Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-402/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: əsas borcun, faiz borcunun, zərərin ödənilməsi, avadanlıqların qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının (sədrlik edən və məruzəçi), hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin və kili Vəkil2, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 aprel tarixli 2-2(103)-358/2021 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları: 1. 2016-cı il 20 sentyabr tarixli, 05/2016 saylı müqavilənin surətindən görünür ki, podratçı - İddiaçı MMC şirkəti - “Kompleks Qazma İşləri” trestinin qazma quyularında maili qazma və geofiziki - geoloji işlərin MWD (QZÖ) və LWD (QZK) ölçü cihazlarının vasitəsilə görülməsini və qazma avadanlıqlarının istifadəyə verilməsini, şirkət isə müqavilənin 1 saylı qoşmasında göstərilmiş qiymət lərə əsasən işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 2. 2018-ci il 17 sentyabr tarixli, SOCAR **********20020137X00373 saylı müqavilənin surətindən görünür ki, podratçı - İddiaçı MMC şirkəti - Cavabdeh istehsalat bölümlərinin quyularında genişləndirmə işlərinin yerinə yetirilməsini, şirkət isə müqavilənin 1 saylı qoşmasında göstərilmiş qiymətlərə əsasən işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 3. 2019-cu il 19 mart tarixli, 26217-18S saylı müqavilənin surətindən görünür ki, podratçı - İddiaçı MMC şirkəti - “x” trestinə maili qazma və qazma işlərini yerinə yetirilmək üçün öz avadanlıq və materialları hesabına xidmət göstərməyi, şirkət isə müqavilənin 1 saylı qoşmasında göstərilmiş qiymətlərə əsasən işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 4. 2017-ci il 23 yanvar tarixli qa rşılıqlı borcların üzləşdirilməsi aktının surətindən görünür ki, 2017-ci il 1 yanvar tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 119.435,95 manat təşkil edir. 5. 2018-ci il 19 yanvar tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktının surətindən görünür ki, 2018-ci il 1 yanvar tarixə cavabdehin İddiaçı MMC-yə olan borcu 2873220,18 manat təşkil edir. 6. 2019-cu il 21 yanvar tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktının surətindən görünür ki, 2019-cu il 1 yanvar tarixə cavabdehin İddiaçı MMC-yə olan borcu 5.842.032,30 manat təşkil edir. 7. 2019-cu il 31 dekabr tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktının surətindən görünür ki, 2019-cu il 31 dekabr tarixə “cavabdehin İddiaçı MMC-yə olan borcu 9.617.900,30 manat təşkil edir. 8. 2020-ci il 31 iyul tarixli qarşılıqlı borcların üzləşdi rilməsi aktının surətindən görünür ki, 2020-ci il 31 iyul tarixə cavabdehin İddiaçı MMC-yə olan borcu 10.433.096,98 manat təşkil edir. 9. 2020-ci il 28 iyul tarixdə Cavabdeh İddiaçı MMC-yə e-mail vasitəsilə müraciət edərək, Bulla, 8 mart, Ümid istehsalat bölümü Bulla yatağı 122 saylı meydança 122 saylı quyuda 215.9 mm balta ilə qazılan quyu lüləsinin 244.5 mm-ə genişləndirilməsi üçün 203/244.5 mm ölçülü hidrogenişləndirici ilə təmin olunmasını və mühəndis xidməti işlərinin yerinə yetirilməsini xahiş etmiş, 2020-ci il 29 iyul tarixli yol vərəqəsinin surətindən görünür ki, OSC110332A seriya nömrəli hidrogenişləndirici (+açar dəsti), RR8001 seriya nömrəli hidrogenişləndirici, BM2065 seriya nömrəli stabilləşdirici, ED022 seriya nömrəli qaldırıcı (Patrupka) Lift sub və xalta/xamut/safety clamp (8 diş) avadanlıqlar İddiaçı MMC tərəfindən “Bulla 122”, “Well122” anbarına təhvil verilmişdir. I. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
10. İlkin iddia üzrə İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cavabdehə (bundan sonra mətndə cavabdeh) qarşı ilkin iddia (daha sonra iddia tələbinin dəqiqləşməsinə dair) ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş əsas borca görə 6.130.465,3 ABŞ dolları, hesablanmış illik 5 % borcuna görə 798.159,23 ABŞ dolları, vurulmuş maddi zərərə görə 8.459.865,03 ABŞ dolları, ümumilikdə 15.388.489,56 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnəsi il ə) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, OSC110332A seriya nömrəli hidrogenişləndirici (+ açar dəsti), RR8001 seriya nömrəli hidrogenişləndirici, BM2065 seriya nömrəli stabilləşdirici, ED022 seriya nömrəli qaldırıcı (Patrupka) Lift sub və xalta/xamut/safety clamp (8 diş) avadanlıqların cavabdehdən alınıb iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2016cı il 20 sentyabr tarixli, 05/2016 saylı (trestin qazma quyularında maili qazma və geofiziki-geoloji işlərin MWD (QZÖ) və LWD (QZK) ölçü cihazları vasitəsilə görülməsi və qazma avadanlıqlarının istifadəyə verilməsi barədə), 2018-ci il 17 sentyabr tarixli SOCAR **********20020137X00373 saylı (trestin istehsalat b ölümlərinin quyularında genişləndirmə işlərinin yerinə yetirilməsi barədə) və 2019-cu il 19 mart tarixli 26217-18S saylı (trestin maili və qazma işlərini yerinə yetirmək üçün öz avadanlıq və materialları hesabına xidmət göstərilməsi barədə) podrat müqavilələri (bundan sonra - müqavilələr) əsasında yaranmış münasibətlər təşkil edir.
12. Əsas borc tələbi ilə bağlı müqavilələrə əsasən, iddiaçı cavabdehin xidmət sifarişləri əsasında həmin müqavilənin predmetini təşkil edən işləri görməyi və xidmətləri göstərməyi, cavabdeh isə müqavilənin 1 saylı Qoşmasında göstərilən qiymətlərə uyğun işlərin və xidmətlərin dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 2016-cı il 20 sentyabr və 2019-cu il 19 mart tarixli müqavilələr 2 il, 2018-ci il 17 sentyabr tarixli müqavilə isə 1 il müddətinə bağlanmışdı r. Müqavilələrin “Qiymətlərin razılaşdırma protokolu” adlanan 1 saylı qoşmasına əsasən, işlərin və xidmətlərin dəyəri ABŞ dolları ilə müəyyən edilmişdir. Müqavilələrin muzd (müqavilə qiyməti) və ödəniş şərtlərini müəyyən edən 14-cü bəndinə əsasən, cavabdeh işin icrası və tamamlanması üçün iddiaçıya müqaviləyə əlavə olunmuş 1 saylı Qoşmaya uyğun tərtib edilən görülmüş işlərin yekununu əks etdirən qarşılıqlı imzalanmış təhvil-təslim aktları əsasında müqavilədə müəyyən olunan tariflərdə və məbləğlərdə tərtib olunub təqdim edilən hesabfakturaların qəbul edilməsindən sonra 30 gün ərzində daxili (və ya xarici) valyutalarla həyata keçirilən ödənişlərdə müvafiq məbləği ödəniş tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə ekvivalent Azərbaycan manatı ilə iddiaçının ba nk hesabına ödəməlidir. Ödəniləcək məbləğə ƏDV daxil olduqda, həmin verginin məbləği hesab-fakturada ayrıca göstərilməklə, müvafiq olaraq müqavilənin dəyərinə əlavə olunur. Görülən işlər və göstərilən xidmətlərlə əlaqədar tərəflər arasında qarşılıqlı borcların üzləşdirilməsinə dair 2017-ci il 23 yanvar, 2018-ci il 19 yanvar, 2019-cu il 21 yanvar, 2019-cu il 31 dekabr və 2020-ci il 31 iyul tarixli aktlar tərtib olunaraq imzalanmışdır. 13. 2020-ci il 31 iyul tarixinə olan qarşılıqlı üzləşməyə görə cavabdehin iddiaçıya görülən işlərə və göstərilən xidmətlərə görə cəmi 10.433.096,99 manat (6.137.115,87 ABŞ dolları) məbləğində əsas borcu yaranmışdır. Cavabdeh bu borcdan 2020-ci ilin iyul ayında 125.000 manat, sentyabr ayında 15.000 manat, oktyabr ayında 100.000 manat olmaqla, cəmi 240.000 man at (141.176,47 ABŞ dolları) ödəmişdir.
14. Faiz tələbi ilə bağlı müqavilələrin 14-cü bəndinə əsasən, cavabdeh görülmüş işlərin dəyərini müvafiq hesab-faktura təqdim edildikdən sonra 30 gün ərzində iddiaçıya ödəməli olduğu halda, bu öhdəliyini pozaraq və lazımınca yerinə yetirməyərək görülən işlərə və göstərilən xidmətlərə görə yaranmış borcların ödənilməsini gecikdirmişdir. Bu səbəbdən, cavabdeh gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
15. Tərəflər arasında qarşılıqlı borcların üzləşdirilməsinə dair tərtib olunaraq imzalanmış 2020-ci il 31 iyul tarixli akta əsasən həmin tarixə cavabdehin iddiaçıya ümumi qalıq borcu 10.433.096,99 manat təşkil etmiş və bu öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5% 2020-ci ilin yanvar-iyul ayları (7 ay) üzrə hesablanmaqla 304.298,65 m anat təşkil etmişdir. Hazırda 2020-ci il 1 noyabr tarixinə cavabdehin iddiaçıya cəmi əsas borcu 10.421.791,01 manat təşkil edir və həmin öhdəliyin icrasının gecikdirilməsi 2020-ci ilin avqust, sentyabr və oktyabr aylarında da davam etmişdir. Qeyd edilən məbləğə görə illik 5 % 2020-ci ilin 10 ayı (yanvar-oktyabr) üzrə hesablanmaqla 434.241,29 manat (10.421.791,01 x 5%: 12 ay x 10 ay) olacaqdır. Beləliklə, gecikdirilmiş vaxt üçün illik 5 % məbləği 2016-2019cu illər və 2020-ci ilin 10 ayı üzrə cəmi 1.356.870,7 manat (798.159,23 ABŞ dolları) təşkil edir. 16. 2016-cı il 20 sentyabr tarixli müqavilənin şərtlərinə görə, müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 30 gün qalmış tərəflərdən biri müqaviləyə xitam vermək barədə digər tərəfi xəbərdar etməzsə, müqavilə növbəti illər üçün uzadıl mış sayılır. 2 il müddətinə bağlanmış həmin müqavilənin qüvvədə olma müddəti 2018-ci il 20 sentyabr tarixdə başa çatsa da, tərəflərin heç biri müqaviləyə xitam verməmiş və müqavilənin qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə daha 2 il müddətinə uzadılmışdır. Ona görə də, 2018-ci ilin oktyabr ayı ərzində iddiaçı tərəfindən 2016-cı il tarixli müqavilə üzrə işlər görülmüş və xidmətlər göstərilmişdir. Lakin 2016-cı il tarixli müqavilənin qüvvədə olmasına və cavabdehin iddiaçıya bu müqavilə üzrə işlərin dayandırılması barədə hər hansı bildiriş, xəbərdarlıq verməməsinə rəğmən, 2018-ci ilin noyabr, dekabr və 2019-cu ilin yanvar, fevral və mart ayları ərzində iddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə heç bir işlərə və əməliyyatlara cəlb olunmamışdır. İddiaçı qeyd edilən dövr ərzi ndə 2016-cı il tarixli müqavilə üzrə öz öhdəliklərini icra etmək məqsədilə işçi heyətini və avadanlıqlarını hər zaman işlərin icrasına hazır vəziyyətdə saxlamış və digər şirkətlərdən hər hansı sifariş qəbul etməmişdir. Nəticədə, iddiaçı əldən çıxmış fayda şəklində 4.485.952,90 ABŞ dolları məbləğində real maddi zərərə məruz qalmışdır. Müqavilənin 21.1 və 21.2-ci bəndlərinə əsasən, “dolayı (əldən çıxmış fayda) itki” dedikdə, müqavilə bağlanarkən əvvəlcədən görülüb-görülmədiyindən asılı olmayaraq, müqavilənin icrası ilə əlaqədar və ya bunun nəticəsində meydana çıxan dolayı itkilər və/və ya istehsalat itkisi, məhsul itkisi, fayda və gəlir itkisi, mənfəət və ya güman edilən mənfəət itkisi başa düşülməklə, cavabdeh iddiaçını belə itkilərdən qorumalı və müdafiə etməlidir. 2017-2018-ci illərdə ana loji aylar üzrə quyu qazma işləri 2018-ci ilin noyabr ayında 852.665,64 ABŞ dolları, dekabr ayında 781.076,22 ABŞ dolları, 2019-cu ilin yanvar ayında 955.521,52 ABŞ dolları, fevral ayında 1.312.678,02 ABŞ dolları, mart ayında 584.011,50 ABŞ dolları olmaqla 5 ay üçün ƏDV daxil cəmi məbləğ 4.485.952,90 ABŞ dolları təşkil etmiş və zərər də buna uyğun hesablanmışdır. 2018-ci il 17 sentyabr tarixli müqavilənin və həmin müqavilə ilə bağlı keçirilmiş tenderin şərtlərinə görə cavabdehin istehsalat bölümlərinin quyularında genişləndirmə işlərinin görülməsi ilə bağlı bütün müraciətlər iddiaçıya edilməli olduğu halda, işlərin bir hissəsi digər şirkətlərə (Schlumberger, KTİB və SRS) həvalə olunmuşdur. İddiaçı bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmək üçün bütün lazımi hazırlıq işlərini görmü ş, o cümlədən, işçi heyətini, onlara təlimlərin keçirilməsini təşkil etmiş, lazımi avadanlıqları və ehtiyat hissələrini almışdır. Nəticədə, iddiaçıya 1.338.810 ABŞ dolları məbləğində real maddi zərər vurulmuşdur.
17. Pirallahı yatağında 1219 saylı quyunun maili qazması zamanı “Specialized Petroleum Technologies” şirkətinə məxsus, icarəyə götürülmüş (2017-ci il 1 oktyabr tarixli müqavilə, № SPT/ED/2017) NOV markalı, №26804862 seriyalı, yeni istehsal olunmuş quyu dibi mühərrikinin ehtiyat hissələri cavabdehin təqsiri üzündən ciddi zədələnmiş, qazma məhlulunun içərisinə düşən metal hissələr mühərrikin daxilindən keçərək rotor, stator və paçevnik hissələri kimi komponentlərə ciddi zərər vurmuşdur. Quyunun qazılması haqqında hesabatda təsvir olunduğu kimi, iddiaçının komandası 2019-cu il 2 avqu st tarixdə təyinat yerinə daxil olaraq 12 ¼” (311 mm) ölçülü lülə üzrə BHA avadanlıqlarını QDM ilə birlikdə yığılaraq quyu ağzında və qoruyucu kəmərin daxilində test etmiş, bütün tədbirlər və test sınaqları uğurla həyata keçirilmiş, QDM quyuya göndərilməzdən əvvəl tam yoxlamadan keçirilmiş və vəziyyəti “sıfır” saata əsasən yeni olmuşdur. Qazma zamanı 521 metr dərinliyə çatdıqdan sonra telemetriya ölçü avadanlığı (MWD) siqnalında xəta baş vermiş və quyuda qazma zamanı heç bir MWD siqnalı qəbul edilməmişdir. Daha sonra cavabdeh rotor rejimi ilə qazma işlərinin 600 metrə qədər davam etdirilməsi barədə qərar qəbul etmiş və qazma 311 mm lülənin sonuna 600 metrədək davam etmişdir. Qazma bitdikdən sonra avadanlıq quyu ağzına qaldırılmış və qazma baltası QDM-dən açıldıqda baltanın daxilində və ştu serində metal qırıntılarının olduğu aşkar olunmuş, metal qırıntısı baltanın ştuserində, digər metal və rezin qırıntıları isə baltanın daxilində qalmışdır. MWD avadanlıq 521 metr dərinlikdə siqnal göndərməyi dayandırdığı üçün belə nəticəyə gəlinmişdir ki, MWD avadanlığının komponentləri sınmış, qazma məhluluna qarışmış və QDM daxilindən keçərək baltanın daxilinə tökülmüş, nəticədə QDM-in rotor, stator və paçevnik hissələri ciddi zədələnməyə məruz qalmışdır. QDM iddiaçının istehsalat sahəsinə çatdırıldıqdan sonra şirkətin mühərriklər üzrə mütəxəssisi dəymiş zərərin dəyərini qiymətləndirmək üçün hərtərəfli yoxlama aparmış, müəyyən edilmişdir ki, mühərrik MWD avadanlığının müxtəlif hissələrinin metal qırıntıları tərəfindən zədələnmiş, rotorun xrom və gövdə hissələrinə ciddi ziyan dəymiş, hal-h azırda rotor və stator əsaslı təmir üçün istehsalçının (NOV) ən yaxın bölgədə - BƏƏ-nin Dubay şəhərində yerləşən təmir istehsalat sahəsinə göndərilməli, “Bearing” hissəsini isə təmir etmək üçün ehtiyat hissələri sifariş edilməlidir. Nəticədə, bununla bağlı iddiaçıya vurulmuş real maddi zərər 80.314,34 ABŞ dolları təşkil etmişdir.
18. Cavabdeh tərəfindən iddiaçıya elektron məktub vasitəsilə KQİT-in Günəşli İB yatağındakı 5 saylı özüldə qazılacaq quyunun Ø 311,5 mm, Ø 215,9 mm-lik seksiyalarının qazılması zamanı lazım olacaq avadanlıq və mühəndis xidməti üçün sifariş verilmiş, bununla bağlı bir neçə dəfə müzakirələr aparılaraq iddiaçı tərəfindən cavabdehə hər RSS avadanlığının özünə məxsus telemetriya avadanlığı ilə işləməsi, KQİT-in təqdim etdiyi telemetriya avadanlığı RSS avadanlığı ilə uz laşmadığı təqdirdə istifadəsinin mümkün olmayacağı bildirilmiş, lakin buna baxmayaraq avadanlığın sifarişə uyğun təmin olunması tələb edilmişdir. Bu səbəbdən, iddiaçı sifarişin icrası məqsədilə “DTech UK Ltd” şirkəti ilə bağladığı avadanlıqların icarəsinə dair 2019-cu il 9 iyun tarixli müqaviləyə əsasən avadanlıqları Azərbaycan Respublikasına müvəqqəti idxal etmişdir. Sonradan RSS və telemetriya avadanlıqlarının texniki göstəriciləri və proqram təminatları araşdırılaraq məlum olmuşdur ki, cavabdeh tərəfindən təqdim edilən, Geologiya və Geofizika İdarəsinə məxsus telemetriya avadanlığı ilə RSS avadanlığının uzlaşmadığı səbəbindən istifadə edilə bilməyəcəkdir. İddiaçının telemetriya avadanlığına dair müqaviləsi olmadığına görə KQİT-ni RSS avadanlığına uyğun telemetriya avadanlığı ilə təmin edə bilməmişdir. Bununla əlaqədar tərəflərin iştirakı ilə iddiaçının texniki bazasına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, cavabdehin gələcək perspektiv planına uyğun olaraq RSS, quyudibi mühərriklər, hidrogenişləndiricilər və onların ehtiyat hissələrinə aid mal-materiallarla bağlı heç bir çatışmazlıq mövcud deyildir. İddiaçının bu işləri rotorla idarə olunan sistemlə həyata keçirməməsinə səbəb, onun Geologiya və Geofizika İdarəsi ilə müqaviləsinin olmamasına görə telemetriya sistemində baş verən uyğunsuzluqla əlaqədar rotorla idarə olunan sistemin (RSS) istifadəsinin mümkün olmamasıdır, çünki rotorla idarə olunan sistem yalnız öz telemetriya sistemi ilə işləyə bilər. Göründüyü kimi, iddiaçı cavabdehin tapşırığı əsasında rotorla idarə olunan sistemi icarəyə götürərək Azərbaycan Resp ublikasına müvəqqəti idxal etsə də, iddiaçıdan asılı olmayan səbəblərdən həmin sistemi istifadə etmək mümkün olmamışdır. Nəticədə, bununla bağlı iddiaçı 104.076 ABŞ dolları məbləğində real maddi zərərə məruz qalmışdır.
19. Müqavilələr üzrə mühəndis xərcləri, yəni quraşdırma yerində olarkən mühəndislər üçün qida, konteyner icarəsi/alışı, xamut və s. kimi xərclər cavabdeh tərəfindən ödənişsiz təmin edilməli olduğu halda, cavabdeh həmin xərcləri qarşılamamış və bu xərcləri iddiaçı çəkməklə əlavə maddi zərərə məruz qalmışdır. Belə ki, müqavilələrin icrası ilə əlaqədar Müqavilələrin icrası ilə əlaqədar müxtəlif təyinatlı daşına bilən konteynerlərin işçilər üçün anbar, yataqxana və ya ofis qismində istifadə edilməsi üçün kirayəyə götürülməsinə və sair avadanlıqların icarəsinə görə cəmi 22.239,6 manat (13.082,12 ABŞ dolları), işçilərin yeməklərinə isə 86.940 ABŞ dolları məbləğində pul vəsaiti xərcləmişdir. Halbuki, müqavilə şərtlərinə görə, işlər ofşor ərazidə görülərkən cavabdeh iddiaçının təmin etdiyi işçilər üçün ofşor sığınacaq və yemək, bütün marşrut və tibbi yardım nəqliyyatını, vertolyot və təchizat bazası ilə iş sahəsi arasında vertolyot və təchizat qayığı ilə daşınması mümkün olan avadanlıq və materiallar üçün nəqliyyatı ödənişsiz təmin etməli idi. Nəticədə, bununla bağlı iddiaçıya 99.908,98 ABŞ dolları məbləğində real maddi zərər dəymişdir.
20. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklərin icrası məqsədilə Aberdin şəhərində (Birləşmiş Krallıq) yerləşən “Target Well Control Limited” şirkəti ilə bağlanmış avadanlıqların (təkrar ixrac şərtilə) istifadəyə götürülməsi barə də 2016-cı il 20 iyul tarixli TWC/Easydrill/2016 saylı müqavilə üzrə xərclər (avadanlıqların istifadəyə götürülməsi, mühəndis xərcləri, texniki şərtlərə uyğun olmayan, iş zamanı zədələnmiş avadanlıqların təmir xərcləri və s.) 332.407,60 ABŞ dolları, iş şəraitinin pozulması nəticəsində zədələnmiş avadanlıqların təmiri üçün sərf edilən və Cavare İnernational İnc mühərrikləri üçün ehtiyat hissələrinə çəkilən xərclər isə 96.959,32 ABŞ dolları təşkil etmişdir. Nəticədə, bununla bağlı iddiaçıya 429.366,92 ABŞ dolları məbləğində real maddi zərər vurulmuşdur.
21. Müvəqqəti idxal şərtilə gətirilmiş avadanlıqlara görə çəkilən xərclərlə bağlı dəymiş zərər müqavilələr üzrə öhdəliklərin icrası üçün iddiaçı ilə Aberdin şəhərində (Birləşmiş Krallıq) yerləşən “Target Well Control Limited” şirkəti arasında bağlanmış avadanlıqların (təkrar ixrac şərtilə) istifadəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə 2016-cı il 20 iyul tarixli TWC/Easydrill/2016 saylı müqavilə əsasında müvəqqəti idxal şərtləri ilə Azərbaycana gətirilən və sifarişi gözlənilən işlərin proqnozlarına uyğun verilən avadanlıqlar cavabdehin müqavilə şərtlərini pozması səbəbindən işləməmiş, iddiaçı həmin avadanlıqları cavabdehin vaxtında ödəniş etməməsi nəticəsində yığılan debitor borcları üzündən geri göndərə bilməmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 saylı Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na əsasən həmin mallar üçün ödənilməsi nəzərdə tutulan gömrük rüsumlarını və vergiləri ödəmək məcburiyy ətində qalmışdır. Nəticədə, iddiaçı bununla bağlı 134.117,65 ABŞ dolları məbləğində real maddi zərərə məruz qalmışdır.
22. Müqavilə öhdəliklərinin icrası məqsədilə götürülən bank kreditlərinə görə çəkilən xərclərlə bağlı dəymiş zərər göstərilən xidmətlərin və görülən işlərin dəyərinin cavabdeh tərəfindən vaxtında ödənilməməsi səbəbindən, iddiaçı müqavilələr üzrə işlərin icrası ilə əlaqədar fasiləsiz xidmətlər göstərmək və müqavilə öhdəliklərini yerinə yetirmək üçün, habelə əməliyyat fəaliyyətlərinə (əmək haqqı, köməkçi şirkətlərin xidmətlərinə görə ödəmə, gömrük rüsumları, vergilər və s.) vəsait çatışmazlığı nəzərə alınmaqla, 2017-ci il 15 avqust, 2018-ci il 15 may və 2018-ci il 9 avqust tarixli kredit müqavilələrinə əsasən müvafiq olaraq 500.000 ABŞ dolları, 1.000.000 ABŞ dolları və 775.000 AZN məbləğində kreditlər götürməyə və bu kreditlərə hesablanmış faizləri və cərimələri ödəmək məcburiyyətində qalmışdır. Nəticədə, iddiaçıya bununla bağlı 188.929,08 ABŞ dolları məbləğində real maddi zərər dəymişdir.
23. Cavabdeh tərəfindən müqavilələr üzrə ödəniş öhdəliklərinin vaxtında icra olunmaması ilə bağlı yaranmış vergi borcları ilə əlaqədar dəymiş zərər səyyar vergi yoxlamasının nəticəsinə görə pozuntulardan biri cavabdeh tərəfindən ödənişlərin vaxtında icra olunmaması səbəbindən meydana gəlmişdir. Belə ki, 2016-cı il 20 sentyabr və 2019-cu il 19 mart tarixli müqavilələr üzrə öhdəliklərin icrası üçün iddiaçı ilə Aberdin şəhərində (Birləşmiş Krallıq) yerləşən “Target Well Control Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərtilə) istifadəyə götürülməsi (həmçinin, mühəndis xidmətləri) barədə 2016-cı il 20 iyul tarixli TWC/Easydrill/2016 saylı müqavilə bağlanmışdır. Cavabdeh tərəfindən müqavilələr üzrə ödənişlərin vaxtında və tam ödənilməməsi səbəbindən, iddiaçı qeyri-rezidentlərə əsas məbləği ödəmədən yalnız ƏDV ödəmək və ödənilən ƏDV-ni əvəzləşdirmək məcburiyyətində qalmışdır. Qeyd edilən hal səyyar vergi yoxlaması zamanı pozuntu kimi qiymətləndirilərək, həmin ödənilən məbləğlərə münasibətdə maliyyə sanksiyaları hesablanmışdır. Nəticədə, iddiaçıya bununla bağlı 1.598.276,02 ABŞ dolları məbləğində real maddi zərər vurulmuşdur.
24. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsi ilə (qarşılıqlı iddianın dəqiqləşdirilməsi haqqında ərizə ilə) məhkəməyə müraciət edərək, iddiaçının müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən cavabdehə dəymi ş 806.303.12 (səkkiz yüz altı min üç yüz üç ABŞ dolları və iki sent) məbləğində pul vəsaitinin (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun birdəfəlik tutularaq iddiaçının cari bank hesabına köçürülməklə, geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 19 mart tarixli, 26217-188 saylı xidmət müqaviləsinin 4.1, 4.7, 10.2, 10.3-cü bəndlərinin tələbləri iddiaçı tərəfindən gözlənilməmiş, müxtəlif bəhanələr gətirilməklə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və həmin işlər 3-cü tərəflər olan "xxxx" MMC və “Schumberger Overseas” şirkəti tərəfindən həyata keçirilmişdir.
26. Heç bir əsas olmadan idd iaçı işləri “Lump sum” (açar təhvil qiymətinə) şərtləri ilə (müqavilədə isə sutkalıq nəzərdə tutulub) yerinə yetirə biləcəyini bəyan etmişdir. 27. "xxxx" MMC-nin invoysları üzrə 72 saylı quyu üzrə işlərin icrası üçün KTİB şirkətinə 086/19 saylı invoys üzrə ümumilikdə 424.800 ABŞ dolları (ƏDV ilə) ödənilmişdir. İddiaçı icra etsə idi, məbləğ ƏDV ilə birlikdə 52.038 ABŞ dolları olacaqdı. 73 saylı quyu işlərin icrası üçün KTİB şirkətinə 111/19 saylı invoys üzrə ümumilikdə 49.142 dollar (ƏDV ilə) ödəniş edilib. İddiaçı icra etsə idi, məbləğ 32.809,9 ABŞ dolları (ƏDV ilə) olacaqdı. İnvoys 110/19 üzrə işlərin icrası üçün KTİB şirkətinə 110/19 saylı invoys üzrə ümumilikdə 300.900 ABŞ dolları (ƏDV ilə) ödəniş edilib. İddiaçı icra etsə idi, məbləğ 34.692 ABŞ dolları (ƏDV ilə) olacaqdı. 28. “Schlum berger Overseas” şirkətinin invoysları üzrə işlərin icrası üçün “Schlumberger Overseas” şirkətinə İ6 1541 saylı invoys üzrə ümumilikdə 27.822 ABŞ dolları (ƏDV ilə) ödəniş edilib. İddiaçı icra etsə idi, məbləğ 11.546,3 ABŞ dolları (ƏDV ilə) alacaqdı. İnvoys İ61550 üzrə ƏDV ilə 4.238,56 dollar pul ödənilmişdir, iddiaçı icra etsə idi məbləğ 1.908,06 ABŞ dolları (ƏDV ilə) olacaqdı. 612 saylı quyu üzrə məbləğ ƏDV daxil 211.981,10 ABŞ dolları təşkil etmişdir. İddiaçı icra etsə idi məbləğ 93.067,78 ABŞ dolları (ƏDV ilə) olacaqdı. Ümumilikdə "xxxx" və “Schlumberger Overseas” şirkətlərinə qeyd edilən işlərin icrası üçün ödənilən məbləğ: 1.062.317 ABŞ dolları təşkil edir.
29. Ümumilikdə, iddiaçı işləri icra etsə idi, yaranacaq xərc isə 256.013,98 ABŞ dolları (ƏDV daxil) təşkil edəcəkdi. Buna görə də trestə dəyən zərərin məbləği 806.303,12 ABŞ dolları (ƏDV daxil), yəni, 1.370.715,30 manat təşkil edir. Eləcə də, tərəflər arasında 26217-18S saylı, 2019-cu il 19 mart tarixli müqaviləyə əsasən iddiaçı 2019-cu il 28 avqust tarixində Qaradağ 612 saylı istismar-basqı quyusunda maili qazma işinin aparılması üçün işə cəlb edilmişdir. Geolojitexniki tapşırığa əsasən 311.1 mm-lik quyu bölməsinin 34.7 gün ərzində 1550-3100 m intervalında qazılması nəzərdə tutulmuşdur. 2019-cu il 28 avqust 2019-cu il 16 sentyabr tarixlərdə 1580-2757 m intervalında qazma işləri aparılmışdır. Bu intervalın qazılması zamanı dəfələrlə planlaşdırılmış trayektoriyadan kənarlaşma olmuşdur. Belə ki, 2019-cu il 2 sentyabr, 2019-cu il 6 sentyabr, 2019-cu il 10 sentyabr, 2019-cu il 14 sentyabr tarixlərində iş qüsurlu icra ed ildiyinə görə, alət qaldırılaraq QKAN dəyişikliyi aparılmışdır. Aparılmış tədbirlər nəticəsində planlaşdırılmış quyu trayektoriyasının yenidən əldə edilməsi mümkün olmamışdır. İddiaçının qüsurlu icrası nəticəsində planlaşdırılmış quyu trayektoriyasının yenidən əldə edilə bilinməməsi və quyudibi mühərriklə işləməyin mümkünsüzlüyü nəzərə alınaraq, aparılmış işlər zay iş kimi aktlaşdırılmış və digər podratçı tərəfindən qazmanın rotorla idarə olunan sistemlə (RSS) davam etdirilməsinə qərar verilmişdir. Həmin əşyalara münasibətdə müqavilə ilə güman edilən zəmanət, qənaətbəxş keyfiyyət və ya hər hansı xüsusi məqsədə uyğunluq təmin edilmir. Ümumilikdə, dəymiş zərərə görə 806.303,12 ABŞ dolları (ƏDV daxil), yəni, 1.370.715,30 manat ödəməlidir. Həmin dəymiş zərər əsas borcla əvəzləşdirilməklə əsas borcun məbləğindən dəymiş zərər silinməklə məbləğ 9.062.354,68 manat müəyyən edilə bilər.
30. Cavabdeh tərəfindən ilkin iddiaya təqdim edilmiş etirazda qeyd olunmuşdur ki, iddiaçının dəymiş zərərlə bağlı tələbləri aşağıda göstərilənlərə əsasən əsassızdır: Faiz tələbi ilə bağlı - iddiaçının istinad etdiyi MM-in 445-ci maddəsi zərərlə bağlı münasibətləri tənzimləyir. İddiaçı zərərlə bağlı ayrıca tələblər irəli sürmüşdür. İddiaçının üstəlik, zərərin əvəzini həm də faiz formasında istəməsi iddiaçının əsasssız varlanmasına gətirib çıxarar. İkincisi isə, tərəflər arasında imzalanmış müqavilələrdə borclunun üzərinə öhdəliyin yerinə yetirilməməsi və ya gecikdirilməsi ilə bağlı heç bir məsuliyyət (cərimə, faiz və sair.) qoyulmamışdır. Belə olan halda, tərəfin əlavə olaraq faiz tələbi tam əsassızdır. Həmçinin, cavabdehin öhdəliyinin icrası ilə bağlı bir az gecikdirilmələrə yol verməsinə səbəb dünya iqtisadiyyatı ilə birbaşa əlaqədar olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi duruma təsir edən COVİD-19 virusu ilə bağlı bütün dünyada elan edilən pandemiya şəraiti olmuşdur ki, bu da fors major halına uyğun hesab edilir. Belə ki, müqavilənin 12-ci maddəsinə əsasən nə şirkət, nə də podratçı müqavilənin şərtlərinin yerinə yetirilmənin ləngidilməsi və ya ona müvəqqəti maneçilik, tərəfin nəzarətindən kənar və onun nöqsan və etinasızlığı olmadan baş vermiş və ağlabatan səviyyədə çalışmasına baxmayaraq, həmin tərəfin qarşısını ala bilmədiyi fors major hallar səbəbi ilə baş verdiyi halda məsuliyyət daşımırlar.
31. Zərər tələbi ilə bağlı: 1.5 aylıq boşdayanma dövrü üçün dəymiş zərər. İddiaçı bildirir ki, 2016-cı il 20 sentyabr tarixli müqavilə üzrə 2018-ci ilin noyabr və dekabr, 2019-cu ilin isə yanvar, fevral və mart ayları üzrə iddiaçının cavabdeh tərəfindən heç bir işlərə cəlb edilməməsi səbəbindən, cavabdeh boşdayanma üçün pul ödəməlidir. İddiaçı başqa şirkətlərdən sifariş ala bilməməsini onunla əsaslandırır ki, guya ki, o işçilərini və avadanlığını hazır vəziyyətdə iddiaçı üçün saxlamışdır. İddiaçı bunu əldən çıxmış fayda kimi qiymətləndirir və müqavilənin 21.1 və 21.2-ci bəndlərinə əsasən dolayı itki kimi tələb edir. Halbuki, bu tələb aşağıdakı səbəblərdən tam əsassız və qanunsuzdur: a) 2016-cı il 20 sentyabr tarixli müqavilədə və onun qoşmalarında boşdayanmaya görə ödəniş nəzərdə tutulmamışdır. Belə ki, müqavilənin 1 saylı qoşmasında (Qiymətlərin razıla şdırma protokolu) gündəlik gözləmə tarifi 0.00 ABŞ dolları qeyd edilmişdir. Eləcə də, avadanlıqlar Trest tərəfindən həmin dövrlərdə quyuda saxlanılmamışdır. Yəni, iddiaçı istədiyi zaman həmin avadanlıqlardan başqa şirkətlərin sifarişləri üçün istifadə edə bilərdi. İddiaçının başqa işlərinin olmamasına görə cavabdehin ödəniş etməsi tələbi tam ədalətsizdir; b) İddiaçı məsələni diqqətə elə çatdırır ki, guya ki, müqavilənin qüvvədə olması cavabdeh tərəfindən dayanmadan sifariş vermək öhdəliyi yaradır. Təbii ki, bu belə deyildir. İşlər müqavilədə razılaşdırıldığı kimi Trest tərəfindən verilən Xidmət Sifarişinə əsasən həyata keçirilir. Müqavilənin 4.9-cu maddəsinə əsasən işlərin başlanmasına 10 gün qalmış Şirkət Podratçıya texniki və geoloji şərtləri təqdim edir, Podratçı isə işlərin başlanmasın a 5 gün qalmış işlərin görülməsinə dair qazma planını Şirkət ilə razılaşdırmaq üçün tərtib edib Şirkətə təqdim edir. Qazma planı Şirkət və Podratçı trəfindən imzalandıqdan sonra, hər bir tərəf təqdim etdiyi məlumatlata görə məsuliyyət daşıyır. Müəyyən aylarda sifarişlərin verilməməsi təbii ki, boşdayanma kimi səciyyələndirilməməlidir; c) İddiaçının özünün də, istinad etdiyi müqavilənin 21.2-ci bəndi (dolayı itki) nəzərdə tutur ki, tərəflər bir-birini müqavilənin icrasından və ya icra olunmamasından irəli gələn və ya onunla bağlı olan öz dolayı itkisindən qoruyur və müdafiə edir. Müqavilənin 21.1-ci bəndində isə dolayı itki anlayışı verildikdə fayda və gəlir itkisi mənfəət və ya güman edilən mənfəət itkisi dolayı itki kimi müəyyənləşdirilmişdir. Bundan belə qərara gəlmək olar ki, cavabdeh i ddiaçı tərəfindən dolayı itki səbəbindən dəymiş zərərə görə məsuliyyətdən azad edilmişdir. Yuxarıda qeyd edilən səbəblərdən 5 aylıq boşdayanma dövrü üçün dəymiş zərərlərdən irəli gələn tələb (4 485 952,90 ABŞ dolları) tamamilə əsassızdır.
32. Bulla və Günəşlidə RR işləri ilə bağlı dəymiş zərər - iddiaçı iddia edir ki, guya keçirilmiş tenderin şərtlərinə görə 2018-ci il 17 sentyabr tarixli müqavilədə qeyd olunan işlər yalnız onlara tapşırılmalı idi. Qeyd olunan işlərin yalnız iddiaçıya tapşırılmaması səbəbindən onlara zərər dəydiyini və bu səbəbdən 1.338.810 ABŞ dolları məbləğində maddi zərərin onlara ödənilməli olduğunu iddia etmişdir. Lakin qeyd olunan tələb də tamamilə əsassızdır. Belə ki, bir podratçı ilə müqavilə bağlanması o demək deyil ki, yalnızca həmin podratçının müqavilə predmeti ndə göstərilən işləri görməyə “eksklüziv hüququ” vardır. Eksklüzivlik müddəası, bir tərəfin digər tərəfdən yalnız mal alacağına (xidmət göstərəcəyinə və s.) dair iki tərəf arasındakı razılaşmadır. Ancaq tərəflər arasında imzalanmış müqavilədə belə bir müddəa nəzərdə tutulmamışdır. Əksinə, 2018-ci il 17 sentyabr tarixli müqavilənin 4.8-ci bəndində qeyd edilir ki, Şirkət bu işlə bağlı digər müqavilələrə icazə vermək hüququnu özündə saxlayır. Podratçı şirkətə və şirkətin digər podratçılarına öz işlərini və ya müqavilələrini icra edə bilmələri üçün ağlabatan çatım və imkan təmin edir və bu cür tərəflərlə tam əməkdaşlıq etməlidir. Müqavilədə qeyd edilmişdir ki, cavabdeh istədiyi şirkətə həmin işləri tapşırmaqda sərbəstdir və iddiaçı həmin məsələlərə müdaxilə edə bilməz.
33. Pirallahı yatağında 1219 saylı quyusunda maili qazma işləri görülərkən quyu dibi mühərrikin zədələnməsi ilə bağlı dəymiş zərər - iddiaçı Pirallahı yatağında 1219 saylı quyunun qazması zamanı quyudibi mühərrikin cavabdehin təqsiri üzündən zədələndiyini bildirmiş və onun təmiri üçün zəruri olan 80.314,34 ABŞ dollarının ödənilməsini tələb etmişdir. Qeyd olunan tələb də əsassızdır. Belə ki, həmin avadanlığın Trestin ucbatından zədələnməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Eləcə də, zədələnmə faktı həm sifarişçi, həm də podratçının nümayəndələrinin iştirakı ilə aktlaşdırılmalı və səbəblər araşdırılmalı idi. Maili qazma işini müqavilə üzrə yerinə yetirən podratçı şirkət görülən işin və hər hansı hadisələr haqqında gündəlik report təqdim etməlidir. İddiaçıdan bu tarixdə heç bir report təqdim olunmamışdır. Hesab edilir ki, qeyd olunan məsələ avadanlığın qüsurlu olması nəticəsində yaranmışdır. Bu isə müqavilənin 4.5-ci maddəsinə ziddir. Bu hal Trestin mənfəət itkisinə səbəb olmuşdur.
34. RSS-nin (rotorla idarə olunan sistemlər) fraxt, icarə və digər xərcləri ilə bağlı dəymiş zərər - qeyd olunan tələbdə iddiaçı tərəfindən təchiz edilmiş avadanlığın istifadə edilə bilinməməsini bəhanə gətirmiş və nədənsə bunun Trestin ucbatından baş verdiyi ilə bağlı təxəyyülə yiyələnmişdir. Halbuki, tərəflər arasında imzalanmış 2019-cu il 19 mart tarixli müqavilənin predmetini iddiaçının müəyyən edilmiş ödəniş müqabilində öz avadanlıq və materialları hesabına maili qazma və qazma işlərini yerinə yetirmək olmuşdur. İddiaçının telemetriya avadanlığının onun avadanlığı ilə uzlaşmadığını bəha nə gətirərərək işləri görməmiş və yarımçıq gətirdiyi avadanlığın icarə haqqını tələb etmişdir. Lakin avadanlıq elə gətirilməli idi ki, son nəticə olan qazma işləri yerinə yetirilə bilsin. İddiaçı öz öhdəliklərini yerinə yetirməməsi ilə yanaşı, həm də 3-cü tərəf olan “D-Tech UK Ltd” şirkəti ilə bağladığı icarə müqaviləsini əsas gətirərək 104.076 AZN məbləğində maddi ziyana görə ödəniş tələb etmişdir. Amma qeyd olunan tələb nə müqaviləyə, nə də ki, qanunvericiliyin tələblərinə əsaslanmır. Müqaviləyə əsasən avadanlıqlarının icarəyə götürülməsi ilə bağlı yaranmış zərəri iddiaçının özü ödəməlidir. Nəzərə alınmalıdır ki, həmin zərər onun müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən yaranmışdır.
35. Mühəndis xərcləri ilə bağlı xərclər - iddiaçı öz mühəndislərinə çəkdiyi xərclər il ə bağlı cavabdehdən 99.908,98 ABŞ dolları vəsait tələb etmişdir. Tərəfin bu məsələ ilə bağlı tələbi əsassızdır. Belə ki, bir çox quyularda işlər dəniz şəraitində görülür və iddiaçının işçiləri SOCAR-ın digər işçiləri kimi yaşayış yeri, yemək və tibbi xidmətlərlə tam təmin edilir. Quruda da eynilə SOCAR işçilərini təmin edilmiş bütün şərait iddiaçının işçilərinə də təmin edilmişdir. Tərəf ola bilər ki, öz işçilərinə daha yaxşı şərait təmin etmək üçün müəyyən vəsait xərcləmişdir. Lakin qeyd olunan vəsaitin Trestə yönəldilməsi tamamilə əsassızdır. Eləcə də, tərəf öz iddiasını sübuta yetirəcək heç bir dəlil təqdim etməmişdir. Əgər xərc çəkmişdirsə, belə bir xərcin çəkilməsinə ehtiyac olub-olmamasını, nə də çəkilən xərclərlə bağlı sübutlar təqdim edə bilməmişdir. Yalnız xərclərini göstərmişdir. Lakin bu o demək deyil ki, qarşı tərəfin işçiləri yaşayış yeri, nəqliyyat, tibbi xidmətlər və yeməklə təmin edilməmişdir. Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndində qeyd edilən bütün öhdəliklər tam olaraq yerinə yetirilmişdir.
36. Avadanlıqların istifadəyə götürülməsi və təmir edilməsi xərcləri ilə bağlı dəymiş zərər - bu tələb çox mücərrəd formada tələb edilmiş və avadanlıqların cavabdeh tərəfindən zədələnməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Buna baxmayaraq öz avadanlıqlarının təmiri ilə bağlı çəkilmiş 332.407,60 ABŞ dolları və 96.959,32 ABŞ dolları məbləğində, ümumilikdə isə 429.366,92 ABŞ dolları məbləğində ödənişlər tələb etmişdir. 2016-cı il 20 sentyabr tarixli müqavilənin 4.5-ci bəndinə əsasən podratçı tərəfindən təmin edilən, müqavilədə təfsilatlı şəkildə nəzərdə tu tulmuş material və avadanlıqlar və ya onların hissələri təzə olmalıdır və ya Şirkətin razılığına əsasən təzə kimi yaxşı keyfiyyətdə və işlək olmalıdır. Müqavilədə bunun üçün məqsəd müəyyən edilmişdirsə, bu məqsədə uyğun gəlməlidir və ya belə bir məqsəd müəyyən edilməmişdirsə özünün normal təyinatına uyğun olmalıdır.
37. Müvəqqəti idxal şərtilə gətirilmiş avadanlıqlara görə çəkilən xərclərlə bağlı dəymiş zərər - qeyd olunan işlərin görülməsindən iddiaçının özü imtina etmiş və müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Həmçinin, iddiaçı heç bir əsas olmadan özü ilə 3-cü tərəf olan “X8 Limited” şirkəti arasında 2016-cı il 20 iyul tarixli TWC/Easydrill/2016-cı il tarixli müqaviləyə istinad edərək həmin müqavilə üzrə 134.117,65 ABŞ dolları borcların və gömrük xərclərinin Trestə yönləndir ilməsi ilə bağlı tələb irəli sürmüşdür. 2016-cı il 20 sentyabr tarixli müqavilənin 19.1-a bəndinə əsasən, podratçı şirkət qrupunu podratçı qrupuna məxsus olan, onun tərəfindən icarəyə götürülən, kirayəyə götürülən, və ya digər şəkildə təmin edilən podratçı qrupunun əmlakının, şirkətin səbəb olmadığı, müqavilənin icrası ilə bağlı olaraq və ya bunun nəticəsində meydana çıxan itkisi və ya dəymiş ziyan ilə bağlı olan bütün iddialardan, itkilərdən və ya xərclərdən müdafiə edir, bunları ödəyir və şirkət qrupunun təhlükəsizliyini təmin edir. Müqavilənin 29.2-ci maddəsinə əsasən, podratçı işin icrası üçün lazım olan, gömrük nəzarətindən keçən malları gömrük və aksiz qaydalarından maksimum yararlanmağa imkan verəcək şəkildə idxal, ixrac və təkrar idxal etməyi üzərinə götürür. Müqavilənin 29.4-cü bəndinə əsasən, Şirkət və Podratçı, kimin gömrük nəzarətindən keçən malların ticarətçisi və kimin bu malların sahibi (mükiyyətçisi deyil) olmasından asılı olaraq ayrı-ayrılıqda gömrük qaydalarına riayət edilməsinə görə cavabdehdirlər və məsuliyyət daşıyırlar. Cavabdeh iddiaçının 3-cü tərəflər ilə münasibətlərindən irəli gələn zərərə görə məsuliyyət daşıya bilməz.
38. Müqavilə öhdəliklərinin icrası məqsədilə götürülən bank kreditlərinə görə çəkilən xərclərlə bağlı dəymiş zərər - iddiaçıya görə, müqavilə üzrə işlərin dəyərinin vaxtında ödənilməməsi səbəbindən, kreditlər götürülmüş və bununla bağlı onlara dəymiş 188.929,08 ABŞ dolları məbləğində maddi zərərin ödənilməsini tələb etmişdir. Müqavilə üzrə tərəfin digər tərəfin öhdəliklərini yerinə yetirməməsi səbəbindən, müqaviləyə xitam vermək v ə ya işləri dayandırmaq hüququ vardır. İddiaçının kredit götürməsinin təyinatı məlum deyildir. Trest iddiaçıdan nə kredit götürməsi ilə bağlı xahiş etmiş nə də ki, Trest ilə hər hansı bir razılaşma olmuşdur. İddiaçı cavabdehlə birgə hərəkət etməmiş və təyinatı məlum olmayan kreditlər götürərək hazırki əsassız tələblər irəli sürmüşdür.
39. Cavabdeh tərəfindən müqavilələr üzrə ödəniş öhdəliklərinin vaxtında icra olunmaması ilə bağlı yaranmış vergi borcları ilə əlaqədar dəymiş zərər - tərəf səyyar vergi yoxlaması zamanı 3-cü tərəflərlə (“X8 Limited” şirkəti ilə) arasında bağlanmış müqavilədən irəli gələn vergi borcları nəticəsində əmələ gələn 1.598.276,02 ABŞ dolları məbləğində cərimənin cavabdeh tərəfindən ödənilməsini əsassız olaraq tələb etmişdir. Qoşma edilmiş protokoldan da aydın görünür ki, qeyd olunan pozuntu tərəflər arasında yaranmış münasibətlərdən irəli gəlməmişdir. Belə olan halda bu məsələdə Trestin heç bir məsuliyyəti yaranmır və onun məsuliyyətini sübut edən səbəbli əlaqə yoxdur. Həmçinin hər 3 müqavilənin 15.3-cü bəndinə əsasən, podratçı şirkəti bu maddədə nəzərdə tutulan bütün rüsumlardan, cərimələrdən, təzminatlardan və vergilərdən və Azərbaycan Respublikası müvafiq dövlət orqanının müqavilə ilə əlaqədar olaraq podratçı qrupunun üzərinə qoyduğu faiz və cərimələrdən və bunlarla bağlı meydana çıxan bütün xərclərdən qoruyur, müdafiə edir, bunları ödəyir və şirkətin zərərsizliyini təmin edir. Səyyar yoxlama nəticəsində iddiaçıya tətbiq edilmiş cərimə onun özünün məsuliyyətidir. İddia ərizəsini oxuduqda belə qənaətə gəlmək olur ki, iddiaçının nümayəndəsi müqaviləl ərlə lazımı qaydada tanış olmamış və ya bilərəkdən cavabdehin hesabına müqavilələrlə əlaqəsi olmayan bütün başqa problem və çətinliklərini həll edərək varlanmaq niyyətini həyata keçirir. Halbuki, müqavilənin “yekun razılaşma” bölümünə əsasən də, həm şirkət, həm də podratçı digər tərəfin müqaviləni pozması nəticəsində meydana çıxan hər hansı itkilərin azaldılması üçün ağlabatan bütün tədbirləri görməlidir.
40. İddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi sənədlər qanunvericiliyin tələbinə uyğun olaraq, Azərbaycan dilində deyildir və lazımı qaydada təsdiq edilməmişdir.
41. Göstərilənlər əsasən ilkin iddia üzrə əsas borc məbləğindən 700.221.61 AZN borcun, “faiz tələbi” və “zərər tələbi” ilə bağlı iddiasının təmin edilməməsi ilə bağlı qətnamə qəbul edilməsi xahiş edilmişdir.
42. İddiaçı t ərəfindən qarşılıqlı iddiaya verilmiş etirazda aşağıda qeyd edilənlərə əsasən qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməsi xahiş edilmişdir:
43. İddiaçı tərəflər arasında bağlanmış 2019-cu il 19 mart tarixli müqavilənin 4-cü və 10-cu bəndlərinə istinadən iddia edir ki, cavabdeh bu müqaviləyə əsasən “Qərbi Abşeron” yatağındakı 54 saylı özüldə 72 və 73 saylı quyularda qazma işlərini yerinə yetirməli olduğu halda, guya müxtəlif bəhanələr gətirərək üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, yəni müqavilədə sutkalıq nəzərdə tutulmasına rəğmən heç bir əsas olmadan işləri "xxxx" şərtləri ilə yerinə yetirə biləcəyini bəyan etmiş, bu səbəbdən həmin işlər 72 saylı quyuda "xxxx" MMC tərəfindən 400.400 ABŞ dollarına, 73 saylı quyuda isə “Schumberger Overseas” şirkəti tərəfindən 323. 816 ABŞ dollarına icra olunmuş, halbuki, xidmətləri cavabdeh özü göstərsəydi, 72 saylı quyu üzrə 238.205 ABŞ dolları, 73 saylı quyu üzrə isə 219.836 ABŞ dolları vəsait xərclənərdi ki, nəticədə iddiaçı sözügedən quyularda göstərilmiş xidmətlərə görə cəmi 266.175 ABŞ dolları məbləğində artıq vəsait sərf etməli olmuşdur. Trest tərəfindən 2019-cu il 3 iyun tarixdə e-mail vasitəsilə MMC-yə müraciət olunaraq, “KQİT”-in Günəşli İB Qərbi Abşeron yatağındakı 54 nömrəli özüldə qazılacaq horizontal quyuların Ø444.5 mm, Ø 311.1 mm, Ø215.9 mm, Ø152.4 mm-lik intervallarının QDM (quyudubi mühərrik) və RSS-lə (rotorla idarə olunan sistem) qazılması üçün lazım olacaq avadanlıq və mühəndis xidməti ilə bağlı 2019-cu il 11 iyun tarixə qədər "xxxx" şərtləri ilə qiymət təklifi vermək xahiş olunmuşdur. MMC tərəf indən 2019-cu il 10 iyun tarixdə Trestə həmin işləri yerinə yetirmək üçün ümumi layihə dəyəri barədə təklif təqdim edilmiş, həmin təklifdə Ø444.5 mm, Ø311.1 mm, Ø215.9 mm, Ø152.4 mm-lik intervalların bir quyu üçün 45 gün ərzində qazılmasının ümumi dəyəri 317.500 ABŞ dolları göstərilmişdir.
44. MMC tərəfindən SOCAR-a və Trestə ünvanlanmış 2019-cu il 13 dekabr tarixli ED-535 və ED536 saylı məktublarda Trest tərəfindən “Qərbi Abşeron” yatağında yerləşən 54 saylı özüldə maili quyuların quyudibi avadanlıqların icarə və mühəndis xidmətlərinin "xxxx" təklifi əsasında qazıldığını diqqətə çatdırmaqla, həmin yataqda qazılan quyuların konstruksiyası ilə tanış olduqdan sonra quyuların qazılmasında bahalı RSS-lərə (rotorla idarə olunan sistem) ehtiyac olmadığı və onların RSS-siz də qazıla bilinəcəyi qə nəatinə gəlinməklə, Qərbi Abşeron layihəsində hər quyunu bütün quyudibi mühərriklər və mühəndis xidmətləri daxil "xxxx" olaraq cəmi 99.000 ABŞ dollarına qazmağa hazır olduğunu, qazma zamanı quyuda sifariş olunmuş hədəfdən yayınma halında bütün məsuliyyəti öz üzərinə götürüb yaranacaq əlavə xərcləri qarşılayacağını bildirmişdir. Lakin bütün bunlara baxmayaraq, Trest və SOCAR tərəfindən MMC-nin bu təkliflərinə hər hansı münasibət bildirilməyərək, Qərbi Abşeron yatağındakı 54 saylı özüldə yerləşən 72 və 73 saylı quyularda qazma işlərinin yerinə yetirilməsi müvafiq olaraq "xxxx" MMC və “Schumberger Overseas” şirkətinə həvalə edilmişdir. Şərh edilənlərdən göründüyü kimi, Trestin guya MMC-nin öz müqavilə öhdəliklərini icra etməməsi üzündən 72 və 73 saylı quyularda qazma işlərinin görülməsini baş qa şirkətlərə həvalə etmək məcburiyyətində qalıb bu işlərə görə artıq vəsait xərcləməsində MMC-nin heç bir təqsiri olmamışdır. İddiaçının bu tələbini əsaslandırmaq üçün müqavilənin 4-cü bəndinə istinad etməsi əsaslı deyil. Həmin bənd podratçının (MMC-nin) və şirkətin (Trestin) ümumi hüquq və öhdəliklərini nəzərdə tutmaqla 4.8-ci bəndə əsasən, Şirkət bu işlə bağlı digər müqavilələrə icazə vermək hüququnu özündə saxlayır. Ancaq iddiaçı məhkəməyə cavabdehin müqavilənin 4-cü bəndində göstərilən öhdəliklərini pozmasına və bu səbəbdən işlərin görülməsini digər podratçılara həvalə etməyə məcbur qalmasına dair hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, müqavilənin 8.1-ci bəndinin a) yarımbəndinə əsasən, Şirkət müqaviləni və ya onun bir hissəsini hər hansı bir üçüncü şəxsə o halda verə bilə r ki, buna podratçının əvvəlcədən verilmiş razılığı olsun. Lakin 72 və 73 saylı quyularda qazma işlərinin görülməsinin başqa şirkətlərə həvalə edilməsi zamanı podratçıdan buna dair müvafiq razılıq da alınmamışdır. İddiaçının bu tələbini əsaslandırmaq üçün müqavilənin 10-cu bəndinə istinad etməsi isə ümumiyyətlə anlaşılan deyil. Çünki 10-cu bənd qüsurlu icra ilə bağlı məsələləri tənzimləməklə bu tələbə heç bir aidiyyəti yoxdur.
45. Əgər 72 və 73 saylı quyular üzrə xidmətləri cavabdeh özü göstərsəydi, müvafiq olaraq məhz 238.205 və 219.836 ABŞ dolları vəsait xərclənəcəyinə, həmin məbləğlərin necə hesablanıb müəyyən edilməsinə dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
46. İddiaçı tərəflər arasında bağlanmış 2019-cu il 19 mart tarixli müqavilənin 10.3- cü bəndinə istinadən iddia edir ki, geoloji-texniki tapşırığa əsasən 34,7 gün ərzində 1550-3100 m intervalında qazılması nəzərdə tutulan Qaradağ 612 saylı istismar-basqı quyusunun 311.1 mm-lik quyu bölməsində 2019-cu il 28 avqust - 2019-cu il 16 sentyabr tarixlərdə 1580-2757 m intervalında qazma işləri aparan cavabdeh tərəfindən guya bu intervalın qazılması zamanı dəfələrlə planlaşdırılmış trayektoriyadan kənarlaşma olmuş, iş qüsurlu icra edildiyinə görə həmin trayektoriyanın yenidən əldə edilə bilinməməsi və quyudibi mühərriklə işləməyin mümkünsüzlüyü nəzərə alınmaqla, qazmanın digər podratçı tərəfindən rotorla idarə olunan sistemlə (RSS) davam etdirilməsinə qərar verilərək, bu işlərin görülməsinə “Schumberger Overseas” şirkəti cəlb olunmuş, həmin şirkət 2019-cu il 18 sentyabr - 2019-cu il 30 sentyabr tarixlərində prob lemi aradan qaldırmış, bu işin görülməsi Trestə 179.645 ABŞ dollarına başa gəlmiş, halbuki, həmin işi cavabdeh özünə məxsus avadanlıqlarla və mühəndis tərkibi ilə görsəydi, eyni işin dəyəri 33.984 ABŞ dolları təşkil edəcəkdi ki, nəticədə iddiaçı qüsurun aradan qaldırılmasına 145.661 ABŞ dolları məbləğində artıq vəsait xərcləməli olmuşdur.
47. İddia edilən qüsurlu icra ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə nə müvafiq yazılı bildiriş verilmiş, nə də bu barədə qüsur aktı tərtib edilmişdir. Belə olan təqdirdə, müqavilənin 10.3-cü bəndinə əsasən, şirkət qüsurlu işlərin icrasına üçüncü tərəfi o halda cəlb edə bilər ki, podratçı həmin qüsuru aradan qaldıra və ya işləri yenidən görə bilməsin. Yalnız bu halda podratçı şirkət tərəfindən üçüncü tərəfin cəlb edilməsi ilə bağlı xərclərin və qüsurli icra nəticəsində şirkətə dəymiş zərərin əvəzini ödəməlidir. Trest 2019-cu il 2 avqust tarixdə e-mail vasitəsilə MMC-yə müraciət edərək, “QaradağQalmaz“ istehsalat bölümünün “Qaradağ” sahəsindəki 612 saylı quyusunda Ø444.5 mm, Ø311.1 mm və Ø215.9 mm seksiyaların qazılması üçün müvafiq quyudibi mühərrik, stabilizator (sliv), KLS avadanlıqlarından və mühəndis xidmətindən istifadə etmək istəyini bildirmişdir. Bu sifariş əsasında MMC tərəfindən 2019-cu il 4 avqust tarixdə 612 saylı quyuda qazma işlərinə başlanılmış, 2019-cu il 4 avqust –2019-cu il 28 avqust tarixlərdə birinci intervalda 1500 metr dərinliyədək, 2019-cu il 28 avqust 2019-cu il 16 sentyabr tarixlərdə isə ikinci intervalda 1500 metrdən 2757 metrədək dərinlikdə qazma işləri uğurla aparılıb təhvil verilmişdir. Bundan sonra qazmanın davam etdirilməsinin quyudibi mühərriklə yox, rotorla idarə olunan sistemlə həyata keçirilməsinin vacibliyi cavabdehin qazma departamentinin nəzərinə çatdırılmış, lakin MMC-nin telemetriya avadanlığı ilə bağlı müvafiq müqaviləsinin olmaması üzündən MMC rotorla idarə edilən sistemi işlədə bilməmiş, bu səbəbdən quyuda tələb olunan bucağı QDM-lə yığmaq mümkün olmamış, yaranmış vəziyyət tərəflərin nümayəndələrinin iştirakı ilə müzakirə edilərək, quyudubi mühərriklə qazma prosedurlarına uyğun olaraq 3 dəfə müxtəlif parametrli BHA yığılaraq quyuya endirilmiş, ancaq geoloji kəsilişlərin mürəkkəbliyindən lazımi bucağı yığmaq baş tutmamışdır. Trest tərəfindən MMC-yə 612 saylı quzunun qazılması üçün verilmiş sifariş quyudibi mühərriklə qazma barədə olduğu halda, “Schumberger Overseas” şirkətinə veri lən sifariş rotorla idarə olunan sistemlə qazma haqda olmuşdur. Trestin səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib edilib imzalanmış “MMC-nin texniki bazasına keçirilmiş baxış haqqında” 2019-cu il 8 avqust tarixli aktda cavabdehin gələcək perspektiv planına uyğun olaraq quyudibi mühərriklər, hidrogenişləndiricilər və onların ehtiyat hissələri ilə bağlı heç bir problemin müəyyən olunmadığı göstərilmiş və əsas çətinliyin MMC-nin Geologiya və Geofizika İdarəsi ilə müqaviləsinin olmaması səbəbindən telemetriya sistemi problemi ilə əlaqədar rotorla idarə olunan sistemin (RSS) istifadəsinin mümkün olmadığı qeyd edilmişdir.
48. Beləliklə, rotorla idarə olunan sistem yalnız öz telemetriya avadanlığı ilə işləyə bilər və MMC-nin bu işləri rotorla idarə olunan sistemlə yerinə yetirə bilməməsin in yeganə səbəbi onun telemetriya avadanlığı ilə bağlı müvafiq müqaviləsinin olmamasıdır. Belə olan halda MMC tərəfindən 612 saylı quyuda görülmüş işlər qüsurlu icra kimi qiymətləndirilə bilməzdi.
49. Bundan əlavə, əgər 612 saylı quyu üzrə iddia edilən qüsurun aradan qaldırılması üçün tələb olunan işləri cavabdeh özü görsəydi, dəyərinin məhz 33.984 ABŞ dolları təşkil edəcəyinə, həmin məbləğin necə hesablanıb müəyyən edilməsinə dair də məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
50. İlkin iddiaya etirazında MMC-nin nümayəndəsini müqavilələrlə lazımi qaydada tanış olmamaqda və ya bilərəkdən Trestin hesabına müqavilələrlə əlaqəsi olmayan bütün başqa problem və çətinliklərini həll edərək varlanmaq niyyətində ittiham edən Trestin nümayəndəsi adi riyazı hesablamanı düzgün aparmamışdır.
51. Ba kı Kommersiya Məhkəməsinin 2020-ci il 13 noyabr tarixli e-2-2(113)2098/2020 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı əsas borcun, faiz borcunun, zərərin əvəzinin ödənilməsi və avadanlıqların qaytarılması barədə ilkin iddiası qismən təmin edilmiş, 10.193.096,98 manat və ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla 134.525,9 ABŞ dolları məbləğində əsas borc, 1.356.870,7 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, OSC 110332A seriya nömrəli hidrogenişləndirici və açar dəsti, KK8001 seriya nömrəli hidrogenişləndirici, BM2065 seriya nömrəli stabilləşdirici, ED 022 seriya nömrəli qaldırıcı (patrupka) lift sub və xalta/xamut/safety (8 diş) avadanlıqların cavabdehdən alınaraq iddiaçıya qaytarılması, ilkin iddianın qalan hissədə rədd edilməsi, ilk in iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya qarşı zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Fərrux Qasımov).
52. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış hər 3 müqavilə və həmin müqavilələrə əlavələrdə göstərilən xidmətlərin dəyəri ABŞ dolları ilə qeyd olunmuşdur. Lakin bütün üzləşmə aktlarında, həmçinin, son hesablaşma sənədi olaraq tərtib olunmuş 2020-ci il 31 iyul tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktında pul öhdəliyi manatla ifadə olunaraq yekun borcun məbləği 10.433.096,98 manat müəyyən olunmuşdur. Həmin üzləşmə aktlarına əsasən müəyyən olunmuş məbləğin han sı işlərin görülməsi nəticəsində yaranması, dəyərinin məhz ABŞ dolları ilə hesablanaraq 6.137.115,87 ABŞ dolları təşkil etməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Buna görə də sonuncu üzləşmə aktından qeyd olunan 10.433.096,98 manat pul vəsaitindən cavabdeh tərəfindən 2020-ci ilin iyul -oktyabr aylarında ödənilmiş 240.000 manat pul vəsaiti çıxılaraq 10.193.096,98 manat məbləğində pul vəsaiti cavabdehdən idddiaçının xeyrinə tutulmalıdır.
53. Üzləşmə aktlarından kənar görülmüş işlərin dəyəri olaraq 134.525,9 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı təqdim olunmuş sənədlərdə (hesab fakturalar, cədvəllər, aktlar) görülən işlərin dəyəri ABŞ dolları ilə qeyd olunduğundan həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
54. OSC110332A seriya nömrəli hidrogenişləndirici (+ açar dəsti), RR8001 seriya nömrəli hidrogenişləndirici, BM2065 seriya nömrəli stabilləşdirici, ED022 seriya nömrəli qaldırıcı (Patrupka) Lift sub və xalta/xamut/safety clamp (8 diş) avadanlıqlar iddiaçı tərəfindən “Bulla 122”, “Well122” anbarına təhvil verilmişdir. Qeyd olunan avadanlıqların təhvil verilməsi təsdiqi tapdığından və hal – hazıra kimi iddiaçı tərəfindən tələb olunmasına baxmayaraq, heç bir səbəb göstərilmədən qaytarılmadığından, iddia avadanlıqların qaytarılması hissəsində təmin edilməlidir. İddia həmin avadanlıqların dəyərinin ödənilməsi hissədə heç bir sübuta söykənmədiyi üçün, əsassız hesab edilmişdir
55. Faiz tələbi ilə bağlı qeyd olunmuşdur ki, həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin, həm də “Azərbaycan Respub likası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında vurğulanır ki, kreditorun illik beş faiz ödənilməsini tələb etmək hüququ o vaxt yaranır ki, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmir. Hazırda iddiaçı bu tələbin əsası kimi müqaviləyə və digər əsaslara istinad etmir. Bu hissədə tələbin əsasını öhdəliyin icra edilməməsi təşkil edir və pul öhdəliyinin icra olunmaması işin mübahisələndirilməyən halıdır. Cavabdehin iddianın bu hissəsinə etirazının digər səbəbi kimi müqavilənin 21.2-ci bəndinə istinad etmişdir. Həmin bənddə qeyd olunmuşdur ki, müqavilənin hər hansı müddəaya baxmayaraq və müqavilə ilə müəyyən edilən (əv vəlcədən müəyyən edilmiş xitam etmə ödənişləri də daxil olmaqla) razılıq əsasında aradan qaldırılan zərərlər istisna olmaqla, şirkət podratçı qrupu şirkətlər qrupunu öz dolayı itkisindən qoruyur, müdafiə edir və podratçı şirkətlər qrupunu podratçı qrupun müqavilənin icrasından və ya icra olunmamasından irəli gələn və ya onunla bağlı olan öz dolayı itkisindən qoruyur, müdafiə edir. Qeyd olunan bənd də illik beş faiz ödənilməsini tələb etmək hüququnu məhdudlaşdıra bilməz. Odur ki, cavabdehin nümayəndəsinin iddianın bu hissəsi ilə bağlı irəli sürdüyü mülahizələr əsassızdır və iddianın illik 5% hesablanmaqla faiz borcunun ödənilməsi hissəsində iddia qismən təmin olunaraq əsas borcun manatla ifadə olunması ilə bağlı yuxarıda qeyd olunan əsaslandırma nəzərə alınmaqla məbləğ manatla qeyd olunmalı dır.
56. İddiaçı ərizədə 5 aylıq boşdayanma (noyabr 2018 – aprel 2019) dövrü üçün 4.485.952,90 ABŞ dolları məbləğində zərəri əldən çıxmış fayda şəklində real zərər kimi qiymətləndirilmiş, zərərin hesablanmasını isə əvvəlki illərin həmin dövrlərində hansı miqdarda işlərin görülməsi ilə, Bulla və Günəşli yatağında RR işləri ilə bağlı vurulmuş 1.338.810 ABŞ dolları məbləğində zərəri real zərər kimi əsaslandırmışdır.
57. Məhkəmə qeyd etmişdir ki, iddianın 5 aylıq boşdayanma dövrü üçün zərərin əvəzinin ödənilməsinin əsasını tərəflər arasında bağlanmış 2016-cı il 20 sentyabr tarixli müqavilə təşkil edir. Lakin istər həmin müqavilədə, istərsə də əlavə və qoşmalarda boşdayanmaya görə hər hansı ödənişin verilməsi nəzərdə tutulmamış, qiymətlərin razılaşdırma protokolu olan 1 saylı qoşmasında gündəli k gözləmə tarifi 0.00 ABŞ dolları göstərilmişdir. Həmçinin, müqavilənin qüvvədə olması cavabdeh tərəfindən daimi olaraq sifariş vermək, əvvəlki illərin həmin dövründə hansı həcmdə işlərin görülmüşdürsə, eyni işlərin sifariş verilməsi öhdəliyi yaratmır. Bulla və Günəşlidə RR işləri ilə bağlı dəymiş zərərlə bağlı iddianın əsasını o təşkil edir ki, keçirilmiş tenderin şərtlərinə görə 17 sentyabr 2018-ci il tarixli müqavilədə qeyd olunan işlərin yalnız İddiaçı MMC-yə tapşırılmaması səbəbindən onlara ******* ABŞ dolları məbləğində maddi zərər dəymişdir. Bu hissədə iddianın əsasını təşkil edən 17 sentyabr 2018-ci il tarixli müqavilənin 4.8-ci bəndində qeyd olunmuşdur ki, şirkət bu işlə bağlı digər müqavilələrə icazə vermək hüququnu özündə saxlayır. Podratçı şirkətə və şirkətin digər podratçıları na öz işlərini və ya müqavilələrini icra edə bilmələri üçün ağılabatan çatım və imkan təmin edir və bu cür tərəflərlə tam əməkdaşlıq etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia həmin hissələrdə təmin oluna bilməz.
58. İddianın digər hissəsi onunla əsaslandırılmışdır ki, Pirallahı yatağında 1219 saylı quyunun maili qazması zamanı “X1” şirkətinə məxsus, icarəyə götürülmüş (01.10.2017-ci il tarixli müqavilə, № SPT/ED/2017) NOV markalı, №2680486-2 seriyalı, yeni istehsal olunmuş quyu dibi mühərrikinin ehtiyat hissələri cavabdehin təqsiri üzündən ciddi zədələnməsi nəticəsində 80314,34 ABŞ dolları məbləğində zərər vurulmuşdur.
59. İddianın bu hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, zərərin mövcudluğunu təsdiq edən sənədlər təqdim olunsa da, avadanlığın cavabdehin təqsi ri üzündən zədələnməsi və zərərlə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi arasında səbəbli əlaqə təqdim olunmuş sübutlarla təsdiqini tapmadığından məhkəmə iddianın bu hissəsini də əsassız hesab etmişdir. İddia ərizəsində RSS-nin fraxt, icarə və digər xərclərlə bağlı tələbin əsasını “D-Tech UK Ltd” şirkəti ilə bağladığı avadanlıqların icarəsinə dair 09 iyun 2019-cu il tarixli müqaviləyə əsasən avadanlıqların Azərbaycan Respublikasına müvəqqəti idxal edilməsi, idiaçıdan asılı olmayan səbəblərdən həmin sistemi istifadə etməyin mümkün olmaması və bunun cavabdehin təqsiri üzündən baş verməsi təşkil edirvə zərər 104076 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.
60. İddiaçının həmin tələbini əsassız hesab edən məhkəmə göstərmişdir ki, 19 mart 2019-cu il tarixli müqavilənin predmetin i podratçının vəzifəsi müəyyən edilmiş ödəniş müqabilində öz avadanlıq və materialları hesabına maili qazma və qazma işlərini yerinə yetirmək olmuşdur. Müqavilənin 19.1-a bəndində qeyd olunmuşdur ki, podratçı şirkət qrupunu podratçı qrupuna məxsus olan, onun tərəfindən icarəyə götürülən, kirayəyə götürülən və ya digər şəkildə təmin edilən podratçı qrupunun əmlakının, şirkətin səbəb olmadığı, müqavilənin icrası ilə bağlı olaraq və ya bunun nəticəsində meydana çıxan itkisi və ya dəymiş ziyan ilə bağlı olan bütün iddialardan, itkilərdən və ya xərclərdən müdafiə edir, bunları ödəyir və şirkət qrupunun təhlükəsizliyini təmin edir. Bu xüsusatla bağlı qeyd olunmalıdır ki, zərərin məhz cavabdehin təqsiri üzündən yaranması təqdim olunmuş sübutlarla təsdiqini tapmır.
61. Mühəndis xərcləri ilə bağlı 99.908,98 ABŞ dolları zərərin əvəzinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 2019-cu il 24 may tarixli, 22 №-li “Daşınabilən ofis və anbar tipli konteynerlərin kirayəsi haqqında” müqavilə, müqavilə ilə bağlı elektron qaimələr, "xxxx" MMM arasında bağlanmış 2018-ci il 5 yanvar tarixli müqavilə, həmin müqavilə ilə bağlı elektron qaimələr təqdim olunmuş və zərərin əsası kimi həmin sənədlərə istinad edilmişdir. Lakin qeyd olunan sənədlərlə xərclənmiş vəsaitin məhz cavabdeh ilə bağlanmış müqavilələrin icrası ilə əlaqədar çəkilməsini müəyyən etmək mümkün deyildir və buna görə də iddia həmin hissədə də əsassızdır.
62. Avadanlıqların istifadəyə götürülməsi, təmiri və müvəqqəti idxal şərtilə gətirilmiş həmin avadanlıqlara görə müvafiq olaraq 429.366,92 AB Ş dolları və 134.117,65 ABŞ dolları zərərlə bağlı iddiaçı tərəfindən məhkəməyə “X8 Limited” şirkəti ilə bağlanmış avadanlıqların (təkrar ixrac şərtilə) istifadəyə götürülməsi barədə 2016-cı il 20 iyul tarixli TWC/Easydrill/2016 saylı müqavilə, aktlar, gömrük bəyannamələri və digər sənədlər təqdim olunsa da, iddianın əsaslandığı, yəni, qeyd olunan xərclərin cavabdehin təqsirinə görə sərf edilməsi ilə bağlı halları (avadanlıqların iş şəraitinin pozulması səbəbindən zədələnməsi, avadanlıqların cavabdehin müqavilə şərtlərini pozması səbəbindən işlənməməsi və s.) sübuta yetirə bilməmişdir.
63. İddianın bank kreditlərinin və vergi borclarının ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmuşdur ki, iddiaçı tərəfindən məhkəməyə iddianın bu hissələri ilə bağlı kredit müqavilələri, vergi borc larının olması ilə bağlı sənədlər təqdim olunsa da, həmin sənədlər bu xərclərin cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranmış zərər kimi qiymətləndirməyə əsas vermir. Yəni, bu zərər mövcud olsa da, zərərlə cavabdehin hərəkəti arasında səbəbli əlaqənin olması sübuta yetirilmir. Tərəflər arasında bağlanmış hər 3 müqavilənin 15.3-cü bəndinə əsasən, podratçı şirkəti bu maddədə nəzərdə tutulan bütün rüsumlardan, cərimələrdən, təzminatlardan və vergilərdən və Azərbaycan Respublikası müvafiq dövlət orqanının müqavilə ilə əlaqədar olaraq podratçı qrupunun üzərinə qoyduğu faiz və cərimələrdən və bunlarla bağlı meydana çıxan bütün xərclərdən qoruyur, müdafiə edir, bunları ödəyir və şirkətin zərərsizliyini təmin edir.
64. Cavabdehin qarşılıqlı iddiasına münasibətdə isə məhkəmənin əsaslandırmas ı onunla bağlı olmuşdur ki, 2019-cu il 19 mart tarixli, 26217-188 saylı xidmət müqaviləsinin 4.8-ci bəndə əsasən şirkət bu işlə bağlı digər müqavilələrə icazə vermək hüququnu özündə saxlayır. Ancaq cavabdeh tərəfindən məhkəməyə iddiaçının müqavilənin 4-cü bəndində göstərilən öhdəliklərini pozmasına və bu səbəbdən işlərin görülməsini digər podratçılara həvalə etməyə məcbur qalmasına, həmçinin, əgər 72 və 73 saylı quyular üzrə xidmətlərin cavabdeh tərəfindən göstəriləcəyi təqdirdə müvafiq olaraq məhz 238.205 və 219.836 ABŞ dolları vəsait xərclənəcəyinə və 612 saylı quyu üzrə qeyd olunan qüsurun aradan qaldırılması üçün tələb olunan işləri cavabdeh özü görsəydi, dəyərinin məhz 33.984 ABŞ dolları təşkil edəcəyinə, həmin məbləğin necə hesablanıb müəyyən edilməsinə dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
65. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 439.1, 439.2, 445.2.1, 445.7-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
66. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən-ilkin iddianın vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək, ilkin iddianın həmin hissədə də təm in olunması və həmin qətnamədə əsas borcun Azərbaycan manatı ilə təmin edilən hissəsinin və faiz borcunun ABŞ dolları ilə tutulması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
67. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi, ilkin iddia üzrə əsas borc hissəsini təmin, faiz borcu, dəymiş ziyan və avadanlıqların geri qaytarılması tələbi ilə bağlı hissəsini rədd, qarşılıqlı iddianı təmin edən yeni qətnamə qəbul çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
68. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 aprel tarixli 2-2(103)-358/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən t əmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, ilkin iddiaya münasibətdə əsas borc, illik beş faiz və ziyan tələbi ilə bağlı hissələrində ləğv edilmiş, həmin hissələrdə ilkin iddia qismən təmin edilmiş, cavabdehdən 6.130.465,30 ABŞ dolları əsas borc, 798.159,23 ABŞ dolları illik beş faiz və 2.052.589,38 ABŞ dolları məbləğində zərər məbləği-cəmi, 8.981.193,91 (səkkiz milyon doqquz yüz səksən bir min yüz doxsan üç) ABŞ dolları məbləğində pulun, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnəsi ilə, iddianın xeyrinə tutulmuş, həmin tələblər üzrə qalan hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissələrində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova).
69. Apellyasiy a instansiyası məhkəməsi ggldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər müqavilə öhdəliklərindən irəli gələn vəzifələrinin yerinə yetirilməsi ilə bağlı öz aralarında qarşılıqlı üzləşmə aktları imzalamış və həmin aktla cavabdehin iddiaçıya olan borclarını təsdiq etmişdir. Belə ki, 2017-ci il 23 yanvar tarixində qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən 2017-ci il 1 yanvar tarixinə 119.435,95 manat; 2018-ci il 19 yanvar tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən 2017-ci il 1 yanvar tarixinə 2.873.220,18 manat; 2019-cu il 21 yanvar tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən 2019-cu il 1 yanvar tarixə 5.842.032,30 manat; 2019-cu il 31 dekabr tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən 2019-cu il 31 dekabr tarixinə 9.617.900,30 manat; 202 0-ci il 31 iyul tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən 2020- ci il 31 iyul tarixinə 10.433.096,98 manat. Eyni zamanda, OSC110332A seriya nömrəli hidrogenişləndirici (+açar dəsti), RR8001 seriya nömrəli hidrogenişləndirici, BM2065 seriya nömrəli stabilləşdirici, ED022 seriya nömrəli qaldırıcı (Patrupka) Lift sub və xalta/xamut/safety clamp (8 diş) avadanlıqlar iddiaçı tərəfindən “Bulla 122”, “Well122” anbarına təhvil verilmişdir. Bununla da, cavabdeh 2020-ci il 31 iyul tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə iddiaçıya 10.433.096,98 manat məbləğində borcu olduğunu etiraf etmiş olur.
70. Cavabdeh etiraf etdiyi həmin borcundan 2020-ci ilin iyul - oktyabr aylarında 240.000 manat məbləğində ödəniş etməsi və üzləşmə aktından kənar 134.525,9 ABŞ dolları məbləğində işlərin görülməsi də işin mübahisələndirilməyən hallarıdır.
71. Bundan başqa, 2020-ci il 31 iyul tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktında tərəflər borcun miqdarını, sadəcə olaraq, öz aralarında təsdiq etmiş, pulun hansı valyutada ödənilməsi barədə hər hansı qeyd şərt mövcud deyil. Tərəflər arasında bağlanmış müqavilələrə (14-cü bəndinə), Qiymətlərin razılaşdılması protokollarına, təhvil-təslim aktlarına və hesab-fakturalara əsasən müəyyən olunur ki, ödənişlərin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsi ilə Azərbaycan manatı ekvivalentində aparılması nəzərdə tutulmuş və həmin qaydada da ödənilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunanlar nəzərə alınmamış, qarşılıqlı üzləşmə aktında borcun 10.433.096,98 manat məbləğində təsbit ol unmasından asılı olmayaraq, məhkəmə borcu, həmin aktın tərtib olunduğu 2020-ci il 31 iyul tarixinə Mərkəzi Bankın kursu ilə ABŞ dolları ekvivalentində (5.995.939,40 ABŞ dolları) tutulmasını qət etməli olduğu halda, əsassız olaraq Azərbaycan manatı ilə tutulmasını qət etmişdir. Belə olan halda, qarşılıqılı üzləşmə aktı və həmin aktan kənar görülmüş işlərə görə tutulmalı olan əsas borcun ümumi məbləği - 6.130.465,30 (5.995.939,40 +134525,9) ABŞ dolları təşkil etmiş olur.
72. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən müəyyən olunur ki, onlar arasında ödəmənin gecikdirilməsinə görə dəbbə pulunun tutulması nəzərdə tutulmamışdır. Mülki qanunvericiliyə görə iki halda, borclu tərəfindən öhdəliyin icra edilməməsinin gecikdirilməsinə görə borclunun məsuliyyəti nəzərdə tutu lur. Birincisi, MM-in 462-463-cü maddələrinə müvafiq olaraq olaraq tərəflər arasında öhdəliyin icrasının gecikdirilməsinə görə tərəflər arasında yazılı razılaşma yolu ilə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduqda; ikincisi MM-in 445.7-ci maddəsi ilə müəyyən olunan qaydada. Birinci hala münasibətdə, tərəflər arasında bağlanmış müqavilələrlə öhdəliyin gecikdirilməsinə görə dəbbə (cərimə) pulunun ödənilməsi barədə razılaşma nəzərdə tutulduğu müəyyən olunmur. Belə olan təqdirdə ikinci hal üzrə iddiaçının MM-in 445.7-ci maddəsinə müvafiq illik beş faizin tutulmasını tələb etməkdə haqlıdır. Göründüyü kimi, illik beş faizlə bağlı qarşılıqlı iddiaçının dəlillərinin əsassız olduğu sübuta yetirilir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən 1.356.870,7 manat məbləğində illik beş faizin c avabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməkdə haqlıdır.
73. Lakin hər bir halda, məhkəmə tərəfindən həmin illik beş faiz məbləğinin Azərbaycan manatı ilə tutulması düzgün olmayan nəticədir. Çünki, tərəflər arasında pul öhdəlikləri ABŞ dolları ilə, ödəniş gününə olan Azərbaycan manatı məzənnəsinə görə tənzimlənmişdir.
74. Apellyasiya instansiyası məhkəməsi ilkin iddiaçının ziyan tələbinə münasibətdə apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşmış və göstərmişdir ki, birincisi, iddiaçı 2018-ci il noyabr-2019 il aprel tarixlərində 5 aylıq vaxt dövrünü əhatə edən müddət üçün 4.485.952,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda tələbini onunla əsaslandırır ki, 2016-cı ildə bağlanmış müqavilə qüvvədə olduğu halda, cavabdeh işlərin dayandırılması barədə hər hansı bildiriş və xəb ərdarlıq vermədiyi halda qeyd olunan aylarda işlərə və əməliyyatları cəlb olunmamış, həmin işləri əsassız olaraq işlərin görülməsini başqa şirkətlərə həvalə etmiş, halbuki, iddiaçı işçi heyətini və avadanlıqlarını hər zaman hazır vəziyyətdə saxlamış, digər şirkətlərdən sifariş qəbul etməmişdir. Halbuki, iddiaçının istinad etdiyi hallar birincisi, mötəbər sübutlarla əsasandırılmamışıdır. İkincisi, boşdayanma ilə bağlı tərəflər arasında razılaşdırılmış müqavilə şərtləri mövcud deyil. Üçüncüsü, 2019-cu il 19 mart tarixli xidmət müqaviləsinin 4.8-ci bəndinə əsasən cavabdeh bu işlə bağlı digər müqavilələrə icazə vermək hüququnu özündə saxlayır. Odur ki, qeyd olunan hissədə iddia tələbi əsassızdır.
75. Apellyasiya məhkəməsi iddiaçının cavabdehin istehsalat bölümlərinin (Bulla 91, 122, Günəşli 54, Qalmaz 648, Qaradağ 603, Qərbi Abşeron 73 və s.) quyularında hidravlik genişləndirmə işlərinin ona verilməməsi nəticəsində cəmiyyətə vurulmuş 1.338.810 ABŞ dolları məbləğində zərərin tutulması tələbini əsaslı hesab etmişdir.
76. Məhkəmə ona əsaslanmışdır ki, müqavilə üzrə işlər başqa şirkətlərə (“Schlumberger Overseas S.A.” və "xxxx" MMC) verilmiş və bütün bunlar cavabdehin həmin şirkətlərlə birgə imzaladığı müvafiq təhvil-təslim aktları ilə öz təsdiqini tapır. Qarşı tərəfin apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, həmin işlərin digər şirkətlərə verildiyi onun tərəfindən mübahisələndirilmir.
77. İddiaçının Pirallahı yatağının 1219 saylı quyusunda maili qazma işləri görülərkən quyu dibi mühərrikinin zədələnməsi ilə bağlı ona 80.314,34 ABŞ dolları məbləğində ona zərər vur ulması tələbini məhkəmə əsaslı hesab etmişdir. Belə ki, işə əlavə olunmuş həmin mühərrikin icarəyə götürülməsinə dair 2017-ci il 1 oktyabr tarixli müqavilə və həmin avadanlığın zədələnməsinə dair raport və 80.314,34 ABŞ dolları məbləğində zərərin ödənilməsi üçün cavabdehə təqdim edilmiş 2019-cu il 28 oktyabr tarixli hesab-faktura, bununla əlaqədar elektron yazışmalarla ilkin iddiaçının istinad etdiyi halların mövcudluğu təsdiq edir. Müqavilə şərtləri baxımından, iddiaçı həmin hissədə də tələbində haqlıdır.
78. Eyni zamanda, qeyd olunan müqavilə şərtləri (4.11, 19.2) baxımından iddiaçının rotorla idarə olunan sistemlərin (RSS) fraxt, icarə və digər xərcləri ilə bağlı məruz qaldığı 104.076 ABŞ dolları məbləğində real zərərin əvəzinin də cavabdehdən tələb etməsi əsaslıdır. Ona görə ki, iş mat erialları üzrə avadanlıqların icarəsinə dair 2019-cu il 10 iyun tarixli müqavilə, həmin avadanlıqların ölkəyə idxal olunması ilə bağlı gömrük bəyannamələri, tərəflər arasındakı elektron yazışmalar, texniki baxışla bağlı 2019-cu il 25 iyul tarixində tərtib olunmuş akt və həmin zərərin ödənilməsi üçün tərəfə təqdim olunmuş 2020-ci il 13 mart tarixli invoysla qeyd olunan xərclərin doğruluğu təsdiq edilir.Göründüyü kimi, ilkin iddiaçı tələbində haqlı olmuşdur. İlkin iddiaçının mühəndis xərcləri ilə bağlı dəymiş 100.022,12 ABŞ dolları məbləğində zərər tələbinin də əsaslı olduğu müqavilə şərtlərinə görə təsdiqini tapır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 5.1-ci bəndləri nəzərdə tutur ki, şirkət (şirkət) işlər, ofşor sığınacaq və yemək, bütün marşrut və təbii yardım nəqliyyatını, vertolyot və təchizat bazası ilə iş sahəsi arasında vertolyot təchizat qayığı ilə daşınması mümkün olan avadanlıq və materiallar üçün nəqliyyatı ödənişsiz təmin etməlidir. Müqavilələrin icrası ilə əlaqədar daşına bilən konteynerlərin işçilər üçün anbar, yataqxana və ya ofis qismində istifadə edilməsi məqsədilə onların kirayəyə götürülməsinə, sair avadanlıqların icarəsinə görə 13.082,12 ABŞ dolları xərclənmiş, işçilərin yemək xərcləri isə 86.940 ABŞ dolları təşkil etmiş nəticədə, iddiaçı 100.022,12 ABŞ dolları məbləğində real maddi zərərə məruz qalmışdır. Bütün bunlar işə əlavə olunmuş həmin əmlakların kirayəsinə dair "xxxx" MMC ilə bağlanmış xidmət müqavilələri, “Daşına bilən ofis və anbar plikonteynerlərin kirayəsi haqqında” "xxxx" MMC ilə bağlanmış 2019-cu il 24 may tarixli 22 saylı müqa vilə, elektron qaimələr, ödəniş tapşırıqları və icarə xərclərinə dair cədvəl ilə təsdiq olunur.
79. İddiaçının, müvafiq avadanlıqların istifadəyə götürülməsi və təmir edilməsi xərcləri ilə əlaqədar ona dəymiş 429.366,92 ABŞ dolları məbləğində zərər tələbi də əsaslı hesab edilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin zərər onunla təsdiqini tapır ki, müqavilələrdə nəzərdə tutulan öhdəliklərin icrası məqsədilə Aberdin şəhərində (Birləşmiş Krallıq) yerləşən “X8 Limited” şirkət ilə avadanlıqların (təkrar ixrac şərtlə) istifadəyə götürülməsi barədə 2016-cı il 27 iyul tarixli TWC/Easydrill/2016 saylı müqavilə bağlanmış və həmin müqavilə üzrə avadanlıqların istfadəyə götürülməsi, mühəndis xərcləri və iş zamanı zədələnmiş avadanlıqların təmirinə görə çəkilmiş xərclər cəmi 332.407,60 ABŞ dolları məbl əğini təşkil etmişdir.
80. Bundan əlavə, Kanadanın “X4” şirkəti ilə də 2019-cu il 4 may tarixli müqavilə bağlanaraq mühərriklər üçün ehtiyat hissələri avadanlıqlarının alınmasına və iş zamanı zədələnmiş avadanlıqların təmirinə cəmi 96.959,32 ABŞ dolları məbləğində xərclər çəkilmişdir ki, bütün bunlar işin mübahisələndirilməyən halıdır. Belə olan halda, müqavilələrin qeyd olunan 5.1-ci bəndinin şərtləri baxımından həmin hissədə ilkin iddiaçının tələbində haqlı olduğu sübuta yetirilir.
81. Beləliklə də işin tədqiq sübutlarla müəyyən edilən halları ilə sübuta yetirilir ki, ilkin iddiaçının vurulmuş zərərə görə cavabdehdən ümumilikdə 2.052.589,38 (1.338.810+80.314,34+104.076+100.022,12+429.366,92) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə tutulmasını təl əbi əsaslıdır.
82. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, məhkəmə zərərin mövcudluğunu müəyyən etmiş, lakin həmin zərərin vurulmasında cavabdehin təqsirli hərəkətlərinin mövcud olmadığını əsas gətirməklə, əsassız olaraq ilkin iddianı zərərlə bağlı hissədə bütövlükdə rədd etmişdir.
83. Apellyasiya instansiyası məhkəməsi cavabdehin 806.303,12 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıdan tutulması barədə qarşılıqlı tələbinin isə birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsini faktlar nöqtəyi-nəzərindən mahiyyəti üzrə düzgün olan nəticə kimi qiymətləndirmiş və hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində məhkəmənin qeyd olunan mövqeyinin əsassızlığı ilə bağlı təkzibedici konkret əsaslandırma mövcud deyildir.
84. Məhkəmə kollegiyası cavabdehin apellya siya şikayətinin iddiaçı tərəfindən illik beş faizin ödənilməsi tələb olunduğu halda, həm də dəymiş zərərin əvəzinin tələb olunmasının əsassızlığına dair dəlilləri ilə razılaşmamışdır. Kollegiya qeyd etmişdir ki, birincisi, MM-in 443.1-ci maddəsinin tələbi baxımından iddiaçı həmin tələbində haqlıdır. İkincisi isə həmin Məcəllənin 466-cı maddəsindən də görünür ki, tərəflər arasında dəbbə pulunun tutulması ilə bağlı razılaşma mövcud deyilsə, öhdəliyin pozulmasına görə zərərin ödənilməsi tələb oluna bilər.
85. Eyni zamanda, apellyasiya şikayətinin avadanlıqların qaytarılması barədə ilkin iddia tələbini əsassız hesab edən dəlillərinə münasibətdə göstərilmişdir ki, avadanlıqların istifadəyə götürülməsi, təmiri və müvəqqəti idxal şərtilə gətirildiyi “X8 Limited” şirkəti ilə bağlanmış avadanlıqla rın (təkrar ixrac şərtilə) istifadəyə götürülməsi barədə 2016-cı il 20 iyul tarixli TWC/Easydrill/2016 saylı müqavilə, aktlar, gömrük bəyannamələri və digər sənədlərlə öz təsdiqini tapır.
86. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 21, 443.1, 443.2, 445.7, 462, 463, 4766, 882.1, 882.5, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddələrinə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına istinad etmişdir.
87. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetlərində 2021-ci il 6 may tarixində yerləşdirilmişdir. 88. 2021-ci il 1 iyul tarixində iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, ilkin iddianın cəmi 6.407.275,65 ABŞ dolları maddi zərər tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi və iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında ilkin iddianın həmin hissədə də təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. 89. 2021-ci il 25 iyun tarixində cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbi üzrə əsas borc hissəsini Azərbaycan manatı ilə təmin edən, faiz borcu, dəymiş ziyan və avadanlıqların geri qaytarılması tələbi ilə bağlı hissəsini rədd edən, qarşılıqlı iddianı təmin edən yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)İddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinin dəlilləri: 90. 2018-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayınadək olan 5 aylıq dövr üçün əldən çıxmış fayda şəklində dəymiş 4.485.952,90 ABŞ dolları məbləğində zərər tələbi ilə bağlı iddiaçı məhkəməyə kifayət qədər sübutları (yəni 2017-2018-ci illərin analoji aylarında görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərinə dair tərəflərin imzaladıqları müvafiq təhvil-təslim aktları və hesab fakturalar; 2016-cı il 20 sentyabr tarixli müqavilənin qüvvədə olma müddəti 2018-ci il 20 sentyabr tarixdə başa çatsa da, cavabdehin həmin müqavilə üzrə iddiaçıya 2018-ci ilin oktyabr ayında sifarişlər verməsinə dair elektron müraciətlər və iddiaçının həmin ayda gördüyü işlərə və göstərdiyi xidmətlərə dair tərəflərin imzaladıqları müvafiq təhvil-təslim aktları, hesab fakturalar, əməliyyat, icarə və işçi heyəti cədvəlləri, həmçinin, 2016-cı il 20 sentyabr tarixli müqavilə üzrə işlərin 2019-cu ilin yanvar-mart aylarında "xxxx" MMC-yə həvalə edilməsinin təsdiqi kimi həmin şirkət tərəfindən qeyd edilən dövrdə görülmüş işlərə dair tərəflərin imzaladıqları bir sıra müvafiq əməliyyat, icarə və işçi heyəti cədvəlləri) təqdim etmişdir.
91. Digər tərəfdən, iddiaçı 4.485.952,90 ABŞ dolları məbləğində zərər tələbini 2016-cı il 20 sentyabr tarixli müqavilənin 21.1-ci və 21.2-ci bəndlərinə istinadən, iki il müddətinə bağlanmış həmin müqavilənin qüvvədə olma müddətinin 2018-ci il 20 sentyabr tarixdə başa çatmasına rəğmən, tərəflərin heç birinin müqaviləyə xitam vermədiyi üçün onun qüvvədə olma müddətinin avtomatik olaraq eyni şərtlərlə daha 2 il müddətinə uzadılması, ona görə də, 2018-ci ilin oktyabr ayı ərzində iddiaçı tərəfindən cavabdehin müvafiq sifarişləri əsasında 2016-cı il tarixli müqavilə üzrə işlərin görülməsi və xidmətlərin göstərilməsi, lakin 2016-cı il tarixli müqavilənin qüvvədə olmasına və cavabdehin iddiaçıya bu müqavilə üzrə işlərin dayandırılması barədə hər hansı bildiriş, xəbərdarlıq verməməsinə baxmayaraq, 2018-ci ilin noyabr, dekabr və 2019-cu ilin yanvar, fevral və mart ayları ərzində iddiaçının cavabdeh tərəfindən bu müqavilə üzrə heç bir işlərə və əməliyyatlara cəlb olunmaması və həmin işlərin əsassız olaraq başqa şirkətlərə həvalə edilməsi, halbuki, iddiaçının qeyd edilən dövr ərzində 2016-cı il tarixli müqavilə üzrə öz öhdəliklərini icra etmək məqsədilə işçi heyətini və avadanlıqlarını hər zaman işlərin icrasına hazır vəziyyə tdə saxlaması və digər şirkətlərdən hər hansı sifariş qəbul etməməsi ilə əsaslandırmışdır.
92. Qeyd edilən müqavilə üzrə iddiaçı tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri 2017-2018-ci illərin analoji aylarında, yəni noyabr 2017-ci ildə 852.665,64 manat, dekabr 2017-də 781.076,22 manat, yanvar 2019-da 955.521,52 manat, fevral 2019-da 1.312.678,02 manat və mart 2019-da 584.011,50 manat, cəmi 4.485.952,90 ABŞ dolları təşkil etmişdir, iddiaçı 2018-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayınadək olan 5 aylıq dövr üçün əldən çıxmış fayda şəklində qeyd edilən məbləğdə real maddi zərərə məruz qalmışdır. Ona görə də, apellyasiya məhkəməsinin bu tələbin təmin edilməməsi üçün 2019-cu il 19 mart tarixli müqavilənin 4.8-ci bəndinə və boşdayanma ilə bağlı tərəflər arasında razılaş dırılmış müqavilə şərtlərinin mövcud olmamasına istinad etməsi əsaslı deyil.
93. Bundan başqa, məhkəmənin 2018-ci il 17 sentyabr tarixli müqavilənin tələblərindən irəli gələn və faktiki-hüquqi əsasları bu tələblə demək olar ki eynilik təşkil edən 1.338.810 ABŞ dolları məbləğində zərər tələbini əsaslı sayaraq təmin etdiyi halda, 2016-cı il 20 sentyabr tarixli müqaviləyə əsaslanan 4.485.952,90 ABŞ dolları məbləğində zərər tələbini rədd etməsi qanuni və əsaslı nəticə sayıla bilməz.
94. Müvəqqəti idxal şərtilə gətirilmiş avadanlıqlara görə çəkilən xərclərlə bağlı dəymiş 134.117,65 ABŞ dolları; müqavilə öhdəliklərinin icrası məqsədilə götürülən bank kreditlərinə görə çəkilən xərclərlə bağlı dəymiş 188.929,08 ABŞ dolları; müqavilə öhdəliklərinin vaxtında icra olunmaması səbəbindən yaranmış vergi borcları ilə əlaqədar dəymiş 1.598.276,02 ABŞ dolları məbləğində zərər tələbləri ilə bağlı dəlillər müqavilələr üzrə öhdəliklərin icrası üçün iddiaçı ilə Aberdin şəhərində (Birləşmiş Krallıq) yerləşən “X8 Limited” şirkəti arasında bağlanmış avadanlıqların (təkrar ixrac şərtilə) istifadəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə 2016-cı il 20 iyul tarixli TWC/Easydrill/2016 saylı müqavilə əsasında müvəqqəti idxal şərtləri ilə Azərbaycana gətirilən və sifarişi gözlənilən işlərin proqnozlarına uyğun verilən avadanlıqlar cavabdehin müqavilə şərtlərini pozması səbəbindən işləməmiş, iddiaçı həmin avadanlıqları cavabdehin vaxtında ödəniş etməməsi nəticəsində yığılan debitor borcları üzündən geri göndərə bilməmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyab r tarixli 245 saylı Qərarı ilə təsdiq edilmiş "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"na əsasən həmin mallar üçün ödənilməsi nəzərdə tutulan gömrük rüsumlarını və vergiləri ödəmək məcburiyyətində qalmış, nəticədə, iddiaçı bununla bağlı 134.117,65 ABŞ dolları məbləğində real maddi zərərə məruz qalmışdır.
95. Həmçinin, müqavilələr üzrə göstərilən xidmətlərin və görülən işlərin dəyərinin cavabdeh tərəfindən vaxtında ödənilməməsi səbəbindən, iddiaçı həmin işlərin icrası ilə əlaqədar fasiləsiz xidmətlər göstərmək və müqavilə öhdəliklərini yerinə yetirmək üçün, habelə əməliyyat fəaliyyətlərinə (əmək haqqı, köməkçi şirkətlərin xidmətlərinə görə ödəmə, gömrük rüsumları, vergilər və s.) vəsait çatışmazlığı nəzərə alınmaqla, 2017-ci il 15 avqust, 2018-ci i l 15 may və 2018-ci il 9 avqust tarixli kredit müqavilələrinə əsasən müvafiq olaraq 500.000 ABŞ dolları, 1.000.000 ABŞ dolları və 775.000 AZN məbləğində kreditlər götürməyə və bu kreditlərə hesablanmış faizləri və cərimələri ödəmək məcburiyyətində qalmış, nəticədə, iddiaçıya bununla bağlı 188.929,08 ABŞ dolları məbləğində real maddi zərər dəymişdir.
96. Cavabdeh tərəfindən müqavilələr üzrə ödənişlərin vaxtında və tam ödənilməməsi səbəbindən, iddiaçı 2016-cı il 20 sentyabr və 2019-cu il 19 mart tarixli müqavilələr üzrə öhdəliklərin icrası üçün “X8 Limited” şirkəti arasında bağlanmış avadanlıqların (təkrar ixrac şərtilə) istifadəyə götürülməsi (eyni zamanda, mühəndis xidmətləri) barədə 2016-cı il 20 iyul tarixli TWC/Easydrill/2016 saylı müqavilə üzrə qeyri-rezidentlərə əsas məbləği ödəmədən yalnız ƏDV ödəmək və ödənilən ƏDV-ni əvəzləşdirmək məcburiyyətində qalmış, qeyd edilən hal iddiaçının barəsində aparılmış səyyar vergi yoxlaması zamanı pozuntu kimi qiymətləndirilərək, həmin ödənilən məbləğlərə münasibətdə maliyyə sanksiyaları hesablanmış (2020-ci il 19 mart tarixli, **********1855720 SVY aktı, səh. 12/31), nəticədə, iddiaçıya bununla bağlı 1.598.276,02 ABŞ dolları məbləğində real maddi zərər vurulmuşdur.
97. Lakin apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin qeyd edilən maddi zərər tələblərinin rədd olunmasının əsassızlığı ilə bağlı dəlillərinə ümumiyyətlə hər hansı münasibət bildirməmiş və hüquqi qiymət verməmişdir.
98. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 saylı Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na, Azərbaycann Respublikası MPM-in 88, 217.1, 217.3, 392.2-ci maddələrinə istinad etmişdir. b) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri:
99. Birinci instansiya məhkəməsi düzgün olaraq, əsas borcu tərəflər arasında olan üzləşmə aktlarına uyğun hesablamış və həmin məzənnədə təmin etmişdir. Çünki, bütün üzləşmə aktlarında pul öhdəliyi manatla ifadə olunaraq yekun borcun məbləği 10.433.096,98 manat müəyyən edilmişdir. Həmin üzləşmə aktlarına əsasən müəyyən olunmuş məbləğin hansı işlərin görülməsi nəticəsində yaranması, dəyərinin məhz ABŞ dolları ilə hesablanaraq 6.137.115,87 ABŞ dolları təşkil etməsi ilə bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməməsinə baxmayaraq, apellyasiya instans iyası məhkəməsi əsas borcu məhz iddiaçının istəyi ilə ABŞ dolları ilə təmin etmişdir. Halbuki, əgər borcun müəyyən edilməsi üçün əsas sənəd, sübut üzləşmə aktıdırsa, tərəflərin razılaşdığı kimi məbləğ və valyuta da orda göstərildiyi kimi qeyd edilməlidir.
100. İddiaçının gecikdirilmiş borc ilə bağlı hesablanmış illik 5 % dəymiş zərərin ödənilməsi tələbi əsassızdır. Ona görə ki, mülki qanunvericiliyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Tərəflər arasında imzalanmış müqavilələrdə borclunun üzərinə öhdəliyin yerinə yetirilməməsi və ya gecikdirilməsi ilə bağlı heç bir məsuliyyət (cərimə, faiz və s.) qoyulmamışdır. Borclunun üzərinə öhdəliyi pozmağa görə m əsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Müqavilənin 21.2-ci bəndinə əsasən, müqavilənin hər hansı müddəasına baxmayaraq və müqavilə ilə müəyyən edilən (əvvəlcədən müəyyən edilmiş xitam etmə ödənişləri də daxil olmaqla) razılıq əsasında aradan qaldırılan zərərlər istisna olmaqla, Şirkət Podratçı qrupu Şirkətlər Qrupunu öz dolayı itkisindən qoruyur, müdafiə edir və X2 Podratçı Qrupun müqavilənin icrasından və ya icra olunmamasından irəli gələn və ya onunla bağlı olan öz dolayı itkisindən qoruyur, müdafiə edir. Belə olan halda, icranın gecikdirilməsi hallarında Podratçı Şirkəti öz dolayı itkisindən qoruması müqavilədə nəzərdə tutulduğu və MM-in 443.1-ci bəndinə əsasən də borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadığı üçün, iddiaçının əlavə olaraq faiz tələbi tam əsassı zdır.
101. Cavabdehin öhdəliyinin icrası ilə bağlı bir az gecikdirilmələrə yol verməsinə səbəb COVİD-19 virusu ilə bağlı bütün dünyada elan edilən pandemiya şəraiti olmuşdur ki, bu da fors-major hesab edilir.
102. Borca görə hesablanan faiz borcunun Azərbaycan Respublikasının milli məzənnəsi (manat) ilə deyil, ABŞ dolları ilə hesablanması ilə bağlı məhkəmə daxili qanunvericiliyin tələblərindən çıxış edərək (amma Trest bununla yuxarıda qeyd edilənlərə əsasən razılaşmır) hesablasa da, faiz borcunun manatla deyil, dollarla hesablanması qanuni olmamışdır.
103. Həmçinin, bir podratçı ilə müqavilə bağlanması o demək deyil ki, yalnızca həmin podratçının müqavilə predmetində göstərilən işləri görməyə “eksklüziv hüququ” vardır. Eksklüzivlik müddəası, bir tərəfin digər tərəfdən yalnız mal alacağına (xidmət göstərəcəyinə və s.) dair iki tərəf arasındakı razılaşmadır. Ancaq tərəflər arasında imzalanmış müqavilədə belə bir müddəa nəzərdə tutulmamışdır. İddiaçının nəyə əsaslanıb belə tələb irəli sürməsi aydın deyildir. Əksinə 2018-ci il 17 sentyabr tarixli müqavilənin 4.8-ci bəndində qeyd edilir ki, Şirkət bu işlə bağlı digər müqavilələrə icazə vermək hüququnu özündə saxlayır. Podratçı şirkətə və şirkətin digər podratçılarına öz işlərini və ya müqavilələrini icra edə bilmələri üçün ağlabatan çatım və imkan təmin edir və bu cür tərəflərlə tam əməkdaşlıq etməlidir. Müqavilədə qeyd edilmişdir ki, Trest istədiyi şirkətə həmin işləri tapşırmaqda sərbəstdir və iddiaçı həmin məsələlərə müdaxilə edə bilməz. İddianın qeyd olunan hissələri ilə bağlı iddiaçının çəkdiyi və ya çəkməli olduğu xərclər mövcud olmadığından, zərər mövcud olduğu təqdirdə belə onun real zərər kimi qiymətləndirilməsi mümkün deyildir.
104. İddiaçı Pirallahı yatağında 1219 saylı quyunun qazması zamanı quyudibi mühərrikin cavabdehin təqsiri üzündən zədələndiyini bildirmiş və onun təmiri üçün zəruri olan 80.314,34 ABŞ dollarının ödənilməsini tələb etmişdir. Qeyd olunan tələb də əsassızdır və onun təmin edilməsi tam qanunsuzdur. Belə ki, həmin avadanlığın Trestin ucbatından zədələnməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Eləcə də, zədələnmə faktı həm sifarişçi, həm də podratçının nümayəndələrinin iştirakı ilə aktlaşdırılmalı və səbəblər araşdırılmalı idi. Maili qazma işini müqavilə üzrə yerinə yetirən podratçı şirkət görülən işin və hər hansı hadisələr haqqında gündəlik report təqdim et məlidir. İddiaçıdan bu tarixdə heç bir report təqdim olunmamışdır. Qeyd olunan məsələ avadanlığının qüsurlu olması nəticəsində yaranmışdır. Müqavilə üzrə MMC saz vəziyyətdə olan və müvafiq keyfiyyət, kəmiyyət, spesifik xüsusiyyətlərlə bağlı tələblərə cavab verməsinə təminat vermək öhdəliyi (müqavilənin 4.6-cı bəndi) olduğu halda, avadanlıq qüsurlu olmuş və bu da Trestin mənfəət itkisinə səbəb olmuşdur. İddiaçı avadanlığın cavabdehin təqsiri üzündən zədələnməsi və zərərlə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi arasında səbəbli əlaqə ilə bağlı heç bir sübut təqdim edə bilməməsinə baxmayaraq, məhkəmənin iddianın bu hissəsini də təmin etməsi tam əsassız və qanunsuzdur.
105. Qeyd olunan tələbdə iddiaçı tərəfindən təchiz edilmiş avadanlığın istifadə edilə bilinməməsini bəhanə gətirm iş və bunun Trestin ucbatından baş verdiyini bildirmişdir. Halbuki, tərəflər arasında imzalanmış 2019-cu il 19 mart tarixli müqavilənin predmetini iddiaçı müəyyən edilmiş ödəniş müqabilində öz avadanlıq və materialları hesabına maili qazma və qazma işlərini yerinə yetirmək olmuşdur. MMC telemetriya avadanlığının onun avadanlığı ilə uzlaşmadığını bəhanə gətirərərək işləri görməmiş və yarımçıq gətirdiyi avadanlığın icarə haqqını tələb etmişdir. Lakin avadanlıq elə gətirilməli idi ki, son nəticə olan qazma işlərini yerinə yetirilə bilsin. İddiaçının öz öhdəliklərini yerinə yetirməməsi ilə yanaşı, həm də 3-cü tərəf olan “D-Tech UK Ltd” şirkəti ilə bağladığı icarə müqaviləsini əsas gətirərək 104.076 AZN məbləğində maddi ziyana görə ödəniş tələb etmişdir. Amma qeyd olunan tələb nə müqaviləyə, nə də ki, qanunvericiliyin tələblərinə əsaslanmır. Bu məsələdə, iddiaçı tam haqsız olmaqla yanaşı, müqaviləyə əsasən avadanlıqlarının icarəyə götürülməsi ilə bağlı yaranmış zərəri özü ödəməlidir. Həmin zərər onun müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən yaranmışdır və iddiaçı qeyd edilən zərərlə Trest arasında əlaqəyə dair heç bir sübut təqdim etməmişdir.
106. İddiaçı öz mühəndislərinə çəkdiyi xərclər ilə bağlı Trestdən 99.908,98 ABŞ dolları vəsait tələb etmişdir. Tərəfin bu məsələ ilə bağlı tələbi əsassızdır. Belə ki, bir çox quyularda işlər dəniz şəraitində görülür və MMC-nin işçiləri SOCAR-ın digər işçiləri kimi yaşayış yeri, yemək və tibbi xidmətlərlə tam təmin edilir. Quruda da eynilə SOCAR işçilərini təmin edilmiş bütün şərait iddiaçının işçilərinə də təmin edilmişd ir.
107. Avadanlıqların istifadəyə götürülməsi və təmir edilməsi xərcləri ilə bağlı dəymiş zərərlə bağlı tələb çox mücərrəd formada tələb edilmiş və avadanlıqların Trest tərəfindən zədələnməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Bu hissədə də apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan, zərərlə cavabdeh arasında əlaqəni müəyyən etmədən, qanunsuz qərar qəbul etmişdir.
108. Bundan əlavə, qarşılıqlı iddia ərizəsində hər iş üzrə hesablama ayrıca olaraq və konkret razılaşmaya istinad edilərək göstərilmişdir. Belə ki, cavabdehdən tələb edilən məbləğ Trestin cavabdehin işi icra etmədiyinə görə məcburən digər şirkətlərə sifariş etdiyi işlər üzrə ödənilən məbləğlərin iddiaçı ilə imzaladığı razılaşmaya görə alınacaq məbləğin fərqidir. Bunlar hamısı də hər iş üzrə ayrıca i nvoys qeyd edilməklə və tərəflər arasında imzalana razılaşmaya istinad edilməklə göstərilmişdir. Həmçinin, cavabdehin bəzi işlərin icra edilməsindən imtina kimi “verilən sifarişin onların iş həcminə daxil olmaması” səbəbini göstərmələri barədə elektron yazışmalar da məhkəməyə sübut kimi təqdim edilmişdir.
109. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 21.2, 443, 445, 448.4, 1096.1, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
110. Kassasiya şikayətlərinə qarşı heç bir tərəf etiraz təqdim etməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
111. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, ilkin iddianın cəmi 6.407.275,65 ABŞ dolları maddi zərər tələbinin təmin olunmaması hissəsində qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi və iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında ilkin iddianın həmin hissədə də təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
112. Cavabdehin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbi üzrə əsas borc hissəsini Azərbaycan manatı ilə təmin edən, faiz borcu, dəymiş ziyan və avadanlıqların geri qaytarılması tələbi ilə bağlı hissəsini rədd edən, qarşılıqlı iddianı təmin edən yeni qərar qəbul edilməsini xahiş xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
113. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
114. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
115. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallar ına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
116. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmla kına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməm əsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....”
117. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak məhkəməsinə təqdim edilir....” edən şəxslər tərəfindən birinci “Maddə
80. Sübutların aid edilməsi instansiya Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır”. “Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz”. “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəf li və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yaln ız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.”http://www.e-qanun.az/framework/46945 “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.”
118. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarı: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüf uzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür....”
119. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
120. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
121. İddiaçı kassasiya şikayətində ape llyasiya instansiyası məhkəməsinin qətnaməsini ilkin iddianın təmi 6.407.275,65 ABŞ dolları maddi zərər tələbinin təmin olunmaması hissəsində mübahisələndirmişdir.
122. İddiaçının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, qətnamənin mübahisələndirilən hissəsində irəli sürülmüş dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir.
123. Məhkəmə kollegiyası iddiaçının 2018-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayınadək olan 5 aylıq dövr üçün əldən çıxmış fayda şəklində dəymiş 4.485.952,90 ABŞ dolları məbləğində zərər tələbi ilə bağlı irəli sürdüyü dəlilinin həm də apellyasiya şikayətinin dəlili olmasını nəzərə alaraq, həmin dəlillə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır (bax yuxarıda §§ 59, 74). Kollegiya həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür.
124. Apellyasiya instansiyası məhkəməsi iddiaçının müvəqqəti idxal şərtilə gətirilmiş avadanlıqlara görə çəkilən xərclərlə bağlı dəymiş 134.117,65 ABŞ dolları; müqavilə öhdəliklərinin icrası məqsədilə götürülən bank kreditlərinə görə çəkilən xərclərlə bağlı dəymiş 188.929,08 ABŞ dolları; müqavilə öhdəliklərinin vaxtında icra olunmaması səbəbindən yaranmış vergi borcları ilə əlaqədar dəymiş 1.598.276,02 ABŞ dolları məbləğində zərər tələbləri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və qiymətləndirmə ilə razılaşmışdır. Birinci instansiya məhkəməsi isə ona əsaslanmışdır ki, iddiaçı tərəfindən məhkəməyə iddianın bu hissələri ilə bağlı kredit müqavilələri, vergi borclarının olması ilə bağlı sənədlər təqdim olunsa da, həmin sənədlər bu xər clərin cavabdehin təqsirli hərəkətləri nəticəsində zərərin vurulması qənaətinə gəlinməsinə əsas vermir. Yəni, bu zərər mövcud olsa da, zərərlə cavabdehin hərəkəti arasında səbəbli əlaqənin olması sübuta yetirilmir.Həmçinin, tərəflər arasında bağlanmış hər üç müqavilənin 15.3-cü bəndinə əsasən, podratçı, şirkəti bu maddədə nəzərdə tutulan bütün rüsumlardan, cərimələrdən, təzminatlardan və vergilərdən və Azərbaycan Respublikası müvafiq dövlət orqanının müqavilə ilə əlaqədar olaraq podratçı qrupunun üzərinə qoyduğu faiz və cərimələrdən və bunlarla bağlı meydana çıxan bütün xərclərdən qoruyur, müdafiə edir, bunları ödəyir və şirkətin zərərsizliyini təmin edir.
125. Qeyd olunmalıdır ki, iddiaçının kassasiya şikayətində məhkəmənin sözügedən ziyan tələblərini təmin etməməklə hansı maddi hüquq nor masını pozması göstərilməmiş, həmin ziyanın vurulması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması əsaslandırılmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ziyan tələbləri ilə bağlı kassasiya şikayətinin həmin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
126. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayətdə ilk növbədə apellyasiya instansiyası məhkəməsinin əsas borcu ABŞ dolları ilə təmin etməsinin düzgün olmaması qeyd olunmuşdur. Lakin şikayətdə məhkəmə tərəfindən əsas borcun ABŞ dolları ilə təmin olunmasının hansı maddi hüquq normasına zidd olması, məhkəmənin hansı normanı pozması göstərilməmişdir.
127. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə pulun ödəniş gününə Azərbaycan Respubli kası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnəsi ilə ödənilməsi ilə bağlı apellyasiı instansiyası məhkəməsinin gəldiyi nəticəni (bax yuxarıda § 71) MM-in 439.2-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» 2015-ci il 14 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun hesab edir. MM-in 439.2-ci maddəsinin tələbinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir.
128. Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» 2015-ci il 14 may tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir.
129. Cavabdehin kassasiya şikayətinin digər dəlili gecikdirilmiş borc ilə bağlı hesablanmış illik 5% dəymiş zərərin ödənilməsi i lə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilini əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə gecikdirilən əsas borcun 5%-i miqdarında pulun tutulması MM-in 445.7-ci maddəsinin tələblərindən irəli gəlmişdir (bax yuxarıda § 72)
130. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehdən iddiaçının xeyrinə zərərin tutulması hissəsində cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
131. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-in 21, 443-cü maddələrinə əsaslanaraq iddiaçıya vurulmuş zərərə görə cavabdehdən ümumilikdə 2.052.589,38 (1.338.810+80.314,34 + 104.076 + 100.022,12 + 429.366,92) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan Azərbaycan manatı məz ənnəsi ilə tutulması barədə iddia tələbini əsaslı hesab etmiş, bu zaman aşağıdakılara istinad etmişdir; - 2018-ci il 17 sentyabr tarixli müqavilənin predmetinə müvafiq olaraq cavabdehin istehsalat bölümlərinin quyularında hidravlik genişləndirmə işlərinin ona verilməməsi nəticəsində cəmiyyətə 1.338.810 ABŞ dolları məbləğində zərər vurulmuşdur (birinci hal). Pirallahı yatağının 1219 saylı quyusunda maili qazma işləri görülərkən quyu dibi mühərrikinin zədələnməsi ilə bağlı ona 80.314,34 ABŞ dolları məbləğində zərər vurulmuşdur (ikinci hal). - Tərəflər arasında bağlanmış müqavilələrin 4.11 və 19.2-ci bəndləri baxımından iddiaçı rotorla idarə olunan sistemlərin (RSS) fraxt, icarə və digər xərcləri ilə bağlı 104.076 ABŞ dolları məbləğində real zərərə məruz qalmışdır (üçüncü hal). - İddiaçıya mü həndis xərcləri ilə bağlı 100.022,12 ABŞ dolları məbləğində zərər dəymişdir (dördüncü hal). - Avadanlıqların istifadəyə götürülməsi və təmir edilməsi xərcləri ilə əlaqədar 429.366,92 ABŞ dolları məbləğində zərər dəymişdir (beşinci hal).
132. Birinci hal ilə bağlı apellyasiya məhkəməsi göstərmişdir ki, 2018-ci il 17 sentyabr tarixli müqavilə üzrə işlər başqa şirkətlərə (“Schlumberger Overseas S.A.” və "xxxx" MMC) verilmiş və bütün bunlar cavabdehin həmin şirkətlərlə birgə imzaladığı müvafiq təhviltəslim aktları ilə təsdiq edilir və cavabdeh tərəfindən də mübahisələndirilmir.
133. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ziyan tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 443-cü maddələri t əşkil edir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM-in 21.2-ci maddəsi). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (MM-in 443.1-ci maddəsi). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM -in 443.2-ci maddəsi). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (MM 386.1-ci maddə).
134. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, zərərin vurulması öhdəliyin yaranma əsaslarından biridir. Zərərin iki forması vardır: real zərər (hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi) və əldən çıxmış fayda (hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər).
135. Baxılan iş üzrə müvafiq genişləndirmə işlərinin iddiaçıya verilməməsi nəticəsində sonuncuya 1.338.810 ABŞ dolları məbləğində zərərin vurulmasına hüquqi qiymət verilərkən ilk növbədə cavabdeh tərəfindən həqiqətən də 2018-ci il 17 sentyabr tarixli müqavilə üzrə işlərin başqa şirkətlərə (“Schlumberger Overseas S.A.” və "xxxx" MMC) verilib-verilməməsi, əgər verilmişdirsə, bunun müqavilə əsasının olması və bu halın iddiaçı ilə bağlanmış müqavilə ilə istisna edilib-edilməməsi dəyərləndirilməlidir.
136. İşin müəyyən edilmiş hallarına əsasən 2018-ci il 17 sentyabr tarixli müqavilə üzrə işlərin “Schlumberger Overseas S.A.” və "xxxx" MMC şirkətləri tərəfindən görülməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Lakin bu hala yol verilməsini tərəflər arasında bağlanmış müqavilə şərtləri imkan vermişdir.
137. Tərəflər arasında bağlanmış 2018-ci il 17 sentyabr tarixli müqavilədə podratçının (iddiaç ının) öhdəlikləri sırasına daxil edilmişdir: podratçı özünün müqavilə ilə müəyyən olunmuş bütün öhdəliklərini həyata keçirməli və işi lazımi diqqətlə, çalışqanlıqla və müqaviləyə əsasən yerinə yetirilməli olan iş növündə təcrübəyə malik olan podratçıdan tələb olunan məxsusi bacarıqla icra etməlidir (4.2); hüquqi və fiziki baxımdan qeyrimümkün olduğu və ya təhlükəsizliyə xələl gətirdiyi hallar istisna olmaqla, podratçı iş ilə əlaqədar olan bütün məsələlərlə bağlı şirkətin verdiyi təlimatlara və göstərişlərə ciddi şəkildə riayət etməlidir (4.4). Şirkət bu işlə bağlı digər müqavilələrə icazə vermək hüququnu özündə saxlayır. Podratçı Şirkətə və Şirkətin digər podratçılarına öz işlərini və ya müqavilələrini icra edə bilmələri üçün ağlabatan çatım və imkan təmin edir və bu cür tərəflərlə tam əmə kdaşlın etməlidir (4.8).
138. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilənin qeyd olunan şərtlərini nəzərə alaraq hesab edir ki, işlərin digər podratçıların hesabına görülməsi imkanını nəzərdə tutan müvafiq razılıq podrat müqaviləsinin ümumi məzmunundan kənara çıxmamaqla, mülki qanunvericiliyin müqavilə münasibətlərini tənzimləyən normalarının tələblərinə uyğun olmuşdur.
139. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, 2018-ci il 17 sentyabr tarixli müqavilənin predmetinə müvafiq olaraq cavabdehin istehsalat bölümlərinin quyularında hidravlik genişləndirmə işlərinin ona verilməməsi nəticəsində cəmiyyətə 1.338.810 ABŞ dolları məbləğində zərər vurulmuş olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həm tərəflər arasında bağlanmış 2018-ci il 17 sentya br tarixli müqavilənin şərtlərinə, həm də MM-in istinad olunan normalarının tələblərinə uyğun olmamışdır (bax yuxarıda § 133-134).
140. Məhkəmə kollegiyası Pirallahı yatağının 1219 saylı quyusunda maili qazma işləri görülərkən quyu dibi mühərrikinin zədələnməsi ilə bağlı iddiaçıya 80.314,34 ABŞ dolları məbləğində zərər vurulması barədə (ikinci hal) apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
141. Apellyasiya məhkəməsi iddia tələbini həmin hissədə əsaslı hesab edərkən ümumi şəkildə istinad etmişdir: mühərrikin icarəyə götürülməsinə dair 2017-ci il 1 oktyabr tarixli müqaviləyə, həmin avadanlığın zədələnməsinə dair raporta, 80.314,34 ABŞ dolları məbləğində zərərin ödənilməsi üçün cavabdehə təqdim edilmiş 2019-cu il 28 oktyabr tarixli hesab-fakturaya və bununla əlaqədar elektron yazışmalara; mühərrikdə zədələnmə baş verməsinin qarşı tərəfin mübahisəndirməməsinə;
142. Apellyasiya məhkəməsi mühərrikin icarəyə götürülməsinə dair müqavilələrin 2017ci il 1 oktyabr tarixli 4.11-ci bəndinə istinadən bildirmişdir ki, “cavabdeh şirkət quyularda mövcud olan və xüsusi tədbirlərin görülməsini tələb edən istənilən təhlükə və ya qeyri-adi şəraitlər barədə podratçıya məlumat verməli, 19.2-ci bəndinin tələbinə görə isə podratçını müqavilələrin icrası ilə əlaqədar meydan çıxan bütün iddialardan, itkilərdən və öhdəliklərdən qorumalı, onun zərərsizliyini təmin etməlidir... qeyd olunan müqavilə şərtləri baxımından, iddiaçı həmin hissədə də tələbində haqlıdır.”
143. Göründüyü kimi apellyasiya məhkəməsi yalnız cavabdehin öhdəliklərinə istinad etmiş, bu barədə iddiaçının öhdəliklərinə toxunmamış, ümumiyyətlə cavabdehin üzərinə düşən öhdəlikləri pozması barədə qənaətini əsaslandırmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyə görə qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 217.3-cü maddəsi). 144. 2019-cu il 10 sentyabr tarixli “Avadanlığın zədələnmə raportu”na görə, Pirallahı yatağında 1219 saylı quyunun mailli qazması zamanı iddiaçıya məxsus NOV brendli, seriya №2680486-2 olan QDM (quyu dibi mühərriki) ciddi zədələnmişdir. Qazma məhlulunun içərisinə düşən metal hissələr mühərrikin daxilindən keçərək, rotor, stator və paçevnik hissələri kimi komponentləri ciddi zədələmişdir. Lakin bu raport iddiaçıya məxsus- “Qaz ma, Satınalma və Mühasibat” şöbəsinə ünvanlanmışdır.
145. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı Pirallahı yatağında 1219 saylı quyunun qazması zamanı quyudibi mühərrikin cavabdehin təqsiri üzündən zədələndiyini bildirsə də, onun tərəfindən bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Zədələnmə faktı həm sifarişçi, həm də podratçının nümayəndələrinin iştirakı ilə aktlaşdırılmamış və səbəblər araşdırılmamışdır. İddiaçıya məxsus avadanlığının cavabdehin təqsiri üzündən zədələnməsi və zərərlə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasına dair sübutlar işin materiallarına əlavə edilməmişdir.
146. İddiaçı 104.076 ABŞ dolları məbləğində real zərərin tutulması tələbində (üçüncü hal) "xxxx" Şirkəti ilə bağladığı avadanlıqların icarəsinə dair 2 019-cu il 09 iyun tarixli müqaviləyə əsasən Azərbaycan Respublikasına müvəqqəti idxal edilməsinə, iddiaçıdan asılı olmayan səbəblərjdən həmin sistemi istifadə etməyin mümkün olmamasına və bunun cavabdehin təqsiri üzündən baş verməsinə istinad edir.
147. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə avadanlıqların icarəsinə dair 2019-cu il 10 iyun tarixli müqavilə, həmin avadanlıqların ölkəyə idxal olunması ilə bağlı gömrük bəyannamələri, tərəflər arasındakı elektron yazışmalar, texniki baxışla bağlı 2019-cu il 25 iyul tarixində tərtib olunmuş akt və həmin zərərin ödənilməsi üçün tərəfə təqdim olunmuş 2020-ci il 13 mart tarixli invoysla iddiaçının qeyd olunan xərclərin doğruluğu təsdiq edilir.
148. Məhkəmə iddia tələbini bu hissədə təmin edərkən avadanlıqların icarəsinə dair müqavilə, avadanlıqların ölkəyə idxal olunması ilə bağlı gömrük bəyannamələrinə, tərəflər arasındakı elektron yazışmalara, texniki baxışla bağlı tərtib olunmuş akta və həmin zərərin ödənilməsi üçün tərəfə təqdim olunmuş invoysa yalnız istinadla kifayətlənir. Həmin sənədlərin məzmunu, onlara əsasən iş üçün müəyyən edilmiş hansı halların müəyyən edildiyi, sübut kimi mübahisəyə aidliyi qətnamədə göstərilməmiş, mübahisəli zərərin yaranmasında cavabdehin üzərinə düşən öhdəliyin nədən ibarət olması və hansı qaydada pozulması, cavabdehin razılığının olub-olmaması məhkəmə qətnaməsi ilə müəyyən olunmur. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbinin 104.076 ABŞ dolları məbləğində real zərərin tutulması hissəsində gəldiyi nəticəni mülki qanunvericiliiyin ziyanın ödənilməsi məsəl əsini tənzimləyən normalarına və sübutların qiymətləndirilməsi, aidliyi və mümkünlüyünə dair MPM-nin 80, 81 və 88-ci maddələrinin tələblərinə uyğun hesab etmir (bax yuxarıda § 117).
149. Nəzərə alınmalıdır ki, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli qərarı).
150. Qeyd olunan tələblə bağlı cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, cavabdeh kassasiya şikayətindən göründüyü kimi, tərəflər arasında imzalanmış 2019cu il 19 mart tarixl i müqavilənin predmetini iddiaçı müəyyən edilmiş ödəniş müqabilində öz avadanlıq və materialları hesabına maili qazma və qazma işlərini yerinə yetirmək olmuşdur. MMC telemetriya avadanlığının onun avadanlığı ilə uzlaşmadığını bəhanə gətirərərək işləri görməmiş və yarımçıq gətirdiyi avadanlığın icarə haqqını tələb etmişdir. Lakin avadanlıq elə gətirilməli idi ki, son nəticə olan qazma işlərinin icrası mümkün olsun.
151. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticəsi tərəflər arasında bağlanmış 2019-cu il 19 mart tarixli müqavilə şərtlərinə uyğun olmamışdır.
152. Belə ki, tərəflər arasında bağlanmış 2019-cu il 19 mart tarixli 26217-18S saylı müqaviləyə əsasən podratçı (iddiaçı) Cavabdehnə maili qazma və qazma iş lərini yerinə yetirmək üçün öz avadanlıq və materialları hesabına xidmət göstərməyi öhdəsinə götürmüşdür. Odur ki, iddiaçı, “D-Tech UK Ltd” şirkəti ilə 2019-cu il 09 iyun tarixli icarə müqaviləsi bağlayaraq, avadanlıqları Azərbaycan Respublikasına müvəqqəti idxal etmişdirsə, bu iddiaçının tərəflər arasında bağlanmış 2019-cu il 19 mart tarixli müqavilə üzrə öhdəliklərinin icrasına yönəlmişdir.
153. İddiaçının ziyan tələbinin bir hissəsi mühəndis xərcləri ilə bağlı 100.022,12 ABŞ dolları məbləğində zərərin tutulmasından ibarətdir (dördüncü hal). Apellyasiya məhkəməsi iddianı bu hissədə əsaslı hesab edərkən onu əsas gətirmişdir ki; - müqavilələrin icrası ilə əlaqədar daşına bilən konteynerlərin işçilər üçün anbar, yataqxana və ya ofis qismində istifadə edilməsi məqsədilə onların kirayəyə götü rülməsinə, sair avadanlıqların icarəsinə görə 13.082,12 ABŞ dolları xərclənmişdir; - işçilərin yemək xərcləri isə 86.940 ABŞ dolları təşkil etmişdir.
154. Məhkəmə sübut kimi həmin əmlakların kirayəsinə dair "xxxx" MMC ilə bağlanmış 2018-ci il 5 və 8 yanvar tarixli xidmət müqavilələri, “Daşına bilən ofis və anbar plikonteynerlərin kirayəsi haqqında” "xxxx" MMC ilə bağlanmış 2019-cu il 24 may tarixli 22 saylı müqavilə, elektron qaimələr, ödəniş tapşırıqları və icarə xərclərinə dair cədvələ istinad etmişdir.
155. Lakin qətnamədən həmin ziyanla bağlı cavabdeh tərəfindən yol verilmiş hüquq pozuntusunun və ya məsuliyyət daşıdığı halın nədən ibarət olması müəyyən edilmir. Ümumiyyətlə, iddiaçı tərəfindən həqiqətən də belə bir xərcin çəkilmiş olması, həmin xərcin çəkilməsinə hər hansı bir zərurətin olmasına, cavabdeh tərəfindən müqavilələrin 5.1-ci bəndinin tələblərinin pozulmasına dair işin materiallarında sübutlar mövcud deyildir. Halbuki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 14.2, 77.1-ci maddələri).
156. Məhkəmə kollegiyası avadanlıqların istifadəyə götürülməsi və təmir edilməsi xərcləri ilə əlaqədar 429.366,92 ABŞ dolları məbləğində zərərin cavabdehdən tutulması hissəsində də apellyasiya məhkəməsinin mövqeyini əsassız hesab edir (beşinci hal).
157. Belə ki, apellyasiya məhkəməsi müqavilələrin 5.1-ci bəndinə istinad edərək 2 əsas gətirmişdir: - “X8 Limited” şirkət ilə avadanlıqların (təkrar ixrac şərtlə) istifadəy ə götürülməsi barədə 2016-cı il 27 iyul tarixli TWC/Easydrill/2016 saylı müqavilə və həmin müqavilə üzrə avadanlıqların istifadəyə götürülməsi, mühəndis xərcləri və iş zamanı zədələnmiş avadanlıqların təmirinə görə çəkilmiş xərclər (cəmi 332.407,60 ABŞ dolları məbləğini təşkil etmişdir). - “X4” şirkəti ilə mühərriklər üçün ehtiyat hissələri avadanlıqlarının alınmasına və iş zamanı zədələnmiş avadanlıqların təmiri üçün bağlanan 2019-cu il 4 may tarixli müqavilə (cəmi 96.959,32 ABŞ dolları məbləğində xərclər çəkilmişdir).
158. İşin materialından görünür ki, iddia tələbini bu hissədə təmin edərkən, apellyasiya məhkəməsi iddiaçının gətirdiyi əsası təkrarlamaqla kifayətlənmiş, cavabdeh tərəfindən yol verilmiş hüquq pozuntusunun nədən ibarət olması və hansı sənədlə sübut olunmasına toxunmamışdır. Məhkəmə cavabdehin avadanlıqların istifadəyə götürülməsi və təmir edilməsi xərcləri ilə əlaqədar üzərinə hər hansı öhdəlik götürməməsini, vurulmuş ziyanla cavabdehin hərəkətləri, o cümlədən müqavilə öhdəliyini pozması arasında hər hansı əlaqənin olmamasını nəzərə almamış, işin həmin hallarına düzgün hüquqi qiymət verməmişdir.
159. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçının tələbinin əsası kimi müqavilələrin 5.1-ci bəndinə istinad etməsi anlaşılan deyildir. Belə ki, müqavilələrin 5.1-ci bəndinin məzmununa görə, şirkət (şirkət) işlər, ofşor sığınacaq və yemək, bütün marşrut və təbii yardım nəqliyyatını, vertolyot və təchizat bazası ilə iş sahəsi arasında vertolyot təchizat qayığı ilə daşınması mümkün olan avadanlıq və materiallar üçün nəqliyyatı ödəniş siz təmin etməlidir. Bəndin məzmunundan göründüyü kimi, avadanlıqların istifadəyə götürülməsi və təmir edilməsi xərcləri ilə əlaqədar cavabdehin öhdəliyi müəyyən edilmir.
160. Halbuki, tərəflər konkret şəkildə razılığa gəlmişdirlər ki, podratçı tərəfindən təmin edilən, müqavilədə təfsilatlı şəkildə nəzərdə tutulmuş material və avadanlıqlar və ya onların hissələri təzə olmalıdır və ya şirkətin razılığına əsasən təzə kimi yaxşı keyfiyyətdə və işlək olmalıdır və müqavilədə bunun üçün məqsəd müəyyən edilmişdirsə, bu məqsədə uyğun gəlməlidir və ya belə bir məqsəd müəyyən edilmişdirsə bu məqsədə uyğun gəlməlidir və ya belə bir məqsəd müəyyən edilməmişdirsə, özünün normal təyinatına uyğun olmalıdır (4.6).
161. Bundan əlavə, işin materialına əlavə edilmiş “X4” şirkəti ilə iddiaçı arasında bağlanmı ş müqavilə və onun əsasında 2019-cu il 3 oktyabr tarixli “Xidmətlərin icrasına dair” Aktın və bununla bağlı sənədlərlə, eyni zamanda, “X8 Limited” şirkət ilə münasibəti göstərən ayrı-ayrı sənədlərlə (aktlar, invoyslar) hazırki iş üzrə cavabdehlə bağlanmış müqavilələr arasında bağlılıq mövcud deyildir.
162. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının tələbinin əsassız olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, kassasiya şikayətinin bu hissədə dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası cavabehin şikayətinin həmin dəlillərinə, məhkəmənin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə ilə razılaşır (bax yuxarıd a § 83).
163. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının ziyan tələbinin təmin edilməsi üçün MM-in 21 və 443-cü maddələrinin dispozisiya şərtləri mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan maddi hüquq normaları işin faktiki hallarına düzgün tətəbiq edilməmişdir. İşin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət olmadığından, iş üzrə qəbul edilmiş qətnamə qismən, cavabdehdən iddiaçının xeyrinə 2052589,38 ABŞ dolları zərərin tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməli, iddiaçının cavabdehdən onun xeyrinə 2.052.589,38 ABŞ dolları zərərin tutulması tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının ka ssasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti isə qismən təmin edilməlidir.
164. Şərh edilənlərə görə və MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 22(103)-358/2021 saylı qətnaməsi qismən-cavabdehdən iddiaçının xeyrinə 2.052.589,38 ABŞ dolları (iki milyon əlli iki min beş yüz səksən doqquz dollar otuz səkkiz sent) zərərin tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçının cavabdehdən onun xeyrinə 2.052.589,38 ABŞ dolları ( iki milyon əlli iki min beş yüz səksən doqquz dollar otuz səkkiz sent) zərərin tutulması tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov İ.A.Dadaşov