Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-384/2025 17.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı və Cavabdehin İddiaçıya qarşı iddia tələblərinə dair bir icraata birləşdirilmiş iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, qüsurlu icranın nəticələri, öhdəliyin lazımınca icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə; iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair işlərin birləşdirilmiş icraatı üzrə Bakı Apellyasiy a Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 fevral tarixli 2-2(103)- 57/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “Sifarişçi” (Cavabdeh MMC) ilə “icraçı” (İddiaçı MMC) arasında 2021-ci il 12 yanvar tarixli “serial çəkilişinə dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, icraçı 1.2ci bənddə göstərilən xidməti bu müqaviləyə uyğun şəkildə icra edib sifarişçiyə təqdim etməyi, sifarişçi isə öz növbəsində, xidməti qəbul edib icraçıya bu müqavilə ilə razılaşdırılmış efir saatı verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə icraçının icra etdiyi xidmət bu müqavilənin Əlavəsində adı göstərilən audiovizual əsərin çəkilməsidir.
2. Həmin müqaviləyə 1 nömrəli əlavədə tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1) serialın adı: "Zeynəb"; 2) serialın xronometrajı və sayı: 42-45 dəqiqə hər seriya; 3) serialın yayımlanması sifarişçi tərəfindən müəyyən olunacaq; 4) serialın ilk dəfə təhvil veriləcəyi tarix: 2021-ci il 15 mart; 5) anonsun ilk dəfə təhvil veriləcəyi tarix: 2021-ci il 1 mart; 6) serialın çəkilmə prosesi: bu müqavilə imzalandıqdan 1 həftə ərzində serialın ilk 5 seriyasının ssenarisi və süjet xətti icraçı tərəfindən müəyyən olunaraq sifarişçiyə təqdim edəcəkdir ki, sifarişçi müvafiq ssenari və süjet xətti ilə bağlı icrası icraçı üçün məcburi əhəmiyyətə malik göstərişlər verə bilər və yalnız sifarişçi tərəfindən təsdiq edildikdən sonra icraçı serialın çəkilişlərinə başlayacaqdır. İcraçı hər növbəti dörd seriyanın ssenarisini sifarişç iyə təqdim edəcəkdir; 7) xidmət haqqı: hər seriya üçün 2.000 manat; 8) avans şəklində 8.000 manat ödəniləcəkdir.
3. Müqavilə bağlandıqdan sonra Cavabdeh MMC tərəfindən 2021-ci il 4 fevral tarixində 4.000 manat, 2021-ci il 18 fevral tarixində 8.000 manat, 2021-ci il 6 aprel tarixində 4.000 manat və sonradan 2.000 manat olmaqla, ümumilikdə 20.000 manat İddiaçı MMC-yə ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra - “icraçı”) 2022-ci il 9 sentyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra - “sifarişçi”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqaviləyə əsasən sifarişçidən icraçının xeyrinə 52.000 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişd ir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “serial çəkilişinə” dair müqaviləyə əsasən, icraçı tərəfindən 36 bölümdən ibarət olan “Zeynəb” adlı serial 2021-ci il 15 mart tarixinə kimi çəkilməli və sifarişçiyə təhvil verilməli idi. İcraçı müqavilə üzrə öhdəliyi tam icra etmişdir. “Zeynəb” adlı serialın 36 bölümünün hamısı çəkilmiş və 36 bölümün 29 bölümü sifarişçi tərəfindən qeyd-şərtsiz qəbul olunmuşdur. Yalnız son 7 bölümü sifarişçi əsassız olaraq işin qüsurlu icra edildiyini əsas gətirərək, təhvil almaqdan imtina etmiş, lakin işin qüsuru icra edildiyinin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. İcraçı tərəfindən çəkilən bütün bölümlər yüksək səviyyədə, keyfiyyətdə çəkilmiş və qüsur olmamışdır. “Zeynəb” adlı serialın 36 bölümünün çəkilməsinə görə 72.000 manat puldan sifarişçi cəmi 20.000 manat ödəmişdir. Sifarişçinin icraçıya “Zeynəb” adlı serialın 36 bölümünün çəkilib verilməsinə görə 52.000 manat borcu qalmışdır.
6. Sifarişçi də 2022-ci il 20 sentyabr tarixində icraçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.000 manat pul, 200 manat mediasiya xərci, vəkilə ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 150 manat pulun icraçıdan tutularaq sifarişçiyə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “serial çəkilişinə dair” müqaviləyə əsasən, icraçı “Zeynəb” adlı serialı 2021-ci il 15 mart tarixinə qədər çəkib sifarişçiyə təhvil verməli idi. Müqavilə imzalandıqdan sonra 2021-ci il 4 fevral tarixində 4.000 manat, 2021-ci il 18 fevral tarixində 8.000 manat və 2021-ci il 6 aprel tarixində isə 4.000 manat olmaqla, cəmi 20.000 manat sifarişçi tərəfindən icraçıya avans şəklində ödənilmişdir. İcraçı müqavilənin 6.4.1-ci bəndinə əsasən xidməti yüksək keyfiyyətlə, qüsurlardan azad, müqavilənin və sifarişçinin tələblərinə uyğun şəkildə icra etməli idi. Lakin icraçı müqavilə üzrə öhdəliklərini lazımınca və qeyd olunan vaxtda yerinə yetirməmişdir. İcraçı serialın bir hissəsini bir neçə dəfə sifarişçiyə təqdim etsə də, həmin hissələr qüsurlu çəkildiyindən və keyfiyyət parametrləri aşağı olduğundan təhvil alınmamış, bu barədə icraçıya məlumat verilmişdir. Müqaviləni 9.7-ci bəndinə əsasən, icraçı işi keyfiyyətlə icra etmədikdə və müqavilənin şərtlərini pozmaqla icra etdikdə sifarişçiyə dəymiş zərərə görə tam maddi məsuliyyət daşıyır və zərəri belə zərərin b aş verdiyi tarixdən 10 iş günü ərzində ödəməlidir.
8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 oktyabr tarixli e-2-2(113)-5580/2022 nömrəli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 yanvar tarixli e-2-2(113)-148/2023 nömrəli qətnaməsi ilə icraçının iddiası qismən təmin olunmuş, sifarişçidən 38.000 manat pulun tutularaq icraçıya ödənilməsi qət edilmiş, icraçının iddiası qalan hissədə təmin olunmamış, sifarişçinin iddiası təmin edilməmişdir (hakim – Z.Axundova).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, icraçı tərəfindən serialın son 7 seriyası istisna olmaqla, qalan 29 seriya sifarişçiyə təhvil verilmiş və sifarişçi tərəfindən həmin seriyaların dəyərinin bir hissəsi (20.000 manat) ödənilmişdir. S ifarişçinin nümayəndəsi müqavilə şərtlərinə əsasən seriyaların təhvil təslim aktları əsasında təqdim edilməli olduğunu və tərəflər arasında belə aktların bağlanmadığını bildirsə də, sifarişçi tərəfindən xidmət haqqı ödənilmiş seriyalar üzrə də tərəflər arasında hər hansı təhvil təslim aktı tərtib olunmamışdır. Sifarişçinin nümayəndəsi məhkəmə iclasında işin qüsuru qismində baş rol ifaçısının atası rolunu oynayan aktyor dəyişikliyini göstərmiş, aktyorun 5-ci seriyadan sonra dəyişdirildiyini və bunun qüsur olduğunu bildirmişdir. Lakin sifarişçi tərəfindən edilən ödənişlərdən də görünür ki, sifarişçi müqavilə şərtlərinə uyğun olaraq 8.000 manat ödəniş etdikdən sonra, yəni qüsur kimi istinad etdiyi halı bildikdən sonra daha 12.000 manat ödəniş etmişdir.
11. Sifarişçi tərəfindən aktyor dəyişikl iyi ilə bağlı hər hansı iradın bildirilməsi və ya serialın növbəti hissələrinin çəkilişlərinə həmin aktyorla davam etdirilməməsi ilə icraçıya iradların, xəbərdarlıqların bildirilməsi, hər hansı başqa qüsurların nədən ibarət olması və bununla bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır.
12. Ödənilmiş 20.000 manat məbləğin 8.000 manatı avans ödəniş olmuş, qalan hissəsi isə serialın bölüm xidmət haqları olaraq ödənilmişdir. 2021-ci il 5 aprel tarixli EBAZ seriyalı 643560 nömrəli elektron qaimədən müəyyən edilmişdir ki, serialın 6 bölüm xidmət haqqının ümumi məbləği 12.000 manat təşkil etmiş, onun 4.000 manat hissəsi ödənilmiş, 8.000 manat hissəsi isə ödənilməmişdir. 36 seriyanın tam çəkilməsini özündə əks etdirən maddi daşıyıcı məhkəməyə təqdim olunmuşdur.
13. Məhkəmə sifarişçi tərəfindən 29 seriyanın qəbul olunduğunu və buna görə 20.000 manat ödəniş edildiyini nəzərə alaraq qeyd etmişdir ki, 29 seriyaya görə ödənilməli olan 58.000 manat məbləğin (29x2.000=58.000) 20.000 manat hissəsi sifarişçi tərəfindən ödənildiyindən, qalan 38.000 manat pul sifarişçidən tutularaq icraçıya ödənilməlidir. İcraçının iddia tələbində 36 bölümün xidmət haqqının ödənilməsi tələb olunsa da, məhkəmənin gəldiyi qənaətə əsasən, 7 bölümə görə xidmət haqqının tutulması hissəsində iddia təmin olunmamalıdır. İcraçı iddia ərizəsində 7 bölümün sifarişçi tərəfindən qəbul olunmadığını qeyd etmiş, müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçinin seriyanı təhvil aldıqdan sonra özünün daxili qaydaları əsasında müəyyən edilmiş forma və qaydada analizini aparmaq; analiz zamanı serialın qanunvericiliyə, Milli Televi ziya və Radio Şurasının, bu müqavilənin, sifarişçinin daxili qaydalarının və icrasının icraçı üçün məcburi olduğu sifarişçi tərəfindən verilmiş göstərişlərin tələblərinə uyğunluğunu yoxlamaq; həmçinin analizin nəticələrindən asılı olaraq sifarişçinin xidməti qəbul etməkdən imtina hüququ olmuşdur.
14. Birinci instansiya məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 752.1, 759.1, 762.2, 762.3, 763.1, 768.2 və 770-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Sifarişçi apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, onun iddia tələbinin təmin olunması, icraçının iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli 2-2(103)-471/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi icraçının iddiasının qismən təmin olunmuş və sifarişçinin iddiasının rədd olunmuş hissələrində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, sifarişçi serialın tam çəkilməsini mübahisələndirməmiş, işlər qüsurlu görüldüyünə görə onun qəbulundan imtina edildiyini bildirmişdir. Sifarişçinin nümayəndəsi birinci instansiya məhkəməsində işin qüsuru qismində aktyorun dəyişilməsini göstərmiş (baş rol ifaçısının atası rolunu oynayan aktyor), aktyorun 5-ci seriyadan sonra dəyişdirildiyini və bunun qüsur olduğunu bildirmişdir. Apellyasiya baxışı zamanı sifarişçinin nümayəndəsi bildirmişdir ki, baş rol ifaçısının atası rolunu oynayan aktyorun dəyişməsinin səbəbi onun vəfat etməsi olmuşdur və onların bundan xəbəri olmuşdur. İşin materiallarında olan tərəflər arasında baş tutan “whatsapp” yazışmalarının məzmunundan da müəyyən olunmuşdur ki, həmin aktyor vəfat etdikdən sonra onun yerinə aktyor seçilməsində sifarişçi də iştirak etmişdir.
18. Tərəflər arasında bağlanmış müqavilənin 2.8-ci bəndində də göstərilmişdir ki, icraçı serialda çəkiləcək aktyorların seçimi barədə sifarişçinin göstərişlərinə əməl etməlidir. Sifarişçi tərəfindən aktyor dəyişikliyi ilə bağlı hər hansı bir iradın bildirilməsi və ya serialın növbəti hissələrinin çəkilişlərinə həmin aktyorla dava m etdirilməməsinə dair icraçıya iradların və ya xəbərdarlıqların bildirilməsi ilə bağlı sübutlar sifarişçi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, sifarişçinin istinad etdiyi yeganə hal, yəni aktyorun dəyişməsi icraçıdan asılı olmayan obyektiv səbəblərdən (aktyorun vəfat etməsi) baş vermiş, eyni zamanda sifarişçi həmin aktyorun yenisi ilə əvəz olunması və seçilməsində iştirak etmiş, habelə bununla bağlı etirazını bildirməmişdir. Bu baxımdan, sifarişçinin istinad etdiyi hal qüsur kimi qiymətləndirilə bilməz.
19. Sifarişçi tərəfindən serialın qüsurlu çəkilməsi ilə bağlı hər hansı digər dəlillərə (rejissor, operator, rəssam və s. işlərinin keyfiyyətsizliyi ilə bağlı) istinad edilmədiyi üçün iş üzrə incəsənət sahəsində mütəxəssislərin cəlb edilməsi üçün əsaslar mövcud olmamış dır. Sifarişçi tərəfindən edilən ödənişlərdən görünür ki, sifarişçi müqavilə şərtlərinə uyğun olaraq 8.000 manat ödəniş etdikdən sonra, yəni qüsur kimi istinad etdiyi halı bildikdən sonra daha 12.000 manat ödəniş etmişdir.
20. İcraçı tərəfindən 29 seriya tam çəkilib qurtarmışdır. Apellyasiya baxışının həddinə yalnız həmin hissənin aid olduğu sözügedən seriyalarda sifarişçinin istinad etdiyi hal çərçivəsində hər hansı qüsurlar aşkar edilməmiş, sifarişçi digər qüsurlara istinad etməmiş, belə olan halda MM-in 765-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmamış və qeyd olunan sayda seriyaya görə ödənilməli olan 58.000 manat məbləğin (29x2.000=58.000) 20.000 manat hissəsi sifarişçi tərəfindən ödənilmişdir.
21. İcraçı tərəfindən çəkilmiş 29 seriyada sifarişçinin istinad etdiyi hal çərçivəs ində hər hansı qüsur aşkar edilməmişdir. Belə olan halda, sifarişçi tərəfindən görülmüş işlərin təhvil almaması əsaslı hesab edilə bilməz və görülmüş işlər qəbul olunmuş hesab edilməli, habelə muzd ödənilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 448.1, 448.2, 448.4, 752.1, 762.1-762.3, 765 və 770-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Sifarişçi kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 may tar ixli 2-2(102)-86/2024 nömrəli qərarı ilə sifarişçinin kassasiya şikayəti təmin olunmuş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (sədrlik edən-məruzəçi hakim K.Abiyeva, hakimlər - V.Həsənov və Z.Əliyev).
25. Məhkəmə kollegiyası göstərmişdir ki, tərəflər 36 bölümdən ibarət serialın çəkilməsi barədə müqavilə bağlamış, lakin tərəflər öhdəliklərin icra edilməməsi əsası ilə qarşılıqlı iddialar irəli sürmüşlər. Apellyasiya instansiyası 29 bölümdə qüsur aşkar etməyərək muzdun ödənilməsinə qərar vermişdir. Kollegiya hesab etmişdir ki, bu nəticə müqavilə şərtlərinə və MM-də podratın qüsurlu icrası ilə bağlı müddəalara uyğun olmamışdır.
26. Müqaviləyə görə bütün bölümlər keyfiyyətli çəkilməli və təhvil-təslim aktları ilə təq dim edilməli idi. Sifarişçi qüsurlu icranı əsas gətirsə də, apellyasiya məhkəməsi ekspertiza təyin etmədən qərar qəbul etmişdir. Halbuki qüsurların olub-olmaması xüsusi bilik tələb edir və ekspertiza aparılmalı idi.
27. Müqavilə şərtlərinə əsasən, sifarişçi qüsurlu icra halında xidməti qəbul etməmək, əlavə icra və ya zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
28. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, icraçı ilə müqavilə bağlayan sifarişçi 36 bölümdən ibarət yüksək keyfiyyətli audiovizual əsərin əldə edilməsini hədəfləsə də, işə baxmış məhkəmələr tərəfindən yalnız 29 bölümün tam çəkilib sifarişçiyə təhvil verildiyi müəyyən olunmuşdur.
29. Podrat nəticəsinin kəmiyyətcə yerinə yetirilməməsi də, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsur sayıl ır və sifarişçi əlavə icra tələb edə bilər. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (MM-in 762.3, 763.1 və 766-cı maddələri).
30. Tərəflər arasındakı müqavilənin yuxarıda qeyd edilən qüsurlu icra ilə bağlı şərtləri və mülki qanunvericiliyin göstərilən müddəaları baxımından, icraçı onun təqsiri səbəbindən yaranmış qüsurları sifarişçi tərəfindən təyin edilmiş müddət ərzində aradan qaldırmalı, əlavə icra üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etməyən və müqavilədən imtina etdiyini bildirməyən sifarişçi muzdun miqdarını qüsurun məmulatın dəyərini azaltdığı qədər aza lda bilər.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı icraçının sifarişçidən podrat müqaviləsi üzrə muzd tələbinə, eləcə də sifarişçinin icraçıdan qüsurlu icra ilə bağlı tələbinə, iş üzrə müvafiq ekspertiza təyin edilməklə, işin müəyyən edilmiş faktiki halları, tərəflər arasında bağlanmış müqavilə şərtləri və mülki qanunvericiliyin podrat münasibətlərini tənzimləyən normalarının tələblərinə uyğun olaraq yenidən hüquqi qiymət verilməlidir.
32. Ali Məhkəmə gəldiyi nəticəni MM-in 448.1, 448.2, 448.4, 752.1, 762.1-762.3, 763.1, 765, 766 və 770-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 9 fevra l tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 13 iyun tarixli; “S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 19 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 8 yanvar tarixli qərarlarına; MPM-in 14.2, 64.1, 76.1, 76.2, 77.1, 79.1, 88, 97.1, 217, 416-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 sentyabr tarixli 2-2(103)-869/2024 nömrəli qərardadı ilə iş üz rə audio və videoyazıların məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 17 oktyabr tarixli məktubunda qeyd olunmuşdur ki, verilən suallar ekspertin zəruri biliyindən kənara çıxmaqla audio və videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid deyildir. Bununla da ekspertizanın aparılmasından imtina edilmişdir.
34. Sifarişçinin vəkili tərəfindən vəsatətlə müraciət olunaraq kino sahəsində xüsusi biliyə malik olan ekspertlər tərəfindən rəy verilməsi xahiş edilmişdir. 2025-ci il 16 yanvar tarixli ekspert Şamıyev Fehruz tərəfindən verilən rəydə qeyd olunmuşdur ki, “Məhkəmə tərəfindən təqdim olunan yaddaş diski və kiçik yaddaş kartında (fləş kart) nəzərdən keçirdiyim qovluqlarda "Zeynəb" serialının bölüm lərini izlədim. "Zeynəb" serialına aid 27 seriya rəqəmlərlə qeyd olunub və yaddaş diskinə yerləşdirilib. Ancaq materiallar arasında 18-20-22-23-cü seriyalar olmayıb. Bu baxımdan da mən 23 seriya barədə fikrimi bildirirəm. Təqdim olunan seriyalar texniki baxımdan müxtəlif xətalar var. Onların böyük bir qismi məhsulun post prodakşn mərhələsində (çəkilişdən sonrakı mərhələ - montaj, səs, rənglənmə) aradan qaldırıla bilər. Seriyaların demək olar ki, əksər hissəsində bu xətalar var. Serialın ssenarisi sifarişçi tərəfindən qəbul olunduğu və istehsala razılıq verildiyi üçün ssenarinin zəif və güclü tərəfləri barədə fikir bildirməyə ehtiyac görmürəm. Serialın rejissor yanaşması standart və bizim efir məkanımız üçün məqbul sayıla bilər. "Zeynəb" serialının 15-ci seriyaya qədər tamaşaçını ekran qarş ısında saxlayan hiss, həyəcan duyulur. Hiss olunur ki bu seriyalarda yaradıcı heyət məhsula daha ciddi yanaşıb və montaj prosesində digər seriyalara nisbətən daha çox əmək sərf edilib. Peşəkar aktyorlardan istifadə, onların oyun tərzi normalara uyğundur. Texniki səhvlər isə yetərincədir və onları yuxarıda qeyd etdiyim kimi montaj prosesində həll etmək lazımdır. 15-ci seriyadan sonra serialın tempi dəyişir. Gərginlik və hadisələrin ritmi aşağı enir və bədii baxımdan məhsulun keyfiyyəti, baxımlılığı aşağı düşür. Çəkilmiş materialları - seriyaları tamaşaçıya daha templi, daha maraqlı etmək mümkündür. Montaj rejissoru cəlb olunmalı və serialın temporitmi serialın estetikasına uyğunlaşdırılmalıdır. Bundan başqa qeyd edim ki, 2024-25-ci ildə Azərbaycan efir məkanında nümayiş olunan serialları üç səviyyədə səciyyələndirmək olar - zəif, orta və keyfiyyətli. "Zeynəb" serialı üzərində müəyyən dəyişikliklər etməklə orta səviyyəli məhsul kimi efirə verilə bilər.”
35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 fevral tarixli 2-2(103)-57/2025 nömrəli qərardadı ilə iş üzrə Azərbaycan Kinematoqrafçılar İttifaqı İctimai Birliyindən mütəxəssis cəlb edilməsi qərara alınmış, həmin İctimai Birliyinin mütəxəssisini cəlb edərək mütəxəssis rəyi almışdır. Mütəxəssis tədqiqatına 36 bölümdən ibarət serial disk formasında təqdim edilmişdir. Həmin Birliyin mütəxəssisi X2 tərəfindən təqdim edilmiş 2025-ci il 26 fevral tarixli rəyində qeyd edilmişdir: Birinci suala cavab olaraq bildiririk, aktyorun serialda dəyişdirilməsi praktikası dünya təcrübəsində məqbul bir praktikadır. Yen i aktyora keçidin eyni seriyada baş verməməsi, keçidi yumşaldır. Bununla yanaşı, personajları, seriyaların girişində təqdim edən qrafik videoçarxda əvvəlki aktyorun təsviri, adı və soyadı qalıb. İkinci sualla bağlı aşağıdakıları bildiririk: Videomateriallar “predmaster” (teleyayıma hazır son versiyadan əvvəlki versiya), ağlama öncəsi, qaralama versiyası kimi qəbul etmək olar. Təqdim edilən materiallar müqavilənin tələb etdiyi hər seriyanın minimum 42 dəqiqə olması tələbini yerinə yetirmir. Material, teleyayıma çıxarmaq üçün aşağıdakı düzəlişləri tələb edir: Ssenari xətalarının (ana mövzudan yayınmamaq, dialoqlardakı boşluqlar) montaj vasitəsilə aradan qaldırılması; rejissor həllinə aid (epizoddan-epizoda keçidlər, dinamikliyi gözləmək, müqavilə üzrə tələb olunan metraja riayət edilməsi) mo ntaj xətalarının aradan qaldırılması; səs və küylərdə xətaların aradan qaldırılması; rəng həllində xətaların aradan qaldırılması; Aktyorun əvəz olunduğu seriyaların giriş titrlərində yeni aktyorun adının və təsvirinin yerləşdirilməsi. Aradan qaldırılması mümkün olmayan xətalara rast gəlinməyib. Təqdim edilən mövcud rəy, videomaterialların sənət dəyərini şərh etmir, ancaq teleyayım üçün media məhsulunun keyfiyyətlərini təsbit edir. Rəy tərtib edilərkən hər iki tərəfin nümayəndələrindən layihənin detalları haqqında məlumat alınıb.
36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 fevral tarixli 2-2(103)-57/2025 nömrəli qətnaməsi ilə sifarişçinin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi icraçının iddiasının qismən təmin olunmuş və sifarişçinin iddiasının rədd olunmuş hissələrində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və M.Məmmədov).
37. Məhkəmə kollegiyasının mövqeyinə görə, icraçı bildirir ki, o, bütün seriyaları çəkib sifarişçiyə təhvil vermiş, lakin sonuncu muzdun bir qismini ödəməmişdir. Sifarişçi isə bildirir ki, icraçı tərəfindən serialın bir hissəsi bir neçə dəfə ona təqdim olunsa da, təqdim olunan hissələr qüsurlu çəkildiyindən və keyfiyyət parametrləri aşağı olduğundan təhvil alınmamış və bu barədə icraçıya məlumat verilmişdir.
38. Göründüyü kimi sifarişçi serialın tam çəkilməsini mübahisələndirmir, lakin bildirir ki, işlər qüsurlu görüldüyünə görə onun qəbulundan imtina edilmişdir.
39. Sifarişçinin nümayəndəsi birinci instansiya məhkəməsində işin qüsuru qismində aktyorun dəyişilməsini göstərmiş (baş rol ifaçısının atası rolunu oynayan aktyor), aktyorun 5-ci seriyadan sonra dəyişdirildiyini və bunun qüsur olduğunu bildirmişdir. Hazırkı apellyasiya baxışı zamanı sifarişçinin nümayəndəsi bildirmişdir ki, baş rol ifaçısının atası rolunu oynayan aktyorun dəyişməsinin səbəbi onun vəfat etməsi olmuşdur və onların bundan xəbəri olmuşdur.
40. Eyni zamanda iş materiallarında olan tərəflər arasında baş tutan “WhatsApp” yazışmalarının məzumunundan da müəyyən olunur ki, həmin aktyor vəfat etdikdən sonra onun yerinə aktyor seçilməsində sifarişçi də iştirak etmişdir.
41. Tərəflər arasında bağlanmış müqavilənin 2.8-ci bəndində də göstərilmişdir ki, icraçı serialda çəkiləcək aktyorların seçimi barədə sifarişçinin (cavabdehin) göstərişlərinə əməl etməlidir.
42. Eyn i zamanda sifarişçi tərəfindən aktyor dəyişikliyi ilə bağlı hər hansı bir iradın bildirilməsi və ya serialın növbəti hissələrinin çəkilişlərinə həmin aktyorla davam etdirilməməsi ilə icraçıya iradların və ya xəbərdarlıqların bildirilməsi ilə bağlı sübutlar sifarişçi tərəfindən məhkəməyə təqdim olunmamışdır.
43. Göründüyü kimi sifarişçinin istinad etdiyi yeganə hal, yəni aktyorun dəyişməsi icraçıdan asılı olmayan obyektiv səbəblərdən (aktyorun vəfat etməsi) baş vermiş, eyni zamanda sifarişçi həmin aktyorun yenisi ilə əvəz edilməsi və seçilməsində iştirak etmiş, habelə bununla bağlı etirazını bildirməmişdir.
44. İşi yeni apellyasiya baxışına göndərən kassasiya instansiyası hesab etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı icraçının sifarişçidən podrat müqaviləsi üzrə muzd tələbinə, eləc ə də sifarişçinin icraçıdan qüsurlu icra ilə bağlı tələbinə, iş üzrə müvafiq ekspertiza təyin edilməklə, işin müəyyən edilmiş faktiki halları, tərəflər arasında bağlanmış müqavilə şərtləri və mülki qanunvericiliyin podrat münasibətlərini tənzimləyən normalarının tələblərinə uyğun olaraq yenidən hüquqi qiymət verilməlidir.
45. Məhkəmə kollegiyası kassasiya instansiyasının məcburi göstərişini (MPM 420) yerinə yetirərək iş üzrə kino sahəsinə dair müvafiq ekspertiza təyin etmiş və ekspertizanın aparılmasını Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Lakin həmin idarə tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. 2024-cü il 17 oktyabr tarixli həmin məktubda qeyd edilmişdir ki, verilən suallar ekspertin zəruri biliyindən kənara çıxmaqla audio və videoyazıların məhkəmə ekspertizas ının həll etdiyi məsələlərə aid deyildir.
46. Bundan sonra kollegiya “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin mütəxəssisini cəlb edərək mütəxəssis rəyi almışdır. Mütəxəssis tədqiqatına 36 bölümdən ibarət serial disk formasında təqdim edilmişdir. Həmin Birliyin mütəxəssisi X2 tərəfindən təqdim edilmiş 2025-ci il 26 fevral tarixli rəyində qeyd edilmişdir:... (bax § 35).
47. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən müqavilə üzrə görüləcək işlər icraçı tərəfindən yüksək keyfiyyət və sifarişçinin tələblərinə cavab verən şəkildə icra edilməli, icraçı tərəfindən çəkiləcək bütün bölümlər elektron daşıyıcı növündə və təhvil-təslim aktları əsasında sifarişçiyə təqdim edilməlidir. Həmçinin tərəflər arasında bağlanmış müqavilə şərtlərində xidmət icraçı tərəfindən qüsurla icra edildikdə xidməti qəbul etməkdən imtina etmək və bununla əlaqədar əlavə icra tələb etmək və ya vurulmuş zərərin ödənilməsini tələb etmək sifarişçinin hüququ kimi nəzərdə tutulmuşdur.
48. Tərəflər arasındakı müqavilənin qeyd edilən qüsurlu icra ilə bağlı şərtləri və mülki qanunvericiliyin müddəaları baxımından, icraçı onun təqsiri səbəbindən yaranmış qüsurları sifarişçi tərəfindən təyin edilmiş müddət ərzində aradan qaldırmalı, əlavə icra üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etməyən və müqavilədən imtina etdiyini bildirməyən sifarişçi muzdun miqdarını qüsurun məmulatın dəyərini azaltdığı qədər azalda bilər.
49. Sifarişçi iddia tələbini icraçı tərəfindən təqdim olunmuş bölümlərin qüsurlu çəkilişi və keyfiyyət parametrlərin in aşağı olması ilə əsaslandırmışdır.
50. Göründüyü kimi, sifarişçi qüsura istinad etsə də, iş materialları ilə sifarişçinin podratçıya qüsur barədə məlumat verməsi, qüsuru özündə əks etdirən hər hansı mütəxəssis aktının tərtib edilməsi, qüsurun aradan qaldırılması üçün əlavə icranı təyin etməsi, podratçıya qüsuru aradan qaldırmaqla bağlı imkan yaratması müəyyən edilməmiş, sifarişçinin nümayəndəsi izahatında qüsur barədə məlumatın şifahi formada qarşı tərəfə çatdırılmasını qeyd etmişdir. Podratçı sifarişçinin qüsur barədə mövqeyini qəbul etmədiyindən sifarişçi istinad etdiyi bu halı sübut etməlidir. Lakin ilk iddia üzrə cavabdeh olan sifarişçi müvafiq sübutları təqdim etməmişdir. Uzun müddət sonra apellyasiya icraatında mütəxəssis rəyində seriallarda bəzi aradan qaldırılması mümkün olan xə taların aşkar edilməsi onlara istinad etməyən cavabdehi qeyd edilən halları sübutetmə vəzifəsindən azad etmir.
51. Bundan əlavə, sifarişçi tərəfindən edilən ödənişlərdən görünür ki, o, müqavilə şərtlərinə uyğun olaraq 8.000 manat məbləğində ödəniş etdikdən sonra, yəni qüsur kimi istinad etdiyi halı bildikdən sonra daha 12.000 manat məbləğində ödəniş etmişdir.
52. Sifarişçi qeyd edilən maddələrin tələblərinə riayət etmədiyi üçün qüsurlarla bağlı tələb hüququ əmələ gəlməmiş, əsassız olaraq müqavilədən birtərəfli qaydada imtina etmiş, həmçinin podratçının muzdunu ödəməli olduğu halda ödəməmişdir.
53. Həmçinin kollegiya hesab etmişdir ki, sifarişçinin istinad etdiyi hal, yəni aktyorun dəyişdirilməsi mütəxəssis rəyində qüsur kimi müəyyən edilməmişdir.
54. Bundan başqa, sifarişçinin nümayəndəsin in elektron kabinetə yüklədiyi qüsurlar barədə sənəd kollegiya tərəfindən qəbul edilməmişdir. Belə ki, həmin sənəd imzasız olmaqla kim tərəfindən tərtib edildiyi bəlli deyil.
55. Beləliklə, icraçı tərəfindən 36 seriyanın tam çəkilib qurtardığını, həmin seriyalarda sifarişçinin istinad etdiyi hal çərçivəsində hər hansı qüsurların aşkar edilmədiyini, sifarişçinin digər qüsurlara istinad etmədiyini və belə olan halda MM-in 765-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcud olmadığını, eyni zamanda həmin sayda seriyaya görə ödənilməli olan 58.000 manat məbləğin (29X2000=58000) 20.000 manat hissəsinin sifarişçi tərəfindən ödənildiyini nəzərə alaraq kollegiya hesab etmişdir ki, icraçı MM-in 752-ci maddəsinə əsasən qalan 38.000 manat məbləğində pul vəsaitinin sifarişçidən tutulmasını tələb etmək də haqlıdır, ödənilmiş 20.000 manat pul vəsaitinin geri qaytarılması barədə sifarişçinin tələbi isə əsassızdır.
56. Belə olan halda məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, sifarişçinin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
57. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 448.1, 448.2, 448.4, 752.1, 762.1- 762.3, 763.1, 764.1, 765, 770 və 773-cü; MPM-in 77.1 və 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
58. Sifarişçi kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, onun tərəfindən verilən iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
59. MM-in 385.1-ci maddəsi üzrə - Məhkəmə müqavilə ilə təsdiq edilmiş icraçının üzərinə düşən öhdəliklərinin icra etməməsinə əhəmiyyət verməmiş və onun xeyrinə qərar qəbul etmişdir. Lakin icraçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və kobud şəkildə müqavilənin bəndlərini pozmuşdur.
60. MM-in 442, 443 və 448-ci maddələri üzrə - Tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə öhdəlik götürən tərəf, serial çəkilən zaman bütün riskləri öz üzərinə götürür və çəkiliş zamanı baş verə biləcək bütün hallara görə risk daşıyır və qüsurların aradan qaldırılmasını öz üzərinə öhdəlik götürür. Lakin serial ümumilikdə 36 seriyadan ibarət olacağına razılaşma olmasına baxmay araq, onlardan yalnız ilkin olaraq 4 seriya təqdim edilmiş və onlarda qüsur aşkar edilməsi səbəbindən icraçıya geri qaytarılaraq onların düzəldilməsi və yenidən təqdim edilməsinə şifahi razılıq əldə edilmişdir. Lakin bu razılığı pozan icraçı 4 seriyada düzəlişləri etmək əvəzinə, qüsurlu şəkildə digər seriyaları (36 seriyaların mövcudluğu yalnız ikinci apellyasiya instansiyasında ortaya çıxmışdır) sifarişçinin buna icazəsi və qəbulu olmadan çəkmiş və sonra sifarişçini məhkəməyə verərək ondan ödənişi tələb etmək olmuşdur.
61. MM-in 752.1-ci maddəsi üzrə - Müqavilədə nəzərdə tutulan işi keyfiyyətlə və vaxtında icra etmədiyi üçün icraçıya sifarişçi tərəfindən heç bir muzd ödənilməməlidir. Belə ki, serialın mart ayında təhvil verilməsi təsdiqlənsə də, aylar sonra 4 seriya təqdim edilmiş və o se riyalar da tam olaraq qüsurlu vəziyyətdə sifarişçiyə verilmişdir, hansını ki, qəbul etməkdən sifarişçi imtina etmişdir.
62. MM-in 762.1-ci maddəsi üzrə - Hazırkı işdə podratın nəticəsi Sifarişçiyə qüsurlarla təqdim edilmişdir. Belə ki, səs, işıq, montaj, operatorun düzgün kameranın tutulması, yəni kameranın əsməsi, seriyanın Azərbaycan televiziyalarında göstərilməsi normalarına uyğun gəlməməsi, müqavilənin əlavəsində göstərilən xronometraj baxımından 42-45 dəqiqə olmasına baxmayaraq daha aşağı dəqiqə ərzində çəkilməsi, hər bir seriyanın sonunda gedən titrlərdə serialın çəkilişinə sponsorluq etmiş kommersiya təşkilatlarının loqotipləri yerləşdirilərək göstərilməsi (müqavilənin 4.2-ci bəndinə əsasən, bu hüquq İcraçıya yalnız Sifarişçi ilə razılaşdırıldıqdan sonra verilə bilər, lakin müqavilə ilə bunun edilməsi tərəfimizdən razılaşdırılmamışdır) və bu kimi digər texniki qüsurlar seriyalarda mövcud olmuşdur.
63. Kassator şikayətində apellyasiya məhkəməsinin yol verdiyi aşağıda sadalanan pozuntuları qeyd etmişdir: 1) Ekspert rəylərinin düzgün qiymətləndirilməməsi - Ekspert rəyləri təqdim olunmasına baxmayaraq, məhkəmə onları düzgün tövsif etməmişdir (qətnamənin 41, 47, 52-ci hissələri). Məhkəmə yalnız ikinci ekspertin (X2) rəyinə istinad etmiş, birinci ekspert (Fehruz müəllim) rəyi nəzərə alınmamışdır. 2) Cavabdehin mövqeyinin təhrif edilməsi - Məhkəmə qətnamədə cavabdehin yalnız “aktyorun dəyişməsi” məsələsini irad tutduğunu qeyd etmişdir (41, 47, 66, 69-cu hissələr). Halbuki cavabdeh aktyorun dəyişməsinə deyil, onun ssenaridə qəfildən, qeyripeşəkarcasına təqdim edilməsinə, elə cə də bölümlərin qüsurlu çəkilməsinə etiraz etmişdir. 3) Sübutların tam və ətraflı araşdırılmaması - Videodiskdə 29 seriya göstərilsə də, əslində yalnız 23 seriya mövcud olmuş, bu hal həm cavabdehin ilkin kassasiya şikayətində, həm də ekspert rəyində vurğulanmışdır. Sonradan iddiaçı əlavə 13 seriyanı təqdim etsə də, məhkəmə əvvəlki diskdə mövcud olmayan seriyalara istinadla qərar qəbul etmişdir (qətnamənin 52, 68-ci hissələri). 4) Qətnamədə ziddiyyətli mövqelərin ifadə olunması - 47-ci hissədə cavabdehin yalnız aktyor məsələsinə istinad etdiyi göstərilmiş, lakin 59-cu hissədə qüsurlu çəkilişlərə də istinad edildiyi qeyd olunmuşdur. Bu isə məhkəmənin mövqeyinin dağınıq və qeyrimüəyyən olmasına dəlalət edir. 5) Cavabdehin sübut imkanlarının məhdudlaşdırılması - Cavabdeh məhkəmə iclaslarınd a dəfələrlə qüsurlar barədə suallar versə də, hakim həmin sualların cavablandırılmasına mane olmuşdur. Cavabdehin şahidlərin dindirilməsi barədə vəsatəti də təmin edilməmişdir. 6) Yazılı xəbərdarlıq məsələsinin qanunsuz qiymətləndirilməsi - Məhkəmə cavabdehin yazılı xəbərdarlıq etmədiyini əsas gətirmiş, halbuki ekspertiza ilə qüsurların mövcudluğu sübuta yetirilmişdir. Ali Məhkəmə də bu səbəbdən işi apellyasiya instansiyasına qaytarmışdır (qətnamənin 61-ci hissəsi). 7) Ödənişlərlə bağlı halların təhrif edilməsi - Qətnamədə guya cavabdeh qüsurları bildikdən sonra əlavə 12.000 manat ödəniş etmişdir deyə qeyd olunmuşdur. Əslində isə ödənişlər müqavilə üzrə avans xarakteri daşımış, seriyaların qüsurlu olduğu bilinə-bilinə təhvil-təslim aktı imzalanmamışdır (qətnamənin 62-ci hissəsi). 8) Mövcud olmayan yazılı sübutlara istinad edilməsi - Məhkəmə tərəflər arasında mövcud olmayan “yazılı xəbərdarlıqlara” istinad etmiş, halbuki yalnız şifahi müraciətlər olmuşdur. 9) Qanun normalarının yanlış tətbiqi – MM-in 762, 770, 773-cü maddələrinin tətbiqi səhv olmuş, qüsurlu işin sifarişçi tərəfindən qəbul edilmədiyi halda ödəniş öhdəliyi əsassız olaraq cavabdehin üzərinə qoyulmuşdur. Qüsurlar ekspert rəyləri ilə təsdiq olunsa da, məhkəmə bunu nəzərə almamışdır.
64. Kassator şikayətdə öz mövqeyini əsaslandırmaq üçün həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinə və 129cu maddəsinin İİİ hissəsinə, MM-in 762.2 və 762.3-ci, MPM-in 9, 14.2, 77.1, 78.1, 217.4, 407.2 və 416-cı maddələrinə də istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri
65. Kassasiya şikayətinə qarşı icraçı etiraz təqdim edərək bildirmişdir ki, sifarişçinin kassasiya şikayəti əsassızdır və rədd edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sənədlər, video və audio yazılar, həmçinin ekspert rəyləri açıq şəkildə sübut edir ki, icraçı müqavilə üzrə öhdəliyini tam icra etmiş, 36 seriyanı çəkərək sifarişçiyə təqdim etmişdir, onlardan 29 seriya qeyd-şərtsiz qəbul olunmuş, yalnız sonrakı bölümlər əsassız iradlarla rədd edilmişdir. Apellyasiya məhkəməsi də müəyyən etmişdir ki, cavabdehin iddia etdiyi qüsurlar ya texniki baxımdan aradan qaldırılması mümkün xırda çatışmazlıqlar olmuş, ya da ümumiyyətlə, əsassız iddialardır. MM-in 448, 752, 762 və 765-ci maddələrinin tələblərinə əsasən podratçının işi qüsurlu hesab edilmədiyi, sifarişçi isə müqavilə üzrə öhdəliyini tam yerinə yetirmədiyi üçün, iddiaçının tələbi haqlı, cavabdehin kassasiya şikayəti isə əsassızdır. Kassasiya baxışının hədləri
66. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
67. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşd ırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
68. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həm in halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yer inə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçını n sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur....” “Maddə
763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər....” “Maddə
764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər....” “Maddə
765. Məmulatın qüsuru nəticəs ində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.” “Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.” “Maddə
773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsu rlarla bağlı tələb hüququ əmələ gəlmir.”
69. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətna məsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfində n bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılması mümkün deyildir.
71. Hazırkı işdə icraçı podrat müqaviləsi üzrə çəkilməsi nəzərdə tutulan serialın bütün seriyalarının çəkib cavabdehə təhvil verdiyini, lakin sifarişçi muzdun bir qismini ödəmədiyini iddia edərək mu zdun qalan hissəsini tələb edir. Həmin iddia tələblərinin qanuni əsasını MM-in 752.1-ci maddəsi təşkil edir (“Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.”).
72. Sifarişçi isə icraçı tərəfindən serialın bir hissəsinin bir neçə dəfə ona təqdim olunsa da, təqdim olunan hissələr qüsurlu çəkildiyindən və keyfiyyət parametrləri aşağı olduğundan təhvil alınmadığını və bu barədə icraçıya məlumat verildiyini bildirərək icraçıya faktiki ödədiyi avansın geri qaytarılmasını tələb edir. Həmin iddia tələblərinin qanuni əsasını MM-in 765-ci maddəsi təşkil edir (“Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qa ldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.”).
73. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə icraçının iddiası qismən təmin olunmuş, sifarişçidən 38.000 manat pulun tutularaq icraçıya ödənilməsi qət edilmiş, icraçının iddiası qalan hissədə təmin olunmamış, sifarişçinin iddiası təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsi həmin qətnaməni dəyişdirmədən saxlamışdır.
74. İşə ilk dəfə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş, işi yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərmiş və belə göstəriş vermişdir ki, işin yeni apellyasiya baxışı zamanı icraçının sifarişçidən podrat müqaviləsi üzrə muzd tələbinə, eləcə də sifarişçinin icraçıdan qüsurlu icra ilə bağlı tələbinə, iş üzrə müvafiq ekspertiza təyin edilməklə, işin müəyyən edilmiş faktiki halları, tərəflər arasında bağlanmış müqavilə şərtləri və mülki qanunvericiliyin podrat münasibətlərini tənzimləyən normalarının tələblərinə uyğun olaraq yenidən hüquqi qiymət verilməlidir.
75. Apellyasiya instansiyası məhkəməsinin son baxışda aldığı və öz qətnaməsində istinad etdiyi mütəxəssis rəyindən məlum olur ki: 1) videomateriallar “predmaster” (teleyayıma hazır son versiyadan əvvəlki versiya), ağlama öncəsi, qaralama versiyası kimi qəbul edilə bilər; 2) təqdim edilən materiallar müqavilənin tələb etdiyi hər seriyanın minimum 42 dəqiqə olması tələbini yerinə yetirmir; 3) material, teleyayıma çıxarmaq üçün ona müvafiq düzəlişlərin edilməsi tələb olunur.
76. Beləliklə, rə ydə aradan qaldırılması mümkün olmayan xətalara rast gəlinmədiyi qeyd olunsa da, sözügedən nöqsanların mövcudluğu müəyyən edilmişdir.
77. MM-in 762.1-762.3-cü maddələrinin (bax § 68) məzmununa görə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
78. Həmçinin tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən, müqavilə üzrə görüləcək işlər icraçı tərəfindən yüksək keyfiy yət və sifarişçinin tələblərinə cavab verən şəkildə icra edilməli, icraçı tərəfindən çəkiləcək bütün bölümlər elektron daşıyıcı növündə və təhvil-təslim aktları əsasında sifarişçiyə təqdim edilməlidir. Müqavilə şərtlərində xidmət icraçı tərəfindən qüsurla icra edildikdə xidməti qəbul etməkdən imtina etmək və bununla əlaqədar əlavə icra tələb etmək və ya vurulmuş zərərin ödənilməsini tələb etmək sifarişçinin hüququ kimi nəzərdə tutulmuşdur.
79. Eyni zamanda, tərəflər arasında bağlanmış mübahisəli müqavilənin 3.1-ci bəndində serialın bütün seriyalarının İcraçının efir formatına uyğun formatında çəkilməli olması, 3.5-ci bəndində işin qüsurlu icra edildiyi aşkar edildikdə icraçının sifarişçi qarşısında bu müqavilədə nəzərdə tutulduğu qaydada məsuliyyət daşıdığı, 6.4 və 6.4.1-ci bəndlərində i craçının xidməti yüksək keyfiyyətlə - qüsurlardan azad – və bu müqavilənin və sifarişçinin tələblərinə uyğun şəkildə icra etmək vəzifəsini daşıdığı razılaşdırılmışdır.
80. Bununla belə, icraçının qanunun tələblərini və müqavilə ilə üzərinə düşən öhdəlikləri pozaraq serialı qüsurlarla çəkdiyi, o cümlədən zəruri xronometraja əməl olunmadığı, teleyayıma tam hazır materialın hazırlanmadığı müəyyən edilsə də, apellyasiya instansiyası məhkəməsi təhvil verilmiş 29 seriyaya görə, tələb olunan muzdun tam şəkildə (cavabdehin ödədiyi 20.000 manat çıxılmaqla, 38.000 manat məbləğində) iddiaçıya ödənilməli olması qənaətinə gəlmişdir.
81. MM-in 753.1-ci maddəsinin (bax § 68) tələblərindən biri ondan ibarətdir ki, şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
82. Həmin normadan aydın olur ki, şərtləşdirilmiş muzdun tam şəkildə ödənilməsi o zaman tələb edilə bilər ki, podratçı müqavilə üzrə görməli olduğu bütün işləri tam həcmdə yerinə yetirmiş olsun.
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin maddəni baxılan mübahisəyə tətbiq etməməklə hüquq pozuntusuna yol vermişdir.
84. Belə ki, məhkəmənin özünün istinad etdiyi mütəxəssis rəyindən göründüyü kimi, təqdim edilən materiallar müqavilənin tələb etdiyi hər seriyanın minimum 42 dəqiqə olması tələbini yerinə yetirmir, yəni müqavilə üzrə müəyyən olunan xronometrajdan az çəkilmişdir.
85. Halbuki podratçının podratı kəmiyyətcə yerinə yetirməməsi də qüsurlara bərabər tutulur (MM-in 762.3-cü maddəsi).
86. Buna baxmayaraq apellyasiy a instansiyası məhkəməsi natamam, deməli, həm də qüsurlu iş həcminə görə müqavilə ilə nəzərdə tutulan muzdun tam şəkildə cavabdehdən tutulmasını məqbul hesab etmişdir.
87. Bundan başqa, müqavilə şərtlərinə uyğun olaraq, serial müvafiq efir formatında, son məhsul kimi təqdim edilməli olduğu halda, məhkəmənin müəyyən etdiyi hallardan göründüyü kimi, yalnız “predmaster” (teleyayıma hazır son versiyadan əvvəlki versiya), ağlama öncəsi, qaralama versiyası kimi təqdim edilmişdir, həmçinin materialın teleyayıma çıxarılması üçün ona müvafiq düzəlişlərin edilməsi tələb olunur.
88. Göründüyü kimi, istər natamam xronometraj baxımından, istər yalnız “qaralama” versiyasının təqdim olunması, istərsə də materialın teleyayıma tam hazır olmaması baxımından işlər yarımçıq, yəni qanunun tələbləri (MM-in 762. 3-cü maddəsi) baxımından, kəmiyyətcə qüsurludur.
89. Belə olan vəziyyətdə məhkəmə kollegiyasının mövqeyinə görə, qanunun tələblərinə, müqavilənin şərtlərinə, habelə ədalət prinsipinə uyğun olaraq, icraçı sifarişçinin faktiki ödədiyi muzdan artığını tələb etməkdə haqlı deyildir.
90. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, sifarişçi icraçıya ümumilikdə 20.000 manat ödənmiş, həmin məbləğin 8.000 manatı avans ödəniş olmuş, qalan hissəsi isə serialın bölüm xidmət haqları olaraq ödənilmişdir.
91. Beləliklə, sifarişçi müqavilə şərtlərinə uyğun olaraq 8.000 manat ödəniş etdikdən sonra, yəni qüsur kimi istinad etdiyi halı bildikdən sonra daha 12.000 manat ödəniş etmişdir.
92. MM-in 770-ci maddəsinin tələblərindən (bax § 68) biri ondan ibarətdir ki, işi qəbul e tdikdə sifarişçi muzd ödəməlidir.
93. Eyni zamanda, MM-in 773-cü maddəsinə (bax § 68) əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
94. Məhkəmə kollegiyası hesab edir ki, uzun illər ərzində müvafiq sahədə ixtisaslaşmış peşəkar təşkilat kimi, sifarişçi təqdim olunan seriyalardakı aşkar qüsurların mövcudluğunu bilə-bilə hər hansı rəsmi etirazını, pretezensiyasını bildirmədən sözügedən vəsaiti icraçıya ödəməklə həmin seriyalarla bağlı görülmüş işi mahiyyət etibarilə qəbul etmişdir. Ona görə də sifarişçi faktiki ödədiyi vəsaiti geri tələb etməkdə haqlı deyildir. Qalan seriyalarla bağlı isə sifarişçi icraçıya hər hansı haqq ödəmədiyindən, yaxud təhviltəslim aktı imzalanmadığından hüquqi ba xımdan onları qəbul etmiş hesab olunmur.
95. Odur ki, icraçının işləri qüsurlu gördüyünü müəyyən etdiyi halda apellyasiya instansiyası məhkəməsi hüququn tətbiqində səhvə yol vermiş, məhkəmənin, icraçının iddiası üzrə haqqı ödənilməmiş seriyalara görə də sifarişçidən muzdun tutulmalı olması barədə gəldiyi nəticə MPM-in 217.1-ci maddəsinə (bax § 69) görə qanuni və əsaslı olmamışdır. Sifarişçinin iddiası üzrə gəlinən nəticə isə qanuni və əsaslıdır.
96. Bununla belə, məhkəmə kollegiyası iş üzrə hər hansı əlavə araşdırma və ya qiymətləndirmə aparılmasına ehtiyac olmamasını nəzərə alaraq hesab edir ki, işə baxan məhkəmələrin müəyyən etdiyi hallar və sübutlar əsasında iş üzrə yeni qərar qəbul edilməlidir.
97. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassa siya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 fevral tarixli 2-2(103)-57/2025 nömrəli qətnaməsi qismən – İddiaçı MMC-nin iddiasının qismən təmin olunması hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməli, İddiaçı MMC-nin iddiası rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
98. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 fevral tarixli 2-2(103)-57/2025 nömrəli qətnaməsi qismən – İddiaçı MMC-nin iddiasının qismən təmin olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin iddiası rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.