Məhkəmə qərarları › İş №2-2(102)-399/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-399/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-399/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli 2-2(103)-251/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 2021-ci il 21 dekabr tarixli Xidmət müqaviləsindən görünür ki, iddiaçı bu Müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə xüsusi texniki nəqliyyat və digər avadanlıqların təmiri xidmətlərini göstərməyi, cavabdeh isə göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 2. 2021-ci il 27 dekabr tarixli AA007 saylı və 2022-ci il 24 yanvar tarixli AA026 saylı fakturadan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətin dəyəri müvafiq olaraq 21.594 manat və 7.198 manat olmaqla ümumilikdə 28.792 manat təşkil etmişdir. 3. 2022-ci il 4 yanvar tarixli EBBP seriyalı 135534 saylı və 2022-ci il 25 yanvar tarixli EBBQ seriyalı 208021 saylı elektron qaimələrdən görün ür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətin dəyəri müvafiq olaraq 21.594 manat və 7198 manat olmaqla ümumilikdə 28.792 manat təşkil etmişdir.

4. İddiaçı MMC tərəfindən 2021-ci il 27 dekabr tarixli və 2021-ci il 24 yanvar tarixli xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktları tərtib edilməklə təsdiq edilmiş, lakin "xxxx" MMC tərəfindən təsdiq edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) 2022-ci il 29 avqust tarixində cavabdeh "xxxx" MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı və cavabdeh arasında bağlanmış 2021-ci il 21 dekabr tarixli (işlərin görülməsi barədə) müqavilənin icrası əsasında yaranmış cəmi 28.392 ma nat məbləğində pulun, müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 2021-ci il 21 dekabr tarixli Müqavilə əsasında İcraçı olaraq iddiaçı tərəfindən cavabdehin sifarişi ilə cavabdehə məxsus texniki və digər nəqliyyat vasitə və avadanlıqların təmir edilməsi işlərinin icra edilməsi, cavabdehin isə öz növbəsində görülmüş işlərin razılaşdırılmış qiymətini ödəmək öhdəliyi vardır.

7. Tərəflər arasında imzalanmış Xidmət müqaviləsinin 3.1-ci bəndinə əsasən İşlərin yerinə yetirilməsini təsdiq edən Təhvil-təslim aktı hər iki tər əfdən imzalandıqdan sonra, Sifarişçi görülən işlərin dəyərini Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təqdim edilən hesab-faktura əsasında, həmin hesab-faktura cavabdehə təqdim edildiyi gündən etibarən 15 iş günü ərzində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

8. Qeyd olunan müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi ilə müxtəlif texniki nəqliyyat vasitələrin təmirini həyata keçirmiş və faktiki olaraq cavabdehə təhvil vermişdir. Müqavilə üzrə görülmüş işlər üzrə cavabdeh tərəfindən ümumi olaraq iddiaçıya ödənilməli cəmi 28.392 manat məbləğində borc yaranmışdır.

9. Belə ki, bir faktura (2021-ci il 27 dekabr tarixli) üzrə 21.594 manat, digər faktura (2022-ci il 24 yanvar tarixli) üzrə isə ödənilməmiş 7.198 manat məbləğində ödənilməmiş borc qalmışdır.

10. Bundan əlavə, təhvil-tə slim sənədləri müqavilə üzrə müəyyən edilmiş müddətdə imzalanmasa da təqdim edilmiş 21.594 manat dəyərində olan faktura (2021-ci il 27 dekabr tarixli) üzrə 400 manat məbləği iddiaçıya artıq ödənilmişdir. Həmçinin, tərəflər arasında imzalanmış Xidmət müqaviləsinin 4.2.8-ci bəndinə əsasən xidmət haqqının müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün iddiaçıya müqavilə üzrə ödənilməmiş xidmət haqqının 0.5%-i məbləğində, lakin 10%-dən artıq olmamaqla cavabdeh tərəfindən penya ödənilməsi nəzərdə tutulmuşdur.

11. Müqavilə üzrə işlərin görülməsindən kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, cavabdehə təqdim edilmiş təhvil-təslim sənədləri imzalanmamış, borc məbləği ödənilməmiş, həmçinin iddiaçıya hər hansı əsaslandırılmış imtina və ya reklamasiya m əktubu verilməmişdir.

12. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı artıq uzun müddətdir şirkətlərin məsul şəxsləri arasında faksimil yazışmalar aparılmış, həmçinin cavadehə iddiaçı tərəfindən pretenziya məktubu göndərilmişdir. Lakin mübahisənin həlli ilə bağlı cavabdeh tərəfindən hər hansı addım atılmamış, tədbirlər görülməmişdir. Həmçinin mübahisənin müqavilədə nəzərdə tutulmuş pretenziya qaydasında həll edilməsi üçün elektron məhkəmə portalı vasitəsilə müvafiq pretenziya da cavabdehə iddiaçı tərəfindən göndərilmiş, lakin həmin pretenziya məktubuna da cavabdeh tərəfindən əsaslandırılmış cavab verilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin maddələri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahi sənin həlli, pul öhdəliyin icrası üçün hər hansı əməli addımlar atılmamışdır.

13. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385, 386.1, 448, 449.1, 752.1, 756.1, 756.2, 769, 770-ci maddələrinə istinad edilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 noyabr tarixli, e-2-2(113)-5046/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 21 dekabr tarixli (işlərin görülməsi barədə) müqavilənin icrası əsasında yaranmış cəmi 28.392 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir ( hakim-Z.Pirverdiyev).

15. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 2 021-ci il 21 dekabr tarixli Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı bu Müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə xüsusi texniki nəqliyyat və digər avadanlıqların təmiri xidmətlərini göstərməyi, cavabdeh isə göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər.

16. Tərəflər arasında Xidmət müqaviləsi bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir.

17. Podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişç i işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır.

18. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

19. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 2021-ci il 21 dekabr tarixli Xidmət müqaviləsi bağlanılmış və cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə iddiaçıya 400 manat məbləğində ödəniş edilmişdir.

20. İddiaçı cavabdehə 28.392 manat məbləğində göstərilmiş xidmətlərin dəyərinin ödənilmədiyini iddia edir, cavabdeh isə həmin dəyərdə xidmətin cavabdehə göstərildiyini qəbul etmir.

21. İddiaçının dəlillərindən biri bundan ibarət ol muşdur ki, xidmətlərin cavabdehə göstərildiyi sübut qismində təqdim edilmiş elektron qaimələrlə təsdiq edilir.

22. İş materiallarına əlavə edilmiş 2022-ci il 4 yanvar tarixli EBBP seriyalı 135534 saylı və 2022-ci il 25 yanvar tarixli EBBQ seriyalı 208021 saylı elektron qaimələr (bundan sonra-“ EBBP seriyalı 135534 saylı və EBBQ seriyalı 208021 saylı elektron qaimə”) üzrə hesablama aparıldıqda iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyərinin iddia ərizəsində qeyd edildiyi kimi müvafiq olaraq 21.594 manat və 7.198 manat olmaqla ümumilikdə 28.792 manat təşkil etdiyi, cavabdeh tərəfindən 21.594 manat dəyərində olan faktura üzrə 400 manat məbləğin iddiaçıya ödənildiyi müəyyən olunur.

23. Tərəflər arasında bağlanmış 2021-ci il 21 dekabr tarixli Xidmət müqaviləsinin 2.1-ci bəndinə ə sasən işlərin yerinə yetirilməsini təsdiq edən təhvil-təslim Aktı hər iki tərəfdən imzalandıqdan sonra, Sifarişçi görülən İşlərin dəyərini Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təqdim edilən hesab-faktura əsasında, həmin hesab-faktura Sifarişçiyə təqdim edildiyi gündən etibarən 15 iş günü ərzində İcraçıya ödəyir.

24. Mülki qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, müqavilə tərəfləri arasındakı mübahisələrin həlli zamanı müqavilə şərtləri hərfi mənada təfsir edilməməli, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış təcrübə, işgüzar adətlər, tərəflərin müqavilə bağladıqdan sonrakı hərəkətləri nəzərə alınmalıdır.

25. Müqavilədə işlərin yerinə yetirilməsi zamanı təhvil-təslim aktının tərtib edilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən dəyəri artıq ödənilmiş işlərlə bağlı da tərəflər arasında təhvil-təslimlə bağlı aktlar mövcud deyil. Eyni zamanda cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında 400 manat ödəniş olduğunu, elektron qaimə göndərilən zaman 7-8 vəziyyətdə göndərildiyini, həmin qaimələrin ikisini qəbul etdiyini bildirmişdir. Belə olan halda müəyyən olunur ki, tərəflər arasında işlərin təhvil-təslimi elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilmişdir.

26. Bundan başqa, cavabdehin nümayəndəsinin əsas dəlili bundan ibarət olmuşdur ki, iddiaçı tərəfindən işlərin görülməsi ilə bağlı hər hansı sənəd təqdim olunmamış, göstərilən qaimələr isə AVİS sistemi tərəfindən təsdiqlənmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qaimələrin AVİS sistemi tərəfindən təsdiqləndiyini bildirdiyi halda, digər tə rəfdən elektron qaimə göndərilən zaman 7-8 vəziyyətdə göndərildiyini, həmin qaimələrin ikisini qəbul etdiyini bildirmişdir.

27. Göründüyü kimi qaimələrin qəbul edilməsi ilə bağlı cavabdehin nümayəndəsi ziddiyyətli izahatlar vermişdir. Halbuki, iş materiallarında 2 ədəd elektron qaimə-faktura mövcuddur, həmin qaimə fakturalarda göstərilən məlumatların bir hissəsini təsdiq edib, qalan hissələrini təsdiq etməmək mümkün deyil, yalnız həmin elektron qaimələrdə göstərilən məlumatlarla bağlı elektron qaiməyə düzəliş etmək və ya ləğv etmək mümkündür ki, bu hallar da iş materialları ilə müəyyən olunmur, eyni zamanda cavabdeh tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmin elektron qaimə-fakturalar faktiki olaraq 2022-ci ilin yanvar ayının 4 və 25-i tarixlərində cavabde hə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na(bundan sonra-“ Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”) uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir.

28. Bu halda görülmüş işlərin təhvil verilməməsi, elektron qaimələrin isə yalnız AVİS sistemi tərəfindən təsdiqlənməsi ilə bağlı dəlilləri həm cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı, həmçinin göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxımından ağlabatan hesab edilə bilməz.

29. İş materiallarında olan müqavilə, elektron qa imə-fakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 400 manat məbləğində ödənişi olması, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında qeyd etdikləri iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

30. Tərəflər arasında xidmət müqaviləsi bağlandığı dövrdə qüvvədə olmuş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.

31. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir.

32. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

33. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 34. 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində.

35. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.

36. Qeyd edilən Qaydalara əsasən vergi ödəyici ləri arasında olan münasibətlər zamanı xidmətlərin kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq xidmətlərin təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər.

37. Cavabdehin 28.792 manat dəyərində işlərin görülməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə işlərin görülməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən sifariş verilmiş 28.792 manat dəyərində görülmüş işlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. 28.792 manatdan cavabdehin ödədiyi 400 manat məbləğ çıxıldıqda qalıq borcun 28.392 manat təşkil etdiyi müəyyən olunur.

38. Həmçinin cavabdeh tə rəfindən qeyd edilsə də ki, iddiaçı tərəfindən heç bir işin təhvil verilməsi baş tutmayıb, bununla bağlı iş materiallarında və ya məhkəməyə heç bir sübut təqdim etməmişdir.

39. MM-in 449-cu maddəsinə istinadən bank uçot dərəcəsi ilə faizinin hesablanaraq tutulması hissəsində iddia tələbi əsassızdır. 40. “MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2009-cu il 9 iyul tarixi qərarında qeyd edilmişdir ki, “MM-in 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilm iş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.”

41. İddiaçı tərəfindən məhkəməyə cavabdehin ödənişini gecikdirdiyi pul vəsaitindən faydalandığını (gəlir götürdüyünü) təsdiq edən sübutlar təqdim edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM”) 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda göstərilən tələb qeyri-müəyyəndir. Buna görə də iddia göstərilən hissədə təmin oluna bilməz.

42. Məhkəmə öz qətnaməsini MM-in 152.3, 385.1, 386.1, 404.1, 404.2, 425.1, 442, 449, 752.1, 755-ci, MPM-in 14.2, 76.1, 77.1, 80, 217.3, 217.4-cü maddələrinə, "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.5, 2.2.10, 3.6, 3.7.3, 3.9-cu bəndlərinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

43. Cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

44. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli, 2-2(103)-251/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).

45. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin m övqeyi (bax §§ 15-20 və §22) ilə razılaşmış və bildirmişdir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır.

46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

47. Məhkəmə öz qətnaməsini birinci instasniya məhkəməsinin istinad etdiyi qanunvericilik normalarına istinad etməklə əsaslandırmışdır.

48. Qətnamə 2023-cü il 1 may tarixində elektron kabinetə yerləşdirilmiş və 2 may tarixində isə tərəflərin X2 Sisteminə göndərilmişdir.

49. Cavabdehin qanuni təmsilçisi və vəkili 2023-cü il 6 iyun tarixində kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

50. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsi üzrə: Hazırkı iş üzrə məhkəmənin gəldiyi nəticə ədalətli deyil, cavabdehin hüquqlarını pozan, qətnamə qəbul etmişdir.

51. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi üzrə: həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsi üzrə: Hazırkı iş üz rə birinci və apelyasiya instansiya məhkəmələrinin qətnamələri düzgün əsaslandırılmamışdır.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 10 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 1 dekabr tarixli qərarı üzrə: Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında dəfələrlə qeyd edilmişdir ki, müqavilənin etibarsızlığı üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin həqiqiliyi, tərəflərin əsl hüquqi niyyəti ilə bağlı faktlara dair məlumatları əks etdirən sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.

54. Ali Məhkəmə tərəfindən formalaşdırılmış hüquqi təcrübəyə əsasən, ilkin vergi uçot sənədi olan elektron qaimələr mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq edən düzünə (bilavasitə) sübut olmadığından, işə baxan məhkəmələr hər bir mübahisədə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşmalıdır. Yəni qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunaraq göndərilmiş və cavabdeh tərəfindən lazımi qaydada etiraz olunmamış elektron qaimələr işdə başqa mötəbər sübutlar olmadığı halda mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, digər hallarda tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar təcrübə, öhdəliklərin icrasının rəsm iləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə (kompleks şəkildə) qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

56. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

57. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

58. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və pros essual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu... 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bü tövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürü r....”

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü madd əsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli, 2-2(103)251/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

62. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini n ümumi ifadələrdən ibarət olmaqla, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusunun nədə ifadə olunmasına dair konkret dəlillərə istinad olunmadığını nəzərə alaraq, həmin dəlilləri əsassız hesab edir.

63. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilərək, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmışdır.

64. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında 2021-ci il 21 dekabr tarixli Xidmət müqaviləsi bağlanmış və cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə iddiaçıya 400 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda, 2022-ci il 4 yanvar tarixli EBBP seriyalı 135534 saylı və 2022-ci il 25 yanvar tarixli EBBQ seriyalı 208021 saylı elektron qaimələr üzrə hesablama aparıldıqda iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyərinin iddia ərizəsində qeyd edildiyi kimi müvafiq olaraq 21.594 manat və 7.198 manat olmaqla ümumilikdə 28.792 manat təşkil etdiyi, cavabdeh tərəfindən 21.594 manat dəyərində olan faktura üzrə 400 manat məbləğin iddiaçıya ödənildiyi müəyyən olunmuşdur.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğ undan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli, 2-2(103)-251/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

67. Bakı Apellyasiya Məhkəməsinin X1 2023-cü il 13 aprel tarixli, 2-2(103)-251/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar