Məhkəmə qərarları › İş №2-2(102)-383/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-383/2024

25.06.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-383/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh1 İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 22(104)-28/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 1. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh1nə (bundan sonra – “cavabdeh”) qarşı borcun silinməsi və pulun qaytarılması tələbinə dair 2022-ci il 10 oktyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış (xəta) 91.331 m3 həcmində (20.092,82 manat) əlavə qaz sərfiyyatının əsassız hesab olunaraq silinməsi və cavabdeh tərəfindən iddiaçıya qaz sayğacının quraşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 7 fevral tarixli e-2-2(115)-59/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – R.Məmmədov).

3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 12 aprel tarixli 2-2(104)-125/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).

5. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 sentyabr tarixli 2-2(102)-459/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (məruzəçi hakim – İ.Dadaşov, hakimlər – E.Vəliyeva və E.Şamayev). d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

7. Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 1 fevral tarixli 2-2(104)-28/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd olunmuşdur (sədrlik edən – R.Mamedov, hakimlər – A.İsgəndərova və A.Bayramov).

8. İddiaçı həmin qətnamədən 2024-cü il 19 aprel tarixində kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə verərək üzrlü səbəblərdən buraxı lmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

9. Ərizədə qeyd edilmişdir ki, iddiaçının direktoru Nümayəndə2 (bundan sonra – “Nümayəndə2”) 2024-cü il 19 aprel tarixində saat 16:00 radələrində Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək, məhkəmə aktını almadığını bildirmişdir. Məhkəmə aktının surəti ona rəsmi qaydada verilməsə də, ona apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün prosessual müddəti üzürlü səbəbdən ötürmüş olması məlum olmuşdur. İddiaçının direktoru Nümayəndə2 məhkəmə aktının poçt vasitəsilə göndəriləcəyini zənn etmiş, həmçinin əvvəlki vəkili Vəkil1 ilə arasında olan müqaviləni uzatmaq istəmədiyindən, məhkəmə aktının "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərilməsindən xəbəri olmamış və onunla müqavilə ba ğladıqdan sonra iddiaçıya məxsus elektron kabinetə gələn bildirişə 2024-cü il 19 aprel tarixində baxıldığı zaman məhkəmə aktının 2024-cü il 8 fevral tarixində 17:39-da Gəncə Apellyasiya Məhkəməsi tərəfindən "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərildiyi məlum olmuşdur. Həmçinin, 2024-cü il 1 fevral tarixində qətnamə elan olunduqdan sonra ona məhkəmə tərəfindən məhkəmə aktından şikayət vermə müddəti və qaydası izah edilsə də, məhkəmənin qərarının "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron kabinetə yerləşdiriləcəyi ilə bağlı heç bir izah verilməmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 24 aprel tarixli 2-2(104)-28/2024 nömrəli qərardadı ilə qətnamədən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə rədd edilmişd ir (sədrlik edən – R.Mamedov, hakimlər – A.İsgəndərova və A.Bayramov).

11. Məhkəmə qeyd etmişdir ki, işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet"lərində yerləşdirildyi vaxtdan təqdim edilmiş sayılır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2024-cü il 8 fevral tarixində iddiaçıya məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ə yerləşdirilmişdir. Lakin kassasiya şikayəti iddiaçının nümayəndəsi vəkil Nümayəndə3 tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – “MPM”) kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ötürülməsi ilə 2024-cü il 19 aprel tarixində “Elektron məhkəm ə” informasiya sistemində yaradılmış “elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir. Həmçinin işin üç məhkəmə instansiyasından keçməsi və bir ildən artıq məhkəmə icraatında olması artıq bu müddət ərzində elektron məhkəmə informasiya sistemi barədə məlumatlı olmaq üçün kifayət etməsinə dəlalət edir. İddiaçıya məxsus elektron kabinetə nəzarət etmək vəzifəsi isə əvvəlki məhkəmə icraatında iştirak edən vəkilə deyil, məhz iddiaçının səlahiyyətli nümayəndəsinə aiddir.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə; X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 16 avqust tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunları na uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli qərarına; MPM-in 10-1.3, 128.3, 135.8 və 405.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. İddiaçı həmin qərardaddan 2024-cü il 8 may tarixdə kassasiya şikayəti verərək onun və §7-də göstərilən qətnamənin ləğv olunaraq işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin Vİ və Vİİ hissələri üzrə - iddiaçının direktoru Nümayəndə2 2024-cü il 19 aprel tarixində saat 16:00 radələrində iş üzrə apellyasiya instansiya məhkəməsinə müraciət edərək m əhkəmə aktını almadığını bildirmiş və məhkəmə aktının surətini ona rəsmi qaydada verilməsə də, təqdim edilmiş və həmin qətnamədən iddiaçının kassasiya şikayətini vermə müddətini üzrlü səbəbdən ötürmüş olduğu məlum olmuşdur. Nümayəndə2 əvvəllər məhkəmə tərəfindən göndərilən müəyyən sənədlər poçt vasitəsilə göndərildiyindən, mübahisələndirilən məhkəmə aktının da poçt vasitəsilə göndəriləcəyini zənn etmişdir. Maliyyə hesabatları ilə əlaqədar olaraq elektron imza direktorun özündə deyil, iddiaçının mühasibatlığında olmuş, mühasibatlıq isə təbii hal olaraq maliyyə işləri ilə məşğul olduğundan məhkəmə tərəfindən elektron kabinetə göndərilən aktı açıb oxumamışdır. Həmçinin işi uğursuz nəticələndiyindən əvvəllər elektron kabinetdən istifadə edən əvvəlki vəkili ilə arasında olan müqaviləni uzatmaq istəmədiyindən, məhkəmə aktının "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərilməsindən xəbəri olmamışdır. Göründüyü kimi qətnamədən kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan prosessual müddət ondan asılı olmayan səbəbdən buraxılmışdır. Məhkəmənin kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməməsinə dair qərardadı qeyri-obyektivdir.

15. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 16 avqust tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli qərarı üzrə - məhkəmə obyektivlik baxımından hazırki işin iddiaçı üçün böyük əhəmiyyətə malik olmasını, ən azından iddiaçının məhkəmə aktının göndərilməsindən vaxtında xəbər tutmuş olduğu halda müddəti ötürmədən şikayət verəcəyini, məhz əvvəlki vəkilinin deyil, iddiaçının özünün elektron kabinetindən (sistemindən) istifadə edə bilmədiyini, iddiaçının qətnamədən kassasiya şikayəti verməkdə israrlı olduğunu, onun məhkəmə müdafiəsi hüququndan sonuna qədər istifadə etmək niyyətinin açıq-aşkar olmasını nəzərə ala bilərdi.

16. MPM-in 133.1-ci maddəsi üzrə - iddiaçıya məxsus elektron kabinetə gələn bildirişə 2024-cü il 19 aprel tarixində baxıldığı zaman məlum olmuşdur ki, məhkəmə aktı 2024-cü il 8 fevral tarixində 17:39-da Gəncə Apellyasiya Məhkəməsi tərəfindən "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərilmişdir. Göründüyü kimi, iddiaçı elektron kabinetdən istifadə edə bilmədiyi üçün y alnız 2024-cü il 19 aprel tarixində vəkilin köməyi ilə elektron kabinetə nəzər yetirdikdən sonra məhkəmə aktının 2024-cü il 8 fevral tarixində yerləşdirildiyini bilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

19. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ M a d d ə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir....”

21. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 16 avqust tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... qa nunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın....”

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Maddə 128 Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması... 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş v erməsindən sonrakı gündən başlanır.” “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə 135 Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti.... 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya ş ikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 41 6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, prosessual hüquq no rmalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Yəni şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

26. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

27. Hazırkı halda işdən göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 1 fevral tarixli 2-2(104)-28/2024 nömrəli qətnaməsi 2024-cü il 8 fevral tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”inə yüklənmiş, sonuncunun həmin qətnamədən kassasiya şikayəti verməsi üçü n prosessual müddət 2024cü il 9 aprel tarixdə bitmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsində müddətin ötürülməsinə səbəb kimi qeyd etdiyi hallar buraxılmış müddətin bərpası üçün üzürlü səbəb hesab edilə bilməzdi və bununla bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə də qanuni və əsaslı olmuşdur.

29. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında” Əsasnamənin 9.2.3-cü bəndinə əsasən sahib tərəfindən İnformasiya sisteminə daxil edilən və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumat və sənədləri daim izləmək İnformasiya sistemi iştirakçılarının vəzifəsidir.

30. Hazırda da iddiaçı hazırki işlə bağlı onun elektron kabinetinə daxil olan büt ün yeni məlumat və sənədləri daim izləməli idi.

31. İddiaçı kommersiya fəaliyyəti ilə bağlı hüquqi məsələlərin tənzimlənməsi, məhkəmə mübahisələrində prosessual qanunvericiliyin tələbləri baxımından lazımi qaydada təmsil olunması, o cümlədən məhkəmə aktlarından şikayət verilməsi üçün prosessual müddətlərə nəzarət etmək funksiyası daşıyan hüquqi şəxs kimi elektron kabinetə nəzarət etməməyin riskini də özü daşımışdır. 32. “Akif Həsənov Azərbaycana qarşı" məhkəmə işi üzrə qəbul etdiyi Qərarında da Avropa insan Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nətic əsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

33. Bu baxımdan kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən qərardadın ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

34. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

35. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu madd ələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(104)-28/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar