Məhkəmə qərarları › İş №2-2(102)-412/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-412/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-412/2025 01.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Podrat müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 mart tarixli 2-2(107)-15/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Sifarişçi "xxxx" MMC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan podratçı Cavabdeh arasında 2022-ci il 30 sentyabr tarixli 14 nömrəli “İstehsalat bazasında sexin tikintisi haqqında” Podrat müqaviləsi bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən, podratçı Bağıyev X2 rayonu Hökməli qəsəbəsində yerləşən sifarişçi "xxxx" MMC-yə məxsus İstehsalat Bazasında sexin tikintisi və quraşdırma işlərinin yerinə yetirilməsini öz üzərinə götürmüş və həmin görüləcək işlərin dəyəri tərəflər arasında 170.381 manat məbləğində müəyyən edilmişdir.

3. Müqavilədə podratçı tərəfindən görüləcək 13 adda işin siyahısı və tikintidə istifadə olunacaq material və işçi qüvvəsinin dəyəri (cəmi 170.381 manat) barədə smeta tərti b olunmuşdur.

4. Sifarişçi tərəfindən podratçıya 90.000 manat məbləğində vəsait ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 34.970 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 2023-cü il 15 mart tarixində görülən işlərin qəbulu üçün iddiaçı tərəfindən komissiya yaradılmış və yerində yoxlama aparılmışdır. Yoxlama zamanı həmin tarixli akt tərtib edilmişdir. Müəyyən olunmuşdur ki, quraşdırılan dirəklər 40 il əvvəl yerin altında istifadə olunan metal boru, metal künclükdən və köhnə materiallardan ibarətdir. Aparılan qaynaq işlə ri heç bir norma və standartlara uyğun deyildir. Cavabdehin heç bir sertifikatı və yüksəklikdə işlərin görülməsinə icazəsi yoxdur. Cavabdehə aparılan yoxlamalarda iştirak etməsi ilə bağlı müraciət olunsa da, o, yoxlamada iştirakdan yayınmışdır. Komissiya tərəfindən yerinə yetirilən işlər yoxlanılmış, tikinti üzrə faktiki yerinə yetirilmiş iş həcmlərinin materiallarla birlikdə dəyəri bazar qiymətinə uyğun çıxarılmışdır. Faktiki olaraq görülən işlər onun verdiyi smeta əsasında və bazar qiymətləri ilə birlikdə bütün malların dəyəri 55.030 manat təşkil etmişdir. Lakin cavabdehin hesabına 90.000 manat vəsait ödənilmişdir. Ona görə də komissiya tərəfindən belə qərara gəlinmişdir ki, görülən işlərin müqabilində cavabdeh artıq ödənilən 34.970 manat qiymət fərqini iddiaçıya ödəməlidir.

7. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı ilə o 24 metr uzunluğunda anbarın tikintisi ilə bağlı müqavilə imzalamışdır. Materiallarla hesab zamanı tikintinin dəyəri 200.000 manat olduğu üçün qarşı tərəf bu məbləğin çox olmasını deyərək razılaşmamış və köhnə materiallarla tikilməsini istəmişdir. Onun smeta dəyəri isə hesabı ilə 170.000 manat olmuşdur. Bundan sonra işə başlamış və onun hesabına 30.000 manat köçürülmüşdür. Bir neçə gün işləyəndən sonra qarşı tərəf 24 metr uzunluğunda anbarın balaca olacağını, 45 metr uzunluğunda olan anbarın tikilməsini bildirmiş, cavabında əlindəki materialların onu tikməsi üçün kifayət etməyəcəyini demişdir. Tərəflər razılaşmış, podratçıya sifarişçi tərəfindən sonradan 2 dəfəyə daha 60.000 manat ödənilmişdir. İş gedən vaxtda FHN əməkdaşları bir neçə dəf ə tikintini saxlamışdır. Müqavilə bağladığı Ziya adlı şəxs ona bildirmişdir ki, tikintini başlasın, onu dayandıran olmayacaqdır. Cavabdeh işə başlamış və materialllar bitənə kimi işləmişlər. Öz hesabından 3200 manat xərcləyib həmin əraziyə su çəkdirmişdir. Sonradan hesablama aparmışlar və sifarişçinin ona 55.450 manat borcu qalmışdır. İddiaçı isə özü hesablama aparmış və cavabdehi məhkəməyə verəcəyini bildirmişdir.

8. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 30 sentyabr tarixli e-2-2(117)-18/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 32.940 manat pulun tutulub iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim: R.Məcidov).

9. Məhkəmə qeyd etmişdir ki, sifarişçi tərəfindən podratçıya ünvanlanmış “2022-ci ilin dekabr ayının sonuna kim i işlərin tam keyfiyyətlə başa çatdırıb təhvil verilməsi” barədə 2022-ci il 24 noyabr tarixli 161 nömrəli xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, bu günə kimi podratçıya 90 000 manat məbləğində vəsait ödənilmişdir. Bu isə görüləcək işlərin 52 faizini təşkil edir. İki ay müddət keçməsinə baxmayaraq heç bir iş görülməmişdir. Yerində baxış zamanı aşkar olunmuşdur ki, az həcmdə iş çox keyfiyyətsiz yerinə yetirilmiş və köhnə yararsız materiallardan istifadə olunmuşdur. Göstərilənlər nəzərə alınaraq podratçıdan cari ilin dekabr ayının sonuna kimi işlərin tam keyfıyyətlə başa çatdırılıb təhvil verilməsi tələb edilir. Əks halda podratçı müqavilənin şərtlərinin yerinə yetirilməməsinə görə məsuliyyətə cəlb olunacaqdır.

10. Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 2024-cü il 30 aprel tarixli rəyində qeyd olunmuşdur ki, Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən İstehsalat Bazasında inşa edilmiş tikili üzrə aparılmış işlərə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 57.060 manatdır.

11. Məhkəmə işin yuxarıda sadalanan hallarına istinadla və ekspert rəyini əsas götürməklə hesab etmişdir ki, ümumilikdə iddiaçı tərəfindən ödənilmiş 90.000 manat qarşılığında cavabdeh tərəfindən 57.060 manat dəyərində işlər görülmüşdür. Bu səbəbdən ödənilmiş 90.000 manatdan ekspert rəyi ilə müəyyən olunmuş görülmüş işlərin dəyəri çıxıldıqda (90.000 – 57.060 = 32.940) qalan 32.940 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 449.1, 752.1 və 755-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 mart tarixli 2-2(107)-15/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Z.Sadiqov – sədrlik edən və məruzəçi, E.Hüseynov və Ə.Kərimov).

15. Apellyasiya icraatında iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2025-ci il 6 yanvar tarixli ekspert rəyi təqdim olunmuşdur. Həmin rəyə əsasən, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən İstehsalat Bazasında inşa edilmiş tikili üzrə aparılmış işlərə (işçilik və material dəyəri) sərf olunmuş vəsaitin 2022-ci il və 2023-cü il üzrə bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 57.060 manatdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iş üzrə keçirilmiş ekspertizalar zamanı qoyulan suallar üzrə hesabatın səhv aparılmasını müəyyən edən, yəni podrat müqaviləsinin icrası üzrə onun yerinə yetirdiyi işlərin həcminin və dəyərinin təsdiqi ilə əlaqədar tərtib olunan və mübahisənin araşdırılması zamanı mötəbər sübut kimi qiymətləndirilməklə nəzərə alına biləcək hər hansı bir maliyyə-müha sibatlıq və s. sənədləri, o cümlədən də məlum işlərin görülməsində istifadə olunan materiala xərclənən vəsaiti və yaxud, işçilərə sərf olunan əmək haqqını, yəni işçilik haqqının məbləğini müəyyən edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də məhkəmə araşdırmaları zamanı mötəbər sübut kimi qiymətləndirilməsi mümkün olan belə bir sənədlərin mövcud olması da müəyyənləşdirilməmişdir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə çıxarmışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz.

18. Mə hkəmə kollegiyası mövqeyini MM-in 14.2, 14.2.1, 385.1, 386.1, 399.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 752.1, 753.1, 762.1, 765, 769-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 2.1, 2.2, 9, 10-1.1, 10-1.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 103.1, 106.1, 106.3, 217.2-217.5, 218.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv olunaraq işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 385-ci maddəsi üzrə - sifarişçi hissə-hissə olmaqla 60.000 manat podratçıya ödəmiş və müvafiq icazələr almadığı üçün sonun cudan işləri dayandırmağı xahiş etmişdir. Dayanma müddətinin uzun olması səbəbindən və nə vaxtsa bərpa olunmayacağı təhlükəsi olduğu üçün cavabdeh iddiaçıdan üzləşmə aparılmasını və onun tərəfindən bu tikintiyə xərclənmiş vəsaitin ona ödənilməsini tələb etmişdir. 2022- ci ilin 20 noyabr tarixində iddiaçı cavabdehə daha 30.000 manat vəsaiti ödədikdə aralarında narazılıq yaranmış, podratçı onun tərəfindən artıq xərclənmiş 55.000 manat vəsaitin də ona ödənilməsini tələb etmişdir. Məhz bu vəsaiti verməmək üçün cəmi 2 gün sonra sifarişçi işləri bəyənmədiyini və ona vəsait ödənilməyəcəyini bildirmişdir. Bundan sonra podratçını həmin sahəyə buraxmayaraq 2023-cü il 15 mart tarixində birtərəfli akt tərtib edilmişdir. Həmin akt heç bir şəkildə etibarlı ola bilməz. Çünki podratçının məlumatı və iştir akı olmadan tərtib olunmuşdur. Ümumi müqavilə qiyməti 170.381 manat müəyyənləşdiyi və həmin məbləğin yalnız 52% ödənildiyi halda sifarişçinin podratçıdan bütün işləri görüb təhvil verməsini tələb etməsi müqavilə şərtlərinə ziddir.

21. MM-in 425-ci maddəsi üzrə - hazırkı mübahisə müqavilə münasibətləri çərçivəsində yarandığına görə iddiaçının tələbinə baxan zaman məhkəmələr ilk növbədə müqavilə şərtlərinə diqqət yetirməli və görüləcək işləri və onun qiymətini tərəflər arasında əvvəlcədən dəqiq olaraq razılaşdırılmış olmasını nəzərə almalı idi. Məhkəmə isə iş üzrə görülən işlərin dəyərini (bazar dəyərini) müəyyənləşdirmək üçün ekspertiza təyin etmiş və ekspertin rəyini mötəbər sübut kimi qəbul etmişdir. Halbuki tərəflər hər hansı işin görülməsinin qiymətini öz aralarında razılaşmışlarsa, son radan birtərəfli olaraq həmin qiymətin dəyişilməsi yolverilməzdir. Hazırkı iş üzrə isə məhkəmələr tərəflər arasında qüvvədə olan və ləğv edilməmiş müqaviləni görməzdən gələrək sanki müqavilə üzrə muzd razılığı olmamış kimi davranmış, işlərə və xidmətlərə ekspert vasitəsilə bazar qiyməti qoymağa çalışmışlar. İş üzrə ekspertiza təyin edilsə də, ekspert qarşısına suallar düzgün qoyulmamış və iş üçün əhəmiyyət kəsb edən hallara aydınlıq gətirilməmişdir. Belə ki, ekspert qarşısına ilk növbədə tərəflər arasında olan müqavilə üzrə “qiymət və görüləcək işlər” çərçivəsində hansı işlərin görülməsi barədə, bundan sonra müqavilə predmeti olaraq podratçının görməli olduğu işin hansı hissəsinin (faizlə və ya hissə ilə) artıq icra edilmiş olması və həmin hissəsinin müqavilə üzrə razılaşdırılmış qiymətini n hansı hissəsinin sifarişçi tərəfindən ödənilməsi barədə sualları qoymalı, məhz bundan sonra iddia tələbinə qanuni baxmalı idi.

22. MM-in 430-cu maddəsi üzrə - tərəflər arasında bağlanmış podrat müqaviləsi qüvvədə ola-ola, həmçinin müqavilənin ləğvi ilə bağlı cavabdehə hər hansı təklif göndərilmədən məhkəmənin iddia tələbinə bu cür yanaşması qanuni deyil.

23. MM-in 752 və 753.1-ci maddələri üzrə - ekspertiza rəyində icra edilmiş işlərlə bağlı qiymətlər müqavilə üzrə tərəflərin razılaşdıqları həcmdə hesablanmalı və iddia tələbinə baxan zaman məhkəmə bu halı nəzərə almalı idi. Tərəflər müqavilənin 1-ci bəndində ümumi işin qiymətini 170.381 manat razılaşdırmışlar. Sonradan həmin qiyməti konkret olaraq bu və ya digər materiala, işçi zəhmətinə görə dəyişilməsi qanunaziddir. Ekspertiza rəyind ə müqavilə qiymətlərinə uyğun gəlməyən qiymətlər müəyyən edilmişdir. Məhkəmə bu cür ekspert rəyini əsas götürməyərək iş üzrə əlavə ekspertiza təyin etməli idi. Əks halda ekspert rəyi həqiqəti əks etdirmir və nəticə olaraq bu məbləğdə iddia tələbinin təmini podratçını böyük maddi zərərə məruz qoymaqla sifarişçini həmin məbləğ qədər əsassız varlanmasına səbəb olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.” “Maddə

430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın ya lnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.” “Maddə

759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.”

27. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədlərihttps://eqanun.az/framework/46945 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişd ir.

30. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsassızdır.

31. Belə ki, podrat müqaviləsi üzrə ödənilməli olan muzdun miqdarına dair MM-in 753.1-ci maddəsində iki hal müəyyən edilmişdir. Birinci hal – podrat müqaviləsində muzdun miqdarı şərtləndirilmişdir, ikinci hal – muzdun miqdarı müəyyənləşdirilməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində muzdun miqdarı şərtləndirilmişdir.

33. Eyni zamanda, MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsində nəzərdə tutulan işin icra etmək vəzifəsi podratçıya aid olduğuna görə mübahisə halında işin hansı həcmdə və dəyərdə icra edildiyini sübut etmək vəzifəsi podratçının üzərinə düşür.

34. Apellyasiya instansiyası məh kəməsi tərəfindən isə müəyyən edilmişdir ki, podratçı olan cavabdeh tərəfindən podrat müqaviləsinin icrası üzrə onun yerinə yetirdiyi işlərin həcminin və dəyərinin təsdiqi ilə əlaqədar tərtib olunan və mübahisənin araşdırılması zamanı mötəbər sübut kimi qiymətləndirilməklə nəzərə alına biləcək hər hansı bir maliyyə-mühasibatlıq və s. sənədləri, o cümlədən də məlum işlərin görülməsində istifadə olunan materiala xərclənən vəsaiti və yaxud, işçilərə sərf olunan əmək haqqını, yəni işçilik haqqının məbləğini müəyyən edən mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə də görülmüş işlərin dəyərini iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyinə əsasən müəyyən etmişdir.

35. Bu baxımdan kollegiya qeyd edir ki, məhkəmə tərəfindən müqavilə şərtlərinin nəzərə alınmaması barədə dəlillər əsaslı hesab edil ə bilməz.

36. Görülmüş işlərin dəyərinin düzgün müəyyən edilməməsi və ekspert rəyinə düzgün qiymət verilməməsi barədə dəlillərə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

37. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

38. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə ria yət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2- ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

39. Tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməməsi və MM-in 430-cu maddəsinin tələblərinin pozulmasına dair qeyd edilir ki, podrat müqaviləsinin ləğvi ilə bağlı məsələlər MM-in ümumi normaları ilə deyil, xüsusi normaları olan 759-760-cı maddələri ilə tənzimlənir.

40. MM-in 759-cu maddəsində nəzərdə tutulmuş sifarişçinin təşəbbüsü ilə müqavilənin ləğv edilməsinin iki əsası mövcudur. Birinci əsas hər hansı hallarla şərtləndirilməyib və sifarişçi istənilən vaxt müqavilədən imtina edə bilər.

41. Bununla bağlı qeyd edilir ki, müqavilədən birtərəfli qaydada imtina hüququ MMin 421.3-cü maddəsində də müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

42. Həmçinin, MM-in 430-cu m addəsində müəyyən edilir ki, Mülki Məcəlləyə və ya müqaviləyə əsasən öhdəliyin icrasından birtərəfli imtinaya yol verilir.

43. Bu baxımdan qeyd edilir ki, sifarişçi hər hansı səbəb və əsas gətirmədən müqavilədən imtina etmək hüququna malikdir. Lakin bu halda podratçıya yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

44. Cavabdeh isə yuxarıda qeyd edildiyi kimi yerinə yetirdiyi işlərin dəyəri ilə bağlı sübutlar təqdim etməmiş və apellyasiya məhkəməsi müqavilənin ləğv edilməsi ilə bağlı ona zərər dəyməsini müəyyən etməmişdir.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 mart tarixli 2-2(107)-15/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar