Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-424/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 aprel tarixli 22(103)-322/2023 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdı r. I. İŞİN HALLARİ
1. İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış 2017-ci il 2 fevral tarixli 16-NWCNGA-463 nömrəli subpodrat müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı MMC-nin tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə metal konstruksiya işlərini yerinə yetirməyi, işi başa çatdırmağı və tam hazır vəziyyətdə təhvil verməyi, İddiaçı MMC isə "xxxx" ASC-nin gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür.
2. Tərəflər arasında bağlanmış 2017-ci il 2 fevral tarixli subpodrat müqaviləsi üzrə 2017-ci il 23 fevral tarixdə İddiaçı MMC "xxxx" ASC-nin hesabına 600.000 manat məbləğində vəsait köçürmüş, lakin təxminən bir ildən sonra müqavilə münasibətlərinə xitam verildiyinə görə tərəflərin arasında 2018-ci il 10 aprel tarixli ra zılaşma protokolu imzalanmışdır. Həmin razılaşmaya əsasən subpodratçı ilkin ödənilmiş pul vəsaitindən 500.000 manat məbləğində vəsaitin (100.000 manat məbləğində vəsait güzəşt edilmişdir) podratçıya aşağıdakı qaydada: 1) 100.000 manat – 2018-ci il 7 iyun tarixədək; 2) 100.000 manat – 2018-ci il 7 iyul tarixədək; 3) 100.000 manat – 2018-ci il 7 avqust tarixədək, 4) 100.000 manat – 2018-ci il 7 sentyabr tarixədək; 5) 100.000 manat – 2018-ci il 7 oktyabr tarixədək qaytarılması öhdəliyini götürmüşdür. 3. "xxxx" ASC İddiaçı MMC-yə 2018-ci il 15 oktyabr tarixli ödəniş tapşırığına əsasən 100.000 manat, 2018-ci il 23 noyabr tarixli ödəniş tapşırığına əsasən 50.000 manat və 2019-cu il 27 fevral tarixli ödəniş tapşırığına əsasən 50.000 manat məbləğində ödəniş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranmış 300.000 manat borc məbləğinin və həmin məbləğin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda göstərilən hallarına (bax yuxarıda § 1-3) istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh 2017-ci il 23 fevral tarixli razılaşma protokolunun şərtlərinə əməl etməyərək, bu günədək iddiaçıya yalnız 200.000 manat məbləğində vəsait geri qaytarmışdır. Qalan 300.000 manat məbləğində borcun geri qaytarılması üzrə cavabdehin öhdəliyinin icrası uzun müddətdir ki, əsassız olaraq gecikdirilmişdir. İddiaçı dəfələrlə cavabdeh təşkilatın rəhbərliyi ilə görüşüb bu mübahisəni danışıqlar yolu ilə həll etməyə çalışmasına baxmayaraq, iddiaçının əsaslı tələbləri təmin edilməmişdir. Həmçinin mübahisənin pretenziya qaydasında həll edilməsi üçün cavabdehə müvafiq pretenziyalar da göndərilmiş, lakin həmin pretenziya məktubularına da əsaslandırılmış cavab verilməmiş və öhdəliyin icrası istiqamətində hər hansı əməli addımlar atılmamışdır.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385, 386.1, 442, 443.1, 445.1, 448, 449.1-ci maddələrinə istinad edilmişdir.
7. Cavabdeh “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı ərizə təqdim edərək, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə bildirmişdir ki, iddiaçı və cavabdeh arasında 2018-ci il 10 aprel tarixdə “Razılaşma protokolu” imzalanmışdır. İddiaçıya geri ödənilməli olan 600.000 manat ümumi məbləğdən, cavabdehə 100.000 manat güzəşt edilmişdir. Razılaşma Protokoluna müvafiq olaraq cavabdeh 2018-ci il 15 oktyabr taixdə 100.000 manat, 2018-ci il 23 noyabr tarixdə 50.000 manat və 2019-cu il 27 fevral tarixdə ödənişlər etmişdir. İddiaçı tərəfindən cavabdehə razılaşma protokolu üzrə öhdəliklərinin icrası tələbi ilə 2020-ci il 9 iyul, 2020-ci il 21 oktyabr, 2021-ci il 19 yanvar, 2022-ci il 7 sentyabr (onlayn kargüzarlıq vasitəsilə) tarixlərində rəsmi pretenziya mək tubları, 2022-ci il 8 sentyabr tarixində isə “Mediasiya prosesinin tətbiqi barədə təklif” göndərilmişdir. Cavabdeh pretenziya məktublarını şifahi cavablayaraq, pandemiyaya istinad etmiş və maddi çətinliklərinin olduğunu bildirərək ödəniş üçün əlavə möhlət istəmişdir. Məlum olduğu kimi, 2020-2021-ci illərdə COVİD-19 pandemiyasının pik həddə olduğu dövrdə bütün dünyada, eləcə də Azərbaycan Respublikasında sərt karantin rejimi tətbiq edildiyindən, bütün biznes subyektlərində olduğu kimi iddiaçının da, həmçinin dövlət və məhkəmə orqanlarının fəaliyyəti əhəmiyyətli şəkildə məhdudlaşdırılmışdır. Bu və digər sadalanan amillər (məsul şəxslərin koronavirusa yoluxması halları da daxil) həmin dövrdə borc tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsinə əngəl törətmişdir. Buna baxmayaraq y uxarıda artıq qeyd edildiyi kimi iddiaçı tərəfindən cavabdehə həmin dövrdə borc tələbi ilə, dörd pretenziya məktubu, son ikisi 2021-ci il 19 yanvar və 2022-ci il 7 sentyabr tarixlərində göndərilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 dekabr tarixli e-2-2(113)-6210/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – E.Əliyev)
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh axırıncı ödənişi 2019-cu il 27 fevral tarixdə etmiş, iddiaçı isə 300.000 manat borc məbləğinin və həmin məbləğin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanması tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə 2022-ci il 14 oktyabr tarixdə müraciət edərək iddia ərizəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 3 illik idd ia müddətini ötürmüşdür. Odur ki, iddiaçının cavabdehə qarşı yaranmış 300.000 manat borc məbləğinin və həmin məbləğin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilməlidir.
11. Məhkəmə öz mövqeyini MM-in 373.2, 377.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. İddiaçı 2023-cü il 25 yanvar tarixində apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 aprel tarixli 2-2(103)-322/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında 2018-ci il 10 aprel tarixli razılaşma protokolunun imzalanması və həmin razılaşma üzrə cavabdehin iddiaçıya qalıq borcunun 300.000 manat təşkil etməsi işin mübahisəsiz halıdır. Eyni zamanda, həmin razılaşma protokolu mahiyyət etibarı ilə mövcud borcun etirafı haqqında müqavilədir və iddiaçı MM-in 882.1-ci maddəsinə əsasən ödənilməyən 300.000 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlı hesab edilə bilər, çünki cavabdeh həmin borcu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdi r.
15. Bununla yanaşı kollegiya hesab etmişdir ki, iddia təmin edilə bilməz. Belə ki, həmin razılaşma protokolu üzrə cavabdehin sonuncu ödənişi 2019-cu il 27 fevral tarixdə etməsi işin mübahisəsiz halıdır və iddia müddətinin axımı da həmin tarixdən başlanmışdır. Hazırkı iddia ərizəsi isə 2022-ci il 14 oktyabr tarixdə, yəni son ödəniş tarixindən hesablandıqda 3 il 7 ay 15 gün keçdikdən sonra verilmişdir. Halbuki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi iddiaçı tərəfindən həmin maddədə göstərilən 3 illik iddia müddəti ötürülmüşdür.
16. Eyni zamanda, hazırkı işdə iddia müddətinin axımının kəsilməsi halı da müəyyən edilmir. İddiaçı bununla bağlı sübutları təqdim etməmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktublarının göndərilməsi isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmamışdır, çünki MM-in 380.1-ci maddəsi kreditor tərəfindən deyil, borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi halında iddia müddətinin axımının kəsilməsini müəyyən etmişdir.
17. İddiaçının istinad etdiyi hallar, yəni COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə elan edilmiş xüsusi karantin rejiminin tətbiqinin iddia müddətinin axımının dayandırılmasına səbəb olması barədə dəlillər isə əsassızdır. Belə ki, MM-in 379.3-cü maddəsinin məzmunundan da göründüyü kimi iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
18. Hazırkı işdə iddia müddətinin son altı ayı isə 2019-cu il 27 fevral tarixdən hesablanmaqla 2021-ci il 27 avqust - 2022-ci il 27 fevral tarixi aralığına düşür. Həmin tarixlərdə isə koronavirus infeksiyası ilə bağlı ölkədə sərt karantin rejimi tətbiq edilməmişdir. Çünki sərt karantin rejimi əsasən 2020-ci ildə və 2021-ci ilin əvvəllərində tətbiq edilmişdir.
19. Bundan əlavə, iddia müddətinin son altı ayı ərzində ölkədə xüsusi karantin rejimi tətbiq edilsə də, məhkəmələrin fəaliyyəti davam etmiş və vətəndaşların məhkəməyə müraciət etməsi ilə bağlı hər hansı maneə mövcud olmamışdır. Həmin xüsusi karantin rejimi hazırda da davam edir.
20. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3-cü maddəsinin tələblərindən göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, iddia əriz ələrinin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir.
21. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Yəni ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi qəbul edilsə belə, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iddia irəli sürmək imkanına malik olmuşdur. Göründüyü kimi, hazırkı işdə iddiaçının istinad etdiyi kimi iddia müddətinin axımının dayandırılmasına əsas olan hallar baş verməmişdir.
22. Apellasiya məhkəməsi gəldiyi nəticəni MM-in 373.2, 379.1, 379.3, 380.1, 882.1-ci, MPM-in 10-1.3, 77.1-ci maddələrinə istinad et məklə əsaslandırmışdır.
23. Həmin qətnamə 2023-cü il 20 aprel tarixdə tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
24. İddiaçı 2023-cü il 20 iyun tarixində kassasiya şikayəti verməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, MM-in 379-cu maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 aprel tarixli 171 saylı, 2023-cü il 19 aprel tarixli 124 saylı qərarlarının tələbləri pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə ədalətli olmamış, iddiaçının hüquqlarını pozan qətnamə qəbul edilmişdir. İşin mahiyyətinə münasibətdə qətnamə q əbul edilərkən mülahizələrə yol verilmişdir. Qətnamə qəbul edilərkən, iddiaçının istinad etdiyi “Xüsusi Karantin Rejimi”nin mövcudluğuna səthi yanaşılmış, halbuki, işin hallarına təsir edən əsas amillərdən biri də bu olmuşdur.
26. Məhkəmə qətnamə qəbul edərkən, iddiaçının iddia müddəti ilə bağlı mövqeyini qətnamədə əks etdirsə də, Azərbaycan Nazilər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş xüsusi karantin rejimini iddia müddətinin axımının dayanması üçün kifayət qədər əsaslı qəbul etməmiş, məsələyə səthi yanaşaraq, “sərt karantin rejimi”, “fövqəladə hal” anlayışlarının mahiyyətinə varmadan ədalətsiz qərar qəbul etmişdir.
27. MPM-in 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə qətnamə qəbul edərkən, fövqəladə hal barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarl arını doğru tətbiq etməmiş, qiymətləndirməmiş və bununla da əsassız nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə karantin və sərt karantin rejiminə qarşısıalınmaz qüvvə prizmasından baxdıqda fərqli yanaşmalar sərgiləmiş və öz mülahizəsi ilə xüsusi karantin rejimi çərçivəsində “sərt karantin rejimi tətbiq edilmirdi” deməklə qarşısıalınmaz qüvvənin olmaması qənaətinə gəlmişdir. Bu isə ədalətsiz qərar qəbul edilməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu M PM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikas ı aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
379. İddia müddəti axımının dayandırılması 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti t ənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.... 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hə r hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir....”
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri ba rədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veri lməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 aprel tarixli 2-2(103)-322/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
35. İddiaçının kassasiya şikayətinin əsas dəlili bundan ibarət olmuşdur ki, iddia müddətinin ötürülməsi ölkədə “Xüsusi karantin rejimi”nin tətbiq edi lməsi ilə bağlı olmuş, işə baxmış məhkəmələr tərəfindən isə bu hala düzgün hüquqi qiymət verilməmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi “ölkədə elan edilmiş “Xüsusi karantin rejimi”nin tətbiqi ilə bağlı” dəlillərinə qiymət verərkən qeyd etmişdir ki, hazırkı işdə iddia müddətinin son altı ayı 2021-ci il 27 avqust - 2022-ci il 27 fevral tarixləri aralığına düşməklə, həmin tarixlərdə xüsusi karantin rejimi tətbiq edilsə də, məhkəmələrin fəaliyyəti davam etmiş və vətəndaşların məhkəməyə müraciət etməsi ilə bağlı hər hansı maneə mövcud olmamışdır. Həmin xüsusi karantin rejimi hazırda da davam edir. Həmçinin ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi qəbul edilsə belə, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə m əhkəməyə müraciət edərək iddia irəli sürmək imkanına malik olmuşdur.
37. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qiymətləndirməsi ilə razılaşaraq, iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, işin mübahisələndirilməyən halına görə tərəflər arasında imzalanmış 2018-ci il 10 aprel tarixli razılaşma protokolu üzrə cavabdeh tərəfindən sonuncu ödəniş 2019-cu il 27 fevral tarixdə həyata keçirilmişdir. İddiaçı isə 2022-ci il 14 oktyabr tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə üç illik iddia müddətinin ötürülməsi aşkardır. Xüsusi karantin rejiminin tətbiqi isə, apellyasiya məhkəməsinin qeyd etdiyi kimi, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılan e lektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək imkanını məhdudlaşdırmamışdır.
38. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 aprel tarixli 2-2(103)-322/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyas ının 2023-cü il 11 aprel tarixli 22(103)-322/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.