Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-41/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq icarə müqaviləsinin ləğv edilməsi 07.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı tərəflər arşında bağlanmış 2007-ci il 11 dekabr tarixli, 1022 nömrəli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 sentyabr tarixli 2-2(105)-92/2022 saylı qətnaməsindən verilmiş kassasiya şik ayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı Başçısının 2007-ci il 11 dekabr tarixli sərəncamının təsdiq olunmuş surətinə əsasən, Abşeron rayonunun X2 Fondunda saxlanılmış torpaqlardan X1 sovxozunun ərazisindən sahibkarlıq məqsədilə 10 hektar 99 il müddətinə icarə qaydasında Cavabdeh torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. Hüquqi şəxsə tapşırılmışdır ki, torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsilə təmin etsin.
2. İddiaçı Başçısının 2007-ci il 11 dekabr tarixli sərəncamının təsdiq olunmuş surətinə görə, Abşeron rayonunun X2 Fondunda saxlanılmış torpaqlardan X1 sovxozunun ərazisindən sahibkarlıq məqsədilə 10 hektar 99 il müddətinə icarə q aydasında Cavabdeh torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. Hüquqi şəxsə tapşırılmışdır ki, torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsilə təmin etsin. Ərazidən Cavabdeh 99 il müddətinə 10 hektar icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilməsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi etiraz etməmişdir.
3. İcarə qaydasında sahibkarlıq məqsədilə 99 il müddətinə torpaq sahəsi seçilməsi haqqında aktın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 99 il müddətinə sahibkarlıq məqsədilə torpaq sahəsi ayrılmasına komissiya aşağıdakı şərtlərlə etiraz etməmişdir. 4. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 2007-ci il 11 dekabr tarixli, 1022 nömrəli i carə müqaviləsinin təsdiq olunmuş surətinə əsasən, sahibkarlıq məqsədilə cavabdehə 10 hektar torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir.
5. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 2017-ci il 1 feval tarixli, 138/1-S nömrəli və 2017-ci il 18 aprel tarixli, 540-S nömrəli məktublara əsasən, İddiaçı idarəçiliyində olan X3 aid kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mövcud icarəçilər tərəfindən istifadə vəziyyəti RİH-də yaradılmış komissiya tərəfindən mütəmadi yoxlanılır. Komissiya tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı başçısının sərəncamı ilə Cavabdeh icarəsinə verilmiş ümumilikdə 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təyinatına uyğun istifadə olunmur, torpaq sahəsinə görə icarə haqqlarının ödənişi həyata keçirilmir. Qeyd olunanlara əsas ən göstərilən nöqsanların aradan qaldırılması istiqamətində tərəflərindən təxirəsalınmaz tədbirlərin görülməsi və nəticəsi barədə rayon İcra Hakimiyyətinə məlumat verilməsi xahiş olunur. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Cavabdeh qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış 2007-ci il 11 dekabr tarixli, 1022 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Başçısının 2007-ci il 11 dekabr tarixli, 1022 saylı sərəncamı ilə Cavabdeh 99 illik icarə qaydasında keçmiş Zirə Tərəvəzçilik-südçülük sovxozu ərazisindən 10 hektar torpaq sahəsi ayrılması barədə icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. İcarəyə veri lmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan təyinatına uyğun istifadə edilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmışdır. Lakin torpaq sahəsi cavabdehə ayrıldığı müddətdən bu günə kimi təyinatı üzrə istifadə edilmir, icarə haqları ödənilmir. Cavabdeh icarəyə götürdüyü torpaq sahəsindən istifadə edib-etməməsi barədə nə iddiaçıya, nə də Statistika İdarəsinə məlumat verməmişdir. Bu barədə xəbərdarlıq da edilmişdir. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün cavabdehə edilən xəbərdarlıqlar, yazılı bildirişlər nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti meydana gəlmişdir.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13, 44, 73, 75, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 700.1, 711.1, 711.2, 713, “Torpaq İcarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 19, 23, 31-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
10. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2017-ci il 17 iyul tarixli 2-2(85)-185/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında bağlanmış 2007-ci il 11 dekabr tarixli, 1022 nömrəli icarə müqaviləsi ləğv edilmişdir (sədrlik edən hakim Z.Pirverdiyev).
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron rayonunun X2 Fondunda saxlanılmış torpaqlardan kənd təsərrüfatı məqsədilə cavabdehə 10 hektar torpaq sahəsi 99 il müddətinə icarəyə verilməklə tərəflər arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müq avilə İddiaçı başçısının 2007-ci il 11 dekabr tarixli, 1022 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. Cavabdeh icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2007-ci il 11 dekabr tarixli, 1022 nömrəli icarə müqaviləsi ləğv edilməlidir.
12. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış 2007-ci il 11 dekabr tarixli, 1022 nömrəli icarə müqaviləsi ləğv edilməlidir.
13. Məhkəmə bu qənaətini MM-in 700.1, 708.2, 710.3, 713, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 13, 73, 75.1, 75.6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 80, 217.3, 217.4, 119.2-ci maddələrinə is tinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(103)-685/2022 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-2(85)-185/2017 nömrəli, 2017-ci il 14 iyul tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər – F.Məmmədov və İ.Dəmirov).
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, Abşeron rayonunun X2 Fondunda saxlanılmış torpaqlardan kənd təsərrüfatı məqsədilə cavabdehə 10 hektar torpaq sahəsi 99 il müddətinə icarəyə verilməklə tərəflər arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilə İddiaçı başçısının 2007-ci il 11 dekabr tarixli, 1022 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. Cavabdeh icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş və icarə haqları ödəməmişdir.
17. İddiaçı Başçısının 2007-ci il 11 dekabr tarixli sərəncamında qeyd edilmişdir ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” qaydalarına uyğun olaraq və sərəncamda göstərilən şərtlər nəzərə alınaraq cavabdehə icarəyə verilmişdir.
18. Göründüyü kimi, hazırki icarə müqaviləsi ümumiyyətlə qanun vericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, yay və qış otlaq sahələri hüquqi və fiziki şəxslərin icarəsinə 10 ildən 15 ilədək verilə bilər.
19. Bundan başqa, Abşeron Rayon İcra Hakmiyyəti tərəfindən Dövlət Statistika Komitəsi Abşeron Rayon Statistika İdarəsinə 2022-ci il 17 avqust tarixli məktubla müraciət olunaraq İddiaçı Başçısının 2007-ci il 11 dekabr tarixli sərəncamı və icarə müqaviləsi ilə fiziki şəxs Cavabdeh ayrılmış Abşeron rayonunun X1 sovxozunun ərazisində yerləşən 10.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən bu günə kimi istifadə edilibedilməməsi və həmin ərazidə bu illər ərzində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı Rayon Statistika İdarəsinə torpaq icarəçisi tərəfindən məlumat verilib-verilməməsi barədə məlumatların təqdim olunması xa hiş olunmuş, Abşeron Rayon Statistika İdarəsinin İddiaçınə ünvanlanmış 2022-ci il 19 avqust tarixli, 126 saylı məktubunda fiziki şəxs Cavabdeh tərəfindən idarəyə hesabat təqdim edilmədiyi bildirilmişdir.
20. Məhkəmə kollegiyası cavabdehin icarə haqqı ödənişləri ilə bağlı isə qeyd etmişdir ki, bununla bağlı iş materiallarında heç bir mötəbər sübut yoxdur.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 421.1, 421.2, 700.1, 708.2, 710.3, 713, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13, 9.3, 16.4, 44, 45, 73, 75.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” qaydalarına, MPM-in 14.2, 77.1, 88, 106.1-ci maddələrinə istinad etməkl ə əsaslandırmışdır.
22. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 4 oktyabr tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
23. Cavabdeh 2022-ci il 21 noyabr tarixində kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 sentyabr tarixli, 22(105)-92/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri
24. MM-in 421, 423-cü maddələrinin tələbləri pozulmuşdur. İş materiallarına iddiaçının müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə cavabdehə təklif göndərilməsini, təklifin həqiqətən də cavabdehə çatdırılmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Göründüyü kimi, tərəfin müq avilənin ləğvini tələb etmək hüququ yalnız MM-in 422-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Qanunverici MM-in 422-ci maddəsində tərəfin müqavilənin ləğvini tələb etmək hüququnun yarandığı halları sadalamaqla yanaşı, növbəti maddədə, 423-cü maddədə həmin hüququn həyata keçirilməsi üçün digər tərəfə təklif göndərilməli olmasını açıq şəkildə müəyyən etmişdir. Bununla belə mülki qanunvericiliyin qeyd edilən normalarının tələbləri nə birinci instansiya məhkəməsi, nə də ki, onun çıxartmış olduğu qətnamənin qanuniliyini və əsaslılığını yoxlayan apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
25. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 6 və 7-ci bəndlərinin tələbləri pozulmuşdur. Nəticə etibarilə, işə baxan məhkəmələr yalnızca mübahisəli torpaq sahəsinin hasara alınmamasını, ərazidə h eç bir şumlama və əkin izinə rast gəlinmədiyini əsas götürərək yanlış olaraq mübahisəli torpaq sahəsinin istifadə olunmadığı qənaətinə gəlmişlər. Bununla da cavabdehin hüquqlarını kobud surətdə pozmuşdur. Halbuki, yuxarıda da göstərildiyi kimi mübahisəli torpaq sahəsinin cavabdehə verilməsinə dair hüquqi sənədlər tərtib edilərkən DTXK Abşeron rayon şöbəsinin rəyi alınmış, həmin rəydə Komitə, Abşeron rayonunun X2 Fonduna aid olmaqla Zirə tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən həmin torpaq sahəsinin uqodiyasına görə örüş kimi uçota alındığını, habelə onun (torpağın) cavabdehə icarə yolu ilə verilməsinə etiraz etmədiklərini bildirmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyasına görə örüş və otlaqlara aiddir. Torpaq Məcəlləsinə ümu mi şəkildə nəzər yetirdikdə yay və qış otlaqlarında əsaslı tikinti işlərinin həyata keçirilməsi qadağandır (TM. maddə. 16/7). Bu o deməkdir ki, cavabdeh onsuz da həmin torpaq sahəsini həsara aldıra bilməzdi. Bu mənada həmin torpaq sahəsinin hasara alınmadığını əsas göstərərək onun istifadə olunmadığı qənaətinə gəlmək açıqca səhvdir.
26. Məhkəmələrin “ərazidə heç bir şumlama və əkin izinə rast gəlinməməsini” əsas götürərək onun istifadə olunmadığı qənaətinə gəlmələri də düzgün olmamışdır. Çünki həmin torpaq uqodiyasına görə əkin torpaqlarına aid olmayıb, örüş və otlaqlara aid olmuşdur. Başqa sözlə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadə edilən torpaq sahəsi olmamışdır. Digər tərəfdən işə baxan məhkəmələr nəzərə almamışlar ki, Torpaq Məcəlləsinin tələbləri nə görə, örüş və otlaqlara aid torpaq sahələrinin əkilməsinə yol verilmir. Əksinə, istifadə edilən həmin sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər ki, bu vəzifə kimi deyil, hüquq kimi nəzərdə tutulmuşdur(TM. maddə. 16/6). Xüsusilə o da qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin “...hazırki icarə müqaviləsi ümumiyyətlə qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir” şəklindəki əsaslandırması da düzgün deyildir. Həmin əsaslandırma iddia tələbinə ümumiyyətlə uyğun gəlmir. Belə ki, iddia “əqdin etibarsızlığı”na dair olmayıb, “müqavilənin ləğvi” ilə bağlı olmuşdur.
27. Azərbaycan Respublikası Konstitusiyasının 127 maddəsinin 7-ci bəndinin tələbləri pozulmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin iştirakı təmin edilməmi şdir. Cavabdeh ümumiyyətlə məhkəmə bildirişlərini almamış, məhkəmə prosesləri barədə lazımı qaydada xəbərdar edilməmişdir. Nəticədə cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur.
28. MPM-in 9, 165, 385.1.2, 387.2-ci maddələrinin tələbləri pozulmuşdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatlara əsasən qətnaməni hər bir halda ləğv etməli olduğu halda, bunu etməmiş, əksinə onun dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxartmışdır.
29. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərkən mövqeyini onunla əsaslandırmışdır ki, hazırki icarə müqaviləsi ümumiyyətlə qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Bu zaman məhkəmə nəzərə almamışdır ki, iddiaçının tələbi “əqdin etibarsızlığı”na dair olmayıb, “müqavilənin ləğvi” ilə bağ lı olmuşdur. Bu baxımdan “icarə müqaviləsinin ümumiyyətlə qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi” müqavilənin ləğvi üçün əsas ola bilməz. Halbuki, MPM-nin 220.4cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. İşdən göründüyü kimi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 14 iyul tarixli, 2-2(85)185/2017 saylı qətnaməsi ilə iddianı təmin edərkən yalnızca mübahisəli torpaq sahəsinin hasara alınmamasını, ərazidə heç bir şumlama və əkin izinə rast gəlinmədiyini əsas götürərək yanlış olaraq mübahisəli torpaq sahəsinin istifadə olunmadığı qənaətinə gəlmişdir. Məhkəmə bircə cümlədən ibarət bu əsaslandırma ilə də iddianın təmin olunması barədə qətnamə qəbul etmiş, bununla da cavabdehin hüquqlarını kobud surətdə pozmuşdur. Apellyasiya məhkəməsi isə cavabdehin Abşeron Rayon Statistika İdarəsinə hesabat təqdim edilmədiyini əsas götürməklə torpaq sahəsinin istifadə olunmadığı barədə birinci instansiya məhkəməsinin qənaətinin düzgün olduğu nəticəsinə gəlmişdir. Halbuki, statistika idarəsinə hesabat verilməməsi torpaq sahəsinin istifadə olunmadığına əsas vermir. Həmin hesabın verilməməsi yalnız inzibati məsuliyyətə səbəb ola bilər. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayə tinə qarşı etiraz verərək bildirmişdir ki, istər birinci instansiya məhkəməsi, istərsədə apellyasiya instansiya məhkəməsi işin faktiki hallarına və iddiaçı tərəfindən təqdim olunmuş sübutlara qanuni və ədalətli hüquqi qiymət verərək maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl etməklə iddia ərizəsini təmin etmişdir.
31. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan Bakı şəhəri Zirə kəndində olan mübahisəli torpaq sahəsinin müayinəsi zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi hasara alınmamış və istifadə olunmur. Ərazidə heç bir şumlanma və əkin izinə rast gəlinməmişdir. Qeyd olunan xüsusatlar torpaq sahəsinin müayinəsi zamanı çəkilmiş fotoşəkillərlə təsdiqlənmişdir.
32. Bu əsaslada istər birinci instansiya məhkəməsi, istərsədə apellyasiya instansiya məhkə məsi iddianı təmin etmiş və hesab etmişdir ki, cavabdeh icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməmişdir.
33. İşə baxan məhkəmə işin faktiki hallarını və təqdim edilmiş sübutları araşdıraraq, qanun normalarına istinad etməklə heç bir maddi hüquq normasında pozuntu etməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
36. Ka ssasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi... 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə
708. İcarəyə götürülmüş torpağın vəziyyəti və təsərrüfat təyinatına uyğun istifadəsi üçün məsuliyyət... 708.2. İcarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların a di təmirini öz hesabına aparmalıdır....” “Maddə
710. Torpaq icarəsi haqqı... 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.” “Maddə
713. İcarəyə götürülmüş torpaqdan müqavilə şərtlərinə uyğun gəlməyən istifadə Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər.”
38. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi...
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.” “Maddə
13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.” “Maddə
16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri...
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələr inin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır....” “Maddə
44. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir.” “Maddə
45. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar
1. Torpaqlardan istifadəyə və onlar ın mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
2. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir.
3. Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir.
4. Bu Məcəllənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müva fiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” “Maddə
73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələr i ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülki yyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə....” “Maddə
75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları
1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzas larda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir....”
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sü butlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının tətbiqi baxımından yoxlayaraq hesab edir ki, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Belə ki, MM-in 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbs a, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 43. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.
44. Həmin Qanunun 15-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.
45. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən, torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir.
46. Göründüyü kimi, qanunvericiliklə icarə haqqının üzrlü səbəb olmadan 1 il ödənilmədiyi hallarda, habelə kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və icarə hüququna xitam verilməsini nəzərdə tutulmuşdur.
47. Hazırkı halda, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi cavabdeh tərəfindən icarə haqqı ödənişləri aparılmamış, habelə torpaq sahəsindən təyinatı üzrə istifadə olunması və ya istifadə olunmamasının üzrlü səbəbləri barədə hər hansı mötəbər sübutlar təqdim olunmam ışdır.
48. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
49. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
50. MPM-nin sübutet mə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
51. Bundan başqa, kassasiya şikayətinin MM-in 421 və 423-cü maddələrinin tələblərinin pozulmasına dair dəlilinə münasibətdə qeyd edir ki, MM-in 423.2-ci maddəsinə əsasən, müqav ilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırkı halda isə, işdən göründüyü kimi torpaq sahəsinin təyinatı üzrə istifadə olunmaması və icarə haqlarının ödənilməməsi əsası ilə iddiaçı tərəfindən cavabdehə 2017-ci il 1 fevral tarixli və 2017-ci il 18 aprel tarixli pretenziya məktubları göndərilmiş, 2017-ci il 27 aprel tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilənin ləğvinə dair iddia tələbinin verilməsi ilə bağlı prosessual qanunvericiliyin normaları pozulmamışdır. Hətta pozulmuş olsaydı belə, §43-47-də göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
52. Kassasiya şikayətinin cavabdeh tərəfindən torpaq sahəsinin hasara aldırılmasının mümkün olmamasına dair dəlilinə münasibətdə məkhəmə kollegiyası vurğulayır ki, torpaq sahəsinin hasara alınmaması ilə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyi cavabdehin zərərinə deyil, iddia ərizəsinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı olmuşdur.
53. Kassasiya şikayətinin cavabdehin məkhəmə proseslərində iştirakının təmin olunmaması və çəkişmə prinsipinin pozulmasına dair mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, işdən göründüyü kimi cavabdehə onun iş materiallarında və tərəflər arasında bağlanmış müqavilədə qeyd olunmuş ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq m əhkəmə bildirişləri göndərilmiş, cavabdeh tərəfindən isə ünvanının dəyişdirilməsi və ya məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməməsi barədə məhkəməyə məlumat verilməmişdir. Bu baxımdan, aşağı instansiya məhkəmələri tərəfindən çəkişmə prinsipi ilə bağlı prosessual qanunvericiliyin tələbləri də pozulmamışdır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla əlaqəli surətdə qiymətləndirildiyindən, habelə tərəflər arasında mövcud münasibətləri tənzimləyən maddi hüquqi normalar baxımından hüquqi qiymətləndirmə düzgün aparıldığından, cavabdeh isə istinad etdiyi halları sübuta yetirə bilmədiyindən kassasiya şikayətinin dəlilləri əsaslı olma mışdır.
55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
56. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 sentyabr tarixli, 2-2(105)-92/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.