Məhkəmə qərarları › İş №2-2(102)-404/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-404/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-404/2024 27.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh X1 qarşı (X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, sübutların qiymətləndirilməsi, müqavilə üzrə öhdəliklərin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim X2 məruzəsi ilə, hakimlər Elşanə Rafiq qızı Vəliyeva və X3 ibarət tərkibdə, İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh X1 (bundan sonra – “cavabdeh”) qarşı X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə “qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 noyabr tarixli 2-2(103)-865/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı (sifarişçi) ilə cavabdeh (podratçı) arasında bağlanmış 2011-ci il 22 iyun tarixli “Obyektin tikintisi haqqında fərdi” müqavilə adı altında bağlanmış podrat müqaviləsinə əsasən cavabdeh Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, 15 mərtəbəli “Biznes mərkəzində” 7-ci mərtəbənin (bundan sonra-“qeyri-yaşayış sahəsi”) bir il müddətində tikilərək iddiaçıya təhvil verilməsini öz öhdəsinə götürmüşdür.

2. Cavabdehin imza və möhürü ilə təsdiq olunmuş arayışda iddiaçı tərəfindən daşınmaz əmlakın tikintisi üçün ödənilməli olan 840.000 manat məbləğin tam ödənildiyi və 2011-ci il 22 iyun tarixinə borcunun olmadığı qeyd edilmişdir.

3. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən 2022-ci il 16 may tarixdə təsdiq olunmuş sənədin surətinə əsasən iddiaçı tərəfindən cavabdehə qeyri-yaşayış sahəsinə görə müxtəlif vaxtlarda beş dəfə olmaqla cəmi 200.000 manat məbləğində ödənişin edildiyi, pul vəsaitinin verilməsi və alınmasının cavabdehin imza və möhürü ilə təsdiq edildiyi müəyyən olunmuşdur.

4. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m. olan qeyriyaşayış binasının (bundan son ra-“qeyri-yaşayış binası”) 2018-ci il 25 sentyabr tarixində xüsusi mülkiyyət əsasında birinci mərtəbədən 782.2 kv.m və yarımzirzəmidən 843.6 kv.m hissəsi istisna olmaqla, qalan 11.451,8 kv.m hissəsi cavabdehin adına qeydiyyata alındığı müəyyən olunmuşdur.

5. Sonradan 2023-cü il yanvarın 23-də cavabdeh ilə alıcı X9 (bundan sonra-“üçüncü şəxs”) arasında notarial qaydada bağlanmış iki AN-İ seriyalı, ******* və ******* saylı alqısatqı müqavilələrinə əsasən qeyri-yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 2 ədəd 431.15 kv.m. hissəsinin (ümumilikdə 862.3 m2) hər biri 400.000 manat olmaqla cavabdeh üçüncü şəxsə satmış, lakin qeyd olunan qeyri-yaşayış binasının üzərinə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 7 mart tarixli e-16(113)-32/2023 nömrəli icra vərəqəsi ilə həbs qoyulduğundan daşınmaz ə mlakın dövlət reyestrində üçüncü şəxsin adına qeydiyyat aparılmamışdır.

6. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunda qeyri-yaşayış sahəsinin bütünlükdə iddiaçının adına rəsmiləşdirilməsi və ya iddiaçıdan aldığı 1.040.000 manat məbləğində pulun geri qaytarılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 7. 2023-cü il iyulun 3-də iddiaçı cavabdehə qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, qeyri-yaşayış sahəsinin bütünlüklə onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, sonradan 200.000 manat borc qismində aldığı pul vəsaitinin və iş üzrə ödənilmiş 1300 manat dö vlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi 2023-cü il 3 may tarixində keçirilmiş məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında məbləğ göstərilsə belə, həmin məbləğ real olaraq ödənilməmiş, həmin sahəni iddiaçının qardaşı almışdır. Mübahisəli obyektlə bağlı Fikrət adlı şəxslə danışıqlar aparılmış, sonuncu həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Real alqı-satqı baş tutmamışdır. Maliyyə arayışının iddiaçının adına verilməsi tərəflər arasında yaranmış inamla bağlı olmuşdur. İddiaçının qardaşı bildirmişdir ki, pulu Fikrət adlı şəxsə vermişdir, Fikrət isə həmin məbləği cavabdehə ödəməli idi. X14 həmin məbləğin ona təqdim edilmədi yini bildirmişdir. İddiaçı tərəfindən müqavilə bağlanmamışdan əvvəl 278.000 manat, 2016-cı ildə isə 200.000 manat olmaqla, cəmi 478.000 manat ödəniş edilmişdir.

9. Üçüncü şəxs isə izahatında bildirmişdir ki, cavabdehlə arasında qeyri-yaşayış obyekti ilə bağlı notarial qaydada alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilə bağlanarkən notariusda həmin əmlakın üzərində yüklülüyün olub-olmaması yoxlanılmış və yüklülüyün, həbsin olmadığı müəyyən olunmuşdur. Həmçinin bildirmişdir ki, qeyri-yaşayış sahəsi ilə bağlı mübahisə olduğunu bilməmişdir. Çıxarış alması üçün qeydiyyat orqanına müraciət etdikdə məhkəmənin qərarı ilə əmlakın üzərinə həbs qoyulduğu, çıxarışın verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin (hakim X7) 2023-cü il 13 iyul tarixli e-2-2(113)1331 /2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 200.000 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 490 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında obyektin tikintisinə dair öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan öhdəlik (840.000 manat pulun ödənilməsi) tam icra edilsə də, cavabdeh tərəfindən öhdəlik icra edilməmiş qalmış və bu günə kimi qeyriyaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir.

12. Məhkəmə tərəfindən iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinin başqa şəxslərin hüquqlarından azad vəziyyətdə mövcud olub-olmamasını araşdırmaq məqsədilə qeydiyyat orqanına göndərilmiş müvafiq sorğular nəticəsində məlum olmuşdur ki, cavabdeh ümumi sahəsi 13.077,6 kv.m. olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 3.865,9 kv.m olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsini 2023-cü il 23 yanvar tarixli AN-İ seriyalı ******* və ******* nömrəli alqı-satqı müqavilələrinə əsasən üçüncü şəxsə satmışdır. Bununla əlaqədar üçüncü şəxs məhkəmə icraatına cəlb edilmiş və məhkəmə prosesində iştirakı zamanı mübahisəli mərtəbəni notariusda alqısatqı müqaviləsi ilə aldığını və müqavilə bağlanan zaman əmlakın yüklü olmadığını qeyd etmişdir. Çıxarış alması üçün qeydiyyat orqanına müraciət etdikdə məhkəmənin qərarı ilə əmlaka həbs qoyulduğu ona bildirilmiş, həmin sahə ilə bağlı mübahisə olduğunu bilməmişdir, ona görə də vicdanlı alıcıdır.

13. Məhkəmə hesab etmişdir ki, cavabdehin nümayəndəsinin izahatı formal mülahizələr və məhkəməyə təqdim etdiyi cavabdehlə X10 arasında bağlanmış borcun etirafı haqqında müqavilə və işdə tərəf olmayan şəxslərin birtərəfli qaydada əlyazma ilə tərtib edilən sənədlər hazırkı mübahisəyə heç bir aidiyyətinin olmaması kimi qiymətləndirilməlidir. Çünki iddiaçı tərəfindən təqdim olunan müqavilə 840.000 manata dair maliyyə arayışı və 200.000 manatın ödənilməsi barədə sənədlə müəyyən olunur ki, qeyriyaşayış sahəsinin tikilib təhvil verilməsi üçün iddiaçı tərəfindən cavabdehə 2011-ci il 22 iyun tarixində 840.000 manat və 2016-ci ildə - cəmi 200.000 manat ödəniş edilmişdir (həmin ödənişlərin qəbul edilməsinə dair sənədlər cavabdehin imza və möhürü ilə təsdiq edilmişdir). Lakin, biznes mərkəzi, həmçinin 7-ci mərt əbəsi tikilib başa çatdırıldıqdan sonra 2011-ci il 22 iyun tarixli müqaviləyə əsasən 7-ci mərtəbə iddiaçının adına deyil, 2018-ci il 25 sentyabr qeydiyyat tarixi ilə xüsusi mülkiyyət əsasında 1-ci mərtəbədən 782,2 kv.m və yarımzirzəmidən 843,6 kv.m X4, qalan hissə (11.451,8 kv.m) - cavabdehin adına qeydiyyata alınmışdır. Bu o deməkdir ki, üçüncü şəxslə cavabdeh arasında 2023-cü il 23 yanvar tarixli alqı-satqı müqavilələri bağlanılarkən qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsi cavabdehin mülkiyyətində olmuş və üçüncü şəxs bu halda vicdanlı alıcı qismində çıxış edərək əmlakı notarial qaydada müqavilələr bağlayaraq əldə etmiş və həmin əmlak cavabdeh tərəfindən üçüncü şəxsin sahiblik və istifadəsinə təhvil verilmişdir. Üçüncü şəxslə bağlanılan alqı-satqı müqavilələri mübahisələndirilməmiş, həmin şəxsə qarşı heç bir tələb irəli sürülməmişdir.

14. Məhkəmə yuxarıda qeyd olunanları rəhbər tutaraq hesab etmişdir ki, iddiaçının “qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsinin onun adına rəsmiləşdirilməsi” tələbinin təmin edilməsi, qeyd olunan əmlakın üçüncü şəxsə satılması və ona təhvil verilməsi səbəbi ilə artıq qeyri-mümkün olduğu üçün təmin oluna bilməz. İddiaçı öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmənin vəzifəsi yalnız verilmiş tələb həddində işə baxaraq qeyri-yaşayış sahəsinin həqiqətən də cavabdehin sahibliyində olubolmadığını, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinin səbəbini aydınlaşdırmaqdan və məhz bu çərçivədə işin müəyyən edilən hall arına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə mübahisəni qanun çərçivəsində həll etməkdir. Qeyd olunanlardan göründüyü kimi qeyri-yaşayış sahəsinin sahibliyi və istifadəsi cavabdeh tərəfindən alqı-satqı müqaviləsi ilə ilkin olaraq üçüncü şəxsə ötürüldüyündən və həmin əmlakın iddiaçıya qaytarılması mümkünsüz olduğundan tələb həmin hissədə təmin edilə bilməz.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 182.1, 385.1, 425.1, 442, 452.1, 452.2, 752.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 76.1, 77.1, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətn amə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (sədrlik edən və məruzəçi X5, hakimlər X6 və X12) 2023-cü il 30 noyabr tarixli 2-2(103)-865/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni tarixli qərardadla cavabdehin hərəkətlərində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, hazırkı halda iddiaçı tərəfindən cavabdehdən tələb edilən əmlakı notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında əldə etmiş üçüncü şəxs MM-in 182.1-ci maddəsinə əsasən vicdanlı alıcı olduğundan (həmin şəxsin alqı-satqı müqaviləsi bağlananadək bu mübahisə barədə məlumatlı olduğu iddiaçı tərəfindən sübut edilməmişdir), onunla cavabdeh arasında bağlanmış 2023-cü il 23 yanvar tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız əqd hesab edilməsi üçün qanuni əsaslar olmadığından, o cümlədən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi olduğu üçün sifarişçinin podratçı tərəfindən ona təhvil verilməmiş əmlak üzərində mülkiyyət hüququ yaranmadığından, qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin bütünlüklə iddiaçının adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Cavabdeh ö z üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı 2011-ci ildə podrat müqaviləsi üzrə ödədiyi 840.000 manatı cavabdehdən geri tələb etmək hüququna malikdir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 140, 148.2, 182.1, 385.1, 425.1, 442, 452.1, 452.2, 752.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" ASC-nin şikayəti üzrə” 2018-ci il 18 iyul tarixli və “S.N.Məmmədovanın şikayəti üzrə” 2004-cü il 27 oktyabr tarixli qərarlarına istinadla əsaslandırmışdır.

21. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Apellyasiya məhkəməsinin istinad etdiyi MM-in 182. 1-ci maddəsi daşınar əşyalara münasibətdə mülkiyyət hüququnun əldə edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisəyə həmin maddənin tətbiq edilməsi qanunsuzdur. Məhkəmənin MM-in 140-cı maddəsinə istinadı da yanlışdır. Belə ki, üçüncü şəxsin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı yoxdur. Belə olan təqdirdə, hansı reyestrin məzmununun dəqiqliyi və ya qeyri-dəqiqliyinin sübuta yetirilməli olması sual edilir. İş materiallarında belə çıxarış olsaydı, həmin maddəyə istinad doğru olardı.

23. İddiaçı və cavabdeh arasında imzalanmış müqavilə podrat müqaviləsi olsa da, məhkəmə tərəflər arasında yaranmış mübahisəyə MM-in 385.1 və 404-cü maddələrinə əsasən, alqı-satqı müqaviləsinin şərtləri daxilində baxmalı idi. Çünki podrat müqaviləsinə görə alıcı əşyanı qəbul etdikdən sonra dəyərini, alqı-satqı müqaviləsinə əsasən isə əvvəlcədən ödəyir. Alqı-satqı müqaviləsi üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Yəni hazırkı halda iddiaçının əmlaka dair mülkiyyət hüququ yaranmış olur. Belə ki, işin mübahisəsiz hallarından da görünür ki, iddiaçı əşyanın dəyərini, yəni 840.000 manatı öncədən ödədiyinə görə tərəflər arasında yaranmış münasibət artıq alqı-satqı müqaviləsini şərtləndirir və qanunvericiliyin tələbinə əsasən həmin əşyaya onun mülkiyyət hüquqları daha öncə yaranmış olur. Lakin apellyasiya məhkəməsi tərəfindən tətbiq edilən MM-in 452.1-ci maddəsinin müddəaları düzgün tətbiq edilməmişdir. Maddənin tələbindən də aydın göründüyü kimi, əmlak və həmin əmlaka dair mülkiyyət hüquqları, ən azından səmərəli istifadənin əldə olunmasına yönəlmiş qanuni gözlənti daha əvvəl iddiaçının xeyrinə əmələ gəlib.

24. Apellyasiya məhkəməsi tərəfindən həmçinin MPM-in 9, 88, 217-ci maddələrinin də tələbləri pozulmuş, iş materiallarında olan sübutlar təhrif edilmişdir. Belə ki, qətnamədə qeyd olunmuşdur ki, cavabdeh 2023-cü il 23 yanvar tarixli AN-İ seriyalı ******* nömrəli alqısatqı müqaviləsi əsasında qeyri-yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 431,15 m2 hissəsini üçüncü şəxsə satmışdır. Müqavilədə alqı-satqının dəyəri 400.000 manat qeyd edilsə də, üçüncü şəxs işə apellyasiya qaydasında baxılarkən satıcıya 800.000 manat ödədiyini göstərmişdir. Halbuki, iş materiallarında olan AN-İ seriyalı, ******* və ******* nömrəli müqavilələrdən də görünür ki, tərəflər arasında 2023-cü il 23 yanvar tarixində 2 alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilələrə əsasən, cavabdeh üçüncü şəxsə 431 m2 deyil, ümumilikdə 862,30 m2 qeyri-yaşayış sahəsini satmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və ə saslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditoru n) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməs i) başa düşülür.” “Maddə

452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun....”

30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Pros essual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. İddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri, əsas etibarilə, apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Məhkəmə kollegiyası iddia tələbi və şikayətin həmin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır, həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə zərurət görmür.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır

34. Eyni zamanda, kassasiya şikayətində əks etdirilmiş digər dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq norm alarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

37. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2023-cü il 30 noyabr tarixli 2-2(103)-865/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar