Məhkəmə qərarları › İş №2-2(102)-411/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-411/2019

25.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-411/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Firuddin Hüseynbəylinin, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun silinməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 26 aprel 2019-cu il tarixli 2-2(103)-14/2019 qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 25 sentyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə icl asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı cavabdehdən iddiaçının xeyrinə podrat müqaviləsi üzrə icra edilmiş işlərə görə 145692,54 manat, müqavilənin şərtlərinin pozularaq podrat işlərinin dayandırılması ilə əlaqədar boşdayanmaya görə vurulmuş zərərin əvəzi kimi 260231,24 manat, borc öhdəliyinin icrasının 24 ay gecikdirilməsi ilə əlaqədar illik 5%-lə 40592,38 manat faiz borcunun, cəmi 446516,16 manat məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 20.04.2017-ci il tarixində 15-AİS-035 nömrəli, Muğanlı-Yevlax yolunun reabilitasiyası, müəyyən dizayn və tikinti işlərinin yerinə yetirilməsi” subpodrat müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə görə iddiaçı Muğanlı-Yevlax yolunda km 103-273-də yerləşən körpü altını tam tikərək təhvil verməli və bununla bağlı bütün yardımçı işləri yerinə yetirməyi, cavabdeh isə bu xidməti qəbul edib dəyərini müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə cavabdeh iddiaçıya bu müqavilə ilə görüləcək işlərə görə 2194119,74 manat ödəməyi, 2.3-cü bəndinə əsasən 370000 manat həcmində avans ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə imzalandıqdan sonra cavabdeh müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş 370000 manat avansın yalnız 100000 manat hissəsini 12 may 2015-ci il tarixində iddiaçıya ödəmiş, digər hissəsinin isə ödənilməsini yubatmış və indiyədək ödəməmişdir. İddiaçı 2015-ci ilin avqust-sentyabr ayları ərzində müqavilə ilə nəzərdə tutulmuş işləri görmüş, həmin ilin sentyabr ayından cavabdeh iddiaçıya heç bir məlumat vermədən həmin müqavilə üzrə öhdəliklərini icra etməyi saxlamış, iddiaçı 38 gün boşdayanmadan sonra öz texnikasını və işçi qrupunu tikinti sahəsindən çıxarmışdır. İddiaçı müqavilə üzrə 2015-ci ilin avqust-oktyabr ayı ərzində əsas işlər üzrə 118202,09 manat, ƏDV ilə birlikdə 139478,47 manat dəyərində, əsas işlərlə bağlı işlər və xərclər üzrə 119251,35 manat, ƏDV ilə birlikdə 140716,59 manat dəyərində iş icra etmişdir. Cavabdehin 17.09.2015-ci il tarixində müqavilənin icrasını yarımçıq dayandırması nəticəsində iddiaçıya 275043,30 manat, ƏDV ilə birlikdə 324551,9 manat zər ər vurulmuşdur. İcra edilmiş işlərin həcmini cavabdehin səlahiyyətli vəzifəli şəxsləri və iddiaçının səlahiyyətli nümayəndəsi 17.10.2015-ci il tarixli aktla təsdiq etmişlər. Müqavilənin 2.3-cü bəndində nəzərdə tutulur ki, müqavilə imzalanandan 3 gün sonra cavabdeh iddiaçıya 370000 manat həcmində avans ödəməlidir. Deməli, müqaviləyə əsasən ilk ayların ödənişi əvvəlcədən ödənilməli, sonra isə hər ay üzrə işlər yerinə yetiriləndən sonra hesablanmış məbləğ avansdan silinməlidir. Buna baxmayaraq cavabdeh müqavilədə nəzərdə tutulmuş avansın yalnız 100000 manat hissəsini ödəmiş, digər hissəsini isə heç bir səbəb göstərmədən ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinə görə cavabdehlə Layihənin Sifarişçisi (“xxxx” ASC) arasında bağlanmış müqavilə bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. İşin əsas lay ihəsində nəzərdə tutulmuş, Müqavilədə nəzərdə tutulmamış işlər və tikinti materialına aid tələblərlə bağlı iddiaçı əsas işlə bağlı olan işlər görmüş və əlavə xərc çəkmişdir. Bununla bağlı cavabdeh şifahi razılıq, yazılan məktublara isə dinməz razılıq vermiş və həmin əlavə işlərlə bağlı materialları təmin etməklə işdən məlumatlı olduğunu və razılığını ifadə etmişdir. Cavabdehin 17.09.2015-ci il tarixində müqavilənin icrasını yarımçıq dayandırması nəticəsində 38 gün ərzində boşdayanma olmuş və iddiaçıya 275043,30 manat, ƏDV ilə birlikdə 324551,9 manat zərər vurmuşdur. Cavabdeh müqavilədə qeyd edilmiş avansı, müqavilə əsasında yerinə yetirilmiş əsas işlərin, əsas işlərlə bağlı olan işlərin və xərclərin dəyərini ödəməməklə, müqavilənin icrasını əsassız olaraq dayandırmaqla Azərbaycan Respublik asının mülki qanunvericiliyinin normalarını, həmin müqavilənin şərtlərini pozmuş və cavabdehə zərər vurmuşdur. Cavabdehin iddiaçıya görülən işlərə və vurulan zərərə görə borcu 2015ci ilin avqust-oktyabr aylarında yaranmış və həmin tarixdən 2 il ötmüşdür, ona görə iddiaçı gecikdirilmiş vaxt üçün həmin borcun 10%-i məbləğində ödəniş etmək öhdəliyini daşıyır. Göründüyü kimi, iddiaçının icra etdiyi əsas işlərin, əsas işlərlə bağlı digər iş və xərclərin dəyərini, cavabdehin təqsirinə görə ona dəyən zərərin məbləğini, eyni zamanda ödənilmiş 100000 manat avansın məbləğini nəzərə almaqla cavabdehin iddiaçıya ümumilikdə 504746,96 manatı əsas borcu, həmin borcun iki il müddətinə gecikdirilməsinə görə isə 50474, 70 manat faiz borcu yaranmışdır. “X1 bərpası” layihəsi meneceri X4, həmçinin cavabdehin a nbardar, inşaat mühəndisi, texniki ofis mühəndisi tərəfindən təsdiq edilmiş 01.09.2015-ci il tarixli aktda təsdiq edilir ki, 76.212 ton miqdarında şpunt “X1 bərpası” layihəsindən İddiaçı MMC-yə təhvil verilmişdir. Müqavilədə qalınlığı 09 mm olan borular nəzərdə tutulduğu halda, işin əsas layihəsinin tələblərinə görə isə metal boruların qalınlığı 16 mm olmalı, metal boruların ucu karandaş şəklində hazırlanmalıdır. Birinci instansiya məhkəməsinin 15.03.2018-ci il tarixli iş № 2-2(81)-179/2018, (sədrlik edən hakim M.Hacıbəyova) qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 15.03.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni q ətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 26.04.2019-cui il tarixli iş № 2-2(103)-14/2019 (hakimlər S.Seyidova - sədrlik edən və məruzəçi, V.Məmmədov və İ.Əhmədov) qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilən apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2-2(81)-179/18 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının iddiasının qismən - 255710,72 manat məbləğində pulun ödənilməsi hissəsində təmin edilməsi, Cavabdeh MMC-dən 20 aprel 2015-ci il tarixli, 15 AİS-035 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərlə bağlı 145692,54 manat və 38 gün boşdayanma üzrə isə 110018,18 manat, cəmi 255710,72 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,tərəflər arasında bağlanmış 20 aprel 2015-ci il tarixli 15-AİS-035 saylı müqaviləyə əsasən görüləcək işlərin qiyməti cədvəl 1-dəki smeta daxil olmaqla 2194119,74 manat müəyyən edilmiş (müqavilənin 2.l-ci bəndi), müqavilə qiymətinə smetada nəzərə alınan və iş prosesi zamanı ortaya çıxan, amma nəzərə alınmayan bütün xərclər, o cümlədən işçilik, mal-material, maşın-mexanizm, əməyin mühafizəsi, dizayn və sair xərclər daxildir (müqavilənin 2.2-ci bəndi), müqavilə imzalandıqdan 3 gün sonra 370000 manat həcmdə avans ödənilməli (müqavilənin 2.3-cü bəndi), müqavilə üzrə ödənişlər hər ay tərtib edilmiş faktiki yerinə yetirilmiş işləri təsdiq edən sənədlər və təsdiq edilmiş ödəniş sertifikatları çərçivəsində görülmüş işlərin Layihənin Sifarişçisi və məsləhətçi mühəndis şirkət tərəfindən qəbul edildikdən və həmin işlə bağlı ödəniş edildikdən sonra (baş podrat müqaviləsinə əsasən 56 gün ərzində yekunlaşır) Podratçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, 10 gün ərzində Podratçıya ödənilir (müqavilənin 2.6-cı bəndi), podratçı müqavilə üzrə görüləcək işləri 15 avqust 2015-ci il tarixinə qədər tam yetirərək təhvil verməyi öhdəsinə götürmüşdür (müqavilənin 3.1.2-ci bəndi). Göründüyü kimi müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə imzalandıqdan sonra gün ərzində cavabdeh 370000 manat həcmində avans ödəməli olduğu halda, cəmi 118000 manat iddiaçıya ödəniş etmiş, iddiaçı da bu mə bləği avans ödənişi qismində qəbul edərək, avansın tam ödənilməsini tələbini irəli sürmədən işə başlamışdır. Bundan başqa iddiaçı 118000 manat məbləğində aldığı avans üzrə görülən işlər barədə cavabdehə müvafiq sənədlər təqdim etməli olduğu halda bunu etməmiş və ümumiyyətlə bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə tərəflərin münasibətlərini tənzimləyən müqavilənin 2.6-cı bəndinə əsasən iddiaçı tələb etdiyi məbləğdə işin Layihənin Sifarişçisi və məsləhətçi mühəndis şirkət tərəfindən qəbul edilməsinə, həmin məbləğdə iddiaçı tərəfindən hesab-fakturalarının cavabdehə təqdim edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı təşkilat müqavilənin 3.1.2-ci bəndində nəzərdə tutulmuş müddət ərzində üzərinə götürdüyü öhdəliyi yerinə yet irməmişdir. İddiaçı görülmüş işlərə dair məhkəməyə sübut kimi təqdim etdiyi vurulmuş svayların pasportları, qaimə fakturaları, işçilərinin ezam edilməsi bağlı sənədlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında imzalanmış müqavilə çərçivəsində görüləcək işlərin smetasında svayların vurulması nəzərdə tutulmamışdır. 15AİS-035 nömrəli 20 aprel 2015-ci il tarixli müqavilənin 2.7-ci bəndinə əsasən Sifarişçi ilə razılaşdırılmamış əlavə işlər çıxarsa həmin işlər və onları görmək üçün tələb olunan mal-materialın dəyəri (3.2.2, 3.2.3, 3.2.4-cü bəndlərində göstərilən istisna olunmaqla) Podratçının öz vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bundan başqa iddiaçının təqdim etdiyi qaimə-fakturalarda göstərilən mal-materialların cavabdehə təhvil verilməsi və ya məhz cavabdehin s ifarişi ilə görülən işlər zamanı istifadə edilməsi barədə sübutlar təqdim olunmamışdır. Bundan başqa iddiaçının iddia tələbinin boşdayanma ilə bağlı vurulmuş ziyanın əvəzi kimi 260231,24 manat məbləğində tutulması hissəsinə gəldikdə isə iddiaçı həmin boşdayanmanın başlanması barədə cavabdehə məlumat verilməsinə dair sübutları, boşdayanma üzrə hesablanmış 260231,21 məbləğin konkret nədən ibarət olduğunu, həmin boşdayanmanın hansı dövrü əhatə etdiyi, onun tərkib hissəsini təsdiq edən halları sübut edən sənədləri təqdim etməmişdir. İddiaçı işin görülməsinə dair sübut qismində məhkəməyə təqdim etdiyi 17 oktyabr 2015-ci il tarixli akt birinci instansiya məhkəməsində sübut kimi qəbul edilmədiyi halda, apelyasiya instansiyası tərəfindən qanunsuzluğa yol verilməklə sübut kimi qəbul edilmişdir. Eyn i zamanda ekspert rəylərindən də görmək olar ki, ekspertlər əsassız olaraq 17 oktyabr 2015-ci il tarixli akta istinad edərək, həmin aktın cavabdehin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edildiyini göstərmişlər. Belə ki, iddiaçının mötəbər sübut kimi hesab etdiyi və apelyasiya məlikəsinin sübut kimi qəbul etdiyi 17 oktyabr 2015-ci il tarixdə imzalanmış aktdan görünür ki, M4 X1 Bərpası Layihəsi çərçivəsində km 103+273-də yerləşən 6 saylı körpünün tikintisi üçün İddiaçı MMC tərəfindən avqust-sentyabr 2015-ci il dövrü üzrə müəyyən işlər görmüşdür. Həmin akta imza edənlərdən biri Cavabdeh MMC, Geodeziya qrup rəhbəri kimi göstərilmiş Kaya Sulmazdır. Həmin şəxs Cavabdeh MMC-də əvvəllər işləmiş və onun əmək müqaviləsinə 01 may 2015-ci il tarixdə xitam verilmişdir (əmrin surəti iş materiallarına əlavə olunmuşdur). Belə olan halda həmin şəxsin aktı imzalamağa heç bir səlahiyyəti olmadığı aydın olur. Həmçinin həmin akt İddiaçı MMC-nin rəhbərinin imzası və möhürü ilə təsdiqlənsə belə, Cavabdeh MMC-nin rəhbərinin imzası və möhürü ilə təsdiqlənməmişdir. İddiaçı ilə cavabdeh arasında həmin layihə çərçivəsində daha əvvəl də başqa müqavilə üzrə bənzər iş icra edilmiş və görülmüş işlərin qəbulu barədə aktın, ödəniş sertifıkatının forma və təsdiq üsulu hazırkı iş üzrə təqdim olunmuş sənədlərin mötəbərliyini şübhə altına alır. (Akt tərəflərin rəhbərlərinin imzası və möhürü ilə təsdiq edilir, onun əsasında layihənin şərtlərinə və standartlarına uyğun ödəniş sertifikatı təsdiq olunur.) Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqti sadi Kollegiyasının 26 aprel 2019-cu il tarixli, 2-2(103)-14/2019 saylı qətnaməsini ləğv edərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsini ləğv edərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərarın qə bul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili F.Hüseynbəyli kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxl ayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməs i baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 26 aprel 2019-cu il tarixli, 2-2(103)-14/2019 saylı qətnamə ilə, İddiaçı MMC tərəfindən verilən apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2-2(81)-179/18 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının iddiasının qismən 255710,72 manat məbləğində pulun ödənilməsi hissəsində təmin edilməsi, Cavabdeh MMC-dən 20 aprel 2015-ci il tarixli, 15 AİS-035 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərlə bağlı 145 692,54 manat və 38 gün boşdayanma üzrə isə 110018,18 manat, cəmi 255710,72 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən Mülki Məcəllənin 385.1, 386, 425.1, 427.3, 427.5, 430.1, 752, 753.1, 769, 770-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 385.1.2, 388-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işi həll edərkən yuxarıda göstərilmiş mülki-prosessual hüquq normaları pozulmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsinin əsaslandırma hissəsində yazır ki, «iş materiallarında olan iddiaçının və cavabdehin nümayəndələri kimi göstərilən şəxslərin imza etdikləri 31 avqust 2015-ci il, 02 sentyabr 2015-ci il, 06 sentyabr 2015ci il, 07 sentyabr 2015-ci il, 10 sentyabr 2015-ci il, 11 sentyabr 2015-ci il, 12 sentyabr 2015-ci il, 13 sentyabr 2015-ci il tarixli vurulan svayların pas portlarına əsasən iddiaçı tərəfindən Muğanlı-Yevlax yolunun bərpası (M4) (Km: 0+000 km: 144+748,44) KM: 103+273,000 BR6 - KÖRPÜ layihəsi çərçivəsində svayların vurulması işləri görülmüşdür”. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, apelyasiya instansiyası məhkəməsi sözügedən pasportları imzalamış şəxsləri özü “iddiaçının və cavabdehin nümayəndələri kimi göstərilən şəxslər” adlandırır, yəni, həmin şəxslərin pasportların imzalanmasında səlahiyyətli olub-olmaması məsələsi aydınlaşdırılmamışdır. Digər tərəfindən apelyasiya instansiyası məhkəməsi ümumiyyətlə nəzərə almamışdır ki, tərəflər arasında imzalanmış müqavilə çərçivəsində görülərək işlərin smetasında svayların vurulması mövcud deyildir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi öz qətnaməsinin əsaslandırıcı hissəsində yazır ki, “İ ş materiallarında olan “Muğanlı–X2 bərpası” layihəsi X3 Öksüzün təsdiq etdiyi, iddiaçı tərəfindən Xanlar İsayevin və cavabdehin əməkdaşları kimi göstərilmiş Kaya Sulmaz və Zaur Qənbərov tərəfindən imzalanmış 17 oktyabr 2015-ci il tarixli akta əsəsən iddiaçı M4 Muğanlı–X2 Bərpası layihəsi çərçivəsində 6 saylı körpünün tikintisi üçün 2015-ci ilin avqust-sentyabr ayları ərzində 114 kvadrat metr mövcud beton konstruksiyaların sökülməsi, 2345 kub metr kənar dayaqlarda qazma işləri, 2250 kub metr tırtıllı kran üçün meydançanın hazırlanması, 400 kub metr çayda suyun istiqamətinin dəyişdirilməsi üçün qazma, əks dolğu və kipləşdirmə işlərini, 130 ədəd şpuntun vurulması, 1-ci dayaqda 5 ədəd 143,25 m diametri 820 mm olan svay borularının vurulması, 5 ədəd 71 kub metr svayların betonlanması, 12 m uzun luqda svay armo karkasın hazırlanması işlərini görmüş, svaylarda armaturun miqdarı 13,86 ton olmuşdur”. Lakin burada da məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi yenə də öz üslubuna sadiq qalaraq yazır ki, həmin aktı “iddiaçı tərəfindən Xanlar İsayev və cavabdehin əməkdaşları kimi göstərilmiş Kaya Sulmaz və Zaur Qənbərov tərəfindən imzalanmış”, yəni, göründüyü kimi adıçəkilən şəxslərin hüquqi statusu müəyyən edilməmiş və onların aktın imzalanmasında səlahiyyətinin olub-olmaması araşdırılmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, iddia tələbinin boşdayanma ilə bağlı vurulmuş ziyanın əvəzi kimi 110018,18 manat məbləğinin tutulması ilə əlaqədar iddiaçı tərəfindən həmin boşdayanmanın başlanması barədə cavabdehə məlumat verilib-verilməməsi məsələsi də tam və hərtərə fli araşdırılmamış, apelyasiya instansiyası məhkəməsi tərəfindən nə hər hansı bir maddi hüquq normasına, nə də tərəflər arasında bağlanmış sözügedən müqavilənin hər hansı bir bəndinə istinad edilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418–420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 26 aprel 2019-cu il tarixli, 22(103)14/2019 saylı qətnaməsi ləğv edi lsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar