Məhkəmə qərarları › İş №2-2(102)-371/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-371/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-371/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, görülmüş işlərin dəyərinin ödənilməsi, artıq ödənilmiş muzdun qaytarılması, öhdəliyin pozulması nəticəsində dəymiş maddi zərərin ödənilməsi, sübutetmə yükü, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Abiyeva Kəmalə Nəbi qızı (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk iddiası, Cavabdeh MMC-nin İddiaç ı MTK-ya qarşı “avadanlıqların geri qaytarılması və pul” tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 dekabr tarixli 2-2(103)-123/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları

1. İddiaçı MTK (sifarişçi, bundan sonra – “iddiaçı”“ və ya MTK”) ilə Cavabdeh MMC (podratçı, bundan sonra – “cavabdeh” və ya “MMC”) arasında bağlanmış 2019-cu il 4 mart tarixli *** nömrəli podrat müqaviləsinə (bundan sonra-“podrat müqaviləsi”) əsasən, podratçı sifarişçinin tələb etdiyi qaydada, sifarişçinin təsdiq və ya təqdim etdiyi layihəyə uyğun olaraq qiymətlərin və xidmətlərin razılaşma protokolunda qeyd olunan işləri yerinə yetirməyi, işi tam başa çatdırmağ ı və sifarişçiyə hazır vəziyyətdə, keyfiyyətli şəkildə, tikinti norma və qaydalarına ciddi riayət etməklə, bu tələblərə cavab verəcək formada təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işlərin müqabilində bu müqavilədə razılaşdırılmış şərtlər əsasında müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə görə, müqavilə üzrə ümumi məbləğ ƏDV xaric 6.500.000 manat təşkil edir və bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrində nəzərdə tutulmuş qaydada ödənilir. Tərəflər arasındakı razılaşmaya əsasən ödəmələr Forma-2 və Forma-3- lərə əsasən həyata keçiriləcəkdir.

2. Həmin podrat müqaviləsinə “Qiymətlərin və Xidmətlərin Razılaşma Protokolu” adlanan 1 saylı Əlavəyə əsasən, qazıntı işləri -110.000 manat, qırmadaş sərilməsi və kipləşdirilməsi -10.000 manat, bünövrə altında olan izolyasiya işləri-115.000 manat və dəmir, beton və qəlib işləri – 6.265.000 manat olmaqla, ümumilikdə 6.500.000 manat müəyyən edilmişdir. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır.

3. Həmçinin digər 1 saylı Əlavənin surətinə görə, işlərin dəyəri ümumilikdə 13.235.483 manat müəyyən edilmişdir. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmışdır. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri və müqavilə dəyəri nisbi xarakter daşıyır, faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşd ırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır.

4. X7 (icarəyə verən) ilə MMC (icarəçi) arasında bağlanmış 2019-cu il 15 iyun tarixli 15R saylı icarə müqaviləsinə əsasən, icarəyə verən müqavilənin “X1” adlanan 1 saylı əlavəsində qeyd olunmuş malları bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi, icarəçi isə həmin malları bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında müqaviləyə əlavədə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

5. Barış Demir (icarəyə verən) ilə MMC (icarəçi) arasında bağlanmış 2019-cu il 1 may tarixli 01/19-05 saylı icarə müqaviləsinə əsasən, icarəyə verən müqavilənin “X1” adlanan 1 saylı əlavəsində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi, icarəçi isə h əmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında müqaviləyə əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

6. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 36, qeyri yaşayış sahəsinin yerləşdiyi 0,8358 ha torpaq sahəsi 2022-ci il 12 mart tarixədək MTK-nın xeyrinə yüklü edilmiş və 2019-cu il 19 mart tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 8001 nömrəli vərəqində qeydiyyata alınmışdır.

7. Tərəflərin nümayəndələri tərəfindən eyni dövrü əhatə edən, sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş, təkcə sifarişçinin imzası və podratçının imzası və möhürü ilə təsdiqlənmiş, eyni zamanda təkcə podratçının imzası və möhürü olan 2 saylı, həmçinin 3 saylı formalar təqdim edilmişdir.

8. MTK tərə findən MMC-nin hesabına ödənilmiş məbləğlər: - 2019-cu il 23 aprel tarixli N 01 nömrəli ödəniş tapşırığına əsasən, 110.000 manat - 2019-cu il 23 aprel tarixli N 01/1 nömrəli ödəniş tapşırığına əsasən, 19.800 manat - 2019-cu il 7 may tarixli N 02 nömrəli ödəniş tapşırığına əsasən, 100.000 manat - 2019-cu il 7 may tarixli N 02 nömrəli ödəniş tapşırığına əsasən, 86.217,96 manat - 2019-cu il 7 may tarixli N 02/1 nömrəli ödəniş tapşırığına əsasən, 15.519,23 manat - 2019-cu il 22 may tarixli N 03 nömrəli ödəniş tapşırığına əsasən, 84.427,48 manat - 2019-cu il 22 may tarixli N 03/1 nömrəli ödəniş tapşırığına əsasən, 15.196,95 manat - 2019-cu il 24 may tarixli N 05 nömrəli ödəniş tapşırığına əsasən, 50.000 manat - 2019-cu il 24 may tarixli N 05/1 nömrəli ödəniş tapşırığına əsasən, 9.000 manat - 20 19-cu il 29 may tarixli N 04/1 nömrəli ödəniş tapşırığına əsasən, 18.000 manat

9. Kassa məxaric orderlərinə əsasən verilmiş pul vəsaitləri: - 2019-cu il 7 mart tarixdə - Merve Çelikə 20.000 manat - 2019-cu il 15 mart tarixdə - Merve Çelikə 30.000 manat - 2019-cu il 5 aprel tarixdə - Barış Demirə 50.000 manat - 2019-cu il 9 aprel tarixdə - Zəhra Demirə 39.404 manat - 2019-cu il 9 aprel tarixdə - Zəhra Demirə 17.000 manat - 2019-cu il 19 aprel tarixdə - Barış Demirə 30.000 manat - 2019-cu il 23 aprel tarixdə - Barış Demirə 20.000 manat - 2019-cu il 26 aprel tarixdə - Zəhra Demirə 30.000 manat - 2019-cu il 3 may tarixdə - Zəhra Demirə 20.000 manat - 2019-cu il 10 may tarixdə - Zəhra Demirə 20.000 manat - 2019-cu il 14 may tarixdə - Barış Demirə 55.000 manat - 2019-cu il 21 may tarixdə - Zəhra Demirə 27.261 manat - 2019-cu il 27 may tarixdə - Zəhra Demirə 10.000 manat - 2019-cu il 31 may tarixdə - Zəhra Demirə 40.000 manat - 2019-cu il 4 iyun tarixdə - Zəhra Demirə 75.000 manat - 2019-cu il 12 iyun tarixdə - Zəhra Demirə 60.000 manat - 2019-cu il 19 iyun tarixdə - Zəhra Demirə 129.732 manat - 2019-cu il 6 iyul tarixdə - Zəhra Demirə 30.513 manat

10. MTK tərəfindən 2019-cu il 3 iyul tarixdə podrat müqaviləsinin ləğv edilməsinə dair bildiriş qaydasında xəbərdarlıqla MMC-yə müraciət edilərək bildirişdə qeyd olunan hallar və qanunverciliyin sadalanan normaları rəhbər tutularaq tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2019-cu il 18 iyul tarixdən ləğv ediləcəyi və tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam veriləcəyi bildirilmişdir.

11. MMC tərəfindən 2019-cu il 8 iyul tari xdə həmin bildirişə cavab olaraq pretenziya qaydasında xəbərdarlıqla MTK-ya müraciət edilərək, 2019-cu il 3 iyul tarixdə MMC-yə ünvanlanmış bildirişdə müqavilənin ləğvi üçün əsaslı səbəblərin olmadığı, podrat müqaviləsinin ləğv edilməsinin istənilmədiyi və müqavilənin davam etdirilməsi üçün MMC tərəfindən bütün səylərin göstərilməsi bildirilmişdir.

12. MTK tərəfindən 2019-cu il 15 iyul tarixdə pretenziya qaydasında xəbərdarlıqla MMC-yə müraciət edilərək borcun ödənilməsi və bir sıra digər tələblərin icrasının təmin olunması xahiş edilmiş, eyni zamanda pretenziyada qeyd olunan tələblərin icra edilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı MTK 2019-cu il 8 avqust tarixində cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 185.131,42 manat, işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manat, müqavilənin cavabdehin onu əhəmiyyətli dərəcədə pozması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100.000 manat və ödənilmiş dövlət rüsümuna görə 30,40 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsasl andırılmışdır ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi ilə müəyyən olunan şərtlərə əsasən podratçı işləri sifarişçinin tələb etdiyi qaydada, onun təsdiq etdiyi və ya təqdim etdiyi layihəyə uyğun olaraq yerinə yetirməli və işi tam başa çatdıraraq, sifarişçiyə tam hazır vəziyyətdə, keyfiyyətli şəkildə, tikinti norma və qaydalarına ciddi riayət etməklə bu tələblərə cavab verəcək formada təhvil verməlidir. Lakin müqavilədə işə başlama tarixi kimi nəzərdə tutulan 2019-cu il 5 mart tarixdən 2019cu il 1 iyul tarixədək ötən müddət ərzində podratçı tərəfindən müqavilə şərtlərinin bir sıra əhəmiyyətli dərəcədə pozulması hallarına yol verilmişdir. Belə ki, podratçı müqavilə ilə razılaşdırılmış iş qrafikinə əməl etməmiş, işləri iş proqramında göstərilən müddətlərdə başa çatdırmamış, tikinti i şləri bilərəkdən və ya podratçının maliyyə çətinliyi səbəbindən gecikdirilmiş və vaxtında yerinə yetirilməmiş, iş proqramına əsasən F binasının zirzəmisinin (B1) döşəməsini və qeyri-yaşayış sahəsinin (C0) döşəməsini cari ilin iyun ayının 15-dək, G blokunun qarajının (B1) döşəməsini və qeyri-yaşayış sahəsinin (C0) döşəməsini isə iyun ayının 30-dək təhvil verməli olduğu halda, həmin işlər podratçı tərəfindən tamamlanmamış, 1 ay ərzində 2 blok üzrə (F və G) 2 mərtəbə təhvil verəcəyinə dair sənədə qol çəkilməsinə baxmayaraq, bir blokun 1 mərtəbəsini belə təhvil verə bilməmişdir. Gecikmə günləri 15 gündən artıq olmaqla, podratçının hazırkı vəziyyətdə işləri davam etdirə və vaxtında təhvil verə bilməyəcəyi aşkardır. Eyni zamanda podratçı tərəfindən işlərin aparılması üçün tələb olunan lazımı mal -materiallar (xüsusilə qəlib materialları və onun aksessuarları, armatur) vaxtında sahəyə gətirilməmiş, dəmir konstruksiyaların yığılmasına görə tələb olunan armaturun alınması üçün sifarişçi tərəfindən avans ödənilməsinə rəğmən, podratçı öz öhdəsinə düşən armaturu da sahəyə vaxtında gətirməmişdir ki, bu da bilavasitə işlərin ləngiməsinə və yubanmasına gətirib çıxarmış, işçilərin faktiki işləmədiyi aşkar edilmişdir. Eləcə də beton qəlibləri söküldükdən sonra ciddi seqreqasiya halları müşahidə edilmişdir. Nəticədə podratçı tərəfindən müqavilənin 6.3-cü bəndinin tələbləri pozulmuşdur. Podratçı tərəfindən müqavilənin 5 saylı Əlavəsində nəzərdə tutulan və tələb edilən digər zəruri sənədlər (iş sahəsinə təhkim olunan işçilərin sayı, ixtisas səviyyələri, ştat cədvəli, əmək müqavilələrinin surəti, iş yerində istifadə edilən nəqliyyat vasitəsi, texnika və avadanlıqların siyahısı, onların sığortası, sahəyə gətirilən materiallar barədə məlumat və s.) sifarişçiyə ya ümumiyyətlə, ya da vaxtında təqdim edilməmişdir. Nəticədə podratçı tərəfindən müqavilənin 7.1, 11.3, 13.2, 13.3 və 13.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Podratçı tərəfindən işə cəlb edilən yerli və əcnəbi işçi heyətinin sənədləşməsində, onların qeydiyyata alınmasında gecikmələr və uyğunsuzluqlar baş vermiş, qeydiyyatı (iş icazəsi) olmayan işçilərin tikinti ərazisinə buraxılması qadağan olduğu halda, dəfələrlə edilmiş xəbərdarlıqlara və yazılı göstərişlərə baxmayaraq, podratçı tərəfindən işçilərin müvafiq qeydiyyata alınmadan sahədə işə cəlb edildiyi müşahidə olunmuş, sifarişçinin məlumatı olmadan işçilər tikinti sahəs ini özbaşına tərk etmiş, xarici vətəndaşlar iş icazəsi olmadan sahədə işə cəlb edilmişlər. Bundan başqa, sahədə aparılan işlərin həcmindən asılı olaraq işçi sayının artırılmasına ehtiyac yarandığı və işə əlavə işçilərin cəlb olunmasının tələb edildiyi hallarda podratçı iş həcminə uyğun şəkildə ixtisaslı işçilərin sahəyə təhkim edilməsini təmin etməmiş, həmçinin sahədə tikinti-quraşdırma işlərini həyata keçirən işçilərin qeyri-peşəkarlığı, bacarıqsızlığı və işi mükəmməl bilməməsi müşahidə edilmişdir ki, bu da öz növbəsində işlərin ləngiməsinə və tikinti tempinə öz mənfi təsirini göstərmişdir. Nəticədə podratçı tərəfindən müqavilənin 13.4, 13.5, 13.7, 13.8 və 16.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Podratçı sifarişçi tərəfindən verilmiş tapşırıqlara, yazılı və şifahi şəkildə dəfələrlə edi lmiş xəbərdarlıqlara baxmayaraq, sağlamlıq, əməyin təhlükəsizliyi və əməyin mühafizəsi (SƏTƏM) ilə bağlı tələblərə riayət etməmiş, işçilərinin sağlamlığı ilə bağlı tələb olunan arayışlar sifarişçiyə təqdim edilməmiş, işçilərin qidalanması və yuyunması üçün lazımi şərait yaratmalı olduğu halda, 3 ay müddət keçməsinə baxmayaraq, bu işləri təşkil etməmiş və ya yarımçıq təşkil etmiş, təhlükəsizlik tədbirləri lazımınca görülməmişdir. Nəticədə podratçı tərəfindən müqavilənin 14.1, 14.3, 14.12, 14.13 və 16.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Layihənin icrasına başlanıldığı vaxtdan ötən müddət ərzində sifarişçi tərəfindən podratçıya e-mail poçt vasitəsilə pozuntulara dair 2019-cu il 2 mart, 11 mart, 27 may, 3 iyun, 11 iyun, 12 iyun, 17 iyun, 19 iyun, 20 iyun tarixli xəbərdarlıqlar göndərilmi şdir. Sifarişçi tərəfindən podratçıya müqavilənin 24.2-ci bəndinə əsasən 2019-cu il 3 iyul tarixdə müqaviləyə xitam verilməsi barədə Bildiriş göndərilərək, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2019-cu il 18 iyul tarixdən ləğv edildiyi və tərəflərin müqavilə üzrə bütün öhdəliklərinə xitam verildiyi diqqətə çatdırılmaqla, bilidirişin qəbul edildiyi tarixdə podratçının bütün işləri təxirəsalınmadan dayandırması, ona məxsus olan mal-materialların tikinti sahəsindən çıxarılması və 15 gün ərzində görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq olumuşdur. Sifarişçi tərəfindən podratçıya 2019-cu il 3 iyul tarixdə müqaviləyə xitam verilməsi və təhvil-təslim edilməsi barəd ə bildiriş verilməsinə, 2019-cu il 12 iyul tarixdə isə sifarişçi ilə podratçı arasında işlərin yekunlaşması və son haqq-hesab edilməsi barədə təhvil-təslim aktı tərtib edilib göndərilməsinə baxmayaraq, podratçı tərəfindən tikinti sahəsi tərk edilməmiş və təhvil-təslim işləri podratçının əsassız iddiaları və bəhanələri ucbatından baş tutmamışdır. Podratçının sifarişçiyə bildirişə cavab olaraq ünvanladığı 2019-cu il 8 iyul tarixli pretenziyada guya heç əsaslı səbəb olmadığına görə Müqavilənin ləğvini istəmədiyi, təhvil-təslim aktı ilə bağlı göndərdiyi 2019-cu il 13 iyul tarixli e-maildə 328.079 manat ödəniş olunmayacaqsa, sahənin təhvil-təslim edilməyəcəyi, heç bir akta qol çəkilməyəcəyi, bu müddət ərzində şirkətə dəyən ziyan və xərclərin sifarişçidən tələb olunacağı və 2019-cu il 15 iyul ta rixində sahədə işə başlanılacağı bildirilmişdir. Layihənin icrasına başlanılan 2019-cu il 5 mart tarixdən 2019-cu il 14 iyun tarixədək podratçı tərəfindən layihə üzrə təsdiq olunan Forma-2-lərə görə ƏDV daxil cəmi 323.030,2 manat (273.754,41 manat əsas məbləğ+49.275,79 manat ƏDV) məbləğində işlər görülmüş və bu müddətdə sifarişçi tərəfindən podratçıya görülən işlər üçün avans daxil cəmi 508.161,62 manat (430.645,44 manat əsas məbləğ+77.516,18 manat ƏDV) ödənilmişdir. Göründüyü kimi, görülmüş işlərin dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq 185.131,42 manat (508.161,62-323.030,2) təşkil edir.

15. Sonradan MTK iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, podrat müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən görülmüş işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 232.643 manat, iş lərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manat, müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100.000 manat və ödənilmiş dövlət rüsümuna görə 30,40 manat məbləğində pul vəsaitlərinin MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Ərizə onunla əsaslandırılmışdır ki, “X8” MMC-nin 2021-ci il 4 mart tarixli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi v ə həmin müqaviləyə edilən əlavələrə əsasən 2019-cu il 3 mart tarixdən 2019-cu il 18 iyul tarixədək olan müddət ərzində MMC tərəfindən "xxxx" Tikinti sahəsi BW-057 layihəsi üzrə görülən işlərin dəyəri 979.428,96 manat müəyyən edilir. İş materiallarına əlavə edilən ödəniş sənədlərinə əsasən dəyəri 979.428,96 manat müəyyən edilən işlərə görə MTK tərəfindən MMC-yə ümumilikdə 1.212.072 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu vəsaitin 508.161 manat məbləğində olan hissəsi bank köçürmələri vasitəsilə, 703.910 manat məbləğində olan hissəsi isə nağd qaydada ödənilmişdir. Bu iş materiallarına əlavə edilmiş bank ödəniş sənədləri və kassa məxaric orderləri ilə öz təsdiqini tapır. Beləliklə, MMC tərəfindən görülən işlərin dəyərinin 979.429 manat olduğunu və həmin işlərə görə MTK tərəfindən 1.21 2.072 manat məbləğində pul vəsaitinin ödənildiyini nəzərə alsaq, o halda MTK tərəfindən MMC-yə 232.643 (1.212.072-979.429) manat məbləğində pul vəsaitinin artıq ödənildiyi məlum olur

17. MMC ilk iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı MMC sifarişçi MTK-ya məxsus "xxxx" BW57 layihəsi üzrə binanın tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra qazma və tikinti işləri MMC tərəfindən həyata keçirilməyə başlanmışdır. Tikinti işlərinin aparıldığı dövr ərzində MMC tərəfindən tikinti norma və qaydalarına ciddi əməl olunmuşdur. Həmçinin MTK-nın tələb etdiyi sənədlər vaxtlıvaxtında gecikdirilmədən MMC tərəfindən təqdim olunmuşdur. İlk iddia ərizəsində göstərilənlərin əksinə sahəyə təhkim olunm uş işçilər işə giriş təlimatı ilə tanış edilmiş, hər bir işçinin sənədləşməsi qanuna uyğun şəkildə aparılmışdır. Əmək müqaviləsi olmayan və müvafiq təlimatlarla təlimatlandırılmayan heç bir işçi işə cəlb edilməmişdir. Təhlükəsizlik qaydalarına əməl olunmaması barədə iddialar da əsassız olmuş, bununla bağlı nə "xxxx" İdarəsi SƏTƏM qrupu, nə də MTK tərəfindən yazılı xəbərdarlıqlar olmamışdır. Hətta 2019cu il 28 iyun tarixdə sahəyə gəlmiş SƏTƏM işçiləri hər hansı bir qüsur tapa bilməmişdilər. İlk iddia ərizəsində MTK işin gecikdirilməsini qeyd etsə də, bunun əslində hansı səbəblərdən baş verdiyi göstərilməmiş, yalnız MMC tərəfindən mal-materialın gecikdirilməsi ilə əlaqələndirilmişdir. Tikinti sahəsində baş verən gecikmələr əslində MTKnın öz işini düzgün qurmaması və sənədləşmələrdə yol verdi yi qanunsuzluqlar üzündən baş vermişdir. Belə ki, layihəyə ekspertiza rəyi almaq MTK-nın öhdəliyinə aid olmuş, lakin MTK tərəfindən "xxxx" BW-057 layihəsinə ekspertiza rəyi alınmamışdır. Bu səbəbdən, apardıqları tikinti işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə dayandırılmış, bu da öz növbəsində işlərin gecikməsinə səbəb olmuşdur. Eyni zamanda, qeyd olunanın əksinə MMC tərəfindən işlər geçikdirilməyib, hətta nəzərdə tutulan proqramdan artıq işlər görülmüşdür. Podrat müqaviləsi ilə bağlı MMC tərəfindən hər hansı əhəmiyyətli bir pozuntuya yol verilməmiş, işlər vaxtlı-vaxtında görülmüşdür. MMC tərəfindən podrat müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyindən iddiaçının 35.000 manat cərimə və 100.000 manat məbləğində real zərər və əldən çıxmış fayda kimi tələbləri də əsassız dır. Əksinə, podrat müqaviləsinə vaxtından əvvəl xitam verilməsi nəticəsində MMC-yə külli miqdarda maddi ziyan dəymişdir. İlk iddia ərizəsində qeyd edilir ki, 2019-cu il 5 mart tarixdən 2019-cu il 14 iyun tarixədək lahiyə üzrə təsdiq edilən Forma-2-lərə görə ƏDV daxil 323.030,2 (273.754,41 manat əsas məbləğ+49.275,79 manat ƏDV) manat məbləğində işlər görülmüş, bu müddətdə sifarişçi tərəfindən podratçıya avans daxil cəmi 508.161,62 (430.645,44 manat əsas məbləğ+77.516,18 manat ƏDV) manat pul ödənilmişdir. Lakin, MTK 2019-cu il 14 iyun tarixdən 2019-cu il 1 iyul tarixədək yerinə yetirilmiş işlər haqqında hər iki tərəfin imzalayıb təsdiqlədiyi Forma-2 arayışını iddia ərizəsinə əlavə etməmiş və həmin Forma-2 üzrə ödəməli olduğu məbləği ümumi görülən işlərə münasibətdə nəzərə almamışdır. MMC 20 19-cu il 14 iyun tarixdən 2019-cu il 1 iyul tarixədək mübahisəli tikinti sahəsində 142.831,40 manat dəyərində işlər yerinə yetirmişdir. Həmin işlərin görülməsinə dair Forma-2 arayışı hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və təsdiq edilmişdir. Qeyd edilən Forma-2 arayışı üzrə görülmüş işlərə ƏDV daxil deyildir. Həmin məbləğin üzərinə 18% ƏDV hesablandıqda görülmüş işlərin dəyəri ƏDV daxil (142.831,40+25.709,65=168.540,58) 168.540,58 manat təşkil edir. Belə olan halda, ilk iddia ərizəsində qeyd olunanın əksinə Forma 2-lərə görə ƏDV daxil ödənilməli olan məbləğ 491.570,78 (323.030,20+168.540,58= 491.570,78) manat təşkil etmişdir. Nəticə etibarilə tərəflər arasında təsdiq olunmuş Forma-2-lərin ümumi məbləği ilə sifarişçi tərəfindən ödənilmiş məbləğ arasındakı fərq 16.590,84 (508.161,62491.570,78=16.590,84) manat təşkil etmişdir. Belə olan halda ilk iddia üzrə 185.131,32 manat artıq ödənilmiş pul tələbi də tamamilə əsassız olmuşdur.

18. MMC öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTKdan 1.441.253,01 manat məbləğində pulun tutularaq ona ödənilməsi və qarşılıqlı iddiada adları, miqdarı, vəziyyəti və qiyməti qeyd olunan 169 adda avadanlıq, qurğu və inşaat materiallarının MTK-nın qanunsuz sahibliyindən alınaraq MMC-yə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, MMC tərəfindən müqavilə üzrə tikinti sahəsində görülən işlərin həcmi sifarişçinin ödədiyi məbləğdən bir neçə dəfə çoxdur. Belə ki, MMC tərəfindən "xxxx" BW57 layihəsində yalnız qazma işlərinin aparılması üçün 381.232,80 manat pul xərclənmişdir. Həmçinin MMC ilə "xxxx" MMC arasında bağlanmış beton alqı-satqı müqaviləsinə əsasən "xxxx" BW57 layihəsi üçün 2449,5 m3 həcmdə beton almış və həmin beton üçün ƏDV daxil ümumilikdə 255.531,95 manat pul ödənilmişdir. Qeyd olunan həcmdə beton tikinti sahəsində təhvil verilmiş və təyinatı üzrə istifadə olunmuşdur. Eyni zamanda MMC tərəfindən tikinti sahəsinə təxminən 500 ton armatur gətirilmiş, həmin armaturun 430 tonu tikinti işləri zamanı istifadə olunmuş, MMC tikinti sahəsindən məcburi çıxarıldığı zaman 66 ton istifadə olunmamış armatur tikinti sahəsində qalmışdır. 430 ton armatur hər tonu orta hesabla 1.050 manatdan hesablandıqda istifadə olunmuş armaturun təxmini dəyəri 451.500 manat təşkil edir. Digər xərclər nəzərə alınmadan sadəcə qey d olunan 3 hal üzərindən hesablama aparsaq, MMC tərəfindən həmin tikinti sahəsində bir milyon manatdan çox iş görüldüyü aydın olur. Lakin MMC tərəfindən həmin tikinti sahəsində görülən işlərin ümumi həcmi göstərilən məbləğdən 2 dəfə çoxdur. Belə ki, "xxxx" MMC tərəfindən MMC-nin sifarişi əsasında Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində MMC tərəfindən görülən işlərin həcmi və dəyəri barədə 2019-cu il 8 avqust tarixdə aparılmış hesablamalara əsasən MMC tərəfindən həmin tikinti sahəsində görülən işlərin həcmi və dəyəri 1.949.414.63 manat, belə olan halda isə, MMC tərəfindən görülmüş işlərin ümumi dəyəri ilə sifarişçi tərəfindən ödənilmiş məbləğ arasındakı fərqi 1.441.253,01 (1.949.414,63-508.161,62) manat təşkil edir. Nəticə etibarilə hazırkı vəziyyətdə MTK tərəfindən görülən işlərə görə MMC-yə ödənilməli olan məbləğ 1.441.253,01 manatdır. MTK-nın iddiasının əksinə hər hansı bir geçikmədən, müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulmasından və s. kimi hallardan söhbət belə gedə bilməz. MMC tikinti işlərinin başlandığı gündən öz üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmiş, hətta bəzi tikinti işlərini nəzərdə tutulan proqramdan daha öncə tamamlamışdır. MMC həmin tikinti sahəsindən çıxarıldıqdan sonra bütün avadanlıq, qurğu və inşaat materialları həmin tikinti sahəsində qalmışdır. MMC dəfələrlə avadanlıq, qurğu və inşaat materiallarının tikinti sahəsindən çıxarılması ilə bağlı MTK-ya müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Daha sonra iddianın təmin tədbiri barədə qərardadla tikinti sahəsində olan, MMC-yə məxsus avadanlıq, qurğu və inşaat materi allarının bir hissəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad apellyasiya qaydasında qismən ləğv edilərək, icarədə olan qüllə kranı, isgələ (800 ədəd) və alt-üst ayar millərinin (650+530 ədəd) üzərindən həbs götürülmüşdür. Hətta qeyd olunan avadanlıqların üzərindən həbs götürüldükdən sonra da MMC tərəfindən həmin avadanlıqların tikinti sahəsindən çıxarılmasına icazə verilməmişdir. Qeyd etmək lazımdır ki, həmin avadanlıqlar icarə müqaviləsi əsasında icarəyə götürülərək tikinti sahəsinə gətirildiyindən, MMC həmin əmlaklardan istifadə etmədiyi halda belə, hələ də onlara görə icarə haqqı ödəyir. Bu da öz növbəsində MMC-yə əlavə maddi ziyanın dəyməsinə səbəb olur. "xxxx" MMC tərəfindən mübahisəli tikinti sahəsində MMC-yə məxsus olan avadanlıq, qurğu və inşaat materiallarının mövcüd vəziyyət inə uyğun bazar dəyəri və siyahısı müəyyən edilmişdir. Həmin rəyə əsasən MMC tərəfindən tikinti sahəsində istifadə üçün gətirilən (faktiki orda olan) 169 adda avadanlıq, qurğu və inşaat materiallarının ümumi bazar dəyəri 1.014.148,22 manat təşkil edir. Həmin avadanlıq, qurğu və inşaat materiallarının bir çoxunun üzərinə həbs qoyulduğu halda, MTK tərəfindən binanın tikintisində istifadə olunur. İstifadə olunmayan avadanlıqlar açıq havada qalaraq yararsız vəziyyətə düşür. MMC tərəfindən dəfələrlə üzərində həbs olmayan avadanlıqların götürülməsi ilə bağlı müraciət edilsə də, MTK tərəfindən buna icazə verilməmişdir.

20. Daha sonra MMC qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə müraciət edərək, görülmüş işlərə görə 729.657,2 manat, əlavə dəyər vergisin ə görə 212.707,57 manat, dəymiş zərərə görə 276.365 manat, çatışmayan əmlakların dəyəri olaraq 95.167 manat, əldən çıxmış fayda 1.662.647 manat, iki illik faiz borcuna görə 72.965,7 manat, cəmi 3.049.509,47 manat məbləğində pulun MTK-dan alınıb ona ödənilməsi, adları, miqdarı və vəziyyəti qeyd olunan 169 adda avadanlıq, qurğu, inşaat materiallarının MTK-nın qanunsuz sahibliyindən alınıb ona verilməsi, qeyd edilən siyahıda göstərilən mal-materialların və avadanlıqlar verilmədiyi və ya mövcud olmadığı təqdirdə, onların dəyərinin alınıb MMC-yə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. 21. "xxxx" MMC-nin 2019-cu il 8 avqust tarixli AEM/A 17-776/19 saylı MMC-nin BW057 tikinti ərazisindəki inşaat işlərinin, mal-materialların həcminin və dəyərinin müəyyən edilməsi barədə hesabat da (MMC-nin müraciəti əsasında) qeyd olunur ki, qoyulan suallar üzrə aparılan hesablamalar və təhlillərə əsasən Bakı Ağ şəhər ərazisindəki BW 57 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 11 blokdan ibarət yaşayış binasının tikinti sahəsində rəsmi podratçı kimi iş görən MMC tikinti şirkəti tərəfindən istifadə üçün sahəyə gətirilən, onlara məxsus avadanlıq, qurğu və inşaat materiallarının mövcud vəziyyətinə uyğun olaraq bazar dəyəri 2019-cu il 8 avqust tarixinə 1.014.148,22 manat təşkil edir. Bundan başqa, aparılmış ölçmə işləri, hesablamalar və təhlillərə əsasən Bakı Ağ şəhər ərazisindəki BW 057 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 11 blokdan ibarət yaşayış binasının tikinti sahəsində rəsmi podratçı kimi iş görən MMC tikinti şirkəti tərəfindən görülən işlərin həcmi və dəyəri 2019-cu il 8 a vqust tarixə ƏDV daxil 1.949.414,63 manat təşkil edir. 22. "xxxx" MMC-nin (MTK-nın müraciəti əsasında) 2019-cu il 20 avqust tarixli 92-E saylı MMC-nin BW057 tikinti ərazisindəki mal-materialların siyahısının ümumi bazar dəyərinin müəyyən edilməsi barədə ekspert rəyində qeyd olunur ki, aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, MMC-nin BW-057 tikinti ərazisindəki mal-materialların siyahısının 2019-cu il 20 avqust tarixə olan ümumi bazar dəyəri 122.854 manat müəyyən edilir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 14 avqust tarixli 5/369 saylı ekspert rəyində qeyd olunur ki, 1) tədqiqata təqdim edilmiş işin ikinci cildinin 21-ci vərəqindəki “xx/xx/2019-xx/xx/2019-cu il tarixə yerinə yetirilən işlər haqqında 6 nömrəli Arayı ş”ın aşağı sol küncündə olan “Azərbaycan Respublikası Mənzil-Tikinti Kooperativi Park Çinar” məzmunlu möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. 2) tədiqaqata təqdim edilmiş işin ikinci cildinin 21-ci vərəqindəki “xx/xx/2019-xx/xx/2019-cu il tarixə yerinə yetirilən işlər haqqında 6 nömrəli Arayış”ın aşağı sol küncündə olan “Azərbaycan Respublikası Mənzil-Tikinti Kooperativi Park Çinar” məzmunlu möhür əksi ekspertizaya təqdim edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativinin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 29 yanvar tarixli 10/3742 saylı ekspert rəyində qeyd olunur ki, 1-ci variant üzrə sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş 2 say lı formalarda qeyd olunan iş həcmləri və iş həcmləri vahidinin qiymətləri nəzərə alınmaqla, aparılmış hesablamalara əsasən tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 273.754 manat məbləğində müəyyən edilmişdir. 2-ci variant üzrə sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş 2 saylı formalarda qeyd olunan iş həcmləri və iş həcmləri vahidinin qiymətləri nəzərə alınmaqla aparılmış hesablamalara əsasən, tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 1.338.739,05 manat məbləğində müəyyən edilmişdir. 3-cü variant üzrə podrat müqaviləsinə əlavə edilmiş hər iki 1 saylı əlavələrdə qeyd olunan iş həcmləri vahidinin qiymətlərinin cəmi nəzərə alınmaqla aparılmış hesablamalara əsasən, tədqiq olunan obyekt üzrə yerinə y etirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 1.617.814 manat məbləğində müəyyən edilmişdir. 25. “X9” MMC-nin (MMC-nin müraciəti əsasında) 2021-ci il 1 mart tarixli mütəxəssis rəyində qeyd olunur ki, aparılmış araşdırmalar və təhlillərə əsasən MTK tərəfindən təsdiq edilmiş Forma 2-lərdə əks edilmiş həcmlərə istinadən istifadə edilmiş mal material (armatur, beton, qəlib, və sərfiyyat) və işçiliyin bazar dəyəri 1.458.044,6 manat təşkil edir.

26. Azərbaycan Respublikası X4 (MTK-nın müraciəti əsasında) 2021-ci il 4 mart tarixli 131 saylı ekspert rəyində qeyd olunur ki, tikinti norma və qaydalarının tələblərinə, respublika daxili real bazar qiymətlərinə uyğun olaraq tərəflər arasında bağlanmış podrat müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən 2019-cu il 3 mart tarixdən 2019-cu il 18 iyul tarixədək olan müddət ərzində MMC tərəfindən Ağ şəhər Tikinti sahəsi BW-057 layihəsi üzrə tikinti sahəsində layihəyə uyğun görülən işlərin dəyəri iş materiallarına (təhviltəslim aktları konkret yerinə yetirilən işlərə dair 2 sənədləri və s.) əsasən 979.429 manat müəyyən edilir.

27. Azərbaycan Respublikası Müstəqil X5 (MMC-nin müraciəti əsasında) 2021-ci il 8 aprel tarixli ekspert rəyində qeyd olunur ki, ilkin ekspertiza tədqiqatı zamanı tərəflər arasında bağlanmış podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən 2019-cu il 3 mart tarixdən 2019-cu il 18 iyul tarixədək olan müddət ərzində MMC tərəfindən Ağ şəhər Tikinti sahəsi BW 57 layihəsi üzrə tikinti sahəsində layihəyə uyğun görülən işlərin dəyəri iş materiallarına (təhvil-təslim aktları konkret yerinə yetirilən işlərə dair 2 sənədləri və.s) əsasən 979.429 manat müəyyən edilir. Əlavə ekspertiza tədqiqatı zamanı MTK tərəfindən məhkəməyə təqdim olunan 6 ədəd, MMC tərəfindən imzalı və möhürlü olan, MTK tərəfindən imzalanmış, lakin möhürlənməmiş, MMC tərəfindən məhkəməyə təqdim olunan 6 ədəd forma 2 sənədlərində əlavə qeyd olunan işlərin dəyəri bazar qiymətlərinə və forma 2 sənədlərində göstərilən iş həcmlərinə uyğun olaraq 270.017 manat təşkil edir. Ümumilikdə görülən işlərin dəyəri 1.249.446 manat təşkil edir.

28. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 iyun tarixli e-2-2(113)-40/2021 nömrəli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, MTK-dan görülmüş işlərə görə 37.374,38 manat, illik 5 %-lə hesablanmaqla 1.868,70 manat olmaqla, cəmi 39.243,08 manat məbləğində pulu n MMC-nin xeyrinə tutulması, BW57 tikinti ərazisində olmuş aşağıdakı alət və avadanlıqlar:

1. EYME BUKME MAKİNA 2 ədəd;

2. KESME MAKİNA 2 ədəd;

3. SU DİSPENSERİ 1 ədəd;

4. ETREQOL EYME UCUN 1 ədəd;

5. SLANQBAUN 1 ədəd;

6. QELİB 40 -2M 9 ədəd;

7. QELİB35 -2 M 5 ədəd;

8. QELİB 40 – İM 17 ədəd;

9. QELİB 35-1M 5 ədəd;

10. QELİB KUNC 3M - 20SM 5 ədəd;

11. LESA1.20 -1.45 (çalışma iskələsi dəst) 30 ədəd;

12. DORD YOL BAŞLİQLİ REZBA (başlıq nipel) 88 ədəd;

13. ALT AYAR MİLİ 260 ədəd;

14. QELİB 50 –İM 187 ədəd;

15. QELİB 50-2 M 75 ədəd;

16. SALYANQOZ 1500 ədəd;

17. PAYANDA ALTLİQİ 40 ədəd;

18. QURSAQ UCUN PAYANDA BAQLAYİCİ 41 ədəd;

19. SANCAQ PİM 25 ədəd;

20. PAYANDA 17 ədəd;

21. QELİB UCUN KORKULUQ 15 ədəd;

22. BADYA 1 ədəd;

23. DEMİR QELİB 50 1 M 105 ədəd;

24. DEMİR QELİB 50 1 M 75 ədəd;

25. UQOL NİK 3 M 30 ədəd;

26. UST AYAR MİLİ 280 ədəd:

27. ALT AYAR MİLİ 700 ədəd;

28. İSKELE DEST 150180 446 ədəd;

29. ELEKTRİK PANOSU BOYUK 1 ədəd;

30. AYAQ ALTİQİ İSKELE UCUN 76 ədəd;

31. İSKELE 1.10 -150 124 ədəd;

32. İSKELE 120-150 140 ədəd;

33. İSKELE 150180 159 ədəd;

34. CARPASLAR İSKELE UCUN 150 ədəd;

35. İSKELE 150180 33 ədəd;

36. FLYANSL1 DİREK 3M 72 ədəd;

37. DİREK QOLU 3M (flyanslı iskələ qolu 3 m) 133 ədəd;

38. ALT MİL48 45 ədəd;

39. BAŞLİQ NİPEL 200 ədəd;

40. AYAQ ALTİ DEMİR 32 ədəd;

41. İSKELE 150-180 dest 462 ədəd;

42. DOKA 4 M 160 ədəd;

43. Ust ayar mili 250 ədəd;

44. Teleskopikdirek 40 ədəd; 45. taxta 5*10 5 m3; 46. dikt 18 mm 100 ədəd;

47. Taxta Azman (5x20) 1000 metr;

48. Plywood 550 ədəd MTK-dan alınaraq MMC-yə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – Z.Axundova).

29. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, ilk iddia tələbinin birinci hissəsini podrat müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən görülmüş işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 232.643 manat məbləğində pulun cavabdehdən tutulması, qarşılıqlı iddia tələbinin birinci hissəsini görülmüş işlərə görə ödənilməmiş 729.657,2 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir. Görülmüş işlərin dəyərini müəyyən etmək üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş, lakin mübahisəli ərazidə tikinti işlərinin başa çatması səbəbindən görülmüş işlərinin həcminin müəyyən edilə bilməməsi səbəbindən ekspertizanın keçirilməsindən imtina edilmiş, daha sonra iş materiallarında olan sənədlər əsasında Məhkəmə Ekspe rtizası Mərkəzi tərəfindən 2021-ci il 29 yanvar tarixli 10/3742 saylı ekspert rəyi verilmişdir.

30. Məhkəmə yalnız podratçının nümayəndəsinin izahatına əsaslanaraq, 3-cü variant üzrə hesablamaya tənqidi yanaşaraq, qəbul etməmişdir. Məhkəmənin qənaətinə əsasən 1-ci variant üzrə alınan rəqəm də reallığı əks etdirmir. 2-ci variant üzrə aparılmış hesablamalara əsasən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 1.338.739,05 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ MTK-nın nümayəndəsi tərəfindən imzalanmamış, yalnız MMC-nin nümayəndəsi tərəfindən imzalanmış və möhür vurulmuş 2 saylı forma arayışlar üzrə görülmüş işlərin (2019-cu il 1 və 19 iyul tarixləri üzrə) dəyəri kimi 192.304 manat məbləğ də daxil edilmişdir. Məhkəmənin qənaətinə görə göstərilən məbləğ görülmüş işlərin d əyərinə daxil edilməməlidir. Belə ki, əvvəla, həmin 2 saylı formalar birtərəfli qaydada imzalanmışdır. və həmin arayışlarda göstərilən işlərin görülməsi, təhvil verilməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. Bundan başqa, MTK tərəfindən MMC-yə ünvanlanan 2019-cu il 3 iyul tarixli bildirişdən görünür ki, müqaviləyə xitam verilməsi bildirilərək, podratçı tərəfindən bütün işlərin təxirəsalınmadan dayandırılması, podratçıya məxsus olan malmaterialların tikinti sahəsindən çıxarılması xahiş edilmişdir. Məhkəmə, Ekspertiza Mərkəzinin 2021-ci il 29 yanvar tarixli 10/3742 saylı ekspert rəyindəki mübahisəli məqamları nəzərə alaraq, həmin rəylə razılaşmamışdır.

31. Bundan başqa, görülmüş işlərin, mal-materialların dəyəri ilə bağlı tərəflər özləri də məhkəməyə qeyd edilən rəylər t əqdim etmişlər. Belə ki, MMC tərəfindən təqdim edilən "xxxx" MMC-nin 2019-cu il 8 avqust tarixli rəyinə əsasən MMC tərəfindən Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində 1.949.414,63 manat (1.652.046,293 əsas məbləğ+297.368,33 manat ƏDV) dəyərində mal-material işlənmiş və işlər görülmüşdür. Məhkəmə qeyd olunan ekspertizanın çəkişmə prinsipinə əməl edilmədən birtərəfli qaydada keçirilməsini və qarşı tərəfin həmin rəylə razılaşmamasını nəzərə alaraq, həmin rəyi mötəbər sübut kimi qəbul etmir.

32. Bundan başqa, əvvəlcə MTK-nın nümayəndəsi tərəfindən məhkəməyə “X8” MMCnin 2021-ci il 4 mart tarixli ekspert rəyi təqdim olunmuşdur. Həmin rəydən görünür ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən MMC tərəfindən görülən işlərin dəyəri 9 79.428,96 manat müəyyən edilir. Daha sonra “MMC tərəfindən məhkəməyə “X8” MMC-nin 2021-ci il 8 aprel tarixli ekspert rəyi təqdim olunmuşdur. Gəlinən nəticə ondan ibarət olmuşdur ki, ümumilikdə görülən işlərin dəyəri 1.249.446 manat (979.429+270.017) təşkil edir. Məhkəmə 2021-ci il 8 aprel tarixli ekspert rəyini ümumilikdə görülən işlərin dəyərinin müəyyən olunduğu sübut kimi qəbul etmişdir. Belə ki, ilk iddia üzrə iddiaçı qeyd olunan mərkəzə müraciət etmiş, həmin rəy sübut kimi məhkəməyə təqdim olunmuşdur. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı həmin mərkəzə müraciət edərək, əlavə sənədlər təqdim etmiş və əlavə ekspertiza aparılaraq müvafiq rəy verilmişdir. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə hesab etmişdir ki, çəkişmə prinsipinə əməl edilmişdir.

33. MTK tərəfindən MMC-yə forma 2 aray ışları üzrə nağdsız qaydada 508.161,62 manat (430.645,44 manat əsas məbləğ+77.516,18 manat ƏDV) məbləğin ödənilməsi işin mübahisəsiz halıdır. Mübahisəli məqam ondan ibarətdir ki, ilk iddia üzrə iddiaçının qənaətinə əsasən 508.161,62 manat bütövlükdə görülmüş işlərin dəyərindən çıxılmalıdır, qarşılıqlı iddia üzrə iddiaçının qənaətinə əsasən isə görülmüş işlərin dəyərindən ödənilmiş məbləğlər çıxılarkən 77.516,18 manat ƏDV ödənişi olduğuna görə çıxılmamalıdır.

73. Məhkəmə ilk iddia üzrə iddiaçının mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, 508.161,62 manat bütövlükdə görülmüş işlərin dəyərindən çıxılmalıdır. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 28-ci bəndinə əsasən bu podrat müqaviləsinin imzalanmasından irəli gələn bütün vergi, rüsum və digər xərclər, həmçinin bu podrat müqa viləsi ilə başqa məsrəflər Podratçıya aiddir.

34. Digər mübahisəsiz hal MTK tərəfindən nağd qaydada 703.910 manat məbləğin ödənilməsidir. Həmin ödəmə ilə bağlı mübahisəli hal ondan ibarətdir ki, MMC-nin nümayəndəsinin qarşılıqlı iddia ərizəsinə dair son dəqiqləşdirməsinə dair ərizəsində göstərilən səbəblərə görə həmin məbləğin yalnız bir hissəsi görülmüş işlərə görə ödəniş kimi qəbul edilməlidir. MTK-nın nümayəndəsi bildirmişdir ki, 703.910 manat məbləğində pul BW 57 layihəsi üzrə görülmüş işlərə görə ödənilmişdir, ona görə də həmin məbləğ görülmüş işlərə görə ödəniş kimi qəbul edilməlidir.

35. Məhkəmənin qənaətinə əsasən 703.910 manat məbləğində pul vəsaiti kassa məxaric orderlərinə əsasən BW 57 layihəsi üzrə ödənildiyindən həmin ödənişlər görülmüş işlərin dəyəri olaraq qəbul edilməlidi r.

36. Müəyyən edilmişdir ki, MTK tərəfindən MMC-yə görülmüş işlərə görə ümumilikdə 1.212.071,62 manat (508.161,62+703.910) ödəniş edilmişdir. Beləliklə, MTK tərəfindən MMC-yə görülmüş işlərə görə 37.374,38 manat (1.249.446-1.212.071,62) ödənilməmiş məbləğ qalmışdır.

37. Qarşılıqlı iddiaçı ödənilməmiş məbləğə əlavə dəyər vergisinin də tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanlara və müqavilə şərtlərinə əsasən hesab etmişdir ki, həmin hissədə qarşılıqlı iddia təmin edilməməlidir.

38. İlk iddianın bir hissəsini də tələb olunan işlərin vaxtında görülməməsinə, sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamas ına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manat məbləğində pulun ilk iddia üzrə cavabdehdən tutulması təşkil etmişdir. Tərəflər arasında bağlanmış podrat müqaviləsinə 4 saylı Əlavədə cərimə cədvəli öz əksini tapmışdır. Həmin əlavədə tərəflər müqavilənin aşağıdakı 10 bəninin pozuntusuna görə cərimə tətbiq olunması barədə razılaşmışlar: 7.2, 8.1, 13.5, 13.9, 14.3, 14.4, 14.8, 14.15, 14.19, 15.5. İlk iddiaçı həmin bəndlərdən 7.2, 8.1, 13.5, 13.9 və 14.3-cü bəndlərin pozuntusuna istinad etmişdir. Məhkəmənin qənaətinə əsasən müqavilənin həmin bəndlərinin cavabdeh tərəfindən pozuntusu iddia ərizədində ümumi şəkildə göstərilmiş, həmin pozuntunun baş verməsi sübuta yetirilməmişdir.

39. Eyni zamanda iddiaçı işlərin icrasında gecikmələrin olmasını iddia etmiş, ilk iddia üzrə cavabdeh bəzi işlərin gecikdirilməsinin obyektiv, onlardan asılı olmayan səbəblərdən (müvafiq rəyin alınması və s.) baş verdiyini bildirərək, gecikdirilmə il bağlı halların onların təqsiri üzündən baş vermədiyini bildirmişdir. Məhkəmənin qənaətinə əsasən gecikmə halları ilə bağlı cavabdehdən cərimənin tutlması hissəsində də iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı tərəfindən müəyyənləşdirilmiş müddəti keçən günlərin sayı, məhz 8-ci bəndlə bağlı hesablanmış cərimə məbləğləri ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.

40. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, 31.200 manat məbləğində cərimənin cavabdehdən tutlması hissəsində də iddia tələbi təmin olunmamalıdır.

41. İlk iddia üzrə iddiaçı müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zər ərin və əldən çıxmış faydanın əvəzi kimi 100.000 manat məbləğində pulun cavabdehdən tutulmasının xahiş etsə də, həmin tələbi, çəkdiyi və ya çəkməli olduğu xərcləri, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri (əldən çıxmış fayda) təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə həmin hissədə də iddia təmin olunmamalıdır.

42. Qarşılıqlı iddia tələbinin bir hissəsini dəymiş zərərə görə 276.365 manat (201.365+75.000) pulun cavabdehdən tutulması təşkil edir. Qarşılıqlı iddia tələbinin həmin hissəsinə münasibətdə gəlinən qənaətə əsasən qarşılıqlı iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, müqavilə şərtlərinə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıq lı iddiaçı başqa şəxslərlə aralarında olan icarə müqavilə münasibətləri üzrə yerinə yetirilməmiş öhdəliklərinin icrasını iddiaçıdan tələb etməkdə haqlı deyil. Ona görə də məhkəmə həmin hissədə qarşılıqlı iddianı əsassız sayır.

43. Qarşılıqlı iddia tələbinin bir hissəsi də çatışmayan, cədvəldə qeyd edilən əmlakların dəyəri olan 95.167,28 manat pul vəsaitinin MTK-dan tutulub MMC-yə ödənilməsindən ibarətdir. Məhkəmənin qənaətinə əsasən qarşılıqlı iddia həmin hissədə də əsassız olduğundan rədd edilməlidir. Belə ki, qarşılıqlı iddiaçı həmin əmlakların mövcudluğu ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.

44. Qarşılıqlı iddianın digər bir hissəsini avadanlıqların və mal-materialın geri qaytarılması, həmin avadanlıq və mal-materiala görə əldən çıxmış faydanın cavabdehdən tutulması təşkil edir. Qarşılıqlı iddia ərizəsində göstərilir ki, MTK tərəfindən MMC-yə məxsus icarəyə verilə biləcək avadanlıqlar (Z. İsmayılovun avadanlıqları və kran çıxıldıqdan sonra) da bu günə kimi MMC-yə qaytarılmamışdır, həmin əmlaklar geri qaytarılmalı, çatışmayanların isə dəyəri ödənilməlidir, eyni zamanda MMC həmin əmlakları icarəyə verməklə əldə edəcəyi gəlirdən mərhum olmuşdur. Məhkəmə qeyd etmişdir ki, avadanlıqların və mal-materialın geri qaytarılması hissəsində iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışının gedişində MTK-nın nümayəndəsi tərəfindən işlərin görüldüyü ərazidə olan və MMC-yə məxsus 49 adda mal-materialın siyahısı təqdim olunmuş və icarəyə götürülən əmlaklar istisna olunmaqla, digər əmlakların üzərinə həbs qoyulmuşdur. 49 adda əmlakdan qüllə kran MMC-yə təhvil verilmiş, digər əmlaklar isə təhvil verilməmişdir. Həmin əmlaklardan başqa əmlakların MTK-da olması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən qarşılıqlı iddia qeyd olunan hissədə qismən təmin olunaraq, MTK-nın təqdim etdiyi 48 adda mal-material MMC-yə qaytarılmalıdır.

45. Bundan başqa, qarşılıqlı iddiaçı ərizəsində göstərir ki, MTK-da olduğunu iddia etdiyi əmlakların dəyəri kimi göstərdiyi 722.899 manat məbləğin 1/10 hissəsi qədər, ayda təxminən 72.289,9 manat icarə haqqından əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Belə ki, tikintiyə başlamazdan öncə MMC qeyd olunan avadanlıqları icarəyə verməklə gəlir əldə edirdi ki, həmin müqavilələrə görə əmlakın dəyərinin 1/10 hissəsi icarə haqqı kimi qəbul olunurdu (müqavilələr əlavə olunur). Cəd vəldə qeyd olunan avadanlıqları iddiaçı özündə saxlamaqla MMC-nin təxminən əldə edəcəyi (23 ayx72289=1662647) 1.662.647 manat gəlirdən məhrum etmişdir ki, həmin pul da iddiaçıdan tutulub MMC-yə ödənilməlidir. Qeyd olunduğu kimi, MTK tərəfindən əmlakların siyahısı məhkəməyə təqdim olunmuş, həmin əmlakların (bir qismi istisna olmaqla) üzərinə həbs qoyularaq, MTK-nın saxlancına verilmişdir. Digər əmlakların MTK-da olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. İstənilən halda, əmlakların kimin saxlancında olmasından asılı olmayaraq, bütün bu müddətdə həmin əmlaklar üzərində həbs olmuşdur. Qeyd olunan halları və MPM-in müvafiq maddəsinin tələbləri nəzərə alınaraq məhkəmə əldən çıxmış fayda kimi 1.662.647 manat məbləğin cavabdehdən tutulması hissəsində də iddianı əsassız s aymış və hesab etmişdir ki, həmin hissədə də iddia rədd olunmalıdır.

46. Qarşılıqlı iddianın digər hissəsini MTK-nın MMC-yə olan borcunu ödəmədiyinə görə gecikdirilmiş ödəniş məbləğinin illik 5 faizinin tutularaq sonuncuya ödənilməsi təşkil edir. Qarşılıqlı iddiaçı ödənişin iki illik gecikdirilməsini nəzərə alaraq, cavabdehdən iki illik faiz borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, pul məbləğinin ödənilməsi gecikdirildiyindən qarşılıqlı iddiaçı cavabdehdən gecikdirilmiş ödəniş məbləğinin illik 5 faizinin tutulmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmənin qənaətinə əsasən həmin faiz məbləği iki il yox, bir il üçün hesablanmalıdır. Bu qənaətə gələrkən məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 24.4-cü bəndinin tələblərini nəzərə alır. Həmin bəndə əsasən bu Qayd aların 24.1 və ya 24.2-ci maddələrinə müvafiq olaraq Podrat Müqaviləsi xitam olunduqdan sonra podratçı tərəfindən yerinə yetirilməli olan işlər tamamlanmayana qədər və bütün xərclər Sifarişçi tərəfindən qəti olaraq müəyyən edilməyənə qədər Podratçı xitam tarixinə qədər yerinə yetirdiyi işlərin müqabilində 1 il ərzində hər hansı ödəniş almaq hüququna malik deyildir. Ona görə də qarşılıqlı iddia qeyd olunan hissədə qismən təmin olunaraq, cavabdehdən gecikdirilməyə görə illik 5 % hesablanmaqla 1.868,70 manat məbləğində pul qarşılıqlı iddiaçının xeyrinə tutulmalı, qalan hissədə rədd olunmalıdır

47. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 385.1, 442, 443.1, 443.2, 443.7, 445.1, 445.2.1, 445.7, 448.1, 448.2, 752.1, 753.1, 759.1, 759.2, 770-ci, Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 99.1, 101.3, 103.1, 107, 115.0.1, 119.1, 164-cü maddələrinə istinadla əsaslandırmışdır.

48. MTK həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən – ilkin iddianın rədd, qarşılıqlı iddianın qismən təmin olunduğu hissəsində ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

49. MMC 2021-ci il həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin – qarşılıqlı iddianın qismən təmin olunduğu hissədə dəyişdirilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

50. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli 2-2(103)-58/2022 nömrəli qətnaməsi ilə MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddiada irəli sürülmüş artıq ödənilmiş məbləğin geri qaytarılması barədə tələblərin rədd və qarşılıqlı iddiada irəli sürülmüş görülmüş işlərə görə pulun tutulması barədə tələblərin qismən təmin olunduğu hissədə ləğv edilmiş, həmin hissədə qarşılıqlı iddia rədd edilmiş, ilk iddia isə qismən təmin olunaraq, MMC-dən MTK-nın xeyrinə 65.776,72 manat məbləğində pul vəsaitinin tutulması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

51. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, tərəflər aras ında podrat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. MTK tərəfindən irəli sürülmüş birinci tələb isə həmin podrat müqaviləsi üzrə MMC-yə artıq ödənilmiş 232.643 manat məbləğində pul vəsaitinin sonuncudan tutularaq MTK-ya ödənilməsi ilə bağlıdır.

52. İş materiallarından da görünür ki, podrat müqaviləsinə “Qiymətlərin və Xidmətlərin Razılaşma Protokolu” 1 saylı Əlavə adlandırılmış iki sənəd mövcuddur və tərəflərin hər biri müqaviləyə əsasən görülmüş işlərin dəyərinin özlərinin təqdim etdiyi Əlavə 1-ə əsasən hesablanmalı olmasını iddia edir. Həmin sənədlər aşağıdakı kimidir: - MTK-nın məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə qazıntı işləri – 110.000 manat, qırmadaş sərilməsi və kipləşdirilməsi – 10.000 manat, bünövrə altında olan izolyasiya işləri – 115.000 manat və dəmir, beton və q əlib işləri – 6.265.000 manat olmaqla, ümumilikdə 6.500.000 manat müəyyən edilmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmişdir. - MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə isə işlərin dəyəri ümumilikdə 13.235.483 manat müəyyən edilmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri və müqavilə dəyəri nisbi xarakter daşıyır və faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış, lakin təkcə MMC tərəfindən möhürlənmiş, MTK tərəfindən isə möhürlənməmişdir.

53. Bununla belə məhkəmə iclasında MTK-nın nümayəndəsi MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə olan imzanı və məlumatları təsdiq etmişdir.

54. Qiymətlərin hansı Əlavə 1-ə əsasən hesablanmalı olması ilə bağlı kollegiya öz mövqeyini əsaslandırmaq üçün aşağıdakı halları nəzərə almışdır: - MTK görülən işlərlə bağlı MMC-yə cəmi nə qədər məbləğdə muzd ödəmişdir; - Görülən işlərin orta bazar qiyməti nə qədər təşkil edir.

55. İşin mübahisəsiz halına görə MTK tərəfindən podrat müqaviləsi üzrə MMC-yə nağdsız qaydada 508.161,62 manat (430.645,44 əsas məbləğ+77.516,18 ƏDV) və nağd qaydada 703.910 manat olmaqla, cəmi 1.212.071,62 manat məbləğində pul vəsaiti ödənilmişdir.

56. Bundan başqa hazırkı apellyasiya baxışı zamanı iş üzrə əlav ə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2022-ci il 25 yanvar tarixli 10/5906-9/7872 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən MMC tərəfindən "xxxx" Tikinti sahəsi BW57 layihəsi üzrə MTK və MMC tərəfindən imzalanmış və möhür vurulmuş 2 saylı formalarda göstərilən tikinti-quraşdırma işlərinin ümumi dəyəri 273.754 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində, "xxxx" Tikinti sahəsində BW57 layihəsi üzrə 2019-cu ilin 2-ci rübündə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərlərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalları tərtib edilməklə hesabat tərtib edilmiş və aparılmış hesablamalar nəticəsində tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin ümumi dəyəri "xxxx"siz 870.707,10 manat, "xxxx" ilə 1.027.434,38 manat məbləğində müəyyən edilmişdir. MTK və MMC arasında bağlanmiş podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən MMC tərəfindən "xxxx" Tikinti sahəsi BW57 layihəsi üzrə MTK və MMC tərəfindən imzalanmış, lakin MTK tərəfindən möhür vurulmamış 2 saylı formalarda göstərilən tikinti-quraşdırma işlərinin ümumi dəyəri 1.146.294,9 manat məbləğində müəyyən edilmişdir.

57. Beləliklə, MTK faktiki olaraq podrat müqaviləsi üzrə ödəmələri (1.212.071,62 manat) MMC-nin istinad etdiyi qiymətlərə əsasən aparmışdır. Həmçinin ekspert rəyinə əsasən görülmüş işlərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi tərəfindən təsdiq olunan bazis smeta qiymətlərinə əsasən hesablanan orta bazar qiyməti (1.027.434,38 manat) MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə qeyd olunan qiymətlərə daha çox uyğundur.

58. Məhkəmə qeyd etmişdir ki, podrat müqaviləsinə əsasən görülmüş işlərin dəyəri MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavəyə və hər iki tərəfin imzaladığı Forma 2 arayışlarına əsasən müəyyən edilməlidir. Eyni zamanda, MMC tərəfindən təqdim edilən 2019-cu il 1 və 19 iyul dövrü əhatə edən Forma 2 arayışı görülmüş işləri təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki həmin Forma 2 arayışı MTK-nın nümayəndəsi tərəfindən imzal anmamış və möhürlə təsdiq edilməmişdir.

59. Görülmüş işlərin dəyərinin həm MTK, həm də MMC tərəfindən məhkəməyə təqdim edilən Forma 2 arayışlarında qeyd olunan məbləğlərin cəmi şəklində hesablanması ilə bağlı MMC-nin dəlillərini, o cümlədən həmin nəticəyə dair hissədə hazırkı iş üzrə birinci instansiya məhkəməsində verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 29 yanvar tarixli 10/3742 saylı ekspert rəyini kollegiya əsassız hesab etmişdir. Görülmüş işlərə görə ödənilməli olan muzdun məbləği aşağıdakı qaydada müəyyən olunmalıdır. Belə ki, hazırkı apellyasiya baxışı zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2022-ci il 25 yanvar tarixli 10/5906-9/7872 saylı ekspert rəyi verilmişdir. Həmin ekspert rəyinə əsasən MMC tərəfindən "xxxx" Tikinti sahəsi BW57 layihəsi üzrə MTK və MMC tərəf indən imzalanmış, lakin MTK tərəfindən möhür vurulmamış 2 saylı formalarda göstərilən tikinti-quraşdırma işlərinin ümumi dəyəri 1.146.294,9 manat təşkil edir. MTK da tikinti-quraşdırma işlərinə görə həmin məbləğdə ödəniş etməli olduğu təqdirdə bundan artıq məbləğdə, yəni 1.212.071,62 manat ödəniş etmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, MTK artıq ödənilmiş 65.776,72 manat pul vəsaitinin MMC-dən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır.

60. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə MTK tərəfindən təqdim edilən "xxxx" MMC-nin 2019-cu il 20 avqust tarixli 92-E saylı ekspert rəyi, X4 2021ci il 4 mart tarixli 131 saylı ekspert rəyi, o cümlədən MMC tərəfindən təqdim edilən "xxxx" MMC-nin 2019-cu il 8 avqust tarixli AEM/A 17-776/19 saylı hesabatı, “X9” MMC- nin 2021ci il 1 mart tarixli mütəxəssis rəyi, Azərbaycan Respublikası X4 2021-ci il 8 aprel tarixli ekspert rəyi sübut qismində qiymətləndirilə bilməz.

61. MTK tərəfindən irəli sürülmüş ikinci tələb işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manatın tutulması ilə bağlıdır. Lakin hazırkı işdə həmin əsaslar müəyyən olunmur. Çünki, iddiaçı müqavilənin həmin bəndinin cavabdeh tərəfindən pozulmasını iddia ərizəsində ümumi şəkildə göstərmiş, həmin halların mövcudluğunu təsdiq edən heç bir sübutu məh kəməyə təqdim etməmişdir.

62. MTK tərəfindən irəli sürülmüş üçüncü tələb müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100.000 manatın tutulması ilə bağlıdır. Lakin, hazırkı işdə bu əsaslar müəyyən edilmir. Çünki MTK ümumiyyətlə zərərin mövcud olmasının təsdiqi barədə mötəbər sübutları təqdim etməmişdir.

63. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia qismən əsaslıdır. Belə ki, MMC tərəfindən irəli sürülmüş birinci tələb podrat müqaviləsi üzrə görülmüş işlərə görə 729.657,2 manat və əlavə dəyər vergisinə görə 212.707,57 manat pulun MTK-dan tutulması ilə bağlıdır. Lakin, hazırkı işdə həmin əsaslar mövcud deyildir. Belə ki, işin hallarından müəyyən olunmuşdur ki, MTK-nın MMC-yə podrat mü qaviləsi üzrə görülmüş işlər üçün ödənilməyən borcu qalmamış, əksinə MTK podrat müqaviləsi üzrə MMC-yə 65.776,72 manat məbləğində artıq muzd ödəmişdir. Bununla da, podrat müqaviləsi üzrə MTK-nın MMC-yə heç bir borcu yoxdur. Həmçinin əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsassızdır. Ona görə də, həmin iddia tələbləri rədd edilməlidir.

64. MMC tərəfindən irəli sürülmüş digər tələb dəymiş zərərə görə 276.365 manatın tutulması ilə bağlıdır. MMC zərərin mövcud olmasını MTK-nın onları qanunsuz şəkildə tikinti sahəsindən məcburi çıxartdığı üçün MMC-nin üçüncü şəxslərlə bağladığı icarə müqavilələri əsasında icarəyə götürdüyü mal-material və avadanlıqların tikinti sahəsində qalması və buna görə də, onun boşuna icarə haqqı ödəməsi ilə əsaslandırmışdır. MTK tərəfindən müqavilənin ləğvi barədə göndərilən bildirişdən, e-mail yazışmalardan müəyyən olunur ki, MMC-yə müqavilənin 2019-cu il 18 iyul tarixdən ləğv edildiyi və tərəflərin müqavilə üzrə bütün öhdəliklərinə xitam verildiyi diqqətə çatdırılmaqla, bildirişin qəbul edildiyi tarixdə podratçının bütün işlərin təxirə salınmadan dayandırması, ona məxsus olan mal-materialların tikinti sahəsindən çıxarılması və 15 gün ərzində görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi xahiş edilsə də, həmin müddət ərzində göstərilən mal-materiallar tikinti sahəsindən çıxarılmamışdır. Sonradan hazırkı məhkəmə prosesi zamanı MTK tərəfindən həmin mal-materialların da daxil olduğu, MMC-yə məxsus əmlakların siyahısı məhkəməyə təqdim olunmuş və məhkəmə qərarları ilə qeyd ol unan icarəyə götürülən əmlaklar istisna olmaqla, digər əmlaklar üzərinə həbs qoyulmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 15.2-ci bəndinə əsasən podratçı onun mülkiyyətində yaxud istifadəsində olan, o cümlədən icarəyə götürülmüş, lizinq ilə əldə olunmuş və ya digər vasitə ilə podratçı tərəfindən təqdim edilmiş əmlakın bu müqavilənin yerinə yetirilməsindən irəli gələn və ya bununla əlaqədar olan itkisi və ya zərərə məruz qalması ilə əlaqədar olaraq sifarişçiyə münasibətdə bütün iddia, itki, zərər, xərc (o cümlədən hüquq xidmətlərinin göstərilməsi ilə əlaqədar olan xərclər), məsrəf və məsuliyyət üzrə öhdəlik daşıyır və bunlardan sifarişçini müdafiə edir və qoruyur və Sifarişçinin müvafiq məsuliyyətini ödəyir. Bu baxımdan kollegiya hesab etmişdir ki, MMC başqa ş əxslərlə aralarında olan icarə müqavilə münasibətləri üzrə yerinə yetirilməmiş öhdəliklərinin icrasını MTK-dan tələb etməkdə haqlı deyil. Ona görə də, həmin hissədə qarşılıqlı iddia rədd edilməlidir.

65. MMC tərəfindən irəli sürülmüş digər bir tələb - adları, miqdarı və vəziyyəti qeyd olunan 166 adda avadanlıq, qurğu, inşaat materiallarının geri qaytarılması, həmçinin çatışmayan, cədvəldə qeyd edilən əmlakların dəyəri olan 95.167,28 manat pul vəsaitinin tutulmasından ibarətdir. Kollegiya hesab etmişdir ki, həmin hissədə qarşılıqlı iddia qismən əsaslıdır.

66. Belə ki, birinci instansiya məhkəməsində gedən icraat zamanı baxışının gedişində MTK tərəfindən işlərin görüldüyü ərazidə olan və MMC-yə məxsus 49 adda mal-materialın siyahısı təqdim olunmuş və məhkəmə qərardadı ilə icarəyə götürülən ə mlaklar istisna olunmaqla, digər əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin 49 adda əmlakdan qüllə kran MMC-yə təhvil verilmiş, digər əmlaklar isə təhvil verilməmişdir. MMC həmin əmlaklardan başqa əmlakların mövcud olduğunu və məhz MTK-nın qanunsuz sahibliyində olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, MTK-nın təqdim etdiyi 48 adda mal-material MMC-yə qaytarılmalı, qalan hissədə isə həmin iddia tələbləri rədd edilməlidir.

67. Eyni zamanda, hazırkı apellyasiya baxışında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2022-ci il 25 yanvar tarixli 10/5906-9/7872 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, ekspertiza təyini haqqında qərarda dda göstərilən 48 adda malların orta istismar müddəti və orta istismar parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 82.784,60 manat müəyyən edilir. Həm iddiaçı, həm də cavabdeh həmin rəyə etiraz etmişdir. Belə ki, iddiaçının nümayəndəsi əmlakların dəyərlərinin şişirdilmiş olmasını, cavabdehin nümayəndələri isə əksinə azaldılmış olmasını bildirmişlər. Qeyd olunan prosessual məsələ üzrə əlavə mübahisənin yarandığı və ən əsası həmin 48 adda olan əmlakların üzərinə həbsin qoyulduğu və icra məmuru tərəfindən siyahıya alındığı nəzərə alınaraq kollegiya hesab etmişdir ki, qətnamənin icrası zamanı həmin əmlakların mövcud olmayacağı qənaətinə gəlmək üçün əsaslar mövcud deyil və ona görə də, hazırkı mərhələdə həmin əmlakların dəyərinin müəyyən edilməsinə zə rurət yoxdur.

68. Qarşılıqlı iddiada irəli sürülmüş digər bir tələb 1.662.647 manat əldən çıxmış faydanın tutulması ilə əlaqədardır. Həmin hissədə MMC qarşılıqlı iddianı onunla əsaslandırılmışdır ki, MTK-da olan əmlakların dəyəri kimi göstərdiyi 722.899 manat məbləğin 1/10 hissəsi qədər, ayda təxminən 72.289,9 manat icarə haqqından əldə edəcəyi gəlirdən mərhum olmuşdur. Belə ki, tikintiyə başlamazdan öncə MMC qeyd olunan avadanlıqları icarəyə verməklə gəlir əldə edirdi ki, həmin müqavilələrə görə əmlakın dəyərinin 1/10 hissəsi icarə haqqı kimi qəbul olunurdu. Cədvəldə qeyd olunan avadanlıqları iddiaçı özündə saxlamaqla MMC-nin təxminən əldə edəcəyi (23ayx72289=1662647) 1.662.647 manat gəlirdən məhrum etmişdir ki, həmin pul da iddiaçıdan tutulub MMC-yə ödənilməlidir. Kollegiya hesab etmişdi r ki, cavabdehin həmin dəlilləri əsassızdır. Belə ki, MTK tərəfindən əmlakların siyahısı məhkəməyə təqdim olunmuş, həmin əmlakların (bir qismi istisna olmaqla) üzərinə həbs qoyularaq, MTK-nın saxlancına verilmişdir. Digər əmlakların MTK-da olmasını təsdiq edən mötəbər sübutlar isə məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə həmin hallar sübutlarla təsdiq olunmuş olsa belə, MMC fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxs və ya şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları da təqdim etməmişdir.

69. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 157.2, 385.1, 404.1, 404.2, 439.4, 443.4, 445.7, 462.1, 752.1, 753, 759.1, 1 091,1092.1-ci; MPM-in 77.1, 119.1, 222.1-ci maddələri ilə əsaslandırmışdır.

70. MMC kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, MTK-nın iddiasının rədd, MMC-nin qarşılıqlı iddiasının isə tam təmin edilməsi xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

71. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 oktyabr tarixli 2-2(102)-622/2022 nömrəli qərarı ilə MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sərdlik edən hakim – B.Qəribov, hakimlər – Ə.Əliyev, İ.Xəlilov).

72. Məhkəmə qeyd etmişdir ki, müqavilənin müvafiq bəndlərində öz əksini tapmış müddəalardan göründü yü kimi, ödənişlər podratçı tərəfindən hazırlanmış və sifarişçi tərəfindən təsdiq olunmuş Forma 2 və onun əsasında sifarişçi tərəfindən hazırlanmış Forma 3 əsasında həyata keçirilir. Hazırkı halda həm ilk iddia tələbi üzrə iddiaçı MTK, həm də qarşılıqlı iddiaçı MMC tərəfindən aşağı instansiya məhkəmələrinə eyni dövrü əhatə edən, sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş, eyni zamanda təkcə sifarişçinin imzası və podratçının imzası və möhürü ilə təsdiqlənmiş, həmçinin təkcə podratçının imzası və möhürü olan 2 saylı formalar təqdim edilmişdir.

73. Qanunvericiliyin tələbləri və müqavilə şərtləri o nəticəyə gəlmək üçün əsas yaradır ki, ilk iddia tələbi üzrə cavabdeh tərəfindən görülmüş işlərə dair təqdim etdiyi işlərin görülməsinə dair "xxxx" aktları ilk iddia üzrə iddiaçı tərəfindən ya qəbul edilməklə təsdiq olunmalı və yaxud öz düzəlişlərini cavabdehə təqdim olunmaqla yeni "xxxx" təqdimi tələb edilməli idi. Lakin hazırkı işin materialları ilə ilk iddiaçı tərəfindən cavabdehdən yeni Forma 2 sənədinin tələb edilməsi müəyyən olunmamış, hər iki tərəf məhkəməyə fərqli məbləğlərin əks olunduğu Forma 2 sənədlərini təqdim etmiş, habelə iş materiallarında müqavilənin tələblərinə əsasən sifarişçi MTK tərəfindən tərtib olunması nəzərdə tutulan Forma 3 sənədi də mövcud olmuşdur ki (bax İ cild, iş.v154), tərəflərdə fərqli məbləğlərin əks olunduğu Forma 2 sənədləri mövcud olduğundan bu Forma 3 sənədinin konkret olaraq hansı razılaşdırılmış Forma 2 sənədi əsasında tərtib edilməsi də aydın deyildir.

74. Bundan başqa, iş materiallarında podrat müqaviləsinə “Qiymətlərin və Xidmətlərin Razılaşma Protokolu” 1 saylı Əlavə adlandırılmış iki sənəd mövcud olmuş və tərəflərin hər biri müqaviləyə əsasən görülmüş işlərin dəyərinin özlərinin təqdim etdiyi Əlavə 1-ə əsasən hesablanmalı olmasını iddia etmişlər.

75. MTK-nın məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə qazıntı işləri – 110000 manat, qırmadaş sərilməsi və kipləşdirilməsi – 10000 manat, bünövrə altında olan izolyasiya işləri – 115000 manat və dəmir, beton və qəlib işləri – ******* manat olmaqla, ümumilikdə ******* (altı milyon beş yüz min) manat müəyyən edilmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imz alanmış və möhürlənmişdir.

76. MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə isə işlərin dəyəri ümumilikdə 13.235.483 manat müəyyən edilmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri və müqavilə dəyəri nisbi xarakter daşıyır və faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış, lakin təkcə MMC tərəfindən möhürlənmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də göstərildiyi kimi məhkəmə iclasında MTK-nın nümayəndəsi MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə olan imzanı və məlumatları təsdiq etmişdir. Belə olduqda, MTK tərəfindən möhürünün olmadığı Əlavə 1-də göstərilənlərin təsdiq olunması, lakin MMC tərəfindən təqdim olunmuş Forma 2 sənədlərində əks olunmuş möhürün MTKya məxsus olmaması və ya möhürün olmaması səbəbindən həmin Forma 2 sənədlərinin qəbul olunmaması ilə bağlı ziddiyyət təşkil edən hal ortaya çıxmışdır

77. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, belə vəziyyətin mövcudluğu göstərilən halların yenidən aydınlaşdırılaraq qiymətləndirilməsi zərurəti yaranmışdır.

78. Məhkəmə kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi 13/5306-3/7872 saylı, 2022-ci il 25 yanvar tarixli eskpert rəyi qüvvədə olmayan 1991-ci ilin basiz smeta qiymətləri əsasında verilməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə apellyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyi artıq qüvvədə olmayan və birmənalı olaraq tətbiqinin dayandırılması nəzərd ə tutulmuş tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi vasitəsilə verildiyindən belə rəyin mötbəbər sübut kimi nəzərə alınması anlaşılan deyildir.

79. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılarkən 2020-ci il 4 iyun tarixli məhkəmə iclasında ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı MMC-nin qanuni təmsilçisi MMC-nin tikinti işləri aparılan sahədən çıxarıldığından görülmüş işlərlə bağlı sənədləşmənin tam formada tərtibinin mümkün olmadığını, ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh MTK-nın nümayəndəsi və vəkili isə tikinti işlərinin daha sonra başqa şirkət tərəfindən aparıldığını və artıq həmin ərazidə tikinti işlərinin yekunlaşdığını, bu səbəbdən hansı işlərin MMC tərəfindən görül düyü müəyyən edilməklə ekspertizanın keçirilməsinin mümkün olmadığını göstərmişdir.

80. Bununla bağlı məhkəmə kollegiyası vurğulamağı zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli, 349 saylı Fərmanı ilə “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, tikintiyə icazə verən orqan (qurum) icazə barədə qərarı, tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə xüsusi nişanı sifarişçiyə təqdim etdikdən sonra 3 (üç) iş günü müddətində həmin obyektin tikintisinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək üçün bu barədə Agentliyə məlumat verməlidir.

81. Məhkəmə həmin Qaydaların 2.11, 2.13-cü bəndlərinə istinadən qeyd etmişdir ki, i şlərin mərhələli şəkildə və ardıcıllığa uyğun olaraq hər mərhələ təsdiq olunduqdan sonra digər mərhələnin başlanıla bilinməsi müəyyən edilmişdir. Göründüyü kimi, Qaydalarda işlərin mərhələli şəkildə və ardıcıllığa uyğun olaraq hər mərhələ təsdiq olunduqdan sonra digər mərhələnin başlanıla bilinməsi müəyyən edilmiş, Qaydalara Əlavə “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda da orada göstərilməsi zəruri olan məlumatlar öz əksini tapmışdır. Bu məlumatlara tikinti obyektinin adı, sifarişçi tərəfindən texniki nəzarəti, podratçı tərəfindən daxili əməliyyat nəzarətini həyata keçirən şəxslərin adları və Jurnalın başlanma tarixi aiddir. X12 2-də göstərilmişdir ki, TDN (tikintidə dövlət nəzarəti) Jurnalı olmadan tikinti obyektində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi qadağandır. Bu qadağaya ə məl olunmaması sifarişçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Əlavəyə Qeyd3-də isə göstərilmişdir ki, TDN Jurnalı tikinti obyektində sifarişçinin məsul nümayəndəsində daimi səliqəli vəziyyətdə saxlanılmalıdır. BDT Müfəttişliyinin vəzifəli şəxsinin tələbi ilə müvafiq qeydlər aparılması üçün ona təqdim edilməlidir. Jurnalın itirilməsi və ya məhv edilməsi məsul şəxsin qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunması üçün əsasdır.

82. Bundan başqa, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2015-ci il 1 aprel tarixli, 20/01-001 saylı Qərarı ilə təsdiq edilmiş “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 7.14-cü bəndinə əsasən, sifarişçinin tikintidə nəzarəti həyata keçirən nümayəndələrin in iradları ümumi (Əlavə D) və xüsusi iş jurnallarına (...) daxil edilir.

83. Həmin normalara əlavə D-də nəzərdə tutulmuş “Ümumi iş Jurnalının aparılması haqqında Qeydlər”ə əsasən, Ümumi iş jurnalı tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllığını, müddətini, keyfiyyətini, yerinə yetirilmə şəraitini və sair məlumatları əks etdirən əsas icra sənədidir. Ümumi iş jurnalı tikinti obyektinin inşasına əvvəldən sonuna kimi cavabdeh olan podratçının (baş podratçının) məsul şəxsi tərəfindən aparılır. Tikintisi başa çatmış obyektin istismarına icazə verən orqan (qurum) tərəfindən icazə verildikdən sonra tikinti obyektinin icra sənədləri daimi saxlanılması üçün sifarişçi tərəfindən obyekti istismar edən təşkilata təqdim olunur.

84. Göründüyü kimi, Əlavə D-də göstərilən “Ümumi iş Jurnalı” adlanan s ənəddə tikinti obyektinin adının, ünvanının, sifarişçi və podratçının adlarının, habelə tikinti işlərinin həm müqavilə üzrə həm də faktiki olaraq başlama və bitmə tarixinin öz əksini tapması və bu Jurnalın podratçı tərəfindən aparılması nəzərdə tutulmuşdur. Belə olduqda, ilk iddia tələbi üzrə iddiaçının qeyd etdiyi kimi əgər mübahisəli binanın tikintisi sonradan başqa şirkət tərəfindən aparılmışdırsa bu zaman həmin podratçı şirkət tərəfindən istinad olunan Normalarda nəzərdə tutulmuş müvafiq Jurnal tərtib olunmalı idi. Belə Jurnalın mövcudluğu binanın həmin şirkət tərəfindən tikintisinin faktiki olaraq hansı tarixdən davam etdirilməsinin və həmin tarixədək ilk iddia tələbi üzrə cavabdeh tərəfindən hansı işlərin görülməsinin müəyyən olunması üçün əhəmiyyətli ola bilərdi.

85. Bu baxımdan, iş lərin MMC-dən sonra hansı şirkət tərəfindən və hansı tarixdən etibarən görülməsi və tikinti işlərinin hansı mərhələdən sonra digər şirkət tərəfindən davam etdirilməsi müəyyən olunmaqla faktiki olaraq hazırkı iş üzrə MMC tərəfindən tikinti işinin hansı mərhələyədək aparılması və MMC tərəfindən tikinti sahəsində görülmüş qazma və tikinti işlərinin ümumi həcminin və dəyərinin müəyyən edilməsi ilə bağlı yuxarıda qeyd olunan jurnallarda öz əksini tapmış məlumatlar əsas götürülməklə (nəzərə alınmaqla) tərəflərin iştirakı ilə və Tikintidə X6 Agentliyinin mütəxəssisləri cəlb olunamaqla yerində məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi zərurəti yaranmışdır. Yalnız belə ekspertiza keçirilməklə əldə olunmuş nəticələr əsasında gəlinmiş nəticə mübahisə üzrə tam, hərtərəfli və obyektivliyə c avab verə bilər.

86. Kassasiya şikayətinin digər - avadanlıqların tikinti obyektində saxlanılaraq qarşılıqlı iddiaçı MMC-yə qaytarılmamaqla ona zərər vurulması və həmin avadanlıqların yararlı olduğu halda qaytarılması, yararlı olmadığı halda isə dəyərinin ödənilməsi ilə bağlı dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi 48 adda avadanlığın MMC-yə qaytarılmalı olması, tələb olunan digər avadanlıqların isə ilk iddia tələbi üzrə iddiaçının tikinti sahəsində qalmasına dair sübutların mövcud olmaması qənaətinə gəlmişdir. Halbuki, mülki prosessual qanunvericilik məhkəmələrə təqdim olunmuş sübutlar kifayət etmədikdə tərəflərə zəruri əlavə sübutlar təqdim olunmasının təklif edilməsi səlahiyyəti verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edi r ki, qarşılıqlı iddiaçı MMC kassasiya şikayətində də digər avadanlıqların ilk iddiaçının tikinti sahəsində qalması ilə bağlı israr etdiyindən göstərilən halların aydınlaşdırılması məqsədi ilə zəruri əlavə sübutların təqdim olunması təklif edilə bilər.

87. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddiaçının MM-in 445.7-ci maddəsinə istinadla və avadanlıqların dəyərinin 5 faizi həddində vəsaitin ilk iddia tələbi üzrə iddiaçıdan tutulması məsələsinə də göstərilən hallar aydınlaşdırıldıqdan sonra qiymət verilə bilər.

88. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarına, MM-in 21.2, 157.2, 385.1, 404.1, 404.2, 439.4, 442, 443.1, 443.2, 443.4, 443.7, 445.1, 445.2, 445.2.1, 445.7, 448.1, 448.2, 462.1, 752.1, 753.1-753.4, 759.1, 759.2, 770, 1091.1, 1091.2, 1092.1, 1091.1.1, 1092.1.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 99.1, 103.1, 119.1, 222-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

89. Yeni apellyasiya baxışında təyin edilmiş kompleks (məhkəmə tikinti-texniki və məhkəmə mühasibatlıq) məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 5 oktyabr tarixli 3-16-16/2-10/3787 nömrəli ekspert rəyinə əsasən, göstərilən obyektdə aparılan qazma və tikinti-quraşdırma işləri rəsmi olaraq sifarişçi təşkilat MTK ilə podratçı təşkilat MMC arasında 2019-cu il 4 mart tarixində bağlanmış müqavilə əsasında aparılmış və 4 ay davam etmişdir. 2019-cu il 3 iyul tarixində sifarişçi rəsmi məktubla işi dayandırmışdır. Təsdiq olunmuş "xxxx" və “Forma 3” iş həcmləri cədvəlləri tam və düzgün tərtib olunmamış və qarşılıqlı təsdiqlənməmişdir. İş rəsmi dayandırıldıqdan sonra görülmüş və yarımçıq qalmış işlər qarşılıqlı razılaşma ilə həmin dövr üçün mövcud fakt kimi təsdiq edilməmiş və protokollaşdırılmamışdır. İlkin nəzərdə qarşılıqlı iddialar həqiqətə oxşar olsa da, hər iki tərəfdən (qarşılıqlı) təsdiqini rəsmi olaraq tapmadığından nə faktki iş həcmlərini, nə də işlənmiş mal-material, tikinti ləvazimatı, avadanlıq, maşın-mexanizim, müxtəlif köməkçi alətlərin sərfi və qalığını tam tərtib etmək mümkün deyil. Təqdim olunmuş istintaq materiallarına, o cümlədən "Ümumi iş jurnalına" əsasən “G", “F”, "E”, “D” və "xxxx" bloklarında po dratçı təşkilat MMC tərəfindən görülmüş qazma və tikinti-quraşdırma işlərinin həcmi aşağıdakı kimidir: - "xxxx" tikinti sahəsi BW 57 layihəsi üzrə “Bingroup MMC” tərəfindən bütün binaların (11 blok-bina) bünövrə çalasının qazılması- 90000,0m3. - Əks doldurma-1811,0m3 - “G” Bloku üzrə görülən işlər:

1. Binanın bünövrəsinin altına 20 sm qalınlığında qırmadaş səpilməsi və kipİəşdirilməsi-132,0 m3 2. beton hazırlıq qatı(B10)-10 sm qalınlığında- 66,0 m3

3. Bünövrəsinin izolyasiyası-881,2 m3 (PVC membran-2,00mm)

4. Qoruyucu qat betonu -66,0 m3

5. Bünövrə tavasının armatur!anması(A500C) - 127,0T

6. Bünövrə tavasının betonİaşması(B30) -634,0 m3

7. Çöl pərdənin armaturlanması (C500) -11,31T

8. Çöl pərdənin betonu (B30) -80,0 m3

9. Binanın pilləkən qəfəsi və lift pərdəsinin armaturlanması (A500C)- 9,86T 10.Binanın pilləkən qəfəsi və lift pərdəsinin qəlibi-187,9 m2 11.01 səviyyəli sütunların arm-23,00 T 12.01 səviyyəli sütunların betonu (30) -17.0 m3 - “F” Bloku üzrə görülən işlər:

1. Binanın bünövrəsinin altına 20 sm qalınlığında qırmadaş səpilməsi və kipləşdirilməsi - 132,0 m3 2.Beton hazırlıq qatı (B10) verilmişdir h= 10sm, V=79,0 metrkub 3.Bünövrənin izolyasiya işləri + 948,0 m2 4.Qoruyucu beton – məhlul qatı (B10) 10 sm-85,0 m3 5.Bünövrə tavasının armaturlanması (A500C) -132,0T

6. Bönövrə tavasının betonlaşması (B30)-767,0 m3

7. Çöl pərdə və sütunların (1-ci zirzəmi) armaturlanması A (500C)-12,0 T

8. Çöl pərdə və sütunların betonu (B30)-96,0 m3

9. Pilləkən qəfəsəsi və lift pərdəsinin (1-ci zirzəmi) armaturlanması-20,0 T 10.Pilləkən qəfəsəsi və lift pərdəsinin betonu-(B30)-76,0 m3 - “E” Bloku üzrə görülən işlər:

1. Bünövrə altında qum-qırmadaş qarışığı səpilmiş və kipləşdirİlmişdir-42,0 m3

2. Beton hazırlıq qatı(B10)-21,0 m3

3. Bönövrənin izolyasiyası-210,0 m2 4* Qoruyucu-düzləndirici beton-məhlul (B10) qatı-20,0 m3

5. Bünövrənin armaturu (A500C)-14,75 T

6. Bünövrənin betonu (B30)-110,0 m3

7. Çöl pərdə və sütunların armaturİanması-(A500C)-6,15 T

8. Çöl pərdə və sütuların qəlibi- 50,0 m2 - “D” Bloku üzrə görülən işlər:

1. Bünövrə altında qum-qırmadaş qarışığı layı verilmiş və kipləşdirilmişdir (20 sm)141,0 m3 2. beton hazırlıq qatı (B10)-70,0 m3

3. Bünövrənin izoiyasiyası-740,0 m2

4. Qoruyucu-beton-məhlul qatı-(10 sm)-74,0 m3 - "xxxx" Bloku üzrə görülən işlər:

1. Bünövrə altında qum-qırmadaş səpilərək kipləşdirilmişdir (20 sm)-180,0 m3

2. Beton (B10) hazırlıq qatı (10 sm) verilmişdir-85,0 m3

90. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 13 dekabr tarixli 2-2(102)-123/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş artıq ödənilmiş məbləğin geri qaytarılması barədə tələblərin rədd edilməsi hissəsində və qarşılıqlı iddiada irəli sürülmüş görülmüş işlərə görə pulun tutulması barədə tələblərin qismən təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə qarşılıqlı iddia təmin edilməmiş, ilk iddia isə qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 65.776,72 manat məbləğində pul vəsaiti tutularaq, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim M.Tağızadə, hakimlərK.Əkbərov, P.Hüseynov).

91. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı təqdim olunmuş ekspert rəyi ilə (bax yuxarıda bu qərarın 89-cu bəndi) görülən işlərin həcmi müəyyən edilsə də, həcmə uyğun olaraq görülən işlərin dəyəri, o cümlədən işlərin dəyəri yerinə yetirilən dövrdə olan orta bazar qiymətlərə əsasən nə qədər təşkil etməsi müəyyən edilməmişdir. Cavabdehin nümayəndələri görülən işlərin dəyəri ilə bağlı sübut kimi Bakı şəhər İcra Hakimiyyətinin “Bakı mənzil Kommunal layihə” institutu tərəfindən tərtib edilmiş 2023-cü il 13 sentyabr tarixli tikinti dəyərinin yekun (toplu) smeta hesablamalarını təqdim etsə də, həmin hesablamalar 2022-ci il 1 sentyabr tarixdə vəziyyətinə olan smeta qiymətləri əsasında tərt ib edildiyindən məhkəmə həmin sübutu mötəbər hesab etməmişdir.

92. Bu səbəbdən də məhkəmə işin materiallarında olan sübutları araşdıraraq qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən, MTK-nın məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə qazıntı işləri-110.000 manat, qırmadaş sərilməsi və kipləşdirilməsi-10.000 manat, bünövrə altında olan izolyasiya işləri-115.000 manat və dəmir, beton və qəlib işləri6.265.000 manat olmaqla, ümumilikdə 6.500.000 manat müəyyən edilmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmişdir. MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əl avədə isə işlərin dəyəri ümumilikdə 13.235.483 manat müəyyən edilmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri və müqavilə dəyəri nisbi xarakter daşıyır və faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış, lakin təkcə MMC tərəfindən möhürlənmiş, MTK tərəfindən isə möhürlənməmişdir.

93. Qeyd edilənlərdən aydın olur ki, MTK-nın məhkəməyə təqdim etdiyi 1 saylı Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş, MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavə isə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalansa da, təkcə MMC tərəfindən möhürlənmiş, MTK tərəfindən isə möhürlənməmişdir. İşə apellyasiya qaydası nda baxılarkən məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə olan imzanı və məlumatları təsdiq etmişdir. Eyni zamanda həm iddiaçı, həm də cavabdeh tərəfindən eyni dövrü əhatə edən, sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş, eyni zamanda təkcə sifarişçinin imzası və podratçının imzası və möhürü ilə təsdiqlənmiş, həmçinin təkcə podratçının imzası və möhürü olan 2 saylı formalar təqdim edilmişdir.

94. Məhkəmə qeyd olunan əlavələri və formaları nəzərdən keçirərək hesab etmişdir ki, 2019-cu il 4 mart tarixli müqaviləyə əsasən görülmüş podrat işlərinin dəyəri cavabdehin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavəyə və hər iki tərəfin imzaladığı Forma 2 arayışlarına əsasən müəyyən edilməlidir. Bu əlavə cavabdeh tərəfindən təqdim edilsə də, iddiaçı da bu əlavə ilə razılaşır. Həmçinin forma 2 arayışlarını da hər iki tərəf imzaladığı üçün mötəbər sübut hesab edilir.

95. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən hər iki tərəfin imzaladığı və möhürlə təsdiq etdiyi Forma 2 arayışlarında qeyd olunan məlumatlar ilə cavabdeh tərəfindən təqdim edilən hər iki tərəfin imzaladığı, lakin yalnız iddiaçı tərəfindən möhürlənmiş 2 nömrəli forma arayışlarda qeyd olunan məlumatlar qarşılıqlı olaraq təhlil edildikdə məlum olmuşdur ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Forma 2 arayışlarında görülmüş bütün işlər detallı şəkildə açıqlanmış və qiymətləri də təfsilatı ilə göstərilmiş, ikincisi cavabdeh tərəfindən təqdim edilən Forma 2 arayışlarında əks olunan bütün işlər iddiaçı tərəfindən təqdim edilən Forma 2 arayışlarında əks oluna n işləri artıqlaması ilə tam əhatə edir.

96. Əvvəlki apelyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 yanvar 2022-ci il tarixli 10/59069/7872 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunur ki, MTK və MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli, *** saylı podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən MMC tərəfindən "xxxx" Tikinti sahəsi BW57 layihəsi üzrə MTK və MMC tərəfindən imzalanmış və möhür vurulmuş 2 saylı formalarda göstərilən tikintiquraşdırma işlərinin ümumi dəyəri 273.754,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində, "xxxx" Tikinti sahə sində BW57 layihəsi üzrə 2019-cu ilin 2-ci rübündə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərlərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalları tərtib edilməklə hesabat tərtib edilmiş və aparılmış hesablamalar nəticəsində tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin ümumi dəyəri "xxxx"-siz 870.707,10 manat, "xxxx" ilə 1.027.434,38 manat məbləğində müəyyən edilmişdir. MTK və MMC arasında bağlanmiş 04 mart 2019-cu il tarixli, *** saylı podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən MMC tərəfindən "xxxx" Tikinti sahəsi BW57 layihəsi üzrə MTK və MMC tərəfindən imzalanmış, lakin MTK tərəfindən möhür vurulmamış 2 saylı formalarda göstərilən tikintiquraşdırma işlərinin ümumi dəyəri 1.146.294,9 manat məbləğində müəyyən edilmişdir.

97. Məhkəmə ekspert rəyində qüvvədə olmayan tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi vasitəsilə hesablanmış 1.027.434,38 manatı qəbul etməyərək, ekspertin mülki iş materiallarındakı məlumatlar üzrə hesablamış olduğu məbləği, yəni 1.146.294,9 manatı daha mötəbər hesab etmişdir. Çünki həmin hesablamalar aparılarkən MMC tərəfindən "xxxx" Tikinti sahəsi BW57 layihəsi üzrə MTK və MMC tərəfindən imzalanmış, lakin MTK tərəfindən möhür vurulmamış 2 saylı formalar əsas götürülmüşdür. Bir daha qeyd edilməlidir ki, həm iddiaçı, həm cavabdeh tərəf həmin 2 saylı formaları qəbul edir.

98. Görülmüş işlərin dəyərinin həm iddiaçı, həm də cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Forma 2 arayışlarında qeyd olunan məbləğlərin cəmi şəklində hesablanması ilə bağlı məhkəmə göstərmişdir ki, hər iki tərəfin təqdim etdiyi forma 2 arayışları eyni tarixlidir, eyni dövrü əhatə edir, eyni layihə ilə bağlıdır. Yalnız mülki iş üzrə tərəflərin təqdim etdiyi forma 2 arayışlarında qeyd edilən həmin işlərin həcmi və dəyərləri fərqli göstərilmişdir. Məhz hazırkı mübahisənin əsasını bu məsələ təşkil etmişdir ki, belə olan halda tərəflərin təqdim etdikləri forma 2 arayışlarının toplanması əsassızdır. Yuxarda da göstərildiyi kimi iddiaçı, həm də cavabdeh tərəfindən təqdim edilən Forma 2 arayışlarının müqayisəsindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən təqdim edilən Forma 2 arayışlarında əks olunan bütün işlər iddiaçı tərəfindən təqdim edilən Forma 2 arayışlarında əks olunan işləri artıqlaması ilə tam əhat ə etmişdir. Yəni, cavabdeh tərəfindən təqdim edilən Forma 2 arayışlarında əks olunan elə bir iş yoxdur ki, iddiaçı tərəfindən təqdim edilən arayışda olmasın. Sadəcə olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Forma 2 arayışlarında görülmüş bütün işlər detallı, tam şəkildə tərtib edilmişdir.

99. İşin materiallarına və tərəflərin izahatlarına əsasən MTK tərəfindən faktiki olaraq 2019-cu il 4 mart tarixli podrat müqaviləsi üzrə ödəmələrin 1.212.071,62 manat olması işin mübahisəsiz halıdır. Belə olan halda, MTK tərəfindən 65.776,72 manat (ödənilən məbləğ (1.212.071,62)-işlərin ümumi dəyəri (1.146.294,9) = artıq ödənilən vəsait 65776,72)) artıq ödəmənin olması müəyyən edilir. Beləliklə görülmüş işlərin həcmi, dəyəri və həmin işlərə görə ödənilmiş muzdla bağlı məhkəmə belə nəticəyə gəlmiş dir ki, işlərin hansı həcmdə və dəyərdə görülməsini təsdiq edən 2 saylı formalar (hər iki tərəfin imzaladığı, lakin iddiaçı tərəfindən möhür vurulmamış) olduğunu nəzərə alaraq bu halların ekspert rəyi əsasında müəyyən edilməsinə lüzum görülmür və tərəflər arasında imzalanmış 2 saylı formalar əsasında iddiaçı tərəfindən cavabdehə 65.776.72 (1212071.62 – 1146294.9) manat məbləğində pul vəsaitinin artıq ödənildiyi müəyyən edilir.

100. Cavabdeh onlar tərəfindən görülən işlərin 2019-cu il 19 iyul tarixinədək davam etdiyini bildirsə də, məhkəmə cavabdehin qeyd edilən dəlili ilə razılaşmamış və bildirmişdir ki, MTK 2019-cu il 3 iyul tarixindən sonra cavabdeh tərəfindən hər hansı iş görülmədiyini bildirərək MMC-nin iddialarını təkzib edir və MMC tərəfindən işlərin 2019-cu il 19 iyul tarixinədək da vam etməsi sübuta yetirilmir. Həmçinin iş jurnallarından da MMC-nin qeyd edilən dəlili təkzib edilir. Belə ki, iş jurnalı ilə müəyyən edilmişdir ki, 2019-cu il 4 iyul tarixindən etibarən qeyd edilən layihə üzrə işlər MTK tərəfindən həyata keçirilməyə başlanılmışdır. Məhkəmə hesab etmişdir ki, bu halın müəyyən edilməsi ilə kassasiya instansiya məhkəməsinin iş jurnalları əsasında araşdırılmalı olan hallara aydınlıq gətirilmişdir. Belə ki, bununla görülmüş işlərin MMC tərəfindən təqdim olunan forma 2 arayışlara uyğun olduğunu müəyyən etmək olur. Eyni zamanda, əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi 2019-cu il 3 iyul tarixindən sonra 2 gün işlədiklərini bildirmişdir. Burdan da aydın olmuşdur ki, cavabdeh tərəfin 2019-cu il 3 iyul tarixindən sonra işləmələri ilə bağlı həm sübut yo xdur, həm də bununla bağlı ziddiyyətli ifadələri mövcuddur.

101. İddiaçının işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manatın tutulması ilə bağlı tələbini əsassız hesab edən məhkəmə göstərmişdir ki, iddiaçı tərəfindən qeyd edilən hallarla bağlı hər hansı sübut təqdim edilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı da qeyd edilənlər öz əksini tapmamışdır.

102. Cavabdeh əvvəlki apellyasiya baxışı zamanı bəzi işlərin gecikdirilməsinin obyektiv, onlardan asılı olmayan səbəblərdən (müvafiq rəyin alınması və s.) baş verdiyini bildirərək, gecikdirilmə ilə bağlı halların onların təqsiri üzündən baş vermədiyini bildirmişdir. Buna münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə və ona əlavədə öhdəliklərin icrası üçün hər hansı konkret tarix göstərilməmişdir. Eyni zamanda iddiaçı da bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

103. Məhkəmə iddiaçının müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100.000 manatın tutulması ilə bağlı üçüncü tələbinə münasibətdə qeyd etmişdir ki, MTK tərəfindən irəli sürülən bu tələb də, onun tərəfindən mötəbər sübutlarla sübut edilmədiyindən, təmin oluna bilməz.

104. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edimiş hallarına əsasən iddiaçının cavabdehə podrat müqaviləsi üzrə görülmüş işlər üçün ödənilməyən borcu qalmamış, əksinə iddiaçı podrat müqaviləsi üzrə cavabdehə 65.776,72 manat məbləğində artıq muzd ödəmişdir. Həmçinin cavabdehin əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələb irəli sürsə də, iddiaçının hər hansı borcu qalması müəyyən edilmədiyindən bu tələb də əsassızdır.

105. Məhkəmə cavabdehin dəymiş zərərə görə iddiaçıdan 276.365 manatın tutulması ilə bağlı digər tələbinə qiymət verərək göstərmişdir ki, mülki qanunvericiliyə görə, cavabdehin zərərlə bağlı tələbi o halda təmin oluna bilərdi ki, cavabdeh zərərin mövcud olmasını, zərərin öhdəliyin pozulması nəticəsində vurulmasını və s. sübuta yetirsin. Lakin qeyd edilənlər nə cavab deh tərəfindən sübuta yetirilə bilinir, nədə ki işin halları ilə müəyyən edilir.

106. Cavabdeh zərərlə bağlı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı onları qanunsuz şəkildə tikinti sahəsindən məcburi çıxartmış və bununla da cavabdehin üçüncü şəxslərlə bağladığı icarə müqavilələri əsasında icarəyə götürdüyü mal-material və avadanlıqları tikinti sahəsində qalmışdır. Mghkəmə bu dəlillərlə razılaşmamış və qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilənin ləğvi barədə göndərilən bildirişdən, e-mail yazışmalarından görünür ki, cavabdehə müqavilənin 2019-cu il 18 iyul tarixindən ləğv edildiyi və tərəflərin müqavilə üzrə bütün öhdəliklərinə xitam verildiyi bildirilmiş, bildirişin qəbul edildiyi tarixdə podratçının bütün işlərin təxirə salınmadan dayandırması, ona məxsus olan mal-materialların tikinti sahəsindən çıxarılması və 15 gün ərzində görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi xahiş edilsə də, qeyd edilənlər nəzərə alınmamışdır.

107. Məhkəmə cavabdehin 166 adda avadanlıq, qurğu, inşaat materiallarının geri qaytarılması, həmçinin çatışmayan, cədvəldə qeyd edilən əmlakların dəyəri olan 95167,28 manat pul vəsaitinin tutulması ilə bağlı digər dəlilinə münasibətdə vurğulamışdır ki, iddiaçı 2019-cu il 19 avqust tarixində iş üzrə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehə məxsus hazırkı ərizəyə əlavə olunan siyahıda göstərilən tikinti malmateriallarının və avadanlıqlarının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 avqust tarixli, e-2-2(81)-1087/2019 nömrəli qərardadı ilə ərizə təmin edilmiş və mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək müvəqqəti təminat tədbiri kimi cavabdehin BW057 tikinti ərazisindəki mal-materialların təsviri və miqdarı barədə siyahıda göstərilən, cavabdehə məxsus avadanlıqların üzərinə həbs qoyulmuşdur.

108. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 31 oktyabr tarixli, e-2- 2(103)-807/19 nömrəli qərardadı ilə cavabdehin şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 avqust tarixli, e-2-2(81)1087/2019 nömrəli qərardadı qismən, isgələ (800 ədəd), alt-üst ayar milləri (650+530 ədəd) və qüllə kranının (1 ədəd) üzərinə həbs qoyulması hissəsində ləğv edilm iş, həmin hissədə ərizə təmin edilməmiş və qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 dekabr tarixli, e-22(81)-1087/2019 nömrəli qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakların istifadəsi iddiaçıya qadağan edilmişdir. Bütün bu qərardadların icrası ilə bağlı tədbirlər görülmüş və bununla bağlı müvafiq aktlar tərtib olunmuşdur. Belə ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 2019-cu il 21 avqust tarixdə 49 adda əmlakın üzərinə həbs qoyulmuş və iddiaçının saxlancına verilmişdir. Daha sonra üzərindən həbs götürülmüş əmlaklar, o cümlədən ağırlıqqaldıran mexanizm (kran) 2020-ci il 20 may tarixində təhvil aktı əsasında cavabdehə təhvil verilmişdir. Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən 2020-ci il 17 aprel tarixində üzərinə həbs qoyulmuş əmlakların istifadəsi iddiaçıya qadağan edilmişdir.

109. Göründüyü kimi, cavabdehin zərər dəydiyini qeyd etdiyi əmlakların üzərinə mülki prosessual qanunvericiliyə uyğun olaraq həbs qoyulmuş və iddiaçının saxlancına verilmişdir. Üzərindən həbs götürülmüş əmlaklar da icra şöbələri tərəfindən cavabdehə təhvil verilmişdir. Bu hallar da müvafiq aktlarla öz təsdiqini tapmışdır. Qərardadlarda qeyd olunmayan və iddia tələbində iddiaçıdan tələb edilən əmlakların isə iddiaçıda olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.

110. Həmçinin tərəflər arasında bağlanmış podrat müqaviləsinin 11.3-cü maddəsinə görə, podratçı iş yerində özünə aid alət, texnika və avadanlıq istifadə etdikdə bunların siyahısını sifarişçiyə bildirməli idi. Lakin həmin avadanlıqların iddiaçıya bildirilməsi ilə bağlı hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

111. Qarşılıqlı iddiada irəli sürülmüş ******* manat əldən çıxmış faydanın tutulması ilə əlaqədar olan tələbə gəldikdə isə, cavabdeh bu tələbini onunla əsaslandırır ki, iddiaçıda MTK-da olan əmlakların dəyəri kimi göstərdiyi 722.899 manat məbləğin 1/10 hissəsi qədər, ayda təxminən 72.289,9 manat icarə haqqından əldə edəcəyi gəlirdən mərhum olmuşdur. Belə ki, tikintiyə başlamazdan öncə cavabdeh MMC qeyd olunan avadanlıqları icarəyə verməklə gəlir əldə edirdi ki, həmin müqavilələrə görə əmlakın dəyərinin 1/10 hissəsi icarə haqqı kimi qəbul olunurdu. Cədvəldə qeyd olunan avadanlıqları iddiaçı özündə saxlamaqla cavabdeh MMC-nin təxminən əldə edəcəyi (23 ay x72289=166 2647) ******* (bir milyon altı yüz altmış iki min altı yüz qırx yeddi) manat gəlirdən məhrum etmişdir ki, həmin pul da iddiaçıdan tutulub ona ödənilməlidir.

112. Məhkəmə həmin tələbin də əsassız olması nəticəsinə gəlmiş və bununla bağlı göstərmişdir ki, iddiaçı MTK tərəfindən əmlakların siyahısı məhkəməyə təqdim olunmuş, həmin əmlakların (bir qismi istisna olmaqla) üzərinə həbs qoyularaq, sonuncunun saxlancına verilmişdir. Digər əmlakların iddiaçıda qalması ilə bağlı isə, yuxarda da qeyd edildiyi kimi cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

113. Məhkəmə həmçinin qeyd etmişdir ki, fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxs və ya şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla ba ğlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları da təqdim etməmişdir.

114. Beləliklə, göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh MMCnin apellyasiya şikayəti isə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş artıq ödənilmiş məbləğin geri qaytarılması barədə tələblərin rədd edilməsi hissəsində və qarşılıqlı iddiada irəli sürülmüş görülmüş işlərə görə pulun tutulması barədə tələblərin qismən təmin edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə qarşılıqlı iddia təmin edilməməli, ilk iddia isə qismən təmin edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

115. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 21.3, 439.4, 443, 752.1, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

116. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

117. MM-nin 385.1, 442, 448, 752.1, 759.1, 754-cü maddələri üzrə - MTK-nın rəhbərliyinin xahişi əsasında işlər görüldükcə 2 nömrəli formalar eyni tarix və nömrə ilə olmaqla 2 nüsxə və fərqli qiymətlər göstərilməklə tərtib olunmuş, qiymətlər və işlərin həcmi olmasına baxmayaraq hər iki nüsxələr üzrə yekun rəqəmlər toplanılmaqla görülən işlərin həcmi və dəyəri müəyyən edilir. Müq avilə bağlandıqdan sonra MMC tərəfindən tikinti sahəsinə mal-material, avadanlıqlar gətirilməyə və 2020-ci ilin mart ayından başlayaraq işlər görülməyə başlanıldı. MMC tərəfindən MTK-ya məxsus "xxxx" BW57 layihəsi üzrə tərtib olunmuş 2 nömrəli forma arayışlar üzrə ƏDV-siz 1.617.814 manat dəyərində işlər görülmüşdür. Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəməsinin 2021-ci il 29 yanvar tarixli 10/3742 nömrəli rəyinə münasibətdə, ekspert İlham Xudiyev 1-ci variantda göstərilmiş işlərin dəyərinin reallığı əks etdirmədiyini, 3-cü variantda göstərilmiş işlərin dəyərinin reallığı əks etdirdiyini bildirmişdir.

118. MTK tərəfindən MMC-yə ödənilmiş pulların heç də hamısı görülmüş işlərə görə ödənilməmişdir ki, həmin pulların bir çoxunun təyinatı fərqli olmuşdur. Belə ki, MTK tərəfindən elektron vergi h esab fakturaları əsasında görülmüş işlərin dəyəri ilə yanaşı 77.516,18 manat ƏDV, 60.000 manatı kran alınması üçün Barış Dəmirə verilmiş, 129.732 manat pulun da MMC tərəfindən görülmüş işlərə heç bir aidiyyəti olmamış, pulun verilməsinə isə əsas kimi müqavilə 168150 əsasında barter ödənişinin alışı kimi göstərilmiş, halbuki tərəflər arasında Podrat müqaviləsinin nömrəsi *** olmuşdur. Qeyd olunanları nəzərə alaraq görülmüş işlərə görə MTK tərəfindən yekunda 888.157 manat pul vəsaiti ödənilmişdir.

119. Beləliklə MTK tərəfindən MMC-yə yalnız görülmüş işlərə görə (1.617.814,2888.157=729.657,2) 729.657,2 manat pul vəsaiti ödənilməmiş, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir ki, apellyasiya məhkəməsi işə baxarkən MM-nin yuxarıda qeyd olunan maddələrini düzgün tətbiq etməmiş və n əticədə əsassız qətnamə qəbul etmişdir.

120. Qanunvericiliyin tələbləri və müqavilə şərtləri o nəticəyə gəlmək üçün əsas yaradır ki, ilk iddia tələbi üzrə cavabdeh tərəfindən görülmüş işlərə dair təqdim etdiyi işlərin görülməsinə dair "xxxx" aktları MTK tərəfindən ya qəbul edilməklə təsdiq olunmalı və yaxud öz düzəlişləri MMC-yə təqdim olunmaqla yeni "xxxx" təqdimi tələb edilməli idi. Lakin hazırkı işin materialları ilə MTK tərəfindən cavabdehdən yeni Forma 2 sənədinin tələb edilməsi müəyyən olunmamışdır.

121. Bundan başqa, işin materiallarında podrat müqaviləsinə “Qiymətlərin və Xidmətlərin Razılaşma Protokolu” 1 saylı Əlavə adlandırılmış iki sənəd mövcud olmuş və tərəflərin hər biri müqaviləyə əsasən görülmüş işlərin dəyərinin özlərinin təqdim etdiyi Əlavə 1-ə əsasən hesablanmalı olmasın ı iddia etmişlər. Məhkəmə formal olaraq ekspertiza təyin etsə də, dəfələrlə müraciət edilməsinə baxmayaraq, öz qərardadının icrasında maraqlı olmamış, ekspertiza tədqiqatında MMC-nin iştirakını təmin etməmişdir. Hətta iş materiallarında görülən işlərin həcmi ilə bağlı mötəbər sübutlar olmasına baxmayaraq mütəxəssis tərəfindən qəsdən həmin işlər nəzərə alınmamışdır. Beləliklə, məhkəmə ekspertiza təyin etməsinə baxmayaraq əslində ekspertizanın keçirilməsində maraqlı olmamış, nəticədə mübahisə üzrə tam, hərtərəfli və obyektivliyə cavab verməyən qətnamə qəbul etmişdir.

122. MM-nin 21-ci maddəsi üzrə - MTK tərəfindən MMC əsassız olaraq tikinti sahəsindən çıxarılmış, çıxarılarkən də heç bir mal-materialların və avadanlıqların, o cümlədən, X2 icarəyə götürülmüş 800 ədədə iskələnin (ayaq altı), 775 cüt çubuğun (qayçının), alt ayar milinin və üst ayar milinin götürülməsinə imkan verilməmiş, bunun nəticəsində də adları qeyd olunan avadanlıqlara görə X3 2019-cu il 17 iyul tarixdən bu günədək (23x8.755) 201.365 manat borc yaranmışdır. Halbuki apellyasiya məhkəməsi adları qeyd olunan malların üzərindən həbs götürmüş olsa da, MTK qərəzli olaraq həmin malları qaytarmamaqla MMC-yə külli miqdarda ziyan vurmuşdur.

123. Bundan başqa, MTK tərəfindən əsassız olaraq tikinti sahəsindən 2019-cu il 18 iyul tarixdə MMC-nin çıxarıldığı halda icarəyə götürülmüş kran MMC-yə 2020-ci il 20 may tarixdə qaytarılmışdır ki, bunun nəticəsində də, MMC-nin Barış Dəmirə (10x7.500) 75.000 manat borcu yaranmış və MMC-yə külli miqdarda ziyan vurulmuşdur. Tikinti sahəsinə gətirilmiş, lakin bu günə kimi MMC-yə təhv il verilməmiş anbardakı mallar həcmi və dəyəri cədvəldə (kassasiya şikayətinin mətninə əlavə olunmuş) öz əksini tapmaqla onların dəyəri 95.167,28 manat olmuş və MTK həmin əmlakı mənimsəməklə MMC-yə ziyan vurmuşdur. MTK tərəfindən MMC-yə məxsus icarəyə verilə biləcək avadanlıqlar (kassasiya şikayətinin mətninə əlavə olunmuş, Zakir İsmayılovun avadanlıqları və kran çıxıldıqdan sonra) da bu günə kimi MMC-yə qaytarılmamış, həmin əmlak geri qaytarılmalı çatışmayanların isə dəyəri ödənilməlidir. Eyni zamanda, MMC-yə həmin əmlakları icarəyə verməklə əldə edəcəyi gəlirdən mərhum olmuşdur. Belə ki, tikintiyə başlamazdan öncə MMC-nin qeyd olunan avadanlıqları icarəyə verməklə gəlir əldə edirdi ki, həmin müqavilələrə görə əmlakın dəyərinin 1/10 hissəsi icarə haqqı kimi qəbul olunurdu. Qeyd olunanları nəzərə alaraq cavabdeh hesab edir ki, cədvəldə qeyd olunan avadanlıqları MTK özündə saxlamaqla MMC-nin təxminən əldə edəcəyi (23x72.289=1.662.647) 1.662.647 manat gəlirdən məhrum olmuşdur.

124. MM-nin 152.1 və 157-ci maddələri üzrə - "xxxx" MMC-nin 2019-cu il 8 avqust tarixli rəyinə əsasən, MMC tərəfindən tikinti sahəsində istifadə üçün gətirilən 722,899 manat dəyərində (faktiki orda olan) 166 adda avadanlıq, qurğu və inşaat materialları geri qaytarılmalı, yarasız hala salınmış və çatışmayan avadanlıqların dəyəri MTK-dan alınıb MMC-yə ödənilməlidir.

125. MM-nin 445.7-ci maddəsi üzrə - MMC tərəfindən 729.657 manat həcmində görülmüş işlərin dəyəri dəfələrlə tələb edilməsinə baxmayaraq, bu günə kimi MTK tərəfindən ödənilməmişdir. MTK MMC-yə olan borcunu ödəmədiyinə görə həmin məbləğin illik 5 faiz tutularaq sonuncuya ödənilməlidir. Belə ki, ödənişin iki ildir gecikdirilməsini nəzərə alınaraq, iki illik faiz borcu (729.657x0,05x2=72.965,7) 72.965,7 manat təşkil edir. Bundan başqa, MTK MMC-yə olan borcunu ödəmədiyinə görə ödənilməmiş 729.657 manat məbləğin illik 5 faiz tutularaq sonuncuya ödənilməlidir. Lakin məhkəmə qeyd olunanları nəzərə almamışdır.

126. MPM-nin 2.2, 217, 218 və 372.1-ci maddələri üzrə - işə baxan apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi qəbul etdiyi qətnamədə apellyasiya şikayətində göstərilən xüsusatlara ümumiyyətlə münasibət bildirib hüquqi qiymət verməmişdir. Həmçinin, apellyasiya şikayətinə dair etirazının dəlillərinə münasibət bildirilib hüquqi qiymət verilmədiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşı lıqlı münasibətinə uyğun əsaslandırılmadığından iş üzrə düzgün qətnamə qəbul edilməməmişdir.

127. MPM-nin 88, 420-ci maddələri üzrə - işə baxmış apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan və təqdim olunmuş sübutlara, eləcədə məhkəmə iclasında dindirilmiş şahid ifadəsinə qəbul etdiyi qətnamədə münasibət bildirib hüquqi qiymət verməmişdir.

128. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi tərəfindən mütəxəssis rəyi verilərkən Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 23 dekabr tarixli qərardadının tələbləri kobud surətdə pozulmuş və eyni zamanda işin materiallarında öz əksini tapan və görülməsi hər iki tərəfdən qəbul edilmiş işlərin bir qisminin nəzərə alınmadığı məlum olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadın da tərəfləri n və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin mütəxəssislərinin iştirakı ilə ekspertizanın keçirilməsi nəzərdə tutulsa da, mütəxəssis rəyi hazırlanarkən MMC-nin iştirakı təmin edilməmişdir.

129. Məhkəmələr tərəfindən yalnız MMC-nin nümayəndəsi tərəfindən imzalanmış və möhür vurulmuş 2 saylı forma arayışlar üzrə (2019-cu il 1 iyul - 2019-cu il 19 iyul tarixlər üzrə) 192.304 manat məbləğ də göstərilən işlərin görülməsi və təhvil verilməsi ilə bağlı mötəbər sübutlar təqdim olunmamasını qeyd etməklə də yanlışlığa yol vermişdir. MTK-nın layihə rəhbəri Tural Məmmədov tərəfindən 2019-cu il 13 iyul tarixdə eyni zamanda Barış Demirə, Şener Aslana, Rüfət Qasımova və Orxan Rəcəbova göndərilmiş məktubda və məktuba əlavə olunmuş təhvil-təslim aktına əlavədə MMC tə rəfindən 164.929,78 manat dəyərində işlərin görülməsi öz təsdiqini tapmışdır. Arada yaranmış fərq ondan ibarət olmuşdur ki, eyni həcmli işlər MTK tərəfindən müqavilə qiymətləri ilə deyil, tamam fərqli qiymətlərlə hesablanmışdır. Göründüyü kimi, onlar MMC-yə 2019-cu il 3 iyul tarixdə işlərin dayandırılması ilə bağlı bildiriş göndərmiş olsa da, təhvil-təslim aktına əlavəni 2021-ci il 13 iyul tarixdə göndərmişdir. Bu zaman məhkəmə ən pis halda yalnız MMC tərəfindən 2019cu il 1 iyul - 2019-cu il 19 iyul tarixdə görülmüş işlərin dəyəri kimi 192.304 manat məbləği deyil 164.929,78 manat məbləği əsas götürə bilərdi. Lakin məhkəmə qərəzli olaraq bunu etməmiş və bununla bağlı mötəbər sübut təqdim olunmadığını göstərmişdir.

130. İşin materiallarında olan maliyyə sənədlərindən və müqavilələrə əsasən a rmatur və betonun alınması, qazıntı və izolyasiya işlərinin görülməsi, yəni 4 hal üzrə görülmüş işlər və alınmış materialın ümumi dəyəri 1.056.280 manat təşkil etmişdir. Beləliklə, görülmüş işlərin dəyəri və alınmış mal-materialın dəyəri barədə mötəbər sübutlar mövcud olduğu halda bazar qiymətlərinə əsaslanan rəyə istinad etməsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmasını şübhə altına almış olur.

131. MTK tərəfindən MMC-yə forma 2 arayışları üzrə nağdsız qaydada 508.161,62 manat (430.645,44 manat əsas məbləğ+77.516,18 manat ƏDV) məbləğin ödənilməsi işin mübahisəsiz halıdır. Mübahisəli məqam ondan ibarətdir ki, MTK-nın qənaətinə əsasən 508.161,62 manat bütövlükdə görülmüş işlərin dəyərindən çıxılmalıdır, MMC-nin qənaətinə əsasən isə görülmüş işlərin dəyərindən ödəni lmiş məbləğlər çıxılarkən 77.516,18 manat ƏDV ödənişi olduğuna görə çıxılmamalıdır. Məhkəmə qeyd olunanlara qiymət verməyərək 508.161,62 manat bütövlükdə görülmüş işlərin dəyərindən çıxmışdır.

132. Qarşılıqlı iddia tələbində çatışmayan əmlakların dəyəri olan 95.167,28 manat pul vəsaitinin MTK-dan tutulması hissəsi ilə bağlı 95.167,28 manat dəyərində əmlaklar 2019cu il 8 avqust tarixli rəydə öz əksini tapmışdır.

133. Bundan başqa məhkəmə araşdırması zamanı MMC tərəfindən görülən işlərin dəyəri ilə bağlı sübut kimi Bakı şəhər İcra Hakimiyyətinin “Bakı mənzil Kommunal layihə” institutu tərəfindən tərtib edilmiş 2023-cü il 13 sentyabr tarixli tikinti dəyərinin yekun (toplu) smeta hesablamalarını təqdim edilsə də, apellyasiya məhkəməsi həmin hesablamaların 2022-ci il 1 sentyabr tarixə vəziyyəti nə olan smeta qiymətləri əsasında tərtib edildiyini əsas gətirərək həmin sübutu mötəbər hesab etməmişdir. Lakin sözügedən tikinti dəyərinin yekun (toplu) smeta hesablamaları FHN tərəfindən proqram əsasında hazırlanmış, hesablamalar 2022-ci il vəziyyətinə əsasən tərtib olunsa da, həmin qiymətlərlə 2019-cu ilin qiymətləri arasında əsaslı bir fərq mövcud olmamışdır. Məhkəmə yalnız 2022-ci ildə olan vəziyyətini əsas gətirib sübut kimi imtina etmək əvəzinə, obyektiv araşdırma aparmamaqla 2019-cu ilin qiymətləri ilə 2022-ci ilin qiymətləri arasında müqayisəli təhlil aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

134. MTK kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, MMC hesab edir ki, ona MTK tərəfindən ödənilən vəsaitin 77.516,18 manat hissəsini ƏDV təşkil etməsi səbəbindən, həmin vəsait görülmüş işlərin dəyərinə aid edilməmlidir. Lakin MMC ƏDV ödəyicisi olduğu halda, MTK ƏDV ödəyicisi deyil. Qanunvericilikdə təsbit olunmuşdur ki, ƏDV müvafiq surətdə əvəzləşdirilməli olan vergi məbləğidir. Qeyd edildiyi kimi, MTK ƏDV ödəyicisi olmadığına görə həmin məbləği əvəzləşdirə bilmir və nəticədə ƏDV ödəyicisi olan MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği sonuncunun əvəzindən MTK tərəfindən ödənilmişdir. Bir məqam da nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.1-ci bəndinə əsasən müqavilənin dəyəri ƏDV xaric müəyyən edilmişdir. Bu o deməkdir ki, ödənilən hər məbləğə görə sifarişçi podratçının ödəməli olduğu ƏDV-ni əsas məbləğdən əlavə olaraq podratçının əvəzinə dövlət büdcəsinə ödəməlidir. Digər tərəfdən ödəni ş tapşırıqlarına nəzər yetirilsə, görünür ki, hər forma 2 aktı üzrə 2 dəfə ödəniş həyata keçirilmişdir. Bunların birincisi əsas, ikincisi isə ƏDV məbləğinin ödənilməsi ilə bağlı olmuşdur. MTK ƏDV ödəyicisi olmadığına görə həmin məbləğlər ödəniş tapşırıqlarında müqavilə üzrə görülmüş işlərin dəyəri olaraq təyin edilmişdir. Buna görə də nağdsız qaydada ödənilən ödənişlər üzrə ƏDV məbləği görülmüş işlərin dəyərinə aid edilməlidir.

135. Qarşılıqlı iddia ərizəsinə əlavədə MMC ilkin iddia üzrə ümumiyyətlə qəbul etmədiyi məbləğlər üzrə ödənişlərin görülmüş işlərə aidiyyətinin olmadığını göstərmişdir. Dolayısı ilə, MMC öz ərizəsində MTK tərəfindən ödənilmiş məbləğləri almadığını iddia etməmiş, bundan imtina etməmiş, əksinə pul vəsaitlərini aldığını qəbul etmişdir, sadəcə aldığı vəsaitlərin görülmü ş tikinti işlərinə aidiyyətinin olmadığını göstərmişdir. MTK hesab edir ki, bu mövqe ilkin iddia üzrə MMC-nin görülmüş tikinti işlərinə və aldığı pul vəsaitlərinə görə məsuliyyətdən boyun qaçırmaq cəhdlərindən başqa bir şey deyildir.

136. Qarşılıqlı iddia üzrə iddia tələbinin həcminin artırılmasına dair ərizənin 3-cü bəndində qeyd edilən hallara dair hər hansı mötəbər sübut təqdim edilməmişdir.

137. MMC hesab edir ki, kassa məxaric orderləri üzrə ödənilən 129.732 manat məbləğində pul vəsaitinin barter ödənişinin alışı kimi göstərilməsinin MMC-yə aidiyyəti olmamışdır.MTK bununla bağlı bildirir ki, təqdim edilən bütün kassa məxaric orderlərinə əsasən, ödənişlər BW-57 layihəsi üzrə həyata keçirilmişdir, hansı ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin predmetini təşkil edir və müqav ilədə qeyd edilmişdir.

138. MTK bildirir ki, hər iki tərəfin təqdim etdiyi forma 2 arayışları eyni tarixlidir, eyni dövrü əhatə edir, eyni layihə ilə bağlıdır. Yalnız mülki iş üzrə tərəflərin təqdim etdiyi forma 2 arayışlarında qeyd edilən həmin işlərin həcmi və dəyərləri fərqli göstərilmişdir. Məhz hazırkı mübahisənin kökündə də bu məsələ durur ki, belə olan halda tərəflərin təqdim etdikləri forma 2 arayışlarının toplanması əsassız və məntiqsizdir.

139. MTK qeyd edir ki, müqavilə şərtlərinə uyğun olaraq 2019-cu il 3 iyul tarixdə MTK tərəfindən MMC-yə bildiriş göndərilmiş və sözügedən bu bildiriş MMC-yə təqdim edildikdən sonra MTK tərəfindən hər hansı tikinti işinin aparılmasına icazə verilməmişdir. Lakin buna baxmayaraq MMC-nin vəzifəli şəxsləri öz mülahizələri əsasında və birtərəfli qayd ada tərtib edilmiş, yəni MTK-nın heç bir vəzifəli şəxsi tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmiş 2019-cu il 1 iyul-2019-cu il 19 iyul dövrü əhatə edən forma 2 arayışını məhkəməyə təqdim etmiş, həmin işlərin görüldüyünü iddia etməklə həmin işlərin dəyərini də MTK-dan tələb etmişdir.

140. Qarşılıqlı iddia üzrə iddia tələbinin həcminin artırılmasına dair ərizənin 7-ci bəndində (6-cı səhifə) qeyd edilən hallara dair bildirilir ki, həmin bəndlərdə göstərilən hesablamalar hər hansı bir sübuta əsaslanmır və biri-biri ilə ziddiyyət təşkil edir.

141. Qarşılıqlı iddia üzrə iddia tələbinin həcminin artırılmasına dair ərizənin digər bir hissəsi isə avadanlıqlarla bağlıdır. MMC-nin tələb etdiyi əmlakların üzərinə mülki prosessual qanunvericiliyə uyğun olaraq həbs qoyulmuş və MTK-nın saxlancı na verilmişdir. Üzərindən həbs götürülmüş əmlaklar da icra şöbələri tərəfindən MMC-yə təhvil verilmişdir. Bu hallar da müvafiq aktlarla öz təsdiqini tapır. Qərardadlarda qeyd olunmayan və iddia tələbində MTK-dan tələb edilən əmlakların isə MTK-da olmasının təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin, hazırkı mərhələdə iş üzrə yekun məhkəmə aktı qəbul edilməmiş üzərinə həbs qoyulmuş əmlaklarla bağlı vurulmuş zərərin tələb edilməsini əsassız və qanuna zidd hesab edilir. Ümumilikdə qarşılıqlı iddia ərizəsi və kassasiya şikayətində işin hallarına aid olan və olmayan normalar sadəcə olaraq sadalanmış, lakin əlaqələndirilməmiş, əsaslandırılmamış, o cümlədən MMC-nin istinad etdiyi hallar hər hansı sübutla öz təsdiqini tapmamışdır. Kassasiya baxışının hədləri

142. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməyən hissələrində mübahisələndirildiyindən onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yalnız həmin hissələrdə yoxlanılacaqdır.

143. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tədbiq edi lən hüquq

144. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərç əkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

439. Pul öhdəliklərinin icrası... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin i cra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazand ıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qay da irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur....” Maddə

759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir....” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şam il edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə....”

145. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;...” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

146. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında 2019-cu il 4 mart tarixli podrat müqaviləsi bağlanmış, 2019-cu ilin iyul ayında həmin müqavilə münasibətləri pozulmuşdur. Hər iki tərəf həmin müqaviləyə istinadla bu qərarın 15 və 20-ci bəndlərində qeyd olunan tələblərlə məhkəməyə müraciət etmişlər.

147. Tərəflər arasında sözügedən podrat müqaviləsindən yaranan həm ilkin, həm də qarşılıqlı iddiada qaldırılan mübahisəli məsələlərdən biri görülmüş işlərin dəyəri, MTK tərəfindən ödənilmiş məbləğin görülən işlərin dəyərini tam qarşılayıb-qarşılamaması, artıq ödənişin olub-olmamas ı ilə bağlıdır.

148. Apellyasiya instansiyası məhkəməsi işin materiallarına və tərəflərin izahatlarına əsasən müəyyən etmişdir ki, iddiaçı MTK tərəfindən sözügedən podrat müqaviləsi üzrə MMC-yə ödənilən vəsaitin miqdarı 1.212.071,62 manat təşkil etmişdir.

149. İşin qeyd olunan halını mübahisələndirən cavabdeh MMC müqavilə üzrə görülmüş işlərə görə aparılan ödənişin 888.157 manat təşkil etməsini göstərsə də, ödəmələrin miqdarı ilə bağlı məhkəmənin gəldiyi nəticəni təkzib edən sübutları işə mahiyyəti üzrə baxmaq və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməmişdir.

150. Apellyasiya instansiyası məhkəməsi müqavilə üzrə görülmüş işlərin həcmi, dəyəri və həmin işlərə görə ödənilmiş muzdla bağlı ilkin iddianı qismən təmin edərək belə qənaətə gəlmişdir ki, iddiaçı M TK tərəfindən cavabdeh MMC-yə 65.776.72 manat artıq ödənilmişdiir. Məhkəmə həmin nəticənin davamı olaraq, MTK-nın MMC-yə hər hansı borcunun olmaması əsası ilə qarşılıqlı iddianın görülmüş işlərə görə 729.657,2 manat muzdun və ona hesablanmış əlavə dəyər vergisinin, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissəsinin də əsassız olması qənaətinə gəlmişdir.

151. Məhkəmə kollegiyası aşağıdakılara əsasən MMC-dən MTK-nın xeyrinə görülmüş işlərin dəyəri kimi artıq ödənilmiş 65.776,72 manat pulun tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

152. Belə ki, əvvəlki kassasiya icraatında məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına göndərərkən, MMC-dən MTK-nın xeyrinə görül müş işlərin dəyəri kimi artıq ödənilmiş 65.776,72 manatın tutulması hissəsində məhkəmənin istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 13/5306-3/7872 saylı, 2022-ci il 25 yanvar tarixli ekspert rəyinin mötəbərliyi ilə bağlı qeyd etmişdir ki, həmin rəy, artıq qüvvədə olmayan və birmənalı olaraq tətbiqinin dayandırılması nəzərdə tutulmuş tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi vasitəsilə verildiyindən belə rəyin mötəbər sübut kimi nəzərə alınması anlaşılan deyildir. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılarkən 2020-ci il 4 iyun tarixli məhkəmə iclasında MMC-nin qanuni təmsilçisi MMC-nin tikinti işləri aparılan sahədən çıxarıldığından görülmüş işlərlə bağlı sənədləşmənin tam formada tərtibinin mümkün olmadığını, MTK-nın nümayəndə si və vəkili isə tikinti işlərinin daha sonra başqa şirkət tərəfindən aparıldığını və artıq həmin ərazidə tikinti işlərinin yekunlaşdığını, bu səbəbdən hansı işlərin MMC tərəfindən görüldüyü müəyyən edilməklə ekspertizanın keçirilməsinin mümkün olmadığını göstərmişdir.

153. Kassasiya kollegiyasının göstərişləri ondan ibarət olmuşdur ki, işlərin MMC-dən sonra hansı şirkət tərəfindən və hansı tarixdən etibarən görülməsi və tikinti işlərinin hansı mərhələdən sonra digər şirkət tərəfindən davam etdirilməsi müəyyən olunmaqla faktiki olaraq hazırkı iş üzrə MMC tərəfindən tikinti işinin hansı mərhələyədək aparılması və MMC tərəfindən tikinti sahəsində görülmüş qazma və tikinti işlərinin ümumi həcminin və dəyərinin müəyyən edilməsi ilə bağlı jurnallarda öz əksini tapmış məlumatlar əsas götürülməkl ə (nəzərə alınmaqla) tərəflərin iştirakı ilə və Tikintidə X6 Agentliyinin mütəxəssisləri cəlb olunmaqla yerində məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi zərurəti yaranmışdır. Yalnız belə ekspertiza keçirilməklə əldə olunmuş nəticələr əsasında gəlinmiş nəticə mübahisə üzrə tam, hərtərəfli və obyektivliyə cavab verə bilər.

154. MPM-in 420-ci maddəsinin tələblərinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

155. «…qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).

156. Yeni apellyasiya baxışında kassasiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla məhkəmə kompleks ekspertizası (tikinti-texniki və mühasibatlıq) təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 5 oktyabr tarixli 3-16-16/2-10/3787nömrəli ekspert rəyi ilə görülən işlərin həcmi müəyyən edilsə də, həcmə uyğun olaraq görülən işlərin dəyəri, o c ümlədən işlərin dəyəri yerinə yetirilən dövrdə olan orta bazar qiymətlərə əsasən nə qədər təşkil etməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə əvvəlki apelyasiya icraatında keçirilmiş ekspertizanın 13/5306-3/7872 saylı, 2022-ci il 25 yanvar tarixli ekspert rəyini əsas götürməklə, MTK tərəfindən 65.776,72 manat (ödənilən məbləğ (1.212.071,62) – işlərin ümumi dəyəri (1.146.294,9) = artıq ödənilən vəsait 65776,72)) artıq ödəmənin olmasına dair eyni nəticəyə gəlmişdir.

157. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəflər arasında görülən işlərin ümumi dəyərini müəyyən edərkən kassasiya instansiyası məhkəməsi tərəfindən mötəbərliyinin yenidən yoxlanılması istiqamətində göstərişlər verilmiş ekspert rəyinə istinad edərək yekun nəticəyə gəlmiş, bununla da MTK tərəfindən 65.776,72 manatın cavabde h MMC-yə artıq ödənilməsinə dair düzgün olmayan nəticəyə gəlmiş, MM-nin 752.1, 753 və 759-cu maddələrinin tələbləri pozulmuşdur (mətni üçün bax bu qərarın 144-cü bəndi).

158. Həmin maddələrin məzmununun birgə təfsirindən müəyyən edilir ki, sifarişçi yalnız yerinə yetirilmiş işlərə görə razılaşdırılmış muzd ödəməyə borcludur.

159. Sübutetmə yükü ilə bağlı prosessual tələblərə əsasən, podratçıya görülmüş işlərin dəyərindən artıq məbləğdə ödəniş edilməsini sübut etmək vəzifəsi iddia edən tərəfin, yəni iddiaçı MTK-nın üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (bax yuxarıda § 166).

160. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

161. «Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə fa ktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respubli kasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

162. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər

163. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə iki dəfə mahiyyəti üzrə apellyasiya qaydasında baxılmasına baxmayaraq, iddiaçı MTK, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə podratçıya görülmüş işlərin dəyərindən artıq məbləğdə ödəniş edilməsini sübut etmək vəzifəsini yerinə yetirərək, tələbinin əsaslı olmasını təsdiq edən “əsaslı şübhələr yaratmayan” sübutlar təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddiaçının artıq ödənilmiş muzdun qaytarılması tələbinin təmin edilməsi podrat qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Kollegiya həmçinin hesab edir ki, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsinə zərurət olmadığından, iş üzrə qəbul edilmiş qətnamə ilk iddianın təmin olunan hissəsində (MMC-dən MTK-nın xeyrinə 65776,72 manat məbləğində pul vəsaitinin tutulması) ləğv edilmə li, həmin hissədə yeni qərar qəbul edilərək, ilk iddia həmin hissədə rədd olunmalıdır.

164. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən qalan hissəsi-qarşılıqlı iddianın təmin olunmayan hissəsində kassasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edir ki, həmin dəlillər əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kollegiya cavabdeh MMC-nin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə, maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki proses sual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

165. Həmçinin nəzərə alınmalıdır ki, MPM-nin 407.2-ci maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir.

166. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

167. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2023-cü il 13 dekabr tarixli 2-2(103)-123/2023 saylı qətnaməsi qismən- ilk iddianın qismən təmin edilməsi və Cavabdeh MMC-dən İddiaçı MTK-nın xeyrinə 65776,72 (altmış beş min yeddi yüz yetmiş altı manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilsin. Yeni qərar qəbul edilsin və ilk iddia həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar