Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-422/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X6 cavabdeh X4 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-422/23 Açar sözlər: icarə müqaviləsi, icarə haqqı, təbii qazdan istifadəyə görə pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı X6 cavabdeh X4 qarşı “pul tələbi”nə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 mart tarixli 2-2(104)28/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2019-cu il 19 aprel tarixli icarə müqaviləsindən görünür ki, X1 rayonu Qaralar kəndində yerləşən ümumi sahəsi 4.7703 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 2.0 ha torpaq sahəsini kənd təsərrüfatı məhsullarını əkib-becərmək üçün X4 icarəyə verir. İcarə müddəti 2020-ci il 1 iyun tarixədək müəyyən edilir, onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. İcarəyə götürən icarəyə verənə aylıq 300 manat icarə haqqı ödəyir. Həmçinin kommunal xidmətləri (elektrik, qaz, su, istilik kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danış ıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir.
2. Abonentin 2020-ci il 15 sentyabr tarixdə tərtib edilmiş saldosundan görünür ki, Şəmkir rayonu Qaralar kəndində 2019-cu il 19 noyabr tarixdə quraşdırılmış 83047668 nömrəli sayğac üzrə abonent X6 2020-ci ilin avqust ayınadək 88.821,50 manat borcunun olması qeyd edilmişdir.
3. X3 2019-cu il 10 oktyabr tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Şəmkir rayonu Qaralar kəndi ərazisində yerləşən 2.0 ha istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkib-becərir. Həmin məhsulların becərilməsi üçün X10 ilə “Azəriqaz” İstehsalat Birliyi arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etmişdir. “Azəriqaz” X9 Mehdiyevin adına yaranmış 89.637,7 manat borcun 78.865 manat hissəsi X6 borcu olmu şdur. Həmin borcu ödəməyi öz öhdəsinə götürmüşdür. Yaranmış borc üzrə məhkəmə predmeti yaranarsa məsuliyyəti tam üzərinə götürməyi qeyd olunmuşdur.
4. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli e-2-2(115)42/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdehlər X10 və X4 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış 88.821,50 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X10 “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi, qaz tənzimləyicisinin sayğacdan əvvələ qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqa z” İstehsalat Birliyi tərəfindən artıq hesablanmış 88.821,50 manat məbləğində borcun silinməsi və qaz tənzimləyicisinin əvvəlki yerinə qaz sayğacından əvvələ qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə göndərərək, ümumi 189.857,30 manat borc məbləğinin 34.457 manat hissəsinin X5, 155.400,20 manat hissəsinin isə X2 tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və X7 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Qeyd edilən qətnamə ilə ilk iddia qismən təmin edilmiş, 34.457 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X5 iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulm ası, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Şəmkir rayonu Qaralar kəndində yerləşən X8 məxsus istixanaya aid qaz tənzimləyicisinin qaz sayğacından əvvələ quraşdırılmasının “Azəriqaz” İstehsalat Birliyinə həvalə edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
5. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 dekabr tarixli 2-2(104)-216/2021 saylı qətnaməsi ilə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli e-2-2(115)-42/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. X10 tərəfindən X4 ünvanlanmış pretenziya məktubundan görünür ki, tərəflər arasında 2019-cu il 19 aprel tarixdə bağlanmış ica rə müqavilə əsasən yaranmış icarə haqqı və 88.821,50 manat məbləğində istifadə olunan təbii qaz sərfiyyatı borcunu ödəməmişdir. 5.100 manat icarə haqqının və 88.821,50 manat məbləğində qaz sərfiyyatına görə yaranmış borcun ödənilməsini xahiş etmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
7. X10 (bundan sonra – “iddiaçı”) X4 (bundan sonra – “cavabdeh”) qarşı 2020-ci il 23 oktyabr tarixdə iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə 88.821,50 manat, icarə haqqı olaraq 5.100 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2019-cu il 19 aprel tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən Şəmkir rayonu Qaralar kəndində yerləşən iddiaçıya məxsus 4.7703 ha torpaq sahəsinin 2.0 ha hissəsi cavabdehə kənd təsərrüfatı məhsullarını əkib-becərmək üçün icarəyə verilmişdir. Müqavilə ilə icarə haqqı aylıq 300 manat müəyyən olunmuşdur. Həmçinin müqaviləyə əsasən cavabdeh icarəçi kimi öz təsərrüfatında istifadə etdiyi təbii qazın dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra – “Azəriqaz” İB”) ilə qazın alğı-satqısına dair müqavilə iddiaçı bağlandığından həm sonuncuya məxsus, həm də cavabdehə icarəyə verilmiş torpaq sahəsində olan istixanada istifadə edilən təbii qaz sərfiyy atına görə yaranmış borc iddiaçıdan tələb edilmişdir. İddiaçı həmin torpaq sahəsinə yerləşən sonuncuya məxsus istixanada sərf olunan təbii qazın dəyərini ödəmişdir. Yaranmış borc isə cavabdehin istifadə etdiyi təbii qaza görə yaranmışdır. Cavabdehə icarəyə verilmiş torpaq sahəsində istixana təşkil edilmiş və icarəyə götürüləndən həmin istixanada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmuşdur. Cavabdeh istifadə etmiş olduğu qaza görə yaranmış 88.821,50 manat borcun 78.865 manat məbləğində vəsaiti etiraf etmiş və bu barədə 2019-cu il 10 oktyabr tarixdə Gəncə şəhər 1 Saylı Notariat Kontorunda ərizə imzalamışdır. Lakin cavabdeh həmin borcu ödəməmişdir. Həmçinin cavabdeh hər ay nəzərdə tutulan icarə haqqını ödəməmiş və 5.100 manat məbləğində icarə haqqına dair borcu yaranmışdır.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 442, 700.1, 700.2-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
11. Daha sonra iddiaçı 2021-ci il 23 fevral tarixdə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən təbii qazdan istifadəyə görə 88.822,20 manat, icarə haqqı olaraq 6.600 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 95.452,20 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Həmçinin İddiaçı 2022-ci il 11 avqust tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlə iddiaçı arasında olan icarə müqaviləsinə əs asən cavabdehin təbii qazdan istifadəsinə görə yaranmış 155.400,40 manat borcun, icarə haqqı olaraq 7.200 manat pulun, eləcə də ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 12 avqust tarixli, e-2-2(115)16/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən icarə haqqı olaraq 7.200 manat pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – G.Quliyeva).
14. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında 2019-cu il 19 aprel tarixdə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinin müddəti 2020-ci il 1 iyun tarixədək müəyyən edilmiş və 2021-ci il 1 iyun tarixədək uzadılmışdır. Müqavilə üzrə cavabdeh iddiaçıya hər ay 300 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, “Azəriqaz” İB ilə iddiaçı arasında 2018-ci il 7 sentyabr tarixdə qazın alğı-satqısı müqaviləsi bağlanmış, “Azəriqaz” İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus Şəmkir rayonu Qaralar kəndində yerləşən istixananı keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Azəriqaz” İB yaranmış 155.400,40 manat borc məbləğini hazırkı iş üzrə iddiaçı X5 tələb etməmiş, sonuncu isə həmin məbləğini “Azəriqaz” İB-nə ödəməmişdir. İddiaçının qazdan istifadəyə görə cavabdehdən pul tələb etməsi o halda yaranmış olardı ki, həmin məbləğ cavabdeh tərəfindən “Azəriqaz” İB-nə ödənilsin, bununla əlaqədar iddiaçı maddi ziyana uğrasın, bu ziyana uğrama isə cavabdehin tərəflər arasında bağlanmış icarə müqaviləsinin tələblərini pozmasından qaynaqlanmış olsun. Lakin, iddiaçı tərəfindən həmin qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə iş materiallarında sübut olmamışdır. İddiaçı tərəfindən pul ödənilməmiş, bu zaman iddiaçının cavabdehdən tələb etmək hüququ yaranmamışdır. Belə ki, iddia tələbi göstərilən hissədə əsassız olmuşdur. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və həmin dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
16. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 700.1, 700.2, 706.1-ci maddələrinə, “İstehlakçıların müdafiəsi haqqında” Azərbaycan Respublikası 1995-ci il 19 sentyabr tarixli Qanununun 17-ci maddəsinə, “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 1.3, 5.2, 5.5, 5.6-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 5.1, 10-1.3, 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad etmişdir.
17. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdi r. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı 2022-ci il 28 oktyabr tarixdə vəsatətlə apellyasiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2- 2(102)-692/2022 saylı işə baxılıb yekun qərar çıxarılana və Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 dekabr tarixli qətnaməsində iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün hesab ediləcəyi təqdirdə həmin işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılanadək hazırkı işin icraatını dayandırılmasını xahiş etmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli qərardadı ilə vəsatət təmin olunmuşdur (sədrlik edən hakim – Ə.Abdullayev, hakimlər – A.İsgəndərova və R.Mamedov).
20. Gəncə Apellyasiya Məhkəməsi nin Kommersiya Kollegiyasının 2023-cü il 15 fevral tarixli, 2-2(104)-28/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir (sədrlik edən hakim – Ə.Abdullayev, hakimlər – A.İsgəndərova və R.Mamedov).
21. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 mart tarixli, 2-2(104)-28/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ə.Abdullayev, hakimlər – R.Mamedov və A.İsgəndərova).
22. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, “Azəriqaz” İB ilə iddiaçı arasında 2018-ci il 7 sentyabr tarixdə qazın alğı-satqısı müqaviləsi bağlanmış, “Azəriqaz” İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus Şə mkir rayonu Qaralar kəndində yerləşən istixananı keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 155.400,40 manat borcu “Azəriqaz” İB-nə ödəməmişdir. İddiaçının qazdan istifadəyə görə cavabdehdən pul tələb etməsi o halda yaranmış olacaqdır ki, həmin məbləğ iddiaçı tərəfindən “Azəriqaz” İB-nə ödənilsin, bununla əlaqədar iddiaçı maddi ziyana uğrasın, ziyana uğrama cavabdehin iddiaçı ilə arasında bağlanmış icarə müqaviləsinin tələblərinin pozulmasından qaynaqlansın. Lakin iddiaçı tərəfindən həmin qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə iş materiallarında sübut olmamışdır. İddiaçının cavabdeh dən təbii qazdan istifadəyə görə yaranmış borcu tələb etmək hüququ yaranmamışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə qətnamə mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətində göstərilənlər əsassız və formal mülahizələrdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün heç bir hüquqi əsas olmamışdır.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442-ci maddələrinə, “Qazdan istifadə qayda ları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 1.3, 5.2, 5.5, 5.6-cı bəndlərinə, MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 372.2, 372.6, 372.7, 384.0.1, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2023-cü il 10 aprel tarixdə iş üzrə tərəflərə göndərilmiş və poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, qətnamə 2023-cü il 25 aprel tarixdə iddiaçıya təqdim olunmuşdur.
25. İddiaçı 2023-cü il 19 may tarixdə kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlil ləri
26. Azərbaycan Respublikası Konstitusiyasının 24, 26, 60-cı maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən qətnamə qəbul olunarkən qeyd olunan maddələrinin tələblərinə riayət olunmamışdır.
27. MM-in 6.1.8, 17, 21, 356.1, 385.1, 442, 567, 601, 606, 606.4, 1091-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən cavabdehə məxsus olan istixanada sərf edilmiş təbii qazın dəyərinin ödənilməsini öz öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə düşən öhdəliyə əməl etməyərək nəticə etibarı ilə iddiaçıya maddi ziyan dəymişdir. Həmin müqavilədə iddiaçı cavabdehin istifadə etmiş olduğu təbii qazın mülkiyyətçisi kimi çıxış etmişdir. İddiaçı ilə “Azəriqaz” İB arasında təbii qazın alğı – satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Azəriqaz ” İB tərəfindən iddiaçıya verilən təbii qazın dəyəri nəzərdə tutulan sonrakı müddət ərzində ödənilməli olmuşdur. Belə olan halda alqı–satqı müqaviləsinin mülki qanunvericiliklə müəyyən edilən mahiyyətinə görə təbii qaz iddiaçıya verilən anda sonuncunun mülkiyyətinə keçmişdir.
28. Müqavilədə satılan təbii qaza mülkiyyət hüququnun saxlanılmasına dair qeyd şərt də mövcud olmamışdır. Lakin məhkəmənin iddiaçıya hər hansi ziyan dəyməməsi ilə bağlı gəldiyi nəticə yanlış olmuşdur. Həmçinin 2021-ci il 18 avqust tarixli Gəncə Kommersiya Məhkəməsinin və 2021-ci il 1 dekabr tarixli Gəncə Apellyasiya Məhkəməsinin qətnamələrindən görünür ki, “Azəriqaz” İB-ni cavabdeh tərəfindən istifadə edilən təbii qazın mülkiyyətçisi hesab etməmişdir. Məhkəmələr tərəfindən cavabdehin notarial qaydada təsdiq olunmuş ər izəsində iddiaçıya təbii qazdan istifadəyə görə 78.865 manat məbləğində borcunun olmasını etiraf etməsini belə nəzərə alınmamışdır.
29. MPM-in 14, 77, 81, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə qeyd olunan maddələrinin tələblərinə düzgün qiymət verməmiş, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İV. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
31. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlü kdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəl ik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhd əliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bə hərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....” “Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.” 35. ““Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. ÜMUMİ MÜDDƏALAR... 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onu nla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur....” “5. QAZİN DƏYƏRİNİN ÖDƏMƏ ŞƏRTLƏRİ... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz payla yıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir.... 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).”
36. Azərbay can Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.... 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hü quqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Vİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
37. MPM-in 416-cı maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
38. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
39. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçı ilə “Azəriqaz” İB arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinə əsasən təbii qaz iddiaçıya verilən anda onun mülkiyyətinə keçmiş, cavabdeh də məhz iddiaçı ilə “Azəriqaz” İB arasında bağlanmış müqaviləyə əsasən iddiaçının mülkiyyətinə verilmiş təbii qazdan istifadə etmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, MM-in 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu baxımdan “Azəriqaz” İB ilə iddiaçı arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən iddiaçının həmin müqavilə üzrə əldə etdiyi əmtəəyə onun mülkiyyət hüququ mövcuddur.
41. Bununla belə, o da qeyd edilməlidir ki, cavabdehlə iddiaçı arasında münasibətlər məhz icarə müqaviləsi əsasında (o cümlədən qazdan istifadə etmək və onun dəyərininin ödənilməsi) yaranmışdır. Belə olan təqdirdə tərəflər arasında yaranan münasibətin özülünü əşya deyil, öhdəlik hüquq münasibətləri təşkil edir.
42. Hazırkı halda işdən görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində tərəflər arasında 2019-cu il 19 aprel tarixli icarə m üqaviləsi bağlanmış, həmin müqavilənin 12-ci bəndində kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqlarının “icarəçi” tərəfindən ödənilməsi müəyyən edilmişdir. Bu baxımdan icarəçinin həmin ödənişlərlə bağlı öhdəliyi, icarəyə verənin isə həmin öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
43. Digər tərəfdən, həmin müqavilədə icarəyə götürənin qazdan istifadə haqqının icarəyə verənə ödəməsi vəzifəsinin qaz sərfiyyatı ilə əlaqədar ödənişlərin yalnız icarəçi tərəfindən yerinə yetirilməsi halından asılı edilməsi şərtinin mövcudluğu müəyyən olunmur.
44. Bundan başqa, cavabdeh “Azəriqaz” İB-yə ərizə ilə müraciət edərək Şəmkir rayonu Qaral ar kəndi ərazisində yerləşən 2 hektar istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkib becərdiyini, həmin məhsulların becərilməsi üçün iddiaçı ilə “Azəriqaz” İB arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etdiyini və iddiaçının adına yaranmış 89.637,7 manat borcun 78.865 manat hissəsinin onun borcu olduğunu bildirmiş və cavabdeh həmin borcu ödəməyi öz öhdəsinə götürmüşdür. Bu isə, hüquqi cəhətdən faktiki olaraq MM-in 882-ci maddəsinin müddəası baxımından birtərəfli əqddir.
45. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, iş materiallarında mülkiyyətçi iddiaçı ilə icarəçi cavabdeh arasında 2019-cu il dekabr ayından 2020ci ilin 5 may tarixinədək və 2020-ci ilin noyabr ayından 2021-ci il 1 may tarixədək qaz sərfiyyarı ilə bağlı aktlar (İ cild, iş.v110,111) da mövcudd ur və həmin aktlarda müvafiq dövrlər üzrə sərfiyyatlar imzalarla təsdiq olunmuşdur.
46. Həmçinin, iş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli, e-2-2(115)-42/2021 saylı qətnaməsindən görünür ki, “Azəriqaz” İB ümumi borcun 34.457 manat hissəsinin cavabdeh A.Mehdiyevdən, 155.400,20 manat hissəsinin isə cavabdeh S.Talıbovadan tutulmasına dair ilk iddia tələbi ilə çıxış etmiş, həmin qətnamə ilə ilk iddia tələbi qismən – Azər Mehdiyevdən 34.457 manat borcun İB-nin xeyrinə tutulması hissəsində təmin edilmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, MM-in 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hər fi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-in 404.1, 404.2-ci maddələri).
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi MM-in 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə onlar arasında yaranmış mülki hüquqi münasibətlərin xarakterini, məzmununu, onların iradə ifadələrinin həqiqi mənasını, habelə işin bütün müvafiq hallarını, o cümlədən onlar arasında yaranmış şəxsi münasibətləri, bu münasibətlər yaranarkən onlar arasında olan danışıqları, yazışmaları və onların son rakı hərəkətlərini nəzərə almadan, yalnız iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə sübutların olmamasına əsaslanmışdır.
49. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzr ə 28 dekabr 2011-ci il tarixli Qərarı).
50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.
51. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
52. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
53. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə tam təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2- 2(103)-806/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. İşin yenidən baxılması zamanı tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin həqiqi xarakteri müəyyən olunmaqla və həmin münasibətlərə tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq olunmaqla iş üzrə tam və obyektiv nəticəyə gəlinməlidir.
54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı t ərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 mart tarixli, 2-2(104)-28/2023 nömrəli qətnaməsi qismən - "təbii qazdan istifadəyə görə yaranmış 155.400,40 manat borcun cavabdehdən alınıb iddiaçıya verilməsinin təmin edilməməsi" hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin.