Məhkəmə qərarları › İş №2-2(102)-368/2023

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-368/2023

07.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-368/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" Firması və Nümayəndə2 qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" Firması və Nümayəndə2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tari xli, 2-2(104)-10/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" Firması tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 15 dekabr tarixli, e-2-2(115)-300/2021 saylı qətnaməsi ilə "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış 2019-cu il 18 noyabr tarixli ВKN-00014-06/19A saylı əsas kredit müqaviləsi, 2019-cu il 20 noyabr tarixli BKN – A0014-06/19A saylı əlavə kredit müqaviləsi, 2019-cu il 22 noyabr tarixli ВKX00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi və 2020-ci il 24 iyun tarixli RPZB0014-06/19A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, 2020-ci il 24 iyun tarixli RPZB0014-06/19A saylı əlavə kredit müqaviləsi üzrə 257.430 manat əsas borc, 19.207 manat 12 qəpik faiz borcu, cəmi 276.637 manat 12 q əpik məbləğində borc və 2019-cu il 22 noyabr tarixli ВKX-00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi üzrə 49.500 manat əsas borc, 6.848 manat 99 qəpik faiz borcu, cəmi 56.348 manat 99 qəpik məbləğində borc olmaqla, ümumilikdə 332.986 manat 11 qəpik məbləğində borc, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 50 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdeh "xxxx" Firmasından iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh Nümayəndə2 məxsus ünvan 1 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 680.000 manat həddində müəyyən edilməsi, əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilm əsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh Nümayəndə2 qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh "xxxx" Firmasından tutularaq iddiaçıya ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra mənzilin boşaldılması, Nümayəndə2 300 manat məbləğində qiymətləndirmə haqqının tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli, 2-2(104)-10/2023 saylı qətnaməsi ilə cavabdeh "xxxx" Firmasının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh "xxxx" Fi rması tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün onun qəbulundan imtina edilməlidir. Belə ki, cavabdeh "xxxx" Firmasının adından kassasiya şikayəti X2 tərəfindən imzalanmış, lakin sonuncunun cavabdehin təmsilçisi kimi həmin kassasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. İş materiallarında olan X1 verilmiş yeganə etibarnamə isə cavabdeh "xxxx" Firması tərəfindən deyil, fiziki şəxs olan Nümayəndə2 tərəfindən verilməklə, 3 il müddətinə - 2022-ci il 30 oktyabr tarixinədək qüvvədə olmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.4-cü maddəsinin tələbinə gö rə, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya digər səlahiyyətli şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilməlidir. Bundan başqa, MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir. MPM-in 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Cavabdeh "xxxx" Firması tərəfindən Gəncə Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli 2-2(104)-10/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin. İş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar