Məhkəmə qərarları › İş №2-2(102)-419/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-419/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-419/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilk və Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə dəbbə pulu tələbi, qüsurlu icranın nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Elşad Şamayev Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk iddiaya; Cavabdeh MMCnin İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiaya dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 mart tar ixli 2-2(103)-296/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "X1" MMC (sifarişçi) ilə Cavabdeh MMC (podratçı) arasında: - 2021-ci il 12 avqust tarixli podrat müqaviləsi (bundan sonra – “Müqavilə İ”), - 2022-ci il 15 mart tarixli DİA-FNV-150322 nömrəli podrat müqaviləsi (bundan sonra – “Müqavilə İİ”), - 2022-ci il 18 mart tarixli DİA-FNV-180322 nömrəli podrat müqaviləsi (bundan sonra – “Müqavilə İİİ”), - 2022-ci il 15 may tarixli DİA-FNV-150522 nömrəli podrat müqaviləsi (bundan sonra – “Müqavilə İV”), - 2022-ci il 5 sentyabr tarixli DİA-FNV-050922 nömrəli podrat müqaviləsi (bundan sonra – “Müqavilə V”) bağlanmışdır. Müqavilələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişlər.

2. Müqa vilə İ-in: 3.1-ci bəndinə əsasən işlərin ümumi məbləği ƏDV daxil olmaqla 1.062.413,71 manat təşkil edir. 4.1-ci bəndinə əsasən podratçı müqavilənin 2 nömrəli Əlavəsində göstərilmiş vaxt çərçivəsində İşlərin tam icrasını Azərbaycan Respublikasının tikinti qanunvericiliyinə, o cümlədən Tikinti Norma və Qaydalarına (TNVQ), Sifarişçi tərəfindən təqdim edilmiş layihə smeta sənədlərinə və hazırkı Müqaviləyə uyğun olaraq tam təmin edir. 4.2-ci bəndinə əsasən podratçı smetalarda nəzərdə tutulmuş İşləri özünün və cəlb etdiyi subpodratçılarının imkanı hesabına həyata keçirir və İşlən Sifarişçiyə hazırkı Müqavilədə nəzərdə tutulmuş şərtlərlə kəmiyyətdə və yüksək keyfiyyətdə təhvil verir. 4.5-ci bəndinə əsasən layihələndirməyə və podratçı tərəfindən layihələndirilmiş tikilinin, işlərin, dam örtüyünün metal konstruksiyasının tikintinin tələb və normalarına cavab verməsinə və keyfiyyətlə quraşdırılmasına görə podratçı Sifarişçi qarşısında məsuliyyət daşıyır. 4.6-cı bəndinə əsasən hazırkı müqavilənin şərtlərinə uyğun olaraq işlərin tam həcmdə, yüksək keyfiyyətlə və vaxtında icra edilməsinə görə podratçı Sifarişçi qarşısında məsuliyyət daşıyır. 6.1-ci bəndinə əsasən bütün işlər podratçı tərəfindən hazırkı Müqavilənin 2 nömrəli Əlavəsi olan “İşlərin yerinə yetirilməsi qrafiki”ndə göstərilən müddətlər çərçivəsində tam icra edilməklə 30 noyabr 2021-ci il tarixinədək başa çatdırılacaq və tam olaraq Sifarişçiyə təhvil verilməlidir. 8.2-ci bəndinə əsasən podratçı üzərinə düşən öhdəlikləri hazırkı Müqavilədə və əlavələrdə göstərilən müddətdə, yerinə yetirmədikdə gecikdirilmiş hər gün üçün işlər in ümumi qiymətinin 0,1%- i məbləğində cərimə ödəyir. 8.3-cü bəndinə əsasən qüsurların aşkar olunduğu halda qüsur aktında göstərilmiş çatışmazlıqlara (qüsurlara) görə Podratçı Sifarişçinin seçimindən asılı olaraq çatışmazlığın (qüsurların) məbləğindən 3 dəfə artıq cərimə ödəyir və ya Sifarişçinin razılığı ilə çatışmazlığı (qüsurları) öz hesabına aradan qaldıraraq əlavə olaraq qüsurun məbləğinin 2 mislində Sifarişçiyə cərimə ödəyir. 3. 2021-ci il 12 avqust tarixli podrat müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1 olan 2021-ci il 12 avqust tarixli qiymət razılaşma protokoluna (o cümlədən smeta xərclərinə) əsasən tərəflər arasında bağlanmış 2021-ci il 12 avqust tarixli podrat müqaviləsi ilə icrası nəzərdə tutulmuş işlərin (Pirallahıda zavod tikinti işləri) ümumilikdə dəyərinin (162.063,11 manat ƏDV daxil) 1.062.413,71 manat olması barədə razılaşmışlar. 4. 2021-ci il 12 avqust tarixli qiymət razılaşma protokolu (o cümlədən smeta) hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. Müqavilə İİ-in: 3.1-ci bəndinə əsasən işlərin ümumi məbləği ƏDV daxil olmaqla 204.478,75 manat təşkil edir. 4.1-ci bəndinə əsasən podratçı müqavilənin 2 nömrəli Əlavəsində göstərilmiş vaxt çərçivəsində İşlərin tam icrasını Azərbaycan Respublikasının tikinti qanunvericiliyinə, o cümlədən Tikinti Norma və Qaydalarına (TNVQ), Sifarişçi tərəfindən təqdim edilmiş layihə smeta sənədlərinə və hazırkı Müqaviləyə uyğun olaraq tam təmin edir. 4.2-ci bəndinə əsasən podratçı smetalarda nəzərdə tutulmuş İşləri özünün və cəlb etdiyi Subpodratçıların imkanı hesabına həyata keçirir və İşlən Sifarişç iyə hazırkı Müqavilədə nəzərdə tutulmuş şərtlərlə kəmiyyətdə və yüksək keyfiyyətdə təhvil verir. 4.5-ci bəndinə əsasən layihələndirməyə və Podratçı tərəfindən layihələndirilmiş tikilinin, işlərin, dam örtüyünün metal konstruksiyasının tikintinin tələb və normalarına cavab verməsinə və keyfiyyətlə quraşdırılmasına görə Podratçı Sifarişçi qarşısında məsuliyyət daşıyır. 4.6-cı bəndinə əsasən hazırkı müqavilənin şərtlərinə uyğun olaraq işlərin tam həcmdə, yüksək keyfiyyətlə və vaxtında icra edilməsinə görə Podratçı Sifarişçi qarşısında məsuliyyət daşıyır. 6.1-ci bəndinə əsasən bütün işlər Podratçı tərəfindən tam icra edilməklə 2022-ci il 15 may tarixinədək başa çatdırılacaq və tam olaraq Sifarişçiyə təhvil verilməlidir. 8.2-ci bəndinə əsasən podratçı üzərinə düşən öhdəlikləri hazırkı Müqaviləd ə və əlavələrdə göstərilən müddətdə, yerinə yetirmədikdə gecikdirilmiş hər gün üçün işlərin ümumi qiymətinin 0,1%- i məbləğində cərimə ödəyir. 8.3-cü bəndinə əsasən qüsurların aşkar olunduğu halda Qüsur aktında göstərilmiş çatışmazlıqlara (qüsurlara) görə Podratçı Sifarişçinin seçimindən asılı olaraq çatışmazlığın (qüsurların) məbləğindən 3 dəfə artıq cərimə ödəyir və ya Sifarişçinin razılığı ilə çatışmazlığı (qüsurları) öz hesabına aradan qaldıraraq əlavə olaraq qüsurun məbləğinin 2 mislində Sifarişçiyə cərimə ödəyir. 6. 2022-ci il 15 mart tarixli podrat müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1 olan 2022-ci il 15 mart tarixli qiymət razılaşma protokoluna (o cümlədən smeta xərclərinə) əsasən tərəflər arasında bağlanmış 2022-ci il 15 mart tarixli DİA-FNV-150322 nömrəli podrat m üqaviləsi ilə icrası nəzərdə tutulmuş işlərin (Dərman fabriki təmir işləri) ümumilikdə dəyərinin (31.191,67 manat ƏDV daxil) 204.478,75 manat olması barədə razılaşmışlar. 7. 2022-ci il 15 mart tarixli qiymət razılaşma protokolu (o cümlədən smeta) hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. Müqavilə İİİ-ün: 3.1-ci bəndinə əsasən işlərin ümumi məbləği ƏDV daxil olmaqla 206.500 manat təşkil edir. 4.1-ci bəndinə əsasən podratçı işlərin tam icrasını Azərbaycan Respublikasının bu sahədə olan qanunvericiliyinə, o cümlədən Tikinti Norma və Qaydalarına (TNVQ), Sifarişçi tərəfindən təqdim edilmiş layihə-smeta sənədlərinə və hazırkı Müqaviləyə uyğun olaraq tam təmin edir. 4.2-ci bəndinə əsasən podratçı smetalarda nəzərdə tutulmuş İşləri özünün və cəlb etdiyi Subpodratçıların imkanı h esabına həyata keçirir və İşlən Sifarişçiyə hazırkı Müqavilədə nəzərdə tutulmuş şərtlərlə kəmiyyətdə və yüksək keyfiyyətdə təhvil verir. 4.5-ci bəndinə əsasən layihələndirməyə və Podratçı tərəfindən layihələndirilmiş tikilinin, işlərin, dam örtüyünün metal konstruksiyasının tikintinin tələb və normalarına cavab verməsinə və keyfiyyətlə quraşdırılmasına görə Podratçı Sifarişçi qarşısında məsuliyyət daşıyır. 4.6-cı bəndinə əsasən hazırkı müqavilənin şərtlərinə uyğun olaraq işlərin tam həcmdə, yüksək keyfiyyətlə və vaxtında icra edilməsinə görə Podratçı Sifarişçi qarşısında məsuliyyət daşıyır. 6.1-ci bəndinə əsasən bütün işlər Podratçı tərəfindən tam icra edilməklə 15 may 2022-ci il tarixinədək başa çatdırılacaq və tam olaraq Sifarişçiyə təhvil verilməlidir. 8.2-ci bəndinə əsasən podratçı üzə rinə düşən öhdəlikləri hazırkı Müqavilədə və əlavələrdə göstərilən müddətdə, yerinə yetirmədikdə gecikdirilmiş hər gün üçün işlərin ümumi qiymətinin 0,1%- i məbləğində cərimə ödəyir. 8.3-cü bəndinə əsasən qüsurların aşkar olunduğu halda Qüsur aktında göstərilmiş çatışmazlıqlara (qüsurlara) görə Podratçı Sifarişçinin seçimindən asılı olaraq çatışmazlığın (qüsurların) məbləğindən 3 dəfə artıq cərimə ödəyir və ya Sifarişçinin razılığı ilə çatışmazlığı (qüsurları) öz hesabına aradan qaldıraraq əlavə olaraq qüsurun məbləğinin 2 mislində Sifarişçiyə cərimə ödəyir. 9. 2022-ci il 18 mart tarixli podrat müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1 olan 2022-ci il 18 mart tarixli qiymət razılaşma protokoluna (o cümlədən smeta xərclərinə) əsasən tərəflər arasında bağlanmış 2022-ci il 18 mart tarixli DİA-FNV-180322 nömrəli podrat müqaviləsi ilə icrası nəzərdə tutulmuş işlərin ümumilikdə dəyərinin (31.500 manat ƏDV daxil) 206.500 manat olması barədə razılaşmışlar. 10. 2022-ci il 18 mart tarixli qiymət razılaşma protokolu (o cümlədən smeta) hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. Müqavilə İV-ün: 3.1-ci bəndinə əsasən işlərin ümumi məbləği ƏDV daxil olmaqla 130.985 manat təşkil edir. 4.1-ci bəndinə əsasən podratçı işlərin tam icrasını Azərbaycan Respublikasının bu sahədə olan qanunvericiliyinə, o cümlədən Tikinti Norma və Qaydalarına (TNVQ), Sifarişçi tərəfindən təqdim edilmiş layihə-smeta sənədlərinə və hazırkı Müqaviləyə uyğun olaraq tam təmin edir. 4.2-ci bəndinə əsasən podratçı smetalarda nəzərdə tutulmuş İşləri özünün və cəlb etdiyi Subpodratçılann imkanı hesabına həyata keçirir və İşlən Sifarişçiyə hazırkı Müqavilədə nəzərdə tutulmuş şərtlərlə kəmiyyətdə və yüksək keyfiyyətdə təhvil verir. 4.5-ci bəndinə əsasən layihələndirməyə və Podratçı tərəfindən layihələndirilmiş tikilinin, işlərin, dam örtüyünün metal konstruksiyasının tikintinin tələb və normalarına cavab verməsinə və keyfiyyətlə quraşdırılmasına görə Podratçı Sifarişçi qarşısında məsuliyyət daşıyır. 4.6-cı bəndinə əsasən hazırkı müqavilənin şərtlərinə uyğun olaraq işlərin tam həcmdə, yüksək keyfiyyətlə və vaxtında icra edilməsinə görə Podratçı Sifarişçi qarşısında məsuliyyət daşıyır. 6.1-ci bəndinə əsasən bütün işlər Podratçı tərəfindən tam icra edilməklə 2022-ci il 15 may tarixinədək başa çatdırılacaq və tam olaraq Sifarişçiyə təhvil verilməlidir. 8.2-ci bəndinə əsasən podratçı ü zərinə düşən öhdəlikləri hazırkı Müqavilədə və əlavələrdə göstərilən müddətdə, yerinə yetirmədikdə gecikdirilmiş hər gün üçün işlərin ümumi qiymətinin 0,1%- i məbləğində cərimə ödəyir. 8.3-cü bəndinə əsasən qüsurların aşkar olunduğu halda Qüsur aktında göstərilmiş çatışmazlıqlara (qüsurlara) görə Podratçı Sifarişçinin seçimindən asılı olaraq çatışmazlığın (qüsurların) məbləğindən 3 dəfə artıq cərimə ödəyir və ya Sifarişçinin razılığı ilə çatışmazlığı (qüsurları) öz hesabına aradan qaldıraraq əlavə olaraq qüsurun məbləğinin 2 mislində Sifarişçiyə cərimə ödəyir. 12. 2022-ci il 15 may tarixli podrat müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1 olan 2022-ci il 15 may tarixli qiymət razılaşma protokoluna (o cümlədən smeta xərclərinə) əsasən tərəflər arasında bağlanmış 2022-ci il 15 m ay tarixli DİA-FNV-150522 nömrəli podrat müqaviləsi ilə icrası nəzərdə tutulmuş işlərin ümumilikdə dəyərinin (19.980,76 manat ƏDV daxil) 130.985 manat olması barədə razılaşmışlar. 13. 2022-ci il 15 may tarixli qiymət razılaşma protokolu (o cümlədən smeta) hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. Müqavilə V-in: 3.1-ci bəndinə əsasən işlərin ümumi məbləği ƏDV daxil olmaqla 33.058,51 manat təşkil edir. 4.1-ci bəndinə əsasən podratçı işlərin tam icrasını Azərbaycan Respublikasının bu sahədə olan qanunvericiliyinə, o cümlədən Tikinti Norma və Qaydalarına (TNVQ), Sifarişçi tərəfindən təqdim edilmiş layihə-smeta sənədlərinə və hazırkı Müqaviləyə uyğun olaraq tam təmin edir. 4.2-ci bəndinə əsasən podratçı smetalarda nəzərdə tutulmuş İşləri özünün və cəlb etdiyi subpodratçılann i mkanı hesabına həyata keçirir və İşlən Sifarişçiyə hazırkı Müqavilədə nəzərdə tutulmuş şərtlərlə kəmiyyətdə və yüksək keyfiyyətdə təhvil verir. 4.5-ci bəndinə əsasən layihələndirməyə və Podratçı tərəfindən layihələndirilmiş tikilinin, işlərin, dam örtüyünün metal konstruksiyasının tikintinin tələb və normalarına cavab verməsinə və keyfiyyətlə quraşdırılmasına görə Podratçı Sifarişçi qarşısında məsuliyyət daşıyır. 4.6-cı bəndinə əsasən hazırkı müqavilənin şərtlərinə uyğun olaraq işlərin tam həcmdə, yüksək keyfiyyətlə və vaxtında icra edilməsinə görə Podratçı Sifarişçi qarşısında məsuliyyət daşıyır. 6.1-ci bəndinə əsasən bütün işlər Podratçı tərəfindən tam icra edilməklə 30 sentyabr 2022-ci il tarixinədək başa çatdırılacaq və tam olaraq Sifarişçiyə təhvil verilməlidir. 8.2-ci bəndinə əsasən podratçı üzərinə düşən öhdəlikləri hazırkı Müqavilədə və əlavələrdə göstərilən müddətdə, yerinə yetirmədikdə gecikdirilmiş hər gün üçün işlərin ümumi qiymətinin 0,1%- i məbləğində cərimə ödəyir, lakin 10%-dən çox olmayaraq. 8.3-cü bəndinə əsasən qüsurların aşkar olunduğu halda Qüsur aktında göstərilmiş çatışmazlıqlara (qüsurlara) görə Podratçı Sifarişçinin seçimindən asılı olaraq çatışmazlığın (qüsurların) məbləğindən 3 dəfə artıq cərimə ödəyir və ya Sifarişçinin razılığı ilə çatışmazlığı (qüsurları) öz hesabına aradan qaldıraraq əlavə olaraq qüsurun məbləğinin 2 mislində Sifarişçiyə cərimə ödəyir. 15. 2022-ci il 5 sentyabr tarixli podrat müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1 olan 2022-ci il 5 sentyabr tarixli qiymət razılaşma protokoluna (o cümlədən smeta xərclərinə) əsasə n "X1" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2022-ci il 5 sentyabr tarixli DİA-FNV-050922 nömrəli podrat müqaviləsi ilə icrası nəzərdə tutulmuş işlərin ümumilikdə dəyərinin (5.042,82 manat ƏDV daxil) 33.058,51 manat olması barədə razılaşmışlar. 16. 2022-ci il 5 sentyabr tarixli qiymət razılaşma protokolu (o cümlədən smeta) hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

17. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) ”) 2022-ci il 21 noyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müqavilə İİ üzrə - müqavilənin 8.2. bəndinə əsasən təhvilin 152 gün gecikdirilməsinə görə 31.080,96 manat cərimənin, müqavilənin 8.3. bəndinə əsasən müəyyən edilmiş qüsurların ü mumi məbləğinin 114.915,48 manat olması nəzərə alınaraq 344.745,90 manat cərimənin, Müqavilə İİİ üzrə - müqavilənin 8.2. bəndinə əsasən təhvilin 152 gün gecikdirilməsinə görə 31.388 manat cərimənin, müqavilənin 8.3. bəndinə əsasən müəyyən edilmiş qüsurların ümumi məbləğinin 59.010,75 manat olması nəzərə alınaraq - 177.032,25 manat cərimənin, Müqavilə İV üzrə - müqavilənin 8.2. bəndinə əsasən təhvilin 106 gün gecikdirilməsinə görə 13.884,94 manat cərimənin, müqavilənin 8.3. bəndinə əsasən müəyyən edilmiş qüsurların ümumi məbləğinin 51.182,67 manat olması nəzərə alınaraq 153.548,01 manat cərimənin, Müqavilə V üzrə - müqavilənin 8.2. bəndinə əsasən təhvilin 14 gün gecikdirilməsinə görə 462,84 manat cərimənin, müqavilənin 8.3. bəndinə əsasən müəyyən edilmiş qüsurların ümumi məbləğinin 15.286,3 manat olması nəzərə alınaraq 45.858,90 manat cərimənin, İİ və İİİmüqavilələri üzrə - müqavilənin 8.3. bəndinə əsasən müəyyən edilmiş qüsurların ümumi məbləğinin 36.795,41 manat olması nəzərə alınaraq 110.386,23 manat cərimənin, Müqavilə İ üzrə - müqavilənin 8.3. bəndinə əsasən müəyyən edilmiş qüsurların ümumi məbləğinin 13.738,61 manat olması nəzərə alınaraq 41.215,83 manat cərimənin, ümumilikdə 5.530.065,69 manat cərimənin, boyaların alınması nəticədə əlavə olaraq 34.053,77 manat əlavə zərərin, mediasiya ilə bağlı çəkilmiş 400 manat xərcin, ödənilmiş 3.516,63 manat dövlət rüsumunun və əlavə ödənilmiş 214,05 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İlk iddia onunla əsaslandırılmışdır ki, podrat müqavilələrin imzalanmasına baxmayaraq həmin müqa vilələr üzrə cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra edilməmişdir. Belə ki, cavabdeh müxtəlif bəhanələr ilə işlərin təhvil verilməsini gecikdirməyə başlamışdır. Bununla bağlı olaraq onlar dəfələrlə işlərin təhvil verilməsi üçün cavabdehə şifahi şəkildə xəbərdarlıqlar etmişdilər. Cavabdehin buna əhəmiyyət verilmədiyini gördükdə isə 2022-ci il 25 iyul tarixində yazılı şəkildə ilk 4 podrat müqaviləsi üzrə yazılı xəbərdarlıq göndərdilər. Bu xəbərdarlıqlardan sonra da cavabdeh tərəfindən işlər təhvil verilmədi və onlar 2022-ci il 16 sentyabr tarixində növbəti dəfə cavabdehə müraciət edərək 2022-ci il 30 sentyabr tarixində işləri tam, standartlara uyğun və keyfiyyətli şəkildə təhvil verilməsi tələb etdilər. Həmin tarixdə cavabdeh işləri təhvil verə bilmədi və onlar xoş niyyət göstərərək bu məsələnin həll edilməsi üçün cavabdehlə görüşlər keçirdilər, lakin bu görüşlər də nəticəsiz qaldı. Belə ki, cavabdeh işlərin tezliklə təhvil veriləcəyi barədə vədi yerinə yetirmədi və nəticədə onlar sonuncu dəfə 2022-ci il 5 oktyabr tarixində cavabdehə müraciət edərək 2022ci il 6 oktyabr tarixində saat 11:00-da işlərin təhvil-qəbulu üçün nümayəndələrinin iştirak edilməsi tələb etdilər. Qeyd edilən tarixdə və saatda tərəflərin nümayəndələrinin iştirakı ilə işlərin təhvil-qəbulu üçün baxış keçirilmiş və bu baxış nəticəsində məlum olmuşdur ki, işlər təhvilə hazır deyil, cavabdeh tərəfindən podrat müqavilələri üzrə işlərin əksəriyyəti, xüsusən də əhəmiyyətli işlər ya ümumiyyətlə icra edilməmiş, icra edilmiş işlərdə isə qüsurlu və keyfiyyətsiz şəkildə icra edilmişdir. Bununla bağlı olaraq onla r tərəfindən 2 orijinal nüsxədə qüsur aktı tərtib edilərək 2022-ci il 11 oktyabr tarixində cavabdehə göndərilmiş və cavabdehdən qüsur aktının bir nüsxəsini imzalayaraq və möhürləyərək qısa müddətdə onlara geri qaytarılmasını xahiş etmişdilər. Qüsur aktının bir nüsxəsini gözlədikləri müddətdə 2022ci il 13-14 oktyabr tarixlərində gecə saatlarında zəif yağış yağmağa başlamış, bu zəif yağışın yağmasına baxmayaraq, dam örtüyünün bir çox hissəsindən tikililərin daxilinə yağış sularından sızmalar olmuş və tikililərin daxilində gölməçələr əmələ gəlmişdir. Qeyd edilən qüsurların olması qüsur aktında da göstərilmişdir və göstərilən faktın baş verməsi bir daha onu sübut etmişdir ki, cavabdeh tərəfindən işlər keyfiyyətsiz görülmüşdür. Bu hadisə ilə bağlı dərhal telefonla cavabdehin məsul əməkdaşlarına məlumat verilmiş və təcili olaraq ilkin baxış üçün cavabdehdən nümayəndələrinin obyektə göndərilməsi barədə 2022-ci il 14 oktyabr tarixli məktubla xahiş etdilər. Eyni zamanda həmin məktubla xahiş etdilər ki, tikililərin dam örtüklərinin su sızmasına davamlılığını daha ətraflı olaraq su maşını cəlb edilməklə yoxlamaq məqsədi ilə 2022-ci il 17 oktyabr tarixində saat 11:00-da cavabdehin nümayəndələrinin iştirakı təmin edilsin. Qeyd edilən hadisədən sonra onlar 2022-ci il 14 oktyabr tarixində cavabdehə pretenziya göndərdilər. 2022-ci il 17 oktyabr tarixində baş vermiş yağmurdan sonra dam örtüyünün davamlılığını yoxlamaq və sızmanın səbəbini müəyyən etmək üçün cavabdehin nümayəndələrinin də iştirakı ilə aparılmış baxış zamanı icra edilən işlərin keyfiyyətsiz olması və kustar qaydada aparılması bir daha təsdiq edildi. Belə ki, dam örtüyünün vurulması zamanı şurupların hər birinin ayrı-ayrılıqda bərkidilməli olduğu halda, dam örtüyü hissələrinin birləşdirilməsi zamanı alt hissəsi izolyasiya edilməli və üst hissələr germetik ilə işlənməli olduğu halda, dam örtüyünün beton konstruksiya ilə kəsişmə hissələrində alt hissəsinin izolyasiya edilməli və metal vərəqələr ilə bağlanmalı olduğu halda bu işlərin heç biri edilməmişdir. Bu səbəbdən dam örtüyünün bir çox hissəsindən suyunun tikililərin daxilinə sızması baş verir. Tərtib edilmiş 2 orijinal nüsxədə akt məktuba əlavə edilərək 2022-ci il 19 oktyabr tarixində cavabdehə göndərilmişdir. Baxış nəticəsində müəyyən edilən bu qüsurların mövcudluğu bundan əvvəl tərtib edilmiş qüsur aktında da göstərilmişdir. Hər iki baxışın video çəkilişi aparılmışdır. 2022-ci il 11 oktyabr tarixində göndərdikləri qüsur aktını cavabdeh imzalayıb geri qaytamadığına görə 2022-ci il 19 oktyabr tarixində təkrarən məktub göndərdilər. Cavabdehdən qüsur aktının və aktın imzalanmış nüsxələrini gözlədikləri halda cavabdeh 2022-ci il 11 oktyabr tarixli müraciətlərinə 9 gün sonra 2022-ci il 20 oktyabr tarixində daxil olmuş 2022-ci il 19 oktyabr tarixli 22/DİA-15 nömrəli məktubla cavab verərək icra olunmuş işlərin keyfiyyətində qüsurların olmadığını bildirərək və bunlarla bağlı hər hansı açıqlama vermədən qüsur aktlarını imzalamaqdan imtina etmişdir. Lakin bundan sonra cavabdeh 2022-ci il 24 oktyabr tarixli 22/DİA-17 nömrəli məktub göndərərək “dam örtüyündə olan şurup yerlərinin bərkidilməsi, su sızmasının qarşısının alınması məqsədi ilə 2022-ci il 25 oktyabr tarixində əraziyə dam örtüyü komandasının göndəriləcəyini” bildirdi və onlardan əraziyə giriş üçün şərait yaradılması xahiş edildi. Bu müraciətlə cavabdeh özü də işlərin qüsurlu və keyfiyyətsiz icra etdiyini birbaşa təsdiq etdi və dərhal sonra 2022-ci il 25 oktyabr tarixli 22/DİA-18 nömrəli xəbərdarlıq məktubu göndərərək, onlar tərəfdən əraziyə giriş üçün şərait yaradılmadığına görə gələcəkdə məsuliyyət daşımadığını bildirdi. Müqavilələr üzrə hüquqi nəticələri və məsuliyyəti cavabdeh bildiyi halda qüsurlar qəbul edilməmiş, nəticədə onlar müqaviləyə və müqavilədə onlara verilən hüquqa uyğun olaraq cərimə kimi cavabdeh tərəfindən qüsurların (çatışmazlığın) məbləğinin 3 misli miqdarında cərimə ödənilməsini seçmiş və bu haqda cavabdehə məlumat verilmişdir. Tərəflərin bütün bu hüquqi a ddımlarından sonra qüsurla bağlı cavabdehin əvvəllər bildirdiyi mövqeyini dəyişərək qüsurların olduğunu etiraf etmə, bunları aradan qaldırmaq üçün onlardan şəraitin yaradılması istəyi, sonra isə müqavilə şərtlərinə uyğun olmayan istəyin yerinə yetirilməməsinə istinad edərək cavabdeh tərəfindən heç bir çatışmazlıq, maddi zərərlə bağlı məsuliyyət daşımadığını bildirməsi əsassızdır, qanunvericiliyə uyğun deyil və qəbul edilə bilməz. Qeyd edilən mövqelərini əks etdirən məktubu 2022-ci il 1 noyabr tarixində cavabdehə göndərmişlər. Bundan başqa, qüsur aktında öz əksini tapmayan digər qüsurlar da müəyyən edilmişdir. Belə ki, cavabdehin İİ və İİİ müqavilələri üzrə guya icra etdiyi asma tavanlarda da qüsurlar aşkar olunmuşdur. Aşkar olunan qüsurların ümumi məbləği 36.795,41 manat təşkil edir. Eyni zamanda, iddiaçı öz hesabına 34.053,77 manat boya məhsullarını alaraq cavabdehə vermişdir. Halbuki, həmin boyalar cavabdeh tərəfindən alınmalı idi. Nəticədə iddiaçıya əlavə olaraq 34.053,77 manat əlavə zərər dəymişdir. Bundan əlavə, Müqavilə İ-in 4.13-cü bəndinə əsasən cavabdeh işlər başa çatdıqdan sonra sahədən zibilin (tullantıların) aparılmasını (çıxarılması) təmin etməlidir. Müqavilə İ-in smetasında bu zibillərin (tullantıların), həmçinin quruntun avtomaşınlara yüklənərək daşınması üçün məbləğ də nəzərdə tutulmuşdur. Lakin əlavə olunmuş fotoşəkillərdən də göründüyü kimi, cavabdeh tərəfindən həmin zibillər (tullantıları) daşınıb aparılmamış, əksinə antisanitar şəkildə, qalaqlanaraq hissə-hissə komalanmışdır. Müqavilə İ-in smetasında bu zibillərin (tullantıların), quruntun yüklənməsi, da şınaraq aparılması (çıxarılması) üçün 13.738,61 manat (9.944,89 + 1.250,20 = 11.195,09 x 4% x 18% = 13.738,61) nəzərdə tutulmuşdur. Həmin podrat müqaviləsinin 8.3. maddəsinə əsasən “Qüsurların aşkar olunduğu halda Qüsur aktında göstərilmiş çatışmazlıqlara (qüsurlara) görə podratçı sifarişçinin seçimindən asılı olaraq çatışmazlığın (qüsurların) məbləğindən 3 dəfə artıq cərimə ödəyir və sifarişçinin razılığı ilə çatışmazlığı (qüsurlar) öz hesabına aradan qaldıraraq əlavə olaraq qüsurun məbləğinin 2 mislində Sifarişçiyə cərimə ödəyir.”

19. İlk iddia üzrə cavabdeh 2022-ci il 15 dekabr tarixində ilk iddia üzrə iddiaçıya qarşı qarşılıqlı iddia verərək, ümumilikdə 485.263,60 manat dəymiş zərərin, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 376 manat pulun və 400 manat ödənilmiş mediasiya xərcinin idd iaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış İİ, İİİ, İV müqavilələri üzrə işlərin 2022-ci il 16 avqust tarixinədək yekunlaşdırılması üzrə ortaq razılığa gəlinmişdir. Lakin ondan sonra da iddiaçı tərəfindən o vaxta qədər görülmüş işlər üzrə Forma 2 ödənişləri tam icra edilməmiş, sahədə işləri tam yekunlaşdıra bilmələri üçün müvafiq şərait yaradılmamışdır. Belə ki, iddiaçının təkidi və tələbi ilə işlərin tikinti norma və qaydaları üzrə icrası ardıcıllığının pozulması müvafiq yubanmalara, ərazidə işləmək üçün iddiaçının cəlb etdikləri digər podratçılar tərəfindən tərəflərindən icra etdikləri işlərin zərər görməsi eyni işləri bir neçə dəfə təkrar görərək maddi ziyana və v axt itkisinə məruz qalmalarına səbəb olmuşdur. Tikinti norma və qaydalarına əsasən təmir işləri aparılan sahədə öncə bütün rabitə, kommunikasiya xətləri çəkilməli, sonra malyar işi görülməlidir. Lakin iddiaçının təkidi və tələbi ilə öncə malyar işləri görülmüş, sonradan divarlar dağıdılaraq rabitə, kommunikasiya xətləri çəkilmişdir. Bu səbəbdən də malyar işləri təkrar görülmüşdür. Tikinti norma və qaydalarına əsasən təmir işləri aparılan sahədə öncə bütün hava və su boruları çəkilməli, sonra malyar işi görülməlidir. Lakin iddiaçının təkidi və tələbi ilə öncə malyar işləri görülmüş, sonradan alçipan dağıdılaraq hava və su boruları çəkilmişdir. Bu səbəbdən də malyar işləri təkrar görülmüşdür. Tikinti norma və qaydalarına əsasən təmir işləri aparılan sahədə öncə bütün pəncərə profilləri taxıl malı, sonra malyar işi görülməli, pəncərə çərçivələri işlənməlidir. Lakin iddiaçının təkidi və tələbi ilə öncə malyar işləri görülmüş, sonradan istehsalat zonasında pəncərə kənarları dağıdılaraq pəncərə profilləri taxılmışdır. Bu səbəbdən də malyar işləri təkrar görülmüş, pəncərə çərçivələri təkrar işlənmişdir. Tikinti norma və qaydalarına əsasən təmir işləri aparılan sahədə öncə bütün hava boruları çəkilməli, sonra asma tavanlar asılmalıdır. Lakin iddiaçının təkidi və tələbi ilə öncə asma tavanlar asılmış, sonradan asma tavanlar sökülərək hava boruları çəkilmişdir. Bu səbəbdən də podratçının gördüyü asma tavan işlərinə ciddi zədələr vurulmuşdur. Tikinti norma və qaydalarına əsasən təmir işləri aparılan sahədə öncə bütün çirkli işlər bitməli, sonra döşəməyə eboksit vurulması işləri icra ol unmalıdır. Lakin iddiaçının təkidi və tələbi ilə öncə döşəməyə eboksit vurulmuş, sonradan ağır avadanlıqlar istehsalat zonasına daşınarkən görülmüş eboksit işləri tamamilə yararsız hala salınmışdır. Bu səbəbdən də döşəməyə eboksit vurulması işləri təkrar icra edilmişdir. Tikinti norma və qaydalarına əsasən təmir işləri aparılan sahədə öncə divarlarda kondisionerlər üçün dəliklər açılmalı, divarboyu borular çəkilməli, sonra fasad üzləmə, qumlama və boya işləri görülməlidir. Lakin iddiaçının təkidi və tələbi ilə öncə fasad qumlama və bova işləri görülmüş, sonra divarlar dağıdılaraq kondisionerlər üçün dəliklər açılmış, divarboyu borular çəkilmişdir. Bu səbəbdən də Podratçının gördüyü fasad qumlama və bova işlərinə ciddi zədələr vurulmuşdur. Müqavilə və smetada razılaşdırılmış ölçü və həcmlər üzrə işlər icra olunarkən iddiaçının təkidi və tələbi ilə istehsalat binasının ölçüləri artırılmış, cavabdeh tərəfindən nəzərdə tutulandan daha çox beton və hörgü işləri icra edilmişdir. Qeyd edilən faktiki iş həcminin artımı binanın mövcud texniki pasportu ilə müqayisə edilərkən aydın şəkildə sübut olunur. Müqavilə və smetada razılaşdırılmış ölçü və həcmlər üzrə işlər icra olunarkən iddiaçının təkidi və tələbi ilə pandusların dərəcəsi artırılmış, həmin işlər cavabdeh tərəfindən təkrar icra edilmişdir. Müqavilə və smetada razılaşdırılmış ölçü və həcmlər üzrə işlər icra olunarkən iddiaçının təkidi və tələbi ilə novların həlli ilkin razılaşmada nəzərdə tutulandan dəyişdirilmiş, bu dəyişikliyə görə podratçının işin icrası üzrə faktiki xərcləri 7 dəfə artmış, lakin həmin xərclər üzrə qiymət t əklifinin təsdiqi sifarişçi tərəfindən yubadılmış və nəticə olaraq xərclərin simvolik bir hissəsi sifarişçi tərəfindən qarşılanmışdır. Müqavilə və smetada razılaşdırılmış ölçü və həcmlər üzrə işlər icra olunarkən divarların 4,40 metr hündürlükdən yuxarı hissəsinin ağardılması işləri nəzərdə tutulmadığı halda iddiaçının təkidi və tələbi ilə divarlarda malyar işləri tam divarboyu icra olunmuş, divarlar tam ağardılmışdır. Müqavilə və smetada razılaşdırılmış tələblər və şərtlər üzrə işlər icra olunarkən fasadlara dair tələb tarsovka boyadan düz boyaya, daxili divarlara dair tələb yuyulabilən emulsiyadan parlaq boyaya dəyişdirilmiş, lakin həmin dəyişikliyə görə müvafiq qiymət fərqi Sifarişçi tərəfindən ödənilməmişdir. Sifarişçi tərəfindən tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə öhd əliklərin pozulması səbəbindən cavabdehə aşağıda qeyd olunmuş məbləğlərdə maddi ziyan vurulmuşdur: 2022-ci il 7 sentyabr və 2022-ci il 7 oktyabr tarixlərində rəsmi şəkildə tamamlanmış işlərə görə təqdim edilmiş qalan Forma 2 (icra aktı) sənədləri (ümumilikdə 132.897,59 manatlıq) üzrə ödənilməli məbləğ – 90.409,89 manat, smetada razılaşdırılmış işlər üzrə görülən işlərin həcmində artırma və daha bahalı material seçimindən yaranan fərqə görə ödənilməli məbləğ – 14.882,24 manat, sifarişçinin təqsiri səbəbindən təkrar görülmüş işlərə görə ödənilməli məbləğ – 36.915,73 manat, iddiaçının hərəkətləri və ya hərəkətsizliyi ucbatından baş verən boşdayanmalara, işlərin icrası müddətinin uzanmasına görə yaranan əlavə avadanlıq icarə, muzd saxlama xərclərinə görə ödənilməli məbləğ – 63.743,18 manat, iddiaçı ilə davam edən müqavilələrə görə iddiaçının hərəkətləri və ya hərəkətsizliyi ucbatından işlərin icrası müddətinin uzanması müddətində başqa sifarişçilərdən yeni işlərin götürülməməsi səbəbindən əldən çıxan faydaya görə ödənilməli məbləğ – 279.312,56 manat.

21. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 fevral tarixli qərardadına əsasən aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023- cü il 20 aprel tarixli 10/1875 nömrəli ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: İddiaçıya məxsus, ünvan 1 ünvanda yerləşən obyektlərin təmir-tikinti işlərinin görülməsi barədə tərəflər arasında bağlanmış İ-V müqavilələri və həmin müqavilələrə əlavə olunmuş smetalarla razılaşdırılmış işləri n tam yerinə yetirilmədiyi müəyyən olunmuşdur. Tədqiq olunan obyekt üzrə mövcud olmuş qüsurlar və eləcə də yarımçıq qalmış işlər sonradan digər podratçı şirkəti tərəfindən tamamlandığı üçün, podrat müqavilələri üzrə cavabdeh tərəfindən yerinə yetirilmiş işlərin həcmini və smetalara uyğun dəyərini müəyyən etmək mümkün olmadı. Qərardadın ikinci sualı üzrə: iddiaçı ilə cavabdeh arasında bağlanmış nömrəsiz – İ-V müqavilələri üzrə 2022-ci il 6 oktyabr tarixli qüsur aktında və 2022-ci il 14 oktyabr tarixli aktda göstərilmiş qüsurların (həcmdə çatışmazlıq və keyfiyyətsiz icra) mövcud olduğu və həmin qüsurların aradan qaldırılması ücün tələb edilən xərclərin 301.694,78 manat məbləğində təşkil etdiyi müəyyən olunmuşdur. Qərardadın üçüncü və dördüncü sualları üzrə: iş materiallarında olan məlumatlar ı, eləcə də ünvan 1 ünvanında yerləşən obyektdə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə və həmin müqavilələrə əlavə olunmuş smetalara əsasən, cavabdeh tərəfindən əsaslı təmir-tikinti işləri aparıldığını nəzərə alaraq, 2022-ci il 6 oktyabr tarixli qüsur aktında və 2022-ci il 14 oktyabr tarixli aktda göstərilən qüsurların (hamısı və ya və ya bir qismi) əvvəllər mövcud olmadığı və həmin qüsurların aparılmış keyfiyyətsiz təmir işləri nəticəsində yarandığı müəyyən olunmuşdur. Bu səbəbdən də, qərardadın üçüncü sualının ikinci hissəsi və dördüncü sualı üzrə tədqiqat aparılmadı. Qərardadın beşinci sualı üzrə: baxış zamanı tikinti aparılmış sahəyə bitişik boş torpaq sahəsində təqribən 1800 kv.m sahədə tikinti tullantılarının olduğu müşahidə edilmişdir. Həmin daşınmamış tullantıların (z ibillərin) və qruntun özüboşaldan avtomaşınlara yüklənməsinin və daşınmasının dəyəri Müqavilə İ-in smetasına əsasən 11.195,09 manat məbləğində müəyyən olunur.

22. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 may tarixli qərardadına əsasən aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 14 iyul tarixli 10/3802 nömrəli ekspert rəyindən görünür ki, 1-ci sual üzrə: iddiaçıya məxsus, ünvan 1 ünvanda yerləşən obyektin təmir-tikinti işlərinin görülməsi barədə tərəflər arasında bağlanmış İ-V müqavilələri və həmin müqavilələrə əlavə olunmuş smetalarla razılaşdırılmış işlərin podratçı cavabdeh tərəfindən tam yerinə yetirilmədiyi, eyni zamanda yerinə yetirilmiş işlərdə qüsurlar mövcud olduğu müəyyən ed ilmişdir. Tədqiq olunan obyekt üzrə cavabdeh tərəfindən icrası nəzərdə tutulan tikinti-təmir işlərinin ümumi dəyərinin podrat müqavilələrinə əsasən ƏDV daxil olmaqla 1.637.435,97 manat təşkil etdiyini, həmin işlərdə qüsurların mövcud olduğunu və başqa şirkətlər tərəfindən mövcud qüsurların bərpa olunması və işlərin tamamlanması ilə əlaqədar tikinti-işləri aparıldığını, mövcud qüsurların texniki xüsusiyyətləri nəzərə alınmaqla, aradan qaldırılması üçün tələb edilən xərclərin dəyərinin 355.999,84 manat təşkil etdiyini nəzərə aldıqda, cavabdeh tərəfindən tədqiqat obyektində yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri ƏDV daxil olmaqla 1.281.436,13 manat (1.637.435,97-355.999,84) məbləğində müəyyən edilir. 2-ci sual üzrə: tədqiq olunan obyektə baxış zamanı, iddiaçı ilə cavabdeh aras ında bağlanmış İ-V müqavilələri üzrə cavabdeh tərəfindən yerinə yetirilmiş işlərdə Qüsur Aktında göstərilmiş qüsurların bir qisminin (digər qüsurlar bərpa edilmişdir) faktiki mövcud olduğu müəyyən edilmişdir. Həmin qüsurların texniki xüsusiyyətləri nəzərə alınmaqla, aradan qaldırılması ücün tələb edilən xərclərin dəyəri aparılmış hesablamalara əsasən ƏDV daxil olmaqla 355.999,84 manat məbləğində təşkil etdiyi müəyyən olunmuşdur. Mövcud olmuş qüsurların nədən ibarət olması və həcmi rəyə əlavə edilmiş smetada ətraflı göstərilmişdir. 3-cü və 4-cü sualları üzrə: iş materiallarında olan məlumatları (müqavilələr, aktlar, şəkillər, videolar, məktublar ekspert rəyləri və s..), eləcə də ünvan 1 ünvanında yerləşən obyektdə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə və həmin müqavilələrə əlavə olunmuş smetalara əsasən, cavabdeh tərəfindən əsaslı təmir-tikinti işləri aparıldığını nəzərə alaraq, Qüsur Aktında göstərilən qüsurların əvvəllər mövcud olmadığı və həmin qüsurların aparılmış keyfiyyətsiz tikinti-təmir işləri nəticəsində yarandığı müəyyən olunmuşdur. İddiaçı ilə ayrı-ayrı firma və şirkətlər (şəxslər) arasında bağlanmış müqavilələrə əsasən aparılmış hesablamalar nəticəsində, tədqiq olunan obyektdə mövcud olmuş qüsurların bir qisminin bərpa olunması üçün həmin şirkətlər tərəfindən yerinə yetirlmiş tikintitəmir işlərinin, eləcə də alınmış tikinti materiallarının ümumi dəyəri 273.832 manat məbləğində müəyyən olunmuşdur. Mövcud olmuş qüsurların nədən ibarət olması və həcmi rəyə əlavə edilmiş smetada ətraflı göstərilmişdir. 5-ci sual üzrə: dərman istehsalı fabrikinə bitiş ik olan torpaq sahəsində təqribən 1800 kv.m. sahəyə 1,5-1,7 metr hündürlüyündə inşaat tullantıları və qrunt boşaldıldığı müəyyən edilmişdir. Müqavilə İ-in smetasına əsasən aparılmış hesablamalar nəticəsində, həmin inşaat tullantıları və qruntun özüboşaldan avtomaşınlara yüklənməsinin və daşınmasının dəyəri 11.195,09 manat məbləğində müəyyən olunmuşdur.

23. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 noyabr e-2-2(113)-389/2023 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Müqavilə İ üzrə: - İşlərin görülməsinin gecikdirilməsinə görə - 5.000 manat dəbbə pulu; - İşlərin qüsurla görülməsinə görə 2.500 manat dəbbə pulu; Müqavilə İİ üzrə: - İşlərin görülməsinin gecikdirilməsinə görə - 2.000 manat dəbbə pulu; - İşlərin qüsurla görülməsinə görə 5.000 manat dəbbə pulu; Mqavilə İİİ üzrə: - İşlərin görülməsinin gecikdirilməsinə görə - 2.000 manat dəbbə pulu; - İşlərin qüsurla görülməsinə görə 3.000 manat dəbbə pulu; Müqavilə İV üzrə: - İşlərin görülməsinin gecikdirilməsinə görə - 1.500 manat dəbbə pulu; - İşlərin qüsurla görülməsinə görə 250 manat dəbbə pulu; Müqavilə V üzrə: - İşlərin görülməsinin gecikdirilməsinə görə - 250 manat dəbbə pulu olmaqla, ümumilikdə 21.500 manat dəbbə pulu; həmçinin ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 10 manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pulun ilkin iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; qalan hissədə ilkin iddianın rədd edilməsi, ilkin iddia verilərkən artıq ödənilmiş 157,57 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya qaytarılması; ilkin cavabdehin iddiaçıya qarşı pul tələbinə dair qa rşılıqlı iddiasının rədd olunması qət edilmişdir (hakim – L.Əliyeva).

24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh (sifarişçi) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı (podratçı) arasında bağlanmış podrat müqavilələrinə əsasən ilkin cavabdeh smetalarda nəzərdə tutulmuş işləri icra etməyi, ilkin iddiaçı isə görülmüş işlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür.

25. İlkin iddiaçı ilkin cavabdehin yuxarıda göstərilən müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini, yəni işləri qüsurlarla icra etdiyini, eləcə də işlərin təhvil verilməsini gecikdirdiyini əsas göstərməklə, işlərin təhvilinin gecikdirilməsinə və qüsurla icra edilməməsinə görə müqavilədə nəzərdə tutulmuş 5.530.065,69 manat dəbbə pulunun ödənilməsini, eyni zama nda ilkin cavabdehin əvəzinə divarları boyama işlərinin icra edilməsi üçün boya almasına istinad edərək alınmış boyaların dəyəri məbləğində ona zərər vurulduğunu əsas göstərərək 34.053,77 manat zərərin ödənilməsini ilkin cavabdehdən tələb etmişdir..

26. Cavabdeh isə qarşılıqlı iddiasında mübahisəli müqavilələr üzrə görülmüş işlərə görə ödənilməli olan 90.409,89 manat borcun, görülmüş işlərin həcmində artırma və sifarişçinin daha bahalı material seçimindən yaranan fərqə görə (əlavə görülmüş işlərə görə) 14.882,24 manat, sifarişçinin təqsiri üzündən təkrar görülmüş işlərə görə 36.915,73 manat, sifarişçinin təqsiri üzündən baş vermiş boşdayanmalara, işlərin icrası müddətinin uzanmasına görə yaranan avadanlıqların əlavə icarəsi, muzd saxlama xərclərinə görə 63.743,18 manat və əldən çıxan fay daya görə 279.312,56 manat pulun ilkin iddiaçıdan tutulmasını tələb etmişdir.

27. Məhkəmə ilk növbədə ilkin iddiaya münasibətdə qeyd etmişdir ki, dəbbə pulunun tutulması hissəsində iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 462.1-ci maddəsi çıxış edir. Həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş şərtlərin mövcudluğunu müəyyən etmək üçün məhkəmə tərəfindən aşağıdakı hallar müəyyən edilməlidir: - Borclu tərəfindən müqavilə üzrə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi - Yol verilmiş pozuntuya görə müqavilədə və ya qanunda dəbbə pulunun ödənilməsinin nəzərdə tutulması

28. İkinci halla bağlı qeyd edilməlidr ki, tərəflər arasında bağlanmış 5 mübahisəli podrat müqaviləsinin 8.2 və 8.3-cü bəndlərində müvafiq olaraq podratçı tər əfindən öhdəliklərinin icra edilməsinin gecikdirilməsinə görə və görülmüş işlərdə qüsurlara görə dəbbə pulunun tutulması nəzərdə tutulmuşdur.

29. Birinci halla bağlı isə məhkəmə qeyd etmişdir ki, ilkin iddiaçı dəbbə pulunun tutulmasına əsas kimi ilkin cavabdehin yol verdiyi iki pozuntuya - podrat işlərinin təhvil verilməsinin gecikdirilməsinə və görülmüş işlərin qüsurla icra edilməməsinə istinad etmişdir.

30. İşlərin təhvil verilməsinin gecikdirilməsi. Göstərilən pozuntu halının mövcudluğu ilə bağlı məhkəmə qeyd etmişdir ki, müqavilə İ-də işlərin 2021-ci il 30 noyabr tarixinədək, müqavilə İİ və İİİ-də 2022-ci il 15 may tarixinədək, müqavilə İV-də 2022-ci il 30 iyun tarixinədək və müqavilə V-də isə 2022-ci il 30 sentyabr tarixinədək başa çatdırılaraq sifarişçiyə təhvil verilməli olması nəzə rdə tutulmuşdur.

31. Digər tərəfdən işin mübahisəsiz halları ondan ibarətdir ki, həmin müqavilələrin heç biri üzrə işlərin görülməsi müqavilələrdə göstərilən müddətdə, nə də sifarişçi tərəfindən xəbərdarlıqlarda göstərilən müddətlərdə tam başa çatmamışdır.

32. İşlərin görülməsində gecikmələrin ondan asılı olmayan hallardan baş verməsi ilə bağlı ilkin cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli müqavilələr (sonuncu müqavilə istisna olmaqla) və xüsusən Müqavilə İ üzrə işlərin görülməsinin müqavilələrdə nəzərdə tutulmuş işlərin görülməsinin başa çatması tarixindən kifayət qədər uzun müddətə gecikdirilməsi, 2022-ci ilin iyul-sentyabr aylarında sifarişçinin dəfələrlə podratçıya işlərin yekunlaşdırılması barədə xəbərdarlıqlar göndərməsi, eləcə də podratçının işlərin g örülməsini sifarişçi ilə razılaşdırılmış tarixlərədək başa çatdırılmasını vəd etməsinə baxmayaraq (2022-ci il 1 avqust tarixli qüsur aktlarında) yenidən həmin işləri yekunlaşdıra bilməməsi işlərin görülməsinin gecikdirilməsində podratçının təqsirinin olmaması imkanını istisna edir. Odur ki, ilkin cavabdehdən mübahisəli müqavilələr üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə dəbbə pulunun tutulması üçün əsaslar mövcuddur.

33. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, MM-in 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə öhdəliklərinin icrasının gecikdirilməsinə görə mütənasib dəbbə pulu məbləği müəyyənləşdirilərkən məhkəmə aşağıdakıları nəzərə alır: 34. 1) İddia ərizəsində iddiaçı Müqavilə İ üzrə işlərin təhvilinin 318 gün gecikdirilməsinə görə gecikdirilən hər gün üçün müqavilənin ümumi qiymətinin 0,1% məbləğində dəbbə pulunun ödənilməsini tələb etmiş, lakin ödənilməsini tələb etdiyi dəbbə pulu məbləğinin hesablanmasında səhvə yol vermişdir. Belə ki, həmin müqavilə üzrə iddiaçının göstərdiyi qaydada hesablanmış dəbbə pulu 337.826,64 manat (1.062.413,71 manat x 0,1%x318 gün) təşkil etdiyi halda iddia ərizəsində həmin əsasla 3.378.526,38 manat məbləğində dəbbə pulunun ödənilməsi tələb edilmişdir. 35. 2) Mübahisəli podrat müqavilələrinin “tərəflərin məsuliyyəti” ilə bağlı şərtləri müəyyən edən 8-ci maddəsi müqavilə tərəfləri üçün mütənasib məsuliyyət hədlərini müəyyən etməmişdir. 3

6. Belə ki, sifarişçiyə münasibətdə ödənişlərin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğin 0,1 % olmaqla, lakin gecikdirilmiş məbləğinin 10%-dən çox olmayan məbləğdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğu halda podratçı üçün öhdəliklərin icrasının gecikdirilməsinə görə müəyyən edilmiş hər gecikdirilmiş gün üçün 0,1% dəbbə pulunun gecikdirilmiş öhdəliyin məbləğindən deyil, işlərin ümumi qiymətindən hesablanması nəzərdə tutulmuş, eləcə də dəbbə pulunun maksimal məbləği məhdudlaşdırılmamışdır. Buna əlavə olaraq podratçı üçün işlərin qüsurla icra edilməsinə görə də qüsurların 3 misli həcmində dəbbə pulunun tutulması da nəzərdə tutulmuşdur.

37. Bununla bağlı məhkəmə bildirmişdir ki, mülki qanunvericiliyin təməl prinsiplərindən biri də mülki hüquq subyektlərini n bərabərliyi prinsipidir (MM-in 6.1-ci maddəsi). MM-in məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir (MM-in 1.1-ci maddəsi). MM-in 16.1-ci maddəsinə görə isə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir

38. Göründüyü kimi, hazırkı halda mübahisəli podrat müqavilələrində podratçının öhdəliklərini lazimi qaydada icra etməməsi üçün müəyyən edilmiş dəbbə pulunun sifarişçi üçün müəyyən edilmiş məsuliyyət hədlərini dəfələrlə aşması tərəflərin hüquq bərabərliyi prinsipi ilə ziddiyyət təşkil edir.

39. Odur ki, məhkəmə mübahisəli müqavilədə tərəflərin məsuliyyətinin q eyri-mütənasib müəyyən edilməsini hüquqdan sui-istifadə kimi qiymətləndirərək hesab etmişdir ki, dəbbə pulu məbləği müəyyən edilərkən həmin hal nəzərə alınmalıdır. Yəni ilkin cavabdehdən öhdəliklərin icrasının gecikdirilməsinə görə tutulacaq dəbbə pulu mübahisəli müqavilələrdə ilkin iddiaçı üçün eyni pozuntuya görə müəyyən edilmiş maksimal məsuliyyət hədlərini (icra edilməmiş öhdəliyin 10%-i) aşmamaq şərti ilə müəyyən edilməlidir. 40. 3) İş materiallarında olan e-mail yazışmalarından müəyyən edilmişdir ki, podratçı tərəfindən sifarişçiyə dəfələrlə tikinti işlərinin gedişatı zamanı yaranmış suallar, planlar, sxemlər, eləcə də icra aktları göndərilsə də, sifarişçi tərəfindən podratçının tikinti işləri ilə bağlı suallarına və təqdim etdiyi planlara gecikmələrlə cavab verilmiş, eləcə də pəncər ələrin ölçülərinin, avadanlıqların, trapların yerləşdirilməsi barədə sxemlər gecikmələrlə (Müqavilə İ üzrə icra müddəti bitdikdən sonra) təsdiq edilmişdir. Odur ki, podratçı ilə yanaşı işlərin görülməsinin gecikdirilməsində sifarişçinin təqsirinin də olması açıq-aşkardır.

41. Məhkəmə belə qənaətə gəlmişdir ki, gecikdirməyə görə dəbbə pulunun məbləğinin müəyyən edilməsi zamanı gecikdirmədə ilkin iddiaçının da təqsirinin olması nəzərə alınmalıdır. 42. 4) İşlərin başa çatdırılmalı olan tarix kimi Müqavilə İ-də 2021-ci il 30 noyabr tarixi, Müqavilə İİ və İİİ-də 2022-ci il 15 may tarixi, Müqavilə İV-də 2022-ci il 30 iyun tarixi qeyd edilsə də, 2022-ci ilin iyul ayının sonlarınadək sifarişçi podratçıya həmin müqavilələr üzrə müqavilə müddətlərinin başa çatması barədə xəbərdarlıqlar etməmiş, işl ərin başa çatdırılmasını tələb etməmiş və öhdəliklərinin gecikməsinə etirazlarını hər hansı başqa formada ifadə etməmişdir.

43. Məhkəmə hesab etmişdir ki, göstərilən hal tərəflərin qarşılıqlı razılığına əsasən işlərin görülməsi müddətinin uzadılmasına və ya sifarişçinin icra üçün podratçıya əlavə vaxt verməsinə dəlalət edir. Bununla yanaşı o da qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş e-maillərdən görünür ki, bəzi hallarda tərəflər arasında bağlanmış müqavilələr və həmin müqavilələr üzrə razılaşdırılmış smetalar müqavilənin bağlandığı tarixindən xeyli müddət sonra qarşılıqlı imzalanmışdır (məsələn, müqavilə İV və smeta 2022-ci il 24 iyun tarixində hələ imzalanmamışdır: bax: 2022-ci il 24 iyun tarixli e-mail). Göstərilən hal isə öz növbəsində müqavilələrdə müəyyən edilmiş işin b aşa çatdırılma tarixlərinin formal olması və işlərin başa çatdırılma müddətlərinin sonradan tərəflərin şifahi razılaşmasına əsasən müəyyən edilməsinə dair ilkin cavabdehin dəlillərinin əsaslılığını təsdiq edir.

44. Odur ki, öhdəliklərin icrasının gecikdirməsinə görə dəbbə pulu müqavilələr üzrə icra müddətinin başa çatdığı vaxtdan deyil, məhz sifarişçi tərəfindən verilmiş əlavə müddət bitdikdən sonrakı müddət üçün, yəni 2022-ci il 26 iyul tarixindən (2022-ci il 25 iyul tarixli xəbərdarlıq məktublarında göstərilmiş işlərin təhvil verilməsinin son tarixi) sonrakı müddət üçün hesablanmalıdır.

45. Yuxarıda da qeyd edildiyi kimi ilkin iddiaçı tərəfindən öhdəliklərin icrasının gecikdirilməsinə görə tələb edilən dəbbə pulu müqavilənin ümumi qiymətinə hesablandığı halda mübahisəli müqavilələrdə g örülməsi nəzərdə tutulan işlərin əksəriyyəti müqavilədə nəzərdə tutulmuş müddətlər və ya sifarişçi tərəfindən verilmiş əlavə müddətlər daxilində icra edilmiş və dəyəri sifarişçi tərəfindən ödənilmişdir. Belə ki, Müqavilə İ üzrə müqavilənin ümumi məbləğindən (ƏDV 1.062.413,71 manat) 2022-ci il 26 iyul tarixinədək ƏDV daxil 962.776,31 manat dəyərində işlərin görülməsi hər iki tərəfin imzalandıqları forma-2 aktları ilə müəyyən edilir. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə isə Forma-2 aktlarının imzalanması işlərin kəmiyyət baxımından ilkin qəbulu kimi qiymətləndiririlir (1-ci bənd). Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, 2022-ci il 12 avqust tarixli müqavilə üzrə görülməli olan işlərin yalnız ƏDV daxil 99.637,4 (1.062.413,71 962.776,31) man at olan hissəsinin icrası gecikdirilmişdir.

46. İİ, İİİ, İV Müqavilələrə gəldikdə iş materiallarından görünür ki, 2022-ci ilin iyul ayında podratçı tərəfindən sifarişçiyə mübahisəli müqavilələr üzrə işlərin əksər hissəsini əhatə edən Forma-2 aktları e-mail vasitəsilə sifarişçiyə göndərilsə də, sifarişçi tərəflər arasında müqavilə münasibətlərinə xitam verilənədək, yəni 2022-ci ilin oktyabrın əvvəllərinədək nə aralıq Forma-2 aktları imzalanmaqla işləri qəbul etmiş, nə də ki, aktların imzalanmasından imtina etmişdir. Halbuki MM-in 770-ci maddəsinə görə əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Bundan əlavə sözügedən Forma-2 aktları üzrə görülmüş işlərlə bağlı sifarişçiyə elektron qaimələr göndərilmiş və sifarişçi tərəfindən müvafiq ödənişlər edilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, İİ, İİİ və İV müqavilələr üzrə Forma-2 aktlarının 2022-ci il 26 iyuladək, yəni xəbərdarlıq məktubunda qeyd edilmiş işlərin icra edilməsinin son tarixinədək podratçı tərəfindən təqdim edilməsinə baxmayaraq sifarişçi həmin aktlara münasibət bildirməməklə (imzalamaqdan imtina etməməklə) və həmin aktlara əsasən təqdim edilmiş elektron qaimələr üzrə ödənişlər etməklə sözügedən aktlarda göstərilmiş işləri kəmiyyət baxımından faktiki qəbul etmişdir.

47. Odur ki, 2022-ci il 26 iyuladək görülərək kəmiyyət baxımından qəbul edilmiş işlər sifarişçi tərəfindən podratçıya verilmiş əlavə vaxt ərzində icra edildiyindən MM-in 445.9-ci maddəsinə əsasən gecikdirilmiş hesab edilmir və həmin işlərin görülməsinin və təhvilinin gecikdirilməsinə görə dəbbə pulunun hesablanması üçün əsas yoxdur.

48. Podratçı tərəfindən əlavə vaxt ərzində görülmüş işləri (2022-ci il 26 iyul tarixədək) gecikdirilmiş işlər kimi qiymətləndirsək belə qeyd edilməlidir ki, yuxarıda göstərildiyi kimi sifarişçi Müqavilə İ üzrə Forma-2-ləri imzalamaqla, digər müqavilələr üzrə isə göndərilmiş Forma-2-lərin imzalanmasından imtina etməməklə və həmin işlərə görə ödəniş etməklə sözügedən işləri icranın gecikdirilməsini irad bildirmədən kəmiyyət baxımından qəbul etmiş, bununla da və həmin işlərin görülməsinin gecikdirilməsinə dair dəbbə pulunun ödənilməsini tələb etmək hüququnu da itirmişdir.

49. Məhkəmə göstərilən halları nəzərə alaraq öhdəlik lərin icra edilməsinin gecikdirilməsinə görə ilkin iddiaçının tələb etdiyi dəbbə pulu məbləğlərini tənasübsüz surətdə yüksək hesab etmiş və işin yuxarıda göstərilən halları, eləcə də hər müqavilə üzrə icrası gecikdirilmiş işin dəyəri, gecikdirilmənin müddəti kimi halları nəzərə almaqla MM-in 467-ci maddəsinə əsasən dəbbə pulunu azaldaraq aşağıdakı kimi müəyyən etmişdir: Müqavilə İ üzrə - 5.000 manat, Müqavilə İİ üzrə - 2.000 manat, Müqavilə İİİ üzrə - 2.000 manat, Müqavilə İV üzrə - 1.500 manat və Müqavilə V üzrə 250 manat dəbbə pulu.

50. İşlərin qüsurla icra edilməsi. Mübahisəli müqavilələr üzrə görülmüş podrat işlərində qüsurlarının mövcud olub-olmaması məsələsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, İ-İV müqavilələri üzrə podrat işlərində müəyyən qüsurların (çatışmazlıqların) mövcud olma sı iş materiallarında olan foto və video yazılarla təsdiq edilməklə yanaşı ilkin cavabdeh tərəfindən də təsdiq edilmişdir.

51. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, mübahisəli müqavilələr üzrə icra edilməmiş işlərin və qüsurla icra edilmiş işlərin həcmlərin və dəyərlərinin ayrı-ayrılıqda müəyyən edilməsi məqsədilə təkrar ekspertiza təyin edilsə və ekspert qarşısında müvafiq suallar qoyulsa da, ekspert tərəfindən icra edilməmiş işlərin və icra edilmiş işlərdə qüsurların dəyərləri birlikdə hesablanmışdır. Eyni zamanda rəydə icra edilməmiş işlərin və icra edilmiş işlərində qüsurların məbləğinin hər müqavilə üzrə ayrı-ayrılıqda hesablanması da aparılmamışdır. Digər tərəfdən ekspert tədqiqat zamanı işlərin bir hissəsinin qüsurlu olubolmamasının yoxlanılmasının mümkün olmamasına baxmayaraq həmin işlərin dəyərinin 50%-i podratçıya qüsur kimi hesablamışdır. Yuxarıda göstərilənlərə əsasən sözügedən ekspert rəyinin hər müqavilə üzrə podrat işlərində qüsurların məbləğini müəyyənləşdirən sübut kimi nəzərə alınması qeyri-mümkündür.

52. Buna baxmayaraq ekspertiza tədqiqatı zamanı tədqiqat obyektinə keçirilən baxış zamanı podrat işlərində müəyyən qüsurların olması müşahidə edildiyindən məhkəmə sözügedən ekspert rəyini digər sübutlarla yanaşı (foto və video, tərəflərin izahatları İ-İV müqavilələr üzrə görülmüş podrat işlərində müəyyən qüsurların mövcud olması faktını təsdiq edən sübut qismində nəzərə almışdır.

53. Müqavilə V üzrə görülmüş işlərdə qüsurların mövcud olub-olmaması məsələsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, həm ilkin iddiaçının tərtib etdiyi qüsur aktından (qüsur aktın da işlərin qarşısında “icra edilməyib” qeydi var), həm ilkin iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan görünür ki, ilkin iddiaçı həmin müqavilə üzrə qüsur kimi həmin müqavilə üzrə görülmüş işlərin keyfiyyət tələblərinə cavab verməməsinə deyil, müqavilə üzrə müəyyən işlərin ümumiyyətlə icra edilməməsinə istinad etmişdir. Odur ki, həmin müqavilə üzrə görülmüş işlərdə qüsur olması iş materiallarına əsasən müəyyən edilmir və belə olan halda həmin müqavilə üzrə işlərdə aşkar edilmiş qüsurlara görə dəbbə pulunun tutulması üçün əsas yoxdur.

54. Beləliklə, İ-İV Müqavilələr üzrə işlərdə qüsurların olması iş materialları ilə müəyyən edildiyindən həmin qüsurlara görə dəbbə pulunun tutulması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur.

55. Dəbbə pulunun məbləği müəyyən edilə rkən aşağıdakılar nəzərə alınmışdır: - Podrat müqavilələrində müqavilə tərəfləri üçün müəyyən edilmiş məsuliyyət hədlərinin qeyri-mütənasib olması nəzərə alınaraq tətbiq edilən dəbbə pulu sifarişçi üçün öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə müqavilə nəzərdə tutulmuş maksimal məsuliyyət həddi aşmamalıdır (lazımi qaydada icra edilməmiş öhdəliyin 10%-i) - Müqavilə İ üzrə tullantıların daşınmamasına görə dəbbə pulunun tutulmasına münasibətdə qeyd edilməlidir ki, 2022-ci ilin oktyabrında sifarişçi tərəfindən işlərin görülməsi vəziyyətinin yoxlanılaraq aşkar edilmiş qüsurlarla bağlı 2022-ci il 6 oktyabr tarixli qüsur aktı tərtib edilmiş, lakin adi gözlə görünən çatışmazlıq olmasına baxmayaraq tullantıların daşınmaması həmin aktda qüsur kimi göstərilməmişdir. Hal-hazırda tikinti sahə sində tullantıların mövcudluğu faktına gəldikdə isə qeyd etmək lazımdır ki, cavabdehdən sonra tikinti sahəsində digər podratçıların da işləməsi işin mübahisəsiz halları olduğundan həmin fakt 2022-ci ilin oktyabrında tikinti sahəsi tərk edilərkən ilkin cavabdeh tərəfindən tullantıların daşınması öhdəliyinin icra edilməməsini müəyyən edilməsi üçün kifayət etmir. Odur ki, tikinti sahəsindən tullantıların daşınmamasının ilkin cavabdehin işlərində qüsuru kimi qəbul edilməsi üçün əsas yoxdur. - Asma tavanlarda mövcud qüsurlara görə İİ və İİİ müqavilələr üzrə dəbbə pulunun tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş foto və videoşəkillərdən asma tavanlardan müəyyən qüsurların olması göründüyündən məhkəmə həmin işlərdə qüsurların mövcud olması faktını da həmin qüsuru müvafiq müqavilələr üzrə dəbbə pulu hesablanarkən nəzərə alır. - 2022-ci il 6 oktyabr tarixli qüsur aktına və 2022-ci il 17 oktyabr tarixli akta əsasən podrat işində qüsurlar aşkar edildikdən sonra ilkin cavabdeh 2022-ci il 19 oktyabr və 2022-ci il 21 oktyabr tarixli məktubları ilə işlərində qüsur olmasını ilkin olaraq inkar etsə də, 2022-ci il 24 oktyabr tarixində qüsurların aradan qaldırılması üçün komanda göndərilməsini təklif etmiş, lakin ilkin iddiaçı tərəfindən qüsurların aradan qaldırılması üçün ilkin cavabdehə şərait yaradılmamışdır. Məhkəmə hesab etmişdir ki, sifarişçinin podrat işlərində qüsurların aradan qaldırılması üçün şərait yaratmamaqla MM-in 763-765-ci maddələrinin tələblərinin pozuntusuna yol verilməsi də işlərin qüsurla icra edilməsinə görə dəbbə pulu müəyyənlə ndirərkən nəzərə alınmalıdır.

56. Beləliklə, məhkəmə dəbbə pulunun tutulması üçün kreditora zərər dəyməsi faktının və dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsinin zəruri olmadığını, mübahisəli müqavilələr üzrə icra edilmiş işlərdə (Müqavilə V istisna olmaqla) mövcud olması faktının məhkəmə araşdırması zamanı müəyyən edildiyini, hər müqavilə üzrə qüsurlu işlərin sayını, təqribi dəyərini, müvafiq müqavilə üzrə görülmüş ümumi iş həcminə nisbətini əsas götürməklə MM-in 467-ci maddəsinin tələblərinə əsasən işlərdə aşkar edilmiş qüsurlara görə dəbbə pulunun məbləğini aşağıdakı kimi müəyyənləşdirir: Müqavilə İ üzrə 2.500 manat; Müqavilə İİ üzrə 5.000 manat; Müqavilə İİİ üzrə 3.000 manat Müqavilə İV üzrə 250 manat dəbbə pulu.

57. Boyaların alınmasına görə dəymiş real maddi zərərin tutulması hi ssəsində iddia tələbinə gəldikdə məhkəmə qeyd etmişdir ki, həmin tələbin əsaslılığını sübuta yetirmək üçün ilkin iddiaçı məhkəməyə “Konstruktor“ Firması ilə bağladığı alqı-satqı müqaviləsini və həmin müqavilə üzrə tərəflərin cəmi 33.570,37 manat boya məhsullarının alınması barədə razılığa gəldiklərini təsdiq edən qiymət razılaşdırılması protokollarını təqdim etsə də, tərəfindən həmin müqavilə üzrə qiymətlərin razılaşdırılması protokollarında göstərilmiş çeşiddə, sayda və dəyərdə boyaların alınmasını və həmin boyalara görə satıcıya ödəniş etməsini, yəni real xərc çəkməsi və ya çəkməli olması sübuta yetirilməmişdir.

58. İkincisi, ilkin iddiaçı tərəfindən boyaların həqiqətən də alınması faktı ehtimal edilsə də, göstərilən xərclərin çəkilməsinə zərurətin məhz cavabdehin müqavilə öhdəlikləri po zması nəticəsində yaranması, yəni cavabdehin əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, həmin hissədə ilkin iddia əsassız olmaqla rədd edilməlidir.

59. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi iki hissədən ibarətdir: - 2022-ci il 7 sentyabr və 2022-ci il 17 oktyabr tarixlərində rəsmi şəkildə tamamlanmış işlərə görə təqdim edilmiş qalan Forma 2 (icra aktı)–lər üzrə ödənilməli 90.409,89 manat pul tutulması; - Sifarişçinin təqsiri üzündən dəymiş ziyanın əvəzinin ödənilməsi: görülmüş işlərin həcmində artırma və daha bahalı material seçimi ilə əlaqədar smeta ilə yaranmış fərqə görə 14.882,24 manat, sifarişçinin təqsiri üzündən işlərin təkrar görülməsinə görə 36.915,73 manat; boşdayanmalara, işlərin icrası müddətinin uzanmasına görə yaranan əlavə avadanlıq icarə, muzd saxlama xərclərinə görə 63.743,18 manat, əldən çıxan faydaya görə 279.312,56 manat.

60. Tələbin birinci hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, 5 mübahisəli müqavilə üzrə qarşılıqlı iddiaçı tərəfindən görülməli olan işlərin ümumi dəyəri ƏDV daxil 1.637435,97 manat təşkil etdiyi halda qarşılıqlı cavabdeh tərəfindən həmin müqavilələr üzrə cəmi ƏDV xaric 1.253.568,36 manat (ƏDV daxil 1.479.210,66 manat) ödəniş edilmişdir. Qarşılıqlı iddiaçı isə 90.409,89 manat pul tələbini mübahisəli müqavilələr üzrə faktiki görülmüş işlərin dəyərinin qarşılıqlı cavabdeh tərəfindən tam ödənilməməsi, eləcə də tərəfindən müqavilələr üzrə smetalarda nəzərdə tutulmamış əlavə işlər görülməsi ilə əsaslandırsa da, nə m übahisəli müqavilələr üzrə ödənilmiş məbləğdən (ƏDV daxil 1.479.210,66 manat) daha artıq məbləğdə işlər görməsini, nə smetalarda nəzərə tutulmamış əlavə işlər görməsini sübuta yetirə bilmişdir. Odur ki, həmin hissədə qarşılıqlı iddia rədd edilməlidir.

61. Tələbin ikinci hissəsi ilə bağlı isə məhkəmə bildirmişdir ki, qarşılıqlı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni qarşılıqlı cavabdehin təqsirli əməlləri nəticəsində smetalarda müəyyən edilmiş işlərin həcmində və dəyərində artımın yaranmasını, müqavilələr üzrə işləri təkrar görməyə məcbur olması, boşdayanmaların baş verməsini, avadanlıqların icarəyə götürməsini, əlavə muzd ödəməsini, yəni cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində ona real maddi zərər və əldən çıxmış fayda formasında zərər vurulmasını təs diq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin hissədə də qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir.

62. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 1.1, 6.1, 16.1, 21.1, 21.2, 385.1, 443.1, 443.7, 445.9, 448.2, 458.1, 462.1, 465.1, 467, 752.1, 753.3, 759, 762.1, 762.2, 763-765, və 770-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

63. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin - “Qalan hissədə ilkin iddia rədd edilsin” hissəsində ləğv edilməsinə və ikin iddianın həmin hissədə tam təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

64. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsi və ilkin iddian ın tam rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

65. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 mart tarixli 2-2(103)-296/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

66. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövgeyi ilə (bax §§27-61) razılaşaraq hesab etmişdir ki, həmin qətnamə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bi lməz.

67. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə əsaslandırmışdır (bax §62).

68. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin - “İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin və Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli e-2-2(113)-389/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın” hissələrində ləğv edilməsini; apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçının iddiasının tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

69. MM-in 21.1 və 21.2-ci maddələri üzrə - İş materiallarında olan həmin boyalar ilə bağlı İd diaçı tərəfindən kifayət qədər sübutlar təqdim edilmişdir. Lakin apellyasiya məhkəməsi bu hissədə də düzgün maddi hüquq normasını tətbiq etməyərək yanlış nəticəyə gəlmişdir.

70. MM-in 467, 762.1, 762.1, 762.3, 769 və 774-cü maddələri üzrə - İşlərin qüsurlu icra edilməsi üzrə apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaların tətbiqi. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsasən cavabdeh tərəfindən işlərin qüsurlu icra edildiyini müəyyən etmişdir. Həmçinin hər iki instansiya məhkəməsi bu qüsurlu icraya görə müqavilələr üzrə məsuliyyətin nəzərdə tutulduğunu müəyyən etmişdir. Cavabdeh tərəfindən işlərin qüsurlu icra edilməsi mübahisəsiz faktdır və bu iş materiallarında olan sübutlarla da təsdiq edilmişdir. Bu hissədə d ə apellyasiya instansiya məhkəməsi eynilə birinci instansiya məhkəməsi kimi MM-in 467-ci maddəsini əsas götürərək guya tənasübsüz olan dəbbə pulunu hansı norma, tələb və məntiqə uyğun hesabladığını göstərmədən anlaşılmayan dərəcədə azaltmışdır. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspert rəyinə digər sübutlarla qiymət verərək görülmüş podrat işlərində qüsurların mövcud olması faktını təsdiq edən sübut qismində nəzərə almışdır. Həmin ekspert rəyində məhkəmənin özünün qoyduğu suallar əsasında müəyyən edilmişdir ki: - Podrat müqavilələri üzrə yerinə yetirilmiş işlərdə Qüsur aktında göstərilmiş qüsurların bir qismi hələ də faktiki mövcuddur. Həmin qüsurların aradan qaldırılması üçün tələb edilən məbləğ ƏDV daxil 355.999,84 manat təşkil edir. - İddiaçı tərəfindən qüsurların aradan qaldı rılması üçün faktiki 273.832 manat xərc çəkilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşmış və işin hallarına, sübutlara və təkrar qiymət verməsinə zərurətin olmaması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə tərəfindən qüsurların aradan qaldırılması üçün tələb edilən məbləğə və İddiaçının faktiki çəkdiyi xərclərə əhəmiyyət verilməyərək tətbiq edilən maddi hüquq normaları ilə yanaşı MM-in 467-ci maddəsinin tətbiq edilməsi nəticədə yanlış qərarın çıxarılmasına səbəb olmuşdur.

71. MM-in 6.1, 6.1.1, 6.1.2, 6.1.5, 6.1.7, 6.1.8, 6.1.9, 16.1, 390.1, 390.5, 442, 445.9, 448.1, 448.2, 462.1, 462.3, 465.1, 465.2, 467, 560.1, 752.1, 762.1, 762.3, 769 və 774.-ci maddələri üzrə - Öhdəliklərinin icrasının gecikdirilməsi üzrə apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaların tətbiqi. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsasən cavabdeh tərəfindən işlərin təhvil verilməsinin gecikdirildiyini müəyyən etmişdir. Həmçinin hər iki instansiya məhkəməsi bu gecikdirməyə görə müqavilələr üzrə məsuliyyətin nəzərdə tutulduğunu müəyyən etmişdir. Cavabdeh tərəfindən işlərin gecikdirilməsi mübahisəsiz faktdır və bu iş materiallarında olan sübutlarla, o cümlədən məhkəmə prosesləri zamanı cavabdehin etirafları ilə də təsdiq edilmişdir. İşlərin təhvil verilməsinin gecikdirilməsi ilə bağlı məhkəmə maddi hüquq normalarını düzün tətbiq etsə də, bu pozuntuya dair cavabdehin məsuliyyət həddini müəyyən edərkən maddi hüquq normaların tətbiqində səhvə yol vermişdir. Belə ki, hər ik i məhkəmə instansiyası MM-in 1.1, 6.1 və 16.1-ci, o cümlədən 390.1-ci maddələrinə istinad edərək, “tərəflərin məsuliyyəti” ilə bağlı tərəflərin özlərinin müqavilə üzrə müəyyən etdiyi məsuliyyət hədlərinin mütənasib olmaması qənaətinə gəlmişdir. Lakin məhkəmə tərəfindən hansı norma, tələb və məntiq əsasında bu mütənasibliyin müəyyən edilməsi adı altında dəbbə pulunun ağlasığmaz dərəcədə azaldılmasına aydınlıq gətirməmişdir. Hətta birinci instansiya məhkəməsi tərəfindən iddiaçının Müqavilə İ üzrə tələb etdiyi 3.378.526,38 manat dəbbə pulunun düzgün hesablanmaması əsası ilə 337.826,64 manat olduğunu müəyyən etsə də, nəticədə gecikməyə görə özünün müəyyən etdiyi həmin məbləği də 67 dəfə azaldaraq yalnız 5.000 manat qət etmişdir, apellyasiya instansiya məhkəməsi də gecikmənin mövcudluğunu təsdi q etsə də, məsuliyyət həddini həmin məbləğdə saxlamışdır. Beləliklə, məhkəmə kollegiyası tərəfindən MM-in digər normaları ilə yanaşı MM-in 1.1, 6.1, 16.1, və 390.1-ci maddələrinin tətbiq edilməsi yanlış qərarın çıxarılmasına səbəb olmuşdur.

72. Konstitusiya Məhkəməsinin Plenumunun “MM-in 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və MM-in 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023cü il 18 dekabr tarixli Qərarı üzrə – MM-in 6.2-ci və 390.5-ci maddələrinə görə, fiziki və hüquqi şəxslər öz mənafelərini gerçəkləşdirmək üçün sərbəst iradə ifadələri olan müqavilə əsasında hüquq və vəzifələrini müəyyənləşdir məkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Müvafiq müqavilə şərtinin məzmununun MM ilə göstərildiyi hallar istisna olmaqla, müqavilənin şərtləri tərəflərin istəyi ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəmənin istinad etdiyi MM-in 16.1-ci maddəsinin iki müstəqil hüquqi şəxs arasında olan təsərrüf münasibətlərinə aidiyyəti yoxdur. Bunun əksinə iddiaçının niyyəti cavabadehə icra edəcəyi işin müqabilində pul ödəmək olmuş və bu niyyətini müqavilələr üzrə 90%-dən çox məbləği ödəməklə sübut etmişdir. İddiaçı tərəfindən edilmiş ödənişlərin müqabilində isə cavabdeh tərəfindən öhdəliklərin bir hissəsi keyfiyyətsiz icra edilir, digər hissəsi isə ümumiyyətlə icra edilmir. Lakin yenə də apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tə tbiqində pozuntulara yol verilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

73. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

74. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi – ilkin iddianın təmin olunmamış hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

75. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

76. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir....” “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqa vilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi....” “Maddə

16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir....” “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəz ərdə tutulmasın.[16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

458. Öhdəliyin hər iki tərəfin təqsiri üzündən pozulmasının nəticələri 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma... 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüqu qu vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir....” “Maddə

759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.” “Maddə

762. Podratın nəticələrini qüsursuz icra e tmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır....” “Maddə

763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, p odratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.” “Maddə

764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.” “Maddə

765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifari şçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.” “Maddə

770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.”

77. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

78. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 79. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

80. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etməyərək, şikayətin §69-72-də göstərilən dəlilləri ilə bağlı qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən yuxarıda göstərilən müqavilələr (onların predmeti, qiyməti və müddəti və.s) kifayət qədər təfsilatlı qiymətləndirildiyindən məhkəmə kollegiyası onların gəldiyi nəticə ilə razılaşmaqla, kassasiya baxışının hədlərinə uyğun olaraq, yalnız bu müqavilələrin 8.2–8.4-cü bəndlərinin və so nuncu abzaslarının müddəalarının təhlil və dəyərləndirilməsini zəruri hesab edir.

81. Bu baxımdan həm tərəflərin bağladıqları 2021-ci il 12 avqust, 2022-ci il 15 mart, 2022-ci il 18 mart, 2022-ci il 15 may və 2022-ci il 5 sentyabr tarixli müqavilələrdə eynilik təşkil etməklə müəyyənləşdirilən və tərəflərin məsuliyyəti adlandırılan 8-ci bölməsinin 8.2 - 8.4-cü bəndlərinin və sonuncu abzasının müddəalarının, həmçinin MM-in dəbbə pulu və zərərin ödənilməli olması halında yaranan toqquşmanın (kəsişmənin) tənzimlənməsi qaydalarının əlaqəli şəkildə müqayisəli təhlilinin zəruriliyi vurğulamaqla aşağıdakılar qeyd edilir.

82. Belə ki, istinad olunan müqavilələrin 8.2-ci bəndində göstərilir ki, podratçı üzərinə düşən öhdəlikləri hazırkı müqavilədə və əlavələrdə göstərilən müddətdə yerinə yetirmədikd ə gecikdirilmiş hər gün üçün işlərin ümumi qiymətinin 0.1% məbləğində cərimə ödəyir. Həmin müqavilələrin 8.3-cü bəndlərində isə nəzərdə tutulmuşdur ki, qüsurların aşkar olunduğu anda qüsur aktında göstərilmiş çatışmazlıqlara (qüsurlara) görə podratçı sifarişçinin seçimindən asılı olaraq çatışmazlığın (qüsurların) məbləğindən 3 dəfə artıq cərimə ödəyir və ya sifarişçinin razılığı ilə çatışmazlığı (qüsurları) öz hesabına aradan qaldıraraq əlavə olaraq qüsurun məbləğinin 2 mislində sifarişçiyə cərimə ödəyir.

83. MM-nin dəbbə pulu anlayışını nəzərdə tutan 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğid ir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

84. Məhkəmə kollegiyası vurğulayır ki, MM-nin 462.1-ci maddəsində dəbbə pulunun cərimə və penya növü kimi fərqləndirilməsi ilk növbədə ümumilikdə onun hesablanması və ödənilməsi üsullarının müxtəlifliyi səbəbindən nəzərdə tutulur. Belə ki, qanunvericilikdə birbaşa onlarla bağlı ayrıca anlayışlar (definisiya) nəzərdə tutulmasa da, cərimə maddi təsir tədbiri kimi birdəfəlik alındığı (tutulduğu) halda, penya müddəti ötürülmüş və ya gecikdirilmiş öhdəliyin məbləğindən hər gün üçün hesablanan faiz şəklində dəbbə pulu sayılır. Bu baxımdan yuxarıda göstərilən müqavilələrin 8.2-c i bəndlərinə diqqət yetirdikdə onun məhz penya kimi müəyyənləşdirildiyi, 8.3-cü bəndlərindəki mülki hüquqi sanksiyanın isə öhdəliyin pozuntusu faktına görə cərimə qismində nəzərdə tutulduğu görünür.

85. Müqavilələrin 8.2 və 8.3-cü bəndlərindəki penya və cərimənin ödənilməli olan məbləğinin müəyyəndləşdirildiyi qaydaya gəldikdə isə belə qənaət formalaşır ki, bu cür nizamlama qanunvericiliyin tələblərinə uyğundur və mülki qanunvericiliyin prinsipləri çərçivəsində dayanmaqla qanunvericiliyin məhkəmələr barəsində müəyyənləşdirdiyi səlahiyyət çərçivəsində hər hansı təftiş və qiymətləndirmədən kənarda dayanır.

86. Nəzərə alınmalıdır ki, MM-nin “mülki qanunvericiliyin prinsipləri”ni əks etdirən 6-cı maddəsində mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, m üqavilə azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması kimi prinsiplər də öz əksini tapmış, həmçinin fiziki və hüquqi şəxslərin müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməklə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda müstəqillikləri əks olunmuşdur (MM-in 6.1.1, 6.1.2, 6.1.5, 6.1.7 və 6.2-ci maddələri).

87. Bundan başqa MM-nin 390-cı maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (MM-in 390.1 və 390.5-ci ma ddələri).

88. Göründüyü kimi qanunvericilik səviyyəsində hər hansı mülki hüquqi nəticənin əldə olunmasına, yəni, mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına səbəb olan qarşılıqlı razılaşdırılmış iradə ifadəsində azadlıq və sərbəstliyə təminat verilmişdir. Bununla belə müqavilə azadlığı prinsipi tam olaraq mütləqlilik xarakterinə malik deyildir və onun şərtləri qanunvericiliklə müəyyənləşdirilmiş imperativ normalarla rəqabət yaratmamlıdır. Əks təqdirdə belə vəziyyət MM-də nəzərdə tutulmuş bir sıra normaların, o cümlədən 560-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxarardı.

89. Hazırkı iş üzrə aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallara əsasən, iddiaçının tələbi yuxarıda göstərilən müqavilələr üzrə həmin müqavilələrin 8.2 və 8.3-cü bəndlərinə uyğun olaraq ümumilikdə 5.493.452,61 manat məbləğində cərimənin və boyaların alınması nəticəsində əlavə olaraq 34053,77 manat məbləğində əlavə zərərin cavabdehdən tutulması təşkil etmişdir. Lakin, iddia tələbi müqavilələrə bağlı yalnız cəriməni əhatə etmiş, vurulmuş ziyanla bağlı tələb irəli sürülməmişdir.

90. Kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, aşağı instansiya məhkəmələri ziyan mövcudluğunu müəyyənləşdirsələr də, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olaraq müqavilələrin 8.2 və 8.3-cü bəndlərinin müddəalarını nəzərə almamış, MM-nin 467-ci maddəsini tətbiq etməklə cərimənin (dəbbə pulunu) xeyli dərəcədə azaltmaqla, qanunvericiliyin tələblərinə zidd olan nəticəyə gəlmişlər.

91. Məhkəmə kollegiyası bununla əlaqədar vurğulayır ki, MM-in 442-ci maddəsinə görə, ö hdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

92. Bu baxımdan öhdəliyi icra etməyən borclu qanunvericiliyin müəyyənləşdirdiyi imperativ qaydaya uyğun olaraq kreditora, dəymiş zərərin əvəzini ödəməyə borcludur (MMnin 443.1 və 445.1-ci maddələri). Beləliklə MM-nin müddəaları baxımından zərərin əvəzinin ödənilməsi faktiki olaraq ümumi mülki hüquq məsuliyyət tədbiri sayılır.

93. Bundan fərqli olaraq dəbbə pulu (cərimə, penya) öhdəliyin təmin etmə üsullarından biridir (MM-in 460.1-ci maddəsi). Bu isə onu deməyə əsas verir ki, dəbbə pulu öhdəlik icra olunmadığı və ya lazımınca icra olunmadığı v əziyyətdə zərərin əvəzinin ödənilməsi kimi ümumi sanksiyaya münasibətdə özünü əlavə sanksiya qismində biruzə verir.

94. Təsadüfi deyildir ki, MM-də öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ilə bağlı qaydaları nizamlayan 465-ci maddəsində öhdəliyin icra edilməməsi və öhdəliyin lazımınca icra edilməməsi həmçinin onun müəyyənləşdirilmiş müddət də icra edilməməsi halları arasında fərqləndirilmə aparılmaqla tənzimlənmişdir.

95. Belə ki, MM-in 465.1-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən z ərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.

96. MM-in 465.2-ci maddəsində isə göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

97. Yuxarıda qeyd edilən müqavilələrdə müəyyənləşdirilmiş sanksiyalar t əhlil edildikdə aydın olur ki, 8.2-ci bənddə nəzərdə tutulmuş sanksiya podratçı tərəfindən üzərinə düşən öhdəlikləri müqavilələrdə və əlavələrdə göstərilən müddətlərə yerinə yetirməməsilə əlaqədar, 8.3-cü bənddə müəyyənləşdirilmiş sanksiya isə qüsurlarla bağlı olmuşdur. Belə hal isə MM-in 465.2-ci maddəsinin təsiri dairəsinə düşür.

98. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, qanunverici tərəfindən dəbbə pulunun azaldılması bilavasitə məhkəmənin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, MM-in 467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bu zaman öhdəliyin yerinə yetirilməsilə bağlı tərəflərin davranışları, öhdəliyin yetirilməsi dərəcəsi, tərəflərin əmlak vəziyyətləri, kreditorun həm əmlak həm də bütün əsaslı (diqq ətəlayiq) mənafelərinin nəzərə alınması zəruridir.

99. Yuxarıda adı çəkilən müqavilələrdə isə sanksiya kimi məhz dəbbə pulu nəzərdə tutulduğundan hər müqavilə üzrə ödənilməsi tələb edilən cərimə məbləğlərinin məhkəmələr tərəfindən MM-467-ci maddəsinin tələbinə uyğun olaraq qiymətləndirilməklə müəyyənləşdirilməsi qanuni və əsaslı olmuşdur.

100. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, MM-də zərər və dəbbə pulunun ödənilməsilə bağlı kreditorun hər iki hüquqa malik olduğu hallarda onların uzlaşdırılması ilə bağlı qayda da mövcuddur. Belə ki, MM-in 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

101. Bununla belə, həmin maddəyə əsasən qanunda və müqaviləd ə zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına, dəbbə pulundan artıq zərərin tam məbləğdə tutulmasına, kreditorun seçiminə uyğun olaraq ya dəbbə pulunun ya da zərərin tutulmasına yol verilə bilər. Göründüyü kimi adıçəkilən maddənin məzmununda ümumilikdə dəbbə pulunun dörd növü mövcuddur və öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi müqavilə münasibətlərində tərəflərin razılığına əsasən onun konkret növü müəyyənləşdirilə bilər. O da nəzərə alınmalıdır ki, əvəzləşdirmə dəbbə pulu növündə ümumi mülki hüquqi sanksiya kimi zərərin ümumi məbləği dəbbə pulunun məbləğini də əhatə edir.

102. Zərərin deyil yalnız dəbbə pulu növündə dəbbə pulunun tutulması (müstəsna dəbbə pulu) kreditorun dəbbə pulundan əlavə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu tam şəkildə məhdudlaşdı rır.

103. Kumulyativ (cərimə) dəbbə pulu kreditor onun barəsində həm dəbbə pulunun, həm də dəymiş zərərin tam məbləğdə ödənilməsinin tələb etmək hüququnu tanıyır.

104. Alternativ dəbbə pulu növü isə kreditora dəbbə pulu və ya zərərin ödənilməsi ilə bağlı seçim hüququ səlahiyyətini verir.

105. Məhkəmə kollegiyası vurğulayır ki, zərər və dəbbə pulu ilə əlaqədar MM-in 461.1461.2.3-cü maddələrinə uyğun olmaqla dəbbə pulunun növlərinin məzmununun açılması qaydasında fərdiləşdirilmənin aparılması ilk növbədə hazırkı iş üzrə yuxarıda göstərilən müqavilələrin 8.2 və 8.3-cü bəndlərindəki nizamlamaların mahiyyətinin mülki hüquqi qiymətləndirilməsi üçün əhəmiyyətə malikdir.

106. Belə ki, müqavilələrin 8.2-ci bəndindəki sanksiya hüquqi təbiəti baxımından penya kimi dəbbə pulunu ehtiva etsə də, 8.3-cü bənddə sanksiya cərimədən əlavə alternativ kimi podratçının sifarişçinin razılığı ilə çatışmazlığı (qüsurları) öz hesabına aradan qaldıraraq əlavə olaraq qüsurun məbləğinin 2 mislində cərimə ödəməsinin də müəyyənləşdirilməsi belə qənaət formalışdırır ki, öhdəliyin pozulması halında podratçı barəsində 8.3-cü bəndin yuxarıda göstərilən alternativ sanksiyasının tətbiqi MM-in 466.2.1-ci maddəsinə görə dəbbə pulu növünün yəni zərərin deyil yalnız dəbbə pulunun tutulmasını ehtiva edir. Belə ki, qüsurların podratçının hesabına aradan qaldırılması artıq zərərin ödənilməsinə dəlalət etməklə kreditorun yalnız dəbbə pulunu tələb etmək hüququnun reallaşdırılmasına zəmin yaradır.

107. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, müqavilələrin 8.3-cü maddəsində alternativ sanksiyanın mövcudluğu bi rmənalı olaraq kreditorun zərərin deyil yalnız dəbbə pulunu tələb etmək hüququna malik olmağı kimi dəyərləndirə bilməz.

108. Belə ki, MM-nin 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Bu baxımdan qüsurların aradan qaldırılması heç də MM-nin 21-ci maddəsindəki nizamlama dairəsini tam əhatə etmir. Digər tərəfdən kreditorun hazırkı iş üzrə borclu tərəfindən qüsurların aradan qaldırılmasını zərərin ödənilməsi kimi qəbul etməklə ondan yalnız cərimə tələb etməsi hüququna malik olduğunu qəbul etsək belə, cərimənin bütövlükdə hər hansı azaldılmaya məruz qalmadan məhkəmə tərəfindən tam tutulmalı olması məhkəmənin vəzifəsi kimi müəyyənləşdirilə bilməz. Çünki bu vəziyyət məhkəmənin belə səlahiyyətini heçə endirməklə ümumilikdə bu cü r qaydanın nəzərdə tutulmadığı MM-in 467-ci maddəsinin inkarı ilə nəticələnərdi.

109. Əvvəldə də göstərildiyi kimi MM-in tələbləri baxımından müqavilə şərtləri tərəflərin iradəsinə uyğun olaraq həmin məcəlləsinin imperativ şərtləri nəzərdə saxlanılmaqla müstəqil və sərbəst müəyyənləşdirilir.

110. Hazırkı iş üzrə müqavilələrin təhlilindən belə qənaətə gəlinir ki, 8.4-cü bənddə podratçı barəsində 3-cü şəxslərə dəyən zərərə görə podratçının birbaşa məsuliyyət daşıdığı müəyyənləşdirilmiş, həmin müqavilələrin 8-ci bölməsinin sonuncu abzasında isə göstərilmişdir ki, bu müqavilə ilə əhatə olunmamış digər məsuliyyət həddləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

111. Göründüyü kimi müqavilələrin 8-ci bölməsinin sonuncu abzasında göstərilən müddəa (həmçinin müqavilələrin digər müddəalarında) zərərin ödənilməsinin tələb etmək hüququnu məhdudlaşdıran (istisna edən) qeyd-şərti nəzərdə tutmur. Bu isə iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun mövcudluğuna dəlalət edir.

112. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 mart tarixli 2-2(103)-296/2024 nömrəli qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

113. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

114. Göstərilənlərə və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA AL Dİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 mart tarixli 22(103)-296/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar