Məhkəmə qərarları › İş №2-2(102)-386/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-386/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-386/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: görülmüş işlərə görə yaranmış borcun və zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "görülmüş işlərə görə yaranmış borcun və zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)-204/2023 saylı q ətnaməsindən İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I.İŞİN HALLARİ

1. LWC-2018/14 nömrəli, 2018-ci il 4 aprel tarixli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən sifarişçi – Cavabdeh ASC və podratçi – “X4 ve Ticaret” ASC Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin tikintisinin tamamlanması işlərini 21.714.000 manat (ƏDV daxil) məbləğində icra etməyi qəbul etmişdir. Podratçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin tikintisinin tamamlanması işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər podratçının təklifinə və bu müqavilədə göstərilm iş şərtlərə uvğun olmadıqda, podratçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir.

2. LWC-2018/30 nömrəli, 2018-ci il 16 mart tarixli “İşlər üzrə satınalma” müqaviləsinin xüsusi şərtlərinə əsasən müqavilənin icra müddəti 2018-ci il 29 dekabr tarixədək müəyyən edilmişdir.

3. Müqavilənin xüsusi şərtlərinin “Podratçının öhdəlikləri” adlanan 6-cı bəndinə əsasən Podratçı müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirmir. 4. 2018-ci il 20 fevral tarixli, MFF-032-T3-NCB-1.02 nömrəli müqaviləyə 2018-ci il 24 aprel tarixli 1 saylı Düzəlişə əsasən “Layihənin uğurla tamamlanması və kanalizasiya sisteminin funksionallığının təmin edilməsi məqsədilə iş həcmləri cədvəlinə fərqli diametrlərdə üm umi uzunluğu 19909,05 m olan kanalizasiya xəttinin əlavə olunması ilə əlaqədar müqavilə müddəti dəyişdirilmədən müqaviləyə dəyişiklik edilməsi zərurəti yaranmışdır.” Müqavilənin yekun dəyəri 29.484.234,54 manat təşkil etmişdir.

5. Cavabdeh ASC və “X4 ve Ticaret” ASC arasında bağlanmış LWC2018/14 nömrəli, 2018-ci il 5 sentyabr tarixli müqaviləyə dair xitam razılaşmasına əsasən müqavilə üzrə sifarişçi tərəfindən ƏDV daxil olmaqla 10.681.109,35 manat məbləğində ödəniş həyata keçirilməklə podratçı tərəfindən görülən işlərin əvəzi tam olaraq ödənilmişdir. 6. 2018-ci il 7 iyun tarixli, 07/07-1/2/9014 nömrəli Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisinə dair Cavabdeh ASC-nin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış məktubuna əsasən müqavilənin yekun dəyəri 29.484.234,5 4 manat təşkil etmişdir. 7. 2019-cu il 30 sentyabr tarixə qədər Ağdaş rayon küçələrinə iddiaçı tərəfindən vurulan asfalt örtüyünün iş həcmləri barədə arayışa əsasən vurulan asfalt örtüyü 91452 kv.metr təşkil etmişdir.

8. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 iyul tarixli Sərəncamına əsasən Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli, 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 22.000.000 manatı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 4 iyul tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış MFF032-T3NCB-1.02 nömrəli, 2018-ci il 20 fevral tarixli müqaviləyə əsasən cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə, cavabdehdən 3.631.862,4 manat (ƏDV) məbləğinin, iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat (ƏDV-siz) məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd i.

10. İddia onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən 2018-ci il 21 fevral tarixində təqdim edilən avans ödəniş sertifikatı üzrə X3 tərəfindən 2018-ci il 19 mart tarixində 3.394.768,24 manat, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2018-ci il 29 mart tarixində 202.283,83 manat əsas məbləğ və 647.469,37 manat ƏDV ödənilmiş, 2018-ci il 20 mart tarixindən 2018-ci il 31 may tarixinə qədər təqdim edilən 5 ödəniş sertifikatına əsasən X3 tərəfindən 2018-ci il 18 aprel tarixində 4.746.280 manat, 2018-ci il 1 iyun tarixində 2.213.278,83 manat, 2018-ci il 24 iyul tarixində 7.878.490,77 manat, 2018ci il 26 sentyabr tarixində 2.981.784,26 manat və 2018-ci il 29 sentyabr tarixində 2.357.178,16 manat ödənilmişdir. X3 müqavilə üzrə öz pay hissəsini ödədiyi tarixlərdə Azərbaycan Respub likası Maliyyə Nazirliyi tərəfindən heç bir ödəniş aparılmadığına görə iddiaçıya məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq 3.631.862,4 manat silinmişdir. Yuxarıda qeyd olunmuş 5 ödəniş sertifikatı üzrə qalan hökumət payını və ƏDV hissəsini Azərbaycan Respublikası Maliyyə Nazirliyi bir dəfəyə 5.050.560,24 manat (ƏDV ilə birlikdə) 2019-cu il 8 yanvar tarixində ödəmişdir. Müqavilənin icrası zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyi vaxtında ödənişləri həyata keçirmədiyinə görə iddiaçıya 3.631.862,4 manat ziyan dəymişdir. Eyni zamanda, Ağdaş şəhərinin su və kanalizasiya xəttlərinin tamamlanması və rəsmi açılış tədbirinə hazırlamaq barədə razılaşmaya əsasən cavabdehin sifarişi əsasında bu müqavilə üzrə 90155 kv.metr asfalt işləri və digər işlərin 2019-cu ilin senty abr ayında təsdiq edilmiş akt əsasında cavabdehə təhvil verilmişdir. Lakin, qarşılıqlı təsdiqlənmiş akt əsasında cavabdehin TOOM ilə F2-nin dəyəri 2.397.371,88 manat (ƏDV-siz) olduğu dəqiqləşdirilsə də, F2-nin təsdiq olunması prosesi cavabdeh tərəfindən bu günə qədər süni olaraq uzaldılır və ödənişlər həyata keçirilmir. Cavabdeh tərəfindən həmin işlərin dəyəri hazırki vaxtadək iddiaçıya ödənilməmiş, cavabdeh tərəfindən üzərinə düşən öhdəlik yerinə yetirilməmişdir.

11. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış MFF032-T3-NCB-1.02 nömrəli, 2018-ci il 20 fevral tarixli müqaviləyə əsasən cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə, cavabdehd ən 3.631.862,4 manat (ƏDV) məbləğinin, iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat (ƏDV-siz) məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 390.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 449.1, -ci maddələrinə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevarl tarixli 36 nömrəli Qərarına istinad edilmişdir.

13. Cavabdeh iddia ərizəsinə qarşı etiraz edərək bildirmişdir ki, 2018-ci il 20 fevral tarixli, MFF032-T3-NCB1.02 saylı müqavilə üzrə ƏDV məbləği olan 3.631.862,4 manat məbləği Maliyyə Nazirliyi tərəfindən 2019-cu il 8 yanvar tarixində ödənilmişdir. Müqavilənin 50-ci bəndinə əsasən ödənişlər 28 gün ərzində həyata keçirilmədikdə növbəti tarixdən etibarən gecikmiş ödənişlər üzrə faiz məbləği hesablana bilər. Göründüyü kimi sözügedən müqavilədə nəzərdə tutulan məbləğlərlə bağlı bütün ödəmələr həyata keçirilmişdir. Bundan əlavə ƏDV məbləğinin sonuncu ödəniş tarixi 2019-cu il 8 yanvar tarixində həyata keçirildiyindən bu mübahisə ilə bağlı 3 illik iddia müddəti ötürülmüşdür. Qanunvericiliyin tələbinə əsasən həmin vaxtdan 3 il ərzində, yəni 2022-ci il 8 yanvar tarixədək mübahisəli hesab etdiyi məbləği tələb edə bilərdi. ƏDV əvəzi olaraq silinmiş tələb üzrə iddia müddəti ötürülmüş və buna görə də həmin tələb üzrə iddia müddəti tətbiq edilməlidir. Digər tərəfdən, iddiaçı sözügedən müqaviləyə istinad etsə də, asflat işləri üzrə tərəflər arasında heç bir əlavə razılaşma bağlanmamışdır. Qanunvericiliyin tələbinə əsasən öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. İddiaçının iddia ərizəsində asfalt və digər işlər üzrə tələb etdiyi məbləğin əsasının nədən ibarət olması sual doğurur. Həmçinin, həmin işlər üzrə iddiaçı tərəfindən Cəmiyyətə Forma 2, Forma 3, hesab-faktura, elektron qaimələr təqdim edilməmiş və bu məbləğ cavabdehin mühasibat uçot sənədlərində öz təsdiqini tapmamışdır. Görülmüş işlərin cavabdeh tərəfindən sifariş olunmasına dair hər hansı bir sübut təqdim olunmamışdır.

14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 noyabr tarixli, e-2-2(113)-3865/2022 saylı qətnamə si ilə iddia rədd edilmişdir (hakim – F.Qasımov).

15. İddiaçı asfalt işləri və digər podrat işlərinin gördüyünü iddia etsə də, məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki görülmüş işlər və onların dəyəri yazılı sübutlarla ("Forma 2" aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı idi. Digər konsensual müqavilələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı anda icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podr atla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. MM-nin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

16. Tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin “Podratçının öhdəlikləri” adlanan 6-cı bəndində də qeyd olunmuşdur ki, “Podratçı müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirmir”.

17. MM-in 754.1 və 754.2-ci maddələrinin məzmununa əsasən tə qribi smetadan kənaraçıxma halında belə podratçı yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, yəni, muzd razılaşdırılmalıdır. 2-ci şərt isə ondan ibarətdir ki, kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Lakin işlərin gedişatı zamanı podratçı tərəfindən sifarişçiyə məlumat verilməsi ilə bağlı hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

18. Həmçinin, cavabdeh və iddiaçı arasında bağlanmış LWC-2018/14 nömrəli, 2018-ci il 4 aprel tarixli müqaviləyə dair xitam razılaşmasına əsasən müqavilə üzrə sifarişçi tərəfindən ƏDV daxil olmaqla 10.681.109,35 manat məbləğində ödəniş həyata keçirilməklə podratçı tərəfindən görülən işlərin əvəzi tam olaraq ödənildiyi, müqaviləyə 2018-ci il 6 sentyabr tarixindən xitam verildiyi təsdiqini ta pmışdır.

19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6, 71-1 və 176-cı maddələrinin məzmununa əsasən tərəflərin hər ikisinin də vergi ödəyicisi olan hüquqi şəxs olması nəzərə alınmaqla elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunsa da, iddiaçı tərəfindən bu tələbə əməl olunması ilə bağlı heç bir sübut təqdim olunmamışdır.

20. Tərəflər arasında yazılı formada deyil, şifahi razılaşmanın olması qəbul olunsa belə, işlər görülməmişdən əvvəl layihənin smeta dəyəri müəyyən olunması, smeta xərclərini nəzərdə tutan, işlərin görülməsini, 2.397.371,88 manat məbləğində pul vəsaitinin xərclənməsini əsaslandıran sənədlər də məhkəməyə təqdim olunmamışdır.

21. İddiaçı tərəfindən sübut olaraq məhkəməyə müxtəlif hüquqi şəxslərlə bağlanmış müqavilələr və digər s ənədlər təqdim olunsa da, həmin sənədlərin hazırkı mübahisəyə aidiyyətinin olması müəyyən edilmir.

22. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat (ƏDV-siz) məbləğində pul vəsaitinin tutulması hissəsində təmin oluna bilməz.

23. Məhkəmə cavabdehin nümayəndəsinin iddianın digər hissəsinə (cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq silinmiş 3.631.862,4 manat məbləğində pul vəsaitinin ödənilməsi) münasibətdə ilkin olaraq iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağdakıları qeyd etmişdir.

24. İddia müddəti i lə bağlı məsələnin aydınlaşdırılması üçün müddətin axımının hansı vaxtdan hesablanmalı olduğu müəyyən edilməlidir.

25. MFF032-T3-NCB-1.02 nömrəli, 2018-ci il 20 fevral tarixli müqavilə üzrə sonuncu ödəniş 2019-cu il 8 yanvar tarixidir.

26. Yəni, borcu etiraf etməsini göstərən hərəkət sonuncu dəfə 2019-cu il 8 yanvar tarixində icra olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən həmin vaxtdan 3 il ərzində, yəni 2022-ci il 8 yanvar tarixədək həmin məbləğin ödənilməsi ilə bağlı iddia irəli sürülə bilərdi.

27. Cavabdehin iddianı müddətinin tətbiqi ilə bağlı ərizəyə etirazının əsasını o təşkil etmişdir ki, daşınmaz əşyalarla bağlı iddia müddəti 6 il təşkil etdiyindən müddət ötürülməmişdir. Lakin məhkəmə cavabdehin bu arqumenti ilə razılaşmır. Belə ki, müqavilənin predmetini hər hansı bir daşınmaz əmlak deyil, podrat müqaviləsi üzrə işlərin görülməsi təşkil etmişdir.

28. İddianın bu hissəsinin əsasını təşkil edən hal ondan ibarət olmuşdur ki, ödənişin aparılması Maliyyə Nazirliyi tərəfindən gecikdirilmişdir. İşin hallarına əsasən, cavabdehin mübahisə predmeti olan müqavilə üzrə pul vəsaiti ödəmək öhdəliyi nəzərdə tutulmamış, görülmüş işlərin dəyəri Maliyyə Nazirliyi tərəfindən ödənilmişdir. Yəni, müqavilə öhdəlikləri tam yerinə yetirilmədiyi, gecikdirilməklə yerinə yetirildiyi təqdirdə belə buna görə cavabdeh məsuliyyət daşıya bilməz. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia rədd edilməli və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır.

29. Məhkəmə öz mövqeyin i MM-in 372.2, 375.2, 377.1, 380.1, 380.2, 754.1, 754.2-ci maddələrinə; Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 16.1.116, 71-1, 176-cı maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 81, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. İddiaçı 2022-ci il 29 noyabr tarixində apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 noyabr tarixli, e-2-2(113)-3865/2022 saylı qətnaməsini ləğv, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)-204/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 noyabr tarixli, e-2-2(113)-3865/2022 saylı qətnaməsi qismən, yəni 90155 kv.m asfalt işlərinin dəyərinin tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilərək həmin hissədə iddia qismən təmin edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

32. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi iki hissədən ibarətdir: 1) iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və d igər işlərin dəyəri olan 2.397.371,88 manat (ƏDV-siz) məbləğində pul vəsaitinin ödənilməsi; 2) cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq silinmiş 3.631.862,4 manat məbləğində pul vəsaitinin ödənilməsi.

33. Belə ki, iş materiallarında olan iddiaçının layihə rəhbəri, cavabdehin TOOM-un (X2 Müdiriyyəti) tikintiyə texniki nəzarət mühəndisi və Ağdaş rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən imzalanmış 2019-cu il 30 sentyabr tarixə qədər Ağdaş rayon küçələrinə iddiaçı tərəfindən vurulan asfalt örtüyünün iş həcmləri haqqında akta əsasən cəmi görülmüş işlərin həcmi 91452 kv.m təşkil etmişdir.

34. Cavabdeh həmin aktı mübahisələndirməmişdir. Eyni zamanda cavabdeh həmin işlərin gö rülməməsinə deyil, işlərin Ağdaş rayon İcra Hakimiyyətinin sifarişi əsasında görüldüyünə, bunun cavabdeh ilə bağlanmış podrat müqaviləsinə hər hansı bir aidiyyatının olmadığına istinad etmişdir.

35. Göründüyü kimi iddiaçı tərəfindən 2019-cu il 30 sentyabr tarixə qədər Ağdaş rayon küçələrinə 91452 kv.m həcmində asfalt örtüyünün vurulması işin mübahisəsiz halını təşkil etmişdir.

36. Hazırda mübahisəli və müəyyən olunmalı məqam həmin işlərin məhz cavabdehin sifarişi əsasında görülüb-görülməməsi ilə bağlıdır.

37. Aşağıda qeyd olunanlara əsasən də əlavə podrat işlərinin məhz sifarişçinin (cavabdehin) tələbi ilə görülməsi öz təsdiqini tapmışdır.

38. Belə ki, həmin işlərin yerinə yetirilməsi barədə yuxarıda qeyd olunan aktı cavabdehin əməkdaşı təsdiq etmişdir. Eyni zamanda cavabdeh bu faktı mübah isələndirməmişdir.

39. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanan 2023-cü il 13 mart tarixli, 5-32-12/292/2023 nömrəli məktubda isə qeyd olunmuşdur ki, Ağdaş şəhəri əhalisinin haqlı narazılıqlarını nəzərə alaraq, Ağdaş Rayon İcra Hakimiyyətindən 2019-cu il 5 fevral tarixində Ağdaş şəhərində su və kanalizasiya xətlərinin çəkilişi zamanı dağıdılmış lakin, bərpa edilməmiş küçələr barəsində cavabdehə fax-məktub göndərilərək məsələnin həll olunması cavabdehin rəhbərliyindən xahiş edilmişdir. Həmin dövrdə cavabdehin sifarişi ilə Ağdaş şəhəri ərazisində kanalizasiya xəttlərinin tikintisini iddiaçı həyata keçirirdi. Ağdaş RİH-də RİH rəhbərliyi, cavabdehin rəhbərliyi və iddiaçının rəhbərliyinin iştirakı ilə keçirilmi ş görüşdə, Ağdaş şəhəri ərazisində su və kanalizasiya xətlərinin çəkilişi zamanı dağıdılmış və bərpa edilməmiş küçələrin bərpasını cavabdehin rəhbərliyi iddiaçıya tapşırmışdır. Ağdaş Rayon İcra Hakimiyyətinin Ağdaş şəhəri üzrə İcra Nümayəndəsi olaraq işlərin görülməsinə nəzarət etmişlər və buna görə öz imza və möhürləri ilə təsdiq etmişlər.

40. Qeyd olunan halları nəzərə alaraq və MM-in 404.1 və 404.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab etmişdir ki, tərəflər arasında əlavə işlərin görülməsi barədə razılıq əldə olunmuşdur.

41. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı MM-in 752.1 və 753.3-cü maddələrinə əsasən yerinə yetirmiş əlavə podrat işlərinə görə muzdun ödənilməsini tələb etməkdə haqlıdır.

42. Tələb olunan muzdun məbləği isə aşağıda göstərilən qaydada hesablanmalıdır.

43. Belə ki, iş materiallarına əsasən, hazırki tərəflər arasında bağlanan analoji podrat müqaviləsi üzrə 2018-ci ilin aprel ayında yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına əsasən asfalt qatının bərpası işləri üçün 1 kv.m 26,55 manata razılaşdırılmışdır (cild 4, i/v 53-60).

44. İddiaçı isə bildirmişdir ki, Ağdaş şəhərində su və kanalizasiya xətlərinin çəkilişi zamanı asfalt qatının bərpasını 1 kv.m üçün 25,5 manatdan hesablanması razılaşdırılmış və həmin məbləğə uyğun hesablanaraq hazırki iddia irəli sürülmüşdür.

45. Məhkəmə iclasında sədrlik edənin analoji işlər üzrə 1 kv.m asfalt qatının bərpasının hansı qiymətə edilməsi ilə bağlı dəqiqləşdirici sualına cavabdehin nümayəndəsi cavab verməmişdir.

46. Bununla yanaşı cavabdeh yuxarıda qeyd olunan hallara, yəni asfalt qatını n bərpasının 1 kv.m-nin 26,55 manatdan hesablanmasına hər hansı etirazını da bildirməmişdir.

47. Bu baxımdan kollegiya hesab etmişdir ki, prosessual qənaət prinsipi baxımından asfalt qatının bərpası ilə bağlı iddiaçı tərəfindən görülən işlərin ümumi dəyərinin müəyyən edilməsi üçün xüsusi olaraq iş üzrə ekspertizanın təyin edilməsinə zərurət yoxdur. Çünki tərəflər arasında olan digər podrat müqaviləsi üzrə analoji işlərin dəyəri 1 kv.m üçün 26,55 manat müəyyən edilib, hazırda isə iddiaçı həmin məbləğdən də aşağı olan 25,5 manat məbləğə razılıq əldə olunduğuna istinad edir və sadə riyazi hesablama ilə görülmüş işlərin dəyərini müəyyən etmək mümkündür.

48. Eyni zamanda, kollegiya qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi aktda asfalt örtüyünün ümumi həcmi 91452 kv.m qeyd edilsə də, iddia əri zəsində iddiaçı 90155 kv.m həcmində işlərin dəyərinin ödənilməsi tələbini irəli sürmüşdür.

49. İddiaçıdan bu məsələyə aydınlıq gətirilməsi təklif edilmiş və o, iddia ərizəsində texniki səhvə yol verildiyini bildirmişdir.

50. Birinci instansiya məhkəməsində iddia ərizəsinə dəqiqləşmənin verilmədiyini və MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab etmişdir ki, görülmüş işlərin dəyəri məhz iddia ərizəsində göstərilən 90155 kv.m uyğun müəyyən edilməlidir.

51. Beləliklə, iddiaçı tərəfindən görülən asfalt işlərinin həcminin 90155 kv.m təşkil etdiyini, eyni zamanda asfalt qatının bərpasının 1 kv.m-nin 25,5 manatdan hesablanmalı olduğunu nəzərə aldıqda müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən görülən asfalt qatının bərpası işlərinin ümumi dəyəri 2.298.952,5 manat təşkil e tmişdir (90155 x 25,5 = 2.298.952,5).

52. Ona görə də kollegiya hesab etmişdir ki, iddia qismən təmin edilməli və cəmi 2.298.952,5 manat (ƏDV-siz) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

53. İddiaçı tərəfindən irəli sürülmüş ikinci iddia tələbi isə əsassızdır.

54. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən MM-in 21.2-ci maddəsinin, habelə iddiaçının istinad etdiyi hallara əsasən hazırkı iddia üzrə xüsusi norma kimi çıxış edən MM-in 443.1-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırki iş də bu əsaslar müəyyən edilmir, çünki cavabdeh tərəfindən öz öhdəliklərinin pozması halı müəyyən edilməmişdir.

55. Belə ki, iddiaçı özü bildirmişdir ki, X3 müqavilə üzrə öz pay hissəsini ödədiyi tarixlərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir ödəniş aparılmadığına görə iddiaçıya məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq 3.631.862,4 manat silinmişdir.

56. İddiaçının özünün istinad etdiyi hallara əsasən ona məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq 3.631.862,4 manat silinməsinin səbəbi cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir ödənişin aparılmaması olmuşdur. Göründüyü kimi həmin iddia tələbləri özü-özlüyündə əsassızdır. Ona görə də, həmin tələbə mün asibətdə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsinə ayrıca münasibət bildirməyə zərurət olmamışdır.

57. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 404.1, 404.2, 443.1, 752.1, 753.3-cü; MPM-in 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

58. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 31 mart tarixində tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir.

59. Cavabdeh 2023-cü il 30 may tarixində kassasiya şikayəti verərək, 2023-cü il 17 mart tarixli, 2-2(103)-204/2023 saylı qətnaməsini iddianın təmin edilmiş hissəsində ləğv, iddia tələbinin rədd olunmasını və ödənilmiş 1.902,31 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

60. Həmçinin iddiaçı 2023-cü il 31 may tarix ində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)204/2023 saylı qətnaməsini qismən ləğv, ödəniş vaxtında aparılmadığına görə cavabdehdən 3.631.862,4 manat vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) İddiaçının kassasiya şikayətinin dəlilləri

61. MM-in 373.2-ci maddəsinin tələbi pozulmuşdur – 2018-ci il 20 fevral tarixli müqavilənin 69 və 70 bəndlərinə əsasən tərtib edilib, qarşılıqlı təsdiqlənən müvafiq aktdan göründüyü kimi, faktiki olaraq sahədə işlər 2019-cu ilin sentyabrında yekunlaşıb və iddia ərizəsi verilən zaman həmin vaxtdan 3 ildən az müddət keçmişdi. İkincisi, kanalizasi ya kollektorlarının tikintisinə dair podrat müqaviləsi birmənalı olaraq daşınmaz əşyalarla bağlı müqavilə olduğundan ondan irəli gələn tələblər üzrə iddia müddəti altı ildir. Apellyasiya instansiyası məhkəməsi sözü gedən tələbin guya əsassız olması səbəbindən iddia müddətinin tətbiqinə dair məsələyə münasibət bildirməsə də, ərizəçi vurğulayır ki, burada iddia müddətinin keçməsindən danışmaq mümkünsüzdür.

62. MM-in 135.4-cü maddəsinin tələbi pozulmuşdur – ərizəçinin inşa etdiyi kanalizasiya kollektoru, eləcə də Ağdaş şəhərində çəkdiyi asfalt birmənalı olaraq torpaqla möhkəm bağlı olduğundan (ondan ayrıla bilmədiyindən) həmin əşyalar vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

63. İnsan Hüquqları və X1 Haqqında Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinin tələbi pozulmuşdur – ərizəçi, cəmiyyətin maraqlarına zidd şəkildə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə bir araya sığmayan tərzdə öz mülkiyyətindən məhrum edilmişdir.

64. MM-in 385.1-ci maddəsinin tələbi pozulmuşdur – tərəflər arasındakı münasibətlərin xarakterinə əsasən, cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək, iddiaçıya ödənilməli vəsaitin verilməsindən boyun qaçırır. Ərizəçi, cavabdeh tərəfin qeyri-hüquqi davranışı, yəni nəticəsində, vəsaitin ərizəçiyə vaxtında köçürülməsini təmin etmədiyinə görə, ərizəçinin tələb etmə hüququ var.

65. MM-in 21.1 və 21.2-ci maddələrinin tələbləri pozulmuşdur – apellyasiya nstansiyası məhkəməsinin mövqeyinə görə, hazırki işdə bu əsaslar müəyyən edilmir, çünki guya cavabdeh tərəfindən öz öhdəliklərinin pozması halı müəyyən edilmir. Bu yanaşma tamamilə y anlışdır, belə ki, müqavilə tərəfi olan və sifarişçi qismində çıxış edən cavabdeh müqavilənin 50.1-ci bəndinə əsasən 5 sertifikat üzrə ödənişləri gecikdirdiyinə görə, gecikdirmə günlərindən başlayaraq kommersiya borcları üçün nəzərdə tutulmuş faiz dərəcəsi əlavə olunmaqla məbləği müəyyən edilmiş vəsaiti ərizəçiyə ödəməlidir. Ödənişin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən aparılması məsələsi isə müqavilə münasibətlərinin texniki tərəfi olduğundan, ödənişin gecikdirilməsinə görə birbaşa məsuliyyəti cavabdeh daşıyır.

66. MPM-in 418.1, 418.2 və 418.3-cü maddələrinin tələbləri pozulmuşdur – Apellyasiya Məhkəməsi maddi hüquq normalarının tətbiqində çoxsaylı və həlledici səhvlər buraxıb, tətbiq edilməli olan qanunu tətbiq etməyib, qanunu səhv təfsir etmişdir. Məhkəmə prosessual hüq uq normalarını pozub və düzgün tətbiq etməyib; sübutların tədqiq edilməsindən tamamilə imtina edib, hər iki instansiyadakı məhkəmə baxışlarında ümumiyyətlə səslənməyən əqdlərin etibarsızlığı nəticəsinə gəlib, Ərizəçinin apellyasiya baxışında belə mövqeyə dair izahat vermək imkanı olmayıb. Apellyasiya instansiya məhkəməsi prosessual hüquq normalarını o dərəcədə kobud pozub və düzgün tətbiq etməyib ki, bu, düzgün olmayan qətnamənin qəbul ediməsinə səbəb olmuşdur.

67. MPM-in 372.1-ci maddəsinin tələbi pozulmuşdur – istinad edilən maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxmalı olsa da, məhkəmə kollegiyası sübutları tam araşdırmayıb.

68. MPM-in 77.1-ci maddəsinin tələbi pozulmuşdur – ap ellyasiya instansiyası məhkəməsi bu müddəanı tamamilə yanlış yozub. Cavabdeh tərəfinin öz öhdəliklərini vaxtında icra etməməsi, o cümlədən əlavə dəyər vergisi üzrə vəsaiti vaxtında köçürməməsi nəticəsində sözügedən müqavilə ilə bağlı olaraq Dövlət Vergi Xidməti Ərizəçinin hesabından ƏDV əvəzi olaraq 3.631.862,40 manat vəsait silib. Ərizəçi bununla bağlı tələbi özünün şəxsi vərəqindən çıxarış; hesabından çıxarış; Ağdaş Kollektor (MFF032-T3-NCB-1.02) layihəsi üzrə vergi ilə hesablaşmaların icmalı və başqa sənəd və sübutlarla isbat edib. Ərizəçi məhkəməyə çoxsaylı və mübahisə üzrə yeganə düzgün nəticəyə gəlmək üçün kifayət qədər sübut təqdim etməsinə baxmayaraq, məhkəmə bu tələbə münasibətdə qeyri-obyektiv və əsassız mövqe nümayiş etdirib.

69. MPM-in 385 və 390-cı maddələrinin tələbləri pozul muşdur – ödənişin gecikdirilməsi tələbi ilə bağlı mövqe nümayiş etdirərkən məhkəmə maddi və prosessual hüquq normalarını pozub və düzgün tətbiq etməyib; müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməyib; qətnamədə göstərilmiş bəzi nəticələr işin hallarına uyğun gəlməmişdir.

70. MPM-in 14.2-ci maddəsinin tələbi pozulmuşdur – apellyasiya instansiyası məhkəməsi vaxtında ödəniş aparılmadığına görə 3.631.862,4 manat vəsaitin tutulması tələbinə aid hissədə birtərəfli mövqe tutaraq, ərizəçinin təqdim etdiyi sübutlara (aşağıda sadalanır) ya qiymət verməyib, ya da aşkar şəkildə yanlış qiymət verib, cavabdehin isə yazılı sübutlara zidd izahatlarını həqiqət kimi qəbul etmişdir.

71. İnsan Hüquqları və X1 haqqında Konvensiyanın 6.1-ci maddəsinin tələbi pozulmuşdur – ərizəçinin istinad etd iyi faktiki və hüquqi dəlillərə, o cümlədən imperativ hüquq normalarına əsaslanan və işin düzgün həlli üçün zəruri olan dəlillərə qiymət verilməyib, yaxud da düzgün qiymət verilməyib. Məhkəmə baxışı zamanı ədalətli məhkəmə araşdırılmasının tərəflərin bərabər hüquqluluğu və məhkəmə baxışının ədalətliliyi tələblərinə əməl edilməmişdir. 72. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının tələbi pozulmuşdur – aşağı instansiya məhkəmələri məhkəmə təcrübəsinin vahidliyi üçün vacib olan bu tələbə əməl etməyiblər. Həmin qərarın 14-cü bəndinə əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ərizəçinin ödənişin gecikdirilməsinə dair tələbinə aid hissədə məhkəmə qətnaməsində apellyasiya şikayətinin dəlillərinin əksəriyyəti cavabsız qalmışdır. d) Cavabdehin kassasiya şikayətinin dəlilləri

73. MM-in 386.1, 389.1, 399.1, 752.1 və 752.3-cü maddələrinin tələbləri pozulmuşdur – Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qismən təmin etdiyi hissədə - 90155 kv.m asfalt işlərinə görə 2.298.952.5 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərarı qanunsuz və əsassızdır. Tərəflər arasında Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin tikintisinin tamamlanması işləri ilə bağlı LCW-2018/14 nömrəli, 2018-ci il 4 aprel tarixli müqavilə bağlanmışdır. Həmin müqavilədə də asfalt işləri barədə heç bir razılaşma olm amışdır. Sözügedən müqaviləyə isə iddiaçının müraciəti əsasında tərəflər arasında bağlanmış 2018-ci il 5 sentyabr tarixli, LCW2018/14/01 saylı xitam razılaşması ilə xitam verilmişdir. Həmin müqavilə üzrə bütün görülmüş işlərin dəyəri ödənilmişdir. Eyni zamanda xitam razılaşmasında podratçı tərəfin heç bir tələbinin olmadığı qeyd edilmişdir.

74. İddiaçı tərəfindən Cəmiyyətə Forma 2, Forma 3, hesab faktura, elektron qaimələr təqdim edilməmişdir və bu məbləğ cavabdehin mühasibat uçot sənədlərində öz təsdiqini tapmamışdır. Məhkəmə qətnaməsində Ağdaş rayon küçələrinə iddiaçı tərəfindən vurulan asfalt örtüyünün cavabdehin tapşırığı əsasında həyata keçirilməsini həmin işlərin yerinə yetirilməsinə dair tərtib edilmiş aktda cavabdehin TOOM-nun tikintiyə texniki nəzarət mühəndisi Elşən Salahova mə xsus imzanın olmasını əsas gətirərək əsaslandırmağa çalışmışdır. Lakin aktdan aydın görünür ki, sözügedən akt eyni zamanda Ağdaş Rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər Paşayev tərəfindən imzalanmış və icra hakimiyyətinin möhürü ilə təsdiqlənmişdir. Bu isə onu deməyə əsas verir ki, asfalt işlərinin görülməsi məhz Ağdaş Rayon İcra hakimiyyətinin tapşırığı ilə həyata keçirilmişdir. Əlavə olaraq cavabdeh bildirmişdir ki, asfalt işləri bütün prospekt boyunca görülmüşdür.

75. Bu zaman sual yaranır: Niyə cavabdehin tapşırığı ilə yerinə yetirilən işlər məhz yeni çəkilmiş xətlər olan hissəsində deyil, bütün küçə boyunca yerinə yetirilmişdir? Bildiyimiz kimi cavabdeh yalnız su təchizatı və kanalizasiya sahəsində xidmət göstərən qurumdur və şübhəsiz ki, asfaltlama işlərinin yerinə yetirilməsi ilə bağlı isə heç bir öhdəliyi yoxdur. Bu baxımdan yanaşsaq, yenə də həmin tapşırıqların İcra hakimiyyəti tərəfindən verilməsi halı daha real görünür. Həmçinin məhkəmə Cəmiyyətin tapşırığı ilə asfalt işlərinin görülməsi ilə bağlı iddia tələbini təmin edərkən işlərin həcmi və dəyəri ilə bağlı ekspertiza təyin etməli olduğu halda, əsassız olaraq iddiaçının mülahizələrinə əsaslanaraq məbləğ müəyyən etmişdir. Halbuki görülən işlərin dəyəri və həcmi ilə bağlı heç bir rəsmi sənəd mövcud olmamışdır. e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

76. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. V. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

77. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

78. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

79. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Vİ. TƏTBİQ EDİLƏN HÜQUQ

80. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür...” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şər tləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma... 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir....”

81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Madddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlə r. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. “Maddə 88 Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır …” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri [556] 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Vİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

82. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)-204/2023 saylı qətnaməsi qismən, Cavabdeh ASC-dən 2.298.952,5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə g öndərilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməməlidir.

83. İddia tələbini qismən təmin edən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, iddiaçının layihə rəhbəri, cavabdehin TOOM-un (X2 Müdiriyyəti) tikintiyə texniki nəzarət mühəndisi və Ağdaş rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən imzalanmış 2019cu il 30 sentyabr tarixə qədər Ağdaş rayon küçələrinə iddiaçı tərəfindən vurulan asfalt örtüyünün iş həcmləri haqqında akta əsasən cəmi görülmüş işlərin həcmi 91452 kv.m təşkil etmiş, cavabdeh həmin aktı mübahisələndirməmişdir, iddiaçı tərəfindən 2019-cu il 30 sentyabr tarixə qədər Ağdaş rayon küçələrinə 91452 kv.m həcmində asfalt örtüyünün vurulması işin mübahisəsiz halını təşkil etmişdir, həmin işlərin yerinə yetirilməsi barədə yuxarıda qeyd olunan aktı cavabdehin əməkdaşı təsdiq etmiş, eyni zamanda cavabdeh bu faktı mübahisələndirməmiş, tərəflər arasında əlavə işlərin görülməsi barədə razılıq əldə olunmuşdur. Cavabdeh asfalt qatının bərpasının 1 kv.m-nin 26,55 manatdan hesablanmasına hər hansı etirazını da bildirməmişdir. İddiaçı tərəfindən görülən asfalt işlərinin həcminin 90155 kv.m təşkil etdiyini, eyni zamanda asfalt qatının bərpasının 1 kv.m-nin 25,5 manatdan hesablanmalı olduğunu nəzərə aldıqda müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən görülən asfalt qatının bərpası işlərinin ümumi dəyəri 2.298.952,5 manat təşkil etmişdir.

84. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə ra zılaşmır.

85. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı asfalt işləri və digər podrat işlərini gördüyünü iddia etsə də, məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, görülmüş işlər və onların dəyəri isə yazılı sübutlarla ("Forma 2" aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı olduğu halda, həmin sənədlər, görüləcək asfalt işlərinə və onların dəyərinə dair tərəflər arasında razılaşdırılmış müqavilə olmadığından, apellyasiya məhkəməsinin iddia tələbinin bu hissəsində gəldiyi nəticə MM-in 385, 752 və 753-cü maddələrinin tələblərinə cavab vermir.

86. MM-in 754.1 və 754.2-ci maddələrinin məzmununa əsasən təqribi smetadan kənaraçıxma halında belə podratçı yalnız razılaşdırılmış muzdun verilməsini təl əb edə bilər, ikinci şərt isə ondan ibarətdir ki, kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. İşlərin gedişatı zamanı podratçı tərəfindən sifarişçiyə məlumat verilməsi ilə bağlı hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

87. Digər tərəfdən tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin “Podratçının öhdəlikləri” adlanan 6-cı bəndində isə qeyd olunmuşdur ki, “Podratçı müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirmir”. İş materiallarından da göründüyü kimi cavabdeh və iddiaçı arasında bağlanmış LWC-2018/14 nömrəli, 2018-ci il 4 aprel tarixli müqaviləyə dair xitam razılaşmasına əsasən müqavilə üzrə sifarişçi tərəfindən ƏDV daxil olmaqla 10.681.109,35 manat məbləğində ödəniş həyata keçirilməklə podratçı tərəfindən görülən işlərin əvəzi tam olaraq ödənildiyi, müqaviləyə 2018-ci il 6 sentyabr tarixindən xitam verildiyi təsdiqini tapmışdır. Beləliklə, tərəflər arasında bağlanmış LWC-2018/14 nömrəli, 2018-ci il 4 aprel tarixli müqaviləyə 2018-ci il 6 sentyabr tarixindən xitam verildiyindən, müqaviləyə xitam veriləndən bir il sonra hər hansı müqavilə və razılaşdırma, sifariş olmadan aparılmış asfalt işlərinə görə cavabdehdən 2.298.952,5 manatın tutulması barədə apellyasiya məhkəməsinin qətnaməsi həmçinin MM-in 754.1 və 754.2-ci maddələrinin tələblərinə də uyğun deyildir.

88. İşə baxan apellyasiya məhkəməsinin Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən iddiaçının müraciətinə əsasən məhkəməyə ünvanlanan 2023-cü i l 13 mart tarixli, 5-32-12/2-92/2023 nömrəli məktuba istinad olunması isə məhkəmə kollegiyası tərəfindən MPM-in 78.1-ci maddəsinin pozuntusu kimi dəyərləndirilir.

89. İş materiallarına əsasən, görülmüş işlərin həqiqi həcminə dair hər iki tərəfin təsdiq etdiyi F2 aktları, rəsmi müqavilə, sifariş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6, 71-1 və 176-cı maddələrinə uyğun olaraq tərtib olunmuş elektron qaimə-faktura, işlər görülməmişdən əvvəl layihənin smeta dəyərinin müəyyən olunması, smeta xərclərini nəzərdə tutan, işlərin görülməsini, 2.397.371,88 manat məbləğində pul vəsaitinin xərclənməsini, asfalt örtüyünün məhz tərəflər arasında bağlanmış LWC-2018/14 nömrəli, 2018-ci il 4 aprel tarixli müqaviləyə əsasən su və kanalizasiya xətləri çəkilmiş küçələr üzrə çəkildiyini təsdiq edə n sənədlər də məhkəməyə təqdim olunmamışdır. Podratçı olaraq iddiaçı müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirməli olmadığını bildiyi halda, yerli icra hakimiyyətinin göstərişinə əsasən gördüyü işlərin dəyərini cavabdehdən tələb etməsi, apellyasiya məhkəməsinin isə müqavilənin icrası vaxtı rəsmi sənədlər (F2, F 3, işlərin təhvil verilməsi və s.) olmadan pul vəsaitinin ödənilməsi halları olmadığı halda MM-in 404.1 və 404.2-ci maddələrinə əsaslanaraq iddianı həmin hissədə təmin etməsi bu maddələrin pozuntusu kimi qiymətləndirilir.

90. İddiaçı tərəfindən sübut olaraq məhkəməyə müxtəlif hüquqi şəxslərlə bağlanmış müqavilələr və digər sənədlər təqdim olunsa da, həmin sənədlərin hazırkı mübahisəyə aidiyyətinin olması müəyyən edilmir və müqaviləyə xitam verildikdən, bütün razılaşdırılmış ödənişlər həyata keçirildikdən bir il sonra iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin olunması işə kassasiya qaydasında baxan məhkəmə tərəfindən qanuni və əsaslı hesab edilmir. 91. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəala r olmamalıdır” (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarı). 92. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən ş ahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

93. Məhkəmə kollegiyası iddianın digər hissəsinə - cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq silinmiş 3.631.862,4 manat məbləğində pul vəsaitinin ödənilməsinə münasibətdə qeyd edir ki, MFF032-T3-NCB-1.02 nömrəli, 2018-ci il 20 fevral tarixli müqavilə üzrə sonuncu ödəniş 2019-cu il 8 yanvar tarixində aparılmışdır.

94. Apellyasiya məhkəməsi tərəfindən düzgün olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş ikinci iddia tələbi əsassızdır. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kim i çıxış edən MM-in 21.2-ci maddəsinin, habelə iddiaçının istinad etdiyi hallara əsasən hazırkı iddia üzrə xüsusi norma kimi çıxış edən MM-in 443.1-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir, çünki cavabdeh tərəfindən öz öhdəliklərinin pozması halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı özü bildirmişdir ki, X3 müqavilə üzrə öz pay hissəsini ödədiyi tarixlərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir ödəniş aparılmadığına görə iddiaçıya məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq 3. 631.862,4 manat silinmişdir.

95. İddiaçının özünün istinad etdiyi hallara əsasən ona məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq 3.631.862,4 manat silinməsinin səbəbi cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir ödənişin aparılmaması olmuşdur. Göründüyü kimi həmin iddia tələbləri özlüyündə əsassızdır.

96. Apellyasiya məhkəməsi tərəfindən iddia tələbinin bu hissəsi ilə əlaqədar müəyyən edilmiş hallara, maddi və prosessual hüquq normalarına əsaslanmaqla məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab etməklə məhkəmə qətnaməsinin bu hissədə dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir.

97. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesa b edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)204/2023 saylı qətnaməsi qismən, Cavabdeh ASC-dən 2.298.952,5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməməlidir.

98. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 22(103)-204/2023 saylı qətnaməsi qismən, Cavabdeh ASC-dən 2.298.952,5 manat məb ləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar