Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-40/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İlkin iddia üzrə iddiaçı A Şirkətinin ilkin iddia üzrə Cavabdehə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehin qarşılıqlı iddia üzrə cavabdeh A Şirkətinə qarşı iş üzrə Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "A" Şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 sentyabr tarixli 2-2(103)899/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan 2011-ci il 7 iyun tarixli “Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsindən görünür ki, "A" Şirkəti (bundan sonra – “Şirkət”) A və B küçəsi kəsişməsi 679-cu məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin material və quraşdırma işini görməli və əlavədə verilən təklifə görə istismara tam yararlı halda Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “MMC”) təhvil verməlidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən bu müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş işlər (bu Müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ uyğun olaraq) gərəkli tikinti işləri quraşdırıldıqdan sonra 180 iş günü müddətində görülməlidir. Müqavilənin 5-ci maddəsinə görə 2-ci maddəd ə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 1.500.000 ABŞ dolları təşkil edir.
2. İş materiallarında olan 2011-ci il 7 iyun tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsinə 2014-cü il 9 yanvar tarixli 1 saylı Əlavə Razılaşmadan görünür ki, MMC-nin Şirkətə əvvəlki (yəni Razılaşma bağlanan anadək) görülmüş işlərə görə 45.000 ABŞ dolları, Razılaşmaya əlavədə göstərilən görüləcək işlərə görə 158.000 ABŞ dolları, cəmi 203.000 ABŞ dolları borcu vardır.
3. İş materiallarında olan 2011-ci il 7 iyun tarixli “Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsindən görünür ki, Şirkət N rayonu, A və B küçəsi kəsişməsi 679-cu məhəllədə tikilmi ş çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərin material və quraşdırma işini görməli və əlavədə verilən təklifə görə istismara tam yararlı halda MMC-yə təhvil verməlidir. Qeyd olunan Müqavilənin 4.1-ci maddəsinə əsasən, bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş işlər (bu Müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ uyğun olaraq) gərəkli tikinti işləri quraşdırıldıqdan sonra 180 iş günü müddətində görülməlidir. Müqavilənin 5-ci maddəsinə görə, 2-ci maddədə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 2.150.000 manat və ya 2.738.854 ABŞ dolları təşkil edir.
4. İş materiallarında olan 2011-ci il 7 iyun tarixli “Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsinə 2013-cü il 11 i yul tarixli 1 saylı Əlavə Razılaşmadan görünür ki, MMC adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını və buna müvafiq olaraq müqavilə üzrə Şirkətə ödənilməli olan məbləğin də 2.750.000 manat olmasını təsdiq və qəbul etmişdir. Şirkət də adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını və 2013-cü 11 iyul tarixinə 2.750.000 manat olmasını qəbul etmiş və bu məbləğin ödənilməsi şərtilə müqavilə üzrə işlərin davam etdirilməsini öhdəsinə götürmüşdür. 1 saylı Əlavə Razılaşmanın 1-ci bəndi ilə “Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsinin 5-ci maddəsində “2.150.000 manat” sözləri “2.750.000 manat” sözləri, “2.738.854 (USD)” sözləri “3.503.185 ABŞ dolları” sözləri ilə əvəz olunmuşdur.
5. İş materiallarında olan 2011-ci il 7 iyun tarixli “Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsinə 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavə Razılaşmadan görünür ki, MMC-nin Şirkətə qalan borcu 565.450 manatdır. 2013-cü il 25 noyabr, 2013-cü il 10 dekabr, 2013-cü il 25 dekabr və 2014-cü il 5 yanvar tarixlərində MMC Şirkətə 50.000 manat pul ödəməlidir. MMC təklifindəki bütün mexaniki sistemlərin və aksesuarların quraşdırılmasını bitirdikdən sonra Şirkətə 115.450 manat pul ödəməlidir.
6. İş materiallarında olan "X" MMC ilə MMC arasında bağlanmış 2014-cü il 11 noyabr tarixli müqavilədən görünür ki, NE ünvan 1 ünvanında inşa olunmuş otel və ofis binasının mexanik təsisatı v ə montajının yarımçıq qalmış işlərinin və qüsurların aradan qaldırılması işlərini görməyi, MMC isə bunun əvəzində 246.729 manat pul ödəməyi öhdəsinə götürmüşdür.
7. İş materiallarında olan "X" MMC ilə MMC arasında bağlanmış 2014-cü il 14 noyabr tarixli müqavilədən görünür ki, KİL ünvan 1 ünvanında inşa olunmuş otel və ofis binasının “elektrik təsisatı və montajının” yarımçıq qalmış işlərinin və qüsurların aradan qaldırılması işlərini icra etməyi, MMC isə bunun qarşılığında 174.000 manat pul ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan "ƏEM" MMC tərəfindən tərtib olunmuş ƏEM/O 71-472/16 nömrəli, 2016-cı il 10 oktyabr tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında inşa olunmuş otel və biznes mərkəzində mexaniki və elektrik sistemlərin quraşdırılmasına dair tamamlanmaya n işlərin ümumi dəyəri 587.295 ABŞ dolları təşkil edir:
1. Otel blokuna dair mexaniki işlər üzrə 54.941 ABŞ dolları;
2. A-B Bloklarına dair mexaniki işlər üzrə 71.746,5 ABŞ dolları;
3. A-B-C Bloklarına dair ümumi təchizat üzrə 41.088 ABŞ dolları;
4. C Blokuna dair ümumi təchizat üzrə 62.404,6 ABŞ dollar;
5. Podrat müqaviləsinə əsasən elektrik işləri üzrə 154.577,5 ABŞ dolları;
6. Podrat müqaviləsinə 1 saylı əlavəyə əsasən elektrik işləri üzrə 32.537,7 ABŞ dolları; 7. "xxxx" avadanlığı üzrə 170.000 ABŞ dolları.
9. İş materiallarında olan DEN İdarəsi tərəfindən tərtib olunmuş 110323 nömrəli İstismara Buraxılma Aktından görünür ki, ünvan 1 ünvanında inşa olunmuş otel və biznes mərkəzi enerji təchizatı üçün quraşdırılmış elektrik qurğuları ilə təmin edildiyindən obyekt istismara yararlı sayılm ışdır.
10. İş materiallarında olan 2013-cü il 11 iyun tarixli “Elektrik-quraşdırma işlərinin təhviltəslim aktı”ndan görünür ki, N rayonu, A və B küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində elektrik quraşdırma işləri EAQQ-a tam müvafiq olaraq yaxşı yerinə yetirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Şirkət 2015-ci il 16 fevral tarixində MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, MMC-dən Şirkətin xeyrinə 365.000 manat və 138.000 ABŞ dollarının tutulması və Şirkətə məxsus olan, lakin MMC-nin inşaat sahəsində qalmış alət və avadanlıqların Şirkətə qaytarılmasına məcbur edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Sonradan Şirkət 2016-cı il 15 d ekabr tarixində iddia tələbinin dəyişdirilməsinə dair ərizəsini məhkəməyə təqdim edərək, MMC-dən 365.000 manatın, 138.000 ABŞ dollarının və həmin məbləğlərə hesablanmış 248.200 manat və 93.840 ABŞ dolları məbləğində faizlərin, cəmi 613.200 manat və 231.840 ABŞ dollarının tutularaq Şirkətə ödənilməsinə və Şirkətə məxsus olan, lakin MMC-nin inşaat sahəsində qalmış alət və avadanlıqların Şirkətə qaytarılmasına məcbur edilməyə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC tərəfindən öhdəliklər (bax yuxarıda §§ 15) yerinə yetirilməmiş, podrat müqavilələrinə və əlavə razılaşmalara əsasən ödənişlərin aparılmamış, 2015-ci il 4 fevral tarixində MMC-nin səlahiyyətli şəxsləri tərəfindən Şirkətin inşaat sahəsində işləyən işçilərinin çıxarılmış və ti kinti sahəsinə girişləri qadağan edilmiş, Şirkət tərəfindən müqavilələr üzrə öhdəliklərin tam yerinə yetirilmiş, lakin hazırki tarixə MMC-nin Şirkətə mexanik təsisatlarla bağlı 365.000 manat, elektrik təsisatları ilə bağlı 138.000 ABŞ dolları borcu qalmış, bundan başqa inşaat sahəsində 45.000 manat dəyəri olan alətlər və avadanlıqların qalmış, 2011-ci il 7 iyun tarixli podrat müqaviləsinə 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavə razılaşmada tərəflər Sifarişçinin qalan borcunun 565.450 manat olduğunu təsdiq etmiş, müqaviləyə əsasən görülən bütün işlər tam yararlı vəziyyətdə yerinə yetirilmiş, dövlət qəbul komissiyası işlərin lazımi keyfiyyətdə yerinə yetirilməsini təsdiqləmiş, binanın istismarına icazə vermiş, MMC-nin yerinə yetirilmədiyini iddia etdiyi işlərin çoxu görülmüş, bəziləri isə əlavə razılaşmaya əsasən müqavilədən çıxarılmış, bu səbəbdən MMC təsdiqləyərək buna imza etmiş, podrat müqaviləsinə 2014-cü il 9 yanvar tarixli 1 saylı Əlavə Razılaşmada da tərəflər sifarişçinin podratçıya 45.000 ABŞ dolları əvvəl görülən işlərdən, 158.000 ABŞ dolları Əlavədə göstərilən görülməli işlərdən qalan borcu cəmi 203.000 ABŞ dolları təşkil etdiyini birmənalı təsdiq etmiş, qeyd olunan əlavə razılaşma imzalanmasından əvvəl bütün işlər ayrı-ayrılıqda sayılaraq təhviltəslim olunmuş, müqavilə qiymətləri əsas götürülməklə bütün işlərin dəyəri ayrı-ayrılıqda hesablanmış, müqavilə üzrə görülməmiş işlərin, görülmüş işlərin və artıq görülmüş işlərin də müqavilə qiymətlərinə uyğun hesablanmış, Şirkətin alacaqları qarşılıqlı şəkildə 1 saylı Əlavə razılaşma ilə təsbit edilmiş, Razılaşmaya əsa sən bütün işlər təhvil verilmiş, həmin razılaşma ilə elektrik sistemləri üzrə Şirkətin işləri görməsi təsdiq edilmiş, həmin aktlarla görülmüş işlər qəbul olunduğundan və işlərin qəbulundan qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti ötürüldüyündən, MMC həmin işlərə dair hər hansı tələb irəli sürmək hüququnu itirmişdir.
14. Şirkət iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "MM") 385.1, 442, 445.1, 448.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. MMC 2016-cı il 11 mart tarixində Şirkətə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ilk iddia tələbinin rədd olunması, Şirkətdən 55.729 manat və 494.661 ABŞ dollarının alınaraq MMC-yə ödənilməsinə dair qətnamə qəbul olunmasını xa hiş etmişdir.
16. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkət podrat müqavilələrinə uyğun olaraq binada işləri tamamlamamış, binanın “C” blokunda 14, 15, 16, 17 və 18-ci mərtəbələrində mexaniki işlər görülməmiş, elektrik işləri tamamlanmamış, binalarda mexaniki işlər 246.729 manat dəyərində və elektrik işləri 174.000 manat dəyərində tamamlanmamış, bundan əlavə Şirkət 170.000 ABŞ dolları qiymətində olan MMC-nin mülkiyyətində olan "Ciller" avadanlığını tikinti sahəsindən götürərək satmış, pulunu MMC-yə ödəməmiş, Şirkətə 700.000 ABŞ dolları avans olaraq ödənilərək, Rusiya Federasiyasının Stavropol vilayətinin Yesentuki şəhəri ev 6-8 ünvanında olan "İstoçnik" sanatoriyasına avadanlıq, qurğu və tikinti ləvazimatlarının göndərilməsi sifariş olunmuş, Şirkət 237.335 ABŞ dolları də yərində mal göndərmiş, qalan 462.661 ABŞ dolları dəyərində mal-materialları MMC-yə təqdim etməmişdir.
17. MMC qarşılıqlı iddia ərizəsini MM-in 385.1, 448.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 18. 2016-cı il 17 iyun tarixində ünvan 1 ünvanında inşa olunmuş otel və biznes mərkəzinə məhkəmə tərəflərin nümayəndələrinin, habelə Şirkətin dəvət etdiyi şahid və MMC-nin dəvət etdiyi şahidin iştirakı ilə yerinə baxış keçirilmişdir. Bu zaman müəyyən olunmuşdur ki, mərkəzin 14, 15, 16, 17 və 18-ci mərtəbələrində mexaniki işlər natamam qalmışdır. Şahid A.Akkanat bildirmişdir ki, 13-cü mərtəbə də daxil olmaqla mexaniki işlər yerinə yetirilmiş, 14-18-ci mərtəbələr üzrə isə natamam qalmışdır 14-18-ci mərtəbələrdə mexaniki işlərin tamamlanmamasının səbəbi MMC-nin qeyri-qanuni hərəkətləri olm uşdur. Belə ki, MMC onlara öz işlərini tam başa çatdırmağa imkan verməmiş, onları oteldən qovmuşdur. Bundan əlavə, onların işlərini yerinə yetirmələri üçün MMC özü də müəyyən işləri görməli idi, lakin bu işləri icra etməmişdir. 19. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 5 yanvar tarixli 2-2(81)-8/2017 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, MMC-dən 249.550 manat və 138.000 ABŞ dollarının tutularaq Şirkətə ödənilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur (hakim – İ.Əhmədov).
20. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 20.1. Tərəflər 2011-ci il 7 iyun tarixli “Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsinin 5-ci ma ddəsinə əsasən sözügedən müqavilə üzrə işlərin materiallar, avadanlıqlar və işçilik də daxil olmaqla dəyərinin 2.150.000 manat və ya 2.738.854 ABŞ dolları təşkil etməsini razılaşdırmış, görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını nəzərə alaraq 2013-cü il 11 iyul tarixli 1 saylı Əlavə Razılaşma bağlamaqla həmin məbləğin 2.750.000 manat olmasını qəbul və təsdiq etmişlər. 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavə Razılaşma ilə isə, MMC-in Şirkətə qalan borcunun 565.450 manat olması təsdiqlənmiş, habelə həmin borcun ödənilməsi qrafiki müəyyənləşdirilmişdir. 20.2. MMC tərəfindən 565.450 manat pulun 2 saylı Əlavə Razılaşmada nəzərdə tutulmuş qaydada ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Şirkət isə 365.000 manat pulun ödənilməsini tələb etmişdir. 20.3. Məhkəmə yerində baxış keçirilən zaman həqiqətən də otelin 14-18-ci mərtəbələrində mexaniki sistemin quraşdırılması işinin tamamlanmamasını müəyyən etmiş, bu hal şahid ifadələri ilə də təsdiqlənmişdir. 2 saylı Əlavə Razılaşmanın şərtinə görə isə, Şirkət 115.450 manat pulu MMC-nin təklifindəki bütün mexaniki sistemlərin və aksesuarların quraşdrılmasını bitirdikdən sonra tələb etmək hüququna malikdir. Bu mənada, otelin 14-18-ci mərtəbələrində mexaniki sistemin quraşdırılması işinin tamamlanmaması səbəbindən 115.450 manat pulun tutulması üçün əsas mövcud deyildir. 20.4. Şirkətin irəli sürdüyü 138.000 ABŞ dolları məbləğində pulun tutulması tələbi ilə bağlı qeyd edilmişdir ki, “Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair” podrat müqaviləsi nin 5-ci maddəsinə görə, 2-ci maddədə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 1.500.000 ABŞ dolları təşkil edir. Tərəflər 1 saylı Əlavə Razılaşma ilə MMC-in Şirkətə əvvəlki görülmüş işlərə görə 45.000 ABŞ dolları, Razılaşmaya əlavədə göstərilən görüləcək işlərə görə 158.000 ABŞ dolları, cəmi 203.000 ABŞ dolları borcunun olmasını qəbul və təsdiq etmişlər. 20.5. MMC tərəfindən qeyd olunan borcun tam və ya qismən ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. 20.6. Məhkəmə MMC-nin elektrik sistemlərinin quraşdırılmasının tamamlanmaması, natamam işlərinin dəyərinin 174.000 manat təşkil etməsinə dair dəlilini əsaslı hesab etmir. Belə ki, otel və biznes mərkəzinin açılışı artıq həyata keçirilmiş və hazırda da fəaliyyət göst ərir. MMC keçən müddət ərzində bu məsələ ilə bağlı Şirkətə hər hansı pretenziya ünvanlamamışdır. Bundan əlavə, DEN İdarəsi tərəfindən tərtib olunmuş 110323 nömrəli istismara Buraxılma Aktı və 2013-cü il 11 iyun tarixli Elektrik-quraşdırma işlərinin təhvil-təslim Aktı ilə N rayonu, A və B küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində elektrik quraşdırma işləri EAQQ-a tam müvafiq olaraq yaxşı yerinə yetirilməsi təsdiq olunur. 20.7. MMC-nin bu dəlilinin təsdiqi kimi təqdim etdiyi ƏEM/O 71-472/16 nömrəli 2016-cı il 10 oktyabr tarixli mütəxəssis rəyi ilə natamam işlərin dəyərinin 174.000 manat təşkil etməsi müəyyən olunmur. Əksinə, mütəxəssis rəyində natamam elektrik işlərinin podrat müqaviləsi üzrə 154.577,5 ABŞ dolları, Podrat müqaviləsinə 1 saylı Əlavə üzrə isə 32.537,7 ABŞ dolları təşkil etməsi öz əksini tapır. Bu baxımdan, mütəxəssis rəyi MMC-nin göstərilən dəlilini təsdiqləyən sübut kimi qəbul oluna bilməz. MMC-nin təqdim etdiyi "NEN" MMC ilə MMC arasında bağlanmış 2014-cü il 11 noyabr tarixli müqavilə və "Kİ" MMC ilə MMC arasında bağlanmış 2014-cü il 14 noyabr tarixli müqavilə də mötəbər sübut hesab edilmir. MMC həmin müqavilələr üzrə konkret olaraq hansı işlərin görüldüyünü, həmin işlərin təhvil-təslim aktlarını, işlərin dəyərinin podratçılara ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. 20.8. İlk iddia tələbi 248.200 manat və 93.840 ABŞ dolları məbləğində faizlərin tutulması hissəsində əsaslı hesab olunmur. MM-nin 449-cu maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas yoxdur. 20.9. Bundan əlavə, Şirkətə məxsus olan, lakin MMC-nin inşaat sahəsində qalmış alət və avadanlıqların Şirkətə qaytarılması tələbi əsaslı hesab oluna bilməz. Belə ki, ilk iddia ərizəsində konkret olaraq hansı alət və avadanlıqların MMC-nin inşaat sahəsində qalması göstərilməmiş, sadəcə mücərrəd şəkildə hazırkı tələblə çıxış etməklə kifayətlənilmişdir. Halbuki Şirkət əşyaları dəqiq göstərməli, onların inşaat sahəsində qalması ilə bağlı konkret sübutları təqdim etməlidir. 20.10. Qarşılıqlı iddia tələbi əsaslı sayılmır. Belə ki, MMC tamamlanmamış işlərin dəyəri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Otel binasının 14-18-ci mərtəbələrində mexaniki işlərin natamam görülməsinə görə ilk iddia tələbi 115.450 manat hissəsində təmin edilməmişdir. Bundan başqa, "Ciller" avadanlığının həqiqətən də Ş irkət tərəfindən satılması, satışdan 170.000 ABŞ dolları məbləğində vəsaitinin əldə olunması və ya həmin avadanlığın bazar qiyməti ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
21. Məhkəmə bu qənaətini MM-in 152.3, 449.1, 449.3, 449.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 78.1, 88, 106.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – “İHAM”) “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə” 2008-ci il 6 mart tarixli qərarlarına istinad et məklə əsaslandırmışdır.
22. Şirkət 2017-ci il 3 fevral tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən – ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. MMC 2017-ci il 27 fevral tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə rədd olunması, ilkin iddianın tamamilə rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması, Şirkətdən 55.729 manat və 494.661 ABŞ dollarının alınaraq MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 24 aprel tarixli 2-2(103)-218/2017 saylı qətnaməsi ilə Şirkət və MMC-in apellyasiya şikayət ləri təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 5 yanvar tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – S.Seyidova və S.Hüseynov).
25. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktları ilə əsaslandırmışdır (bax yuxarıda §§ 20-21).
26. Şirkət 2017-ci il 11 iyul tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin qismən – ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
27. MMC 2017-ci il 26 iyul tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli 2-2(102)-381/2017 saylı qərarı ilə kassasiya şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 24 aprel tarixli, 2-2(103)218/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – İ.Dadaşov, hakimlər – K.Bədəlov və S.Hüseynova).
29. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, öz qərarını apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi qanunvericilik aktları əsaslandırmışdır (bax yuxarıda § 25).
30. MMC Azərbaycan Respublikasının Konstitus iya Məhkəməsinə müraciət edərək Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. ç) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı
31. KMP-nin 2018-ci il 11 iyun tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarı qüvvədən düşmüş hesab olunmuş, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qət olunmuşdur.
32. KMP-nin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 32.1. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıql arı halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. 32.2. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi podrat müqaviləsi üzrə tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və cavabdehin öhdəliyin icra olunmaması üçün məsuliyyət daşıması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır. 32.3. Eyni zamanda, məhkəmələr 2011-ci il 7 iyun tarixli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair podrat müqaviləsi üzrə öhdəliklərin icra edildiyi qənaətinə gələrkən DEN İdarəsi tərəfindən tərtib edilmiş İstisma ra buraxılma aktı və 2013-cü il 11 iyun tarixli elektrik quraşdırma işlərinin təhvil-təslim aktına istinad etmişlər. Məhkəmələr nəzərə almamışlar ki, tərəflər arasında yuxarıda qeyd olunan podrat müqaviləsinə 2014-cü il 9 yanvar tarixində 1 saylı əlavə razılaşma imzalanmış və həmin əlavə razılaşma üzrə yeni öhdəliklər yaranmışdır. 32.4. Lakin apellyasiya instansiyası məhkəməsi tərəflərin podrat müqavilələri üzrə öhdəliklərini yerinə yetirib-yetirməmələri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməmiş və gəldiyi nəticəni əsaslandırmamışdır. Ali Məhkəmənin İnzibatiİqtisadi Koll egiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət edilməməsinə diqqət yetirməmiş, nəticədə MPM-in 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun pozulmasına gətirib çıxarmışdır. d) Kassasiya instansiya məhkəməsində Plenum icraatı
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2018-ci il 31 oktyabr tarixli 132(102)-2(k)/2018 saylı qərarı ilə MPM-in 431-1.1, 431-1.2.1, 431-4.2 və 431-4.2.1-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli 2-2(102)-381/2017 saylı qərarı və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2017-ci il 24 aprel tarixli 2-2(103)-218/2017 saylı qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – R.Rzayev, hakim Z.Quliyevin məruzəsi). e) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 fevral tarixli 2-2(103)-91/2019 saylı qətnaməsi ilə Şirkətin apellyasiya şikayəti təmin edilməmiş, MMC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 5 yanvar tarixli 2-2(81)-8/17 saylı qətnaməsi qismən – MMC-dən Şirkətin xeyrinə 249.550 manat və 93.000 ABŞ dollarının tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən sax lanılmışdır (sədrlik edən – K.Abiyeva, hakimlər – M.Tağızadə və Ü.Mayılov).
35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 35.1. Birinci instansiya məhkəməsi sifarişçi (MMC) tərəfindən 565.450 manat pulun 2 saylı Əlavə Razılaşmada nəzərdə tutulmuş qaydada Şirkətə ödənilməsini təsdiq edən hər hansı sübutun olmamasına əsaslansa da, məhkəmə araşdırması zamanı Şirkətin nümayəndəsi (qanuni təmsilçi) izahatında bildirmişdir ki, 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavə Razılaşmaya əsasən MMC tərəfindən ödənişlər aparılmış, 365.000 manat pul ödənilmədiyi üçün iddia həmin məbləğə dair qaldırılmışdır. 35.2. Şirkətin tələb etdiyi borcla bağlı araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən yerində baxış keçirilən zaman həqiqətən də otelin 14-18-ci mərtəb ələrində mexaniki sistemin quraşdırılması işinin tamamlanmaması müəyyən olunmuş, bu hal şahid ifadələri ilə də təsdiqlənmişdir. 2 saylı Əlavə Razılaşmanın şərtinə görə isə, Şirkət 115.450 manat pulu MMCnin təklifindəki bütün mexaniki sistemlərin və aksesuarların quraşdırılmasını bitirdikdən sonra tələb etmək hüququna malikdir. Qalan 249.550 manat pul tələbinə dair qeyd etmək lazımdır ki, qeyd olunan dəyərdə işin müqavilə şərtlərinə müvafiq yerinə yetirilərək, MMC-yə təhvil verilməsi işin materiallarından müəyyən edilmir. 35.3. İş materiallarına 2013-2014-cü illərdə "xxxx" MMC tərəfindən tərtib edilən aktlar əlavə olunmuşdur. "xxxx" MMC-nin Şirkət ilə hüquqi bağlılığına, sonuncunun öhdəliklərinə görə cavabdehliyinə dair hər hansı sübut əlavə olunmamışdır. Şirkət tərəfindən 2011-ci il 7 iyun tarixli “Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsinə və həmin müqaviləyə dair 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavə Razılaşmaya əsasən 249.550 manat dəyərində işi müqavilə şərtlərinə müvafiq yerinə yetirərək, MMC-yə təhvil verməsi işin materiallarından müəyyən olunmadığı üçün iddia tələbi həmin hissədə təmin edilə bilməz. 35.4. 2011-ci il 7 iyun tarixli “Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsinin 5-ci maddəsinə görə, 2-ci maddədə nəzərdə tutulmuş materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 1.500.000 ABŞ dolları təşkil edir. Tərəflər 2014-cü il 9 yanvar tarixli 1 saylı Əlavə Razılaşma ilə MMC-nin Şirkətə əvvəlki (yəni Razılaşma bağlanan anadə k) görülmüş işlərə 45.000 ABŞ dolları, Razılaşmaya əlavədə göstərilən görüləcək işlərə görə 158.000 ABŞ dolları, cəmi 203.000 ABŞ dolları borcunun olmasını qəbul və təsdiq etmişlər. Göründüyü kimi, 1 saylı Əlavə Razılaşmanın bağlandığı tarixə 45.000 ABŞ dolları borcun mövcudluğunu MMC təsdiq etmiş, 158.000 ABŞ dolları isə görüləcək işlərə görə ödənilməli idi. 2014-cü il 9 yanvar tarixli əlavə razılaşmada müəyyən edilmiş qaydada, Şirkətin hər 30 gündən bir gördüyü işlər barədə məlumat verməsinə dair hər hansı sübut təqdim olunmamışdır. 35.5. Belə ki, Şirkətin 2014-cü il 9 yanvar tarixli Əlavə Razılaşmaya əsasən görülməsi nəzərdə tutulmuş, cəmi dəyəri 158.000 ABŞ dolları təşkil edəcək işin müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməsinə və MMC-yə təhvil verməsinə dair işin materiallarınd a hər hansı sənəd mövcud olmadığından, DEN İdarəsi tərəfindən tərtib edilmiş İstismara buraxılma aktının və 2013-cü il 11 iyun tarixli elektrik quraşdırma işlərinin təhvil-təslim aktının işə əlavə edilməsi ilkin iddiaçının müqavilə öhdəliklərini tam yerinə yetirməsi kimi qiymətləndirilə bilməz. 35.6. Birinci instansiya məhkəməsi ilkin iddiaçının xeyrinə 93.000 ABŞ dolları məbləğində borcun tutulmasına dair düzgün nəticəyə gəlməmişdir (138.000-45.000=93.000). 2014-cü il 9 yanvar tarixli Əlavə Razılaşmanın bağlandığı tarixə MMC Şirkətə 45.000 ABŞ dolları borcunun mövcud olduğunu təsdiq etdiyindən və həmin borcun MMC tərəfindən ödənilməsinin təsdiqinə dair sübut təqdim olunmadığından birinci instansiya məhkəməsi həmin borcun tutulmasına dair düzgün nəticəyə gəlmişdir. 35.7. Qeyd edilən maddi hüquq normalarına və KMP-nin qərarında ifadə olunmuş hüquqi mövqeyə əsaslanaraq MMC tərəfindən Şirkətə ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin gecikdirilməsi, hazırda da ödənilmədiyi, MMC-nin Şirkətə məxsus pul vəsaitlərini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırdığı üçün həmin vəsaitin məbləğindən faizlər ödəməli olduğu barədə Şirkətin apellyasiya şikayətinin dəlilləri əsassızdır. 35.8. Şirkət iddia ərizəsində konkret olaraq hansı alət və avadanlıqların MMC-nin inşaat sahəsində qaldığını göstərmədiyindən və iddia tələbinin bu hissəsinə dair məhkəməyə konkret sübutlar təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı bu hissədə təmin etməmişdir. 35.9. Bundan əlavə, MMC tamamlanmamış işlərin dəyəri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiy indən, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia tələbini əsaslı saymamışdır.
36. Məhkəmə bu qənaətini “Konstitusiya məhkəməsi” haqqında Azərbaycan Respublikası qanununun 66.1-ci, MM-in 449.1, 449.4, 752.1, 759.2-ci, MPM-in 14.2, 77.1, 384.0.2-ci maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
37. Şirkət 2019-cu il 3 may tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin qismən – ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
38. MMC 2019-cu il 11 iyun tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv olunması, ilkin id dianın tamamilə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. ə) Kassasiya instansiya məhkəməsində ikinci icraat
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 noyabr tarixli 2-2(102)-367/2019 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 fevral tarixli 22(103)-91/2019 saylı qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir (sədrlik edən–S.Hacıyev, hakimlər – Q.Əsgərov və E.Vəliyeva).
40. Kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 40.1. KMP-nin qərarından göründüyü kimi, hazırkı mübahisə məhz tərəflər arasında bağlanmış müqavilələr üzrə qarşılıqlı öhdəliklərinin icrasının yoxlanılması yolu ilə həll edilməlidir. 40.2. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasından görünür ki, kollegiya Şirkətin müqavilə öhdəliklərini tam yerinə yetirməməsi qənaətinə yalnız işlərin görüldüyü sahəyə yerli baxış keçirməklə otelin 14-18-ci mərtəbələrində quraşdırılma və sazlama işlərinin tamamlanmaması ilə bağlı müşahidə etdiklərinə əsasən gəlmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilələrdən göründüyü kimi, Şirkətin öhdəliyi tək müəyyən avadanlıqları quraşdırıb, sazlama işlərini görməsindən deyil, həmçinin həmin avadanlıqların ilk əvvəl xarici dövlətdən ölkəyə idxal edilərək sifarişçiyə təhvil verilməsindən də ibarət olmuşdur. 40.3. Eyni zamanda, müqavilə üzrə ödənişlər də özü-özlüyündə buna uyğun olaraq avadanlıqların gətirilməsinə və işlərin görülməsinə görə ayrılmışdır. 40.4. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi müqavilə öhdəliklərinin icrasına qiymət verərkən bu öhdəliklərin məzmununun mürəkəb texniki xüsusiyyətləri baxımından onlara qiymət verilməsi üçün mühəndis-texniki sahədə xüsusi biliklərin tələb olunmasını nəzərə almayaraq, yalnız özünün sadə müşahidəsinə əsaslanmaqla kifayətlənmişdir. Belə ki, mühəndis-texniki qurğuların quraşdırılıb-quraşdırılmamasından ibarət öhdəliklərin icra olunubolunmamasının müəyyənləşdirilməsi də özü-özlüyündə mübahisənin həllinə kifayət etmir. Belə ki, tərəflərin öhdəliklərin icra olunmamasında biri-birini günahlandırmasından ibarət izahatlarının olması baxımından öhdəliklərin icra olunmamasının səbəbləri, yəni kimin təqsiri ucbatından icra edilməməsinə də qiymət verilməlidir. 40.5. Apellyasiya instansiyası məh kəməsi iddianın alətlərin tələb olunması hissəsini rədd edərkən sadəcə olaraq iddiaçı tərəfin tələb edilən alətlərin siyahısını təqdim etməməsi ilə əsaslandırmışdır, halbuki bu şəkildə tələbin olduğu halda həmin siyahının təqdim edilməsini ilkin iddia üzrə iddiaçıya təklif edə bilərdi. 40.6. Belə ki, inzibati icraat qaydasında işlərə baxılmasından fərqli olaraq mülki icraat qaydasında hakimin yardım etmə vəzifəsi olmasa da, hakim tərəflərə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə köməklik göstərməli, həmçinin tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə etməklə prosessual qənaət prinsipi baxımından zəruri dəqiql əşdirilmələrin aparılmasını təklif etməlidir. Bu hissədə mübahisə həmin alətlərin siyahısı dəqiqləşdirildiyi halda Şirkətin öz alətlərini tikinti sahəsindən götürmək imkanının olub-olmamasını müəyyən etməklə və buna uyğun olaraq da sübutetmə yükünü tərəflər arasında bölüşdürməklə həll edilməlidir. 40.7. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ilkin iddiaya sübutların mümkünlüyü, qiymətləndirilməsi məsələlərində istinad edilən prosessual qanunvericiliyin normalarının tətbiqində səhvə yol vermişdir. 40.8. Bundan əlavə, qarşılıqlı iddianın birbaşa olaraq ilkin iddia ilə bağlı olması, habelə müqavilələr üzrə öhdəliklərin icra edilib-edilməməsinə düzgün qiymət vermədən qarşılıqlı iddia üzrə yekun nəticəyə gəlinməsinin mümkünsüzlüyü baxımından qarşılıqlı iddianın təmin edilməməsi hi ssəsində də qətnamə qanunsuz olmaqla ləğv olunmalıdır.
41. Məhkəmə bu qənaətini “Konstitusiya məhkəməsi” haqqında Azərbaycan Respublikası Qanununun 66.1-ci, MM-in 449.1, 449.4, 752.1, 759.2-ci, MPM-in 14.1, 14.3, 77.1, 81, 97.1, 184.1, 420, 417.1.3-ci maddələrinə, KMP-nin “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 9 fevral tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikası konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlaanılmasına dair “ 2006-cı il 31 may, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. f) Apellyasiy a instansiyası məhkəməsində üçüncü icraat
42. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 noyabr tarixli 2-2(103)-137/2020 saylı qətnaməsi ilə Şirkətin apellyasiya şikayəti təmin edilməmiş, MMC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 5 yanvar tarixli 2-2(81)-8/2017 saylı qətnaməsi Şirkətə aid hissədə ləğv edilmiş, ilk iddia təmin edilməmiş, qətnamə qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.İmanov və V.Sadıqov).
43. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 43.1. Tərəflər arasında podrat müqavilələrinin bağlanması və podrat müqavilələrindən irəli gələn münasibətlərin olması mübahisəsizdir. Ona görə də ilk iddi ada irəli sürülmüş görülmüş işlərin dəyərinin, yəni muzdun ödənilməsi barədə tələblərin qanuni əsasını MM-in 752.1-ci maddəsi təşkil edir. 43.2. 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavənin şərtlərinin təfsirindən müəyyən olunur ki, həmin Əlavədə göstərilən 565.450 manat məbləğində pul vəsaiti əvvəl görülmüş və dəyəri ödənilməmiş podrat işlərinin dəyəri (muzd) deyil, həmin Əlavədə göstərilən və görülməli olan podrat işlərinin dəyəridir. Çünki həmin Əlavədə pul vəsaitlərinin (muzdun) hissə-hissə və konkret ödənilməsi tarixləri, həmçinin podratçının hərəkətləri (işçi sayının artırılması, materialların sifariş edilməsi) və konkret görülməli olan işlərin dairəsi müəyyən edilmişdir. Bundan başqa, həmin Əlavədə cəmi ödənilməli olan muzd 565.450 manat məbləğində müəyyən olunmuş, Şirkət isə 365.0 00 manat məbləğində pulun tutulması tələbini irəli sürmüşdür. Bu isə həmin Əlavə ilə müəyyən edilən cəmi 565.450 manat məbləğindən 200.450 manatın məbləğin ödənildiyi anlamına gəlir və Şirkətin nümayəndəsi də bu hala etiraz etməmişdir. 43.3. 2014-cü il 9 yanvar tarixli 1 saylı Əlavənin şərtlərinin təfsirindən isə müəyyən olunur ki, həmin Əlavədə göstərilən cəmi 203.000 ABŞ dolları məbləğində pul vəsaitindən 45.000 ABŞ dolları əvvəl görülmüş işlərə görə ödənilməli olan pul vəsaitidir, yerdə qalan 158.000 ABŞ dolları isə həmin Əlavədə göstərilən və görülməli olan podrat işlərinin dəyəridir. Çünki həmin Əlavədə bu aydın şəkildə göstərilmiş, həmçinin pul vəsaitlərinin (muzdun) hissə-hissə və konkret ödənilməsi tarixləri, həmçinin podratçı tərəfindən konkret görülməli olan işlərin dairəsi müə yyən edilmişdir. Bundan başqa, həmin Əlavədə cəmi ödənilməli olan muzd 203.000 ABŞ dolları məbləğində müəyyən edilmiş, Şirkət isə 138.000 ABŞ dolları məbləğində pulun tutulması tələbini irəli sürmüşdür. Bu isə həmin Əlavə ilə müəyyən edilən cəmi 203.000 ABŞ dolları məbləğindən 65.000 ABŞ dolları, yəni əvvəl görülmüş işlərə görə ödənilməli olan 45.000 ABŞ dollarından əlavə olaraq 20.000 ABŞ dolları məbləğinin ödənildiyi anlamına gəlir və Şirkətin nümayəndəsi də bu hala etiraz etməmişdir. 43.4. Qeyd olunanları, həmçinin tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları və MPM-in 77.1-ci maddəsinin tələblərini nəzərə alaraq həmin Əlavələrdə göstərilən işlərin yerinə yetirilməsi hallarını sübut etmə vəzifəsi Şirkətin üzərinə düşür. Lakin Şirkət həmin Əlavələrdə göstərilən işl ərin görülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 43.5. İşin 2-ci cildinin 106-442-ci vərəqələrində olan sənədlər isə məhz Şirkət tərəfindən həmin Əlavələrdə göstərilən işlərin görülməsini və MMC tərəfindən də həmin işlərin qəbul olunmasını təsdiq etmir. Çünki sənədlərin bir qismi MMC-nin əməkdaşları tərəfindən imzalanmayıb, bir qisminin tarixləri isə Əlavələrin tarixlərindən daha əvvələ təsadüf edir, habelə həmin sənədlərdəki işlərin dəyərinin yuxarıda qeyd olunan MMC tərəfindən ödənilmiş məbləğlərdən daha artıq olması hər hansı sübutla təsdiq olunmur. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən mübahisəli sahəyə yerində müayinə keçirilən zaman 14-18-ci mərtəbələrdə mexaniki sistemin quraşdırılması işinin tamamlanmadığı müəyyən edilmiş və bu hal Şirkətin əməkdaş tərəfindən təsdiq olunmuşdur. 43.6. Hazırkı apellyasiya baxışı zamanı da mübahisəli sahəyə yerində müayinə keçirilən zaman 18-ci mərtəbədə hazıra qədər mexaniki sistemin quraşdırılması işinin tamamlanmadığı müəyyən edilmişdir. 43.7. Göründüyü kimi Şirkətin öz öhdəliklərini tam olaraq icra etməsi və işlərin MMC-yə tam təhvil verməsi və ya MMC-nin ödədiyi məbləğlərdən daha artıq işlər görməsi təsdiq olunmur. 43.8. Otelin hazırda tam fəaliyyət göstərməsi və səlahiyyətli dövlət orqanları tərəfindən qəbul olunaraq, istismarına icazə verilməsi isə Şirkətin öz öhdəliklərini tam olaraq icra etməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Otelin hazırda tam işlək şəkildə fəaliyyət göstərməsi özü-özlüyündə həmin oteldə mexaniki və el ektrik sistemlərinin təsisatı və quraşdırılması ilə bağlı görülmüş işlərin məhz Şirkət tərəfindən görülməsi halını təsdiq etmir. Çünki həmin işlərin sonradan cavabdehin sifarişi əsasında başqa podratçı şirkətlər tərəfindən həyata keçirilməsi faktı da istisna olunmur ki, MMC də iddiaya etirazında məhz həmin hallara istinad etmişdir. 43.9. Şirkət iddia ərizəsində bir tərəfdən müqavilələr üzrə öhdəliklərin tam yerinə yetirildiyini bildirmiş, digər tərəfdən isə qeyd etmişdir ki, MMC-nin səlahiyyətli şəxsləri tərəfindən iddiaçı Şirkətin inşaat sahəsində işləyən işçiləri çıxarılmış və tikinti sahəsinə girişləri qadağan edilmişdir. Halbuki işçilərin həmin sahədən çıxarıldığı və tikinti sahəsinə girişləri qadağan edildiyi halda Şirkət tərəfindən podrat işlərinin tam yerinə yetirilməsi qeyri-mümkün dür. Göründüyü kimi iddiaçının istinad etdiyi dəlillər özü-özlüyündə ziddiyyətlidir. 43.10. Bundan başqa, hazırkı mübahisənin predmetini podrat müqaviləsinin sifarişçi tərəfindən ləğv edilməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi deyil, görülmüş işlərin dəyərinin, yəni muzdun ödənilməsi təşkil edir. Ona görə də, Şirkət tərəfindən həmin hallara (işçilərin çıxarılması və tikinti sahəsinə girişin qadağan edilməsi) istinad edilməsi əhəmiyyətsizdir. 43.11. Beləliklə, Şirkət tərəfindən podrat müqavilələrinə aid əlavə razılaşmalarda nəzərdə tutulan işlərin tam olaraq və ya MMC tərəfindən ödənilən məbləğlərə nisbətən daha artıq işlərin icra edilməsi sübut olunmur. Bu baxımdan, Şirkət həmin müqavilələrə aid əlavə razılaşmalarda nəzərdə tutulmuş muzdun tam olaraq ödənilməsini tələb edə b ilməz. 43.12. Həmçinin ilk iddiada irəli sürülmüş faiz borcunun tutulması barədə tələblər də təmin edilə bilməz. Belə ki, həmin tələblərin qanuni əsasını MM-in 449-cu maddəsi təşkil edir. Həmin maddədə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, MMC-nin Şirkət qarşısında hər hansı pul öhdəliyi mövcud deyildir. Ona görə də, Şirkət MMC-dən MM-in 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlərin tutulmasını tələb edə bilməz. 43.13. Eyni zamanda, ilk iddiada irəli sürülmüş inşaat sahəsində qalmış alət və avadanlıqların geri qaytarılması barədə tələblər də təmin edilə bilməz. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmur. Belə ki, Şirkət ümumiyyətlə iddia ərizəsində konkret olaraq hansı alət və avadanlıqların MMC-nin inşaat sahəsində qaldığını göstərməmiş, həmin alət və avadanlıqların onun mülkiyyətində olduğunu təsdiq edən sübutları təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 43.14. Qarşılıqlı iddia da rədd edilməlidir. 43.15. MMC ümumiyyətlə zərərin mövcud olmasını, yəni mexaniki və elektrik işlərinin tamamlanmaması nəticəsində ona zərər dəyməsini, o cümlədən Rusiya Federasiyasının Stavropol vilayətinin Yesentuki şəhəri ev 6-8 ünvanında olan “İstoçnik” sanatoriyasına avadanlıq, qurğu və tikinti ləvazimatlarının göndərilməsi üçün Şirkətə 700.000 ABŞ dolları a vans ödədiyini, Şirkətin 237.335 ABŞ dolları dəyərində mal göndərdiyini, lakin qalan 462.661 ABŞ dolları dəyərində mal-materialları MMC-yə təqdim etmədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 43.16. MMC-in təqdim etdiyi "ƏEM" MMC-in rəyi isə qeyd olunan halları təsdiq etmir. Çünki MMC tərəfindən 2013-cü il 25 noyabr tarixli 2 saylı və 2014-cü il 9 yanvar tarixli 1 saylı Əlavələrdə göstərilən müvafiq olaraq 565.450 manat və 203.000 ABŞ dolları məbləğlərində pul vəsaitləri tam olaraq Şirkətə ödənilmədiyindən, MMC-nin özü tərəfindən mexaniki və elektrik işlərinin tamamlanması zərərin dəyməsi anlamına gəlmir. 43.17. MMC istinad etdiyi halların, yəni ona məxsus "Ciller" avadanlığının Şirkət tərəfindən qanunsuz olaraq satılmasını və dəyərinin MMC-ə ödənilməməsini təsdiq edən sübutlar təqdim olunmamışdır. 43.18. Hazırki iş üzrə mübahisə məhz tərəflər arasında bağlanmış müqavilələr üzrə qarşılıqlı öhdəliklərinin icrasının yoxlanılması yolu ilə və MPM-in 14.2, 371-ci maddələrinə riayət edilməklə tərəflərin təqdim etdiyi sübutlar əsasında həll olunmuşdur. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi isə texniki cəhətdən mümkün deyil. Çünki birinci instansiya məhkəməsində iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin tərəflər ekspert tərəfindən tələb olunan sənədləri təqdim etmədiklərinə görə ekspertizanın keçirilməsi qeyrimümkün olmuşdur. 43.19. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən mübahisəli sahəyə yerində müayinə keçirilən zaman müəyyən olundu ki, artıq 14-17-ci mərtəbələrdə bütün təmir-tikinti işləri başa çatmış, yalnız 18-ci mərtəbədə hazıra qədər mexaniki sistemin quraşdırılması işi tamamlanmamışdır. Tərəflər arasında görülmüş işlər barədə müvafiq aktlar tərtib edilmədiyinə görə isə məhz Şirkət tərəfindən hansı işlərin görüldüyünü müəyyən etmək mümkün deyildir. Ona görə də, hazırda da ekspertizanın keçirilməsinin təşkil edilməsi qeyri-mümkündür.
44. Məhkəmə bu qənaətini MM-in 21.2, 157.2, 443, 449.1, 752.1, 1096, 1097, MPM 77.1, 385.1.1, 385.1.2, 420-ci maddələrinə, KMP-nin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
45. Şirkət 2021-ci il 14 yanvar tarixində şikayət vermiş, həmin qətnamənin qismən – ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini, ilkin iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. ə) Kassasiya instansiya məhkəməsində üçüncü icraat
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyun tarixli 2-2(102)-166/2019 saylı qərarı ilə Şirkətin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 noyabr tarixli 2-2(103)137/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – B.Qəribov, hakimlər – A.Abbasov və A.Hüseynov).
47. Kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 47.1. Apellyasiya instansiyası məhkəməsi müqavilə öhdəliklərinin icrasına qiymə t verərkən bu öhdəliklərin məzmununun mürəkəb texniki xüsusiyyətləri baxımından onlara qiymətin verilməsi üçün mühəndis-texniki sahədə xüsusi biliklərin tələb edilməsini nəzərə almayaraq, yalnız özünün sadə müşahidəsinə əsaslanmaqla kifayətlənmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında görülmüş işlər barədə müvafiq aktlar tərtib edilmədiyinə görə məhz Şirkət tərəfindən hansı işlərin görüldüyünü müəyyən etmək mümkün deyildir, ona görə də, hazırda da ekspertizanın keçirilməsinin təşkil edilməsi qeyri-mümkündür. 47.2. Halbuki Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 noyabr tarixli qərarında apellyasiya instansiyası məhkəməsi müqavilə öhdəliklərinin icrasına qiymət verərkən bu öhdəliklərin məzmununun mürəkkəb texniki xüsusiyyətləri baxımından onlara q iymətin verilməsi üçün mühəndis-texniki sahədə xüsusi biliklərin tələb edilməsini nəzərə alınmadığını qeyd edərək, işə yenidən baxarkən mühəndis-texniki ekspertizasının keçirilməsinin vacibliyini göstərmişdir. 47.3. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburi olsada, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən həmin göstərişləri yerinə yetirməmişdir. 47.4. KMP-nin qərarından göründüyü kimi hazırkı mübahisə məhz tərəflər arasında bağlanmış müqavilələr üzrə qarşılıqlı öhdəliklərinin icrasının yoxlanılması yolu ilə həll edilməlidir. 47.5. O da vurğulanmalıdır ki, tərəflər arasında bağlanmış müqavilələrdən göründüyü kimi, Şirkətin öhdəliyi tək müəyyən avadanlıqların quraşdırılıb, sazlama işlərinin görülməsindən deyil, həmçinin həmin avadanlıqların ilk əvvəl xarici dövlətdən ölkəyə idxal edilərək sifarişçiyə təhvil verilməsindən də ibarət olmuşdur. Eyni zamanda, müqavilə üzrə ödənişlər də özü-özlüyündə buna uyğun olaraq avadanlıqların gətirilməsinə və işlərin görülməsinə görə ayrılmışdır. Bu hal Ali Məhkəmənin əvvəlki qərarında da öz əksini tapmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara hüquqi qiymət verməmişdir. 47.6. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan ekspertiza keçirilməsi işin ədalətli həll edilməsi üçün əhəmiyyət kəsb edir. Ona görə də işə yenidən baxan apellyasiya məhkəməsi ekspertiza keçirməklə Şirkət tərəfindən otelin 14-18-ci mərtəbələrində görülmüş işlərin həcmi və dəyəri müəyyən edilməklə hüquqi qiymət verilməlidir. 47.7. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi öhdəliklərin məzmununun mürəkəb texniki xüsusiyyətləri baxımından onlara qiymətin verilməsi üçün mühəndis-texniki sahədə xüsusi biliklərin tələb edilməsi üçün ekspertiza təyin etməlidir. 47.8. Kassatorun mövqeyi ondan ibarətdir ki, 2013-cü il 25 noyabr tarixli 2 saylı əlavədə MMC-nin pul ödənilməsinə dair öhdəliyinin icrası müddəti həmin əlavədə göstərilən şərtlərin baş verməsindən asılı edilmişdir və həmin şərtlər baş vermişdir. 47.9. Belə ki, otelin "soft opening"-nin (açılışının) baş verdiyi işin mübahisələndirilməyən hallarına aiddir və MM C tərəfindən də etiraf edilmişdir. Yəni, 2 saylı əlavədə Şirkətə 200.000 manatın ödənilməsi üçün müəyyən edilmiş şərt baş vermişdir. Bundan əlavə, otelin ilk müştərisini qəbul etməsi də işin mübahisələndirilməyən hallarına yəni Şirkətə həmin gün ödənilməli olan 25.000 manatın və bundan 1 ay sonra daha 25.000 manatın ödənilməsi üçün müəyyən edilmiş şərt mövcud olmuşdur. 47.10. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış 2011-ci il 7 iyun tarixli “Çoxmərtəbəli otel biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsinə 2014-cü il 9 yanvar tarixli 1 saylı Əlavə Razılaşmadan irəli gələn münasibətlərə və bundan yaranan hüquq və öhdəliklərlə bağlı da maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. 47.11. Kassatorun kassasiya şikayətində göstərdiy i dəlillərdən biri də ondan ibarətdir ki, podrat müqaviləsinin elektrik sistemlərinin quraşdırılması üzrə MMC-nin Şirkətə 203.000 ABŞ dolları borcu (45.000+158.000) olması həmin razılaşma ilə təsdiqlənmişdir. Bu məbləğdən 65.000 ABŞ dolları ödənilmiş, qalan 138.000 ABŞ dolları borcu isə ödənilməmiş qalmışdır. 47.12. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən tərəflər arasında bağlanmış podrat müqavilələri ilə bağlı Əlavələrdə göstərilən işlərin yerinə yetirilməsi hallarını sübutetmə vəzifəsini Şirkətin üzərinə qoyaraq hüquqi qiymət verməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, işə yenidən baxan apellyasiya məhkəməsi Əlavələrdə göstərilən işlərin yerinə yetirilməsi hallarının müəyyən edilməsi üçün yenidən araşdırmalı və digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməlidir. Bu hal işin ədalətli həll edilməsi üçün əhəmiyyət kəsb edir.
48. Məhkəmə bu qənaətini MPM-nin 81, 97.1, 418.3, 420-ci maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 2019-cu il 18 mart tarixli qərarına, İHAM-ın “Yevgeniya Lazar Ruminiyaya qarşı” iş üzrə 2010-cu il 16 fevral tarixli qərarına istinad etməklə əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsində dördüncü icraat
49. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 15 sentyabr tarixli 2-2(103)-899/2021 saylı qətnaməsi ilə Şirkətin apellyasiya şikayəti təmin edilməmiş, MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 saylı 2017-ci il 5 yanvar tarixli qətnaməsi “ilk iddianın təmin edildiyi” hissədə ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir (sədrlik edən – X.Cəmilova, hakimlər – H.Həmidov və Z.Şirinov).
50. Apellyasiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 50.1. MMC ilə Şirkət arasında 2011-ci il 7 iyun tarixində MMC-yə məxsus çoxmərtəbəli otel və biznes mərkəzində elektrik və mexaniki sistemlərin quraşdırılmasına dair iki podrat müqaviləsi imzalanmışdır. Hər iki müqavilədə görüləcək işlər, işin yerinə yetirilmə müddəti, ödənişin məbləği, ödəmə şərtləri, podratçı və sifarişçinin öhdəlikləri, digər müddəalar öz əksini tapmışdır. 50.2. Muzdun ödənilməsi üçün ilk növbədə podrat müqaviləsində nəzərdə tutulan işlər görülməlidir. 50.3. 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavəyə görə, həmin Əlavədə gö stərilən 565.450 manat məbləğində pul vəsaiti əvvəl görülmüş və dəyəri ödənilməmiş podrat işlərinin dəyəri (muzd) deyil, həmin Əlavədə göstərilən və görülməli olan podrat işlərinin dəyəridir. Belə ki, həmin Əlavədə pul vəsaitlərinin (muzdun) hissə-hissə və konkret ödənilməsi tarixləri, həmçinin podratçının hərəkətləri (işçi sayının artırılması, materialların sifariş edilməsi) və konkret görülməli olan işlərin dairəsi müəyyən edilmişdir. 50.4. Hazırkı işə yenidən apellyasiya qaydasında baxılarkən tərəflər arasında imzalanmış Əlavələrdə göstərilən işlərin yerinə yetirilməsi hallarının müəyyən edilməsi üçün yenidən araşdırma aparılmış və müəyyən edilən hallar digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilir. 50.5. KMP-nin qərarından göründüyü kimi, hazırkı mübahisə məhz tərəflər arasında bağ lanmış müqavilələr üzrə qarşılıqlı öhdəliklərinin icrasının yoxlanılması yolu ilə həll edilməlidir. 50.6. İş üzrə aparılan araşdırmalar nəticəsində müəyyən olunur ki, yuxarıda adı çəkilən Əlavədə cəmi ödənilməli olan muzd 565.450 manat məbləğində müəyyən edilsə də, Şirkət tərəfindən 365.000 manat məbləğində pulun tutulması tələb olunur. Digər tərəfdən, 2014-cü il 9 yanvar tarixli 1 saylı Əlavənin şərtlərinə görə həmin Əlavədə göstərilən cəmi 203.000 ABŞ dolları məbləğində pul vəsaitindən 45.000 ABŞ dolları əvvəl görülmüş işlərə görə ödənilməli olan pul vəsaitidir, yerdə qalan 158.000 ABŞ dolları isə həmin Əlavədə göstərilən və görülməli olan podrat işlərinin dəyəridir. Həmin Əlavədə cəmi ödənilməli olan muzd 203.000 ABŞ dolları məbləğində müəyyən edilsə də, Şirkət 138.000 ABŞ dolları məblə ğində pulun tutulmasını tələb edir. 50.7. Qeyd olunan ziddiyyətli məqamla bağlı Şirkət tərəfindən hər hansı məntiqli açıqlama heç bir məhkəmə instansiyasına verilməmişdir. Bununla yanaşı, Əlavələrdə göstərilən işlərin görülməsini təsdiq edən hər hansı sübut (tikinti materiallarının alınması və ya gətirilməsini təsdiq edən alqı-satqı, yaxud gömrük və s. yazılı sənədlər, işlərin görülməsini təsdiq edən təhviltəslim aktları və s.) da Şirkət tərəfindən məhkəməyə təqdim edilməmişdir. 50.8. Şirkətin həmin Əlavələrdə göstərilən işlərin görülməsini və MMC tərəfindən də həmin işlərin qəbul edilməsini təsdiq edən sənədlər kimi təqdim etdiyi sənədlərə (İİ cild, i/v 106-442) münasibətdə qeyd olunur ki, həmin sənədlər qeyd olunan halları təsdiq edə biləcək mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin sənədlər nəzərdən keçirilərkən onların bir qisminin MMC tərəfindən imzalanmadığı, bir qisminin tarixlərinin isə Əlavələrin tarixlərindən daha əvvəlki dövrə təsadüf etdiyi məlum olur. Habelə həmin sənədlərdəki işlərin dəyərinin yuxarıda qeyd olunan MMC tərəfindən ödənilmiş məbləğlərdən daha artıq olması faktı da sübut olunmur. 50.9. Ümumiyyətlə, Şirkət bütün gedən məhkəmə araşdırmaları zamanı iddia ərizəsində və verdiyi izahatlarda bir tərəfdən müqavilələr üzrə öhdəliklərin onun tərəfindən tam yerinə yetirildiyini bildirir, digər tərəfdən isə 2015-ci il 4 fevral tarixində MMC-nin səlahiyyətli şəxsləri tərəfindən iddiaçı Şirkətin inşaat sahəsində işləyən işçilərinin çıxarıldığını və tikinti sahəsinə girişlərinin qadağan edildiyini bildirir. Şirkətin bu ziddiyyətli mövqeyi onun nümayə ndəsi və vəkili Muxtar Mutafayevin hazırkı işə apellyasiya qaydasında baxılarkən verdiyi izahatında da bir daha təsdiq olunmuşdur. 50.10. Məhkəmə kollegiyası bu barədə qeyd edir ki, Şirkətin işçiləri həmin sahədən çıxarılıb və tikinti sahəsinə girişləri qadağan edilmişdisə, demək ki, bundan sonra Şirkət tərəfindən podrat işlərinin tam yerinə yetirilməsi qeyri-mümkün olmuşdur. Yox əgər, Şirkət işçiləri tikinti sahəsindən çıxarıldıqdan sonra da işlərin görülməsini və münasibətlərin davam etdirilməsinə əsaslanırsa, onda bu halları sübut etmək vəzifəsi də məhz onun üzərinə düşür. 50.11. İşə birinci instansiya qaydasında baxılarkən və bundan əvvəlki apellyasiya baxışı zamanı mübahisəli sahəyə yerində müayinə keçirilərkən 18-ci mərtəbədə mexaniki sistemin quraşdırılması işinin tamamlanmadığı m üəyyən edilmişdir. Göründüyü kimi, Şirkətin öz öhdəliklərini tam olaraq icra etməsi və işlərin MMC-yə tam təhvil verməsi və ya MMC-nin ödədiyi məbləğlərdən daha artıq işlər görməsi təsdiq olunmur. 50.12. Hazırkı apellyasiya baxışı zamanı mühəndis-texniki ekspertizasının keçirilməsinin vacibliyini göstərən kassasiya instansiyası məhkəməsinin mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bundan əvvəl birinci instansiya məhkəməsində icraat zamanı tərəflər ekspert tərəfindən tələb olunan sənədləri təqdim etmədiklərinə görə ekspertizanın keçirilməsi qeyri-mümkün olmuşdur. Eyni zamanda, bundan əvvəlki apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən mübahisəli sahəyə yerində müayinə keçirilən zaman müəyyən olunmuşdu ki, artıq 14-17-ci mərtəbələrdə bütün təmir-tikinti işləri baş a çatmış, yalnız 18-ci mərtəbədə hazıra qədər mexaniki sistemin quraşdırılması işi tamamlanmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında görülmüş işlər barədə müvafiq aktlar tərtib edilmədiyinə və sonuncu dəfə Şirkət tərəfindən işlərin görülməsindən bir neçə il keçdiyinə görə həmin sahədə hansı işlərin məhz Şirkət tərəfindən görüldüyünü ekspertizanın keçirilməsi vasitəsilə müəyyən etmək qeyri-mümkündür. 50.13. O ki qaldı otelin "soft opening"-nin (açılışının) baş verməsinə və otelin ilk müştərisini qəbul etməsinə görə Şirkətə ödənilməli olan pul məbləğlərinin tələb olunmasına, bu barədə məhkəmə kollegiyası hesab edir ki, otelin hazırda tam fəaliyyət göstərməsi və səlahiyyətli dövlət orqanları tərəfindən qəbul olunaraq, istismarına icazə veri lməsi Şirkətin müqavilə üzrə öz öhdəliklərini tam olaraq icra etməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. 50.14. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilələrdən göründüyü kimi, ilkin iddia üzrə iddiaçının öhdəliyi tək müəyyən avadanlıqların quraşdırılıb, sazlama işlərinin görülməsindən deyil, həmçinin həmin avadanlıqların ilk əvvəl xarici dövlətdən ölkəyə idxal edilərək sifarişçiyə təhvil verilməsindən də ibarət olmuşdur. Eyni zamanda, müqavilə üzrə ödənişlər də özü-özlüyündə buna uyğun olaraq avadanlıqların gətirilməsinə və işlərin görülməsinə görə ayrılmışdır. 50.15. Hazırkı apellyasiya baxışı zamanı Şirkət tərəfindən müqavilədə qeyd olunan avadanlığın xarici dövlətdən ölkəyə idxal edilərək sifarişçiyə təhvil verilməsi və MMC-nin inşaat sahəsində həmin alət və avadan lığın qalması faktı sübuta yetirilməmişdir. 50.16. Həmçinin ilk iddiada irəli sürülmüş faiz borcunun tutulması barədə tələblər də təmin edilə bilməz. Hazırki işdə müvafiq normada göstərilən əsaslar mövcud deyildir. Belə ki, iş üzrə müəyyən olunur ki, MMC-nin Şirkət qarşısında hər hansı pul öhdəliyi mövcud deyildir. Ona görə də, Şirkət MMC-dən MM-in 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlərin tutulmasını tələb edə bilməz. 50.17. Belə olan birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan iş üçün əhəmiyyəti olan halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən ləğv edilməlidir.
51. Məhkəmə bu qənaətini MM-in 157.2, 449.1, MPM-in 77.1, 384.0.2, 420-ci maddələri nə, KMP-nin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-cu il 28 fevral tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
52. Şirkət 2021-ci il 25 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 sentyabr tarixli 2-2(103)-899/2021 saylı qətnaməsindən kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
53. MM-in 763.1, 773, 776.1-ci maddələri tətbiq edilməyib – Belə ki: (a) MMC MM-in 763.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavə icra tələb etməmişdir; (b) MMC pretenziya irəli sürmədən faktiki olaraq işi qəbul etmiş, otel fəaliyyətə başlamış və bununla da MM-in 773-cü maddəsinə əsasən, iddia etdiyi “qüsurlar”la bağlı tələb hüququ əmələ gəlməmişdir; (c) MM-in 776.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bir il ərzində tələb irəli sürmədiyi üçün muzd ödənişindən imtina üçün istinad etdiyi hüququ itirmişdir (Podrat müqaviləsinə dair 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavə üzrə).
54. MM-in 427.5-ci maddəsi tətbiq edilməyib – Podrat müqaviləsinə dair 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavədə MMC-nin pul ödənilməsinə dair öhdəliyinin icrası müddəti həmin Əlavədə göstərilən şərtlərin baş verməsindən asılı edilmişdir və həmin şərtlər baş vermişdir. Belə ki, otelin "soft opening"-in (açılışının) baş verdiyi işin mübahisələndirilməyən hallarına aiddir və MMC tərəfindən də etiraf edilmişdir. Yə ni, 2 saylı Əlavədə Şirkətə 200.000 manatın ödənilməsi üçün müəyyən edilmiş şərt baş vermişdir. Bundan əlavə, otelin ilk müştərisini qəbul etməsi də işin mübahisələndirilməyən hallarına aiddir, yəni Şirkətə həmin gün ödənilməli olan 25.000 manatın və bundan 1 ay sonra daha 25.000 manatın ödənilməsi üçün müəyyən edilmiş şərt baş vermişdir. Belə olan halda, MM-in 763.1, 773, 776.1-ci və 427.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla: (1) MMC (sifarişçi) icranın qüsuru barəsində tələb sürmək hüququnu itirmişdir; (2) MMC-nin Şirkətə pul ödəmək öhdəliyinin icrası üçün müəyyən edilmiş şərtlərin hamısı baş vermişdir. Bu məsələ ilə bağlı maddi hüquq normasının düzgün tətbiq edilmədiyi hazırkı mübahisə üzrə Ali Məhkəmənin 2021-ci il 2 iyun tarixli 2-2(102)-166/2021 saylı qərarında da təsdiq edilm işdir. Lakin apellyasiya məhkəməsi yenə də eyni səhvi təkrarlayaraq, hazırkı mübahisə üzrə MM-in 427.5-ci maddəsini tətbiq etməmişdir.
55. MM-in 763.1, 773, 776.1, 427.5-ci maddələri ilə əlaqədar qeyd edilən əsaslandırmalar Elektrik sistemlərinə dair işlərə də aiddir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış 2011-ci il 7 iyun tarixli “Çoxmərtəbəli otel və biznes mərkəzində Elektrik sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsinə 2014-cü il 9 yanvar tarixli 1 saylı Əlavə Razılaşmadan irəli gələn münasibətlərə və bundan yaranan hüquq və öhdəliklərlə bağlı da maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Podrat müqaviləsinin Elektrik sistemlərinin quraşdırılması üzrə MMC-nin Şirkətə 203.000 ABŞ dolları borcu (45.000 +158.000) olması həmin razılaşma ilə təsdi qlənmişdir. Bu məbləğdən 65.000 ABŞ dolları ödənilmiş, qalan 138.000 ABŞ dolları borcu isə ödənilməmiş qalmışdır. Bu işlərlə bağlı da MMC tərəfindən Şirkətə qarşı MM-in 763.1,773 və 776.1-ci maddəsində nəzərdə tutulmuş qaydada 1 il müddətində hər hansı tələb, pretenziya irəli sürülməmiş, əksinə, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 110323 nömrəli İstismara Buraxılma Aktı və 2013-cü il 11 iyun tarixli Elektrik-quraşdırma işlərinin təhviltəslim Aktı ilə obyektdə elektrik quraşdırma işləri EAQQ-a tam müvafiq olaraq yaxşı yerinə yetirilməsi təsdiq edilmişdir. Həmin Əlavədə MMC-nin Şirkətə ödəməli olduğu pulun bir hissəsi konkret tarixlə müəyyən edilmiş, digər hissələri isə baş verməli olan şərtlərdən – otelin açılışı, ot elə ilk müştərinin qəbul edilməsi şərtlərindən asılı edilmişdir ki, bu şərtlər də baş vermişdir. Apellyasiya instansiyası məhkəməsi isə yenə də Ali Məhkəmənin yuxarıda istinad edilən 2021ci il 2 iyun tarixli qərarının həm 80-82 və 84-cü bəndləri ilə ifadə etdiyi hüquqi mövqeyinə və maddi hüquq normasının tətbiqi ilə bağlı göstərişlərinə riayət etməmiş, Ali Məhkəmənin ləğv etdiyi qətnamədəki səhvləri təkrarlamışdır.
56. MPM-in 77.1-ci maddəsi – Apellyasiya instansiyası məhkəməsi, Ali Məhkəmənin göstərişlərinə zidd olaraq, yenə də öz qətnaməsində sübutetmə yükünün bölüşdürməsi məsələsini düzgün həll etməmiş və qeyd etmişdir ki: “... Əlavələrdə göstərilən işlərin görülməsini təsdiq edən hər hansı sübut (tikinti materiallarının alınması və ya gətirilməsini təsdiq edən alqı-satqı, yaxud gömrü k və s. yazılı sənədlər, işlərin görülməsini təsdiq edən təhviltəslim aktları və s.) da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.” Halbuki hələ işə birinci instansiya məhkəməsində baxılan zaman MMC-Sifarişçinin tapşırığı ilə quraşdırılmış avadanlıqların əksəriyyətinin xüsusi təyinatlı avadanlıqlar olduğu, həmin avadanlıqların istehsalçı ölkələrinin şirkətlərinin nümayəndələrinin iştirakı ilə test edilərək istismara buraxıldığı bildirilmişdi, MMC tərəfindən bununla bağlı heç bir etiraz irəli sürülməmişdi və həmin avadanlıqların başqa şəxsdən alınmasını və ya quraşdırılmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdi. Məsələn, “Siemens Building Technologies” şirkəti, “NAREKS” şirkəti, “SystemAir” Havalandırma və Ekipmanları San. Ve.Tic. Ltd şirkəti; "xxxx" MMC, “WİLO” Pum pen İntelligenses” şirkəti; “DÇD Doğalqaz İsi Sist. Paz. ve San. AŞ” şirkəti, “ÜNTES isitme Klima Soğutma Havalandırma” şirkəti, “Maquamatch Türkiye” şirkəti tərəfindən belə xüsusi testlər keçirilmiş və müvafiq təsdiq sənədləri tərtib edilmişdi. Apellyasiya instansiyası məhkəməsinin isə yuxarıda qeyd edilən "xxxx" verməklə bunu şübhə altına alması həmin avadanlıqların MMC-nin özü tərəfindən alınmasına dair heç bir sübut təqdim edilmədiyinə MPMin 77.1-ci maddəsini düzgün tətbiq etmədiyinə dəlalət edir. Bununla bağlı kassator yenə də Ali Məhkəmənin yuxarıda istinad edilən Qərarına istinad edir.
57. MPM-in 88-ci maddəsi – Apellyasiya instansiyası məhkəməsi MMC-nin təqdim etdiyi "xxxx" MMC ilə aralarında bağlanmış 2014-cü il 11 noyabr tarixli müqaviləyə və "xxxx" MMC ilə bağlanmış 2014-cü il 1 4 noyabr tarixli müqavilə istinad edərək, həmin MMC-lər tərəfindən müvafiq olaraq mexanik təsisatı və montajının yarımçıq qalmış işlərinin və qüsurların aradan qaldırılması işlərinin görülməsi üçün MMC-nin 246.729 manat, “elektrik təsisatı və montajının” yarımçıq qalmış işlərinin və qüsurların aradan qaldırılması işlərinin görülməsi üçün 174.000 manat pul ödəmək öhdəliyin yarandığını qeyd etsə də, nəzərə almamışdır ki, bu “sübutlar” hələ birin instansiya məhkəməsi tərəfindən rədd edilmişdi, belə ki, həmin məbləğlərin ödənilməsi və ya işlərin görülməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdi. Qeyd edilən hallar hazırda məhkəmə baxışının predmeti olmayan qarşılıqlı iddia üzrə iddiaçının tələblərinin "xxxx" hallar olsa da, ilkin iddiaya qarşı MMC-nin etirazının da əsasız olduğuna dəlal ət edir.
58. MPM-in 217-ci maddəsi – Yuxarıda qeyd edildiyi kimi, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmadığı üçün qanuni və əsaslı hesab edilə bilməz.
59. MPM-in 420-ci maddəsi – Apellyasiya instansiyası Məhkəməsi hazırkı mübahisə üzrə maddi hüquq normalarının tətbiqi barədə Ali Məhkəmənin 2021-ci il 2 iyun tarixli 2-2(102)166/2021 saylı qərarındakı məcburi göstərişləri də nəzərə almamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
60. MMC-nin vəkili və nümayəndəsi Vəkil4 2022-ci il 24 yanvar tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və aşağıdakıarı bildirmişdir. 60.1 Tərəflər göstərilən müqavilələr üzrə ödənişlərin görüləcək işlərin nəticəsindən asılı olaraq hissə-hissə həyata keçiriləcəyini razılaşdırmışlar ki, bu işlərin iddiaçı tərəfindən g örülməməsi faktı Apellyasiya məhkəməsində sübuta yetirilmişdir. 60.2 Cavabdeh tamamlanmamış işləri sonradan digər şirkətlərə gördürülməsi barədə sübutları məhkəməyə təqdim etməsinə baxmayaraq iddiaçı həmin sübutları əsassız hesab edir. 60.3 İddiaçı Şirkətə məxsus olan, lakin MMC-nin inşaat sahəsində qalmış alət və avadanlıqların mənbəyini, xarici dövlətdən ölkəyə idxal edilərək sifarişçiyə təhvil verilməsi və cavabdehin inşaat sahəsində həmin alət və avadanlığın qalmasını, həmin avadanlıqların onlara məxsus olmasını sübut edən hər hansı sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Tək avadanlığın yox eyni zamanda Əlavələrdə göstərilən işlərin görülməsini təsdiq edən hər hansı sübut (tikinti materiallarının alınması və ya gətirilməsini təsdiq edən alqı-satqı, yaxud gömrük və s. yazılı sənə dlər, işlərin görülməsini təsdiq edən təhviltəslim aktları, və s.) da iddaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
61. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
62. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
63. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instans iyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 64. “Konstitusiya məhkəməsi” haqqında Azərbaycan Respublikası Qanununun müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə 66.Konstitusiya məhkəməsi qərarlarının hüquqi qüvvəsi 66.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir....”
65. MM -in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Ə gər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi dig ər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun t ələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxs in şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.... 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.”
66. MPM-in müvafiq müddəalarında (2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
81. Sübutl arın mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.” “M addə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Maddə
385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv o lunması üçün əsaslar 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;...” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəməni n qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.”
67. KMP-nin “MPM-nin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-cu il 28 fevral tarixli qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir.
68. KMP-nin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarında da məhkəmələrin ədalət mühakiməsini həyata keçirərkən MPM-nin t ələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırılmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməsi öz əksini tapmışdır.
69. KMP”) “MM-nin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarında göstərilmişdir ki: “MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz isti fadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir.”
70. KMP-nin “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 9 fevral tarixli qərarının və Azərbaycan Respublikası Ali məhkəməsinin plenumunun 2006-cı il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikası konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlaanılmasına dair “ 2006-cı il 31 may tarixli qərarında qeyd edilmişdir ki: “...məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına a lan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”
71. İHAM-nin “Yevgeniya Lazar Ruminiyaya qarşı” iş üzrə 2010-cu il 16 fevral tarixli qərarında qeyd edilmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
72. Məhkəmə kollegiyası iş materiallarını kassasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ədalətli və əsaslı, kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 53-59) isə aşağıdakı səbəblərdən əsassız hesab edir. MPM-in 77.1 və 88-ci maddələrinin pozuntularına dair dəlillər (bax yuxarıda §§ 56-57) üzrə:
73. İ şin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Şirkətin mübahisə predmeti olan Əlavələrdə göstərilən işlərin görülməsini və MMC tərəfindən də həmin işlərin qəbul edilməsini təsdiq edən sənədlər kimi təqdim etdiyi sənədlərin (İİ cild, i/v 106-442) bir qismi MMC tərəfindən imzalanmamış, bir qisminin isə tarixləri isə Əlavələrin tarixlərindən daha əvvəlki dövrə təsadüf edir, habelə həmin sənədlərdəki işlərin dəyərinin MMC tərəfindən ödənilmiş məbləğlərdən daha artıq olması faktı da sübut olunmur.
74. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin sənədlər qeyd olunan halları təsdiq edə biləcək mötəbər sübut kimi qəbul edilə bilməz.
75. Kassator deyilənləri təkzib edən və apellyasiya instansiyası məhkəməsinin həmin qənaət inin qanunsuz və əsassız olmasını təsdiq edən tutarlı dəlillər gətirməmişdir.
76. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsinin qanunsuz və əsassız hesab edilməsi üçün əsas(lar) görmür və hesab edir ki, MPMin 88-ci maddəsinin (bax yuxarıda § 65) tələbləri pozulmamışdır.
77. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilələrdən göründüyü kimi, ilkin iddia üzrə iddiaçının öhdəliyi tək müəyyən avadanlıqların quraşdırılıb, sazlama işlərinin görülməsindən deyil, həmçinin həmin avadanlıqların ilk əvvəl xarici dövlətdən ölkəyə idxal edilərək sifarişçiyə təhvil verilməsindən də ibarət olmuşdur. Eyni zamanda, müqavilə üzrə ödənişlər də özü-özlüyündə buna uyğun olaraq avadanlıqların gətirilməsinə və işlərin görülməsinə görə ayrılmışdır.
78. Lakin Şirkət tərə findən müqavilədə qeyd olunan avadanlığın xarici dövlətdən ölkəyə idxal edilərək sifarişçiyə təhvil verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, Əlavələrdə göstərilən işlərin görülməsini təsdiq edən hər hansı sübut (tikinti materiallarının alınması və ya gətirilməsini təsdiq edən alqı-satqı, yaxud gömrük və s. yazılı sənədlər, işlərin görülməsini təsdiq edən təhviltəslim aktları və s.) Şirkət tərəfindən məhkəməyə təqdim edilməmişdir.
79. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, Şirkət məhkəmə araşdırmaları zamanı, iddia ərizəsində və verdiyi izahatlarda bir tərəfdən müqavilələr üzrə öhdəliklərin onun tərəfindən tam yerinə yetirildiyini, digər tərəfdən isə 2015-ci il 4 fevral tarix ində MMC-nin səlahiyyətli şəxsləri tərəfindən Şirkətin inşaat sahəsində işləyən işçilərinin çıxarıldığını və tikinti sahəsinə girişlərinin qadağan edildiyini bildirir.
80. Həqiqətən də iş materialları ilə 2015-ci il 4 fevral tarixindən sonra MMC tərəfindən mübahisəli obyektdə təmir işlərinin yerinə yetirilməsi müəyyən olunmur. Kassator bu hadisədən sonra da MMC-nin sifarişi ilə işlər gördüyünü (öhdəliklərini yerinə yetirdiyini) təsdiq edən tutarlı dəlil(lər) gətirməmişdir.
81. Həmçinin son qətnamədə qeyd edilir ki, bundan əvvəlki apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən mübahisəli sahəyə yerində müayinə keçirilən zaman müəyyən olunmuşdu ki, artıq 14-17-ci mərtəbələrdə bütün təmir-tikinti işləri başa çatmış, yalnız 18-ci mərtəbədə hazıra qədər mexaniki sistemin quraşdırılmas ı işi tamamlanmamışdır.
82. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunanların həqiqətə uyğun olmaması, habelə mübahisə predmeti olan Əlavələrdə nəzərdə tutulan və MMC-nin haqqını ödəmədiyi işlərin Şirkət tərəfindən yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 66) uyğun olaraq məhz MMC-nin üzərinə düşdüyü halda, MMC bu vəzifənin öhdəsindən gələ bilməmiş, kassasiya şikayətində də tutarlı dəlillər gətirməmişdir.
83. Belə olan halda, məhkəmə kollegiyası o qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi, iş üzrə MMC-nin sübutetmə vəzifəsini müəyyənləşdirərkən MPM-in 77.1-ci maddəsinin, işdə olan sübutları qiymətləndirərəkən MPM-in 88-ci maddəsinin tələblərini pozmamışdır. MM-in 763.1, 773, 776.1-ci və 427.5-ci maddələrinin hazırkı işdə tətbiqi üçün hüquqi əsasların olmasına dair dəlillər (bax yuxarıda §§ 53-55) üzrə:
84. MM-in 763.1, 773, 776.1-ci maddələrinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
85. Məhkəmə kollegiyasının mövqeyinə görə, həmin normaların tətbiqi o halda mümkündür ki, podratçı sifariş üzrə görülməli işləri tam şəkildə yerinə yetirsin, sifarişçi isə müxtəlif bəhanələrlə görülmüş işlərin dəyərin i ödəməkdən yayınsın.
86. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından isə aydın olur ki, podratçı Şirkətin hazırda mübahisə predmeti olan mexaniki işlərlə bağlı 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavədə və elektrik işləri ilə bağlı 2014-cü il 9 yanvar tarixli 1 saylı Əlavə Razılaşma müəyyən edilmiş öhdəliklərini MMC tərəfindən haqqı ödənilmədən yerinə yetirməsi, buna müvafiq olaraq sifarişçi MMC-nin nəzərdə tutulmuş məbləğdə pul vəsaitini ödəmək vəzifəsinin yaranması öz təsdiqini tapmır (bununla bağlı məhkəmə kollegiyasının mövqeyi yuxarıda §§ 73-83-də ifadə olunmuşdur).
87. Kassasiya şikayətində bunu təkzib edən hər hansı tutarlı dəlil gətirilməmişdir.
88. Belə olan halda, kassatorun istinad etdiyi MM-in 763.1, 773, 776.1-ci maddələrinin hazırkı mübah isəyə tətbiqi qeyri-mümkündür.
89. Eyni səbəblərdən MM-in 427.5-ci maddəsinin tətbiqi üçün də əsaslar mövcud deyildir.
90. MM-in 427.5-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
91. Hazırkı halda öhdəliklərin icrası müddəti müvafiq şərtlərin (mexaniki işlər üzrə müvafiq tarixlərdə MMC-nin Şirkətə hissə-hissə muzd ödəməsi, eyni zamanda, qarşılıqlı olaraq Şirkət tərəfindən işçi sayının artırılması, materialların sifariş edilməsi, konkret görülməli olan işlərin yerinə yetirilməsi; elektrik işləri üzrə - Şirkətin hər 30 gündən bir gördüyü işlər barədə məlumat verməsi və buna müvafiq olaraq müəyyənləşdirilmiş qrafik üzrə ödənişlərin həyata keçirilməsi) baş verməsindən asılı edilmiş, la kin həmin şərtlərin nəzərdə tutulmuş tarixlərdə baş verməsi (o cümlədən Şirkət tərəfindən işçi sayının artırılması, müvafiq materialların sifariş edilməsi və ölkəyə idxal olunması, konkret görülməli olan işlərin yerinə yetirilməsi, görülmüş işlər barədə MMC-yə məlumat verilməsi) iş materialları ilə öz təsdiqini tapmır.
92. Otelin açılışı, otelə ilk müştərinin qəbul edilməsi şərtlərinin baş verməsi şərtlərinə gəldikdə isə, apellyasiya instansiyası məhkəməsi tərəfindən tamamilə haqlı olaraq göstərilmişdir ki, otelin hazırda tam fəaliyyət göstərməsi və səlahiyyətli dövlət orqanları tərəfindən qəbul olunaraq, istismarına icazə verilməsi Şirkətin müqavilə üzrə öz öhdəliklərini tam olaraq icra etməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
93. Belə ki, yuxarıda qeyd olunduğu kimi, hətta iddiaçı tərəf özü də 2015-ci il 4 fevral tarixində MMC-nin səlahiyyətli şəxsləri tərəfindən Şirkətin inşaat sahəsində işləyən işçilərinin çıxarıldığını və tikinti sahəsinə girişlərinin qadağan edildiyini bildirmişdir.
94. Həmçinin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, işə birinci instansiya qaydasında baxılarkən və bundan əvvəlki apellyasiya baxışı zamanı mübahisəli sahəyə yerində müayinə keçirilərkən 18-ci mərtəbədə mexaniki sistemin quraşdırılması işinin tamamlanmadığı müəyyən edilmişdir. Göründüyü kimi, Şirkətin öz öhdəliklərini tam icra etməsi və işlərin MMC-yə tam təhvil verməsi və ya MMC-nin ödədiyi məbləğlərdən daha artıq işlər görməsi təsdiq olunmur.
95. DEN İdarəsi tərəfindən tərtib edilmiş İstismara buraxılma aktı və 2013-cü il 11 iyun tarixli el ektrik quraşdırma işlərinin təhvil-təslim aktının görülmüş işlərin yaxşı yerinə yetirildiyini təsdiq etməsinə dair kassatorun dəlilinə gəldikdə, KMP bununla bağlı öz mövqeyini (bax yuxarıda § 32.3) artıq bildirmişdir.
96. KMP-nin mövqeyindən aydın şəkildə görünür ki, kassatorun bu dəlili də əsassızdır. Belə ki, DEN İdarəsi tərəfindən tərtib edilmiş İstismara buraxılma aktı və 11 iyun 2013-cü il tarixli elektrik quraşdırma işlərinin təhvil-təslim aktından sonra 2014-cü il 9 yanvar tarixində podrat müqaviləsinə sözügedən əlavə razılaşma imzalanmış və həmin əlavə razılaşma üzrə yeni öhdəliklər yaranmışdır.
97. Məhkəmə kollegiyası hesab edir ki, 2014-cü il 9 yanvar tarixli Əlavədə Şirkət tərəfindən gələcəkdə görülməli elektrik işləri müəyyən edildiyindən, bu əlavədən əvvəlki tarixlərdə imzalan mış istismara buraxılma və təhvil-təslim aktlarına istinad edilməsi KMP-nin hüquqi mövqeyinə ziddir və Şirkətin hazırkı iddia tələbinə hüquqi qiymət verilərkən həmin aktlar əsas götürülə bilməz.
98. Odur ki, MM-in 763.1, 773, 776.1-ci, habelə 427.5-ci maddələrinin hazırkı işdə tətbiqi üçün əsaslar mövcud deyildir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi kassatorun istinad etdiyi həmin maddələrin tətbiqi ilə bağlı qətnamənin ləğvinə əsas ola bilən hüquq pozuntusuna yol verməmişdir.
99. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi MPM-in 420-ci maddəsinin (bax yuxarıda § 66) tələblərinə əməl edərək Ali Məhkəmənin iş üzrə qəbul etdiyi son qərarında verilmiş göstərişlər üzrə müvafiq əsaslandırma aparmış, MPM-in 217 -ci maddəsinin (bax yuxarıda § 66) tələblərinə uyğun qanuni və əsaslı qətnamə çıxarmışdır.
100. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirkətin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 sentyabr tarixli e-2-2(103)-899/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.