Məhkəmə qərarları › İş №2-2(102)-389/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-389/2019

04.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-389/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh «14 №-li İnşaat-İstehsalat Təsərrüfat» Trestinə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-389/2019) Bakı şəhəri xxx 2019-cu il Giriş hissə Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X3, vəkili Səfərov Fəxrəddin Heydər oğlunun, cavabdehin nümayəndəsi X5 iştirakları, A.Əsgərovun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh «X1» Trestinə qarşı zərərin ödənilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-31/2019 saylı qətnaməsindən cavabdeh «X1» Tresti və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh «X1» Trestinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinin Mənzil-istismar idarəsi ilə “X1” Tresti arasında xxx 2008-ci il tarixdə bağlanmış və ümumi dəyəri 5.288.062,0 manat məbləğində olan 19 nömrəli podrat müqaviləsinin şərtlərinə əsasən borclunun Müdafiə Nazirliyinin “***” hərbi şəhərciyində 3 mərtəbəli 690 nəfərlik «Q» şəkilli əsgər yataqx anası binasının layihələndirilməsini və tikintisini təmin etməli olduğunu, müqavilə şərtlərinin yerinə yetirilməsi üçün müəssisənin hesablaşma hesabına 2008-2012-ci illər ərzində 5.008.102,08 manat məbləğində ödəniş həyata keçirildiyini, həmin müqavilənin 5.1-ci bəndinə əsasən “icraçının” 245 təqvim günü müddətində müqavilədə nəzərdə tutulan tələblərə əməl etməklə işi başa çatdırıb sifarişçiyə təhvil verməli olduğunu, lakin icraçı bu günə kimi aldığı vəsait müqabilində cəmi 4.707.533,01 manat dəyərində tikinti quraşdırma işləri yerinə yetirdiyini, nəticə olaraq Müdafiə Nazirliyinə 254.928,30 manat borclu qalmaqla yanaşı tikinti işlərini başa çatdırmadığını, müqavilə üzrə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmədiyini, müqavilənin şərtlərinin vaxtında borclunun yerinə yetirilməməsi səbəbi ndən Silahlı Qüvvələrin şəxsi heyətinin təminatında və sosial məişət şəraitində problemlərin yarandığını, borclu icranı gecikdirdiyinə görə Nazirlik tərəfindən ona öhdəliyin icrası üçün vaxt təyin edildiyini, xxx 2009-cu ildə əsas müqaviləyə əlavə razılaşmanın bağlanıldığını və öhdəliyin icra vaxtı xxx 2009-cu il tarixədək müəyyən edilsə də borclunun öhdəliyi bu müddətdə də yerinə yetirmədiyini, bu səbəbdən sifarişçi ilə borclu arasında bir neçə dəfə xxx 2009-cu ildə 2 saylı, xxx 2010-cu ildə 3 saylı, xxx 2010-cu ildə 4 saylı, və xxx 2016-cı il tarixli əlavə razılaşmaların bağlanıldığını, Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsinin “X1” Trestinə ünvanladığı məktublarında xxxx 2008-ci il tarixli 19 nömrəli müqavilə üzrə borclunun hesablaşma hesabına ödənilmiş avans məbləğinin bağlanması v ə müqavilə şərtlərinin tam həcmdə yerinə yetirilməsinin tələb edildiyini, tələbləri yerinə yetirilmədiyindən, müqaviləyə birtərəfli qaydada xitam verildiyini, əsas müqaviləyə xxx 2016-cı il tarixli əlavə razılaşmaya əsasən görülmüş işlərin təhvil müddətinin bir daha xxx 2016-cı il tarixinə müəyyən edildiyini, əsas müqavilənin 24.1-ci bəndində tərəflər müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar, güzəştlər yolu ilə həll edilməsinin nəzərdə tutulduğunu, sifarişçi tərəfindən qeyd edilənlərə əsasən bütün tədbirlərin həyata keçirildiyini, lakin qarşılıqlı maraqların qorunması üçün danışıqların aparılmasına və müvafiq güzəştlər edildiyinə baxmayaraq, müqavilə üzrə borclu tərəfin götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində heç bir t ədbirin görülmədiyini, cavabdehə məhkəməyə qədər sifarişçi tərəfindən xxx 2017-ci il tarixdə pretenziya məktubunun göndərildiyini, pretenziya məktubunda xxx 2008-ci il tarixli 19 nömrəli müqaviləyə, digər müqavilə və razılaşmalar üzrə borclunun hesablaşma hesabına ödənilmiş avans məbləğinin (254.928,30 manat) qaytarılmasının tələb edildiyini, borclu xxx 2017-ci il tarixli məktubunda Müdafiə Nazirliyinin “Göytəpə-2” hərbi şəhərciyində 3 mərtəbəli 690 nəfərlik «Q» şəkilli əsgər yataqxanası binasının layihələndirilməsinin və tikintisinin hal-hazırda davam etdiyini, 2 nömrəli forma üzrə öz təsdiqini tapmayan, lakin faktiki yerinə yetirilmiş işlər olduğunu, avans məbləğinin göstərilən miqdardan az olduğunu qeyd etdiyini, borclunun özgəsinin pulunu qanunsuz saxlamaqda davam etdiyini və onun geri qaytarılmasından boyun qaçırdığını bildirərək, “14 №-li İnşaat- istehsalat Təsərrüfat" Trestinin üzərinə xxx 2008-ci il tarixli, 19 nömrəli müqavilənin icrası üçün hesablaşma hesabına qabaqcadan ödənilmiş məbləğinin qalığının - 254.928,30 manat məbləğində əsas borcun, müqavilənin 19.1-ci bəndiinə əsasən 25.492,83 manat məbləğində cərimənin «14 №li İnşaat-istehsalat Təsərrüfat» Trestindən tutularaq Nazirliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(81)-343/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, “14 №-li İnşaat-istehsalat Təsərrüfat" Trestindən xxx 2008-ci il tarixli, 19 saylı müqavilənin icrası üçün cavabdehin hesabına ödənilmiş 254.928,30 manat məbləğində əsas, 25.492,83 manat məbləğin də cərimə vəsaiti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hesablaşma hesabına ödənilmişdir (hakim – M.H.Əkbərov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-31/2019 saylı qətnaməsi ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və Ş.A.Məmmədova) cavabdeh «X1» Trestinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 230 manat cavabdeh «X1» Trestindən tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh «X1» Tresti və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, xxx 2008-ci il tarixli podrat müqaviləsinə əsasən Müdafiə Nazirliyinin “Göytəpə-2” hərbi şəhərciyində 3 mərtəbəli 690 nəfərlik «Q» şəkilli əsgər yataqxanası binasının layihələndirilməsi və tikilməsi razılaşdırılmış, «X1» Tresti üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında yerinə yetirmiş, həmçinin məhkəmə iddianı təmin edərkən tərəflər arasında tərtib olunmuş xxx 2018-ci il tarixli üzləşmə aktına istinad etsə də, həmin aktda Müəssisənin baş mühasibinin imzası mövcud olmamışdır. Tərəflərin izahatları İddiaçının nümay əndəsi X6 və vəkili Səfərov Fəxrəddin Heydər oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edi b etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi X3, vəkili Səfərov Fəxrəddin Heydər oğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-31/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublika sı Müdafiə Nazirliyi ilə cavabdeh «X1» Tresti arasında bağlanmış xxx 2008-ci il tarixli, 19 saylı müqaviləyə görə cavabdeh “Göytəpə-2” hərbi şəhərciyində 2 ədəd üçmərtəbəli 300 yerlik əsgər yataqxanası binalarını layihələşdirərək 245 təqvim günü müddətində müqavilədə nəzərdə tutulan tələblərə əməl etməklə işi başa çatdırıb sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüş, müqavilənin 19-cu bəndində, icraçı müqavilənin şərtlərini müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədiyi halda cərimə ödənilməsi nəzərdə tutulmuş, müqaviləyə edilmiş 1 №li Əlavə razılaşmaya görə “Göytəpə-2” hərbi şəhərciyində 2 ədəd üçmərtəbəli 300 yerlik əsgər yataqxanası binalarının layihələşdirilməsi və əsaslı tikintisi üzrə ilkin müqavilədə nəzərdə tutulmuş müddət 12.12.2009-cu il tarixədək, həmin müqavilə yə edilmiş digər əlavə razılaşmaya görə “Göytəpə-2” hərbi şəhərciyində 2 ədəd üçmərtəbəli 300 yerlik əsgər yataqxanası binalarının tikilib sifarişçiyə təhvil vermiş müddəti xxx 2016-cı il tarixədək uzadılmış, iddiaçı cavabdehə müraciət edərək, aralarında bağlanmış 19 saylı, xxx 2008-ci il tarixli müqaviləyə əməl olunmasını tələb etmiş, cavabdehin iddiaçıya ünvanladığı xxx 2017-ci il tarixli məktubda “Göytəpə-2” hərbi şəhərciyində 2 ədəd üçmərtəbəli 690 nəfərlik əsgər yataqxanası binalarının tikinti işlərinin davam etdirildiyi, yaxın günlərdə obyektin təhvil veriləcəyi vəd edilmiş, lakin işlərin daha da sürətli aparılması üçün tərəflər arasında mövcud olan digər 09.06.2008-ci il tarixli, 18 saylı müqavilə üzrə 55.000 manat məbləğində pulun ödənilməsi xahiş edilmişdir. İş materialları ilə hə mçinin müəyyən edilmişdir ki, əsaslı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Komissiyanın Aktına görə xxx 2015-ci il tarixdə 45.640,77 manat dəyərində iş istismara qəbul edilmiş, “Göytəpə-2” hərbi şəhərciyində 2 ədəd üçmərtəbəli 690 nəfərlik üçmərtəbəli “Q” şəkilli əsgər yataqxanası binasının tikintisi üzrə xxx 2017-ci il tarixli tikinti-quraşdırma işlərinin qəbul Aktına görə 67.618,67 manat dəyərində yerinə yetirilmiş iş istismara qəbul edilmiş, tərəflər arasında bağlanmış xxx 2017-ci il tarixli əlavə razılaşmaya görə 19 saylı 09.06.2008-ci tarixli müqaviləyə yenidən baxılaraq Müdafiə Nazirliyinin “Göytəpə-2” hərbi şəhərciyində “Q” şəkilli 690 yerlik əsgər yataqxanası binasının layihələndirilməsi və tikintisi işləri üzrə Azərbaycan Respublikası Hesablama Palatasının Audit qrupunun Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması işlərinin nəticəsi əsasında tərtib olunmuş akta əsasən debitor borcu öhdəliyinin 253.849,29 manat məbləğində təşkil etməsi razılaşdırılmış, “Göytəpə-2” hərbi şəhərciyində Q” şəkilli 690 yerlik əsgər yataqxanası binasının tikintisi üzrə yerinə yetirilmiş işlərin yoxlanılması haqqında xxx 2018-ci il tarixli Akta görə Müdafiə nazirliyinin Əsaslı Tikinti Şöbəsinin xxx 2018-ci il tarixli 8 nömrəli əmri ilə komissiya yaradılmış, komissiyanın üzvləri və “14 saylı X2” trestinin rəisi X7 akt tərtib edərək “Göytəpə-2” hərbi şəhərciyində 3 mərtəbəli «Q» şəkilli 690 yerlik əsgər yataqxanası binasının layihələndirilməsi və tikintisi üçün “ X2” tresti ilə bağlanmış xxx 2008-ci il tarixli 19 nömrəli müqaviləyə xitam verilməsi ilə əlaqədar xxx 2018-ci il tarixinə müqavilə üzrə yerinə yetirilmiş və qalıq işlərinin müəyyən edilməsi üçün xxx 2018-xxx 2018-ci il tarixlərində obyektdə aparılmış yoxlama ölçü işlərinin nəticəsi olaraq komissiya obyekt üzrə xxx 2018-ci il tarixinə “14 saylı X2” tresti tərəfindən Əsaslı Tikinti şöbəsinə 4.754.252,79 manat dəyərində “yerinə yetirilmiş işlərin qəbul aktı” (forma-2) təqdim olunmuş, qeyd olunan obyekt üzrə Müdafiə Nazirliyi tərəfindən “14 saylı X2” trestinə xxx 2018-ci il tarixinə 5.008.102,08 manat vəsait ödənilmiş, obyekt üzrə yerinə yetirilmiş işlərin dəyəri və ödənilmiş vəsait arasında yaranmış 253.849,29 manat kreditor fərq “14 saylı X2” trestinin Müdafiə Nazirliyinə avans borcu kimi qəbul edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsinin rəisi Ə.Babayev və Əsaslı Tikinti şöbəsinin Texniki Bölmə müdiri İ.Yunusov, “14 saylı X2” trestinin rəisi H.Əliyev, trestin baş mühasibi tərəfindən xxx 2018-ci il tarixli üzləşmə aktı tərtib edilərək, 253.849,29 manat borc təsdiqlənmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh öz apellyasiya şikayətində tərəflər arasında tərtib olunmuş xxx 2018-ci il tarixli üzləşmə aktında Müəssisənin baş mühasibinin imzasının mövcud olmadığını qeyd etmiş, xxx 2019-cu il tarixli, ***** №-li ekspert rəyinə əsasən xxx 2018-ci il tarixli qarşılıqlı üzləşmə aktının «İcraçı» hissəsində «X2» trestinin baş mühasibi» qrafasında «******» yazısının qarşısındakı imza - X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, təyin edilmiş eksper tiza ilə cavabdehin apellyasiya şikayətində qeyd etdiyi halın dəqiq şəkildə araşdırılması mümkün olmasa da, cavabdeh öz izahatında iddiaçıya borclarının qaldığını etiraf etmiş, həmçinin cavabdeh Trestin rəisi X1 və Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsinin üzvləri tərəfindən imzalanmış xxx 2018-ci il tarixli aktda, habelə xxx 2017-ci il tarixli Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsinin rəisi Ə.Babayev ilə cavabdeh Trestin rəisi H.Əliyev tərəfindən imzalanaraq möhürlənmiş əlavə razılaşmada da bağlanmış müqavilə üzrə debitor borc öhdəliyi 253.849,29 manat məbləğində təşkil etdiyi razılaşdırılmış, beləliklə, 19 nömrəli podrat müqaviləsinin şərtlərinə əsasən iddiaçı cavabdeh müəssisənin hesablaşma hesabına 2008-2012-ci illər ərzində 5.008.102,08 manat məbləğində ödənişi həyata keçird iyi halda, cavabdeh aldığı vəsait müqabilində cəmi 4.707.533,01 manat dəyərində tikinti quraşdırma işlərini yerinə yetirmiş, nəticədə Müdafiə Nazirliyinə 254.928,30 manat məbləğində qalıq borcu, 25.492,83 manat məbləğində cərimə borcu yaranmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratç ı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə əsasən icrani gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çata nadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır, öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhd əliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gec ikdirmiş sayılmır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş materiallarına əsasən cavabdehin özgəsinin pul vəsaitini qanunsuz saxlamaqda davam edərək onun geri qaytarılmasından boyun qaçırdığını, öz izahatlarında isə iddiaçıya borclarının qaldığını etiraf etdiyini, podrat müqaviləsinin şərtlərinə əsasən iddiaçının görüləcək işin müqabilində cavabdeh müəssisənin hesablaşma hesabına 2008-2012-ci illər ərzində 5.008.102,08 manat məbləğində ödəniş həyata keçirməklə, müqavilə üzrə üzərinə düşən öh dəliyi yerinə yetirdiyi halda, cavabdehin aldığı vəsait müqabilində cəmi 4.707.533,01 manat dəyərində tikinti quraşdırma işlərini yerinə yetirdiyini, nəticədə Müdafiə Nazirliyinə 254.928,30 manat məbləğində qalıq borcunun, 25.492,83 manat məbləğində isə cərimə borcunun yarandığını nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üz rə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-31/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-31/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar