Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-470/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" Şirkətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: xidmət müqaviləsi üzrə borcun tutulması; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının qanuni təmsilçisi Nicat Cəbiyevin, onun vəkili Vəkil3 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 may tarixli, 2-2(103)-425/2021 saylı qətnaməsin dən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" MMC (bundan sonra - MMC) ilə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasindakı nümayəndəliyi (bundan sonra – Şirkət) arasında 2016-cı il 22 iyun tarixdə 032/16-C saylı, xidməti müqavilə bağlanmış, həmin müqavilə üzrə MMC Şirkət üçün “SOCAR Polimer” zavodunun tikintisində təqdim etdiyi qiymət protokolunda göstərilən qaynaq tikişlərinin diaqnostikası işlərini yerinə yetirərək, müvafiq rəy vermək öhdəliyini öz üzərinə götürmüşdür. 2. 2016-cı ilin dekabr ayından Şirkətin sifarişləri üzrə həmin müqavilədə nəzərdə tutulmuş işlər MMC tərəfindən görülmüş və buna dair tərəflər arasında razılaşdırma aktları imzalanmışdır. 3. 2018-ci ilin iyun ayından 2019-cu ilin yanvar ayınadək olan dövr üzrə görülmüş işlərə dair təsdiqlənmiş akt əsasında, ƏDV daxil, 121.060,03 manat məbləğində vəsait Şirkət tərəfindən 2019-cu ilin 31 iyul tarixində MMC-yə ödənilmiş, hesab fakturalara əsasən Şirkət tərəfindən edilmiş ödənişlərdə gecikmələr olmuşdur.
4. Tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən hər təqvim ayının sonunda tərəflərin imzaladığı AKT dəyərindən 10% həcmində qabaqcadan ödənilmiş dəyər bitənə qədər saxlanılaraq 60 təqvim günü müddəti ərzindən gec olmamaq şərti ilə icraçının bank hesabına ödəniş edilir. Gecikən hər təqvim günü üçün 0,1% cərimə hesablanır.
5. İddiaçı MMC 2020-ci il 13 yanvar tarixli, 083-L-20 saylı pretenziya qaydasında məktubla cavabdeh Şirkətə müraciət edərək, müqavilə üzrə yaranmış 104.899,29 manat məbləğində cərimənin 7 iş günü müddətində ödə nilməsini tələb etmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurətinin yaranacağı bildirilmişdir.
6. Cavabdeh Şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əsasnaməsinin 4-cü bəndinə əsasən, şirkət nümayəndəliyinin öhdəliklərinə görə tam məsuliyyət daşıyır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC cavabdeh Şirkətə qarşı məhkəməyə 2020-ci il 17 fevral tarixdə iddia ərizəsi ilə müraciət edərək müqavilə öhdəliklərini icra etməməyə görə hesablanmış 104.899,29 manat məbləğində cərimənin Şirkətdən alınaraq MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
8. Daha sonra MMC məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, müqavilə öhdəliklərini vaxtında icra etməməyə görə hes ablanmış 104899,29 manat məbləğində cərimə məbləğinin Şirkətdən tutulması və tutmanın ilk növbədə Şirkətin Azərbaycan Respublikasindakı Nümayəndəliyinin idarəetməsində olan əmlakına və bank hesablarına yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (iş.v204, cild1). Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh Şirkət arasında bağlanmış 032/16-C saylı, 2016-cı il 22 iyun tarixli müqaviləyə əsasən icraçı sifarişçi üçün “SOCAR Polymer” zavodunun tikinti layihəsinin icrası ilə bağlı qaynaq tikişlərinin diaqnostikasını yerinə yetirib müvafiq rəy verilməsi işlərini görmüşdür. Tərəflər arasında imzalanmış müqavilənin 8.3-cü bəndinə əsasən hər təqvim ayının sonunda tərəflərin imzaladığı AKT dəyərindən 10% h əcmində qabaqcadan ödənilmiş dəyər bitənə qədər saxlanılaraq 60 təqvim günündən gec olmamaq şərti ilə icraçının bank hesabına ödəniş edilir. Gecikən hər təqvim günü üçün 0,1% cərimə hesablanır. 2016-cı ilin dekabr ayından başlayaraq, görülmüş işlərin dəyərini müqavilə şərtlərinə əsasən görülmüş işlər barədə akt imzalandığı gündən 60 təqvim günü ərzində ödənilməli olduğu halda, hər dəfə kifayət qədər uzunmüddətli gecikmələrlə ödənilmişdir. Görülmüş işlərin, 2018-ci ilin iyun 2019-cu ilin yanvar ayınadək olan dövrlər üzrə təsdiqlənmiş akt əsasında olan dəyərini təşkil edən 121.060,03 manat (18% ƏDV daxil) məbləğ isə sifarişçi tərəfindən yalnız 2019cu ilin 31 iyul tarixində ödənilmişdir. İddiaçı tərəfindən 2016-cı ilin dekabr ayından başlayaraq, cavabdehin sifarişləri üzrə müqavilədə nəzərdə tutulmuş işlərin görülməsi, iddiaçı və cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış razılaşdırma aktları ilə təsdiq olunur. İşlərin dəyərinin ödənilməsi cavabdeh tərəfindən mütəmadi olaraq gecikdirildiyindən, müqavilənin 8.3-cü bəndinin tələblərinə uyğun olaraq ümumilikdə 104.899 manat məbləğində cərimə hesablanmış və bu barədə tərtib olunmuş akt cavabdehə təqdim edilsə də imzalanmamış, həmçinin pretenziya məktubuna da cavab verilməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 noyabr tarixli, e-2-2(113)1256/2020 saylı qətnaməsi ilə iddia qismən – cavabdeh Şirkətdən 5000 manat məbləğində pul tutularaq iddiaçı MMC-yə ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Z.Axundova).
11. Həmin məhkəmə bildirmişdir ki, cavabdeh Şirkət tərəfi ndən müqavilə üzrə ödənişlər edilsə də, ödənişlər gecikdirilmiş, bu səbəbdən iddiaçı gecikdirilmiş ödənişlərə görə cərimə borcu hesablamışdır. Cavabdeh öhdəliklərinin vaxtında icra etmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə mülki qanunvericiliyin tələblərinə istinad etməklə tələb olunan dəbbə pulunun tənasübsüz surətdə yüksək olması qənaətinə gəlmiş və borclunun əsaslı mənafelərini nəzərə alaraq dəbbə pulunu 5000 manat məbləğində müəyyən etmişdir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehdən alınmalı borcun cavabdeh Şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyini n idarəetməsində olan əmlaklara və bank hesablarına yönəldilməsi xahiş edilsə də, əmlaklar və onların dəyəri barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən iddia tələbi borcun Şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əmlakına və bank hesabına yönəldilməsi hissəsində təmin oluna bilməz.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə) 442, 462.1, 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1 və 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Həmin qətnamədən iddiaçı MMC apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Qətnamədən həmçinin cavabdeh də apellyasiya şikayəti verərə k onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 may tarixli, 2-2(103)-425/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmişdir (sədrlik edən C.Yusifov, hakimlər R.Qurbanov və V.Baxışova).
17. Apellyasiya məhkəməsi bildirmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri və iş materiallarına əsasən gecikmə dövrü üzrə dəbbə pulunun hesablanmış məbləğinin 104.899 manat təşkil etməsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, 121.060,03 manat əsas borc ödənildiyindən, cavabdeh borclunun əmlak və bütün əsaslı mənafeləri baxımından ondan 104.899 manat məbləğində dəbbə pulunun tutulması onun mal iyyə vəziyyətinə aşkar şəkildə tənasübsüzdür. Bu səbəbdən, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun əsas borcun təxminən 5 faizi miqdarında müəyyənləşdirilməsi mülki qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçının apellyasiya şikayətinin qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarına riayət edilmədiyini, təqdim edilmiş sübutları tam və ətraflı şəkildə araşdırılmadığını mübahisələndirən dəlilləri əsaslı olmamışdır. Məhkəmə kollegiyası həmçinin, cavabdehin də qət olunan dəbbə pulu ilə razılaşmayan dəlillərini əsassız saymışdır. Belə ki, məhkəmə həm borclunun həm də kreditorun əmlak və bütün əsaslı mənefeləri nəzərə almalı idi. Qanunvericilik isə məhkəməyə dəbbə pulunu tam ləğv etmək hüququ verməmişdir.
18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 465.2, 467ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
19. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 7 iyun tarixdə cavabdehə göndərilmiş və iddiaçının iddiaçının vəkilinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
20. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verməklə onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
21. Apellyasiya məhkəməsi qətnamə qəbul edən zaman sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi zərər məbləği 121.060,03 (bir yüz iyirmi bir min altmış manat üç qəpik) manat məbləğində olan əsas borca görə deyil, ümumilikdə iddiaçının cavabdehə göstərdiyi 1.149.595 manat məbləğində işlərin görülməsinə görə yaranmışdır. İddiaçı hesab edir ki, məhkəmə qətnamə qəbul edən və dəbbə pulunun məbləğini azaldan zaman kreditorun mənafelərini nəzərə almamış, qanunun müvafiq normasını heç bir əsas olmadan tətbiq etmişdir. Belə ki, cavabdeh dünyaca tanınmış, kifayət qədər əmlakı və maddi imkanları olan beynəlxalq şirkətdir, iddiaçı isə rezident müəssisə olmaqla müqavilə əsasında bəzi xidmətləri icra edən cavabdehə münasibətdə kiçik podratçı şirkətdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
22. Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun dəlillə rinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdirlər.
23. Məhkəmə kollegiyası iclasında cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək şikayətin əsassız olduğunu bildirmiş və məhkəmə kollegiyasından apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməmə si və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu aza lda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. 2
8. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
29. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi qətnamə qəbul edən zaman sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi zərər məbləği 121.060,03 (bir yüz iyirmi bir min altmış manat üç qəpik) manat məbləğində olan əsas borca görə deyil, ümumilikdə iddiaçının cavabdehə göstərdiyi 1.149.595 manat məbləğində işlərin görülməsinə görə yaranmışdır.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
32. Belə ki, MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatl ar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
33. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
34. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva ed ir.
35. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndiri lməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümləd ən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
37. Tərəflər arasında bağlanmış 2016-cı il 22 iyun tarixli, 032/16C saylı müqavilənin 8.3-cü bəndinə əsasən, hər təqvim ayının sonunda tərəflərin imzaladığı akt dəyərindən 10% həcmində qabaqcadan ödənilmiş dəyər bitənə qədər saxlanılaraq 60 təqvim günü müddəti ərzindən gec olmayaraq icraçının bank hesabına ödəniş edilir. Gecikən hər təqvim gün üçün 0,1% cərimə hesablanır.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borc lunun kreditora ödəməli olduğu pul məbləğidir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlarla bağlı lazımi qaydada araşdırma apararaq cavabdehin öhdəliklərinin icrasını gecikdirməsi nəticəsinə gəlmişdir. Həmçinin, gecikmə dövrü üzrə dəbbə pulunun 104.899 manat təşkil etməsi də işə baxılarkən mübahisələndirilməmişdir.
40. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
41. Göründüyü kimi, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icrasının gecikdirilməsi qənaətinə gəlmiş, lakin Mülki Məcəllənin tələbləri baxımından tənasübsüz surətdə yüksək həcmdə tələb olunan dəbbə pulunu qanunvericiliyin tələblərinə uyğun olaraq azaltmışdır.
42. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsinə dair kassasiya şikayətinin dəlili əsaslı olmamışdır.
43. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.
44. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın 2021-ci il 27 may tarixli, 2-2(103)-425/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
45. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 may tarixli, 2-2(103)-425/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.