Məhkəmə qərarları › İş №2-2(102)-425/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-425/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-425/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəlik anlayışı, yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər X2 və X3dan ibarət tərkibdə, iddiaçının cavabdehə qarşı “elektron qaiməyə əsasən pul” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 21 fevral tarixli 2-2(108)-4/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Naxçıvan şəhəri, Heydər Əliyev p rospektində yerləşən 44 mənzilli yaşayış binasının alüminium şüşəli fasad işlərinin görülməsi haqqında 2021-ci il 3 dekabr tarixli müqaviləyə əsasən, Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi ilə X4 arasında podrat müqaviləsi bağlanmış, Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi sifarişçi qismində, X4 isə podratçı qismində çıxış etmiş və sifarişçi ilə razılaşma əsasında podratçı tərəfindən görüləcək işlərin ümumi dəyəri 1.147.972,98 manat təşkil etmişdir. 2. 2021-ci il 3 dekabr tarixli Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 44 mənzilli yaşayış binasının alüminyum şüşəli fasad işlərinin görülməsi “Smetası”na əsasən (1 saylı əlavə), görülən işlərin ümumi dəyəri 1.147.972,98 manatdır. 3. 2023-cü il 6 iyun tarixli “Akt”a əsasən, ti kinti obyektinə baxış keçirilən zaman müqavilədə qeyd olunan 1.072,79 m2 alüminium pəncərə və 1.019,15 m2 6 mm şəffaf temperli şüşə iş həcmlərindən 969,7 m2 alüminium pəncərə və 921,2 m2 6 mm şəffaf temperli şüşə quraşdırıldığı aydın olmuşdur. 4. 2023-cü il 6 iyun tarixli “Akt”a əsasən, Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 44 mənzilli yaşayış binasının alüminyum şüşəli fasad işlərinin görülməsi üçün 2021-ci il 3 dekabr tarixli müqaviləyə əsasən ƏDV daxil 1.147.972,98 manat dəyərində müqavilə bağlanmış, X3 bağlanmış müqavilə əsasında 573.986 manat avans olmaqla cəmi 918.377 manat vəsait ödənişi həyata keçirilmişdir. Obyektə baxış keçirilən zaman müqavilədə 1.268,4 m2 alüminyum pəncərə və 1.204,98 m2 6 mm şəffaf temperli şüşə qeyd olunmağına baxmayaraq 1.346,01 m2 alüminium p əncərə və 1.278,7 m2 6 mm şəffaf temperli şüşə quraşdırıldığı müəyyən edilmişdir. 5. 2023-cü il 6 iyun tarixli “Akt”a əsasən, Naxçıvan şəhəri, Heydər Məscidi binasının alüminyum şüşəli fasad işlərinin görülməsi üçün Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi ilə X4 arasında 2021-ci il 8 sentyabr tarixli, ƏDV daxil 595.920,34 manat dəyərində müqavilə bağlanmış, müqavilə əsasında X3 avans olaraq 297.960 manat və 2022-ci il 19 may tarixində 178.776 manat vəsait ödənilmiş, obyektə baxış keçirilən zaman müqavilədə qeyd olunan 1.072,79 m2 alüminium pəncərə və 1.019,15 m2 6 mm şəffaf temperli şüşə iş həcmlərindən 969,7 m2 alüminium pəncərə və 921,2 m2 6 mm şəffaf temperli şüşə quraşdırıldığı aydın olmuşdur. 6. 2023-cü il 22 avqust tarixli, 579095 saylı malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməyə əsasən, X4 tərəfindən Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə 230.037,15 dəyərində işlər təqdim edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 2024-cü il 22 iyul tarixində cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 2023-cü il 22 avqust tarixli 579095 saylı elektron qaiməyə əsasən 230.037,16 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 520 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2021-ci il 3 dekabr tarixli müqaviləyə əsasən, Naxçıvan şəhərində yerləşən 44 mənzilli yaşayış binasının alüm inium şüşəli fasad işlərinin görülməsi razılaşdırılmış, müqavilənin 2.1-ci bəndinə uyğun olaraq 1.147.972,98 manatlıq iş öhdəliyi götürülmüşdür. İşlər artıq həcmdə yerinə yetirildikdən sonra 2023-cü il 6 iyun tarixli aktlarla təsdiqlənmiş, müqavilənin 3.1.1 və 3.1.2 bəndlərinə uyğun olaraq ümumi məbləğin 80%-i ödənilmiş, lakin ƏDV ilə birlikdə 230.037,16 manatlıq son 20% bu günədək ödənilməmişdir. İddiaçı 2023-cü il 22 avqust tarixli 579095 saylı elektron qaiməyə əsasən göstərilən məbləğin ödənilməsi üçün cavabdehə pretenziya təqdim etmiş, lakin cavabdeh 2024-cü il 23 may tarixli cavab məktubu ilə həmin məbləğin dövlət büdcəsindən ödənilməsinin mümkün olmadığını bildirmişdir.

9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il 3 dekabr tarixli müqavilə əsasında görülən işlərin maliyyələşdirilməsi dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına aparılır və tərəflərin qarşılıqlı öhdəlikləri qanunvericiliklə tənzimlənir. Lakin iddiaçı tərəfindən təqdim olunan iddia tələbinin icra olunmaması cavabdehin müqavilə öhdəliklərindən yayınması ilə deyil, obyektin hüquqi statusu və dövlət vəsaitlərinin təyinatı üzrə istifadə olunması ilə bağlı yaranmış hüquqi maneələrlə bağlıdır. Belə ki, Naxçıvan MR Nazirlər Kabinetinin 2023-cü il 3 may tarixli 40s nömrəli sərəncamı ilə yaradılmış komissiyanın 2023-cü il 10 iyul tarixli arayışına əsasən, nəzərdə tutulan obyekt 44 mənzilli yaşayış binası ilkin layihədə "Naxçıvan şəhər prospektində abadlıq işləri" adı ilə təqdim edilsə də, sonradan “özəl obyekt” kimi inşa edilmiş və bu səbəbdən həmin işlərə dövlət vəsaitinin ayrılması məqsədəuyğun hesab edilməmişdir. Komissiya müəyyən etmişdir ki, obyektin tikinti layihəsi üzrə müvafiq smeta sənədləri və ekspertiza rəyləri təqdim olunmadığından Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsinin tələbləri yerinə yetirilməmişdir. Bu səbəbdən cavabdeh qurum iddiaçının tələb etdiyi 230.037,16 manat və 520 manat dövlət rüsumunun ödənilməsinin hüquqi və maliyyə əsaslarının olmadığını bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir.

10. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2024-cü il 25 oktyabr tarixli, e-2-2(123)-427/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – E.Salmanov).

11. Məhkəmə qeyd etmişdir ki, tərəflər aralarında podrat müqaviləsi bağlayaraq üzərilərinə öhdəlik götürmüşdür. Müqavilədən irəli gəl ən müvafiq addımlar ataraq podratçı, yəni iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, sifarişçi, yəni cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək işlərə görə ödənilməli olan müqavilə ilə razılaşdırılmış məbləğin qalıq borcunu ödəməmişdir. Cavabdehin nümayəndəsinin izahından tərəflər arasında müqavilədən irəli gələn münasibətin və həmin münasibətdən irəli gələn qalıq borcunun olduğu müəyyən olunur.

12. Həmçinin cavabdehin nümayəndəsinin izahında öhdəliklərin yerinə yetirilməməsi səbəbi kimi vəsaitin dövlət müəssisəsi üçün deyil, özəl bir obyekt üçün istifadə olunmasını qeyd etmişdir. Etiraz ərizəsində də dövlət vəsaitinin özəl obyektin inşasına sərf edildiyini, dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi səbəbindən cavabdeh tərəfindən iddia tələbinin yerinə yetirilmə sinin mümkünsüz hesab edildiyini bildirmişdir.

13. Lakin cavabdeh tərəfin qalıq borcunu ödənilməməsinin əsası kimi istinad etdiyi bu hal müqavilədən irəli gələn, onun üzərinə qoyulmuş öhdəliyini icra etməkdən, yəni qalıq borcunu ödəməkdən azad etmir. Həmçinin cavabdehin nümayəndəsinin göstərdiyi bu halı və digər etirazında və izahatında bildirdikləri barədə, onları təsdiq edəcək sübutlar təqdim etməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 324.1, 324.2, 385.1, 386.1, 389.1, 389.2, 389.3, 752.1, 753.1, 769-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 2006-cı il 31 may tarixli Qərarına, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 1 00-cü maddəsinin 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bunda sonra – “MPM”) 14.2, 76.1, 76.2, 77.1, 81, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025ci il 21 fevral tarixli 2-2(108)-4/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Quliyev, hakimlər – S.Bəylərli və S.Qarayev).

17. Məhkəmə apellyasiya şikayətinin mübahisələndirilən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər əsasında qanunvericiliyin tələblərinə əsasən dövlət vəsaitinin özəl tikinti obyektlərində tikinti işlərinin aparılması, mal və avadanlıqların alınması, xidmət göstərilməsi və digər məqsədlərlə istifadə edilməsi cavabdehin 2012-2022-ci illər ərzində fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan maliyyə-təftiş yoxlamalarının nəticələrinə dair yekun sənəddə qanunsuz hesab edilərək hüquqi məsuliyyət yaratdığının təsbit edilməsi və sənədlərin araşdırılması üçün prokurorluq orqanlarına göndərilməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, şikayətdə göstərilən hallarla bağlı məlumat əldə etmək üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə sorğular gön dərilmişdir.

18. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 2025-ci il 19 fevral tarixində məktub daxil olmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair xüsusatla əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaq olunan cinayət işləri çərçivəsində hər hansı cinayət təqibi aparılmır.

19. Məhkəmənin Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna göndərdiyi sorğuya cavab olaraq 2025-ci il 30 yanvar tarixində daxil olmuş məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidməti tərəfindən cavabdehin 2021-2022-ci illər ərzində fəaliyyəti ilə bağlı maliyyə-təftiş yoxlamaları aparılmasına dair materiallar Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqa nlarına daxil olmamışdır.

20. Həmçinin məhkəmənin Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə göndərdiyi sorğuya cavab olaraq Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsindən 2025-ci il 15 yanvar tarixində 2024-cü il 29 dekabr tarixli 1(109)-23/2024 nömrəli hökm daxil olmuşdur. Məhkəmə tərəfindən həmin hökmə nəzər yetirdikdə aydın olmuşdur ki, hökmdə “..... Rüstəmov Hicran Yaqub oğlunun 2018-ci ilin iyun ayından 21 noyabr 2022-ci il tarixədək olan dövr ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə.................., eləcə də Naxçıvan Muxtar Respublikasının ərazisində küçələrin, qəsəbələrin və digər ictimai iaşə obyektlərinin abadlaşdırılması, təmir və tikintisi işlərinin görülməsi üçün ayrılmış 104.090.867,69 manat məbləğində pul vəsaiti hesabına digər şəxslər üçün 10 ədəd mağaza, hotellər, tələbə evi, yaşayış binaları, fərdi qazanxanalar, yanacaqdoldurma stansiyaları, bağlar, istirahət mərkəzləri və digər özəl obyektlərdə təmirtikinti, abadlıq və quraşdırma işlərinin görülməsini təşkil edərək, ümumilikdə dövlət büdcəsinə məxsus 245.126.590,00 manat məbləğində xüsusilə külli miqdarda pul vəsaitini vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə qəsdən taladığı” da qeyd olunmaqla H.Y.Rüstəmov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsilə təqsirli bilinmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, hökmdə göstərilən xüsusat cavabdehin risk dairəsinə aid olduğundan iddiaçı ilə olan müqavilə münasibətlərinə təsir etmir.

22. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 3 may tarixli 40s nömrəli Sərəncamı ilə Komitənin sifarişi əsasında 2022-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilmiş, lakin dəyəri ödənilməmiş tikinti-quraşdırma işlərinin, avadanlıq, mal-material və xidmətlərin dəyərinin ödənilməsi məqsədilə yaradılmış Komissiya tərəfindən aparılan araşdırmaların nəticələri barədə hazırlanmış Arayışa əsasən Naxçıvan şəhəri, Heydər Əliyev prospektində abadlıq işləri adı altında obyektin təyinatının dəyişdirilərək qanunsuz olaraq 44 mənzilli yaşayış binası özəl obyektdə tikinti işlərinə dövlət büdcəsi hesabına maliyyə vəsaitlərinin ayrılmasının qanunsuz olduğunun müəyyən edilməsi dəlilinə münasibətdə də bildirmişdir ki, cavabdeh tərəfin qalıq borcunun ödənilm əməsinin əsası kimi istinad etdiyi hallar onu müqavilədən irəli gələn, onun üzərinə qoyulmuş öhdəliyi icra etmək vəzifəsindən azad etmir.

23. Məhkəmə cavabdeh tərəfin əqdin etibarsızlığı ilə bağlı iddialarını, o cümlədən MMin 339.1-ci maddəsində göstərilən aldatma, hədə, zorakılıq, ağır vəziyyətdən istifadə və pis niyyətli razılaşma hallarına əsaslanaraq əqdin etibarsız sayılması barədə arqumentlərini əsassız hesab etmişdir. Qeyd olunmuşdur ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 10.1-ci maddəsinə istinad edilməsi də bu iddianı əsaslandırmır.

24. Həmçinin məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına is tinadən qeyd etmişdir ki, cavabdeh tərəfin əqdin etibarsızlığı ilə bağlı dəlilləri əsassızdır.

25. Həmçinin apellyasiya şikayətində qeyd olunan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər tikinti obyekti dövlət vəsaiti hesabına maliyyələşdirilirsə, onda tikinti layihəsinin tərkibi kimi smeta bölməsi hazırlanmalıdır ki, iş materiallarında bu sənədlərin aşkar edilməməsi, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən büdcə təşkilatlarının həmin vəsaitlərdən istifadə haqqında müvafiq icra hakimiyyəti orqanlarına, habelə Azərbaycan Respublikasının Hesablama Palatasına hesabatların verilməsi, bu qanuna və digər hüquqi aktlara əsasən tələb olunan dövlət vəsaitinin Komitə tərəfindən ödənilməsinin hüquqi məsuliyyət yaratması dəlilinə kollegiya hüquqi məsuliyyətlə bağlı məsələ kommersiya mübahisəsinə dair iş üzrə icraatın predmeti olmadığından hər hansı münasibət bildirmir.

26. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri 27. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 83-cü maddəsi üzrə - Əgər tikinti obyekti dövlət vəsaiti hesabına maliyyələşdirilirsə onda tikinti layihəsinin tərkibi kimi smeta bölməsi hazırlanmalıdır ki, məhkəmə iş materiallarında bu sənədlər aşkar edilmir. 28. “Büdcə sistemi haqqında” Qanunun 18.3-1-ci maddəsi üzrə - Büdcə təşkilatları həmin vəsaitlərdən istifadə haqqında müvafiq icra hakimiyyəti orqanlarına, habelə Azərbayca n Respublikasının Hesablama Palatasına hesabatlar verir. Bu qanuna və digər hüquqi aktlara əsasən tələb olunan dövlət vəsaitinin Komitə tərəfindən ödənilməsi hüquqi məsuliyyət yaradır.

29. Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə - Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə həmin qanunla müəyyən edilmiş cinayət məsuliyyətinin yaranmasına əsasdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli, 4 saylı Qərarı üzrə - Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qoru nan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 4-cü hissəsinə əsasən cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz.

31. Bundan başqa cavabdeh kassasiya şikayətində MM-in 339-cu və MPM-in 14-cü maddələrinə istinad etmişdir.

32. Həmçinin kassasiya şikayətinin “Digər məsələlər” bölməsində qeyd olunmuşdur ki, MM-in 339-cu maddəsi ilə müəyyən edilən hakimiyyətdən sui-istifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə r azılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsız hesab edilməsi müəyyən edilir. Belə ki, hakimiyyətdən sui-istifadə edilməklə qanunsuz olaraq maddi və sair nemətlərin əldə edilməsi "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən korrupsiya hüquqpozmalarına daxil edilir. Bu Qanunun 10.1-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Mübahisələndirilən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər əsasında qanunvericiliyin tələblərinə əsasən dövlət vəsaitinin özəl tikinti obyektlərində tikinti işlərinin aparılması, mal və avadanlıqların alınması, xidmət göstərilməsi və digər məqsədlərlə istifadə e dilməsi Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2012-2022-ci illər ərzində fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan maliyyə-təftiş yoxlamalarının nəticələrinə dair yekun sənəddə qanunsuz hesab edilərək hüquqi məsuliyyət yaratdığı təsbit edilmiş və sənədlər araşdırılması üçün prokurorluq orqanlarına göndərilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2023-cu il 3 may tarixli 40s nömrəli Sərəncamı ilə Komitənin sifarişi əsasında 2022-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilmiş, lakin dəyəri ödənilməmiş tikinti-quraşdırma işlərinin, avadanlıq, mal-material və xidmətlərin dəyərinin ödənilməsi məqsədilə yaradılmış Komis siya tərəfindən aparılan araşdırmaların nəticələri barədə hazırlanmış Arayışa əsasən Naxçıvan şəhəri Heydər Əliyev prospektində abadlıq işləri adı altında obyektin təyinatı dəyişdirilərək qanunsuz olaraq 44 mənzilli yaşayış binası özəl obyektdə tikinti işlərinə dövlət büdcəsi hesabına maliyyə vəsaitlərinin ayrılmasının qanunsuz olduğu müəyyən edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 83cü maddəsinə əsasən əgər tikinti obyekti dövlət vəsaiti hesabına maliyyələşdirilirsə, onda tikinti layihəsinin tərkibi kimi smeta bölməsi hazırlanmalıdır ki, iş materiallarında bu sənədlər aşkar edilmir. Azərbaycan Respublikasının "Büdcə sistemi haqqında" Qanununa əsasən büdcə təşkilatları həmin vəsaitlərdən istifadə haqqında müvafiq icra hakimiyyəti orqanlarına, habelə Azərbaycan Respublikasının Hesabl ama Palatasına hesabatlar verir. Bu qanuna və digər hüquqi aktlara əsasən tələb olunan dövlət vəsaitinin Komitə tərəfindən ödənilməsi hüquqi məsuliyyət yaradır. Kassator qeyd olunan halları nəzərə almadan iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

34. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-c ı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyə nləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hes ab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə

769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.”

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və eti razlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası c avabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 44 mənzilli yaşayış binasının alüminyum şüşəli fasad işlərinin (cəmi 1.147.972,98 manat dəyərində) görülməsi üçün tərəflər arasında bağlanmış 2021-ci il 3 dekabr tarixli müqavilə əsasında iddiaçı (icraçı) öz öhdəliklərini yerinə yetirmiş, müqavilədə 1.268,4 m2 alüminyum pəncərə və 1.204,98 m2 6 mm şəffaf temperli şüşə qeyd olunmağına baxmayaraq 1.346,01 m2 alüminium pəncərə və 1.278,7 m2 6 mm şəffaf temperli şüşə quraşdırıldığı müəyyən edilmiş, işlər tərəflər arasında bağlanmış akta əsasən təhvil-təslim alınmış, görülmüş işlərə görə cavabdeh (sifarişçi) tərəfindən iddi açıya (icraçı) 573.986 manat avans olmaqla cəmi 918.377 manat vəsait ödənişi həyata keçirilmişdir.

40. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehdən müqavilə üzrə vəsaitin qalan 20% hissəsinin (230.037,16 manat) tutulmasını tələb edir.

41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin borcun ödənilməsindən yayınmaq üçün istinad etdiyi dəlillərin heç biri onu tərəflər arasında yaranmış podrat münasibətlərindən irəli gələn öhdəliklərin icrasından azad etmir.

42. İş materiallarından görünür ki, kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

43. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsini n gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

44. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 37) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 37) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

45. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Naxçıvan Mux tar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 21 fevral tarixli 2-2(108)-4/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 21 fevral tarixli 2-2(108)-4/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar