Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-378/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), 04.09.2019 Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Əsgərov Anar Əliağa oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı podrat müqaviləsi üzrə görülmüş işlərlə bağlı pulun ödənilməsi tələbinə dair ilkin iddiası və “xxxx” ASC-nin cavabdeh İddiaçınə qarşı “vurulmuş ziyanın ödənilməsi” haqqında qarşılıqlı iddiasına dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının 2-2(103)-15/2019 saylı 19 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında, 04 sentyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.781.726,43 manat əsas borcun, 921.062 manat faiz borcunun və dövlət rüsumu kimi ödənilmiş 31 manat olmaqla, cəmi 2.702.819,43 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı” xxx Müəssisəsi ilə “xxxx” ASC arasında 09 dekabr 2011-ci il tarixli, ASTİK 675/1111 nömrəli podrat müqaviləsi bağlanmış, tərəflərin razılaşması ilə həmin müqaviləyə 29.11.2012-ci il tarixdə 2 nömrəli əlavə edilmişdir. Müqavilənin şərtlərinə görə ‘‘İddiaçı” xxx Müəssisəsi tərəfindən “Akkord Sənaye «xxxx» ASC-nin sifarişi ilə xxxx QSC-nin 23 sentyabr 2010-cu il tarixli, 16 saylı Texniki Şərtinin bütün müddəalarına uyğun və Layihə-Smeta sənədlərinə əsasən X6 Stansiyası ilə X4 arasında birləşdirici yolun tikintisini və zavoddaxili yol parkının tikintisini nəzərdə tutan 9 bənd üzrə işləri yerinə yetirməyi öz üzərinə götürmüşdür. Müqavilə üzrə iddiaçı tərəfindən 11467.28 m birləşdirici yolun və 6914 m zavoddaxili yolun tikintisi, Qazax stansiyasında 840 m uzunluğunda 4-cü yolun tikintisi, stansiya növbətçisi ilə zavodarası dispetçer rabitəsi əlaqəsinin yaradılması, bir ədəd mühafizə olunan, iki ədəd mühafizə olunmayan avtomobil keçidlərini n tikintisi, 01,02,03,04 saylı yol dəyişənlərin işarəverməmərkəzləşmə və blokirovka (İMB) qurğularına qoşulması, o cümlədən müəllif nəzarəti və sənədlərin hazırlanması işi həyata keçirilməklə müqavilənin ümumi dəyəri - ƏDV daxil 8.132815,59 AZN müəyyən edilmişdir. Tərəflər əlavə edilmiş müqavilə şərtlərinə görə razılaşmışlar ki, iddiaçı müqavilədə göstərilən tikinti işlərini icra edib, qüsursuz vəziyyətdə təhvil verəcək, sənədlərin və texniki pasportun hazırlanmasını, dövlət orqanlarında təsdiq edilməsini isə 01.04.2013-cü il tarixədək icra edib, cavabdehə təqdim edəcəkdir. Müqavilə üzrə görüləcək işlərin həcmi, bölgüsü və dəyəri cədvəldə əks etdirilməklə, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı görülmüş işlərin həcmi və dəyərini müəyyən edən “Forma2” və "Forma-3” (F-2, F-3) sənədlərin i hazırlayıb təsdiq etmək üçün cavabdehə təqdim etmiş, hər aya ödənilməli məbləğ göstərilməklə “xxxx” ASC-nin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Müqavilə üzrə işlər yerinə yetirildikdən sonra tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 10.06.2014-cü il tarixli aktı tərtib edilmiş, komissiyanın qərarı ilə “Qazax dəmiryol stansiyası ilə X2 birləşdirən dalan dəmiryol xəttinin, o cümlədən zavod daxili yolların tikintisi” obyekti istismara qəbul edilmişdir. Akta əsasən tikinti hüdudlarında dəmiryolu keçidlərinin və birləşdirici yolun kommunikasiya xətləri obyektlərinin normal istismarı təmin edilmiş, Qazax stansiyasında uzunluğu 0.876 km, ümumi məbləği 95.403,0 manat (ƏDV ilə) olan 4-cü stansiya yolları təmir olunmuş, 7 yoldəyişən qurğu təmir edil miş, Qazax stansiyasının tək boğazında uzunluğu 0.291 km, ümumi məbləği 315.826,13 manat (ƏDV ilə) olan yoldəyişənlərarası sahə yolları yerinə yetirilmişdir. Eyni zamanda “xxxx” QSC-nin 23 sentyabr 2010-cu il tarixli, 16 saylı Texniki şərtinin bütün tələblərinin yerinə yetirildiyi, işçi komissiyanın etdiyi iradların 24.02.2014-cü il tarixindən aradan qaldırdığı bildirilmişdir. Müqavilə üzrə 6.262.215,87 manat dəyərində işin yerinə yetirilməsinə baxmayaraq cavabdeh tərəfindən avans və aktlar üzrə 5.121.736,55 manat ödəniş edilmişdir. Dekabr 2013-cü il tarixə görülmüş işlərə dair 16.01.2014-cü il tarixdə təsdiq olunmuş 22 saylı akta əsasən ƏDV-siz əsas məbləğ 116.653,38 manat, 25 saylı akta əsasən ƏDV-siz əsas məbləğ 100.372,09 manat, 26 saylı akta əsasən ƏDV-siz əsas məbləğ 251.731,0 mana t, birləşdirici və zavod daxili yollarda görülmüş işlərin təhvil-təslim aktı üzrə fərq (Maliyyə hesabatı) - 63.081,0 manat ödənilməmişdir. "xxxx” tərəfindən verilmiş 2081 ədəd dəmir beton şpalın dəyərinin müqavilədə hər birinin qiyməti 60 manatdan nəzərə alınmasına baxmayaraq, bir ədədi 91 manat olmaqla, dəyəri görülmüş işlərin məbləğindən tutulmuşdur. 31 manatdan olmaqla 2081 ədəd şpala görə yaranmış fərq (64.511,0 manat) və nəqliyyat xərci – 8.800 manat, cəmi ƏDV-siz 73.311,0 manat təşkil edir. Ümumilikdə cavabdehin ƏDV-siz 1.509.937,65 manat, ƏDV ilə 1.781.726,43 manat borcu yaranmışdır, Komissiya tərəfindən icra edilmiş işlərin qəbul edilməsindən 1 il 8 aydan çox müddət keçməsinə və borcun ödənilməsi barədə dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq, bu günədək borc ödənilməmiş dir ki, bu səbəbdən həm işçilərin əmək haqqının verilməsində, həm vergi borclarının ödənilməsində və tikinti materialları alınan üçüncü şəxslər qarşısında öhdəliyin yerinə yetirilməsində problem yaranmışdır. 09 dekabr 2011-ci il tarixli, ASTİK 675/1111 nömrəli podrat müqaviləsinin 3.6.2.5-ci kəndinə əsasən, təhvil verilmiş işlər üzrə ödəmə 30 gün ərzində təmin olunmalıdır. Müqavilənin 6.1-ci bəndinə əsasən, hər bir tərəf digər tərəfin qarşısında Müqavilədən irəli gələn öhdəliklərin tam həcmdə və vaxtında yerinə yetirilməsinə və bir-birinə qəsdən və ya ehtiyatsızlıqdan vurduğu zərərə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır. Müqavilənin 12.3-cü bəndində nəzərdə tutulmuşdur ki, mübahisə danışıqlar yolu ilə həll edilmədikdə tərəflər mübahisənin həlli üç ün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada Azərbaycan İqtisad Məhkəməsinə müraciət edə bilər. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbini dəqiqləşdirmiş və son olaraq təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən cavabdehdən 1.657.401,65 manat əsas borcla yanaşı, ödəniş vaxtında həyata keçirilmədiyindən, 1.302.043,48 manat faiz borcunun və dövlət rüsumu kimi ödənilmiş 31 manatın, cəmi 2.959.476,13 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən yerinə yetirilmiş işlərin məbləği 6.156.855,87 manat olmuşdur ki, ödəniş aparılmış aktlar üzrə 10 % qaranta görə sifarişçi tərəfindən tutulmuş məbləğ – 550.363,22 manat olmuşdur. Təsdiq edilmiş, lakin ödənilməmiş 22 saylı akta əsasən görülmüş işlərin məbləği 116.653,38 manat olmaqla, həmin məbləğdən 10% qaranta görə də 20.830,96 manat tutulmuşdur ki, 10% qaranta görə tutulmuş cəmi məbləğ - 571.194,18 manat təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən, (Əlavə-2) sənədlərin hazırlanması üçün ödənilməli məbləğ 100.372,09 manat, birləşdirici və zavod daxili yollarda görülmüş işlərin təhvil-təslimi üzrə fərq (Maliyyə hesabatı) - 63.081,0 manat olmuşdur. Müqavilənin (Əlavə2) Vİİ bəndinin 6-cı sətrinə əsasən, 01,02,03,04 saylı yoldəyişənlərin işarəvermə Mərkəzləşmə və blokirovka (İMB) qurğularına qoşulmasına görə ödənilməmiş məbləğ 80.850,0 manatdır (161.700 manat - 80.850 manat = 80.850 manat) Müqavilənin (Əlavə-2) Vİİ bəndinin 4-cü sətrinə əsas ən, stansiya növbətçisi ilə zavodarası dispetçer rabitə əlaqəsi dəyəri 107.800,0 manat olan kabellə quraşdırılmalı olduğu halda, şifahi razılığa əsasən həmin rabitə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 17.04.2014-cü il tarixli, 001692 saylı qeydiyyat nömrəsi 1666 olan "Xüsusi İcazə” əsasında alınmış 2 dəst ASELSAN T-4135 tipli, 002077 və 002115 nömrəli radiostansiyalarla əvəz edilmiş, lakin dəyəri - 2440 manat ödənilməmişdir (24.04.2014-cü il tarixli aktla qəbul edilmişdir). '‘İddiaçı" ALSM tərəfindən alınmış 12.796,0 ədəd dəmirbeton şpalın 396.676,00 manat qiymət fərqi sifarişçi ("xxxx”) tərəfindən ödənilməmiş, "xxxx” tərəfindən alınmış 2081 ədəd dəmir-beton şpalın dəyərinin müqavilədə hər birinin qiyməti 60 manatdan göstərilsə də, bir ədəd i 91 manata qiymətləndirilmiş və 31 manatdan olmaqla 2081 ədəd şpala görə yaranmış fərq (64.511,0 manat) və nəqliyyat xərci – 8.800 manat, cəmi-73.311,0 manat əsassız olaraq görülmüş işlərin məbləğindən tutulmuşdur. Beləliklə, cavabdehin 1.404.577,65 manat, ƏDV ilə birlikdə (18%-252.824 manat) cəmi1.657.401,65 manat borcu yaranmışdır. İddiaçı hesab edir ki, cavabdeh 1.657.401,65 manat əsas borcla yanaşı, ödənişi vaxtında həyata keçirmədiyindən, qanunvericiliyə əsasən əsas borc üzrə hər gecikdirilən günə görə 0.001% olmaqla 30 ay üçün 1.302.043,48 manat (1.404.577,65 manat x 0,001% x 30 ay x 30,9 gün – 1.302.043,48 manat) faiz borcu və dövlət rüsumu kimi ödənilmiş 31 manat olmaqla ona ümumilikdə 2.959.476,13 manat ödəməlidir. Həmçinin, “xxxx” ASC cavabdeh İddiaçınə qarşı məhkəməyə qarşılı qlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən birləşdirici yolun müqavilə şərtinə uyğun olmayaraq yerinə yetirildiyinə görə 140.475,0 manat ziyan, zavod daxili yolun müqavilə şərtinə uyğun olmayaraq yerinə yetirildiyinə görə 531.480,0 manat ziyan, stansiya növbətçisi ilə zavodarası dispetçer rabitəsi yaradılması üçün simsiz rabitə yaradılmasına görə 107.800,0 manat ziyan, 779.755,0 manat (ƏDV daxil 920646 manat) maddi ziyan, müqavilə üzrə öhdəliklərin vaxtında icra edilməməsinə görə 81.132,0 manat cərimənin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə İddiaçı arasında ASTİK 675/1111 saylı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə İddiaçı X6 stansiyası ilə X4 arasın da birləşdirici yolun tikintisini nəzərdə tutan 9 bənd üzrə işləri yetirməyi öz öhdəsinə götürmüşdür. Yuxarıda qeyd olunan müqavilə üzrə birləşdirici yolun uzunluğu 11.467.28 m olmalı olduğu halda cavabdeh tərəfindən həmin məsafə qısaldılaraq 11.039 m inşa edilmişdir. Zavod daxili yolun uzunluğu 6914 m olmalı olduğu halda, 5369 m inşa edilmişdir. 01, 02, 03 və 04 yol dəyişənlərdən İBM-ə 4-ü əvəzinə 2-si qoşulmuşdur. Bundan əlavə, müqavilə və texniki şərtdə qeyd olunmuş stansiya növbətçisi ilə zavodarası dispetçer rabitəsi yaradılması üçün simli rabitə yaradılması nəzərdə tutulmuşdur. Müqavilədə həmin rabitənin yaradılması üçün ƏDV daxil olmaqla 127.204,0 manat muzd ödənilməsi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən simsiz rabitə qurulmuş və nəticədə həmin rabitənin qurulması üçün çəkilmiş xərc müqavilə qiymətindən aşağı olmuşdur. Həmçinin, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi üçün akt tərtib edilmişdir və həmin akt müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilərək Korporasiyaya qaytarılmalı idi. Belə ki, Müqavilənin 4.2.18-ci bəndinə əsasən, podratçı obyektin Dövlət komissiyası tərəfindən istismara qəbul edilməsini təmin edir və çəkdikləri yolun texniki pasportunun alınmasını təmin edir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilənin həmin bəndinə əməl edilməmişdir. 03.11.2014-cü il tarixdə zavod daxili yollara və yol dəyişənlərə baxış keçirərkən 4 saylı yoldəyişənin sağ çərçivə relsində çatın olması aşkar olunmuşdur. Aşkar olunmuş qüsur barəsində akt tərtib edilmişdir. Beləliklə, müqavilə üzrə yekun təhvil-təslim aktı, istismara qəbul aktı müvafiq dövlət orqanları ilə razılaşdırılaraq təqdim olunmamış, müqavilə üzrə öhdəliklər tam icra edilməmiş, yerinə yetirilmiş işlər qüsurla icra edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 2-2(82)46/2017 saylı qətnaməsi ilə (hakim: H.Ç.Babayeva) ilkin iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC-dən 09 dekabr 2011-ci il tarixli, ASTİK 675/1111 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərlə bağlı 811.657,26 (səkkiz yüz on bir min altı yüz əlli yeddi manat, iyirmi altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat tutularaq İddiaçınə ödənilməsi, qalan hissədə ilkin iddia tələbinin, eləcə də “xxxx” ASC-nin cavabdeh İddiaçı” xxx Müəssisəsinə qarşı “vurulmuş ziyanın ödənilməsi” haqqında qarşılıqlı iddia t ələbinin təmin edilməməsi qət edilmişdir. İlk iddia tələbi üzrə İddiaçı 07.03.2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə ərizə təqdim edərək əlavə qətnamə çıxarılmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2-2(82)-46/2018 saylı əlavə qətnaməsi ilə (hakim: H.Ç.Babayeva) “xxxx” ASC-dən tərəflər arasında bağlanmış 09 dekabr 2011-ci il tarixli, 675/1111 nömrəli podrat müqaviləsi üzrə 10 % qarant məbləği ƏDV daxil 674.009,18 manat, sənədlərin hazırlanmasına görə ƏDV daxil 118.439,09 manat, 22 sayla akta əsasən görülmüş işlərə görə ƏDV daxil 137.650,99 manat və radiostansiyalara görə ƏDV daxil 2.879,2 manat olmaqla, cəmi 932.978.46 manat tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 2-2(82)46/2017 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı və ilk iddia üzrə cavabdeh “xxxx” ASC apellyasiya şikayətləri vermişdir. Həmçinin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.03.2018-ci il tarixli əlavə qətnaməsindən ilkin iddia üzrə cavabdeh “xxxx” ASC tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-15/2019 saylı, 19 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 2-2(82)-46/2017 saylı qətnaməsi və 19 mart 2018-ci il tarixli əlavə qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC-dən 09 dekabr 2011-ci il tarixli, ASTİK 675/1111 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərlə bağlı 420.022,53 manat tutularaq “İddiaçı Arxitektura Layihə - Sənaye” Müəssisəsinə ödənilməsi, qalan hissədə ilkin iddia tələbinin, eləcə də “xxxx” ASC-nin cavabdeh “İddiaçı xxx ” Müəssisəsinə qarşı “vurulmuş ziyanın ödənilməsi” haqqında qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən tərəflər kassasiya şikayəti vermişlər. Kassasiya şikayətlərinin dəlilləri: “İddiaçı xxx ” Müəssisəsi tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyas ının 2-2(103)-15/2019 saylı, 19 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayət müəllifi qeyd edir ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23292 saylı, 09.03.2019-cu il tarixli ekspert rəyinə istinad edərək qətnaməsini onunla əsaslandırmışdır ki, həmin rəyə görə tərəflər arasında bağlanmış 09 dekabr 2011-ci il tarixli, ASTİK 675/1111 nömrəli podrat müqaviləsi üzrə İddiaçı ALSM tərəfindən icra edilmiş işlərin ümumi dəyərinin 5.870.324,75 manat olması müəyyən edilməklə, “xxxx” ASC tərəfindən İddiaçı ALSM-nə 5.450.302,22 manat ödənilmişdir və ödənilməmiş məbləğ 420.023,53 manat təşkil edir. Qətnamədə tərəflər arasında bağlanmış 09 deka br 2011-ci il tarixli, ASTİK 675/1111 nömrəli podrat müqaviləsi üzrə nəzərdə tutulan işlərin tam yerinə yetirilmədiyi qeyd edilməklə, müqavilə üzrə dəmiryolunun ümumi uzunluğunun 16571 m nəzərdə tutulduğu halda, iş materiallarında olan akta əsasən dəmiryolunun uzunluğunun 16730.1 m olduğu göstərilmişdir. Məhkəmə iş materiallarına istinad edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 09 dekabr 2011-ci il tarixli, ASTİK 675/1111 nömrəli podrat müqaviləsinə əsasən iİkin iddiaçı tərəfindən 6.262.215,87 manat məbləğində işlərin görülməsi nəzərdə tutulmuşdur və həmin məbləğə həmçinin ƏDV-nin ödənilməsi də daxil edilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası ödəniş sənədlərində və ekspert rəyində ilkin iddia üzrə cavabdeh tərəfindən sözügedən ƏDV-nin ödənilməməsinin öz təsdiqini tapmadığını qeyd etməklə, ilk iddia üzrə iddiaçı tərəfindən borc kimi hesablanan 121.321,20 manat ƏDV məbləğinin tələb edilməsini əsassız saymışdır. Məhkəmə kollegiyası bunu onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 09.12.2011-ci il tarixli, ASTİK 675/1111 nömrəli podrat müqaviləsində ƏDV ümumi məbləğə aid edildiyindən və görülmüş işlərə görə 5.450.302,22 manat məbləğində pul ödənildiyindən yenidən ƏDV ayrıca bir öhdəlik kimi tələb edilə bilməz. Daha sonra qeyd edilir ki, məhkəmə kollegiyasının istinad etdiyi ekspert rəyi əsassızdır. Belə ki, ekspert birinci suala tam cavab verməmiş, 1-21 saylı və 23-24 saylı “Forma 2"-lər təsdiqlənib qəbul edilmiş və həmin aktlar üzrə icra edilmiş işlərin ümumi məbləği 6.262.215,89 manat olmuşdur ki, bundan sifarişçi tərəfindən alınmış materialların 198.171,0 manat məbləği aktlar üzrə ödənilməli məbləğdən tutulmuşdur. Qalan məbləğ 5.669.498,17 manat təşkil edir ki, sifarişçi tərəfindən bu məbləğdən 10 % qaranta görə 550.363,22 manat tutulub saxlanılmış, 22 nömrəli akt təsdiq olunmuş, lakin ödənilməmişdir və həmin akt üzrə 10 % qaranta görə 20.830,96 manat tutulmaqla cəmi 571.194,18 manat (550363,22 manat + 20830,96 manat = 571194,18 manat ƏDV-siz) tutulmuşdur. Təsdiq olunmuş, lakin ödənilməmiş 22 saylı akt üzrə -116.653,38 manat, 25 saylı akt üzrə - 100.372,09 manat və 26 saylı akt üzrə 251.731,00 manat cəmi - 468.756,47 manat ödənilməmişdir. Materialların alınmasında yaranan qiymət fərqinə əsasən yola qoyulmuş 12796 ədəd şpalın 396.676,00 manat qiymət fərqi və sifarişçi tərəfindən (“xxxx”) tərəfindən alınmış 2081 ədəd dəmir beton şpa lın dəyərinin müqavilədə hər birinin qiyməti 60 manatdan göstərilsə də, bir ədədi 91 manat olmaqla, dəyəri görülmüş işlərin məbləğindən tutulmuşdur ki, 31 manatdan olmaqla 2081 ədəd şpala görə yaranmış fərq (64.511,0 manat) və nəqliyyat xərci – 8.800 manat, cəmi - 73.311,0 manat (ƏDV-siz) təşkil edir. Beləliklə, 10% qaranta görə ödənilməli məbləğ 571.194,18 manat, təsdiq olunmuş, lakin ödənilməmiş aktlar (22, 25, 26 saylı) üzrə məbləğ 468.756,47 manat, materialların alınmasında yaranan qiymət fərqinə görə məbləğ 396.676,00 manat, sifarişçi tərəfindən alınmış 2081 ədəd dəmir beton şpalın qiymət fərqi - 64.511,0 manat və nəqliyyat xərci8.800 manat (cəmi- 73.311,0 manat) olmuşdur ki, cavabdehin 1.509.937,65 manat, ƏDV ilə birlikdə (18%-271.789,0 manat) cəmi - 1.781.726,65 manat borcu yaranmış dır. Lakin ekspert tərəfindən tərtib edilmiş smetada görülmüş işlərin dəyəri 6.068.495,75 manat, bundan 198.171,0 manat sifarişçi tərəfindən alınmış materialların məbləği aktlar üzrə ödənilməli məbləğdən çıxılmaqla İddiaçı tərəfindən icra edilmiş işlərin ümumi dəyəri 5.870.324,75 manat (6.068.495,75 manat -198.171,0 manat) məbləğində müəyyən edilmişdir ki, bu ekspert tərəfindən yuxarıda göstərilən halların nəzərə alınmadığını göstərir. Bundan əlavə, ekspert qərardadın 2-ci sualına tərəflər arasında bağlanmış 09 dekabr 2011-ci il tarixli ASTİK 675/1111 saylı podrat müqaviləsi üzrə nəzərdə tutulan hansı işlərin tam yerinə yetirilmədiyini göstərməmiş, müqavilə üzrə dəmir yolunun ümumi uzunluğunun 16571 m nəzərdə tutulduğunu, iş materiallarında olan aktlara əsasən dəmir yolunun ümumi uzunluğun un 16730,1 m olduğunu qeyd etsə də, yerində baxış zamanı dəmir yolunun faktiki uzunluğunun nə qədər olduğunu müəyyən etməmiş, faktiki uzunluğun müqavilə üzrə ümumi uzunluqdan və iş materiallarında olan aktlara əsasən müəyyən edilmiş ümumi uzunluqdan nə qədər fərqləndiyini göstərməmişdir. Bu isə ekspertin yerində ölçmə aparmadığını və podrat müqaviləsi üzrə nəzərdə tutulan işlərin tam yerinə yetirilməməsi barədə mülahizəsinin əsassız olmasını təsdiq edir. Həmçinin, İddiaçı tərəfindən icra edilmiş işlərin ümumi dəyərinin 5.870.324,75 manat, “xxxx” ASC tərəfindən 5.450.302,22 manat ödənişin olması barədə də ekspertin rəyi əsassızdır. Belə ki, icra edilmiş işlərin ümumi dəyərinin 6.262.215,89 manat olması yuxarıda qeyd edilmişdir. Ekspert 5.450.302,22 manat ödənişin olmasını “xxxx” ASC tərəfin dən İddiaçınə 2011-2015- ci illər ərzində ödənişlərin Siyahısına istinad edərək müəyyən etmişdir. Lakin bu zaman ekspert tərəflər arasında müqavilənin 09 dekabr 2011ci il tarixdə bağlandığını və Siyahının 1-4-cü sətirlərində olan 05.01.2011, 07.01.2011, 08.07.2011 və 11.07.2011-ci il tarixli ödənişlərin (cəmi 72.385,16 manat) həmin müqaviləyə aidiyyəti olmadığını, siyahının 55-ci sətrində olan 15.01.2015-ci il tarixli ödənişin isə həmin podrat müqaviləsinə görə deyil, layihənin İddiaçı ALSM tərəfindən yenilənməsi ilə əlaqədar tərəflər arasında əlavə razılığa əsasən ödənildiyini nəzərə almamışdır. Yəni həmin siyahıya daxil edilmiş 122.221,0 manat (72.385,16 man+ 49.835,84 man) vəsait də ekspert tərəfindən əsassız olaraq “xxxx” ASC tərəfindən 09 dekabr 2011-ci il tarixli ASTİK 675/1111 saylı podrat müqaviləsinə görə aparılmış ödəniş kimi göstərilmişdir ki, bu da ekspertin araşdırmanı bank-maliyyə sənədləri əsasında deyil, cavabdehin təqdim etdiyi siyahı əsasında apardığını göstərir. Lakin yuxarıda qeyd edilənlərə əsasən ekspertin rəyi əsaslı olmadığı halda, iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin edilməklə yanaşı, aktlar üzrə yerinə yetirilmiş işlərin həcmi, dəyəri, ödənişin məbləği, o cümlədən əsas və ƏDV üzrə ödənişlərin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə verilmiş vəsatət məhkəmə kollegiyası tərəfindən əsassız olaraq təmin edilməmişdir. “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-15/2019 saylı, 19 aprel 2019-cu il tarixli qətnaməsinin qismən, qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayət müəllifi qeyd edir ki,qarşılıqlı iddianın əsası kimi icraçı tərəfindən işlərin görülməsi zamanı yol verilmiş gecikmələr olmuşdur ki, buna müvafiq də “xxxx” ASC tərəfindən cərimələr hesablanmışdır. Lakin məhkəmə cəriməni təmin etməmişdir. Məhkəmə belə hüquqi nəticəyə gəlmişdir ki, gecikmələrə yol verilmə sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan müqavilənin 6.2-ci bəndinə əsasən, müqavilənin bəndlərinə uyğun olaraq işlər podratçının təqsiri ucbatından vaxtında tamamlanmadıqda, podratçı sifarişçiyə hər gecikdirilən gün üçün ümumi müqavilə məbləğinin 0,5% miqdarında cərimə ödəyir. Müqavilənin 2.2- ci bəndinə əsasən, podratçı müqavilədə göstərilən tikinti işlərini 01.03.2013-cü il tarixinədək icra edib qüsursuz vəziyyətdə sifarişçiyə təqdim etməli, həmçinin sənədlərin, texniki pasportun hazırlanması, dövlət orqanlarında təsdiq edilməsini 01.04.2013-cü il tarixinədək icra edib sifarişçiyə təqdim etməli idi. İş materiallarında olan tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı 10.06.2014-cü il tarixdə verilmişdir. Lakin məhkəmə bu hala hüquqi qiymət verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: “İddiaçı xxx ” Müəssisəsinin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin edilməsini, “xxxx” ASC-nin kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat landırılmış “xxxx” ASC məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında 09 dekabr 2011-ci il tarixdə ASTİK 675/1111 saylı podrat müqaviləsi bağlanmış, müqavilə və müqaviləyə 29.11.2012-ci il tarixdə edilmiş 2 saylı əlavəyə əsasən sifarişçi, yəni ilkin iddia tələbi üzrə cavabdeh, “xxxx“ QSC-nin 09.12.2011-ci il tarixli texniki şərtinə uyğun olaraq, dəmir yollarının tikintisini, layihə smeta sənədlərində düzəlişlər etməyi, Qazax dəmir yol stansiyası ilə X4 arasında birləşdirici yolun tikintisini və zavoddaxili dəmir yol parkının tikintisini öz üzərinə götürmüş, bununla əlaqədar podratçı, yəni ilkin iddia tələbi üzrə iddiaçı müqavilənin 1-ci bəndində göstərilən 9 bəndə uyğun olaraq işləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385. 1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İstinad olunan normadan göründüyü kimi, mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olm aqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki halda isə tərəflər arasında podrat müqaviləsi bağlandığından, podrat müqaviləsi üzrə öhdəliyin borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəldiyi müəyyən olunur. Mülki Məcəllənin: -752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. -769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. -770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Göründüyü kimi, podrat müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyin mahiyyəti ondan ibarətdir ki, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Lakin hazırki iş üzrə iddiaçı iddia edir ki, müqavilədə nəzərdə tutulmuş işlər onun tərəfindən yerinə yetirilməsinə baxmayaraq, cavabdeh görülən işlərin dəyərini tam ödəməmişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliklərin tam icra edilmədiyini, yerinə yetirilmiş işlərin qüsurla icra edildiyini əsas gətirərək iddiaçının tələbini qəbul etməkdən imtina etmişdir. Tərəflər arasında yaranmış mübahisəyə aydınlıq gətirilməsi məqsədilə apelyasiya instansiya məhkəməsi tərəfindən işin hərtərəfli və obyektiv həlli üçün tərəflər arasında bağlanmış 09.12.2012-ci il tarixli podrat müqaviləsi üzrə hansı həcmdə işlərin görülməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23292 saylı, 09.03.2019-cu il tarixli ekspert rəyinə görə, tərəflər arasında bağlanılmış 09.12.2011ci il tarixli, 675/1111 saylı podrat müqaviləsi üzrə iddiaçı “İddiaçı xxx ” Müəssisəsi tərəf indən icra edilmiş işlərin ümumi dəyərinin 5.870.324,75 manat məbləğində olması müəyyən edilmiş, tərəflər arasında bağlanılmış 09.12.2011-ci il tarixli Astik 675/1111 saylı podrat müqaviləsi üzrə nəzərdə tutulan işlərin tam yerinə yetirilmədiyi, müqavilə üzrə dəmir yolunun ümumi uzunluğunun 16571 m nəzərdə tutulsa da, iş materiallarında olan akta əsasən dəmir yolunun uzunluğunun 16730,1 m olduğu müəyyən edilmişdir. Rəyə görə, yerinə yetirilmiş işlərin dəyəri 5.870.324,75 manat təşkil etmiş, lakin ödəniş sənədlərinə əsasən cavabdeh “xxxx” ASC tərəfindən “İddiaçı xxx ” Müəssisəsinə 5.450.302,22 manat ödənilmişdir. Apelyasiya instansiya məhkəməsi ekspert rəyi ilə razılaşmış və hesab etmişdir ki, podrat müqaviləsi üzrə öhdəliklər ilkin iddia üzrə cavabdeh “xxxx” ASC tərəfindən lazımınca icra e dilmədiyindən, ekspert rəyi nəzərə alınmaqla 420.022,53 manat ilkin iddia üzrə cavabdeh “xxxx” ASC-dən ilkin iddia üzrə iddiaçı “İddiaçı xxx ” Müəssisəsinin xeyrinə tutulmalıdır. İddiaçı isə kassasiya şikayətində ekspertin iş üzrə ətraflı araşdırma aparmadığını, müqavilə üzrə görülmüş işlərin dəyərinin 6.262.215,89 manat olmasını, siyahıda yer almış bəzi ödənişlərin həmin müqaviləyə aidiyyəti olmadığını, təsdiq olunmuş, lakin ödənilməmiş 22 saylı akt üzrə -116.653,38 manat, 25 saylı akt üzrə - 100.372,09 manat və 26 saylı akt üzrə 251.731,00 manat cəmi - 468.756,47 manat ödənilmədiyini, iş üzrə yenidən ekspertiza keçirilməsinə zərurət olduğunu, lakin məhkəmənin iddiaçının bu barədə vəsatətini təmin etmədiyini mübahisələndirmişdir. İddiaçının bu dəlili ilə bağlı kollegiya qeyd edir ki, id diaçı şikayətində müqavilə üzrə görülmüş işlərin dəyərinin 6.262.215,89 manat olmasını mübahisələndirsə də, iddia ərizəsində verdiyi son dəqiqləşmədə müəssisə tərəfindən yerinə yetirilmiş işlərin dəyəri kimi 6.156.855.87 manat olduğu qeyd edilmişdir. (iş materialları- 3-cü cild, 129-cu səhifə). İddiaçı siyahıda yer almış bəzi ödənişlərin həmin müqaviləyə aidiyyəti olmadığını bildirsə də, həmin ödənişlərin hansı müqavilə üzrə olduğunu təsdiq edəcək sənədi məhkəməyə təqdim edə bilməmiş, eləcə də müqaviləyə aidiyyəti olmayan ödənişin müqavilə üzrə ödənişlər siyahısında hansı səbəbdən qeyd olunmasını əsaslandıra bilməmişdir. İddiaçı israrla 22, 25 və 26 saylı aktlar üzrə ödənişin aparılmadığını mübahisələndirsə də, 22 saylı akta münasibətdə iş materiallarından görünür ki, məlum akt cavabdeh tə rəfindən təsdiq edilmiş, dəyərinin ödənilməməyinin səbəbi iddiaçının həmin aktı təsdiq etməkdən imtina etməsi olmuşdur.(...) 26 saylı aktdan isə görünür ki, həmin akt üzrə cavabdehdən tələb edilən məbləğlər sırasında həmçinin müqavilənin (Əlavə-2) Vİİ bəndinin 6-cı sətrinə əsasən 01.02.03.04 saylı yoldəyişənlərin işarəvermə Mərkəzləşmə və blokirovka (İMB) qurğularına qoşulmasına görə ödənilməmiş məbləğ - 80.850 manat da tələb edilmişdir. Halbuki işdən görünür ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini bu hissədə təmin etməmiş, iddiaçı isə apellyasiya şikayətində qeyd etmişdir ki, bu hissədə iddia tələbinin əsassız olması barədə məhkəmənin gəldiyi qənaət doğrudur. Belə ki, sifarişçi tərəfindən 03, 04 saylı yoldəyişənlərin İMB qurğularına qoşulması məqsədəuyğun hesab edil məmiş, faktiki olaraq 2 ədəd yoldəyişən İMB qurğularına qoşulmuş və 80.850 manat sifarişçi tərəfindən ödənilmişdir. Cavabdeh də iddiaçının verdiyi kassasiya şikayətinə etirazda məhz bu halı vurğulayaraq qeyd etmişdir ki, ilk öncə 4 ədəd yoldəyişənin İşarə vermə mərkəzinə və blokirovka (İMB) qurğularına qoşulması nəzərdə tutulmuş və bu işlərin görülməsi üçün 161.700,00 AZN planlaşdırılmışdır. İş zərurəti ilə əlaqədar 2 ədəd yoldəyişən İMB-yə qoşulmuş, 2 ədəd yol dəyişənin İMB-yə qoşulmasına ehtiyac olmamışdır. Bu səbəbdən bu bənd üzrə nəzərdə tutulan vəsaitin yarısı, yəni 80.850 AZN ödənilmişdir. İddiaçının qalan 80.850 AZN tələbi əsassızdır. Çünki faktiki olaraq 2 ədəd yol dəyişən İMB-yə qoşulmuşdur. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətində qeyd olunan faktı etiraf etsə də, kassasiy a şikayətində bunu əsassız olaraq mübahisələndirmişdir. Eləcə də işdən görünür ki, iddiaçı cavabdehdən tələb etdiyi borc məbləğini ƏDV ilə birlikdə tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, ödəniş sənədlərində və ekspert rəyində ilkin iddia üzrə cavabdeh tərəfindən sözügedən ƏDV-nin ödənilməməsi öz təsdiqini tapmır. Belə olan halda ilkin iddia üzrə iddiaçı tərəfindən ƏDV borcu kimi hesablanan 121.321,20 manat məbləğin tələb edilməsi əsassızdır. Yəni, tərəflər arasında bağlanılmış 09.12.2011-ci il tarixli Astik 675/1111 saylı podrat müqaviləsində ƏDV ümumi məbləğə aid edildiyindən və görülmüş işlərə görə 5.450.302,22 manat məbləğində pul ödənildiyindən, yenidən ƏDV ayrıca bir öhdəlik kimi tələb edilə bilməz. Beləliklə də yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə verilmiş ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq əsaslar müəyyən edilməmiş, iş üzrə təkrar və ya əlavə ekspertizanın keçirilməsinə zərurət olmamışdır və bu əsasdan çıxış edərək apellyasiya məhkəməsi haqlı olaraq yenidən ekspertiza keçirilməsindən imtina etmişdir. Sadalananlara əsasən kollegiya hesab edir ki, apelyasiya instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçının iddia tələbi qismən edilməklə, podrat müqaviləsi üzrə öhdəliklər ilkin iddia üzrə cavabdeh “xxxx” ASC tərəfindən lazımınca icra edilmədiyindən, ekspert rəyi nəzərə alınmaqla 420.022,53 manat ilkin iddia üzrə cavabdeh “xxxx” ASC-dən ilkin iddia üzrə “İddiaçı xxx ” Müəssisəsinin xeyrinə tutulmalıdır. Bundan başqa kollegiya he sab edir ki, qarışlıqlı iddia tələbinin rədd edilməsi hissəsində apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, podrat müqaviləsi üzrə tikilmiş dalan dəmir yolunun istismara qəbul edilməsi ilə bağlı yaradılmış Qəbul Komissiyası tərəfindən tərtib edilmiş 25 fevral 2014-cü il tarixli aktdan görünür ki, “xxxx” QSC sədrinin 1-ci müavini xxxun 19.02.2014-cü il tarixli 2836 saylı teleqraf göstərişinə əsasən, Qazax stansiyasına birləşən “X4” MMC-yə məxsus dalan dəmir yolunun tikintisinin başa çatması ilə əlaqədar dalan dəmir yolunun daimi istismara qəbul olunması ilə əlaqədar texniki sənədlərə və vəziyyətinə komisyon baxış keçirilən zaman aktda sadalanan nöqsan və çatışmazlıqlar aşkarlanmış və qeyd olunan nöqsan və çatışmazlıqların 1 ay müddətinə aradan qaldırılmasının təmi n edilməsi və təkrar komisyon baxış keçirilməsi tapşırılmışdır. Akt komissiyanın bütün üzvləri, o cümlədən “X4” MMC-nin direktoru Hikmət Qəribov tərəfindən imzalanaraq təsdiq edilmişdir. Qazax stansiyasına birləşən “X4” MMC-yə məxsus dalan dəmir yolunun tikintisinin başa çatdırılması ilə əlaqədar olaraq və dalan yolunun daimi istismara qəbul olunması məqsədilə «xxxx» QSC sədrinin 1-ci müavini xxxun 19.02.2014-cü il tarixli 2836 nömrəli teleqraf göstərişinə əsasən tərtib olunmuş 25.02.2014-cü il tarixli aktda göstərilən çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar “X4” MMC-nin 24.02.2015-ci il tarixli 86 nömrəli məktubunu nəzərə alaraq Qəbul Komissiyası tərəfindən təkrar baxış keçirilmiş və baxış zamanı ilkin aktda sadalanan çatışmazlıqların aradan qaldırıldığı müəyyən edilmiş, qeyd ed ilənlərə əsasən qəbul komissiyasının rəyi ilə dalan dəmir yolunda tərkibinin verilibgötürülməsindəki hərəkət sürəti 25 km/saat olmaqla dalan dəmir yolunun daimi istismara qəbul edilməsi qərara alınmışdır. Sonda akt komissiyanın sədri- “xxxx” QSC hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttiş xxx, komissiyanın üzvləri- Dalan yolları üzrə texniki müfəttiş xxx, Yük daşımaları departamentinin baş mühəndisi xxx, infrastruktur departamentinin baş mühəndisi xxx, İddiaçı ALSM-nin direktoru xxx, “X4” MMC-nin direktoru xxx, Ağstafa 7 saylı yol sahəsinin rəisi xxx və Gəncə 5 saylı İşarəvermə və rabitə sahəsinin rəisi xxx tərəfindən imzalanmaqla və müəssisələrin möhürü vurulmaqla təsdiq edilmişdir. Həmçinin, 10 iyun 2014-cü il tarixli, tikintisi başa çatmış “Qazax dəmir yol stansiyası ilə X2 birləşdirən dalan dəmir yol xəttinin, o cümlədən zavoddaxili yolların tikintisinin istismara qəbul edilməsi haqqında qəbul komissiyanın aktından görünür ki, podratçı İddiaçı ALSM tikintisi başa çatmış “X6 stansiyası ilə X3 birləşdirən dalan dəmir yol xəttinin, o cümlədən zavod daxili yolların tikintisi» obyektini qəbul etmək üçün təqdim etmiş, obyektin layihəsi İddiaçı ALSM tərəfindən hazırlanmış, obyektin tikintisinə subpodrat təşkilat cəlb edilməmiş, tikinti hüdudlarında dəmir yolu keçidlərinin və birləşdirici yolun kommunikasiya xəttləri obyektlərinin normal istismarı təmin edilmiş, Qazax stansiyasında uzunluğu 0.876 km (ASTİK 675/1111 saylı 09.11.2011-cü il tarixli podrat müqaviləyə əsasən) olan 4-cü stansiya yolları təmir olunmuşdur. 7 yoldəyişən qurğu təmir edilmiş və Qazax stansiya sının tək boğazında uzunluğu 0.291 km olan yoldəyişənlərarası sahə yolları yerinə yetirilmişdir. «xxxx» QSC-nin NQ-7-412/7 saylı 04.10.2010-ci il tarixli məktubuna əsasən, texniki şərtlərin bütün tələbləri yerinə yetirilmişdir. İşçi akt üzrə komissiyanın etdiyi iradlar 24.02.2014-cü il tarixindən aradan qaldırılmışdır. Yekunda komissiya tərəfindən «X6 stansiyası ilə X2 birləşdirən dalan dəmir yol xəttinin, o cümlədən zavod daxili yolların tikintisi» obyektinin istismara qəbul edilməsi qərara alınmışdır. İstismara qəbul aktı qəbul komissiyasının sədri “X4” nin direktoru xxx, komissiyanın üzvləri - xxxx” QSC hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttiş xxx, Yük departamentinin baş mühəndisi xxx, İnfrastruktur departamentinin baş mühəndisi xxx, yolun hərəkətinin təhlükəsizliyi üzr ə texniki müfəttiş xxx, Yük daşımaları Departamentinin Qərb istiqaməti bölməsinin rəisi xxx, Qazax stansiyasının rəisi xxx, “X2n dəmiryolu daşımalarının bölmə rəisi xxx, Ağstafa yol sahəsinin rəisi xxx, Gəncə işarəvermə və rabitə sahəsinin rəisi xxx və İddiaçı ALSM-nin direktoru xxx tərəfindən imzalanmaqla və müəssisələrin möhürü vurulmaqla təsdiq edilmişdir. İş materiallarından görünür ki, 2014-cü il tarixdə Qazax stansiyasının rəisi xxx, Yolun hərəkətinin təhlükəsizliyi üzrə texniki müfəttiş xxx və Yük daşımaları Departamentinin Baş mühəndisi xxx lə razılaşdırılmaqla Dalan yolunun sahibi “X4” MMC-nin direktoru xxx tərəfindən “X4” MMC-yə məxsus dalan dəmir yolunun texniki pasportu təqdim edilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 09 dekabr 2011-ci il tarixli müqavilənin: 3.6.3.2-ci bəndinə əsasən, “X5” podratçı tərəfindən hazırlanır, sifarişçi və müvafiq dövlət qurumları tərəfindən nöqsanlar aktda qeyd olunur və nöqsanların aradan qaldırılması üçün vaxt müəyyən edilir; 3.6.3.3-cü bəndinə əsasən, podratçı komissiya üzvləri tərəfindən “X5”nda qeyd olunmuş nöqsanlar aradan qaldırıldıqdan sonra “X7" hazırlayır. “X7” müvafiq dövlət qurumları tərəfindən imzalandıqdan sonra sifarişçiyə təqdim olunur. 3.6.3.4-cü bəndə əsasən, podratçı inşa etdiyi dəmir yolu üçün “xxxx” QSC-dən texniki pasport alınmasını təmin edir. Texniki pasport təqdim edildiyi tarixdən 30 gün ərzində tutulmuş zəmanət məbləğinin 5 % hissəsi, qalan 5 % hissəsi zəmanət müddəti (12 ay) tamamlandıqdan sonra sifarişçi tərəfindən podratçıya ödənilir. 3.6.3.5-ci bəndinə əsasən, texniki pasport təqdim edildi yi tarixdən 30 gün ərzində tutulmuş zəmanət məbləğinin 5% hissəsi, qalan 5% hissəsi zəmanət müddəti 12 ay tamamlandıqdan sonra sifarişçi tərəfindən podratçıya ödənilir. 3.6.3.6-cı bəndə əsasən, X7 imzalandığı tarixdən zəmanət müddəti başlayır. 3.6.3.7-ci bəndə əsasən, zəmanət müddəti ərzində podratçının təqsiri üzündən hər hansı bir əsaslı təmirə zərurət yaranarsa, bu işlər podratçının öz vəsaiti hesabına həyata keçirilir və bu işlərin icrasına sərf olunan müddət zəmanət müddətini eyni müddətə artırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Göründüyü kimi, cavabdeh müqavilə üzrə yekun təhvil-təslim aktının, istismara qəbul aktının müvafiq dövlət orqanları ilə razılaşdıraraq təqdim olunmadığını mübahisələndirsə də, iş materiallarına əlavə edilmiş aktlardan, həmçinin qəbul komissiyası tərəfindən tərtib və təsdiq edilmiş, qəbul komissiyasının tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında 10 iyun 2014-cü il tarixli aktından görünür ki, bütün çatışmazlıqlar aradan qaldırılmış, podratçı tərəfindən işlər tam olaraq yerinə yetirilmiş və nəticədə “X4” MMC-yə məxsus dalan dəmir yolunun texniki pasportu tərt ib edilmişdir. Eləcə də cavabdeh müqavilə üzrə öhdəliklərin tam icra edilmədiyini, yerinə yetirilmiş işlərin qüsurla icra edildiyini bildirsə də, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən X7 imzalandığı tarixdən etibarən 12 ay müddətində zəmanət müddəti hesablanır. Həmin müddət ərzində podratçının təqsiri üzündən hər hansı bir əsaslı təmirə ehtiyac olduqda təmir podratçı tərəfindən həyata keçirilir. Lakin iş materiallarından görünür ki, X7 qəbul edildikdən 12 ay ərzində, yəni 10 iyun 2015-ci il tarixədək “xxxx” ASC tərəfindən işdə olan qüsurlarla bağlı İddiaçı ALSM-ə hər hansı bir müraciət olmamışdır. Bundan əlavə yuxarıda da qeyd edildiyi kimi, qəbul komissiyası tərəfindən podratçıya qüsurların aradan qaldırılması ilə bağlı edilmiş xəbərdarlıq podratçı tərəfindən tam icra edilmiş, dəmir yolunun tikintisi zamanı yol verilmiş qüsurlar tam aradan qaldırılmışdır. Qarşılıqlı iddia tələbinin stansiya növbətçisi ilə zavodarası dispetçer rabitəsi yaradılması üçün simsiz rabitə yaradılmasına görə 107.800,0 manat ziyanın tutulması ilə bağlı hissəsinə münasibətdə kollegiya qeyd edir ki, dəyəri 107.800,0 manat təşkil edən stansiya növbətçisi ilə zavodlarası disbetçer rabitəsi ilə bağlı görülmüş işlərə dair 25 saylı aktın sifarişçi tərəfindən təsdiq edilməməsinin səbəbi məhz rabitə əlaqəsinin kabellə nəzərdə tutulmasına baxmayaraq, telsiz rabitə qurulması olmuş və bu səbəbdən cavabdeh tərəfindən 107.800,0 manat ödəniş həyata keçirilməmişdir. Beləliklə də 107.800,0 manat pulun sifarişçi tərəfindən podratçıya ödənilməməsi sübuta yetirildiyindən apelyasiya instansiya mə hkəməsi haqlı olaraq 107.800,0 manat məbləğində pulun İddiaçı ALSM-dən tutulmasına dair hissədə də iddia tələbini təmin etməmişdir. Həmçinin podratçının üzərinə düşən müqavilə öhdəlikləri lazımi qaydada və vaxtında icra etmədiyi sübuta yetirilmədiyindən, bu hissədə də qarşılıqlı iddia tələbi əsaslı sayıla bilməz və bu hissədə də apellyasiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 14, 76, 77) Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətlərinin təmin edilmə si üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayətləri təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-15/2019 saylı 19 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı və “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-378/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-378/2019
04.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver