Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-400/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: X5lərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X3 və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi) “X5lərinin pirat nüsxələrinin istehsalının və s atışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 mart tarixli, 2-2(105)-45/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ: 1. “İstifadəçi” "xxxx" MMC ilə “Müəllif” X3 arasında bağlanmış 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi”nin 2.1-ci bəndindən görünür ki, “Müəllif” bu Müqavilə ilə nəzərdə tutulan şərtlər daxilində özünün müəllifi olduğu: Azərbaycan dilindən didaktik materiallar - 1 sinif, Azərbaycan dilindən didaktik materiallar - 2 sinif, Azərbaycan dilindən didaktik materiallar - 3 sinif, Azərbaycan dilindən didaktik materiallar - 4 sinif, Azərbaycan dilindən testlər - 1 sinif, Azərbaycan dilindən testlər - 2 sinif, Azərbaycan dilindən testlər - 3 sinif, Azərbaycan dilindən testlər - 4 sinif, Riyaziyyatdan didaktik materiallar - 1 sinif, Riyaziyyatdan didaktik materiallar - 2 sinif, Riyaziyyatdan didaktik materiallar - 3 sinif, Riyaziyyatdan didaktik materiallar - 4 sinif, Riyaziyyatdan testlər - 1 sinif, Riyaziyyatdan testlər - 2 sinif, Riyaziyyatdan testlər - 3 sinif, Riyaziyyatdan testlər - 4 sinif, Дидактические материалы по математике - 1 класс, Дидактические материалы пo математике - 2 класс, Дидактические материалы по математике - 3 класс, Дидактические материалы по математике - 4 класс, Тесты по математике - 1 класс, Тесты по математике - 2 класс, Тесты по математике - 3 класс, Тесты по математике - 4 класс, Дидактические материалы по русскому я зыку - 1 класс, Дидактические материалы по русскому языку - 2 класс, Дидактические материалы по русскому языку - 3 класс, Дидактические материалы по русскому языку - 4 класс, Тесты по русскому языку - 1 класс, Тесты по русскому языку - 2 класс, Тесты по русскому языку - 3 класс, Тесты по русскому языку - 4 класс, İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar), Hüsnxət (məktəbəqədər üçün), Hüsnxət (1-ci sinif üçün) və Hüsnxət (2-ci sinif üçün) kitablarının (cəmi 36 adda) kütləvi şəkildə nəşr olunması üçün “İstifadəçi”nin hüququna verir və kitabları öncədən razılaşdırılmış müddətə qədər "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürür və təhvil verir. - Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, “İstifadəçi” bu müqavilə ilə verilən müstəsna hüquqa uyğun olaraq “X5ləri”nin çapını və istifadəs ini hər il üçün vəsaitin satışından asılı olmayaraq 50.000 manatı qonorarı “Müəllif”ə ödəməyi öhdəsinə götürür (Ödəniş forması: hissə-hissə; ödəniş qaydası: köçürmə və ya nağd; ödəniş müddəti: “X5”lərinin təhvil verildiyi zaman). - Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə tərəflər arasında imzalandıqdan və qüvvəyə mindikdən sonra “Müəllif”in yuxarıda adı çəkilən X5lərinin ölkə daxilində və xaricində çap və yayım hüquqları yalnız "İstifadəçi”yə məxsusdur. - Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, “İstifadəçi" müəllifin soyadı, adı, atasının adı dəqiq müəyyən edilmiş X5lərindən istifadə etməyi öhdəsinə götürür. - Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, "X5”lərindən müstəsna istifadə hüququ müqavilə müddəti ərzində “İstifadəçi"yə məxsusdur. - Həmin Müqavilənin 4.7-ci bəndinə əsasən, Müəllif Müqaviləsi üzrə verilən hüquqlar, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, qeyri-müstəsna hüquqlar olur. - Həmin Müqavilənin 4.9-cu bəndinə əsasən, müqavilə 5 il müddətə bağlanır. 5 ilin sonunda tərəflərin müqavilə ilə bağlı hər hansı əlavəsi olmazsa, müqavilə növbəti 5 il müddətinə qüvvədə qalır. 2. 2022-ci il 26 iyul tarixli, MŞB/4-01486 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC-yə sessiyasının tarixi, saatı və yeri barədə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. "xxxx" MMC tərəfindən ilkin mediasiya sessiyası üçün 100 manat məbləğində pul ödənmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 3. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bunda n sonra – “cavabdeh”) qarşı 2022-ci il 9 sentyabr tarixdə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, X1 (bundan sonra 3-cü şəxs “A.Məcidova”) müəllifi olduğu və əmlak hüquqları iddiaçıya məxsus X5lərinin – “Azərbaycan dilindən didaktik materiallar – 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 2-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 3-cü sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif”, “Azərbaycan dilindən testlər – 1-ci sinif”, “Azərbaycan dilindən testlər - 2-ci sinif”, “Azərbaycan dilindən testlər – 3-cü sinif”, “Azərbaycan dilindən testlər - 4-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar – 1-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 2-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 3-cü sinif”, “Riyaziyyatda n didaktik materiallar – 4-cü sinif”, “Riyaziyyatdan testlər - 1-ci sinif”, “Riyaziyyatdan testlər – 2-ci sinif”, “Riyaziyyatdan testlər – 3-cü sinif”, “Riyaziyyatdan testlər – 4-cü sinif”, “İbtidai sinif şagirdinin stolüstü kitabı” (Qaydalar), “Hüsnxət” (məktəbəqədər üçün), “Hüsnxət” (1-ci sinif üçün) və “Hüsnxət” (2-ci sinif üçün) kitablarının (Azərbaycan və rus dillərində) - cəmi 36 adda kitabların istehsalının və satışının cavabdehə qadağan edilməsi və sonuncu tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 9.500 manatın, mediasiya üçün ödənilmiş 100 manatın və 15 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı A.Məcidovanın müəllifi olduğu 36 adda “X5lər i”nin əmlak hüquqlarının müəyyən müddətə iddiaçıya verilməsinə dair 2022-ci il 11 mart tarixdə müəllif A.Məcidovla “Müəllif müqaviləsi” bağlamışdır. Həmin müqaviləyə əsasən A.Məcidovun müəllifi olduğu “X5ləri”nin – “Azərbaycan dilindən didaktik materiallar – 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 2-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 3-cü sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif”, “Azərbaycan dilindən testlər – 1-ci sinif”, “Azərbaycan dilindən testlər - 2-ci sinif”, “Azərbaycan dilindən testlər – 3-cü sinif”, “Azərbaycan dilindən testlər - 4-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar – 1-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 2-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 3-cü sinif”, “Riyaziyyatdan didaktik mate riallar – 4-cü sinif”, “Riyaziyyatdan testlər - 1-ci sinif”, “Riyaziyyatdan testlər – 2-ci sinif”, “Riyaziyyatdan testlər – 3-cü sinif”, “Riyaziyyatdan testlər – 4-cü sinif”, “İbtidai sinif şagirdinin stolüstü kitabı” (Qaydalar), “Hüsnxət” (məktəbəqədər üçün), “Hüsnxət” (1-ci sinif üçün) və “Hüsnxət” (2-ci sinif üçün) kitablarının (Azərbaycan və rus dillərində) nəşr olunması və satışı ilə bağlı bütün hüquqlar iddiaçıya məxsus olmuşdur. Cavabdeh isə iddiaçının hüquqlarını pozaraq A.Məcidovanın müəllifi olduğu, lakin nəşr olunması və satış hüquqları isə iddiaçıya məxsus X5ləri kitablarının istehsalını və satışını həyata keçirmişdir. Bununla da cavabdeh tərəfindən iddiaçının qanunvericiliklə qorunan hüquqları pozulmuş və sonuncuya maddi zərər dəymişdir.
5. İddiaçı tələbin maddi hüquqi əsası k imi “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikası Qanununun 14, 15.1, 30.1, 44.2, 45.1, 45.4, 47, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə” haqqında Azərbaycan Respublikası Qanununun 3, 5.1 – 5.2.2, 6.1, 6.2 – 6.2.3, 7, 8.1 – 8.3-cü maddələrinə istinad edilmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə 2022-ci il 18 oktyabr tarixində ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, A.Məcidovanən müəllifi olduğu və əmlak hüquqları iddiaçıya məxsus X5lərinin – “Azərbaycan dilindən didaktik materiallar - 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar - 2-ci sinif”, "Azərbaycan dilindən didaktik materiallar - 3-cü sinif", "Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif", "Azərbaycan dilind ən testlər – 1-ci sinif", "Azərbaycan dilindən testlər - 2-ci sinif", "Azərbaycan dilindən testlər - 3-cü sinif", "Azərbaycan dilindən testlər 4-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 1-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 2-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 3-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 4-cü sinif", "Riyaziyyatdan testlər - 1-ci sinif", "Riyaziyyatdan testlər 2-ci sinif", "Riyaziyyatdan testlər - 3-cü sinif", "Riyaziyyatdan testlər - 4-cü sinif", "İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar)", "Hüsnxət (məktəbəqədər üçün)", "Hüsnxət (1-ci sinif üçün)" və "Hüsnxət (2-ci sinif üçün)" kitabları (Azərbaycan və rus dillərində) olmaqla, cəmi 36 (otuz altı) adda kitabların istehsalının və satışının cavabdehə qadağan edilməsi və s onuncu tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 29.500 manatın, mediasiya üçün ödənilmiş 100 manat pulun və 235 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh iddia tələbinə dair 2022-ci il 4 oktyabr tarixdə etiraz və 2022-ci il 19 oktyabr tarixdə subyektiv hüququn olmaması ilə bağlı iddia tələbinin rədd edilməsi barədə vəsatət təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbinin faktiki əsası kimi iddiaçı ilə müəllif A.Məcidova arasında bağlanmış 2022-ci il 11 mart tarixli “Müəllif Müqaviləsi”ni qeyd etmişdir. Cavabdeh tərəf hesab etmişdir ki, iddia tələbi əsassızdır və iddia hüququndan sui-istifadə olmuşdur. Belə ki, A.Məcidova ilə cavabdeh arasında uzun müddətli əməkdaşlıq olmuşdur. Cava bdeh 10 ilə yaxın həmin müəllifin kitablarının çapı və satışı ilə məşğul olmuşdur. Əldə edilən gəlirin 30 faizi isə müəlliflə bağlanmış müqaviləyə əsasən sonuncuya ödənilmişdir. Həmçinin, müəllifin kitablarının satışının təkmilləşdirilməsi də cavabdeh tərəfindən həyata keçirilmişdir. Belə ki, kitabların tanıtımı, dərs vəsaiti kimi zəruri olması üçün redaktə işlərini (yəni kitabların rus dilinə tərcümə edilməsini, kitabdakı qüsurların redaktə olunmasını, kitabların məktəblərdə tanıtımını və s.) məhz cavabdeh həyata keçirmişdir. Yəni, 10 ilə yaxın müddət ərzində kitabların nəşr edilməsi və satışının həyata keçirilməsi cavabdehlə müəllif arasında bağlanmış müəlliflik müqaviləsinə əsasən həyata keçirilmişdir. Bu qədər uzun müddət tərəflər arasında qarşılıqlı etimad formalaşmışdır. Tərəflər ara sındakı hüquq münasibətlərinin hələ də davam etdiyi 2021-ci ildə qeyd edilən dərs vəsaitlərinin çoxsaylı nüsxələri cavabdeh tərəfindən nəşr olunsa da, həmin ildə pandemiya ilə bağlı satışın həyata keçirilməsi mümkün olmamışdır. 8. 2022-ci ildə isə müəllif iddiaçı ilə müqavilə bağlamış olsa da, bu hal cavabdehin daha əvvəldən nəşr etdirdiyi kitabların satışına maneə təşkil etməmişdir. Kitabların nəşri və satışı 2022-ci ilə kimi məhz cavabdehin müstəsna hüququnda olmuşdur. İddiaçı isə cavabdeh tərəfindən nəşr olunan dərs vəsaitlərinin satışının qarşısını almaq üçün, kitab satışını həyata keçirən şəxsləri DTX-nın əməkdaşları ilə hədələmişdir. İddiaçının hərəkətləri cavabdehə zərər vurmaqdan ibarət olmuşdur. Belə ki, məlum dərs vəsaitlərinin təşkili üçün cavabdeh tərəfindən bankdan külli miqda rda kredit götürülmüş və "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 2019-cu il 29 oktyabr tarixli kredit müqaviləsinə əsasən cavabdeh 700.000 manat kredit götürmüşdür. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 2020-ci il 18 avqust tarixli kredit müqaviləsinə əsasən cavabdeh 170.000 manat kredit götürmüşdür. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 2021-ci il 8 dekabr tarixli kredit müqaviləsinə əsasən cavabdeh 343.500 manat məbləğində kredit götürmüşdür. Yekun olaraq yuxarıda qeyd edilənlər ümumiləşdirilərək qeyd olunmuşdur ki, a) Cavabdehlə müəllif arasında müqavilə bağlanmış (10 ilə yaxındır), b) Cavabdeh müəllifin kitablarının bazarda tanınması üçün zəruri olan bütün hərəkətləri etmiş, c) Cavabdeh kitabların redaktəsini həyata keçirmiş, d) Cavabdeh kitabların rus dilinə tərcümə olunm asını təmin etmiş, e) Cavabdeh məktəblərdə kitabların tanıtımını realizə etmiş, f) Cavabdeh uzun illər dərs vəsaitlərindən əldə olunan gəlirin 30 faizini müəllifə ödəmiş, g) İddiaçı sadəcə, 2022-ci ildən dərs vəsaiti ilə bağlı hüquqları əldə etmiş olsa da, müqaviləyə zidd hərəkətlər etmişdir, h) İddiaçı kitabların satışına mane olmaq üçün, kitab mərkəzlərinə cavabdeh barəsində yalan məlumatlar vermişdir (guya cavabdehin dərs vəsaitlərini çap etməyə hüququ olmamışdır, əgər cavabdehin nəşr etdiyi dərs vəsaitlərinin satışı həyata keçirilərsə DTX-nın əməkdaşları kitab satışını həyata keçirənləri narahat edəcəkdir və s.). Cavabdeh ilə müəllif arasında müqavilə münasibətləri olmuş və cavabdeh 10 ilə yaxındır ki, müəllifin razılığı ilə sonuncunun dərsliklərini nəşr etmişdir. Münasibətlər o qədər etibarlı hala gəlmişdir ki, cavabdeh bankdan müxtəlif vəsaitlər götürmüş, qeyd olunan dərsliklərin nəşrini həyata keçirmişdir. Lakin müəllif 2022-ci ildə əməkdaşlığa son qoymuş olsa da, 2021-ci ildə nəşr edilmiş kitabların satışına heç bir maneə törədə bilməmişdir. Müəllif A.Məcidova uzun illər cavabdehlə birlikdə işləmiş və cavabdeh isə dərs vəsaitlərinin satışından əldə edilən gəlirin 30 faizini həmin müəllifə ödəmişdir. Bu halın uzun illər davam etməsi cavabdehdə müəllifə qarşı etimad formalaşmışdır ki, müəllif bu halı nəzərə almadan, cavabdehlə aralarında olan hüquq münasibətlərinə xitam verərək, cavabdehin nəşr etdiyi dərs vəsaitlərini nəzərə almadan, iddiaçı ilə “Müəllif Müqaviləsi” bağlamışdır. Müəllif cavabdehə dərs vəsaitlərini nəşr etməyə uzun illər icazə vermiş, uzun illər cav abdehdən dərs vəsaitlərinin satışından gəlirini almışdır. Cavabdehin 2022-ci ilə qədər nəşr etdiyi dərs vəsaitlərinin satışına qadağa qoyulmasının tələb edilməsi müəlliflə aralarında yaranmış müqavilə münasibətlərinə zidd olmuş və hüquqdan sui – istifadə kimi qəbul edilmişdir. Müəllifin cavabdehin 2022-ci ilə qədər nəşr etmiş dərs vəsaitlərinin satışının həyata keçirilməsinə maneə törətmək hüququ olmamışdır. Cavabdeh 2022-ci ilə qədər müəllifin razılığı ilə dərs vəsaitlərini çap etmiş və satışını həyata keçirmişdir. Yəni, iddiaçı da 2022-ci ilə qədər nəşr olunmuş dərs vəsaitlərinin satışına dair heç bir iddia tələbi irəli sürə bilməz və iddiaçı yalnız 2022-ci il 11 mart tarixindən sonra dərc edilmiş dərs vəsaitlərinin satışına qarşı iddia irəli sürə bilərdi. Əks halda iddiaçının 2022-ci il 11 mart tarixindən əvvəl nəşr edilmiş kitablara görə hər hansı bir iddia verməsinə subyektiv hüququ olmamışdır.
9. Cavabdeh 2022-ci il 6 oktyabr tarixlərində vəsatətlərlə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, X2 və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi Publik Hüquqi şəxsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməsini xahiş etmişdir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 3 noyabr tarixli, e-2-2(119)1673/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş vəsatətlər təmin olunmuşdur (hakim – Z.Sadiqov).
11. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 16 dekabr tarixli, e-2-2(119)1673/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı ilə müəllif A.Məcidova arasında bağlanmış 2022-ci il 11 mart tarixli 11-03 nöm rəli “Müəllif Müqaviləsi”nə əsasən A.Məcidovanın müəllifi olduğu və əmlak hüquqları iddiaçıya məxsus “Azərbaycan dilindən didaktik materiallar - 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar - 2-ci sinif”, "Azərbaycan dilindən didaktik materiallar - 3-cü sinif”, "Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif", "Azərbaycan dilindən testlər – 1-ci sinif", "Azərbaycan dilindən testlər - 2-ci sinif", "Azərbaycan dilindən testlər - 3-cü sinif”, "Azərbaycan dilindən testlər - 4-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar - 1-ci sinif”, "Riyaziyyatdan didaktik materiallar - 2-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar - 3-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 4-cü sinif", "Riyaziyyatdan testlər - 1-ci sinif”, "Riyaziyyatdan testlər - 2-ci sinif”, "Riyaziyyatdan testlər - 3-cü sinif", "Riyaziyyatdan testlər - 4-cü sinif", "İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar)”, “Hüsnxət (məktəbəqədər üçün)", "Hüsnxət (1-ci sinif üçün)" və "Hüsnxət (2-ci sinif üçün)” kitabları (Azərbaycan və rus dillərində) olmaqla, cəmi 36 adda “X5ləri"nin istehsalı və satışı cavabdehə (VÖEN **********) qadağan edilmiş, cavabdehdən mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 50 manat hissəsinin əvəzi və 79 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 129 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmiş, cavabdehdən dövlət rüsumunun qalığı kimi 21 manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur (hakim – Z.Sadiqov).
12. Birinci instansiya məhkəməsi hes ab etmişdir ki, iddiaçı tərəf cavabdehin 2022-ci ildə, yəni müəlliflə 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlandıqdan sonra da qeyd olunan dərs vəsaitlərini Cavabdeh MMC-nin istehsal (nəşr) etməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, cavabdeh isə həmin dərs vəsaitlərindən sonuncu dəfə 2021-ci ilin noyabr ayında çap (nəşr) etdiyini etiraf etmişdir. Yəni, məhkəmə araşdırması zamanı A.Məcidovanın müəllifi olduğu X5lərini cavabdehin 2012-ci ildən etibarən müəllifin öz razılığı və müvafiq müqavilə əsasında müəlliflə birgə fəaliyyətləri əsasında 2021-ci ilin sonlarınadək nəşr edib satışını təşkil etməsi təsdiq olunsa da (məhkəmə araşdırması zamanı qeyd olunan fəaliyyətlə əlaqədar olan proses iştirakçıları tərəfindən cavabdeh ilə müəllif A.Məcidova arasın da bu fəaliyyətlə bağlı 2012-ci ildə müqavilənin bağlanmış olmasını, həmin müqavilə əsasında qeyd olunan müqavilənin müddəti bitdikdən sonra da tərəflər arasında şifahi razılıq və əməkdaşlıq əsasında məlum kitabların nəşrinin və satışının həyata keçirilməsi və həmin kitabların nəşri üzrə müəllifə müəyyən məbləğlərdə ödənişlərin edilməsi mübahisələndirilməmişdir), cavabdehin 2022-ci il 11 mart tarixdən sonra həmin X5lərinin nəşrini (istehsalını) həyata keçirməsi sübuta yetməmişdir. Lakin, 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlandıqdan sonra da satış məntəqələrində cavabdehin nəşr etdiyi A.Məcidovanın müəllifi olduğu məlum dərs vəsaitlərinin satışının həyata keçirildiyi təsdiq olunmuşdur. Cavabdehin 2012-ci ildən 2021-ci ilin sonlarınadək davam edən mübahisə predm eti olan X5lərinin istehsalı və satışı üzrə fəaliyyəti - həmin vəsaitlərin müəllifi X1 razılığı və aşkar surətdə ifadə olunmuş iradəsi əsasında baş tutmuş və cavabdehin məlum 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif Müqaviləsi bağlandıqdan sonra bu kitabların nəşr (istehsal) edilməsi müəyyən olunmamışdır. Bu halda isə cavabdehin qeyd olunan fəaliyyəti nəticəsində hazırlanan X5ləri “pirat məhsul”, yəni hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan məhsul, fəaliyyətin özü isə “piratçılıq”, yəni pirat məhsulun hazırlanması (istehsalı) və yayılması kimi qiymətləndirilə bilməz. Lakin, iddiaçı ilə müəllif A.Məcidov arasında 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlandıqdan sonra məlum X5lərinin istehsal və satış hüquqları müəllif tərəfi ndən iddiaçıya verildiyindən, cavabdeh artıq bu vəsaitlərin istehsalı və satışı ilə məşğul ola bilməmişdir.
13. İddiaçı ilə müəllif A.Məcidova arasında bağlanmış 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi”nə əsasən A.Məcidovanın müəllifi olduğu və əmlak hüquqları iddiaçıya verilmiş müqavilədə qeyd olunan cəmi 36 adda "X5ləri"nin istehsalının və satışının cavabdehə qadağan edilməsi barədə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmışdır. Cavabdeh müəlliflə birgə fəaliyyəti dövründə hansı miqdarda hansı vəsaitləri nəşr etmiş olması, onların hansı hissəsinin (miqdarı, adı və s.) satılmaması, satış məntəqələrində hansı miqdarda satış üçün nəzərdə tutulan vəsaitlərin olması və s. barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş cava bdeh tərəfindən nəşr edilmiş müxtəlif növ X5lərinin heç birində isə “nəşr ili” göstərilməmişdir. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbini “dərs vəsaitləri"nin satışının cavabdehə qadağan edilməsi hissəsində də təmin edərkən cavabdehin qanuni surətdə 2022-ci il 11 mart tarixinə qədər nəşr etmiş olduğu, lakin həmin dövrdən sonra satılmayan dərs vəsaitləri barədə məhkəmədə hər hansı bir məlumatın (miqdarı, növü və s. barədə) olmamasını nəzərə alaraq, mübahisəli X5lərinin satışının cavabdehə qadağan edilməli olması qənaətinə gəlinmişdir. İddia tələbinin cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 29.500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi” hissəsində əsaslı olması isə məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır.
14. Cavabdehin məlum fəaliyyəti ilə sonuncuya 29.500 manat məbləğində zərər vurulmasını iddiaçı mötəbər sübutlar əsasında sübut edə bilməmişdir. Cavabdeh tərəfindən istehsal olunmuş məlum X5lərinin 2022-ci ildə də satış məntəqələrində aşkar edilməsinin təsdiq olunması – birmənalı olaraq “cavabdehin iddiaçıya zərər vurması və bu zərərin cavabdehin ödəməli olması” kimi qəbul oluna bilməz. Belə ki, müəllif A.Məcidova 2012-ci ildən mübahisə predmeti olan fəaliyyət sahəsində birgə fəaliyyət göstərdiyi cavabdeh ilə əməkdaşlığına son verib, müəllifi olduğu həmin X5lərinin yeni bir istehsalçısı olaraq iddiaçı ilə müqavilə bağlaması barədə cavabdehi rəsmi qaydada məlumatlandırmamışdır. Dərs vəsaitlərinin istehsalı və satışı fəaliyyətinin spesifik xüsusiyyətləri barədə məlumatlı olan iddiaçı isə müə llif A.Məcidovanın müəllifi olduğu X5lərinin digər bir hüquqi şəxs, yəni cavabdeh və yaxud hər hansı bir digər şəxs vasitəsi ilə istehsal edilərək satış bazarına çıxarılmasını və bu fəaliyyət zamanı əvvəlcədən nəşr olunmuş məhsulların da satış məntəqələrində (anbarlarda və s.) olmasının qanunauyğun bir hal (fəaliyyət) olmasını nəzərə almayaraq, 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlayarkən, qeyd olunan bu halların fəaliyyətinə neqativ təsirlər törətməsi ehtimalının minimuma endirmək üçün ondan əvvəl bu fəaliyyəti həyata keçirən şəxslə, yəni cavabdeh ilə müəllifin iştirakı ilə müvafiq əlaqə quraraq, həmin müqaviləni bağlamamışdan əvvəl fəaliyyət xüsusiyyətlərini, eləcə də müqavilə bağlandığı halda ondan əvvəl cavabdehin həmin müəllifin razılığı əsasında nəşr ed ilmiş olan məhsulların satışdan çıxarılması və digər mümkün hərəkətlər barəsində razılığa gəlinə bilərdi (müəllifin iddiaçıdan daha əvvəl cavabdehə icazəsini vermiş olduğu və bu icazədən gəlir əldə etmiş olduğu uzun illər davam edən birgə fəaliyyət zamanı istehsal edilən “X5ləri” - pirat nüsxələr kimi qiymətləndirilə bilməz). Qeyd olunan fəaliyyətə bu cür yanaşma isə mülki hüquq münasibətlərinin subyektləri olan iddiaçıya, cavabdehə və yaxud, digər hər hansı bir üçüncü şəxsə maddi zərər vurulması ehtimalını azalda, hətta aradan qaldıra bilər.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 2.3, 5.3, 425.2, 560, 560.1, 560.2, 560.3, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 5, 15, 30.1, 30.2, 30.3, 30.4, 31, 44, 45, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1, 1.0.9, 1.0.10, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2019-cu il 18 mart tarixli Qərarına, “Mahmudov Rusiya Federasiyasına qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2007-ci il 26 iyul tarixli Qərarına, “Qavazov Bolqarıstana qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2008-ci il 6 mart tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76, 77.1, 78.1, 88, 106.1, 106.3, 119.1, 119.2, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir.
16. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmədiyi hissəsində ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 mart tarixli, 2-2(105)-45/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmamışdır (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – Z.Məmmədov və A.Süleymanova).
19. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. İrəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək “X5lə rinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi”ni tələb etmiş olsa da, hazırki iddianın mahiyyətindən də göründüyü kimi, 2012-ci ildə cavabdeh (VÖEN **********) ilə hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs A.Məcidova arasında sonuncunun müəllifi olduğu “X5ləri”nin istehsalı və satışı ilə əlaqədar 5 il müddətinə müqavilə bağlanmış və həmin müqavilə əsasında 2012-ci ildən etibarən A.Məcidovanın müəllifi olduğu və hazırkı iş üzrə mübahisə predmeti kimi çıxış edən “X5ləri”nin istehsalı və satışı ilə cavabdeh məşğul olmuş, bu fəaliyyət hər iki tərəfin qarşılıqlı razılığı əsasında məlum müqavilənin müddəti bitdikdən sonra da, yəni 2021-ci ilin sonlarınadək davam etmişdir. 20. “istifad əçi” iddiaçı ilə “müəllif” A.Məcidova arasında 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlansa da, həmin müqavilə bağlananadək A.Məcidovanın müəllifi olduğu 36 adda kitabların qanunsuz olaraq cavabdeh tərəfindən istehsalının və satışının aparılmasını və vurulmuş ziyanın ödənilməsini tələb etməkdə subyektiv hüququ olmamışdır. İddiaçı ilə “müəllif” A.Məcidov arasında 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlanmasına baxmayaraq, bu hal da özü-özlüyündə iddiaçıya X5lərinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn yaranmasına əsas vermir. İddiaçının iddia tələbi üzrə mübahisələndirdiyi hallar cavabdeh ilə A.Məcidova arasında mövcud olmuş müqavi lə münasibətlərindən yaranmışdır. Belə ki, qeyd olunan müqavilə münasibətlərinin doğurduğu hüquqi mübahisələndirmə A.Məcidovaya aid məsələ olmuşdur. Cavabdehin həmin münasibətlər üzrə müvafiq tələbləri də A.Məcidovaya qarşı yönəldilə bilər.
21. Məhkəmə öz qətnaməsini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 30, MM-in 21.1, 21.2, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 44.1, 45.1, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumun 2008ci il 30 iyul tarixli Qərarına, MPM-in 14.2, 88, 217.3, 217.4, 384.0.2, 385.1.1-c i maddələrinə istinad etmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2023-cü il 29 mart tarixdə tərəflərə göndərilmişdir.
23. İddiaçı 2023-cü il 4 may tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri: 24. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1, 30, 44.1, 44.2, 45.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə qətnamə qəbul edərkən göstərilən maddələrin tələblərini tətbiq etməmişdir. İddiaçı ilə A.Məcidova arasında bağlanmış 2022-ci il 11 mart tarixli, 11-03 nömrəli “Müəllif Müqaviləsi”nə əsasən A.Məcidovanın müəllifi olduğu 36 adda “ X5ləri”nin əmlak hüquqlarını iddiaçıya vermişdir. Həmçinin müqavilədə qeyd olunan kitablarla bağlı hüquqların sahibi iddiaçı olmuş və qanunvericilikdə müəllif hüquqlarının sahibi kimi bütün hüquqları həyata keçirmək və digər şəxslərin də bu kitablardan istifadə etməsinə icazə vermək və ya qadağan etmək səlahiyyətlərinə malik olmuşdur. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə baxışı zamanı cavabdeh tərəfindən istehsal və satış hüquqları iddiaçıya məxsus olan kitabların pirat nüsxələrinin satışının həyata keçirildiyi barədə sübutlar təqdim olunmuşdur.
25. Cavabdehin A.Məcidovanın müəllifi olduğu kitabların 2022-ci ildə də külli miqdarda çap olunduğunu təsdiq etmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehin kitab satışı obyektlərinə 2022-ci ilin yay aylarında göndərdiyi vərəqənin nüsxəsi və həmin cavabdehin işçisinin səs yazısı sübut kimi məhkəməyə təqdim edilmişdir. Həmin vərəqədə bilərəkdən tarix və nömrə qoyulmamış, vərəqin yuxarı hissəsində cavabdehin adı qeyd olunmuşdur. Vərəqə cavabdehin direktoru tərəfindən imzalanaraq möhürlənmişdir. Həmin məktubda cavabdehin A.Məcidova ilə birgə fəaliyyəti zamanı ərsəyə gələn kitabların çapı, satılmasının qanuni olduğu və başqa şirkət, firma və satış məntəqələrinin cavabdehin həyata keçirdiyi satış üzrə şikayət və narazılıqlarının əsaslı olmadığı göstərilmişdir. Məktubun yazılması və pirat nüsxələrin çapı müəllifin və iddiaçı şirkətin cavabdehə xəbərdarlığından sonra həyata keçirilmişdir. Tarixin göstərilməmə səbəbi isə həqiqətləri gizlətmək məqsədi güdmüşdür. İşə baxan məhkəmə isə cavabdehin qanunsuzluqlarını təsdiq edən kifayət q ədər sübut olmağına baxmayaraq, maddi zərərlə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. 26. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin tələbi pozulmuşdur. Cavabdeh tərəfindən əmlak (iqtisadi) hüquqları ilə bağlı müstəsna müəllif hüquqları iddiaçıya məxsus kitabların pirat nüsxələrinin satışının 2022-ci ildə, xüsusilə kitab satışının çox olduğu, yay və payız aylarında Azərbaycan Respublikasının bütün ərazisində kütləvi şəkildə həyata keçirildiyi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Bu satışın Bakıda, Gəncədə, Sumqayıtda və başqa yerlərdə satışının müxtəlif vaxtlarda həyata keçirildiyini təsdiq edən qəbzlər və kitablar sübut kimi məhkəməyə təqdim olunmuşdur. Sumqayıt Apellyasiya Məhk əməsində bu iş üzrə 2023-cü il 9 mart tarixdə keçirilən iclasda iddiaçı tərəfindən müxtəlif satış obyektlərində 2023-cü il 8 mart tarixdə əldə edilmiş cavabdeh tərəfindən satışı həyata keçirilən hüquqları iddiaçıya məxsus olan kitabların pirat nüsxələrini təqdim olunmuşdur.
27. MPM-in 9.3, 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi müzakirə edilən dəlillərə, tərəflərin vermiş olduğu izahatlara və sənədlərə əsaslanmamışdır. İddiaçı cavabdeh tərəfindən istehsal və satış hüquqları iddiaçıya məxsus olan kitabların pirat nüsxələrinin satışının kütləvi həyata keçirildiyini sübuta yetirmiş olsa da, cavabdeh bu hala etiraz etmişdir. Lakin fəaliyyətinin qanuna uyğunluğunu sübuta yetirə bilməmişdir. Üçüncü şəxs qismində olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı ilə A.Məcidova arasında bağlanmış 2022-ci il 11 mart tarixli “Müəllif Müqaviləsi”nə əsasən, məlum müəlliflik hüququ obyektlərinə dair bütün əmlak və iqtisadi hüquqların müqavilə üzrə qarşı tərəf olaraq iddiaçıya ötürülmüş olduğunu təsdiq etmişdir. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, təqdim olunmuş sübutlara uyğun hüquq normalarını tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ.
29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki hall arın yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Həmçinin məhkəmə tərəflərə eyni olaraq yanaşmış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ.
32. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
30. Əqli mülkiyyət hüququ İ. Hər kəsin əqli mülkiyyət hüququ vardır. İİ. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.”
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvə zinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” 34. “Müəllifl ik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M a d d ə
5. Müəlliflik hüququnun obyekti 1.Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur....” M a d d ə 1
5. Əmlak (iqtisadi) hüquqları
1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.
2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ);..." “M a d d ə 4
4. Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi. Əsərlərin və ya fonoqramların pirat nüsxələri
1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər....” “Maddə
45. Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi vasitələri (üsulları)
1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər....” 35. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2008-ci il 30 iyul tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elem entin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz....”
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Mad də
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. ” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ.
37. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 mart tarixli, 2-2(105)-45/2023 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməlidir.
38. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən 2012-ci ildə cavabdeh ilə hazırkı iş üzrə üçüncü şəxs A.Məcidova arasında sonuncunun müəllifi olduğu “X5ləri”nin istehsalı və satışı ilə əlaqədar 5 il müddətinə müqavilə bağlanmış və həmin ildən etibarən mübahisə predmeti kimi çıxış edən “X5ləri”nin istehsalı və satışı ilə cavabdeh məşğul olmuş, bu fəaliyyət hər ik i tərəfin qarşılıqlı razılığına əsasən müqavilənin müddəti bitdikdən sonra da – 2021-ci ilin sonlarınadək davam etmiş, lakin pul ödənişləri ilə əlaqədar yaranmış narazılıqlar səbəbindən müəllif A.Məcidova cavabdeh ilə birgə fəaliyyətinə son qoyaraq, “istifadəçi” iddiaçı ilə 2022-ci il 11 mart tarixli, 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlayaraq, müəllifi olduğu 36 adda (rus və azərbaycan dillərində) X5lərinin kütləvi şəkildə nəşr olunması, yəni ölkə daxilində və xaricində çap və yayım hüquqlarını 5 il müddətinə iddiaçıya vermiş, hazırda isə iddiaçı cavabdehə qarşı 36 adda X5lərinin pirat nüsxələrinin istehsalının və satışının cavabdehə qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və s. barədə iddia tələbi irəli sürmüşdür.
39. İddia tələbini təmin etməyən apellyasiya məhkə məsi ona istinad etmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında 2022-ci ildə qeyd edilən müqavilə bağlansa da, iddiaçının həmin müqavilə bağlananadək A.Məcidovanın müəllifi olduğu 36 adda kitabın qanunsuz olaraq cavabdeh tərəfindən istehsalının və satışının aparılmasını və vurulmuş ziyanı tələb etməkdə subyektiv hüququ yoxdur, iddiaçı və üçüncü şəxs arasında 2022-ci il 11 mart tarixdə “Müəllif müqaviləsi” bağlansa da, bu hal da özü-özlüyündə iddiaçıya X5lərinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn yaranmasına əsas vermir, iddia tələbi üzrə mübahisələndirilən hallar Cavabdeh MMC ilə A.Məcidova arasında mövcud olmuş müqavilə münasibətlərindən yaranmışdır, buna görə də qeyd olunan müqav ilə münasibətlərinin doğurduğu hüquqi mübahisələndirmə A.Məcidovaya aid məsələdir.
40. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olduğu, həmçinin işdəki mövcud sübutların faktiki qiymətləndirilməsi təmin edilmədiyi üçün işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası onunla razılaşmır.
41. Belə ki, iş materiallarındakı 2022-ci il 11 mart tarixli, 11-03 nömrəli “Müəllif Müqaviləsinin 2.1-ci bəndinə əsasən müəllif olaraq A.Məcidova 3 adda “X5ləri”nin kütləvi şəkildə nəşr olunması üçün “İstifadəçi”nin hüququna verir və kitabları öncədən razılaşdırılmış müddətə qədər iddiaçıya təhvil verməyi öhdəsinə götürür və təhvil verir, Müqavilənin 3.1-ci bəndinə əsasən..”İstifadəçi” bu müqavilə ilə verilən müstəsna hüquqa uyğun olaraq..., 4.1-ci bəndinə əsasən isə Müqav ilə tərəflər arasında imzalandıqdan və qüvvəyə mindikdən sonra “Müəllifin” yuxarıda adı çəkilən X5lərinin ölkə daxilində və xaricində çap və yayım hüquqları yalnız “İstifadəçi”yə, yəni iddiaçıya məxsusdur, Müqavilənin 4.4-cü bəndinə uyğun olaraqsa... X5lərindən müstəsna istifadə hüququ müqavilə müddəti ərzində “İstifadəçi”yə məxsusdur. 42. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 30-cu maddəsinə əsasən, bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsası nda həyata keçirilə bilər. Müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir. Qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (qeyri-müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi istifadəçiyə həmin əsərdən eyni üsulla istifadəyə razılıq almış başqa şəxslə bərabər istifadəyə icazə verir.
43. Mübahisənin qanuni həlli baxımından iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilənin müddəalarının düzgün qiymətləndirilməsi həlledici əhəmi yyət kəsb etsə də, MPM-in 88-ci maddəsinin tələbləri pozularaq işə baxılarkən Müqavilənin qeyd olunan bəndləri ilə bağlı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15-ci, 30-cu və 44-cü maddələrinin tələbləri baxımından hüquqi dəyərləndirmə aparılmamış, iddiaçı və üçüncü şəxs arasında bağlanmış Müqavilənin müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında (qeyri-müstəsna lisenziya) müəllif müqaviləsi olduğu dəqiq müəyyən edilməklə hüquqi qiymət verilməmiş, nəticədə isə iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmaması əsası ilə qanunsuz məhkəmə aktı qəbul edilmişdir.
44. Halbuki, müəllif olaraq A.Məcidovanın 36 adda “X5ləri”ni kütləvi şəkildə nəşr olunması üçün “İstifad əçi”nin hüququna verməsi, kitabları öncədən razılaşdırılmış müddətə qədər iddiaçıya təhvil verməsi, ”İstifadəçiyə” bu müqavilə ilə verilən müstəsna hüquqa uyğun olaraq üçüncü şəxsə 50.000 manat müəllif qonorarı ödəməsi, 4.1-ci bəndinə əsasən isə Müqavilə tərəflər arasında imzalandıqdan və qüvvəyə mindikdən sonra “Müəllifin” yuxarıda adı çəkilən X5lərinin ölkə daxilində və xaricində çap və yayım hüquqlarının yalnız “İstifadəçi”yə, hazırkı halda isə iddiaçıya məxsus olması, X5lərindən müstəsna istifadə hüququnun müqavilə müddəti ərzində “İstifadəçi”yə məxsus olması həmin Müqavilənin hansı tip müqavilə olduğunu müəyyən etməyə yardım edir.
45. İşə birinci instansiya qaydasında baxılarkən üçüncü şəxs Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi Publik Hüquqi Şəxsinin nümayəndəsi Nümayənd ə izahatında iddiaçı və A.Məcidova arasında məhz müstəsna hüquqların ötürülməsi barədə Müqavilə bağlandığını, müəlliflik hüququ obyektlərinə dair müstəsna hüquqlar ötürüldükdə, müəllifin sadəcə şəxsi qeyri-əmlak hüquqlarını, yəni ad hüququnu, şöhrət, tanınmaq kimi hüquqları özündə saxladığını, qalan bütün digər əmlak və iqtisadi hüquqlarını müqavilə üzrə qarşı tərəfə ötürmüş olduğunu qeyd etmişdir (i.v 106).
46. Apellyasiya məhkəməsinin müqaviləyə hər hansı qiymət vermədən iş üzrə gəldiyi nəticə isə faktiki olaraq iddiaçıya verilmiş hüquqları heçə endirmiş, onları əhəmiyyətsiz hala gətirməklə, digər şəxslərin də hər hansı müqavilə bağlamadan, qonorar ödəmədən müəllifin əsərlərindən öz mülahizələrinə uyğun istifadə etməsinə, çap edib yaymasına və s. rəvac verə bilər ki, bu isə heç bir halda qanuni hesab edilə bilməz.
47. Kollegiyanın qənaətinə görə tərəflər arasında Müqavilə 2022-ci ilin mart ayında bağlandığından, iddiaçı həmin tarixdən etibarən müstəsna hüquqları ona verilmiş X5lərinin müqavilə müddəti ərzində nəşrinin dayandırılmasını, qadağan edilməsini istənilən şəxsdən tələb etmək hüququna malikdir və bu hüquq müqavilə üzrə müəllif tərəfindən ona verilmiş müstəsna hüquqdur, bu hüququn müqabilində isə iddiaçı müəllifə qeyd edilən həcmdə müəllif qonorarı ödəməyi öhdəsinə götürmüşdür.
48. Cavabdeh tərəfindən çap edilmiş X5lərinin satışının qadağan edilməsi hissəsində də məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılması təmin edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında üçüncü şəxslə vaxtilə bağlanmış müqavilənin nüsxəsinin onlarda olmadığını bildirm iş, buna baxmayaraq 2021-ci ilin sonlarınadək A.Məcidova ilə münasibətlərinin davam etdiyini göstərmişdir. Belə olduğu təqdirdə satışının qadağan edilməsi tələb olunan dərs vəsaitlərinin sonradan deyil, məhz 2021-ci ilədək nəşr edilmiş nüsxələr olduğunu sübut etmək yükü MPM-in 77.1-ci maddəsinə uyğun olaraq məhz cavabdehin üzərinə düşür. İş materiallarına və tərəflərin izahatlarına əsasən isə həmin vəsaitlərin üzərində nəşr edilmə tarixləri qeyd olunmasa da, apellyasiya məhkəməsi həmin halla əlaqədar hər hansı araşdırma aparılmasını təmin etməmiş, həmin dərs vəsaitlərinin üzərində nəşr olunma tarixlərinin hansı səbəbdən qeyd edilmədiyinə aydınlıq gətirməmişdir. 49. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətl i məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarı). 50. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini f ormalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
51. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iş üzrə hərtərəfli məhkəmə araşdırması həyata keçirilməli, işdəki Müəllif Müqaviləsi, digər sübutlar üzrə zəruri araşdırma aparılmaqla mövcud sübutlar MPM-in 88-ci maddəsi və Qanunun 15-ci, 30-cu və 44-cü maddələrinin müddəaları baxımından qiymətləndirilməli, nəticə olaraqsa hazırkı mübahisənin qanuni həlli təm in edilməlidir.
52. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İş üzrə hərtərfli məhkəmə araşdırması aparılması və sübutların yenidən qiymətləndirilməsi zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırda şikayətin tam təmin edilməsini mümkün hesab etmir.
53. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 mart tarixli, 2-2(105)-45/2023 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməlidi r.
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı:
55. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 mart tarixli, 2-2(105)-45/2023 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.