Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-471/2022 24.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: əmlakların naturada təhvil verilməsi, müqavilə öhdəliklərinin icra edilməsi vəzifəsinin qoyulması və sair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (bundan sonra – “iddiaçı”) Cavabdeh MTK-ya (bundan sonra – “cavabdeh”) qarşı “əmlakların naturada təhvil verilməsi, müqavilə öhdəliklərinin icra edilməsi vəzifəsinin qoyulması və sair” tələbi barədə ilk iddiası, cavabdehin iddiaçıya qarşı “əmlakların naturada təhvil verilməsi, müqavilə öhdəliklərinin icra edilməsi vəzifəsinin qoyulması və sair” tələbi barədə qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 mart tarixli 2-2(103)-232/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Tərəflər arasında bağlanmış 2008-ci il 15 aprel tarixli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında tikilməkdə olan 110A saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 161 m2 (yol tərəfi) olan qeyri-yaşayış sahəsini cavabdehə verməyi, cavabdeh isə həmin sahəni qəbul etməyi və müəyyənləşdirilmiş sahə haqqının vax tında ödənilməsini öhdəsinə götürmüşdür.
2. İddiaçı tərəfindən tərtib edilmiş 2008-ci il 15 aprel tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110A saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 161 m2 olan qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. Bu sahə üzrə heç bir borc yoxdur. 3. 2015-ci il 22 dekabr tarixli iddiaçının payçılarının ümumi iclasının 458 nömrəli protokolundan çıxarışa əsasən, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110A saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 161 m2 olan qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir.
4. Tərəflər arasında bağlanmış 2008-ci il 20 aprel tarixli, QY02 nömr əli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında tikilməkdə olan 110C saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 1013,6 m2 olan qeyri-yaşayış sahəsini cavabdehə verməyi, cavabdeh isə həmin sahəni qəbul etməyi və müəyyənləşdirilmiş sahə haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.
5. İddiaçı tərəfindən tərtib edilmiş 2008-ci il 20 aprel tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110C saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 1013,6 m2 olan qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. Bu sahə üzrə heç bir borc yoxdur. 6. 2015-ci il 22 dekabr tarixli iddiaçının payçılarının ümumi iclasının 457 nömrəli protokolundan çıxarışa əsasən, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110C saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 1013,6 m2 olan qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir.
7. Tərəflər arasında bağlanmış 2008-ci il 20 aprel tarixli, QY03 nömrəli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında tikilməkdə olan 110C saylı binanın 2-ci girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 399,2 m2 olan qeyri-yaşayış sahəsini cavabdehə verməyi, cavabdeh isə həmin sahəni qəbul etməyi və müəyyənləşdirilmiş sahə haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.
8. İddiaçı tərəfindən tərtib edilmiş 2008-ci il 20 aprel tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, cavabdeh tərəfindən idd iaçının Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110C saylı binanın 2-ci girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 399,2 m2 olan qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. Bu sahə üzrə heç bir borc yoxdur. 9. 2015-ci il 22 dekabr tarixli iddiaçının payçılarının ümumi iclasının 456 nömrəli protokolundan çıxarışa əsasən, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110C saylı binanın 2-ci girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 399,2 m2 olan qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir.
10. Tərəflər arasında bağlanmış 2008-ci il 19 aprel tarixli, QY004 nömrəli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında tikilməkdə olan 110C saylı binanın 1-ci və 2-ci mərtəbəsi ndə yerləşən, ümumi sahəsi 3182,2 m2 olan qeyri-yaşayış sahəsini cavabdehə verməyi, cavabdeh isə həmin sahəni qəbul etməyi və müəyyənləşdirilmiş sahə haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.
11. İddiaçı tərəfindən tərtib edilmiş 2008-ci il 19 aprel tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110B saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 3182,2 m2 olan qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. Bu sahə üzrə heç bir borc yoxdur. 12. 2015-ci il 22 dekabr tarixli iddiaçının payçılarının ümumi iclasının 457 nömrəli protokolundan çıxarışa əsasən, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110B saylı binanın 1-ci və 2-ci mərtəb əsində yerləşən, ümumi sahəsi 3182,2 m2 olan qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir.
13. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2020-ci il 8 oktyabr tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən podrat müqaviləsinə uyğun olaraq 7 (yeddi) gün müddətində iddiaçıya düşən payı təhvil verməsi, həmin payla faktiki istifadələrində olan pay hissəsinə mülkiyyət hüququnun əldə edilməsi üçün tələb olunan sənədlərin təqdim edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
14. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2020-ci il 26 oktyabr tarixli pretenziya məktubundan görünür ki, podrat müqaviləsi üzrə götürülmüş öhdəliklərin icra edilməsi iddiaçının məsuliyyəti altında olduğundan, həmin binanın bütün yaşayış və qeyri-yaşa yış sahələri daxil olmaqla, ümumi sahəsinin 25 (iyirmi beş) faizinin müvafiq təsdiqedici sənədlərlə və təhvil-təslim aktı ilə 10 (on) gün ərzində cavabdehə təqdim edilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 2008-ci il 23 iyul tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17.264,5 m2 torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli yaşayış binasından cavabdeh tərəfindən təhvil verilməmiş 18.837,99 m2 yaşayış, 11.551,42 m2 qeyri-yaşayış sahələrinin və 213 ədəd qarajın iddia çıya naturada təhvil verilməsi; 21.408,85 m2 yaşayış, 12.816,62 m2 qeyri-yaşayış sahələrinin və 274 ədəd qarajın iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı cavabdehin üzərinə 2008-ci il 23 iyul tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərinin icra edilməsi vəzifəsinin qoyulması; hüquqi yardıma görə ödənilmiş 1020 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat olmaqla, cəmi 1050 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2008-ci il 18 yanvar tarixdə bağlanmış ilk Podrat müqaviləsinə əsasən podratçı (iddiaçı) öz vəsaiti hesabına sifarişçiyə (cavabdehə) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17.264,5 k v.m sahədə 10 girişli, çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi, tikilməsi və həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışının həyata keçirilməsini öhdəsinə götürmüş, tikilən bütün yaşayış və qeyri-yaşayış sahələrinin 25 faizinin sifarişçinin (cavabdehin), 75 faizinin isə podratçının (iddiaçının) mülkiyyətinə verilməsi barədə razılığa gəlinmişdir.
17. Sonradan 2008-ci il 18 yanvar tarixli müqaviləyə dəyişiklik edilərək, 2008-ci il 23 iyul tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən podratçı (iddiaçı) öz vəsaiti hesabına sifarişçiyə (cavabdehə) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17.264,5 kv.m sahədə 10 girişli, çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsini, tikilməsini və həmin binaların bütün yaşayış və qeyri- yaşayış sahələrinin satışının həyata keçirilməsini öhdəsinə götürmüş, eyni zamanda həmin podrat müqaviləsinin 1.2-ci bəndinə əsasən iddiaçı tərəfindən qeyd olunan işlər tam başa çatdıqdan sonra, həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla, ümumi sahəsinin 10 faizinin cavabdehin, 90 faizinin isə iddiaçının mülkiyyətinə verilməklə bölünməsi barədə tərəflər razılığa gəlmişlər. Müqavilənin 3-cü bəndində müqavilə üzrə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi ilə bağlı xərclərin iddiaçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan müqavilənin 6-cı bəndində podratçının, 7-ci bəndində isə sifarişçinin məsuliyyəti müəyyənləşdirilmişdir.
18. İddiaçı cavabdehlə aralarında bağlanmış 2008-ci il 23 iyul tarixli Podrat müqaviləsi üzrə üzərinə götürdüyü bütün işləri yüksək keyfiyyətlə başa çatdırmış və cavabdeh tərəfindən yerinə yetirilmiş işlər qəbul edilmiş, lakin cavabdeh bu günədək qüvvədə olan Podrat müqaviləsi üzrə sifarişçi kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, razılaşdırılmış payın iddiaçıya tam ödənilməsini təmin etməmiş və müxtəlif bəhanələrlə bundan yayınmışdır. Qüvvədə olan 2008-ci il 23 iyul tarixli Podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı yaşayış binasının tikilməsini həyata keçirməklə yanaşı, həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını da həyata keçirməli idi. Lakin faktiki olaraq tikilib təhvil verilmiş bütün yaşayış və qeyri-yaşayış sahəsinin satışını cavabdeh özü həyata keçirmişdir. 19. 2008-ci il 23 iyul tarixli Podrat müqaviləsinin tələblərinə uyğun olaraq idd iaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17.264,5 m2 sahədə 56.516,5 m2 yaşayış, 13.215,8 m2 qeyri-yaşayış, cəmi 69.732,3 m2 mənzil və qeyri-yaşayış sahəsi və ümumi sahəsi 11.700,0 m2 olan 305 ədəd qaraj tikilmiş və cavabdeh həmin müqavilənin şərtlərinə zidd olaraq faktiki olaraq 24.489,64 m2 yaşayış, 12.873,0 m2 qeyri-yaşayış sahəsi və ümumi sahəsi 9.360,0 m2 təşkil edən 244 ədəd qaraja sahiblənmişdir. Tərəflər arasındakı mövcud 2008-ci il 23 iyul tarixli Podrat müqaviləsinin şərtlərinə əsasən cavabdehə 5.651,65 m2 yaşayış sahəsi, 1.321,58 m2 qeyri-yaşayış sahəsi və ümumi sahəsi 1.170,0 m2 olan 31 ədəd qaraj verilməli idi. Göründüyü kimi cavabdeh müqavilədə göstəriləndən yaşayış sahəsi üzrə 18.837,99 m2, qeyri-yaşayış sahəsi üzrə 11.551,42 m 2 və qaraj üzrə 213 ədəd artığına sahiblənmişdir. Bundan sonra, cavabdeh təqdim olunan yaşayış və qeyri-yaşayış sahələrinin ayrı-ayrı şəxslərə satışını həyata keçirərək, satdığı yaşayış və qeyri-yaşayış sahələri ilə həmin şəxslərə DƏDRX-dən müvafiq Çıxarışın verilməsini təmin etmişdir.
20. Cavabdeh faktiki olaraq iddiaçının istifadəsindəki 2.570,86 m2 sahədən ibarət olan 25 ədəd mənzilin, sahəsi 1.265,2 m2 olan qeyri-yaşayış sahəsinin və 61 ədəd qarajın sənədləşdirilməsinə, yəni mülkiyyətinə verilməsinə süni maneələr yaratmaqla, sifarişçi kimi hüququndan sui-istifadə edir. Faktiki iddiaçının istifadəsində olan 2.570,86 m2 yaşayış və 1.265,2 m2 qeyri-yaşayış sahəsi ümumi tikintinin 5,5 faizini təşkil edir. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini qalan hissədə təmin etmir, iddiaçının faktiki istifadəsində olan hissədə isə yaşayış və qeyri-yaşayış sahələri üzrə mülkiyyət hüququna dair Çıxarışların alınmasına əngəllər yaradır.
21. Cavabdeh tərəfindən müqavilə ilə müəyyənləşdirilmiş öhdəliklər icra olunmadığından, iddiaçıya külli miqdarda da maddi ziyan dəymişdir. Belə ki, cavabdeh vaxtında müqavilə öhdəliyini icra etsəydi və ya onun dəyərini ödəsəydi, iddiaçı əldə olunan (30.389,41 m2 sahədən ibarət yaşayış və qeyri-yaşayış sahəsinin və 213 ədəd qarajın naturada ödənildiyi təqdirdə onun satışından əldə olunan gəlirdən, yaxud da razılaşdırılmış ölçüdə sahənin dəyərinin real şəkildə ödənilməsindən) gəlirdən ötən 8 il ərzində istifadə etməklə, iki-üç dəfə çox gəlir əldə edə bilərdi. İddiaçının nəzdində ictimai iaşə mərkəzi fəaliyyət göstərir, həmçinin iddiaçı ko mmersiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, iddiaçının maddi bazası göstərilən fəaliyyətlə məşğul olmaq imkanından məhrum edilmiş və gəlir əldə etməsi mümkün olmamışdır. Qeyd edilən binanın tikintisi zamanı su, elektrik enerjisi, kanalizasiya, rabitə, qaz verilişi ilə bağlı texniki şərtlər iddiaçı tərəfindən alınmış və bütün xərc də iddiaçı tərəfindən ödənilmişdir. Bundan başqa, 2008-2011-ci illər üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi tərəfindən yoxlanılmış, əlavə hesablanmış 4.156.465,48 manat vəsait və tətbiq edilmiş 1.291.632,96 manat məbləğində maliyyə sanksiyası, ümumilikdə 5.448.098,44 manat pul vəsaiti iddiaçı tərəfindən dövlət büdc əsinə ödənilmişdir. 2008-ci il 19 aprel tarixdən 2020-ci il 28 fevral tarixədək olan dövr ərzində iddiaçı tərəfindən X1 ilə hesablanmış əlavə vəsaitlər və maliyyə sanksiyaları da daxil olmaqla 7.444.027,60 manat vergi məbləği dövlət büdcəsinə ödənilmişdir.
22. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 385.1, 386.1, 442, 443.2, 443.3, 445, 752.1, 752.2, 769, 770-ci maddələrinə istinad edilmişdir.
23. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17.264,5 m2 torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli ümumi sahəsi 81.867,58 m2 olan yaşayış binasının yaşayış sahəsindən 11.918 m2 hissəsinin, ümumi sahəsi 13.215 m2 qeyriyaşayış sahəsindən 3.303 m2 hissəsinin cavabdehə naturada təhvil verilməsi vəzifəsinin, eləcə də 11.918 m2 yaşayış, 3.303 m2 qeyri-yaşayış sahəsinin cavabdehin mülkiyyətinə verilməsi ilə bağlı 2008-ci il 23 iyul tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərinin icra edilməsi vəzifəsinin iddiaçının üzərinə qoyulması, habelə hüquqi yardıma görə ödənilmiş 220,0 manat və dövlət rüsumu üçün ödənilmiş 30,0 manat olmaqla, cəmi 250 manat pulun iddiaçıdan alınaraq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi (cavabdeh) ilə podratçı (iddiaçı) arasında 2008-ci il 18 yanvar tarixli Podrat müqavil əsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, podratçı Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən, 17.264,5 m2 sahədə 10 girişli çoxmərtəbəli yaşayış binalarını öz vəsaiti hesabına layihələndirəcək, tikəcək və həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satşını həyata keçirəcəkdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndində qeyd edilmiş işlər lazımi qaydada tam başa çatdıqdan sonra həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla, ümumi sahəsinin 25 faizi sifarişçinin, 75 faizi isə podratçının mülkiyyətinə verilməklə tərəflər arasında bölünəcəkdir. Müqavilə üzrə nəzərdə tutulmuş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisinə başlama tarixi 2008-c i il 10 aprel, bitmə tarixinin isə 2011-ci il 30 avqust müəyyən edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdehin təqsiri üzündən həmin müddətə əməl edilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən, yuxarıda adı çəkilən tikinti işləri tam başa çatdıqdan və mənzil sahiblərinin çoxsaylı narazılıqları əsasında, müvafiq sənədlər onlara təqdim edildikdən sonra, 2019-cu il 1 iyul tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi qərara alınmışdır.
25. Yuxarıda adı çəkilən çoxmənzilli yaşayış binasının artıq istismara verilməsinə və tərəflərindən çoxsaylı müraciətlər edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh tərəflər arasında bağlanmış 2008-ci il 1 8 yanvar tarixli Podrat müqaviləsinin 1.2 və 2.1-ci bəndlərinə müvafiq olaraq, üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, onlara aid olan yaşayış və qeyri-yaşayış sahələrinin hazırkı vaxtadək Müqavilə şərtlərinə müvafiq qaydada təqdim olunmasını təmin etməmişdir. Belə ki, ümumi sahəsi 81.867,58 m2 olan inşa edilmiş çoxmənzilli yaşayış binasının 56.516 m2 yaşayış sahəsindən 14.129 m2 hissəsi, ümumi sahəsi 12.873 m2 qeyri-yaşayış sahəsindən 3.303 m2 hissəsi onlara verilməli olduğu halda, yalnız yaşayış sahəsindən 2.211 m2 hissə şirkətə təqdim edilmiş, qalan hissə isə təhvil verilməmişdir.
26. İddiaçı tərəfindən onlara ünvanlanmış 2020-ci il 8 oktyabr tarixli pretenziya məktubunda 2008-ci il 18 yanvar tarixli podrat müqaviləsinə istinad edilərək, tələblər həmin müqavilədə nəzərdə tutul muş öhdəliklər üzrə irəli sürülsə də, Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində 2008-ci il 23 iyul tarixli podrat müqaviləsi əsas götürülmüşdür ki, bu da pretenziya tələbləri ilə iddia tələbləri arasında uyğunsuzluq və ziddiyyət təşkil edir. Digər tərəfdən, iddiaçı tərəfindən bütün müvafiq vergi və digər məcburi dövlət ödənişləri 2008-ci il 18 yanvar tarixli Podrat müqaviləsinə əsasən həyata keçirilmişdir. Tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi istiqamətində dəfələrlə qarşılıqlı iddia üzrə cavabdehə etdikləri şifahi müraciətlərə, eləcə də pretenziya məktubu təqdim etmələrinə baxmayaraq, o, podrat müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır ki, onun da belə hərəkətləri nəticəsində, hazırda şirkət külli miqdarda maddi ziyan çəkməkdədir.
27. Daha sonra cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17.264,5 m2 torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli ümumi sahəsi qarajlarla birlikdə 81.867,58 m2 olan yaşayış binasının yaşayış sahəsindən 11.804 m2 hissəsinin cavabdehə naturada təhvil verilməsi vəzifəsinin, eləcə də 11.804 m2 yaşayış sahəsinin cavabdehin mülkiyyətinə verilməsi ilə bağlı 2008-ci il 18 yanvar tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərinin icra edilməsi vəzifəsinin iddiaçının üzərinə qoyulması, habelə hüquqi yardıma görə ödənilmiş 220 manat və dö vlət rüsumu üçün ödənilmiş 30 manat olmaqla, cəmi 250 manat pulun iddiaçıdan alınaraq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1-152.3, 157.1, 157.2 və 157.5-ci maddələrinə istinad edilmişdir.
29. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 iyul tarixli e-2-2(113)-580/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq və yazı (texniki) ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021ci il 14 sentyabr tarixli, 5/815-4/1056-5/829 saylı ekspert rəyinə əsasən, tə dqiqata təqdim edilmiş 2008-ci il 23 iyul tarixli Podrat müqaviləsinin çap mətni elektrofotoqrafik çap qurğusunda (lazer printerdə) çap edilmişdir. 2008-ci il 23 iyul tarixli Podrat müqaviləsinin 12-ci və 3-cü vərəqlərindəki çap mətni tərtibatına və şriftlərinin ölçülərinə görə fərqlənirlər. Tədqiq olunan podrat müqaviləsinin 1-2-ci vərəqləri və 3-cü vərəqləri müxtəlif printerlərdə çap olunmuşdurlar. Müqavilənin vərəqləri ilkin tikilmiş vərəqlər deyildir, vahid bir müqavilənin vərəqlərini təşkil etmir. 2008-ci il 23 iyul tarixli Podrat müqaviləsinin birinci vərəqinin aşağı sol tərəfində əvvəlcə imza icra edilmişdir, sonradan çap mətni çap edilmişdir. Rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəbə görə qərarda göstərilən “Müqavilənin 1-2-ci səhifələri ilə 3-cü səhifənin eyni kompü ter sənədi ilə və ya printer ilə eyni vaxta çap edilib-edilməməsi müəyyən edilsin” sualı üzrə tədqiqat aparılmadı. Ekspertizaya təqdim edilmiş cavabdeh ilə iddiaçının adlarında olan 2008-ci il 23 iyul tarixli Podrat müqaviləsinin 1-2-ci vərəqlərinin aşağı sol tərəfindəki imzalar və 3-cü vərəqdə “Sifarişçinin adından” qrafasındakı imza öz aralarında – eyni bir şəxs tərəfindən icra olunmuşdur.
31. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 noyabr tarixli e-2-2(113)-580/2021 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmiş, ilkin və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları müvafiq olaraq iddiaçı və cavabdehə aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 62 manat məbləğində pulun 31 manat hissəsinin iddiaçıdan, 31 manat hissəsinin isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Axundova).
32. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən (bax § 1-14) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İlk iddia üzrə iddiaçının nümayəndələri tərəflər arasında 2008-ci ildə iki müqavilənin bağlandığını (yanvar və iyul aylarında) bildirmiş, hər iki müqavilənin 1.2-ci bəndi istisna olmaqla, müqavilənin qalan bütün bənd və müddəalarının eyni olduğunu, ikinci müqavilənin bağlanması ilə birinci müqavilənin qüvvədən düşdüyünü bildirmişlər. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri tərəflər arasında yalnız 2008-ci ilin yanvar ayında müqavilə bağlandığını, iyul ayında bağlanmış müqavilədən məlumatları olmadığını bildirmişlər. 2008-ci ilin yanvarında bağlanmış müqavilə məhkəməyə təqdim olunmamışdır. Lakin tərəflər həmin müqavilənin aralarında bağlandığını mübahisələndirməmişlər. Məhkəmə iclasında 2008-ci ildə hər iki tərəfin qanuni təmsilçiləri olmuş, müqaviləni imzalayıb möhür vuran Ş.Mehdiyev və H.Məmmədov bildirmişlər ki, tərəflər arasında razılaşma olmuşdur ki, ümumi sahənin 25 faizi sifarişçinin, 75 faizi isə podratçının mülkiyyətinə verilməklə, tərəflər arasında bölünəcək. Tərəflərin hər ikisi də bunu belə qəbul etmişlər.
33. Ekspert rəyindən göründüyü kimi, 2008-ci il 23 iyul tarixli podrat müqaviləsinin 1-2-ci və 3-cü vərəqlərindəki çap mətni tərtibatına və şriftlərinin ölçülərinə görə fərqlənirlər. Tədqi q olunan podrat müqaviləsinin 1-2-ci vərəqləri və 3-cü vərəqləri müxtəlif printerlərdə çap olunmuşdur. Təqdim edilmiş müqavilənin vərəqləri ilkin tikilmiş vərəqlər deyildir, vahid bir müqavilənin vərəqlərini təşkil etmir. Tədqiqata təqdim edilmiş 2008-ci il 23 iyul tarixli podrat müqaviləsinin birinci vərəqinin aşağı sol tərəfində əvvəlcə imza icra edilmişdir, sonradan çap mətni çap edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, təqdim olunan 2008-ci il 23 iyul tarixli podrat müqaviləsi tərəflərin razılaşdırılmış iradə ifadəsinin nəticəsi deyil.
34. İlk iddia tələbini 2008-ci il 23 iyul tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17.264,5 m2 torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli ya şayış binasından cavabdeh tərəfindən təhvil verilməmiş 18.837,99 m2 yaşayış, 11.551,42 m2 qeyri-yaşayış sahələrinin və 213 ədəd qarajın iddiaçıya naturada təhvil verilməsi; 21.408,85 m2 yaşayış, 12.816,62 m2 qeyri-yaşayış sahələrinin və 274 ədəd qarajın iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı cavabdehin üzərinə 2008-ci il 23 iyul tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması təşkil edir. Qarşılıqlı iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17.264,5 m2 torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli ümumi sahəsi qarajlarla birlikdə 81.867,58 m2 olan yaşayış binasının yaşayış sahəsindən 11.804 m2 hissəsinin cavabdehə naturada təhvil verilməsi vəzifəsinin, eləcə də 11. 804 m2 yaşayış sahəsinin cavabdehin mülkiyyətinə verilməsi ilə bağlı 2008-ci il 18 yanvar tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərinin icra edilməsi vəzifəsinin iddiaçının üzərinə qoyulmasından ibarətdir. 2008-ci il 23 iyul tarixli müqavilənin tərəflərin iradə ifadəsini əks etdirməməsi qənaətinə gəlməklə yanaşı qeyd olunmuşdur ki, bağlanmış müqavilələrdən və verilmiş müxtəlif tarixli maliyyə arayışlarından görünür ki, göstərilən ünvanda yerləşən mənzillər müxtəlif fiziki şəxslərə satılmış, mənzillərin dəyərləri alıcılar tərəfindən tam şəkildə ödənilmiş, mənzillərə dair çıxarışlar verilmişdir. Hər iki iddiaçı inşa olunmuş 10 girişli, 13 mərtəbəli yaşayış binasında özgəninkiləşdirilməmiş hansı yaşayış, qeyri-yaşayış sahələrinin təhvil verilməli olduğu, lakin t əhvil verilmədiyini göstərməmiş, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
35. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, hər iki iddia rədd olunmalıdır. Eləcə də, hər iki iddia hüquqi yardıma görə ödənilmiş məbləğlərin cavabdehdən tutulması hissəsində də təmin olunmamalıdır.
36. Məhkəmə bu qənaətini MM-in 14.1, 324.1, 331.1, 390.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
37. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. İddiaçı qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilərək, ilkin iddianın təmin edilməsini, cavabdeh isə qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
38. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 mart tarixli, 2-2(103)-232/2022 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh in apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk olaraq, hər iki tərəf öz iddia tələblərinin və qarşı iddiaya etirazlarının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişlər. Halbuki, belə əhəmiyyətə malik sübutların təqdim olunması ilk və qarşılıqlı iddiaların hər birinin ayrılıqda əsaslılığının məhkəmədə təsdiqini tapması üçün zəruri idi. Digər tərəfdən, ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının yaşayış, qeyri-yaşayış və qaraj sahələrinin hamısının satıldığı nəzərə alındıqda, bu fakt onlara məlum olan tərəflərin bir-birindən hansı yaşayış, qey ri-yaşayış və qaraj sahələrinin naturada təhvil verilməsini tələb etdiyi aydın olmur. İddiaçı da apellyasiya şikayətində “Bununla bağlı bütün müvafiq sənədlər və siyahılar cavabdehdə olduğundan, iddiaçı tərəf olaraq konkret hansı yaşayış və qeyri-yaşayış sahələrinin naturada verilməli olması iddiaçı tərəfindən müəyyən edilə bilməmişdir...” məzmunda qeyd etməklə, qeyridəqiq tələblə məhkəməyə müraciət etdiyini təsdiqləmişdir.
40. Həmçinin, ilk iddia ərizəsində irəli sürülmüşdür ki, cavabdeh müqavilədə nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinin nə naturada, nə də satışını həyata keçirdiyi hissəsindən əldə etdiyi gəlirin müqaviləyə uyğun hissəsinin iddiaçıya ödənilməsini təmin etməmişdir və bu da onu göstərir ki, iddiaçı əslində mübahisəli yaşayış binasının yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə etməli olduğunu, lakin əldə etmədiyini güman etdiyi gəlirin ona ödənilməsi tələbi ilə iddia qaldırmaq imkanına malik olduğu halda, bunu etməmişdir.
41. İddiaçının apellyasiya şikayətinin tərəflər arasında 2008-ci il 18 yanvar tarixli podrat müqaviləsi bağlanarkən iddiaçının direktorunun Qanuni nümayəndə1 deyil, Zaur Həsənov adlı şəxs olması və həmin vaxt Qanuni nümayəndə1 ümumiyyətlə MMC-də hər hansı vəzifə tutmaması barədə dəlili də əsaslı deyil. Belə ki, işdə olan iddiaçının təsisçisinin 2021-ci il 29 sentyabr tarixli 81 nömrəli əmrindən göründüyü kimi, direktor kimi Qanuni nümayəndə1 əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir, Z.Həsənovun 2008-ci ildə və ondan sonra iddiaçının qanuni təmsilçisi olmasına dair isə heç bir mötəbər sənəd təqdim olunmamışd ır.
42. Eyni şikayətin iddiaçının tələb olunan dövlət rüsumunun ödəməyə maddi imkanının olmaması səbəbindən məhkəmə tərəfindən DƏDRX-ə müvafiq sorğuların verilməsi barədə vəsatətin təmin edilməməsinin qanunsuz olması haqqında dəlili də əsassızdır. Belə ki, fəaliyyətinin əsas məqsədi gəlir götürməkdən ibarət olan kommersiya hüquqi şəxsi olaraq özünün iddia ərizəsində göstərdiyi kimi “... 17.264,5 kv.m. torpaq sahəsi üzərində... 10 girişli 13 mərtəbəli yaşayış binası...” inşa etmiş bir sahibkarlıq subyektinin məhkəmədə qaldırdığı iddiasının əsaslılığını sübuta yetirmək üçün ondan tələb olunan sübutetmə yükünü daşımaq məqsədilə, həm də iddiası təmin olunarsa bunu qarşı tərəfdən çəkdiyi xərclərin qarşılığı qismində tələb etmək imkanı mövcud olduğu halda, dövlət rüsumunu ödəməyə maddi imkanın ın olmaması inandırıcı və ağlabatan deyil.
43. Cavabdehin də apellyasiya şikayətinin tərəflər arasında bağlanmış 2008-ci il 18 yanvar tarixli podrat müqaviləsinin bütün tələblərinin, xüsusilə də həmin müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin tam və vaxtında ödənilməsi ilə bağlı kifayət qədər mötəbər sübutlar təqdim edilməsi barədə dəlili əsassızdır. Belə ki, birincisi, “kifayət qədər mötəbər sübutlar”ın nədən ibarət olduğunu cavabdeh şikayətində açıqlamamışdır, ikincisi, qeyd olunduğu kimi, tərəflər məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, sübutların onların əvəzinə toplanmasını qanunsuz olaraq məhkəmədən gözləmişlər. İddiaçı ilə müxtəlif şəxslər arasında binada yaşayış, qeyri-yaşayış və qarajların alqı-satqısı barədə bağlanmış müqavilələr, eləcə də həmin müqavilələr ə sasında alqı-satqı obyektlərinin tam dəyərinin iddiaçı tərəfindən alınması barədə maliyyə arayışlarının təqdim edilməsi də yaşayış binasının yaşayış, qeyri-yaşayış və qaraj sahələrinin hamısının satıldığını bildirən cavabdehin konkret olaraq hansı sahələrin ona naturada təhvil verilməli olmasını sübut etmək vəzifəsindən azad etmir.
44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 442, 752.1 və MPM-in 14.2, 76.1, 76.2, 77.1, 78.2, 80, 81, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
45. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 14 mart tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
46. İddiaçı tərəfindən 2022-ci il 11 may tarixində kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
47. Cavabdeh 2022-ci il 13 may tarixində kassasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
48. MM-in 442 və 752-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı ilə cavabdeh arasında qüvvədə olan 2008-ci il 23 iyul tarixli podrat müqaviləsi mövcuddur. Həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi iddiaçı tam olaraq yerinə yetirmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmişdir. Cavabdeh qeyd olunan müqaviləni deyil, tərəflər arasındakı 2008-ci il 18 yanvar tarixli müq aviləni qəbul etsələr də, həmin müqavilə üzrə də öhdəlikləri yerinə yetirməmişlər və bununla da MM-in 442-ci maddəsinin tələbləri pozulmuşdur. Lakin məhkəmələr tərəflər arasındakı öhdəlik münasibətlərini MM-in 442-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirməmişlər. Tərəflər podrat müqaviləsi üzrə podratçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, yaşayış binasını vaxtında tikib sifarişçiyə təhvil verməsinin mübahisə olunmadığı, yalnız iddiaçının müqavilə üzrə yerinə yetirdiyi işə görə razılaşdırılmış muzdun ödənilmədiyinin mübahisə olunduğu halda, məhkəmələr əsassız olaraq MM-in 752-ci maddəsinin tələblərinin pozulmadığı qənaətinə gəlmişlər.
49. MPM-in 8.1, 9, 14.1, 77.3, 78.1, 80, 88, 217.1, 418.1-ci maddələrinin tələbləri pozulmuşdur. İstər birinci, istərsə də apellyasi ya instansiyası məhkəməsinin qətnamələri tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ona görə də qətnamə qanunsuz və əsassız hesab edilməlidir.
50. Digər məsələlər – məhkəməyə təqdim olunmuş sübutlarla iddiaçı tərəfin müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirdiyi, yəni çoxmənzilli yaşayış binalarını öz vəsaiti hesabına layihələndirilməsini və tikintisini başa çatdırması məhkəmədə müəyyən olunmuşdur. Həmçinin, cavabdeh tərəfin təqdim etdiyi sənədlərlə həmin yaşayış binasındakı qeyri-yaşayış sahələrinin və yaşayış sahələrinin ayrı-ayrı şəxslərə satılaraq onların mülkiyyətlərinə verildiyi müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə ilkin iddia tələbinin təmin olunmasına kifayət edən sübutların olmamasına istinad etməkdə haqlı olmamışdır və iş üzrə gəldiyi nəti cə işin hallarına uyğun deyildir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
51. MM-in 385.1 və 442-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflər arasında başlanmış və qüvvədə olan 2008-ci il 18 yanvar tarixli podrat müqaviləsi mövcuddur. Adıçəkilən müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etirmiş, iddiaçı isə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Əksinə öhdəliklərinin icra edilməsindən boyun qaçırmaq məqsədi ilə tərəflər arasında bağlanmamış və saxta hesab edilən 2008-ci il 23 iyul tarixli müqaviləni məhkəməyə təqdim etməklə, öhdəliyinin icrasından boyun qaçırmaq istəmişdir. 2008-ci il 23 iyul tarixli müqavilənin saxtalığı isə iş materiallarında olan ekspertiza rəyi ilə tam təsdiq edilmişdir.
52. MPM-in 14.2, 76.1, 77, 88-ci maddələrinin tələbləri pozulmu şdur. Cavabdeh tərəfindən məhkəməyə tərəflər arasında bağlanılmış 2008-ci il 18 yanvar tarixli podrat müqaviləsinin bütün tələblərinin, xüsusilə də həmin müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin tam və vaxtında ödənilməsi ilə bağlı kifayət qədər mötəbər sübutlar təqdim edilmişdir. Bundan əlavə, məhkəməyə cavabdeh tərəfindən iddiaçı ilə müxtəlif şəxslər arasında sözügedən binada yaşayış, qeyri-yaşayış və qarajların alqı-satqısı barədə bağlanılmış müqavilələr, eləcə də həmin müqavilələr əsasında alqı-satqı obyektlərinin tam dəyərinin iddiaçı tərəfindən alınması barədə maliyyə arayışları təqdim edilmişdir. Lakin məhkəmə öz qətnaməsində nəinki həmin sənədlərin adını çəkməmiş, eləcə də həmin sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi üzrə araşdırma aparmamışdır. b) Kassas iya şikayətlərinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
54. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
55. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
56. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və p rosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
57. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Konstitusiyasının müvafiq müddəalarında “ M a d d ə 1
3. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur....” “ M a d d ə 2
9. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qa nunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir....” “ M a d d ə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir....”
58. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi... 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (2017-ci il 15 dekabr tarixli dəyişikliyədək olan redaksiya).” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilə də nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.”
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında deyilir: “... Mülki işlər və iqtisadi mübahisələr üzrə mə hkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə 7
6. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.2. Qətnamə müb ahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
61. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.
62. Həm iddiaçının, həm də cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri eyni olmaqla, hər bir tərəf ayrı-ayrılıqda podrat müqaviləsi üzrə öhdəlikləri yerinə yetirdiyini, qarşı tərəfin isə müqavilə öhdəliklərini icra etmədiyini qeyd etmişdir. Eyni zamanda, həm ilkin, həm də qarşılıqlı iddia tələbindən görünür ki, tərəflər aralarında bağlanmış müqavilə ilə müəyyənləşdirilmiş muzdun – yaşayış və qeyri-yaşayış sahələrinin naturada təhvil verilməsi vəzifəsinin digər tərəfə həvalə edilməsini xahiş etmişlər.
63. Bununla belə, iş materiallarına əlavə edilmiş bağlanmış müqavilələr və verilmiş müxtəlif tarixli maliyyə arayışları əsasında məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, mübahisəli ünvanda yerləşən mənzillər müxtəlif fiziki şəxslərə satılmış, mənzillərin dəyərləri alıcılar tərəfindən tam şəkildə ödənilmiş, mə nzillərə dair çıxarışlar verilmişdir.
64. Apellyasiya məhkəməsinin bununla bağlı mövqeyi belə olmuşdur ki, “...ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının yaşayış, qeyri-yaşayış və qaraj sahələrinin hamısının satıldığı nəzərə alındıqda, bu fakt onlara məlum olan tərəflərin birbirindən hansı yaşayış, qeyri-yaşayış və qaraj sahələrinin naturada təhvil verilməsini tələb etdiyi aydın olmur. İddiaçı da apellyasiya şikayətində “Bununla bağlı bütün müvafiq sənədlər və siyahılar cavabdehdə olduğundan, iddiaçı tərəf olaraq konkret hansı yaşayış və qeyri-yaşayış sahələrinin naturada verilməli olması iddiaçı tərəfindən müəyyən edilə bilməmişdir...” məzmunda qeyd etməklə, qeyri-dəqiq tələblə məhkəməyə müraciət etdiyini təsdiqləmişdir. Həmçinin, ilk iddia ərizəsində irəli sürülmüşdür ki, c avabdeh müqavilədə nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinin nə naturada, nə də satışını həyata keçirdiyi hissəsindən əldə etdiyi gəlirin müqaviləyə uyğun hissəsinin iddiaçıya ödənilməsini təmin etməmişdir və bu da onu göstərir ki, iddiaçı əslində mübahisəli yaşayış binasının yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə etməli olduğunu, lakin əldə etmədiyini güman etdiyi gəlirin ona ödənilməsi tələbi ilə iddia qaldırmaq imkanına malik olduğu halda, bunu etməmişdir”.
65. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinmiş yuxarıda qeyd edilən nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur.
66. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qə tnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
67. MM-in zamana görə qüvvədə olan (2017-ci il 15 dekabr tarixli dəyişikliyədək) 178.8ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
68. Eyni zamanda, 2009-cu il 1 oktyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
69. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarında qeyd edilir ki, “...kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahi bi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.
70. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
71. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
72. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
73. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ond an istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
74. Odur ki, işə baxan məhkəmə kollegiyası qeyd edilənləri, o cümlədən mülkiyyətin toxunulmazlığına və mülkiyyət hüquqlarının qorunmasına dövlət tərəfindən təminat verilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı və cavabdehin kassasiya şikayətlərinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu iş üzrə başqa qərar çıxarılması artıq həmin binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ əldə etmiş şəxslərin tanınan insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnərdi.
75. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini də əsas sız hesab edərək qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. İşdə olan sübutlar, o cümlədən, 2008-ci il 23 iyul tarixli müqavilə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 14 sentyabr tarixli rəyi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
76. İddiaçının kassasiya şikayətinin “məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması” ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə araşdırma aparıl mır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
77. İşə baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 mart tarixli, 2-2(103)-232/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
78. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
79. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 mart tarixli, 2-2(103)-232/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.