Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-383/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə pul tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 fevral tarixli 2-2(103)-185/2022 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. Sifariş çi İddiaçı ASC (bundan sonra – “İddiaçı”) ilə podratçı Cavabdeh MMC (bundan sonra – “Cavabdeh”) arasında baglanmış 2021-ci il 5 aprel tarixli Subpodrat müqaviləsindən (bundan sonra – “Müqavilə”) görünür ki, Podratçı sifarişçinin sifarişinə əsasən və hazırki müqavilənin şərtlərinə uygun Ceyranbatan gölünün şimal-şərq hissəsində yağış və tullantı sularının idarə olunması sisteminin aradılması layihəsi çərçivəsində kanal və dəmir yolu keçidinin altından üfüqi qazma üsulu ilə diametri 1000 mm-lik boru xəttinin keçirilməsi işlərinin yerinə yetirilməsini, sifarişçi isə bunun əvəzində müəyyən edilmiş işin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehə işin başlanması mərhələsində 30% 21.000 manat ödənilməsi nəzərdə tutulmuşdur (Müqavilənin 1.1, 2.2-ci bəndləri, Müqaviləyə 1 saylı Əlavənin 4-cü bölməsi). 2. 2021-ci il 20 aprel tarixli hesab fakturanın surətində, 2021-ci il 21 aprel tarixli 836 nömrəli ödəniş tapşırığı və köçürmənin aparılması haqqında bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 2021-ci il 5 aprel tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən 24.780 manat (21.000 manat və 3.780 manat sub-uçot hesaba ƏDV) məbləgində avans ödənilmişdir. 3. 2021-ci il 25 may tarixli Aktdan görünür ki, cavabdehin üfüqi qazma üsulu ilə diametri 1000 mm-lik boru xəttinin keçirilməsi işlərinin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən 34.514,06 manat məbləğdə xidməti işlər yerinə yetirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2021-ci il 26 iyul tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Komm ersiya Məhkəməsinə müraciət edərək, Müqavilə üzrə ödənilmiş ƏDV daxil 24.780 manat məbləğində avansın, cavabdeh tərəfindən üfuqi qazma üsulu ilə diametri 1000 mm-lik boru xəttinin keçirilməsi üçün iddiaçının yerinə yetirdiyi işlərin ƏDV daxil 34.514.06 manat məbləğində vəsaitin və 5.000 manat cərimə borcunun, cəmi 64.294,06 manat borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh “Ceyranbatan gölünün şimal-şərq hissəsində (Saray qəsəbəsi istiqamətində) yağış və tullantı sularının idarə olunması sisteminin aradılması (1-ci mərhələ)” layihəsi çərçivəsində kanal və dəmir yolu keçidinin alt ından üfüqi qazma üsulu ilə diametri 1000 mm-lik boru xəttinin keçirilməsi işlərinin yerinə yetirilməsini təmin etməliydi. Həmin müqavilənin 2.2-ci bəndinin tələbinə görə iddiaçı sifariş etdiyi işlərə görə 30 % həddində avans məbləği ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi (iddiaçı) 2.2-ci bəndə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmiş və cavabdehə ƏDV daxil 24.780 manat avans köçürmüşdür. Müqavilə əsasında işə başlayan cavabdeh müəssisə görülmüş işləri razılaşdırılmış qaydada deyil, yəni səhvə yol verərək çəkilmiş boru xəttinin nəzərdə tutulmuş dərinlikdən 35 sm aşağıdan keçirmiş və bunun nəticəsində işin sonunda həmin borunun birləşdirilməli olan kanalizasiya xəttinə birləşdirilməsi mümkün olmamışdır. Yol verilmiş səhvlə əlaqədar cavabdehə bildirildikdə sonuncu tərəfindən səhv ə yol verilməsi halının olmaması və boru xəttinin 35 mm aşağı düşməsinin səbəbi kimi qurunt sularının və naməlum sərt cisimlərin qazma baltasının almaz dişlərini qırmasını göstərmişdir. Bununla bağlı, 2021-ci il 7 may tarixli 1 saylı Akt tərtib olunmuşdur və cavabdehin iş ustası Ş.Cavadovun iştirakı ilə həmin Akt imzalanmışdır. Müqavilənin 5.3-cü bəndinin tələbinə görə Podratçıya vaxt verilmişdir, lakin borunun aşağı olan başının qaldırıcılar vasitəsi ilə qaldırmaq mümkün olmamışdır. Cavabdehin səhvi nəticəsində dəmir yolunun altı hər an uça bilərdi. Müqavilənin bu bəndinin tələb vaxtı keçdiyindən "xxxx" QSC-nin qəti tələbindən sonra, 2021-ci il 11 may tarixdə açıq üsulla qazma işini başlamışdır. İddiaçı və digər şəxslərin iştirakı ilə cavabdeh tərəfindən çəkilmiş borunun yan və üst tərə fi açılmış və nəticədə hər-hansı qurunt sularının və ya sərt naməlum cisimlərin mövcud olması təsdiqini tapmamışdır. Borunun altından çıxan qurunt yalnız və yalnızn İİ və İİİ-cü qrup torpaq olmuşdur. Bu hal iddiaçının əməkdaşları, cavabdehin nümayəndəsi Ş.Cavadovun, Sumqayıt şəhər X3 (4 saylı) rəisi N.Mustafayevin və iş icraçısı S.Caltıkovun iştirakı ilə tərtib edilmiş 2021-ci il 11 may tarixli 2 nömrəli Aktla təsdiq edilmiş və həmin akt iştirak edənlərin imzası ilə təsdiqlənmişdir. Lakin, cavabdehin nümayəndəsi Ş.Cavadov həmin aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra, iddiaçı dövlət tərəfindən sifariş olunmuş işləri təhvil vermək üçün və dəmir yolu xəttinin işlək vəziyyətdə olmasının təmin etmək məqsədi ilə cavabdeh tərəfindən görülməli olan işləri özü icra etmiş, əlavə işçi heyəti və maliyyə vəsaiti cəlb etməklə səhv çəkilmiş boru xəttini torpaqdan çıxarmış, onu izolyasiya etmiş və müəyyən texniki üsullarla işin sonunda qoşulmalı olan kanalizasiya xəttinə qoşulmasını təmin etmişdir. Nəticədə, cavabdeh tərəfindən görülməli olan lakin səhv görülmüş işlərin və yerinə yetirilməsi üçün iddiaçı vaxt və maliyyə itkisinə, o cümlədən bunun nəticəsi olaraq ƏDV daxil əlavə 34.514.06 manat məbləğində vəsait xərcləməklə maddi ziyana məruz qalmışdır. Qeyd olunan vəsaitinin xərclənməsini təsdiqlənməsi üçün iddiaçının iş icraçısı C.Babayevin, İ.Kazımov və "xxxx" ASC-in texniki nəzarətçisi Ağalarov Elnurun imzası ilə rəsmiləşdirilmiş 2021-ci il 25 may tarixli 3 №-li akt tərtib olunmuşdur. Lakin, bütün bunlara baxmayaraq cavabdeh tərəfindən qeyd olunan avansın və dəymiş ziyanın ödə nilməsi təmin edilməmişdir. Belə bir halın mövcudluğu qanunvericiliklə qorunan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 3.2.2-ci bəndinin tələbinə görə sufarişçinin (hazırda iddiaçı) podratçının (hazırda cavabdeh) uyğunsuzluqlarını podratçıdan öz hesabına dərhal aradan qaldırmaqla bağlı tələb etmə hüququ müəyyən edilmişdir. Həmin müqavilənin 3.2.3-cü bəndinin tələbinə görə podratçının, təqsiri üzündən vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb etmək hüququ müəyyən edilmişdir. İstinad olunan müqavilənin 3.4.2-ci bəndinin tələbinə görə işin keyfiyyətinə tam zəmanət vermək podratçının vəzifəsi kimi müəyyən edilmişdir.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 425.2, 442.1, 752.1-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 7 iyun tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş “Əsas tikintidə podrat müqavilələri haqqında” Qaydaların 1.6-ci maddəsinə istinad edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 21 oktyabr tarixli e-2-2(113)-3891/2021 saylı qətnaməsi ilə iddianın rədd edilmişdir (hakim Z.Pirverdiyev).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı cavabdeh tərəfindən görülmüş işin qüsurlu olduğunu iddia etmişdir. Belə ki, cavabdeh görülmüş işləri razılaşdırılmış qaydada deyil, səhvə yol verərək çəkilmiş boru xəttinin nəzərdə tutulmuş dərinlikdən 35 sm aşağıdan keçirmiş, bunun nəticəsində işin sonunda həmin borunun birləşdirilməli olan kanalizasiya xəttinə bir ləşdirilməsi mümkün olmamışdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, podratın nəticəsində qüsurlar olduqda, onların aradan qaldırılması qaydaları MM-in 763-cü maddəsində öz əksini tapmışdır. Maddənin məzmunundan göründüyü kimi, məmulatın qüsuru podratçının hesabına aradan qaldırılır. Belə ki, məmulatda qüsur müəyyən edən sifarişçi onun aradan qaldırılması üçün podratçı tərəfindən əlavə icra tələb edə bilər. Əlavə icranın predmetini podratçı tərəfindən qüsurların aradan qaldırılması təşkil edir. Hazırkı iş üzrə podratın nəticəsində qüsurların aradan qaldırılması ilə bağlı iddiaçının cavabdehdən əlavə icra tələb etməsi və bununla bağlı müəyyən vaxt verməsi məhkəmə tədqiqatı zamanı müəyyən olunmamış, habelə iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
9. Bundan başqa, cavabdeh tərəfindən qüsurla olsa belə işlər görülmüşdür ki, bu halda cavabdeh tərəfindən həmin işlərin görülməsi üçün müəyyən xərclər çəkilmişdir. İddiaçı tərəfindən isə görüləcək işlərin dəyəri tam deyil, yalnız 30 faiz olmaqla avansı ödənilmişdir. Məhkəmə cavabdeh tərəfindən işlərin görülməsini və işlərin görülməsi üçün çəkilmiş xərcləri nəzərə alaraq, iddiaçı tərəfindən cavabdehə ödənilmiş avansın geri tələb olunmasını əsaslı hesab etməmişdir.
10. Məhkəmə mövqeyini MM-in 752.1, 763.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –“MPM”) 14.2, 77.1, 80, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. İddiaçı 2021-ci il 23 noyabr tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın tam təmin edilməsi bar ədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 fevral tarixli 2-2(103)-185/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
13. Apellyasiya instansiya məhkəməsi işin §§ 1-2-də göstərilən hallarına istinad etməklə və iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı əgər görülmüş işdə qüsur var idisə, cavabdehdən əlavə icra tələb etməli, bunun üçün müddət müəyyənləşdirməli, bu barədə sonuncunu rəsmi qaydada məlumatlandırmalı olduğu hald a, iddiaçının bunları etməsi barədə iş materiallarında hər hansı mötəbər sübutlar mövcud deyildir. İddiaçının bununla bağlı istinad etdiyi 2021-ci il 7 may və 11 may tarixli aktlar isə qeyd olunan mahiyyətə və mötəbərliyə malik olmamışdır. Həmin aktlarda əlavə icra və müddətdən bəhs olunmamış, habelə 2021-ci il 7 may tarixli aktı cavabdehin iş ustası qismində imzalayan Ş.Cavadovun hansı səlahiyyətlə akta imza atması işdən müəyyən olunmamışdır. Odur ki, iddiaçı yalnız əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qaldığı halda qüsuru özü aradan qaldırıb, çəkdiyi xərclərin əvəzini ödəməyi cavabdehdən tələb edə bilərdi.
14. Məhkəmə kollegiyası şikayətin iddiaçının proseslərdə iştirak edən səhmdarının izahatının və işin hallarını təsdiq edən aktların nəzərə alınmaması barədə dəlillərini əsassız saymışdır. Belə ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şikayətin məhkəmə iclasının təxirə salındığı təqdirdə, işin hallarını təsdiq edən digər sübutların da təqdim oluna biləcəyinə dair dəlili də əsaslı olmamışdır. Çünki, belə dəlillər apellyasiya şikayətinə də əlavə olunmamışdır. Bu halda isə iddiaçı yeni sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmalı olacaqdı.
15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 752.1, 763.1, 764.1, 765-ci; MPM-ın 81, 372.2-ci maddələri ilə əsaslandırmışdır.
16. Həmin qətnamə 2022-ci il 17 fevral tarixində proses iştirakçılarını n elektron kabinetinə yerləşdirilmiş, həmçinin eyni tarixli məktubla tərəflərə göndərilmişdir.
17. İddiaçı 2022-ci il 11 aprel tarixində kassasiya şikayəti verməklə həmin qətnaməni ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 763.1-ci maddəsinin tələbi pozulmuşdur - Məhkəmə həmin maddəyə istinad edərək iddianın rədd edilməsi qənaətinə gələrkən həmin hal üzrə ətraflı məhkəmə araşdırması aparmamışdır. Məhkəmə eyni zamanda iddiaçının bütün bu proseslərdə yaxından iştrak edən səhmdarının məhkəmədəki izahatını nəzərə almamış və həmin izahata hüquqi qiymet verməmişdir. Nə qədər ki, məhkəmənin istinad etdiyi hal cavabdeh tərəfindən təkzib edilm əyibsə məhkəmə həmin hala öz mülahisəzinə əsasən əsassız olması qənaətinə gəlməsi qanunauyğun hesab edilə bilməz.
19. Həmçinin, iddia ərizəsində və iddiaçının nümayəndəsinin izahatında da qeyd edilib ki, qüsurun aradan qaldırılması üçün şərait yaradılmasına baxmayaraq cavabdeh təşkilat əsassız bəhanələr gətirməklə qusurlu halı aradan qaldırmaqdan yayınıb. İddiaçı təşkilat isə digər təşkilat qarşısında üzərinə götürdüyü öhdəliyi icraetmək üçün qısa zamanı qaldığına görə məcbur olub qüsuru aradan qaldırmaq üçün işi yenidən sıfırdan başlayıb icraedib. Məhkəmə bu halları qətiyyən araşdırmayıb.
20. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsi qətnaməsini əsaslandırarkən digər sübutları ona görə qəbul etməyib ki, MM-in 763.1-ci maddəsində nəzərdə tutulmuş hal yalnız rəsmi ərizə ilə m üraciət edilməyincə digər sübutlarla müəyyən edilməsini qanun nəzərdə tutmayıb. Halbuki, MM-nin 763.1-ci maddəsində, sifarişçinin podraçının işdə yol verdiyi qüsurlarını aradan qaldırmasını tələb etmək hüququnun olduğu bildirir. İşin hallarından da göründüyü kimi cavabdehin əməkdaşlarının və iş üzrə maraqlı olmayan digər şəxslərin iştrakı ilə 2021-ci il 7 may və 11 may tarixdə Aktlar tərtib edilib və həmin aktlarla da podratçı cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin icrasında yol verdiyi qüsurların olması öz təsdiqini tapır və qısa müddət ərzində bu qüsuru aradan qaldırmaq üçün təkrar üzərinə götürdüyü öhdəliyi 2021- ci il 11 may tarixədək aradan qaldıra bilməməsi və həmin tarixdə yəni 2021-ci il 11 may tarixdə Sifarişçi tərəfindən məcburən işlərin yenidən özü tərəfindən gör ülməsi üçün qazıntı aparılan zaman cavabdeh tərəfindən qüsur yaranmasına səbəblərin bəhanə olduğu, maneələrin olmasının öz təsdiqini tapmadığı sübut olunur.
21. X1 yol verdiyi qüsurları aradan qaldırması üçün xüsusi tərtib edilmiş ərizə forması nəzərdə tutulmayıb və həmin ərizə formasına əməl olunması məcburiyyəti tələb edilmir. Xüsusi bir ərizə formasının olmasını məhkəmə öz qətnamələrində əsaslandırmayıb və xüsusi bir ərizə formasının olmasını təsdiq edən qanun normasına istinad etməyib.
22. Məhkəmə 2021-ci il 5 aprel tarixli müqavilənin 3.2.1, 3.2.2, 3.2.3, podratçının öhdəlikləri hissəsində nəzərdə tutulmuş 3.4.1, 3.4.2-ci bəndlərinin tələblərini mübahisəyə tətbiq etməmiş, eyni zamanda müqavilə bağlanandan sonra 36 gün keçməsinə baxmayaraq işin təhvil verilə bilməməsini nəzərə almamışd ır.
23. Həmçinin, məhkəmə cavabdehin iştrakını təmin etməmişdir.
24. MPM-in 14-cü maddəsinin tələbi pozulmuşdur. Məhkəmə təqdim edilən sübutları təkzib edən hər hansı bir sübutun təqdim edilməməsinə baxmayaraq, təqdim edilən sübutlara əsassız olaraq şübhə ilə yanaşmışdır.
25. MPM-in 217.3-cü maddəsinin tələbi pozulmuşdur. Məhkəmə həmin maddəyə istinad etsə də, tərəflərin qarşılıqlı münasibətlərini necə müəyyən etdiyini qətnamədə əsaslandırmamışdır.
26. MPM-in 418.3-cü maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməməklə, yəni MM-nin 763.1-ci maddəsinə Podratçı tərəfindən əməl olunmasını təsdiq edən sübutların mötəbərliyinə əsassız şübhələrlə yanaşaraq iş üzrə düzgün qətnamə qəbul edilməməsinə səbəb olan prosessual pozuntuya yol vermişdir. H əmçinin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş yanlışlığı təkrarlayaraq apellyasiya instansiyası məhkəməsi qanunun ona verdiyi hüquqdan istifadə etməyərək mübahisəyə MPM-nin 386-cı maddəsini tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh tərəfindən 2022-ci il 22 aprel tarixində iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verildiyindən baxılmamış saxlanılması, şikayətinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Etirazda qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi elektron məhkəmə informasiya sistemində tərəflərin elektron kabinetinə 2022-ci il 7 fevral tarixdə yerləşdirilmiş, iddiaçı isə onda n 2022-ci il 9 fevral tarixdə kassasiya şikayəti verərək prosessual müddəti ötürmüşdür. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual h üquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsi n pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər....” “Maddə
764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər....” “Maddə
765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.”
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQ EYİ
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 18-26) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmişdir.
34. Belə ki, görülmüş işdə qüsur olduqda, iddiaçı cavabdehdən əlavə icra tələb etməli, bunun üçün müddət müəyyənləşdirməli, bu barədə sonuncunu rəsmi qaydada məlumatlandırmalı idi, lakin iş materiallarında bunu təsdiq edən hər hansı mötəbər sübut yoxdur. İstinad olunan aktlarda əlavə icra və müddətdən bəhs olunmamış, həmçinin cavabdehin iş ustası qismində imzalayan Ş.Cavadovun hansı səlahiyyətlə imza atması işdən müəyyən olunmamışdır.
35. Od ur ki, məhkəmə kollegiyası kassatorun şikayətdə göstərdiyi digər eyni məzmunlu dəllilərə apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kassasiya instansiyası həmin mövqe ilə razılaşdığından hesab edir ki, eyni məzmunlu dəlillərə prosessual qənaət prinsipi baxımından təkrar hüquqi dəyərləndirmə aparmağa lüzum yoxdur.
36. Eyni zamanda kassatorun məhkəmənin cavabdehin iştirakını təmin etməməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi, həmçinin apellyasiya məhkəməsi tərəfindən məhkəmə iclasının keçirilməsi ilə bağlı bildirişlər cavabdehin hüquqi ünvanına göndərilmiş, lakin cavabdeh öz hüququndan istifadə edərək məhkəmə iclaslarına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir.
37. MPM-in 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Göründüyü kimi prosessual qanunvericilik işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şəxsin məhkəmə iclasına gəlməməsinin işə baxılmasına mane olmadığını nəzərdə tutmuşdur.
38. Hazırki halda da, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatların öz əksini tapdığı, prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada çatdırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyərək bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir ki, bu halda apellyasiya məhkəməsi tərəfindən işə cavabdehin iştirakı olmadan baxılması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
39. Məhkəmə kollegiyası cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı verilmiş etirazda kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 2 aylıq prosessual müddətin ötürülməsinə münasibətdə qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən apellyasiya məhkəməsinin qətnaməsinin 2022-ci il 17 fevral tarixdə iş üzrə tərəflərin elektron kabinetinə yerləşdirildiyi, iddiaçı tərəfindən isə qətnamədən 2 aylıq prosessual müddət ötürülməməklə 2022-ci il 11 aprel tarixdə kassasiya şikayətinin verildiyi müəyyən olunmuşdur. Bu səbəbdən, məhkəmə kollegiyası tərəfindən kassasiya şikayəti mümkün hesab olunaraq icraata qəbul edilmişdir.
40. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, a pellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən kassatorun istinad etdiyi hüquq pozuntularına yol verməmişdir. Ona görə də həmin qətnamə qanuni və əsaslı hesab edilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 fevral tarixli 22(103)-185/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.