nömrəli 2022-ci il 24 fevral tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 2014-cü il 3 iyun tarixli kredit müqaviləsi üzrə 14.242,50 manat əsas borc, 1339,89 manat faiz, 891,19 manat cərimə və kredit müqaviləsi üzrə 2017-ci il 3 iyun tarixdən 2021-ci il 12 yanvar tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2538,65 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 19.012,23 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş likvid dəyəri 24.000 manat olan Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən, 4 otaqlı, 135.1 kv.m ümumi, 97.2 kv.m yaşayış, 37.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.145 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş, Bərdə rayonu, Hacallı kəndində yerləşən, 4 otaqlı, 135.1 kv.m ümumi, 97.2 kv.m yaşayış, 37.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.145 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması, iş üzrə 200 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməsi, iş üzrə 145 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Vəliyev).

15. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına əsasən, tərəflər arasında bağlanmış 2014-cü il 3 iyun tarixli, 12-SKMF-1-0-565-14 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 15.000 manat məbləğində kr edit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

16. Məhkəmə tələbin kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 2538,65 manatın ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra borcu tələb etdiyindən, tələb bu hissədə əsaslıdır.

17. Bundan başqa iddiaçı, cavabdehdən 10.891,19 manat məbləğində cərimənin onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab etmişdir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 891,19 manat məbləğində tutulmalıdır.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır.

19. Məhkəmə öz mövqeyini MM-in 319.1, 385.1, 386.1, 389.1, 442, 443.1, 445.1, 445.7, 448.1, 449.1, 449.3, 460.1, 462.1, 462.3, 463, 465.1, 465.2, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34, 59.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Cavabdeh1 apellyasiya şikayəti verməklə, həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 mart tarixli 2-2(104)-101/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).

22. Məhkəmə kollegiyası, mülki qanunverciliyin normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdeh in hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirərək, belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu, əsas borca hesablanmış faiz borcu və cərimə hissəsində qismən təmin etməkdə, eləcə də, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin etməkdə haqlı olmuşdur.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh 2014-cü il 3 iyun tarixdə 36 ay müddətində ödəmək şərti ilə aldığı 15.000 manat kredit vəsaitindən cüzi ödəniş edərək, əsas borcun 14.242,50 manat hissəsi ödənilməmiş qalmışdır. İşə birinci instansiya məhkəməsində baxılanda kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ və ipoteka predmetinin qiyməti mübahisələndirilmiş, ona görə də məhkəmə tərəfindən müvafiq ekspert rəyi və müstəqil qiymətləndiricinin rəyi alınmış, həmin hallar işə birinci instansiya məhkəməsində baxılanda mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair müstəqil qiymətləndiricinin rəyi ilə razılaşmadığını göstərsə də, həmin rəylərin doğru olmadığını və həmin dəlilləri birinci instansiya məhkəməsində irəli sürməməsinin səbəblərini göstərməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız saymışdır.

24. Birinci instansiya məhkəməsi tərəfindən tələb olunan cərimənin məbləği kifayət qədər azaldıldığına görə şikayətin cərimənin yüksək hesablanmasına dair dəlili əsassız sayılmışdır. Həmçinin, hazırkı kredit zaminliklə təmin olunma dığına görə, məhkəmə kollegiyası apellyasiya şikayətinin zaminliklə bağlı dəlilinə qiymət verilməsini lazım bilməmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tələbin ipotekaya yönəldilməsi ilə bağlı dəlilini də əsassız sayaraq qeyd etmişdir ki, tərəflər arasındakı ipoteka müqaviləsi kredit müqaviləsinin təmini ilə bağlı bağlanmışdır. Cavabdeh tərəfindən kredit öhdəliyinin lazımi qaydada icra edilmədiyi, yəni müqavilə şərtlərinin pozulduğu mübahisəsizdir. Belə olan halda mülki qanunvericiliyin və “İpoteka haqqında” Qanunun normalarına uyğun olaraq tələbin ipoteka predmetinə yönəldilməsini tələb etmək iddiaçının hüququdur.

26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 16.1, 18, 317.1, 319.1, 319.6, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 449.4, 462. 1, 467, 560.1, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34, 36, 39.3, 59.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Həmin qətnamə 2023-cü il 13 mart tarixli məktubla tərəflərə göndərilmiş, həmçinin 2023-cü il 13 mart tarixdə iddiaçının elektron kabinetində yerləşdirilmişdir.

28. Cavabdeh 2023-cü il 8 may tarixində kassasiya şikayəti verməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. MM-in 425.1, 425.2, 739.1-ci, “İpoteka haqqında” Qanunun 59.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, evin qiyməti 50.000 manat məbləğindən yuxarı olmasına baxmayaraq, ipoteka predmeti dəyərindən qat-qat aşağı qiymətləndirilmişdir. Qiymətləndirici ekspertlər tərəfindən yerində evə və evin yerləşdiyi torpaq sahəsinə baxış keçirilmədən vizual qiymət qoyulmuşdur ki, bunu əsaslı hesab etmək olmaz.

30. Tərəflər arasında bağlanmış kredit müqaviləsi dövlət proqramı çərçivəsində bağlanmış, sahibkarlığa dəstək və sahibkarlığın inkişafı məqsədi daşıyır. Sahibkarlığa dəstək və sahibkarlığın inkişafı məqsədi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə hesablanmış faiz, cərimə məbləği həddən artıq yüksək hesablanmışdır.

31. Eyni zamanda, tərəflər öz niyyət razılaşmasına ilkin müqavilə qüvvəsi vermək iradələrini ifadə etməzlərsə, o, heç bir hüquqi nəticələr doğurmur. Niyyət razılaşmasına ilkin müqavilə qüvvəsi vermək üçün onda ilkin müqavilələr üçün müəyyən edilmiş bütün tələblərə riayət edilməlidir. Niyyət razılaşmasında gələcəkdə bağlanacaq əsas müqavilənin predmeti, digər mühüm şərtləri, habelə razılaşmanın müddəti göstərilməli və forması haqqında qanunun göstərişlərinə əməl edilməlidir. Sözügedən “razılaşma” ilkin müqavilə deyil. İpoteka müqaviləsi isə birmənalı olaraq, əsas öhdəliyin təminatı kimi bağlanır və ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən mahiyyəti aydın olmayan müqavilə şərtləri müəyyən edə bilməzlər.

32. Fərdi yaşayış evi hərracda satıldıqdan sonra yaşayış sahəsindən çıxarma yeni mülkiyyətç iyə aid hüquq olduğundan, mülkiyyət hüququ olmayan və yaşayış sahəsindən çıxarmaq üçün heç bir subyektiv hüquqa malik olmayan bankın tələbi üzrə həmin mübahisə həll oluna bilməz. Cavabdehlərin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların evdən və həyətyanı torpaq sahəsindən çıxarılmaları barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz.

17. Mülki-Prosessual Məcəlləsinin 88, 106, 218.3, 416, 417.0.3, 418.1-ci maddələrinin tələbləri pozulmuşdur. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddi və proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Hazırkı iş üzrə məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətna məsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu tə minat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticə sində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edil məməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin h esabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.... 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi ha lda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəs inə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”

24. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “59. İPOTEKA PREDMETİ OLAN YAŞAYİŞ EVİNƏ VƏ MƏNZİLƏ TUTMANİN YÖNƏLDİLMƏSİ... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslə r tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidilər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar....”

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİ N MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 mart tarixli 2-2(104)101/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılanda kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ və ipoteka predmetinin qiyməti mübahisələndirilmiş, ona görə də məhkəmə tərəfindən müvafiq ekspert rəyi və müstəqil qiymətləndiri cinin rəyi alınmış, həmin hallar işə birinci instansiya məhkəməsində baxılanda mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair müstəqil qiymətləndiricinin rəyi ilə razılaşmadığını göstərsə də, həmin rəylərin doğru olmadığını və həmin dəlilləri birinci instansiya məhkəməsində irəli sürməməsinin səbəblərini göstərməmişdir. Odur ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Eyni zamanda, apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsi tərəfindən tələb olunan cərimənin məbləği kifayət qədər azaldıldığına görə şikayətin cərimənin yüksək hesablanmasına dair dəlilini də əsassız saymışdır.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkə məsi tərəfindən verilmiş qeyd edilən hüquqi qiymətləndirmə ilə razılaşaraq, cavabdehin kassasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti və dəbbə puluna dair dəlillərini əsaslı hesab etmir.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təkcə fərdi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərlidir. Bu səbəbdən də işə baxmış məhkəmələrin ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlərin çıxarılmaqla əmlakın boşaldılması haqqında mövqeyi əsaslı olmuşdur.

30. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

31. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayəti nin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 mart tarixli 2-2(104)101/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:

33. Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 mart tarixli 22(104)-101/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar