Məhkəmə qərarları › İş №2-2(102)-398/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-398/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-398/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “xxxx” kiçik müəssisəsinin cavabdeh “6-cı Mərtəbə” müstəqil şirkətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı “xxxx kiçik müəssisəsinin cavabdeh “6-cı Mərtəbə” müstəqil şirkətinə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 aprel tarixli qərardadından iddiaçı “Mavi İşıq” kiçik müəssisəsi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı «xxx» kiçik müəssisəsi (bundan sonra – “iddiaçı”) cavabdeh «6-cı Mərtəbə» müstəqil şirkətinə (bundan sonra – “cavabdeh”) qarşı «müqavilə üzrə pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.083.922,98 manat əsas borc, 612.588,44 manat dəymiş ziyanın əvəzi olmaqla, cəmi 4.696.511,42 (dörd milyon altı yüz doxsan alt min beş yüz on bir) manat tutularaq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 21 oktyabr tarixli, e-2-2(113)3758/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən ƏDV daxil 4.083.922,98 (dörd milyon s əksən üç min doqquz yüz iyirmi iki min manat doxsan səkkiz qəpik) manat əsas borcun tutularaq, iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi.qət edilmişdir (hakim – S.Nuriyeva).

3. İddiaçı cavabdehə qarşı apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.083.922,98 manat əsas borc, 612.588,44 manat dəymiş ziyanın əvəzi olmaqla, cəmi 4.696.511,42 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

4. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 17 yanvar tarixli 2-2(103)164/2022 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçının cavabdehdən 4.083.922,98 manat əsas borc, 612.588,44 manat dəymiş ziyanın əvəzi o lmaqla, cəmi 4.696.511,42 manat pulun tutularaq ona verilməsi tələbinə dair iddiası rədd edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmişdir (hakimlər V.Məmmədov (sədrlik edən), R.Qurbanov, V.Baxışova). 5. 2022-ci il 28 mart tarixində iddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 aprel tarixli 2-2(103)-164/2022 saylı qərardadı ilə iddiaçının kassasiya şikayəti qaytarılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndələri Qanuni nümayəndə və Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlərinə yerləşdi rilməklə iddiaçıya çatdırılmış, iddiaçının kassasiya şikayəti isə elektron kabinet vasitəsilə 2022-ci il 31 mart tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan 2 aylıq prosessual müddət ötürülmüşdür.

8. Məhkəmə bu qənaətini Mülki Prosessual Məcəllənin 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 17 yanvar, 2-2(102)164/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

10. Barəsində kassasiya şikayəti verilmiş q ərardadda Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli 2-2(103)-164/2022 saylı qətnaməsinin xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi (direktor) Qanuni nümayəndə və X1 "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilməklə iddiaçıya çatdırılması qeyd olunur və bu baxımdan kassasiya şikayətinin verilməsindən bir gün ötmüş hesab edilmişdir.

11. Lakin adı çəkilən qətnamə iddiaçının nümayəndələrinin "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinetində 2022-ci il 29 yanvar tarixdə yerləşdirilmiş, bununla bağlı SMS isə 2022-ci il 4 fevral tarixdə göndərilmişdir.

12. İddiaçı tərəfə qətnamədən kassasiya şikayətinin verilməsi üçün müəyyən edilən iki aylıq müddətin axımı 2022-ci il 4 fevral tarixdə başl ayır və son günü 2022-ci il 4 aprel tarixdə bitmiş hesab olunur.

13. Adı çəkilən qətnamədən iddiaçı tərəfindan verilmiş kassasiya şikayəti 2022-ci il 28 mart tarixdə verilmiş, məhkəmə elektron sistemində yaranmış problemlər üzündən 2022-ci il 31 mart tarixdə məhkəmə elektron sisteminə daxil edilmişdir.

14. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli 2-2(103)-164/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 2 aylıq müddətdə verilmişdir.

15. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)164/2022 saylı, 2022-ci il 14 aprel tarixli qərardadı AR MPM-nin qeyd olunan 405.0.1-ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmışdır və qətnamənin rəsmi təqdim edilməsi ila bağlı məhkəmə kollegiyasının mövqeyi həmin Məcəllənin 135.5-ci maddəsinin tələblərinə uyğun deyildir.

16. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1, 135.6-cı, 135.5 və 129.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə kassasiya şikayəti apellyasiya məhkəməsinin kommersiya kollegiyasının qərardadından verildiyi üçün Ali Məhkəmənin Kommersiya kollegiyasına ünvanlanmalı idi. Lakin verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasına ünvanlanmışdır ki, bununla da kassator tərəfindən MPM-nin 404-cü maddəsinin tələbi pozulmuşdur.

18. Bundan əlavə, MPM-nin 403.1-ci maddə sində göstərilmişdir ki, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

19. Hazırki iş üzrə kassasiya şikayətinin hüquqi şəxs olan iddiaçı tərəfindən verilməsi göstərilsə də, həmin müəssisənin nümayəndəsi olaraq kassasiya şikayətinin kim tərəfindən imzalanması, yəni kassasiya şikayətini imzalayan şəxsin şəxsiyyəti barədə məlumatlar göstərilməmişdir. Kassasiya şikayətinin məzmununda (titul vərəqində) şikayət verən nümayəndənin məlumatları bölümünün üzərindən xətt çəkilmiş və heç bir məlumat daxil edilməmişdir. Belə olan halda kassasıya şikayətinin kim tərəfindən imzalandığı məlum olmur və bu hal imza edən şəxsin kassas iya şikayəti verməsində, imzalanmasında səlahiyyətli olub-olmamasını yoxlamağa imkan vermir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

134. Rəsmi qaydada verilən sənədlər 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir:... 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını...” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.... 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti... 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ.

24. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 14 aprel tarixli, 2-2(103)-164/2022 saylı qərardadı ləğv edilməli, kassasiya şikayəti təmin edilməli, kassasiya şikayəti icraata qəbul edilməlidir.

25. Kassasiya şikayətini qaytaran apelyasiya məhkəməsi ona istinad etmişdir ki, Bakı Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli qətnaməsi 2022-ci il 28 yanvar tarixdə iddiaçının nümayəndələri Qanuni nümayəndə və Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlərinə yerləşdirilməklə iddiaçıya çatdırılmış, iddiaçının kassasiya şikayəti isə elektron kabinet vasitəsilə 2022-ci il 31 mart tar ixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan 2 aylıq prosessual müddət ötürülmüşdür.

26. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə ilə razılaşmır.

27. Belə ki, iddiaçının nümayəndələri Qanuni nümayəndə və Nümayəndə1 elektron kabinetlərində təsdiq edilmiş elektron poçt ünvanları olmadığından, iddiaçının nümayəndələrinə məhkəmə qətnaməsinin elektron kabinetdə yerləşdirilməsi barədə məlumatın onlara həmin sistem vasitəsilə elektron qaydada – elektron poçt vasitəsilə çatdırılması təmin edilməmişdir. MPM-in 135.8-ci maddəsinin tələbləri baxımından isə məhkəmə qətnaməsi yalnız nümayəndələrə məlumatın SMS vasitəsilə göndərildiyi tarixdə rəsmi qaydada verilmiş hesab olunmal ıdır. Qeyd edilən hal isə öz növbəsində qətnamənin iddiaçının nümayəndələrinin "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinetində 2022-ci il 29 yanvar tarixdə yerləşdirildiyi, bununla bağlı SMS-in isə yalnız 2022-ci il 4 fevral tarixdə göndərildiyi barədə kassasiya şikayətinin dəlillərinin əsaslı olduğunu təsdiq edir.

28. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin, iddiaçının 2022-ci il 31 mart tarixdə kassasiya şikayəti verməklə, şikayət vermə müddətini ötürməsi, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermədiyi barədə gəldiyi nəticə iş materialları ilə təsdiq edilməməklə bərabər, həmçinin sonuncunun məhkəmə qətnaməsindən şikayət vermək hüququnun da əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur.

29. Qeyd edilənlərə əsasən, işə kassasiya qaydas ında baxan məhkəmə hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, kassasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 aprel tarixli, 2-2(103)-164/2022 saylı qərardadı ləğv edilməli, kassasiya şikayəti icraata qəbul edilməli, kassasiya şikayəti təmin edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 135.8, 405.0.1, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ:

31. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 aprel tarixli, 2-2(103)-164/2022 saylı qərardadı ləğv edilsin. Kassasiya şikayəti icraata qəbul edilsin. kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar