Məhkəmə qərarları › İş №2-2(102)-43/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-43/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-43/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 sentyabr tarix li 2-2(103)-820/2024 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. X10 Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən daşınar əmlakları 2019-cu il 13 may tarixindən 2020-ci il 12 may tarixinə kimi "xxxx" ASC-də sığortalanmış, sığorta dəyəri 20.000 manat müəyyən edilmişdir (əmlakın yanğından və digər əlavə risklərdən Az/056889 nömrəli sığorta şəhadətnaməsi). 2. 400 manat azadolma məbləği çıxarıldıqdan sonra X15 dəymiş zərər məbləği 19.100 manat müəyyən olunmuş, ona "xxxx" ASC tərəfindən həmin məbləğdə ödəniş edilmişdir (müvafiq olaraq 2020-ci il 29 aprel tarixli AKT1241/Fİ-0138/2019 nömrəli sığorta aktı və 2020-ci il 29 aprel tarixli ödəniş tapşırığı).

3. X2 Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünv anında yerləşən daşınar əmlakları 2019 il 13 may tarixindən 2020-ci il 12 may tarixinə kimi "xxxx" ASC-də sığortalanmış, sığorta dəyəri 30.000 manat müəyyən olunmuşdur (əmlakın yanğından və digər əlavə risklərdən Az/056890 nömrəli sığorta şəhadətnaməsi). 4. 600 manat azadolma məbləği çıxıldıqdan sonra X4 dəymiş zərər məbləği 28.900 manat müəyyən olunmuş, ona "xxxx" ASC tərəfindən həmin məbləğdə ödəniş edilmişdir (müvafiq olaraq 2020-ci il 29 aprel tarixli AKT1240/Fİ-0139/2019 nömrəli sığorta aktı və 2020-ci il 29 aprel tarixli ödəniş tapşırığı).

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 11 yanvar tarixli 1(102)-18/2023 nömrəli qərarının təsviri hissəsindən görünür ki, ünvan 2 ünvanında mülkiyyətində olan ticarət sahələrinin müxtəlif növ tikinti materiall arı pərakəndə satışı üçün sahibkarlıq subyektləri olan ayrı-ayrı fiziki şəxslərə icarəyə verilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətini həyata keçirən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 1999-cu il 2 iyul tarixində S-71 nömrəsi ilə qeydiyyata alınaraq Vergilər Nazirliyi tərəfindən 2004-cü il 23 may tarixində vergi uçotuna götürülmüş Cavabdeh2 MMC-də 2019-cü il 10 dekabr tarixində yanğın hadisəsi baş vermiş və zərərçəkmişlər arasında X15 46.398 manat və X4 54.386 manat məbləğində əmlaklarına ziyan dəydiyi qeyd olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 6. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2024-cü il 23 fevral tarixində Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “MMC”, “Ca vabdeh1”, “Cavabdeh3”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 48.000 manat pul və 234 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin hallarına istinadən (bax §§ 1-4) onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 10 sentyabr tarixli hökmü ilə Cavabdeh2 Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsinə görə MMC-nin direktoru X27 və elektrik montyoru vəzifəsində çalışan X28 Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişlər. Baş vermiş hadisədən və hadisə ilə bağlı MMC-nin mülki öhdəliyi yaranandan sonra MMC-nin təsisçiləri kreditorları itkilərdən qorumamışdır. Əksinə, təsisçilər Cavabdeh1 və Cavabdeh3 borclu MMC-nin mülkiyyətində olan Bakı ş., Binəqədi ray., Sulutəpə qəs. 1 ünvanında yerləşən daşınmaz əmlak kompleksini özlərinin mülkiyyətinə keçirmiş, bununla da mülki hüquqlarından sui-istifadə etmişlər.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 may tarixli e-2-2(113)-1964/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, MMC-dən zərərin əvəzi olaraq 48.000 manat və dövlət rüsumunun əvəzi olaraq 234 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – G.Namazova).

9. Məhkəmə qeyd etmişdir ki, 2020-ci il 9 fevral tarixli 477 nömrəli dəyən zərərin hesabatına dair verilmiş rəylərdə X16 yekun 19.500 manat və X4 isə 29.500 manat məbləğində ziyan dəydiyi müəyyən edilmiş, 2020-ci il 23 aprel tarixli AKT1241/Fİ0138/2019 nömrəli sığorta aktına və AZ/056889 nömrəli sığor ta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 400 manat azadolma məbləği çıxıldıqdan sonra 19.100 manat sığorta ödənişi sığortalı X10 bank hesabına köçürülmüş, 2020-ci il 23 aprel tarixli AKT1240/Fİ-0139/2019 nömrəli sığorta aktına və AZ/056890 nömrəli sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 600 manat azadolma məbləği çıxıldıqdan sonra 28.900 manat sığorta ödənişi sığortalı X2 bank hesabına köçürülmüş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 11 yanvar tarixli 1(102)-18/2023 nömrəli qərarının təsviri hissəsində zərərçəkmişlər arasında X15 46.398 manat və X4 54.386 manat məbləğində əmlaklarına ziyan dəydiyi qeyd olunmuşdur.

10. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar və baş vermiş hadisə ilə bağlı qəbul olunmuş məhkə mə aktından da zərərçəkmiş şəxslər müəyyən edilməklə, onlara dəymiş ziyana dair rəy tərtib olunmuş, o cümlədən hadisəsinin baş verməsində cavabdehin direktoru təqsirləndirilən şəxs qismində tanınmaqla da cinayət məsuliyyətinə cəlb edilmişdir. İddiaçı da öz növbəsində tərəfindən həmin şəxslərə müvafiq sığorta ödənişləri həyata keçirilmişdir. Belə olan halda, iddiaçı MMC-dən subroqasiya qaydasında dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

11. Məhkəmə iddia tələbini yönəldiyi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə əsassız olması qənaətinə gəlmişdir. Belə ki, iddiaçı həmin şəxslərin cavabdeh MMC-nin təsisçi olduqlarını və MMC-nin əmlaklarını mülkiyyətlərinə keçirdikləri dəlilinə istinad etməklə, ödənilmiş sığorta məbləğini onlardan da tutulmasına dair təl əbi haqlı olmamışdır. Yanğının baş verdiyi qeyri-yaşayış sahəsi hadisə zamanı MMC-yə məxsus olmuş, MMC-də yanğın təhlükəsizliyi, ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi və elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində hadisə baş vermişdir. İddiaçı isə təsisçilər Cavabdeh1 və Cavabdeh3 borclu MMC-nin mülkiyyətində olan Bakı ş., Binəqədi ray., Sulutəpə qəs. 1 ünvanında yerləşən daşınmaz əmlak kompleksini özlərinin mülkiyyətinə keçirmələrini əsas gətirərək pulun onlardan da tutulmasını xahiş etmişlər. Məhkəmə bu əsaslarla iddianın Cavabdeh1 və Cavabdeh3 münasibətdə təmin olunmasını əsassız hesab etmişdir. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 87.1, 883.1, 926.1, 926.2, 936.1, 936.2, 936.5, 1096, 1097.1 və 1108.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. MMC apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(103)-820/2024 nömrəl i qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – R.Qurbanov və V.Baxışova).

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmuş hissəsində yoxlayaraq qeyd etmişdir, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar və baş vermiş hadisə ilə bağlı qəbul olunmuş məhkəmə aktından da zərərçəkmiş şəxslər müəyyən edilməklə, onlara dəymiş ziyana dair rəy tərtib olunmuş, o cümlədən hadisəsinin baş verməsində cavabdehin direktoru təqsirləndirilən şəxs qismində tanınmaqla da cinayət məsuliyyətinə cəlb edilmişdir. İddiaçı da öz növbəsində tərəfindən həmin şəxslərə müvafiq sığorta ödənişləri həyata keçirilmişdir. Qeyd edilənlər məhkəmə qər arı, sığorta şəhadətnaməsi, sığorta aktları, ödəniş tapşırıqları, sığorta müqaviləsi və digər sənədlərlə təsdiqlənmişdir.

16. Cavabdeh1 və Cavabdeh3 subroqasiya qaydasında pulun tutulması tələbinin rədd edilməsi, pulun yalnız MMC-dən tutulması ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə münasibətdə qeyd edilmişdir ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Digər cavabdehlərin hüquqi şəxsin öhdəliyi üzrə məsuliyyət daşımadıqlarına görə məhkəmə əsaslı olaraq onlara qarşı iddi a tələbini rədd etmişdir. Göründüyü kimi, məhkəmə şikayətdə qeyd edilənin əksinə olaraq bu məsələyə münasibət bildirmiş və qanunun tələbinə əsasən onlara münasibətdə iddianı rədd etmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21, 87.1, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1099.1 və 1108.1-ci, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. MMC kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. MM-in 926.1, 936.1, 936.2 və 936.5-ci maddəsi üzrə - İddia tələbi, iş materialları və tərəflərin verdiyi izahatdan göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iş üzrə mülki iddia üzrə cavabdeh qismində MMC və 2 təqsirləndirilən şəxs müəyyən edilmiş olsa da, məhkəmə subroqasiya qaydasında tələb olunan pulu yalnız cavabdehdən tutmuşdur.

20. MPM-in 88, 77.1, 106.3 və 217.4-ci maddəsi üzrə - Məhkəmə MMC tərəfindən təqdim edilmiş sübutu düzgün qiymətləndirməmiş və yanlış nəticəyə gəlmişdir.

21. Kassator şikayətinin digər bölməsində bildirir ki, məhkəmə apellyasiya şikayətini rədd edərkən işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 10 sentyabr tarixli 1(001)-184/2021 nömrəli hökmünə əsasən, X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci madd əsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, onun 2021-ci il 26 aprel tarixindən 2021-ci il 16 iyun tarixinədək həbsdə olduğu və 2021-ci il 16 iyun tarixindən 2021-ci il 10 sentyabr tarixinədək ev dustaqlığında olduğu – cəmi 4 ay 15 gün müddət təyin edilmiş cəzadan çıxılmış və S.L.Məmmədova qəti olaraq 3 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmış, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir.

22. Birinci insta nsiya məhkəməsinin qeyd olunan hökmündən MMC və mülki iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 1 mart tarixli 1 (103)-126/2022 nömrəli qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 10 sentyabr tarixli 1(001)-184/2021 nömrəli hökmü zərərçəkmiş şəxslər (mülki iddiaçılar) X5, X7 və X8 mülki iddialarına dair hissədə dəyişdirilmiş, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) X11, X17 və X20 mülki iddialarından imtina etdiklərindən, həmin zərərçəkmiş şəxslərə (mülki iddiaçılara) aid hissədə mülki iddia üzrə icraata xitam verilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

23. Həmin hökmdən MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxl anılmışdır.

24. Bundan sonra, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3 2023cü il 15 mart tarixli Qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 10 sentyabr tarixli 1(001)-184/2021-038 nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən müəyyən edilmişdir ki, borclular X27, X28 və MMC-dən müştərək qaydada 391.891 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X18, 389.974 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X21, 135.800 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X6, 193.465 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X24, 193.909 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbka r X1, 324.866 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X12,115.083 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X22 və 107.804.48 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X9 ödənilməlidir.

25. Göründüyü kimi, borcun 3 şəxs - MMC, X27 və X13 tutulması müəyyən edilsə də, subroqasiya qaydasında iddia yalnız MMC-yə aid hissədə qoyulmuş, məhkəmə də əsassız olaraq digər şəxslərin borcla bağlı məsuliyyət məsələsini həll etməmişdir.

26. Məhkəmə ümumiyyətlə işin mahiyyətinə, tərəflərin münasibətinə və iş materiallarında olan sübutlara diqqət yetirməmiş, işin halları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlara deyil, öz mülahizəsinə əsaslanmışdır.

27. Kollegiyanın “tam maddi məsuliyyət haqqında müqavil ədə də işçinin verilmiş malların dəyərinin qeyd-şərtsiz almalı olması barədə məsuliyyətinin nəzərdə tutulmaması” barədə gəldiyi qənaət də tam əsassız olmaqla, təqdim edilmiş sübutlara zidd olmuşdur. Maddi və prosessual hüquq normalarının pozulması apellyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvi üçün kifayətdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüqu qu pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəm iyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır....” “Maddə

936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığor ta ödənişi məbləğində keçir.... 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir....” “Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur....” “Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 111 4.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır....”

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MM-in “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 18 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da ( obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.... İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur k i, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir.... Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.”

33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 3

4. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvi üçün yetərli deyildir.

35. Apellyasiya icraatında da bildirilmiş həmin dəlillər mahiyyət etibarilə ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cinayət işində verilmiş mülki iddia üzrə cavabdeh qismində MMC və iki təqsirləndirilən şəxs (X27 və X28) müəyyən edilsə də, hazırkı kommersiya işi üzrə məhkəmə subroqasiya qaydasında tələb olunan pulu yalnız MMC-dən tutmuş, əsassız olaraq digər şəxslərin borcla bağlı məsuliyyət məsələsini həll etməmişdir.

36. Hazırkı kommersiya işinə baxan məhkəmələrin istinad etdikləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 11 yanvar tarixli qərarından məlum olur ki, kassatorun qeyd etdiyi X27 və X28 müvafiq olaraq MMC-nin direktoru və elektrik montyoru vəzifəsində işləmişlər.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MM-in 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 18 aprel tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 32) görə, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində m ülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun... İşəgötü rənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən e tmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir... Zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

38. Beləliklə, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan hüquqi mövqelərinə, MM-in 1099, 1114.1, habelə 936.1, 936.2 və 936.5-ci maddələrinin (bax § 31) tələblərinə istinadən belə qənaətə gəlir ki, sığortaçının subroqasiya hüququndan irəli gələn hazırkı iddia tələbi dispozitivlik prinsipinə uyğun olaraq iddiaçının seçiminə əsasən, MMC-nin işçiləri olmuş, yəni müvafiq olaraq direktoru və elektrik montyoru vəzifəsində işləmiş X27 və X23 qarşı yönəldilmədiyindən, habelə MMC həmin şəxslərə qarşı reqres hüququnu özündə saxladığından apellyasiya instansiyası məhkəməsinin tələb olunan pul vəsaitinin cavabdeh MMC-dən tutulmalı olmasına dair mövqeyi və gəldiyi yekun nəticə qanunsuz və əsassız olmamışdır.

39. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 33) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

40. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(103)-820/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(103)-820/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar