Məhkəmə qərarları › İş №2-2(102)-400/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-400/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-400/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı2 ASC-nin Cavabdeh1 MMC-nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Həbibova Könül Əbülfəz qızının katibliyi, İddiaçı2 ASC-nin vəkili Vəkil1, Cavabdeh1 MMC-nin vəkili Vəkil2, cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ASC-nin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair ilkin id dia, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ASC-yə qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021ci il 17 fevral tarixli 2-2(105)-12/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. I.İŞİN HALLARİ

1. Sifarişçi İddiaçı2 ASC ilə icraçı Cavabdeh1 MMC arasında bağlanmış 2017-ci il 23 may tarixli Tikinti üçün Baş Podrat Müqaviləsinin 1.1-ci bəndindən görünür ki, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində ASC-nin müqavilə ilə müəyyən olan tapşırıqlarına əsasən icraçı Quba şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı binasında tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında təhvil verməli, sifarişçi isə öz növbəsində işlərin aparılması üçün lazımı şəraiti yaratmalı, işlərin nəticəsini qəbul etməli və müqavilə dəyərini ödəməlidir. Müqavilənin 2-ci bəndinə əsasən, işlərin başlanma vaxtı 2017-cı il 24 may tarixi, işlərin qurtarma vaxtı - 2017-ci il 20 oktyabr tarixi müəyyən edilmişdir. Müqavilənin 3.2.4-cü bəndinə əsasən, icraçı obyektin bu müqavilədə təhvil verilmə müddətinin pozulmasına görə, sifarişçiyə hər gecikmə günü üçün müqavilə üzrə görüləcək tikinti işlərinin ümumi dəyərinin 0,5 faizi məbləğinə cərimə (penya) ödəyir. Müqavilənin 4-cü bəndinə əsasən, görüləcək tikinti quraşdırma işlərinin ümumi dəyəri smetaya uyğun olaraq ƏDV ilə birlikdə 1.711.000 manat təşkil edir.

2. Tərəflər arasında bağlanmış 201 7-ci il 27 sentyabr tarixli “X1”ndan görünür ki, sifarişçi İddiaçı2 ASC ilə icraçı Cavabdeh1 MMC arasında Quba rayon xalça emalatxanasının tikintisi üçün bağlanmış 2017-ci il 23 may tarixli müqavilədə göstərilən qiyməti smetada göstərilən qiymətlə uyğunlaşdırmaqdan ötrü onlar “1.711.000” əvəzinə 1.661.000 manat (ƏDV daxil) hesab edilməsi barədə razılığa gəlmişlər.

3. Sifarişçi İddiaçı2 ASC ilə icraçı Cavabdeh1 MMC arasında bağlanmış 2017-ci il 20 oktyabr tarixli müqavilənin müddətinin uzadılmasına dair razılaşmadan görünür ki, sifarişçi ilə icraçı Quba və Qazax rayonlarında inşa edilən xalça emalatxanalarında işlər tam başa çatdırılmadığından, tərəflər arasında bağlanmış müqavilələrin müddətinin eyni şərtlər daxilində 2017-ci il 25 noyabr tarixədək uzadılması barədə razılığa gəlmişlər.

4. Sifarişçi İddiaçı2 ASC ilə icraçı Cavabdeh1 MMC arasında bağlanmış 2017-ci il 10 noyabr tarixli müqavilənin müddətinin uzadılmasına dair razılaşmadan görünür ki, sifarişçi və icraçı Quba və Qazax rayonlarında inşa edilən xalça emalatxanalarında tamamlanma işləri tam başa çatdırılmadığından və sifarişçiyə təhvil verilmədiyindən, tərəflər arasında bağlanmış müqavilələrin müddətinin eyni şərtlər daxilində 2017-ci il 30 dekabr tarixədək uzadılması barədə razılığa gəlmişlər.

5. Sifarişçi İddiaçı2 ASC ilə icraçı Cavabdeh1 MMC arasında bağlanmış 2017-ci il 30 dekabr tarixli müqavilənin müddətinin uzadılmasına dair razılaşmadan görünür ki, sifarişçi və icraçı Ağdam, Ağstafa, Tovuz, Qəbələ, İsmayıllı, Qazax, Quba və Xaçmaz rayonlarında inşa edilən xalça emalatxanalarında tamamlanma işləri tam başa çatdırılmadığından və sifarişçiyə təhvil verilmədiyindən, tərəflər arasında bağlanmış müqavilələrin müddətinin eyni şərtlər daxilində 2018-ci il 30 iyul tarixədək uzadılması barədə razılığa gəlmişlər.

6. İsmayıllı şəhərində, Xaçmaz rayonu Qaradağ-Buduq kəndində, Quba şəhərində, Qəbələ şəhərində, Qazax şəhərində, Tovuz rayonu Düz Cırdaxan kəndində, Ağstafa şəhərində və Ağdam rayonu Quzanlı qəsəbəsində layihələndirilən bir mərtəbəli xalça istehsalı müəssisəsi binalarında əlavə tikinti-quraşdırma işlərinin görülməsi ilə əlaqədar tərtib edilərək, sifarişçi və icraçı tərəfindən təsdiq edilmiş aktlara (8 ədəd akt) əsasən müəyyən olunur ki, həmin aktlarda göstərilən ünvanlarda yerləşən obyektlərdə aparılan əlavə xidmətlərin dəyəri ƏDV daxil olmaqla, cəmi 121.062,61 manat (6.429,72 manat + 39.914, 67 manat + 5.113,46 manat + 5.770,05 manat + 4.934,76 manat + 9.580,80 manat + 5.150,65 manat + 44.168,50 manat) məbləğindədir və hər iki tərəf həmin aktları imzalamış, möhürləmişdir. Əlavə işlərin görülməsi ilə əlaqədar tərtib edilmiş digər aktlar isə sifarişçi tərəfindən imzalanmamış və möhürlənməmişdir.

7. Sifarişçi İddiaçı2 ASC ilə icraçı Cavabdeh1 MMC arasında bağlanılmış 2018-ci il 3 sentyabr tarixli “Xidmətlərin göstərilməsinə dair” müqavilədən görünür ki, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sifarişçinin müqavilə ilə müəyyən olunan tapşırıqlarına əsasən, icraçı Ağdam, Ağstafa, Tovuz, Qazax, Quba, Xaçmaz, Qəbələ və İsmayıllı rayonlarında tikinti-quraşdırma və abadlıq işlərinin həyata keçirildiyi vaxt yol verilmiş qüsurları aradan qaldırmaq xidmətini həyata keçirir. ASC isə işlərin aparılması üçün lazımi şəraiti yaratmalı, işlərin nəticəsini qəbul etməyi və xidmətin dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə xidmətlər 2018-ci ilin oktyabr ayı ərzində sifarişçiyə təhvil verilir (2-ci bənd). Müqavilə üzrə görüləcək xidmətlərin cəmi dəyəri ƏDV daxil 250.000 manat təşkil edir (4.1-ci bənd). Müqavilə imzalandığı andan qüvvəyə minir və 2018-ci il 31 dekabr tarixinədək qüvvədədir (6.1-ci bənd).

8. Sifarişçi İddiaçı2 ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasının və dövlət əmlakından istifadə auditinin nəticələrinə dair tərtib edilmiş 2019-cu il 20 sentyabr tarixli Auditor Hesabatının 2.1.9-cu bəndində göstərilir ki, ASC-nin işçi qrupu tərəfindən MMC-nin podratçısı olduğu 8 obyekt üzrə tərtib olunmuş “Qüsur aktları”na əsasən 250.000 manat məbləğind ə işlərin yerində olmadığı aşkar olunmuş və "xxxx"ı Qrupun üzvləri və MMC-nin direktoru Cavabdeh2 tərəfindən imzalanmışdır. İş həcminin yerində olmaması səbəbindən sifarişçi İddiaçı2 ASC ilə icraçı Cavabdeh1 MMC arasında yaranmış 250.000 manat məbləğində kreditor borcu azaldılmış və müvafiq mühasibat yazılışı verilmişdir. Hesabatın 3.5.1-ci bəndi ilə müəyyən olunur ki, “X2 Emalatxanasının tikintisi” obyekti üzrə 174.620,3 manat, "Qazax Xalça istehsalı Emalatxanasının tikintisi" obyekti üzrə 170.393,5 manat və 6 rayon (Ağstafa, Qəbələ, ismayıllı, Xaçmaz, Quba, Ağdam) xalça istehsalı emalatxanaları üzrə 26.285,5 manat olmaqla, ümumilikdə 371.299,3 manat məbləğində artırılmış iş həcminin dəyərinin podratçı təşkilat Cavabdeh1 MMC tərəfindən dövlət büdcəsinə ödənilərək bərpa edilməsi təklif olu nmuşdur.

9. Məhkəmə-mühasibatlıq ekspertizasının 2020-ci il 12 may tarixli 25295 №-li ekspert rəyindən görünür ki, elektron qaimələrin reyestri, İddiaçı2 ASC-nin analitik uçot kitabı və İddiaçı2 ASC tərəfindən Cavabdeh1 MMC-yə köçürülmüş vəsaitlərin çıxarış məlumatlarına əsasən Cavabdeh1 MMC-nin gördüyü işlərə görə İddiaçı2 ASC tərəfindən Cavabdeh1 MMCyə 2017-ci il ərzində 13.665.039,69 manat, 2018-ci il ərzində isə 1.242.931,83 manat məbləğində ödənişlər aparılmışdır.

10. Məhkəmə tikinti-texniki ekspertizasının 2020-ci il 8 iyul tarixli 25364 №-li ekspert rəyindən görünür ki, Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdam, Tovuz, Ağsafa və Qazax rayonlarında İddiaçı2 ASC-yə məxsus inzibati binalarının inşaası zamanı müxtəlif növ və eləcə də, gizli təmir işləri aparıldığından, həmin sahələrdə apar ılmış yenidənqurma, təmirtikinti və ayrıla bilməyən yaxşılaşdırılmalarına sərf olunmuş materialların və əmək haqqının miqdarını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materialında və əlavə olunmuş Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərfindən imzalanmış (əlavə işlər üzrə təhvil-təslim) aktda göstərilən işlər araşdırılmış və faktiki olaraq həmin işlərin yerində olduğunu nəzərə alaraq, əlavə aparılan yenidənqurma, təmir-tikinti və ayrıla bilməyən yaxşılaşdırılma işlərinə cəmi 1.328.286,15 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

11. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ASC (bundan sonra mətndə iddiaçı) ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddi a üzrə iddiaçı Cavabdeh1 MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 166.100 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2017-ci il 23 may tarixdə Quba şəhərində layihələndirilən birmərtəbəli xalça istehsalı binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin yerinə yetirilməsinə dair baş podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndində göstərilir ki, işlərin başlanma tarixi 2017-ci il 24 may, qurtarma tarixi 2017-ci il 20 oktyabrdır. Lakin həmin işlərin qurtarılmalı olduğu tarix gecikdirilmiş və podratçı təşkilat Quba şəhərində xalça emalatxanasında tikinti-qu raşdırma və abadlaşdırma işlərini vaxtında tamamlayaraq sifarişçiyə təqdim etməmişdir. Tikinti işlərinə başlamazdan əvvəl, 2017-ci il 22 may tarixdə tikinti işlərinə nəzarəti həyata keçirmək üçün, cəmiyyətdə yaradılmış işçi qrupunun ilk iclası keçirilmiş və həmin iclasda xalça emalatxanalarında işlərin mərhələlərə bölünərək başlanması və qurtarması tarixləri müyyən edilmişdir. İşçi qrupunun 2017-ci il 6 iyun tarixdə keçirilən növbəti iclasında artıq işlərin nöqsanlarla və ləngimələrlə yerinə yetirildiyi müəyyən edilmişdir.

13. İşçi qrupunun 2017-ci il 12 iyun tarixdə keçirilən iclasda isə ləngimələrin və çatışmazlıqların aradan qaldırılması üçün podratçı təşkilata 10 təqvim günü vaxt verilməsi qərara alınmış və iclas protokolunun surəti podratçı təşkilata göndərilmişdir. Həmin məsələyə mün asibətini bildirən podratçı təşkilatın direktoru isə 2017-ci il 22 iyun tarixli 08/2017 nömrəli məktubunda nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməkdə olduğu və bu tədbirlər nəticəsində göstərilən nöqsanların aradan qaldırıldığını bildirmişdir. “Tədbirlərin görülməkdə olduğu” ifadəsi tədbirlərin görülməsinin davam etdiyini bildirir. Lakin həmin cümlədə də nöqsanların aradan qaldırıldığı bildirilir. Cümlənin əvvəli ilə sonu bir-biri ilə ziddiyyət təşkil edir. Ləngimələrlə bağlı isə ciddi irəliləyişin müşahidə edildiyi qeyd edilir. Həmin məktubla podratçı təşkilat işlərin yerinə yetirilməsində nöqsan və ləngimələrin olduğunu etiraf etmişdir.

14. İşçi qrupunun 2017-ci il 20 iyun tarixdə keçirilən iclasında tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində çatışmazlıqların old uğu qeyd edilmişdir. Podratçı təşkilat isə müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirə bilməyəcəyini görərək müqavilənin müddətinin uzadılması barədə sifarişçiyə müraciətlər ünvanlamışdır. Məsələn, Quba xalça emalatxanası üzrə işlərin 2017-ci il 20 oktyabr tarixdə tamamlanması nəzərdə tutulduğu halda, işin təhvil verilməsinə 1 gün qalmış, yəni 2017-ci il 19 oktyabr tarixdə podratçı təşkilat sifarişçiyə məktub ünvanlayaraq müqavilənin müddətinin 2017-ci il 25 noyabr tarixinədək uzadılmasını xahiş etmişdir. Bundan sonra da sifarişçi ilə baş podratçı arasında imzalanmış razılaşmalara əsasən işlərin yekunlaşdırılması müddəti dəfələrlə uzadılmışdır. Yəni, 2017-ci il 20 oktyabr tarixli razılaşma ilə - 2017-ci il 25 noyabr tarixindək, 2017-ci il 10 noyabr tarixli razılaşm a ilə - 2017-ci il 30 dekabr tarixinədək və nəhayət, 2017-ci il 30 dekabr tarixli razılaşma ilə - 2018-ci il 30 iyul tarixinədək. Lakin bu müddət ərzində də işlər tamamlanaraq sifarişçiyə təhvil verilməmişdir.

15. Podratçının işləri yekunaşdıra bilməyəcəyini görüncə, məcburiyyət qarşısında qalaraq işlərin tamamlanması üçün 2018-ci il 3 sentyabr tarixdə iddiaçı ilə "xxxx" MMC arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Sifarişçi (iddiaçı) tərəfindən podratçı təşkilata (cavabdehə) dəfələrlə yazılı şəkildə müraciət edilərək, işlərin vaxtında və lazımi qaydada təhvil verilməsinin zəruri olduğunu, əks təqdirdə müqavilə və qanunvericiliyə uyğun olaraq cərimə ödəmək məcburiyyətində olacağının bildirilməsinə baxmayaraq, podratçı təşkilat tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmişdir. Tərəflər arasında yaranmış mübahisəli məsələləri məsləhətləşmələr yolu ilə həll etmək məqsədi ilə AX-03/0148 nömrəli məktubla podratçıya pretenziya ilə müraciət edilmişdir. Pretenziyada qaldırılan məsələyə podratçı tərəfindən verilən 2018-ci il 8 sentyabr tarixli 33/2018 nömrəli cavab məktubunda məsələyə hər hansı məntiqi münasibət bildirilməmişdir.

16. Müqaviləyə əsasən Quba xalça emalatxanası üzrə işlərin dəyəri ilkin olaraq 1.711.000 manat müəyyən edilmiş olsa da, 2017-ci il 27 sentyabr tarixli “X1” ilə müqavilə üzrə işlərin dəyəri 1.661.000 manat olaraq razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.4-cü bəndinə əsasən, podratçı müqavilə üzrə obyektin təhvil verilmə müddətini gecikdirildiyi hər gün üçün işlərin ümumi dəyərinin 0,5 faizi məbləğin də cərimə ödəməlidir. Cavabdeh obyektin təhvil verilmə müddətini gecikdirmiş olduğundan, iddiaçıya ödəyəcəyi cərimə məbləği 3.276.565 manat təşkil etmişdir. Lakin müvafiq qanunvericilik normalarına görə müqavilə dəyərinin 10%-dən çox cərimə tətbiq edilməməsi və tərəflər arasında “Qiymət dəqiqləşdirmə protokolu” nəzərə alınaraq, baş podrat müqaviləsi üzrə podratçı təşkilat tərəfindən sifarişçiyə cərimə kimi ödəniləcək pulun miqdarı 166.100 manat məbləğində müəyyən edilmişdir.

17. İddiaçı tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 462, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 4.3-cü maddələrinə istinad etmişdir.

18. İlkin iddiaya qarşı etiraz təqdim edilməmişdir.

19. Daha sonra cavabdeh “borcun tutu lması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilərək, iddiaçıdan 1.219.089,90 manat əsas borc və 267.605,10 manat ƏDV borcu olmaqla, ümumilikdə 1.486.695 manat məbləğində pul vəsaitinin tutulması, 261.982 manat məbləğində anbar qalığı olan mal-materialın geri qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2017-ci il 30 mart tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsində, 2017-ci il 25 aprel tarixdə Tovuz rayonu Düz Cırdaxan kəndində, 2017-ci il 24 aprel tarixdə Xaçmaz rayonu Qaradağ-Buduq kəndində, 2017-ci il 1 may tarixdə Ağ stafa şəhərində, 2017-ci il 1 may tarixdə İsmayıllı şəhərində, 2017-ci il 1 may tarixdə Qəbələ şəhərində, 2017-ci il 23 may tarixdə Quba şəhərində və 2017-ci il 19 iyun tarixdə Qazax şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı binalarının tikinti-quraşdırma və abadlaşdırma işlərinin yerinə yetirilməsinə dair baş podrat müqaviləsi imzalanmışdır. Müqavilələrin şərtlərinə əsasən, icraçı yuxarıda göstərilən ünvanlarda layihələşdirilən bir mərtəbəli xalça istehsalı binalarında tikintiquraşdırma və abadlaşdırma işlərini vaxtında təhvil verməli, sifarişçi isə öz növbəsində işlərin aparılması üçün lazımi şərait yaratmalı, işlərin nəticələrini qəbul etməli və müqavilə dəyərini ödəməlidir.

21. Cavabdeh icraçı olaraq bütün layihələri uğurla başa çatdırmış və dövlət əhəmiyyətli layihələr olan həmin xalça emalatxanaları iddiaçı tərəfindən istismara qəbul edilmişdir. Tikintiquraşdırma işlərinin müəyyən mərhələlərində icraçının iradəsindən kənar olaraq (məsələn, hava şəraitinin əlverişsizliyi) işdə tikintinin ümumi vəziyyətinə təsir etməyəcək ölçülərdə gecikmələr olmuşdur. Ona görə də, sifarişçi təşkilat 2017-ci il 12 iyun tarixdə ləngimələr və çatışmazlıqların aradan qaldırılması üçün icraçıya 10 gün vaxt vermiş və işçi qrupunun iclas protokolunun surətini icraçıya göndərmişdir. 2017-ci il 22 iyun tarixli 08/2017 saylı məktubla sifarişçiyə rəsmi olaraq bildirilmişdir ki, icraçı tərəfindən görülən tədbirlər nəticəsində nöqsanlar aradan qaldırılmışdır.

22. Sifarişçinin xüsusi olaraq vurğulamaqda olduğu “Tədbirlərin görülməkdə olduğu” ifadəsinə gəlincə, isə bildirilir ki, davam edən hər bir tikinti araşdırma və abadlaşdırma işlərində tədbirlərin görülməsinin davam etməkdə olması təbiidir. İcraçı işlərə başladığı andan, xüsusən də 2017-ci ilin iyun ayından etibarən sifarişçinin rəhbərliyi içraçının işinə hədsiz dərəcədə müdaxilələr etməyə başlamış, obyektlərdə çalışan mühəndis və texniki işçiləri əsassız olaraq obyektlərdən uzaqlaşdırmış, işləri heç bir mühəndislik təhsili və təcrübəsi olmayan şəxslərə həvalə etmişdir. İcraçı tərəf dəfələrlə şifahi və yazılı olaraq bu barədə iddiaçının rəhbərliyinə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır.

23. Digər tərəfdən, iddiaçının rəhbərliyi qanunsuz olaraq, icraçının hesabına daxil olan pulların təyinatını aparmış ASC-dən icraçının hesabına daxil olan vəsaitin xeyli hissəsini obyektlərin tikintisində, mal-materi alların alınmasında heç bir iştirakı və əməyi olmayan şəxslərə və təşkilatlara köçürməyə göstəriş vermişdir. Sifarişçi olaraq belə bir hüququ olmadığı barədə icraçının şifahi və yazılı müraciətlərinə əhəmiyyət verilməmişdir.

24. Görülmüş işlərin və alınmış mal-materialın pulunu icraçıya ödəməkdən imtina edən iddiaçıya 2017-ci il 27 noyabr tarixli 29/2017 saylı pretenziya göndərilmişdir. Pretenziyanın göndərilməsindən sonra cavabdeh təşkilat 2017-ci ilin dekabr ayından başlayaraq müqavilə və smeta üzrə görülən işlərdən ödəməli olduğu vəsaiti çətinliklə hissə-hissə 2018-ci ilin sonuna qədər ödəmişdir. Müqavilə və smetada nəzərdə tutulmayan, lakin sifarişçi təşkilatın istəyi ilə görülən əlavə işlərdən ödəməli olduğu 1.486.695 manatdan isə heç bir ödəniş edilməmişdir. Əksinə, uzun müddət gö rülmüş işlərin və alınmış malmaterialın pulunu icraçıya ödəməkdən imtina edən iddiaçının rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalmışdır. Məsələn, 2018-ci ilin sentyabr ayında icraçıya heç bir qanuni əsası və hüquqi bazası olmayan pretenziya göndərərək, icraçıdan 8 rayonda tikilmiş və iddiaçı tərəfindən faktiki istismara qəbul edilərək, xalça istehsalına başladığı və rəsmi açılışının olduğu bu obyektlərə görə 28.407.876 manat cərimə ödənilməsini tələb etmişdir.

25. Bundan əlavə, iddiaçı tərəfin rəhbərliyinin göstərişi və israrı ilə xalça istehsalı binalarının tikintisi və abadlaşdırılması prosesində müqavilələrdə və smetada nəzərdə tutulmayan əlavə işlər yerinə yetirilmişdir. Belə ki, iddiaçının sifarişi əsasında Quba şəhərində inşa edilən xalça istehsalı binasında müqavilədən və smetadan kənar 262.966 manatlıq, Xaçmaz rayonu Qaradağ-Buduq kəndində tikilən xalça istehsalı binasında 262.921 manatlıq, Qəbələ şəhərində tikilən xalça istehsalı binasında 249.270 manatlıq, İsmayıllı şəhərində tikilən xalça istehsalı binasında 164.030 manatlıq, Ağstafa şəhərində tikilən xalça istehsalı binasında 152.460 manatlıq, Tovuz rayonu Düz Cırdaxan kəndində tikilin xalça istehsalı binasında 136.090 manatlıq, Qazax şəhərində tikilən xalça istehsalı binasında 130.572 manatlıq və Ağdam rayonu Quzanlı qəsəbəsində tikilən xalça istehsalı binasına 262.966 manatlıq əlavə işlərgörülmüşdür. İddiaçının göstərişi əsasında yerinə yetirilmiş müqavilədən kənar həmin işlərin ümumi həcmi ƏDV daxil 1.486.695 manat təşkil edir. Bu işlərin təhviltəslim aktları (2 saylı forma) 2017-ci il 25 dekabr tarixli 34/ 2017 saylı müşaiyətedici məktubla qarşı tərəfin rəhbərliyinə təqdim edilmişdir. Lakin bu aktlar iddiaçının rəhbərliyi tərəfindən imzalanmamışdır. Təkrar olaraq 2018-ci il 15 yanvar tarixli 02/2018 saylı məktubla iddiaçıya müraciət edilərək, aktların təsdiqlənib icraçıya geri qaytarılması xahiş edilsə də, qarşı tərəf həmin müraciətə cavab verməmişdir. İsrarlı tələblər nəticəsində sifarişçi təşkilat əlavə işlərin (müqavilədən kənar) 121.061 manatlıq hissəsini təsdiqləmişdir. Belə ki, İsmayıllı şəhərindəki xalça istehsalı binası üzrə 6.429 manat, Xaçmaz rayonunun Qaradağ-Buduq kəndindəki binada manat, Quba səhərindəki binada 5.113 manat, Qəbələ şəhərindəki binada 5.770 manat, Qazax şəhərindəki binada 4.934 manat, Tovuz rayonu Düz Cırdaxan kəndindəki binada 9.580 manat, Ağstafa şəhərindəki bin ada 5.150 manat və Ağdam rayonu Quzanlı qəsəbəsindəki binada 44.168 manat dəyərində smetada və müqavilədə nəzərdə tutulmayan əlavə işlər sifarişçi tərəfindən qəbul edilərək imzalansa da, bu günədək həmin məbləğləri icraçıya ödəməmişdir. Müqavilədənkənar və smetada nəzərdə tutulmayan əlavə işlərə görə ödəniş etməkdən yayınmaq məqsədilə əlavə işlərin guya podratçı təşkilatın öz vəsaiti hesabına həyata keçirəcəyini öhdəsinə götürdüyünü göstərən akt hazırlamış və icraçıdan onu imzalamağı tələb etmişdir. İcraçı bu aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra sifarişçi məhkəməyə müraciət etmşdir.

26. Sifarişçinin, icraçının işləri yekunlaşdıra bilməyəcəyini görüncə məcburiyyət qarşısında qalaraq işlərin tamamlanması üçün 2018-ci il 5 sentyabr tarixdə "xxxx" MMC ilə müqavilə bağlaması isə, icr açıya ödəməli olduğu pulun 250.000 manatını ödəməməsi üçün planlaşdırılmışdır. Belə ki, həmin təşkilatın rəhbəri İddiaçı2 ASC-nin rəhbərliyinə yazmış olduğu bir əlyazmasında, görmüş olduğu işlərin ümumi dəyərinin 95.000 manat olduğunu, “Qalan məbləğin də ASC rəhbərliyinin istəyinə uyğun” həll edəcəyini bildirmişdir.

27. Eyni zamanda, icraçıya məxsus 261.982 manat məbləğində olan və icraçının anbar qalığı sayılan mal-material iddiaçı tərəfindən qanunsuz saxlanılaraq geri qaytarılmamışdır. Bu barədə 2017-ci il 11 dekabr tarixli 33/2017 saylı və 2018-ci il 15 yanvar tarixli 01/2018 saylı məktublarla iddiaçıya müraciət olunmuşdur. Lakin iddiaçı həmişə olduğu kimi həmin müraciətlərə məhəl qoymamışdır.

28. İddiaçının icraçının görmüş olduğu əlavə işlərə görə yaranmış olan 1.486.695 manat borcunu ödəməməsi və qanunsuz olaraq saxladığı mal-materialın geri qaytarılmaması onun işini iflic vəziyyətə salmışdır. Podrat müqaviləsinin 2-ci maddəsinin tələbinə əsasən cavabdeh yuxarıda adları çəkilən 8 rayonda layihələndirilən birmərtəbəli xalça istehsalı binalarının tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında tikib təhvil vermişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş “Obyektlərin istismara qəbul aktları” da bunu təsdiq edir. Digər tərəfdən cavabdehin təqdim etdiyi 2 saylı Formaların ən sonuncuları 2017-ci ilin dekabr ayı olmaqla, iddiaçı tərəfindən təsdiq edilmişdir.

29. Cavabdeh qarşılıqlı iddia tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 25, 29, 60, 129, Azərbaycan Respublikası MM-in 752.1, Azərbaycan Respublikası MPM-in 9.1, 155, 156, “İnsan hüquqları haqqına” Ümumi bəyannnamənin 8, 10, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddələrinə istinad etmişdir.

30. Qarşılıqlı iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

31. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli 2-2(119)-14/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, cavabdehdən 166.100 manat məbləğində cərimə (penya) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 166.130 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin isə qismən təmin edilərək, iddiaçıdan 121.062,61 manat məbləğində borc və 5 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 121067,61 manat məbləğində pul vəsaitinin cavabdehin xeyrinə tutulması, qarşıl ıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Zülfüqar Sadıqov).

32. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2017-ci il 23 may tarixli tikinti üçün baş podrat müqaviləsinin tələblərinə uyğun olaraq “icraçı” Quba şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı binasında tikinti-quraşdırma və abadlaşdırma işlərini 2017-ci il 20 oktyabr tarixədək yekunlaşdıraraq “sifarişçi”yə təhvil verməli olduğu halda, həmin tarixədək bu öhdəliyini yerinə yetirə bilməmiş və buna görə də, tərəflər arasında imzalanmış razılaşmalara əsasən həmin işlərin görülmə müddəti son olaraq 2018-ci il 30 iyul tarixinədək (2017-ci il 20 oktyabr tarixli razılaşma ilə - 2017-ci il 25 noyabr tarixindək, 2017-ci il 10 noyabr tarixli razılaşma ilə - 2017-ci il 30 dekabr tarixinədək və 2017-ci il 30 dekabr tarixli razılaşma ilə - 2018-ci il 30 iyul tarixinədək) uzadılmışdır. Həmin razılaşmalarda müqavilə müddətinin uzadılmasının səbəbi kimi “işlərin başa çatdırılmaması və sifarişçiyə təhvil verilməməsi” göstərilmişdir. Buna görə də, podrat müqaviləsinin 3.2.4-cü bəndinə əsaslanaraq sifarişçi tərəfindən icraçıya 166.100 manat məbləğində cərimə hesablanmışdır.

33. Məhkəmə araşdırması zamanı icraçının qanuni təmsilçisi həmin cərimə məbləğinin miqdarını mübahisələndirməsə də, podrat müqaviləsi üzrə icraçının üzərinə götürdüyü öhdəlikləri pozmadığını və Quba şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı binasının tikintisi vaxtında yekunlaşdırılaraq, sifarişçiyə təhvil verildiyini bildirərək, həmin tələb olunan cərimə məbləğinin tutulmasına etirazını bildirmişdir. Lakin tədqiq edilən sübutlarla icraçının müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməməsi öz təsdiqini tapmışdır.

34. Məhkəmə qarşılıqlı iddia üzrə verilmiş tələblərinə münasibətdə bildirmişdir ki, Ağdam rayonu Quzanlı qəsəbəsində, Tovuz rayonu Düz Cırdaxan kəndində, Xaçmaz rayonu Qaradağ-Buduq kəndində Ağstafa şəhərində, İsmayıllı şəhərində, Qəbələ şəhərində, Quba şəhərində və Qazax şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı müəssisəsi binalarında əlavə tikinti-quraşdırma işlərinin görülməsi ilə əlaqədar tərtib edilərək icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş aktlara (8 ədəd akt) əsasən həmin obyektlərdə əlavə görülən işlərə görə ƏDV daxil cəmi 121.062,61 manat məbləğində pul vəsaitinin xərcləndiyi və həmin pul vəsaitinin sifarişçi tərəfindən icraçıya ö dənilmədiyi təsdiq olunmuşdur. Əlavə görülən işlərə görə qarşılıqlı iddia ərizəsində tələb olunan pul vəsaiti qalan hissədə öz təsdiqini tapmamışdır. 35. 2020-ci il 8 iyul tarixli 25364 №-li ekspert rəyində əlavə aparılan yenidənqurma, təmirtikinti və ayrıla bilməyən yaxşılaşdırılma işlərinə cəmi 1.328.286,15 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən edilmiş olsa da, həmin rəydə cavabdehin direktoru Cavabdeh2 tərfindən imzalanmış (əlavə işlər üzrə təhvil-təslim) aktlarına və faktiki olaraq həmin işlərin yerində olmasına görə qeyd olunan nəticəyə gəlindiyi qeyd olunmuşdur. Aktların 121.062,61 manat məbləğində pul vəsaitini əks etdirən hissəsindən başqa, digər aktlar sifarişçi tərəfindən təsdiq edilməmiş və eləcə də, həmin əlavə işlərin görülməsinin sifarişçi ilə razılaşdırılması, həmç inin yerində olan məlum işlərin məhz cavabdeh və yaxud, digər icraçı tərəfindən yerinə yetirilib-yetirilməməsi öz təsdiqini tapmamışdır. Buna görə də, ekspert rəyi qeyd olunan halın müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilməmişdir.

36. Həmçinin, qarşılıqlı iddia ərizəsində “261.982 manat məbləğində anbar qalığı olan mal-materialın geri qaytarılması” barədə iddia tələbində qaytarılması tələb olunan əmlakların adı və digər zəruri əlamətləri qeyd edilməyərək, iddia tələbi dəqiq ifadə olunmamış və eyni zamanda, məhkəmə araşdırması zamanı həmin qarşılıqlı iddia tələbi mötəbər sübutlar əsasında öz təsdiqini tapmamışdır.

37. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 752.1, 753, 762.1, 762.2-ci, Azərbaycan Respublikası MPMin 14.2, 88, 103.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, iddiaçıdan 1.207.253,00 manat məbləğində pul vəsaitinin tutulması və 261.982,00 manat məbləğində anbar qalığı olan mal-materialın cavabdehə qaytarılması barədə yeni qətnamə çıxarııması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

39. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 166.100 manat cəriməni n iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilməsi, cavabdehdən 10.000 manat cərimə (penya) iddiaçının xeyrinə tutulması, qətnamənin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən Zaur Məmmədov, hakimlər Elman Əhmədov və Fuad Məmmədov).

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığı hissəyə münasibətdə göstərmişdir k, Ağdam rayonu Quzanlı qəsəbəsində, Tovuz rayonu Düz Cırdaxan kəndində, Xaçmaz rayonu Qaradağ-Buduq kəndində Ağstafa şəhərində, İsmayıllı şəhərində, Qəbələ şəhərində, Quba şəhərində və Qazax şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı müəssisəsi binalarında əlavə tikinti-quraşdırma işlərinin görülməsi ilə əlaqədar tərtib edilərək iddiaçı və cavabdeh tərəfind ən təsdiq edilmiş aktlara (8 ədəd akt) əsasən həmin obyektlərdə əlavə görülən işlərə görə ƏDV daxil cəmi 121.062,61 manat pul vəsaitinin xərcləndiyi və həmin pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə ödənilmədiyi təsdiq olunmuş, əlavə görülən işlərə görə qarşılıqlı iddia ərizəsində tələb olunan pul vəsaiti qalan hissədə öz təsdiqini tapmamışdır.

41. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, 2020-ci il 8 iyul tarixli ekspert rəyində əlavə aparılan yenidənqurma, təmir-tikinti və ayrıla bilməyən yaxşılaşdırılma işlərinə cəmi 1.328.286,15 manat vəsaitin sərf olunduğu müəyyən edilmiş olsa da, həmin rəydə cavabdehin direktoru Cavabdeh2 tərəfindən imzalanmış (əlavə işlər üzrə təhvil-təslim) aktlarına və faktiki olaraq həmin işlərin yerində olmasına görə qeyd olunan nəticəyə gəlindiyi qeyd olunmuş dur. Həmin aktların 121.062,61 manat pul vəsaitini əks etdirən hissəsindən başqa, digər aktlar ASC tərəfindən təsdiq edilməmiş və eləcə də, həmin əlavə işlərin görülməsinin iddiaçı ilə razılaşdırılması, həmçinin yerində olan məlum işlərin cavabdeh və yaxud, digər icraçı tərəfindən yerinə yetirilib-yetirilməməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən, həmin ekspert rəyi qeyd olunan halın müəyyən edilməsində mötəbər sübut kimi qəbul oluna bilməz.

42. Bundan başqa, cavabdeh apellyasiya şikayətində “261.982 manat anbar qalığı olan mal-materialın geri qaytarılması” barədə tələb irəli sürsə də, şikayətdə həmin mal-materialın hansı əsasla tələb olunması əsaslandırılmamış, məhkəmə kollegiyasının iclasında şikayətin dəlilinin əsaslılığı ilə bağlı heç bir mötəbər sübut təqdim olunmamışdır.

43. Birinc i instansiya məhkəməsi işin materiallarında olan tərəflər arasında imzalanmış razılaşmalara istinad edərək qeyd etmişdir ki, həmin sübutlarla cavabdehin müqavilə (2017-ci il 23 may tarixli) üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməməsi öz təsdiqini tapmışdır. Razılaşmalara əsasən həmin işlərin görülmə müddəti son olaraq 2018-ci il 30 iyul tarixinədək uzadılmışdır. Buna əsaslanan məhkəmə ilkin iddia tələbini tam təmin etməklə cavabdehdən 166.100 manat cəriməni (penya) iddiaçının xeyrinə tutmuşdur. 44. 2017-ci il 27 sentyabr tarixli “X1”ndan görünür ki, tərəflər arasında Quba rayon Xalça emalatxanasının tikintisi üçün bağlanmış 2017-ci il 23 may tarixli müqavilədə göstərilən qiyməti smetada göstərilən qiymətlə uyğunlaşdırmaqdan ötrü onlar “1.711.000” əvəzinə 1.661.000 manat (ƏDV d axil) hesab edilməsi barədə razılığa gəlmişlər. Hər iki tərəfin rəhbərliyinin imzası və möhürü ilə təsdiqlənmiş qiymət cədvəlindən görünür ki, Quba şəhəri, 16-cı məhəllə, Fətəli xan küçəsində layihələndirilən bir mərtəbəli xalça istehsalı müəssisəsi binasının iş həcmi 1.661.000 manat məbləğində qiymətləndirilmişdir.

45. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktlarından görünür ki, iyul ayından başlayaraq ilkin iddia üzrə cavabdeh 1.661.000 manat məbləğində qiymətləndirilmiş işləri hissə-hissə təhvil verməyə başlamışdır. Belə ki, 2017-ci ilin iyul ayında 434.064.04 manat, 2017-ci ilin avqust ayında 278.501.93 manat, 2017-ci ilin sentyabr ayında 272.092, 97 manat, 2017-ci ilin oktyabr ayında 113.069,06 manat, 2017-ci ilin noyabr ayında 76.263.14 manat və son dəfə 2017-ci ilin dekabr ayında 487.008, 88 manat məbləğində iş cavabdeh tərəfindən təhvil verilmiş və həmin işlər iddiaçı tərəfindən təhvil alınmışdır. Həmin təhvil alınmış işlərin məbləği müqavilə məbləği ilə tam üst-üstə düşür (434 064.04 manat+278 501.93 manat+ 272 092, 97 + 113 069,06+113 069,06+ 76 263.14 manat + 487 008, 88 manat = 1 661 000, 02 manat) və müvafiq aktlar hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzası və möhürü ilə təsdiqlənmişlər.

46. Aktlarla təsdiqlənir ki, ən geci 1.661.000 manat məbləğində iş dekabr ayında iddiaçıya təhvil verilmişdir. Müqavilə müddətinin bitdiyi oktyabr ayında ilkin iddia üzrə cavabdeh artıq 1.097.728 manat məbləğdə işi iddiaçıya təhvil vermişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi özü də apellyasiya şikayətində və məhkəmə iclasında verdiyi izahatında həmin aktlara istinad edərək, işlərin ən geci dekabr ayında iddiaçıya təhvil verildiyini bildirmişdir.

47. Həmçinin, mətbuatda dərc olunmuş kütləvi informasiya vasitələrinin məlumatlarında iddiaçının Quba filialının 2017-ci il dekabrın 7-də istifadəyə verildiyi öz əksini tapmışdır. Cavabdehin 2017-ci il 25 dekabr tarixli məktubundan görünür ki, Qazax xalça emalatxanası istisna olmaqla, digər yeddi rayonda yerinə yetirilmiş müqavilədən kənar işlərin 2 saylı formaları iddiaçıya göndərilmişdir. Həmin məktubun məzmunundan müəyyən olunur ki, 25 dekabrda nəinki əsas işlər, əlavə işlər də artıq görülmüş və ilkin iddia üzrə iddiaçıya təhvil verilmişdir. Bundan başqa, əlavə işlərin görülməsi ilə bağlı hər iki tərəfin təsdiq etdiyi 121.062,61 manat məbləğində olan 8 akt da 2017-ci ildə imzalanmışdır. Beləliklə, iddiaçının iddia etdiyi kimi, podratçının müqavilə üzrə obyektin təhvil verilmə müddətini gecikdirdiyi 383 günlə bağlı qeyd olunmalıdır ki, həmin müddət 2017-ci il 20 oktyabr - dekabr tarixi ilə məhdudlaşır. Yəni, cavabdeh yalnız oktyabr - dekabr ayları ərzində gecikməyə yol vermişdir.

48. Birinci instansiya məhkəməsi əlavə işlərin görülməsi ilə bağlı işdə olan və hər iki tərəfin imzaladığı, möhürlə təsdiqlədiyi 8 akta istinad edərək, qarşılıqlı iddianı haqlı olaraq qismən təmin etsə də, ilkin iddianı tam təmin edərkən iş üzrə mötəbər sübut hesab olunan yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktlarına heç bir münasibət bildirməmişdir.

49. İddiaçı təşkilat iddia ərizəsi ilə müraciət edən zaman cavabdehdən 166.100 manat cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi razılaşmalara əsasən işlərin görülmə müddətinin son olaraq 2018-ci 30 iyul il tarixinədək uzadılmasını əsas gətirərək iddianı tam təmin etmişdir. İşlərin görülmə müddətinin 2018-ci il 30 iyul tarixədək uzadılması barədə tərəflərin razılaşması yalnız formal olmuş, cavabdehin nümayəndəsi Cavabdeh2 məhkəmə kollegiyasının iclasında ödənişlərdə ləngimələr olduğu üçün qarşı tərəfin təklifi ilə həmin razılaşmaları imzaladığını bildirmişdir.

50. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin müəyyən etdiyi cərimənin məbləği ilə razlaşmamış və qeyd etmişdir ki, hər hansı müqavilə, o cümlədən podrat müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Nəzərə alınsa ki, müqavilə üzrə artıq iyul ayından başlayaraq işlər hissəhissə iddiaçıya təhvil verilmişdir və gecikdirilən günlər iddiaçının iddia etdiyi kimi deyil oktyabr - dekabr aylarında olmuşdur, 166.100 manat cərimə hesablanması ağlabatan sayıla bilməz. Bu baxımdan, dəbbə pulu hissəsində iddia tələbini tam - 166.100 manat məbləğində təmin edərkən birinci instansiya məhkəməsi işin qeyd olunan bu hallarını nəzərə almamışdır. Əsas borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə birinci instansiya məhkəməsinin qətnaməsi gecikdirməyə görə 166.100 manat məbləğində dəbbə pulu borcunun tutulm ası hissəsində dəyişdirilərək, həmin məbləğ 10.000 manat müəyyən edilmişdir.

51. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-nin 385.1, 425.1, 427.3, 442, 445, 448.1, 462.1, 467, 752, 753, 762.1, 762.2, Azərbaycan Respublikası MPM-in 88, 103.1, 372.6, 372.7, 384.0.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 52. 2021-ci il 17 may tarixində iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin - MMC-dən 10.000 manat məbləğində cərimənin (penyanın) ASC-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında ilkin iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 53. 2021-ci il 1 iyun tarixində cavabdeh kassasiya şikayəti verərək, qeyd olunan qətnamədən k assasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin - qarşılıqlı iddia ərizəsinin təmin edilməyən hissəsində qismən ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin, onlara qarşı etirazın dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçının kassasiya şikayətinin dəlilləri

54. Əvvəlki məhkəmə araşdırılmaları zamanı müəyyən edilmişdir ki, 2017-ci il 23 may tarixli tikinti üçün baş podrat müqaviləsinin tələblərinə uyğun olaraq cavabdeh Quba şəhərində layihələndirilən birmərtəbəli xalça istehsalı binasında tikinti-quraşdırma və abadlaşdırma işlərini 2017-ci il 20 oktyabr tarixədək yekunlaşdıraraq, ASC-yə təhvil verməli olduğu halda, həmi n tarixədək bu öhdəliyini yerinə yetirə bilməmiş və buna görə də tərəflər arasında imzalanmış razılaşmalara əsasən həmin işlərin görülmə müddəti son olaraq 2018-ci il 30 iyul tarixinədək uzadılmışdır.

55. Həmin razılaşmalarda müqavilə müddətinin uzadılmasının səbəbi kimi “işlərin başa çatdırılmaması və sifarişçiyə təhvil verilməməsi” göstərilmişdir. Buna görə də podrat müqaviləsinin 3.2.4-cü bəndinə əsaslanaraq, sifarişçi tərəfindən icraçıya 166.100 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı icraçı cavabdehin qanuni təmsilçisi həmin cərimə məbləğinin miqdarını mübahisələndirməmiş, ümumi olaraq cərimənin tətbiq edilməsinə etiraz etmişdir. Lakin birinci instansiyada araşdırma zamanı tədqiq edilən sübutlarla icraçının müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi öz təsdiqini tapmışdır.

56. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış 2018-ci il 3 sentyabr tarixli “Xidmətlərin göstərilməsinə dair” müqavilədən görünür ki, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sifarişçinin müqavilə ilə müəyyən olan tapşırıqlarına əsasən icraçı Ağdam, Ağstafa, Tovuz, Qazax, Quba, Xaçmaz, Qəbələ və İsmayıllı rayonlarında tikintiquraşdırma və abadlıq işlərinin həyata keçirildiyi vaxt yol verilmiş qüsurları aradan qaldırmaq xidmətini həyata keçirir. Müqavilə üzrə xidmətlər 2018-ci ilin oktyabr ayı ərzində sifarişçiyə təhvil verilir (2-ci bənd). Müqavilə üzrə görüləcək xidmətlərin cəmi dəyəri ƏDV daxil 250.000 manat təşkil edir (4.1-ci bənd).

57. İddiaçıya dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasının və dövlət əmlakından istifadəsinin auditinin nətic ələrinə dair tərtib edilmiş 2019-cu il 20 sentyabr tarixli Auditor Hesabatının 2.1.9-cu bəndində göstərilir ki, ASC-nin işçi qrupu tərəfindən MMC-nin podratçısı olduğu 8 obyekt üzrə tərtib olunmuş “Qüsur aktları”na əsasən 250.000 manat məbləğində işlərin yerində olmadığı aşkar olunmuş və "xxxx" Qrupun üzvləri və cavabdehin direktoru Cavabdeh2 tərəfindən imzalanmışdır. İş həcminin yerində olmaması səbəbindən tərəflər arasında yaranmış 250.000 manat məbləğində kreditor borcu azaldılmış və müvafiq mühasibat yazılışı verilmişdir. Həmin hesabatın 3.5.1-ci bəndi ilə müəyyən olunur ki, “X2 Emalatxanasının tikintisi” obyekti üzrə 174.620,3 manat, “Qazax Xalça istehsalı Emalatxanasının tikintisi” obyekti üzrə 170.393,5 manat və 6 rayon (Ağstafa, Qəbələ, İsmayıllı, Xaçmaz, Quba, Ağdam) xalça isteh salı emalatxanaları üzrə 26.285,5 manat olmaqla, ümumilikdə 371.299,3 manat məbləğində artırılmış iş həcminin dəyərinin cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilərək bərpa edilməsi təklif olunmuşdur.

58. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası MM-in 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 462,1, 465.1-ci, Azərbaycan Respublikası MPM-in 14.1, 77.1, 88, 217.1, 217.3, 218.1, 418.1, 417.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

59. Vəkil iş materialları ilə tanış olduqdan sonra hazırki kassasiya şikayətinə verəcəyi əlavə ərizədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlillərini təqdim edəcəkdir. İlkin olaraq aşağıdakı maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsinə gəlini r. Belə ki, məhkəmələr sübutları qiymətləndirərkən tərəflər arasında podrat müqaviləsi əsasında görülən işləri və onların nəticələrini formal olaraq qiymətləndirmiş, müqavilədən kənar görülmüş işləri qəbul etmələrinə və tanımalarına, həmin işlərin sifarişçi tərəfindən qəbul edilməsi nəticəsinə gəlmələrinə baxmayaraq, işlərin sifarişçiyə məxsus binalarda görülməsinə sifarişçinin razılıq verməsi, həmin işlərin nəticələrini arzu etməsi və onların həyata keçirilməsini arzulaması sonra podratçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmələr müqavilə öhdəlikləri barədə qaydaları qeyrimüqavilə öhdəliklərinə tətbiq etməli olduğu halda bunu etməmişlər.

60. Məhkəmələr müqavilədə nəzərdə tutulmayan, lakin faktiki icra edilmiş işlərin görülməsini təsdiq edən sənədlərin podratçı tərəfindən t əqdim edilməsinə baxmayaraq, müqavilədən kənar münasibətlərin xarakterini araşdırmamış və ona qiymət verməmişlər.

61. Məhkəmələr nəzərə almamışlar ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

62. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında podrat müqaviləsinin uzadılması barədə müqavilələri sifarişçinin öz öhdəliklərini icra etmək üçün bağlanmış əqdlər kimi qəbul etmiş, həmin müqavilələrdə işlərin görülməsi hissəsini faktiki yalançı əqd olaraq qəbul etmiş və ilkin iddiaçının tələbini azaldarkən buna istinad etmişdir. Podrat müqaviləsinin müddətinin uzadılması barədə müqavilələrin bağlanmasında sifarişçinin sui-istifadəsi onun podrat müqaviləsinin tərəfi olaraq, öz mövqeyindən daha geniş sui-istifadə etməsini təsdiqləyir, bu həmdə müqavilə şərtlərində də özünü göstərir. Məhkəmə iddiaçının öz hüquqlarından bu suiistifadəyə qiymət verməmişdir.

63. Məhkəmələr sübutlara qiymət verərkən birtərəfli mövqe tutmuş və ekspertiza rəyinin əsası olan və qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi sənədləri sübut kimi qiymətləndirməmiş, həmin sənədlərdə olan və ekspert rəyinin əsasını təşkil edən halları araşdırmadan birtərəfli qərar qəbul etmişdir.

64. Cavabdeh kassasiya şikayətinдя Azərbaycan Respublkası MPM-in 386, 417.1.3, 418.1, 418.2, 4 18.3-cü maddələrinə istinad etmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

65. Kassasiya şikayətinə qarşı heç bir tərəf etiraz təqdim etməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

66. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir.

67. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

68. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin t ələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişlər.

69. İddiaçı və cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

70. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməmə lidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

71. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludu r. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəb ərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyə t daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesa b edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul et mirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.” “Maddə

762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtl əşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır....”

72. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

19. Hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar “19.1. Hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir:... 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hə dləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” 73. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında nəzərdə tutulmuşdur: … Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya də yişdirilməsi üçün əsas yoxdur.

75. İddiaçı kassasiya şikayətində cavabehdən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə tələb olunan cərimənin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş məbləği ilə razı olmadığını göstərmiş, yalnız işin faktiki hallarına istinad etmiş, maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmişdir.

76. Apellyasiya instansiyası məhkəməsi iddia olunan cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinadla ona əsaslanmışdır ki, cavabdeh yalnız 2017-ci ilin oktyabr-dekabr ayları üzrə müqavilə öhdəliklərinin icrasında ləngimələrə yol vermişdir. Müqavilə üzrə artıq iyul ayından başlayaraq işlər hissə-hissə iddiaçıya təhvil verilməsi və oktyabr - dekabr aylarında gecikmələrin olması nəzərə alındığı təqdirdə 166.100 manat cərimə hesablanması ağlabatan sayıla bilməz.

77. Məhkəmə kollegiyası qeyd edir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır.

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümk ün olduğu müəyyən edilmişdir.

79. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plunumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cərimə borcunun tutulmasına dair nəticəsi Mülki Məcəlləni 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

80. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayətdə qeyd olunmuşdur ki, vəkil iş materialları ilə tanış olduqdan sonra verəcəyi əlavədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlillərini təqdim edəcəkdir. Qeyd olunmalıdır ki, belə əlavə cavabdeh tərəfindən təqdim olunmamışdır.

81. Cavabdeh kassasiya şikayətində ilkin qənaətə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməməsi qeyd olunsa da, konkret hansı hüquq normasının pozulması, pozuntunun nədən ibarət olması bildirilməmiş, işin faktiki hallarının araşdırılmaması göstərilmişdir. Nəzərə alınmalıdır ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

82. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə, maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (§ bax yuxarıda 40-41) və hesab edir ki, işdə olan sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 88-ci maddəsinin tə ləblərinə uyğun olaraq qiymətləndirilmişdir.

83. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

84. Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar