Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-451/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı "əldən çıxmış faydanın tutulması" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 aprel tarixli 22(103)-314/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı MMC i lə Cavabdeh MMC arasında bağlanmış mühasibat-konsaltinq xidmətinin göstərilməsi haqqında 2017-ci il 1 iyul tarixli 07/2017 nömrəli müqaviləyə əsasən, icraçı Cavabdeh MMC sifarişçi İddiaçı MMC-yə Vergilər Nazirliyinə aylıq ƏDV, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə dublikatlarının online sifariş edilməsi, online kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, Dövlət Sosial Müdafiə Fonduna rüblük B1, illik B3 hesabatının verilməsi, yeni qəbul edilmiş işçilər üçün SNN-lərin alınması, hamiləlik və xəstəliklə bağlı müavinətlərin hesablanması, Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim olunması, Məşğulluq İdarəsinə aylıq, rüblük və illik hesabatların təqdim edilməsi, ilkin məlumatların yığılması və mühasibat uçotunun 1C mühasibat proqramında aparılması, Azərbaycan Respublikası qanunvericiliyi əsasında dövlət orqanları (VN, DSMF, DƏM) tərəfindən keçirilən yoxlamalarda müşayiət edilməsi, maliyyə və vergi qanunvericiliyi sahəsində məsləhətlərin verilməsi, bank ödənişlərinin həyata keçirilməsi, E-qaimə və Vergi Hesab fakturalarının hazırlanması, kadr sənədlərinin hazırlanması (əmr, müqavilə, əmək kitabçası), şirkət qeydiyyatı, qeydiyyat dəyişikliyi və müqavilələrlə bağlı ilkin hüquqi rəyin bildirilməsi xidmətlərin göstərilməsini öhdəliyinə götürmüşdür.
2. Həmin müqavilə üzrə öhdəliklərin məzmunu onun 1-ci bölməsi və 2.2-ci bəndi ilə müəyyən olunur. Müqavilənin 1-ci bölməsinə əsasən, icraçı Cavabdeh MMC aşağıdakı xidmətlərin göstəriləməsini üzərinə götürmüşdür: - Vergilər Naz irliyinə aylıq ƏDV, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə dublikatlarının online sifariş edilməsi, online kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması; - Dövlət Sosial Müdafiə Fonduna rüblük B1, illik B3 hesabatının verilməsi, yeni qəbul edilmiş işçilər üçün SNN-lərin alınması, hamiləlik və xəstəliklə bağlı müavinətlərin hesablanması; - Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi; - Məşğulluq İdarəsinə aylıq, rüblük və illik hesabatların təqdim edilməsi; - İlkin məlumatların yığılması və mühasibat uçotunun 1C mühasibat proqramında aparılması; - Azərbaycan Respublikası qanunvericiliyi əsasında dövlət orqanları (VN, DSMF, DƏM) tərəfindən keçirilən yoxlamalarda müşayiət edi lməsi; - Maliyyə və vergi qanunvericiliyi sahəsində məsləhətlərin verilməsi; - Bank ödənişlərinin həyata keçirilməsi; - E-qaimə və Vergi Hesab fakturalarının hazırlanması; - Kadr sənədlərinin hazırlanması (əmr, müqavilə, əmək kitabçası); - Şirkət qeydiyyatı, qeydiyyat dəyişikliyi və müqavilələrlə bağlı ilkin hüquqi rəyin bildirilməsi. 3. "xxxx" QSC-nin İddiaçı MMC-yə ünvanlanmış 2022-ci il 22 sentyabr tarixli 613/2185 saylı məktubuna əsasən, tenderdən kənarlaşdırılmanın səbəbi kimi X1 məlumat xəritəsində tələb edilən bank qarantiyası barədə sənəd müraciət edilən sənədlərdə mövcud olmaması qeyd edilmişdir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunda dəymiş zərərin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdi r. 5. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il 29 iyul tarixli arayışdan görünür ki, Cavabdeh MMC sessiyanın tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 14 oktyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, əldən çıxmış fayda kimi 87.607,92 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mühasibat-konsaltinq xidmətini n göstərilməsi haqqında 2017-ci il 1 iyul tarixli 07/2017 saylı müqavilə üzrə cavabdeh tərəfindən həyata keçirilən xidmətlərdən biri də tender müsabiqələrində iştirak üçün müvafiq sənədlərin hazırlanması və təqdim edilməsi olmuşdur. Belə ki, 2020-ci ildə cavabdeh tərəfindən iddiaçıya satınalma müsabiqəsində iştirak üçün müvafiq sənədlərin hazırlanması və bank qarantiyası sənədinin təqdim edilməsi xidməti göstərilmişdir. 2021-ci ilin noyabr ayında iddiaçı "xxxx" QSC (bundan sonra – “QSC”) tərəfindən “Üç televiziya və iki radio kanallarının internet şəbəkəsi vasitəsi ilə yayım xidmətinin satın alınması” üzrə keçirilmiş müsabiqədə iştirak etmiş, müsabiqə üçün tələb olunan sənədlərdən biri, bank qarantiyası barədə sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən müsabiqədən kənarlaşdırılmışdır. Bunun əsas səbəbi cavabdeh tərəfindən bank qarantiyası adlı sənədin əvəzinə fərqli sənəd təqdim etməsi olmuşdur.
8. Belə ki, iddiaçı tərəfindən tenderdən kənarlaşdırılmanın səbəbi barədə məlumat alınması üçün QSC-yə ünvanlanmış müraciətə 2022-ci il 22 sentyabr tarixli 013/2-185 saylı məktubla cavab verilərək bildirilmişdir ki, X1 məlumat xəritəsində tələb olunan bank qarantiyası barədə sənəd müraciət edilən sənədlərdə mövcud olmamışdır. Həmin sənədin əvəzinə sənədin alınmasına dair banka ünvanlanmış müraciət məktubu yerləşdirilmişdir. Bu səbəbdən iddiaçı həmin tenderdən kənarlaşdırılmışdır. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edilmiş, sonuncu tərəfindən iddiaçıya 2022-ci il 11 fevral tarixli məktub ünvanlanaraq, QSC tərəfindən keçirilən müsabiqəyə aid olan tender təklifinin təminatının təqdim olunmamasının podratçının həmin tender prosedurundan “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.5.3-cü maddəsinə əsasən, formal tələbə uyğun olmayan tender təklifi kimi kənarlaşdırılması üçün əsas olduğu bildirilmişdir.
9. İddiaçı sözügedən satınalmada iştirak üçün lazımi sənədlərin hazırlanması, toplanması və təqdim olunması ilə bağlı cavabdehin əməkdaşları ilə dəfələrlə əlaqədə olmuş, məhz bank qarantiyası barədə sənədin statusu ilə maraqlanmış, sənədin hazır olduğu və iddiaçıya təqdim edildiyi barədə cavab alınmışdır. Bu kommunikasiya “whatsapp” və elektron poçt yazışmaları ilə də öz təsdiqini tapmışdır. İddiaçının qeyd edilən satınalma müsabiqəsində iştirakdan kənarlaşdırılmaqdan sonra cavabdeh tərəfindən göstərilən hal ilə əlaqədar heç bir araşdırma təqdim edilməmiş, hətta onların müvafiq sahədə xidmətin göstərilməsi öhdəliklərinin olmaması bildirilərək hazırkı müqaviləyə xitam verilməsi barədə bildiriş göndərmişlər. Buna baxmayaraq cavabdeh tərəfindən 2020-ci ildə də müvafiq xidmətlər iddiaçı üçün göstərilmiş və həmin sahəyə dair sənədlərin əsli 2022-ci il 18 aprel tarixli təhvil-təslim aktı ilə iddiaçıya geri qaytarılmışdır.
10. QSC-nin “Üç televiziya və iki radio kanallarının internet şəbəkəsi vasitəsi ilə yayım xidmətinin satın alınması” məqsədi ilə açıq tender proseduranda təklif zərflərinin açılması üzrə 2022-ci il 28 yanvar tarixli 2 nömrəli iclas protokolunda tenderdə iştirak edən iddiaçıların təqdim etdiyi qiymətlər açıqlanm ış və məlum olmuşdur ki, ən aşağı qiymət təklifi (87.607,92 manat) iddiaçı tərəfindən verilmişdir. Lakin buna baxmayaraq, iddiaçı tenderdən yuxarıda qeyd olunan səbəbdən kənarlaşdırıldığına görə tenderdə qalib gələ bilməmişdir. Tenderdə ən aşağı qiymət iddiaçı tərəfindən təklif olunmasına baxmayaraq cavabdeh tərəfindən müvafiq bank qarantiyası sənədinin təqdim edilməməsi nəticəsində iddiaçı müsabiqədən kənarlaşdırılmışdır. Nəticədə iddiaçı əldə edə biləcəyi qazancdan məhrum olunmuş və 87.607,92 manat maddi zərər dəymişdir.
11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, 129-cu maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.1, 21.1, 21.2, 21.3 və 443. 4-cü maddələrinə istinad olunmuşdur. 12. 2022-cü il 1 noyabr tarixində cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmiş, bunu onunla əsaslandırılmışdır ki, müqavilədə göstərilən xidmətlərin konkret siyahısı tərəflər arasında razılığa gəlinərək dəqiqliklə qeyd edilmiş və yalnız mühasibatlıq sahəsində nəzərdə tutulan xidmətlər göstərilmişdir. İddia tələbində nəzərdə tutulan xidmətin, yəni satınalma müsabiqəsində iştirak üçün müvafiq sənədlərin hazırlanması və bank qarantiyası sənədinin təqdim edilməsi müqavilədə nəzərdə tutulmamışdır. İddiaçı isə qeyd olunan məsələnin müqavilə üzrə tənzimləndiyini bildirmişdir. Cavabdeh tərəfindən həyata keçirilən proses müqavilədən kənar, köməklik göstərilməsi məqsədilə icra olunmuşdur. Qeyd olunan xidmətin göstərilm əsi müqavilədə nəzərdə tutulmadığı üçün heç bir hüquqi əhəmiyyət daşımır və müqavilədən irəli gələn öhdəlik sayıla bilməz. Belə ki, cavabdeh qarşı tərəfə dəymiş ziyana görə hüquqi məsuliyyət daşımır.
13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 20 dekabr tarixli e-2-2(113)6206/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – F.Qasımov).
14. Məhkəmə qeyd etmişdir ki, tələb olunan zərərin hüquqi əsasını MM-in 21.2-ci maddəsində nəzərdə tutulan “əldən çıxmış fayda”, yəni, hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olması təşkil edir və bu xüsusat cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi ilə əsaslandırılır. Buna görə də hazırkı mübahisə üzrə araşdırılmalı məsələ cavabdehin müqavilə əsasında hansı öhdəlikləri üzərinə götürməsidir.
15. Xidmətlərin siyahısından (bax yuxarıda § 2) göründüyü kimi, bu siyahıda “bank qarantiyasının alınması” növündə xidmət nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdehin iddiaçı qarşısında sənədlərin tenderə təqdim edilməsi, bu sənədlərə görə məsuliyyət daşıması kimi bir öhdəliyi də yoxdur.
16. MM-in 386.1-ci maddəsinin məzmununa əsasən bank qarantiyasının alınması öhdəliyinin cavabdehin üzərində olması üçün müqavilədə bu xidmət növü qeyd olunmalı idi. İddiaçı bu öhdəliyin cavabdehin üzərində olmasını “İcraçının vəzifələri” adlı 2-ci maddənin 2-ci bəndi ilə əsaslandırır. Həmin bənddə qeyd olunmuşdur ki, icraçı bu müqavilənin 1-ci bölməsində qeyd olunmuş xidmətlərin yerinə yetirilməsinə lazımi şərait yaratmağı yəni bu müqavilənin 1-ci bölməsində göstərilmiş xidmətlərin yerinə yetirilməsi çərçivəsində sifarişçi tərəfindən tələb olunan hərəkətləri yerinə yetirməyi öz öhdəsinə götürür.
17. İstinad olunan bəndlərdə də vurğulanmışdır ki, icraçının üzərinə götürdüyü öhdəlik məhz müqavilənin 1-ci bölməsində qeyd olunmuş xidmətlərin yerinə yetirilməsi çərçivəsində olmalıdır. Lakin yuxarıda qeyd olunduğu kimi 1-ci bölmədə “bank qarantiyasının alınması” növündə xidmət nəzərdə tutulmamışdır.
18. İddianın digər əsası kimi ona istinad edilir ki, cavabdehin öz internet saytında qeyd olunmuşdur ki, bu şirkət mühasibat xidmətləri bazarında çoxillik təcrübəyə malik konsaltinq şirkətidir və göstərilən xidmətlərin siyahısında tenderdə iştirak üçün sənədlərin hazırlanması, bank qarantiyası sənədinin alınması və digər xidmətlər qeyd olunur.
19. Lakin qeyd olunan xüsusat da bu öhdəliklərin cavabdehin üzərində olması qənaətinə gəlməyə əsas vermir. Əksinə, cavabdehin saytında “tenderdə iştirak üçün sənədlərin hazırlanması”, “bank qarantiyası sənədinin alınması” kimi xidmətlərin xüsusi olaraq vurğulanması onu təsdiq edir ki, hər biri ayrıca xidmət növü kimi müqavilə şərtində əksini tapmalıdır.
20. Digər əsas olaraq iddiaçı ona istinad etmişdir ki, kimi müqavilə üzrə xidmət haqqı 300 manat nəzərdə tutulsa da, icraçı tərəfindən görülən işlərin artması əlavə xidmətlərin və həmçinin bank qarantiyası sənədinin təqdim olunması xidmətinin göstərildiyi üçün xidmət haqqı da artırılmış və 900 manata çatmışdır. Lakin artıq ödənilmiş pul vəsaitinin məhz müqavilədə ayrıca xidmət növü kimi nəzərdə tutulmamış “tenderdə iştirak üçün sənədlərin hazırlanması”, “bank qarantiyası sənədinin alınması” kimi xidmətlərə görə ödənilməsi işin faktiki halları ilə təsdiqini tapmır.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2 və 386.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı həmin qətnamədən 2023-cü il 24 yanvar tarixində apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 aprel tarixli 2-2(103)-314/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir (sədrlik e dən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yalnız zərərin ödənilməsi üçün hüquqi əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin işdə bu əsaslar mövcud olmamışdır. Belə ki, zərərin mövcud olması qeyri-müəyyəndir. Çünki iddiaçı zərərin məbləğinin hansı qaydada hesabladığını əsaslandırmamış və yalnız tender təklifində qeyd etdiyi 87.607,92 manat məbləğində pul vəsaitinin zərər kimi cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Halbuki sübuta ehtiyacı olmayan hal ondan ibarət olmuşdur ki, tender təklifində qeyd olunan bütün məbləğin əldə olunması planlaşdırılan gəlir deyil və onun müəyyən hissəsini zəruri xərclər təşkil edir.
25. Bundan əlavə, cavabdeh tərəfindən öz öhdəliklərini n pozması halı da müəyyən edilməmişdir. Belə ki, iddianın əsasını 2017-ci il 1 iyul tarixli 07/2017 nömrəli mühasibatkonsaltinq xidmətinin göstərilməsi haqqında müqavilə üzrə cavabdehin öz öhdəliklərinin pozulması təşkil etmişdir. Cavabdeh isə bildirmişdir ki, onun müqavilə üzrə “bank qarantiyasının alınması” növündə xidmət göstərmək kimi öhdəliyi nəzərdə tutulmamışdır. Göründüyü kimi, mübahisə üzrə araşdırılmalı olan məsələ cavabdehin müqavilə əsasında “bank qarantiyasının alınması” növündə xidmət göstərməsi barədə öhdəliyinin olubolmaması ilə bağlı olmuşdur.
26. Öhdəliklərin məzmunu isə tərəflər arasında bağlanmış mühasibat-konsaltinq xidmətinin göstərilməsi haqqında 2017-ci il 1 iyul tarixli 07/2017 saylı müqavilənin 1-ci bölməsi və 2.2-ci bəndi ilə müəyyən olunur. Lakin müqavilənin həm in hissələrində əks olunan xidmətlərin siyahısında “bank qarantiyasının alınması” növündə xidmət nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdehin iddiaçı qarşısında sənədlərin tenderə təqdim edilməsi, bu sənədlərə görə məsuliyyət daşıması kimi bir öhdəliyi də mövcud deyil.
27. Eyni zamanda, iddiaçı bu öhdəliyin cavabdehin üzərində olmasını “İcraçının vəzifələri” adlı 2-ci maddənin 2-ci bəndi ilə əsaslandırmışdır. Həmin bənddə qeyd olunmuşdur ki, icraçı bu müqavilənin 1-ci bölməsində qeyd olunmuş xidmətlərin yerinə yetirilməsinə lazımi şərait yaratmağı, yəni bu müqavilənin 1-ci bölməsində göstərilmiş xidmətlərin yerinə yetirilməsi çərçivəsində sifarişçi tərəfindən tələb olunan hərəkətləri yerinə yetirməyi öz öhdəsinə götürür. Göründüyü kimi, həmin bəndlərdə də icraçının üzərinə götürdüyü öhd əlik məhz müqavilənin 1-ci bölməsində qeyd olunmuş xidmətlərin yerinə yetirilməsi çərçivəsində olmalı olduğu vurğulanmışdır. Lakin 1-ci bölmədə “bank qarantiyasının alınması” növündə xidmət nəzərdə tutulmamışdır.
28. İddianın digər əsası kimi ona istinad edilmişdir ki, cavabdehin öz internet saytında qeyd olunur ki, bu şirkət mühasibat xidmətləri bazarında çoxillik təcrübəyə malik konsaltinq şirkətidir və göstərilən xidmətlərin siyahısında tenderdə iştirak üçün sənədlərin hazırlanması, bank qarantiyası sənədinin alınması və digər xidmətlər qeyd olunur. Lakin qeyd olunan xüsusat da bu öhdəliklərin cavabdehin üzərində olması qənaətinə gəlməyə əsas verməmişdir. Belə ki, əksinə, cavabdehin saytında “tenderdə iştirak üçün sənədlərin hazırlanması”, “bank qarantiyası sənədinin alınması” kimi xi dmətlərin xüsusi olaraq vurğulanması onu təsdiq etmişdir ki, hər biri ayrıca xidmət növü kimi müqavilə şərtində əksini tapmalıdır.
29. Digər əsas olaraq iddiaçı ona istinad etmişdir ki, müqavilə üzrə xidmət haqqı 300 manat nəzərdə tutulsa da, icraçı tərəfindən görülən işlərin artması əlavə xidmətlərin və həmçinin bank qarantiyası sənədinin təqdim olunması xidmətinin göstərildiyi üçün xidmət haqqı da artırılmış və 900 manata çatmışdır. Lakin artıq ödənilmiş pul vəsaitinin məhz müqavilədə ayrıca xidmət növü kimi nəzərdə tutulmamış “tenderdə iştirak üçün sənədlərin hazırlanması”, “bank qarantiyası sənədinin alınması” kimi xidmətlərə görə ödənilməsi işin faktiki halları ilə təsdiqini tapmamışdır.
30. Bununla bağlı cavabdehin nümayəndəsi də bildirdi ki, əlavə işlər görüldüyü üçün əlavə ödənişlə r edilmiş, lakin həmin işlər tenderdə iştirak üçün sənədlərin hazırlanması ilə bağlı olmamışdır. Tərəflər arasında yaxşı işgüzar münasibətlər olduğuna görə cavabdehin əməkdaşları tenderdə iştirak üçün müəyyən sənədlərin hazırlanmasında köməklik göstərmiş və bu işlər onun öhdəliklərinə aid olmamışdır.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan izahatı ağlabatan hesab etmiş və bu baxımdan belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş mail və whatsapp yazışmaları da (həmin yazışmalarda cavabdehin əməkdaşı bank qarantiyası ilə bağlı sənədlərin göndərildiyini bildirmişdir) iddiaçının istinad etdiyi halları təsdiq edən sübutlar kimi qəbul edilə bilməz.
32. İddiaçının təqdim etdiyi 2022-ci il 18 aprel tarixli təhvil-təslim aktı da bu halı sübut etmir. Çünki həmin aktda ban k qarantiyası ilə bağlı sənədlər qeyd edilməmişdir.
33. Apellyasiya baxışında iddiaçının təqdim etdiyi 2021-ci il 1 dekabr tarixli etibarnamə isə gecikdirilmiş sübut olduğu üçün qəbul edilə bilməz. Belə ki, iddiaçı həmin sübutu birinci instansiya məhkəməsində təqdim etməmişdir. Apellyasiya icraatında isə həmin sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı tərəfindən belə əsaslandırma gətirilməmişdir.
34. Bundan əlavə, hətta cavabdeh tərəfindən öz öhdəliklərinin pozulması halı qəbul edilsə belə, iddia təmin oluna bilməz. Belə ki, iddiaçının tenderdə iştirakı onun mütləq qaydada tenderdə qalib elan edilməsi anlamına gəlmi r və o, tenderdən kənarlaşdırılmadığı və sona qədər iştirak etdiyi halda belə tenderdə qalib elan edilməyə bilərdi. Həm zərərin mövcudluğu, həm də zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması konkret faktlara deyil, ehtimal və mülahizələrə əsaslanır. Belə olan halda isə MM-in 443.1ci maddəsinin şərtləri baxımından iddia tələbləri təmin edilə bilməz.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 443.1 və 443.2ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 78.1, 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
36. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 27 aprel tarixində iddiaçının nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
37. İddiaçı həmin qətnamədən 20 23-cü il 12 iyun tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
38. MM-in 11.1, 21, 362.1, 390, 443, 753.3, 777.1 və 777.2-ci maddələri üzrə Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh 2017-ci ildən iddiaçıya maliyyə xidmətləri göstərir. Cavabdeh həmin müqaviləyə əsasən mübahisə yaranan tarixədək eyni xidmətləri göstərmişdir. Yəni müqavilədə nəzərdə tutulmuş xidmətlərlə yanaşı, tenderdə iştirak üçün sənədlərin hazırlanması, bank qarantiyası sənədinin alınması kimi xidmətləri də göstərmişdir. Cavabdeh əvvəlki illərdə tenderdə iştirak üçün sənədlərin hazı rlanması, bank qarantiyası sənədinin alınmasından imtina etməmiş, etirazını bildirməmişdir. İddiaçı hər il eyni tenderdə iştirak edir və qalib olaraq QSC-yə müvafiq xidmətlər göstərir. Cavabdeh də həmin tarixdən iddiaçıya eyni xidmətləri göstərmişdir. Lakin sonuncu tenderdə eyni xidməti göstərərkən bank ödənişini etmədən, təminat məktubunu almadan, almış kimi təqdim etməsi iddiaçını növbəti il üzrə əldə edəcəyi gəlirlərdən məhrum etmişdir.
39. Müqavilənin 1.1-ci bəndinə əsasən, “Bank ödənişlərinin həyata keçirilməsi” cavabdeh tərəfindən həyata keçirilməli işlər sırasındadır. Bank qarantiyası əməliyyatı isə bank tərəfindən ödənişli xidmətlər siyahısında olmaqdadır. Bank qarantiyasını almaq üçün ilk öncə bank ödənişi edilməlidir ki, bank tərəfindən qarantiya məktubu verilsin. Cavabdeh hər il etdiyi ödənişi vaxtında etmədiyi üçün bank qarantiyası məktubu vaxtında verilməmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus Asan imzanın hansı səbəbdən daim cavabdehdə olmasını araşdırmamış və hüquqi qiymət verməmişdir (asan imza cavabdehlə tərtib edilmiş təhvil-təslim aktı əsasən iddiaçıya qaytarılmışdır). Həmçinin məhkəmə hansı səbəbdən iddiaçı tərəfindən verilən etibarnamədə cavabdehə bank təminatının alınması və buna görə də banka müvafiq ödənişlərin edilməsi öhdəliyinin verildiyini, tərəflər arasındakı bağlanmış müqavilədə xidmətin müqabilində iddiaçı tərəfindən ödənilən vəsait 300 manat qeyd edilsə də, sonradan xidmət haqqı kimi 900 manatın ödənildiyini, müqavilə şərtlərində nəzərdə tutulmamışdırsa, cavabdeh tərəfindən təhvil verilən və apellyasiya məhkəməsinə əsl i təqdim edilən bank qarantiyasını cavabdehin hansı səbəbdən aldığını araşdırmamış və hüquqi qiymət verməmişdir.
41. Qeyd edilənlər sübut edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə nəzərdə tutulan maliyyə xidmətləri dedikdə, işçilərin əmək haqlarının, vergi və digər məcburi dövlət ödənişlərinin ödənilməsi, bəyannamələrin verilməsi, kreditor borcların ödənilməsi, bank xidmətlərinə görə ödənişlərin edilməsi başa düşülür ki, asan imza məhz bu məqsədlərlə cavabdehə verilmişdir.
42. Apellyasiya məhkəməsi müqavilə şərtlərində bu xidmətlərin nəzərdə tutulmadığını hesab edirsə, onda müqavilə dəyərindən artıq vəsaitin ödənilməsinə və müqavilədə göstərilən xidmətlərə aid olmayan sənədlərin cavabdehdə olmasının, etibarnamənin nə üçün verilməsinin, əvvəllər bank qarantiyasının alınmas ının səbəblərinə, eləcə də iş materiallarında olan və cavabdeh tərəfindən verilən bank qarantiyası məktubuna hüquqi qiymət verməli idi. Lakin iş düzgün araşdırılmadığından cavabdehin cavablandıra bilmədiyi yuxarıdakı suallara məhkəmə əsassız mövqe nümayiş etdirmişdir. Apellyasiya məhkəməsində araşdırılma gedərkən cavabdehin bank qarantiyası alması, lakin iddiaçıya verməməsi öz təsdiqini tapmışdır.
43. MM-in 329.3-cü maddəsi üzrə - Təqdim edilmiş təhvil-təslim aktından və ödəniş tapşırıqlarından da göründüyü kimi, tərəflər arasında müqaviləyə əsasən görüləcək işlərin həcmi genişləndirilmiş, müqavilədə dəqiqliklə qeyd edilməsə də, əlavə bank xidmətlərinin görülməsi (kreditin əldə edilməsi, bank qarantiyasının alınması və s. ) barədə razılıq əldə olunmuşdur. Təqdim edilmiş ödəniş tapşırıqları ndan da görünür ki, müqavilənin 4.1-ci bəndinə əsasən xidmət haqqı aylıq 300 manat məbləğində müəyyən edilmiş olsa da, ödəniş tapşırıqlarında 900 manat məbləğində aylıq ödəniş edildiyi görünməkdədir. Bu isə faktiki olaraq daha geniş işlərin görülməsi deməkdir.
44. MM-in 357-ci maddəsi üzrə - Məhkəmə müqavilədə bank qarantiyasının alınmasının öz əksini tapmadığını hesab edirsə, ən azından, bank qarantiyasının alınması üçün etibarnamənin verilməsini, xidmət haqqının aylıq 300 manat olduğu halda 900 manat məbləğində aylıq ödənişlərə görə MM-in normalarına münasibətdə hüquqi qiymət verməli idi. İddiaçının xidmət haqqını hansı səbəbdən müqavilə şərtlərindən fərqli olaraq 3 dəfə çox ödədiyi sual olunur.
45. MM-in 404-cü maddəsi üzrə - Məhkəmə tərəflərarası bağlanmış müqaviləyə təkcə onun şərtl ərinin söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalı idi. Tərəflər arasındakı təhvil-təslim aktına diqqət yetirdikdə, müqavilənin 1.1-ci bəndində qeyd edilməmiş, lakin görülmüş işlərlə əlaqədar sənədlərin təhvil verildiyi görülməkdədir. Bu isə birbaşa cavabdehin müqavilədə açıq formada qeyd olunmayan işlərin görülməsini də üstləndiyini təsdiq etməkdədir.
46. MPM-in 14.2 və 88-ci maddələri üzrə - Məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, qərar qəbul edilərkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları və iş materiallarında olan sübutlar araşdırılmamış, iddiaçı tərəfindən verilmiş dəlillər nəzərə alınmamış dır. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən bank qarantiyası üçün hərəkətlər edildiyi, iddiaçının sifarişi əsasında bank qarantiyası alındığı öz təsdiqini tapsa da, məhkəmə bu faktı araşdırmamışdır. Bank qarantiyasının alınması məqsədilə etibarnamə təqdim edilsə də, iş üzrə əhəmiyyəti araşdırılmamışdır. Xidmət müqaviləsində xidmət haqqı 300 manat razılaşdırıldığı halda, nə üçün aylıq 900 manat ödənilməsi, asan imzanın nə üçün cavabdehdə olması faktı aydınlaşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Cavabdeh kassasiya şikayətinə qarşı 2023-cü il 25 iyul tarixində etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı öz şikayətində cavabdehin öz veb-səhifəsində “bank qarantiyası sənədlərinin alınması” ifadəsinin mövcud olmasına istinad edə rək bildirmişdir ki, internet səhifəsində bu xidmətin ayrıca vurğulanması onun müqavilədə əks olunması deməkdir. Lakin cavabdeh bildirir ki, qeyd olunan xüsusat bu öhdəliklərin cavabdehin üzərində olması qənaətinə gəlməyə əsas vermir. Tərəflər arasında hüquq və vəzifələrin yaranmasının əsası kimi 2017-ci il 1 iyul tarixli 07/2017 saylı müqavilə çıxış edir. Həmin müqavilədə də belə bir xidmət nəzərdə tutulmamışdır.
48. İddiaçı öz şikayətində müqavilənin 1.1-ci bəndində “Bank ödənişlərinin həyata keçirilməsi” ifadəsinə istinad edərək bildirmişdir ki, bank qarantiyasının verilməsi də bankın təqdim etdiyi ödənişli xidmətlər siyahısındadır. Lakin iddiaçı qəsdən bəndi yanlış təfsir etmişdir. Bank ödənişlərinin həyata keçirilməsi dedikdə tərəfin adından onun xeyrinə işgüzar proseslər zamanı yaran an ödənişlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin digər şərtlərindən göründüyü kimi, cavabdeh iddiaçıya mühasibatlıq xidmətləri göstərir. Bu səbəbdən, işin gedişində yaranacaq vergi, DSMF və digər ödənişləri həyata keçirmək üçün xidmət paketinə bu müddəa daxil edilmişdir. Deməli, iddiaçının əsaslandığı arqument özlüyündə müqavilənin qərəzli formada təfsirindən ibarətdir.
49. İddiaçı öz şikayətində bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi “Asan İmza”nın niyə cavabdehdə olduğunu araşdırmamışdır. Lakin bu hissədə məhkəmə araşdırmasını tələb edən hər hansı xüsusat yoxdur. Belə ki, mühasibatlıq xidmətləri çərçivəsində cavabdehin “Asan İmza”dan istifadə edərək müqavilədə göstərilən xidmətləri həyata keçirmək zərurəti yaranmışdır. Bu səbəbdən “Asan İmza” cavabdehdə olmuşdur. “ Asan İmza”nın cavabdehdə olması onun bank qarantiyası alınması xidmətləri göstərməsi öhdəliyinin olmasına dəlalət etmir. “Asan İmza”dan istifadə mühasibatlıq işlərinin gedişində də lazımdır.
50. İddiaçı şikayətində etibarnamədə nə üçün bank qarantiyasının alınması və ödənişlərin edilməsi hüququnun cavabdehə verilməsi faktının məhkəmə tərəfindən araşdırılmadığını və hüquqi qiymət verilmədiyini bildirmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi qətnamədə sözügedən məsələyə münasibətdə bildirmişdir ki, apellyasiya baxışında iddiaçının təqdim etdiyi 2021-ci il 1 dekabr tarixli etibarnamə isə gecikdirilmiş sübut olduğu üçün qəbul edilə bilməz. Belə ki, iddiaçı həmin sübutu birinci instansiya məhkəməsində təqdim etməmişdir.
51. İddiaçı öz şikayətində müqavilə üzrə xidmət haqqının 300 manat dan 900 manata qalxmasına istinad edərək bu halın məhkəmə tərəfindən araşdırılmadığını və hüquqi qiymət verilmədiyini bildirmiş, bu qiymət artımının bank qarantiyasının alınması xidmətinin sübut edilməsi üçün istifadə etməyə çalışmışdır. Lakin artıq ödənilmiş pul vəsaitinin məhz müqavilədə ayrıca xidmət növü kimi nəzərdə tutulmamış “tenderdə iştirak üçün sənədlərin hazırlanması”, “bank qarantiyası sənədinin alınması” kimi xidmətlərə görə ödənilməsi işin faktiki halları ilə təsdiqini tapmır. Qiymət artımının real səbəbi iş yükünün artması və iqtisadi şəraitin dəyişməsi olmuşdur (Əlavə 1).
52. İddiaçı öz şikayətində əvvəllər bank qarantiyasının alınması halına istinad edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi bu halı da araşdırmamış və hüquqi qiymət verməmişdir. Lakin apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin 39-cu bəndində göstərilmişdir ki, tərəflər arasında yaxşı işgüzar münasibətlər olduğuna görə cavabdehin əməkdaşları tenderdə iştirak üçün müəyyən sənədlərin hazırlanmasında köməklik göstərmiş və bu işlər onun öhdəliklərinə aid olmamışdır. Tərəflərin öhdəlikləri yalnız 2017-ci il 1 iyul tarixli 07/2017 saylı müqavilə ilə müəyyən edilir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
53. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
54. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qət naməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
56. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ö dənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onu n iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” 57. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. Əsas anlayışlar... 2.1.6. Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır....”
58. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutla rın təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
209. İşə mahiyyəti üzrə baxmağın qurtarması... 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyət i üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
361. Apellyasiya şikayətinin məzmunu... 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
59. İddiaçı xidmət müqaviləsi üzrə işləri yerinə yetirmiş cavabdehdən əldən çıxmış fayda kimi 87.607,92 manat pulun onun xeyrinə tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı rədd etmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.
60. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə aşağıdakı səbəblərdən razılaşmır.
61. Kassasiya şikayətinin dəlillə rinə görə, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən, “Bank ödənişlərinin həyata keçirilməsi” cavabdeh tərəfindən həyata keçirilməli işlər sırasındadır. Bank qarantiyası əməliyyatı isə bank tərəfindən ödənişli xidmətlər siyahısında olmaqdadır. Bank qarantiyasını almaq üçün ilk öncə bank ödənişi edilməlidir ki, bank tərəfindən qarantiya məktubu verilsin.
62. Əvvəla, apellyasiya instansiyası məhkəməsinin bildirdiyi kimi, tərəflər arasında bağlanmış “Mühasibat-Konsaltinq xidmətinin göstərilməsi haqqında” müqavilənin 1.1-ci bəndində cavabdehin göstərməli olduğu xidmətlər sırasında “bank qarantiyasının alınması”, ümumiyyətlə sənədlərin tenderə hazırlanması və təqdim edilməsi, bu sənədlərə görə məsuliyyət daşıması növündə xidmət nəzərdə tutulmamışdır.
63. Bundan başqa, istəni lən qurumun mühasibinin və ya onun funksiyalarını yerinə yetirən digər vəzifəli şəxsinin birbaşa vəzifəsi mühasibat uçotunun düzgün təşkili və aparılmasıdır. Mühasibat uçotunun anlayışı “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəqiq müəyyən edilmişdir.
64. Həmin Qanunun 2.1.6-cı maddəsinə (bax yuxarıda § 57) əsasən, mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.
65. Həmin anlayışdan da göründüyü kimi, bank qarantiyasının alınması, sənədlərin te nderə hazırlanması və təqdim edilməsi funksiyalarının mühasibat uçotunun anlayışına daxil olduğunu söyləmək mümkün deyildir.
66. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, nə tərəflər arasında bağlanmış müqavilədə, nə də istinad olunan Qanunda bank qarantiyasının alınması, sənədlərin tenderə hazırlanması və təqdim edilməsi funksiyaları mühasibat işinin predmeti hesab olunmuşdur. 67. “Bank ödənişlərinin həyata keçirilməsi” isə həddən artıq ümumi ifadə olmaqla, şirkətin istənilən bank və təsərrüfat əməliyyatlarına görə ödənişlərin, dövlət büdcəsinə olan ödənişlərin yerinə yetirilməsini, işçilərin əmək haqlarının verilməsini, bir sözlə, işgüzar proseslər zamanı yaranan və bank vasitəsilə həyata keçirilən istənilən ödənişlərin edilməsi xidmətini özündə ehtiva edir, bu səbəbdən də hazırk ı mübahisənin düzgün həlli üçün birbaşa hüquqi əhəmiyyət kəsb etmir.
68. Məhkəmə kollegiyası hesab edir ki, aydın şəkildə ifadə edilmiş təsdiqedici sənədlər olmadan, tərəflər arasında bağlanmış müqavilədə nəzərə tutulmuş konsaltinq xidmətlərinin də bank qarantiyasının alınması, sənədlərin tenderə hazırlanması və təqdim edilməsi funksiyalarını əhatə etməsini söyləmək mümkün deyildir.
69. Belə ki, biznes-konsaltinq xidməti adətən işgüzar fəaliyyətin həyata keçirilməsi zamanı meydana çıxan hər hansı problemin həlli ilə bağlı peşəkar məsləhət vermə və yardım göstərmə fəaliyyətini nəzərdə tutur. İntellektual fəaliyyət olan konsaltinqin əsas vəzifəsi müştərinin problemlərinin həlli istiqamətində innovasiyaların tətbiqinin və müvafiq sahənin inkişaf perspektivlərinin təhlili və əsaslandırılmasınd an ibarətdir.
70. Kassator bildirir ki, cavabdeh mübahisə yarananadək iddiaçıya müqavilədə nəzərdə tutulmuş xidmətlərlə yanaşı, tenderdə iştirak üçün sənədlərin hazırlanması, bank qarantiyası sənədinin alınması xidmətlərini də göstərmişdir. Müqavilə şərtlərində nəzərdə tutulmamışdırsa, apellyasiya məhkəməsinə təqdim edilən bank qarantiyasını cavabdehin hansı səbəbdən aldığına məhkəmə qiymət verməmişdir.
71. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasındakı münasibətlər xidmət müqaviləsi ilə tənzimlənmişdir.
72. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, tərəflər arasında yaxşı işgüzar münasibətlər olduğuna görə cavabdehin əməkdaşları tenderdə iştirak üçün müəyyən sənədlərin hazırlanmasında köməklik göstərmiş və bu işlər onun öhdəliklərinə aid olmamışdır.
73. Yuxarıda deyilənləri də nəzərə alaraq, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi ilə razılaşmamaq üçün hər hansı əsas tapmır.
74. Bundan başqa, kassasiya şikayətində müqavilə üzrə xidmət haqqının 300 manatdan 900 manata qalxması da bank qarantiyasının alınması ilə əlaqələndirilmişdir.
75. Lakin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsini də əsaslı hesab edir ki, artıq ödənilmiş pul vəsaitinin məhz müqavilədə ayrıca xidmət növü kimi nəzərdə tutulmamış “tenderdə iştirak üçün sənədlərin hazırlanması”, “bank qarantiyası sənədinin alınması” kimi xidmətlərə görə ödənilməsi işin faktiki halları ilə təsdiqini tapmır.
76. Kassator məhkəmənin həmin nəticəsini tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
77. Kassasiya şikayətin in növbəti dəlili ondan ibarətdir ki, məhkəmə iddiaçıya məxsus “Asan İmza”nın hansı səbəbdən daim cavabdehdə olmasına qiymət verməmişdir.
78. Halbuki iddiaçı kassasiya şikayətdə öz dəlilinə elə özü cavab verərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə nəzərdə tutulan maliyyə xidmətləri dedikdə, işçilərin əmək haqlarının, vergi və digər məcburi dövlət ödənişlərinin ödənilməsi, bəyannamələrin verilməsi, kreditor borcların ödənilməsi, bank xidmətlərinə görə ödənişlərin edilməsi başa düşülür ki, asan imza məhz bu məqsədlərlə cavabdehə verilmişdir.
79. Beləliklə, elə kassasiya şikayətinin özündən də məlum olur ki, məhz müqavilədə nəzərdə tutulmuş mühasibatlıq xidmətləri çərçivəsində cavabdehin müvafiq xidmətləri göstərə bilməsi, o cümlədən mühasibatlıq işlərini aparm ası üçün iddiaçı özünəməxsus “Asan İmza”nı cavabdehdə təqdim etmişdir. Lakin yuxarıda qeyd olunanlardan anlaşıldığı kimi, bank qarantiyasının alınması, sənədlərin tenderə hazırlanması və təqdim edilməsi mübahisəli müqavilə üzrə cavabdehin göstərməli olduğu xidmətlər sırasına daxil deyildir.
80. Bu baxımdan, məhkəmə kollegiyasının qənaətinə görə, “Asan İmza”nın cavabdehdə olması onun bank qarantiyası alınması xidmətlərini göstərməsi öhdəliyinin mövcud olmasına dəlalət etmir.
81. Bank qarantiyasının alınması səlahiyyətini ehtiva edən etibarnaməyə dair dəlillərə gəldikdə isə, mübahisələndirilən qətnamədən məlum olur ki, həmin sübutun birinci instansiya məhkəməsində deyil, birbaşa apellyasiya icraatında təqdim edilməsi və iddiaçının bu gecikmənin üzrlü hallarla bağlı olduğunu əsaslandıra bil məməsi səbəbindən məhkəmə sözügedən sənədi gecikdirilmiş sübut kimi qiymətləndirərək qəbul etməmişdir.
82. Məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin həmin hərəkəti MPM-in 78.1, 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin (bax yuxarıda § 58) tələblərinə uyğun olmuşdur.
83. Bundan əlavə və ən əsası isə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, hətta cavabdeh tərəfindən öz öhdəliklərinin pozulması halı qəbul edilsə belə, iddia təmin edilə bilməz. Belə ki, iddiaçının tenderdə iştirakı onun mütləq qaydada tenderdə qalib elan edilməsi anlamına gəlmir və o, tenderdən kənarlaşdırılmadığı və sona qədər iştirak etdiyi halda belə, tenderdə qalib elan edilməyə bilərdi. Göründüyü kimi, həm zərərin mövcudluğu, həm də zərərlə öhdəliyin pozulması a rasında səbəbli əlaqənin olması konkret faktlara deyil, ehtimal və mülahizələrə əsaslanır.
84. Kassasiya şikayətində məhkəmənin bu nəticəsi ilə bağlı heç bir tutarlı dəlil gətirilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bununla əlaqədar ümumiyyətlə təkzib olunmamışdır.
85. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 58) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 58) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
86. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bak ı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 aprel tarixli 2-2(103)-314/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
87. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 aprel tarixli 2-2(103)-314/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.