Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-461/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli 2-2(103)-458/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. İddiaç ı MMC ilə Cavabdeh MMC arasında 2021-ci il 26 fevral tarixli LA-PT/2021020 R saylı və LA-PT/2021-021R saylı podrat müqavilələri bağlanmış, iddiaçı (sifarişçi) tərəfindən cavabdehə (podratçıya) LA-PT/2021-020R saylı podrat müqaviləsi üzrə 33.926 manat (ƏDV daxil), LA-PT/2021-021R saylı saylı müqavilə üzrə 118.596,27 AZN (ƏDV daxil) avans ödənilmiş, 2021-ci il 6 oktyabr tarixdə hər iki müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilmişdir. 2. 2021-ci il 26 fevral tarixli LA-PT/2021-021R saylı podrat müqaviləsi üzrə əməkdaşlığa xitam verilməsi haqqında 2021-ci il 6 oktyabr tarixli 01 nömrəli razılaşmaya əsasən cavabdeh 2021-ci il 26 fevral tarixli LA-PT-2021-021R saylı podrat müqaviləsinə əsasən ödənilmiş 118.596,27 AZN (ƏDV daxil) avans məbləğindən cəmi 38.808,02 manat dəyərində iş lər gördüyünü təsdiq edərək gələcəkdə müqavilə üzrə işlərin davam etdirilməsi mümkün olmadığından sifarişçiyə 79.788,25 manat məbləği 2021-ci il 1 noyabr tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. 3. 2021-ci il 26 fevral tarixli LA-PT/2021-020R saylı podrat müqaviləsi üzrə əməkdaşlığa xitam verilməsi haqqında 2021-ci il 6 oktyabr tarixli 01 nömrəli razılaşmaya əsasən cavabdeh 2021-ci il 26 fevral tarixli LA-PT-2021-020R saylı podrat müqaviləsinə əsasən sifarişçi podratçıya işlərin görülməsi məqsədi ilə ödədiyi 33.926 manat (ƏDV daxil) avans məbləğindən podratçı cəmi 8.645,12 manat dəyərində işlər gördüyünü təsdiq etmiş, gələcəkdə müqavilə üzrə işlərin davam etdirilməsi mümkün olmadığından sifarişçiyə 25.280,88 manat məbləği 2021-ci il 1 noyabr tarixinə kimi qaytarmağı öhdəsinə götürmüş dür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) 2022-ci il 19 dekabr tarixində Cavabdeh MMC-yə(bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən sifarişçiyə geri ödənilməmiş 105.069,13 manat məbləğində vəsaitin, əlavə 5 faiz hesablanmaqla 5253 manat pul vəsaiti, 10000 manat əldən çıxmış fayda və iddia ərizəsinə görə ödənilmiş 410,32 manat dövlət rüsumu, ümumilikdə cəmi 120.732,45 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2021-ci il 26 fevral tarixli, LA-PT/2021-020 saylı və LA-PT/2021-021R saylı Podrat müqavilələri(bundan sonr a-“LA-PT/2021-020 saylı və LA-PT/2021-021R saylı Podrat müqaviləsi”)(işlərin görülməsinə dair) imzalanmışdır. Müqavilələrə əsasən “Sifarişçi” qismində iddiaçı, “Podratçı” qismində cavabdeh çıxış etmişdir.
6. LA-PT/2021-020 saylı Podrat müqaviləsinə əsasən işlərin görülməsi məqsədi ilə 33.926 AZN (ƏDV daxil) avans 2021-ci il 29 mart tarixində Podratçının bank hesabına ödənilmişdir.
7. Əlavə olaraq LA-PT/2021-021R saylı “Podrat” müqaviləsinə əsasən 2021-ci il 2 aprel və 2021-ci il 7 aprel tarixlərində isə ümumi olaraq işlərin görülməsi üçün 118.596,27 AZN (ƏDV daxil) məbləğində avans məbləğ podratçının bank hesabına ödənilmişdir. Bağlanmış müqavilələrdə podratçı, yəni cavabdeh Sifarişçinin sifarişi, bu müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan Sifarişçinin təqdim etdiyi lahiyə sən ədlərində, spesifikasiyalarda, texniki tapşırıq və şərtnamələrdə göstərilən şərtlər əsasında Müqavilənin ayrılmaz tərkib hissəsi olan X3 göstərilən işləri yerinə yetirməyi və iş üçün tələb olunan mal-materialı təhciz etməyi, Sifarişçi isə Podratçının müqaviləyə uyğun, razılaşdırılmış keyfiyyətdə və miqdarda yerinə yetirdiyi işləri qəbul edib dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşlər.
8. İstinad olunan müqavilələrin şərtlərinə əsasən görülməsi nəzərdə tutulan iş müqabilində ödənilən pul miqdarı qədər işlər yerinə yetirilməli və təhvil-təslim aktı ilə təhvil verilməlidir. Hazırkı vaxta qədər cavabdehin müqavilələr üzrə ümumilikdə 105.069,13 AZN borcu yaranmışdır. Cavabdeh 105.069,13 manatı, əsas borca görə əlavə 5% hesablanmaqla, 5.253 manat məbləğində v əsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir.
9. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Operativ xidmət göstərən, daim müasir standartlarla çalışan bir şirkət kimi iddiaçıya məxsus olan pul vəsaitinin vaxtında iddiaçıya ödənilməməsi bəzi ödənişlərin (kommunal, icarə haqqı, əmək haqqı və s.) vaxtında edilməsində çox böyük çətinliklər yaratdı, həmçinin bir sıra layihələrdə şirkət olaraq iştirak etmələrini mümkünsüz hala gətirdi. Yaranmış bu çətinlik şirkət daxilində gərginlik yaratdı və işçilər arasında motivasiyanın aşağı düşməsinə səbəb oldu. Bu səbəbdən əldən çıxmış faydanı minimum 10.000 manat olaraq dəyərləndirir. Cavabdeh iddiaçını aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə hər iki tərəfin imzası ilə təsdiq edilmiş razılaşmalara əməl etmir və iddiaçıya məxsus vəsaiti geri ödəmir. İddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir.
10. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-“Konstitusiya”) 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 6.2, 14, 21.1, 21.2, 324.1, 385, 389.1, 399.1, 430.1, 439.3, 448, 449, 560.1, 752.1, 753.1, 753.2, 753.3, 756.1, 756.2, 769, 770, 1091, 1092.1, 1093.1, 1097.1, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 4-cü maddələrinə istinad edilmişdir.
11. Cavabdeh 2023-cü il 31 yanvar tarixində iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddiaçı tərəf işlərin görülməsi üçün vacib olan avans məbləğini 2 ay sonra ödəmişdir. Bu zaman ölkəmizdə və dünyada baş verən siyasi və iqtisadi proseslər nəticəsində tikinti bazarında müqavilə bağlanan zaman mövcud olmuş qiymətlərin orta hesabla 40-45% artımı müşahidə edilmişdir. Yerinə yetiriləcək işlər bilavasitə tikinti sahəsində istifadə olunmalı mal-materiallarla birbaşa bağlılıq təşkil etdiyindən tərəflərindən müqavilə münasibətləri üzrə qiymətlərin artıma uyğun olaraq yenidən razılaşdırılması üçün dəfələrlə şifahi və yazılı şəkildə sifarişçiyə məlumatlar verilmişdir. Eləcə də tərəflərindən ödənilən avans üzrə görülmüş işlərin həcmi və dəyəri barədə təhvil-təslim aktları tərtib edilərək sifarişçiyə göndərilmişdir. Lakin sifarişçi şirkət həmin göndərilən sənədlərə dair hər ha nsı bir reaksiya verməmişdir. Bundan sonra mövcud şərtlər daxilində müqavilə münasibətlərinin davam etdirilməsinin mümkün olmaması barədə qarşı tərəfə dəfələrlə email yazışmaları və şifahi qaydada məlumatlar verilmiş və bu şərtlər daxilində podrat müqaviləsinin davam etdirilməsinin iqtisadi cəhətdən rentabeliliyinin olmamasına görə ləğv edilməsi təklif edilmişdir. İddiaçı tərəf hazırda iddia edir ki, onun tərəfindən ödənilmiş avans məbləğinə mütənasib olaraq işlər yerinə yetirilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iddia ərizəsinə etiraza əlavə edəcəyi görülmüş işlər barədə təhvil-təslim aktlarından görünür ki, verilmiş avans məbləğləri podratçı tərəfindən tam şəkildə işlərin görülməsinə yönəlmişdir. İddiaçı tərəf öz iddiasının əsasını bağlanmış müqavilələrə xitam verilməsi haqqında razılaşmalara istinad etmiş və həmin razılaşmalar üzrə podratçı olaraq cavabdehin sifarişçiyə borcunun olmasına istinad etmişdir. Adıçəkilən razılaşmalar görülmüş işləri tam şəkildə əhatə etmədiyindən nəzərə alınmamalıdır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi respublikada mövcud olan tikinti bazarındakı qiymətlər üzrə sifarişçi tərəfindən ona ödənilmiş pul vəsaitləri podrat müqaviləsi üzrə işlərin görülməsinə sərf edilmişdir. Cavabdeh Mülki Məcəllənin 753.2, 754.1, 754.2, 759.1, 760.2, 767.1, 776.1-ci maddələrini əsas gətirməklə, qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda iddia müddəti ötürülmüşdür.
12. Cavabdeh 2023-cü il 31 yanvar tarixində məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə verərək, göstərmişdir ki, MM-in 776.1-ci madəsinə görə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri 2021-ci il 26 fevral tarixdə yaranmış və həmin müqaviləyə 2021-ci il 6 oktyabr tarixində xitam verilmişdir. Podrat müqaviləsi üzrə Mülki Məcəllədə mövcud olan xüsusi maddi hüquq normalarına diqqət yetirdikdə müəyyən olunur ki, bu tip mübahisələr üzrə MM-in 776.1-ci maddəsi tətbiq olunur. Həmin maddəyə nəzər yetirdikdə görünür ki, icranın qüsuru barədə iddia müddət 1 il müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 1 illik iddia müddəti ötürülmüşdür. Qeyd edilənlərə əsasən iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi xahiş edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 fevral tarixli e-2-2(113)-576/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 105.069,13 manat pul və ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir(hakim-Ü.Həsənova).
14. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbləri üç hissədən ibarətdir: 1) İddiaçı tərəfindən cavabdehə ödənilmiş 105.069,13 manat pul vəsaitinin geri qaytarılması; 2) İllik 5 faiz hesablanmaqla 5253 manat faiz borcunun ödənilməsi; 3) Hesablanmış 10.000 manat əldən çıxmış faydanın tutulması.
15. İddia tələblərinin birinci hissəsi ilə bağlı qeyd edilməlidir ki, tərəflər arası nda LAPT/2021-020 R saylı və LA-PT/2021-021 R saylı podrat müqavilələri imzalanmış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 152.522,26 manat məbləğində avans ödənilmiş, podrat müqavilələrinə 2021-ci il 6 oktyabr tarixində hər iki tərəfin qarşılıqlı razılığı ilə xitam verilmişdir.
16. İddiaçı LA-PT/2021-020 saylı podrat müqaviləsinə əsasən işlərin görülməsi məqsədi ilə 33.926 manat avansın 2021-ci il 29 mart tarixində cavabdehin bank hesabına ödənildiyini, əlavə olaraq LA-PT/2021-021R saylı podrat müqaviləsinə əsasən 2021-ci il 2 aprel və 2021-ci il 7 aprel tarixlərində isə ümumi olaraq işlərin görülməsi üçün 118.596,27 manat məbləğində avans məbləğin cavabdehin bank hesabına ödənildiyini, lakin LAPT/2021-021R saylı podrat müqaviləsi üzrə ödədiyi 118.596,27 manat avan s məbləğindən, cavabehin cəmi 38.808,02 manat dəyərində işlər gördüyünü, ona 79.788,25 manat məbləği qaytarmalı olduğunu, LA-PT/2021-020R saylı podrat müqaviləsi üzrə ödədiyi 33.926 manat avans məbləğindən, cavabdehin cəmi 8.645,12 manat dəyərində işlər gördüyünü, ona 25.280,88 manat məbləği geri qaytarmalı olduğunu iddia edir.
17. Cavabdeh bu hissədə iddiaya etiraz edərək, avans məbləğinin ona gec ödənildiyi üçün müqavilə bağlanan zaman razılaşdırılmış qiymətlərlə deyil, işlərin faktiki icra edildiyi zaman mövcud olan bazar qiymətlərinin əsas götürülməli olduğunu, nəticədə cavabdehin iddiaçıya hər hansı borcunun olmadığını bildirmişdir.
18. Məhkəmə cavabdehin bu arqumenti ilə razılaşmır və bununla bağlı bildirir ki, tərəflər arasında imzalanmış müqavilələrin 2-ci bəndinə əsasən müqavilə i lə görülməsi nəzərdə tutulmuş işlərin qiyməti (müqavilənin ümumi qiyməti) müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolu ilə müəyyənləşdiriləcək. Bu müqavilə üzrə işlərin yerinə yetirilməsi zamanı müqavilə ilə razılaşdırılmayan hər hansı bir işin görülməsi zərurəti yaranarsa və bununla əlaqədar ödəniləcək muzdun miqdarında dəyişiklik edilməsi gərəkli olduqda, podratçı həmin işi icra etməzdən əvvəl bu barədə qabaqcadan sifarişçiyə məlumat verməli, dəyişikliklər barədə müvafiq olaraq müqaviləyə əlavə saziş tərtib edilməlidir. Birtərəfli edilmiş dəyişiklik və əlavələrin hüquqi qüvvəsi yoxdur və sifarişçinin razılığını almadan görülmüş hər hansı işin haqqı ödənilmir.
19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə üzrə görüləcək iş lərə dair yalnız bir qiymət razılaşma protokolu tərtib edilmiş, sonradan ona hər hansı əlavə və ya dəyişiklik edilməmişdir. Adıçəkilən müqavilələrin əlavələri olan qiymət razılaşma protokollarına əsasən sifarişçi podratçıya ödənişi bank qarantiya təqdim etdiyi halda avans olaraq 50 %, qalan məbləği isə gördüyü işin həcmindən asılı olaraq əsas müqavilənin tələbləri nəzərə alınmaqla təhvil qəbul aktına əsasən nağd və ya köçürmə yolu ilə ödəyir.
20. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş 2021ci il 15 mart tarixli əvvəlcədən ödənişin (avans) geri qaytarılması qarantiyalarına əsasən hazırkı qarantiyalar avans ödənişlərinin ödənildiyi gündən qüvvəyə minir və 2021-ci il 5 may tarixinədək qüvvədədirlər.
21. İş materiallarından görünür ki, cavabdeh tərəfindən b ank qarantiyası iddiaçıya 2021-ci il 15 mart tarixində təqdim edilmiş, iddiaçı tərəfindən cavabdehə 2021-ci il 29 mart tarixində 28.750,85 manat, eyni tarixdə 5.175,15 manat, 2021-ci il 2 aprel tarixində 29.661,02 manat, eyni tarixdə 5.338,98 manat, 2021-ci il 7 aprel tarixində 70.844,29 manat, eyni tarixdə 12.751,97 manat məbləğində avans ödənilmişdir.
22. Bundan əlavə, podrat müqavilələrinə tərəflərin qarşılıqlı razılığı əsasında 2021-ci il 6 oktyabr tarixində xitam verilmiş, cavabdeh iddiaçıya olan 105.069,13 manat borcunu 2021-ci il 1 noyabr tarixinədək ödəməyi öhdəsinə götürmüşdür.
23. Əlavə olaraq tərəflər arasında hər iki müqavilə üzrə görülmüş işlərə dair 2021-ci il 8 iyul tarixində təhvil-təslim aktı imzalanmış, görülmüş işlərin ümumi dəyəri 48.269,23 manat qeyd edilmiş, müqaviləy ə xitam razılaşmaları, habelə qeyd olunan təhvil aktı cavabdeh tərəfindən təsdiq edilmiş, onların həqiqiliyi də məhkəmə araşdırması zamanı mübahisə edilməmişdir.
24. Məhkəmə cavabdehin təqdim etdiyi 2021-ci il 26 iyun tarixli təhvil-təslim aktı ilə bağlı bildirir ki, həmin təhvil aktı tərəflərin nümayəndələri, habelə möhürlə təsdiqlənməmiş, bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin təhvil aktının dəqiq olmadığını və natamam tərtib edildiyini bildirmişdir.
25. Beləliklə, tərəflər arasında podrat müqavilələri bağlanmış, iddiaçı həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 105.069,13 manat borcu yaranmışdır.
26. Beləliklə, məh kəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin podrat müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya ümumilikdə 105.069,13 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 105.069,13 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
27. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə(bax yuxarı § 12) vermişdir.
28. Həmin ərizə də əsassızdır.Belə ki, hazırkı iddia tələbi podratçı tərəfindən görülmüş işlərin qüsurları ilə bağlı deyil, podratçı tərəfindən müqavilədə nəzərdə tutulan işin vaxtında icra edilməməsi nəticəsind ə iddiaçı qarşısında yaranmış borcunun ödənilməsi tələbi ilə bağlıdır.
29. Bu səbəbdən iddiaçının hazırkı iddia tələbinə 3 illik iddia müddəti şamil edilməlidir.
30. Belə ki, MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir.
31. İş materiallarından da görünür ki, cavabdeh iddiaçıya olan borcunu 2021-ci il 1 noyabr tarixinə qədər ödəməyi öhdəsinə götürmüş, lakin həmin öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyi üçün iddiaçı 2022-ci il 10 fevral tarixində hazırkı mübahisə ilə bağlı mediasiya təşkilatına, iddia ərizəsi ilə isə 2022-ci il 19 dekabr tarixində Məhkəməyə müraciət etməklə, qanunla nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməmişdir.
32. Məhkəmə iddia tələbinin İllik 5 faiz he sablanmaqla 5253 manat faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 5253 manat faiz borcu tutması mümkün deyil. Ona görə də hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.
33. Məhkəmə iddia tələbinin 10.000 manat əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə iddiaçı təl əbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia həmin hissədə də təmin edilməməlidir.
34. Məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 373.2, 752.1, 753.1, 776.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Cavabdehin vəkili qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli 2-2(103)-458/2023 saylı qətnaməsi ilə cavabdehin şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır(sədrlik edə n – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş olunsa da, şikayətin məzmunundan göründüyü kimi, qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, podrat müqavilələri ləğv edilərkən tərəflər arasında tərtib edilmiş və cavabdehin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş 2021-ci il 6 oktyabr tarixli 01 nömrəli razılaşmalarda cavabdehin gördüyü işlərin dəyəri və sifarişçi tərəfindən ödənilmiş avansın qaytarılmalı olan məbləği 105.069,13 manat müəyyən edildiyindən, qeyd edilə n razılaşmalar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən bu borcun cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsaslıdır.
39. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edildiyi üçün avans ödənişi ödənişlərində gecikmələrin olub-olmamasının araşdırılması işin həlli üçün əhəmiyyətli deyil.
40. Müqaviləyə xitam verildiyi 2021-ci il 6 oktyabr tarixindən sonra cavabdeh tərəfindən hər hansı iş görülmədiyindən qeyd edilən tarixdə tərtib edilmiş razılaşmaların görülmüş işləri tam şəkildə əhatə etmədiyi və bu səbəbdən nəzərə alınmamalı olmadığına və müqavilə üzrə görülmüş işlərin dəyərinin və borcun hesablanması üçün ekspertiza təyin edilməli olduğuna dair dəlillər əsassızdır. Cavabdehin etirazının əsaslı oldu ğu sübutlarla təsdiq edilmədiyindən iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslıdır.
41. Məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 373.2, 377.1, 752.1, 759.1, 776.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
42. Qətnamə 2023-cü il 18 may tarixində tərəflərin Elektron Məhkəmə İnformasiya Sistemindəki kabinetinə və 19 may tarixində isə X1 Sisteminə yerləşdirilmişdir.
43. Cavabdehin nümayəndəsi və vəkili 2023-cü il 11 iyul tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.2-ci, 754.1-ci, 754.2-ci, 759.1-ci, 760.2-ci, 767.1-ci, 776.1-ci maddələri üzrə: İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021ci il 26 fevral tarixli, 2 ayrı podrat müqavilələrinə əsasən Podratçı olaraq Sifarişçinin tapşırığına əsasən tərəfimizdən müəyyən işlər görülməli idi. Mübahisə predmeti olan podrat müqavilələri iddiaçı tərəfindən elan edilmiş tender nəticəsində bağlanmışdır. Bağlanmış podrat müqavilələri üzrə ödənişlər isə 2 ay sonra həyata keçirilmişdir. Fevral ayında tərəfimizdən tender komissiyasına görüləcək işlərin və istifadə ediləcək mal materialların həmin tarixə olan qiymətləri iddiaçı tərəfə təqdim olunmuşdur. Lakin iddiaçı tərəf işlərin görülməsi üçün vacib olan avans məbləğini 2 ay sonra ödəmişdir. Bu zaman ölkəmizdə və dünyada baş verən siyasi və iqtisadi proseslər nəticəsində tikinti bazarında müqavilə bağ lanan zaman mövcud olmuş qiymətlərin orta hesabla 40-45% artımı müşahidə edilmişdir. Yerinə yetiriləcək işlər bilavasitə tikinti sahəsində istifadə olunmalı mal materiallarla birbaşa bağlılıq təşkil etdiyindən tərəfimizdən müqavilə münasibətləri üzrə qiymətlərin artıma uyğun olaraq yenidən razılaşdırılması üçün dəfələrlə şifahi və yazılı şəkildə sifarişçiyə məlumatlar verilmişdir.
45. Eləcə də tərəfimizdən ödənilən avans üzrə görülmüş işlərin həcmi və dəyəri barədə təhvil-təslim aktları tərtib edilərək sifarişçiyə göndərilmişdir. Lakin sifarişçi şirkət həmin göndərilən sənədlərə dair hər hansı bir reaksiya verməmişdir. Bundan sonra mövcud şərtlər daxilində müqavilə münasibətlərinin davam etdirilməsinin mümkün olmaması barədə qarşı tərəfə dəfələrlə e-mail yazışmaları və şifahi qaydada məlum atlar verilmiş və bu şərtlər daxilində podrat müqaviləsinin davam etdirilməsinin iqtisadi cəhətdən rentabeliliyinin olmamasına görə ləğv edilməsi təklif edilmişdir. İddiaçı tərəf hazırda iddia edir ki, onun tərəfindən ödənilmiş avans məbləğinə mütənasib olaraq işlər yerinə yetirilməmişdir. Bununla bağlı qeyd etməliyik ki, iddia ərizəsinə etiraza əlavə edəcəyimiz görülmüş işlər barədə təhvil-təslim aktlarından görünür ki, verilmiş avans məbləğləri podratçı tərəfindən tam şəkildə işlərin görülməsinə yönəlmişdir. İddiaçı tərəf öz iddiasının əsasını bağlanmış müqavilələrə xitam verilməsi haqqında razılaşmalara istinad etmiş və həmin razılaşmalar üzrə podratçı olaraq bizim sifarişçiyə borcumuzun olmasına istinad etmişdir.
46. Adıçəkilən razılaşmalar görülmüş işləri tam şəkildə əhatə etmədiyində n nəzərə alınmamalıdır. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi respublikada mövcud olan tikinti bazarındakı qiymətlər üzrə sifarişçi tərəfindən bizə ödənilmiş pul vəsaitləri podrat müqaviləsi üzrə işlərin görülməsinə sərf edilmişdir.
47. Həmçinin qaldırılmış iddia tələbinin qəbul etməməklə yanaşı hesab edirik ki, tərəfimizdən təqdim ediləcək sübutlar əsasında işin tam, hərtərəfli və obyektiv şəkildə həllinə nail olunması üçün iş üzrə məhkəmə-tikinti və məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Belə ki, ekspert tərəfindən gördüyümüz işlərin həcmi və dəyəri müəyyən edildikdən sonra bizim mübahisə predmeti olan podrat müqaviləsi üzrə hər-hansı bir borcumuzun olmayacağı müəyyən ediləcəkdir.
48. Podrat müqaviləsi üzrə MM-də mövcud olan xüsusi maddi hüquq normalarına diqqət yetirdikdə müəyyən olunur ki, bu tip mübahisələr üzrə MM-in 776.1-ci maddəsi tətbiq olunur. Həmin maddəyə nəzər yetirdikdə görünür ki, icranın qüsuru barədə iddia müddəti 1 il müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 1 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə qeyd edilən xüsusatlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam ləğv edilməsi xahiş olunsa da şikayətin məzmunundan göründüyü kimi, qətnamə cavabdeh tərəfindən qismən-iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
53. Azərbayca n Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız mu zd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir....” “Maddə
776. Podrat müqaviləsi üzrə iddia müddəti 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər....”
54. Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli 2-2(103)458/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
56. Apellyasiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, podrat müqavilələri ləğv edilərkən tərəflər arasında tərtib edilmiş və cavabdehin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş 2021-ci il 6 oktyabr tarixli 01 nömrəli razılaşmalarda cavabdehin gördüyü işlərin dəyəri və sifarişçi tərəfindən ödənilmiş avansın qaytarılmalı olan məb ləği 105.069,13 manat müəyyən edildiyindən və qeyd edilən razılaşmalar isə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, bu borcun cavabdehdən tutulmasına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir.
57. İş materiallarından da göründüyü kimi cavabdehin kassasiya şikayətinin dəlilləri faktiki olaraq apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Apellyasiya Məhkəməsi bununla əlaqədar qeyd etmişdir ki, tərəflər arasında podrat müqavilələrinin bağlanması, işlərin sifariş verilməsi, və sifarişin tam yerinə yetirilməməsi işin mübahisəsiz hallarıdır, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirdiyi halda, cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir.
58. Kassasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ə sasında ləğv edildiyi üçün avans ödənişlərində gecikmələrin olubolmamasının araşdırılması işin həlli üçün əhəmiyyətli deyil, iş üzrə məhkəmə-tikinti və məhkəmə mühasibatlıq ekspertizasının keçirilməməsi isə prosessual pozuntu hesab edilə bilməz.
59. Belə ki, hazırkı işdə ekspertizanın keçirilməsinin məqsədi-işlərin görülməsinə nə qədər vəsaitin sərf olunması, nə qədər avans ödənişinin olması, işlərin hansı həcmdə görülməsi və cavabdehin iddiaçıya borcunun olub-olmamasının müəyyənləşdirilməsidir və iş materiallarına əsasən cavabdeh 105.069,13 manat məbləğində pulu geri qaytaracağına razılaşmış, iddia tələbi də məhz həmin məbləğdə pulun tələb edilməsindən ibarət olduğu və faktiki olaraqsa buna prosessual zərurət olmadığı halda şikayətdə qeyd edilən ekspertizaların təyin edilməsi əsassız olar aq işə baxılmasının uzadılmasına səbəb ola bilərdi.
60. Məhkəmələr həmçinin cavabdehin təqdim etdiyi 2021-ci il 26 iyun tarixli təhvil-təslim aktı ilə bağlı qeyd etmişlər ki, həmin təhvil aktı tərəflərin səlahiyyətli nümayəndələri, habelə onların möhürləri ilə təsdiqlənməmiş, bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin təhvil aktının dəqiq olmadığını və natamam tərtib edildiyini bildirmişdir.
61. Cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizəsi məhkəmələr tərəfindən haqlı olaraq əsassız hesab edilmişdir. Belə ki, hazırkı iddia tələbi podratçı tərəfindən görülmüş işlərin qüsurları ilə bağlı deyil, podratçı tərəfindən müqavilədə nəzərdə tutulan işlərin vaxtında icra edilməməsi nəticəsində iddiaçı qarşısında yaranmış və yazılı razılaşmalar la etiraf edilmiş borcunun ödənilməsi ilə bağlı olduğundan, hazırkı iddia tələbinə 3 illik iddia müddəti şamil edilməlidir.
62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli 22(103)-458/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
63. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli 22(103)-458/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qü