Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-395/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.”-nin cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.”-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə (hazırkı adı "xxxx" MMC) qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023- cü il 14 mart tarixli 2-2(103)-299/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İşdə materiallarında olan, sifarişçi Cavabdeh2 MMC və podratçı “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.” tərəfindən təsdiq edilmiş 2**8-ci il 17 noyabr tarixli iksa (podrat) müqaviləsinə əsasən müqavilənin predmetini Xİ Park Tower layihəsi çərçivəsində qazıntı işləri üçün lazımi şəraitin yaradılması və sahəyə su girişinin qarşısının alıması məqsədilə istehsal olunacaq 80/88 sm ölçüsündə fore qazıntı, 60 ölçüsündə jet grout (jet2), 120 ölçüsündə jet grout (jet2) və beton işlərinin görülməsi təşkil edir. İşin görüləcəyi yer kimi Bakı şəhəri, Tiflis yolu istiqaməti göstərilmişdir.
2. Müqavilənin şərtlərinə görə: - Müqavilə müddəti ə rzində tikinti sahəsindəki zəminin Azərbaycan Elmi Tədqiqat və Layihə-X1 tərəfindən 2**7-ci ildə tikilən qazıntı loqlarında və hazırlanan zəmin smeta hesabatında qeyd olunduğu kimi üstdə qum, altda orta qatlıqda gil, daha aşağıda ayrılan əhəngdaşı, ən altda isə orta qatılıqda gil təbəqəsinin olduğu işəgötürən tərəfindən qəbul olunmuş və öhdəliyə götürülmüşdür. Zəmin informasiya məsələsində gələcəkdə yarana biləcək və podratçı üçün əlavə xərc yaranacağı halda, müqavilənin vahid qiymətlərinə görə həyata keçirilməsində çətinlik yaradacaq və ya həyata keçirilməsi mümkün olmayan hallar müəyyənləşdirilərsə, bu halda podratçı razılaşdırılan yeni qiymətlə əsasında işinə davam da edə bilər, müqavilənin üzrlü səbəblə ləğv də edə bilər. Podratçı müqaviləni ləğv edəcəyi halda 12-ci maddənin müddəaları tətbiq olunur. - İşlərin ümumi qiyməti 4.677.**0 ABŞ dolları (ƏDV-siz) təşkil edir (6-cı bənd). - Müqavilə imzalandıqdan sonra müqavilə dəyərinin 25 %-i nisbətində ilkin ödəniş 1 həftə ərzində nağd qaydada ödəniləcəkdir (7-ci bənd). - Ödənişlər müəyyənləşdirildikdən sonra 5 iş günü ərzində təsdiqlənmiş hesab olunaraq faktura tərtib olunur. Faktura ödənişi 10 gün ərzində nağd və ya Türkiyədə və ya bank vasitəsilə aidiyyəti hesaba ödənilir (9-cu bənd). - Podratçı işə başladığı tarixdən etibarən 15 gündən bir bazar günü istirahət etmək şərti ilə ən gec 180 iş günündə tamamlayacaqdır. Təhvil verilmə qismən olacağı halda gecikdirilən müddət əlavə olunacaqdır (11-ci bənd).
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslər in Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 2022-ci il 1 noyabr tarixli 220102**982591** nömrəli məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, hüquqi şəxs 2**6cı il 1 sentyabr tarixində Cavabdeh1 MMC adı ilə dövlət qeydiyyatına alınmış, 2022-ci il 12 avqust tarixində ad dəyişikliyi ilə əlaqədar hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilərək möhürü ləğv edilmişdir. 2022-ci il 15 avqust tarixində Cəmiyyətin adı dəyişdirilək "xxxx" MMC (VÖEN: **********) kimi adlandırılmışdır.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 2022-ci il 1 noyabr tarixli 220102**982584** nömrəli məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, İdarədə ola n reyestrə əsasən 2**8-ci il 17 noyabr tarixindən hazırkı tarixədək Cavabdeh2 MMC-nin (VÖEN:**********) qanuni təmsilçilik funksiyasına malik direktoru Qanuni nümayəndə1dur. "xxxx" MMC-nin (VÖEN: **********, əvvəlki adı - 2022-ci il 15 avqust tarixinədək Cavabdeh1 MMC) 2**8-ci il 17 noyabr tarixindən hazırkı tarixədək qanuni təmsilçilik funksiyasına malik direktorları adları aşağıda qeyd edilən şəxslər olmuşdur. 2**6-cı il 1 sentyabr tarixindən 2016-cı il 8 fevral tarixinədək X3; 2016-cı il 8 fevral tarixindən 2022-ci il 18 aprel tarixinədək X2; 2022-ci il 18 aprel tarixindən 2022-ci il 15 avqust tarixinədək Qanuni nümayəndə2; 2022-ci il 15 avqust tarixindən hazırkı tarixədək X4. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 5. “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.” (bundan sonra – “iddiaçı”) 2022-ci il 10 avqust tarixində Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə (hazırkı adı "xxxx" MMC) (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 1.221.357 ABŞ dollarının (ödəniş günü manata olan məzənnə ilə), habelə ödənilmiş dövlət rüsumunun əvəzində 1.828,15 manat məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 2**8-ci il 17 noyabr tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehlərin sifarişi ilə Bakı şəhəri, 1033-cü məhəllə ünvanda yüksək mərtəbəli ofis binasının (Park Tower) toplam 4.677.**0 ABŞ dolları dəyərin də Fore kazık, Jet grout və Ankraj işlərinin görülməsi nəzərdə tutulmuş, müqavilənin icrası nəticəsində 2.351.357 ABŞ dolları dəyərində Fore kazık, Jet grout və Ankraj işləri görülmüş, müqavilə üzrə görülmüş işlərin dəyəri olaraq razılaşdırılmış 2.351.357 ABŞ dolları məbləğindən 1.130.**0 ABŞ dolları cavabdehlər tərəfindən iddiaçıya ödənilmiş, görülmüş işlərin dəyərinin 1.221.357 ABŞ dolları məbləğində qalan hissəsi ödənilməmiş, iddiaçının qalan hissənin ödənişi ilə bağlı müraciətlərindən sonra 2020-ci ildə cavabdehlər iddiaçı ilə əlaqə saxlayaraq borcla bağlı sənədlərin təqdim edilməsini xahiş etmiş və bildirmişlər ki, sənədlər təqdim edildikdən sonra borc ödəmə proqramına salınacaq və ödəniləcəkdir. İddiaçı tələb edilən sənədləri təqdim etmiş, lakin borc cavabdehlər tərəfindən bu günədək ödənilməmişdir. Tərəflər arasında bağlanmış 2**8-ci il 17 noyabr tarixli müqavilə üzrə görülmüş işlərin dəyərinin 1.221.357 ABŞ dolları məbləğində qalan (ödənilməmiş) hissəsinin ödənilməsi ilə bağlı cavabdehlərə pretenziyalar göndərilmiş, lakin cavabdehlərdən Cavabdeh2 MMC pretenziyanı alsa da, ona cavab verməmiş, Cavabdeh1 MMC isə pretenziyanı almaqdan imtina etmişdir. Bundan sonra pretenziyalar cavabdehlərə elektron qaydada göndərilmişdir.
7. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 385.2, 386.1, 386.2, 752.1, 752.2, 752.3, 753.1-cü maddələrinə istinad edilmişdir.
8. Cavabdeh2 MMC iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, müqavilənin başlığında Cavabdeh2 MMC qeyd olunsa da, müqaviləyə digər cavabdehin möhü rü vurulmuş, müqaviləni kimin imzalaması da onlara bəlli deyildir. Əlavə edilən sənədlərdə də onların imzaları və möhürləri yoxdur. Əlavə edilən “X11 görə Türk şirkətinə ödənilən maliyyə vəsaiti haqqında 2012-ci il 20 fevral tarixinə məlumat”ın altında Cavabdeh1 MMC qeyd edilmişdir. “Hakediş Raporunda” Cavabdeh2 MMC tərəfindən məlum olmayan şəxs tərəfindən “Aldım” sözü yazılıb imza edilmişdir. Digər raporda isə ümumiyyətlə Cavabdeh2 MMC tərəfindən təhvil alınma barədə hər hansı bir qeyd yoxdur. Əlavə edilən əlyazma hesab-məlumatda Cavabdeh1 MMC-nin baş mühəndisi Qurbanov X.Q. adlı şəxs tərəfindən imza edilmişdir. Əlavə edilən maliyyə cədvəlində "xxxx" MMC qeyd edilmişdir. Bu da Cavabdeh2 MMCnin işə aidiyyəti olmamasına dair bir sübutdur. İddiaçı tərəfindən iş üzrə görülən işlər üzrə Cavabd eh2 MMC tərəfindən rəsmi ödənişlər barədə sənəd mövcud deyil, hər hansı qaimə, təhvil-təslim aktı, ödəniş tapşırığı, ödənilmiş pul vəsaiti barədə müvafiq sübutlar yoxdur. İddia ərizəsi isə ümumiyyətlə əsaslandırılmamışdır.
9. Cavabdeh1 MMC-nin (hazırki adı - "xxxx" MMC”) nümayəndəsi 2022-ci il 18 sentyabr tarixində, Cavabdeh2 MMC-nin nümayəndəsi 2022-ci il 5 dekabr tarixində ayrıca ərizələrlə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilərərk iddianın rədd edilməsini xahiş etmişlər.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 dekabr tarixli e-2-2(113)-4631/2022 saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 1.828,25 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir (hakim - Ü.Həsənova).
11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. Hazırkı halda “qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair” prezumpsiya tətbiq edilməlidir. Buna görə də 2**8-ci il 17 noyabr tarixli podrat müqaviləsi üzrə işlərin görüldüyünü, həmin işlərə görə ödənilməli olan borcun 1.221.357 ABŞ dolları təşkil etdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
12. İddiaçı bununla bağlı məhkəməyə görülmüş işlərə dair çoxsaylı hesabatlar (hakediş raporları) təqdim etmişdir. Lakin həmin sənədlər hazırkı iş üzrə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin icra edildiyini təsdiq edən mötəbər sübutlar qismində nəzərə alına bilməz. Belə ki, həmin sənədlər imzalanmamış, nəinki cavabdehlər, ümumiyyətlə iddiaçının özü tərəfindən də təsdiq edi lməmiş, bu halı iddiaçıların nümayəndələri də məhkəmədə verdiyi izahatlarında təsdiq etmişlər.
13. Bundan əlavə, iddiaçı işlərin görüldüyünü iddia etdiyi torpaq sahəsinin fotoşəkillərini təqdim etmiş, iddiaçının nümayəndələri öz izahatlarında fotoşəkillərdə olan torpaq sahəsində qazıntı və təməl işlərinin iddiaçı tərəfindən onun öz texnikası ilə apardığını, həmin sahənin hazırda da bu vəziyyətdə olduğunu bildirmişlər. Həmin fotoşəkillər də hazırkı iş üzrə mötəbər sübut qismində nəzərə alına bilməz. Belə ki, həmin fotoşəkillərin hansı şəraitdə, harada çəkilməsi, orada olan texnikanın iddiaçının bildirdiyi kimi həqiqətən ona məxsus olması bəlli deyildir, bundan əlavə, həmin şəkillərdə olan qazıntı işlərinin həqiqətən də iddiaçı tərəfindən, habelə cavabdehlərin sifarişi əsasında görülməsini təsdiq edən sübut qismində nəzərə alına bilməz.
14. Bundan əlavə, iddiaçı ödənişlərin hansı tarixdə edilməsi barədə tərtib edilmiş sənəd (həmin sənəddə imza və möhür yoxdur, aslı gibidir qeydi ilə təsdiq edilmişdir) təqdim etmişdir. Həmin sənəd hazırkı müqavilə üzrə ödənişləri təsdiq edən mötəbər sənəd qismində nəzərə alınmamalıdır. Belə ki, həmin sənəddə ödənişlərin məbləğləri, ödəniş tarixləri konkret olaraq göstərilsə də, həmin məlumatların nəyin əsasında cədvəldə əks etdirildiyi, bundan əlavə, ödənişlərin həqiqətən edilməsi, konkret olaraq hansı cavabdeh tərəfindən, hansı qaydada, harada edilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
15. İddiaçı bununla bağlı Cavabdeh1 MMC-nin baş mühəndisinin imzası olduğunu iddia etdiyi (belə ki, həmin sənədin əsli deyil, su rəti təqdim edilmiş, həmin surət də aslı gibidir qeydi ilə təsdiq edilmişdir) yazılı əlyazma təqdim etmişdir. Belə ki, həmin əlyazmanın başlığında qeyd edilmişdir: “Tbilisi prospekti, 1033-cü məhəllə, yüksək mərtəbəli ofis binasının tikintisi üçün Təməltaş firması ilə Cavabdeh1 MMC firması arasında bağlanmış müqaviləyə əsasən görülən işlərə dair ödənilməli olan məbləğlər”. Həmin əlyazmada Təməltaş firmasına Cavabdeh1 MMC tərəfindən cəmi ödənilən məbləğ kimi 930.**0 ABŞ dolları qeyd edilmiş, əlavə olaraq 2010-cu 28 fevral tarixində 2**.**0 ABŞ dollarının ödənildiyi, ümumilikdə 1.130.**0 ABŞ dollarının verildiyi göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş barədə həmin sənədin kim tərəfindən, hansı qaydada, hansı tarixlərdə tərtib edilməsi müəyyən edilmir, bundan əlavə, həmin sən əd nə iddiaçı, nə də cavabdehin səlahiyyətli nümayəndəsi (belə ki, baş mühəndisin səlahiyyətlərini təsdiq edən sənəd də təqdim edilməmişdir) tərəfindən imzalanmış, bundan əlavə, həmin sənədin əsli deyil, surəti məhkəməyə təqdim edilmişdir.
16. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə Jet Grount işlərinə görə Türk şirkətinə ödənilən maliyyə vəsaiti haqqında sonunda Cavabdeh1 MMC-nin adı qeyd edilmiş sənəd (cədvəl) təqdim edilmişdir. Həmin vərəqədə (cədvəl) göstərilmişdir ki, 2012-ci il 20 fevral tarixinə olan məlumatdan görünür ki, Tbilisi prospekti, 1033-cü məhəllədə (Park Plaza) yerləşən layihə üçün 706.186 ABŞ dolları qalıq vəsait mövcuddur. Həmin sənəddə Türkiyə şirkətinin tələb etdiyi borc kimi 2.351.380 ABŞ dolları, ödənilən vəsait kimi 1.230.**0 ABŞ dolları, qalıq vəsait olaraq 706.186 ABŞ dolları göstərilmişdir.
17. İddiaçının nümayəndəsi İ.Mert məhkəmə iclasında verdiyi izahatında həmin sənədin ona özünü Gilanın direktoru kimi təqdim etmiş X2 (bundan sonra – l“E.İsmayılov”) tərəfindən 05029**039 nömrəsindən watsapp vasitəsilə göndərildiyini bildirmiş, əlavə olaraq məhkəməyə onun həmin nömrədən göndərdiyi səs yazısını təqdim etmiş, həmin səs yazısında borcun 706.**0 ABŞ dolları olduğunun etiraf edildiyini bildirmişdir.
18. İddiaçının nümayəndəsi və vəkili izahatında 2016-cı il 8 fevral tarixindən 2022-ci il 18 aprel tarixinədək E.İsmayılovun Cavabdeh1 MMC-nin direktoru olduğunu bildirmişdir.
19. Lakin iddiaçı həmin səs yazısının həqiqətən Cavabdeh1 MMC-nin qanuni təmsilçisinə malik olmasını, habelə həmin sənədi ünvanlayan şəxsin istifadəsindəki 05029**039 olan tele fon nömrəsinin həqiqətən qanuni təmsilçiyə məxsus olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
20. Beləliklə də, iddiaçının təqdim etdiyi sənədlər kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu sənədlər iddiaçı tərəfindən iddia ərizində göstərilənlərin (cavabdehlərlə podrat müqaviləsinin bağlanaraq həmin müqavilə üzrə işlərinin yarısının icra edilməsi, həmin işlərin dəyərinin bir hissəsinin ödənilməməsi) təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
21. İddiaçı məhkəməyə göstərilən halın araşdırılması üçün 2016-cı il 8 fevral tarixindən 2022-ci il 18 aprel tarixinədək Cavabdeh1 MMC-nin direktoru olmuş E.İsmayılovun şahid qismində dəvət olunub dindirilməli olması barədə vəsatət təqdim etsə də, həmin vəsatətdə dindirilməsini xahiş etdiyi şahidə dair qanunvericiliyin tələb etdiyi məlumatları (yaşadığı yeri) göstərməmiş, məhkəmə tərəfindən həmin məlumatların məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilsə də, bu mümkün olmamışdır. Bu səbəbdən iddiaçının həmin vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir. Halbuki MPM-nin 104.6-cı maddəsinə əsasən şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur.
22. İddiaçı məhkəməyə əlavə olaraq iki şahid ifadəsi təqdim etmişdir. MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri sübut hesab olunur.
23. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, iddiaçının İdarə Heyətinin üzvüdür. Hazırkı müqavilə üzrə işlər 2**8-2010-cu illər ərzində görülmüşdür. İşlərin görülməsinə 2**8- ci ildə başlanılmış və 2010-cu ilə qədər davam etmişdir. İşlərin görülməsinin müqavilə imzalanandan sonra bir il ərzində yekunlaşdırılması nəzərdə tutulmuşdu. Müqavilə imzalanan vaxt Cavabdeh1 MMC və Cavabdeh2 MMC arasında fərq onlara izah edilməmişdi. Müqaviləni Cavabdeh1 MMC ilə imzalamışlar. Material iddiaçı tərəfindən təqdim olunurdu. Qarşı tərəf ödəniş etmədiyi üçün işləri tamamlamadılar. İşlərin Bakıda konkret olaraq harada görülməsi barədə məlumat verə bilmir. Qarşı tərəfdən işlərin görülməsinə Mərifət bəyin göstərişi ilə baş mühəndis Xidmət bəy nəzarət edirdi. Qarşı tərəfdən iddiaçıya təxmini 1.1**.**0 ABŞ dolları ödəniş həyata keçirilmişdir. Ödənişləri onlara mühasib təhvil verirdi. Ödənişlər nağd qaydada həyata keçirilirdi. Ödənişlərin nağd qaydada olması qarşı tərəfin tələbindən irəli gəlirdi. Avadanlıqları, texnikanı tırlar vasitəsilə Bakıya gətizdirmişlər. Qarşı tərəfin nümayəndəsi E.İsmayılov onlarla 2020-ci ildə əlaqə yaratmış, iddiaçı ona dedikləri məbləğin düz olmadığını və ödəniləcək məbləğin 1.130.**0 ABŞ dolları təşkil etməsini bildirmişdir. Daha sonra 2020-ci ilin mart ayında baş verən pandemiya səbəbindən iddiaçı tərəf qarşı tərəflə əlaqə yarada bilməmişdir.
24. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərdi ki, iddiaçıda 2**3-cü ildən hazırkı günədək çalışır. 2**8-ci ildə Cavabdeh1 MMC ilə iddiaçı arasında müqavilə imzalanmış, həmin müqavilə üzrə 2**8-2**9-cu illər ərzində Bakıda fəaliyyət göstərmişlər. 2**9-cu ilin sonlarında ödənişlərin davam etdirilməməsi səbəbindən işlərin görülməsini dayandırmışlar. İşlər Bakı şəhəri, Tbilisi prospekti ərazisind ə görülürdü. Tərəflərindən təməl işləri görülürdü. Hər gün üzrə görülmüş işlərin hesabatı tərtib edilirdi. İşlərın 2.**0.**0 ABŞ dolları hissəsi görülmüşdür. Hesabatları X.Qurbanova və digər əməkdaşlara təhvil verirdilər. İddiaçı tərəfdən təxmini 30 nəfər işçi orada işləyirdi. Texnika iddiaçı tərəfindən təqdim olunurdu. Ödənişləri Cavabdeh1 MMC-nin ofisindən əldə edirdilər. Ödənişləri mühasib Rəşid bəydən əldə edirdilər. Sonuncu dəfə ödəniş 2010-cu il 28 fevral tarixində həyata keçirilmişdir. Ümumi qarşı tərəfdən olunmuş ödəniş 1.130.**0 manat məbləğində idi. Ödənişlərin olunmaması səbəbindən işlərin görülməsini dayandırmışlar. Materialların vaxtında verilməsi barədə bildiriş göndərməmişlər. Qeyd olunan tələbi şifahi qaydada bildirmişlər. İşlərin dayandrılması barədə heç bir sənəd tərtib o lunmamışdır. Ödənişlərin nağd qaydada həyata keşrilməsi səbəbi qarşı tərəfin tələbindən irəli gəlirdi. Əldə etdikləri məbləği Türkiyəyə göndərirdilər. Ödənişlərin nağd qaydada və ya bank köçürməsi yolu ilə olunması iddiaçıya fərq etmirdi. Rəşid bəy Mərifət bəyin göstərişi ilə iddiaçıya ödəniş edirdi. Təməl işlərinin görülməsi odur ki, torpaq qazılır, çıxarılır və oraya sement və digər ləvazimatlar tökülür. Görülmüş işlərin ümumi dəyəri 2.350.**0 ABŞ dolları təşkil edir.
25. Beləliklə, iddiaçının təqdim etdiyi şahidlər ifadələrində materiallarda olan podrat müqaviləsi üzrə işlərin görüldüyünü, həmin müqavilə üzrə ödənişlərin bir qisminin artıq edildiyini bildirsələr də, ödənişlərin konkret olaraq kimə, hansı şəraitdə, eləcə də hansı tarixdə ödənilməsi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər.
26. Eyni zamanda, müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (iddiaçı təşkilatla əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslərdir.
27. Beləliklə də iddiaçının təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
28. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.
29. Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
30. Ca vabdehlər tərəfindən ayrı-ayrılıqda təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizələrlə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı müvafiq subyektiv hüquqa malik olmadığından iddia müddətinin təbiq edilməli olması barədə ərizələr də əsassızdır. Həmçinin iddiaçının müvafiq subyektiv hüquqa malik olması işin araşdırılan halları ilə də öz təsdiqini tapdığı təqdirdə belə, iddiaçı həmin hüququnun müdafiəsi ilə bağlı məhkəməyə 2013-cü ilə qədər müraciət edə bilərdi. Lakin iddiaçı hazırkı iddia ilə 2022-ci il 10 avqust tarixində məhkəməyə müraciət etmişdir. Halbuki MM-in 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir.
31. İddia təmin edilmədiyindən ödənilmiş 1.828,15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
32. Birinci instansiya məhkəməsi öz qətnaməsini MM-in 373.2, 375.1, 375.2-ci, MPM-in 14.2, 76.2, 77.1, 104.6, 119.1, 217.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2**7-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2**8-ci il 6 mart tarixli qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2**7-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2**8-ci il 8 may tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
33. İddiaçının vəkili və nümayəndəsi 2023-cü il 18 yanvar tarixində apellyas iya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 mart tarixli 2-2(103)299/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər- A.Hüseyn və V.Baxışova).
35. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələblərinin qanuni əsasını MM-in 752.1-ci maddəsi təşkil edir. Lakin hazırki işdə həmin maddənin dispozitiv şərtlərinin mövcud olması sübut olunmur. Belə ki, qeyd olunan maddədən də görünür ki, podrat müqaviləsi üzrə öhdəlik ilk növbəd ə podratçının üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır. Lakin iddiaçı bununla bağlı heç bir mötəbər sübutu (təhvil-təslim aktı, forma 2 arayışı və s.) məhkəməyə təqdim etməmiş və MPM-in 77.1ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
36. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən görülmüş işlərə dair çoxsaylı hesabatlar (hakediş raporları) bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz. Belə ki, həmin sənədlər imzalanmamış, nəinki cavabdehlər, ümumiyyətlə iddiaçının özü tərəfindən də təsdiq edilməmiş, bu halı iddiaçıların nümayəndələri də birinci instansiya məhkəməsində verdikləri izahatlarında təsdiq etmişlər.
37. Bundan əlavə, iddiaçı işl ərin görüldüyünü iddia etdiyi torpaq sahəsinin fotoşəkillərini sübut qismində təqdim etmiş, iddiaçının nümayəndələri öz izahatlarında fotoşəkillərdə olan torpaq sahəsində qazıntı və təməl işlərinin iddiaçı tərəfindən onun öz texnikası ilə apardığını, həmin sahənin hazırda da bu vəziyyətdə olduğunu bildirmişlər. Həmin fotoşəkillər də hazırkı iş üzrə mötəbər sübut qismində nəzərə alına bilməz. Belə ki, həmin fotoşəkillərin hansı şəraitdə və nə vaxt çəkilməsi, orada olan texnikanın iddiaçının bildirdiyi kimi həqiqətən ona məxsus olması bəlli deyildir, bundan əlavə həmin şəkillərə əsasən orada göstərilən qazıntı işlərinin həqiqətən də iddiaçı tərəfindən, habelə cavabdehlərin sifarişi əsasında görülməsi nəticəsinə gəlmək olmur.
38. Bundan əlavə, iddiaçı məhkəməyə ödənişlərin hansı tarixdə edilm əsi barədə tərtib edilmiş sənəd (həmin sənəddə imza və möhür yoxdur, aslı gibidir qeydi ilə təsdiq edilmişdir) təqdim etmişdir. Həmin sənəddə ödənişlərin məbləğləri, ödəniş tarixləri konkret olaraq göstərilsə də, həmin məlumatların nəyin əsasında cədvəldə əks etdirildiyi, bundan əlavə ödənişlərin həqiqətən edilməsi, konkret olaraq hansı cavabdeh tərəfindən, hansı qaydada, harada edilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
39. Həmçinin iddiaçı tərəfindən məhkəməyə Jet Grount işlərinə görə Türk şirkətinə ödənilən maliyyə vəsaiti haqqında sonunda Cavabdeh1 MMC-nin adı qeyd edilmiş sənəd (cədvəl) təqdim edilmişdir. Həmin vərəqədə (cədvəl) göstərilmişdir ki, 2012-ci il 20 fevral tarixinə olan məlumatdan görünür ki, Tbilisi prospekti, 1033-cü məhəllədə (Park Plaza) ye rləşən layihə üçün 706.186 ABŞ dolları qalıq vəsait mövcuddur. Həmin sənəddə Türkiyə şirkətinin tələb etdiyi borc kimi 2.351.380 ABŞ dolları, ödənilən vəsait kimi 1.230.**0 ABŞ dolları, qalıq vəsait olaraq 706.186 ABŞ dolları göstərilmişdir. Lakin həmin sənəd imza və möhürlə təsdiq edilməmişdir.
40. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi X6 və X7 ifadələri də iş üzrə mötəbər sübut qismində qiymətləndirilə bilməz. Belə ki, əvvəla, həmin şahidlər ifadələrində materiallarda olan podrat müqaviləsi üzrə işlərin görüldüyünü, həmin müqavilə üzrə ödənişlərin bir qisminin artıq edildiyini bildirsələr də, ödənişlərin konkret olaraq kimə, hansı şəraitdə, eləcə də hansı tarixdə ödənilməsi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər.
41. Hətta həmin şahidlər işlərin görülməsi və ödənişlərin edilməsi ilə bağlı konkret ifadələr versəydi belə, bu hazırkı iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməzdi. Çünki işin yuxarıda da müəyyən olunan hallarından da göründüyü kimi, iddiaçı tərəfindən məhz 1.221.357,** ABŞ dollarının dəyərində podrat işlərin görülməsi və cavabdehə təqdim edilməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmur. Hüquqi şəxs olan iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir. Bu baxımdan, heç bir yazılı sübutlar olmadığı halda, iş üzrə dindirilmiş və iddiaçı şirkətin İdarə Heyətinin üzvü X6 və iddiaçı şirkətin 2**3-cü ildən hazırkı günədək işçisi olan X7 ifadələ ri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
42. Həmçinin iddiaçı Cavabdeh1 MMC-nin baş mühəndisinin imzası olduğunu iddia etdiyi (belə ki, həmin sənədin əsli deyil, surəti təqdim edilmiş, həmin surət də aslı gibidir qeydi ilə təsdiq edilmişdir) yazılı əlyazmanı təqdim etmişdir. Həmin əlyazmanın başlığında qeyd edilmişdir: “Tbilisi prospekti, 1033cü məhəllə, yüksək mərtəbəli ofis binasının tikintisi üçün Təməltaş firması ilə Cavabdeh1 MMC firması arasında bağlanmış müqaviləyə əsasən görülən işlərə dair ödənilməli olan məbləğlər”. Həmin əlyazmada Təməltaş firmasına Cavabdeh1 MMC tərəfindən cəmi ödənilən məbləğ kimi 930.**0 ABŞ dolları qeyd edilmiş, əlavə olaraq 2010-cu il 28 fevralda 2**.**0 ABŞ dollarının ödənildiyi, ümumilikdə 1.130.**0 ABŞ dollar ının verildiyi göstərilmişdir. Lakin həmin sənədin kim tərəfindən, hansı qaydada, hansı tarixlərdə tərtib edilməsi müəyyən edilmir, bundan əlavə, həmin sənəd cavabdehlərin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilməmiş, bundan əlavə, həmin sənədin əsli deyil, surəti məhkəməyə təqdim edilmişdir. Bu baxımdan, iddiaçı tərəfindən təqdim olunmuş həmin kserosurət müqavilə üzrə cavabdeh tərəfindən ödənişlərin edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin sənəd MPM-in 89.3-cü maddəsinin tələblərinə cavab vermir.
43. Qeyd olunanlara əsasən, iddiaçı tərəfindən podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi sübut olunmur. Belə olan halda cavabdehin podrat müqaviləsi üzrə muzd ödəmək öhdəl iyi, iddiaçının isə MM-in 752.1-ci maddəsinə əsasən muzd tələb etmək hüququ yaranmamışdır.
44. Hətta yuxarıda qeyd olunan sənədlər mötəbər sübutlar kimi qəbul edilsə belə, iddia təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə iddia irəli sürülmüşdür. Çünki iddiaçı özü bildirir ki, podrat müqaviləsi üzrə işlər 2010-cu ilin əvvəllərinə qədər görülmüş və sifarişçi tərəfindən son ödəniş 2010-cu ilin fevral ayında edilmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi hallara əsasən iddia müddətinin axımı da həmin tarixdən başlanmışdır. Hazırkı iddia ərizəsi isə 2022-ci il 10 avqust tarixində, yəni son ödəniş tarixindən hesablandıqda təxminən 12 il 6 ay keçdikdən sonra verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən MM-in 373.2-ci maddəsinə göstərilən 3 illik iddia müdd əti ötürülmüşdür.
45. Eyni zamanda, hazırki işdə iddia müddətinin axımının kəsilməsi halı da müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ərzində cavabdehlərin etirafedici hərəkətlər edilməsi ilə bağlı hallara istinad edilməmiş və sübutlar təqdim edilməmişdir. İddiaçının istinad etdiyi hallar, yəni 2020-ci ildə Cavabdeh1 MMC-nin direktoru olan E.İsmayılovun səs yazısı və whatsapp yazışması ilə podrat müqaviləsi üzrə borcun olduğunun etiraf etməsi isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Belə ki, MM-in 380-ci maddəsinin mənasına görə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur. İddia müd dəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır. MM-in 383-cü maddəsi də qanunun bu şəkildə təfsirini təsdiq edir.
46. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin 2**8-ci il 17 noyabr tarixli podrat müqaviləsinin 11-ci bəndinə istinad etməsi də əsassızdır. Belə ki, həmin bəndə əsasən, podratçı işə başladığı tarixdən etibarən 15 gündən bir bazar istirahət etmək şərti ilə ən gec 180 iş günündə işi tamamlayacaqdır. Təhvil verilmə qismən olacağı halda gecikdirilən müddət əlavə olunacaqdır. Podratçı tərəfindən iş, verilən müddət ərzində bitirilməyəcəyi halda gecikdirilən hər təqvim günü üçün müqavilə dəyərinin 0,3%-i nisbətində cərimə tətbiq olunacaqdır. Göründüyü kimi, müqavilənin həmin bəndi ndə podratçıya (iddiaçıya) münasibətdə öhdəliyin icra edilməsi müddəti və həmin müddətin pozulması nəticəsində dəbbə pulunun ödənilməsi ilə bağlı şərtlər müəyyən edilmiş, həmin bəndin müddəaları nə müqavilənin müddətinə, nə də sifarişçi tərəfindən muzdun ödənilməsi müddətinə aid deyil.
47. Bu baxımdan, yəni iddiaçının özünün bildirdiyi hallara əsasən iddia müddətinin ötürülməsi halı müəyyən edildiyindən, habelə iddiaçı tərəfindən iddia müddətinin axımının kəsilməsinə səbəb ola biləcək hallara istinad edilmədiyindən, sonuncu ilə bağlı istinad etdiyi halların isə iddia müddəti keçdikdən sonrakı tarixlərə aid olduğundan və yuxarıda izah olunduğu kimi, bu hərəkətlər hər hansı hüquqi əhəmiyyət daşımadığından, apellyasiya instansiyası məhkəməsi prosessual qənaət prinsipini rəhbər tutaraq iddiaçı tərəfindən verilmiş çoxsaylı (şahidlər dindirilməsi, ekspertizanın keçirilməsi, sorğuların verilməsi və s.) vəsatətləri təmin etməmişdir.
48. Beləliklə, iddiaçının MM-in 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə MM-in 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi həmçinin iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.
49. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 373.2, 380.1, 380.2, 383, 752.1-ci, MPM-in 77.1, 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
50. Qətn amə 2023-cü il 3 aprel tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
51. İddiaçının nümayəndəsi və vəkili 2023-cü il 25 may tarixində apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
52. MM-in 752.1-ci maddəsi üzrə - İşdə toplanmış çoxsaylı sübutlarla təsdiq və müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər məhz podrat münasibətləri olmuşdur, bağlanmış podrat müqaviləsi əsasında iddiaçı tərəfindən podrat işlərinin 2.351.357 ABŞ dolları miqdarında bir qismi görülmüş, həmin işlərin 1.130.**0 ABŞ dolları məbləğində bir hissəsi cavabdeh tərə findən iddiaçıya ödənilmiş, görülmüş işlərin dəyərinin qalan 1.221.357 ABŞ dolları məbləğində bir hissəsi isə ödənilməmişdir.
53. MM-in 380, 441-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən iddia müddəti ərzində cavabdehlərin etirafedici hərəkətlər etməsi ilə bağlı hallara istinad edilməməsi və sübutlar təqdim edilməməsi, iddiaçının istinad etdiyi hallar, yəni 2020-ci ildə Cavabdeh1 MMC-nin direktoru E.İsmayılovun səs yazısı və Whatsapp yazışması ilə podrat müqaviləsi üzrə borcun olduğunun etiraf etməsinin iddia müddətinin axımının kəsilməsinə səbəb olmaması ilə bağlı gəldiyi qənaətlə razılaşmırıq. Belə ki: 1) 2020-ci ildə Cavabdeh1 MMC tərəfindən borc, 706.186 ABŞ dolları məbləğində etiraf edilmiş, həmin müddətdən sonra isə yeni müddətin axımı başlamışdır k i, həmin müddət daxilində də iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 2) 2**8-ci il 17 noyabr tarixli podrat müqaviləsi ləğv olunmamışdır və hazırda da qüvvədədir. Müqavilədən görünür ki, sifariş edilmiş işlər 4.677.**0 ABŞ dolları dəyərində olmuşdur, lakin müəyyən olunur ki, sifariş edilmiş işlər tam həcmdə deyil, 2.351.357 ABŞ dolları həcmində görülmüşdür. İşdən (Cavabdeh2 MMC-Park Tower koordinasyon toplantısı adlı protokollar) görünür ki, işlərin icra edildiyi 2**8-2**9-cu illərdə iddiaçı icra edilmiş işlərin dəyərinin tez bir zamanda ödənilməsini dəfələrlə cavabdehdən tələb etmiş, buna baxmayaraq icra edilmiş işlərin dəyərinin ödənilməsi həmişə cavabdeh tərəfindən ləngidilmiş, son nəticədə isə 1.221.357 ABŞ dolları məbləğində bir hissə, ümumiyyətlə ödənilməmişdir. Müqavil ənin “İşin müddəti” adlanan 11ci maddəsinin tələbinə görə i) işəgötürəndən qaynaqlanan gecikmələr və ödənişlərin vaxtında həyata keçirilməməsi müddətin uzadılması üçün üzrlü hesab olunan səbəbdir. Nə qədər ki, tərəflər podrat müqaviləsi ləğv edilməmişdir və bu səbəbdən hazırda da qüvvədədir, habelə müqavilədə işəgötürəndən qaynaqlanan gecikmələr və ödənişlərin vaxtında həyata keçirilməməsi müddətin uzadılması üçün üzrlü hesab olunan səbəb kimi nəzərdə tutulmuşdur, iddiaçının işəgötürəndən qaynaqlanan gecikmələr və ödənişlərin vaxtında həyata keçirilməməsi ilə əlaqədar olaraq müqavilə üzrə öz öhdəliyinin icrasının uzadıldığı bütün müddət ərzində qarşı tərəfdən ləğv edilməmiş, qüvvədə olan müqavilə üzrə qarşı tərəfin öhdəliyinin icrasını tələb etmək hüququ vardır və belə bir vəziyyətdə bu hüququn həyata keçirilməsinə iddia müddəti şamil edilməməlidir.
54. MM-in 443,9, 448.3 və 456-cı maddələri üzrə - Apellyasiya instansiya məhkəməsi 2**8-ci il 17 noyabr tarixli podrat müqaviləsinin iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış olduğunu müəyyən etmiş, Cavabdeh1 MMC-nin baş mühəndisi tərəfindən tərtib edilmiş və baş mühəndisin imzası ilə təsdiq edilib iddiaçıya verilmiş “Tbilisi prospekti 1033-cü məhəllə, yüksək mərtəbəli ofis binasının tikintisi üçün Təməltaş firması ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən görülən işlərə ödənilməli olan məbləğlər” adlı əlyazmanın iş üzrə Cavabdeh1 MMC-nin “belə bir sənədi baş mühəndisin imzalamaq səlahiyyəti olmadığı” əsası ilə qəbul etməməsi, yəni Cavabdeh1 MMC-nin X.Q.Qurbanovun Cavabdeh1 MMC-nin baş mühəndisi işlədiyini qəbul e tdiyi, lakin onun tərəfindən tərtib edilib imzalanmış həmin sənədin baş mühəndisin belə bir sənədi imzalamaq səlahiyyəti olmaması əsası ilə qəbul etmədiyi vəziyyətində MM-in 443.9, 448.3 və 456-cı maddələrini tətbiq etməklə baş mühəndisin hərəkətlərini Cavabdeh1 MMC-nin hərəkətləri kimi qiymətləndirməli olduğu halda, həmin maddələri tətbiq etməmiş, nəticədə sözügedən sübutu və həmin sübutla bağlı Cavabdeh1 MMC-nin izahatını düzgün qiymətləndirməmiş, bu da öz növbəsində iş üzrə mübahisənin yanlış “həll” edilməsinə səbəb olmuşdur.
55. MPM-in 57.1, 78.2, 85.1, 85.2, 97.1, 202.1-ci maddələri üzrə - 1) Təməlatma işlərinin aparılmış olduğu torpaq sahəsinin hansı şəxsə ayrılmış olduğunu müəyyən etmək məqsədilə (cavabdeh bununla bağlı sübutları özündə saxlayıb məhkəməyə təqdim etməmişdir) Bakı Şəh ər İcra Hakimiyyətinə müvafiq sorğu göndərilmiş, Bakı Şəhər İcra Hakimiyyəti məhkəmənin sorğusuna olduqca mənasız bir cavab vermiş, bu halda məhkəmə MPM-nin 57.1-ci madəsinin tələbinə müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətini cavabdehlərin tərəfində müstəqil tələblər irəli sürməyən İİİ şəxs qismində işə cəlb edib, torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə hansı şəxsə ayrıldığını çox asanlıqla məhkəmə iclasında müəyyən etməli olduğu halda, bunu etməmişdir. 2) Eyni məsələnin aydınlaşdırılması məqsədilə tərəfimizdən verilmiş vəkil sorğusuna cavabında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi müvafiq məhkəmə sorğusu əsasında torpaq sahəsini n hansı şəxsə ayrıldığına dair cavabın verilə biləcəyini bildirməsinə, bu əsasla da həmin quruma müvafiq məhkəmə sorğusunun verilməsinə dair vəsatət verməyimizə baxmayaraq aşağı instansiya məhkəmələri vəsatəti təmin etməmiş, bununla da məhkəmə həmin halların aydınlaşdırılması, sübutların əldə edilməsi, təmin edilməsi ilə bağlı mülki prosessual qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir. 3) Həmçinin aşağı instansiya məhkəmələri qeyd edilən sübutların əldə edilərək təməlatma işlərinin aparıldığı torpaq sahəsini yerinə müayinə etməmiş, həmin torpaq sahəsində iddiaçı tərəfindən 2.351.357 ABŞ dolları dəyərində təməlatma işlərinin həqiqətən də görülübgörülmədiyininin müəyyən edilməsi məqsədilə iş üzrə müvafiq məhkəmə ekspertizası təyin etməmişdir.
56. MPM-in 77.1 və 106.2- ci maddələri üzrə - Aşağı instansiya məhkəmələri demək olar ki, cavabdehləri iddiaya qarşı etirazlarının əsasını təşkil edən halları sübut etmək vəzifəsindən azad etmiş, qətnamələrini isə sanki “iddiaya cavabdehin etirazıdır” kimi tərtib etmişlər. Cavabdeh məhkəməyə təqdim edilməsi tələb edilən sübutları özündə saxlayıb təqdim etmədiyi halda, məhkəmə sübutları məhkəməyə təqdim etməyi cavabdehlərdən tələb etməmişdir. Digər tərəfdən isə, cavabdeh tərəfin tələb edilən sübutları təqdim etmədiyi səbəbindən iddiaçı tərəfin təqdim etdiyi sübutlar əsasında həmin sübutlarla müəyyən edilməli olan halları iddiaçının xeyrinə müəyyən etməli idi. Lakin aşağı instansiya məhkəmələri bunu etməmişlər.
57. MPM-in 62.1, 76.2, 88-ci maddələri üzrə - Aşağı instansiya məhkəmələri iddiaçı tərəfin şahidlərinin ifa dələrinə buna heç bir əsas olmadan qərəzli yanaşmış, həmin ifadələrlə verilən məlumatların iddiaçı tərəfindən təqdim edilmiş digər sübutlarla da təsdiq edildiyinə düzgün hüquqi qiymət verməmiş, Cavabdeh1 MMC-nin X.Q.Qurbanovun kommersiya işində olan əlyazmanı tərtib edib imzası ilə təsdiq edərkən Cavabdeh1 MMC-nin baş mühəndisi işlədiyini təsdiq etməsi ilə bağlı izahatına düzgün hüquqi qiymət verməmiş, iş üzrə qətnamə qəbul edərkən həm həmin sübutlara, həm də iş üzrə toplanmış digər sübutlara doğru hüquqi qiymət verməmişlər.
58. MPM-in 217-ci maddəsi üzrə - Apellyasiya instansiya məhkəməsi qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
59. Cavabdeh2 MMC kass asiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, apellyasiya icraatı zamanıda işin faktiki və hüquqi halları tam araşdırılaraq baxılmış, hətta iddiaçının nümayəndəsi qərar elan olunduqdan sonra məhkəmə kollegiyasına işə obyektiv və tam araşdırma ilə aparılıb baxıldığı üçün minnətdarlığını bildirmişdir. Kassasiya şikayəti ümumi olaraq yazılmış, şikayətin dəlilləri əsaslandırılmamış və sübuta yetirilməmiş hesab olunmalıdır. Kassasiya şikayəti tam əsassızdır və şikayətin təmin edilməsinə hər hansı bir hüquqi əsas yoxdur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
60. Kassasiya şikayəti vaxtında verilmiş hesab edilmiş və kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
61. Apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
62. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıd akılar nəzərdə tutulur: “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Maddə
377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə
383. İddia müddəti bitdikdən sonra vəzifənin icrası Borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”
64. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar... 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
89. Yazılı sübutlar... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
104. Şahid ifadələri... 104.6. Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....”
65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2**7-ci il 26 iyul tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
66. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2**8-ci il 6 mart tarixli qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2**7-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2**8-ci il 8 may tarixli Qərarında müəyyən edilmişdir ki: “Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hü ququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). Həmin Qərara əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb ola n subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
68. İddiaçı cavabdehlərdən onlar arasında bağlanmış podrat müqaviləsi üzrə görülmüş işlərlə əlaqədar 1.221.357 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş, birinci ins tansiya məhkəməsi iddianı təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.
69. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür.
70. Belə ki, mübahisələndirilən qətnaməyə görə, iddiaçı özü bildirir ki, podrat müqaviləsi üzrə işlər 2010-cu ilin əvvəllərinə qədər görülmüş və sifarişçi tərəfindən son ödəniş 2010-cu ilin fevral ayında edilmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi hallara əsasən iddia müddətinin axımı da həmin tarixdən başlanmışdır. Hazırkı iddia ərizəsi isə 2022-ci il 10 avqust tarixində, yəni son ödəniş tarixindən hesablandıqda təxminən 12 il 6 ay keçdikdən sonra verilmişdir. Halbuki MM-in 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü ki mi, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. Eyni zamanda, hazırkı işdə iddia müddətinin axımının kəsilməsi halı da müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ərzində cavabdehlərin etirafedici hərəkətlər edilməsi ilə bağlı hallara istinad edilməmiş və sübutlar təqdim edilməmişdir.
71. İddiaçı isə bununla bağlı kassasiya şikayətində bildirir ki, 2020-ci ildə Cavabdeh1 MMC tərəfindən borc 706.186 ABŞ dolları məbləğində etiraf edilmiş, həmin müddətdən sonra yeni müddətin axımı başlamışdır ki, həmin müddət daxilində də iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
72. Bu məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, həmin etiraf iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Belə ki, MM-in 380-ci maddəsinin mənasına görə, iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır. MM-in 383-cü maddəsi də qanunun bu şəkildə təfsirini təsdiq edir.
73. Məhkəmə kollegiyası MM-in 380 və 383-cü maddələrini (bax yuxarıda § 63) qarşılıqlı təhlil edərək apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini tamamilə qanuni və əsaslı hesab etdiyindən kassatorun dəlili ilə razılaşmır.
74. Belə ki, iddia müddətinin kəsilməsi üçün, ən azından, həmin müddətin davam etməsi, yəni başa çatmaması tələb olunur. İddia müddəti başa çatmışdırsa, o artıq mövcud deyildir, bu səbəbdən, onun kəsilməsi də mümkün deyildir.
75. Bu baxımdan, iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər yalnız iddia müddəti çərçivəsində edildikdə, müddətin axımının kəsilməsinə səbəb olur.
76. Kassatorun iddia müddəti ilə bağlı digər dəlilləri isə ondan ibarətdir ki, podrat müqaviləsi ləğv olunmamışdır və hazırda da qüvvədədir. Sifariş edilmiş işlər qismən görülmüşdür. İşlərin icra edildiyi 2**8-2**9-cu illərdə iddiaçı icra edilmiş işlərin dəyərinin tez bir zamanda ödənilməsini dəfələrlə cavabdehdən tələb etmiş, lakin buna baxmayaraq icra edilmiş işlərin dəyərinin ödənilməsi həmişə cavabdeh tərəfindən ləngidilmiş, son nəticədə isə 1.221.357 ABŞ dolları məbləğində bir hissə ümumiyyətlə ödənilməmişdir. M üqavilənin “İşin müddəti” adlanan 11-ci maddəsinin tələbinə görə i) işəgötürəndən qaynaqlanan gecikmələr və ödənişlərin vaxtında həyata keçirilməməsi müddətin uzadılması üçün üzrlü hesab olunan səbəbdir. Nə qədər ki, tərəflər podrat müqaviləsi ləğv edilməmişdir və bu səbəbdən hazırda da qüvvədədir, habelə müqavilədə işəgötürəndən qaynaqlanan gecikmələr və ödənişlərin vaxtında həyata keçirilməməsi müddətin uzadılması üçün üzrlü hesab olunan səbəb kimi nəzərdə tutulmuşdur, iddiaçının işəgötürəndən qaynaqlanan gecikmələr və ödənişlərin vaxtında həyata keçirilməməsi ilə əlaqədar olaraq müqavilə üzrə öz öhdəliyinin icrasının uzadıldığı bütün müddət ərzində qarşı tərəfdən ləğv edilməmiş, qüvvədə olan müqavilə üzrə qarşı tərəfin öhdəliyinin icrasını tələb etmək hüququ vardır və belə bir vəziyyətd ə bu hüququn həyata keçirilməsinə iddia müddəti şamil edilməməlidir.
77. Mübahisəli podrat müqaviləsinin 11-ci bəndinə əsasən, podratçı işə başladığı tarixdən etibarən 15 gündən bir bazar istirahət etmək şərti ilə ən gec 180 iş günündə işi tamamlayacaqdır. Təhvil verilmə qismən olacağı halda gecikdirilən müddət əlavə olunacaqdır. Podratçı tərəfindən iş, verilən müddət ərzində bitirilməyəcəyi halda gecikdirilən hər təqvim günü üçün müqavilə dəyərinin 0,3%-i nisbətində cərimə tətbiq olunacaqdır.
78. Kassatorun istinad etdiyi sözügedən müqavilə şərti ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilənin həmin bəndində podratçıya (iddiaçıya) münasibətdə öhdəliyin icra edilməsi müddəti və həmin müddətin pozulması nəticəsində dəbbə pulunun ödənilməsi ilə b ağlı şərtlər müəyyən edilmiş, həmin bəndin müddəaları nə müqavilənin müddətinə, nə də sifarişçi tərəfindən muzdun ödənilməsi müddətinə aid deyil.
79. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə də razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
80. Bundan başqa, iddia müddətinin axımının başlanmasının vaxtı qanunla dəqiq müəyyən edilmişdir. MM-in 377.2 və 377.3-cü maddələrinin (bax yuxarıda § 63) məzmunundan aydın olur ki, iddia müddətinin axımı icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə icra müddəti bitdikdə, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
81. Kassasiya şikayətinin özündə göstərilir ki, işlərin icra edildiyi 2**8-2**9-cu illərdə iddiaçı icra edilmiş işlərin dəyərinin tez bir zamanda ödənilməsini dəfələrlə cavabdehdən tələb etmişdir.
82. Deməli, hüquqi baxımdan iddia müddətinin axımı, ən azından, 2**8-2**9-cu illərdən başlanmış hesab olunmalıdır.
83. Həmçinin mübahisələndirilən qətnamədən məlum olur ki, sifarişçi tərəfindən son ödəniş 2010-cu ilin fevral ayında edilmişdir.
84. Bu isə hüquqi baxımdan o anlama gəlir ki, iddia müddətinin axımı MM-in 380-ci maddəsinə uyğun olaraq, 2010-cu ilin fevral ayında kəsilərək yenidən başlanmış, hazırkı iddia ərizəsi isə yalnız 2022-ci il 10 avqust tarixində, yəni son ödəniş tarixindən təxminən 12 il 6 ay keçdikdən so nra verilmiş, nəticədə MM-in 373.2-ci maddəsi (bax yuxarıda § 63) ilə həmin tələblər üzrə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür.
85. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən nəticəsini də MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 64) uyğun olaraq tamamilə qanuni və əsaslı, kassatorun dəlilini isə əsassız hesab edir.
86. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası kassasiya şikayətinin ayrı-ayrı sübutlar üzrə məhkəmənin gəldiyi nəticələrə dair digər dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür. Belə ki, həmin dəlillər hətta əsaslı olsalar belə, iddia müddəti ötürüldüyündən iddia tələbinin təmin olunması istənilən halda qeyri-mümkündür.
87. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kolle giyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 14 mart tarixli 2-2(103)-299/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
88. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.”-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 mart tarixli 2-2(103)299/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.